Məhkəmə qərarları › İş №1(124)-129/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-129/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-129/2025 12.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 (sədrlik edən), X15 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X1 və onun nümayəndəsi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakı ilə, xx xxxx 1975-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs övladı Şahid1 əri Zərərçəkmiş şəxs tərəfindən məişət zəminində əvvəllər müxtəlif vaxtlarda zor göstərilərək əl-ayaq zərbələri və kəsici alətlə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməsinə münasibət bildirdikdə, Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 şəxsiyyəti üzərində müstəsna “səlahiyyətlərə” malik olması, icazəsi olmadan arvadının müstəqil hər hansı bir qərar qəbul etmək ixtiyarının olmaması kimi mövqedən çıxış edib, növbəti dəfə 18 yanvar 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdə ailə-məişət münasibətləri zəminində əri tərəfindən qızının döyülərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol qulaq seyvanının, boyun və üzün sağ yarısının yumşaq toxumalarının əziyi” kimi xəsarətlərin yetirilməsindən sonra azyaşlı uşağı ilə yaşadığı evdən qaçıb fiziki zorakılıqdan yaxa qurtarmaq üçün təkidli müraciətindən sonra qızının gizləndiyi yaşadığı evin yanındakı mağazadan idarə etdiyi avtomaşınla götürüb özünün yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gətirmiş, halı pisləşdikdə Şahid1 Sumqayıt X23 Xəstəxanasına stasionar müalicəyə yerləşdirməsi zamanı Şahid1 şəxsiyyəti ətrafında qərar vermək səlahiyyətinin yalnız ona məxsus olması mövqeyindən çıxış edib, onun başqa yerə aparılmasını yolverilməz hərəkət olduğu qənaətinə gələn Zərərçəkmiş şəxs həmin gün saat 14 radələrində onun yaşadığı 28 saylı evə gəlib, orada ictimai qaydanı kobud surətdə pozan, hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə onu sakitləşdirmək istəyən toplaşmış şəxslərin dediklərini aqressiv qəbul edib, onlara qarşı da zor göstərməsi barədə məlumat almış, məcburiyyət qarşısında xəstəxanadan evinə geri qayıdaraq Zərərçəkmiş şəxs evin birinci mərtəbəsində olan qonaq otağına dəvət edərək qızı Şahid1 qarşı bu həddə aqressiv davranışının, habelə qızının evdən çıxmasını bu tərzdə aqressiv mübahisələndirməsinin səbəblərini aydınlaşdırmaq üçün aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs ona qarşı da kobudluq göstərib “yaxşı edirəm döyürəm” deyə cavab verərək, onu şillə ilə vurub xəsarət yetirərək gödəkcəsinin qol hissəsində gizlətdiyi özü ilə gətirdiyi tiyəsi 150 mm, dəstəyi 121 mm olmaqla ümumi uzunluğu 271 mm olan, zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını gödəkcəsinin qolundan çıxarıb onun üzərinə gələrkən sonuncunun ilişib yıxılmasından istifadə edərək həmin bıçağı əlinə götürüb bununla da, Zərərçəkmiş şəxs ona bıçaqla zərbə endirməsi təhlükəsinin tam olaraq artıq aradan qalxmasına baxmayaraq, bu andan öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib onları idarə etmək iqtidarında olmaqla psixi-emosional halında situasiya ilə əlaqədar yaranmış hirslilik fonunda Zərərçəkmiş şəxs onun qızına qarşı etdiyi fiziki və mənəvi zorakılıq hərəkətlərinə, habelə ona qarşı zor göstərib üzərinə bıçaqla gəldiyinə görə qisas alıb qəsdən öldürmək niyyəti ilə Zərərçəkmiş şəxs üzərinə gedərək sonuncunun bədəninin həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi nahiyəsindən əlindəki bıçaqla ardıcıl zərbələr endirib sonuncuya daxilə nüfuz edən və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid "Döş qəfəsinin ön səthinin sağ yarısında İİ-İİİ qabırğa səviyyəsində bir ədəd, qarın nahiyəsinin sol yarısında, sol qabırğaaltı nahiyədə bir ədəd, qarın nahiyəsinin sağ yarısında bir ədəd”, habelə yüngül zərər vurmanın əlamətlərinə malik "Sağ bud nahiyəsinin aşağı 1/3-nin iç səthinin bir ədəd deşilmiş-kəsilmiş və sağ əlin İİİ, İV və V barmaqlarının kəsilmiş yaraları” kimi kəskin qanitirmədən ölümünə səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə olan gün səhər saat 9:30 radələrində o, Saray qəsəbəsində yas mərasiminə getmişdir. Yas mərasimində yarım saat oturmuşdur ki, dostunun mağazasında işləyən qız tərəfindən ona zəng gəlmişdir. O, zəngi cavablamış və telefonda danışan şəxsin qızı olduğunu görmüşdür. Qızı həyat yoldaşının onu döydüyünü, qulağının qan içində olduğunu və başını divara vurduğunu, məcbur qalıb evdən qaçdığını və dostunun mağazasında olduğunu söyləmişdir. O, həmin vaxt maşınsız olmuş və dostundan xahiş etmişdir ki, avtomobili ilə onu mağazaya aparsın. O, mağazaya gəlmiş və qızını üz-gözü, qulağı qan içində görmüşdür. Qızının uşağı da yanında olmuşdur. Onları avtomobilə mindirib evə gətirmişdir. O, həyat yoldaşına qızın vəziyyətinin yaxşı olmadığını söyləmişdir. O, qızının başına əlini vurmuş və başının çox pis şişdiyini görmüşdür. Həyat yoldaşı ilə birlikdə qızını öz avtomobilinə mindirmiş və Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparmışdır. Xəstəxanada qızının başını aparata salmışlar və həkimlər beyninin silkələndiyini bildirmişlər. Həkim dərman yazmış, o, həmin dərmanları almışdır. Elvin ona 3 dəfə zəng etmiş, amma o, Elvinin xəstəxanaya gələcəyini düşünüb zənglərə cavab verməmişdir. Onlar xəstəxanada olan zaman qaynı və dostu xəstəxanaya gəlmişlər. Xəstəxanada olan zaman Elvin yenə ona zəng etmiş və o, telefonu açmışdır. Elvin ondan harada olduğunu soruşmuş və o, evə getdiyini söyləmişdir. Elvin təkrar ondan yerini deməsini istəmiş və o, yolda olduğunu söyləmişdir. Elvin evə çatan kimi ona zəng etməsini istəmişdir. O, xəstəxanadan çıxmış və evə getmişdir. Qızı isə anası ilə xəstəxanada qalmışdır. Daha sonra Seyid ona zəng etmiş və harada olduğunu soruşmuşdur. O, evə doğru yolda olduğunu, qızı xəstəxanada qoyduğunu və vəziyyətinin yaxşı olmadığını söyləmişdir. Seyid Elvinin onlara getdiyini və onu yola verməsini söyləmişdir. O, əsəbləşərək qızının vəziyyətinin pis olduğunu, oğlunun qarşısını özünün almasını bildirmişdir. O, Saray qəsəbəsinə çatmadan əvvəl böyük qaynı Elvinlə dalaşmış və camaat onları ayırmışdır. O, evə gəlmiş və Elvinin avtomobilinin orada olduğunu, özünün isə olmadığını görmüşdür. Daha sonra Elvinin gəldiyini görmüşdür. O, Elvinlə görüşmüş və ona sakit şəkildə söhbət etməyi təklif etmiş, amma Elvin söyüş söyməyə başlamışdır. O, Elvinə söyüş söyməməsini bildirmişdir. O, qapıdan içəri girən zaman Elvin onu kənara çağırmışdır. O, Elvinlə razılaşmamış və evə girməli olduqlarını, anasının da məsələni bilməsini söyləmişdir. Onlar evə girən zaman Elvin onun əmisi oğlu ilə balaca qaynını söymüşdür. Onlar qapını bağlamış və o, stolda oturmuş, Elvin isə ayaqüstə dayanmışdır. Elvin bir qolunu aşağı salıb və həmin qolunda bıçaq saxlayırmış. O, otura-otura Elvin bıçağın arxa tərəfi ilə onun başından vurmuşdur. O, ayağa qalxmış və həmin vaxt Elvin bıçağı çıxararaq onun üzərinə gəlmişdir. Daha sonra Elvin qapının dəstəyinə ilişmiş və o, bıçağı onun əlindən almağa çalışmışdır. Elvin bıçağı vermək istəməmiş və ona təpiklə vurmağa başlamışdır. Daha sonra Elvin onun üzərinə gəlmiş və o, özünü itirmişdir. Elvinə necə vurduğunu xatırlamır, amma o, Elvinə yalvarmışdır ki, onun üzərinə gəlməsin. O, inanmazmış ki, Elvin onun ailəsini, ana və atasını söysün. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Elvin onun ana tərəfdən qohumudur. Anası ilə Elvinin atası xalaqızı-xalaoğludur. Evləndikdən sonra Elvinlə qızının yola getmədiklərindən xəbərdar olmuş, amma qızının o dərəcədə döyüldüyünü bilməmişdir. Elvinin qızına qarşı zor tətbiq etdiyindən xəbərdar olmuşdur. Qızının anasına döyülməsi ilə bağlı məlumat verib-vermədiyini bilmir. Elvin əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində işləmişdir. Elvinin vəzifəsinin nə olduğunu bilmir. Qızı hadisədən əvvəl tez-tez hüquq mühafizə orqanlarına şikayət etmişdir. Elvin onun sözünü eşidən adam olmadığı üçün onunla bu barədə söhbət etmirmiş, amma Elvinin atası ilə söhbət edirmiş. Hadisə evin zalında baş vermişdir. Həmin vaxt evdə anası və gəlini olmuşdur. Əmisi oğlu ilə balaca qaynı həyətdə olmuşlar. Elvin birinci bıçağın arxası ilə onun başından vurmuşdur. Elvinin kurtkası qapının dəstəyinə ilişdikdən sonra o, bıçağı onun əlindən almışdır. Bıçağı Elvindən aldıqdan sonra Elvin üzərinə gəlmiş və onun dizi ilə qolundan vurmuşdur. Elvin ona vurduqdan sonra ağrı olmuşdur. Elvin onun başından vurduqdan sonra 12-13 gün onun burnundan qan gəlmişdir. Xəsarətlərin izi qalmamışdır. Bıçağı götürdükdən sonra onun hadisə yerindən qaçmağa və kömək çağırmağa imkanı olmamışdır. Elvinə neçə bıçaq zərbəsi yetirdiyini xatırlamır. Elvin onu söyməyə başlamış və o, ona yaxınlaşan zaman Elvinin köynəyinin qan olduğunu görüb kömək çağırmışdır. Elvini xəstəxanaya özü aparacaqmış, amma halı olmamışdır. O, bıçağı götürərək polis idarəsinə getmiş və könüllü şəkildə təslim olmuşdur. O, əməlindən peşmandır. O, Elvinin atasına zəng edib “Elvin bizə gəlsə onu öldürəcəm” deməmişdir. O, bıçağı Elvinin ovucunun içindən almışdır. Elvin bıçağın taxta hissəsindən tutmuşdur. O, oturan zaman Elvin bıçağın arxa hissəsi ilə onun başından vurmuşdur. Elvin qolunu silkələyən zaman o, bıçağı çıxardığını anlamışdır. Birinci dəfə vuran zaman yox, sonradan üzərinə hücum edən zaman Elvinin bıçağın kəsici hissəsi ilə ona vurmaq imkanı olmuşdur. Elvin onun başına vurduqdan sonra onun səhhətində problemlər yaranmışdır. O, bıçağı Elvindən alan zaman bıçağın taxta hissəsindən tutmuşdur. O, bıçağı aldıqdan sonra onu atmağa imkanı olmamışdır. Bıçağın tutacaq hissəsi Elvinin əlinin içində olmuşdur. O, evə gələn zaman Elvin orada olmamış, Elvinin avtomobili yolun əks tərəfində dayanmışdır. Elvin gəldikdən sonra o, Elvinlə görüşmüş və evə dəvət etmişdir. Elvin onu öz avtomobilinə tərəf çəkmiş, amma o getməmişdir. Həyətə girdikdən sonra Elvin onu qaraj tərəfə çəkmişdir. Həyətdə sadəcə onlar olmuşlar. Əmisioğlu ilə qaynı onların arxasınca evə gəlmiş, amma Elvin onları söymüşdür. O da qaynıgilə evə gəlməmələrini söyləmişdir. Evə gəldikdən sonra o oturmuş, amma Elvin oturmamışdır. O, Elvindən bıçağı alanda bıçaq yerə düşməmişdir. O, Elvini qisas məqsədi ilə öldürməmişdir. O, ibtidai istintaq zamanı bilmişdir ki, Elvin onun qızını dəhşətli dərəcədə döyürmüş. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı heç bir zor tətbiq olunmamışdır. İbtidai istintaq zamanı hadisəni olduğu kimi danışmışdır. Elvinin onu vurması nəticəsində onda xəsarət izləri qalmamış, çünki o, əynini qalın geyinmişdir. Elvinin başından vurması nəticəsində başı şişmişdir. İstintaq təcridxanasında başında yaranan şişkinliyin zərbə ilə bağlı olduğunu və düzələcəyini söyləmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X1 göstərmişdir ki, o, dövlət işində işləyir, hərbiçidir və səhər evdən çıxıb axşam evə gəlir. Qardaşı Elvingil onlardan ayrı yaşayırmışlar və o, onların ailəsində baş verən problemlərdən xəbərsiz olmuşdur. Ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir və məhkəmədən ona ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqının sonunda zərərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəmə kollegiyasına notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş və məhkəmədən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Elvin evləndikləri ilk gündən onu söyür, döyür, ona əziyyət edirmiş. Elvin işdən çıxarıldıqdan sonra əsəbləri tamamilə pozulmuş və ona qarşı kobud davranmağa başlamışdır. Soyuducunun üzərinə iki yazılanda onu dəfələrlə döyürmüş. Uşağı da buna şahiddir. Bir dəfə Elvin ondan pomidor-xiyar istəmiş və o, evdə olan pomidor-xiyarı doğrayıb süfrəyə qoymuşdur. Pomidor xiyar 3-4 ədəd olduğu üçün Elvin əsəbləşmiş və stolun üzərindəki bıçağı götürərək ona 28 ədəd bıçaq zərbəsi vurmuşdur. Elvinin ona zor tətbiq etməsi ilə bağlı şəkillər və sübutlar var. Elvin onu drellə deşmiş və barmağını qırmışdır. O, əlinə nə isə götürəndə barmağı tutmur. 40 günlük uşağını ayağında yatıran zaman Elvin onu yumruqla döyürmüş. Elvin onu qul əvəzi işlədirmiş. Onun başında 8 yerdə çapıqlar var. Elvin onun barmağını və burnunu qırmışdır. Onun körpə uşağı qan izlərini təmizləmiş, saçını kəsib, başındakı yaralarını təmizləmişdir. Elvin qəsdən onu incidirmiş. Qayınanası və qayınatası ona tapşırmışlar ki, Elvin əsəbləşən zaman onun gözünə görünməsin, çıxıb yuxarıda otursun. O da hadisə günü səhər-səhər tələsik Elvin üçün yemək hazırlayırmış ki, yuxarıya çıxsın. Elvin aqressiv şəkildə gəlmiş və onun sırğasına irad bildirmişdir. Həmin sırğanı ad günündə Elvinin bacısı ona hədiyyə etmişdir. O, Elvinə “baş üstə Elvin, əllərim ətlidir, yeməyini hazırlayım sonra sırğanı çıxaracam” demişdir. O, elə dedikdən sonra Elvin əsəbləşmiş və ona “sən mənimlə oyun oynayırsan” demişdir. Elvin onun çənəsindən vurmuş və o, yerə yıxılmışdır. Daha sonra o, ayağa durub qaçmaq istəmiş, amma qaça bilməmişdir. Elvin yerdə onu təpikləməyə başlamışdır. Uşaq qaça-qaça ona kömək etməyə gəlmişdir. O, qalxıb qaçan zaman Elvin onun saçından tutmuş və şkafa vurmağa başlamışdır. Həmin vaxt onun qulağı partlamış və qan axmağa başlamışdır. Həmin anda onun gicgahından və çənəsindən də yumruqla vurmuşdur. Elvin idmançı olduğu üçün onun hansı nahiyəsindən vurmalı olduğunu yaxşı bilirmiş. Elvin ona arxa tərəfdən vurmuş və o, dizi üstə yerə oturmuşdur. O, yerə yıxıldıqdan sonra Elvin onu yenə də döyməyə başlamışdır. Daha sonra uşağı onu aparıb əl-ayağını yumuş və yuxarı aparmışdır. Həmin vaxt onun ürəyi bulanmış, gözləri qaralmış və halsızlaşmışdır. Uşağı ona yalvarmış və Elvinin evdən getdiyini, Tayır babadan onu həkimə aparmasını istəməsini söyləmişdir. Elvinin valideynləri Elvindən qorxduğu üçün ona heç nə demirmişlər. Uşağı onu geyindirmiş və qapını açaraq onu çölə çıxarmışdır. Uşağı ətrafa baxmış və Elvinin orada olmadığından əmin olduqdan sonra onu yaxınlıqdakı mağazaya aparmışdır. O, oradakı xaladan xahiş etmişdir ki, atasına zəng etsin. O, atası ilə danışmış və Elvinin onu döydüyünü, qan içində olduğunu söyləmişdir. Atası gəlmiş və onları avtomobilə mindirərək evlərinə aparmışdır. Atası anasını çağırmış və onlar ondan qan gəldiyini gördükdən sonra uşağı nənəsinin yanında qoyub onu xəstəxanaya aparmışlar. Xəstəxanada onu aparatlara salmış və kəllə-beyin travması aldığını bildirmişlər. Daha sonra onu xəstəxanaya yerləşdirmişlər. Ondan sonra baş verənlərdən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Elvin işdən 2018-ci ildə uşaqları olan gün çıxmışdır. Elvindən şiddət gördüyü müddətdə kiməsə şikayət etməməsinin və boşanmağa cəhd etməməsinin səbəbi Elvindən qorxmağı olmuşdur. Elvin ona “səni öldürərəm” deyirmiş. Həmin gün atasına zəng etməyi uşağı istəmişdir. O qədər travma almışdır ki, özündə deyilmiş. Uşağı ona “Tayır baba bizi xəstəxanaya apara bilər” deyib ona zəng etməsini istəmişdir. Elvin onu döydüyünü atasına və ya kiməsə desə, həmin adamları öldürəcəyini deyirmiş. Elvin dəfələrlə qonşuları döymüş, hamı ondan şikayət edirmiş. Evin açarını ona qayınatası vermişdir. Açardan iki ədəd var imiş, biri Elvində, biri qayınatasında olmuşdur. Qayınatası Elvindən gizli açarın bir surətini çıxarıb ona vermişdir. Onun qapını bağlayıb harasa getmək ixtiyarı olmamışdır. Qayınatası açarı vermişdir ki, Elvin ona nəsə etsə, qaçıb canını qurtarsın. Elvin ona 28 ədəd bıçaq zərbəsi vurmuşdur. Lakin, qorxduğu üçün hüquq mühafizə orqanlarına şikayət edə bilməmişdir. Elvin mətbəxdə işlətdiyi ən böyük bıçağı onu hədələmək üçün ayırmışdır. Ona tez-tez “Bu bıçaqla sənin işini bitirəcəyəm” deyirmiş. Hətta, bir gün qaynatası ona “Bəsdi, bu qıza zülm edirsən, mən Tayırın yanında utanıram” demişdir. Elvin də ona “Tayır kimdir ki, mənim ailə işimə qarışır” demişdir. Elvin hər kəs üçün fərqli bıçaq ayırmışdır. Həmin gün Elvin evə gələn zaman o, mətbəxdə çörək doğrayırmış. Elvin bıçağı götürmüş və ona “Bu bıçağı bu dəfə sənin ayağına deyil, boğazına dirəyib sənin işini bitirərəm” demişdir. Elvin çox əsəbi olmuş, atası onun üçün dərmanlar gətirirmiş, içməsini və sakitləşməsini istəyirmiş. Elvin isə dərmanları qəbul etmək istəmirmiş. Onların evlərində baş verən münaqişələrdən qayınatası Seyid əminin xəbəri olmuşdur. Atası Elvinin xətrini çox istəyirmiş. O, Elvinin onu döydüyünü, söydüyünü demiş, lakin, bıçaqla işgəncələr etdiyini deməmişdir. Atası onun qisasını almaq üçün Elvini öldürməmişdir. Elvinin bir gün onu öldürəcəyini düşündüyü üçün ona yetirdiyi xəsarətlərin şəklini çəkmişdir. Sübut kimi qalmasını istəmişdir. Qardaşının nişan günü qardaşına özünü öldürəcəyini də demişdir. Elvin 2014-cü ildən 2018-ci ilə qədər işləmişdir. İşdən çıxmasının səbəbi şöbə müdiri ilə dalaşması, yola getməməsi olmuşdur. İşdən çıxmasının psixoloji problemi ilə bağlı olubolmadığını dəqiq deyə bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, onun oğlu və gəlini onlardan ayrı evdə yaşayırmışlar. Onların evinə gedişgəlişləri olmuşdur. Tayır ona oğlu və gəlini arasında söz-söhbət olması və onların arasını düzəltmək üçün bir şey etməli olduqları barədə demişdir. O, günahın kimdə olduğunu soruşanda isə Tayır susurmuş. Həm oğlu, həm də gəlini günahkar olmuşdur. Gəlini oğlu üçün yemək bişirmir, ona qulluq etmirmiş. Onu atası evində öyrədirmişlər. Ona görə də, onlar arasında narazılıqlar olurmuş. Hadisə günündən 1 gün əvvəl, o, əməliyyat olunmuş və hadisə günü evdə halsız uzanmışdır. Qapı döyülmüş, pəncərədə dayanıb kimin gəldiyini soruşmuş, gələn şəxs Rauf olduğunu bildirmişdir. Rauf ondan qapını açmasını istəmiş, lakin o, gəzə bilmədini söyləmişdir. Rauf Elvinin evdə olub-olmadığını soruşmuş, o da onlarda olmadığını, öz evində olacağını demiş və Rauf getmişdir. Daha sonra, Tayır ona zəng etmiş, Elvinlə gəlininin arasında söz-söhbət olduğunu, gəlinini döydüyünü demiş və gəlməsini istəmişdir. O, da Tayıra əməliyyat olunduğu üçün gələ bilməyəcəyini demiş və Elvin onlara getsə, məsələni yoluna qoymasını istəmişdir. Tayır isə cavabında “gəlməsin, gəlsə onu öldürəcəm” demişdir. Daha sonra, Tayırın ona belə bir söz demədiyini bildirdiyini eşitmişdir. Tayırla danışdıqdan təxminən 1 saat sonra ona zəng edib Tayırın oğlunu öldürdüyünü demişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, oğlu 6 il ailəli olmuşdur. Gəlininə qarşı heç bir işgəncə olmamışdır. Oğlunun heç bir psixoloji problemi olmamışdır. Oğlu əsəbləri ilə bağlı müalicə almamışdır. Oğlu qısqanc olmuşdur. Gəlinini hər yerə özü aparıb-gətirirmiş. Oğlunun gəlinini döydüyündən də xəbəri olmuşdur. Oğlunun gəlinini drellə deşmək və ya bıçaqla xəsarət yetirmək kimi işgəncələr etməsindən xəbəri olmamışdır. Elvinin ölümünü ona kimin xəbər verdiyini xatırlamır. Onlar maşına minmiş, Travmatologiya Xəstəxanasına yaxınlaşanda Vüqar demişdir ki, Elvin orada deyil, onu morqa aparıblar. Vüqar onların məhəllədə yaşayır, mağaza sahibidir. Tayırla münasibətləri yaxşı olmuşdur. Tayır oğlunu qəsdən öldürmüşdür. Tayır ona “oğlunu psixoloji müalicəyə apar” deməmişdir. Tayırla barışmaq fikirləri yoxdur. Birinci evinə Rauf gəlmişdir. Raufdan xeyli sonra Elvin gəlmişdir. Elvin əsəbi deyilmiş, sadəcə yoldaşının onun icazəsi olmadan niyə evdən çıxdığını soruşmuş və lazım olsaydı, özü apara biləcəyini demişdir. Səhhəti ilə əlaqədar Elvinin dalınca gedə bilməmişdir. Oğlu ilə münasibətləri normal olmuşdur. Hadisədən əvvəl Tayırla heç bir inciklikləri olmamışdır. Tayırın onun oğlunu öldürəcəyini heç vaxt düşünməzmiş. Hadisə günü Elvinin əlində bıçaq olmamış, istintaqda da müstəntiq ondan bıçağı Tayırgildə və ya Elvingildə görübgörmədiyini soruşmuşdur. O, da görmədiyini bildirmişdir. Onların evləri ilə Tayırgilin evi arasında maşınla 1 km məsafə olarmış. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, o, cümə axşamı günü yasda oturan zaman Tayır ona zəng edib Elvinin qızını döydüyünü, ora getdiyini demiş və onlara getməsini istəmişdir. O, Tayırgilə getmiş, lakin qapı bağlı olmuşdur. Tayıra zəng etmiş, amma Tayır telefonu açmamışdır. O da Seyid əmigilə getmiş, qapını döymüş, açan olmamışdır. Yerdə balaca daş olmuş, onu götürüb yenidən qapını döymüş və Seyid əmini çağırmışdır. Seyid pəncərəyə çıxmış və kimin gəldiyini soruşmuşdur. O, Həlimənin dayısı olduğunu bildirmiş və qapıya gəlməsini istəmişdir. Seyid ağrıdığına görə gələ bilməyəcəyini söyləmişdir. O, uşaqların harada olduğunu soruşmuş, o isə bilmədiyini demişdir. Yenidən Tayıra zəng etmiş, harada olduğunu soruşmuş və o, xəstəxanaya çatdığını bildirmişdir. O, xəstəxanaya getmiş və Həliməni uzadıb MRT müayinəsinə saldıqlarını görmüşdür. Orada biraz dayandıqdan sonra halının pisləşdiyini hiss etmiş və qayıtmışdır. O, özü 1-ci qrup əlildir və ürək xəstəsidir. X9pısında görmüşdür. Maşından düşüb onunla görüşmüş, Həliməni niyə belə döydüyünü soruşmuş, o da ailə söhbəti olduğunu və özü bildiyini demişdir. Elvin ondan Tayırın harada olduğunu soruşmuş, o da Tayırı nə üçün axtardığını soruşmuşdur. Bundan sonra, Elvin Tayırla bağlı nalayiq ifadələr işlətməyə başlamışdır. O, Elvindən söyüş söyməməsini, çıxıb getməsini istəmiş və sonra söhbət edəcəklərini demişdir. Həmin vaxt Elvin ona da hirslənib qollarından tutmuş, o, xəstə olduğunu və belə etməməsini bildirmişdir. Elvin necə etmişsə, onun iki dırnağı qopmuş, dırnağı qopduqdan sonra o, Elvini itələmiş, Elvin yenə də onu çəkib maşına mindirməyə çalışmışdır. O, halı olmadığını bildirmiş və maşına tərəf getməmişdir. Bu dəfə Elvin ona təpik atmağa başlamış, ona 4 dəfə təpik vurmuş, maşına mindirməyə çalışmışdır. Ətrafda olan insanlar onları ayırmışlar. Bundan sonra, maşınına minib evə getmiş, üst-başını dəyişib yenidən yasa getmişdir. Əsəbləşdiyi üçün nəfəsi çatmırmış. Çay içmiş və 10-15 dəqiqə dayanıb yenidən söhbətin nə yerdə qaldığını öyrənmək üçün Tayırgilə getmişdir. Qapıya çatanda artıq hadisə baş vermiş və hamı həyətdə olmuşdur. Elvini tez maşına qoyub və xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, hadisəni birbaşa görməmişdir. O, çatan zaman Tayır həyətdə olmuşdur. Tayır özünü itirmiş, heç nə etmirmiş. Tayır özü polisə təslim olmuşdur, amma nə vaxt və necə getdiyini bilmir. O, hadisədən sonra halı pisləşdiyi üçün xəstəxanaya getmişdir. Seyid əmigildən sonra Elvingilə getmiş, onların da qapısı bağlı olmuş, heç kim olmamışdır. Tayıra zəng etmiş, o xəstəxanada olduğunu bildirmiş, ona görə də, xəstəxanaya getmişdir. Elvini Tayırın maşını ilə xəstəxanaya aparmışlar. Maşını qardaşı sürürmüş. Qardaşının adı Əlidir. Səhv etmirsə, Tayırın dostu Vüqar da maşında olmuşdur. Elvinin ailəsinə xəbər verilibverilmədiyindən məlumatı olmamışdır. Elvini xəstəxanaya aparanda onun sağ olubolmadığını bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, ona Hacı Nasir zəng etmiş və Həliməni xəstəxanaya apardıqlarını bildirmişdir. Tayırgilin evinə gəlmiş və evdə heç kimin olmadığını görmüşdür. Tayıra zəng etmiş, Tayır xəstəxanada olduğunu demişdir. Həmin vaxt yanında başqa bir şəxs olmuş, onu başqa bir yerə aparıb qayıdanda xəstəxanaya getmək istəmiş və yenidən Tayıra zəng etmişdir. Tayır evə çatdığını demiş və o, Tayırgilə getmiş, əvvəlcə o, dalınca da Tayır evə çatmışdır. Tayırla görüşmüş və içəri girmişlər. Həmin vaxt maşın gəlmiş, Elvin maşından düşmüş, Tayır onu içəri dəvət etmiş, lakin Elvin razı olmamış və Tayırı maşının yanına çağırmışdır. Elvin Tayırın qolundan tutub aqressiv formada maşına tərəf dartmışdır. Daha sonra həyətə girmişlər, Elvin bu dəfə Tayırı tövlələr olan tərəfə dartmış, Tayır isə yenə evə getməyi təklif etmişdir. Onlar evə girmiş, Tayır Elvindən nə məsələ olduğunu soruşmuş, Elvin isə kənar şəxslərin çölə çıxmasını və ailə işinə qarışmamasını istəmişdir. Tayır onun ailənin üzvü olduğunu bildirmiş, Elvin isə razılaşmamışdır. Onu çölə çıxartmışlar. Küçədə dayanıb siqaret çəkən zaman səs-küyü eşidib içəri qaçmış və Elvinin yerdə uzandığını, Tayırın isə evin digər tərəfində dayandığını görmüşlər. Tayır Elvini tez xəstəxanaya çatdırmalarını istəmiş, o, X23a zəng etmiş və danışmış, lakin X23ın gec gələcəyini düşünmüşdür. Elvini tez maşına qoymuş, 6-7 dəqiqə sonra Travmatologiya Xəstəxanasına çatdırmış və həkimlərə təhvil vermişlər. Daha sonra o, evə getmiş, evə çatanda Hacı Nasir onu çağırmışdır ki, Elvinin “Niva” markalı avtomobilindən bıçaqlar çıxıb onlara baxsın. Bıçaqlar müstəntiqin əlində olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Tayırgilin evindən çıxdıqdan təxminən 5-6 dəqiqə sonra hadisə baş vermişdir. Həmin vaxt evdə Şükufə xala və Tayırın gəlini Samirə olmuşdur. Hadisə evin içində baş vermiş, onlar darvazadan çöldə olmuşlar. Evin həyətyanı sahəsi böyük olmuşdur. Evdə sözlü mübahisə olsaymış, onlar eşidə bilməzlərmiş. Darvaza ilə ev arasında məsafə çox olmuşdur. Onlar evə girəndə Elvinin yaşayıb-yaşamadığını bilməmişdir. Özünü itirmiş, tez onu maşına qoyub xəstəxanaya aparmışdır. Tayırın öz maşını ilə aparmışdır. Tayırın dostu Vüqar da onunla getmişdir. Vüqar hadisə baş verən vaxt onunla çöldə dayanmışdır. Hadisə baş verəndə Tayırın bacısı həyətdə olmuş, onlar onun səsini eşidib içəri girmişlər. Bıçaqları Elvinin maşınında deyil, müstəntiqin əlində paketdə görmüşdür. Tayırın bacısı evdə deyil, həyətdə olmuşdur. Onlar səs-küyü eşidib içəri girmişlər. Onu evdən çıxartdıqları üçün Şükufə xala və Samirənin Tayırgilin söhbətinə qarışıb-qarışmadığını bilmir. Elvini xəstəxanaya o aparmışdır. Elvini həkimlərə təhvil verdikdən sonra yarım saat orada dayanmışdır. Elvinin atasına zəng edirmişlər, lakin zəng çatmırmış. Daha sonra həkimlər Elvinin telefonuna zəng gəldiyini və yaxınlarının gələcəyini demişlər. O da çıxıb getmişdir. Həmin vaxt Elvinin vəfat edib-etmədiyini bilməmişdir. O, Tayırgilin evinə gəldikdən sonra Hacı Nasir onu bıçaqlara baxması üçün maşının yanına çağırmış, maşının yanına çatanda polis əməkdaşı paketi götürüb gedirmiş. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 18 yanvar 2024-cü il tarixdə günorta saatlarında o, qayınanası Ülkər xanım və qayınatasının anası Şükufə xanım evdə olmuşlar. Qapı açılmış, qayınatası, Həliməxanım və qızı gəlmişlər. Həlimə başını tutmuş, vəziyyəti ağır olmuş, ayaq üstə dura bilməmişdir. Tayır dayı Həliməxanımı xəstəxanaya aparmağı təklif etmiş, evdə heç 5 dəqiqə dayanmamışlar. Tayır dayı və Ülkər xanım Həliməni götürüb xəstəxanaya aparmış, Həliməxanımın qızı, o və qaynatasının anası evdə qalmışlar. O, qaynatasının anasına nənə deyirmiş. Təxminən 15-20 dəqiqə sonra qapı çox sərt formada döyülmüş, nənə ondan gedib kimin gəldiyinə baxmasını istəmişdir. O, baxmış və Elvinin gəldiyini görmüşdür. Elvin çox sərt formada qapını döyür və “qapını aç” deyirmiş. O, evdə heç kimin olmadığını bildirmiş və qapını açmamışdır. Ona evdə kiminsə olduğunu desəymiş, evə girə bilərmiş. Onun qapını döyməsindən narahat olmuşdur. Elvingil onlara çox gəlibgetmirmişlər. İldə bir-iki dəfə gələrmişlər. Elvin çıxıb getmiş və o, evə girmişdir. Bundan sonra o, beş dəqiqədən bir gəlib qapını döyürmüş. O da evdə heç kimin olmadığını bildirib qapını açmırmış. Elvin ona “məni tanımırsan? Qapını aç” deyirmiş. Onun uşaqları yanında olmuş və qorxurmuşlar, bu səbəbdən qapını açmamışdır. Bir müddət sonra onlar içəridə olan zaman Tayır dayı ilə Elvinin darvazadan içəri girdiyini görmüş, Elvin Tayır dayını əli ilə qarajın qabağındakı tənha yerə çəkməyə çalışırmış. O, onları balkonun pəncərəsindən görmüş, nə danışdıqlarını eşitməmişdir. Onlar balkona girdikdən sonra o, uşaqları götürüb nənə ilə birlikdə içəri otağa keçmişdir. Elvin Tayır dayıdan Həlimənin açarı haradan tapdığını soruşur, Tayır dayı da onu sakitləşdirməyə çalışıb Həliməni niyə döydüyünü, günahının nə olduğunu soruşurmuş. Elvin Tayır dayını dinləmir və Tayır dayıya “mən atamı saymıram, nəinki sizi sayım, mənim ailə işimə qarışmayın, Həliməxanım açarı haradan götürüb çölə çıxıb?” deyirmiş. Tayır dayı onu sakitləşdirməyə çalışırmış. Bundan sonra, Tayır dayının qışqırıq səsini eşitmişdir. O, sadəcə səsləri eşidir, baş verənləri görmürmüş. Otaqdan çıxdıqdan sonra, Tayır dayının üzünün qıpqırmızı olduğunu görmüş, Elvin onun üzünə vurmuşdur. O, çıxanda hadisə artıq olmuşdur. Tayır dayı “onu xəstəxanaya aparın” deyirmiş. Elvin ölməmiş, nəfəs alırmış. Tayır dayının əlində bıçaq olmuş, o bıçağı heç yerə qoymamış və daha sonra gedib təslim olmuşdur. O, Tayır dayının Elvini vurduğunu görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Tayır dayının əlində olan bıçaq evə gələndə onun üzərində olmamışdır. Həmin bıçaq onların evlərində olmamışdır. Tayır dayı və Elvinin mübahisəsini görmək imkanı olmamışdır. Onların olduğu otaq şüşəli balkon olmuşdur. Onları olduqları otağın pəncərəsi də olmamış, o, onları görə bilməmişdir. Həmin otağa balkondan keçirmişlər. Həmin vaxt həyəcanlı olmuş, ailə söhbəti olduğunu düşünürmüş, ona görə də, heç kimi çağırmamış və müdaxilə etməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən heç kim ona təsir göstərməmişdir. İfadəsini oxuyub imzalamışdır. Hadisə olandan sonra, Elvin sağ olmuşdur. Tayır dayı ona heç bir zərbə endirməmişdir. Hadisəni görməmiş, digər otaqdan eşitmişdir. O, orta təhsillidir və oxuya bilmir. İbtidai istintaq zamanı ifadə verdikdən sonra ifadəsini ona oxumuşlar. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 18 yanvar 2024-cü il tarixdə saat 14 radələrində evə olduqları zaman baldızı Həliməxanımm əri Elvin evin qarşısına gəlib küçədə dayanmış, onun evə daxil olmaq istədiyini bildikləri üçün qayınatası Təqsirləndirilən şəxs evdə olmadığı üçün Elvinə qapını açmamış, Elvin isə aqressiv formada həyətə giriş qapısını ayağı ilə döyərək israrla içəri daxil olmaq istəmişdir. Bir qədər sonra qayınatası Tayır evə gəlmiş, onun arxasınca Elvin də həyətə daxil olmuş və əsəbi formada nə isə demiş, daha sonra onlar evin birinci mərtəbəsində olan giriş qapısından sağ tərəfdə olan qonaq otağına daxil olmuşlar. Tayır masanın arxasındakı stulda oturmuş, Elvin isə otağa giriş qapısının yanında otağın daxilində ayaq üstə dayanaraq Tayırla mübahisə etmiş, onların dəqiq nə dediklərini eşitməsə də, mübahisənin Həliməxanımm üstündə olduğunu başa düşmüşdür. Belə ki, Elvin arvadı Həliməxanımı döydüyü üçün o, evdən qaçaraq atası evinə gəlmiş, baş nahiyəsində ağrılar olduğu üçün atası Tayır onu xəstəxanaya aparmışdır. Mübahisə zamanı evdə o, Şükufə qonaq otağından açılan digər yataq otağında olmuş və mübahisə olan otağa daxil olmadan qapıdan baş verənləri müşahidə etmişlər. Elvin Tayın təhqir edib nəyə görə qızını evə gətirdiyini və onların işinə qarışdığını soruşmuş, Tayır isə ona baş qoşmayaraq sakitləşdirməyə çalışıb arvadını döydüyü üçün ondan qorxaraq evə gəldiyini deyib Elvinə oturub sakitcə söhbət etməyi təklif etsə də, o sakitləşməyərək yaxşı edib döydüyünü demişdir. Sonra Elvin daha da aqressiv formada Tayıra doğru addımlayaraq anidən onun sifətinin sol nahiyəsindən yumruqla vurmuş, Tayır isə aşağı əyilərək üzünü tutmuş, bu zaman Elvin cibindən bıçaq çıxararaq Tayıra tərəf tuşlayıb onu vurmaq istəmiş, Tayır isə ayağa qalxaraq bıçağı onun əlindən almaq üçün ona tərəf getmiş və onlar əlbəyaxa olmuşlar. Elvinin Tayırı öldürəcəyindən qorxaraq dərhal otaqdan çıxıb onlara tərəf gəldikdə Tayırın bıçağı Elvinin əlindən aldığını və onları aralamaq istədikdə Elvinin artıq demək olar ki, tərpənmədiyini və çətin nəfəs aldığını görmüşlər. Nə baş verdiyini dəqiq bilməsə də, Tayırın Elvinin əlindən bıçağı almaq istədikdə bıçağın Elvinə dəydiyini, onu öldürmək niyyətinin olmadığını düşünmüşdür. Bıçağı Tayırın əlindən almaq istədikdə əlini bıçaq kəsmiş və həyətdə olan qan ləkələri ona məxsus olmuşdur (cild 01, iş vər. 60-63). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, ibtidai istintaq zamanı bu formada ifadə verməmişdir. İfadəsindəki imzalar ona məxsusdur. Elvinin bıçaq çıxardığını və Tayır dayıya vurmaq istədiyini deməmişdir. Məhkəmədə verdiyi ifadə düzgündür, ibtidai istintaq zamanı verdiyi ifadəsində demədiyi cümlələrin olmasının səbəbini bilmir. O, müstəntiqə oxuya bilmədiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, cümə axşamı günü ona əmisi oğlu Tayır tərəfindən zəng gəlmiş, Tayır ondan onlara getməsini istəmiş və Elvinin qapını sındırdığını demişdir. Onu dostlarından biri tez Tayırgilə aparmışdır. O, evə çatanda Elvini orada görməmişdir. Qapının zəngini basmış və qapını açmışlar. Əmisi arvadı ilə birlikdə oturub biraz söhbət etmiş, həmin vaxt əmisi arvadına zəng gəlmiş, lakin o söndürmüşdür. Ondan niyə söndürdüyünü soruşmuş, o da Elvinin zəng etdiyini, onlara gəlmək istədiyini və qorxduqlarını bildirmişdir. O, onların yanında olduğunu, qorxmalarına ehtiyac olmadığını demişdir. Namaz vaxtı çatmış və o, namaz qılmaq üçün getmişdir. O, qayıdana qədər Elvinin çöldə dava edib-etməməsindən xəbəri olmamışdır. Namazını qıldıqdan sonra yenidən Tayırgilə qayıtmış, qapını döymüş, açmışlar və içəri girmişdir. 15-20 dəqiqə sonra Tayır zəng edərək gəldiyini demiş, qapını açmalarını istəmiş və o, qapını açmışdır. Tayır və Elvin içəri girmiş, Elvin Tayıra “qaraj tərəfə keç, işim var” demişdir. Tayır isə evə gedib orada söhbət etmələrini istəmişdir. Onlar evə girəndə Tayırın qaynı Əli də onlarla gəlmişdir. Oturmuşlar və o, bu məsələlərin niyə baş verdiyini soruşmuş, həmin vaxt Elvin onun çölə çıxmasını istəmişdir. O da Elvinə ailədən biri, onun da əmisi olduğunu bildirmiş, lakin Elvin razılaşmamışdır. Ondan bir dəqiqə sonra da Əli otaqdan çıxmışdır. Onlar çıxdıqdan sonra qapını bağlamışlar. Çox keçməmiş ki, içəridən kimsə “vurdular” deyə qışqırmışdır. İçəri girmiş, Elvin uzanmış, qarnında bıçaq yarası olmuşdur. Qapını açıb tez qışqırmışdır ki, xəstəxanaya getmək lazımdır. Əli və Vüqar gəlmiş, Elvini xəstəxanaya aparmışlar. Tayır əlindəki bıçağı qəzetə büküb təslim olmağa getdiyini demişdir. O, hadisəni görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı evdə Şükufə xanım, Samirə xanım, Elvin və Tayır olmuşlar. Bəyim hadisə vaxtı evdə deyil, həyətdə olmuş və darvazanı o bağlamışdır. Vüqar və Elvini xəstəxanaya yola saldıqdan sonra çölə çıxmış, çöldə adam çox olmuşdur. Çöldə Elvinin maşınını görmüş, polislər gəlmişdir. Polislərdən biri mülki geyimli olmuş, Elvinin “Niva” markalı maşınının qapısını açmış, maşından balaca bir bıçaq çıxmışdır. Polis əməkdaşı həmin bıçağı ona göstərmişdir. Hətta, Əlini də çağırmışdır ki, bıçağa baxsın. İbtidai istintaq zamanı düzgün danışmışdır və həmin ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, dayısının yas məclisində oturub yemək yeyirmişlər, birdən Tayırın telefonla danışadanışa çölə çıxdığını görmüşdür. Daha sonra Tayır onu çağırıb qızı Həlimənin döyüldüyünü demiş və onu götürmək üçün dükana getmişlər. Həliməni ordan götürərək Tayırgilə getmiş, qapıda Tayır ondan məclisə getməsini və məclisi yola verməsini istəmişdir. Onları qapıda düşürüb getmişdir. Məclisdən sonra Tayıra zəng etmiş, o, vəziyyətin pis olduğunu deyib ağlayırmış. Dostları Mehman və Rauf da ona zəng edib vəziyyətin pis olduğunu demiş, onlar gəlib onu götürmüş və xəstəxanaya getmişlər. Xəstəxanada bir qədər dayanmışlar. Tayır ağlayırmış və onlardan məclisə getmələrini istəmişdir. Onlar qayıtmış, Tayırgilin qapısından keçəndə millətin ora yığıldığını görmüşdür. Elvin və Tayırın qaynı Rauf dalaşmış, Raufun ağzı-burnu qanayırmış. Maşından düşmüşlər, Elvinə belə etməməsini, camaatın olduğunu bildirmiş və Elvin Raufun maşınına minmişdir. Bir müddət Saray qəsəbəsində fırlanmışlar. Elvin Tayıra zəng edib harada olduğunu soruşmuş, Tayır da evdə olduğunu demişdir. Onlar Tayırgilə getmiş, Elvin və Tayır görüşüb içəri girmiş, onlar isə çöldə durmuşlar. Bir qədər sonra qışqırıq səsi gəlmiş, içəri girmiş və hadisənin baş verdiyini görmüşlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Elvini Əli və o aparmışlar. X2 aparmışlar. Bir müddət sonra ona zəng gəlmiş və həyəcandan səhvən onu köhnə xəstəxanaya apardıqlarını demişdir. Elvini xəstəxanaya aparanda ölüb-ölmədiyini bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, o, gəlinlə evdə oturmuş, kiminsə qapını sındırdığını eşitmiş, gəlinə qapını açmamasını demişdir. Daha sonra, Elvinin səsini eşitmiş, o “qapını aç” deyirmiş. O, qorxmuşdur. Evdə ancaq gəlin və o olmuş, onlar qapını açmamışlar. Elvin ona zəng etmiş, o da qorxduğu üçün şəkəri qalxmış və danışa bilməmişdir. Elvin 3-4 dəfə ona zəng etmiş, amma o açmamışdır. Bundan sonra, Tayır və Elvin gəlmişlər, Elvin onu bağa tərəf dartır, Tayır isə onu evə çağırırmış. Onlar evə gəlmiş, oturub söhbət etmişlər. Nə söhbət etdiklərini eşitməmişdir. Elvin onları içəri salmış, çöldə qalmağa qoymamışdır. Sadəcə eşidirmiş ki, Elvin stulu sındıraraq “açarı kim ona verib” deyə soruşmuşdur. Tayır da açarı kimin verdiyini bilmədiyini demişdir. Onlar otağdan çıxanda hadisə baş vermişdir. O, heç nə görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Həliməyə açar vermirmişlər, Elvin özü qapını bağlayıb gedir və gəlib açırmış. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid10 ifadəsində göstərmişdir ki, o, hadisə yerində olmamış, hadisəni də görməmişdir. Həmin vaxt o, dərsdə, daha sonra işdə olmuşdur. O, peşə məktəbində təhsil alırmış. Hadisə günü işdə olmuş, ona zəng gəlmiş və atasının Elvini bıçaqla vurduğunu demişlər. O da işdən çıxmış və evə gəlmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid11 ifadəsində göstərmişdir ki, o, hadisə günü yolda gedərkən Şahid8 zəng etmiş, Vüqar ona məlumat verməmişdir. O da düşünmüşdür ki, Elvinin bacısıdır deyə, pis olmamasını istəyir. Dayısına zəng etmişdir ki, o, Vüqarla əlaqə saxlasın. Vüqara zəng etməsinin səbəbi gəlinlərini evdən onun aparması olmuşdur. X5 çatdıqları ərəfədə Vüqar onlara yalan məlumat vermiş və onları 45-ci məhəllədə yerləşən xəstəxanaya yönləndirmişdir. Onlar xəstəxanaya çatanda bildirmişlər ki, bu cür xəstələr Travmatologiya Xəstəxanasına aparılır. Onlar yenidən həmin xəstəxanaya qayıtmışlar. Hadisə yerində olmamış, hadisəni də görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid12 ifadəsində göstərmişdir ki, o, mərhum Elvinin dayısıdır. Hadisə günü bacısı qızı ona zəng etmiş, Elvinin vurulduğunu demiş və Elvini hara apardıqlarını bilmədiyini, heç kimin onlara cavab vermədiyini bildirmişdir. O da Tayırın dostu Vüqara zəng etmiş, hadisədən xəbəri olubolmamasını soruşmuş, Vüqar da xəbəri olduğunu və Elvini 45-ci məhəllədə yerləşən xəstəxanaya apardıqlarını demişdir. O, bacısı qızına zəng etmiş və həmin xəstəxanaya getmələrini demişdir. Daha sonra, bacısı qızı zəng etmiş, xəstəxanada olduğunu, lakin Elvinin orada olmadığını bildirmişdir. O, yenidən Vüqara zəng etmiş, Elvinin həmin xəstəxanada olmadığını demiş, Vüqar da həyəcandan başını itirdiyini və səhvən Travmatologiya Xəstəxanası əvəzinə 45-ci məhəllədə yerləşən xəstəxana dediyini söyləmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, anası Şahid1, xalası Leyla, ana nənəsi Ülkərlə və böyük nənəsi Şükufə ilə birlikdə yaşayır, əvvəl isə atası Elvinlə və anası Həliməxanımla bir evdə yaşamış, anası işləməmiş, atası Elvin isə harasa getmiş, lakin işləyib-işləmədiyini bilməmişdir. Atası Elvinin anası Həliməxanımla münasibətləri pis olmuş, atası Elvin dəli kimi olmuş, həmişə anasını səbəbsiz döyüb üstünə qışqırmış, həmişə onu, hətta babası Tayın və dayısı Həsəni də öldürəcəyini demişdir. Atası heç vaxt onun üstünə qışqırmamış və onu döyməmiş, amma onun özünü əsəbi aparmasından həmişə qorxmuşdur. Atası Elvin anasına onun gözü qarşısında əzablar venniş, əlləri və ayaqları ilə döymüş, bir dəfə külqabı ilə başına-başına vurmuş, bir dəfə də bıçaq götürüb onun ayağına batırmış, onun ayağını qan eləmiş və o, anasının yarasını sarımışdır. Sonra babası Seyidpirəli və nənəsi Xatirəyə atasının anasını bıçaqla vurduğunu demiş, babası Seyidpirəlinin evinə qonaq gedəndə anası Elvinin bıçaq vurduqları çirk vermiş yeri göstərib Elvinin hərəkətlərindən şikayətlənmiş, amma hamı atasından qorxduğu üçün ona söz deməmişlər. Bir dəfə də babası Seyidpirəlinin evində olanda atası Elvin əsəbiləşib evin birinci mərtəbəsində anasını döyən vaxt nənəsi Xatirə qapını arxadan bağlayıb baxmış, onda atası anasını çox möhkəm döyüb evdə kafel üstündə sürümüş, yenə də heç kim qorxusundan müdaxilə edə bilməmişdir. Atam Elvin onu və anasım evdə bağlayıb heç yerə buraxmamış, həyətə ancaq atası evə gələndə və özü həyətdə olanda çıxıb oynamış, amma atası Elvin onu çox istəmiş, hər istədiyini almış, onu döyməmiş, amma buna baxmayaraq Elvin anasını döyəndə qorxudan səsini çıxarmamışdır. Bir dəfə xatırlamadığı vaxt atası Elvin həyətdə işləyən vaxtı əsəbiləşib anasının kürəyini drellə deşmiş, anası həkimə getmək istəsə də, atası onu buraxmamış, o, özü uşaq ola-ola anasının yaralarına krem vurub sarğı qoymuş, bir dəfə də babası Seyidpirəlinin ayağına işdə qaynar çay tökülmüş, o, atası və anası babasının evinə gedəndə atası Elvin orada da dava salıb su qabını götürüb bibisinin və babasının üstünə atmışdır. Sonuncu dəfə atasını hadisə günü görmüş, həmin gün atası oyanıb anasına səhər yeməyi hazırlamasını deyib özü yerinə uzanmış, anası mətbəxdə yemək hazırlayan vaxt arası ora gəlib anasına “bu nə sırğadır taxmısan, get mən sənə aldığım sırğanı tax” deyəndə anası ona “həmin sırğalar uzun olduğu üçün saçıma dolaşır” deyə cavab venniş, atası da anasının cavabına əsəbiləşib onu ayağından təpiklə, sonra da yumruqla vurmuş, anasının ayağı sürüşdüyü üçün başı qaz sobasına dəymiş və sol qulağından qan gəlmişdir. Sonra atası yemək yemədən evdən getmiş, bundan sonra anası onu da götürüb evdən qaçıb yaxında olan marketə getmiş, orada anası babası Tayıra zəng edib Elvinin onu döydüyü üçün onları götürməsini xahiş etmiş, babası Tayır və Vüqarla gəlib həmin marketdən onları götürüb öz evinə aparmışdır. Evdə olanda anasının halı pisləşdiyinə görə babası Tayır və nənəsi Ülkər anasını xəstəxanaya aparmış, bir qədər vaxt keçəndən sonra atası Elvin babasının evinin qarşısına gəlib darvazanı vurmuş, Tayırın harada olduğunu soruşub onu öldürəcəyini demiş, lakin ona heç kim qapı açmamışdır. Sonra babası Tayır evə qayıtmış, anası Həliməxanım və nənəsi Ülkər xəstəxanada qalmış, sonra atası Elvin yenə qayıdıb babası evinə gəlib yenə də qışqırmış, həmin vaxt Tayır babası həyətdə olmuş, pəncərədən atasının gəlməsini görüb qorxudan gizlənmək üçün nənəsinin otağına girmiş, sonra həyətdə səs-küy eşitmiş, onlar nəsə danışsalar da, nə danışdıqlarını eşitməmiş, sonra baş verənlərdən də xəbəri olmamışdır (cild 02, iş vər. 184-187). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs doğma bacısıdır. Həmin günü özlərinə məxsus mağazanın qabağında olan zaman uşaqlar mağazanın qabağından keçib məktəbə gedərkən Tayırgilin evinin önündə çoxlu adamın yığışdığını və çoxlu maşın olduğunu demişlər. Belə olub, tez mağazanın qapısını bağlamış və evə tərəf getmişdir. Qapıda çoxlu adam və maşın olduğunu görmüş, həmin vaxt anasının vəfat etdiyini zənn etmişdir. Darvazanı açmağa çalışmış, lakin aça bilməmiş və qapını döyməyə başlamışdır. Həmin vaxt Rauf gəlmiş, üstbaşını göstərib yeznələri Elvinlə dalaşdığını, Elvinin onu döydüyünü bildirmişdir. Onun əynindəki gödəkcə cırılmış və üst-başı pis vəziyyətdə olmuşdur. Yenidən qapını döymüş və bu zaman gəlinləri Samirə gəlib qapını açmışdır. Onunla Rauf içəri keçmişdir. Rauf üzünü, əllərini yumuş, üstünü təmizləmiş və daha sonra getmişdir. Evdə anasından nə baş verdiyini və niyə qapıda bu qədər adam olduğunu soruşmuş, anası da yoldaşının Həliməni döydüyünü, qanlar içində olduğunu və Tayırın onu xəstəxanaya apardığını demişdir. Anası ilə söhbət etdikləri vaxt qapı döyülmüş, kameradan baxıb Tayırın gəldiyini görmüş və qapını açmağa getmişdir. Qapını açmış, Tayır və Elvin həyətə girmiş, bu zaman Elvin bağ tərəfə keçmək istəmiş, Tayır isə onu evə dəvət etmişdir. Həmin vaxt Nasir və Əli də onlarla evə keçmiş, lakin Tayır və Elvin onları çölə çıxarmışlar. Belə olub, Nasir və Əli darvazadan çölə çıxmış, o isə qapını bağlamışdır. Həyətdə maşının yanında süpürgə, bel, pol ağacı və s. əşyalar olmuş və onları yerinə yığmağa başlamışdır. Həmin vaxt evdən söyüşlər eşitmişdir. Nə qədər vaxt keçdiyini xatırlamır, lakin bir müddət sonra evdən “həkim, xəstəxana” və s. qışqırıq səsləri eşitmiş, işini atıb tez darvazanı açmağa qaçmış və çöldə olan şəxslər həyətə girmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Tayır və Elvin evdə söhbət edən zaman o, həyətdə olmuş, evdə olmamışdır. Cinayət işinin materiallarında olan 18 yanvar 2024-cü il tarixli “Təqrir”dən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:25-də X24 İdarəsinin Saray Polis Bölməsinin növbətçi hissəsindən Abşeron rayon prokurorluğuna bıçaq xəsarətləri almış 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Sumqayıt Təcili və X12 Xəstəxanasına aparılarkən yolda ölməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 02). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evidir, evin dəhlizinə daxil olduqda giriş hissəsində üzərində qeyri-müəyyən formalı naxışları olan linonium vardır, baxışda iştirak edən Şahid4 deməsinə görə mərhum Zərərçəkmiş şəxs həmin yerdə yıxılmış, yerdə sonuncuya məxsus qan ləkələri olmuş, lakin sonradan həmin ləkələr yuyulmuşdur. Dəhlizdə qanabənzər ləkələrin olması müəyyən olunmasa da, evin taxta qapısının üzərində qanabənzər qurumuş formada ləkələr aşkar olunmuşdur. Şahid4 həyətdən dəhlizə daxil olduqda yaxın digər otağa açılan qapı boşluğunu göstərib hadisənin məhz həmin otaqda olduğunu, Təqsirləndirilən şəxs sol tərəfdə taxta stulda stolun qarşısında oturduğunu bildirdi. Otağın sonunda yerləşən digər otaqda həyətdə və küçədə quraşdırılmış müşahidə kameralarının “DVR” qurğusu aşkar edildi və əhəmiyyət kəsb edə biləcəyindən götürüldü. Daha sonra küçədən həyətə daxil olduqda evlə giriş qapısının arasında olan həyətin həmin hissəsində girişdən sol tərəfdə yardımçı tikilinin (mətbəxin) qarşısında döşəmənin üzərində damcı formasında 3 ədəd qanabənzər ləkələr aşkar olunmuşdur. Hadisə yerinə baxış zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, zəruri əşyalar götürülmüşdür (cild 01, iş vər. 03-14). Cinayət işinin materiallarında olan “Meyitə baxış keçirilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs meyitinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, döş qəfəsinin ön səthinin sağ yarısında İİ-İİİ qabırğa səviyyəsində 4x2,2 sm ölçüdə şaquli istiqamətlərdə yerləşmiş, kənarları hamar, yuxarı ucu küt, aşağı ucu iti olan yara vardır, yara ayaqaltından 128 sm yuxarıda, saat siferblatının 6 və 12 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Qarın nahiyəsinin sol yarısında, sol qabırğaaltı nahiyədə 4,5x1,7 sm ölçüdə, köndələn çəp istiqamətlərdə yerləşmiş, kənarları hamar, yuxarı ucu küt, aşağı ucu iti olan yara vardır. Yara ayaqaltından 114 sm yuxarıda, saat siferblatının 5 və 10 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Qarın nahiyəsinin sağ yarısında 4,6x3 sm ölçüdə şaquli istiqamətlərdə yerləşmiş kənarları hamar, yuxarı ucu küt, aşağı ucu iti olan yara vardır. Yara ayaqaltından 100 sm yuxarıda, saat siferblatının 6 və 12 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yaranın İçərisindən böyük piylik 13x6 sm ölçüdə bayıra çıxmışdır. Sağ bud nahiyəsinin aşağı 1/3-nin iç səthində 3x2 sm ölçüdə şaquli istiqamətlərdə yerləşmiş kənarları hamar, yuxarı ucu küt, aşağı ucu iti olan yara vardır. Yara saat siferblatının 2 və 7 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yara kanalının dərinliyi 6 sm-dir, istiqaməti soldan sağa və bir qədər öndən arxaya, aşağıdan yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sağ əlin İİİ barmağının orta falanqasının arxa iç səthində 1,5x0,5 sm, sağ əlin İV barmağının orta falanqasının arxa-iç səthində 2x0,6 sm, sağ əlin V barmağının əsas falanqasının arxa iş səthində 3,5x0,6 sm ölçülərdə kənarları hamar, ucları iti, köndələn-çəp istiqamətdə yerləşmiş yaralar vardır. Yara saat siferblatının 4 və 10 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Meyitin xarici müayinəsi zamanı digər xəsarətlər aşkar edilmədi. Baxış zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, zəruri əşyalar götürülmüşdür (cild 01, iş vər. 15-19). Cinayət işinin materiallarında olan 18 yanvar 2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Abşeron Rayon Polis İdarəsinin saray Polis Bölməsinə 1989-cu il təvəllüdlü Saray qəsəbəsi C.Cabbarlı küçəsi ev 28 də yaşayan Zərərçəkmiş şəxs bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 150). Cinayət işinin materiallarında olan 18 yanvar 2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Abşeron Rayon Polis İdarəsinin saray Polis Bölməsinə 1996-cı il təvəllüdlü Saray qəsəbəsi C.Cabbarlı küçəsi ev 28 də yaşayan Şahid1 kəllə beyin travması ilə xəstəxanaya müraciət etməsi və əri tərəfindən döyülməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 153). Cinayət işinin materiallarında olan “Nikah haqqında şəhadətnamə”dən görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar (cild 01, iş vər. 215). Cinayət işinin materiallarında olan “Respublika Psxiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1846 nömrəli məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs və xx.xx.1989-cu il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsində yaşamış Zərərçəkmiş şəxs Seydipirəli oğlu arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışlar (cild 01, iş vər. 221). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 yanvar 2024cü il tarixli 323 saylı rəyindən görünür ki, Şahid1 bədənində tibbi yardım üçün müraciət etdiyi “Sumqayıt Təcili və X12 Xəstəxanası”-nda qoyulmuş diaqnoz “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi. Sol qulaq seyvanının, boyun və üzün sağ yarısının yumşaq toxumalarının əziyi” küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 18 yanvar 2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 01, iş vər. 247-248). Cinayət işinin materiallarında olan “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 19151-1783 nömrəli məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Seydipirəli oğlu arxiv məlumatlarına görə həmin mərkəzdə narkoloji qeydiyyatda olmamışlar (cild 02, iş vər. 02). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 yanvar 2024cü il tarixli 140 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (cild 02, iş vər. 76). Cinayət işinin materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının 13 mart 2024-cü il tarixli 5/180 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “HD X20” markalı arxa məlumat lövhəsində “AHD-5008H-XM5” modelli “S/N **********01” seriya nömrəli müşahidə kameralarından videogörüntüləri qeydə alan “DVR” tipli cihaz halhazırda işlək vəziyyətdədir, cihazda quraşdırılmış tarix göstəricisi real tarixə uyğun olsa da, saat göstəricisi real saatdan 2 saat 17 dəqiqə irəli göstərməsi, cihazın yaddaşında 27 noyabr 2023-cü il tarixdən 18 yanvar 2024-cü il zaman intervalına aid videogörüntülər aşkar olundu (cild 02, iş vər. 78-82). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 27 fevral 2024-cü il tarixli 67-2024/MTKŞ saylı rəyindən görünür ki, təqdim edilmiş və məhkum Zərərçəkmiş şəxs məxsus olmuş maykanın ön səthinin sağ yarısının aşağı hissəsində 1 ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində 1 ədəd (cəmi 2 ədəd); puloverin ön səthinin sol yarısının aşağı hissəsində 1 ədəd və ön səthinin orta-sağ yarısının aşağı hissəsində 1 ədəd (cəmi 2 ədəd); gödəkcənin ön səthinin sağ yarısının aşağı hissəsində 1 ədəd, ön səthinin sağ yarısının orta hissəsində 1 ədəd, ön səthinin sol yarısının aşağı hissəsində 1 ədəd və ön səthinin sol yarısının orta hissəsində 1 ədəd (cəmi 4 ədəd) və şalvarın sağ ayaqlığının ön səthinin orta hissəsində 1 ədəd deşilmişkəsilmiş zədələr vardır, bu zədələr kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdilər. Mərhum Zərərçəkmiş şəxs məxsus olmuş gödəkcə, pulover, mayka və şalvarın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) təsirindən törənmələrinin mümkünlüyü istisna olunmur. Təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş tumanın və kəmərin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmışdır, məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab olunmur və üzərində heç bir düzəliş edilməmişdir (cild 02, iş vər. 85-94). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 29 fevral 2024-cü il tarixli 92/2024-MTBŞ saylı rəyindən görünür ki, ABO sistemi üzrə Zərərçəkmiş şəxs qan qrupu “O-alfa, beta/İ/”, Təqsirləndirilən şəxs qan qrupu “A/П”, Şahid4 qan qrupu isə “O/İ/”-dir. Təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcə, sviter, cins şalvar, mayka, Təqsirləndirilən şəxs məxsus gödəkcə, vodolazka, şalvar, taxta dəstəkli bıçaq üzərindəki ləkələrdə və hadisə yerindən 2 ədəd plastmas flakondakı çubuğun ucundakı pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə (şəxslərə) o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs və eyni qruplu Şahid4 məxsus ola bilər. Ləkələrdə A/İİ/ qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi üzrə inkar olunur. Zərərçəkmiş şəxs məxsus trusik üzərində qana şübhəli hər hansı ləkə, kəmər üzərində isə qan aşkar olunmadı (cild 02, iş vər. 96-102). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 yanvar 2024cü il tarixli 139 saylı rəyindən görünür ki, X10 bədənində aşkar edilmiş xəsarətlər - sol əlin ikinci barmağının səthi kəsilmiş yaraları iti kənarlı əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissədində göstərilən müddətdə və şəraitdə, yəni 18 yanvar 2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. (cild 02, iş vər. 106-107). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 yanvar 2024cü il tarixli 05 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində 4 ədəd deşilmişkəsilmiş yaralar, sağ əlin İİİ, İV, V barmaqlarının kəsilmiş yaraları aşkar olunmuşdur. Deşilmiş-kəsilmiş yaralar, döş qəfəsinin ön səthinin sağ yarısında İİ-İİİ qabırğa səviyyəsində olan yara İİİ qabırğanı kəsərək sağ plevra boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payını yaralayaraq kor qurtarır. Yaranın istiqaməti bir qədər aşağıdan yuxarıya, öndən arxaya, soldan sağa doğrudur, yara kanalının ümumi uzunluğu təxminən 6-7 sm-dir, yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl qansızmalıdır. Qarın nahiyəsinin sol yarısında, sol qabırğaaltı nahiyədə olan yara qarın boşluğuna nüfuz edərək nazik bağırsağı və bağırsaq müsariqələrini yaralayır. Yaranın istiqaməti yuxarıdan aşağı, bir qədər öndən arxaya, soldan sağa doğrudur, yara kanalının ümumi uzunluğu təxminən 7-8 sm-dir, yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalıdır. Qarın nahiyəsinin sağ yarısında olan yara qarın boşluğuna nüfuz edərək böyük piyliyi və bağırsaq müsariqələrini yaralayır. Yaranın istiqaməti yuxarıdan aşağı, bir qədər öndən arxaya, soldan sağa doğrudur, yara kanalının ümumi uzunluğu təxminən 7-8 sm-dir, yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalıdır. Sağ bud nahiyəsinin aşağı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası. Yara şaquli istiqamətlərdə yerləşib kənarları hamar yuxarı ucu küt, aşağı ucu itidir, yara saat siferblatının 2 və 7 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir, yara kanalının dərinliyi 6 sm-dir, bir qədər öndən arxaya və aşağıdan yuxarıya doğrudur, yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sağ əlin İİİ (1,5-0,5 sm ölçüdə), İV (2x0,6 sm ölçüdə), V (3,5x0,6 sm ölçüdə) barmaqlarının kəsilmiş yaraları. Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən 18 yanvar 2024-cü il tarixdə əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş 4 ədəd deşilmiş kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), sağ əl barmaqlarının 3 ədəd kəsilmiş yaraları iti kənarh əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Deşilmiş-kəsilmiş yaralardan 3 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, 1 ədəd deşilmiş-kəsilmiş yara və sağ əlin İİİ, İV, V barmaqların kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsi və qarın nahiyəsinin döş və qarın boşluğuna nüfuz edərək sağ ağciyəri, nazik bağırsağı və bağırsaq müsariqələrini böyük piyliyi zədələyən deşilmiş- kəsilmiş yaraların törətdiyi çoxlu qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün çoxlu qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (17 yanvar 2024-cü il, saat 17:00dan) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş kəsilmişdeşilmiş yaralar və kəsilmiş yaralar ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaraların və kəsilmiş yaraların xarakterini və təqdim edilmiş bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar həmin bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici- kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salsilatlar aşkar edilməmişdir. (cild 02, iş vər. 109-115). Cinayət işinin materiallarında olan 18 aprel 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, məhkəmə kompüter-texniki ekspertizasının 13 mart 2024-cü il tarixli 5/180 saylı rəyinə əlavə edilmiş “HD X20” markalı “DVR” tipli cihazın yaddaşında olan 17 yanvar 2024- cü il saat 23:59:00-dan 18 yanvar 2024-cü il saat 23:59:00-dək olan bütün video-görüntülər yazılmış xarici yaddaş qurğusuna (fleş-karta) tərəfimdən baxış keçirilmiş və aşağıdakılar müəyyən olunmuşdur. Müvafiq ekspertiza rəyinə əsasən videofayllarda olan tarix göstəricisi real vaxta uyğun olsa da, saat göstəricisi real saatdan 2 saat 17 dəqiqə irəlidədir. “CAM-2” qovluğunda olan video-görüntülər hadisənin baş verdiyi ünvan 4 ünvanının girişinin qarşısındakı kameradan götürülmüş görüntülərdir. Saat 14:47-də (real saat 12:30) Təqsirləndirilən şəxs evinin qarşısında saxladığı “Mitsubishi” markal **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşir, daha sonra arxa oturacağa daha 2 nəfər ( biri ağ gödəkçədə, digəri isə qara geyimdədir, görüntülərdən onların kişi və ya qadın cinlsi olmasını dəqiq müəyyən etmək mümkün olmur) oturur və o, avtomobili geriyə döndərərək hərəkətə başlayır. Bundan sonsa saat 14:56-da (real saat 12:49) evin qarşısında qara rəngli “Hyundai markalı “01-BG- 100” dövlət qeydiyyat nişanlı avtomobil saxlayır, avtomobilin sürücüsü olan qara geyimdə orta və ya bir qədər yaşlı bir kişi avtomobildən düşür və qapıya yaxınlaşır və sonra geri qayıdıb avtomobilə əyləşir, təxminən bir dəqiqə sonra avtomobildən düşür və piyada gələn başqa bir kişi cinsli şəxslə əllə salamlaşır, daha sonra evin giriş qapısına yaxınlaşıb söhbəti davam etdirirlər. Daha sonra saat 15:00-da (real saat 12:53) onların hər ikisi evə daxil olur və saat 15:01-də sürücü evdən çıxıb avtomobilinə əyləşib geri dönərək gedir. Saat 15:25də (real saat 13:18) evə daxil olan digər şəxs evdən çıxır. Saat 15:26-da (real saat 13:19) yolun əks hərəkət istiqamətindən ağ rəngli “Niva” markalı (dövlət qeydiyyat nişanı görnmür) avtomobil həmin şəxsin yanında dayanır, avtomobilin sürücü yerindən bir nəfər qara rəngli geyimdə kişi düşür və həmin şəxsə yaxınlaşıb söhbətə başlayır. Bir dəqiqə keçməmiş evdən çıxmış həmin kişi geri evə qayıdır, saat 15:29-da (real saat 13:22) “Niva” avtomobili düz istiqamətdə hərəkətini davam etdirir (avtomobilə minmə anı görünmür baxmaq lazımdı). Daha sonra saat 15:36-da (real saat 13:29) yenə də yolun əks istiqamətindən darvazanın qarşısında boz rəngli “Mercedes ML” markalı avtomobil (dövlət qeydiyyat nişanım görmək olmadı) dayanır, həm sürücü, həm də qabaq sərnişin oturacağından 2 nəfər kişi düşür, sürücü telefonla danışa- danışa arxaya doğru (gəldikləri istiqamətdə qayıdır), sərnişin də üst-başmı düzəldərək onunla birlikdə gedir. Saat 15:42-də (real saat 13:35) həmin boz avtomobilin arxasında qara rəngli “Niva” markalı olması ehtimal edilən avtomobil dayanır, sağ qabaq oturacağından 1 nəfər və onun ardınca 2 nəfər kişi düşüb evin qapısına yaxınlaşır, saat 15:43-də qara avtomobilin kişi cinsli sürücüsü də düşüb onlara yaxınlaşır, saat 15:45-də isə (real saat 13:38) “Mercedes ML” markalı avtomobilin sürücüsü maşına əyləşir, arxadan isə onunla birlikdə gəlmiş şəxs də yaxınlaşıb qabaqda oturur və onlar geri dönüb gedirlər. Daha sonra bir dəqiqə keçməmiş qara rəngli “Niva” markalı avtomobilə də iki nəfər əyləşir və onlar da eyni istiqamətdə gedirlər. Daha sonra saat 16:13-də (real saat 14:06) qarşı tərəfdən ağ rəngli “Niva” markalı avtomobil gələrək evin qarşısında dayanır, sürücü darvazaya yaxınlaşır (onırn içəri daxil olub-olmamasını görmək olmur, amma CAM-2-də həmin ərəfədə içəri bir nəfərin girdiyi görünür) və saat 16:15-də (real saat 14:08) avtomobilə əyləşərək düz istiqamətdə hərəkətini davam etdirir. Daha sonra saat 16:33-də (real saat 14:26) qarşı tərəfdən bir qədər əvvəl gəlmiş qara rəngli “Hyundai” markalı avtomobil yenə darvazanın yanında saxlayır, sürücü avtomobildən düşüb gözləməyə başlayır, daha sonra yolun digər tərəfindən bir nəfər kişi ona yaxınlaşıb görüşür, daha sonra onlar avtomobilin qarşısında üzbəüz dayanıb bir qədər aktiv əl hərəkətləri ilə (aqressiv söhbət aparıldığı ehtimal edilir) söhbət edirlər, saat 16:35-də avtomobilin qabaq sərnişin oturacağından bir nəfər kişi düşüb kənardan onlara yaxınlaşır. Az sonra söhbət edən iki nəfər arasında mübahisə başlandığı, bir-birlərinə əl-qol atdıqları görünür, digər yaxınlaşan şəxs isə onları aralayır, onların mübahisələri kameranın görüntü dairəsindən də kənara çıxır. Daha sonra onlar müşahidə kamerasına görünəndə artıq ətrafda yığılan şəxslərin sayı çoxalır (görüntülərdə əksəriyyət qara rəngli geyimdə olduğuna və kameranın çəkilişi keyfiyyətli olmadığına görə şəxslərin sayını və sifətlərini müəyyən etmək mümkün olmur). Saat 16:41-də (real saat 14:34) həmin avtomobilin arxasında daha bir qara rəngli avtomobil dayanır və sürücü ilə qabaq oturacaqda əyləşmiş şəxslər (2 nəfər) düşərək onlara yaxınlaşır, bu ərəfədə mübahisə artıq səngimiş və sakitləşmişdir. Saat 16:43-də (real saat 14:36) arxadakı sonradan gələn avtomobilin sürücüsü maşına tək əyləşib gedir Saat 16:44-də (real saat 14:37) evin içərisindən 2 nəfər kiçi çıxır və ətrafda olan digər şəxslər onlara yaxınlaşır, daha sonra “Hyundai” markalı avtomobillə gələn şəxslər maşına minib gedirlər və bundan sonra oraya toplaşmış adamlar da dağılışır. Saat 16:51-də (real saat 14:44) az əvvəl getmiş “Mercedes ML” markalı avtomobil qayıdıb gəlir, sürücü düşərək təxminən iki dəqiqə gözləyir, sonra qapıdan içəri daxil olur. Saat 16:55-də (real saat 14:48) ağ rəngli “Mitsubishi” markalı avtomobil darvazanın yanında saxlayır, qapıya yaxınlaşıb içəri daxil olur və elə həmin anda da qapıdan 3 nəfər şəxs çıxır. Bu zaman az əvvəl getmiş “Hyundai” markalı avtomobil yenidən gəlib orada dayanır, sürücü avtomobildən düşür, lakin qabaq sağ sərnişin qapısı “Mitsubishi” markalı avtomobilin arxasında qaldığından başqa kimin həmin maşından düşdüyünü görmək olmur. “Mitsubishi” markalı avtomobilin arxasında həmin şəxslərin söhbəti davam edir. Saat 16:56-da (real saat 14:49) adamların bir neçəsi evə daxil olur, “Hyundai” markalı avtomobil isə oradan uzaqlaşır. Saat 17:04-də (real saat 14:57) “Mitsubishi” markalı avtomobil də geri dönüş edərək oradan gedir. Daha sonra saat 18:42-dək (real saat 16:35) evin qarşısında çoxlu sayda kişi cinsli şəxslərin yığışdığı, müxtəlif markalı avtomobillərin saxladığı müşahidə olunur. “CAM-3” və “CAM-4” qovluqlarında olan video-görüntülər hadisənin baş verdiyi ünvan 4 ünvanının həyətindəki evin girişinin üstündə (CAM- 3) və həyətə giriş qapısının sağında həyətə tərəf istiqamətlənən kameradan götürülmüş görüntülərdir. ”Saat 15:44-də (real saat 13:37) bir nəfər qadın evin giriş qapısına yaxınlaşıb təxminən 10 saniyə qapıda dayanır və az sonra içəri 3 nəfər kişi daxil olur (ev tərəfdən də 2 nəfər azyaşlı uşaq da ora yaxınlaşır). Birinci içəri daxil olan kişi (mərhum Zərərçəkmiş şəxs olduğu ehtimal edilir) bir qədər evə tərəf gedir və sonra arxada dayanmış digər işi kişiyə yaxınlaşıb onlarla söhbətə başlayır. Bir qədər (20 saniyə) söhbət etdikdən sonra ilk içəri girən kişi çölə çıxır, digər şəxslər də onun ardınca nəsə söz deyib çölə çıxırlar, qadın isə qapının yanında dayanıb onlara baxır və sonra isə evə gedir. Saat 16:54-də (real saat 14:47) yaşıl xalatlı yaşlı bir qadın qapını içəridən açır və qara geyimdə hündürboylu bir kişi evə daxil olur və bir qədər irəli gəlir, onun qarşısına başında papaq olan bir kişi çıxır, bir qədər aqressiv formada söhbətə başlayırlar, həmin qadın da onlara yaxınlaşır. Bir qədər aqressiv söhbətdən sonra saat 16:55-də (real saat 42:48) həmin kişi çölə çıxır, qadın da onu qapıya kimi ötürür, daha sonra onunla söhbət edən kişi də qapıya doğru gəlir. Qapı açıq olduğundan orada başqa şəxslərin də olduğu görünür və daha sonra evə 3 nəfər daxil olur (biri az əvvəl çölə çıxan, biri Təqsirləndirilən şəxs, biri mərhum Zərərçəkmiş şəxs), Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs içəri çağırır və saat 16:56-da (real saat 14:49) hər üçü evə girir, bir dəqiqə sonra digər şəxs çölə çıxır. Saat 17:00-da (real saat 14:53) yaşıl xalath qadın evdən çıxıb qapıya yaxınlaşır, orada olanlara nəsə deyib evə qayıdır və evə daxil olmadan təxminən 10 saniyə sonra sağ küncə tərəf gedir (orada mətbəx təyinatlı tikili vardır). Saat 17:00:45-dən 17:01.20-dək (real saat 14:53-dən 14:54-dək) kamerada heç kim görünmür, arada bir-iki dəfə çöl qapı orada dayanmış bir kişi tərəfindən bir qədər açılır və bağlanır. 17:01:22-də (real saat 14:54) həmin yaşıl xalatlı qadın çöl qapıya qaça-qaça gedir, orada dayananlara nəsə deyir, bu zaman çöldən 5 nəfər kişi qaçaraq həyətə girir, onlardan 4-ü evə daxil olur, qadın da onların ardınca gedir (daxil olmazdan əvvəl orada dayanmış avtomobilin qabağına qoyulmuş çöl süpürgəsinə və ya belə benzər əşyanı da götürür), 1 nəfər kişi isə darvazadan girdikdə sol tərəfə doğru qaçır, bir neçə saniyə sonra darvazanın yanında olan əşyanı (taxta və ya dəmir parçası ola bilər) götürüb evə daxil olur, bu zaman yaşıl xalatlı qadın və içəri girmiş şəxslərdən biri qarşısına çıxır, içəridən çıxan şəxs çıxış qapısından çölə çıxır, qadın isə həmin kişi ilə birlikdə içəri girir (qadın həmin əşya götürmüş kişinin qolundan tutub içəri girməsinə mane olmaq istəyir). Saat 17:02:22-də (real saat 14:55) həmin qadın da çöl qapıdan çıxır və bir neçə saniyə sonra mobil telefonla danışa-danışa içəri evə daxil olur. Saat 17:02:43-də (real saat 14:55) evdən 5 nəfər kişi daxil olur, onların birinin əlində parıldayan bir əşya (bıçaq olması ehtimal edilir) vardır, daha sonra çöldən gəyətə daha iki nəfər girir və həyətdə söhbət aparılır. Adamların bir hissəsi içəri girir, bir hissəsi isə çöldə qalır, saat 17:04:55-də (real saat 14:58) 3 nəfər şəxs hərəkətsiz vəziyyətdə olan Zərərçəkmiş şəxs əl- ayaqlarmdan tutub çölə çıxarır, hansısa avtomobilə (CAM-2 kamerasının görüntüsünə əsasən “Mitsubioşhi” markalı avtomobilə) qoyularaq aparılır Daha sonra həyətə müxtəlif şəxslər girib-çıxır. Beləliklə elektron məlumat daşıyıcısı olan flaşkarta baxış zamanı işin mahiyyəti üzrə müəyyən edildi ki, 18 yanvar 2024-cü il tarixdə təxminən saat 14:50 radələrində Zərərçəkmiş şəxs qaynatası Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, onunla birlikdə evə daxil olmuş və saat 14:58də Zərərçəkmiş şəxs sonradan içəri daxil olmuş başqa şəxslərin köməyi ilə hərəkəsiz vəziyyətdə evdən çıxarılaraq avtomobillə aparılmışdır (cild 02, iş vər. 116-132). Cinayət işinin materiallarında olan 17 may 2024-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, cinayətin aləti kimi istifadə edilmiş məişət təyinatlı mətbəx bıçağı “3” nömrəsi ilə oxşar təyinatlı digər bıçaqlarla birlikdə Şahid1 təqdim edilmiş, sonuncu bıçaqlara diqqətlə baxaraq “3” nömrəsi ilə işarələnmiş bıçağı göstərib əri Zərərçəkmiş şəxs sağlığında atası Təqsirləndirilən şəxs öldürmək üçün ayırdığı və avtomobilində saxladığı həmin bıçaq olduğunu bildirmişdir. Eyni zamanda Şahid1 bildirmişdir ki, təqdim edilən bıçaqların arasında əri Zərərçəkmiş şəxs onu və digər ailə üzvlərini öldürməsi üçün ayırdığı bıçaq yoxdur. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, zəruri əşyalar götürülmüşdür (cild 02, iş vər.214-219). Cinayət işinin materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizasının 29 may 2024-cü il tarixli 20-Ə saylı rəyindən görünür ki, Şahid1 bədənində tibbi yardım üçün müraciət etdiyi “Sumqayıt Təcili və X12 Xəstəxanası'’-nda qoyulmuş diaqnoz "Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi. Sol qulaq seyvanının, boyun və üzün sağ yarısının yumşaq toxumalarının əziyi” küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 18 yanvar 2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Şahid1 bədən səthində aşkar edilmiş başın təpə, təpə-ənsə, ənsə, sol gicgah nahiyələrinin ağımtıl rəngli bir qədər yumşaq konsistensiyalı, kənarları nahamar, burun nahiyəsində solğun-çəhrayımtıl rəngli, cüzi bərkvari konsistensiyalı, kənarları nahamar, sağ kürək, bel, sol bazu oynağı, sağ bazu, sol bud nahiyələrinin, sol əlin bayır səthinin, sol əlin İİ barmağının ağımtıl rəngli yumşaq konsistensiyalı, kənarları hamar çapıq toxumaları” xəsarətləri vardır. Şahid1nm bədən səthində aşkar edilmiş xəsarətlərdən “başın ənsə, təpə-ənsə, ənsə, sol gicgah nahiyələrinin ağımtıl rəngli bir qədər yumşaq konsistensiyalı, kənarları nahamar və burun nahiyəsində solğun-çəhrayımtıl rəngli, cüzi bərkvari konsistensiyalı, kənarları nahamar çapıq toxumaları” bərk küt əşyanın (əşyaların) təsirindən; “sağ kürək, bel, sol bazu oynağı, sağ bazu, sol bud nahiyələrinin, sol əlin bayır səthinin, sol əlin İİ barmağının ağımtıl rəngli yumşaq konsistensiyalı, kənarları hamar çapıq toxumaları iti kənarlı əşyanın (əşyaların) və ya alətin (alətlərin) təsirindən törənmişdir və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd edilən çapıq toxumalardan “başın ənsə, təpə-ənsə, ənsə, sol gicgah nahiyələrinin ağımtıl rəngli bir qədər yumşaq konsistensiyalı, kənarları nahamar çapıq toxumaları” müayinədən 1,5 il əvvəl törənmişdir, burun nahiyəsində solğunçəhrayımtıl rəngli, cüzi bərkvari konsistensiyalı, kənarları nahamar çapıq toxuması isə 0,5- 1,5 il əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, baş və s.), eləcə də bərk küt əşya ilə endirilmiş zərbələrin təsirindən əmələ gəlməsi mümkündür. Sağ kürək, bel, sol bazu oynağı, sağ bazu, sol bud nahiyələrinin, sol əlin bayır səthinin, sol əlin İİ barmağının ağımtıl rəngli yumşaq konsistensiyalı, kənarları hamar çapıq toxumaları müayinədən 1,5 il əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür. Rentgenoloji müayinələrin nəticələrinə əsasən, burun sümükləri rentgenoqrammasında orta 1/3-nin köhnə bitişmiş sınığı (deformasiya ilə müşayiət olunan) və sol əlin İ barmağının-daraq falanqa oymağında daraq sümüyünün başının falanqanın oynaq səthinə frontal yerləşməsi ilə oynaq başının deformasiyası qeyd olunur (oynaq bağlarının zədələnməsi ilə). Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olub, xəsarətlər yaranan zaman heç bir tibb müəssisəsinə müraciət etmədiyi və xəsarətlərin ilkin mənzərəsini əks etdirən tibbi sənədlər olmadığı üçün həmin xəsarətlərin əmələ gəlmə şəraiti və müddəti haqqında fikir söyləmək mümkün deyildir. Dərəcəsinə görə məhkəmətibbi baxımından həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır kimi qiymətləndirilir (cild 03, iş vər.53-55). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 10 iyun 2024-cü il tarixli 1701 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onu idarə edə bilmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də o, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanları normaya uyğundur, ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla, o iş üçün əhəmiyyətli hallan düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında situasiya ilə əlaqədar hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 03, iş vər.57-61). Cinayət işinin materiallarında olan “Sübutları qiymətləndirilmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.1, 122, 123, 126.3-cü maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə Azərbaycan Respublikası CMP-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd olunmuşdur. Mərhum Zərərçəkmiş şəxs əməllərində CM-in 127.1, 128, 221.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilsə də, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətdikdən sonra öldüyündən, onun barəsində CPM-in 39.1.5ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid4 “Sağ əlinin ikinci barmağının səthi kəsilmiş yaraları” xəsarətini Təqsirləndirilən şəxs əlindən bıçağı almaq istədiyi vaxt almasında cinayət tərkibinin olması müəyyən edilmədiyindən, həmin fakt üzrə cinayət işinin başlaması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd olmuşdur (cild 03, iş vər. 82-104). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CMnin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Cinayət işinin materiallarında mövcud olan və biri-digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması kimi istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, Təqsirləndirilən şəxs “...psixi-emosional halında situasiya ilə əlaqədar yaranmış hirslilik fonunda Zərərçəkmiş şəxs onun qızına qarşı etdiyi fiziki və mənəvi zorakılıq hərəkətlərinə, habelə ona qarşı zor göstərib üzərinə bıçaqla gəldiyinə görə qisas alıb qəsdən öldürmək niyyəti ilə Zərərçəkmiş şəxs üzərinə gedərək sonuncunun bədəninin həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi nahiyəsindən əlindəki bıçaqla ardıcıl zərbələr endirib sonuncuya daxilə nüfuz edən və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid "Döş qəfəsinin ön səthinin sağ yarısında İİ-İİİ qabırğa səviyyəsində bir ədəd, qarın nahiyəsinin sol yarısında, sol qabırğaaltı nahiyədə bir ədəd, qarın nahiyəsinin sağ yarısında bir ədəd”, habelə yüngül zərər vurmanın əlamətlərinə malik "Sağ bud nahiyəsinin aşağı 1/3-nin iç səthinin bir ədəd deşilmişkəsilmiş və sağ əlin İİİ, İV və V barmaqlarının kəsilmiş yaraları” kimi kəskin qanitirmədən ölümünə səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən qəsdən başqa şəxsin həyatdan məhrum edilməsinə yönəlmiş ictimai təhlükəli əməl törədilmiş, həmin ictimai təhlükəli əməllə bağlı olaraq Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarətləri (cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) almış və həmin xəsarətlər sonuncunun vəfat etməsinə gətirib çıxarmışdır ki, qeyd edilən ekspert rəyinə əsasən törədilən əməllə baş vermiş nəticə arasında birbaşa səbəbli əlaqənin olması, mərhumun ölümünə səbəbin isə ona yetirilən xəsarətlər nəticəsində baş vermiş qanitirmənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək mərhum Zərərçəkmiş şəxs öldürmək istəmədiyini, özünü müdafiə edərkən onu vurmaq məcburiyyətində qaldığını bildirsə də, o cümlədən müdafiəçi çıxışında sonuncunun əməlinin CM-nin 123.1-ci maddəsinə tövsif olunmasını xahiş etsə də, təqsirləndirilən şəxsin qarşılıqlı mübahisə zamanı əldə etdiyi bıçaqla insan həyatı üçün vacib orqanlara dörd dəfə xəsarət yetirməsi onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qeyd edilən xəsarətləri yetirərkən niyyəti məhz onu həyatdan məhrum etmək olmuş, etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 120.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Saray qəsəbəsi C.Cabbarlı küçəsində 28 saylı evdə qeydiyyatda olmaqla yaşayır. O, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Onun barəsində yaşadığı müddət ərzində Saray qəsəbəsi İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 02, iş vər. 06-07). İş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş “Ərizə”dən görünür ki, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini araşdıraraq belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq onun cinayət törətdikdən sonra könüllü olaraq polis əməkdaşlarına xəbər verməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olub-olmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdikdən sonrakı hərəkətləri araşdırıldıqda müəyyən edilmişdir ki, o, könüllü şəkildə heç bir təsir altında olmadan özünü polis əməkdaşına təslim etmiş və hadisə barədə onlara ətraflı məlumat vermiş, baş vermiş hadisə ilə bağlı istintaqın gedişinə fəal köməklik etmişdir. Odur ki, məhkəmə kollegiyası ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal köməklik etməsini CM-nin 59.1.10cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs sözügedən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-in 59.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını isə CM-in 59.1.12-ci maddəsinə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 53-54). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 60.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin dördə üçündən artıq olmayan həddə cəza təyin olunmalıdır. Belə ki, CM-in 60.1 maddəsindən görünür ki, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 31). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2024cü il tarixli, 4(012)-48/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 102-105). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 18 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus mayka, pulover, gödəkçə və şalvar, habelə cinayətin aləti kimi istifadə edilmiş bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus mayka, pulover, gödəkçə və şalvar, habelə cinayətin aləti kimi istifadə edilmiş bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar