Məhkəmə qərarları › İş №1(124)-134/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-134/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-134/2023 05.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1962-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Sumqayıt şəhəri 15 saylı orta məktəbdə müəllimə işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.1-ci maddələri ilə, xx xxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Sumqayıt şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə və 5500 manat miqdarında cərimə cəzası məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını tanışı Bakı şəhəri İcra Hakimiyyətinin Ümumi şöbənin böyük mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə cinayətkar əlaqəyə girib, aralarındakı razılaşmaya əsasən 2019cu ilin oktyabr ayında Azərbaycan Respublikası Milli Məclisində mütəxəssis vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərilməsi məqsədi ilə özünə müraciət etmiş Sumqayıt şəhər sakini Şahid1 Təqsirləndirilən şəxs2 ilə birlikdə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək guya özlərinin Azərbaycan Respublikası Milli Məclisində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını şəxsən yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə xx.xx.2019-cu il tаriхdə Şahid1 yaşadığı ünvan 4 ünvanında 10.000 manat, xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 13-cü mkr, ünvan 5nvanında yerləşən 3 saylı notariat ofisində 45.000 manat olmaqla, ümumilikdə aldığı 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini 2019-cu ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “İçəri Şəhər” metrostansiyasının yaxınlığında görüşüb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.1998-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Aparatında işə qəbul edilməklə müxtəlif vəzifələrdə işləyib, sonuncu dəfə Bakı şəhər İcra Hakimiyyəti Aparat rəhbərinin xx.xx.2012-ci il tarixli 297 №-li sərəncamı ilə keçirmə yolu ilə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə böyük mütəxəssis vəzifəsinə təyin edilib xx.xx.2021-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə cinayətkar əlaqəyə girib, aralarındakı razılaşmaya əsasən Azərbaycan Respublikası Milli Məclisində mütəxəssis vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 vasitəsilə 2019-cu ilin oktyabr ayının əvvəlində özünə müraciət etmiş Şahid1 Təqsirləndirilən şəxs1 ilə birlikdə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək guya özlərinin Azərbaycan Respublikası Milli Məclisində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncu vasitəsi ilə yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncu vasitəsi ilə Şahid1 aldatmaqla bildirərək, sonuncu ilə Təqsirləndirilən şəxs1 vasitəsi ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə xx.xx.2019-cu il tаriхdə Təqsirləndirilən şəxs1 Şahid1 yaşadığı ünvan 4 ünvanında 10.000 manat, xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 13-cü mkr, ünvan 5nvanında yerləşən 3 saylı notariat ofisində 45.000 manat olmaqla, ümumilikdə aldığı 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini 2019-cu ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “İçəri Şəhər” metrostansiyasının yaxınlığında görüşüb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, 15 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq çalışır. O, Təqsirləndirilən şəxs2 10 ildən çox müddətdir ki tanımış, onun yuxarı vəzifədə çalışdığını bilmişdir. Bir gün Şahid1 ona müraciət edərək ona işə düzəlməkdə kömək etməyini xahiş etmiş və o, da bu barədə Hökümə xanıma müraciət etmişdir. Təqsirləndirilən şəxs2 ona “Mən elə bir vəzifədə işləyirəm ki, ona kömək edə bilərəm” demişdir. O, Xalid ilə Hökümə arasında sadəcə olaraq vasitəçilik etmişdir. Xalidin ona kimin vasitəsilə tanıyıb yaxınlaşdığını bilməmiş, o, ondan kömək istədiyi zaman ona “Bir tanış adam var, ona deyərəm. Mən də sizə kömək etmək istəyirəm” deyə söyləmişdir. Hökümə ona Xalidin Milli Məclisdə işə düzəlməsinin mümkün ola biləcəyini bildirmişdir. Xalid də Hökümənin dedikləri ilə razı olmuş, daha sonra o, müqavilə üzrə Xaliddən pul almışdır. Belə ki, o, Xaliddən aldığı pulun 45.000 manatını Höküməyə vermiş, 10.000 manatı isə özündə saxlamışdır. Lakin sonrasında Xalidin işə düzəlmə məsələsinin həll olunmadığını, bu məsələnin uzandığını görmüş, buna görə də həmin 10.000 manatı Xalidə geri qaytarmışdır. Buna baxmayaraq qalan pul ilə əlaqədar olaraq Xalid ona qarşı mülki iddia qaldırmış, hazırda hər ay onun əmək haqqından tutulma olmuş, həmçinin onunla Təqsirləndirilən şəxs2 arasında da mülki mübahisə olmuş və onun xeyrinə qərar çıxarılmışıdır. Təqsirləndirilən şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 10 ildən çoxdur ki tanıyır, belə ki, onunla yas mərasimində tanış olmuşdur. Hökümə Əliyevə Bakı şəhər İcra Hakimiyyətində işlədiyini, vəzifəsinin böyük mütəxəssis olduğunu söyləmişdir. Şahid1 işlə bağlı müraciət etdiyi zaman tanımışdır. O, Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq çalışır. Xalid ondan işə düzəlməsində kömək edə biləcək yaxın adam olub-olmadığını soruşmuşdur. Xalidin kimin vasitəsilə onu tanıyıb yaxınlaşdığını bilməmişdir. Xalid ona istənilən nazirlikdə, dövlət orqanında işə düzəlmək istədiyini bildirmişdir, o, isə ona “Mən elə işi bacaran deyiləm, amma bir adam var, ona deyə bilərəm” demişdir. Hökümənin əvvəllər kimisə işə düzəltməsi ilə bağlı məlumatım olmamışdır. O, Höküməyə “Yaxın adam var, kömək edə bilərsən” deyə sual vermiş, o da kömək edə biləcəyini söyləmişdir. Hökümə ilk əvvəl 60.000 manat istəmiş, o, isə həmin məbləği aşağı salmağa çalışmış və sonda 55.000 manat verilməsi söylənilmişdir. Hökümə ona “Müəyyən yerlərdə adamlarımız var, kömək edəcəm” demişdir. Xalid ona 55.000 manatın 10.000 manatını əldən təqdim etmiş, bir aydan sonra isə 45.000 manatı notarius qaydasında vermişdir. O, 10.000 manatı özündə saxlamış, 45.000 manatı isə Höküməyə vermişdir. Xalid 45.000 manatı Sumqayıt şəhərində yerləşən notariat idarəsində vermişdir. Borc müqaviləsi onunla Xalid arasında olmuşdur. O, 45.000 manatı Xaliddən aldığı günün səhərisi Hökümənin iş yerinin yaxınlığında ona vermişdir. O, Höküməyə 45.000 manatı verərkən ikisi olmuşdur. Hökümə ona “İki-üç ay ərzində bu iş həll olunacaq” demişdir. Hökümə Xalidi Milli Məclisə mütəxəssis vəzifəsində işə düzəldəcəyini bildirmişdir. Xalidin işə düzəlməsi məsələsi uzandığı üçün o, Höküməyə pulu qaytarmasını söyləmişdir. Əslində 55.000 manatı tamamilə verilməsi söylənilmiş, lakin o, işə düzəlmə prosesinin getdiyini gördükdən sonra qalan 10.000 manatı vermək istəmişdir. Hökümə 55.000 manatın böyük hissəsinin verilməsini, işə düzəlmə prosesi olduğu zaman isə qalan məbləği verməyi söyləmişdir. O, işin nə yerdə olduğunu öyrənmək üçün Höküməyə zəng etmiş, o, ona məsələnin həll olunacağını, növbədənkənar seçkilərlə əlaqədar işin uzandığını bildirmişdir. Şahid3 Hökümənin rəfiqəsi olmuşdur. İşə düzəlmə məsələsinin uzandığını görüb Xalidə və onun atasına Hökümənin cavab verməli olduğunu söyləmiş, buna görə də onları görüşdürmüşdür, Hicran da həmin görüşdə iştirak etmişdir. O, isə həmin vaxt kənarda durmuşdur, söhbətə çox da müdaxilə etməmişdir. Hökümə Xalidin işə kimin vasitəsilə düzələcəyini ona deməmişdir. Hökümə ona “Bu iş elə işdir ki yuxarı dairələrdən kömək lazımdır” demişdir. Əməlindən çox peşmandır. O, Hökümənin əvvəllər məhkum olunduğunu daha sonradan öyrənmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Şahid3 45.000 manatın alındığını bilirmişdir. Belə ki, Xalidin işə düzəlməsində Hicranın da kömək edəcəyi deyilmişdir. Hökümə həmin 45.000 manatı kimə verəcəyi ilə bağlı bir söz deməmişdir. Hökümə ona “Burada böyük bir problem yoxdur, həll edəcəyik, alınacaq” demişdir. O, Xalidin sadəcə olaraq işə girməsini, cəmiyyətdə mövqe tutmasını istəmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o, sadəcə olaraq yaxşılıq etmək istəmişdir. Bu iş alındığı halda ona da hörmət olunacağı söylənilmişdir, o, isə “Hörmət etsəz də sağolun, etməsəz də” deyə bildirmişdir. O, vəd edilən “Hörməti” nəzərə alaraq Xalidə köməklik etməmiş, sadəcə yaxşılıq etmək üçün yardım etmişdir. O, 10.000 manatı öz xeyri üçün götürməmişdir. Xalidə “İstəsəm Hökümənin köməkliyi ilə gələcəkdə məktəbə direktor düzələ biləcəm” demişdir. Direktorluq məsələsi ilə bağlı Hökümə ona “İstəsən köməklik edə bilərik” demiş, lakin onun yaşı çox olduğu üçün bununla bağlı Höküməyə müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 təxminən 10 ildir ki, tanımış, onunla yaxın münasibəti olmuşdur. Zeynəb ona müraciət etdiyi zaman o, Bakı şəhər icra hakimiyyətində mütəxəssis olaraq çalışmışdır. O, hazırda Bakı şəhər icra hakimiyyətində işləmir, öz ərizəsi ilə işdən ayrılmışdır. Zeynəb Xalidin işə düzəlməsi ilə bağlı müraciət etdikdən sonra Hikmət ona “Mənim əlaqələrim genişdir, mənim baldızımın qayınanası yaxşı yerdə işləyir” demiş və Xalidin işə düzəlməsində köməklik edə biləcəyini söyləmişdir. Daha sonra o, Zeynəbə Hikmət adlı şəxsin həmin işi həll edə biləcəyini söyləmişdir. O, Zeynəbə tələb edilən pul məbləğini dediyi zaman, o, qiymətin baha olduğunu bildirmişdir. Zeynəb Xaliddən 45.000 manat məbləğində pulu notariat qaydasında götürmüş və metronun qarşısında həmin pulu ona təqdim etmişdir. O, da həmin pulu Zeynəbdən aldıqdan sonra Hikmətə vermişdir. Lakin Hikmət tərəfindən Xalidin işə düzəlməsində köməklik göstərilmədiyini bildikdə pulun sahibinə geri qaytarılması üçün Hikməti axtarmağa başlamışdır. Daha sonradan isə Hikmətin işdən ayrıldığını xəbər almış, bu xəbərdən sonra onu araşdırmağa başlayaraq onun Yasamal rayonunda kirayə evdə yaşadığını öyrənmişdır. Həmçinin, o Hicrana da Hikməti heç yerdə tapa bilmədiyini söyləmişdir. O, Hicran ilə birlikdə Xalid ilə görüşmüdür. Həmin pulu Hikmət götürməsinə baxmayaraq onun üzərində qalmışıdır, o, Xalidin pulunu qaytarmağa çalışmışdır. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Hikmət Bakı şəhər icra hakimiyyətinin nəznində olan interservis şöbəsində çalışmışdır. O, Hikmət ilə eyni binada işləmişdir. Hikmət bu kimi işlərlə məşğul olduğu üçün o onun Xalidi işə düzəldə biləcəyini düşünmüşdür. Hikmətin soyadını və digər şəxsi məlumatlarını hazırda xatırlamır. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ifadə verərkən müstəntiq ona “Ya Zeynəb xanımın üzünə dur ki ona pulu vermişəm, ya da ki öz boynuna götür” demişdir. O, Hikmətə 45.000 manat vermişdir. Hikmət ona “Hər yerdə adamım var, onlar düzəldəcək” demişdir. O, Zeynəblə danışdığı zaman ona Hikmət adını söyləməmişdir, sadəcə bu işi həll edənin işçisi olduğunu bildirmişdir. Xalid pulunu geri istədiyi zaman Hikmət ölkə xaricinə qaçmışdır. O, Hikmətin əməlləri ilə bağlı 102 xidmətinə, yaxud da digər dövlət orqanlarına mürciət etməmiş, ancaq Nərimanov rayon polis şöbəsinə getmişdir. O, Xalid ilə bir dəfə görüşmüş, lakin ona Hikmət barəsində bəhs etməmişdir. Şahid3 onun rəfiqəsidir. O, Xalid və onun atası ilə görüşdüyü zaman Hicran da onun yanında olmuşdur. O, 10.000 manatın Zeynəbdə olduğunu əvvəldən bilmməmişdir, Nazim bəy ilə görüşdüyü zaman həmin məlumatı öyrənmişdir. O, Zeynəbdən pulu aldıqdan sonra Hikmətə təqdim etmişdir. O, Xalidi hadisədən əvvəl tanımamışdır. Xalidin işə düzəlməsində onun şəxsi marağı olmamışdır, sadəcə olaraq yaxşılıq etmək istəmişdir. O, əvvəllər, yəni 2019-cu ildə məhkum olunmuşdur. Zərər çəkmiş şəxsə pulunu geri ödəməyə çalışır. Təqsirləndirilən şəxs2 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, Hikmətə pulu “İçərişəhər” metrosunda vermişdir. Təqsirləndirilən şəxs2 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Hikmətə pulu verdiyi dövr o, Bakı şəhər icra hakimiyyətində işləmiş, ölkə xaricində olmamışdır. O, 31 oktyabr 2019-cu ildə Zeynəbdən pulu aldığı gün Hikmətə vermişdir. O, 13 oktyabr 2021-ci il tarixində işdən çıxmışdır. Zərər çəkmiş şəxs kimi tanınmış Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin fevral-mart ayında X4 imtahanına qatılmış və BB3 sertifikatı əldə etmişdir. Həmin imtahana hazırlaşan şəxslərdən Təqsirləndirilən şəxs1 Azərbaycan dilindən hazırlıq keçdiyini öyrənmişdir. Onun Təqsirləndirilən şəxs1 müraciət etməkdə məqsədi aldığı sertifikatla hansı dövlət orqanına yerləşməyimə istiqamət verməsi üçün olmuşdur. O, Təqsirləndirilən şəxs1 ilə görüşdüyü zaman ondan məsləhətlər almış, daha sonra Zeynəb ona tanışı olduğunu, işə düzəlməkdə tanışının kömək edə biləcəyini söyləmişdir. O, ilk başda onunla razı olmadığını, lakin daha sonradan Təqsirləndirilən şəxs1 ilə təkrar görüşmək istədiyi və razılaşdığını ona bildirmışdır. İlk əvvəl bir neçə nazirlikdə, həmçinin Bakı şəhər icra hakimiyyətində, daha sonra isə Milli Məclisdə işə düzəlməyilə bağlı təkliflər edilmişdir. İlk əvvəl işə düzəlməyi üçün 60.000 manat istənilmiş, lakin Təqsirləndirilən şəxs1 55.000 manata razılaşdıra biləcəyini söyləmişdir. Daha sonra o, atası ilə birlikdə Zeynəb və Hökümə ilə görüşmüş, çünki atası bu məsələnin alınacağına inanmamışdır. O, Təqsirləndirilən şəxs1 10.000 manatı özü tək, əl yazısı ilə təsdiq etməklə vermiş, qalan 45.000 manatı isə 3 saylı notariusda müqavilə qaydasında təqdim etmişdir. İki ay ərzində bu məsələnin öz həllini tapacağı söylənilmiş, lakin problem aradan qaldırılmadığı üçün o, məhkəməyə, həmçinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 birinci görüşdə məbləğ bildirməmiş və ona “Birinci sənədlərini ver, mən onları göstərim” demiş və o, da sertifikatını ona təqdim etmişdir, bundan 2-3 gün sonra o, məbləği söyləmişdir. İlkin məbləğ olaraq təxminən 60.000-65.000 manat söylənilmiş, lakin Təqsirləndirilən şəxs1 onu kimin işə düzəldəcəyi ilə bağlı ad bildirməmişdir. 02 ay ərzində onun işə düzəlməyi öz həllini tapmadığı üçün o Təqsirləndirilən şəxs1 tanışı ilə görüşmək istədiyini söyləmişdir. 2020-ci ilin yanvar ayında o, Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. O, Təqsirləndirilən şəxs2 ilə “İçərişəhər” metrosunun yaxınlığında görüşmüş, həmin görüşdə Təqsirləndirilən şəxs1, Şahid3 və atası da iştirak etmişdir. Təqsirləndirilən şəxs2 Şahid3 Milli Məclisdə çalışdığını söyləmişdir. Milli Məclisin buraxılması ilə əlaqədar olaraq onun işə düzəlməyi məsələsinin gecikdiyi deyilmişdir. O, Hikmət adını Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olarkən eşitmişdir. Təqsirləndirilən şəxs2 Şahid3 Milli Məclisdə çalışdığını söyləmiş, lakin kimin onu həmin yerə işə düzəldəcəyini deməmişdir. O, daha sonra Milli Məclisin rəsmi saytında orada çalışan şəxslərin siyahısına baxarkən Hicran adı ilə rastlaşmamışdır. Məhkəməyə müraciət etdiyi ərəfələrdə Təqsirləndirilən şəxs1 ona 10.000 manatı geri vermiş, qalan məbləğin geri qaytarılmasını təmin edəcəyini söyləmişdir. Ona hər hansı vəzifəli şəxsin adı deyilməmişdir. Bu məsələ ilə bağlı onun Təqsirləndirilən şəxs1 ilə telefon danışıqları və yazışmaları olmuşdur. Təqsirləndirilən şəxs2 ilə telefon danışıqları Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdikdən sonra olmuşdur. O, Təqsirləndirilən şəxs2 pulların aqibətini soruşduğunda Hökümə ona pulları başqa şəxsə verdiyini, özündə olmadığını söyləmişdir. Verdiyi puldan 12.000 manat ona geri qaytarılmış, hazırkı tələbi 43.000 manatdır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olarkən Hikmət adlı şəxsi tanıyıb-tanımadığım soruşulmuş, o, ilk dəfə həmin vaxt Hikmət adını eşitmişdir. Daha sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs2 pulu Hikmət adlı şəxsə verdiyini bildirmiş, lakin həmin vaxt Hikmət ölkə ərazisində olmamışdır. O, əvvəllər iqtisadçı olaraq çalışmışdır. O, 10.000 manatı Təqsirləndirilən şəxs1 verərkən müqavilə bağlamaq üçün məlumatlarını dəqiqləşdirmək məqsədilə şəxsiyyət vəsiqəsini istəmiş, lakin o, “şəxsiyyət vəsiqəm Hökümə xanımdadır, o, məni məktəblərin birinə direktor düzəldəcək” demişdir. Təqsirləndirilən şəxs1 ona bir neçə dövlət orqanının adı yazılan təkliflər siyahısı vermiş, həmin siyahı əl yazısı ilə yazılmışdır. Milli Məclisdə işə düzəlməyi halda əmək haqqının 2.500 manatdan yuxarı olacağı söylənilmiş və vəzifəsi məsləhətçi olacaqdır. O, ondan əlaqə saxladığı şəxsin nömrəsini istədikdə ona “Onlar elə adamlardı ki, nömrələrini verə bilmərəm” demişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, oğlu Şahid1 Milli Məclisdə işə düzəlməyi ilə bağlı olan proseslərdə o, iştirak etməmiş, lakin daha sonradan Xalidin verdiyi 10.000 manat geri qaytarılarkən o, da orada olmuşdur. 55.000 manat oğluna, ümumillikdə ailəyə məxsus olmuşdur. Təqsirləndirilən şəxs1 oğlunun işə düzəlməsində köməklik edəcəyini söyləmiş, o, da qadın olduğu üçün ona inanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sülеymаnоvа Hicrаn Хəlfə qızı ifadəsində göstərdi ki, bir neçə il bundan əvvəl Hökümə ona bəzi anlaşılmazlıqlarla bağlı bir nəfərlə görüşəcəyini demişdir. O, Hökümə ilə uzun müddətdir ki, rəfiqədir. Hökümə ona bir nəfərin işə düzəlməsi üçün iş yoldaşı ilə əlaqə saxladığını demişdir. O, Hökümə ilə birlikdə görüşə getmiş, həmin görüşdə, o, Zeynəb, Hökümə, Xalid və onun atası iştirak etmişdir. Görüş zamanı Xalid işə düzəlmənin niyə bu qədər gecikdiyini söylədikdə Hökümə işin düzələcəyini bildirirmişdir. O, sadəcə olaraq Hökümə ilə görüşə getmişdir. O, Xalidgilə “səbrli olun, ara düzəlsin həll olunar” demişdir. Hökümə ona Hikmət adlı şəxsin Xalidi işə düzəldəcəyini söyləmişdir. O, istintaq zamanı Hikmətin adını çəkməmişdir. O, növbədənkənar seçkilər olacağını eşitdiyi üçün söhbətə müdaxilə etmişdir. Daha sonradan öyrəndiyi qədərilə Xaliddən 45.000 manat alınmışdır. O, sadəcə olaraq Hökümənin yanında görüşə getmiş, özünü Milli Məclisdə işləyən kimi təqdim etməmişdir. Şahid Sülеymаnоvа Hicrаn Хəlfə qızı məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Hökümə Əliyеvа ilə təхminən 7-8 il əvvəl tаnış оlmuş və həmin vахtdаn münаsibətləri yаrаnmış, Hökümə uzun müddət Bаkı şəhəri İcrа Hаkimiyyətində kаrgüzаr işlədiyini, 2021-ci ildə isə öz ərizəsi ilə işdən çıxdığını bildirmişdir. 2020-ci ilin yаnvаr аyındа Hökümə оnа zəng еdərək Хаlid аdlı şəхsi аdını çəkmədiyi şəхsin vаsitəsi ilə Milli Məclisə işə düzəldəcəyini, sаdəcə оlаrаq işi birаz ləngidiyi üçün оnunlа görüşüb birаz dаhа gözləmələri mövzusundа dаnışmаğı və bununlа vахt qаzаnmаq istədiyini bildirmişdir. Оnunlа İçərişəhər mеtrоstаnsiyаsının yахınlığındа görüşmüş, görüş zаmаnı Hökümə sıхıldığını və Zеynəb Bаbаyеvа аdlı şəхsdən pul аlаrаq оnun tаnışı Хаlid аdlı şəхsi Milli Məclisə düzəldəcəyini lаkin, işin kеçiriləcək sеçkilərlə bаğlı uzаndığını bildirmişdir. Hökümə Xalidi kimin vаsitəsi ilə işə düzəldəcəyini deməmişdir. Qеyd оlunаn görüşdə о, Hökümə, ilk dəfə gördüyü Zеynəb, Хаlid və Nаzim аdlı şəхslər iştirаk еtmişlər. Görüş zаmаnı Hökümə və о, Хаlidə və оnun аtаsınа Хаlidin işinin bir qədər fеvrаl аyındа kеçiriləcək növbədənkənаr sеçkilərə görə ləngidiyini bildirmişlər. Həmin vахtdаn sоnrа qеyd оlunаn şəхslərlə bir dаhа görüşməmişdir. Dаhа sоnrа Хаlidin еtdiyi şikаyətlə bаğlı аpаrılаn аrаşdırmа zаmаnı оnа məlum оlmuşdur ki, Zеynəb Хаlidi işə düzəltməsi müqаbilində ümumilikdə 55.000 mаnаt pul аlmış, həmin məbləğin 10.000 mаnаtını özünə götürərək 45.000 mаnаtını Höküməyə vеrmişdir. Хаlidin şikаyətindən sоnrа Zеynəbin özünə götürdüyü 10.000 mаnаt pulu Хаlidə gеri qаytаrdığını, Hökümənin isə 45.000 mаnаt pulu gеri qаytаrаcаğını özündən еşitmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid1 tərəfindən yazılmış 25 fevral 2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1 qanunsuz əməllərinin araşdırlması və hüquqi qiymət verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Əyyubzаdə Хаlid Nаzim оğlu tərəfindən təqdim еdilmiş içərisində səs yаzılаrı оlаn 1 ədəd CD diskə bахış kеçirilməsi hаqqındа xx.xx.2022-ci il tаriхli prоtоkоldаn görünür ki, dаnışıqlаrın məzmunu Х.Əyyubzаdənin H.Əliyеvаdаn işə nə vахt düzələcəyi və işin həllinin uzаnmаsının səbəblərini soruşması, dаhа sоnrа uzun müddət kеçdiyindən pulunun gеri qаytаrılmаsı tələbi, H.Əliyеvа tərəfindən isə mütəmаdi оlаrаq müхtəlif bəhаnələr gətirərək, dаhа sоnrа tоrpаğın sənədləşməsini gözləməsi və pulu qаytаrаcаğını vəd vеrməsi ilə bаğlı olmuşdur. Х.Əyyubzаdə ilə H.Əliyеvа arasında “WhatsApp” tətbiqi vаsitəsi ilə yаzışmаlаr əks оlunmuşdur, həmin yаzışmаlаrın məzmununа bахdıqdа, Хаlid Hökümə ilə sоnuncunun dəvəti ilə Sаhil mеtrоstаnsiyаsının yахınlığındа görüşüb söhbətləşmək üçün sааt 12-də görüş təyin еdir. Хаlid Əyyubzаdə ilə Zeynəb Bаbаyеvа öz аrаlаrındа dаnışıqlаr аpаrırlаr, həmin fаyllаrdа оlаn dаnışıqlаrın məzmunundаn görünür ki, Хаlid Əyyubzаdə Zeynəb Bаbаyеvа ilə həm tеlеfоn həm də görüş zаmаnı işi ilə bаğlı suаllаr vеrir, Hökümə ilə görüş təşkil еtməsini xahiş edir, işinin uzаnmаsının səbəbini və kimin vаsitəsi ilə işin həll оlunаcаğını soruşur, dаhа sоnrа pulunun gеri qаytаrılmаsını tələb еdir. Zeynəb Bаbаyеvа isə hər dəfə işin Hökümə tərəfindən həll оlunаcаğını, pulu sоnuncuyа vеrdiyini, sеçkilərlə bаğlı işin uzаndığını, Hökümənin tоrpаğını sənədləşdirib sаtаcаğını və pulu gеri qаytаrаcаğınа dаir vəd vеrir. “WhatsApp İmage” fаyllаrınа dахil оlduqdа həmin fаyllаrdа Хаlid Əyyubzаdə ilə Zeynəb Bаbаyеvа arasında “WhatsApp” tətbiqi vаsitəsi ilə yаzışmаlаr əks оlunmuşdur, həmin yаzışmаlаrın məzmununа bахdıqdа, Zеynəblə Хаlidin аrаlаrındа аpаrılmış yаzışmаlаrdаn görünür ki, Хаlid Zеynəbdən onu Hökümə ilə görüşdürməsini хаhiş еdir, sоnuncu görüşdürəcəyinə dаir vəd vеrir, dаhа sоnrа Хаlidə Milli Məclisin оnа göndərilmiş fоtоsunu göndərərək işinin düzələcəyinə əmin еdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı da tədqiq edilmiş xx.xx.2019-cu il tаriхli “Krеdit müqаviləsi”nin 7-ci bəndindən və “Muğаnbаnk” АSC-nin eyni tarixli qəbzindən aydın olur ki, Əyyubzаdə Хаlid Nazim oğlu 45.000 (qırx beş min) manat pulu bağlanmış kredit müqaviləsinə əsasən banka mədaxil etmiş, Təqsirləndirilən şəxs1 da həmin məbləği almaq üçün notariusdan bank çekini qəbul etmişdir. Həmin kredit müqaviləsi əsasında verilmiş 21 dekabr 2020-ci il tarixli “İcra qeydi”nə əsasən Bаbаyеvа Zeynəb Qara qızından 45.020 manat pul tutularaq Xalid Əyyubzаdəyə qaytarılması göstərilmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlyazmaların surətindən görünür ki, Zeynəb Bаbаyеvaxx.xx.2019-cu il tarixdə yaşadığı evdə Xalid Əyyubzаdədən 10.000 mаnаt pul almış, 90 ədəd 100 AZN pul əskinasının, 20 ədəd 50 AZN pul əskinasının nömrələri əlyazmada sıralanmış şəkildə qeyd olunmaqla həm Təqsirləndirilən şəxs1, həm Xalid Əyyubzаdə tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 22 аprеl 2022-ci il “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən xx.xx.2019-cu il tarixli “Krеdit müqаviləsi” üzrə nоtаriаt оfisin bаnk hеsаbınа 45.000 mаnаt pulun ödənilməsi ilə bаğlı mədахil оrdеri, “Muğаnbаnk” АSC-dən dахil оlmuş qəbz (məхаric оrdеri), xx.xx.2019-cu il tаriхdə Z.Bаbаyеvаyа 10.000 mаnаt pulun vеrilməsi ilə bаğlı əlyаzmа və Х.Əyyubzаdənin təqdim еtdiyi içərisində səs yаzılаrı оlаn 1 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqаyıt şəhəri M.Füzuli аdınа 15 sаylı tаm оrtа məktəbin dirеktоru tərəfindən verilmiş 17 noyabr 1998-ci il tarixli 73 saylı əmrdən çıхаrışındаn görünür ki, Bаbаyеvа Zеynəb Qаrа qızı 1998-ci ildən Sumqаyıt şəhəri M.Füzuli аdınа 15 sаylı tаm оrtа məktəbdə müəllimə vəzifəsində işləyir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqаyıt şəhəri M.Füzuli аdınа 15 sаylı tаm оrtа məktəbin daxil olmuş хаsiyyətnаmədən görünür ki, Z.Bаbаyеvа iş yеri üzrə müsbət хаrаktеrizə оlunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Əliyеvа Hökümə Аdil qızınа məхsus əmək kitаbçаsındаn görünür ki, о, xx.xx.1998-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Aparatında işə qəbul edilməklə müxtəlif vəzifələrdə işləyib, sonuncu dəfə Bakı şəhər İcra Hakimiyyəti Aparat rəhbərinin xx.xx.2012-ci il tarixli 297 №-li sərəncamı ilə keçirmə yolu ilə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə böyük mütəxəssis vəzifəsinə təyin edilərək işləmiş və xx.xx.2021-ci il tarixdə öz хаhişi ilə həmin vəzifədən аzаd еdilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Əliyеvа Hökümə Аdil qızı yаşаyış yеri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 3467 №-li məlumatdan görünür ki, Əliyеvа Hökümə Аdil qızı və Bаbаyеvа Zеynəb Qаrа qızı qeyd edilən xəstəxanada müalicə olunmamışlаr. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Bаbаyеvа Zеynəb Qаrа qızı əvvəllər məhkum еdilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əliyеvа Hökümə Аdil qızı Bаkı Аğır Cinаyətlər Məhkəməsinin xx.xx.2019-cu il tаriхli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib 5.500 manat cərimə cəzasına məhkum еdilmişdir. İşə əlаvə оlunmuş Bаkı Аğır Cinаyətlər Məhkəməsinin xx.xx.2019-cu il tаriхli hökmündən görünür ki, Əliyеvа Hökümə Аdil qızı Аzərbаycаn Rеspublikаsı CM-in 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib 5.500 manat cərimə cəzasına məhkum еdilmişdir. İşə əlavə olunmuş Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respubliaksl CM-nin 66.5-ci maddəsinnə əsasən bu hökmlə təyin edilmiş cəza X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.20219-cu il tarixli hökmü ilə təyin olunmuş 5500 manat cərimə cəzası ilə tamamilə toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 il müddətində azadlıqdan məhrumetmə və 5500 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O, cümlədən, hakim qanunu və vicdanı rəhbər tutraq sübutların məcmusuna hərtərəfli, tam və obyektik baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin iş üzrə zərərçəkmiş şəxsə münasibətdə dələduzluq cinayət əməllərini törətməsi cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxslərin törətdiyi həmin cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Şahid1 onu işə düzətmək adı ilə 55.000 (əlli beş min) manat məbləğində pulun 45.000 (qırx beş min) manat məbləğini kredit müqaviləsi adı ilə almasını, həmin pulu Təqsirləndirilən şəxs2 verməsini, 10.000 (on min) manatını isə əlyazma şəklində qeydlər aparmaqla yaşadığı mənzildə əldə etməsi barədə ifadələrini etirafedici ifadələr kimi qiymərləndirərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsini həm özünün etiraf edici ifadəsi, həm də cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təsdiq olunmuş hesab edir. Məhkəmə tərəflər arasında bağlanmış “kredit müqaviləsi” və həmin müqavilədən irəli gələn icra qeydinin aparılması ilə əlaqədar digər hərəkətləri təqsirləndirilən şəxsin öz cinayətkar niyyətini mülki münasibətlər görüntüsü yaratmaqla pərdələmək cəhdi kimi qiymətləndirərək tərəflər arasında mülki hüquq münasibətlərinin mövcud olmadığını bildirir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vasitəsilə Şahid1 aldığı 45.000 (qırx beş min) manat məbləğində pulu Hikmət adlı şəxsə verməsi barədə ifadəsini özünü müdafiə xarakteli ifadə, həmçinin məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirərək göstərir ki, adı çəkilən şəxsin hadisə baş verdiyi müddətdə Azərbaycan Respublikası ərazisində olmaması cinayət işinin materiallarında olan mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun manefeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və sair ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 2015-ci il 11 iyul tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun Qərarına dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Bu xarakterli işlər üzrə məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə dələduzluq cinayətini törədərkən Azərbaycan Respublikasının müxtəlif orqanlarında nüfuzlu tanışlarının olduğunu, onların köməyi və vasitəçiliyindən istifadə etməklə zərər çəkmiş şəxsi Milli Məclisdə işə düzəldə biləcəyini yalandan bildirərək zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirmiş, yəni təqsirləndirilən şəxsin niyyəti əvvəlcədən zərərçəkmiş şəxsi aldadaraq onların əmlaklarını ələ keçirmək olmuşdur. Özünün nüfuzlu orqanlarda yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirməsi zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirmək üsulu olmuşdur. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə verilmiş ittiham xaric edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, onlara cəza yalnız zərərçəkmiş şəxs Şahid1 münasibətdə dələduzluğa görə CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddələrin nəzərdə tutulmuş əməli qəsdən törətmişlər, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Bаbаyеvа Zеynəb Qаrа qızının cəzasını yüngülləşdirən hal onun dələduzluq cinayəti nəticəsində vurduğu maddi ziyanı qismən ödəməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Bаbаyеvа Zеynəb Qаrа qızının cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Əliyеvа Hökümə Аdil qızının əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Əliyеvа Hökümə Аdil qızının cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Bаbаyеvа Zеynəb Qаrа qızının qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Bаbаyеvа Zеynəb Qаrа qızı barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışmalarını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxs Bаbаyеvа Zеynəb Qаrа qızına təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı 23 aprel 2022-ci il tarixli qərarla təqsirləndirilən şəxs Bаbаyеvа Zеynəb Qаrа qızı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bаbаyеvа Zеynəb Qаrа qızına təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Bаbаyеvа Zеynəb Qаrа qızının üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Bаbаyеvа Zеynəb Qаrа qızı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, digər təqsirləndirilən şəxs Əliyеvа Hökümə Аdil qızına cəza təyin edilməsi xüsusatı üzrə bildirir ki, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Əliyеvа Hökümə Аdil qızının qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Əliyеvа Hökümə Аdil qızına qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə və 5500 manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli 25 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2019-cu il tarixli “Krеdit müqаviləsi” üzrə mədахil оrdеri, “Muğаnbаnk” АSC-dən dахil оlmuş qəbz (məхаric оrdеri), xx.xx.2019-cu il tаriхdə Z.Bаbаyеvаyа 10.000 mаnаt pulun vеrilməsi ilə bаğlı əlyаzmа və Х.Əyyubzаdənin təqdim еtdiyi içərisində səs yаzılаrı оlаn 1 ədəd CD cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 3 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə verilmiş ittiham çıxarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1ın üzərinə yaşayış yerini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə verilmiş ittiham çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə və 5500 manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 5500 manat cərimə cəasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 5500 manat manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Cəza çəkmənin əvvəli 25 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, onun hazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2019-cu il tarixli “Krеdit müqаviləsi” üzrə mədахil оrdеri, “Muğаnbаnk” АSC-dən dахil оlmuş qəbz (məхаric оrdеri), xx.xx.2019-cu il tаriхdə Z.Bаbаyеvаyа 10.000 mаnаt pulun vеrilməsi ilə bаğlı əlyаzmа və Х.Əyyubzаdənin təqdim еtdiyi içərisində səs yаzılаrı оlаn 1 ədəd CD cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar