Məhkəmə qərarları › İş №1(124)-128/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-128/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-128/2023 09.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin özünün iştirakı ilə, xx xxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə məhkumun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunaraq cəzası 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunu Şabran rayon Azərişıq ASC-də sahə rəisi vəzifəsinə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Şabran rayonunda fəaliyyət göstərən “kolxoz" bazarının qarşısında 3500 manat məbləğində pulunu alıb, ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X3 etibarından sui-istifadə edərək sonuncunu Şabran rayon Xəstəxanasında xadimə vəzifəsinə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Siyəzən şəhər Avtovağzalının yaxınlığında 1000 manat məbləğində pulunu alıb, ələ keçirərək zərər çəkmiş şəxs Gülcahan Ağayevaya ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 yanvar 2022- ci il və 03 fevral 2022-ci il tarixlərdə X9 onun və ailə üzvləri barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələməklə sonuncuya “Whatsapp” mobil tətbiqetməsində göndərdiyi “Kapital” banka məxsus **********329145 nömrəli bank kartına ümumilikdə iki dəfə və hər dəfəsində 100 manat pul göndərməsini tələb etməklə Zərərçəkmiş şəxs3 Rahib oğluna məxsus 200 manat məbləğində pulu ələ keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 şəxsən tanımırdı. Onu adını xatırlamadığı Zərərçəkmiş şəxs2 qonşusu vasitəsilə tanımışdır. Həmin şəxs ona zəng edərək, özü üçün iş axtardığını bildirmiş və ondan kömək etməyini xahiş etmişdir. Bir müddət sonra yenidən ona zəng edərək, qonşusu Zərərçəkmiş şəxs2 işə düzəlməsinə kömək etməyini xahiş etmişdir. O da bununla bağlı, adını qeyd etmək istəmədiyi şəxslə danışmışdır. Həmin şəxs ondan etdiyi xahişin həyata keçirilməsinin mümkün olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2la görüşərək 3.500 manat məbləğində pul götürmüşdür. Həmin şəxs Zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyətində işə düzəldəcəyi barədə vəd vermişdi. Polis əməkdaşları tərəfindən tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və işə düzəltmə məsələsi yarımçıq qalmışdır. Gülcahan Ağayevanın oğlu ilə cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkmişlər. Gülcahan Ağayeva vasitəsilə faiz ödənilməsi müqabilində 1000 manat məbləğində pul götürmüşdür. Həmin pulu 4 ay 10%, 3-4 ay 15% olmaqla, geri qaytarmışdır. Gülcahan Ağayevadan xəsətəxanaya işə düzəltməsi ilə bağlı pul istəməmişdir. Zərərçəkmiş şəxs3 pul almamışdır. Zərərçəkmiş şəxs3 özü ona zəng edərək, müharibədə iştirak etdiyini, onun barəsində paylaşdığı məlumatların həqiqəti əks etdimədiyini və s. bildirmişdir. Bu danışıqdan sonra o da ona bu barədə dəqiqləşdirmələr aparacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 ona bu barədə zəng etməsindən təqribən 8-9 ay əvvəl onun haqqında qeyd olunan məlumatları paylaşmışdır. Zərərçəkmiş şəxs3 həyata keçirdiyi əməliyyat zamanı səhvə yol verdiyi barədə məlumatı var idi. Daha sonra dəqiqləşdirmələr aparmış və Zərərçəkmiş şəxs3 onun doğru dediyini bildirmişdir. Zərərçəkmiş şəxs3 iki dəfə 100 manat məbləğində pul göndərmişdir. Həmin pulu da mənə deyil, maddi vəziyyəti yaxşı olmayan qadın üçün göndərmişdir. Zərərçəkmiş şəxs3 onun razılığını alaraq, maddi vəziyyəti yaxşı olmayan qadına kömək etməsi üçün xahiş etmişdir. Onu rüsvayedici məlumatları paylaşmaqla hədələməmişdir. Zərərçəkmiş şəxs3 hər ay 100-150 manat məbləğində pul verməyi tələb etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Ruslanla onu X8 tanış etmişdir. Onunla birlikdə olarkən ona bir nəfər zəng etmişdir. Sahəddin ona bir iş olduğunu bildirmişdir. O da evə getdikdən sonra qonşusu Sahəddin Səfərovdan ona iş təklifi edən şəxsin nömrəsini ona verməyi xahiş etmişdir. Sahəddin Səfərov ona Təqsirləndirilən şəxs adlı şəxsin nömrəsini vermişdir. O, Təqsirləndirilən şəxslə əvvəl telefonda danışmış, daha sonra görüşmüşdür. 26 iyun 2020ci il tarixdə Təqsirləndirilən şəxslə Şabran şəhərində yerləşən “Kolxoz” bazarı adı ilə tanınan ərazidə görüşmüşlər, onunla iş barədə söhbətlər etmişlər. Təqsirləndirilən şəxs onu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə işə düzəldəcəyi barədə vəd vermişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs 3500 manat məbləğində pul vermiş və Təqsirləndirilən şəxs ona 26 sentyabr 2020-ci il tarixdə işə başlayacağını bildirmişdir. 26 sentyabr 2020-ci il tarixdə iş ilə bağlı bir xəbər çıxmamış və o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. O, 26 oktyabr 2020-ci il tarixdə işə başlayacağını bildirmişdir. 26 oktyabr 2020-ci il tarixdə də bir xəbər olmamış və o, Təqsirləndirilən şəxslə yenidən əlaqə saxlamışdır. O, bir daha ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Təqsirləndirilən şəxs ölkə ərazisində yaranmış pandemiya vəziyyəti ilə bağlı işə düzəlməyinin yubandığını bildirmişdir. O, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və ondan pulunu tələb etmişdir. Yenidən müxtəlif bəhanələr etdiyindən onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs 3500 manat məbləğində pul vermiş, Təqsirləndirilən şəxs həmin puldan ona heç bir məbləğ qaytarmamışdır. Təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisə baş verən vaxtı X12 X23 Şəxsinin Təcili və X13 Stansiyasının müdiri vəzifəsində işləyirdi. Təqsirləndirilən şəxs onun barəsində sosial şəbəkələrdə işgüzar nüfuzuna xələl gətirə biləcək məlumatlar paylaşırdı. O, sosial şəbəkələrdə onun diplomunun saxta olduğunu, onun müharibə iştirakçısı olmadığını və s. bildirirdi. Bir müddət sonra o, Təqsirləndirilən şəxs zəng edərək, onun sosial şəbəkələrdə paylaşdığı məlumatların yalan olduğunu və bunu təsdiq edən sənədlərinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona dəqiqləşdirmə aparması üçün vaxt verməyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək, qeyd edilən məlumatlarla bağlı dəqiqləşmələr apardığını və onun düz dediyini, onun səhv məlumatlar paylaşdığını bildirmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək, maddi vəziyyəti yaxşı olmayan bir qadına köməklik etməyini və ona atacağı karta 100 manat məbləğində pul mədaxil etməyini xahiş etmişdir. O da köməklik məqsədi ilə bu xahişi yerinə yetirmişdir. İki dəfə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs ona atdığı karta 100 manat məbləğində pul mədaxil etmişdir. Üçüncü dəfə yenidən ondan bunu tələb edəndə o razılaşmamış və ona artıq bu halın kömək etmək məqsədini aşdığını bildirmişdir. Təqsirləndirilən şəxs bu dəfə ona hər ay təxminən 100-150 manat məbləğində pul verməyini, bunun qarşılığında onun barəsində rüsvayedici məlumatlar paylaşmayacağını və belə məlumatlar paylaşmaq istəyən şəxslər olacağı təqdirdə onlara mane olacağını bildirmişdir. O da bununla razılaşmayaraq hüquq mühafizə orqanlarına müraciət etdim. Təqsirləndirilən şəxs onun barəsində rüsvayedici məlumatlar yaymaması üçün deyil, maddi vəziyyəti yaxşı olmayan qadına kömək etmək məqsədilə pul vermişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğlu vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs onu işə düzəltməsi üçün 1000 manat məbləğində pul vermişdir. Ötən ilin aprel ayında ona verdiyi pulu özünü Təqsirləndirilən şəxs dostu kimi təqdim edən şəxs ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs onun tanışlarının çox olduğunu bildirmiş, bu səbəbdən də işə düzəltməsi üçün ona müraciət etmişdir. Təqsirləndirilən şəxs işə düzəlməyi üçün pul verərəkən o, başqa şirkətdə işləyirdi. Təqsirləndirilən şəxs onu xəstəxanaya xadimə vəzifəsində işə düzəldəcəkdi. Təqsirləndirilən şəxs xəstəxananın həyətində 07 dekabr 2020-ci il tarixdə xəstəxananın içərisində 1.000 manat məbləğində pul vermiş, həmin pulu ona qaytarmışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-xətşünaslıq ekspertizasının 25 may 2022-cİ il tarixli, 4/606 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, üzərində "Mən Təqsirləndirilən şəxs...” yazıları ilə başlayıb “....İmza Quliyev R xx.xx.2020” yazılları ilə bitən kağız vərəqəsindəki yazılar- Eyni şəxs- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş üzərində “Mən Təqsirləndirilən şəxs ....” yazıları ilə başlayıb “...İmza Ruliyev R xx.xx.2020” yazıları ilə bitən kağız vərəqəsindəki yazılarda- yazıların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən olunmadı. (Cild 2, iş vərəqləri 130-133) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” 05 may 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BİKİ-dən daxil olmuş 01 ədəd kompakt diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +**********96 saylı mobil telefon nömrəsi ilə X16 məxsus +**********52 saylı mobil telefon nömrəsi arasında “4169 7413 6628 3743” məzmunlu, sizə məxsus mobil telefon nömrəsi ilə X4 məxsus +**********53 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 22:37:03-də “qısa müddətdən sonra saat 9 tamamda işə gorib axşam 5 tamamda işdən çıxacaqsınız əmək məcəlləsinin tələblərinə əsasən atdım atıram şəxsən sənə görə edəcəyəm gecikən və ya işdən tez çıxan oldusa 2 xəbərdarlıqdan sonra işdən kənarlaşdırllacaq bundan əmin ol və otur gözl” məzmunlu, sizə məxsus mobil telefon nömrəsi ilə X5 məxsus +**********53 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə 21:40:05-də “m ancaq sabah səbinəyə talehə və digırlərinə deyəcəyəm ki sizdən edilən şikayətin sifarişçisi aytən süleymanovadır səbəbdə bunlardır s" məzumunlu, sizə məxsus mobil telefon nömrəsi ilə X5 məxsus +**********53 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə 12:29:15-də “sənə söz verirəm ki qanunsuzluğlarıva görə peşiman olacaqsan sın hələ bildin ki istədiyin vaxt mənim əlimlə kimləri isl vuracaqsan və sənə söz verirəm ki qanunsuzluğlarıva görə peşiman olacaqsan sın hə” məzmunlu, sizin istifadənizdə olan mobil telefon nömrəsi ilə X11 istifadəsində olan +**********53 saylı mobil telefon nömrəsi arasında “teyfur mən sənə qardaş dedim ancaq o cür danışığın yeri yox idi bu günə qədər bir birimiz üçün nə etmişəksə halalımız olsun mənə zəng edib səndən şikayət etmək istəyən insanların hammısını qarşısını alıram ki o bizim qardaşımızdır etməyin lazım deyil sənsə bu cür danı edib” məzmunlu, Sizin istifadənizdə olan mobil telefon nömrəsi ilə X5 məxsus +**********53 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə 18:51:49-də “boyda məmurlara kasıblardan ötəri zülm edən yalvartdıran bir insan” məzmunlu, sizin istifadənizdə olan mobil telefon nömrəsi ilə X6 adına olmaqla Zərərçəkmiş şəxs3 istifadəsində olan +**********28 saylı mobil telefon nömrəsi arasında 16.01,2022-ci il tarixdə 14:36:55-də “doktor salam necəsiniz? baqışlayın narahat edirəm siz deyən kimi maraqlandım heçdə ürək açan olmadı” məzmunlu mesajlaşmalar müəyyən olunmuşdur. (Cild 2, iş vərəqləri 51-54) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" ASC-dən daxil olan, bankomat vasitəsilə aparılan nağdlaşdırma əməliyyatlarına dair görüntüləri əks etdirən diskə və plastik kart hesabından çıxarış, kart hesabına dair anket məlumatları əks etdirən 04 ədəd vərəqəyə baxış keçirilməsinə dair 05 may 2022-ci il tarixli protokoldan görünür ki, kart hesabından bankomat vasitəsilə edilmiş çıxarışlar X7 tərəfindən həyata keçirildiyi müəyyən olunmuşdur. Həmçinin 04 vərəqdə plastik kart hesabından edilmiş çıxarışlar və kart sahibinə dair anket məlumatlarına baxış zamanı elektron ödəmələr vasitəsilə göndərildiyindən Zərərçəkmiş şəxs3 tərəfindən bank kartına göndərilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödənişlər plastik kart hesabından edilmiş çıxarışlarda görünmür, lakin xx.xx.2022-ci il tarixdə 99 manat məbləğində nağdlaşdırma əməliyyatının və həmçinin xx.xx.2022-ci il tarixdə 99 manat məbləğində nağdlaşdırma əməliyyatının həyata keçirildiyi müəyyən edilir. (Cild 2, iş vərəqləri 62-68) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs mobil telefonuna “baxış keçirilməsi və götürmə aparılması barədə” 26 fevral 2022-ci il tarixli protokoldan görünür ki, telefona baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən, Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsilə yazışmalarını əks etdirən fotolar çəkilərək işə əlavə olunmuşdur. (Cild 1, iş vərəqləri 67- 74) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Yaşar oğlu tərəfindən təqdim olunmuş 01 ədəd diskdə əks olunan videolara baxış keçirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 diplomunun saxta olması, həyat yoldaşının pediatr olmasına baxmayaraq onun tabeliyində işləməsi, sünnət etməyi bacarmaması ilə bağlı “You tube” kanalında çıxışlar etməsi görünür. (Cild 1, iş vərəqləri 10-11) Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, 01 vərəqədə eksperimental nümunənin əsli, həmçinin, 02 vərəqədə tədqiqat üçün götürülmüş nümunələr, zərərçəkmiş şəxs X2 götürülmüş Təqsirləndirilən şəxs adına olan 4169-7414-9934-7274 nömrəli Kapital Bank ASC-nə məxsus bank kartı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 01 (bir) ədəd kompakt disk, Kapital Bank ASC-dən xx.xx.2022-ci il tarixdə daxil olmuş bankomat vasitəsilə aparılan nağdlaşdırma əməliyyatlarının görüntülərinin köçürüldüyü 01 ədəd disk və 04 vərəqədə plastik kart hesabından edilmiş çıxarışlar və kart sahibinə dair anket məlumatları, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məxsus “Samsung" markalı mobil telefon maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-in maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 143-171) Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə tövsif edilməsi düzgündür, həmin əməlləri qəsdən törədilmiş, bu əməllər başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır və az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri, Gülcahan Ağayevadan xəsətəxanaya işə düzəlməsi ilə bağlı pul istəmədiyini, ondan faiz müqabilində pul götürdüyünü, Zərərçəkmiş şəxs3 rüsvayedici məlumatları paylaşmaqla hədələməməsi, polis əməkdaşları tərəfindən tutulduğu üçün Zərərçəkmiş şəxs2 işə düzəldə bilməməsi ilə bağlı xüsusatları əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Gülcahan Ağayevanın ziyanın ödənilməsi onun cəzasını yüngülləşdirən hal hesab edirlməlidir. Təqsirləndirilən şəxsin əməllərində cinayətlərin residivinin olması isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olan tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə məhkumun əməlləri Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunaraq cəzası 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunduğundan Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. (Cild 2, iş vərəqləri 6-15) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə tutulmuş, Siyəzən rayon məhkəməsinin 26 fevral 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 24 fevral 2022-ci il tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 86-87, Cild 2, iş vərəqləri 110-112) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmaqla Siyəzən RPŞ-in maddi sübutları saxlanc anbarında saxlanılan "xxxx" markalı mobil telefon və 4169-7414-9934-7274 nömrəli Kapital Bank ASC-nə məxsus bank kartı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı. İş materiallarında olan 03 vərəqdə tədqiqat üçün nümunələr, 04 vərəqdə bank məlumatları və 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs ona dövlət hesabına təyin olunmuş müdafiəçidən imtina etdiyinə görə iş üzrə müdafiəçi xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında » xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 110 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmaqla Siyəzən RPŞ-in maddi sübutları saxlanc anbarında saxlanılan "xxxx" markalı mobil telefon və 4169-7414-9934-7274 nömrəli Kapital Bank ASC-nə məxsus bank kartı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. İş materiallarında olan 03 vərəqdə tədqiqat üçün nümunələr, 04 vərəqdə bank məlumatları və 03 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar