Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-132/2024 12.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “ünvan 3 ünvanında faktiki yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 6,825 qram çəkidə külli miqdarda narkotik vasitə heroini qanunsuz əldə etməklə əldə etdiyi heroini bölüb hər birində 3,620 qram və 3,205 qram olmaqla iki bükümdə qablaşdırıb satış məqsədi olmadan üzərində qanunsuz saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanının yaxınlığına qanunsuz daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o 05 iyul 2022-ci il tarixdə saat 21.15-də Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib xidməti otaqların birində saat 23.09-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 02 ədəd bükümdə ayrı- ayrılıqda çəkiləri 3,620 qram və 3,205 qram, ümumi təmiz çəkisi külli miqdar 6,825 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun tutulmağının narkotiklə heç bir aidiyyatı əlaqəsi yoxdur. Qeyri-qanuni qumar oyunlarında, mərc oyunlarında pul uduzmuşdur. Qumarı onlayn oynamışdır. Bir həftəyə 63 min manat borcu yığışmışdır. Həmin adamlar ondan pulu tələb etmişlər. Lakin o, pulu ödəyə bilməmişdir. Buna görə kömək üçün tanışı Şahid14 müraciət etmişdir. 05 iyul 2022-ci il tarixdə həmin adamlarla görüşməyə getmişlər. Axşam saat 8-9 radələrində Xırdalanda yerləşə “377 Pub”-da oturduqları yerdə kabinetin içindən 15-16 nəfər şəxsi polis əməkdaşları tutub BMCMİ-nə aparmışlar. Kafenin içində üzərlərinə baxmışlar, qeyri-qanuni heç nə olmamışdır. Kafenin içində onlara təzyiq olmuşdur, polis idarəsində də təzyiq olmuşdur. Onu, Nicatı və Ceyhunu otağa salmışlar. 2 büküm ona, 2 büküm Nicata, 3 büküm Ceyhuna vermişlər ki, bunları üstünüzə qoyun çəkiliş aparılacaqdır. Onlarda məcbur olub polis əməkdaşlarının onlara verdiyi narkotik vasitələri üzərlərinə götürmüşlər. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Telefonunda aşkar edilmiş mesajlar yalnız onun tərəfindən alışla bağlı olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ilkin ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 3-4 aydır narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. 04 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, “Öküz heykəli” adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 40 manat müqabilində iki ədəd bükümdə narkotik vasitə heroin almışdır. Onun məqsədi həmin narkotik vasitəni istifadə etmək olmuşdur. Onun həmin maddələri satmaq fikri olmamışdır. O yalnız öz istifadəsi üçün həmin narkotik vasitəni almışdır. 05 iyul 2022-ci il tarixdə saat 21:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında olduqları zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman onun yanında Şahid13, Şahid14, Şahid12 və Şahid11 da olmuşdur. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun, Şahid14 və Şahid13 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasıma dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİnin inzibati binasına gəlmişlər. Baş İdarədə onun, Şahid14 və Şahid13 üzərində şəxsi axtarış, Şahid12 və Şahid11 üzərində isə baxış keçiriləcəyi bildirilmişdir. O, Şahid14 və Şahid13 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Ona, Şahid14 və Şahid13 hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə onun, Şahid13 və Nicat Btinyatovun üzərində şəxsi axtarış, Şahid11 və Şahid12 üzərində baxış keçirilmişdir. Ona, Şahid14 və Şahid13 şəxsi axtarışın videoçəkilişlə keçiriləcəyi bildirilmiş, onlar da buna etiraz etməmişlər. Onlar şəxsi axtarışdan öncə şəxsi axtarış keçirilməsi barədə qərarla tanış edilmiş, daha sonra ilk öncə Şahid13 üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Ceyhun üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 50 manat nağd pul vəsaitini, əynində olan ağ rəngli şalvarın sol yan cibindən isə 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid13 təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Şahid13 təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Ceyhun üzərindən aşkar edilmiş bükümlərin içərisində olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri təxminən 2-3 gün öncə şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adma parkın yaxınlığında tanımadığı şəxsdən 60 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 1 aydır narkotik vasitələrdən istifadə etdiyini, üzərində narkotik vasitə olması barədə başqa şəxslərin məlumatının olmadığım, aldığı bükümlərdəki narkotik vasitədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 50 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığını, Ceyhunla birgə saxlanılan şəxslərin Ceyhunda narkotik vasitə olması barədə məlumatlarının olmadığım bildirmişdir. Bundan soma aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid13 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 50 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən qaytarılmışdır. Daha soma Şahid14 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən soma Nicat üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 96 manat nağd pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid14 üzərindən aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 05 iyul 2022-ci il tarixdə bədənində ağrıları olduğuna görə şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan” dairəsi adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 50 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 2 aydır narkotik vasitələrdən istifadə etdiyini, heç kəsin Nicatda narkotik vasitə olması barədə məlumatının olmadığını, aldığı narkotik vasitədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 96 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığım, Nicatla birgə saxlanılan şəxslərin Nicatda narkotik vasitə olması barədə məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra Nicatın üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid14 üzərindən aşkar olunmuş 96 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən isə 02 ədəd şəffaf sellofan bükümü və 51 manat nağd pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 04 iyul 2022-ci il tarixdə saat 14 radələrində şəxsi istifadəsi üçün Bakı şəhəri, Suraxanı rayonu, “Öküz Heykəli” adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 40 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 3-4 aydır narkotik vasitələrdən istifadə etdiyini, heç kəsin onda narkotik vasitə olması barədə məlumatının olmadığım, aldığı bükümlərdəki maddədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 51 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığım, onunla birgə saxlanılan şəxslərin onda narkotik vasitə olması barədə məlumatlarının olmadığım bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 51 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. O törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman nə ona, nə də onunla birlikdə saxlanılan şəxslərə qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş narkotik vasitəni Suraxanı rayonunda “Öküz heykəli” adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığım bildirmişdir. Onun həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. O 3-4 aydır narkotik vasitə heroin istifadə etdiyini bildirmişdir. (Cild 1 vərəq 135-139, 162-166 cild 2 vərəq 59- 61, 144-146) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərdi ki, 05 iyul 2022-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs, Şahid14 və X3 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək həmin şəxslərin müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 05 iyul 2022-ci il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları - baş əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid4, xmiü baş əməliyyat müvəkkili Şahid5, əməliyyat müvəkkili Şahid6, baş əməliyyat müvəkkili Şahid7, baş əməliyyat müvəkkili Şahid8, əməliyyat müvəkkili Şahid9, baş əməliyyat müvəkkili Şahid10 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Qəbul edilmiş qərarın icra edilməsi üçün əməliyyat qrupu Abşeron rayonu Xırdalan şəhərinə yola düşmüşlər.. Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 21:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında Təqsirləndirilən şəxs, Şahid14 və Təqsirləndirilən şəxs bənzər şəxslər yanlarında olan iki nəfər başqa şəxslə birlikdə saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Şahid13, Təqsirləndirilən şəxs və Şahid14 Şahid12 və Şahid11la birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişlər. Ceyhun, Nicat və Amilə videoçəkilişlə üzərilərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Şahid13, Təqsirləndirilən şəxs və Şahid14 da buna etiraz etməmişlər. Təqsirləndirilən şəxs üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən isə 02 ədəd şəffaf sellofan bükümü və 51 manat nağd pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 04 iyul 2022-ci il tarixdə şəxsi istifadəsi məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, “Öküz Heykəli” adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 40 manata aldığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 3-4 aydır narkotik vasitələrdən istifadə etdiyini, heç kəsin Amildə narkotik vasitə olması barədə məlumatının olmadığını, aldığı bükümlərdəki maddədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 51 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığım, Amillə birgə saxlanılan şəxslərin Amildə narkotik vasitə olması barədə məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 51 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şahid13 və Şahid14 üzərindən də narkotik vasitə aşkar edilmiş, digər 2 nəfərin üzərindən isə qeyriqanuni heç nə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid5, Şahid7 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişdir. Şahid Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid4, Şahid6, Şahid8, Şahid9, Şahid10 ibtidai istintaq zamanı verdikləri, məhkəmədə elan olunaraq araşdırılmış ifadələrindən görünür ki, onlar, məhkəmədə ifadəsi alınmış polis əməkdaşları ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özülərinə aid hissədə təsdiq etmişlər. (cild 1, iş vərəqə 207-212, 219-224, 231-236, 243- 248, 249-254, 255-260) Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qohumunun toyunda görüb qohumu vasitəsilə tanımışdır. Amil qeyriqanuni qumar oynadığı üçün külli miqdarda qumar borcu yaranmış, həmin borcu ödəyə bilmədiyinə görə qumar işlədənlərdən möhlət alması üçün ondan kömək istəmişdir. 2022ci il iyul ayının 5-də axşam saatlarında Amil, tanışı Ceyhun Həsənovla birlikdə Xırdalan şəhərində yerləşən 377 Pub restoranının qarşısında olmuşdur. Həmin vaxt onlar Şahid12 və Şahid11 orada kafenin içində görüşüb, Amilin böyük məbləğdə qumar borcu olduğuna görə həmin restoranda borcu olan şəxslərlə oturub söhbət etmiş, Amilin borcunu vermək üçün Farizdən vaxt verilməsini xahiş eləmişdirlər. Orada oturarkən qəfildən kabinetə DİNnin BMCMİ-nin əməkdaşları daxil olub, onları tutub idarəyə aparmışdırlar. Polis əməkdaşları idarədə stolun üzərinə sellofan bükümləri qoyub demişdirlər: “Bunları cibinizə qoyun, çəkilişdə öz istifadəniz üçün aldığınızı deyərsiz.” Ona polislər demişdir ki, sual veriləndə bir-birlərinin üzərində narkotik vasitə olmasından xəbəri olmadıqlarını bildirsinlər. Ona, Ceyhuna və Amilə təzyiq etdikləri üçün deyilənləri qəbul etmiş, onun qanında narkotik vasitə aşkarlanmamışdır. Psixi sağlamlığında problemi olmuş, buna görə müalicə almış və əlilliyi vardır. Amil ilə Ceyhunun üzərinə baxış keçirilməsində iştirak etmişdir. Onların üzərindən narkotik vasitə aşkar edilməmişdir. Saxlanılan zaman ona təzyiqlər olunmuşdur. Ona xəsarət yetirməmiş, lakin hədə-qorxu gəlmişlər. Narkotikin ona heç bir aidiyyatı olmamış, sadəcə Amil qumar borcunu ödəmədiyinə və həmin məsələdə xahiş etdiyinə görə tutulmuşdurlar. Məhkəmədə şahid qismində dindirilmiş X1 Nicat Faqim oğlu ilə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, onun, Amilin və Nicatın üzərində heç bir narkotik olmamışdır. Onlar Pub-nın kabinetində saxlanılaraq BMCMİ-nə gətirilmiş, orada narkotiki üzərlərində götürməyə onları məcbur etmişlər. Onların saxlanması Amilin qumar borcu ilə əlaqədar olmuşdur. Şahid12 məhkəmədə elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 05 iyul 2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında olduqları zaman mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman onun yanında X6, Təqsirləndirilən şəxs, Şahid11 və Şahid13 da olmuşdur. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər, Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Şahid13, Təqsirləndirilən şəxs və Şahid14 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla Ceyhun, Amil və Nicatı tanış etmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-nin inzibati binasına gəlmişlər. Baş İdarədə Şahid13, Təqsirləndirilən şəxs və Şahid14 üzərində şəxsi axtarış, Şahid11 və onun üzərində isə baxış keçiriləcəyi bildirilmişdir. Şahid14, Təqsirləndirilən şəxs və Şahid13 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Şahid13, Təqsirləndirilən şəxs və Şahid14 hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə Şahid13, Şahid14 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, onun və Şahid11 Üzərində baxış keçirilmişdir. Şahid13, Təqsirləndirilən şəxs və Şahid14 şəxsi axtarışın videoçəkilişlə keçiriləcəyi bildirilmiş, Ceyhun, Amil və Nicat da buna etiraz etməmişlər. Şəxsi axtarışdan öncə şəxsi axtarış keçirilməsi barədə qərarla tanış edilmişlər, daha sonra ilk öncə Şahid13 üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid13 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 50 manat nağd pul vəsaitini, əynində olan ağ rəngli şalvarın sol yan cibindən isə 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid13 təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid13 üzərindən aşkar edilmiş bükümlərin içərisində olan maddələrin “kakos” kimi tanıdığım narkotik vasitə heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri təxminən tutulmamışdan 2-3 gün öncə şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında tanımadığı şəxsdən 60 manata aldığım, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 1 aydır narkotik vasitələrdən istifadə etdiyini, üzərində narkotik vasitə olması barədə başqa şəxslərin məlumatının olmadığını, aldığı bükümlərdəki narkotik vasitədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 50 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığını, Ceyhunla birgə saxlanılan şəxslərin Şahid13 narkotik vasitə olması barədə məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid13 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 50 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid13 geri qaytarılmışdır. Daha sonra Şahid14 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid14 üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 96 manat nağd pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid14 təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Şahid14 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Şahid14 üzərindən aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 05 iyul 2022-ci il tarixdə bədənində ağrıların olduğuna görə şəxsi istifadəsi məqsədilə Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan” dairəsi adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 50 manata aldığım, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, təxminən 2 aydır narkotik vasitələrdən istifadə etdiyini, heç kəsin Şahid14 narkotik vasitə olması barədə məlumatının olmadığını, aldığı narkotik vasitədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 96 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığım, Nicatla birgə saxlanılan şəxslərin Nicat Btinyatovda narkotik vasitə olması barədə məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra Şahid14 üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə beroinə oxşar maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid14 üzərindən aşkar olunmuş 96 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən isə 02 ədəd şəffaf sellofan bükümü və 51 manat nağd pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 04 iyul 2022-ci il tarixdə saat 14 radələrində şəxsi istifadəsi məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, “Öküz Heykəli” adlanan ərazinin yaxınlığında tanımadığı şəxsdən 40 manata aldığım, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığım, təxminən 3-4 aydır narkotik vasitələrdən istifadə etdiyim, heç kəsin Təqsirləndirilən şəxs narkotik vasitə olması barədə məlumatının olmadığını, aldığı bükümlərdəki maddədən istifadə etmədiyini və başqa heç kəsə vermədiyini, aşkar olunan 51 manat nağd pulun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmadığım, Amillə birlikdə saxlanan şəxslərin Təqsirləndirilən şəxs narkotik vasitə olması barədə məlumatlarının olmadığım bildirmişdir. Bundan soma Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 51 manat nağd pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır.Bundan soma şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər İştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (Cild 1 vərəq 194-198) Şahid11 məhkəmədə elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid12la eyniməzmunlu ifadə verərək onun dediklərini özünə aid hissədə təsdiq etmişdir. (Cild 1 vərəq 189-193) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Şahid13, Təqsirləndirilən şəxs və Şahid14 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Abşeron Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 5(012)-295/2022 saylı qərarı ilə AR DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 05 iyul 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş DİN-in BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı İslam Mürsəlov tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 iyul 2022- ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs, Şahid14 və Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə saat 21.15-də Abşeron rayonu, Xırdalan şəhəri, Şahid5 prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Şahid13 əynində olan şalvarının sol yan cibindən 03 ədəd bükümdə ümumi təmiz çəkisi 9,71 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 02 ədəd bükümdə ümumi təmiz çəkisi 6,825 qram narkotik vasitə heroin, Şahid14 əynində olan şalvarının sağ yan cibindən 02 ədəd bükümdə ümumi təmiz çəkisi 6,334 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (Cild 1 vərəq 69-73) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli 6/3695 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan respublikası Dİn Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,127 qram, 3,293 qram, 3,290 qram, ümumi təmiz çəkisi 9,710 qram tünd qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” yazısı və imzalar olan zərfdəki 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,620 qram, 3,205 qram, ümumi təmiz çəkisi 6,825 qram tünd qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi “şübhəli şəxs Şahid14 üzərindən aşkar olunan...” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,171 qram, 3,163 qram, ümumi təmiz çəkisi 6,334 qram tünd qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, vərəq 100-105) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 iyul 2022-ci il tarixli 3677 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2 vərəq 47-48) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizanın 25 iyul 2022-ci il tarixli 2503/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfın adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edildi. (Cild 2 vərəq 49-52) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş 21 oktyabr 2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş 01 ədəd “CD” diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ********** məzmunlu mobil istifadəçisi xx.xx.2022-ci il tarixdə “1 baw olsun qaqa(?” məzmunlu, ********** məzmunlu mobil istifadəçisi xx.xx.2022-ci il tarixdə “Qram 30-40 deq alinar. Bele 2 bas var ustunde. qramcun gozleyirsense 40 deq goturub geler” məzmunlu smsləri Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə göndərmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı nömrədən xx.xx.2022-ci il tarixdə ********** saylı nömrə istifadəçisinə “Qram olsa qram olmasa iki dene”, “Oda olmasa birdene eybi yox”, “Olsun iki basi goturum qaqa” məzmunlu, xx.xx.2022-ci il tarixdə ********** saylı nömrə istifadəçisinə “Salam qaqa necesen 2 3 dene lazim olsa alinar?” məzmunlu, xx.xx.2022-ci il tarixdə ********** saylı nömrə istifadəçisinə “Qaqa o usagdan iki bas ot goturde evezine torpağ verim sene birdene mene tez he yox yaz alinir ya yox” məzmunlu sms göndərmişdir. (Cild 2 vərəq 33) Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə qablaşdırılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 6,725 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutlan saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk, "xxxx" MMC-dən götürülməsi ilə bağlı məlumatların əks etdirildiyi 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. (Cild 1 vərəq 74, cild 2 vərəq 71-99, Cild 2 vərəq 6-9) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşağı vardır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrip maddəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə narkotik vasitə və ya psixotrop maddə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ümumiyyətlə narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşaqlarının olması onların cəzalarını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslin cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cild 1 vərəq 40-43, 150-151, 173-177 Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutlan saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,725 qram qalmış narkotik vasitə heroin məhv edilməli, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutlan saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,725 qram qalmış narkotik vasitə heroin məhv edilsin, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-132/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-132/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver