Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-135/2023 16.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxx 1986-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddəsi ilə,
2. xx xxxxxxxx 1986-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X5 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə öz aralarında və şəxsiyyəti istintaq məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxs, eləcə də qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Səyid” adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının ərazisinə keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 4.084,151 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1.578,4 qram çəkidə narkotik vasitə tiryəki istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, sonuncu Emil Abbasov ilə birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qoyulan yerdən «Səyid» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən Emil Abbasov və Təqsirləndirilən şəxs1 külli miqdarda 3.960 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1.578,4 qram çəkidə narkotik vasitə tiryəki Emil Abbasovun lizing müqaviləsi əsasında əldə etdiyi və Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi “Khazar SD” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobildə, qalan külli miqdarda 86,559 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs1 öz üzərində və külli miqdarda 37,592 qram çəkidə olan hissəsini Emil Abbasov öz üzərində saxlamaqla birlikdə Quba rayonu ərazisinə daşımışlar, Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş məlumat əsasında Ajzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 aprel 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Emil Abbasov və Təqsirləndirilən şəxs1 həmin gün saat 19:00-da Quba rayonu, Quba-Qəçrəş yolunun 10-cu kilometriliyi yaxınlığında saxlanılaraq avtomobillə birlikdə ünvan 3 ünvanda yerləşən DİN-in Quba Rayon Polis Şöbəsinə aparılmışlar və həmin gün saat 21:00-da üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 86,559 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 37,592 qram çəkidə komponent tərkiblərinə və xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə heroinlə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra, həmin gün saat 22:20-də Quba RPŞ-nin inzibati ərazisində baxış zamanı Emil Abbasovun lizing müqaviləsi əsasında əldə etdiyi və Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi “Khazar SD” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerindən dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram, 1.520 qram, 1.365 qram və 575 qram olmaqla ümumilikdə külli miqdarda 3.960 qram çəkidə, eləcə də komponent tərkiblərinə və xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinlərlə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 150 qram, 95 qram, 95 qram, 1.220 qram və 18,4 qram olmaqla ümumilikdə külli miqdarda 1.578,4 qram çəkidə xarici əlamətlərinə və tərkİblərindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə eyni sinifdə təhsil almış və uşaqlıqdan bəri aralarında dostluq münasibətləri mövcud olmuşdur. O, narkotik vasitə istifadəçisidir və mütəmadi olaraq şəxsi istifadəsi üçün narkotik vasitələr əldə edirdi. Sonuncu dəfə İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxsdən 50 qram miqdarında narkotik vasitə əldə etmişdir. Lakin, əldə etdiyi həmin 50 qram miqdarında narkotik vasitənin pulunu verməmişdir. Bu səbəbdən İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxs onu polislər tərəfindən tutduracağını bildirmişdi. 31 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Quba şəhərinə istirahət məqsədi ilə yollanmışlar. Quba şəhərinə getdikdə İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxsdən əldə etdiyi 50 qram miqdarda narkotik vasitədən 30 qramı qalmışdı. Belə ki, o, bir gündə təxminən 1 qram miqdarda narkotik vasitə istifadə etmişdir. dirdim. Qubaya getməzdən əvvəl Təqsirləndirilən şəxs2la birgə “Nabran” İstirahət Mərkəzində olmuşlar. Daha sonra Quba şəhərində yerləşən “Uyut” Otelə getmişlər. 02 aprel 2022-ci il tarixdə saat 16:00-17:00 radələrində polis əməkdaşları onları Quba şəhərində yerləşən “Uyut” otelində saxlamışlar. Daha sonra o, göstərmişdir ki, 2013-cü il tarixdən heroin növündə narkotik vasitə istifadə edir Təqsirləndirilən şəxs2 da onun kimi mütəmadi olmasa da, arabir narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxsi tanımır. Sadəcə narkotik vasitəni götürməyə onunla birlikdə getmişdir. Quba şəhərinə Təqsirləndirilən şəxs2 adına lizinq müqaviləsi əsasında qeydə alınmış “Khazar” markalı avtomobil ilə getmişlər. Həmin avtomobili özü idarə etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildən fasilələrlə narkotik vasitə heroini iynəmək yolu ilə qəbul etmişdir. İcarəyə götürdüyü müxtəlif avtomobillərlə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub çörək pulu qazanmışdır. Buna baxmayaraq maddi çətinlik çəkmişdir. 2014-cü İldə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağına görə məhkum edilmiş, 2019-cu ilin mart ayında azadlığa buraxılmışdır. Təxminən bir ay qabaq sosial şəbəkələr vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Səyid” adlı şəxslə tanış olmuş, “Səyid” ona təklif etmişdir ki, onun İrandan keçirib Azərbaycana göndərdiyi narkotik vasitələri dediyi yerdən götürüb digər yerə aparıb gizlətdiyi halda, ona yaxşı pul göndərə bilər. Demişdir ki, hər göndərdiyi və paylanılan narkotikİn 1 kiloqramına görə ona 500 manat pul verəcək. O, maddi çətinlik çəkdiyindən razılaşmışdır. İranlı Səyidlə danışan zaman dostu Emil onun yanında olmuş və o, Emilə birlikdə İranlıya narkotik satmaqda köməklik etməyi təklif etmişdir. Emil razılaşmışdır. Razılığa əsasən o, Emilə gəlirinin yansını verməli olmuşdur. O, Təqsirləndirilən şəxs2 sinif yoldaşı kimi uşaqlıqdan tanımış, onunla dostluq münasibəti olmuşdur. Emil də onun kimi narkotik vasitələri qəbul etmişdir. Hətda təxminən bir il əvvəl narkotik vasitə saxladığına görə məhkum olunmuşdur.Bundan başqa onlar birlikdə narkotik vasitə qəbul etmişlər. Beləliklə də, birinci dəfə 20-25 gün əvvəl iranlının tapşırığına əsasən o, Emillə iranlının dediyi Qumbaşı kəndinə gedib oradan təxminən 5 kiloqram çəkidə narkotik vasitə heroin və tiryək götürüb İranlının dediyi Bakı şəhərində yerləşən 4-5 yerə zakladka etmişdir. Buna görə Səyid ona pul verməmiş, növbəti partiyada verəcəyini demişdir. Növbəti və sonuncu dəfə 2022-ci ilin mart ayının təxminən 26-da axşam saatlannda “Səyid” “Vatsap”la ona zəng edib demişdir ki, Lənkəran rayonu Qumbaşı kəndi ərazisində narkotik vasitə gizlədilən yeri izah edib malı götürüb Quba rayonuna aparmalı olduğunu, deyilən vaxt narkotikləri dediyi adamlara çatdırmalı olduğunu və əvəzində ona 2.500 manat və əvvəlki borcunu veriləcəyini bildirmişdir. Tapşınq barədə o, Emilə demiş və onlar iranlının dediyi yerə gedib oradan təxminən 5 kiloqrama yaxın narkotik vasitə heroin və tiryəki götürüb iranlının göstərişinə əsasən malları paylamaq üçün Bakı şəhərinə gəlmişlər. Bir neçə gün Bakı şəhərində kirayə götürdükləri dəqiq ünvanı xatırlamadığı mənzildə kirayə qaldıqdan sonra iranlı həmin narkotikləri Quba rayonuna aparmaqlarını tapşırıq vermişdir. Lakin avtomobilləri olmadığı üçün onlar mart ayının sonunda Emilin adına “Khazar” markalı **-PN-*** nömrəli avtomobil icarəyə götürüb 03 aprel 2022-ci il tarixdə idarə etdiyi avtomobillə Quba şəhərinə yollanmışlar. Qeyd etmək lazımdır ki, iranlının götürdüyü narkotik vasitə heroindən hərəsi bir büküm götürüb qalan hissəsini avtomobilin yük saxlanc yerində yerləşdirmişlər. 03 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində Quba-Qəşrəş yolunda tanışı Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi avtomobilin qarşısında dayanarkən dörd nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onları polis şöbəsinə dəvət etmiş, avtomobili İsə duracağa yerləşdirmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuş və onlara şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərilərinə müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onlara üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli, qısa qol gödəkçənin sol yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sağ yan cibindən “Samsung” markalı mobil telefon, bir ədəd pul qabı, həmin pul qabının içindən 200 manat pul, şəxsiyyət vəsiqəsi, bank kartları, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Daha sonra Emil əynində olan qara rəngli qısa qol gödəkçəsinin sol yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı Emilin əynində olan gödəkçəsinin sağ yan cibindən “Samsung” və “İphone” markalı mobil telefonlar, həmin gödəkçəsinin sol iç yan cibindən bir ədəd pul qabı, həmin pul qabının içindən 15 manat pul, sonuncuya məxsus şəxsiyyət və sürücülük vəsiqələri aşkar olunmuşdur. Həmin kütlələr qablaşdınlaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartları, sürücülük və şəxsiyyət vəsiqələri götürülmüş, digər əşya, predmet və pullar geri qaytarılmışdır. Sorğu-sual zamanı üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Səyid” adlı şəxsin vasitəsi ilə Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Səyid” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağım, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, qazanacağı pulun bir qismini Təqsirləndirilən şəxs2 verəcəyini, əlavə olaraq idarə etdiyi “Khazar” markalı **-PN-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq onun dediklərini təsdiq edərək üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin narkotik maddəni “Səyid” adlı İran İslam Respublikası vətəndaşının deyəcəyi yerlərə çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə onunla əlbir olduğunu, əlavə olaraq avtomobildə narkotik maddə saxlamağını bildiyini, həmin kütlələri onunla birlikdə əldə etdiyini bildirmişdir. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə “Khazar” markalı, **-PN-*** nömrəli avtomobilə getmiş və avtomobilin yük hissəsində gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 5 bükümdə narkotik vasitə tiryək, 4 bükümdə narkotik vasitə heroin kütlələr və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdınlaraq götürülmüşdür. (Cild 2, iş vərəqləri 88-91) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, qızıl satışı ilə bağlı dükanında işləməklə, aylıq təqribən 800-1.000 manat məbləğində pul qazanmışdır. Təqsirləndirilən şəxs1 ilə eyni sinifdə təhsil almışlar və uşaqlıqdan aralarında dostluq münasibətləri mövcud olmuşdur. O, arabir narkotik vasitə istifadə etmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs1la birlikdə Xırdalan şəhərindən narkotik vasitə götürmək üçün getmişlər. O, avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 gedib narkotik vasitəni götürmüşdür. Təqsirləndirilən şəxs1 hansı miqdarda narkotik vasitə götürdüyünü bilməmişdir. Narkotik vasitəni götürdükdən sonra istirahət etmək məqsədilə Quba şəhərinə yollanmışlar. Quba şəhərinə 27 mart 2022-ci il tarixdə onun adına lizinq müqaviləsi əsasında qeydə alınmış avtomobil vasitəsilə getmişlər. 02 aprel 2022-ci il tarixdə saat 16:00-17:00 radələrində polis əməkdaşları onları Quba şəhərində yerləşən “Uyut” Oteldə saxlamışlar. İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxsi tanımamışdır. Videoçəkiliş vasitəsilə şəxsi axtarış həyata keçirilən zaman polis əməkdaşları tərəfindən onlara təzyiq edilmişdir. Narkotik vasitələrə görə Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul ödəməmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, narkotik vasitə heroini çəkmək üsulu ilə qəbul etmişdir. Təqsirləndirilən şəxs1 ilə dostluq münasibəti vardır. Söhbət zamanı Ənvər bildirmişdir ki, sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxs Azərbaycana göndərdiyi narkotik vasitələri deyilən yerdən götürüb adamlara çatdırsa yaxşı pul verə bilər. Ənvər bu razılaşmadan ona danışaraq bu işi birlikdə görməyi təklif etmiş və o, razılaşmışdır. Razılığa əsasən əldə olunan pulun yarısını Ənvər ona verəcəkdir. Bir dəfə 5 kiloqram narkotiki Lənkəran rayonu Qumbaşı kəndindən götürüb Bakı şəhərində işarə qoymaqla paylamışlar. Buna görə iranlı onlara pul verməmiş, növbəti dəfə verəcəyini demişdir. Sonuncu dəfə 2022-ci ilin mart ayının sonunda “Səyid” “Vatsap”la Ənvərə zəng edib Lənkəran rayonu Qumbaşı kəndi ərazisində narkotik vasitəni gizlədilən yerdən götürüb Quba rayonuna aparmalı olduqlarını və əvəzində onlara hər kilosuna görə 500 manat pul veriləcəyini və əvvəlki borcunu ödəyəcəyini bildirmişdir. Beləliklə də təxminən xx.xx.2022-ci il tarixdə Ənvərlə Lənkəran rayonu Qumbaşı kəndinə gedib oradan izah edilən yerdən külli miqdarda narkotik vasitə heroin və tiryək olan selofan torbanı götürüb, üzrərindən hər birinə bir büküm götürüb yol maşını ilə Bakı şəhərinə yollanmışlar. Bakıda olanda Səyid demişdir ki, həmin narkotiki Qubaya aparmaq lazımdır. O adına “Khazar” markalı **-PN-*** nömrəli avtomobili icarəyə götürmüüdür kİ, Qubaya gedə bilsinlər, iranlının' göndərdiyi narkotiki avtomobilin arxa saxlanc yerinə yükləmişlər və 03 aprel 2022-ci il tarixdə Ənvərin idarə etdiyi avtomobillə Quba rayonuna yollanmışlar. 03 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində Quba- Qəşrəş yolunda tanışı Ənvərlə birlikdə onun idarə etdiyi avtomobilin qarşısında dayanarkən dörd nəfər mülki geyimli şəxs bizə yaxınlaşaraq özlərini təqdim etmişlər. Oların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onu və Ənvəri polis şöbəsinə dəvət etdilər, avtomobili İsə duracağa yerləşdirmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və Ənvərə üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməkləri təklif olunmuşdur. Bundan sonra Ənvər əynində olan qara rəngli, qısa qol gödəkçənin sol yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra Ənvərin üzərinə şəxsi axtanş keçirilmiş və “Samsung” markalı mobil telefon, pul qabı, həmin pul qabının içindən 200 manat pul, şəxsiyyət vəsiqəsi, iki ədəd bank kartları, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Daha sonra o, əynində olan qara rəngli qısa qol gödəkçənin sol yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtanş zamanı əynində olan həmin gödəkçənin sağ yan cibindən “Samsung” və “İphone” markalı mobil telefonlar, həmin gödəkçənin sol iç yan cibindən pul qabı, həmin pul qabının içindən 15 manat pul, ona məxsus şəxsiyyət və sürücülük vəsiqələri aşkar olunmuşdur. Sonra həmin kütlələr qablaşdırıldı, təhqiqatçı, müdafiəçilər, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartları, sürücülük və şəxsiyyət vəsiqələri götürülmüş, digər əşya, predmet və pullar aidiyyatı üzrə geri qaytarılmışdır. Ənvər verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Səyid” adlı şəxsin vasitəsi ilə Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Səyid” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə onunla əlbir olduğunu, qazanacağı pulun bir qismini ona verəcəyini, əlavə olaraq idarə etdiyi, avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. O da Ənvərin dediklərini təsdiq edərək üzərimdən aşkar olumuş heroinin özünə məxsus olduğunu, həmin narkotik maddəni “Səyid” adlı İran İslam Respublikası vətəndaşının deyəcəyi yerlərə çatdırıb əvəzində pul alacaqlarını, bu işləri görməkdə Ənvər ilə əlbir olduğunu, əlavə olaraq Ənvərin idarə etdiyi avtomobildə narkotik maddə saxlamasını bildiyini, həmin kütlələri Ənvərlə birlikdə əldə etdiyini bildirmişdir. Bundan polis əməkdaşlarının iştirakı ilə avtomobilin yük hissəsində olan bir ədəd sellofan torbanı Ənvər təqdim etmişdir. Həmin torbanın içindən beş bükümdə narkotik vasitə tiryək, dörd bükümdə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdıralaraq götürülmüşdür. (cild 2, iş vərəqləri 103-106) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi şübhə altına alınmayan sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 03 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Quba rayonu ərazisində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə 03 aprel 2022-ci il tarixdə Quba şəhərində, Quba-Qəçreş yolunun 10-cu kilometrliyində “Khazar” markalı avtomobilin qarşısında saxlanılmışlar. Adları çəkilən şəxslər dərhal Quba Rayon Polis Şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onlara üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən təxminən 100 qram miqdarında, Təqsirləndirilən şəxs2 üzərindən isə təxminən 50 qram miqdarında heroin növündə narkotik vasitələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 “Khazar” markalı avtomobildə də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərdən avtomobilə baxış keçirilməsi barədə soruşduqda buna etiraz etməmiş və bu barədə ərizə təqdim etmişlər. Avtomobilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə qanunsuz vasitələr saxlaması barədə soruşulmuş, saxladığı halda onları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 avtomobilin yük saxlanılan hissəsindən 4 bükümdə heroin növündə və 1 bükümdə tiryək növündə narkotik vasitələri çıxararaq təqdim etmişdir. Eyni zamanda avtomobildən elektron tərəzi də aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, 03 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Quba rayonu ərazisində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə 03 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində Quba şəhərində, Quba-Qəçreş yolunun 10-cu kilometrliyində “Khazar” markalı avtomobilin qarşısında saxlanılmışlar. Adları çəkilən şəxslər dərhal Quba Rayon Polis Şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onlara üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən təxminən 100 qram miqdarında, Təqsirləndirilən şəxs2 üzərindən isə təxminən 50 qram miqdarında heroin növündə narkotik vasitələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 “Khazar” markalı avtomobildə də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərdən avtomobilə baxış keçirilməsi barədə soruşduqda buna etiraz etməmiş və bu barədə ərizə təqdim etmişlər. Avtomobilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə qanunsuz vasitələr saxlaması barədə soruşulmuş, saxladığı halda onları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 avtomobilin yük saxlanılan hissəsindən 4 bükümdə heroin növündə və 1 bükümdə tiryək növündə narkotik vasitələri çıxararaq təqdim etmişdir. Eyni zamanda avtomobildən elektron tərəzi də aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, 03 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Quba rayonu ərazisində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 yanında bir nəfər şəxsin olduğunu bilirdilər, lakin həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu bilmirdilər. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə 03 aprel 2022-ci il tarixdə Quba şəhərində, Quba-Qəçreş yolunun 10-cu kilometrliyində “Khazar” markalı avtomobilin qarşısında saxlanılmışlar. Adları çəkilən şəxslər dərhal Quba Rayon Polis Şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə onlara üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən təxminən 100 qram miqdarında, Təqsirləndirilən şəxs2 üzərindən isə təxminən 50 qram miqdarında heroin növündə narkotik vasitələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 “Khazar” markalı avtomobildə də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərdən avtomobilə baxış keçirilməsi barədə soruşduqda buna etiraz etməmiş və bu barədə ərizə təqdim etmişlər. Avtomobilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə qanunsuz vasitələr saxlaması barədə soruşulmuş, saxladığı halda onları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 avtomobilin yük saxlanılan hissəsindən 4 bükümdə heroin növündə və 1 bükümdə tiryək növündə narkotik vasitələri çıxararaq təqdim etmişdir. Eyni zamanda avtomobildən elektron tərəzi də aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların saxlanılması əməliyyatı zamanı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «Şəxsi axtarış və götürmə aparılması haqqında» 03 aprel 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli, qısaqol gödəkçənin sol yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd pul qabı, həmin pul qabının içindən 200 manat pul, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, iki ədəd bank kartları, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd avtomobil açarı aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qısa qol gödəkçənin sol yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin gödəkçənin sağ yan cibindən “Samsung” və “İphone” markalı mobil telefonlar, həmin gödəkçənin sol iç yan cibindən bir ədəd pul qabı, həmin pul qabının içindən 15 manat pul, sonuncuya məxsus şəxsiyyət və sürücülük vəsiqələri aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 47-50) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 03 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Khazar” markalı, **-PN-*** nömrəli avtomobilin yük hissəsində bir ədəd sellofan torbanın içindən 5 bükümdə narkotik vasitə tiryəkə bənzər, 4 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 55-57) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «Şəxsi axtarış və götürmə aparılması haqqında» və “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 03 aprel 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı və avtomobilə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 aprel 2022-ci il tarixli 6/1790 №li rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan kütlələr ’’yazısı və imzalar olan kağız paketdəki, üzərində “Ənvər “yazısı qeyd edilən l(bİr) ədəd bükümdə təmiz çəkisi 86,559qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “Emil” yazısı qeyd edilən l(bir) ədəd bükümdə təmiz çəkisi 37,592qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir . Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxslər: Təqsirləndirilən şəxs1 idarə etdiyi və Təqsirləndirilən şəxs2 əyləşdiyi avtomobildən aşkar olunan kütlələr ” yazısı və imzalar olan bağlamadaki, 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 500qr, 1520qr, 1365qr, 575qr, ümumi təmiz çəkisi 3960qram (3kq 960qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 150qr, 95qr, 95qr,1220qr, 18,4qr, ümumi təmiz çəkisi 1578,4qram (lkq 578,4qr) tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyə malik maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, 1 ədəd “SF-400” markalı elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroinlər və Təqsirləndirilən şəxs1 İdarə etdiyi avtomobildən aşkar olunmuş sonuncuların hər ikisinə birgə məxsus 4(dörd) ədəd bükümdə olan heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 70-78) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 07 may 2022-ci il tarixli 2288 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorlann birgə qəbul edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 2013-cü ildən narkotik vasitə heroindən yandırıb tüstüsünü çəkməklə həmçinin 3 ildir ki, psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü çəkməklə qəbul etmiş, arabir narkotik vasitə metadon həblərindən daxilə qəbul etməklə istifadə etmişdir. (Cild 2, iş vərəqləri 56-57) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 16 may 2022-ci il tarixli 2289 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təxminən 21-22 yaşından narkotik vasitə olan heroindən yandırıb tüstüsünü çəkməklə həmçinin arabir narkotik vasitə metadon həblərindən daxilə qəbul etməklə istifadə etmişdir. (Cild 2 , iş vərəqləri 58-59) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxs X3 məxsus bir ədəd “İphone” və “Samsung”, eləcə də Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefona aparatlarına baxış keçirilmiş, baxış zamanı X3 məxsus bir ədəd “İphone” və “Samsung” markalı mobil telfon cihazlarında cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməsə də, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefonun yaddaşının “Kİşiler” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (901) ***-**-** nömrəsinin “Asdar” adı altında, +98 (937) ***-**-** nömrəsinin “Berud” adı altında, +98 (939) ***-**-** nömrəsinin “Emi Oqlu” adı altında, +98 (901) ***-**-** nömrəsinin “İr” adı altında və +98(911) ***-**-** nömrəsinin “İra” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Bundan başqa telefonun “Aramalar” bölümündə 21 mart 2022-ci il tarixdə +**********45 telefon nömrəsindən gələn cavabsız zəngin olması müəyyən edilmişdir. (Cild 1, iş vərəq 235) Cinayət işinin materiallarında olan Quba Rayon Məhkəməsinin 08 aprel 2022-ci İl tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 03 aprel 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanunauyğun hesab edilmişdir. (Cild 2, iş vərəqləri 23-25) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 may 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 1578,15 qram narkotik vasitə tiryək, 4083,851 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, 01 ədəd “İphone”, 02 ədəd “Samsung” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 60-72) Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahılarının müvafiq olaraq 5 və 67-ci bəndinlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, narkotik vasitə tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 50 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əldə edərək saxladığı və daşıdığı narkotik vasitə heroin və tiryəkin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan dəfələrlə artıq olması onların məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadərində özlərinin və biri-digərinin müdafiəsi ilə bağlı göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlilərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələr işin hallarına daha uyğun olduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən başqa 32.5, 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, onlar külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməyə kömək etmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin barələrində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onların əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, törətdikləri cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Emil Abbasovun himayələrində azyaşlı uşaqları vardır. Bundan başqa, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq məhkəmə hökmü və qərarlarının surətindən görünür ki, Abasov X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci İl tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə amnistiya aktına cəzadan azad edilməklə məhkumluğu gğtürülmüşdür. (Cild 2, iş vərəqləri 36-45) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs kimi tanıyır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 həmin hökmlə Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqləri 223-234) Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdırlar. Qeyd olunanlara əsasən, məhkəmə təqsirləndirilən şəxslərin himayələrində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivinin olması müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza isə həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 03 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, 05 aprel 2022-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 158-168) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı təqsirləndirilən şəxslərin barələrində 03 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Onların ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.578,15 qram çəkidə narkotik vasitə tiryək, 4.083,851 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, bir ədəd “İphone” və iki ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxslərin yaxın qohumlarından birinə qaytarılmalı, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş materiallarına əlavə edilmiş 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 57 manat məbləğində, Təqsirləndirilən şəxs2 57 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 yaxın qohumları tərəfindən müdafiəçi ilə müqavilə bağlandığından həmin müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 03 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbi edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 03 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbi edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 1.578,15 qram çəkidə narkotik vasitə tiryək, 4.083,851 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, bir ədəd “İphone” və iki ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxslərin yaxın qohumlarından birinə qaytarılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş materiallarında olan 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 57 manat məbləğində, Təqsirləndirilən şəxs2 57 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin