Məhkəmə qərarları › İş №1(124)-131/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-131/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-131/2025 12.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 (sədrlik edən), X16 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, birinci qrup əlilliyi olan, Zəngilan rayonu, Şərikan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri, xx.xx.1972-ci il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Neftçala rayonu, Bankə qəsəbəsi, məhəllə 3, ev 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Rəsul” adlı şəxsə əvvəlcədən vəd verməklə onunla razılaşmış, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxsin 40.000 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun naməlum tarixdə, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək göndərdiyi və Sumqayıt şəhəri, Yaşma bağları ərazisində dənizin sahilində yerləşdirdiyi külli miqdarda - 108 kq 900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 36 kq 103,106 qram çəkidə heroini, külli miqdarda - 1 kq 505 qram çəkidə tiryəki, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 200 qram olan 5000 ədəd metadon həbini və külli miqdarda - 34 kq 973,4 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmiş, cinayətkar razılaşmaya uyğun olaraq narkotik vasitə heroinin bir hissəsini Təqsirləndirilən şəxs1, bir hissəsini isə Təqsirləndirilən şəxs2 üzərində saxlamış, narkotik vasitə heroinin qalan hissəsini, eləcə də əldə etdikləri digər narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Niva” markalı, **-KX-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla Sumqayıt şəhəri, Yaşma bağlarında yerləşən “Nihad” marketin yaxınlığına daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20 may 2023-cü il tarixdə saat 00:15-də Sumqayıt şəhəri, Yaşma bağlarında yerləşən “Nihad” marketin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər və orada həmin tarixdə saat 03:00-dan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 52,762 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 isə əynində olan gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 44,944 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq 20 may 2023-cü il tarixdə saat 04:15-dən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibatı binasının həyətində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Niva” markalı, **-KX-*** qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları və razılıqları ilə baxış keçirilən zaman avtomobildən onların satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları bir ədəd narıncı rəngli sintetik torbadakı 20 ədəd polietilen bağlamalarda ümumi çəkisi- 25480,2 qram, bir ədəd ağ rəngli sintetik torbadakı 20 ədəd polietilen bağlamalarda ümumi çəkisi- 22899,2 qram, bir ədəd narıncı rəngli sintetik torbadakı 20 ədəd polietilen bağlamalarda ümumi çəkisi-20040,2 qram, bir ədəd boz rəngli sintetik torbadakı 10 ədəd polietilen bağlamalarda ümumi çəkisi-26952,2 qram və bir ədəd ağ rəngli sintetik torbadakı 12 ədəd polietilen bağlamalarda ümumi çəkisi-13528,2 qram olmaqla ümumilikdə 82 ədəd bağlamada külli miqdar təmiz çəkisi 108 kq 900 qram olan narkotik vasitə qurudulmuş marixuana, 19 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000,1 qram, 990,2 qram, 1000,2 qram, 1000,2 qram, 1020,2 qram, 978,2 qram, 1005,6 qram, 1990,4 qram, 1010,4 qram, 998,5 qram, 998,2 qram, 1003,4 qram, 4036,2 qram, 3000,5 qram, 3955,6 qram, 2990,1 qram, 3004,5 qram, 3015,8 qram, 3007,1 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 36 kq 5,4 qram olan heroin, 01 ədəd bağlamada ümumilikdə külli miqdarda təmiz çəkisi 1 kq 505 qram olan tiryək, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 200 qram olan 5000 ədəd metadon həbi və 17 ədəd bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri 13986,7 qram, 2004,4 qram, 998,1 qram; 1006,6 qram, 1993,1 qram, 1992,1 qram, 1997,0 qram, 996,7 qram, 1005,4 qram, 999,1 qram, 1009,6 qram, 1968,2 qram, 1007,8 qram, 998,0 qram, 998,0 qram, 1007,3 qram, 1005,3 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 34 kq 973,4 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Anar adlı şəxsdən onlara köməklik etməsini istəmişdir. O, dənizdə işləyirmiş və bir balaca qayığı var imiş. Həmin qayıqla sahildən 2 km aralıda balaca balıqlar tutmağa gedə bilirmiş. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Anar adlı şəxs onu tapmış və ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirildiyini bildirmiş və qaçaqmalçılıq edən şəxslərin tutulmasında onlara kömək etməsini istəmişdir. O, Anar adlı şəxsə əgər qaçaqmalçılıqla bağlı nə isə görsə onlara məlumat verəcəyini bildirmişdir. Anar adlı şəxs ona qayıqla dənizdə uzaq məsafəyə getmələrini və oradan yük götürüb qayıtmalarını bildirmiş, o isə Dövlət Sərhəd Xidmətinin buna icazə vermədiyini söyləmişdir. Anar adlı şəxs Dövlət Sərhəd Xidməti ilə danışacaqlarını və icazə alacaqlarını bildirmişdir. Onlar icazə üçün müraciət etmiş, amma icazə ala bilməmişlər. O, ölkəyə qanunsuz malların gətirilməsinə razı deyilmiş və hardasa qanunsuzluq görsə Anar adlı şəxsə məlumat verəcəyini bildirmişdir. Anar tez-tez kömək məqsədi ilə onunla əlaqə saxlayırmış. O, narkotik vasitələrin adını tutulduqdan sonra öyrənmişdir. Bir dəfə Anar ona öz istifadəsi üçün marixuana verməyi təklif etmişdir. O, Anara narkotik vasitə istifadəçisi olmadığını və narkotik vasitələrin satşı ilə məşğul olmadığını bildirmişdir. Onun Təqsirləndirilən şəxs2lə birlikdə dənizdə şimala doğru 100 kilometrə yaxın məsafə getməsi barədə ittihamda qeyd edilənlər düzgün deyil. Anar adlı şəxs ona qanunsuz mallar gəldiyini, həmin malları götürüb müəyyən yerlərə atmasını, daha sonra onlara konum atmasını və həmin konum əsasında şəxsləri tutacaqlarını söyləmişdir. Həmçinin, Anar onların nəzarəti altında olduğunu və heç kimdən qorxmamasını bildirmişdir. O, Anargilin təklifi ilə razılaşmamış, amma Anargil onu məcbur etmişdir. O, avtomobilini Anargilin adamlarına vermiş, həmin avtomobilə narkotik vasitələri yükləmiş və daha sonra avtomobili ona qaytarmışlar. O, daha sonra avtomobili idarə etmiş və yolda həmin şəxsləri saxlayaraq avtomobildən narkotik vasitələri götürmələrini bildirmişdir. Əməkdaşlar onu tutmuş və avtomobillərinə midirərək onlara qarşı hörmətsizlik etdiyini bildirmişlər. O, əməkdaşlara Anar müəllimin gəlməsini istəmiş və onlara vəziyyəti izah edəcəyini söyləmişdir. Onlar 2-3 saat gözləmiş, amma Anar müəllim gəlməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 də onun yanında olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, Biləcəri qəsəbəsində yaşayırmış. O, tutulduğu günə kimi balıqçılıqla məşğul olmuş, özünə məxsus qayığı olmuşdur. Onlar Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində balıq ovlayırmışlar. Onun özü yox, qanuni işçiləri dənizə çıxırmış. Hər səhər saat 9-dan icazə əsasında işçilər dənizə çıxır, 2 km irəli gedərək balıq ovladıqdan sonra qayıdırmışlar. O, 10 ildir ki, balıq ovu ilə məşğul olur, amma özü dənizə çıxa bilmirmiş. Onlar dənizdən əvvəllər asatrin balığı, daha sonra isə kütüm və s. ovlamışlar. O, Təqsirləndirilən şəxs2 3-4 ildir ki, tanıyırmış. Zakir fəhlə kimi dənizdə işləyirmiş. Hadisə günü Zakir də onun avtomobilində olmuşdur. O, Zakiri Sumqayıt yolunda düşürməli imiş. Onun qayığı matorlu qayıqdır və uzunluğu təxminən 6 metrdir. Qayığın nə qədər yük götürdüyünü dəqiq bilmir. Onun bir qayığı var. O, iranlı “Rəsul” və “Kəramət” adlı şəxsləri tanımırmış. O, aylıq 700- 800 manat pul qazanırmış. Onun adına "xxxx"da kart hesabı olmuşdur. Onun kart hesabına 10000 manatı Anar müəllimgil vurmuşdur. Tutulmamışdan 1 il əvvəldən Anar müəllimi tanımış, Anar müəllimin özü onunla yaxınlıq etmişdir. Anarın polis əməkdaşı olduğunu bilirmiş. Onun istifadəsində 070 *** ** ** mobil nömrəsi olmuşdur. Həmin nömrədə “Whatsapp” proqramı olmuşdur. O, həmin nömrə vasitəsi ilə Anar müəllimin göstərişi ilə bəzi şəxslərlə danışmış, amma iranlı şəxslə danışıb danışmadığını bilməmişdir. O, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakimə qanunsuz tutulduğunu bildirməmişdir. Ona qarşı zor tətbiq olunmuşdur. Ona qarşı psixi təsirlər olunmuş, amma fiziki təsirlər olunmamışdır. Ona qarşı edilən qanunsuzluqlar barədə heç bir yerə müraciət etməmiş, çünki qorxmuşdur. Həmin məsələlərdən Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır. Zakir onun yanında olduğu üçün onu da tutmuşlar. Onun gözünün qabağında Zakirə şillə vurmuşlar. O, malları Yaşma bağları deyilən ərazidə qəbul etmiş, həmin yükü tanımadığı iki nəfər gənc şəxs gətirmişdir. Həmin şəxslərin kimliyi barədə məlumatı olmamışdır. Neçə torba yük olduğunu deyə bilmir. Həmin malları onun avtomobilinə yükləmişlər. Avtomobili kimin gətirdiyini bilməmişdir. O, avtomobilin nömrəsindən həmin şəxsləri tanımış və öz avtomobili ilə gedib həmin avtomobilə çataraq onları saxlatmışdır. O, Anarla 2023-cü ilin mart ayının 1-2-i tarixlərində görüşmüşdür. Anar müəllim onun kartına 10000 manat pul vurmuş, həmin pulun 6000 manatını onlara qaytarmışdır. 4000 manat pulu avtomobilini təmir etdirməsi üçün ona vermişlər. O, Anarın iş yerinə getməmişdir. O, Anarla daha çox “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayırmış. O, Anarın nömrəsini xatırlamır, amma həmin nömrə onun “Samsung” markalı avtomobilində olmuşdur. Anarın soyadını hazırda xatırlamır. Anar özü ona “Whatsapp” nömrəsini vermişdir. O, Anar adlı şəxslə Sumqayıt şəhəri və Biləcəri qəsəbəsində görüşmüşdür. O, öz telefonunda Anarın adını “Anar Baş” kimi qeyd etmişdir. Anar müəllimin tapşırığına əsasən o, avtomobilini tanımadığı şəxslərə vermişdir. Narkotik vasitələrin götürüldüyü yeri tanımaması üçün Anar müəllim ora başqa şəxsləri göndərmişdir. O, avtomobildə bağlı kisələr görmüş, həmin kisələrin içində narkotik vasitələr olduğunu təxmin etmişdir. O, malları müəyyən yerlərə qoymalı və Anar müəllimə konum atmalı imiş. O, Anar müəllimin dediyi avtomobillə üzbəüz gəlmiş və avtomobili saxladaraq onlara avtomobildə olan yüklərini götürmələrini söyləmişdir. Həmin avtomobil 325 nömrəli Ford olmuşdur. Xarici nömrəsi olan şəxs həmin avtomobilin nömrəsini söyləmişdir. O, yükü götürdükdən sonra onunla əlaqə saxlamışlar və yükü 325 nömrəli avtomobilə verməsini söyləmişlər. Həmin ərazidə yükləri yerə boşaltmış və səhv etmirsə, yenidən onun idarə etdiyi avtomobilə yükləmişlər. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Avtomobilin yanında onun üzərinə baxış keçirilməmiş və heç bir sənəd tərtib edilməmişdir. Daha sonra Anar müəllim gəlməmiş və onu baş idarəyə aparmışlar. O, idarədə Anar müəllimin gəlməsini gözləmiş, amma gəlməmişdir. İdarədə olan zaman ondan Anar müəllimin “Whatsappının” onda olub-olmadığını soruşmuşlar. Təhqiqatçı ona bir büküm vermiş və çəkiliş zamanı cibindən çıxarmasını söyləmişdir. O, qorxduğu üçün həmin bükümü öz üzərinə götürmüşdür. Təhqiqatçı ona bükümü verən zaman yanlarında kimin olduğunu xatırlamır. Təhqiqatçı ona bükümü verən zaman çəkiliş aparılmamış, çəkilişdən əvvəl vermişdir. Anar müəllim onun nömrəsini tanımadığı şəxslərə vermişdir. Anar müəllim Kürdəmir rayonundandır. O, Anarın qardaşını tanıyırmış. O, Anarın qardaşına 2000 manat pul və balıq vermişdir. Səhv etmirsə, Anarın qardaşı da polis əməkdaşıdır, amma onun adını bilmir. Anarın polis əməkdaşı olmasından əmindir. O, Təqsirləndirilən şəxs2 4-5 ildir ki balıqçı kimi tanıyırmış. Onun gözləri qarşısında polis əməkdaşları tərəfindən Zakirə fiziki zorakılıqlar edilmişdir. Zakirlə onun arasında narkotik vasitələrlə bağlı söhbət olmamışdır. İttihamda qeyd edilən narkotik vasitələr ona məxsus olmamışdır. O, nə narkotik vasitə istifadəçisi olmuş, nə də narotik vasitələrin satışı ilə məşğul olmuşdur. Onların ifadəsini polis əməkdaşları özləri yazmış və onlara imzalatmışlar. Polis əməkdaşları onu döyməmiş, sadəcə psixi təsir göstərmişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, 1989-1991-ci illərdə hərbi xidmətdə olmuşdur. 1991-1993-cü illərdə Qarabağ müharibəsində könüllü iştirak etmiş və müharibə veteranı olmaqla İ qrup əlildir. 1996-cı ildə ailə həyatı qurmuş və bir övladı vardır. Psixi və digər xəstəlikləri yoxdur. Əvvəllər uzun müddət sahibkar olmuşdur. 2000-ci ildən bəri balıqçılıqla məşğul olur. Belə ki, Sumqayıt şəhərində Kimyaçılar bağının yanında arendaya yer götürmüş və özünə məxsus qayıq ilə dənizdə balıq ovu ilə məşğul olurmuş. Balıqçılar cəmiyyətinin üzvü olmasa da, Ekologiya Nazirliyindən aldığı icazə əsasında bu fəaliyyətlə məşğul olurmuş. Təqsirləndirilən şəxs2 da onun kimi balıqçıdır. Onunla təxminən 5-6 ildir ki, tanış olmuşdur və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2-3 il olar ki, su yolu ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Belə ki, İranda yaşayan əslən azərbaycanlı olan Kazım adlı şəxslə əvvəllər münasibəti olmuş və əvvəllər 2-3 dəfə onun su yolu ilə İrandan Azərbaycana göndərdiyi narkotik vasitə və ya psixotorop maddələri əldə edib dediyi yerlərə çatdırmışdır. Həmin vaxtarı onun göndərdiyi maddələrin çəkisi az olmuşdur. Sonradan onun Kazımla əlaqəsi kəsilmişdir. Son dövrlərdə iranlı Kəramət adlı şəxs onunla əlaqə saxlamağa başlamışdır. O Kəraməti Kazımla işlədiyi vaxtdan tanıyırmış. Kəramət ona təklif etmişdir ki, onun Azərbaycana göndərdiyi narkotik vasitələri qəbul etsin və satışını həyata keçirsin. Lakin, o bildirmişdir ki, satışı həyata keçirə bilməyəcək, amma, maddələri qəbul edib dediyi yerlərə çatdıra bilər. Kəramət demişdir ki, ondan xəbər gözləsin. Bir müddətdən sonra Kəramət Rəsul adlı başqa iranlı ilə birlikdə onunla əlaqə saxlamışlar və ona demişlər ki, bu yaxınlarda mal göndəcəklər. O də onlarla razılaşmışdır. X14 arasında problem olduğundan Rəsul onunla tək danışmağa başlamışdır. Bu hadisə təxminən tutulmamışdan 1 ay-20 gün qabaq olmuşdur. Dəqiq tarixi xatırlamır. Rəsul demişdir ki, ona 30-40 kiloqram narkotik vasitə göndərəcək və o həmin maddələri Rəsulun dediyi yerə qoyandan sonra ona 15.000 manat pul verəcək. Belə razılaşmışlar ki, Rəsul narkotiklərlə birlikdə ona 5.000 manatı əlbəəl göndərəcək, yerdə qalan pulu isə yəni, 10.000 manatı onun kartına göndərəcək. Bu məsələdə ona kömək etməsi üçün Zakirlə danışmışdır. Ona bu məsələləri danışmış və demişdir ki, yekunda ona 500 manat pul verəcək. Zakir də razılaşmışdır. Dəqiq xatırlamadığı tarixdə Rəsul onunla danışmış və demişdir ki, mallar hazırdır və göndərir. Bundan ötrü ilkin olaraq dənizdə görüş üçün koordinat təyin etmişlər. Belə ki, dənizdə telefon şəbəkəsi olmadığından qabaqcadan yer təyin etmək lazım imiş. Təyin etdikləri koordinatı tam xatırlamasa da, təxmini olaraq Sumqayıt şəhəri, Yaşma bağları deyilən yerdən şimala doğru 100 kilometrə yaxın məsafə getmişlər. Orada təxminən səhər saat 9-10 radələrində iranlılar ilə görüşmüşlər. İranlılar böyük qayıq ilə gəlmişlər. Belə ki, onların yolu çox uzun olmuşdur. Onlarla görüş zamanı həm Zakirlə o, həm də iranlılar üzlərinə maska taxmışlar ki, birbirilərinin üzünü görməsinlər. Qayıqları bir-birinə yaxın saxlamış və iranlılar iki torbanı onların qayığının içinə atmışlar. Həmin torbalardan birinin üzərində 5000 manat pul qoyulmuşdur. O həmin torbaları və pulu götürmüş və sahilə doğru geri qayıtmışlar. Geri qayıtdıqdan sonra Zakirin köməkliyi ilə torbaları qayıqdan endirmiş və idarə etdiyi “Lada Niva” markalı **-KX-*** qeydiyyat nişanlı avtomobilə qoymuşdur. Sonradan həmin maddələri Zakirlə birlikdə Yaşma bağlarında çöllük əraziyə atmış və bu barədə Rəsula məlumat vermişdir. Bir neçə dəqiqədən sonra həmin maddələri gəlib götürmüşlər. Onlar kənardan bunu izləmişlər və gələn şəxslərin kim olduğunu bilməmişlər. O həmin günü Zakirə 500 manat pul vermişdir. 2-3 gün sonra Rəsul onun "xxxx"-a məxsus kartına 10.000 manat pul göndərmişdir. Həmin pulu o şəxsi ehtiyaclarına və borclarına xərcləmişdir. Belə ki, o öz qayığı üçün 6500 manata yeni motor almışdır. Bundan başqa bir sıra borclarını bağlamışdır. 2-3 gün öncə iranh Rəsul onunla təkrar əlaqə saxlamış və demişdir ki, yenə mal göndərəcək. O da demişdir ki, problem yoxdur, qəbul edərik. Rəsul demişdir ki, bu dəfəki malın çəkisi 100 kiloqramdan çox olacaq. Danışıqları belə olmuşdur ki, Rəsul malın hər çəkisinə görə ona 300 manat pul verməlidir. Belə razılaşmışlar ki, bu dəfəki işə görə Rəsul ona 40000 manat pul verəcək. Belə ki, onlar danışmışlar ki, həmin 40.000 manat pulla o daha böyük qayıq alacaq ki, gələcəkdə Rəsulun göndərəcəyi böyük çəkiləri qəbul edə bilsin. Buna görə də, Rəsulla razılaşmışdır. Həmçinin, yenə də, Zakirlə əlaqə saxlayıb ona məlumat vermişdir. Zakir də razılaşmışdır. Təxminən Zakirə 1000 manat pul verməyi planlaşdırmışdır. Amma, bu dəfə çəki çox olduğundan o, Rəsula demişdir ki, dənizdə görüşə bilməyəcəyik. Çünki, onun qayığı balaca imiş. Rəsul da demişdir ki, narahat olma malı sahildə sizə təhvil verəcəklər. 19 may 2023-cü il tarixdə axşam saat 10 radələrində onlar Zakirlə birlikdə Sumqayıt şəhəri, Yaşma bağlarında dənizin sahilində iranlıları gözləməyə başlamışlar. Həmçinin, Rəsul ona tapşırmışdır ki, orada olsun və gəlibgedənlərə nəzarət etsin. Onlar Zakirlə orada gözləmiş və iranlılar sahilə yaxınlaşaraq torbaları ora atmışlar. Bundan sonra iranlılar geri dönüb qayıtmışlar. Onlar isə onun avtomobili ilə həmin torbaların yanına getmişlər və torbaları avtomobilin həm salonuna, həm də yük yerinə yığmışlar. Həmin torbaların yanında iki balaca torba da olmuşdur. Rəsul demişdir ki, həmin torbaları özlərində saxlasınlar, onun dediyi yerə qoysunlar. O da həmin iki balaca torbanın birini öz cibinə qoymuşdur, digərini isə Zakirə vermişdir ki, cibinə qoysun. 20 may 2023-cü il tarixdə gecə saat 00:15 radələrində Sumqayıt şəhəri, Yaşma bağlarında yerləşən “Nihad” marketin yaxınlığında Zakirlə birlikdə idarə etdiyi “X28" markalı, ** KX *** nömrəli avtomobilin qarşısında dayanarkən 4 nəfər mülki geyimli şəxs ona və Zakirə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onların narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onu və Zakiri polis şöbəsinə gətirmiş, avtomobili isə duracağa yerləşdirmişlər. Burada dəvət edilmiş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuş və onlara şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onların üzərinə müdafiəçilərin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və daha sonra Zakirə üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra o əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı, 2(iki) ədəd 'Xıomı' markalı mobil telefonlar, 2(iki) ədəd avtomobil, 1(bir) ədəd ev açarı, əynində olan boz rəngli şalvarın sol yan cibindən, bank kartı, ona məxsus olan şəxsiyyət vəsiqəsi, 163 (yüz altmış üç) AZN pul aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 56 qram (əlli altı qram) olmuşdur. Sonra Təqsirləndirilən şəxs2 əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 3(üç) AZN pul, “REDMİ” markalı mobil telefon və içində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 48 qram (qırx səkkiz qram) olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Mobil telefonlar, bank kartı və şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşya, predmet və pullar aidiyyəti üzrə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Rəsul” adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində yol kənarında gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində pul almaq üçün götürdüyünü, Zakirin Rəsulla əlaqəsinin olmadığını və onunla danışmadığını, aşkar olunan narkotik maddələri Zakir ilə birgə əldə etdiklərini, “Rəsulun” ona göndərəcəyi pulun bir hissəsini kömək etdiyinə görə Zakirə verəcəyini, təqribən 20(iyirmi) gün əvvəl Rəsulun göndərdiyi təxminən 40-50 kq narkotiklər! Zakir ilə birgə qəbul edib deyilən ünvana çatdırdıqlarını və əvəzində Rəsulun ona 15.000(on beş min) AZN pul göndərdiyini, pulun bir qisminin üzərindən aşkar olunan bank kartına, digər bir hissəsini isə narkotiklərin yanında göndərdiyini, həmin puldan 500 (beş yüz) AZN Zakirə verdiyini, əlavə olaraq idarə etdiyi “X28” markalı, ** KX *** nömrəli avtomobildə Zakir ilə birlikdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, 070 *** ** ** nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, onun dediklərini təsdiq etdiyini, aşkar olumuş heroini onunla birgə əldə edib istifadə etmək üçün üzərində saxladığını, həmin narkotikləri Sumqayıt şəhəri ərazisində gizlədilən yerdən əldə etdiyini, İranlı Rəsul ilə hər hansı əlaqəsinin olmadığını, təqribən 20 (iyirmi) gün əvvəl təxminən 40-50 kq narkotikləri onunla birgə qəbul edib deyilən ünvana çatdırdıqlarını və əvəzində onun Zakirə 500(beş yüz) AZN verdiyini, əlavə olaraq sərnişin qismində əyləşdiyi “X28” markalı, ** KX *** nömrəli avtomobildə narkotik maddə saxladıqlarını, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişdir. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Bundan sonra onlar “X28” markalı, ** KX *** nömrəli avtomobilin yanına getmişlər. Orada Zakir ilə ona təklif edilmişdir ki, avtomobildə saxladıqları narkotik vasitə və ya psixotrop maddələri təqdim etsinlər. Bu təklifdən sonra o və Zakir həmin avtomobilin arxa və yük hissəsindəki kütlələri təqdim etmişlər. Oradan 82(səksən iki) bağlamada yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana, 19(on doqquz) bağlamada qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 17(on yeddi) bağlamada ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetamin, 1(bir) bağlamada tünd qəhvəyi rəngli narkotik vasitə tiryək, 5000(beş min) ədəd metadon həbi aşkar olunmuşdur. Sonra həmin maddələr elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Avtomobildən aşkar olunan maddələri Zakir ilə birlikdə Sumqayıt şəhəri, Yaşma bağları deyilən ərazidən deyiləcək ünvana çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildirmişlər. Bundan sonra keçirilmiş baxışla bağlı protokol tərtib olunmuş və imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin maddələri Sumqayıt şəhəri, Yaşma bağları deyilən yerdən Rəsulun dediyi şəxslərə vermək üçün əldə etmişdir. İranlı Kazım, Kəramət və Rəsul adlı şəxslərin anket məlumatlarını bilmir. İranlılarla təxminən sahildən 100 km məsafədə görüşmüşlər. Həmin ərazi neytral zona olmuşdur. Sonuncu dəfə həmin mallar ondan əlbəəl götürüləcək və götürən şəxslər ona həmin pulu əlbəəl verəcəkmiş. Həmin pulla yeni böyük qayıq almaq fikri olmuşdur ki, iranlılarla dənizdə rahat görüşə bilsin. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitə istifadə etmir. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. “Azerfon" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə edir və həmin nömrəni uzun müddətdir ki, "xxxx" MMC-yə yönləndirmişdir. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Üzərində heç bir xəsarəti yoxdur. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir (cild 01, iş vər. 133-137) Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, 1-ci qrup Qarabağ əlilidir, qara ciyər sirrozu xəstəliyindən əziyyət çəkir, sol ayağı tam olaraq işləmir. O, tutulmazdan əvvəl balıq biznesi ilə məşğul olurmuş. Hadisədən bir müddət əvvəl tanımadığı şəxs tərəfindən zəng gələrək balıq yeminin və "tor" adlanan, balıq tutmaq üçün istifadə olunan əşyanın bir ərazidən başqa əraziyə aparmalı olduğunu bildirmişlər. Qeyd etdiyi torlar qadağan edildiyindən həmin məhsulları tapmaq qeyri-mümkün imiş. Həmin şəxs tor və setkanı aparacağı təqdirdə həmin əşyaların bir hissəsini ona verəcəklərini bildirmişdir. Balıq yemi və torları götürüb əvvəlcədən dövlət qeydiyyat nömrəsi deyilən avtomobilin sahibinə təhvil verməli olduqlarını və malı yükləmək üçün avtomobilini göndərməsini bildirmişlər. 20 may 2023-cü il tarixdə Sumqayıt şəhərinin yaxınlığında yerləşən "Yaşma" adlanan əraziyə getmişlər. O, həmin malları götürmək üçün avtomobilini göndərmişdir. Yaşma adlanan ərazidə həmin şəxslərlə görüşmüşlər. O, qeyd edilən malları avtomobilə yükləyib deyilən əraziyə getdikdə əvvəlcədən ona deyilən dövlət qeydiyyat nömrəli avtomobil onun avtomobilini ötüb keçmişdir. Buna görə də o, sürətini artırıb həmin avtomobilin işıqları vasitəsilə işarə edib kənarda saxlamağını bildirmişdir. Avtomobildən düşdükdən sonra ondan "malların" avtomobildə olduğunu soruşduqda o, balıq yemlərinin avtomobilində olduğunu bildirmişdir. Bundan sonra onlar "Banditizmin" işçiləri olduğunu bildirmişlər. Onları DİN BMCMİ-nin inzibati binasında gətirmişlər. Şəxsi axtarış zamanı Zakirin və onun cibinə bir büküm qoymuş və şəxsi axtarış zamanı təqdim etmələrini bildirmişlər. Yaranmış vəziyyətdən qorxaraq polis əməkdaşlarının dediklərini etmişlər. Bundan başqa həyətdə videoçəkiliş vasitəsilə axtarış keçirilmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, məcburiyyət qarşısında qalaraq yalan ifadələr vermişdir. Onun iranlı şəxslərlə əlaqəsi olmamışdır. Saxlanılan zaman onun üzərində səhv etmirsə, 200 manat pul olmuşdur. Üzərindəki pulun dəqiq məbləğini xatırlamır. Saxlanılan zaman Zakirin üzərində 03 manat pul olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun apardıqları kütlənin narkotik vasitə olmasından xəbəri olmamışdır. Onun cibinə narkotik vasitə qoymuş və çəkiliş zamanı təqdim etməsini tələb etmişlər. O, işgəncələrə məruz qaldığı üçün polis əməkdaşlarının söylədiklərini etmişdir. Ona təzyiqlər göstərilməsi ilə bağlı heç bir yerə müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, Elşadla birlikdə işləmiş, Elşada kömək etmişdir. Elşadın qayığı var imiş. Hadisədən əvvəl onlar dənizdə olarkən başqa qayıqdan onların qayığına nə isə atılması halı olmamışdır. O, xəstəliyi ilə əlaqədar uzun müddətdir ki, qayığa minmirmiş. O, Elşada kömək edərkən Elşad ona gündəlik 15-20 manat pul verirmiş. Elşad ona heç vaxt 100-500 manat pul verməmişdir. Elşadın "X28" markalı avtomobili olmuşdur. Elşad ona qayıqdan nələrisə avtomobilə yükləməsini tapşırmamışdır. O, Elşadın avtomobilində yolun kənarında olarkən saxlanılmışdır. Hadisə günü o ancaq torları açmaqla Elşada kömək etmişdir. Həmin gün saat 3-dən 6-7 radələrinə kimi Elşadla işləmişdir. Elşad evə gedərkən onu Sumqayıt dairəsinin yaxınlığında düşürəcəkmiş. O, Anar adlı şəxsi tanımır. O, Elşaddan başqa onun hər hansı bir tanışını tanımırmış. İşinin qarşılığında Elşad hadisə günü ona 20 manat pul verməli imiş. Yol üstü Elşad avtomobildən nə isə düşürməmiş və ya avtomobilə nə isə qoymamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakimə qanunsuz saxlanıldığını bildirmişdir. Həmin məhkəmə prosesində hakim ona suallar verməmişdir. Onu saat neçədə saxladıqlarını dəqiq xatırlamır. Saxlanılan zaman hava qaranlıq olmuşdur. Polis əməkdaşları onu döymüşdür. İfadəsi ona oxunmamışdır. Elşadın avtomobilini kimsə götürüb aparmışdır. Avtomobili aparan zaman avtomobil boş olmuşdur. Avtomobil qayıtdıqdan sonra içərisində nə olduğunu görməmişdir. Həmin vaxt Elşad kiminləsə danışır, amma danışdığı adamın adını çəkmirmiş. Elşad bəzən Anar adlı şəxsin adını çəkirmiş. Onlar yolda 2-3 saat gözləmiş, həmin vaxt onların üzərlərinə baxış keçirilməmişdir. Onların saxladıqları avtomobil Ford markalı avtomobil olmuşdur. Onların ifadəsini polis əməkdaşları özləri yazmış və onlara imzalatmışlar. Polis əməkdaşları onu döymüş, amma istintaq təcridxanasına qəbul edilən zaman üzərində xəsarət izi olmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, 1990-1992-ci illərdə hərbi xidmətdə olmuşdur. 2006-cı ildə ailə həyatı qurmuş və birgə nikahdan iki azyaşlı övladı vardır. Heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. 20 il olar ki, balıqçılıqla məşğul olur. Özünə məxsus qayığı yoxdur. Lakin, tanış balıqçılar vasitəsi ilə balıq ovuna gedir. Rəsmi olaraq Balıqçılar Cəmiyyətinin üzvü deyil. Təqsirləndirilən şəxs1 5-6 ildir ki, tanıyır. O da onun kimi balıqçıdır və özünə məxsus qayığı vardır. Təxminən tutulmamışdan 1 ay-20 gün öncə Elşad onunla əlaqə saxlamış və onunla görüşmüşdür. Elşad görüş əsnasında ona demişdir ki, iranlı tanışı Rəsul su yolu ilə Azərbaycana narkotik göndərəcək və o da gedib həmin malı qəbul eləməlidir. Bu işdə kömək etməyini xahiş etmiş və demişdir ki, sonda ona 500 manat pul verəcək. O da Elşadla razılaşmışdır. Belə ki, həmin ərəfədə onun maddi sıxıntıları olmuşdur. Çünki, dəniz açıq olmamış və balığa gedə bilməmişdir. Dəqiq xatırlamadığı tarixdə o, Elşadla birlikdə Elşada məxsus qayıq ilə dənizə getmişdir. Səhər təxminən 10 radələrində onlar iranlılarla görüşmüşdür. İranlılar böyük qayıqla gəlmişlər. İranlılarla görüş zamanı onlar üzlərinə maska taxmışlar. Həmçinin, iranlılar da maska taxmışlar. O, iranlılar ilə danışmamışdır. Onlarla Elşad danışmışdır. Dənizdə görüşən vaxtı iranlılar onların qayığına 2 torba atmışlar. Onlar həmin torbaları götürüb sahilə geri qayıtmışlar. Sahildə həmin torbaları Elşadın “Niva” markalı avtomobilinə qoymuş və onu Sumqayıt şəhəri, Yaşma bağları deyilən yerdə çöllüyə atmışlar. Elşad bu barədə iranlı Rəsula məlumat vermişdir. Bir neçə dəqiqədən sonra həmin maddələri gəlib götürmüşlər. Onlar kənardan bunu izləmişlər və gələn şəxslərin kim olduğunu bilməmişlər. Həmin günü Elşad ona 500 manat pul vermişdir. O həmin pulu öz ehtiyaclarına xərcləmişdir. 2-3 gün əvvəl Elşad təkrar onunla əlaqə saxlamış və yenə də mal gələcəyini bildirmişdir. Həmçinin, demişdir ki, ma! çoxdur və buna görə ona 1000 manat pul verəcək. O da razılaşmışdır. Həmçinin, Elşad demişdir ki, bu dəfə mal çox olduğundan dənizə getməyəcəklər, iranlılar malı sahildə onlara verəcəklər. 19 may 2023-cü il tarixdə axşam saat 10 radələrində o, Elşadla birlikdə Sumqayıt şəhəri, Yaşma bağlarında dənizin sahilində iranlıları gözləməyə başlamışlar. Həmçinin, iranlı Rəsul tapşırmışdır ki, orada olsunlar və gəlib-gedənlərə nəzarət etsinlər. O, Elşadla orada gözləmiş və iranlılar sahilə yaxınlaşaraq torbaları ora atmışlar. Bundan sonra iranlılar geri dönüb qayıtmışlar. Onlar Elşadın avtomobili ilə həmin torbaların yanına getmiş və torbaları avtomobilin həm salonuna, həm də yük yerinə yığmışlar. Həmin torbaların yanında iki kiçik torba olmuşdur. Rəsulun tapşırığı ilə Elşad həmin torbalardan birini öz cibinə qoymuş, digərini isə ona vermişdir ki, cibinə qoysun. Elşad demişdir ki, bunları Rəsulun deyəcəyi yerə qoyacaqlar. O da razılaşmışdır. Həmin günü, yəni 20 may 2023-cü il tarixdə gecə saat 00:15 radələrində Sumqayıt şəhəri, Yaşma bağlarında yerləşən “Nihad” marketin yaxınlığında Elşadla birlikdə onun idarə etdiyi "X28” markalı, ** KX *** nömrəli avtomobilin qarşısında dayanarkən 4 nəfər mülki geyimli şəxs ona və Elşada yaxınlaşaraq özlərini təqdim etmişlər. Onların narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onu və Elşadı polis şöbəsinə gətirmişlər, avtomobili isə duracağa yerləşdirmişlər. Burada dəvət edilmiş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuş və onlara şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onların üzərinə müdafiəçilərin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Elşada və daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra Elşad əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 1(bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra Elşadın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd, “Samsung” markalı, 2(iki) ədəd “Xiomi” markalı mobil telefonlar, 2(iki) ədəd avtomobil, 1 (bir) ədəd ev açarı, əynində olan boz rəngli şalvarın sol yan cibindən bank kartı, şəxsiyyət vəsiqəsi, 163 (yüz altmış üç) AZN pul aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 56 qram (əlli altı qram) olmuşdur. Sonra o, əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 3(üç) AZN pul, “REDMİ” markalı mobil telefon və içində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 48 qram (qırx səkkiz qram) olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Mobil telefonlar, bank kartı və şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşya, predmet və pullar aidiyyatı üzrə geri qaytarılmışdır. Elşad verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Rəsul” adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində yol kənarında gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri deyiləcək yerə çatdırıb əvəzində pul almaq üçün götürdüyünü, onun Rəsulla əlaqəsinin olmadığını və onunla danışmadığını, aşkar olunan narkotik maddələri onunla birgə əldə etdiklərini, “Rəsulun” ona göndərəcəyi pulun bir hissəsini kömək etdiyinə görə ona verəcəyini, təqribən 20(iyirmi) gün əvvəl Rəsulun göndərdiyi təxminən 40-50 kq narkotikləri onunla birgə qəbul edib deyilən ünvana çatdırdıqlarını və əvəzində Rəsulun ona 15.000(on beş min) AZN pul göndərdiyini, pulun bir qisminin üzərindən aşkar olunan bank kartına digər bir hissəsini isə narkotiklərin yanında göndərdiyini, həmin puldan 500(beş yüz) AZN ona verdiyini, əlavə olaraq idarə etdiyi “X28” markalı, ** KX *** nömrəli avtomobildə onunla birlikdə narkotik maddə saxladığını, orada saxladıqları narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tədbiq edilmədiyini bildirmişdir. O, verilən suallara cavab olaraq, Elşadın dediklərini təsdiq etdiyini, aşkar olumuş heroini Elşad ilə birgə əldə edib istifadə etmək üçün üzərində saxladığını, həmin narkotikləri Sumqayıt şəhəri ərazisində gizlədilən yerdən əldə etdiyini, İranlı Rəsul ilə hər hansı əlaqəsinin olmadığını, təqribən 20(iyirmi) gün əvvəl təxminən 40- 50 kq narkotikləri Elşad ilə birgə qəbul edib deyilən ünvana çatdırdıqlarını və əvəzində Elşadın ona 500(beş yüz) AZN verdiyini, əlavə olaraq sərnişin qismində əyləşdiyi “X28” markalı, ** KX *** nömrəli avtomobildə narkotik maddə saxladıqlarını, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını, 070 *** ** ** nömrəsini işlətdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol imzalarla təsdiq edilmişdir. Bundan sonra onlar “X28" markalı, ** KX *** nömrəli avtomobilin yanına getmişlər. Orada onlara təklif edilmişdir ki, avtomobildə saxladıqları narkotik vasitə və psixotrop maddələri təqdim etsinlər. Bu təklifdən sonra o və Elşad həmin avtomobilin arxa və yük hissəsindəki kütlələri təqdim etmişlər. Oradan 82(səksən iki) bağlamada yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana, 19(on doqquz) bağlamada qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 17(on yeddi) bağlamada ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetamin, 1 (bir) bağlamada tünd qəhvəyi rəngli, narkotik vasitə tiryək, 5000(beş min) ədəd metadon həbi aşkar olunmuşdur. Sonra həmin maddələr elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş maddələr qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Avtomobildən aşkar olunan narkotik maddələri Elşad ilə birlikdə Sumqayıt şəhəri, Yaşma bağları deyilən ərazidən deyiləcək ünvana çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildirmişlər. Bundan sonra keçirilmiş baxışla bağlı protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin maddələri Elşadın dediyi yerə qoymaq üçün əldə etmiş, Elşada da bu barədə Rəsul tapşırıq vermişdir. İranlı Kazım, Kəramət və Rəsul adlı şəxsləri tanımır və onların anket məlumatlarını bilmir. İranlılarla təxminən sahildən 100 km məsafədə görüşmüşlər. Həmin ərazi neytral zona olmuşdur. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitə istifadə etmir. Amma, gec-gec tiryək qəbul edir. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə edir. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Üzərində hər hansı bir xəsarəti yoxdur. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir (cild 01, iş vər. 153-157). İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayının 19-dan 20-ə keçən gecə daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri Yaşma bağlarında yerləşən “Nihad” marketin qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. İdarədə inzibati otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxslərin üzərinə şəxsi axtarış keçirilmiş və üzərlərindən narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Niva” markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən müxtəlif növdə narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslərdən həmin narkotik vasitələri haradan əldə etdikləri soruşulduqda onlar iranlı Rəsul adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində gizlədilmiş yerdən götürdüklərini və pul müqabilində deyilən yerlərə qoyacaqlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əməliyyat qrupuna o, rəhbərlik edirmiş. Əməliyyat qrupuna o, Şahid2, Şahid3, Şahid4 daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Əməliyyat məlumatı daha çox Təqsirləndirilən şəxs1 barəsində olmuşdur. Təqsirləndirilən şəxslər saxlanılan zaman piyada vəziyyətdə olmuş, avtomobil isə sonradan məlum olaraq duracağa yerləşdirilmişdir. İdarənin həyətində avtomobilə təqsirləndirilən şəxslərin iştirakı ilə baxış keçirilən zaman müxtəlif növdə və külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsləri idarəyə necə gətirdiklərini hazırda tam xatırlamır. Avtomobilin açarı təqsirləndirilən şəxsin özündə olmuşdur. Onlar hadisə yerinə hansı avtomobillə getdiklərini xatırlamır. Təqsirləndirilən şəxsin avtomobilinin yük hissəsi dolu olmuş və mallar torbalarda olmuşdur. Onlar şəxslərin üzərinə və avtomobilə idarədə baxış keçirmişlər. Təqsirləndirilən şəxsləri saxladıqları yerdə çox dayanmamış və idarəyə getmişlər. Elşad onlara Anar adlı şəxsin məsələdən xəbərdar olması barədə heç nə bildirməmişdir. İdarədə olan zaman əvvəlcə şəxslərin üzərlərinə baxış keçirilmiş və hərəsindən 01 ədəd büküm narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxslərin idarəyə birlikdə yoxsa ayrı-ayrı gətirdiklərini hazırda xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onlar tərəfindən təqsirləndirilən şəxslərə qarşı heç bir təzyiq və təsir olunmamışdır. Şəxslər barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Əvvəllər həmin şəxslər barəsində onlarda əməliyyat məlumatı olmamışdır. Daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat tədbiri keçirilmişdir. Şəxslər barəsində əməliyyat qeydiyyat işi açılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ayrıayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 02, iş vər. 39-41). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1971-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Şərikan kəndində qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1972-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, fərdi əməklə məşğul olan, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qababcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1971-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Şərikan kəndində qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1972-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, fərdi əməklə məşğul olan, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilindikləri üçün, 20 may 2023-cü il tarixdə, saat 00:15 dəqiqədə Sumqayıt şəhəri, Yaşma bağlarında yerləşən "Nihad" marketin yaxınlığında "X28" markalı **-KX-*** nömrəli avtomobilin qarşısında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nə gətirilmişlər, avtomobil isə duracağa yerləşdirilmişdir (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçilərin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə narkotik vasitə heroinə bənzər kütlə, həmin gödəkçənin sol yan cibindən 01 ədəd “Samsung" markalı, 02 ədəd “Xiomi” markalı mobil telefonlar, 02 ədəd avtomobil və 01 ədəd ev açarı, əynində olan boz rəngli şalvarın sol yan cibindən, 01 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi, 163 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 isə əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə narkotik vasitə heroinə bənzər kütlə, əynində olan qara rəngli şalvarın sol yan cibindən 03 manat pul, 01 ədəd “REDMİ" markalı mobil telefon və içində siqaret dənələri olan 01 ədəd siqaret qutusu aşkar olunmuşdur. Aşkar olunmuş maddələr, mobil telefonlar, bank kartı və şəxsiyyət vəsiqəsi götürülmüş, açarlar, pullar və siqaret qutusu isə aidiyyatı üzrə geri qaytarılmışdır. Çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 50-54). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”lərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda "X28" markalı **-KX-*** nömrəli avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişlər (cild 01, iş vər. 55-56). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, o cümlədən müdafiəçilərin iştirakı ilə video çəkilişlə “X28” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa və yük hissəsindən 82 bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 19 bağlamada narkotik vasitə heroinə bənzər, 17 bağlamada psixotrop maddə metamfetaminə bənzər, 01 bağlamada narkotik vasitə tiryəkə bənzər və 5000 ədəd metadon həbinə bənzər kütlələr aşkar olunmaqla qablaşdırılaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 59-62). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20 may 2023-cü il tarixli 7/742 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi, Təqsirləndirilən şəxs2 sərnişin qismində əyləşdiyi avtomobildən götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd narıncı rəngli sintetik torbadakı 20 (iyirmi) ədəd polietilen bağlamalarda ümumi çəkisi-25480,2qram; bir ədəd ağ rəngli sintetik torbadakı 20 (iyirmi) ədəd polietilen bağlamalarda ümumi çəkisi-22899,2qram; bir ədəd narıncı rəngli sintetik torbadakı 20 (iyirmi) ədəd polietilen bağlamalarda ümumi çəkisi- 20040,2qram; bir ədəd boz rəngli sintetik torbadakı 10 (on) ədəd polietilen bağlamalarda ümumi çəkisi- 26952,2qram və bir ədəd ağ rəngli sintetik torbadakı 12 (on iki) ədəd polietilen bağlamalarda ümumi çəkisi-13528,2qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-108900 qramdır (cild 01, iş vər. 73-77). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 may 2023-cü il tarixli 6/2929 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilən kütlələr...” və s. yazılar, imzalar olan paketdəki üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan 01 ədəd bükümdə təmiz çəkisi 52,762qram qəhvəyi rəngli maddə kütləsi və üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan 01 ədəd bükümdə təmiz çəkisi 44,944qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, - 19 bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000,1qram; 990,2qram; 1000,2qram: 1000,2qram; 1020,2qram; 978,2qram; 1005,6qram; 1990,4qram; 1010,4qram; 998,5qram; 998,2qram; 1003,4qram; 4036,2qram; 3000,5qram; 3955,6qram; 2990,1 qram; 3004,5qram; 3015,8qram; 3007,1 qram; ümumi təmiz çəkiləri 36005,4qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 19 bağlamadakı heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 17 bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 13986,7qram; 2004,4qram; 998,1 qram, 1006,6qram; 1993,1qram; 1992,1qram; 1997,0qram; 996,7qram; 1005,4qram; 999,1qram; 1009,6qram; 1968,2qram; 1007,8qram; 998,0qram; 998,0qram; 1007,3qram; 1005,3qram; ümumi təmiz çəkiləri 34973,4qram ağ rəngli, kristaişəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 17 bağlamadakı metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 bağlamada təmiz çəkisi 1505,0qram tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir; 01 ədəd bağlamada üzərlərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 500 ədəd blisterdə üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 5000 ədəd bozumtul- qəhvəyimtil-boz rəngli dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1 200qram (01 tabletdə 0,04qram) olan narkotik vasitə-metadon müəyyən edildi. Metadon tabletləri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən və həmçinin 19 bağlamada aşkar edilən heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (cild 01, iş vər. 78-83). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası 2 nömrəli X3 verilmiş xx.xx.2023-cü il tarixli, 1/2548 saylı məktubdan görünür ki, xx.xx.1971-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 son 10 il ərzində stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X7 müraciət etməmişdir (cild 02, iş vər. 16). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli 8351 nömrəli məktubdan görünür ki, xx.xx.1971-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışlar (cild 02, iş vər. 30). Cinayət işinin materiallarında olan “Rabitə Bank" ASC-dən daxil olmuş CD diskdə olan məlumatlardan görünür ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 4189 8000 8478 7934 nömrəli bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən 11 vərəqdən ibarət bank çıxarışları və qeyd edilən kartla ATM-lərdə əməliyyatlar keçirilən zaman çəkilmiş fotoşəkillərin olduğu müəyyən edilmişdir. Həmin məlumatlardan müəyyən edilmişdir ki. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 4189 8000 8478 7934 nömrəli bank kartına 2.000 manat, 3.200 manat və 4.800 manat olmaqla ümumilikdə 10.000 manat pul “Million” ödəmə terminalı vasitəsi ilə mədaxil edilmişdir (cild 02, iş vər. 42-50). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Mobil telefonlara baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Samsung Galaxy A3”, 01 ədəd “Xiaomi Note 10” və 01 ədəd “Xiaomi Note 10 Lite” markalı, eləcə də Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “Xiaomi A2 Lite” markalı mobil telefonlara baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Samsung Galaxy A3” markalı mobil telefona baxış zamanı “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “SAFA QAR” kimi qeyd edilmiş +98-***-***-**-** İran İslam Respublikasına məxsus mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yazışmalar müəyyən edilmişdir. Belə ki, 15 may 2023-cü il tarixdə saat 15:33-də Təqsirləndirilən şəxs1 səsli ismarıc göndərərək bildirir ki, “yaxşı ol qardaş, yaxşı ol. Sən hazırsan, yoxsa yox? Hava verməlidi on yedisinə inşallah”. +98-***-***-**-** nömrəsinin İstifadəçisi iran ləhcəli şəxs səsli icmanda cavab verir ki, “Hazıram, hazıram. Narahat olma”. Daha sonra 16 may 2023-cü il tarixdə saat 20:37-də Təqsirləndirilən şəxs1 səsli ismarıc göndərərək bildirir ki, “Qardaş, salam. Axşamın xeyir. Mən yığacam səni. Bu telefonda biraz problem var. Ona görə işlətmək istəmirəm. Axşam çalışacam, başqa telefonla yığım səni”. Bundan başqa, Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Xiaomi Note 10” markalı mobil telefona baxış zamanı “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “SADA” kimi qeyd edilmiş +98-***-***-**-** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yazışmalar müəyyən edilmişdir. Belə ki, 17 may 2023-cü il tarixdə saat 13:46-da Təqsirləndirilən şəxs1 “Whatsapp” proqram təminatı vasitəsilə +98- ***-***-**-** mobil nömrənin istifadəçisinə konum göndərmiş və səsli ismarıc göndərərək bildirmişdir ki, “Qardaş, salam, necəsən? Nə var, nə yox? Bura gələcəklər. Burdadır. “Astanovka” buradır, görüş yeri”. Həmin iran ləhcəli şəxs cavab olaraq səsli ismarıc göndərmiş və bildirmişdir ki, “Qardaş, salam. Telefonunu yazdım sənin. Bir də qulaq as, 150 kilo göndər də, 150 kilo. O adamla danışın. Nömrə atım o adamla danışın, 150 kilo götürün də ondan”. Təqsirləndirilən şəxs1 cavabında səsli ismarıc göndərərək bildirmişdir ki, “Hə, qardaş. Onun nömrəsin at indi. 100-120 kilo gətirərəm, maşın balacadı, uşaqlar da qorxur ona görə. Biz tərəfdə azca külək var, siz tərəfdə yaxşıdı hava. Balaca maşındır. Allah qoysa, bu relsi də edim, qardaşa da xahiş edəcəm köməklik etsin. Maşın götürək, qayıq, “lotqa” yolla da olsa, götürək gələk. Bundan sonra nə qulluğun olsa, inşallah edəcəyəm. 100-120 kilo nömrəsin at, götürərəm inşallah”. Bundan başqa Təqsirləndirilən şəxs1 götürülmüş “Xiaomi Note 10 Lite” və Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “Xiaomi A2 Lite” markalı mobil telefonlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 02, iş vər. 58-59). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2023cü il tarixli 4498 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 64-65). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2023cü il tarixli 4511 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 66-67). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində CM-in 206.3.1 və 234.4.2 maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ailə üzvlərinin və digər yaxın qohumlarının barələrində CM-in 234.4.1, 234.4.3 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinə görə və qrupun üzvü İran İslam Respublikasının vətəndaşı Rəsul adlı şəxsin barəsində CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır (cild 02, iş vər. 75-96). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1971-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Şərikan kəndində qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1972-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, fərdi əməklə məşğul olan, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qababcadan əlbir olmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq xx.xx.2023-cü il tarixdə şəxslərin olduğu yer müəyyən olunmaqla Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə hər iki şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 52,762 qram olan narkotik vasitə heroinə bənzər kütlə, Təqsirləndirilən şəxs2 isə əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 44,944 qram olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Niva” markalı, **-KX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildən 108 kq 900 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 36 kq 5,4 qram heroinə bənzər, 01 ədəd bağlamada 1 kq 505 qram tiryəkə bənzət, təsiredici maddəsinin ümumi miqdarı - 200 qram olan 5000 ədəd metadon həbi və 34 kq 973,4 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış və Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Niva” markalı, **-KX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. CM-in 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 206.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 206.1–206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin (onların prekursorlarının) qaçaqmalçılığı cinayətini törətməkdə CM-in 206.2, 206.3 və 206.4-cü maddələri ilə təqsirləndirilən şəxslər barədə cinayət işlərinə məhkəmədə baxılarkən nəzərə almaq lazımdır ki, istər irəli sürülmüş ittiham, istərsə də şəxsin həmin ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmə hökmü ehtimallara əsaslana bilməz və CPM-in 7.0.20, 223.3 və 353.2.1-ci maddələri tələb etdiyi kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsini, yəni, o cümlədən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, cinayət iştirakçılıqla törədildikdə iştirakçıların rollarının nədən ibarət olması və s. zəruri məlumatlar göstərilməklə sübuta yetirilmiş hesab edilən ittihamın mahiyyətini əks etdirməlidir. Həmin qərarda göstərilmişdir ki, narkotik vasitələrin (psixotrop maddələrin, onların prekursorlarının) gömrük sərhədindən keçirilməsi ilə əlaqədar olan işlərə baxılan zaman irəli sürülən, bu hərəkətin tibbi məqsədlərlə (narkotik vasitənin aşkarlandığı şəxsin müalicəsində istifadə etməkdən ötrü) törədilməsinə dair dəlillər araşdırılarkən, onu nəzərə almaq lazımdır ki, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) əldə edilməsi, saxlanması, daşınması və onlarla bağlı digər hərəkətlərin edilməsi müvafiq normativ hüquqi aktlarla xüsusilə tənzimləndiyindən (yəni həyata keçirilən anda hərəkətlərin qanunauyğun olması tələb olunduğundan), CM-in 234-cü maddəsi isə blanket norma olmaqla burada cinayət məsuliyyəti narkotik vasitələrlə (psixotrop maddələrlə, prekursorlarla) bağlı əməllərin məhz qanunsuz olmasına görə müəyyən edildiyindən (əməlin ictimai təhlükəli xarakteri narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların əldə edilməsi, saxlanması, daşınması üzrə və s. hərəkətlər yerinə yetirilərkən bunların müvafiq normativ hüquqi aktın tələblərinə cavab verməməsindən irəli gəldiyindən), şəxsin tibbi göstəricilərə görə bu və ya digər narkotik vasitəyə və ya psixotrop maddəyə ehtiyacının olması, hətta sonradan (məsələn, hərəkətlər edilən anda deyil, cinayət prosesinin ibtidai istintaq və ya məhkəmə icraatı mərhələsində) bunun xarici dövlətdə verilmiş müvafiq tibbi sənədlə, o cümlədən reseptlə təsdiq olunması, əgər yerinə yetirildiyi anda hərəkətlər müvafiq normativ hüquqi aktın tələblərinə uyğun olmamışdırsa, eləcə də şəxsin hərəkətlərində CM-in 206.2-ci maddəsinin dispozisiyasında təsbit edilən əlamətlər olmuşdursa, özü-özlüyündə şəxsin istər CM-in 234-cü, istərsə də 206.2-ci maddəsi ilə cinayət məsuliyyətini istisna edən hal kimi nəzərdən keçirilə bilməz. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 10 nömrəli Qərarın 10-cu bəndində qeyd edilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Həmin qərarın 14-cü bəndində göstərilmişdir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Həmin qərarın 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”na əsasən 5 qramdan 500 qramadək çəkidə olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə düzgün olsa da, həmin şəxslərə CM-in 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülən ittiham düzgün olmamış, onların əməli yanlış olaraq cinayət qanunvericiliyinin məhz qeyd olunan maddəsi ilə (CM-in 32.5,206.3.2-ci maddəsi ilə) tövsif olunmuşdur. Belə ki, işin faktiki hallarından görünmür ki, təqsirləndirilən şəxslərin şüuru ilə onların məhz qrup tərəfindən törədilən qaçaqmalçılıqda köməkçi qismində iştirak etməsi əhatə olunmuşdur. Yəni, onların qəsdinin qabaqcadan əlbir olan qrup tərəfindən törədilən qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmiş və faktiki olaraq da işin sübut olunmuş hallarına görə narkotik vasitələrin qaçaqmalçılığını bir nəfər icra etmişdir. CM-in 34.1 və 34.2-ci maddələrinə əsasən bir nəfər şəxsin icra etdiyi (obyektiv cəhətini yerinə yetirdiyi) cinayət iştirakçılığın “bir qrup” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. Belə ki, CM-in 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qabaqcadan əlbir olan bir qrup şəxsi CM-in 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirən yeganə cəhət də CM-in 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. CM-in 33.3-cü maddəsinin mənasına görə isə cinayətin təşkilatçısının, təhrikçisinin, köməkçisinin məsuliyyət məsələsi icraçı tərəfindən törədilən cinayətin CM-in Xüsusi hissəsinin hansı maddəsi ilə tövsif edilməsindən asılı olaraq həll edilir, yəni məhz icraçının əməlinin hüquqi tövsifi təşkilatçı, təhrikçi və köməkçi cinayətin törədilməsində icraçı ilə birgə iştirak etmədikləri hallarda onların əməllərinin hüquqi tövsifini şərtləndirir. Əgər cinayətin obyektiv cəhəti qrup (qabaqcadan əlbir olan qrup) deyil, tək icraçı tərəfindən yerinə yetirilirsə, cinayətin digər iştirakçılarının əməllərinin, o cümlədən köməkçinin də rolunun qrupun (qabaqcadan əlbir olan qrupun) cinayətində iştirak etmə kimi tövsif edilməsi istisna edilir. Eyni hüquqi mövqe, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli qərarında da sərgilənmişdir. Belə ki, sözügedən qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 32.5-ci maddəsinə istinadla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsini nəzərdə tutan CM-in 206.3.2-ci maddəsi ilə məsuliyyət daşıya bilməz və onların əməli CM-in 32.5-ci maddəsinə istinadla həmin əlaməti nəzərdə tutmayan CM-in 206.2-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxslər tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə həm şübhəli şəxs qismində saxlanılarkən və üzərilərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçiləri yanlarında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitələrin və digər kütlələrin onlara məxsus olmaması barədə müdafiəçilərinə heç bir söz deməmiş, etirazlarını bildirməmiş, bundan əlavə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişlər. Təqsirləndirilən şəxslər bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişlər ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Eyni zamanda, məhkəmə kollegiyası o halı da vurğulayır ki, Təqsirləndirilən şəxs1 hazırki iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsindən əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hakimin icraatında olarkən (iş daha sonra aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir) öz vəsaiti hesabına müqavilə bağladığı müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə ifadə vermiş, həmin zaman belə fərqli məzmunda ifadə verərək fərqli xüsusatlar göstərmişdir ki, məhkəmə kollegiyasında onun səmimiliyinə dair şübhə yaranmışdır. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə hər iki təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması, o cümlədən qabaqcadan əldə olunmuş razılığa əsasən göstərilən xidmətlə onlara ödənilən pulun bölünməsi və s. barədə verdikləri ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, onlara elan olunan ittihamın əsasında məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər X20 və X10 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 19-20). İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 birinci qrup müddətsiz Qarabağ əlilidir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 anası X1 rayonundan məcburi köçkün olmaqla onun himayəsindədir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 birinci qrup müddətsiz Qarabağ əlili olmasını, o cümlədən anası X4 Zəngilan rayonundan məcburi köçkün olmaqla onun himayəsində olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin və psixotrop maddənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Nağıyev X13 rayonu, Bankə qəsəbəsi, M.Zeynalov küçəsi, məhəllə 3, ev 1 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində xx.xx.2008-ci il təvəllüdlü (X18) və xx.xx.2010-cu il təvəllüdlü (X11) iki yetkinlik yaşına çatmayan uşağı var (cild 02, iş vər. 33- 34). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 21-22). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, bu şəxs də həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokollardan və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barələrində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 22, 40, 184- 195). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər CM-in 56.1.2-ci maddəsinə əsasən onlara təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hər iki şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onların həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 108 kiloqram 895,9 qram narkotik vasitə qurudulmuş marixuana, 36 kiloqram 102,716 qram heroin, 01 kiloqram 504,8 qram tiryək, 4980 ədəd metadon həbi və 34 kiloqram 973,23 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk və 01 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınmalı, habelə hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Samsung Galaxy A3” markalı, 01 ədəd "Xiaomi Note 10” markalı mobil telefonlar və 01 ədəd bank kartı sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə 188 AZN (yüz səksən səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 94 AZN (doxsan dörd manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan: - 108 kiloqram 895,9 qram narkotik vasitə qurudulmuş marixuana, 36 kiloqram 102,716 qram heroin, 01 kiloqram 504,8 qram tiryək, 4980 ədəd metadon həbi və 34 kiloqram 973,23 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 02 ədəd DVD disk və 01 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınsın; - hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Samsung Galaxy A3” markalı, 01 ədəd "Xiaomi Note 10” markalı mobil telefonlar və 01 ədəd bank kartı sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə 188 AZN (yüz səksən səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 94 AZN (doxsan dörd manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar