Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-13/2023 22.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər Regional Vəkil Bürosunun vəkili X1, xx xxx 1980-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 5,296 qram çəkidə narkotik vasitə heroini və 0,082 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 29 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Xudat PB-nin inzibati binasında saat 22:15- 22:35 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd kibrit qutularının içərilərində 12 ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,420 qram, 0,382 qram, 0,352 qram, 0,482 qram, 0,229 qram, 0,448 qram, 0,475 qram, 0,390 qram, 0,444 qram, 0,476 qram, 0,452 qram, 0,415 qram və 09 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,015 qram, 0,035 qram, 0,013 qram, 0,003 qram, 0,051 qram, 0,053 qram, 0,090 qram, 0,059 qram və 0,012 qram olmaqla ümumi təmiz çəkisi 5,296 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,082 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, maşın yuyarkən 4 nəfər polis əməkdaşı onu saxlayıb, bölməyə aparmışdırlar. Onun üzərində 1 kağız bükümü heroin və 1 kağız bükümü metamfetamin olmuşdur, kibrit qutusunda olan narkotik vasitələr ona məxsus olmamışdır. O, verilən suallarına cavab olaraq bildirmişdir ki, bir ildir ki, narkotik vasitə olan heroin və metamfetamin istifadə etmişdir. Narkotik vasitən inyeksiya vasitəsi ilə qəbul etmişdir. Onun üzərində 1 kağız bükümü heroin və 1 kağız bükümü metanfetamin olmuşdur. Kibrit qutusunda olan narkotik vasitələr ona məxsus olmamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığına köməklik göstərir və bir ildir ki, narkotik vasitə heroindən iynə vurma üsulu ilə istifadə edir. 28 sentyabr 2021-ci il tarixdə Xaçmaz şəhəri Bakı prospektində piyada gəzərkən yerdə iki ədəd kibrit qutusunun olduğunu görmüş, ayağı ilə kibrit qulularına toxunduqda onların içərilərinin dolu olduğunu hiss etmiş və buna görə də əyilib kibrit qulularını yerdən götürmüşdür. Kibrit qulularını açıb içərilərinə baxanda onlardan birinin.içərisində 12 ədəd sellofan bükümlərdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin, digərinin içərisində isə 09 ədəd kağız bükümlərdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə ağ rəngli psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Narkotik vasitə heroindən istifadə etdiyinə görə kibrit qutularının içərilərində olan heroinləri görən kimi tanımış və onları kibrit qutuları ilə birlikdə gələcəkdə istifadə elmək məqsədi ilə götürüb əynindəki gödəkçənin cibinə qoymuşdur. Evdə ailə üzvləri narkotik vasitədən istifadə etdiyini bilməsinlər deyə içərilərində narkotik vasitə heroin və psixotrop maddə olan kibrit qutularını gödəkçəsinin cibində saxlayaraq üstündə gəzdirmişdir 29 sentyabr 2021-ci il tarixdə təxminən saat 20 radələrində Xaçmaz şəhəri Rəşid Behbudov küçəsi ilə piyada hərəkətdə olduğu zaman yanında bir avtomobil dayanmış və içərisindən iki nəfər düşərək ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və ona qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək onlarla birlikdə Xaçmaz RPŞnin Xudat PB-nə getməyi təklif etmişlər. Mən həmin an artıq polis əməkdaşlarının onun üstündə narkotik \asilə olmasından xəbərlərinin olduğunu hiss elmiş, lakin polis əməkdaşları şübhələnməsinlər deyə onlarla birlikdə Xudat PB-nə gəlməyə etiraz elməmişdir. Bundan sonra polis əməkdaşlarının avtomobilinə əyləşib onlarla birlikdə Xudat PB-nə gəlmiş, polis əməkdaşları yanında olduğuna və hərəkətlərinə nəzarət eldiklərinə görə yolda imkan lapıb içərilərində narkotik vasitə olan kibrit qulularını ala bilməmişdir. Polis əməkdaşları onu Xudat PB-nin inzibati binasındakı otaqlardan birinə gətirmiş, orada müstəntiq tərəfindən ona qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğuna görə bölməyə gətirildiyi və buna görə də vıdcoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bununla bağlı ona hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmiş və hüquqlarının qorunmasından ötrü müdafiəçi X3 təqdim olunmuşdur. O, üzərinə şəxsi axtarış aparılmasına etiraz etməmiş və şəxsi axtarışa başlamamışdan əvvəl ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya varsa təqdim etməsi təklil olunmuşdur. Bundan sonra o, əvvəlcə əynində olan şalvarın sağ yan cibindən 10 ədəd 1 manatlıq, 04 ədəd 5 manatlıq, 02 ədəd 10 manatlıq və 01 ədəd 100 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 150 manat məbləğində pulu və 01 ədəd plastik bank kartını, sonra isə əynindəki qara rəngli gödəkcənin sol yan cibindən içərilərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükülüləri olan 02 ədəd kibrit qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Təqdim etdiyi pullar, bank kartı və iki ədəd kibrit qutularından başqa üstündə heç nə olmadığını deyəndə polis əməkdaşları üstünü axtarmış, lakin üstündən başqa heç nə aşkar edilməmişdir. Polis əməkdaşları təqdim etdiyi qutuları açanda onlardan birinin içərisində 12 ədəd sellofan bükümlərdə olan narkotik vasitə heroin, digərinin içərisindən 09 ədəd kağız bükümlərdə olan narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan sonra həmin bükülülər polis əməkdaşları tərəfindən bir-bir açılaraq içərilərində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin iştirakçılara göstərilmişdir. Sorğu zamanı o, özü də təqdim etdiyi bükülülərdən 12 ədəd sellofan və 09 ədəd kağız büküm olmaqla ümumilikdə 21 ədəd bükülünün içərisindəki kütlələrin narkotik vasitə heroin, 01 ədəd kağız bükülünün içərisindəki kütlənin isə psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Narkotik vasitələri və psixotrop maddəni haradan əldə etməsi soruşulduqda o, həmin narkotik vasitələri və psixotrop maddəni Xaçmaz şəhəri Bakı prospektində yerdən tapdığını və narkotik vasitələrdən istifadə etdiyinə görə şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi kütlələri Bakı şəhərinə ekspertizaya göndərəcəklərini demiş və onları 01 ədəd ağ rəngli kağız zərfə qablaşdıraraq üzərini möhürləmişlər. Üstündən aşkar edilmiş 150 manat məbləğində pul və bir ədəd bank kartı isə onun özünə qaytarılmışdır. Polis əməkdaşlarından biri üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini əvvəldən axıra kimi mobil telefon vasitəsi ilə çəkmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunandan sonra bütün iştirakçılar, o cümlədən özü düzgün tərtib edildiyinə görə həmin protokolu və təqdim etdiyi narkotik vasitələrin qablaşdırıldığı zərfin üzərini imzalamışdır. O, həmçinin göstərmişdir ki, narkotik vasitə heroindən istifadə etsə də, onların satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə satmamışdır. (cild 1, iş vərəqə 54-57) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 29 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Onun rəhbərli altına əməliyyat qrupu yaradılmışdır. Qeyd olunan tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri Behbudov küçəsi ilə piyada getdiyini müşahidə edib ona yaxınlaşmış, özlərini təqdim edən dən sonra ona qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib onlarla birlikdə Xudat PB-nə gəlməsini təklif etmişlər. O, etiraz etməyib onlaıla birlikdə bölməyə gəlmiş və o, bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Müstəntiq tərəfindən videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, ona üstündə qanunla qadağan edilmiş əşyalar varsa təqdim etməsi təklif olunanda o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən əynində olan qara rəngli gödəkcənin sol yan cibindən isə 02 ədəd kibrit qutusu çıxarıb masanın üstünə qoymuş və onlardan başqa üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilmiş, lakin onun üstündən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutuları açıldıqda onlardan bir ədədinin içərisində 12 ədəd şəffaf polietilen büküm, digərinin içərisində isə 10 ədəd kağız bükümlər aşkar olunmuşdur. Bundan sonra kibrit qutularının içərisində aşkar edilmiş 12 ədəd şəffaf polietilen bükülülər və 10 ədəd kağız bükülülər bir-bir açılmışdır. 12 ədəd polietilen və 09 ədəd kağız bükülülərin içərilərində narkotik vasitə heroinə bənzər toz halında qəhvəyi rəngli kütlələrin, 01 ədəd kağız bükülünün içərisində isə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutularının içərisindəki bükülülərdəki kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Narkotik vasitələri və psixotrop maddəni haradan əldə etməsi soruşulduqda o, həmin narkotik vasitələri və psixotrop maddəni Xaçmaz şəhəri Bakı prospektində yerdən tapdığını, bir il olar ki, narkotik vasitələrdən istifadə etdiyinə görə onları şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PBnin polis nəfəri, polis serjantı Şahid2 eyni məzmunlu ifadə verərək şahid Xaçmaz RPŞ-nin Xudat PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri, polis serjantı Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış Xaçmaz RPŞ-nin Xudat PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 1, iş vərəqə 103- 105) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 sentyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında ” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, üzərində daşıması və satması barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinin hakimi Sərxan Səmədzaənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Xaçmaz RPŞ-nin Xudat PB-nin baş əməliyyat müvəkkili, Şahid1 xx.xx.2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 4-5, 72) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış aparılması haqqında 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nın Xudat PB-nin inzibati binasında Təqsirləndirilən şəxs ustunə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilmiş 2 ədəd kibrit qutularında olmaqla içərilərində narkotik vasitə heroin olan 12 ədəd şəffaf polietilen büküm və 09 ədəd kağız büküm, habelə içərisində psixotrop maddə metamietamin olan 01 ədəd kağız büküm aşkar edilərək götürülmüş, sorğu zamanı o, həmin narkotik vasitələri və psixotrop maddəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. (cild 1, iş vərəqə 23-24) Şəxsi axtarış keçirilməsi haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2021-ci tarixli, 6/4318 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....» yazısı olan zərfdəki 12 (on iki) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,420qr, 0,382qr, 0,352qr, 0,482qr, 0,229qr, 0,448qr, 0,475qr, 0,390qr, 0,444qr, 0,476qr, 0,452qr, 0,415qr və 09 (doqquz) ədəd kağız bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,015qr, 0,035qr, 0,013qr, 0,003qr, 0,051qr, 0,053qr, 0.090qr, 0,059qr, 0,012qr, ümumi təmiz çəkisi 5,296 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,082 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (cild 1, iş vərəqə 32-38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 noyabr 2021-ci il tarixli, 4359 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1, iş vərəqə: 12-113) Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 5,106 qram narkotik vasitə olan heroin, 0,032 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd CD disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi istintaq edilmiş və onun həmin cinayətin törədilməsinə aidiyyəti olmadığından 25 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-cil təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X7 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması və narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmasını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 5,106 qram narkotik vasitə olan heroin, 0,032 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz RPŞ-nın maddi sübutlar saxlancı anbarına təhvil verilmiş verilmiş tədqiqatdan sonra qalıq qalmış 5,106 qram narkotik vasitə olan heroin, 0,032 qram psixotrop maddə olan metamfetamin məhv edilsin və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-13/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-13/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver