Məhkəmə qərarları › İş №1(124)-136/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-136/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-136/2023 23.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1991-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan “Mikayıl” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədi ilə göndərdiyi külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və metadon dərman həblərini 800 manat məbləğində qazanc müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində qrupun üzvü Mikayıl adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində qoyduğu iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 299,4 qram, 302,7 qram, ümumi təmiz çəkisi 602,1 qram, dörd ədəd şəffaf sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1010,4 qram, 495,2 qram, 414,0 qram, 511,7 qram ümumi təmiz çəkisi 2431,3 qram, ümumilikdə 3033,4 qram olan kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş külli miqdarda narkotik vasitə heroin, 150 ədəd 1 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən qəhvəyi rəngli dairəvi formalı ümumi miqdarı 6,0 qram olan 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısı”na (Siyahı İİ) daxil edilmiş külli miqdarda narkotik vasitə metadon, bir ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 888,9 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş külli miqdarda psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək yaşadığı ünvan 2 ünvana daşıyıb, iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 299,4 qram, 302,7 qram narkotik vasitə heroini üzərində, dörd ədəd şəffaf sellofan bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri 1010,4 qram, 495,2 qram, 414,0 qram, 511,7 qram narkotik vasitə heroin, 150 ədəd narkotik vasitə metadon, bir ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 888,9 qram olan psixotrop maddə metamfetamini yaşadığı həmin evdə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən 25 saylı binanın yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 299,4 qram və həmin gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 302,7 qram narkotik vasitə heroin, bundan sonra əməliyyat tədbirinin davamı kimi həmin tarixdə saat 02 radələrində onun yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilə baxış keçirilən zaman qonaq otağında olan divanın alt hissəsindəki ağ rəngli sellofan torbanın içərisindən üzərində aşkar olunmuş 299,4 qram və 302,7 qram narkotik vasitə heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən dörd ədəd şəffaf sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1010,4 qram, 495,2 qram, 414,0 qram, 511,7 qram olan narkotik vasitə heroin, 150 ədəd təsir maddəsinin ümumi miqdarı 6,0 qram olan narkotik vasitə metadon, bir ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 888,9 qram olanpsixotrop maddə metamfetamin, narkotik vasitə və psixotrop maddə satarkən istifadə etdiyi üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, bir il olar ki, narkotik vasitə olan heroin istifadə etmiş, iki gün imiş ki, narkotik vasitə onda olmuş, saat 10-11 radələrində həyətə düşəndə onu tutmuşlar, bu zaman üstündə heç nə olmamış, ailə üzvlərinin cəlb ediləcəyi deyildiyi üçün məcbur deyilənlərlə razılaşmışdır. Onda narkotik vasitə olmuş, amma satış məqsəqi olmamışdır. İran vətəndaşı ilə “whatsapp” vasitəsilə tanış olmuş, nömrəsini əvvəllər narkotik vasitə aldığı başqa bir iranlıdan almışdır. Əvvəllər ondan 10-15 qram götürmüş, götürdüklərinin hamısı Bakı ərazisində olmuşdur. Ödənişi kart vasitəsilə etmiş, həmin şəxsin adını telefonuna dayı deyə yazmışdır. Həmin şəxs 01 kq narkotik vasitə verəcəyini demiş, amma artıq olmuş, 01 kq narkotik vasitənin qiymətini 10 min manata danışmışlar. Mikayıl ona narkotik vasitəni harasa qoymaq barədə nəsə yazmamış, öz telefon nömrəsi yadında olmamış, qeyd olunan nömrə onun yox, satanın nömrəsi olmuşdur. Həmin vaxt narkotik vasitə satan şəxsin telefonu onda olmuşdur. Öz telefonunu polis əməkdaşları götürmüş, telefonunda həmin İran vətəndaşının atdıqları olmuş, özü heç nə göndərməmişdir. Polis əməkdaşları mülki formada olmuş, polislər tərəfindən ona qarşı yüngülvari xəsarət olmuş, lakin polisə, məhkəməyə bununla bağlı müraciət etməmişdir. O, həmçinin ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, tək yaşayır. Evlidir, iki azyaşlı övladı vardır. Ailəsi və övladları Şəmkir şəhərində valideynlərinin yanında qalırlar. Arada iş olanda qapı-pəncərə sexində fəhlə işləyir. Hazırda heç bir yerdə işləmir. Təxminən 2 il müddətdir ki, narkotik vasitə istifadə edir. 05 aprel 2022-ci il tarixdə saat təxminən 00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq İsmayılov küçəsində yaşadığı binanın yaxınlığında olan zaman mülki geyimdə özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra bildiyi iki nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə ona video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. Həmin vaxt o, əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd, sol yan cibindən də 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlələr çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Mi” markalı mobil telefon və yaşadığı evə aid qapının 1 ədəd açarı, gödəkçənin sağ yan cibindən isə içərisində 7 ədəd siqaret dənəsi olan siqaret qutusu aşkar olunaraq götürülmüşdür. Daha sonra onun təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 1 ədəd “Mi” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 ədəd açar və siqaret isə ona qaytarılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən evə getmişlər. Ondan yaşadığı evdə narkotik vasitə olub-olmaması soruşulmuşdur. Ona evdə narkotik vasitə saxladığı təqdirdə həmin kütləni təqdim etmək təklif olunmuşdur. O, da yaşadığı evin qonaq otağında olan divanı qaldırıb altında saxladığı ağ rəngli sellofan torbanı çıxarmışdır. Bundan sonra həmin torbanın içərisində olan dörd ədəd şəffaf sellofan bağlamada narkotik vasitə heroin, 150 ədəd tabletka formasında narkotik vasitə metadon, bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetamin, narkotik vasitə və psixotrop maddə satmaq üçün istifadə etdiyi bir ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra həmin bağlamalar çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmişdir. Sonra həmin bağlamalar, həmçinin elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroin, narkotik vasitə metadon və psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində tanışı “Mikayıl” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində qoyulmuş yerdən götürmüş, həmin narkotik vasitələr və psixotrop maddəni Mikayılın dediyi ünvanlara qoymalı, bunun müqabilində Mikayıl ona 800 manat pul göndərməli imiş. ***-***-**-** saylı mobil nömrəsini təxminən 4-5 ay müddətdir ki, istifadə edir. Mikayıl adlı şəxsi qiyabi olaraq tanıyır, sosial şəbəkədə tanış olmuş, Mikayıl adlı şəxslə yalnız vatsap proqramı vasitəsi ilə danışırmış, Mikayılın +**********02 saylı mobil nömrəsini telefonunun kontaktında “Dayı” adı ilə qeyd etmiş, həmin nömrə ilə vatsap proqramı vasitəsi ilə danışaraq Mikayılın dediyi ünvandan narkotik vasitə və psixotrop maddə götürüb, sonradan dediyi ünvana qoymuşdur. Yaşadığı evdən və üzərindən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddəni Mikayılın deyəcəyi ünvanlara çatdıracağı təqdirdə Mikayıl əvvəlki göndərdiyi narkotik vasitə və psixotrop maddəni dediyi ünvanlara qoyduğu üçün ona ümumilikdə 800 manat pul göndərməli imiş. O, 05 aprel 2022-ci il tarixdə saat təxminən 00:30 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq İsmayılov küçəsində yaşadığı binanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən və Abşeron rayon polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya pxisi təsir göstərilmədiyini bildirmişdir. Əlavə dindirmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, barəsində təyin edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 655 №-li rəyində göstərilmiş bədəni üzərində aşkar edilmiş sol əlin arxa səthinin sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarəti harada almağını xatırlamadığını, əlinin harasa dəydiyini, həmin xəsarəti polis əməkdaşları tərəfindən saxlanılarkən almadığını, tibbi ekspertiza müayinəsi zamanı da bunu bildirdiyini, bu barədə heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. (Cild 1, iş vərələri 70-72; 165-167) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, daxil olan əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb yaxınlaşaraq özlərini təqdim etmiş və onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində videoçəkiliş vasitəsi ilə Surxayın üzərinə şəxsi axtarış keçirilmiş, Surxay əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd, sol yan cibindən də 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin kütləsini çıxarıb təqdim etmişdir. Bundan sonra Surxay ilə birlikdə onun yaşadığı evinə getmişlər, bu zaman Surxay yaşadığı evin qonaq otağında olan divanı qaldırıb altından ağ rəngli sellofan torbanı çıxardaraq təqdim etmişdir. Həmin torbanın içərisində olan dörd ədəd şəffaf sellofan bağlamada narkotik vasitə heroin, 150 ədəd tabletka formasında narkotik vasitə metadon, bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələri tanışı Mikayıl adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində qoyulmuş yerdən götürdüyünü, həmin narkotik vasitələr və psixotrop maddəni Mikayılın dediyi ünvanlara qoymalı olduğunu, bunun müqabilində Mikayılın ona pul göndərəcəyini bildirmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Şahid BNMİ-nin baş əməliyyat müvəkkili X2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. ( cild 1, iş vərəqə 137-139) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 aprel 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.( cild 1, iş vərəqə 6-7) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə, həmin gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, əynində olan boz rəngli şalvarın sağ yan cibindən içərisində ***-***- **-** sim kart nömrəsi olan 1 ədəd “Mi“ markalı mobil telefon, 1 ədəd açar, əynindəki gödəkçənin sağ yan cibindən içərisində 7 ədəd siqaret dənələri olan siqaret qutusu aşkar edilərək götürülmüş, həmin əşyalardan 1 ədəd açar və 7 ədəd siqaret dənələri olan siqaret qutusu Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. (cild 1, iş vərəqə 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mənzilə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilə baxış və götürmə keçirilərkən evdə qonaq otağında olan divanın alt hissəsindəki ağ rəngli sellofan torbanın içərisindən dörd ədəd şəffaf sellofan bağlamada narkotik vasitə heroin, 150 ədəd narkotik vasitə metadon, bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.( cild 1, iş vərəqə 35- 37) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı mənzilə baxış və götürmə keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş iki ədəd DVD disklərinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin inzibati binasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQnun təhqiqatçısı Yelmar Vahabov tərəfindən, BNMİ-nin x.m.i.ü. baş əməliyyat müvəkkili Şahid1, həmin idarənin baş əməliyyat müvəkkili Şahid2, müdafiəçi Ramiz Mirzəyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə, həmin gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Mi“ markalı mobil telefon, 1 ədəd açar, əynindəki gödəkçənin sağ yan cibindən içərisində 7 ədəd siqaret dənələri olan siqaret qutusu aşkar edilərək götürülmüş, həmin əşyalardan 1 ədəd açar və 7 ədəd siqaret dənələri olan siqaret qutusu Təqsirləndirilən şəxs özünə qaytarılmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilə keçirilmiş baxış və götürmə zamanı evin qonaq otağında olan divanın alt hissəsindəki ağ rəngli sellofan torbanın içərisindən dörd ədəd şəffaf sellofan bağlamada narkotik vasitə heroin, 150 ədəd narkotik vasitə metadon, bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.( cild 1, iş vərəqə 82-83) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş mobil telefona tərəfimdən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Mi” markalı mobil telefonun ona məxsus olduğunu, həmin mobil telefonda ***-***-**-** saylı mobil nömrəni istifadə etdiyini, Mikayıl adlı şəxslə yalnız vatsap proqramı vasitəsi ilə danışdığını, onun +**********02 saylı mobil nömrəsini telefonunun kontaktında “Dayı” adı ilə qeyd etdiyini, “Mikayıl” adlı şəxslə aralarında olan sms yazışmaları, səsli mesajlar və fotoşəkillərin narkotik vasitə və psixotrop maddə alış-verişi ilə bağlı olduğunu, Mikayılın vatsapda ona sms, səsli mesajlar yazaraq, göndərdiyi narkotik vasitələri və psixotrop maddələri hansı ünvanlara çatdırmağını və haradan götürməsi barədə fotoşəkillər göndərdiyini bildirmiş, həmin sms, səsli yazışmalar, eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin tərəzi üzərində çəkilmiş fotoşəkilləri telefona baxış zamanı müşahidə olunur.( cild 1, iş vərəqə 84-105) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/1823 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd ağ rəngli sellofan torbada olan: üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 299,4 qram, 302,7 qram ümumi təmiz çəkisi 602,1 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Təqsirləndirilən şəxs üzərindən yaşadığı mənzildən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd ağ rəngli sellofan torbada 4 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkisi 1010,4 qram, 495,2 qram, 414,0 qram, 511,7 qram ümumi təmiz çəkisi 2431,3 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 888,9 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş 6 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Təqdim olunmuş ümumi sayı 150 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 6,0 qram (1 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısı”na (Siyahı İİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər altı ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin ümumi təmiz çəkisi 3033,4 qram, tədqiqata sərf olunan miqdar 0,24 qram, qalıq 3033,16 qram təşkil edir. Ekspertiza tədqiqatında tədqiq olunmuş metamfetaminin ümumi təmiz çəkisi 888,9 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 888,85 qram təşkil edir.Ekspertiza tədqiqatında tədqiq olunmuş metadon həblərinin ümumi sayı 150 ədəd, tədqiqata sərf olunan miqdar 10 ədəd, qalıq 140 ədəd təşkil edir. (Cild 1, iş vərəqləri 45- 50) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2762 №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 154-155) Cinayət işinin materiallarından görünür ki Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 299,4 qram, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 302,7 qram narkotik vasitə heroin, 1 ədəd “Mi” markalı mobil telefon, yaşadığı evdən aşkar olunaraq götürülmüş dörd ədəd şəffaf sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1010,4 qram, 495,2 qram, 414,0 qram, 511,7 qram olan narkotik vasitə heroin, 150 ədəd ümumi miqdarı 6,0 qram olan narkotik vasitə metadon, bir ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 888,9 qram olan psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi və iki ədəd DVD diskləri maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3033,16 qram narkotik vasitə heroin, 888,85 qram psixotrop maddə metamfetamin, 140 ədəd narkotik vasitə metadon həbləri, bir ədəd elektron tərəzi və 1 ədəd “Mi” markalı mobil telefon saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş və iki ədəd DVD diskləri cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 169-176, 184) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3, 62-ci maddələri ilə təqsirli bilinərək barəsində 600 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2- ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Odur ki, şərh olunanlara əsasən Təqsirləndirilən şəxs “məhkum olunmamış” şəxs hesab edilir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Probasiya Xidməti Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 428/22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3, 62-ci maddələri ilə təqsirli bilinərək barəsində təyin edilmiş 600 manat növündə cərimə cəzası xx.xx.2019cu il tarixdə tam şəkildə dövlət nəfinə ödənilmişdir. (Cild 1, iş vərəqə 124-125, 168) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəmkir şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 141-142) Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı 02 azyaşlı uşağı vardır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetamin və metadon dərman həblərini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək daşımış və saxlamışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq olunması, tutulduğu vaxt üzərində narkotik vasitə olmaması və aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, onları müxtəlif bükümlərə ayırması, elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 06 aprel 2022-ci il il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 78-81) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş qalıq qalmış 3033,16 qram narkotik vasitə heroin, 888,85 qram psixotrop maddə metamfetamin, 140 ədəd narkotik vasitə metadon həbləri, bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd 1 ədəd “Mi” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3033,16 qram narkotik vasitə heroin, 888,85 qram psixotrop maddə metamfetamin, 140 ədəd narkotik vasitə metadon həbləri, bir ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd 1 ədəd “Mi” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın, 02 ədəd dsik cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar