Məhkəmə qərarları › İş №1(124)-134/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-134/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-134/2022 28.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Bəhruz” adlı şəxs və ya qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 23435 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda – 9461 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda – 1990 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Abşeron rayonu ərazisində istintaqa məlum olmayan ünvana gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib faktiki yaşadığı ünvan 2 ünvanına daşıyaraq saxlamış, həmin narkotik vasitə heroinin 1035 qramını bir ədəd bükümə, narkotik vasitə tiryəkin 1015 qramını və 1010 qramını iki ədəd bükümə ayıraraq üzərində qanunsuz olaraq saxlamaqla ünvan 4 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 may 2021-ci il tarixdə saat 23:45-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş və adı çəkilən idarədə 25 may 2021-ci il tarixdə saat 01:15-dən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki çantadan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda – 1035 qram çəkidə narkotik vasitə heroin və iki ədəd bükümdə ayrılıqda çəkiləri 1015 qram və 1010 qram olmaqla ümumilikdə külli miqdarda - 2025 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Tədbirinin davamı olaraq 25 may 2021-ci il tarixdə saat 02:45-də adı çəkilən İdarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə faktiki yaşadığı ünvan 2 ünvanına keçirilən baxış zamanı oradan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd qara rəngli çantadan 22 ədəd bükümdə ayrılıqda çəkiləri 1060 qram, 1050 qram, 1015 qram, 1020 qram, 1060 qram, 1045 qram, 1015 qram, 1050 qram, 1025 qram, 1040 qram, 1040 qram, 1035 qram, 1060 qram, 1075 qram, 1060 qram, 1050 qram, 1040 qram, 1020 qram, 1040 qram, 1050 qram, 1045 qram və 505 qram olmaqla ümumilikdə külli miqdarda - 22400 qram çəkidə narkotik vasitə heroin, digər qara rəngli çantadan isə ayrılıqda çəkiləri 990 qram və 1000 qram olmaqla ümumilikdə külli miqdarda – 1990 qram çəkidə psixotrop maddə metamfetamin, ayrılıqda çəkiləri 985 qram, 450 qram, 925 qram, 1005 qram və 1010 qram olmaqla ümulikdə külli miqdarda - 4375 qram çəkidə narkotik vasitə tiryək və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. 08 iyun 2021-ci il tarixdə saat 15:40-da Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvan 2 ünvanında keçirilən axtarış və götürmə zamanı mənzilin qontaq otağında olan divanın altından qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 04 ədəd bükümdə ayrılıqda çəkiləri 1005 qram, 420 qram, 618 qram və 1018 qram olmaqla ümumilikdə külli miqdarda 3061 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə olan ərəfədə Gəncə şəhərindən Bakı şəhərinə gəlmişdir. 24 may 2021-ci il tarixində Access bankın yanında piyada gedərkən heç bir səbəb olmadan polis əməkdaşları onu saxlamışlar. Ailəsi ilə ona təzyiq göstərmişlər, o da məcbur olub narkotik və psixotrop maddələrin ona məxsus olmasını videoçəkiliş zamanı etiraf etmişdir. O, ittiham aktında göstərilən Kristal Abşeron yaşayış kompleksində yaşamamış, Abşeron City yaşayış kompleksində yaşamışdır. Bəhruz adlı şəxsi tanımamış, narkotik vasitələrdən istifadə etməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaqa verdiyi ilkin ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri tanışı İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxs göndərmişdir. Bəhruzu təxminən 2-3 ay olar ki, tanıyır. X7 Respublikasının vətəndaşı Səid adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Səid bir neçə dəfə onun işlədiyi dükana kafel gətirdiyi üçün onların münasibəti yaranmışdır. Daha sonra Səid onu Bəhruzla tanış etmişdir. Bəhruzla əsasən Vatsap proqramı vasitəsi ilə danışırmış. Sonradan söhbət əsnasında Bəhruz ona öz adamları vasitəsi ilə İran İslam Respublikasından Azərbaycana bir ədəd çanta keçirərək həmin çantanı Abşeron rayonu, Saray qəsəbəsinə gedən yoldan yolun kənarına yerləşdirəcəklərini, həmin yerin dəqiq ünvanını ona izah edəcəklərini, onun həmin çantanı götürüb sonradan onun söylədiyi ünvana yerləşdirməli olduğunu əvəzində isə ona 4.000- 5.000 manat pul verəcəyini bildirmişdir. Pulu kimin verəcəyini soruşduqda isə sonradan bu barədə ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra 20 may 2021-ci il tarixdə saat 20 radələrində Bəhruz Vatsap proqramı vasitəsi ilə ona mesaj yazaraq çantanın deyilən yerdə olmasını və gedib paketi götürməsini bildirmişdir. Bəhruzun sözündən sonra həmin paketi deyilən ünvandan götürüb yaşadığı evə gətirmişdir. Həmin ünvanda müvəqqəti yaşayıram və orada ondan başqa heç kəs olmur. Paketi evə gətirdikdən sonra bu barədə Bəhruza məlumat vermişdir. Bəhruz ona sonradan həmin paketi onun söyləcəyi ünvana yerləşdirməli olduğunu və ona bu barədə əlavə məlumat verəcəyini bildirmişdir. Bəhruzun sözünə əsasən həmin çantanın içərisində olan iki ədəd bükümdə tiryəki və bir ədəd bükümdə heroini bir ədəd qara-qırmızı rəngli çantaya yerləşdirmişdir. Bundan əlavə həmin çantanın içərisində olan iki ədəd bükümdə şüşəni, beş ədəd bükümdə tiryəki və bir ədəd elektron tərəzini isə başqa bir çantaya yerləşdirmişdir. Bəhruzun göndərdiyi çantada isə 22 ədəd bükümdə heroin qalmışdır. 24 may 2020-ci il tarixdə saat 22 radələrində Bəhruz Vatsap vasitəsi ilə ona mesaj yazaraq içərisində bir ədəd bükümdə heroinin və iki ədəd bükümdə tiryəkin olduğu çantanı götürüb Abşeron rayonu, Xırdalan şəhərində əsas yolun kənarında yerləşdirməsini və həmin ünvanın şəklini çəkərək ona atmasını istəmişdir. Çantanı götürmüş və yaşadığı ünvandan çıxaraq Bəhruzun söylədiyi ünvana tərəf yollanmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30 ünvanının yaxınlığında piyada gedərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onu barəsində qəbil edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edərək” Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmişdir. Daha sonra onu şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra ona üzərinə videoçəkiliş əsasında şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Buna etiraz etmədiyi üçün şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsi xahiş edilmişdir. Bundan sonra sağ əlində saxladığı bir ədəd çantanı təqdim etmişdir. Həmin çantanın içərisində bir bükümdə narkotik vasitə heroin və iki bükümdə narkotik vasitə tiryək olduğunu bildirmişdir. Həmin bükülələrə baxış keçirilişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, bir manat pul, həmin şalvarın sol yan cibindən ona məxsus şəxsiyyət vəsiqəsi, plastik bank kartı, 120 manat pul, bir ədəd açar, həmin şalvarın sol arxa cibindən bir ədəd qara rəngli “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Sonra iki bükümdə tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 2049 qram olması müəyyən edilmişdir. Sonra bir bükümdə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 1049 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr aşkar olunduğu çantada qablaşdırılraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Redmi” markalı mobil telefon, ona məxsus şəxsiyyət vəsiqəsi və plastik bank kartı götürülmüş, içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, 121 manat pul, bir ədəd açar ona geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisindən əldə etdiyini, həmin narkotik maddələri “Bəhruz” adlı şəxsin sonradan söyləcəyi ünvanlara çatdırıb əvəzində 4000 manat pul alacağını, əlavə olaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və doğru olduğu üçün öz imzası ilə təsdiq etmişdir. Bundan sonra 25 may 2021-ci il tarixdə saat 02 radələrində onun yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsi üçün həmin ünvana getmişlər. Qeyd edilən ünvana çatdıqda mənzilə daxil olmuş və polis əməkdaşları ona narkotik maddələri təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra həmin mənzilin girişindən sağ tərəfdə olan yataq otağında saxladığı iki ədəd qara rəngli çantaları təqdim etmişdir. Nisbətən iri həcimli çantada 22 ədəd bükümdə narkotik vasitə heroin olduğunu, digər çantadan isə iki ədəd bükümdə psixotrop maddə metamfetamin, beş ədəd bükümdə narkotik vasitə tiryək və bir ədəd elektron tərəzi olduğunu bildirmişdir. Bundan sonra həmin çantalara baxış keçirilmişdir. Daha sonra heroinlər elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 24215 qram olması müəyyən edilmişdir. Metamfetaminlər elektron tərəzidə çəkilmiş və çəkisinin 2395 qram olması müyyən edilmişdir. Tiryəklər elektron tərəzidə çəkilmiş və çəkisinin 4810 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər bir ədəd çantada qablaşdırılmiş üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik vasitələri “Bəhruz” adlı şəxsin sonradan söyləcəyi ünvana çatdırıb əvəzində pul alacağını bildirmişdir. Bundan sonra protokolun tərtibatı üçün Baş İdarəyə qayıtmışlar və protokol tərtib edildikdən sonra heç bir etirazı olmadığı üçün imzalamışdır. Bundan əlavə istintaqa verdiyi ifadələrində heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, sadəcə İran İslam Respublikasının vətəndaşı Bəhruz adlı şəxsin göndərdiyi çantada olan narkotik vasitə və psixotrop maddələri onun sonradan deyəcəyi ünvanlara yerləşdirməli olduğunu və Bəhruz adlı şəxsin ona 4000- 5000 manat pul verəcəyini bildirmişdir. (cild 1, iş vərəqə 81-83) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 24 may 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə qərəzsiz mənbədən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Abşeron rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Əməliyyat qrupunun üzvləri 24 may 2021-ci il tarixdə saat 23:45-də ünvan 7 ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olması müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs də özünü təqdim etdikdən sonra məlum olmuşdur ki, o, Təqsirləndirilən şəxsdur. Onu Baş İdarəyə gətirmişlər. 25 may 2021-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd qara və qırmızı rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər, iki bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər kütlələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncun əynində olan boz rəngli şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, bir manat pul, həmin şalvarın sol yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, plastik bank kartı, 120 manat pul, bir ədəd açar, həmin şalvarın sol arxa cibindən bir ədəd qara rəngli “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Sonra iki bükümdə tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 2 kq 49 qram olması müəyyən edilmişdir. Sonra bir bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 1 kq 49 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr aşkar olunduğu çantada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisindən əldə etdiyini, həmin narkotik vasitələri “Bəhruz” adlı şəxsin sonradan söyləyəcəyi ünvanlara çatdırıb əvəzində 4000 manat pul alacağını, əlavə olaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadığı mənzildə narkotik vasitə saxladığını və orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra 25 may 2021-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanda yerləşən ev 1, mənzil 87 ünvanına yollanmışlar. Həmin gün saat 02:45-də Təqsirləndirilən şəxs yaşadığı həmin ünvana videoçəkiliş əsasında baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs həmin mənzilin girişindən sağ tərəfdə olan yataq otağında saxladığı iki ədəd qara rəngli çantaları təqdim etmişdir. Nisbətən iri həcimli çantadan 22 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər, digər çantadan isə iki ədəd bükümdə kristalşəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər, beş ədəd bükümdə, tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 24 kq 215 qram olması müəyyən edilmişdir. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisinin 2 kq 395 qram olması müəyyən edilmişdir. Daha sonra tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisinin 4 kq 810 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər bir ədəd çantada qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik vasitələri “Bəhruz” adlı şəxsin sonradan söyləcəyi ünvana çatdırıb əvəzində pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi ilə əlaqədar əlavə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında əlavə olaraq külli miqdarda narkotik vasitə saxladığı müəyyən edilmişdir. Bu barədə istintaq orqanına məlumat verilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanında axtarış keçirilməsi ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı alınmışdır. 08 iyun 2021-ci il tarixdə saat 15 radələrində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış keçirilməyə başlanılmışdır. Evdə divanın altından dörd ədəd büküm aşkar edilmişdir. Aşkar edilmiş bükümlərə iştirakçıların şahidliyi ilə baxış keçirilmiş və hər dörd bükümün içərisində narkotik vasitə tiryəkə oxşar maddələrin olması müəyyən edilmişdir. Həmin bükümlər qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı yaşadığı ünvandan aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisindən əldə etdiyini, həmin narkotik vasitələri “Bəhruz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində 5000 manat pul alacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları ilə oxşar məzmunlu ifadə verərək onları göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 176-180) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 may 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarı ilə DİN-nin BNMİ-nin baş XMİÜ əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 24 may 2021-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 5-6, 194-196) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 may 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdə saat 23:45-də ünvan 7 ünvanın yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş və adı çəkilən İdarədə 25 may 2021-ci il tarixdə saat 01:15-dən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki çantadan bir ədəd bükümdə külli miqdarda – 1035 qram çəkidə narkotik vasitə heroin və iki ədəd bükümdə ayrılıqda çəkiləri 1015 qram və 1010 qram olmaqla ümumilikdə külli miqdarda - 2025 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir.( cild 1, iş vərəqə 31-34) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 25 may 2021-ci il tarixli protokola əsasən həmin gün saat 02:45-də adı çəkilən İdarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs dəvəti və icazəsi ilə faktiki yaşadığı ünvan 2 ünvanına keçirilən baxış zamanı oradan bir ədəd qara rəngli çantadan 22 ədəd bükümdə ayrılıqda çəkiləri 1060 qram, 1050 qram, 1015 qram, 1020 qram, 1060 qram, 1045 qram, 1015 qram, 1050 qram, 1025 qram, 1040 qram, 1040 qram, 1035 qram, 1060 qram, 1075 qram, 1060 qram, 1050 qram, 1040 qram, 1020 qram, 1040 qram, 1050 qram, 1045 qram və 505 qram olmaqla ümumilikdə külli miqdarda - 22400 qram çəkidə narkotik vasitə heroin, digər qara rəngli çantadan isə ayrılıqda çəkiləri 990 qram və 1000 qram olmaqla ümumilikdə külli miqdarda – 1990 qram çəkidə psixotrop maddə metamfetamin, ayrılıqda çəkiləri 985 qram, 450 qram, 925 qram, 1005 qram və 1010 qram olmaqla ümulikdə külli miqdarda - 4375 qram çəkidə narkotik vasitə tiryək və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 37-40) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Axtarış və götürmə aparılması haqqında” 08 iyun 2021-ci il tarixli protokola əsasən həmin gün saat 15:40-da Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvan 2 ünvanında keçirilən axtarış və götürmə zamanı mənzilin qontaq otağında olan divanın altından 04 ədəd bükümdə ayrılıqda çəkiləri 1005 qram, 420 qram, 618 qram və 1018 qram olmaqla ümumilikdə külli miqdarda 3061 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzildə keçirilən axtarış və götürmə istintaq hərəkəti “İphone” markalı mobil telefon aparatının videokamerasından istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Qeyd edilən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 138-140) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 may 2021-ci il tarixli 6/2053 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş:-üzərində “…Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində…” sözləri yazılmış kağız yapışdırılmış 1 №-li çantadakı bir ədəd bükümdə təmiz çəkisi 1035 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qr., 1010 qr., ümumi təmiz çəkisi 2025 qram olan tündqəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir; üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış kağız yapışdırılmış 2 №-li çantadakı 22 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1060 qr., 1050 qr., 1015 qr., 1020 qr., 1060 qr., 1045 qr., 1015 qr., 1050 qr., 1025 qr., 1040 qr., 1040 qr., 1035 qr., 1060 qr., 1075 qr., 1060 qr., 1050 qr., 1040 qr., 1020 qr., 1040 qr., 1050 qr., 1045 qr., 505 qr., ümumi təmiz çəkisi 22400 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 990 qr., 1000 qr., ümumi təmiz çəkisi 1990 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 985 qr., 450 qr., 925 qr., 1005 qr., 1010 qr., ümumi təmiz çəkisi 4375 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı, iz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 1 və 2 №-li çantadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 23435 qram təşkil edir, 1 və 2 №-li çantadakı tiryəklər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 6400 qram təşkil edir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 47-56) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 iyun 2021-ci il tarixli 6/2409 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış kağız yapışdırılmış polietilen bağlamada 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qr., 420 qr., 618 qr., 1018 qr., ümumi təmiz çəkisi 3061 qram olan tünd-qəhvəyi qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir və üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız yapışdırılmış 1 №-li çantadakı iki ədəd bükümdə ümumi təmiz çəkisi 2024,9 qram olan narkotik vasitə tiryək və üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış kağız yapışdırılmış 2 №-li çantadakı beş ədəd bükümdə ümumi təmiz çəkisi 4374,9 qram olan narkotik vasitə tiryəklə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 197-203) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli, 752 nömrəli rəyində göstərilmişdir ki, “Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” (cild 1, iş vərəqə 204-205) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 1697 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl törətdiyi zaman xroniki psixi xəxtəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (cild 1, iş vərəqə 206- 208) Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 23434,68 qram narkotik vasitə heroin, 1989,9 qram psixotrop maddə metamfetamin, 9460,5 qram narkotik vasitə tiryək və bir ədəd elektron tərəzi xx.xx.2021-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (cild iş vərəqə 209-228) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 dekabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü qızı Əsmər Verdiyeva, xx.xx.2011-ci il təvəllüdlü oğlu Faiq Verdiyev adlı övladları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmaması, həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələrin və psixotrop maddənin külli miqdarda olması, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər, CM-nin 206.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X5 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 22, 100-105) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub DİN-nin BMCMİ-də saxlanılan –Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 23434,68 qram narkotik vasitə heroin, 1989,9 qram psixotrop maddə metamfetamin, 9460,5 qram narkotik vasitə tiryək, bir ədəd elektron tərəzi məhv edilməli, 03 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 163 (yüz altmış üç) manat 64 (altmış dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 may 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut DİN-nin BMCMİ-də saxlanılan – qalıq çəkisi 23434,68 qram narkotik vasitə heroin, 1989,9 qram psixotrop maddə metamfetamin, 9460,5 qram narkotik vasitə tiryək, bir ədəd elektron tərəzi məhv edilsin, 03 ədəd DVD formatlı disk cinayət işinin cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 163 (yüz altmış üç) manat 64 (altmış dörd) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar