Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-132/2022 14.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər– Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8, xx xxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 399-da qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 07 avqust 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 179-da qeydiyyatda olan və Sumqayıt şəhəri Sülh küçəsi ev 70-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girdikdən sonra Təqsirləndirilən şəxs1 28 iyul 2021-ci il tarixdə Bakı-Quba avtomobil yolunun kənarında şəxsiyyəti istintaqa məlum olmayan “Səbinə” adlı İran İslam Respublikası vətəndaşı ilə görüşərək ona 600 (altı yüz) manat pul verərək sonuncudan xarici görünüş və kimyəvi tərkib komponentlərinə görə eyni olan ümumilikdə 400,0 qram çəkidə külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini alıb, satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhəri ərazisinə gətirmiş, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə görüşdükdə aldığı narkotik vasitənin 110,0 qramını 300 (üç yüz) manat məbləğində pul müqabilində bir ədəd şəffaf rəngli sellofan bükümdə Təqsirləndirilən şəxs2 satmış, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi ümumilikdə 110,0 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini daşıyaraq üzərində saxlaması səbəbindən 29 iyul 2021-ci il tarixdə saat 18:15-də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd şəffav rəngli sellofan bükümdə, təmiz çəkisi 110,0 qram olan külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs1 “Səbinə” adlı İran İslam Respublikası vətəndaşından satış məqsədilə qanunsuz olaraq əldə etdiyi qalan 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 290,0 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini daşıyaraq üzərində saxlayan zaman xx.xx.2021-ci il tarixdə saat 18:15-də Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin CAŞ-si əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd şəffav rəngli sellofan bükümdə təmiz çəkisi 290,0 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,289 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 05 iyul 2021-ci il tarixdə saat 15:05-də Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan ağ rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram və 0,180 qram, ümumi təmiz çəkisi 0,289 qram təşkil edən eyni tərkibli, qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, qonşusu Mais adlı şəxsin evinə getmişdir. 10 dəqiqə sonra polis əməkdaşları Maisin evində onları saxlayıb döyüb təhqir etmişlər. Daha sonra Sumqayıt ŞPİ-nin inzibati binasının həyətinə aparıb 2 gün döyərək təhqir etmiş və 280 qram narkotik vasitəni üzərinə qoymuşdurlar. O, verilən suallara cavab olaraq bildirmişdir ki, 5-6 ildir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitə olaraq ancaq heroin istifadə etmişdir. Maisi uşaqlıqdan tanımışdır. Səbinə adlı qadını isə ümumiyyətlə tanımamışdır. Gün ərzində 1-2 qram narkotik vasitə istifadə etmişdir və Maisə narkotik vasitə satmamışdır. İstintaq Təcridxanasına daxil olarkən öz xəsarətləri barədə məlumat vermişdir. O, iki gün müddətində polis idarəsində döyülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında vermişdir Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ilkin ifadəsində göstərmişdir ki, xeyli müddətdir narkotik tərkibli maddələr, əsasəndə “kakos” adlandırılan narkotik vasitə olan heroin qəbul etməyə başlamış, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 18:15 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olarkən mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər, polis ənməkdaşlarının təklifindən sonra öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, polis idarəsinə getdikdən sonra isə xidməti otaqlardan birində narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə onaə hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmişlər, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkilişdə aparılmış, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün oraya Sumqayıt Regional Vəkil Bürosundan vəkil Ruslan Mustafazadədə dəvət edilmiş, polis əməkdaşlarının və hüquq, eləcədə qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, bir ədəd sellofan bükümdəki narkotik vasitə heroini çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi maddənin nə olduğunu, hardan əldə edib üzərimdə saxladığımı soruşduqda isə həmin narkotik vasitəni saxlanılmamışdan bir gün əvvəl, Bakı Sumqayıt avtomobilin yolunun kənarında, digər anket məlumatlarını bilmədiyi, ancaq adının Səbinə və İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən, şəxsi istifadəsi üçün 600 manat pul verərək aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitənidə şəxsi istifadəsi üçün əldə etmiş və üzərində gəzdirmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, İbrahim onlara gəlmişdir. Bir müddət sonra 15-ə yaxın polis əməkdaşları evə girib onları döymüşdürlər. Daha sonra Sumqayıt ŞPİ-nin inzibati binasına aparıb orda da, onları döymüşdürlər. O, verilən suallara cavab olaraq bildirmişdir ki, 15-20 ildir ki narkotik vasitə istifadə edir. Saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Həmin gün səhər narkotik vasitə istifadə etmişdir. Onun 110 qram narkotik vasitə almağa pulu olmamışdır. İbrahim ona narkotik vasitə satmamışdır. Polis əməkdaşları onları döymüş və işgəncə vermişdirlər. İbtidai istintaq zamanı ifadəsini təzyiq və məcburiyyət altında vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ilkin ifadələrində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvüləri ilə birlikdə yaşamış, təxminən 15 il əvvəl narkotik tərkibli maddələr etməyə başladığından, onda narkotik tərkibli maddələrə asılılıq yaranmış, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 2-3 gün əvvəl Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında olarkən orda təsadüfən tanış olduğu şəxslə söhbətləri zamanı həmin şəxsdə narkotik vasitə olan heroin olduğunu bilmiş və ağrıları olduğu üçün ona 20 manat verərək, ondan iki büküm gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini almış, bundan sonra həmin bükümlərdəki narkotik vasitəni üzərində gəzdirərək ağrıları olduqda istifadə edəcəyini düşünmüş, narkotik vasitəni yaşadığı evdə heç kəsin görməməsi üçün daimi olaraq üzərində gəzdirmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olarkən ona bir nəfər mülki, iki nəfər polis əməkdaşının geyimində olan şəxslər yaxınlaşaraq onu saxlamışlar, bundan sonra özlərini təqdim edərək Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməkdə şübhəli olduğunu, üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyini deyərək 1-ci Polis Bölməsinə dəvət etmişlər, etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmiş, orada xidməti otaqların birində video çəkiliş aparılarkən polis əməkdaşının geyim formasında olan şəxs özünü təqdim edərək təhqiqatçı olduğunu bildirmiş və özünü təqdim etməsini təklif etmiş, bundan sonra özünü təqdim edərək ad soyadını, yaşadığı yeri və təvəllüdünü demiş, daha sonra təhqiqatçı narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməkdə şübhəli olduğunu, bu səbəbdəndə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirərək, onu hüquq və vəzifələri ilə tanış etmiş, bundan sonra Sumqayıt Regional Vəkil Bürosunun vəkili Fərhad Məmmədovu ona təqdim edərək hüquqlarının onun tərəfindən müdafiə edilcəyini bildirərək, müdafiəçiyə etirazının olubolmadığını soruşmuş, müdafiəçiyə etirazının olmadığını bildirmiş, bundan sonra təhqiqatçı video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək üzərində hər hansı qanunla qadağan olunmuş əşya olub-olmadığını soruşmuş, onsuzda üzərinə şəxsi axtarış aparılarkən cibində olan narkotik vasitənin tapılacağını fikirləşərək, əynində olan ağ rəngli şalvarının sağ yan cibində saxladığı gümüşü rəngli siqaret kağızlarına bükülmüş iki ədəd bükümü çıxardaraq təqdim etmiş, təhqiqatçı təqdim etdiyi maddənin nə olduğunu, nə məqsədlə üzərində gəzdirdiyini, kimdən, nə vaxt, neçəyə aldığını soruşduqa, həmin bükümlərdəki maddənin narkotik vasitə olan “heroin” olduğunu, narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metro stansiyasının yaxınlığında olarkən təsadüfən tanış olduğu, tanımadığı şəxsdən 20 manata aldığını bildirmiş, bundan sonra üzərindən çıxan narkotik vasitə elektron tərəzidə çəkilmiş, narkotik vasitələrin ayrı-ayrılıqda çəkiləri 0,28 və 0,43 qram, ümumi çəkisi isə 0,70 qram olduğu müəyyən edilmiş, daha sonra isə həmin kütlələr müvafiq qaydada qablaşdırılmış, özü və digər iştirakçılar tərəfindən qablaşdırılmanın üzərində imza çəkmiş, müdafiəçi ona narkotik vasitənin özünün olub-olmadığını, ona fiziki zor, təzyiq göstərilib-göstərilmədiyini soruşduqda, ona narkotik vasitənin özünün olduğunu, ona qarşı hər hansı formada fiziki zor, təzyiq göstərilmədiyini bildirmiş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini tutulduğu gündən təxminən 2-3 gün əvvəl Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında olarkən tanımadığı şəxsdən 20 (iyirmi) manata almış, həmin şəxsi tanımamış, həmin şəxslə təsadüfən qarşılaşdıqdan sonra aralarında olan söhbətləri əsnasında onunda narkoman olduğunu bilmiş və ondan şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almış, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Bundan başqa sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 18:15 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olarkən ona mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması, istifadə edilməsi, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər, polis ənməkdaşlarının təklifindən sonra öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, polis idarəsinə getdikdən sonra isə xidməti otaqlardan birində narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmişlər, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkilişdə aparılmış, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün oraya Sumqayıt Regional Vəkil Bürosundan vəkil Günay Cəfərovada dəvət edilmiş, polis əməkdaşlarının və hüquq, eləcədə qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı, bir ədəd sellofan bükümdəki narkotik vasitə heroini çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi maddənin nə olduğunu, hardan əldə edib üzərində saxladığını soruşduqda isə həmin narkotik vasitəni digər anket məlumatlarını bilmədiyi, ancaq adının İbrahim olduğunu bildiyi şəxsdən şəxsi istifadəsi üçün 300 manata aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvvəkkili Şahid6 ifadəsində göstərdi ki, 29 iyul 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə Mais adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Mais adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mais adlı şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 18:15-də Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən 70 saylı fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis kiçik serjantı X19 və polis serjantı Şahid7 ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs2 saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nə gətirib, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirmişlər, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 sol əlini əynində olan qara rəngli cins şalvarın sol yan cibinə salaraq cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdəki maddəni çıxarıb təqdim edərək, həmin sellofan bükümün içərisində narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu bildirmiş, təqdim edilmiş bir ədəd sellofan bükümün içərisinə baxış keçirildikdə içərisindən qəhvəyi rəngli, tozşəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümün içərisində aşkar edilmiş maddənin nə olduğunu, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşarkən o həmin maddənin narkotik vasitə olan heroin olduğunu, tanışı İbrahim adlı şəxsə 300 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinə bənzər maddənin ümumi çəkisi müəyyən edildikdən sonra, qablaşdırılaraq götürülmüşdür. Mais Aydərmirova heç bir fiziki güc tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid7 Şahid6 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin sabiq baş əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərdi ki, 29 iyul 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə İbrahim adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də İbrahim adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, İbrahim adlı şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 18:15-də Sumqayıt şəhəri Corat qəsəbəsi Sülh küçəsi ərazisində yerləşən 70 saylı evin yaxınlığında Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis baş serjantı Şahid3, polis baş serjantı Şahid4 və polis baş serjantı Şahid5 ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs1 saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs1 etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhfil vermişlər, daha sonra xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs1 sağ əlini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə salaraq cibindən bir ədəd şəffav rəngli sellofan bükümdəki maddəni çıxarıb təqdim edərək, həmin sellofan bükümün içərisində narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu bildirmiş, təqdim edilmiş bir ədəd sellofan bükümün içərisinə baxış keçirildikdə içərisindən qəhvəyi rəngli, tozşəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümün içərisində aşkar edilmiş maddənin nə olduğunu, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşarkən o həmin maddənin narkotik vasitə olan heroin olduğunu, bir gün əvvəl Bakı Sumqayıt avtomobil yolunun kənarında İran İslam Respublikası vətəndaşı “Səbinə” adlı qadına 600 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinə bənzər maddənin ümumi çəkisi müəyyən edildikdən sonra, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 saxlanılarkən o müqavimət göstərək qaçmağa cəhd etmiş və həmin vaxt yerə yıxılmış, Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılarkən onun bədəni üzərində gözlə görünən hər hansı xəsarət izi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissəsində təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili Şahid8 ifadəsində göstərmişdir ki, 05 iyul 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 1-ci PB-nə Mais adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Mais adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mais adlı şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 15:05-də Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisləri, polis leytenantı Şahid9 və polis baş leytenantı İlkin Mirzəyevlə ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs2 saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirib, raport tərtib etməklə təhfil vermişlər, daha sonra xidməti otaqların birində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 sağ əlini əynində olan ağ rəngli şalvarın sağ yan cibinə salaraq cibindən iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdəki maddələri çıxarıb təqdim edərək, həmin siqaret kağızına bükülmüş bükümlərin içərisində narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu bildirmiş, təqdim edilmiş iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərin içərisinə baxış keçirildikdə həmin bükümlərin içərisindən qəhvəyi rəngli, tozşəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi kağız bükümlərin içərisindən aşkar edilmiş maddələrin nə olduğunu, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşarkən o həmin maddələrin narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında olarkən əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 20 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş siqaret kağızlna bükülmüş bükümlərdəki narkotik vasitəyə bənzər maddələr elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinə bənzər maddələrin ümumi çəkisi müəyyən edildikdən sonra, qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X2 eyni məzmunlu ifadə verərək Şahid8 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. İbrahimi tanımamışdır. “İbi 5 qr kola, qram yarım patı hazırla” məzmununda ismarıcı onun telefonundan Sevinc adlı qadın yazmışdır. Belə ki, taksi ilə Sevinc adlı qadını Corat qəsəbəsinə Məscid olan əraziyə aparmış, orada Sevinc onun mobil telefonu ilə zəng etmiş, telefona cavab verilmədiyi üçün Sevinc sms yazmışdır. Başa düşmüşdür ki, Sevinc narkotik vasitələri alışı və satışı ilə məşğul olur. Özü İbrahimdən narkotik vasitə almamışdır. Onun yanında İbrahim Sevinc adlı qıza narkotik vasitə verməmişdir. Şahid12 ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2021-ci ilin may ayından tanımış, İİ Qarabağ Müharibəsinin iştirakçısı olduğundan müharibədə yaralanmış, əmək qabiliyyətini qismən istirdiyindən ona İİİ qrup əlilik dərəcəsi verilmiş, səhhəti ilə əlaqədar fiziki işlərdə işləyə bilmədiyindən ancaq özünə məxsus avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərmiş, İbrahimidə bu səbəbdən tanımış, əvvəllər aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamış, təxminən 2021-ci ilin may ayının əvvələrində İbrahim taksi sifariş verdiyindən və işlədiyi “Omeqa” taksi xidməti göstərən şirkətə taksi sifariş verildiyindən və həmin sifarişə o göndərildiyindən həmin vaxt İbrahimi Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisindən götürüb idarə etdiyi avtomobillə onu Corat qəsəbəsi ərazisinə, sonra isə əks istiqamətə aparıb gətirmiş, bundan sonra İbrahim onun mobil nömrəsini götürmüş, ona taksi lazım olanda ona zəng edəcəyini bildirmiş, sonradan həqiqətən İbrahim ona bir neçə dəfə zəng vurmuş, onu gedəcəyi yerlərə aparmış, sonradan İbrahimin yanında digər anket məlumatlarını bilmədiyi Sevinc adlı qadınla gəlmiş, İbrahimlə Sevincin yaxın münasibətləri olmuş, bir neçə dəfədə ilk əvvəl Sevincin xahişi ilə onu idarə etdiyi avtomobillə İbrahimin yanına aparmış, sonradan isə İbrahimi idarə etdiyi avtomobilə mindirib onları birlikdə gedəcəkləri yerə aparmış, hər dəfə İbrahim gediş haqqını tam ödəmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə yenidən ilk əvvəl Sevinci idarə etdiyi avtomobilə mindirmiş, bundan sonra İbrahimin yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisinə getmişlər, orda Sevinc mobil telefonunda danışıq vaxtı olmadığını bildirib, İbrahimə SMS yazmaq üçün onun mobil telefonunu istəmiş, bundan sonra mobil telefonunu ona vermiş, həmin qadın SMS yazdıqdan sonra mobil telefonunu geri qaytarmış, mobil telefona baxdıqda qadının “İbi 5 qr kola, qram yarım patı hazırla” məzmununda SMS yazdığını görüb ona iradımı bildirmiş, bundan sonra onların narkotik vasitələrin istifadəsi, alqı satqısı ilə məşğul olduğunu anlayıb daha onlarla əlaqə saxlamamış, onu taksi sürücüsü kimi gedəcəkləri yerə aparmaq üçün dəvət etsələrdə bundan imtina etmiş, Sumqayıt ŞPİ-nin İŞ-nə dəvət edilərkən isə İbrahimin narkotik vasitələri qanunsuz olaraq əldə etməsinə, istifadə etməsinə və satışı ilə məşğul olmasına görə həbs edildiyini öyrənmiş, İbrahimin narkotik vasitələrin alqı satqısı ilə məşğul olduğundan şübhələnsədə, ancaq hər hansı dəqiq məlumatı olmadığından hüquq mühavizə orqanlarına məlumat verməyi lazım bilməmiş, İbrahimin bu işlə məşğul olursa deməli nə vaxtsa hüquq mühavizə orqanı əməkdaşları tərəfindən əməlinin ifşa ediləcəyini və törətdiyi əmələ görə cazasını alacağını fikirləşmiş, bir dəfə İbrahim ona kiçik ölçülü sellofan bükümdə ağ rəngli, kristalşəkilli maddə vermiş, həmin maddənin psixotrop maddə olan patı olduğunu bildirib, istifadə etməsini təklif etmiş, ancaq narkotik tərkibli və prsixotrop maddələr qəbul etmədiyindən onun verdiyi maddəni qəbul etməkdən imtina etmiş, həmin maddəni İbrahimin tanışı Sevinc götürmüş, bundan başqa hadisə barədə hər hansı məlumatı olmamışdır. ( cild 1, İş vərəqə: 260-264) Məhkəmədə şahid qismində dindirilmiş cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 5 ildir ki, tanımışdır. İbrahimdən narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Şahid11 ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, əvvələr səhhətində ağrıları olduğundan tez-tez narkotik tərkibli maddələr, əsasəndə kakos adlandırılan və narkotik vasitə olan heroin qəbul etmiş, bu səbəbdən, yəni qanunsuz olaraq narkotik vasitə əldə etdiyimə, üzərində saxladığına görə bir dəfə, yəni 2019-cu ilin mart ayında həbs olunmuş, Təqsirləndirilən şəxs1 uzun müddət əvvəl tanımış, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində qonşuluqda yaşamışlar, münasibətləri normal olmuş, aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamış, İbrahimin narkotik tərkibli maddələrin satışı ilə məşğul olmasından xeyli müddət əvvəl xəbərdar olmuş, ondan 2021-ci ilin may iyun aylarında bir müddət ara bir neçə dəfə şəxsi istifadəsi üçün ona hər dəfəsində otuz manat pul verərək bir qram kakos adlandırılan və narkotik vasitə olan heroin almış, həmin narkotik vasitəni isə sonradan özü istifadə etmiş, İbrahimdən narkotik vasitəni yaşadığı evdə almış, narkotik vasitə almaq üçün ilk əvvəl İbrahimə zəng edərək aralarında əvvəlcədən razılaşdıqları kimi ona “cola” lazım olduğunu bildirmiş, İbrahim razılığını bildirərndən sonra onun yaşadığı evə getmiş, İbrahim isə yaşadığı evin pəncərəsindən ondan pulu alıb narkotik vasitəni ona ötürmüş, 055 228 64 01 saylı mobil nömrədən istifadə etmiş, əsasən İbrahimə məxsus 055 488 30 35 saylı mobil nömrəsinə zəng etməklə əlaqə saxlamış, Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitəni sonradan hissə hissə istifadə etmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitəni hardan əldə etməsindən məlumatsız olmuşdur. (cild 1, iş vərəqə: 222-224) Şahid10 ibtidai istintaq zamanı verdiyi məhkəmədə elanm olunaraq araşdırılmış ifadəsindən görünür ki, əvvələr səhhətində ağrıları olduğundan tez-tez narkotik tərkibli maddələr, əsasəndə kakos adlandırılan və narkotik vasitə olan heroin qəbul etmiş, bu səbəbdən, yəni qanunsuz olaraq narkotik vasitə əldə etdiyinə, üzərində saxladığına görə bir dəfə, yəni 2019-cu ilin mart ayında həbs olunmuş, 2020-ci ilin mart ayında isə azadlığa buraxılmış, Təqsirləndirilən şəxs1 uzun müddət əvvəl tanımış, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində qonşuluqda yaşamışlar, həmçinin İbrahimlə eyni məktəbdə təhsil almış, münasibətləri normal olmuş, aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamış, İbrahimin narkotik tərkibli maddələrin satışı ilə məşğul olmasından xeyli müddət əvvəl xəbərdar olmuş, ondan 2021-ci ilin iyun iyul aylarında bir müddət ara ilə iki dəfə şəxsi istifadəsi üçün ona hər dəfəsində on beş manat pul verərək 0,5 qram kakos adlandırılan və narkotik vasitə olan heroin almış, həmin narkotik vasitəni isə sonradan özü istifadə etmiş, İbrahimdən narkotik vasitəni yaşadığı evdə almış, narkotik vasitəni almaq üçün ilk əvvəl İbrahimə zəng edərək aralarında əvvəlcədən razılaşdıqları kimi ona “mal” lazım olduğunu bildirirmiş, İbrahim razılığını bildirəndən sonra isə onun yaşadığı evə getmiş, İbrahim yaşadığı evin pəncərəsindən ondan pulu alıb narkotik vasitəni ona ötürmüş, 050 752 77 59 saylı mobil nömrədən istifadə etmiş, İbrahimə məxsus 055 488 30 35 saylı mobil nömrəyə zəng etməklə əlaqə saxlamış, əvvəllər narkotik vasitəni cox miqdarda qəbul etmiş, həmin vaxtlar narkotik vbasitə aldığı şəxslərin adlarını unutmuş, sonradan həbs olunduğumdan narkotik vasitə qəbul etməyi tərgitmiş, azadlığa buraxıldıqdan sonra isə ümumiyyətlə narkotik vasitə qəbul etməmiş, son vaxtlar səhhətində ağrıları olduğundan ağrılarını sakitləşdirmək üçün cəmi iki dəfə İbrahimdən narkotik vasitə almış, bundan başqa hər hansı digər şəxsdən narkotik vasitə almamış, Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitəni sonradan hissə hissə istifadə etmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitəni hardan əldə etməsindən məlumatsız olmuşdur. (cild 1, iş vərəqə: 109-112) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1982-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt şəhəri Pİ-nin CAŞ-na daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun 03 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat axtarış tədbirlərinin aparılması barədə qərar və həmin qərarla bağlı aparılan prossesual hərəkətlər insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuni hesab edilmişdir. (İ cild, iş vərəqə 6, 84) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1976-cı ildə ünvan 5 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 70 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt şəhəri Pİ-nin CAŞ-na daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun 03 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat axtarış tədbirlərinin aparılması barədə qərar və həmin qərarla bağlı aparılan prossesual hərəkətlər insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuni hesab edilmişdir. (İİ cild iş vərəqə 8, 175) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyul 2021-ci il tarixli “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1976-cı ildə ünvan 5 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 70 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulu, eləcə də üzərində saxlaması satışı barədə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İİ cild iş vərəqə 94) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmişdir. Təqsirləndirilən şəxs1 özü əynində olan göy rəngli cins şalvarınən sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etdi, həmin büküm təhqiqatçı tərəfindən açıldı bükümdə spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, ondan aşkar olunan maddə kakosdur. Aşakr olunmuş həmin maddəni xx.xx.2021-ci il tarixdə Bakı Sumqayıt yolunda Səbinə adlı İran vətəndaşından 600 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt X3 üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 295,4 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə qablaşdırılaraq möhürləndi. (İ cild, iş vərəqə 25-26,27) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X15 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmişdir. Təqsirləndirilən şəxs2 özü əynində olan göy rəngli şalvarının sol yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etdi, həmin büküm təhqiqatçı tərəfindən açıldı bükümdə spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, ondan aşkar olunan maddə kakosdur. Aşkar olunmuş həmin maddəni İbrahim adlı şəxsdən 300 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 112,7 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə qablaşdırılaraq möhürləndi. (İ cild, iş vərəqə 29- 30,31) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmamasını, əgər vardırdsa həmin əşyanı təqdim etməyi təklif olundu. Təqsirləndirilən şəxs2 özü əynində olan ağ rəngli şalvarının sağa yan cibindən saxlamış olduğu 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini təqdim etdi. Həmin gümüşü rəngli siqaret kağızı bükümləri təhqiqatçı tərəfindən açıldı, həmin bükümlərin içərisinə baxarkən bükümdə spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, ondan aşkar olunan gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli maddə heroindir. Aşkar olunmuş maddəni Bakı şəhəri 20 yanvar metrosu ərazisində tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddələr tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin gümüşü rəngli siqaret kağızı ilə birlikdə 0.28 qraam 0,43 qarm ümumi çəkisinin isə 0,70 qram olduğu müəyyən olundu və aşkar edilmiş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qayda da qablaşdırıldı və DİN-nin 125 saylı möhrü ilə möhürləndi. (İİ cild, iş vərəqə 111-112,113) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3179 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi mökür əksi və “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” yazısı və imzalar qeyd edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 290 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 290,0 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq – 289,8 qram (İ cild, iş vərəqə: 40-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3180 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi mökür əksi və “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə” yazısı və imzalar qeyd edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 110 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 110,0 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq – 109,8 qram (İİ cild, iş vərəqə: 40-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/2691 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs2..” sözləri olan bir ədəd zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram, 0,180 qram, ümumi təmiz çəkisi 0,289 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 0,289 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq – 0,189 qram (İİ cild, iş vərəqə: 123-128) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4424 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 289,8 qram heroin ilə üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 109,8 qram heroin öz aralarında xarici görünüşünə və kimyavi tərkib komponentlərinə görə eynidir. Qeyd: Heroinin ümumi çəkisi – 399,6 qram, tədqiqata sərf edildi – 0,1 qram (hər bir obyektdən 0,05 qram olmaqla), qalıq – 399,5 qram. (İ cild, iş vərəqə: 252-255) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3242 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, iş vərəqə: 256- 257) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3865 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild: İş vərəqə: 232-233) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair "xxxx" MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsinə daimi olaraq müxtəlif nömrələrdən narkotik vasitələrin satış məqsədli smslərin göndərildiyi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 230- 234) Cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 07 (yeddi) ədəd faylar olan 01 (bir) ədəd disk, şəxsi axtarış protokollarının əks olunduğu 03 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qalıq çəkisi 289,8 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qalıq çəkisi 109,8 qram olan narkotik vasitə heroin, ümumilikdə qalıq çəkisi 399,5 qram narkotik vasitə olan heroin, qalıq qalmış 0,189 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğulardan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının qalan hissəsi 500 manat cərimə cəzası ilə əvəz edilmiş, xx.xx.2012-ci ildə cərimə dövlət büdcəsinə tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. (İ cild, iş vərəqə: 97-99) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğulardan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. (İİ cild, iş vərəqə: 184-186) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 30 noyabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən fiziki zora və işgəncəyə məruz qalması öz təsdiqini tapmadığından 30 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 28 aprel 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən fiziki zora və işgəncəyə məruz qalması öz təsdiqini tapmadığından 28 aprel 2022-ci il tarixdə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 tutularkən üzərində narkotik vasitənin olmaması, üzərində aşkar olunmuş narkotik vasitənin ona polis əməkdaşlarının verdiyini və Maisə Aydəmirova narkotik vasitə satmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda və şəxsi istifadə miqdarından dəfələrlə çox olması təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Bundan başqa, Şahid11 məhkəmədə verdiyi ifadəsi işin məhkəmədə müəyyən olunan hallarına uyğun olmamaqla yanaşı, şahidin ibtidai istintaqdakı ifadəsi ilə tam təkzib olunur. Məhkəmə Şahid11 eyni xarakterli cinayət əməlinə görə məhkum olunmasını və hazırda cəza çəkməsini nəzərə alaraq hesab edir ki, şahidin məhkəmə iclasında verdiyi ifadəsi təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd, habelə məhkum olunmuş şəxs kimi ədalət mühakiməsinin aparılmasına mənfi münasibətinin göstəricisi kimi qiymətləndirilməlidir. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına olan sənədlərlə tam təsdiq olunduğundan məhkəmə həmin ifadəni sübut növü kimi qəbul edir. Bundan əlavə Şahid12 məhkəmədə verdiyi ifadəsində özünün narkotik satışı ilə bağlı məlumatlarının olmasını gizlətməyə çalışaraq məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq konkret halları göstərməkdən çəkinmişdir. Ona görə də şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına olan sənədlərlə tam təsdiq olunduğundan məhkəmə həmin ifadəni sübut növü kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına, CMnin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki azyaşlı övladı xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X9 olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Himayəsində yetkinlik yaşına çatmayan övladı xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X1 olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxslərin əməllərində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (iş vərəqə 17, 81- 82) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş, 07 iyul 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 05 iyul 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (iş vərəqə 17, 82- 83) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qalıq çəkisi 289,8 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qalıq çəkisi 109,8 qram olan narkotik vasitə heroin, ümumilikdə qalıq çəkisi 399,5 qram narkotik vasitə olan heroin, qalıq qalmış 0,189 qram narkotik vasitə olan heroin məhv edilməli, 04 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 136,11 manat (yüz otuz altı manat on bir qəpik), Təqsirləndirilən şəxs2 217,93 manat (iki yüz on yeddi manat doxsan üç qəpik) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 il (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 29 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 il 6 ay (səkkiz il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 iyul 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 8 il 5 ay 28 gün (səkkiz il beş ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 29 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qalıq çəkisi 289,8 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qalıq çəkisi 109,8 qram olan narkotik vasitə heroin, ümumilikdə qalıq çəkisi 399,5 qram narkotik vasitə olan heroin, qalıq qalmış 0,189 qram narkotik vasitə olan heroin məhv edilsin, 04 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən Təqsirləndirilən şəxs1 136,11 manat (yüz otuz altı manat on bir qəpik), Təqsirləndirilən şəxs2 217,93 manat (iki yüz on yeddi manat doxsan üç qəpik) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna isə hökmün surətinin onlara verildiyi andan andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-132/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-132/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver