Məhkəmə qərarları › İş №1(124)-128/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-128/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-128/2024 24.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu Rəhimov küçəsi ev 20-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan “Fərid” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında sonuncunun qoyduğu külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə həşiş qatranını Şabran rayonu ərazisindən götürüb ona deyiləcək yerə qoyması və bunun müqabilində narkotik vasitənin bir hissəsini istifadə üçün ona veriləcəyi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə “Fərid” adlı şəxsin Şabran rayonunun ərazisində qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısf’na daxil edilmiş 1 bükümdə 10,600 qram çəkidə külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitə siyahısına” daxil edilmiş 1 ədəd sellofan bükülüdə qeyd edilən 855 qram çəkidə külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranını götürüb satış məqsədilə qanunsuz əldə edərək, yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, Koroğlu küçəsi ev 20-yə daşıyıb, həmin 855 qram narkotik vasitə həşiş qatranını yaşadığı mənzildə, 10,600 qram psixotrop maddə metamfetamini isə əynində olan şalvarının sağ yan cibində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 17 may 2022-ci il tarixdə, saat 22:55-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 4 saylı binanın yanında piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib, 18 may 2022-ci il tarixdə saat 00:005-dən 00:14-dək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən bir bükümdə külli miqdarda 10,600 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat tədbirinin davamı kimi həmin gün saat 01:10- dan 01:30-a kimi onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu Rəhimovküçəsi ev 20-yə baxış keçirilərkən evin həyətində, anbarda qara rəngli çantanıniçərisindən bir ədəd selofon bükülüdə külli miqdarda 855 qram çəkidə narkotik tərkibli çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ittihamda qeyd olunan narkotik vasitə həşiş qatranını Şabran rayonunda atıb qaçanlardan götürmüşdür. Belə ki, 16 may 2022-ci il tarixdə həşiş qatranını atıb qaçmışlar. O, həmin narkotik vasitəni götürüb evə gətirmiş, zirzəmiyə atmış, onu neyləyəciyini bilməmişdir. 17 may 2022-ci il tarixdə polis tərəfindən tutulmuşdur. Ondan həşiş qatranını atıb qaçan şəxsləri soruşmuşlar, o da həmin şəxsləri tanımadığını polislərə demişdir. Üzərindən aşkar edilmiş 10 qram metamfetamin ona məxsus olmamış, lakin razılaşıb boynuna almışdır. Ancaq o heç kimlə əlbir olmamış, heç kimə narkotik vasitə satmamışdır. Satışla bağlı telefonunda heç bir danışığı yoxdur. İttihamda həqiqətə olmayan sözlər yazılmışdır. O, narkotik vasitələrdən istifadə etməmiş, həşiş qatranını Şabrandan götürmüş və oraya həşiş qatranını götürmüş şəxslərin arxasınca getmişdir. Hansı səbəbə həşiş qatranını götürməyini bilmir. Onu, notbuk çantasını içində götürmüdür. Tapdığı narkotik vasitənin həşiş qatranını olduğunu bilməmiş, əvvəlcə tiryək olduğunu düşünmüşdür. O, Qara Qarayev ərazisində tutulmuşdur. Rəydə narkomaniya xəstəliyindən əziyyət çəkdiyi yazılsa da, narkotik vasitələrdən istifadə etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 17 may 2022-ci il tarixdə axşam saat 22:55 radələrində ünvan 2 ünvanda piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələrim izah olunmuşdur. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları vardırsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan şalvarının sağ yan cibindən l(bir) bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan «Samsunc» markalı mobil telefon, bir ədəd açar və 10 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş və selofan ilə birlikdə çəkisi 5,7 (beş tam onda yeddi) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, tərəfimdən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, götürülmüş, l(bir) ədəd açar və 10(on) AZN pul geri qaytarılmışdır. Sorğu zamanı aşkar olumuş narkotik maddəni təxminən 5 ay əvvəl tanıdığı özünü “ Fərid” adı ilə təqdim edən şəxsin vasitəsi ilə, xx.xx.2022-ci il tarixdə Şabran rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən, «Fərid» adlı şəxsin göstərişinə əsasən götürmüş, həmin psixotrop maddəni «Fərid» adlı şəxsin göstərişinə əsasən götürüb, sonuncu tərəfindən deyilən ünvana və yaxud ünvanlara qoyacaqdı, yəni «Fəridin» dediyi yerə qoyduqdan sonra kimsə gəlib götürəcəkdir. Bunun müqabilində «Fərid» adlı şəxs ona istifadəsi üçün narkotik vasitə verməli idi. Onun üzəridə şəxsi axtarış keçirildikdən sonra polis əməkdaşlarına yaşadığı ünvan 3 ünvanda narkotik vasitə olmasını, həmin narkotik vasitə, olan həşiş qatranımda xx.xx.2022-ci il tarixdə «Fərid» adlı şəxsin göstərişinə əsasən Şabrayon rayonunda »Fəridin» əvvəlcədən təyin etdiyi yerdən, üzərində aşkar edilmiş metamfetaminlə birlikdə götürdüymünü bildirmişdir. Bundan sonra razılığı əsasında, müdafiəçisi və polis əməkdaşları Abşeron rayonunda yaşadığı ünvana gəlmiş, ona mənzildə saxladığı narkotik vasitəni təqdim etmək təklif olunmuşdur. Polis əməkdaşlarının bu təklifindən sonra, yaşadığı evin həyətində, pilləkənin yanında olan anbara girib orada olan qara rəngli çantanı təqdim etmiş, həmin çantanın içərisindən 1 (bir) ədəd bükümdə həşiş qatranı aşkar edilmişdir. Həmin narkotik vasitə olan həşiş qatranı elektron tərəzidə çəkilmiş və 936 (doqquz yüz otuz altı) qram olmuş, sonra aşkar olunmuş narkotik vasitə də qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra həmin anbara və həyətə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet, vasitə aşkar olunmamışdır. Yaşadığı evin anbarından aşkar olunan narkotik maddə olan həşiş qatranını da, yuxarıda göstərdiyi kimi, xx.xx.2022-ci ildə Şabran rayonu ərazisində «Fərid» adlı şəxsin göstərişinə əsasən qabaqcadan müəyyən edilmiş yerdən götürdüyümü bildirmişdir. Hazırda törətdiyi əməldən peşimandır və özünü təqsirli bilir. ( cild 2, iş vərəqə 110-112) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 Zabit oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuş, həmin şəxs külli miqdlarda narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. 17 may 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 4 ünvanında keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində xidməti otaqların birində onun üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı o, təqdim etdiyi bükümdəki maddəni tanıdığı Fərid adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Şabran rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən yerdən ünvanlara qoymaq məqsədi ilə götürüb əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitəni ünvanlara qoymasına görə Fərid adlı şəxsin ona istifadə üçün narkotik vasitə verəcəyini, Fərid adlı şəxsi təxminən 5 ay əvvəl olar ki, tanıdığı və yaşadığı Xırdalan şəhərindəki evində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu Rəhimov küçəsindəki ünvanına baxış keçirilməsi üçün onun özünün razılıq ərizəsi əsasında evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evin həyətində, anbarda qara rəngli çantanın içərisindən bir ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə olan həşişə bənzər kütləni təqdim etmişdir. Sonra narkotik vasitə tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin təqribən 936 qram olduğu müəyyən edilmişdir. O, ibtidai istintaq verdiyi ifadəsini təsdiq etmişdir. İş üzrə şahid, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 Zabit oğlu ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 128-131) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış təbirlərinin həyata keçirilməsi haqqında” 17 may 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 90B-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu Rəhimov küçəsi, ev 20-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur.( cild 1, iş vərəqə 5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə zərfə qoyularaq möhürlənmişdir.( cild 1, iş vərəqə 35-37) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 18 may 2022-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə, saat 22:55 dəqiqədə ünvan 2 ünvanda piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə saxladığı bir bükümdə külli miqdarda təmiz çəkisi 10,600 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 17 may 2022-ci il tarixdə, saat 22:55 dəqiqədə ünvan 2 ünvanda piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə saxladığı bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.( cild 1, iş vərəqə 156) “Şəxsi axtarış və götürmə aparılması haqqında”, diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “evə baxış keçirilməsi və götürmə haqqında” 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilən zaman o, evin həyətində, anbarda qara rəngli çantanın içərisindən bir ədəd bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan həşişə bənzər kütləni təqdim etmişdir.( cild 1, iş vərəqə 39-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 18 may 2022-ci tarixli protokoldan görünür ki, 17 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvana baxış keçirilərkən evin həyətində, anbarda olan qara rəngli çantanın içərisindən satış məqsədi ilə bir ədəd selofon bükülüdə qanunsuz oalraq saxladığı külli miqdarda təmiz çəkisi 855 qram olan maddə (bitki mənşəlli kütlə) narkotik tərkibli çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranı aşkar edilərək götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 17 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvana baxış keçirilərkən evin həyətində, anbarda olan qara rəngli çantanın içərisindən narkotik vasitə olan həşiş qatranı aşkar edilərək götürülmüşdür. ( cild 1, iş vərəqə 157) “Evə baxış keçirilməsi və götürmə haqqında”, diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2850 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «.... Təqsirləndirilən şəxs üzərindən » sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 10,600 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildir. (cild 1 iş vərəqə 46-50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 7/508 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış bir ədəd selofon bükümdə təmiz çəkisi 855 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- həşiş qatranıdır. (cild 1 iş vərəqə 51-54) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli «3847» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.( cild 1, iş vərəq 141-1422) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizası qərarına əsasən «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2022-ci il tarixli «2246» №li rəyindən görünür ki, cinayət işi materiallarından və hal hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəiiliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona itiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində' tibbi xarakterli məcburi müalicə tədburlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs fərdi pisixi xüsusiyyətlərinin müəyyən edilməsi məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil.( cild 1, iş vərəq 143-145) Cinayət işinin materiallarında görünür ki, 10,600 qram psixotrop maddə metamfetamin, 855 qram narkotik vasitə həşiş qatranı, şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski və evə baxış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 10,550 qram psixotrop maddə metamfetamin, 854,95 qram narkotik vasitə həşiş qatranı saxlanılması üçün Abşeron rayon Pt-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, iki ədəd DVD diski iş materiallarına əlavə edilmişdir.( cild 1, iş vərəqə 159) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza 3 il 3 aya endirilmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Həmin qərarın 7-ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( cild 1, iş vərəqə 162-166) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Binəqədi RİHB-nın Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, qeydiyyatda olduğu müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 136) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, narkotik vasitə əldə etməkdə satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, üzərində saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda və müxtəlif növlərdə olması Təqsirləndirilən şəxs məqsədinin məhz psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «həşiş qatranı» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,4 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 40 qram, psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 may 2022ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 26, 93-97) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,550 qram psixotrop maddə metamfetamin və 854,95 qram narkotik vasitə həşiş qatranı məhv edilməli, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 166 (yüz altmış altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,550 qram psixotrop maddə metamfetamin və 854,95 qram narkotik vasitə həşiş qatranı məhv edilsin, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 166 (yüz altmış altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar