Məhkəmə qərarları › İş №1(124)-134/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-134/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-134/2025 30.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X10 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Xaçmaz şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Quba şəhəri, Heydər Əliyev prospekti, ev 180-da qeydiyyatda olan və Quba şəhəri, Fətəlixan küçəsi, ev 2B, mənzil 27-də yaşayan, 18 may 2024-cü il tarixdən tutularaq barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 08 iyun 2024-cü il tarixdə həmin qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Sumqayıt Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024cü il tarixli hazırlıq iclasına dair qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 2 qramdan artıq miqdarda ümumi xalis çəkisi 8,246 qram psixotrop maddə metamfetamini əldə edib yaşadığı mənzildə və bibisi oğlu X5 evində saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Quba şəhəri, Fətəlixan küçəsi, ev 2B, mənzil 27-yə baxış keçirilərkən ona məxsus yataq otağında yerləşən çarpayının sağ tərəfindəki kiçik həcmli dolabda olan bir ədəd plastmas qabdan onun gizlədərək saxladığı 21 (iyirmi bir) ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,353, 0,355, 0,344, 0,313, 0,330, 0,336, 0,335, 0,334, 0,321, 0,334, 0,348, 0,336, 0,356, 0,334, 0,330, 0, 316, 0,611, 0,283, 0,361, 0,372 və 0,394 qram olmaqla ümumi xalis çəkisi 7,396 qram, dərhal sonra Vahid Nəcəfova məxsus ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən şüşəli dolabda olan dəmir materiallı fıstıq qutusundan onun ev sahibi Vahid Nəcəfovun məlumatı olmadan gizlədərək saxladığı 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,350, 0,329 və 0,171 qram olmaqla ümumi xalis çəkisi 0,850 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ittihamda göstərilən psixotrop maddə onda olmuşdur. Metanfetamini konum vasitəsi ilə Bakı şəhərindən almışdır. Onu məhlədə binanın qarşısında saxlamışlar. Metanfetamini özü bükümlərə ayırmamış, həmin metanfetamini alarkən bükümlərə bölünmüş formada almışdır. Metanfetamini şəxsi istifadə məqsədi ilə almışdır. 600 manat civarında pul vermişdir. Ona hər hansı bir təzyiq olunmamışdır. Narkotik vasitəsinin miqdarı və tərkibi düzgün göstərilmişdir. Onu məhlələrində yerləşən binanın qarşısında saxlamışlar. Evdə yatan zaman qapını bir qız uşağı döymüş və anası da qapını açmışdır. Bundan sonra evə daxil olmuşlar. O da metanfetamini özü təqdim etmişdir. Daha sonra ona 234.1-ci maddə ilə ittiham elan olunacağını demişlər. Ondan sonra onlar aşağı düşmüşlər və müdafiəçi gəlmişdir. Təhqiqatçı, iki şahid və müdafiəçi iştirak etmişdir. Çəkilişlə narkotiki təqdim etmişdir. Ondan sonra evdə çəkiliş olmuşdur. Vahid Nəcəfovu saxlayandan sonra onu da saxlamışlar. Vahid narkotikin ona məxsus olduğunu demişdir. Avtomobilinə də baxış keçirilmiş və heç bir şey aşkar olunmamışdır. Ona məxsus narkotik Vahidin evində olmuşdur. Həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Quba şəhəri, Heydər Əliyev prospekti, ev 180-da qeydiyyatdadır və Quba şəhəri, Fətəlixan küçəsi, ev 2 B, mənzil 27-də anası ilə birlikdə yaşayır. Rəsmi olaraq subay olsa da, qeyri- rəsmi münasibətdə olduğu qadından dünyaya gələn himayəsində bir azyaşlı oğul övladı vardır. Tutulana qədər təxminən 2 aya yaxın müddətdə “patı” və ya “şüşə” kimi tanınan psixatrop maddə metamfetamin istifadə etmişdir. Əvvəllər təxminən 1 il ərzində narkotik vasitə olan “nəşə” kimi tanınan marixuana istifadə etmişdir. 01 may 2024-cü il tarixdə ona tanımadığı nömrədən “Whatsapp” vasitəsilə zəng edərək özünü İran Respublikası vətəndaşı edən şəxs ucuz qiymətə “patı” kimi tanınan psixatrop maddə metamfetamin satdığını bildirmişdir. Öz istifadəsi üçün almaq məqsədilə həmin şəxsdən satmaq istədiyi metamfetaminin qiyməti ilə maraqlanmışdır. Həmin şəxs 15 qram çəkidə metamfetamini 600 manata satdığını bildirmiş və o, bu qiymətlə razılaşmışdır. Həmin şəxs ona M10 hesabını göndərərək pulu bu hesaba köçürməyini və köçürdükdən sonra isə həmin metamfetamini dediyi yerdən götürəcəyini bildirmişdir. O, razılaşaraq 02 may 2024-cü il tarixdə, həmin şəxsin təqdim etdiyi hesaba 600 manat pul göndərdikdən sonra həmin şəxs ona satdığı metamfetaminin Bakı şəhəri, Şamaxinka adlanan ərazidə, yolun kənarında qoyulduğunu bildirərək bu yerin “məkan”nını və şəklini “Whatsappla göndərmişdir. O, həmin günü, yəni 02 may 2024-cü il tarixdə, saat 22 radələrində tanımadığı taksi ilə Bakı şəhərinə gedərək Şamaxinka adlanan ərazidə yol kənarından plasmas materiallı əzilmiş stəkanı götürmüş və stəkanın içərisinə baxarkən çoxlu sayda şəffaf sellofan bükümlərdə metamfetamin olduğunu görmüşdür. Həmin metamfetamin bükümlərini saymadan və çəkisini ölçmədən cibinə qoyaraq yaşadığı Quba şəhərinə geri qayıtmışdır. 03 may 2024- cü il tarixdə, saat 03 radələrində yaşadığı Quba şəhəri, Fətəlixan küçəsi, ev 2B, mənzil 27- yə gəlmiş və cibindəki metamfetamin bükümlərini isə yaşadığı mənzilin yataq otağında yerləşən çarpayısının kənarında olan kiçik həcmli dolabın birinci üst gözünə qoymuşdur. O, həmin metamfetaminin üzərindən götürüb istifadə etməyə başlamışdır. 17 may 2024-cü il tarixdə, axşam saatlarında evdə qonaqlar olduğu üçün gizlədərək saxladığı metamfetamindən rahat istifadə edə bilmədiyi üçün həmin metamfetamin bükümlərindən 03 ədədini götürərək ünvan 1 ünvanında yaşayan bibisi oğlu X5 evinə gətirmişdir. Belə ki, tək qalan Vahidin evinin açarlarından biri onda olmuş və o, Vahidin evinə tez-tez gələrək onun üçün ayrılmış otaqda qalmışdır. Metamfetaminləri gətirən zaman Vahid evdə olmamışdır. Həmin evdə gətirdiyi metamfetamin bükümlərindən birinin üzərindən bir qədər götürüb falqaya tökərək çəkməklə istifadə etmişdir. Qalan 2 ədəd tam büküm və 1 ədəd üzərindən istifadə etdiyi bükümü siqaretin iç kağızına büküb dəmir materiallı fıstıq qutusuna qoyaraq ona ayrılmış otaqda yerləşən şüşəli dolabın üst gözünə yerləşdirərək növbəti günlərdə istifadə etmək üçün orada saxlamışdır. O, metamfetamin çəkən və metamfetamin bükümlərini gizlədən zaman Vahid yanında olmamış, onun həmin evdə metamfetamin istifadə etdiyindən Vahidin heç bir xəbəri olmamışdır. 17 may 2024-cü il tarixdə, saat 23:30 radələrində Vahidin evindən çıxarkən çöldən evə gələn Vahidlə qapıda rastlaşmışdır. O, Vahidlə evlərinin qarşısında siqaret çəkərək söhbət etmiş və sağollaşıb öz evinə getmişdir. Həmin metamfetamini Vahidin evində gizlətdiyi barədə Vahidə heç nə deməmişdir. Vahidə məxsus evdə metamfetamini gizlədərək saxlamaqda məqsədi növbəti günlərdə də gəlib davamlı olaraq özü üçün tək istifadə etmək olmuşdur. 18 may 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı Quba şəhəri, Fətəlixan küçəsi, ev 2B-nin qarşısında dayanan zaman Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-yə məlumat verərək təhqiqatçı və vəkil dəvət edəcəklərini bildirmişlər. Onlar təhqiqatçı və vəkil gələnə kimi onun hərəkətlərimi daim nəzarətdə saxlamışlar. Təhqiqatçı və vəkil gələndən sonra özünü Quba RPŞ-nin təhqiqatçısı Elçin Həmzəyev kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə yaşadığı binanın dəhlizində üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. O, şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunan digər nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. O, üzərində deyil, yaşadığı mənzildə və bibisi oğlu Vahid Nəcəfova məxsus evdə “patı” kimi tanınan psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Şəxsi axtarış aparılarkən onun üzərindən saxlanması qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Video çəkiliş davam etdirilərək onun öz razılığı ilə yaşadığı mənzilə baxış keçirilməyə başlanmışdır. Ailə üzvləri həmin vaxt evdə olmadığı üçün o, özündə olan açarla yaşadığı mənzilin qapısının kilidini açmış və birinci özü olmaqla bütün iştirakçılar içəri daxil olmuşlar. Yaşadığı mənzilə baxış keçirilən zaman o, özünə məxsus yataq otağında yerləşən çarpayının sağ tərəfində olan kiçik həcmli dolabın gözünü açaraq bir ədəd plastmas qabı götürmüş və qabın qapağını açıb içərisindəki şəffan sellofan bükümləri göstərərək bu formada aldığını bildirmişdir. Təhqiqatçı bükümləri açarkən içərisindən ağımtıl rəngli kristal şəkilli kütlə aşkar edilmişdir ki, o, bu kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, tanımadığı İranlı şəxsdən aldığını, həmin şəxsin təqdim etdiyi hesaba pul köçürərək həmin şəxsin dediyi yerdən, yəni Bakı şəhərində yerləşən Şamaxinka adlanan ərazidən götürdüyünü, alandan sonra üzərindən istifadə etdiyini və öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin bükümlər sayılarkən 21 ədəd, birlikdə elektron tərəzidə çəkilərkən isə 9,37 qram təşkil etmiş və onlar bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə o, və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa mənzilindən qanunla saxlanması qadağan edilən heç nə aşkar edilməmişdir. Şəxsi axtarış başa çatandan dərhal sonra video çəkiliş davam etdirilərək yaşadığı evin qarşısında saxladığı özümə məxsus “Hundai Santafe” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun razılığı əsasında baxış keçirilməyə başlanmışdır. Baxış keçirilərkən avtomobildən saxlanması qanunla qadağan edilən heç bir əşya və ya predmet aşkar olunmamışdır. O, bibisi oğlu Vahidin yaşadığı evdə də psixotrop maddə metamfetamin saxladığımı bildirdiyi üçün avtomobilimə baxış keçirilən zaman avtomobilin salonunda yerləşən sürətlər qutusu başlığının yanında saxladığı Vahidə məxsus evin açarını götürmüş və baxış başa çatandan dərhal sonra bütün iştirakıçılar birlikdə Vahidin yaşadığı ünvana getmişlər. Həmin vaxt evdə olan Vahid yaşadığı evin qarşısına çağırılmış və evinə baxış keçirilməsi zərurəti olması Vahidə izah edilmişdir. Vahid yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Video çəkilişlə Vahidin öz razılığı əsasında yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Vahid birinci özü olmaqla bütün iştirakçılar içəri daxil olmuşlar. O, özündə olan açarla zal otağının yuxarı tərəfində yerləşən onun qaldığı otağın qapısını açmış və o, özü birinci olmaqla bütün iştirakçılar həmin otağa daxil olmuşlar. O, otaqda yerləşən şüşəli dolabın üst gözündə olan dəmir materiallı fıstıq qutusunu təqdim edərək psixotrop maddəni bu qutuda saxladığını bildirmişdir. Təhqiqatçı qutunun içərisindəki 3 ədəd sellofan bükümü götürən zaman o, həmin bükümlərin içərisindəki kütlənin metamfetamin olduğunu, bu metamfetaminləri saxlamağı barədə ev sahibi Vahidin xəbəri olmadığını, öz istifadəsi üçün saxladığını bildirmişdir. Onun metamfetamin saxlamağı barədə Vahid də məlumatı olmadığını bildirmişdir. Həmin bükümlər birlikdə elektron tərəzidə çəkilərkən 1,12 qram təşkil etmiş və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə o, və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Sonra təhqiqatçı tərəfindən iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq masanın üzərində olan zibilqabının içərisindəki papiros formasında düzəldilən kağız borucuq, içi boş ağ rəngli kağız və masanın üzərində olan qızılı ağ rəngli kağız götürülərək ağ kağız zərfdə qablaşdırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən zibilqabında olan siqaret kötükləri götürülərək ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Bundan başqa Vahidin evindən saxlanması qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Video çəkilişlər başa çatandan sonra onun üzərində şəxsi axtarış aparılması, yaşadığı mənzilə və avtomobilinə, Vahidin evinə baxış keçirilməsi barədə protokollar tərtib edildi. Protokolların məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Həmin metamfetamini alandan sonra üzərindən götürüb özü tək istifadə etmişdir. Lakin həmin metamfetamindən heç kimə satmamış və verməmişdir. O, həmin metamfetamini yalnız öz istifadəsi üçün saxlamışdır. Həmin metamfetaminləri öz evində və bibisi oğlu Vahidə məxsus evdə gizlədərək saxlamağı barədə heç kimin məlumatı olmamışdır. Onun yataq otağına da o, olmadığı vaxt heç kim daxil olmur. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. İranlı şəxs ona satdığı psixotrop maddəni ucuz qiymətə təklif etdiyindən, həmçinin Bakı şəhərinə hər dəfə getmək ona çətinlik yaratdığından o, psixotrop maddəyə təxminən 1 aylıq olan tələbatını ödəmək məqsədilə 15 qram çəkidə almışdır. Yəni həmin psixotrop maddəni ancaq öz istifadəsinə görə əldə etmişdir. Aşkar edilmiş psixotrop maddələri bükümlərə o, ayrımamış, onları bükümlər halında almış və aldığı formada, yəni bükümlər halında saxlamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını raportla rəhbərliyə məruzə etmiş və bu məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, işlədiyi bölmənin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 və şöbənin baş inspektor kriminalisti Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri, Fətəlixan küçəsi, ev 2B-nin qarşısında olduğunu müəyyən etmişlər. 18 may 2024-cü il tarixdə, saat 13 radələrində həmin evin binasının girişində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair barəsində məlumat olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Quba Rayon Polis Şöbəsinə məlumat verərək təhqiqatçı və vəkil dəvət ediləcəyini izah etmişlər. Müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü dərhal həmin yerə şöbədən təhqiqatçı dəvət etmişlər. Təhqiqatçı gələnə kimi Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Bir qədər sonra vəkillə birlikdə gələn təhqiqatçı Elçin Həmzəyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə yaşadığı binanın dəhlizində üzərində şəxsi axtarış aparılacağı izah olunarkən Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Video çəkiliş Fuad İslamov tərəfindən aparılmışdır. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunan digər nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində deyil, öz yaşadığı mənzildə və bibisi oğlu X9 məxsus evdə “patı” kimi tanınan psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərindən saxlanması qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Video çəkiliş davam etdirilərək Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı mənzilə baxış keçirilməyə başlanmışdır. Ailə üzvləri həmin vaxt evdə olmadığı üçün Təqsirləndirilən şəxs özündə olan açarla yaşadığı mənzilin qapısının kilidini açmış və birinci özü olmaqla bütün iştirakçılar içəri daxil olmuşlar. Mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs özünə məxsus yataq otağında yerləşən çarpayının sağ tərəfində olan kiçik həcmli dolabın gözünü açaraq bir ədəd plastmas qabı götürmüş və qabın qapağını açıb içərisindəki şəffan sellofan bükümləri göstərərək bu formada aldığını bildirmişdir. Təhqiqatçı bükümləri açarkən içərisindən ağımtıl rəngli kristal şəkilli kütlə aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs bu kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, tanımadığı İranlı şəxsdən aldığını, həmin şəxsin təqdim etdiyi hesaba pul köçürərək həmin şəxsin dediyi yerdən, yəni Bakı şəhərində yerləşən Şamaxinka adlanan ərazidən götürdüyünü, alandan sonra üzərindən istifadə etdiyini və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Həmin bükümlər sayılarkən 21 ədəd, birlikdə elektron tərəzidə çəkilərkən isə 9,37 qram təşkil etmiş və onlar bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs mənzilindən saxlanması qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Şəxsi axtarış başa çatandan dərhal sonra video çəkiliş davam etdirilərək Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxladığı özünə məxsus “Hundai Santafe” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs razılığı əsasında baxış keçirilməyə başlanmışdır. Baxış keçirilərkən avtomobildən saxlanması qanunla qadağan edilən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bibisi oğlu Vahidin yaşadığı evdə də psixotrop maddə metamfetamin saxladığını bildirdiyi üçün avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda yerləşən sürətlər qutusu başlığının yanında saxladığı Vahidə məxsus evin açarını götürmüş və baxış başa çatandan dərhal sonra bütün iştirakıçılar birlikdə Vahidin yaşadığı ünvana getmişlər. Həmin vaxt evdə olan Vahid yaşadığı evin qarşısına çağırılmış və evinə baxış keçirilməsi zərurəti olması Vahidə izah edilmişdir. Vahid yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Video çəkilişlə Vahidin öz razılığı əsasında yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Vahid birinci özü olmaqla bütün iştirakçılar içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs özündə olan açarla zal otağının yuxarı tərəfində yerləşən özünün qaldığı otağın qapısını açmış və Təqsirləndirilən şəxs özü birinci olmaqla bütün iştirakçılar həmin otağa daxil olmuşlar. Təqsirləndirilən şəxs otaqda yerləşən şüşəli dolabın üst gözündə olan dəmir materiallı fıstıq qutusunu təqdim edərək psixotrop maddəni bu qutuda saxladığını bildirmişdir. Təhqiqatçı qutunun içərisindəki 3 ədəd sellofan bükümü götürən zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki kütlənin metamfetamin olduğunu, bu metamfetaminləri saxlaması barədə ev sahibi Vahidin xəbəri olmadığını, öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs metamfetamin saxlaması barədə Vahid də məlumatı olmadığını bildirmişdir. Həmin bükümlər birlikdə elektron tərəzidə çəkilərkən 1,12 qram təşkil etmiş və bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Sonra təhqiqatçı tərəfindən iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq masanın üzərində olan zibilqabının içərisindəki papiros formasında düzəldilən kağız borucuq, içi boş ağ rəngli kağız və masanın üzərində olan qızılı ağ rəngli kağız götürülərək ağ kağız zərfdə qablaşdırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən zibilqabında olan siqaret kötükləri götürülərək ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Bundan başqa Vahidin evindən saxlanması qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Video çəkilişlər başa çatandan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, yaşadığı mənzilə və avtomobilinə, Vahid Nəcəfovun evinə baxış keçirilməsi barədə protokollar tərtib edilmişdir. Protokolların məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə baxşında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Quba Rayon Polis Şöbəsinə xx.xx.1989cu il təvəllüdlü Quba şəhəri, Heydər Əliyev prospekti, ev 180-də qeydiyyatda olmaqla, Fətəlixan küçəsi, bina 2b, mənzil 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və evdə saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Quba şəhəri, Heydər Əliyev prospekti, ev 180-də qeydiyyatda olmaqla, Fətəlixan küçəsi, bina 2b, mənzil 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və evdə saxlamasında şübhəli bilinən xx.xx.1989-cu il təvəllüdlü Quba şəhəri, Heydər Əliyev prospekti, ev 180-də qeydiyyatda olmaqla, Fətəlixan küçəsi, bina 2b, mənzil 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı binanın blokunda saxlanılaraq Quba Rayon Polis Şöbəsinə gətirilmişdir. 18 may 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Quba RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X6, çoxmərtəbəli evin dəhlizində, pilləkənin qarşısında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlayır. Təhqiqatçı özünü təqdim edərək barəsində şəxsi axtarış aparılacaq şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyinə görə saxlanıldığını və ona özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim edərək narkotik istifadəçisi olduğunu deyir. Təhqiqatçı şəxsi axtarışda iştirak edən polis əməkdaşlarına və vəkilə özlərini təqdim etməsini bildirir. Onlar özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə varsa onu təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs cavab verir ki, “üzərimdə yoxdur, evdə var”. Təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirildiyini deyərək, üzərində nə varsa çıxarmasını bildirir. Təqsirləndirilən şəxs üzərindən kağız pullar, 1 ədəd mobil telefon, açarlar, 2 ədəd siqaret qutusu aşkar edilir, lakin qanunla qadağan edilən hər hansı əşya aşkar edilmir. Video çəkiliş davam etdirilərək şəxsi aştarışda iştirak edən şəxslər birlikdə qarşısında dayandıqları pilləkənlə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsindən ötrü yuxarı qalxırlar. Təqsirləndirilən şəxs pilləkənin sonuna çatanda evin qapısını özündə olan açarla açır və birinci özü olmaqla digər iştirakçılar evə daxil olurlar. Onlar dəhlizdə sol tərəfdən birinci yerləşən otağa daxil olurlar. Təqsirləndirilən şəxs həmin yataq otağında yerləşən çarpayının sağ tərəfində olan kiçik həcmli dolabın gözünü açaraq bir ədəd plastmas qabı götürür və qapağını açaraq içərisindəki bükümləri çıxarıb göstərib bu formada aldığını bildirir. Təhqiqatçı qabı götürüb bükümləri ovcuna boşaldır. Təhqiqatçı şəffan sellofandan ibarət həmin bükümlərdən birini açarkən içərisindən ağımtıl rəngli kütlə aşkar edilir. Təhqiqatçı həmin bükümləri dolabın üzərinə qoyaraq sayarkən 21 ədəd təşkil edir. Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olmasını, üzərindən istifadə etdiyini, Bakıda, Şamaxinka adlanan ərazidə İran vətəndaşı kimi tanıdığı şəxsdən konum atılaraq əldə etdiyini, ödənişi isə M10 tətbiqi vasitəsilə etdiyini bildirir. Həmin bükümlər birlikdə elektron tərəzidə çəkilərkən müdafiəçi 9,35 qram olduğunu bildirsə də, görüntüdə 9,37 qram olması müşahidə edilir. Həmin bükümlər bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. Zərfin üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza edirlər. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı mənzildən qanunla qadağan edilən heç nə aşkar edilmir. Təqsirləndirilən şəxs mənzilinə baxış 13 dəqiqə 49 saniyə davam edir, həcmi 1,17 GB-dir. 18 may 2024-cü il tarixdə tərtib edilmiş “mənzilə baxış keçirilməsi barədə” protokoldan görünür ki, mənzil və avtomobilə keçirilmiş baxışda iştirak edən şəxslər X11 ilə birlikdə sonuncunun evinin qarşısında dayanmışlar. Təhqiqatçı Əfqana deyir ki, “Əfqan qeyd etdiyin evin qarşısındayıq, psixotrop maddəni bu evdə qoymusan?”. Təqsirləndirilən şəxs “bəli” deyə cavab verir. Əfqan X7 bibisi oğlu olduğunu deyir. X8 “ev sənindir?” deyərək soruşur. Nitqində qüsur olduğu üçün danışa bilməyən Vahid Nəcəfov başını əyərək evin ona məxsus olmasını təsdiq edir. X8 evə baxış keçirməyə icazə istəyir və sonuncu başını aşağı əyərək işarə verməklə evə daxil olmağa icazə verir. Bundan sonra Vahid Nəcəfov özü birinci olmaqla iştirakçılar içəri daxil olurlar. Onlar dəhlizdən böyük zal otağına, oradan isə zal otağının yuxarı tərəfində yerləşən balaca pilləkənlə qalxırlar, Təqsirləndirilən şəxs özündə olan açarla pilləkənin başındakı otağın qapısını açır və Təqsirləndirilən şəxs özü birinci olmaqla otağa daxil olurlar. Təhqiqatçı Təqsirləndirilən şəxs psixotrop maddəni harada qoyaraq saxladığını soruşur. Otaqda sağ tərəfdə yerləşən şüşəli dolabın üst gözündə olan dəmir materiallı fıstıq qutusunu təqdim edir. Qapaqsız vəziyyətdə olan qutunun təhqiqatçı masanın üzərinə qoyaraq içərisindəki 3 ədəd sellofan bükümü götürərək həmin maddələrin eyni tərkibli olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs onların eyni tərkibdə olmasını bildirir. Həmin 3 ədəd büküm elektron tərəzidə çəkilərkən 1,12 qram təşkil edir və bü bükümlər ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. Zərfin üzərinə Təqsirləndirilən şəxs və müdafiəçisi imza edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin psixotrop maddələri qohumu Vahid Nəcəfovun evində saxlaması barədə sonuncunun xəbəri olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs qohumunun bundan məlumatı olmadığını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs onları nə məqsədlə saxlamasını soruşduqda o, öz istifadəsi üçün saxladığını deyir. X8 “sənin bundan xəbərin olub?” deyə soruşur. Vahid Nəcəfov əl və baş hərəkətləri ilə işarə verib və səslər çıxararaq işarə verməklə bundan xəbəri olmadığını bildirir. Bundan sonra təhqiqatçı masanın üzərində olan zibilqabının içərisindəki papiros formasında düzəldilən kağız borucuğu, içi boş ağ rəngli kağızı və bir ədəd masanın üzərində olan qızılı ağ rəngli kağızı götürərək ağ kağız zərfə qoyur. Sonra təhqiqatçı zibil qabında olan siqaret kötüklərini götürür, ağ kağız zərfə qoyaraq qablaşdırır. Bundan başqa Vahid Nəcəfovun yaşadığı mənzildən qanunla qadağan edilən heç nə aşkar edilmir. Vahid Nəcəfovun mənzilinə baxış 10 dəqiqə 31 saniyə davam edir, həcmi 914 MB-dir. Məhkəmə kimyəvi ekspertizasının 19 may 2024-cü il tarixli, 3-16-16/2-6/2818 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş 21 (iyirmi bir) ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,353, 0,355, 0,344, 0,313, 0,330, 0,336, 0,335, 0,334, 0,321, 0,334, 0,348, 0,336, 0,356, 0,334, 0,330, 0, 316, 0,611, 0,283, 0,361, 0,372 və 0,394 qram olmaqla ümumi xalis çəkisi 7,396 qram, onun bibisi oğlu X9 məxsus evdən aşkar edilmiş 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 0,350, 0,329 və 0,171 qram olmaqla ümumi xalis çəkisi 0,850 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi çəkisi 8,246 qramdır. Məhkəmə kimyəvi ekspertizasının 18 may 2024-cü il tarixli, 3-16-16/2-7/777 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki,”Təqsirləndirilən şəxs məxsus kağız bükülü və folqa” yazı və imzaları olan zərfdə yarı yanmış papiros formasında düzəldilmiş kağız b orucuqda, 1 ədəd içi boş ağ rəngli və 1 ədəd qızılı-ağ rəngli kağızın üzərində birki mənşəli narkotik vasitə hissəcikləri yoxdur Məhkəmə-narkoloji ekspertizasının 13 avqust 2024-cü il tarixli, 5540 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X13 adlı azyaşlı övladı vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 18 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutulmuş şəxsin azad edilməsi haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30 azad edilmişdir. Quba rayon məhkəməsinin 20 may 2024-cü il tarixli 4(027)-38/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Quba rayon məhkəməsinin 08 iyun 2024-cü il tarixli 4(027)-42/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Sumqayıt Ağır Cinayəylər məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Quba Rayon Polis Şöbəsinə xx.xx.1989-cu il təvəllüdlü Quba şəhəri, Heydər Əliyev prospekti, ev 180-də qeydiyyatda olmaqla, Fətəlixan küçəsi, bina 2b, mənzil 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və evdə saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, şəxs saxlanıldığı yerdə müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış, yaşadığı və digər mənzilə baxış zamanı mənzillərdən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı və digər mənzilə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, əməlini səmimi etiraf etməklə, peşiman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azad edilməsinə dair qərar olsa da, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından müəyyən olunur ki, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs faktiki polisin nəzarətində olmasını və məhkəmə iclas zalına polisin müşaiyəti ilə gətirilməsini nəzərə alaraq onun həbsdə saxlanılmasının əvvəlini xx.xx.2024-cü il tarixdən hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa Sumqayıt Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxnılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 151 (yüz əlli bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,146 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 151 (yüz əlli bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən götürülərək maddi sübut kimi tanınıb, Quba RPŞ-nin Maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,146 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar