Məhkəmə qərarları › İş №1(124)-133/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-133/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-133/2023 10.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Allaverdi oğlu xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, işləməyən, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış və hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs atası Şahid10 və digər ailə üzvləri ilə əlaqəsini kəsməməsini irad tutduqda aralarında yaranmış mübahisə zamanı təpik və yumruqla Zərərçəkmiş şəxs sifət və bədən nahiyəsinə vuraraq ona sağ göz ətrafı nahiyənin qançırı, gözün ağlı qişasına qansızma, sağ qaşüstü nahiyənin, alt dodağın sol yarısının, sol təpə nahiyəsinin yaraları, üst çənədə 1 və 2-ci dişlərin sınığı, sağ bazunun dirsək oynağını və saidi tutan qançırı, sol bazunun dirsək oynağını tutan qançırı, sol saidin mil-bilək oynağını tutan qançırı kimi xəsarətlər yetirərək sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə bir ədəd, silinmiş zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş, 5,6x16 mm kalibrli STALKER M-906 modelli idman yarışlarında istifadə olunan, öz təyinatını itirərək halhazırda 7.65x17 mm kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı yivli odlu silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş STALKER M-906 modelli səs-siqnal tapançalarının komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş texniki cəhətdən saz patronları qanunsuz olaraq 27 sentyabr 2021-ci il tarixdə əldə edib üzərində saxlayaraq daşımaqla gəzdirmiş, həmin gün saat 21:40-da etibarnaməsi olmadan idarə etdiyi “Bentley” markalı, **-JJ-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində hərəkətdə olan zaman Abşeron RPİ-nin X9 Şöbəsinin və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən “Araz” marketin qarşısında saxlanılmış və üzərindəki qarın nahiyyəsinə bağladığı çantanın içərisindən bir ədəd Türkiyə dövlətində istehsal olunmuş, STALKER M-906 modelli odlu silah, bir ədəd STALKER M-906 modelli odlu silahın darağı və iki ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Cambat Troodon” tipli, tiyəsi düyməcikli yayın təsiri altında avtomatik açılıb-bağlanan, iki tərəfi kəsici, ucu deşici xassəli, xəncər tipli tiyəyə malik, təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən bıçağı əldə edib üzərində gəzdirmiş, habelə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 78,136 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 oktyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da ünvan 4 ünvanının yaxınlığında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 21:00-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “Cambat Troodon” tipli, tiyəsi düyməcikli yayın təsiri altında avtomatik açılıb-bağlanan, iki tərəfi kəsici, ucu deşici xassəli, xəncər tipli tiyəyə malik, təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən bıçaq, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə ümumilikdə 78,136 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o bibisi oğlu ilə getmiş, bibisi oğlu xəstə olmuşdur. O, motosikleti saxlamış, yolun qarşısına keçəndə mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşıb onu yerə yıxaraq əlini qandalla bağlamış, bundan sonra həmin şəxslər cibinə 03 büküm nəsə qoymuşdurlar. Həmin bükümlərin nə olduğunu bilməmiş, 4 saat onu orada saxlamış, daha sonra Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları gəlmiş və cibinə 01 ədəd tərkibini bilmədiyi böyük büküm qoymuşdurlar. Həmin vaxt əlləri arxadan bağlı olmuşdur. O, odlu silahı Xırdalan dairəsinin yaxınlığından tapmışdır. O, tapdığı odlu silahı Abşeron Rayon Polis idarəsinə təhvil verməyə gedəndə yolda yol patrul xidmətinin əməkdaşları onu saxlamışdırlar. O, patrul xidmətinin əməkdaşlarına üzərində odlu silah olduğunu və Abşeron Rayon Polis idarəsinə təhvil verməyə getdiyini bildirmişdir. Sonra Abşeron Rayon Polis idarəsinə getmiş və orada videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış və onun izahatı alınmışdır. Qeyd etmişdir ki, o yoldaşını döyməmişdir. O, narkotik vasitə istifadə etməmişdir. Odlu silahı Masazır gölünü keçəndən sonra obyektin yanından tapmışdır. Onun üzərində xəncər olmamışdır. Əvvəllər həbs olunanda polis əməkdaşları bel sümüyünü sındırmışdılar. Onu narkotik vasitəni boynuna qoymaq üçün döymüşdürlər. Bıçağı ovçular dükanından almışdır. Bıçağı alanda lisenziya almaq lazım olduğunu deməmişdirlər. İbtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, hazırda mobil telefon biznesi ilə məşğul olur. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkum olunmuşdur. Narkotik vasitələrdən əvvəllər istifadə etsə də, hazırda etmir. Son vaxtlar səhhətində yaranmış problemlərlə əlaqədar ağrılarını kəsmək məqsədilə narkotik vasitələrdən yenidən istifadə etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında yaşadığı Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində piyada hərəktədə olan zaman yerdə bir ədəd sellofan bükümün olduğunu görmüş, həmin büküm nəzərini cəlb etdiyindən yerdən götürüb içərisinə baxmış, bükümün içərisinə baxdıqda və qoxladıqda onun narkotik vasitə heroin olduğunu bilmiş və daha sonra həmin narkotik vasitədən istifadə etmək məqsədilə onu cibinə qoymuşdur. 02 oktyabr 2021-ci il tarixdə saat 19:30 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində olan zaman əvvəllər tanımadığı mülki geyimdə olan bir neçə şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməyini və anket məlumatı barədə məlumat verməyini tələb etdikdə, öz anket məlumatlarını demiş, bundan sonra polis əməkdaşları ona külli miqdarda narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə getmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman tapdığı narkotik vasitə heroin üzərimdə olan gödəkçənin cibində olmuş, Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, vəkillə söhbət edib ona etirazı olmadığını dedikdən sonra barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış, ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. İlk öncə masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd içərisində narkotik vasitə heroin olan sellofan bükümü təqdim etmişdir. Təqdim etdiyi büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində qəhvəyi rəngli, spesfik qoxuya malik narkotik vasitə heroin olması müşahidə edilmiş, şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini Sumqayıt şəhəri ərazisində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, şəxsi axtyarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd “İPHONE” markalı mobil telefon, şalvarının sağ yan cibindən bir ədəd bıçaq, şalvarının sol yan cibindən iki ədəd plastik bank kartları, 200 ABŞ dolları və 40 manat pul, ona məxsus ümumvətəndaş pasportu və alışqan aşkar edilmişdir. Sorğu zamanı bıçağı Sumqayıt şəhəri ərazisində yerləşən ovçular mağazasından aldığını, hər hansı bir əşyanı kəsmək üçün üzərində saxladığını bildirmiş, şəxsi axtarış zamanı üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, mobil telefonlara baxış zamanı “İPHONE” modelli olduğu müəyyən edilmiş, mobil telefon, plastik bank kartları araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmış, Pul vəsaiti sayıldıqda 200 ABŞ dolları və 40 manat olduğu müəyyən edilmiş və əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə və bir ədəd bıçaq ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmiş, ardınca videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra iştirakçılarla birlikdə protokola imza etmişlər. (cild 1, iş vərəqə 81-84, 57-60, 38-43) İstintaq zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu əlavə ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, biznes fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkum olunmuşdur. Narkotik vasitələrdən və psixotrop maddələrdən ümimiyyətlə istifadə etmir. xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində ona məxsus motosikletin yanında olan zaman əvvəllər tanımadığı mülki geyimdə olan bir neçə şəxslər ona yaxınlaşıb onu yerə yıxaraq əlini qandalla bağlamış, bundan sonra həmin şəxslər əynində olan gödəkçənin sağ üst döş cibinə 03 ədəd büküm qoymuşlar. Həmin bükümlərin nə olduğunu bilməmiş, daha sonra Sumqayıt şəhərinin çıxışına gəlmiş, orada olan zaman Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları onların olduğu yerə gəlmiş və onu öz avtomobillərinə əyləşdirmiş, avtomobildə olan zaman Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları onu yumruqla sinə və bel nahiyəsindən vuraraq başını aşağı əyib, əynində olan gödəkçənin sol yan cibinə 01 ədəd tərkibini bilmədiyi böyük büküm qoymuşlar. Bundan sonra Baş Narkotiklərlə Mübarizə idarəsinə gəlmiş, oraya gəldikdən sonra polis əməkdaşları onu yenidən döyməyə başlamış, nə üçün onu döydüklərini soruşduqda onların dedikləri ilə razılaşmağını yəni narkotik vasitənin ona məxsus olduğunu etriraf etməyini tələb etmişlər. Belə olan halda məcburiyyət qarşısında qalıb onlarla razılaşmış, Baş İdarədə olan zaman onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərimə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş, həmçinin polis əməkdaşları videoçəkilişlə üstünə şəxsi axtarış keçirilən zaman narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyini məcburi formada tələb etmiş, videoçəkiliş zamanı ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. İlk öncə masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən polis əməkdaşlarının cibinə qoyduğu bir ədəd içərisində narkotik vasitə heroin olan sellofan bükümü təqdim etmiş, təqdim etdiyi büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində qəhvəyi rəngli, spesfik qoxuya malik narkotik vasitə heroin olması müşahidə edilmiş, şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarının ondan tələb etdikləri şəkildə təzyiqlərə məruz qalaraq Sumqayıt şəhəri ərazisində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmiş, bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd “İPHONE” markalı mobil telefon, şalvarının sağ yan cibindən bir ədəd bıçaq, şalvarının sol yan cibindən iki ədəd plastik bank kartları, 200 ABŞ dolları və 40 manat pul, ona məxsus ümumvətəndaş pasportu və alışqan aşkar edilmişdir. Sorğu zamanı bıçağı Sumqayıt şəhəri ərazisində yerləşən ovçular mağazasından aldığını, hər hansı bır əşyanı kəsmək üçün üzərimdə saxladığını bildirmiş, şəxsi axtarış zamanı üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, mobil telefonlara baxış zamanı “İPHONE” modelli olduğu müəyyən edilmiş, mobil telefon, plastik bank kartları araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmış, pul vəsaiti sayıldıqda 200 ABŞ dolları və 40 manat olduğu müəyyən edilmiş və əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə və bir ədəd bıçaq ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmiş, ardınca videoçəkilış dayandırılmış və bu barədə protokol tərtib edilmiş, iştirakçılar birlikdə protokola imza etmişdir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində idarə etdiyi “Bentley” markalı ** JJ *** dövlət nömrə nişanlı avtomobil ilə Binəqədi-Novxanı avtomobil yolu ilə Sumqayıt şəhəri istiqamətində hərəkət etmiş, həmin vaxt su və siqaret almaq məqsədilə yol kənarında olan mağazaların birinin qarşısında avtomobili saxlayıb mağazaya daxil olmuş, mağazadan çıxıb avtomobilə doğru hərəkət edən zaman mağazanın yan tərəfində odlu silaha bənzər əşya olduğunu görmüş, həmin əşyanı yerdən götürüb Sumqayıt şəhərində yaşadığı evə getmiş, daha sonra isə qərara gəlmişdir ki, tapdığı odlu silahı tapdığı yerin ərazisində yerləşən polis idarəsinə təhvil versin. Həmin gün saat 21:40 radələrində silahı polis idarəsinə təhvil vermək üçün idarə etdiyi “Bentley’ markalı ** JJ *** dövlət nömrə nişanlı avtomobil ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində hərəkətdə olan zaman yol patrul xidmətinin əməkdaşları onu saxlayaraq nə üçün onların saxla işarəsinə əhəmiyyət vermədiyimi soruşmuş, onlara saxla işarəsi verdiklərini görmədiyini qeyd etmişdir. Polis əməkdaşları onlarla birlikdə Abşeron Rayon Polis idarəsinə getməli olduğunu demiş, belə olan halda üzərində odlu silah olduğunu bildirib həmin silahı onlara təqdim etmiş, bundan sonra Abşeron Rayon Polis idarəsinə gəlmiş, orada ona hüquqlarının müdafiəsi məqsədilə müdafiəçi təqdim olunmuş, bundan sonra üzərinə şəxsi axtarış, həmçinin avtomobilinə baxış keçirilmiş, şəxsi axtarış və baxış zamanı qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmiş, daha sonra təqdim etdiyi odlu silah ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və tərtib edilmiş protokollara imza etmişdir. (cild 3, iş vərəqə 16-19) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1997-ci ildən Təqsirləndirilən şəxsla rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahdan 1999-cu il təvəllüdlü Xavər, 2003-cü il təvəllüdlü Dilavər, 2005-ci il təvəllüdlü Yunis adlı övladları vardır. İlk vaxtlar həyat yoldaşı Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, son 5 ildə münasibətləri pisləşmiş,aralarında tez-tez münaqişələr baş vermiş və Vüqar onu döymüşdür. Sonuncu dəfə 12 avqust 2021-ci il tarixdə saat 16:00-da yaşadıqları ünvan 3 ünvanında olan zaman Vüqar onu evin 2-ci mərtəbəsindən səsləyərək çağırmış, dərhal onun yanına getmiş, Vüqardan nə istədiyini soruşduqda, Vüqar heç bir səbəb olmadan onu nalayiq ifadələrlə təhqir etmiş və 2-ci mərtəbənin dəhlizində təpiklə sol böyrünə vurmuşdur. Həmin vaxt qışqırmaq istəyəndə Vüqar əli ilə ağzını yummuş və saçından tutaraq başını bir neçə dəfə pilləkənin küncünə vurmuş, sonra onu təpiklə itələmiş və pilləkənlərdən yerə yıxılmışdır. Vüqarın onu öldürəcəyindən qorxduğu üçün evdən ayaqyalın vəziyyətdə çölə çıxmış, həmin vaxt Vüqarın qardaşı Xaqani və bacısının əri Famil onu görmüş və Xaqani onu atası Sakitin yaşadığ Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki mənzilə gətirmiş, atası onu bu vəziyyətdə görüb DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra qaynı Gülağa gəlib onu atasının evindən öz yaşadığı evə aparmış, buna səbəb Vüqarın onu öldürməsindən qorxması olmuşdur. Təxminən 3-4 gün sonra atası evinə qayıtmış, xx.xx.2021-ci il tarixdə xəsarətinin təyin edilməsi məqsədilə tibbi ekspertizadan keçirilmişdir. (cild 1, vərəqə145-147) Zərərçəkmiş şəxs X5 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, Sumqayıt şəhəri ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs ünvan 5 ünvanının yaxınlığında saxlamış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, o da etiraz etmədən Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs barəsində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə, 02 ədəd İphone markalı mobil telefon, bir ədəd bıçaq, 02 ədəd plastik bank kartı, özünə məxsus ümumvətəndaş pasportu, 01 ədəd alışqan, 200 ABŞ dolları, 40 AZN pul və bir ədəd motosiklet açarı aşkar edilmişdir. Sorğu zamanı Vüqar narkotik vasitəni Sumqayıt şəhəri ərazisində yerdən taparaq daha sonra istifadə etmək məqsədilə saxladığını, bıçağı isə Sumqayıt şəhərində yerləşən mağazadan aldığını, hər hansı bir əşyanı kəsmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Vüqarın üzərindən 90-100 qram narkotik vasitə aşkar olunmuşdur. Vüqara hər hansı fiziki və psixi zor tətbiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, vərəqə156-159) Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, 27 sentyabr 2021-ci il tarixdə eyni qayda ilə Şahid5 ilə birlikdə 1 saylı marşurut üzrə xidmətdə olan zaman təxminən saat 21 radələrində Abşeron RPİ-nin DYPŞ-nin YPX-nin əməkdaşlarının idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 634 saylı çağırışla bizi “Bentley” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması istiqamətində köməklik etməyə çağırmış, idarə etdiyi Fiat Doblo markalı **-PN-*** dövlət qeydiyyat nömrəli PPX avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Araz” marketin qarşısında süni tıxac yaradaraq yolu kəsmiş, həmin avtomobilin sürücüsü onların yolu kəsdiklərini görmüş və avtomobili saxlamış, özləri avtomobildən düşüb maşının sürücü tərəfdən olan hissəsinə yaxınlaşmış, həmin vaxt sürücü maşından düşmüşdür. Özlərini ona təqdim etmiş, həmin şəxs isə adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonra həmin şəxsə hansı səbəbdən YPX-nin əməkdaşının saxla əmrinə tabe olmamağı soruşmuş, Vüqar adlı sürücü isə saxla əmrini eşitmədiyini və görmədiyini bildirib, ona görə saxlamadığını bildirmişdir. Həmin şəxsin onlarla Abşeron RPİ-nə getməsini təklif etmiş, Vüqar isə heç bir etiraz etmədən onların idarə etdikləri avtomobilə minmiş, həmin avtomobili isə Abşeron RPİ-nin DYPŞ-nin YPXnin əməkdaşları dayanacağa yerləşdirmək üçün gətirmişlər. Kamil isə həmin şəxsin yanında arxada əyləşmiş, avtomobili Abşeron RPİ istiqamətində idarə edən zaman həmin şəxsin özünü şübhəli apardığını görmüş, belə ki, o, üzərində hər hansı əşyanı gizlədəcək formada özünü aparmış, xidmət yoldaşı Şahid5 Vüqarın özünü şübhəli aparmağına görə üzərində qanunsuz hər hansı əşya olub-olmamasını soruşmuş, Vüqar həmin vaxt qarın nahiyyəsinə bağladığı çantanın içərisində silah gəzdirdiyini bildirmişdir. Həmin silahı özü Kamilə təqdim etmiş, bundan sonra həmin silahı gətirib həmin şəxslə birlikdə Abşeron RPİnin Növbətçi hissəsinə təhvil vermiş, daha sonra Təqsirləndirilən şəxs sərxoş olubolmamasını yoxlamaq məqsədi ilə onu YPX-nin əməkdaşları ilə birlikdə tibbi müayinəyə aparmış, orada yoxlanılan zaman həmin şəxs spirtli içki qəbul etməmiş, lakin psixotrop maddə olan metamfetaminin təsiri altında olduğunu müəyyən edilmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Şahid5, Şahid6, Şahid7, Şahid8 və Şahid9, Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, vərəqə 23-26, 27-28, 34-35, 37-39, 40-42) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid10 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır və Aygün Təqsirləndirilən şəxsla 25 ilə yaxındır ki, ailə həyatı qurmuş, son vaxtlar münasibətləri pozulmuşdur. 12 avqust 2021-ci il tarixdə saat 17 radələrində evdə olarkən qapı döyülmüş, qapını açanda Vüqarın qardaşı Xaqaninin qızı Aygünü xəsarət almış vəziyyətdə evə gətirdiyini görmüş, Aygündən nə baş verdiyini soruşduqda Həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü demiş, Aygün ona heç bir ciddi səbəb olmadan Vüqarın onu təpiklə böyrünə, yumruqla başına, daha sonra saçından tutub başını pilləkənin küncünə vurduğunu bildirmişdir. Belə olan halda əsəbi halda dərhal DİN-in 102 xidmətinə zənf vuraraq bu barədə məlumat vermiş, həmin gün axşam Vüqarın qardaşı X6 yerini bilməməsi üçün onu öz yaşadığı evə aparmış, bundan başqa Vüqar onun mobil telefonuna ismariclər yazaraq onu və ailə üzvlərini təhqir etmiş və hədələmişdir. (cild 2, vərəqə 148-150) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid11 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs isə anasıdır. xx.xx.2021-ci iltarixdə saat 16:30-da qardaşı Dilavər, əmisi Xaqani və bibisinin həyat yoldaşı Famil ilə ilə birlikdə yaşadıqları evin həyətində olan zaman anası Aygünün xəsarət almış və sifətinin qanamış vəziyyətdə evdən həyətə çıxdığını görmüş, həmin vaxt nə baş verdiyini başa düşməmiş, anasından niyə bu vəziyyətdə olduğunu soruşduqda, o, atası Vüqarın onu döyərək həmin vəziyyətə saldığını demişdir. Həmin vaxt əmisi Xaqani anasını babası Sakitgilə aparmış, bundan sonra evə daxil olmuş, atası Vüqarın əsəbi olduğunu gördüyündə ondan bu barədə heç nə soruşmamışdır. (cild 3, vərəqə 178-180) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 oktyabr 2021-ci il tarxili “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin hakimi X2 05 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 02 oktyabr 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, vərəqə 136-137) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə saat 19:30-da ünvan 4 ünvanının yaxınlığında saxlanılmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. (cild 1, iş vərəq29-31) Şəxsi axtarış və götürmə aparılması haqqında 02 oktyabr 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 oktyabr 2021-ci il tarixli 6-4354 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan paketdəki, bir ədəd bükümdə çəkisi 78,136 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1 iş vərəqə 38-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 28 oktyabr 2021-ci il tarixli 3/1669 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, “Combat Troodon” tipli, tiyəsi düyməcikli yayın təsiri altında avtomatik açılıb-bağlanan, iki tərəfi kəsici, ucu deşici xassəli xəncər tipli tiyəyə malik olan və soyuq silah hesab edilən bıçaqdır, təyinatı üzrə istifadəyə yararlıdır. (cild 1, 233-236) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 oktyabr 2021-ci il tarixli 3250/K nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon,1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi. ( cild 1, iş vərəq 237- 240) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 28 sentyabr 2021-ci il tarixli 21/579R nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 5,6x16 mm kalibrli STALKER M-906 modelli, idman yarışlarında istifadə olunan səs-siqnal tapançasıdır və odlu silah hesab edilmirdi, lakin yuxarıda göstərilən səbəblərə görə, (silahın 6,6 mm diametri olan yivsiz lüləsi kustar üsulla 7,65 mm diametrli, 04 ədəd yivi olan lüləyə dəyişdirilmişdir. Həmin silah hal hazırda öz təyinatını itirmiş hesab olunur və 7,65 mm kalibirli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuşdur) həmin silah öz təyinatını itirmiş və hal hazırda 7,65x17 mm kalibirli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş tapançadır, yivli od silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş STALKER M-906 modelli səs-siqnal tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. (cild 1, iş vərəqə 224-230) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1089 nömrəli rəyində qeyd edilmişdir ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ göz ətrafı nahiyənin qançırı, gözün ağlı qişasına qansızma, sağ qaşüstü nahiyənin, alt dodağın sol yarısının, sol təpə nahiyəsinin yaraları, üst çənədə 1 və 2-ci dişlərin sınığı, sağ bazunun dirsək oynağını və saidi tutan qançırı, sol bazunun dirsək oynağını tutan qançırı, sol saidin mil-bilək oynağını tutan qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təkrari zərbələrlə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 9-11 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixinə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (cild 1, iş vərəqə 129-130) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 03/1089 nömrəli rəyində qeyd edilmişdir ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ göz ətrafı nahiyənin qançırı, gözün ağlı qişasına qansızma, sağ qaşüstü nahiyənin, alt dodağın sol yarısının, sol təpə nahiyəsinin yaraları, üst çənədə 1 və 2-ci dişlərin sınığı, sağ bazunun dirsək oynağını və saidi tutan qançırı, sol bazunun dirsək oynağını tutan qançırı, sol saidin mil-bilək oynağını tutan qançırı. Xəsarətlərin özü-özünə yetirməsi və yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. (cild 1, iş vərəqə 222-223) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 5302 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs zərərli vərdişlərdən siqaret çəkdiyini, spirtli içkilərdən istifadə etmədiyini söyləyir. Deməsinə görə arabir düşəndə narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edib. Müayinə zamanı narkotik vasitələrdən istifadə etməsini inkar edir. Hal-hazırda müayinə zamanı narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə etmənin axraterik əlamətləri, bu maddələrə qarşı abstinensiya əlamələri aşkar olunmur. Narkotik vasitələrdən və psixotrop maddələrdən qəbulundan psixi və fiziki asılılıq yoxdur. Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 241-242) Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalığı – 78,036 qram heroin, 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 5,6x16 mm kalibrli STALKER M-906 modelli, idman yarışlarında istifadə olunan səs-siqnal tapançası, 01 (bir) ədəd daraq, 02 ədəd patron, 01 ədəd bıçaq maddi sübüt hesab edilərək DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verlmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 02 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materialların əlavə edilmişdir. (cild 1, iş vərəqə138-140, 182) Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Eyni zamanda o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1, 221.2.2 və 315.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət əməli CM-in 315.1-ci maddəsinə tövsif edilərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən hazırda məhkumluğu olmayan hesab edilir. (cild 1, iş vərəqə 141-143) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan heroinin ona məxsus olmaması, həmin maddəni satmaq məqsədinin olmaması, arvadını döyməməsi, həmçinin odlu silahi tapdığını və tutulmamışdan qabaq onu polis idarəsinə təhvil verməyə getməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, onların miqdarı və bükümlərə bölünməsi Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun CM-nin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanmış cinayət təqibinə xitam verilməlidir. (başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 41.3-cü maddəsinin tələbinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsdən şikayət və ya tələbinin olmadığını və onunla barışdığını bildirərək, bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə dövlət ittihamçısı cinayət qanunvericiliyinin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittihamdan tam imtina etmiş və onun həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin davam etdirilməsini təklif etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə həmin Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Cinayət qanunvericiliyinin yuxarıda təsvir olunan maddi və prosessual normalarının tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə onun barəsində aparılan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 19, 99-1-3) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub DİN-in BMCMİ-də saxlanılan –ekspertiza tədqiqatından sonrakı qalığı – 78,036 qram heroin məhv edilməli, 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 5,6x16 mm kalibrli STALKER M-906 modelli, idman yarışlarında istifadə olunan səs-siqnal tapançası, 01 (bir) ədəd daraq və 02 ədəd patron, 01 ədəd bıçaq məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 178 (yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMnin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 02 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış DİN-in BMCMİ-də saxlanılan –ekspertiza tədqiqatından sonrakı qalığı – 78,036 qram heroin məhv edilsin, 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 5,6x16 mm kalibrli STALKER M-906 modelli, idman yarışlarında istifadə olunan səs-siqnal tapançası, 01 (bir) ədəd daraq, 02 ədəd patron, 01 ədəd bıçaq məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 178 (yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar