Məhkəmə qərarları › İş №1(124)-132/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-132/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-132/2025 28.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi – X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 16 avqust 1989-cu il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə ağırlaşdırıcı halda xuliqanlıq etmiş, yəni silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs X2 mülkiyyətində olan “Mercedes 200E” markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun qardaşı Şahid6 tərəfindən yandırılmasını güman edib sonuncunun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Xaçmaz şəhəri, Nəsrəddin Tusi küçəsində yerləşən “Al” marketin qarşısında ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək başqalarının həyatını da təhlükəli altına atıb zərər çəkmiş şəxsin qardaşı X1 gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə içərisində qırmalar olan patronlardan istifadə edərək növü istintaqa məlum olmayan odlu silahı Zərərçəkmiş şəxs doğru tuşlayıb qəsdən iki dəfə atəş açmış, lakin zərər çəkmiş şəxsin qaçıb gizlənməsi nəticəsində niyyətinə nail olmadığını görüb ara sakitləşdikdən sonra silahda atəş açmağa patron olmadığından qeyd olunan marketdən 200 metr cənub-qərb istiqamətində olan avtoyuma məntəqəsinin yaxınlığındakı torpaq yolda Zərərçəkmiş şəxsla söhbət etmək üçün yanbayan piyada hərəkət edərkən əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətini başa çatdırmaq məqsədilə cibində gəzdirdiyi, növü istintaqa məlum olmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs qəsdən bir zərbə vurub sonuncuya “perikardin, diafraqmanın, qara ciyərin və sol ağ ciyərin zədələnməsi ilə döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası” kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirərək Zərərçəkmiş şəxs almış olduğu xəsarət ilə əlaqədar xx.xx.2024-cü il tarixdə müalicə aldığı tibb müəssisəsində “döş qəfəsinin sol tərəfli döş və qarın boşluğuna nüfuz edərək perikard, diafraqma, sol ağciyər və qaraciyərin zədələnməsindən yaranmış hemorragik şok, ağciyər arteriyasının tromboemboliyası” ölümünə səbəb olmuş, bununla da o, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə ağırlaşdırıcı halda xuliqanlıq etmiş, yəni silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, mərhum Qəriblə aralarında bir-birilərinə xəsarət yetirəcək dərəcədə mübahisələri, həmçinin düşmənçilik və ya ədavətləri olmamışdır. O, 29 iyun 2024-cü il tarixdə Bayıl qəsəbəsində Xaçmaz rayon polis əməkdaşları tərəfindən saxlanılmış, silahın da, bıçağın da yeri ondan soruşulmuş, təxmini olaraq atdığı yeri polis əməkdaşlarına bildirmiş, daha sonra hadisə yerinə çəkilişə getdikdə orada nə silah, nə də ki, bıçaq tapılmamışdır. Maşın söhbəti barədə Vidadi ilə aralarında olan anlaşılmazlıq bu hadisəyə qədər gəlib çıxmışdır. O, həmin gün anlaşılmazlığı həll etmək üçün kafeye getmiş, lakin Vidadi içkili olduğu üçün məsələni həll edə bilməmişdirlər. Qardaşı Sakitdən danışıldığı üçün o da Sakiti gətirməyə evə getmişdir. Qardaşı Sakit də həmin vaxtı Qusarda restoranların birində işləmiş və o, evə gələndə Sakit evdə olmamışdır. Bağda ağacın altından gizlədib saxladığı, atasından qalan silahı, yəni qırmağı kəsilmiş tüfəngi götürmüşdür. Tüfəngi düz kəsmədiyindən göyə atəş açanda ağzı açılaraq lazımsız bir vəziyyətə gəlib çıxmışdır. Həmin silahda bir güllə olmuş, silahı gödəkçəsinin altında gizlətmiş, Ceyhun və İmaməddin evdən silah götürdüyünü görməmişdirlər. Onun kimisə vurmaq niyyəti olmamış, əlində olan ov tüfəngi ilə məqsədi sadəcə olaraq qorxutmaq olmuşdur. O, əlində silahla maşından düşmüş, lakin həmin anda atəş açmamışdır. Moyka tərəfə boşluq əraziyə, yəni “Al” marketdən 200 metr aralıdakı məsafəyə çəkilərək göyə atəş açmış, Qəribi isə sonradan bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərmişdir ki, Vidadigilin maşınını onun qardaşı Sakit yandırmamış, mərhum Qərib qardaşı Vidadiyə maşını yandıranın kim olmasını demiş, Vidadigil qardaşı Sakitin ünvanına söyüşlər söydüyünə görə aralarında anlaşılmazlıq yaranmış və həmin anlaşılmazlığı aradan qaldırmaq üçün kafeyə getmişdir. Silah rəhmətlik atasından qalmış və həmin tüfəng paslı vəziyyətdə olmuşdur. O, hadisə vaxtı silahı gedib evdən götürmüş, silahı yuxarı tutaraq göyə atəş açmışdır. Onun silah götürməkdə məqsədi qardaşının ünvanına söyüş söyüldüyünə görə onları qorxutmaq və buna görə onların üzr istəmələri olmuşdur. O, bir dəfə atəş açmış, atəş açdıqdan sonra ondan heç kim üzr istəməmiş, bağdan ağacın altından tügəng olan sellofanı açmaq üçün bıçaq götürmüş və həmin bıçaq da cibində qalmışdır. O, bir dəfə Qəribə bıçaq xəsarəti yetirmiş, lakin qaranlıq olduğu üçün bədəninin hansı nayihəsindən vurduğunu görməmişdir. O, xəsarət yetirən kimi hadisə yerindən uzaqlaşmış, bıçağı və silahı isə gizlətmişdir. Polis əməkdaşlarına bıçağın və silahın yerini demiş, lakin silah və bıçaq aşkar olunmamışdır. O, Qəribi öldürmədiyini, sadəcə olaraq ona xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onunla görüşüb söhbət etmək istəyən olduğu üçün məhəllə sakinlərindən biri tərəfindən kafeyə çağırılmışdır. O, atəş açanda heç kimi tuşlamamış, boşluq bir ərazidə olduğu üçün göyə atəş açmışdır. Əvvəlcə mübahisə etmiş və daha sonra silahı götürməyə getmişdir. Qəriblə Vidadi 2 nəfər olduğundan özünü müdafiə etmək məqsədi ilə Qəribi vurmuşdur. Vidadi onlardan bir az aralıda dayanmış, o, Qəribi Vidadinin gözünün qarşısında vurmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə məhkum olunmuş və 31 may 2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azadlığa buraxılmışdır. Ondan 6 yaş balaca Sakit adlı qardaşı var. Zərərçəkmiş şəxs Xaçmaz şəhər sakini kimi tanımış və hadisə gününə kimi Qəriblə arasında dava-dalaş, mübahisə olmamışdır. Qərib narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Bunu Qəribi yaxından tanıyan şəxslərin hamısı bilir. Sakit də narkotik vasitə istifadəçisi olmuş və bir müddət sonra bu pis vərdişdən uzaqlaşmışdır. Ancaq son vaxtlar eşitmişdir ki, Qərib Sakitə narkotik satır. Qərib narkotiki düz evinin qarşısında satmışdır və həmin küçədən də onların ana-bacıları keçir. Qəribin belə hərəkətə yol verməsini qəbullana bilməmiş və narkotik vasitəni başqa bir ərazidə satmasını Qəribə bildirmişdir. Qərib isə narkotik vasitə satdığını etiraf etməyərək bu işdən uzaqlaşdığını demişdir. Qəribin özündən böyük Vidadi adlı qardaşı var. Hadisə günündən bir neçə gün əvvəl Qəribin maşınını kimsə yandırmışdır. Vidadi və Qərib maşının Sakit tərəfindən yandırıldığını iddia edir və qardaşı haqqında camaat arasında söz-söhbət yaymışlar. X15 maşınını yandırmamış və Sakitin bu işdən xəbəri olmamışdır. Buna görə də Vidadi və Qəriblə bu məsələ barədə danışıb hər şeyi yoluna qoymaq istəmişdir. 05 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Vidadinin Xaçmaz şəhəri, N.Tusi küçəsində yerləşən “Al” marketlə üzbəüz kafedə olduğunu eşitmiş və həmin kafeyə yollanmışdır. Kafeyə girəndə Vidadinin pivə içdiyini görmüşdür. Vidadini çölə çağırıb sonuncu ilə söhbət etmək istədiyini bildirmişdir. Vidadi onunla birlikdə kafedən çölə çıxmış və onlar moykaya tərəf gedərək orada söhbət etməyə başlamışlar. Ondan böyük olduğu üçün Vidadiyə hörmətlə yanaşdığını, Sakitin Qəribin maşınını yandırmadığını və Sakitin barəsində nalayiq ifadələr işlətməməsini demişdir. Çünki Vidadinin camaat arasında Sakitin ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Vidadi onunla acı danışaraq Sakiti hər gün söydüyünü və maşın təmir olunana kimi söyüşlərə davam edəcəyini bildirmişdir. Vidadinin bu sözləri ona çox pis təsir etmiş və Vidadi ilə normal danışmağına baxmayaraq Vidadi onunla kobud davranmağa başlamışdır. Artıq çox əsəbləşmiş və Vidadiyə burada gözləməyini deyib kafenin qarşısına gəlmişdir. Kafenin qarşısında İmaməddinə məxsus “Vaz 2109” markalı avtomobil dayanmış və İmaməddinlə Ceyhun kafedən çıxmışlar. İmaməddinə yaxınlaşıb maşının açarlarını verməyini xahiş etmiş və Sakiti evdən götürüb geri qayıdacağını demişdir. İmaməddin maşının açarlarının maşında olduğunu demiş və İmaməddin arxa oturacaqda əyləşmişdir. Ceyhun isə sağ ön oturacaqda əyləşmiş və o, sükana keçib maşını irəliyə doğru hərəkət etdirəndə mühərrik sönmüşdür. Daha sonra maşından düşüb sağ ön oturacağa keçmiş və Ceyhun da sükana əyləşib maşını onun evinə doğru sürmüşdür. Maşından düşüb evə girmiş və Ceyhunla İmaməddin maşında onu gözləmişlər. Evin həyətindəki gilas ağacının dibində basdırdığı silahı götürüb geri qayıtmışdır. Həmin silah atasından ona yadigar qalmışdır və 2022-ci ilin avqust ayının sonlarında axşamüstü yaşadığı evin həyətində qeyd etdiyi silahın qundaq və lülə hissələrini dəmir kəsən mişarla kəsib silahı balaca formaya salmışdır. Silahı götürdükdən sonra həyətdəki su çanağından bıçağı da götürmüşdür. Qayıdıb maşına əyləşəndə silahı gödəkçəmsinin içərisinə qoyduğu üçün Ceyhunla İmaməddin onda silah olduğunu bilməmişlər. Ceyhun maşını sürüb kafenin qarşısında saxlamış və maşından düşərək moykaya tərəf gedəndə Vidadinin moykanın yanında Qəriblə dayandığını görmüşdür. Vidadi qorxusundan Qəribi çağırıb onu təkləmək niyyətində olmuşdur. Onlara bir qədər yaxınlaşmış və silahın lüləsini yuxarıya doğru tutaraq havaya 1 dəfə atəş açmışdır. Çünki silahda bir patron olmuş, digər patronu isə gödəkçəsinin cibinə qoymuşdur. Silahdan atəş açan kimi aləm bir-birinə qarışmış və camaat qaçışmağa başlamışdır. Vidadi ilə Qərib də qaçıb gizlənmişlər. Silahdan atəş açmaqda niyyəti Vidadi ilə Qəribi qorxutmaq olmuşdur. İstəmişdir ki, Vidadi ilə Qərib ona yaxınlaşsın. Hadisə yerində Qəribi görəndə artıq Vidadi yadından çıxmışdır. Çünki bu söz-söhbət də Qəribin maşınının yandırılmasına görə yaranmışdır. Silahı moykanın yanında kolun dibinə qoyandan sonra ara sakitləşmiş və Vidadi ilə Qəribi söhbət etmək üçün kənara çağırmışdır. Vidadi və Qərib ona yaxınlaşdıqdan sonra Qərib qoluna girib kənara çəkilmişlər. Vidadi öndə, onlar isə arxada getmişlər. Qərib onun solunda sol əli gödəkçəsinin cibində addımlamışfıt. Vidadinin də əli cibində olmuşdur. Onlar istəmişlər ki, kənara çəkiləndən sonra onu təkləyib bıçaqlasınlar. Ancaq o, onlardan tez tərpənmiş və gödəkçəsinin sağ cibindən bıçağı çıxarıb Qəribə bir zərbə vurmuşdur. Lakin bıçaqla Qəribin hansı nahiyəsinə bıçaqla xəsarət yetirdiyini xatırlamır. Qərib qışqıraraq yerə uzanmış və Vidadinin üstünə doğru gedəndə sonuncu arxaya çəkilmişdir. Qəribi öldürmək niyyəti olmadığı üçün Qəribi cəzalandırdığına görə yerdə Qəribə əlavə bıçaq zərbəsi vurmamış və kənara çəkilmişdir ki, Vidadi qardaşına yaxınlaşıb Qəribi xəstəxanaya çatdırsın. Vidadi Qəribi kiminsə maşınına əyləşdirib aparanda silahı qoyduğu yerdən götürüb Qudyalçay çayının yaxınlığına getmiş və bıçaqla silahı orada gizlətmişdir. Hazırda həmin yeri dəqiq göstərə bilər. Daha sonra evə gəlib ailə üzvləri ilə görüşərək Bakıya getmişdir. 29 iyun 2024-cü il tarixdə saat 20-21 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində mağazada olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmişdir. Hazırda etdiyi əməldən peşman deyil. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs və Vidadi Cəbrayılovla söhbət edərkən onların əlində kəsici- deşici alət görməmişdir. Ancaq dəqiq bilmişdir ki, onların hər ikisinin üstündə bıçaq var və onlar ona bıçaqla xəsarət yetirəcək. Lakin onlardan tez tərpənib Qəribi zərərsizləşdirmişdir. O, silahdan atəş açanda ətrafda çox insan olmuş və insanlar atəş səslərini eşidib qorxduqları üçün qaçaraq oradan uzaqlaşmışlar. “Al” marketdə quraşdırılmış müşahidə kamerasının görüntüləri ona təqdim olunmuşdur. Video görüntünün 05:37 dəqiqəsində, yəni xx.xx.2024-cü il saat 23:39:23 radələrində marketin qarşısındakı avtomobilin yolunun üzərində əlində silah tutan şəxs odur. Onun yanındakı şəxslərin hazırda kim olduğunu xatırlamır. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Qərib ona yetirilmiş bıçaq xəsarətindən yox, narkotik vasitədən istifadə etməsi nəticəsində ölmüşdür. Özünü Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 24 yanvar 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X6 məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, qardaşı mərhum 32 yaşlı Zərərçəkmiş şəxs subay olmuş və atasıgillə bərabər yaşamışdır. Qapılarının ağzında atasına məxsus maşın yanmış, bununla bağlı olaraq bir çox yerlərə müraciət etdiklərini, polislər tərəfindən kameralara baxılsa da, maşının kim tərəfindən yandırıldığını öyrənə bilmədiklərini bildirmişdir. Qardaşı Zərərçəkmiş şəxs özü maşının kimin yandırdığını tapmış, şübhələndiyi şəxsləri demiş və buna görə də sadəcə olaraq maşını yandırana söyüş söymüşdür. Hadisə bu səbəblə başlamışdır. Onlar da həmin şəxsi tapıb məsələni yoluna qoymaq istəmişdirlər. Onlar təqsirləndirilən şəxslə eyni məhəllədə yaşamış, yaşadıqları qəsəbə çox kiçik bir ərazi olduğundan qəsəbə sakinləri demək olar ki, bir-birini tanımış və onlardan maşının kimin tərəfindən yandırıldığını soruşanda maşını yandıranlara söyüş söymüşdür. Maşının yanmağından 5 gün sonra Əlipaşa söyüş məsələsini eşidib çayxanaya gəlmiş, daha sonra çayxanadan çıxıb moykanın yanında “Al” marketin qabağında bir az söhbət etmiş və Əlipaşaya qardaşını gətirməsi və bu məsələni söhbət edib yoluna qoymağı təklif etmiş, bunun yaxşı söhbət olmadığını, lazım olsa, qardaşı Sakitə 1-2 sillə vurmağını, 1-2 sillə də o, öz qardaşı Qəribə vuracağını və beləcə bu məsələnin bitəcəyini demişdir. Bundan sonra Əlipaşa qardaşını götürüb gələcəyini deyərək getmişdir. Moykanın yanında çıxıb “Al marketin” qabağına gedəndə və maşının niyə yandırılması ilə bağlı söhbət edəndə həmin vaxt Əlipaşa tüfəngi çıxararaq atəş açmağa başlamış, hadisə 4-5 dəqiqənin içərisində baş vermişdir. Daha sonra silah söhbəti qurtarmış, hadisə vaxtı nə qardaşı Qəribdə, nə də onda silah olmamışdır. Onlar Əlipaşa ilə moykanın yanında durub söhbət etdikdə qardaşı Qərib bir az qabağa gedərək Əlipaşanı qoltuğunun altına alaraq onu sakitləşdirməyə çalışmışdır. X4 bir az qabaqda gedərkən onların eyni yaşda olduqlarını və çox güman ki, məsələni öz aralarında həll edəcəklərini fikirləşmişdir. Bir neçə dəqiqədən sonra qardaşı Qəribin qışqırıq səslərini eşitmiş və Qərib Əlipaşanın onu vurduğunu demiş, bu zaman Əlipaşa hadisə yerinən dərhal qaçmış, o da qardaşı Qəribi təcili xəstəxanaya aparmışdır. Dövlət ittihamçısının suallarına cavab olaraq zərər çəkmiş şəxsin hüquqi varisi X6 bildirmişdir ki, Əlipaşa ilə qardaşı bir məhəllədə yaşamış və onlar arasında heç bir ədavət, düşmənçilik olmamışdır. O, atasının maşının Əlipaşanın qardaşı deyil, elə özü tərəfindən yandırılmasından şübhələnmişdir. Maşın tam yanmamış, maşın yanan vaxt FHN-də, polis də çağırılmış, lakin sonradan maşının kim tərəfindən yandırıldığını tapa bilməmişdirlər. O, atəş açılan vaxt orada olmuş, Əlipaşa təxminən 50-100 metr məsafədən atəş açmağa başlamış, təxminən 1-2 dəfə atəş açmışdır. Əlipaşa atəş açdıqdan sonra qardaşı Qərib məhəllədə belə səs-küy olmasın deyə onu sakitləşdirməyə çalışmışdır. Hadisə “Al” marketin qarşısında baş vermişdir. Qardaşı Qərib əvvəllər məhkum olunmamış, hadisə ilə bağlı sadəcə olaraq, atalarının maşınını yandıranı söymüşdür. O, Təqsirləndirilən şəxslə barışdığını, ondan şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə tərkibinin suallarına cavab olaraq zərər çəkmiş şəxsin hüquqi varisi X6 atasına məxsus maşının yandırılması barədə FHN-nin rəyi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Vidadi Cəbrayılovla kafedə oturarkən Əlipaşa gəlmiş və onlarla görüşüb birlikdə oturmuşdurlar. Əlipaşa Vidadiyə çölə çıxıb onunla söhbət etmək lazım olduğunu bildimiş, Vidadi ilə Əlipaşa çölə çıxmış, sonra Vidadi içəri gəlməmişdir. O, çay içən zaman dostu İmaməddin kafeyə gəlib əgər evə gedirsə, onu da yolüstü düşürdə biləcəyini demiş, o da İmaməddin ilə razılaşaraq çölə çıxanda Əlipaşa yaxınlaşıb İmaməddindən maşının açarını istəmiş, İmaməddin də maşının açarını ona vermişdir. İmaməddin Əlipaşaya hava soyuq olduğu üçün birlikdə getməyi təklif etmiş, Əlipaşa da ona qardaşı Sakiti götürüb gətirəcəyini bildirmiş, daha sonra onlar maşına oturmuş və Sakiti gətirməyə getmişdirlər. 5 dəqiqədən az müddətdə Əlipaşa evinə girib çıxmış və Sakitin evdə olmadığını bildirmiş, İmaməddinə onu kafenin qabağına aparmağını demiş, İmaməddin də Əlipaşanı kafenin yanında düşürdüb getmək istəyəndə əynindəki uzun gödəkçənin altından silah çıxardığını görmüşdürlər. O, silahı gördükdən sonra qorxaraq qaçıb gizləndiklərini, sonradan isə silah səsi eşidildiyini, ətrafda qışqırıq səsləri başladığını və bir müddətdən sonra hər kəsin sakitləşdiyini bildirmişdir. X14 sakitləşsin, qıraqda gedib söhbət etsinlər deyə onu qucaqlayıb kafedən bir az aralaşmış, Vidadi də onların arxaları ilə getmişdir. Onlar çəmənlik tərəfə çox qaranlıq bir yerə getmiş və bir neçə müddətdən sonra mərhum Qərib qışqıraraq qardaşı Vidadiyə vurulduğunu demişdir. Bundan dərhal sonra Vidadi qardaşını təcili xəstəxanaya aparmışdır. O, silahı Əlipaşanın çıxardığını, lakin hansı növdə olduğunu, atəşin hansı yönə açıldığını və kimə istiqamətləndirdiyini görmədiyini bildirmişdir. Hadisə gecə saat 23 radələridə baş vermişdir. Hadisə vaxtı Əlipaşa heç kimlə mübahisə etməmiş, onlar Vidadi, Əlipaşa və mərhum Qərib bir yerdə çəmənlik tərəfə qaranlıq yerə gedərkən Əlipaşagildən 50-60 metr aralı məsafədə dayanmışdırlar. Mərhum xəstəxanada olarkən onun yanına getməmişdir. O, eyni məhəllənin uşaqları olduqları üçün bir-birilərinə her şeyi etibar etdiklərini, hadisə vaxtı maşında problem olduğu üçün Əlipaşanın maşını sürə bilmədiyini qeyd etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Xaçmaz şəhər sakinləri kimi tanıyır və onlarla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Xaçmaz şəhəri, N.Tusi küçəsində yerləşən Rizvana məxsus kafeyə pivə qəbul etmək üçün getmişdir. Kafeyə girib Rizvana 1 bakal pivə süzdürmüşdür. Lakin pivə soyuq olduğu üçün mətbəxə keçib bir stəkan çay verməsini Rizvandan xahiş etmişdir. Bir müddət sonra Vidadi də kafeyə gəlib mətbəxə keçərək onunla eyni stolda əyləşmiş və pivə sifariş vermişdir. Vidadi iki bakal pivə içib üçüncü bakalı Rizvana süzdürəndə Əlipaşa kafeyə gəlib salamlaşaraq onlarla eyni stola əyləşmişdir. Stol başında Vidadi Əlipaşa ilə hansısa məsələ ilə bağlı söhbət etməmişlər. Bir qədər sonra Əlipaşa Vidadi ilə söhbət etmək istədiyini deyib sonuncunu çölə çağırmış və onlar kafeni tərk etmişlər. Biraz keçmişdir ki, kafeyə dostu İmaməddin gəlib 0.5 litrlik qabda pivə süzdürmüşdür. Kafenin artıq bağlanmasına yaxın vaxt qaldığı üçün İmaməddin ona “gəl səni də aparım evə düşürüm” sözünü deyəndə İmaməddinlə razılaşıb bir yerdə kafedən çölə çıxmışlar. Elə bu vaxt Əlipaşa moyka tərəfdən gələrək kafenin girişində onlara yaxınlaşmış və qardaşı Sakiti gətirməsi üçün İmaməddindən maşının açarlarını istəmişdir. İmaməddin evə getdiklərini və Əlipaşa ilə Sakiti gətirib düşürdükdən sonra öz yollarına gedəcəyini deyərək maşının açarlarını Əlipaşaya vermişdir. Əlipaşa sükan arxasında, o ön sağ oturacaqda, İmaməddin isə ondan arxada əyləşmişdir. Əlipaşa maşını işə salaraq “Al” marketin qarşısına doğru sürmüşdür. Lakin Əlipaşa maşını geriyə sürə bilmədiyi üçün maşından düşüb onun tərəfə gəlib oturmuşdur. Elə bu vaxt o da salondan sükan arxasına keçmişdir. Maşını idarə edib Əlipaşagilin evinin qarşısına getmişlər. Əlipaşanın evinin qarşısında avtomobili saxlamış və Əlipaşa evə girib bir neçə dəqiqədən sonra geriyə qayıdaraq maşına əyləşmişdir. Əlipaşa Sakitin evdə olmadığını deyib mağazanın qarşısında sonuncunu düşürmələrini xahiş etmişdir. O, maşını sürüb Əlipaşanın dediyi yerə gələrək maşını “Al” marketlə üzbəüz istiqamətdə saxlamışdır. Əlipaşa maşından düşəndə onunla birlikdə İmaməddin də avtomobildən enmişdir. Əlipaşa Qəribi uzaqdan görüb sonuncuya tərəf gedə- gedə gödəkçəsinin önünü açıb oradan qısa ölçülü silah çıxarmışdır. Əlipaşa Qəribə silahdan 1 dəfə atəş açanda qorxusundan qaçaraq oradan uzaqlaşmışdır. Ətrafda həmin vaxt çox adam toplaşmış və onlar da silah səsindən qaçışmağa başlamışlar. Ara sakitləşəndən sonra Qəriblə Əlipaşa bir-birinə yaxınlaşmış və onlar moykaya tərəf gedib təklikdə söhbət etmək qərarına gəlmişlər. O isə İmaməddinlə maşının yanında dayanmışdır. Vidadi də Əlipaşa ilə Qəribin arxasında piyada hərəkət etmişdir. Əlipaşa ilə Qərib onlardan təxminən 40-50 metr aralaşandan sonra Qərib qışqıraraq “Vidadi məni vurdu” sözlərini demişdir. Bu vaxt Əlipaşanın Qəribi vurduğunu bilmişdir. Ancaq hava qaranlıq olduğundan Əlipaşa ilə Qəribi görmək mümkün olmamışdır. Həmin an küçədən Ramin adlı şəxs “VAZ 2106” markalı avtomobili ilə keçmişdir. Ramin Qəribgilin yanında saxlamış və Vidadi Raminlə birlikdə Qəribi maşına əyləşdirərək oradan uzaqlaşmışlar. Qərib Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılmış və əməliyyat olunmuşdur. 19 yanvar 2024-cü il tarixdə axşam vaxtları Qəribin xəstəxanada öldüyünü eşitmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında əvvəl dava-dalaş və mübahisənin şahidi olmamışdır. Onun Əlipaşa və Qəriblə çox yaxın münasibəti yoxdur. Hadisə günü Əlipaşa maşına əyləşdikdən sonra qardaşı Sakitlə Qəribin arasında problem olduğunu, bu məsələni həll etmək məqsədilə Sakiti evdən götürüb gəlmək istədiyini demişdir. Əlipaşa qardaşı Sakiti götürüb gəlməsi üçün maşının açarlarını verməyi İmaməddindən xahiş etmişdir. Əlipaşa onlara başqa məlumat verməmişdir. Əlipaşanı evə düşürtdükdən sonra Əlipaşa evə girib 1-2 dəqiqə sonra çıxmışdır. Ancaq Əlipaşanın marketin qarşısında maşına minərkən üstündə silahın olub-olmadığını, silahı evdən götürüb-götürmədiyini bilmir. Əlipaşagilə gedib marketin qarşısına qayıdandan sonra Əlipaşa maşından düşüb Qəribə tərəf gedəndə gödəkçəsinin içərisindən ön tərəfdən silahı çıxarmışdır. Həmin vaxta kimi Əlipaşanın üzərində silah görməmişdir. Əlipaşa silahdan atəş açanda ətrafda çox insan olmuş və insanlar atəş səslərini eşidib qorxduqları üçün qaçaraq oradan uzaqlaşmışlar. Silahdan atəş açılanda aləm bir-birinə qarışmışdır. Təqdim olunan video görüntünün 05:37 dəqiqəsində, yəni xx.xx.2024-cü il saat 23:39:23 radələrində marketin qarşısındakı avtomobilin yolunun üzərində əlində silah tutan şəxs Təqsirləndirilən şəxsdir. Əlipaşanın yanındakı şəxslərin hazırda kim olduğunu xatırlamır. Əlipaşanın silahı haradan əldə etməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə günü kafedən gedərkən Əlipaşa evə getmək üçün maşını istəmiş və o da maşının açarını elə maşının üstündə olduğunu və maşını sürməyə icazə verdiyini Əlipaşaya bildirmişdir. Həmin vaxt Əlipaşa maşını sürə bilməmiş, maşını Ceyhun sürmüşdür. Əlipaşa onlara qardaşı Sakiti götürüb gətirəcəyini bildirmiş, onlar maşına oturub Sakiti gətirməyə getmiş, lakin Sakit evdə olmamışdır. Onlar Əlipaşanı kafenin yaxınlığında düşürdüb kənarda dayanmış, daha sonra Əlipaşa silah çıxarmış və onlar silahı görən kimi qaçıb gizlənmişdirlər. Hadisə ilə bağlı başqa heç nə görməmiş, Vidadi ilə Əlipaşa kənara çəkilib söhbət etmiş, kiminsə vurulması barəsində heç nə eşitməmişdir. O, mərhum Qəriblə Əlipaşa arasında mübahisənin olması və bir-birilərinə söyüş söyməsi barədə məlumatı olmadığını bildirmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və sonuncunun qardaşı Vidadi Cəbrayılov ilə dostluq münasibətləri var. O, Qəribgili mülayim, zəhmətkeş və mehriban biri kimi tanıyır. Təqsirləndirilən şəxs Xaçmaz şəhər sakini kimi tanıyır. Əlipaşa ilə arasında heç bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində dükana getmək üçün evdən çıxıb özünə məxsus "VAZ 2106" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yola düşmüşdür. Bu zaman küçədə Vidadi və Qərib ilə rastlaşmışdır. Havanın soyuq olması ilə əlaqədar onlara avtomobilə əyləşməklərini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yaralı olduğunu görmüşdür. Lakin qaranlıq olduğu üçün Qəribin bədəninin hansı nahiyəsindən xəsarət aldığını görə bilməmişdir. Nə baş verdiyini Qəribdən soruşduqda Qərib halının pisləşdiyini və avtomobili Xaçmaz RMX-na sürməyini ondan tələb etmişdir. Vidadi isə qardaşının yaralı olduğunu və vəziyyətinin pisləşdiyini görərək şok vəziyyətində olmuşdur. Bundan sonra Qəribi Xaçmaz RMX-na çatdırmış və sonuncuya orada həkimlər tərəfindən ilkin tibbi yardım göstərilmişdir. O, verilən suala cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz şəhəri, N.Tusi küçəsində yerləşən "Al" marketin yaxınlığında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs odlu silahdan atəş açması və sonuncuya bıçaqla xəsarət yetirməsini görməmişdir. O, Qəribi görəndə artıq hadisə baş vermişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, 1997-ci ildə X7 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 2 qız, 2 oğul övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs onun 2-ci övladıdır. Zərərçəkmiş şəxs Xaçmaz şəhər sakini kimi tanımışdır və Qərib onun uzaq qohumudur. Qəriblə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Qəribin Əlipaşa ilə arasında mübahisə olmasını eşitmişdir. Onların arasında mübahisənin yaranmasına səbəb Qəribin narkotik vasitə satması olmuşdur. Belə ki, Əlipaşa narkotik vasitə alverçilərinə qarşı sərt olmuş və onlarla mübarizə aparmışdır. Bundan başqa, Qəribin avtomobili yanmış və Qərib bu işdə balaca oğlu Sakiti günahlandıraraq sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. xx.xx.2024-cü il tarixdə saat 21-22 radələrində Əlipaşa evə gəlmiş və oğluna çay süzüb vermişdir. Elə bu vaxt Əlipaşaya kimsə telefonda mesaj yazmış və Əlipaşa da əsəbi halda telefonla mesaj yazıb çayını içmədən evi tərk edib getmişdir. Lakin Əlipaşanın haraya getdiyini dəqiq bilməmiş və bir müddət sonra Əlipaşa evə qayıdaraq öz otağına keçib dərhal evi yenidən tərk edib getmişdir. Əlipaşanın evə gəlməyi ilə çıxmağı bir olmuşdur. Bir müddət sonra Əlipaşa ona zəng edərək Qəribi bıçaqla vurduğunu demişdir. Həmin gündən sonra Əlipaşanı görməmişdir. xx.xx.2024-cü il tarixdə Qərib müalicə aldığı Xaçmaz rayon Mərkəzi Xəstəxanasında vəfat etmişdir. 29 iyun 2024-cü il tarixdə Əlipaşa Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. O, verilən suallara cavab olaraq bildirmişdir ki, əri Bəşir balıqçı işləyib ailəsini dolandırmışdır. Bəşirin ova getdiyini və ov zamanı silahdan istifadə etdiyini bilmişdir. Ancaq əri həmin silahı evə gətirməmişdir. Bundan başqa, Əlipaşanın həmin silahı mişarla kəsməsinin və silahı haradasa gizlətməsinin şahidi olmamışdır. Əlipaşanın Qəribə xəsarət yetirərkən istifadə etdiyi bıçağı görməmiş və həmin bıçağın harada saxlanılmasından məlumatı yoxdur. Əlipaşaya məxsus silahın harada saxlanılmasını bilmir. Şahid5 məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki o, Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs Xaçmaz şəhər sakini kimi “Alı” ləqəbi ilə tanımışdır. Qərib narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Əvvəllər narkotik vasitə istifadəçisi olduğu üçün bir neçə dəfə Qəribdən narkotik almışdır. Qardaşı ilə arasında problemlər olduğuna görə 2023-cü ilin noyabr ayından narkotik vasitə istifadə etmir. Qəriblə, eləcə də sonuncunun ailə üzvləri ilə arasında heç bir vaxt dava-dalaş olmamışdır. xx.xx.2024- cü il tarixdə səhər saatlarında anası ilə telefonda danışarkən Əlipaşanın Qəribə bıçaqla xəsarət yetirməsini anasından öyrənmişdir. Eşitdiklərinə görə 01.01,2024-cü il tarixdə Qəribgilin avtomobili yandırılmış və onlar da bu hadisənin onun tərəfindən törədildiyini düşünüb onun barəsində nalayiq ifadələr işlətmişdir. Buna görə də Əlipaşa ilə Qərib arasında sonuncunun ona söyüş söyməsi ilə bağlı aralarında mübahisə yaranmışdır. Lakin o, Qəribgilin maşınını yandırmamışdır. Çünki 01.01,2024-cü il tarixdə səhər saatlarında Qusar rayonunda yerləşən X8 “Gondola” restoranına işləməyə getmiş və xx.xx.2024-cü il tarixdə axşam saatlarında Xaçmaza qayıtmışdır. xx.xx.2024-cü il tarixdə Qərib müalicə aldığı Xaçmaz rayon Mərkəzi Xəstəxanasında vəfat etmişdir. 29 iyun 2024-cü il tarixdə Əlipaşa Xaçmaz RPŞ- nin əməkdaşları tərəfindən tutulmuşdur. O, verilən suallara cavab olaraq bildirmişdir ki, atası Bəşir balıqçı işləyib ailəsini dolandırmışdır. Atasının ova getdiyini və ov zamanı istifadə etdiyi silahı çəkdirdiyi şəkillərdən görmüşdür. Ancaq atası həmin silahı evə gətirməmişdir. Bundan başqa, Əlipaşanın həmin silahı mişarla kəsməsinin və silahı haradasa gizlətməsinin şahidi olmamışdır. Əlipaşanın Qəribə xəsarət yetirərkən istifadə etdiyi bıçağı görməmiş və həmin bıçağın harada saxlanılmasından məlumatı yoxdur. Əlipaşaya məxsus silahın harada saxlanılmasını bilmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Xaçmaz şəhəri, N.Tusi küçəsində yerləşən “Al” market mağazasından yaxınlığında yerləşən avtoyuma məntəqəsinin arxasındakı daşlıq yoldur. Cinayət işinin materiallarında olan 24 yanvar 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, video görüntü Xaçmaz şəhəri, N.Tusi küçəsində yerləşən “Al” marketdə quraşdırılmış müşahidə kamerasının görüntüsüdür. Həmin video görüntüyə baxdıqda görünür ki, marketlə üzbəüz istiqamətdə yolun kənarında markası və dövlət qeydiyyat nişanı bilinməyən 01 ədəd boz rəngli avtomobil var və həmin avtomobil marketin qarşısına idarə olunduqdan sonra sürücü maşından düşərək ön sağ oturacaqda əyləşir, sərnişin oturacağında əyləşən şəxs isə maşının daxilində sükana keçərək maşını idarə edib görüntüdən itir. Daha sonra həmin avtomobil marketin qarşısına gələrək üzbəüz istiqamətdə dayanır və avtomobildən 2 nəfər şəxs düşür. Görüntünün sonrakı dəqiqələrində, yəni xx.xx.2024-cü il saat 23:39:23-da marketin qarşısındakı avtomobilin yolunun üzərində çaxnaşma yarandığı, insanların qaçışdığı, bir nəfərin əlində odlu silaha bənzər predmetin olduğu, həmin şəxsin yanında başqa 4 nəfər şəxsin də olduğu, onlardan birinin isə odlu silaha bənzər predmeti almağa cəhd etdiyi görünür. Əlində odlu silaha bənzər predmet olan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Daha sonra isə yuxarıda qeyd edilən avtomobilin ətrafına çox sayda şəxs toplaşır. Cinayət işinin materiallarında olan 30 iyun 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş foto şəkillər məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, təqsirləndirilən şəxsin silah və cinayətin aləti olan bıçağı atdığı əraziyə baxış keçirilmiş, silah və bıçaq aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 20 avqust 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində dəqiq göstərərək öz ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmə haqqında 20 avqust 2024-cü il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, şahid X6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs ilə arasında keçirilən üzləşdirmə zamanı sonuncunun üzünə deyərək bir daha tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 01 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər - perikardin, diafraqmanın, qara ciyərin və sol ağ ciyərin zədələnməsi ilə döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmişkəsilmiş yaraları deşici-kəsici alətin (bıçaq) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb daxili üzvlərin zədələnməsindən baş vermiş sağ ağ ciyər arteriyasının tronmboemboliyası olmuşdur. Ölüm vaxtı xəstəlik tarixində xx.xx.2024cü il saat 18:00 qeyd edilmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, T 288/2024 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs xx.xx.2024-cü ildə, saat 00:49-da döş qəfəsinin deşilmiş-kəsilmiş yarası ilə ağır vəziyyətdə Xaçmaz MRX-na gətirilmiş və vəziyyəti ilə əlaqədar təcili soltərəfli torakotomiya edilərək zədələnmiş perikard, diafraqma, qaraciyər tikilmiş, döş və qarın boşluğu drenaj edilmişdir. 2 (iki) litrə yaxın qan aspirasiya edilmiş, ümumi qanitirmə 3,5 litr hesablanmışdır. Sonrakı günlər vəziyyəti stabilləşsə də xx.xx.2024-cü ildə, saat 18:00-da xəstənin vəziyyəti qəflətən pisləşmiş, aparılan reanimasion tədbirlər effekt verməmiş və xəstədə ölüm baş vermişdir. Qeyd edilən xəsarət deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2024- cü ilə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol tərəfli döş və qarın boşluğuna nüfuz edərək perikard, diafraqma, sol ağciyər və qaraciyərin zədələnməsindən yaranmış hemorragik şok, ağciyər arteriyasının tromboemboliyası olmuşdur. Yetirilən xəsarətlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Ölüm xx.xx.2024-cü ildə, 18:00-da xəstəxanada baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 27 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/212 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş gödəkçənin səthində rəyin tədqiqi hissəsində ölçüsü və yerləşmə sahəsi göstərilməklə təsvir edilən bir ədəd zədə vardır. Həmin zədə kəsici, ucu deşici xassəyə malik olan predmet ilə bir zərbənin təsirindən öndən-arxaya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Gödəkçənin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onun səthində olan deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Təqdim edilmiş köynəyin üzərində trasoloji zədə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 162/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu: A(ll). Məhkəmə bioloji ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd üzərində bölünmə xətləri olan qara rəngli, uzunqol, velvet tipli toxuma materialdan, iki ədəd döş cibləri olan və zəncirbəndlə bağlanan köynək və 01 (bir) ədəd üzərində bölünmə xətləri olan, tünd göy rəngli, ağımtıl rəngli nazik zolaqlı, uzunqol alt köynək üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Qan ləkələrində AB0 sistemi üzrə qrup mənsubiyyəti təyin olunan zaman «A» antigeni və «beta» aqqlyutinini alınmışdır. ABO sistemi üzrə antigen qismində alınmış «A» antigeni tək halda və «beta» aqqlyutinini ilə birlikdə A(ll) qan qrupunu formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin birmənalı olaraq A(ll) qan qruplu şəxslər) məxsus olmasını söyləmək olar və göstərilən halda bu qan ləkələrinin eyni qan qruplu Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş komisyon-kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2113 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Başir oğlunda hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək və onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasi CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Törətdiyi əməl(lər) zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik əmələ gəlmiş, həmin emosional vəziyyətin yaranma səbəbi onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərar və xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd köynək maddi sübut kimi tanınaraq Xaçmaz rayon prokurorluğunun maddi sübut otağında saxlanılmış, “Al” marketə quraşdırılmış müşahidə kamerasının görüntüsünün əks olunduğu 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəli tərəfindən verilmiş arayış və xasiyyətnamədən məlum olur ki, ünvan 3 ünvanında anası X5 və qardaşı Şahid6 ilə yaşayan Təqsirləndirilən şəxs barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən, hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ona təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 01 ilini çəkmək üçün həbsxanaya keçirilmiş, 31 may 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən xüsusilə ağır cinayət törədilməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır. Beləliklə də, Təqsirləndirilən şəxs qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənmədən yenidən qəsdən xüsusilə ağır cinayət törətməsi onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara istinad edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı özünü müdafiə məqsədilə, həmçinin Zərərçəkmiş şəxs və Vidadi Cəbrayılovu qorxutmaq niyyətilə silahdan istifadə etməsi, Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, Zərərçəkmiş şəxs bıçaqla vurmayacağı təqdirdə özünün xəsarət alacağı, özünü qorumaq məqsədilə zərər çəkmiş şəxsə bıçaqla xəsarət yetirməsi, ölümdən ibarət nəticənin onun iradəsi ilə əhatə olunmaması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hadisə yerinə çatdıqda artıq onda zərər çəkmiş şəxsi öldürmək niyyəti yaranmış, həmin niyyətini həyata keçirtmək üçün əvvəlcədən silahlanmış, hadisə yerində ilkin olaraq odlu silahdan istifadə etmiş, zərər çəkmiş şəxsin odlu silahdan açılan atəşlərdən yayınması nəticəsində niyyətini başa çatdıra bilməmiş, daha sonra zərər çəkmiş şəxsin sakitləşdirmək məqəsdilə ona yaxınlaşmasından istifadə edib, üzərində saxladığı ikinci silahdan istifadə edərək məqəsdini başa çatdırmış, ölümdən ibarət nəticə onun iradəsi ilə əhatə olunmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərər çəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərər çəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərər çəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərər çəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Qeyd edilən qərarın 8 və 9-cu bəndlərinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi X6 ilə barışması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xaakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli axtarış qərarı əsasında 29 iyun 2024-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsində saxlanılaraq Xaçmaz RPŞ-nin MSY-ə təhvil verilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 iyun 2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunun maddi sübutların saxlama otağına verilmiş hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək və 01 ədəd gödəkçə onun yaxın qohumlarına qaytarılmalı, hadisə yerinin yaxınlığında fəaliyyət göstərən “Al” marketə quraşdırılmış müşahidə kamerasının görüntüsünün əks olunduğu 01 ədəd CD diskin cinayət işi materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 77 (yetmiş yeddi) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4-cü maddələri ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 29 iyun 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs 77 (yetmiş yeddi) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunun maddi sübutların saxlama otağına verilmiş, hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək və 01 ədəd gödəkçə onun yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin, 01 ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar