Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-129/2022 07.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1973-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Əzizbəyov küçəsi, ev 3-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 2-də məskunlaşan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama cinayətini törətmişdir. Belə ki o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 7,937 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 5,918 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetmini satış məqsədi ilə əldə edib daşıyaraq saxlamış, 28 iyul 2021-ci il tarixdə saat 00:05-də Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 2-nin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı təmiz çəkisi 5,935 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və yaşadığı Sumqayı şəhəri, 18-ci məhəllə, 2 nömrəli yataqxananın yeməkxana otağındakı çarpayının baş hissəsindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,002 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin yerdən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 5,918 qram psixotrop maddə metamfetamin və səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü evində oturmuş, saat 17:15 radələrində 3 nəfər mülki geyimli polis əməkdaşı gəlmişlər. Onun qolunu burub qandal vurmuşlar. Daha sonra onu avtomaşına aparıb, evə baxış keçirmişlər. Göyərçin saxladığı qarajdan marixuana tapmışlar, başqa heç nə tapmamışlar. Sonra onu saat 7-yə işləmiş Sumqayıt ŞPİ-nə aparmışlar. Polis əməkdaşları ona təqdim olunan sənədləri imzalamayacağı təqdirdə oğlunu gətirəcəklərini ona demişlər. O da məcbur olub polis əməkdaşları ilə razılaşmışdır. Heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, O, xx.xx.2021-ci il tarixdə, təxminən saat 00:05 radələrində Sumqayıt şəhəri , 18 ci məhəllə ərazisində olan zaman 3 (iki) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt şəhər Pİ-nin CAS-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişdirlər. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt şəhəri Pl-nin 3-cü PB-nə dəvət etmişdirlər. O, heç bir etiraz etməmişdir və sonuncular birlikdə 3-cü PB-nə gəlmişdir. Onlar PB-nə gəldikdən sonra, xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X4 polis əməkdaşı tərəfindən təqdim olunmuşdur. Həmin vaxt video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmışdır və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofanı çıxarıb təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir, həmin sellofanın içərisinə baxılanda orada narkotik vasitə olan qurudulmuş marixuanaya məxsus bitki kütləsinin olması müəyyən olunmuşdur. O, sorğu - sual zamann ondan aşkar olunan qurudulmuş marixuananı təxminən 3 gün bundan əvvəl instaqram sosial şəbəkədə tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, "Nərimanov” metrosunun yaxınlığında qoydurduğu yerdən “Şüşə” adlanan maddə ilə birlikdə götürdüyünü, qurudulmuş marixuananın bir hissəsini və “Şüşə" adlanan maddəni hazırda yaşadığı evdə saxladığını, əldə etdiyi maddələrin pulunu xatırlamadığı şəxsin kart hesabına ödəmə aparatı vasitəsi ilə 250 manata ödədiyini bildirmişdir . O, şəxsi axtarış zamanı hazırda yaşadığı evdə də yuxarda qeyd etdiyi maddələrin olduğunu və evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir . Bundan əlavə üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsi şəffaf rəngli sellofan ilə birlikdə 6,40 qram olduğu müəyyən olunmuşdur , həmin bitki kütləsi ekspertiziya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır , DİNnin 127 saylı möhürü ilə möhürlənmişdir , üzərində qeydlər aparılaraq imzalanmışdır , eyni zamanda şəxsi axtarış zamanı onun üzərindən 2 ədəd alışqan, 1 ədəd 50, 1 ədəd 20, 1 ədəd 5 manatlıq əskinazlar (ümumilikdə 75 AZN), 1 ədəd sınmış vəziyyətdə olan papiros, əzilmiş karton stəkan, qara rəngli siqaret kağızı, üzərində ***-***-**-**, ***-***-**-** mobil nömrələri olan “REDMİ” markalı ona məxsus mobil telefon və ona məxsus sürücülük vəsiqəsi aşkar olunmuşdur, üzərində ***-***-**-**, ***-***-**-** mobil nömrələri olan “REDMİ” markalı ona məxsus mobil telefon və sürücülük vəsiqəsindən başqa digər əşyalar və pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır və bir neçə saniyədən sonra video çəkiliş dayandırılmışdır, daha sonra icazəsi ilə yaşadığı ünvana müdafiəçi və iştirakçılar birlikdə baxış keçirilmişdir, baxış zamanı yaşadığı evdə olan çarpayının üzərindəki döşəyin altından 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü, 1 ədəd kibrit qutusunu və 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir, həmin vaxt polis əməkdaşı tərəfindən gümüşü rəngli bükümün içərisinə baxılanda oradan “Şüşə”, kibrit qutusun baxılanda isə qurudulmuş marixuana aşkar olunmuşdur, həmin maddələr elektron tərəzidə çəkilmişdir, gümüşü rəngli bükümdəki “Şüşə” kağız ilə birlikdə 6,44 qram, kibrit qutusundakı marixuana isə qutu ilə birlikdə 5,190 qram olmuşdur. Həmin kütlələr və 1 ədəd qara rəngli elektron tərəzi ekspertiziya təqdim olunması məqsədi ilə ağ rəngli zərflərə qoyularaq qablaşdırılmışdır, DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir, üzərində qeydlər aparılaraq imzalanmışdır. Eyni zamanda yaşadığı evə baxış zamanı 1 ədəd falqa kağız parçası aşkar olunaraq götürülsədə digər əhəmiyyət kəsb edən maddi sübut aşkar olunmamışdır. İfadədə verilən suallara cavab olaraq, ondan götürülmüş narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Nərimanov metrostansiyasının yanında tanımadığı şəxsdən aldığını, əldə etdiyi narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün və satış məqsədi ilə aldığını, əvvəllər narkotik vasitə və ya psixotrop maddə satdığını, hədiyyə verdiyini, lakin, həmin şəxsləri tanımadığını bildirmişdir. (cild 1, iş vərəqə 71-73) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-nın müavini vəzifəsində xidmət edirəm, rütbəm polis mayorudur. Bildirirəm ki, xx.xx.2021-ci il tarixində Füzuli rayonu, Əzizbəyov küçəsi, ev 3-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 2-də yaşayan, məhkumluğu olmayan, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektorları, polis baş serjantı Şahid2, polis serjantı Bəhruz Səmədovdan, kriminalistik təhqiqatlar bölməsinin inspektorkriminalisti, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişdirlər və Sumqayıt Regional Vəkillər Bürosunun vəkili X1 iştirakını təmin etmişdirlər. xx.xx.2021-ci il tarixdə saat 23:45 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə yataqxana 2-nin yaxınlığında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 2-nin yaxınlığına gəlmişdirlər və orada olan zaman inspektor-kriminalist tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşdürlər. Onlar xx.xx.2021-ci il tarixdə saat 00:05-də Təqsirləndirilən şəxs görüb sonuncunu saxlamışdırlar və özlərini təqdim etdikdən sonra sonuncudan özünü təqdim etməsini xahiş etmişdirlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı saxlanılan şəxsə hansı əsəslarla saxlanıldığını bildirmişdir və sonuncunu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə 3-cü PB-nə gəlmişdir. PB-də xidmtəi otaqların birində üzərinə videogörüntü ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Videogörüntü ilə şəxsi axtarış başladıqda təhqiqatçı özünü bir daha təqdim etmişdir və bundan sonra onlar özlərini təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən təkrar olaraq Təqsirləndirilən şəxs saxlanılmasının əsasları bildirilərək, hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim edilmişdir və Təqsirləndirilən şəxs sonuncunun hüquqlarını müdafiə edən vəkili Günay Cəfərova təqdim edimişdir. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Bundan sonra sonuncuya üzərində qanunsuz əşyaları təqdim edilməsi xahiş etmişdirlər. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümdə nə olduğu soruşulan zaman Təqsirləndirilən şəxs “nəşə” yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs narkotik vasitəni saxlanılmamışdan təxminən 3 gün əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsində tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Nərimanov metrostansiyasının yaxınlığında qoyduğu yerdən “şüşə” yəni psixotrop maddə olan metamfetaminlə birlikdə götürdüyünü, narkotik vasitənin bir hissəsini və “şüşə” adlanan maddəni hazırda yaşadığı evdə saxladığını, əldə etdiyi maddələrin pulunu xatırlamadığı şəxsin kart hesabına ödəmə aparatı vasitəsi ilə 250 manat ödəyərək aldığınını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı hazırda yaşadığı evdə də yuxarıda qeyd etdiyi maddələrin olduğunu və evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış davam etdirilmişdir, Təqsirləndirilən şəxs 01 ədəd Redmi markalı üzərində ***-***-**-**, ***-***-**-** mobil nömrələri olan mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmişdir və çəkisinin 6,40 qram olması müəyyən olunmuşdur. Saxlanılan şəxsin üzərindən aşkar olunmuş kütlə zərfə qoyularaq qablaşdırılmışdır, möhürlənmişdir və videoçəkiliş dayandırılmışdır. Sonra şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 2 ünvanına yollandıq. Evin qarşısında yenidən videoçəkiliş davam etdirilmişdir və təhqiqatçı təkrar olaraq özünü təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişdir və Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə olan metamfetaminin yerinin göstərilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə evə daxil olur çarpayının sağ tərəfinin baş hissəsində döşəyin altından 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülümüş kütləni, 01 ədəd kibrit qutusunda olan kütləni və 1 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Həmin gümüşü rəngli siqaret kağızı bükümün içərisində olan kütlənin nə olduğu Təqsirləndirilən şəxs soruşulduqda o, həmin bükümün içərisində “Şüşə” yəni psixotrop maddə metamfetamin olduğunu demişdir. Kibrit qutusunun içərisində isə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kütləninin yəni, narkotik vasitə marixuananın qalığı olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılmamışdan təxminən 3 gün əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsində tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Nərimanov metrostansiyasının yaxınlığında qoyduğu yerdən “şüşə” yəni psixotrop maddə olan metamfetaminlə birlikdə götürdüyünü, narkotik vasitənin bir hissəsini və “şüşə” adlanan maddəni hazırda yaşadığı evdə saxladığını, əldə etdiyi maddələrin pulunu xatırlamadığı şəxsin kart hesabına ödəmə aparatı vasitəsi ilə 250 manat ödəyərək aldığınını bildirmişdir. Sonra götürülmüş büküm və kibrit qutusu elektron tərəzidə çəkilmişdir və gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün çəkisinin 6,44 qram, kibrit qutusunun içindəki kütlənin kibrit qutusu ilə birlikdə çəkisinin 5,90 qram olması müəyyən olunmuşdur. Bundan sonra evin digər otaqlarına baxış keçirilmişdir. Sonra baxış keçirilməsi ilə protokol tərtib edilmişdir və götürülmüş kütlələr qablaşdırılmışdır. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Suallara cavab olaraq, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini saxlanılmamışdan təxminən 3 gün əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsində tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Nərimanov metrostansiyasının yaxınlığında qoyduğu yerdən “şüşə” yəni psixotrop maddə olan metamfetaminlə birlikdə götürdüyünü əldə etdiyi maddələrin pulunu xatırlamadığı şəxsin kart hesabına ödəmə aparatı vasitəsi ilə 250 manat ödəyərək aldığınını, hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirildiyini, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəyini, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etdiyini, eyni zamanda əldə etməsində vasitəçilik etməsi və satması ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olduğunu və keçirilmiş tədbirlər nəticəsində saxlanıldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt ŞPİ-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə Sumqayıt şəhəri ərazisində əməliyyataxtarış tədbirləri keçirilməsinə dair Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini, polis mayoru Şahid1 28 iyul 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 4, 86) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəxsi axtarış keçirilməsi haqqında, Evə baxış keçirilməsi və Diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, həmin diskə daxil olduqda, orada «00027.MTS» və «00028.MTS» sözləri yazılmış 02 ədəd qovluğ müəyyən edilir ki, «00027.MTS» sözləri yazılmış birinci qovluqda 08 dəqiqə 44 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, video görüntünün ilk saniyəsində polis geyimində olan şəxs özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov olduğunu bildirir. Daha sonra digər şəxlər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nın müavini, polis mayoru Şahid1, CAŞ- nın kiçik inspektoru Şahid3 və CAŞ-nın kiçik inspektoru Şahid2 olduqlarını bildirirlər. Təhqiqatçı daha sonra saxlanılan şəxsə özünü təqdim etməsini xahiş edir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı saxlanılan şəxsin hansı əsasla saxlanılmasını bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 2-nin yaxınlığında saxlanıldığı bildirilir. Daha sonra Təqsirləndirilən şəxs saxlayanların Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları olduqlarını və saxlanılan zaman heç bir etirazının olmadığı üçün onlarla birlikdə PB-ə gəldiyini qeyd edir. Sonra təhiqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiçəsi Sumqayıt şəhər Regional Vəkillər Bürosunun vəkili X4 təqdim edilir və bundan sonra hüquq və vəzifələri barədə bildiriş təqdim edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağam edilmiş hər- hansı bir əşya və predmetin olması barədə soruşur, sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd göy rəngli mobil telefonu, 01 ədəd şəffaf rəngli sellofan büküm, alışqan, pul təqdim etdi. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olduğunu soruşduqda Təqsirləndirilən şəxs 6 ildir ki, narkotik vasitə marixuana və arada psixotrop maddə metamfetamin istifadə etdiyini bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş bükülünün imərisindəki kütlənin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümün narkotik vasitə olan marixuana olduğunu, Bakı şəhəri, Nərimanov rayonunda tanımadığı şəxsədən 4-5 gün bündan əvvəl 250 manata, ümumilikdə 2 qram çəkidə psixotrop maddə olan metamfetamin, 2 bağlamada marixuana aldığını bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aknış olduğu narkotik vasitənin və psixotrop maddənin digər hissəsinin harada °ltttası soruşulur və Təqsirləndirilən şəxs yaşadığı evdə olduğunu bildirir. Ödənişi post termilan aparatları vasitəsi ilə eldiyini, narktoik vasitəni və psixotrop maddəni aldığı Şəxsi sosial şəbəkə olan instagram vasitəsi ilə taış olduğunu bildirir. Sonra ötürülmüş büküm elektron tərəzidə çəkilir və çəkisinin 6,40 qram olması müəyyən edilir. Sonra Sonra vəkil Günay Cəfərovanın “sizə məxsudur” sualına Təqsirləndirilən şəxs mənə məxsusdur deyə cavab verir. Narkotik vasitə təhqıqatçı tərəfindən qablaşdırılan zaman vəkil Günay Cəfərovanın “sizə hər hansı təzyiq və ya işgəncə olubmu” sualına Təqsirləndirilən şəxs xeyr deyə cavab verir. Sonra təhqiqatçı tərəfindən götürülmüş büküm qablaşdırılır və imzalar çəkilir. Bundan sonra Təqsirləndirilən şəxs evə baxış keçirilməsi ilə bağlı etirazının olubolmaması soruşuldu və Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdi. Bundan sonra videoçəkiliş dayandırılır. “00028”.MTS” yazılmış ikinci qovluqda 09 dəqiqə 10 saniyədən ibarət görüntü var. Həmin görüntüyə baxdıqda müəyyən edilir ki, saniyəsində polis geyimində olan şəxs özünü təqdim edərək ŞPİ-nın 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov olduğunu bildirir. X5 şəxsi axtarışda Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmasını etiraf etməsini ona görə də yaşadığı evə baxış keçirilməsii bir daha nəzərə çatdırır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs bir daha etirazının olub olmamasını soruşur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir və onun yaşadığı evə ilk öncə özü sonra iştirakçılar daxil olur. Sonra müdafiəçi Təqsirləndirilən şəxs evin ona məxsus olmasını bir daha soruşur və Təqsirləndirilən şəxs həmin evin ona məxsus olmasını və həmin evdə tək yaşadığını bildirir.Sonra təhqiqatçı narkotik vasitənin harada olması ilə bağlı Təqsirləndirilən şəxs sual verir. Təqsirləndirilən şəxs evdə olan çarpayının sağ tərəfinin baş hissəsində döşəyin altından 01 ədəd gümüşü rəngli siqaret kağızında bükümü, 01 ədəd kibrit qutusunu və 01 ədəd qara rəngli tərəzini təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibritin içərisində narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisindəki kütlənin şüşə yəni psixotrop maddə metamfetamin olduğunu və həmin kütlətələri şəxsi axtarış zamanı götürülümüş kütlə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda İnstagram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxsin qoyduğu yerdən götürdüyünü bildirdi. Bundan sonra götürülmüş kütlələr elektron tərəzidə çəklir və kibrit qutusunun içindəki kütlə ilə birlikdə çəkisinin 5,90 qram olması, 01 ədəd gümüşü rəngli bükümün içərisindəki kütlənin çəkisinin 6,44 qram olması müəyyən olundu. Sonra baxışla bağlı protokol tərtib edildi. Bundan sonra kibrit qutusunun içərisindəki kütlə kibrit qutusu ilə birlikdə, 01 ədəd gümüşü rəngli siqaret kağızında olan i büküm, 01 ədəd elektron tərəzi qablaşdırıldı və qablaşma imzalandı. Qablaşdırılmadan sonra təhqiqatçı divanda olan kibrit qutularının nə üçün orada olduğunu və boş olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kibrit qutularının evin kibritləri olduğunu, gümüşü rəngli falqanın isə şüşə çəkərkən ıatıladə etdiyini bildirir. Bundan sonra digər otaqlara baxış keçiı ilıı və sübut əhəmiyyətli heçnə aşkar olunmur. Bundan sonra videoçəkiliş dayandırılır. (cild 1, iş vərəqə 87-88) Diskə baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/718 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “E.Q..Şükürovun üzərindən...” yazıları olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,935qram və üzərində “E.Q..Şükürova məxsus evdə...” yazıları olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,002qram, olan bitki mənşəli kütlələr tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-7,931qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd qara rəngli elektron tərəzinin üzərində çətənə(kannabis) bitkisinin hissəcikləri yoxdur. (cild 1, iş vərəqə 40-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3141 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “E.Q..Şükürova məxsus...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 5,918 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış maddə - metaçfetamindir, bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardir. İz mikrohissəcikləri cüzi olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan respublikasının Qanunu ilə tsədiq edilmiş Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə: 45-50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3940 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. (cild 1, iş vərəqə: 146-147) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair "xxxx" MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, müxtəlif nömrələr ilə narkotik vasitələrin satış məqsədli yazışmaların olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 116-122) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair "xxxx" MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, müxtəlif nömrələr ilə narkotik vasitələrin satış məqsədli yazışmaların olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 123-145) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Maddi sübut kimi tanıma haqqında” 03 avqust 2021-ci il tarixli qərardan görünür ki, qalıq çəkisi 5,818 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış maddə - metamfetamin, qalıq çəkisi 7,837 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (cild 1, iş vərəqə 90) Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd birincisi birincisi “Nömrənin_Məxsusluq_Tarixçəsi”, ikincisi “SMS_Tarixçəsi_”, üçüncüsü “SMS_Tarixçəsi_”, dördüncüsü “Zənglərin detallaşması_” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə: 123-145) Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd birincisi birincisi “SMS_Tarixçəsi_” ikincisi “SMS_Tarixçəsi_”, üçüncüsü “Zənglərin detallaşması_”, dördüncüsü “Zənglərin_Məxsusluq_Tarixçəsi” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə: 116-122) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. (cild1, iş vərəqə: 96-97) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil- Kommunal sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, X6 barəsində 22 saylı MKSyə şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 156) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması, elektron tərəzinin mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 21, 80-81) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 iyul 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış qalıq çəkisi 5,818 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış maddə metamfetamin, qalıq çəkisi 7,837 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi məhv edilməli, maddi sübut kimi tanınmış üç ədəd disk isə iş materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 160,64 (bir yüz altmış manat altmış dörd qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, 28 iyul 2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan təhqiqatdan sonrakı qalıq çəkisi 5,818 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 7,837 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi məhv edilsin, 03 ədəd disk cinayət işinin matriallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 160,64 (bir yüz altmış manat altmış dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-129/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-129/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver