Məhkəmə qərarları › İş №1(124)-131/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-131/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-131/2024 04.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 6,334 qram çəkidə külli miqdarda narkotik vasitə heroini qanunsuz əldə etməklə şəxsi istifadəsi üçün bölüb hər birində 3,171 qram və 3,163 qram olmaqla iki bükümdə qablaşdırıb üzərində qanunsuz saxlayıb Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanının yaxınlığına qanunsuz daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əinəkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o 05 iyul 2022-ci il tarixdə saat 21.15-də Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında saxlanılaraq Baş İdarədə xidməti otaqların birində saat 23.09-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq daşıyaraq saxladığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,171 qram və 3,163 qram, ümumi təmiz çəkisi 6,334 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2022-ci il iyul ayının 5-də axşam saatlarında Xırdalan şəhərində yerləşən 377 Pub restoranının qarşısında olmuşdur. Həmin vaxt onun yanında Şahid14, Şahid13, Şahid12 və Şahid11 da olmuşdur. Onun böyük məbləğdə qumar borcu olduğuna görə həmin restoranda borcu olan şəxslərlə oturub söhbət etmiş, borclarını vermək üçün onlara vaxt verilməsini xahiş eləmişdirlər. Orada oturarkən Azərbaycan Respublikası DİN-nin NMBİ-nin əməkdaşları gəlib onları tutub NMBİ-nə aparmışdırlar. NMBİ-nin inzibati binasında özlərinin gətirmiş olduğu sellofan bükümləri qarşısına qoyub “Bu sənindir, çəkiliş olanda öz istifadən üçün aldığını de” deyə söyləmişdirlər. Ona təzyiq etdikləri üçün deyilənləri qəbul etmiş, onun qanında narkotik vasitə aşkarlanmamışdır. Psixi sağlamlığında problemi olmuş, buna görə müalicə almış və əlilliyi vardır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, tanışının qumar borcu olduğuna görə “Pub”-da oturub söhbət etmiş, borcu qaytarmaq üçün onlara vaxt verilməsini xahiş etmişdirlər. Onu hədələdikləri üçün edilən təzyiqlər barədə heç kimə məlumat verməmiş, istintaq zamanı müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Şahid14 qohumunun toyunda görüb qohumu vasitəsilə tanımışdır. Polislər onu və yanındakı 3 nəfəri də polis idarəsinə aparmışdırlar. İkisini ayrı maşında, digər iki nəfəri isə ayrı maşında aparmışdılar. Onları iki-iki otağa salmış, birinci digər iki nəfəri otağa salan zaman onları çıxarmışdırlar. Otaqda onlara demişdirlər ki, çəkiliş olanda bu cür ifadə verməlidirlər. Polislər Amildən pul tələb etmiş, Amil də özünü öldürəcəyini demişdir. Polislər Amilin evinə də getmişdirlər. Onları otağa çağıranda stolun üzərinə sellofan bükümləri qoyub demişdirlər: “Bunları cibinizə qoyun, çəkilişdə öz istifadəniz üçün aldığınızı deyərsiz.” Ona polislər demişdir ki, sual veriləndə bir-birlərinin üzərində narkotik vasitə olmasından xəbəri olmadıqlarını bildirsinlər. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Amil ilə Ceyhunun üzərinə baxış keçirilməsində iştirak etmişdir. Onların üzərindən narkotik vasitə aşkar edilməmişdir. Saxlanılan zaman ona təzyiqlər olunmuşdur. Ona xəsarət yetirməmiş, lakin hədə-qorxu gəlmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 iyul 2022-ci il tarixdə Nicat adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində gəzdirməklə daşıması barədə məlumat daxil olmuş, məlumat raportla rəbərliyə məruzə olunmuş, 05 iyul 2022-ci il tarixdə təxminən saat 9-10 radələrində Xırdalan şəhərində “377 PUB” adlı restoranın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşdıq, özlərini təqdim etmiş, Nicat da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar beş nəfər olmuş, hamısı baş idarəyə dəvət olunaraq idarədə vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə üzərlərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Təhqiqatçı Nicata üzərində qanunsuz əşya və ya predmet varsa, təqdim etməsini təklif etmiş, Nicat da üzərində iki ədəd şəffaf rəngli bükümdə “kokos” adlı maddə olduğunu bildirərək təqdim etmişdir. Nicat üzərindəki maddəni həmin gün Xırdalandan 50 (əlli) manata əldə etdiyini, əldə etməkdə məqsədinin şəxsi istifadəsi olduğunu, ağrıları olduğu üçün narktoik vasitə istifadə etdiyini bildirmişdir. Onlarda üç şəxs barəsində məlumat olmuş, barəsində məlumat olan üç nəfərdən başqa qalan digər iki şəxs məsuliyyətə cəlb olunmamışdır. Məsuliyyətə cəlb olunmayan iki şəxs digər üç şəxslə tanışlıq münasibətlərinin olduğunu, üç şəxsin üzərindəki narkotik vasitə ilə bağlılıqlarının olmadığını, birlikdə çay içməyə gedəcəklərini demişdir. Barələrində məlumat olan üç şəxs üçün idarəyə müdafiəçi dəvət olunmuş, digər iki şəxs üçün müdafiəçi dəvət olunmamışdır. Barələrində məlumat olmayan iki şəxsin üzərinə də şəxsi axtarış həyata keçirilmiş, lakin onlara müdafiəçi dəvət olunmamışdır. Tədbir zamanı “Pub”-un içərisinə daxil olmamış, şəxslər “Pub”-un qarşısında, yolun qırağında olmuşlar. Əməliyyat tədbirində səkkiz-doqquz nəfər polis əməkdaşı olmuş, saxlanan zaman Nicatgil tərəfindən hansısa müqavimət olmamışdır. Nicatgili “Pub”-un qarşısından idarəyə gətirməkləri təxminən bir saat çəkmişdir. Şəxslər saxlananda saat 9-10 radələri olmuş, yollar boş olduğu üçün onları idarəyə aparmaqları otuz-qırx dəqiqə çəkmişdir. “Pub” Abşeron rayon Polis İdarəsinə yaxın olmamış, məlumat baş idarədən daxil olduğu üçün saxlayandan sonra Nicatgili Abşeron rayon Polis İdarəsinə yox, öz idarələrinə aparmışdırlar. Nicatgili baş idarəyə gətirdikdən sonra xidməti otaqların birində gözləmiş, müdafiəçi dəvət olunmuş, ardınca da video çəkiliş aparılmışdır. Vəkillər saxlanılan şəxslərlə ayrı-ayrılıqda, polis əməkdaşlarının iştirakı olmadan konfidensial söhbət aparmış, konfidensial söhbət təxminən on beş-iyirmi dəqiqə çəkmişdir. Şahid11 və Şahid12 tanımır. Nicatın üzərindən iki büküm heroin aşkar olunmuş, Nicat üzərindən aşkar olunmuş maddəni öz şəxsi istifadəsi üçün elə həmin gün 50 manata əldə etdiyini bildirmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 05 iyul 2022-ci il tarixdə idarənin əməliyyat müvəkkili Seymura üç nəfər barəsində məlumat daxil olmuş, həmin məlumatla əlaqədar olaraq Xırdalan şəhərində əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Ümumilikdə beş nəfər saxlanmış və baş idarəyə dəvət olunmuşdurlar. İdarədə vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə şəxslərin üzərində şəxsi axtarış və götürmə həyata keçirilmiş, həmin vaxt Nicat Bünaytovun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Əməliyyat məlumatı Ceyhun, Amil və Nicat adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barəsində olmuş, saxlanan şəxslərdən heç birini əvvəllər tanımamışdır. Məlumat ona daxil olmadığı üçün şəxslərin bir yerə toplaşmasının səbəbi ona maraqlı olmamış, qrupun rəhbəri Seymur olmuşdur. Nicatgili Xırdalanda “Pub”-un qarşısında saxlamışdırlar. O, “Pub”-un içərisinə daxil olmamış, saxlanan şəxsləri idarəyə dəvət etmişdirlər. İdarəyə təxminən otuz-qırx dəqiqəyə çatmış, şəxslərlə söhbət təxminən üç-beş dəqiqə çəkmişdir. Xtırladığı qədərilə saxlanan şəxsləri idarəyə ayrı-ayrılıqda aparmış, adətən vəkil idarəyə çatana kimi saxlanan şəxslər təhqiqatçının otağında gözləmiş, sırf bu işlə bağlı Nicatın harada gözlədiyi yadında qalmamışdır. Onlar idarəyə çatdıqdan sonra müdafiəçi gəlmişdir. Müdafiəçini saxlanan şəxs özü seçdiyi üçün müdafiəçi sonradan gəlmiş, müdafiəçilər saxlanan şəxslərlə konfidensal söhbət aparmışdır. Konfidensial söhbət adətən təhqiqatçının otağında olur. Təhqiqatçı onları tək buraxır, beləcə saxlanan şəxslər müdafiəçilər ilə konfidensial söhbət aparır. Saxlanan şəxslərin hər birinin ayrı-ayrılıqda müdafiəçiləri ilə söhbət apardığı və ya üçünün birlikdə müdafiəçilər ilə söhbət apardığı yadında deyildir. Şəxsi axtarış barələrində məlumat daxil olan üç şəxs barəsində keçirilmişdir. Video çəkilişdə iştirak etmiş, Nicat üzərindəki maddəni saxlanmamışdan dörd-beş saat qabaq Xırdalan dairəsi yaxınlığında şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Nicatgili 05 iyul 2022-ci il tarixdə axşam saat 21:15 radələrində saxlamış, Nicatın üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxskı bükümlərin sayı səhv etmirsə, iki olmuşdur. İbtidai istintaq zamanı vermiş olduğum ifadəni təsdiq edir. O, sadəcə tədbirdə iştirak etmiş, tədbirlə bağlı məlumatı olmamışdır. Bu səbəbdən də saxlanan şəxslərin qumar borcu barədə heç nə bilmir. Şahid1 bildirmişdir ki, şəxslərin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub, bununla bağlı əməliyyat tədbirinə getmişdirlər. Tədbir bununla bağlı olub, şəxsləri Xırdalanda saxlamışdırlar. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid9 ifadəsində göstərdi ki, məlumat Şahid1 daxil olmuş, rəhbərliyə məruzə olunaraq əməliyyat qrupu yaradılmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanının olan çay evinin qarşısında şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş, onları baş idarəyə dəvət etmiş, baş idarədə şəxslərin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Nicatın üzərindən iki büküm narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirində iştirak edən polis əməkdaşlarının sayı çox, haradasa on nəfər olmuşdurlar. Tədbir axşam saat 9-10 arası keçirilmişdir. Şahid1 şəxslərin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Tədbir zamanı satışla bağlı fakt öz təsdiqini tapmamışdır. Şəxsləri kafenin qarşısında saxlamış, kafenin içərisinə daxil olmamışdırlar. Şəxslərə kafenin qarşısında nə etdikləri barədə kiminsə sual verib-vermədiyini xatırlamır. Saxlanan şəxslər onlara heç bir müqavimət göstərməmişdirlər. Saxladıqları şəxslərdən əvvəllər heç birini tanımamışdır. Üç vəkil dəvət olunmuşdur. Vəkillərin gəlməsinə icraçı Seymur müəllim qərar vermiş, beş nəfər şəxs idarəyə aparıldığı halda nə səbəbə üç vəkil dəvət olunduğunu o, daha dəqiq şəkildə açıqlaya bilər. Video çəkilişdən qabaq saxlanan şəxslərin törətmiş olduqları əməl barəsində nəsə demələri, etiraf edib-etməmələri yadında deyildir. İdarəyə gələndə şəxlsəri təhqiqatçının otağına, akt zalına aparmışdrılar. Akt zalı beşinci mərtəbədədir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı o da iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni öz şəxsi istifadəsi üçün 50 manata, Xırdalandan aldığını qeyd etmişdir. Nicatın üzərindən narkotik vasitə heroin aşkar edilmiş, tərəzidə çəkilməmişdir. Hər üç şəxs də bir-birilərində narkotik vasitə olmasından xəbərsiz olmuş, narkotik vasitələrin hər üç şəxsdə də eyni və ya fərqli olduğunu bilməmişdir. Hər üç şəxsdən də narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərdi ki, əməliyyat qrupunun rəhbəri Şahid1 üç-dörd nəfər barəsində məlumatı daxil olmuşdur. Həmin şəxslərdən biri də Təqsirləndirilən şəxs idi. Əməliyyat məlumatı tam olaraq sözügedən şəxslərin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. 05 iyul 2022-ci il tarixdə əməliyyat tədbiri keçirildi. İçlərində Nicat da olmaqla, bir qrup adam idilər. Hamısını idarəyə dəvət etmişdirlər. İdarədə saxlanan şəxslərin üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən iki büküm narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, qablaşdırılaraq götürülmüşdür. Daha sonra Nicata üzərindən aşkar olunmuş maddə barədə sual verildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni 05 iyulda öz istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Bundan sonra digər şəxslərin üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Növbəti əməliyyat-axtarış tədbirlərini o davam etdirib. Şəxsləri “377” çay evinin qarşısında saxlamış, çay evinin içərisinə daxil olmamış, saxlanılmış şəxslədrdən ancaq üçü barəsində əməliyyat məlumatı daxil olmuşdur. Şəxslərin hamısını idarəyə aparmışdırlar. Onlar şəxsləri saxlayan zaman kimlər barəsində tədbir keçirildiyini onlara bildirmişdrilər. O, saxlanan şəxslərdən nəsə soruşmamışdır. Ancaq həmişə şəxsləri saxlayan zaman nə səbəbə onlara yaxınlaşdıqlarını bildirirlər. İdarəyə kimin avtomobiliylə getdikləri yadlarında deyildir. Saxladıqları şəxsləri nə qədər müddətə idarəyə apardıqları yadında deyildir. Şəxslərə müdafiəçilərin siyahısı təqdim olunduqdan sonra vəkillər baş idarəyə dəvət olundu. Tədbir zamanı qeyd etdiyi şəxsləri, 5-6 nəfər şəxsi saxlamış, başqa kimisə saxlamamışdırlar. Barələrində məlumat olan üç nəfərdən başqa digər şəxslərin üzərindən heç bir şey aşkar olunmamışdır. Şəxslər bir-birilərinin üzərində olan narkotik vasitələrdən məlumatlı olmamışdır. Təqsirləndirilən şəxsin hansı avtomobildəəyləşdiyini xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X7 ifadəsində göstərdi ki, 05 iyul 2022-ci il tarixdə idarənin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil oldu. Şahid1 əməliyyat qrupunun rəhbəri olmuşdur. Həmin gün saat 21:15-də Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “377 pub”-un qarşısında şəxsləri saxlamış, özlərini təqdim edərək barələrində əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərarla onları tanış etdikdən sonra həmin şəxsləri idarəyə dəvət etmişdirlər. İdarədə şəxslərin hər biri üçün vəkil gəlmişdir. Vəkillər gəldikdən sonra təhqiqatçı tərəfindən saxlanan şəxslərin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirildi. Nicatın üzərindən iki bükümdə narkotik vasitə heroin aşkar olundu. Təqsirləndirilən şəxs bildirdi ki, üzərindəki maddəni 50 manata alıb, kimdən aldığıyadında deyildir. Təqsirləndirilən şəxs həmçinin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Daha sonra sənədləşdirmə işləri aparılmışdır. “Pub”-un qarşısına saat 21:15-də getmişdirlər. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Əməliyyat məlumatının məzmunundan o yadındadır ki, əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə idi. Əməliyyat tədbirində neçə polis əməkdaşı olduğu yadında deyildir. Videoçəkilişdə hamısı var. Xidməti otaqda kim olubsa, hamısı video çəkilişdə vardır. “Pub”-un qarşısında video çəkiliş olmayıb. “Pub”-un içərisinə daxil olmamış, ancaq şəxsləri “pub”-un qarşısında saxlamışdırlar. Saxlanan şəxslərdən beş nəfər, adlarından isə Amil, Ceyhun, Nicat, Fariz yadındadır. Nicatgil saxlanan zaman onlara hansısa müqavimət göstərməmişdir. Avtomobillər çox idi, şəxsləri idarəyə kimlərin avtomobilləri ilə apardıqları yadında deyildir. Saxlanan şəxsləri ayrı-ayrı avtomobillərdə aparıb-aparmadıqalrını bilmir. 05 iyul 2022-ci il tarixdə göstərdiyi şəxsləri saxlamışdırlar. Həmin tarixdə başqa əməliyyat tədbirində iştirak edib-etmədiy yadında deyildir. Bu iş üzrə beş nəfərdən başqa kimisə saxlamamışdırlar. Nicat bildirdi ki, üzərindəki maddə kokosdur. Şəxsi istifadəsi üçün alıb. Ağrıları var deyə, narkotik vasitə istifadə edir. Təqsirləndirilən şəxs üzərindəki maddəni 50 manata aldığını bildirdi. Saxlanan şəxslərdən üçündə narkotik vasitə aşkar olundu. Şəxslərin hamısının birlikdə üzərilərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilib. Barəsində əməliyyatı məlumat olan, əsas şübhəli üç nəfər idi. Digər iki şəxs üzərilərində hansısa qanunsuz əşya və ya predmet olmadığını bildirdi. Ancaq digər üç şəxs, Nicatgil üzərilərində qanunsuz maddə olduğunu bildirmişdirlər. Ən çox vaxt vəkillərin gəlməyi üçün getmişdir. Çünki iş vaxtı bitmişdir və üç vəkil idi. Bu səbəbdən normal olaraq vəkillərin gəlməsi bir qədər çəkdi. Vəkillər gələnə kimi şəxslər bir otaqda təhqiqatçının və bir neçə əməliyyat müvəkkilinin yanında saxlanılmışdırlar. Şəxslərin konkret olaraq hansı otaqda saxlandıqları, saxlandıqları otağın təhqiqatçının yoxsa əməliyyat müvəkkilinin otağı olduğu yadımda deyildir. Vəkillər gəldikdən sonra saxlanan şəxslərlə konfidensial söhbət aparmışdırlar. Söhbətdən sonra da videoçəkiliş aparılıb. Əməliyyat tədbiri 05 iyul 2022-ci il tarixdə, saat 21:15-də olmuşdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Şahid X7 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 05 iyul 2022-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Şahid5 prospekti 265, inzibati binada qeydiyyatda olmaqla ünvan 4 ünvanında faktiki yaşayan Şahid13, xx.xx.1988-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, “ünvan 7 ünvanında yaşayan Şahid14 və xx.xx.1988-ci ildə Abşeron rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Şahid13, Şahid14 və Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 05 iyul 2022-ci il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları - əməliyyat müvəkkili Şahid1, baş əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid6, baş əməliyyat müvəkkili Şahid7, baş əməliyyat müvəkkili Şahid8, əməliyyat müvəkkili Şahid9, baş əməliyyat müvəkkili Şahid10 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilmişdir. Qəbul edilmiş qərarın icra edilməsi üçün əməliyyat qrupu Abşeron rayonu Xırdalan şəhərinə yola düşmüşlər. Abşeron rayonu Xırdalan şəhərinə gəldikdən sonra təxirəsalınmadan qərarın icra edilməsi məqsədilə qrup üzvləri şəxsin olması ehtimal edilən Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 67 ünvanına yollanmışlar. Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 21:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında Şahid13, Təqsirləndirilən şəxs və Şahid14 bənzər şəxslər yanlarında olan iki nəfər başqa şəxslə birlikdə saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Şahid13, Təqsirləndirilən şəxs, Şahid14, Şahid11 və Şahid12 olmaları müəyyən edilmişdir. Şahid13, Şahid14 və Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmə, özlərində saxlayaraq daşıma və satmaqda şübhəli olmaları bildirilmiş və üzərilərində keçiriləcək istintaq hərəkətləri üçün Şahid12 və Şahid11la birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişlər. Baş İdarəyə gəldikdən sonra Şahid13 hüquqlarının müdafiə edilməsi məqsədi ilə “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X8, Nicat Bünyätovun hüquqlarının müdafiə edilməsi məqsədi ilə 25 saylı vəkil bürosunun vəkili Qədİrli Vasif Vaqif oğlu, Şahid14 hüquqlarının müdafiə edilməsi üçün 25 saylı vəkil bürosunun vəkili X9 dəvət olunaraq təqdim olunmuşdur. Şahid13, Şahid14 və Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkillər tərəfindən müdafiə edilməsinə etirazları olmadığım bildirmişlər, Şahid13la Rasim Əhmədova, Təqsirləndirilən şəxsla Vasif Qədirliyə və Şahid14lə Cavid Abbasova konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Adları çəkilən şəxslər konfidensial ünsiyyət saxladıqdan sonra Şahid13, Təqsirləndirilən şəxs və Şahid14 şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokollar tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Ceyhun, Nicat və Amilə videoçəkilişlə üzərilərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Şahid13, Şahid14 və Təqsirləndirilən şəxs da buna etiraz etməmişlər. Şəxsi axtarışdan öncə şəxsi axtarış keçirilməsi barədə qərarla tanış edilmişlər, daha sonra ilk öncə Şahid13 üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid13 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 50 manat nağd pul vəsaitini, əynində olan ağ rəngli şalvarın sol yan cibindən isə 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid13 təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün İçərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını .bildirmişdir. Təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid13 üzərindən aşkar edilmiş bükümlərin içərisində olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri təxminən tutulmamışdan 2-3 gün öncə saat 23 radələrində şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında tanımadığı şəxsdən 60 manata aldığım, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığım, təxminən 1 aydır narkotik vasitələrdən istifadə etdiyini, üzərində narkotik vasitə olması barədə başqa şəxslərin məlumatının olmadığım, aldığı bükümlərdəki narkotik vasitədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 50 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığını, Ceyhunla birgə saxlanılan şəxslərin Ceyhunda narkotik vasitə olması barədə məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid13 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 50 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid13 geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 96 manat nağd pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Nicat Bilnyatov üzərindən aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 05 iyul 2022-ci il tarixdə bədənində ağrıların olduğuna görə şəxsi istifadəsi məqsədilə Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan” dairəsi adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 50 manata aldığım, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığım, təxminən 2 aydır narkotik vasitələrdən istifadə etdiyini, heç kəsin Nicatda narkotik vasitə olması barədə məlumatının olmadığını, aldığı narkotik vasitədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 96 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığını, Nicatla birgə saxlanılan şəxslərin Nicatda narkotik vasitə olması barədə məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 96 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra Şahid14 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi . təklif edilmişdir. Bu təklifdən sonra Şahid14 üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən isə 02 ədəd şəffaf sellofan bükümü və 51 manat nağd pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid14 təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Şahid14 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Şahid14 üzərindən aşkar edilÄiş .bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 04 iyul 2022-ci il tarixdə şəxsi istifadəsi məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, “Öküz Heykəli” adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 40 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 3-4 aydır narkotik vasitələrdən istifadə etdiyini, heç kəsin Amildə narkotik vasitə olması barədə məlumatının olmadığım, aldığı bükümlərdəki maddədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 51 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığım, Amillə birgə saxlanılan şəxslərin Amildə narkotik vasitə olması barədə məlumatlarının olmadığım bildirmişdir. Bundan sonra Şahid14 üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid14 üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 51 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Şahidlər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2, Şahid4, Şahid6, Şahid8 və Şahid10 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, onlar şahid X2 məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Amil Babayev ona demişdir ki, Badamdar qəsəbəsində torpaq var, həmin torpağı qumar masasında başqa iki nəfərə uduzublar. Amillə telefonda danışanda hiss etmişdir ki onu hədələyirlər. Danışmaq üçün razılaşıb restorana getmiş, restoranda 12 nömrəli kabinetdə əyləşmiş, kabinetdə 5 nəfər olmuş, bir az söhbət etdikdən sonra Emil adlı şəxsə zəng gəlmiş və o çölə çıxmışdır. Daha sonra polislər gəlib onları tutmuşdurlar. Onun üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitədən istifadə etməmiş, restoranda olarkən üzərində axtarış aparmışdırlar. Nicatın və onun üzərində narkotik vasitə olmamışdır. Onlar restoranın içərisində kabinetdə oturmuşdurlar. Masazırda yaşayan İlham adlı şəxslə telefonla danışmışdır. Onları tutmaq üçün 15 nəfər polis gəlmişdir. Onların üstünə narkotik vasitəni qoyan şəxs videoçəkiliş olanda orada olmuş, zərfi bağlayan şəxs üzərlərinə narkotik vasitəni qoyan şəxsdir. Onlar restoranın kabinetdində 4 nəfər olmuş, Elbəy adlı şəxs də onlarla olmuşdur. Onların üstünü yoxlayanda Nurlan və Ruslan adlı şəxslər yanlarında olmuşdur. Nicatın üzərini yoxlamış, sonra ona telefonunun harada olduğunu soruşanda Nicat telefon istifadə etmədiyini demişdir. NMBİ-də onları divara söykəmişdilər. Onlara narkotik vasitəni ciblərinə qoymaqlarını demiş, onlar da polislərin dediyi kimi videoçəkilişdə onlara deyilənləri söyləmişdirlər. Onlara verilən sellofanlar eyni olmuş, 7 büküm də eyni sellofan paketdə olmuşdur. Nicatdan nakrotik vasitəni boynuna almasını tələb etmiş, həmin vaxt Ruslan koridorda olmuş, narkotik vasitəni polislər özləri gətirmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, özü narkotik vasitə istifadəçisi olmuşdur. Qumarda külli miqdarda pul uduzmuş, buna görə də Nicat və digərləri ilə birlikdə restoranda görüşmüşdür. Hadisə günü 15 nəfər polis əməkdaşı onları tutub NBMİ-ə aparmış, narkotik vasitəni onlara verib demişdirlər ki, kağızda nə yazılıbsa çəkilişdə də onu deməlidirlər. Onun üzərində narkotik vasitə olmamışdır. Müstəntiqə, hakimə ona təzyiq edildiyini deməmiş, sonradan bu barədə Ombudsmana, Azərbaycan Respublikası DİN-ə məktub yazmışdır. Onun qumarda pul uduzduğu şəxslər Xəyal və Rüfət adlı şəxslər olmuş, onlarla saxlanıldığı gün danışmışdır. Onun istifadəsində olan mobil telefon nömrəsi *** *** ** **-dır. Xəyal ilə 2022-ci il iyul ayının 5-də günorta saatlarında telefonla danışmış, Xəyal və Rüfətin telefon nömrəsini xatırlamır. Saxlanılanda yanlarında Xəyal, Fariz, Anar da var idi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Farizi bir ildir ki, tanımışdır. Farizlə birlikdə maşında olmuş, Fariz ona Xırdalanda 3-5 dəqiqəlik işi olduğunu deyib ora getməyi xahiş etmişdir. Farizlə razılaşıb Xırdalan getmiş, Xırdalanda park tərəfdə Fariz bir nəfərlə görüşüb söhbət etmiş, o da kənarda siqaret çəkərək Farizi gözləmişdir. 5-6 dəqiqə vaxt keçdikdən sonra polis əməkdaşları Fariz həmin adamla danışdığı yerdə onlara yaxınlaşaraq Baş Mütəşəkkil Cinayəkarlıqla Mübarizə idarəsinə aparmışdırlar. Nə baş verdiyini başa düşməmişdir. Fariz onun yaxın dostu olmamış, sadəcə olaraq tanışıdır, Farizlə şəhərdə bir yerdə olmuş çay içmişdirlər. Sonra Fariz ona demişdir ki, “Əgər vaxtın varsa, Xırdalana mənimlə gedək”. Xırdalana çatanda belə başa düşmüşdür ki, kimdənsə nə isə alacağı-verəcəyi var, bunu biləndən sonra kənara çəkilmişdir. Fariz bir nəfərlə restoranın qabağında danışmış, Farizlə danışan şəxs tək olmuş, onun kim olduğunu bilməmişdir. Polis əməkdaşları onların hamısını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparmış, şəxsi axtarış etmiş və bir müddətdən sonra onu buraxmışdırlar. İbtidai istintaq dövründə verdiyi ifadəsini tam olaraq xatırlamır. Baş Mütəşəkkil Cinayəkarlıqla Mübarizə idarəsində şəxsi axtarış etdikdən sonra onun üzərindən heç bir şey tapılmamış, Farizin hansı işlə məşğul olduğunu bilməmiş, hadisədən sonra onun Farizlə ünsiyyəti olmamışdır. Onun Farizlə ortaq dostları, tanışları olmuşdur. Farizlə tanışlıqlarının əsası elə oradan yaranmağa başlamış, amma onunla yaxın dost olmamışdır. Farizin Xırdalana konkret hansı işə görə getdiyini bilməmişdir. Gedib Xırdalana çatanda görmüşdür ki, bir nəfərlə alıb verəcəyi var. Farizlə onunla danışan şəxsin kafedə oturub çay içmələrini, yemək yemələrini görməmişdir. O, əvvəldən axıra qədər onların yanında olmuş, orda üç nəfər şəxs olmuş, onlardan başqa adam olmamışdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tanımamışdır. O, təqsirləndirlən şəxsi ancaq Baş Mütəşəkkil Cinayəkarlıqla Mübarizə idarəsində görmüşdür. Farizlə Baş İdarəyə eyni maşında aparılmışdırlar. Onları Baş Mütəşəkkil Cinayəkarlıqla Mübarizə idarəsinə aparılan maşında Təqsirləndirilən şəxs olmamışdır. Xırdalanda Farizlə danışan şəxsin ona nə qədər pul verməyi yadında deyil. Baş Mütəşəkkil Cinayəkarlıqla Mübarizə idarəsində ümumiyyətlə, heç bir işçi tanımamış, heç vaxt orada olmamışdır. Şəxsi axtarış keçirilən zamanı kimin üstündə nə aşkar olunduğu, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı konkret olaraq üzərindən nə çıxdığı yadında deyil. Baş İdarədə Təqsirləndirilən şəxsla söhbət aparılan zamanı o, koridorda tək dayanmış, ondan başqa da adamlar olmuşdur. Hamının üzü divara tərəf dayanmış, adamların üzünü görə bilməmişdir. Baş İdarədə otağa daxil olanda oranın 3-4 nəfər işçiləri olmuşdur. Baş İdarədə onunla heç bir şəxsi söhbət olunmamış, video çəkiliş zamanı onları yoxlamışdırlar. Video çəkilişdən qabaq onun üzərinə baxış keçirilməmişdir. O, sanitar qovşağına gedib əl-üzünü yuyub qayıtmışdır. Baş İdarədə 3-4 saat olmuşdur. Onların orada dayanmağı 1 saat və ya 1 saat yarım şəxsi axtarışa qədər vaxt çəkmişdir. Baş İdarədə olanda otaqda vəkil olmuşdur. O, otağa girəndə orada 4-5 nəfər adam olmuş, biri də özünü vəkil kimi təqdim etmişdir. Bu hadisədən sonra onun Farizlə söhbəti olmuşdur ki, bu nə məsələdir və buna görə də Farizlə ünsiyyətini kəsmişdir. Fariz nə isə danışmış, amma onun danışdığı səbəb onu qane etməmişdir. Fariz ona fikrini belə əsaslandırmışdır ki, “Bu hadisə necə baş verdi bilmədim”. Fariz Xırdalana gedəndə belə başa düşmüşdür ki, kimdənsə pul alacaq, söhbət o məcrada getmişdir. 300-400, 500-600 manat nə isə bu qədər məbləğdən danışılmış, o da bunu eşidəndən sonra kənara keçmişmişdir. Fariz onun yanında mərc oyunu oynamamışdır. Farizin mərc oyunu oynamağı ilə bağlı məlumatı olmamışdır. O, həmin vaxt da eyni nömrəni işlətmişdir. Baş İdarədə olanda onlarda hər hansı qanunsuz əşya görməmişdir. Hiss eləmişdir ki, bunların hər birini Fariz edib, bu haqda heç bir məlumatı yoxdur. Polis əməkdaşları onlara yaxınlaşanda o, çöldə olmuşdur. Onu polis əməkdaşları çöldən aparıblar. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Xırdalanda “377 pub”-un qarşısında, yaxınlığında əvvəldən tanıdığı Amil adlı şəxslə görüşməyə getmiş, şəxslərlə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Hamısını idarəyə aparmış, orada üzərlərinə şəxsi axtarış keçirilmiş, onda heç nə olmamışdır. Digər şəxslərdən narkotik vasitə aşkar olunmuşdur. İfadəsi alındıqdan sonra çıxıb getmişdir. Həmin şəxslərdən ancaq Amili tanımış, aralarında alış-veriş olmuşdur. Bununla bağlı onu görüşə çağırmışdır. Görüşə getmiş, Nicatgili həmin vaxt görmüşdür. Görüş vaxtı Nicatgil Amilin yanında olmuşdur. Polis əməkdaşları onlara yaxınlaşıb vəsiqələrini göstərmiş, oradan heç bir yerə tərpənə bilməyəcəklərini bildirmişdirlər. Üç-beş dəqiqə sonra avtmobillərə əyləşdirib idarəyə aparmış, şəxsi axtarış və götürmə zamanı hazırda Təqsirləndirilən şəxs üzərindən balaca bükümlər aşkar olunmuşdur. Amillə aralarında pul məsələsi olmuş, ora borcunu götürməyə getmişdir. Amilin ona nə qədər borclu olduğu dəqiq yadında deyildir. Borc adi əl borcu olmuş, borcun məbləği o qədər də çox olmamış, təxminən 300 (üç yüz)-500 (beş yüz) manat olmuşdur. Hal-hazırda sürücü işləyir. Hadisə olan zaman işsiz olmuş, rəsmi iş yeri olmamışdır. Həmin ərəfədə qeyrirəsmi olaraq hansısa təşkilatda da fəaliyyət göstərməmişdir. Görüş yerinə onu Amil borcunu qaytarmaq üçün çağırmışdır. Polislərin görüşdükləri yerə gələcəyindən məlumatı olmamış, onları saxlayan əməliyyat müvəkkillərindən hansınısa əvvəllər tanımamışdır. Saxlanan zaman üzərində “***-***-**-**” mobil nömrəsi olmuşdur. Amilgillə görüşə “Anar” adlı dostu ilə onun avtomobili ilə gəlmiş, Anarın da borcu götürməyə getdiyindən xəbəri olmuşdur. Görüş yerinə çatdıqdan nə qədər vaxt sonra polis əməkdaşlarının gəldiyi yadında deyildir. Onlar restoranın içərisində deyil, çölündə, qarşısında olmuşdurlar. Polis əməkdaşları hamıya yaxınlaşıb vəsiqələrini göstərmiş, onları idarəyə ayrı-ayrı avtomobillərdə aparmış, Nicatın kimin avtomobilində getdiyini görməmiş, idarəyə getməkləri on-on beş dəqiqə çəkmişdir. Avtomobildə deyil, idarədə əməliyyatçılar onunla söhbət aparmış, video çəkiliş olmamışdan qabaq onları yoxlamamışdırlar. Nicatın üzərindən aşkar olunmuş maddə ilə bağlı nə dediyi narkotik vasitənin Nicatın hansı cibindən çıxdığı yadında deyil. Təqsirləndirilən şəxs yanında deyil, ondan bir-iki adam sağda dayanmışdır. Şəxsi axtarışın nə qədər çəkdiyi yadında deyildir. Ona vəkil dəvət olunmamışdır. Təqsirləndirilən şəxs Şahid12 ifadəsi ilə əlaqədar ona verilən suala cavab olaraq göstərmişdir ki, saxlanmamışdan qabaq Amili iki dəfə görmüş, bir toyda, bir də saxlanıldığı gün. Qohumları Amilə kömək etməyini xahiş etmişdirlər. Bidliyi qədəri ilə Amil evə getməmiş və özünü öldürmək istəmişdir. Saxlandığı gün Amil ona zəng edib yanına gəlməyini bildirmişdir. Amil ona 60.000 (altmış min) qumar borcu olduğunu, borcu olan şəxslərin də ora gəldiyini demiş, bundan sonra iki nəfər şəxs də onların olduğu yerə gəlmişdir. O, qarşı tərəfə bu dəqiqə o qədər pulu birdən Amil qaytara bilməyəcəyini, mümkünsə, hissə-hissə qaytarmasını izah etməyə çalışmışdır. Farizgil də onların özünün pulu çatdırmalı şəxslər olduğunu bildirərək Amilin evi satmasını və pulu qaytarmasını, o da onlara Amilin evli olduğunu, ailəli olduğu üçün evi sata bilməyəcəyini demişdir. Həmin vaxt Fariz telefonda kimləsə yazışmış, görüşdən uzağı iyirmi dəqiqə keçməmiş polis əməkdaşları içəri basqın etmişdirlər. Həmin vaxt əlində 2.500 (iki min büş yüz)-lük saat olub. Danışıqdan belə başa düşmüşdür ki, Amilin borcu ondan yaranıb ki, telefonda nəsə proqram var, ondan oynayıb borcu yaranıb. Pulun məbləği 60.000 (altmış min) idi. Hələ bir neçə dəfə də Amilgilin qapısına gedib hədə-qorxu gəliblər. Farizgil iki nəfər olmuş, yanındakı şəxsin adı deyəsən “Ruslan” olmuşdur. Şahid12 borcla bağlı Amilgilin qapısına getmədiyini, nə evini, nə də harada qaldığını bilmədiyini, borcu Amilə verəndə tək olduğunu, pulu Amilə şəhərdə-Nərimanovda “Şəki” restoranının yanında verdiyini, birinci dəfə idi ki, sözügedən “pub”-a getdiyini göstərmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Şahid13, Şahid14 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Abşeron Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 5(012)-295/2022 saylı qərarı ilə AR DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 05 iyul 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 06 iyul 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan çibindən 96 manat nağd pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 05 iyul 2022-ci il tarixdə saat 18 radələrində bədənində ağrıları olduğuna görə şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan” dairəsi adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 50 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 2 aydır narkotik vasitələrdən istifadə etdiyini, heç kəsin onda narkotik vasitə olması barədə məlumatının olmadığını, aldığı narkotik vasitədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 96 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığını, onunla birgə saxlanılan şəxslərin onda narkotik vasitə olması barədə məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli 6/3695 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayn-ayrılıqda təmiz çəkiləri 3,171 qram, 3,163 qram, ümumi təmiz çəkisi 6,334 qram tünd qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizanın 20 iyul 2022-ci il tarixli 2508/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 iyul 2022-ci il tarixli 3690 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 6,234 qram qalıq qalmış narkotik vasitə heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd CD diskin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil göstərməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı ittiham verilsə də üzərindən tərəzi aşkar edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni məzmunda 234.1-1-ci maddə əlavə edilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüffatı İstehsalat Birliyinin 5 Saylı MTİİTS-ı tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Bünyatov X6 şəhəri, Ş.Əfəndizadə küçəsi ev 4a ünvanında yaşamışdır. Yaşadığı müddət ərzində onun barəsində 5 Saylı MTİİTS-ə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Elektron məhkəmə sitemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmamış qızı X5 vardır. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəsrəxanada müalicədə olmuş, ona “tez-tez təkrarlanan şəxsiyyətin emosional davamsız tip pozuntusu” diaqnozu qoyulmuşdur. Həmçinin “Elektron məhkəmə sistemi”ndən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliklə bağlı İİİ dərəcə əlildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, bir yetkinlik yaşına çatmayan uşağının olmasını və İİİ dərəcə əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 6,234 qram qalmış narkotik vasitə heroin məhv edilməli, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 6,234 qram qalmış narkotik vasitə heroin məhv edilsin, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar