Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-130/2024 13.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X6 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X13 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarı ilə cəzası 11 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, Qaradağ Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə cəzası 11 il 04 ay azadlıqdan məhrum etmə cəzasına endirilmiş və 30 iyul 2021-ci il tarixdə 10 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Gəncə şəhəri, Heydər Əliyev prospekti 265, inzibati binada qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 9,710 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib hər birində 3,127 qram, 3,293 qram və 3,290 qram olmaqla 03 (üç) bükümə bölərək üzərində qanunsuz saxlayıb Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanının yaxınlığına qanunsuz daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 05 iyul 2022-ci il tarixdə saat 21:15-də Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında saxlanılaraq Baş İdarədə xidməti otaqların birində saat 23:09-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi olmadan saxladığı 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,127 qram, 3,293 qram və 3,290 qram, ümumi təmiz çəkisi külli miqdar 9,710 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, onun narkotik vasitə ilə əlaqəsi heç vaxt olmayıb. O, qeyriqanuni qumar oyunu ilə bağlı sifarişlə həbs olunub. Şahid14, Emil və Səddam çoxdan dost olsalar da, onunla dostluqları 2-3 gün olardı ki, yaranıb. Səddam Nicat və Emilə deyib ki, əmisi oğlu Şahid13 şətin vəziyyətdədir, ona kömək lazımdır. Emil və Nicat da bunu ona dedikdən sonra o, Emil və Nicat Şahid13lə görüşüblər. Görüşməyə Elbəy adlı şəxslə gələn Şahid13 Elbəylə bilikdə “Topaz”da nisyə şəkildə qumar oynadığını, 100000 manatdan çox borcu olduğunu, həmin borcu ödəməsə başına oyun açacaqlarını deyib. Onlar görüşən zaman Şahid13 qumar borcu ilə bağlı bir nəfər, Xəyal adlı şəxs zəng edib Amilə pulu gətirməsini deyib. Bu zaman Nicat Amildən telefonu alaraq özü onunla danışmağa başlayıb və imkan varsa, görüşüb məsələni həll etməyi təklif edib. Xəyal isə bildirib ki, o özü gələ bilməyəcək, lakin qardaşı və bir nəfər başqa şəxs gələcəklər. Daha sonra onlar hər biri öz işinə gediblər və axşam saat 8 radələrində “377 pub” restoranında görüşüblər. Xəyalın dediyi 2 nəfər isə görüş üçün müəyyən olunan yerə yarım saat gec gəliblər. Onlar bir az söhbət etdikdən sonra ora mülki geyimdə bir neçə şəxs gəlib və özlərini təqdim etmədən üzərlərini axtarmağa başlayıblar. Xəyalın göndərdiyi 2 nəfərdən başqa hamının üzərini və oturduqları kabineti axtardıqdan sonra digər kabinetdə olan Şahid13, Elbəy, onları gətirən taksi sürücüsü və başqa bir nəfər dostunu, həmçinin onlarla oturmayan digər şəxsləri də onların olduğu kabinetə gətiriblər. Cəmi 15 nəfəri maşınlara mindirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Həmin idarədə onu narkotik satışı ilə məşğul olduğu üçün tutduqlarını deyəndə, o, razılaşmayıb nə məsələ olduğunu soruşduqda polis əməkdaşları məsələni onun daha yaxşı bildiyini deyiblər. Bundan sonra o, Amilin qumar borcu məsələsinə görə tutulduqlarını başa düşüb. Ona 1-2 dəfə şillə vurduqdan sonra alçaldıcı hərəkətlər edərək onu təhqir edəcəklərini dediklərindən məcbur qalıb polis əməkdaşlarının dediklərinə əməl edib və narkotik vasitənin onun üzərində olduğunu deyib. Polis əməkdaşlarından onu başqa maddə ilə ittiham etmələrini, çünki onun heç vaxt narkotik vasitələrlə əlaqəsinin olmadığını dedikdə, onlardan biri ondan silahının olub-olmadığını soruşub. O, kömək məqsədilə öz mobil telefonu ilə tanışına zəng edib, həmin şəxs isə ona kömək edə bilməyəcəyini deyib. Daha sonra Şahid13, Şahid14 və onun olduğu otağa narkotik vasitələrin olduğu bükümləri gətirib digər ikisinə 2 büküm, ona isə 3 büküm veriblər və videoçəkliş aparılan zaman həmin bükümləri təqdim edərək içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitənin isə özünə məxsus olduğunu deməsini istəyiblər. O da polislərin diqtə etdikləri kimi narkotik vasitənin özünə aid olduğunu deyib. Bundan əlavə onları saxlayıb üzərlərinə baxış keçirdikləri zaman bütün baş verənlər orda olan videokameraya düşüb, lakin həmin yerdən çıxanda polis əməkdaşları həmin videonu özləri ilə götürüblər və həmin videoda onların üzərlərində heç nə aşkar olunmadığı göründüyündən videonu yoxa çıxarıblar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, o, heç vaxt narkotik vasitə istifadə etməyib, ekspertiza rəyinin isə ona heç bir aidiyyəti yoxdur, həmin rəy yalandır. “377 pub” restoranında Şahid13 qumar borcu ilə bağlı görüşməkdə məqsədləri Şahid13 borc məbləğinin azaldılması və ya borcu qaytarmaq üçün müəyyən vaxt verilməsi ilə bağlı razılışmaq olub. Polis əməkdaşları restorana gəldikdən sonra Xəyalın göndərdiyi 2 nəfərin özlərini şübhəli aparmalarından və polis əməkdaşlarının kabinetlərin birində Amil və Elbəyə şillə vurub “sizə görə oldu deyəndə” artıq başa düşüb ki, onlar qumar borcu məsələsinə görə saxlanılıblar. Videoçəkilişdən əvvəl onlara videoçəkiliş zamanı deməli olduqları mətnin yazıldığı vərəq veriblər. O, polis əməkdaşları tərəfindən döyüldüyü üçün bir müddət çətinliklə yeriyib. Tibbi ekspertiza keçirilərkən də yalandan yıxıldığı üçün xəsarət aldığını deyib. Barəsində həbs qətimkan tədbiri seçilən məhkəməyə çıxarılanda da özünü təqsirli bilmədiyini deyib. Polis əməkdaşları onları “377 pub” restoranından çıxardıqdan sonra əməkdaşlardan biri bütün baş verənləri qeydə alan kameranı söküb götürüb. Həmin restoranda olan hər kəsin üzərində mobil telefon olub və onlar tutulanda mobil telefonları polis əməkdaşları alıblar. Həmin restorana getməkdə tək məqsədi Amilin qumar borcu ilə bağlı ona kömək etmək olub. Amildən başqa Elbəyin də qumar borcu olub, lakin sonradan eşidib ki, Elbəy işindən azad olunub və idarədə 3 gün saxlanıldıqdan sonra buraxılıb. Elbəy cəzaçəkmə müəssisəsində işləyirmiş, ona görə də ola bilsin ki, ona güzəşt ediblər. Barəsində həbs qətimkan tədbiri seçilən məhkəməyə çıxarılanda və Bakı İstintaq Təcridxanasına gətiriləndə döyülməsi ilə bağlı heç nə deməyib. O, döyüldüyü üçün deyil, alçaldıcı hərəkətlərə məruz qalmamaq üçün polis əməkdaşlarının dedikləri ilə razılışıb. Saxlanılan şəxslərdən biri onların oturduğu kabinetlə üzbəüz kabinetdə oturan Heydərzadə Nicat olmuşdur, o, Heydərzadə Nicatı əvvəllər tanıyıb, lakin həmin gün orada olmasından xəbəri olmayıb. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğundan onun ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o bir neçə aydır narkotik vasitə olan heroindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Tutulmamışdan 2-3 gün öncə saat 23:00-da şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında tanımadığı şəxsdən 60 manata narkotik vasitə heroin almışdır. Onun məqsədinin həmin narkotik vasitəni istifadə etmək olduğunu, həmin maddələri satmaq fikri olmadığını bildirmişdir. O, yalnız öz istifadəsi üçün həmin narkotik vasitəni almışdır. Heç kimin əlinə keçməsin deyə həmin narkotik vasitəni üzərində gəzdirmişdir. 05 iyul 2022-ci il tarixdə, saat 21:15-də Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında olduqları zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman onun yanında X8, Şahid13, Şahid12 və Şahid11 da olmuşdur. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun, Şahid13 və Şahid14 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-nin inzibati binasına gəlmişlər. Polis Şöbəsində onun, Şahid13 və Şahid14 üzərində şəxsi axtarış, Şahid12 və Şahid11 üzərində isə baxış keçiriləcəyi bildirilmişdir. Onlar hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona, Şahid13 və Şahid14 hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə onun, Şahid14 və Şahid13 üzərində şəxsi axtarış, Şahid11 və Şahid12 üzərində baxış keçirilmişdir. Ona, Şahid13 və Şahid14 şəxsi axtarışın videoçəkilişlə keçiriləcəyi bildirilmiş, onlar da buna etiraz etməmişlər. Onlar şəxsi axtarışdan öncə şəxsi axtarış keçirilməsi barədə qərarla tanış edilmiş, daha sonra ilk öncə ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 50 manat nağd pul vəsaitini, əynində olan ağ rəngli şalvarın sol yan cibindən isə 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş bükümlərin içərisində olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri təxminən 2-3 gün öncə saat 23:00 radələrində şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında tanımadığı şəxsdən 60 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 1 aydır narkotik vasitələrdən istifadə etdiyini, üzərində narkotik vasitə olması barədə başqa şəxslərin məlumatının olmadığını, aldığı bükümlərdəki narkotik vasitədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 50 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi İlə əlaqəli olmadığını, onunla birgə saxlanılan şəxslərin onda narkotik vasitə olması barədə məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 50 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 05 iyul 2022-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs, Şahid13 və Şahid14 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə rəhbərliyə məruzə edilərək Təqsirləndirilən şəxs, Şahid13 və Şahid14 müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 05 iyul 2022-ci il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Onlar qəbul edilmiş qərarın icra edilməsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanına yollanmışlar. Həmin günü axşam saaatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında Təqsirləndirilən şəxs, Şahid14 və Şahid13 yanlarında olan iki nəfər başqa şəxslə birlikdə saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmə, özlərində saxlayaraq daşıma və satmaqda şübhəli olmaları bildirilmiş və üzərilərində keçiriləcək istintaq hərəkətləri üçün yanlarında olan digər iki şəxs - Şahid12 və Şahid11la birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişlər. Baş İdarəyə gəldikdən sonra Ceyhun, Nicat və Amil müdafiəçi ilə təmin olunmuş və videoçəkilişlə üzərilərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, şalvarın cibindən isə 03 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Həmin bükümlər açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin içərisində olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri təxminən tutulmamışdan 2-3 gün öncə şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında tanımadığı şəxsdən 60 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 1 aydır narkotik vasitələrdən istifadə etdiyini, üzərində narkotik vasitə olması barədə başqa şəxslərin məlumatının olmadığını, aldığı bükümlərdəki narkotik vasitədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini bildirib. Şahid ona verilən suallara cavab olaraq bildirdi ki, daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs və digər iki nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə olub. Təqsirləndirilən şəxs və digər şəxslər “377 pub” restoranının qarşısında saxlanılıblar. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirdiyi bildirildiyindən onun evinə baxış və axtarış keçirilməsi zərurəti yaranmayıb. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd telefon, həmçinin 50 manat pulu da şəxsi axtarış zamanı təqdim edib. Təqsirləndirilən şəxs BMCMİ-nə xidməti avtomobillə aparılıb. Şəxslərin saxlanıldıları yer Bakıya yaxın olduğundan, onlar BMCMİnə aparılıblar. Təqsirləndirilən şəxs və digər 2 nəfər şəxsi qumar borcuna görə saxlamyıblar, ümumiyyətlə, o, qumar borcu məsələsini ilk dəfədir ki, eşidir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir və təzyiq göstərilməyib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid6, Şahid7, Şahid8 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları öz ifadələrində təsdiq etmişlər. Məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid3, Şahid5, Şahid9 və Şahid10 ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunaraq tədqiq edilmiş, həmin şəxslərin məhkəmə iclasında dindiirlmiş digər şahidlərlə (polis əməkdaşı olan) eyni məzmunlu ifadələr verdikləri müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, 2022-ci ilin yanvar aylarında bir nəfərlə tanış olub və onun vasitəsilə qumar oyunları oynamağa başlayıb, nəticədə də külli miqdarda borcu yaranıb. Həmin qumar borcuna görə onu çox sıxışdırdıqları üçün o, əmisi oğlu Səddamdan kömək istyib. Səddam da Rusiyada olduğundan ona dostlarının vasitəsilə kömək edəcəyini deyib və dostları ilə onun görüşünü təşkil edib. O, Nicat və Ceyhunla görüşüb və Ceyhun deyib ki, əmisi oğlunun xahişi ilə ona kömək edəcəklər. Buna görə onlar axşam görüşmək qərarına gəliblər. Həmin vaxt qumar borcu ilə bağlı Xəyal adlı şəxs də zəng edib və Xəyal özünün gələ bilməyəcəyini, lakin qardaşı və başqa bir nəfər şəxsi görüşmək üçün göndərəcəyini deyib. Onlar “377 pub” restoranında görüşüb 5-10 dəqiqə söhbət etdikdən sonra mülki geyimdə olan şəxslər həmin yerə daxil olub özlərini təqdim etmədən onlarla birlikdə təxminən 15 nəfəri saxlayıb üzərlərinə baxış keçiriblər və telefonlarını götürüblər. Daha sonra onu ayrıca kabinetə salıb orada telefonunda Xəyalla olan səs yazılarına qulaq asdıqdan sonra Şahid14ı da onun yanına gətirib deyiblər ki, o, Nicat və Ceyhun barəsində cinayət işi başlanılacaq. Daha sonra onları BMCMİ-nə aparıb onlara hədə-qorxu gələrək bildiriblər ki, üzərlərinə narkotik qoyulacaq və videoçəkiliş zamanı həmin narkotik vasitənin özlərinə məxsus olduğunu deyəcəklər. Əvvəlcə Ceyhun etiraz etsə də, sonradan ona psixi təyziqlər göstərdiklərindən o da məcbur qalıb polis əməkdaşlarının dediklərinə əməl edib. Həmçinin onlara çəkiliş zamanı nə deyəcəklərinin yazıldığı mətnin olduğu vərəq verilib və onu əzbərləyib, videoçəkilişdə də həmin vərəqdə yazılanları deyiblər. Şahid ona verilən suallara cavab olaraq bildirdi ki, BMCMİ-də onlar üçü də eyni otaqda olublar. BMCMİ-nə gətiriləndə Ceyhunla eyni maşında olmayıb. Onunla birlikdə Elbəyin də qumar borcu olub. “377 pub” restoranında o, əvvəl Ceyhunla birlikdə olub, daha sonra Elbəyin olduğu digər kabinetə keçib, ondan qısa müddət sonra da BMCMİ-nin əməkdaşları gəliblər. Ceyhunun aparıldığı xidməti maşında başqa kimin olduğunu görməyib. Məhkəmədə dindirilmiş Şahid13 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi yalnız Təqsirləndirilən şəxs aid hissədə elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, o, iki aydır narkotik vasitə olan heroindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. 05 iyul 2022-ci il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan” dairəsi adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 50 manat müqabilində iki ədəd bükümdə narkotik vasitə heroin almışdır. Məqsədinin həmin narkotik vasitəni istifadə etmək olduğunu, həmin maddələri satmaq fikri olmadığını bildirmişdir. O, yalnız öz istifadəsi üçün həmin narkotik vasitəni almışdır. 05 iyul 2022-ci il tarixdə saat 21:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında olduqları zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman onun yanında Təqsirləndirilən şəxs, Şahid13, Şahid12 və Şahid11 da olmuşdur. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun, Şahid13 və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-nin inzibati binasına gəlmişlər. Polis Şöbəsində onun, Şahid13 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, Şahid12 və Şahid11 üzərində isə baxış keçiriləcəyi bildirilmişdir. O, Şahid13 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Ona, Şahid13 və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə onun, Təqsirləndirilən şəxs və Şahid13 üzərində şəxsi axtarış, Şahid11 və Şahid12 üzərində baxış keçirilmişdir. Ona, Şahid13 və Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə keçiriləcəyi bildirilmiş, onlar da buna etiraz etməmişlər. Onlar şəxsi axtarışdan öncə şəxsi axtarış keçirilməsi barədə qərarla tanış edilmiş, daha sonra ilk öncə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Ceyhun üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 50 manat nağd pul vəsaitini, əynində olan ağ rəngli şalvarın sol yan cibindən isə 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Ceyhun üzəridən aşkar edilmiş bükümlərin içərisində olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri təxminən 2-3 gün öncə şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında tanımadığı şəxsdən 60 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 1 aydır narkotik vasitələrdən istifadə etdiyini, üzərində narkotik vasitə olması barədə başqa şəxslərin məlumatının olmadığını, aldığı bükümlərdəki narkotik vasitədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 50 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığını, Təqsirləndirilən şəxsla birgə saxlanılan şəxslərin Ceyhunda narkotik vasitə olması barədə məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 50 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən qaytarılmışdır. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra ona verilən suallara cavab olaraq bildirdi ki, həmin ifadəni müstəntiq yazıb və o, məcbur qaldığından ifadəni öz imzası ilə təsdiq edib. Əgər imzalamasaydı, ona yenidən fiziki və psixi təzyiq göstəriləcəkdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 da Şahid13 vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmədə iştirak etməyən Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, 05 iyul 2022-ci il tarixdə saat 21:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında olduqları zaman mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman onun yanında X8, Şahid13, Şahid11 və Təqsirləndirilən şəxs da olmuşdur. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs, Şahid13 və Şahid14 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla Ceyhun, Amil və Nicatı tanış etmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-nin inzibati binasına gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs, Şahid13 və Şahid14 üzərində şəxsi axtarış, Şahid11 və onun üzərində isə baxış keçiriləcəyi bildirilmişdir. Şahid14, Şahid13 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Təqsirləndirilən şəxs, Şahid13 və Şahid14 hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs, Şahid14 və Şahid13 üzərində şəxsi axtarış, onun və Şahid11 üzərində baxış keçirilmişdir. Təqsirləndirilən şəxs, Şahid13 və Şahid14 şəxsi axtarışın videoçəkilişlə keçiriləcəyi bildirilmiş, Ceyhun, Amil və Nicat da buna etiraz etməmişlər. Şəxsi axtarışdan öncə şəxsi axtarış keçirilməsi barədə qərarla tanış edilmişlər, daha sonra ilk öncə Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 50 manat nağd pul vəsaitini, əynində olan ağ rəngli şalvarın sol yan cibindən isə 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin içərisində olan maddələrin “kakos” kimi tanıdığım narkotik vasitə heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri təxminən tutulmamışdan 2-3 gün öncə şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında tanımadığı şəxsdən 60 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 1 aydır narkotik vasitələrdən istifadə etdiyini, üzərində narkotik vasitə olması barədə başqa şəxslərin məlumatının olmadığını, aldığı bükümlərdəki narkotik vasitədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 50 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığını, Ceyhunla birgə saxlanılan şəxslərin Təqsirləndirilən şəxs narkotik vasitə olması barədə məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 50 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra Şahid14 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid14 üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 96 manat nağd pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir, Şahid14 təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Şahid14 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Şahid14 üzərindən aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 05 iyul 2022-ci il tarixdə bədənində ağrıların olduğuna görə şəxsi istifadəsi məqsədilə Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan” dairəsi adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 50 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 2 aydır narkotik vasitələrdən istifadə etdiyini, heç kəsin Şahid14 narkotik vasitə olması barədə məlumatının olmadığını, aldığı narkotik vasitədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 96 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığını, Nicatla birgə saxlanılan şəxslərin Şahid14 narkotik vasitə olması barədə məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra Şahid14 üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid14 üzərindən aşkar olunmuş 96 manat nağd pul- vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra Şahid13 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid13 üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən isə 02 ədəd şəffaf sellofan bükümü və 51 manat nağd pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid13 təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Şahid13 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Şahid13 üzərindən aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 04 iyul 2022-ci il tarixdə saat 14:00 radələrində şəxsi istifadəsi məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, “Öküz Heykəli” adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 40 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 3-4 aydır narkotik vasitələrdən istifadə etdiyini, heç kəsin Şahid13 narkotik vasitə olması barədə məlumatının olmadığını, aldığı bükümlərdəki maddədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 51 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığını, Amillə birlikdə saxlanan şəxslərin Şahid13 narkotik vasitə olması barədə məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra Şahid13 üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid13 üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 51 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə iştirak etməyən Şahid11 da ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş onun Şahid12 ilə eyni məzmunlu ifadə verərək onun ibtidai istintaqda dediklərini təsdiq etdiyi müəyyən edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 iyul 2022-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs, Şahid14 və Şahid13 05 iyul 2022-ci il tarixdə, säat 21:15-də Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 03 ədəd bükümdə ümumi təmiz çəkisi 9,710 qram narkotik vasitə heroin, Şahid13 əynində olan şalvarının sol yan cibindən 02 ədəd bükümdə ümumi təmiz çəkisi 6,825 qram narkotik vasitə heroin, Şahid14 əynində olan şalvarının sağ yan cibindən 02 ədəd bükümdə ümumi təmiz çəkisi 6,334 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında yuxarıda qeyd olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və şahidlərin (polis əməkdaşlarının) ifadələrində qeyd etdikləri xüsusatlar və protokolda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli 6/3695 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan respublikası Dİn Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” yazısı və imzalar olan zərfdəki 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,127 qram, 3,293 qram, 3,290 qram, ümumi təmiz çəkisi 9,710 qram tünd qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5 06 iyul 2022-ci il tarixli 3676 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 25 iyul 2022-ci il tarixli 2504/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və .sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfın adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edildi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Baş Abşeron Rayon Məhkəməsinin hakimi X1 07 İyul 2022-ci il tarixli 5(012)-295/2022 saylı qərarı ilə AR DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 05 iyul 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs, Şahid14 və Şahid13 aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə BMCMİ-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli tapşırığa cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs, Şahid14 və Şahid13 aşkar olunmuş külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərilərində saxlamaları müəyyən edilmiş, lakin narkotik vasitəni birgə əldə edib saxlamalarına dair hər hansı məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs, Şahid14 və Şahid13 əldə etdikləri narkotik vasitələrin mənbələrinin müəyyən edilməsi və tapşırıqda göstərilən digər istiqamətlərdə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 9,560 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxslərin üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi - 9,560 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 02 (iki) ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. İş materiallarından görünür ki, 16 yanvar 2023-cü il tarixdə ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda narkotik vasitənin mənbə xüsusatına görə ayrıca icraata material ayrılmışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarı ilə cəzası 11 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, Qaradağ Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə cəzası 11 il 04 ay azadlıqdan məhrum etmə cəzasına endirilmiş və 30 iyul 2021-ci il tarixdə 10 ay 02 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən sonuncu törətdiyi xüsusilə ağır cinayət əməlinə görə məhkəmə tərəfindən təyin edilmiş cəzasını çəkib qurtardığı gündən 08 (səkkiz) il müddət keçmədən yenidən cinayət əməli törətdiyi üçün Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməli cinayətin xüsusi təhlükəli residivi kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin xüsusi təhlükəli residivini yaradır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və xx.xx.2022-ci tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə, şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs nakotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də onun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin əməmliyyat tapşırığına əsasən alınmış cavabda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyi qeyd olunsa da, bu məlumatın hansı sübutlara istinadən qeyd olunduğu heç nə ilə öz təsdiqini tapmır. Həmçinin təqsirləndirilən şəxsin telefonuna da keçirilmiş baxış zamanı narkotik vasitələrin satışına dair hər hansı bir sms aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməli Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onun əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir Müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən heç bir möbətər sübuta istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi onun özünün təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində, CM-nin 65.2-ci maddəsinin tələbləri nəzər alınmaqla cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə dindirilmiş şahidlər Şahid13 və Şahid14 ifadələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin şahidlər təqsirləndirilən şəxslə yaxın münasibəti, yəni dostluq münasibəti olan şəxslərdir. Qeyd olunan səbəbdən onların təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələri anlaşılandır. Belə olan halda, məhkəmə onların məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır, onların ibtidai istintaq zamanı heç bir təsir və təzyiq altında qalmadan şahid qismində dindirilərkən verdikləri ifadələrini Təqsirləndirilən şəxs ittihamının əsasına qoyur. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ümumiyyətlə narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – təqsirləndiirlən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, cinayət işinin materialları, şahidlərin (polis əməkdaşlarının) ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin xüsusilə təhlükəli residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də işin faktiki hallarını, eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma protokollarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasının çəkilməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə eytiyacı olduğundan cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs 38 (otuz səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9,560 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,560 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 38 (otuz səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-130/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-130/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver