Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-13/2025 17.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər– Bakı şəhər “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi – Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi – Qanuni nümayəndə3, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi – Qanuni nümayəndə1 iştirakları ilə, xx xxxxxx 2009-cu ildə Quba şəhərində anadan olmuş, natamam orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Quba şəhəri, DSU-3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 2008-ci ildə Quba şəhərində anadan olmuş, natamam orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2 ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək ona zor tətbiq edib seksual xarakterli zorakılıq hərəkətləri etmişdirlər. Belə ki, Təqsirləndirilən şəxs1 16 mart 2023-cü il tarixdə, günorta saatlarında tanışı Təqsirləndirilən şəxs2 yaşadığı Quba şəhəri, Sahil küçəsi 4 ünvanında yerləşən evin qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gəlib Zərərçəkmiş şəxs yaşadıqları evin yaxınlığında yerləşən Qudyalçay çayının sağ sahilində yerləşən “bulaq" adlanan əraziyə zorla apararaq həmin yerdə kolluq ərazidə yerə yıxıb Zərərçəkmiş şəxs aktiv müqavimətini qırmaq üçün ona zor tətbiq edərək qaçmaması üçün əvvəlcə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əlləri ilə tutmasından sonra, ilkin olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əynində olan şalvarı və alt paltarını aşağıya endirərək sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə ona zor tətbiq edib sərtləşmiş cinsi orqanını (penisini) sonuncunun arxa keçəcək dəliyinə (anus dəliyi) bir neçə dəqiqə ərzində salıb-çıxarmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmiş, daha sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la yerdəyişmə edərək Təqsirləndirilən şəxs2 özü Zərərçəkmiş şəxs əynində olan şalvarını və alt paltarını aşağıya endirib Zərərçəkmiş şəxs zor tətbiq edib sərtləşmiş cinsi orqanını (penisini) sonuncunun arxa keçəcək dəliyinə (anus dəliyi) bir neçə dəqiqə ərzində salıb-çıxarmaqla fiziki zor tətbiq edərək arxa keçəcəkdən qeyri-təbii yolla cinsi əlaqədə olmuş, beləliklə, onlar zərər çəkmiş şəxsə cinsi əlaqədə olma zamanı əmələ gələ bilən döş qəfəsinin ön tərəfində solda, belində sağda, sağ bazunun orta 1/3-nin bayır səthində və sağ budun yuxarı 1/3-nin arxabayır səthində hərəsində bir yerdə qançır kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq edib ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü CM-nin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, 16 mart 2023-cü il tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısına gedib. Həmin gün Təqsirləndirilən şəxs2 ilə birlikdə oyun zalına gedib oyun oynamağı planlaşdırıblar. Bu zaman Zərərçəkmiş şəxs da çay kənarında olub. Təqsirləndirilən şəxs2la onun bibisi oğlu Şahid3 çağırmaq üçün Kənanın evinə gediblər. Həmin vaxt Zərərçəkmiş şəxs da onların arxasınca gəlib və onlarla getmək istədiyini bildirib. O və Vüsal da Yusifə arxalarınca gəlməməsini deyiblər. Zərərçəkmiş şəxs onlara qarşı nalayiq ifadələr səsləndirməyə başladığı üçün Təqsirləndirilən şəxs2 onun başına şillə, o da təpik ilə vurub. Sonra Təqsirləndirilən şəxs2 ilə o, oyun zalına gedib və orada təxminən 1,5-2 saat oyun oynayıb evlərinə qayıdıblar. Zərərçəkmiş şəxs dedikləri yalandır, Yusifə qarşı o və Vüsal seksual xarakterli hərəkətlər etməyiblər. Ona görə də məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə günü 16 mart 2023-cü il tarixdə saat 15:00-da o, evdən çıxaraq Təqsirləndirilən şəxs2 çağırmaq üçün gedib. Ümumiyyətlə, Təqsirləndirilən şəxs2 ilə o, hadisənin baş verdiyi qeyd olunan çay kənarında olmayıblar. Təqsirləndirilən şəxs2 ilə gedəcəkləri oyun zalı yaşadığı evdən təxminən 2 kilometr məsafədə yerləşir. Zərərçəkmiş şəxs onların ünvanına nalayiq ifadə səsləndirməyi, o və Vüsalın Yusifə şillə və təpik vurmağı təqribən 3 dəqiqə müddətində baş vermişdir. Zərərçəkmiş şəxs anası öyrətdiyi üçün onların əleyhinə ifadə verir. O və Vüsal Yusifə qarşı seksual xarakterli hərəkətlər etməyiblər. Zərərçəkmiş şəxs əvvəllər velosiped sürərkən yıxılmış və anasına yaşadıqları məhəllədə lal olan bir uşağın onu yıxdığını deyibmiş. Lakin, Zərərçəkmiş şəxs həmin uşaq kömək edərək, onu yerdən qaldırmağa çalışıb. Zərərçəkmiş şəxs anası Şahid1 lal uşağın yaşadığı evə gedib. Həmin uşaq lal olduğu üçün əl-qol hərəkətləri ilə fikrini izah etməyə çalışıb, lakin Şahid1 onu anlamayıb. Bu zaman onun anası həyətə çıxaraq, Murad adlı lal uşaqdan hadisənin necə baş verdiyini soruşub. Murad adlı uşaq Zərərçəkmiş şəxs onun yıxmadığını, əksinə Zərərçəkmiş şəxs kömək etdiyini izah edib. Anası da bunu Şahid1 bildirib. Daha sonra Yusifin anası Şahid1 həmin uşağı müdafiə etdiyi üçün onun anasını hədələyərək oradan uzaqlaşıb. Zərərçəkmiş şəxs bu səbəbdən onlara qarşı böhtan xarakterli ifadə verir. Təqsirləndirilən şəxs2 ilə oyun zalında oyun oynadıqlarını həmin zalın idarəçisi olan şəxs görüb. O, idmançıdır, dəfələrlə yarışlarda başqa uşaqlara bir otaqda qalıb, bir şey eləmək fikri olsa, onda edərdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü CM-nin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, 16 mart 2023-cü il tarixdə günorta vaxtı Zərərçəkmiş şəxs qardaşı Əlini çağırıb. O, çölə çıxıb qardaşı Əlinin evdə olmadığını deyib. Həmin gün əvvəlcədən Təqsirləndirilən şəxs1 ilə birlikdə oyun zalına gedib oyun oynamağı planlaşdırıblar. Bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs1 onu çağırıb. Çölə çıxanda Zərərçəkmiş şəxs da həyətdə olduğunu görüb. Zərərçəkmiş şəxs yenidən qardaşı Əlini soruşub və o da Yusifə yenidən qardaşı Əlinin evdə olmadığını bildirib. Təqsirləndirilən şəxs1 ilə oyun zalına doğru getdikdə Zərərçəkmiş şəxs da onların arxalarınca gəlib və onlarla birlikdə getmək istədiyini bidlrib. Onlar da Yusifə ardlarınca gəlməməsini deyiblər. Zərərçəkmiş şəxs onlara qarşı nalayiq ifadələr səsləndirməyə başladığı üçün o, Yusifə şillə və təpik vurub. Daha sonra Təqsirləndirilən şəxs1 ilə oyun zalına gediblər və təxminən 2 saat müddətində oyun oynayaraq, evə qayıdıblar. Yusifə qarşı o və Cəlal seksual xarakterli hərəkətlər etməyiblər. Ona görə də məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin və psixoloqun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə eyni məktəbdə oxuyurlar, həm də onlarla qonşudurlar. Hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu çay kənarına döyərək aparıblar. Ona qarşı seksual xarakterli hərəkətlər etməyə ilk olaraq Təqsirləndirilən şəxs1 başlayıb. Əvvəlcə onlardan qaçmağa cəhd edib, lakin onu zorla tutublar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ikisi də növbə ilə ona qarşı zorakılıq hərəkətləri edəndən sonra da cinsi orqanlarını onun üzünə və ağzına da toxundurmaq istəyiblər, lakin o, ağlayıb müqavimət göstərdiyindən bunu etməyiblər. Ona qarşı seksual xarakterli hərəkətləri daha çox Təqsirləndirilən şəxs1 həyata keçirib. O, polisdə də ifadə verib, hadisəni olduğu kimi müstəntiqə danışıb. Həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslərlə hər hansı barışıq əldə etməyiblər. O, heç kimə şər atmır, Cəlal və Vüsal onun başına bu pis oyunu açıblar. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, hadisə baş verən gün saat 18:00-19:00 radələrində işdən evə gələrkən məhəllədə səs-küy olduğunu eşidib. Qanuni nümayəndə2, Sahibin həyat yoldaşı və onun həyat yoldaşı Səadət mübahisə ediblər. O, əvvəlcə Təqsirləndirilən şəxs1 ilə oğlu Zərərçəkmiş şəxs dalaşdıqlarını başa düşüb, Zərərçəkmiş şəxs zorlandığını bilməyib. Əvvəllər də Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs döyüb və o, Cəlalın atasına bu barədə iradlarını bildirib. Növbəti gün Qanuni nümayəndə2 atası Miri Mircəfərov ona “uşaq olublar, səhv ediblər” və s. məzmunlu ifadələr bildirib. Bundan sonra o, evə gedib həyat yoldaşından soruşduqda, oğlu Zərərçəkmiş şəxs zorlandığını bilib. Şahid Qanuni nümayəndə1 ona verilən suallara cavab olaraq bildirdi ki, Cəlalın atası Qanuni nümayəndə2 ona zorlama hadisəsinin olmadığını, yoldaşı Şahid1 yalan dediyini bildirib. Qanuni nümayəndə2 onunla danışmaqda məqsədi barışıq əldə etmək istəməsi olub. Oğlu Zərərçəkmiş şəxs soruşanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu zorladıqlarını bildirib. Hadisə 16 mart 2023-cü il tarixdə baş verib, hadisə barədə Şahid1 17 mart 2023-cü il tarixdə öyrənib, o isə 18 mart 2023-cü il tarixdə bilib. Qanuni nümayəndə2 Yusifin dedikləri düz olacağı təqdirdə, özü övladının başını kəsəcəyini deyib. Amma Cəlalın atası Sahib bunu etmədi, O, oğlu Zərərçəkmiş şəxs qaldırıb yerə çırpmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, 16 mart 2023-cü il tarixdə o, evdə şirniyyat bişirirmiş və oğlu Zərərçəkmiş şəxs həmin gün məktəbə getməyib, dostu ilə oynamağa gedib. Həmin gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu Zərərçəkmiş şəxs döyüblər. Zərərçəkmiş şəxs evə gələrək, ona yeni aldıqları velosipedin qırıldığını göstərib. Bir gün Zərərçəkmiş şəxs məhəllədə lal olan bir uşağa daş atıb, həmin uşaq da Zərərçəkmiş şəxs şillə vurub. O da həmin lal uşağın valideyni ilə danışmaq üçün onların yaşadığı evə gedib. Lal uşağın anası evdə olmayıb və qonşuları Qanuni nümayəndə2 həyətə çıxaraq, həmin uşağı müdafiə etməyə və onları pisləməyə başlayıb. Həmin vaxt Qanuni nümayəndə2 həyat yoldaşı da onun yanında olub. Hadisə baş verdiyi gün Zərərçəkmiş şəxs paltarları tozlu şəkildə evə gəlib, kefsiz olub, o, əvvəl elə başa düşüb ki, uşaq yəqin oynayıb yorulub. Evə gəldikdən sonra Yusif axşamadək yatıb. Səhəri gün oğlu Yusif Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu döyərək, ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib. Onlar cinsi orqanlarını Zərərçəkmiş şəxs ağız nahiyəsinə də salıblar, lakin yolda olarkən Zərərçəkmiş şəxs utandığı üçün bunu deməyəcəyini bildirib. Məhkəmə istintaqı zamanı Şahid1 ona verilən suallara cavab olaraq göstərdi ki, Zərərçəkmiş şəxs 16 mart 2023-cü il tarixdə saat 13 radələrində evdən çıxıb və saat 19 radələrində evə qayıdıb. Zərərçəkmiş şəxs 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu döyərək, cinsi orqanlarını növbəli şəkildə arxa nahiyəsinə salıb-çıxardıqlarını bildirib. Zərərçəkmiş şəxs hadisəni ona danışdıqdan sonra onun alt paltarlarına baxış keçirib və onun paltarları irinli olub. Bu hadisənin təsirindən oğlu Yusifin hazırda da psixi problemləri vardır, yatdığı anda qəfildən tullanır və s. digər hərəkətlər edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər də, Zərərçəkmiş şəxs vurublar. Zərərçəkmiş şəxs alt paltarlarını saxlamaq lazım olduğunu savadsız olduğundan bilmədiyindən, onları saxlamayıb paltaryuyana atıb yuyub. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai sitintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, 17 mart 2023-cü il tarixdə təqribən axşam saat 18-19 radələrində evə gəldikdə, Zərərçəkmiş şəxs anasının onların evinə gəldiyini, evin otaqlarını gəzdiyini, yatağın altına və s. baxaraq onu axtardığını öyrənib. O, oğlu Təqsirləndirilən şəxs2 bunun səbəbini soruşduqda Vüsal onu tam şəkildə arxayınlaşdıraraq heç bir şey olmadığını bildirib. Ona görə də, o, Şahid1 yanına getməyib. Bir müddət sonra polis orqanından çağırış gəlib. Bundan sonra o, baldızı ilə birlikdə Şahid1 yanına gedib, onunla danışıb. Şahid1 Təqsirləndirilən şəxs2 heç bir təqsiri olmadığını, lakin Təqsirləndirilən şəxs1 yanında oğlu Təqsirləndirilən şəxs2 da olduğu üçün ondan şikayət etməli olduğunu bildirib.. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai sitintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, 17 mart 2023-cü il tarixdə Şahid1 yaşadıqları evə gəlib hadisə barədə danışıb. O, da oğlu Təqsirləndirilən şəxs1 nə baş verdiyini danışmasını bildirib. Şahid1 Təqsirləndirilən şəxs1 danışmasına imkan verməyib. O, Şahid1 dediklərinə inanmayıb. Zərərçəkmiş şəxs tez-tez nalayiq ifadələr işlədən uşaqdır, ola bilər ki, uşaqlar arasında hər hansı bir mübahisə olub. Əvvəllər Zərərçəkmiş şəxs məhəllədəki uşaqlardan biri daş atıb. Yusifin anası Şahid1 da daş atanın oğlu Təqsirləndirilən şəxs1 olduğunu düşünərək ondan şübhələnib. Məhəllədəki uşaqların Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs daş atmadığını bildirmələrinə baxmayaraq, Şahid1 onlara inanmayaraq oğlu Təqsirləndirilən şəxs1 danlayıb. Həmin vaxt Qanuni nümayəndə1 gəlib Şahid1 danlayaraq, oradan uzaqlaşdırıb. Qonşuluqda yaşayan lal uşağı müdafiə etdiyi üçün Şahid1 onunla ədavəti yaranıb. Hesab edir ki, Şahid1 buna görə oğlu Yusifi öyrədib, onlara şər atır. Məhkəmə istintaqı zamanı Şahid5 oan verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs1 nümunəvi şagird, eyni zamanda idmançıdır. O, tez-tez idman yarışlarına görə başqa şəhərlərə gedir, orada məşq yoldaşları ilə birgə qalırlar. Əgər Təqsirləndirilən şəxs1 kiməsə seksual xarakterli hərəkətlər edən biri olsaydı, həmin vaxt məşq yoldaşlarından birinə edərdi. 16 mart 2023-cü il tarixdə saat 13:00 radələrində o, nişan tədbirinə gedib. O, evə həmin gün təxminən saat 16:00-17:00 radələrində gəlib. O, evə gəldikdən təqribən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs1 evə qayıdıb. Onun evdən saat neçədə çıxdığını bilməyib, Təqsirləndirilən şəxs1 həmin vaxt mobil telefonu olmayıb. İdman yarışlarında da mobil telefon gətirməyə icazə verməyiblər. Zərərçəkmiş şəxs məhəllədəki lal olan uşağa daş atıb, Şahid1 da həmin lal uşağın yaşadığı evə gəlib uşağı danlayıb. Həmin vaxt uşağın anası evdə olmadığı üçün Saədət Rəhimovaya uşağın anası gəldikdən sonra sözlərini ona deməsini bildirib və bundan sonra Şahid1 onunla ədavəti yaranıb. Qeyd etdiyi məsələ 3 il bundan əvvəl baş verib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, “Cars club” adlı oyun zalını işlədir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin oyun zalına tez-tez gələrək, oyun oynayıblar. Heç vaxt onların kiməsə qarşı seksual xarakterli hərəkətlər etməyi barədə şübhələnməyib və buna əsas ola biləcək hərəkətlər etdiklərini görməyib. Məhkəməyədək icraat zamanı müstəntiq ona fotoşəkillər göstərib və onları tanıyıb-tanımadığını soruşub, o da cavabında təqsirləndirilən şəxsləri tanıdığını, zərərçəkmiş şəxsi isə tanımadığını bildirib. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 mart 2023-cü il tarixdə “Cars club” adlı oyun zalına gəlib-gəlmədiklərini xatırlamır. “Cars club” adlı oyun zalında müşahidə kameraları yoxdur. “Cars club” adlı oyun zalında pornoqrafik materialları izləmək imkanı yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çox vaxt elektron avtomobil sükanı ilə avtomobil idarə edilməsi oyunu oynayıblar, onların 3 saat müddətində həmin oyunu oynadıqları olub. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:28-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sistemindən ünvan 3 ünvanında yaşayan Şahid1 Sabit qızı ***-***-**-** saylı mobil nömrədən zəng edərək ünvanına polisin yaxınlaşmasını istədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Quba şəhəri, Sahil küçəsi, ev 3 ünvanında yaşayan Rəhimova X8 Rayon Polis Şöbəsinə yazılı ərizə ilə müraciət edərək 16 mart 2023-cü il tarixdə günorta saatlarında oğlu Yusifə qarşı həmyaşıdları Cəlal və Fəqan (Təqsirləndirilən şəxs2) adlı şəxslərin qeyri-etik hərəkətlər etdikləri barədə məlumat vermiş, onlar barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 mart 2023-cü il tarixli, 213 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin ön tərəfində solda, belində sağda, sağ bazunun orta 1/3-nin bayır səthində və sağ budun yuxarı 1/3-nin arxa bayır səthində hərəsində bir yerdə qançır küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 16 mart 2023- cü il tarixə uyğun gəlir, bu xəsarətlər müxtəlif vəziyyətlərdə və şəraitlərdə, o cümlədən fiziki zor tətbiq etməklə arxa keçəcəkdən qeyri-təbii yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasına uyğun əlamət aşkar olunmuşdur ki, bunun da əmələ gəlmə müddəti qərarda göstərilən vaxtda, yəni 16 mart 2023-cü il tarixdə mümkündür. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 aprel 2023-cü il tarixli, 265 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasına uyğun əlamət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 aprel 2023-cü il tarixli, 267 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasına uyğun əlamət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan MTE və PAB publik hüquqi şəxsi, Quba rayon şöbəsi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli, 213 nömrəli məktuba əsasən Zərərçəkmiş şəxs arxa keçəcək möhtəviyyatı olan tamponun məhkəmə-bioloji müayinəsi zamanı sperma aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 aprel 2023-cü il tarixli, 180 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs1 xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 aprel 2023-cü il tarixli, 181 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs2 xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları əyani şəkildə göstərərək təsdiq etmişdir. Qeyd olunan istintaq hərəkəti aparılarkən çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 17 aprel 2023-cü il tarixli, 1068 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur, təsvir olunan hadisədən əvvəl və hadisə zamanı hər hansı psixi pozuntu qeyd olunmayıb. Təqdim olunmuş materiala əsasən Zərərçəkmiş şəxs hər hansı ictimai təhlükəli əməl törətməmişdir. Təsvir olunan hadisə zamanı Zərərçəkmiş şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilmiş əməlin mənasını dərk etmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs hüquqi statusuna görə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq oluna bilməz. Zərərçəkmiş şəxs hazırkı psixi vəziyyətinə görə stasionar psixiatriya yardımına ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur. Onda özündən uydurmağa, başqa şəxslərin təsiri altında hərəkət etməyə və yalan danışmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs onunla baş vermiş hadisəni düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı, ona qarşı seksual xarakterli məcburi hərəkətlər törədilərkən psixi-emosional vəziyyətində situasiya ilə əlaqəli qorxu, həyəcan yarana bilərdi. Zərərçəkmiş şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığından ona qarşı törədilən əməlin mahiyyətini tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs baş vermiş hadisənin mahiyyəti üzrə düzgün izahat vermək qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 26 aprel 2023-cü il tarixli, 1147 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, qərarda göstərilən olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ünsiyyətçillik, inadkarlıq, düşdüyü mühitə tez uyğunlaşmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Qərarın təsviri hissəsində qeyd olunan hadisə zamanı Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 26 aprel 2023-cü il tarixli, 1146 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, qərarda göstərilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ünsiyyətçillik, aktivlik, çətin situasiyalardan çıxış yolu tapa bilmək, adaptivlik kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs2 baş verən hadisələri düzgün qavramaq və bu barədə məlumat vermək iqtidarındadır, əqli inkişafı normaya uyğundur, intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində qeyd olunan hadisə zamanı Təqsirləndirilən şəxs2 psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2nin müdafəçisinin vəsatəti ilə təyin edilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2569 saylı rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs2 halhazırda “ictimailəşmiş davranış pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs2 müəyyən edilən ictimailəşmiş davranış pozuntusunda psixotik əlamətlər müəyyən edilmədiyindən o, qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Qeyd olunan komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2569 saylı rəyində Təqsirləndirilən şəxs2 hazırda “ictimailəşmiş davranış pozuntusu” xəstəliyinin müəyyən olunduğu qeyd edilsə də, hazırkı vaxtda Təqsirləndirilən şəxs2 bu xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək qabiliyyətinə malik olub-olmaması müəyyən edilmədiyindən, məhkəmə kollegiyası əlavə komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin əlavə komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3435 saylı rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs2 hal-hazırda “ictimailəşmiş davranış pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs2 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan Quba şəhəri, Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda həmin məktəbin 9-cu sinifinə keçib. Təqsirləndirilən şəxs2 səliqəli, bacarıqlı və sakit şagirddir. Dərs prosesində fəallıq göstərmir. Yoldaşları ilə ünsiyyət qurmağı bacarır. Cinayət işinin materiallarında olan Quba şəhəri, Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda həmin məktəbin 9-cu sinifinə keçib. Təqsirləndirilən şəxs1 nizam-intizama çətin tabe olan, hərəkətli və idmanla məşğul olan şagirddir. Dərslərinə qarşı az diqqətli və məsuliyyətsizdir. Yoldaşları ilə yaxşı davranır, ünsiyyətdə olmağı bacarır, səmimi və mehribandır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” 27 dekabr 2022-ci il tarixli Qanunla CM-nin 150.3.3-cü maddənin dispozisiyasından “təqsirkar şəxs üçün aşkar surətdə” sözləri çıxarılmış, sanksiyasında “səkkiz ildən on beş” sözləri “üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini xx.xx.2023-cü il tarixdə, yəni CM-nin 150.3.3-cü maddəsinə edilmiş müvafiq dəyişiklik qüvvəyə mindikdən sonra (xx.xx.2023-cü il) törətdiklərindən, onlara təqsirli bilindikləri CMnin 150.3.3-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 02 fevral 2023-cü il tarixdə qüvvəyə minmiş redaksiyası tətbiq edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CM-nin 150.3.3-cü maddəsinin sanksiyasında edilmiş dəyişiklikdən sonra azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 15 il nəzərdə tutulsa da, CM-nin 85.5-ci maddəsi X4a on ildən çox müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini qadağan etdiyindən, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən cinayət qanunvericiliyinin qeyd olunan müddəası nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə həmin ifadələrə tənqidi yanaşır və həmin ifadələri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri hesab edir. Belə ki, onların qeyd etdiklərinin əksinə zərərçəkmiş şəxs və iş üzrə dindirilən şahidlər, ekspert rəyləri sözügedən cinayət hadisəsinin baş verdiyini və həmin cinayət əməlinin məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsini təsdiq edir. Məhkəmə xüsusilə qeyd edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərin sırf cinsi sferada törətdikləri cinayəti təkzib etmələri onların gələcəkdə qanunla onlara təyin ediləcək cəzadan yaxa qurtarmaq, habelə bu tip cinayətin törədilməsinə görə cəmiyyətdə, xüsusilə yaxın ətraflarında qınaq obyektinə çevrilə biləcəkləri qorxusu olmuşdur. Bundan əlavə məhkəmə məhz ağlabatanlıq kriteriyasından yanaşaraq hesab edir ki, zərərçəkmiş şəxsin yaşı nəzərə alınaraq sırf cinsi sferada törədilmiş cinayətlə bağlı bu cür təfsilatı ilə yalan ifadə verə bilməsi mümkünsüzdür. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin ifadəsini müdafiə xarakterli ifadə kimi qəbul edərək onlarla razılaşmır. Həmçinin məhkəmə tərkibi şahidlərdən Təqsirləndirilən şəxs1 anası Şahid5 və anası Təqsirləndirilən şəxs2 anası Şahid4 ifadələrinə də tənqidi yanaşır və qeyd edir ki, təqsirləndirilən şəxslər onların övladalrı olduqlarından, övladlarının lehinə danışmaqları başa düşüləndir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən yuxarıda qeyd edilənlərlə yanaşı CM-nin 86.1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Qeyd edilən maddənin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs olmalarını CM-in 59.1.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası ibtidai istintaq orqanının bu qənaəti ilə razılaşmayaraq qeyd edir ki, CM-nin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinin 14 yaşına çatmamış şəxsə qarşı törədilməsi cinayət qanununda birbaşa tövsüfedici əlamət kimi nəzərdə tutulur. Buna görə də cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi halı CM-in 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halı, həmçinin ağırlaşdıran halın olmadığını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxslərin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onların şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin onlara təsirini nəzərə alaraq təqsirləndirilən şəxsləə təqsirli bilindikləri əməl üzrə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxslərə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 85.5-ci maddələrinə əsasən X4a azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. “X4ın cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarında göstərilmişdir ki, X4a cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CMnin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də, X4a CM-nin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən, yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətin ağırlığı baxımından onların yalnız cəmiyyətdən təcrid olunaraq islah və tərbiyə olunmalarını və bu yolla cəzanın qanunda göstərilən məqsədlərinə nail olunacağını mümkün hesab edir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində yetkinlik yaşına çatmayanı valideyn nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, qətimkan tədbiri məhkəmə icraatı dövründə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində yetkinlik yaşına çatmayanı valideyn nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, qətimkan tədbiri məhkəmə icraatı dövründə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 85.5.1-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidirlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onlar barəsində seçilmiş yetkinlik yaşına çatmayanı valideyn nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, onlar məhkəmə iclas zalında həbsə alınmalı və cəzaçəkmələrinin əvvəli hökmün elan olunduğu tarixdən hesablanmalıdır. Həmçinin, onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərcinin, mülki iddianın və maddi sübutun olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 üçün Penitensiar Müəssisəsinə yerləşdirilmələri üçün Sumqayıt Şəhər Polis İdarəsinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsinlər. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-13/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-13/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver