Məhkəmə qərarları › İş №1(124)-136/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-136/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-136/2024 23.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X17 (sədrlik edən), X11 və X12 ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X16, Təqsirləndirilən şəxs, müdafiəçi – Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə, saat təxminən 22:00 radələrində yaşadığı Qusar şəhəri, C.Cabbarlı küçəsi, ev 12 ünvanında yerləşən fərdi yaşayış evində olarkən ailəsinin kredit borclarını ödəməsi məqsədi ilə arvadı Zərərçəkmiş şəxs zəruri ödəniş kodları, şəxsiyyət vəsiqəsinə dair məlumatları bir vərəqdə yazıb verməsini demiş, Zərərçəkmiş şəxs həmin məlumatları yazıb ona verdiyi vərəqi götürüb ödəniş etmək üçün “Azəriqaz” İB-nin X34 İstismar İdarəsinin Qusar xidmət sahəsinin binasına gedib həmin binanın girişindəki “eManat” elektron ödəmə terminal sistemindən istifadə edərək kredit borclarını ödəməyə bir neçə dəfə cəhd etsə də, ödəniş edə bilməməsinə görə həmin məlumatların arvadı tərəfindən düzgün yazılmadığını başa düşüb, yenidən yaşadığı evə qayıdıb evin ikinci mərtəbəsində, eyvanda arvadı Zərərçəkmiş şəxs ona verdiyi məlumatları düzgün yazmadığını irad tutaraq, həmin an sərxoş vəziyyətdə olmaqla onunla sözlü mübahisə etməyə başlamış, Zərərçəkmiş şəxs da ondan həmin vərəqi alıb bir müddət sonra bütün məlumatları düzgün yazdığını bildirməklə ona başqa vərəq təqdim etməsinə görə həmin ikinci dəfə verdiyi vərəqin fərqli olduğunu görüb ona desə də, Zərərçəkmiş şəxs yalandan eyni vərəq olduğunu bildirdiyi üçün, onun yalan danışmasına əsəbiləşib evdən küçəyə çıxaraq siqaret çəkdikdən sonra, saat təxminən 23:00 radələrində evinin həyətinə girərkən orada yenidən arvadı Zərərçəkmiş şəxs ilə qarşılaşmış, onu görən kimi bir daha ona yalan danışması səbəbindən əsəbiləşib mübahisə etməyə başlayaraq, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə onun sifət nahiyəsinə sillə zərbəsi, eləcə də əsəbi sakitləşmədiyindən həyətlərində yerdəki ağac parçası olan çubuğu sağ əlinə alıb onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə, ayağına isə təpik zərbələri ilə vurub qəsdən ona sağ gözün bayır bucağında, alt çənənin sağ yan səthində, sağ bazunun yuxarı 1/3-nin yan səthində, sol budun yuxarı 1/3-də yan səthdə hərəsində bir ədəd, bel nahiyəsində solda iki ədəd qançır, boynun sağ yan səthində, sol süd vəzinin yuxarı kvadrantında, sağ diz oynağının ön səthində, sol dirsəyin arxa səthində, sol kürəkaltı nahiyəsində hərəsində bir ədəd, sol bazunun orta 1/3-nin yan səthində iki ədəd sıyrıq, sağ baldırın aşağı 1/3-nin yan səthində üzəri sıyrıntılı qançır ilə ifadə olunan, dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, habelə onun qarın nahiyyəsinə möhkəm yumruq zərbəsi vurmaqla qəsdən ona sol böyrəyə qansızma ilə ifadə olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, nazik bağırsağın 12 barmaq bağırsaq soğanağına yaxın hissəsində cırılmış yara, bağırsaq müsariqəsinə qansızma ilə ifadə olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər yetirmiş, bu hərəkətləri ilə də arvadı Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmaqla ehtiyatsızlıqdan onun 05 sentyabr 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixə keçən gecə, saat təxminən 02:00 radələrində yaşadıqları evdə yataq otağında qarının küt travması nəticəsində nazik bağırsağın cırılmasından yaranmış qarın boşluğunda 2,0 litrə qədər üfunətli maye, irinli-nəcisli yayılmış peritonitdən inkişaf etmiş ümumi intoksikasiya nəticəsində ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o Azərbaycan dilində yaxış başa düşür və danışır, tərcüməçiyə ehtiyacı yoxdur. Mərhum Zərərçəkmiş şəxs ilə 2018-ci ildə ailə həyatı qurmuşlar, 3 uşaqları var. Münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs atası Rauf Abbasovla aralarında elə bir şey olmamışdır, ancaq o istəməmişdir ki, Rauf onlara tez tez gəlsin. O özü fərdi işlərdə işləyib evinə baxmışdır, demək olar ki, hər gün spirtli içki içmişdir. Bütün evlərdə olduğu kimi onların da evində söz söhbət olmuşdur, ancaq bu münaqişəyə çevrilməmişdir. 04 sentyabr 2022-ci il tarixdə axşam tərəfi işdən evə gəlmiş, evdə anası Gülfıyat Əlifxanova, arvadı Zərərçəkmiş şəxs və azyaşlı uşaqları Bədimisə, Arzu, Məzəddin olmuşlar. O, arvadı Elladadan əmək haqqı kartını alıb, həmin gün, saat təxminən 21 radələrində "xxxx" ASC-nin bankomatından kartda olan 284 manat məbləğində əmək haqqını çıxardıb evinə qayıtmış, axşam yeməyi yeyib, mağazadan aldığı 0,250 litr həcmində araq spirtli içkisini özü tək içmişdir. Daha sonra bankomatdan çıxardığı əmək haqqı ilə kredit ödənişlərini ödəmək üçün arvadı Elladadan ödəniş üçün lazım olan məlumatları bir vərəqdə yazıb ona verməsini istəmiş, Ellada məlumatları vərəqdə yazıb ona vermiş, həmin məlumatları “eManat” elektron ödəmə terminal sisteminə bir neçə dəfə yazmasına baxmayaraq, ödəniş həyata keçməmiş və yoldaşı məlumatları səhv yazdığından ona əsəbiləşmişdir. Evə qayıdıb Elladaya ödəniş üçün lazım olan məlumatları düzgün yazmadığını demiş, Ellada da ondan vərəqi alıb yenidən başqa vərəqdə yazıb gətirmişdir. Bunun üstündə arvadı ona yalan danışdığı üçün əsəbiləşmiş, arvadı yalanını boynuna almadığından, həm də bir az içkili olduğundan əsəbləşib əli ilə onun sifətinə sillə vurmuşdur. Həmin vaxt ağac parçası olan çubuğa gözü sataşmış, həmin çubuğu sağ əlinə alıb Elladanın qollarına, ayaqlarına, sinəsinə, bədəninin digər nahiyyələrinə bir neçə dəfə vurmuş, onun ayağına təpik zərbələri ilə, sağ əli ilə isə onun qarın nahiyəsinə bir dəfə möhkəm yumruq vurmuşdur. Ellada qarnını əli ilə tutub ayaqları üzərində çömbəlmiş vəziyyətdə əyilmişdir. Daha sonra arvadı ondan üzr istəyərək birinci dəfə verdiyi vərəqi cırıb dondurma kağızının içərisinə qoyub eyvandakı zibil qabına ataraq ondan gizlətdiyini bildirmiş, bundan sonra arvadı ilə evlərinə daxil olub, eyvanda zibil qabında olan dondurma kağızının içərisinə baxdıqda Elladanın ona birinci dəfə verdiyi vərəqi cırıb ora atdığını görmüş, həmin vərəqdə Elladanın özünə məxsus şəxsiyyət vəsiqəsinin FİN kodunun son hərfini səhv yazdığını, bu səbəbdən krediti ödəyə bilmədiyini başa düşmüşdür. Səhəri gün yəni, 05 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında yuxudan duranda Elladanın ağrıdığını görmüş, onu həkimə aparmaq istəsə də Ellada demişdir ki, elə də problem yoxdur. O özü həkimə getmək istəməmişdir. Həmin gün axşam saatlarında bibisi Laləzar Səmədovanın mobil telefon nömrəsinə zəng edib bir gün əvvəl Elladanı döyüb xəsarətlər yetirdiyini, onu xəstəxanaya aparmaq istəsə də, getməkdən imtina etdiyini, sonradan isə onun səhhətinin yaxşılaşdığını, narahat olmamasını demişdir. 06 sentyabr 2022-ci il tarixdə gecə saat təxminən 02 radələrində balaca uşağı Məzəddinin ağladığını eşidib, Elladanın niyə onu sakitləşdirmədiyini düşünərək yataq otağına getmiş, həmin vaxt arvadı Ellanın üzü yuxarı hərəkətsiz vəziyyətdə yataq otağında yerdə olduğunu görmüş, onun bədəninə toxunduqda soyuq olduğunu hiss edərək onu döyüb xəsarətlər yetirməsi nəticəsində öldüyünü başa düşmüşdür. Balaca uşağı Məzəddini otaqdan götürüb anası Gülfıyatın yanına aparmış, ona Elladanın öldüyünü demiş, bir müddət sonra isə mobil telefon vasitəsilə atası Muxtar Əlifxanova və bibisi Laləzara zəng edib bu barədə məlumat vermiş, onlar, digər bibiləri Şəfiqə, Raifə və başqa qohumları da evlərinə gəlmişlər. Onlara arvadı Elladanı döyüb xəsarətlər yetirdiyini, bunun nəticəsində də sonradan onun öldüyünü demiş, atası Muxtar bu barədə polisə məlumat verməsini demiş, özü də 06 sentyabr 2022-ci il tarixdə, saat təxminən 08 radələrində könüllü şəkildə Qusar rayon polis şöbəsinə gedib arvadı Zərərçəkmiş şəxs döyüb xəsarətlər yetirdiyini, nəticədə isə sonradan onun öldüyünü bildirmişdir. Törətdiyi əmələ görə peşman olmasını və himayəsində 03 azyaşlı uşağının olmasını nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X25 ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun qızı idi, o Elladanı üç yaşından özü böyütmüşdür. Çünki arvadı Tərifə onu və qızını atıb getmişdir. Ellada 2018-ci ildə Təqsirləndirilən şəxslə evlənmişdir. O bu evliliyə razı olmasa da qızı özü Zedikə ərə getmək istəmişdir, o da buna mane olmamışdır. Zedik Elladanın onun evinə gəlməsinə narazılıq etdiyinə görə münasibətləri sərin olmuşdur. Ellada və Zedikin birgə nikahlarından üç uşaqları olmuşdur. Hazırda uşaqlara Zedikin valideynləri baxır. Zedik özü ailəsinə yaxşı baxmamışdır, bir neçə dəfə Ellada ona xəbər göndərdiyinə görə dükanlara olan borcu o ödəmişdir. 06 sentyabr 2022ci il tarixdə, saat təxminən 09 radələrində yaşadığı evdən çörək almaq üçün küçəyə çıxdıqda yolda olan şəxslərdən eşidib bilmişdir ki, qızı gilin evində problem var, qapılarına polis əməkdaşları gəlmişlər. Ona görə də onların evinə getmişdir. Həmin vaxt prokurorluq və polis əməkdaşları, eləcə də təcili tibbi yardım işçilərinin orada olduqlarını görmüşdür. Həmin vaxt Elladanın azyaşlı uşaqlarını onun qayınanası Gülfıyat evdən aparmışdır. Uşaqlar hazıda da Zedikin valideynlərinin yanındadırlar. Orada bilmişdir ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs döyüb ona xəsarətlər yetirmiş, nəticədə də qızı Ellada ölmüşdür. Sonra ona məlum olmuşdur ki, Zedik Elladanı hadisədən 2 gün əvvəl vəhşicəsinə yumruq, təpik və çubuqla döymüşdür. Ellada onun yeganə övladı idi, o da Təqsirləndirilən şəxs ucbatından, bu cinayət əməli nəticəsində dünyasını dəyişdi. O Təqsirləndirilən şəxs şikayətçidir. Ona qanunda nəzərdə tutulan cəzanın verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun arvadı Şahid3 dayısı qızı idi. Zərərçəkmiş şəxs hələ uşaqlıq vaxtından tanımışdır. O, arvadının dayısı qızı olduğundan ailəvi gediş-gəlişləri olmuşdur. Elladanın anası uşaq vaxtından onu atıb getmişdir. Ellada 2018-ci ildə Təqsirləndirilən şəxsla ailə qurmuşdur, üç uşaqları doğulmuşdur. Onun bildiyinə görə Zedik ailəsinə yaxşı baxmamışdır. Buna görə də Elladanın atası Rauf ona gücü çatan köməyi etmişdir. 06 sentyabr 2022-ci il tarixdə, saat təxminən 09 radələrində ailə üzvləri ilə birlikdə Bakı şəhərində olarkən qohumları onun mobil telefon nömrəsinə zəng edib Zedikin Elladanı döyüb öldürdüyünü bildirmişlər. Ona görə də dərhal ailə üzvləri ilə birlikdə Qusar şəhərinə qayıdıb Elladanın atası Raufun evinə getmiş, həmin vaxt qohum-qonşular ora toplaşmışlar. Bu zaman ona məlum olmuşdur ki, həmin gündən iki gün əvvəl Zedik Elladaya kredit ödənişlərinə dair məlumatları yazıb verməsini demiş, Ellada həmin məlumatları səhv yazıb verdiyi üçün Zedik onun üstünə əsəbiləşib yumruq, təpiklə, həmçinin ağac parçası olan çubuqla bədəninin müxtəlif nahiyələrinə vurub döyərək xəsarətlər yetirmişdir. Bu xəsarətlər nəticəsində də Ellada ölmüşdür. Elladanın meyitini 06 sentyabr 2022-ci il tarixdə, günorta saatlarından sonra Qusar şəhərində yaşadığı evin yaxınlığında yerləşən qəbiristanlıqda dəfn etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o mərhum Zərərçəkmiş şəxs əmisidir. Ellada 2018cİ ildə Təqsirləndirilən şəxsla evlənmişdir. Zedik həmişə mütəmadi spirtli içkilər qəbul etmişdir. O və qardaşı Elladanın Zediklə evlənməsinə razı olmasa da sonradan Ellada özü razı olduğuna görə məcbur qalıb razılaşmışlar. Zedik və Ellada xx.xx.2018-ci il tarixdə ailə həyatı qurmuşlar. Bundan sonrakı ilk vaxtlarda onların evinə gedib-gəlsələr də sonradan gediş gəlişləri olmamışdır. 2022-ci ilin təxminən avqust ayının əvvəllərində Ellada azyaşlı uşaqlarını da götürüb onların evinə gəlmişdir. Həmin vaxt Zedikin onu döydüyünü bildirmişdir. Həmin gün, axşam saatlarında Zedik də onların evinə gəlib əsəbi olduğunu, bir daha Elladanı incitməyəcəyini deyib bir təhər razı salaraq onu evlərinə aparmışdır. 06 sentyabr 2022-ci il tarixdə, saat təxminən 09 radələrində yaşadığı evdə olarkən qardaşı Rauf Abbasov onun mobil telefon nömrəsinə zəng edərək Zedikin Elladanı döyüb öldürdüyünü, onların evlərinin qarşısına polis əməkdaşlarının gəldiklərini bildirmişdir. Ona görə də dərhal onların evinə getmiş, həmin vaxt prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Həmçinin qohum-qonşular ora toplaşmışlar. Bu zaman ona məlum olmuşdur ki, həmin gündən iki gün əvvəl Zedik Elladaya kredit ödənişlərinə dair məlumatları yazıb verməsini demiş, Ellada həmin məlumatları səhv yazıb verdiyi üçün Zedik onun üstünə əsəbiləşib yumruq, təpiklə, həmçinin ağac parçası olan çubuqla bədəninin müxtəlif nahiyələrinə vurub xəsarətlər yetirmiş, bu xəsarətlər nəticəsində də Ellada ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşı qızı idi. Elladanın Zediklə evliliyinə onlar razı olmasalar da Ellada öz istəyi ilə Zediklə evlənmişdir. Zedik əvvəllər də Elladanı incitmişdir. Zedik spirtli içkilərə meyilli idi. 06 sentyabr 2022- ci il tarixdə, saat təxminən 09 radələrində bacısı Nazilə Abbasova ona zəng edərək bildirmişdir ki, Zedik qardaşı qızını vəhşicəsinə döyərək öldürmüşdür. O hadisəni eşidib hadisə yerinə getmişdir. Orada ona məlum olmuşdur ki, həmin gündən iki gün əvvəl Zedikin Ellada ilə aralarında problem olmuş və Zedik onu yumruq, təpiklə və çubuq ilə bədəninin müxtəlif nahiyələrinə ağır xəsarətlər yetirmiş, bunun nəticəsində Ellada vəfat etmişdir. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 qızı ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun dayısı Rauf Abbasovun qızı olmuşdur. Onunla aralarında həmişə mehriban münasibətləri olmuş, heç vaxt mübahisə, narazılıqları olmamış, uşaqlıqdan bir yerdə böyümüşlər. Mütəmadi birbiriləri ilə görüşüb əlaqə saxlamışlar. Hətta elə vaxtlar olmuşdur ki, Ellada onların evlərində təxminən bir aya yaxın müddətə qonaq kimi də qalmışdır, bir-biriləri ilə bacı kimi olmuşlar. Həmçinin Şahid1 ilə ailə həyatı qurduqdan sonra da Ellada onların evlərinə gəlib-getmişdir. Ellada özü mehriban, sakit təbiətli, qanacaqlı qız olmuşdur. Həmçinin fiziki cəhətdən zəif, arıq olmuşdur. O, hamıya hörmətlə yanaşmış, heç kimin xətrinə dəyməmişdir. Anası uşaq vaxtından onu atıb getmiş, Ellada ailə həyatı quranadək atası Rauf Abbasov ilə birlikdə yaşamışdır. 2018-ci ildə sonradan adını eşitdiyi, Qusar şəhər sakini Təqsirləndirilən şəxs dayısı qızı Zərərçəkmiş şəxs elçi düşmüşdür. Həmin vaxtlarda əri Telman Elladanı ona ərə verməyə narazılıq etmişdir. Ərinin sözlərindən eşidib bilmişdir ki, Zedik şəxsiyyətcə mənfi xarakterli, mübahisəyə, dava-dalaşa meyilli, söz-söhbət yaradan insandır, hətta oğurluq cinayətinə görə məhkum olunmuşdur. Bu səbəbdən nə əri Telman, nə də digər qohumları Zedik ilə qohum olmaq istəməmişlər, bir sözlə onların evlənmələrinə hamı narazılıq etmişdir. Lakin Ellada özü evlənmək istədiyindən atası məcbur qalıb onu Zedikə könülsüz ərə vermişdir. Zedik və Ellada ailə həyatı qurduqdan sonra üç övladları olmuşdur. Ailə həyatı qurduqları müddətdə Zedik Elladaya qarşı zorakılıqlar göstərmiş, tez-tez onu döymüş, onun həyatını korlamış, günlərini qara etmişdir. Zedik ona öz atası, qohumları ilə əlaqə saxlamağa, görüşməyə icazə verməmiş, bu sözlərinə qulaq asmadıqda isə onu döymüşdür. Ona bu barədə Elladanın atası Rauf danışmışdır. Zedik Elladanı qohumlarının evinə gəlib-getməyə qoymamış, özlərinin də onun evinə getmələrinə narazılıq etmişdir. Əks halda isə Elladanı döymüşdür. Ona görə də Ellada ilə əlaqə saxlaya bilməmişlər. Nənəsi Fəridə 2019-cu ilin iyun ayında dünyasını dəyişmiş, həmin vaxtlarda Ellada yas mərasimi ilə əlaqədar öz atası evinə gəlib sonra yenidən Zedikgilin evinə qayıtmışdır. 2019-cu ilin yay aylarında Zedik yenidən Elladanı döyüb onu evdən qovduğu üçün Ellada məcbur qalıb atası evinə getmişdir. Özü də dayısı Rauf Abbasovun evinə gedərkən Elladanı orada görüb söhbətləşmişdir. Həmin vaxt Ellada hamilə vəziyyətində olmuşdur. Onun gözünün altında xəsarət izləri olmuşdur. Ellada ona bildirmişdir ki, əri Zedik onu mütəmadi olaraq döyür, lakin ondan qorxduğu üçün səsini çıxara bilməmiş, həmçinin ailəsini dağıtmaq istəməmişdir. Zedikin bu qadağalarına görə Elladanı görə bilməmişdir. Qusar Kommunal Müəssisələri Kombinatında fəhlə işlədiyi üçün arabir küçədə işləyərkən onunla rastlaşmışdır. Həmin vaxtlarda Elladaya yaxınlaşıb söhbət etmək, hal-əhval tutmaq istəsə də, Ellada əri Zedikin onu görəcəyindən ehtiyat edib ondan uzaq gəzmiş, əli ilə ağzına tutub işarə etmişdir ki, sakit dayansın, ona yaxın getməsin. Ellada əri Zedikin ona qohumları ilə görüşməsinə, əlaqə saxlamasına icazə vermədiyi üçün qorxmuşdur ki, birdən Zedik onu görüb sonra döyər. Ona görə də Ellada məcbur qalıb ondan, hətta öz atasından, digər qohumlarından qaçmışdır. Sonradan qohumlarından eşidib bilmişdir ki, 2022-cİ ilin təxminən avqust ayının əvvəllərində də Zedik Elladanı döymüş, ona görə də Ellada azyaşlı uşaqlarını alıb yenidən atası Rauf Abbasovun evinə getmiş, sonra isə Zedik onun yanına gedib Elladanı bir daha incitməyəcəyini deyib evlərinə aparmışdır. Hətta əri Telman da küçədə Ellada ilə bir neçə dəfə rastlaşdıqda onun üzündə xəsarət izləri görmüşdür. Özləri də bilmişlər ki, Zedik Elladanı mütəmadi döyüb xəsarətlər yetirmişdir. Həmçinin Zedik ailəsini dolandırmadığı üçün Ellada uşaqlarına lazım olan ərzaq məhsullarını almaq məqsədi ilə atası Raufdan kömək istəmişdir. Lakin Zedik ona atası ilə danışmağa, görüşməyə icazə vermədiyi üçün Ellada məcbur qalıb özünə lazım olan məhsulları kağız parçalarında yazıb qonşusu Şahid8 işlətdiyi ərzaq mağazasına qoyub onun vasitəsi ilə atasına çatdırmışdır. Bunu ona dayısı Rauf Abbasov danışmışdır. Bir sözlə, Zedik Elladaya gün üzü göstərməmiş, onu mütəmadi döyüb xəsarətlər yetirmiş, gözünü möhkəm qorxutmuşdur. 06 sentyabr 2022-ci il tarixdə, saat təxminən 09:00 radələrində əri Telman Abbasov və azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərində olarkən qohumları ərinin mobil telefon nömrəsinə zəng edib Zedikin Elladanı döyüb öldürdüyünü bildirmişlər. Ona görə də dərhal Qusar şəhərinə qayıdıb Elladanın atası Raufun evinə getmişlər. Həmin vaxt qohum-qonşular ora toplaşmışlar. Bu zaman onlara məlum olmuşdur ki, həmin gündən iki gün əvvəl Zedik Elladaya kredit ödənişlərinə dair məlumatları yazıb verməsini demiş, Ellada həmin məlumatları səhv yazıb verdiyi üçün Zedik onun üstünə əsəbiləşib yumruq, təpiklə, həmçinin ağac parçası olan çubuqla bədəninin müxtəlif nahiyələrinə vurub xəsarətlər yetirmiş, bu xəsarətlər Elladanın ölümünə səbəb olmuşdur. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs qardaşı Rauf Abbasovun qızı olmuşdur. Ellada şad, gülərüz, işgüzar, zəhmətkeş, tərbiyəli qadın olmuş, heç vaxt kiməsə qarşı hörmətsizlik, haqsızlıq etməmişdir. O, həmçinin saf, incə, qorxaq, sakit təbiətli qız olmuş, demək olar ki səsi çıxmamışdır. Hamıya inanmış, ürəyində heç vaxt kin, qəzəb olmamışdır. O, 2018-ci ilin yay aylarında Qusar şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs ilə ailə həyatı qurmuşdur. Özü Təqsirləndirilən şəxs da həmin vaxtlarda ilk dəfə görüb tanımış, əvvəllər onunla hər hansı tanışlığı olmamışdır. Sonradan Ellada və digər ailə üzvlərindən eşidib bilmişdir ki, Zedik mütəmadi spirtli içki aludəçisi olmuş, əvvəllər elektrik naqili oğurladığına görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Özü Bakı şəhərində yaşayıb işlədiyi üçün Qusar şəhərinə nadir hallarda gəlib-getmiş, ona görə də Elladanı görə bilməmişdir. Həmçinin Ellada ilə mobil telefon əlaqələri olmamışdır. Mərhum anası Fəridə Abbasova xx.xx.2019-cu il tarixdə dünyasını dəyişdiyi üçün Qusar şəhərinə, qardaşlarının yaşadıqları ata evlərinə getmiş, anasının yas mərasimində Elladanı görmüşdür. Onu bundan sonra bir dəfə də anasının 40 mərasimində, yəni təxminən 15 iyul 2019-cu il tarixdə ata evlərində görmüş, bundan sonra isə bir də onu görməmiş, telefon əlaqələri də olmamışdır. Həmin vaxtlarda bilmişdir ki, Zedik Elladanı tez- tez döymüş, ona qarşı zorakılıqlar göstərmiş, hətta öz ata evinə getməsinə, onunla və digər qohumları ilə əlaqə saxlamasına qadağa qoymuşdur. Həmçinin ona mobil telefondan istifadə etməyə də icazə verməmişdir. O, Elladanın həyatını qaraltmış, ailə həyatı qurduqdan sonra birlikdə yaşadıqları 04 il müddətində bu hərəkətlərinə görə Ellada həyatdan soyuyaraq sönmüşdür. Ellada özü Qusar rayon Kommunal Müəssisələri Kombinatında fəhlə işləməklə pul qazanmışdır. Lakin əri Zedik ailəsini dolandırmadığı üçün Ellada uşaqlarına lazım olan ərzaq məhsullarını almaq məqsədi ilə Raufdan kömək istəmişdir. Zedik ona ailə üzvləri ilə danışmağa, görüşməyə icazə vermədiyi üçün Ellada məcbur qalıb özünə lazım olan məhsulları kağız parçalarında yazıb qonşuluqda yerləşən ərzaq mağazasına qoyub onun vasitəsi ilə Raufa çatdırmış, Rauf da onun üçün həmin məhsulları almışdır. Zedik daim Elladanı döyüb qorxu altında saxlamış, atası və digər ailə üzvləri ilə görüşməmək, əlaqə saxlamamaq və bu kimi qadağalarına əməl etməyə onu məcbur etmişdir. Ellada isə saf, qorxaq insan olduğundan səsini çıxara bilməmiş, Zedikin bu zorakılıqlarına dözmək məcburiyyətində qalmışdır. 2021-ci ilin iyun ayında mərhum anası Fəridə Abbasovanın ölümündən iki il keçdiyi üçün ona görə yenidən Qusar şəhərinə gəlmişdir. Həmin vaxt qardaşı Raufa Elladanı görmək üçün evlərinə getmək istədiyini bildirdikdə, ona ora getsə, Zedikin yenə Elladanı döyəcəyini deyib bu səbəbdən ora getməməsini tapşırmışdır. Ona görə də Elladanı görə bilməmişdir. 2022-ci ilin avqust ayının ortalarına yaxın, saat təxminən 19-20 radələrində özü və qardaşı Şahid4 yaşadıqları evdə olarkən onun mobil telefon nömrəsinə digər qardaşı Rauf Abbasovun mobil telefon nömrəsindən zəng gəlmişdir. O, telefonla danışarkən ona məlum olmuşdur ki, onunla danışan Ellada olmuş, Zedikin onu döyüb xəsarətlər yetirdiyindən uşaqlarını da alıb atasının evinə getdiyini demişdir. Telefonu Cahangirin əlindən alıb Ellada ilə özü də danışıb ondan nə baş verdiyini soruşmuş, o da mobil telefonda bildirmişdir kİ, Zedik onu hər gün döymüş, ona gün verib işıq verməmiş, anasından əmdiyi südü burnundan gətirmiş, ona görə də Zedik ilə ailə həyatı qurmasına çox peşman olmuşdur. Ellada həmçinin ağlaya-ağlaya Zedik tərəfindən hər gün döyülsə də, qorxusundan səsini çıxara bilmədiyini, sakit dayanıb bu haqda heç kimə danışmadığını bildirmişdir. Özü və Cahangir də ona daha Zedikin evinə qayıtmamasını, səhəri gün Qusar şəhərinə gəlib onu xəstəxanaya aparacaqlarını demişlər. Təxminən 1-2 saat sonra isə Cahangir Raufla əlaqə saxlayan zaman bilmişlər ki, Zedik onların evinə gedib üzrxahlıq edərək Elladanı və azyaşlı uşaqlarını yenidən evlərinə aparmışdır. 06 sentyabr 2022-ci il tarixdə, saat təxminən 09:00 radələrində qardaşı Şahid4 ilə birlikdə yaşadıqları evdə olarkən Abşeron rayonu, Xırdalan şəhərində yaşayan bacısı Şərqiyə Yarəliyeva onların ev nömrələrinə zəng edib Zedikin Elladanı döyüb öldürdüyünü, ona bu barədə qardaşı Raufun məlumat verdiyini bildirmişdir. Ona görə də özü və qardaşı Cahangir həmin gün Qusar şəhərinə gəlib qardaşları Rauf və Arazın yaşadıqları ata evlərinə getmişlər. Bu zaman özlərinə məlum olmuşdur ki, həmin gündən iki gün əvvəl Zedik Elladadan kredit ödənişlərinə dair məlumatları yazıb verməsini istəmiş, Ellada həmin məlumatları səhv yazıb verdiyi üçün Zedik onun üstünə əsəbiləşib yumruq, təpiklə, həmçinin ağac parçası olan çubuqla bədəninin müxtəlif nahiyələrinə vurub xəsarətlər yetirmiş, bu xəsarətlər nəticəsində də Ellada ölmüşdür. Təqsirləndirilən şəxs qardaşının mərhum qızı Zərərçəkmiş şəxs qarşı mütəmadi zorakılıqlar göstərmiş, daim onu döyüb qorxu altında saxlamış, öz atası və digər ailə üzvləri ilə görüşməsinə qadağa qoymuş, onun həyatını qaraltmış, sonda da onu döyüb ölümünə səbəb olmuşdur. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş X4 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə birlikdə yaşayır. X32 isə onlardan ayrı yaşayır, arabir evlərinə gəlib onlarla birlikdə vaxt keçirir. Özü əvvəllər Qusar rayon Kommunal Müəssisələri Kombinatında fəhlə işləmiş, təxminən bir il olar təqaüdə çıxmışdır. Mərhum Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs arvadı olmuşdur. Zedik təxminən 04 il əvvəl onunla ailə həyatı qurmuş, birgə nikahlarından Bədimisə, Arzu və Məzəddin adlarında üç azyaşlı uşaqları vardır. Mərhum Zərərçəkmiş şəxs Qusar rayon Kommunal Müəssisələri Kombinatında fəhlə işləmiş, həftənin şənbə günündən başqa digər günlərdə saat 08:00 radələrində işə gedib, saat 09:00 radələrində evə qayıtmışdır. Ellada sakit təbiətli, mülayim, fiziki cəhətdən zəif insan olmuşdur. 04 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı evdə olarkən oğlu Təqsirləndirilən şəxs əvvəllər Quba şəhərində yerləşən “Kontakt Home” mağazasından kreditə aldıqları televizorun, eləcə də "xxxx" ASC və "xxxx" ASC-nin Qusar filiallarına olan kredit ödənişlərini etmək üçün gəlini Zərərçəkmiş şəxs ödənişə dair məlumatları yazmasını istəmiş, Ellada isə ona “S” və “J” hərflərini çaşdırdığını bildirmiş, Zedik də “sən yaz, mən razıyam” demişdir. Bundan sonra Ellada kredit ödənişinə dair zəruri məlumatları, kodları, şəxsiyyət vəsiqəsi məlumatlarını vərəqdə yazıb Zedikə vermiş, Zedik də krediti ödəməyə getmişdir. Oğlu Təqsirləndirilən şəxs gəlini Elladanın ona verdiyi vərəq əsasında kredit ödənişlərini etmək üçün getdikdən bir müddət sonra evlərinə qayıtmışdır. Zedik Elladaya ödəniş kodlarını düzgün yazmadığını, bu səbəbdən də ödəniş edə bilmədiyini deyib narazılıq edərək onun üstünə qışqırmış, bu zaman onlar mübahisə etməyə başlamışlar. Həmin vaxt onlar evlərinin İİ mərtəbəsində eyvanda olarkən özü də orada olmuş, lakin arabir öz yataq otağına, qonaq otağına gedib-gəlmişdir. Azyaşlı nəvələri Bədimisə, Arzu və Məzəddin isə qonaq otağında olmuşlar. Bundan sonra Ellada Zedikdən həmin vərəqi alıb ondan uzaqlaşaraq yeni vərəqdə yazmış, köhnə vərəqi cırıb sonradan zibil qabına atmış, lakin Zedikə bu barədə heç nə deməyib ona yeni vərəqi təqdim edib düzgün yazdığını bildirmişdir. Özü artıq başa düşmüşdür ki, Ellada əvvəlcə ödəniş kodlarını səhv yazmış, sonradan isə həmin vərəqi dəyişib dəqiq yazaraq Zedikə vermişdir. Ellada yeni yazdığı vərəqi Zedikə verdikdə həmin vərəqi dəyişməsini bilsə də, lakin Ellada bunu etiraf etmədiyindən onlar mübahisə etməyə başlamışlar. Elladanın vərəqi dəyişdiyini, köhnə vərəqi cırıb atdığını özü bilsə də, onların aralarına girməmiş, mübahisələrini böyütmək istəməmişdir. Konkret olaraq 04 sentyabr 2022-ci il tarixdə Zedik və Ellada mübahisə edən zaman özü sakit dayanıb kənara çəkilmiş, qonaq otağına nəvələrinin başını qatmaq üçün getmişdir. Eyvana da çıxmadığı üçün daha Zedik və Elladanın mübahisələrini görməmişdir. Onlar həyətə düşüb sonra yenidən evə qayıtmışlar. Elladanın halsız, əldən düşmüş vəziyyətdə olduğunu görmüşdür. Ellada onun yatdığı yataq otağına gedib orada çarpayıda uzanıb qalmışdır. Özü ona yaxınlaşdıqda sifətində, sol qolunda və sağ ayağında xəsarət izlərinin olduğunu görmüşdür. Ellada çarpayıda uzanmış vəziyyətdə ona “can mama, su ver” demiş, çox su içəcəyini bildirmişdir. Ona görə də ona 0,5 litr həcmində bir banka su vermişdir. O, əvvəlcə bankanın içərisindəki suyun yarısını, qalan hissəsini də daha sonra içmişdir. Bundan bir müddət sonra elə həmin gün, yəni 04 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında Ellada Zedikin onu döydüyünü demişdir. Özü də artıq oğlu Zedikin aralarındakı vərəq mübahisəsinə görə Elladanı döyüb xəsarətlər yetirdiyini bilmişdir. Sonradan oğlunun onu çubuqla, yumruq, təpik zərbələri ilə vurduğunu öyrənmişdir. Elladaya kömək etmiş, o, ayağa qalxıb öz yataq otağına gedib orada yatmışdır. Oğlu Zedik isə qonaq otağında yatmışdır. Bundan sonrakı gün, yəni 05 sentyabr 2022-ci il tarixdə Elladanın səhhəti pisləşmiş, əldən düşüb halsız olmuş, qarın nahiyəsində ağrılarının olduğunu demiş, gün ərzində çox su içmişdir. Ona çox su içdiyini, bəlkə də şəkər xəstəsi olduğunu demiş, Ellada isə sudan doymadığını bildirmişdir. O, uzanıb yatmış, çox su içmiş, arabir qusmuşdur. Ona görə daha işə də getməmişdir. 05 sentyabr 2022-ci il tarixdə, saat təxminən 14:00 radələrində özü qonşusu Firuzun 40 yas mərasiminə getmiş, saat təxminən 14:30 radələrində isə evlərinə qayıtmışdır. Zedik Elladaya xəstəxanaya aparmasını təklif etdikdə isə getmək istəmədiyini bildirmişdir. 05 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında evlərində özü, oğlu Zedik, gəlini Ellada və azyaşlı nəvələri Bədimisə, Arzu, Məzəddin olmuşlar. Özü yatdıqdan sonra 06 sentyabr 2022-ci il tarixdə, gecə saatlarında nəvəsi Məzəddinin səsinə yuxudan ayılmış, oğlu Zedik uşağı baxması üçün ona vermişdir. Elladanın yatdığı yataq otağına getdikdə isə onun yerdə, üzü yuxarı hərəkətsiz vəziyyətdə, uzanıqlı olduğunu görmüş, Zedik Elladanın öldüyünü bildirmiş, dərhal bu barədə X32a məlumat verib onu çağırmışdır. Səhər saatlarında isə Zedik Qusar rayon polis şöbəsinə gedib arvadı Elladanı döyməsi nəticəsində onun ölməsi barədə məlumat vermiş, bundan sonra prokurorluq və polis əməkdaşları evlərinə gəlib baxış keçirmişlər. Ona təqdim olunan kağız parçaları barədə bildirmişdir ki, mərhum gəlini Zərərçəkmiş şəxs uşaqlarına ərzaq məhsulları, uşaq bezi almaq üçün evlərinin divar kağızı hissələri, vərəqələrdə lazım olan məhsulları yazıb qonşuluqda ərzaq mağazası işlədən Şahid8 çatdırmış, bu yazıları atası Rauf Abbasova ünvanlayıb həmin məhsulları almasını xahiş etmişdir. Bəzi hallarda bu vərəqələri Cəmiləyə özü çatdırmışdır. Həmçinin həqiqətən də Qusar şəhər Bazarında ət məhsulları satan İmaməddin İsmayılovdan ət alıb ona 30 manat borclu qalmışdır. Lakin sonradan onun borcunu özü qaytarmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, götürülmüş 01 ədəd ağac parçası olan çubuq 02 noyabr 2022-ci tarixdə Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş və Təqsirləndirilən şəxs həmin çubuğu rənginə, formasına və ölçülərinə görə tanıyaraq bu çubuğun 04 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında mərhum arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurub xəsarətlər yetirməsində istifadə etdiyi, sonra hadisə yerində evlərinin həyətində yerə atdığı çubuq olduğunu bildirmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 33 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində xarici müayinədə aşağıdakı xəsarətlər aşkar olunmuşdur; sağ gözün bayır küncündə, alt çənəsinin sağ yan səthində, sol bazunun yuxarı 1/3-nin yan səthində, gövdənin sol yan səthin aşağı şöbəsində (12-ci qabırğa altı nahiyəsində) iki ədəd, sol budun yuxarı 1/3-nin yan səthində, hərəsində bir ədəd qançır; boynun sağ yan səthində, sol süd vəzinin yuxarı iç kvadrantında, sağ dizin ön səthində, sol bazunun orta 1/3-nin yan səthində iki ədəd, sol dirsəyin arxa səthində, sol kürəkaltı nahiyəsində sıyrıqlar; sağ baldırın aşağı 1/3-nin yan səthində üzəri sıyrıntılı qançır; daxili müayinədə nazik bağırsaqda cırılmış yara, nazik bağırsaqm müsariqəsində qansızma və sol böyrəyin qansızması. Qeyd edilən həyati xəsarətlər küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə şillə, yumruq, təpik zərbələri ilə və ekspertizaya təqdim edilən ağac parçası olan çubuqla bir neçə dəfə vurulma nəticəsində əmələ gələ bilərdi və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər onun ayaqüstü, oturaq, uzanıqlı və s. vəziyyətlərdə olaraq əmələ gələ bilərdi. Mərhum Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən vəziyyətdə döyülüb xəsarətlər yetirilməsi nəticəsində sonradan ölməsi mümkündür. Onun bədəni üzərində olan xəsarətlər özü1özünə, həmçinin yaşayış evinin hündür pilləkənindən, yaxud da digər hündürlükdən yıxılaraq yox, lakin kənar fiziki təsir nəticəsində əmələ gələ bilərdi. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər bədənin müxtəlif nahiyələrində olduğuna görə və eyni xarakterli olması səbəbindən bu xəsarətlərin yetirilmə ardıcıllığı barəsində qəti fikir söyləmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qarnın küt travmasından nazik bağırsağın cırılması nəticəsində baş vermiş peritonitin təsirindən orqanizmin ümumi intoksikasiyası olmuşdur və onun ölümü ilə aldığı xəsarətlər arasında birbaşa səbəbli əlaqə vardır. Ölüm meyitin meyitxanada müayinəsindən təxminən 8-10 saat əvvəl baş vermişdir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5322 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş açıq göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qısaqol donun tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qısaqol donun üzərindən aşkar edilmiş mavi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin tərkib liflərinə uyğun gəlir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2989 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onda hər hansı psixi xəstəliyin simulyasiyası müəyyən edilməmişdir. O, cinayət hadisəsini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. O, qıcığa görə həssaslıq, tez özündən çıxmaq, kinlilik, inadkarlıq, eqosentrizm, hövsələsizlik, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq Öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, T 06/2023 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı sağ gözün bayır bucağında, alt çənənin sağ yan səthində, sağ bazunun yuxarı 1/3-nin yan səthində, sol budun yuxarı 1/3-də yan səthdə hərəsində bir ədəd, bel nahiyəsində solda iki ədəd qançır, boynun sağ yan səthində, sol süd vəzinin yuxarı kvadrantında, sağ diz oynağının ön səthində, sol dirsəyin arxa səthində, sol kürəkaltı nahiyəsində hərəsində bir ədəd, sol bazunun orta 1/3-nin yan səthində iki ədəd sıyrıq, sağ baldırın aşağı 1/3-nin yan səthində üzəri sıyrıntılı qançır, nazik bağırsağın 12 barmaq bağırsaq soğanağına yaxın hissəsində cırılmış yara və bağırsaq müsariqəsinə qansızma, qarın boşluğunda 2,0 litrə qədər üfunətli maye, sol böyrəyə qansızma olması müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər həyati olmaqla küt yaranma mexanizminə malikdir, əllə, təpiklə və ya ekspertizaya təqdim edilmiş çubuq şəkilli ağac parçası ilə dəfələrlə yetirilmiş zərbələrin təsirindən yarana bilərdilər, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2022-ci ilə uyğun gəlir və dərəcəsinə görə nazik bağırsağın cırılması, müsariqəyə qansızma, yayılmış İrinli, nəcisli peritonit canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol böyrəyə qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlər qısa müddət ərzində yetirildiyindən onların ardıcıllığı və istiqaməti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların hər hansı hündürlükdən istər sərbəst, istərsə də sürətlənmiş yıxılma zamanı yarana bilməsini və özü-özünə yetirməsini inkar edir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qamın küt travması nəticəsində nazik bağırsağın cmlmasından yaranmış irinli-nəcisli yayılmış peritonitdən inkişaf etmiş ümumi intoksikasiya olmuşdur. Yetirilən xəsarətlərlə ölüm arasında səbəbli əlaqə vardır. Ölüm xx.xx.2022-ci ildə evdə baş vermiş və bunu meyitin xx.xx.2022-ci ildə ekspertizası zamanı qeyd edilmiş ilkin meyit əlamətləri inkar etmir. Xəsarət yetirildikdən sonra bağırsağın cırılmasından sonra peritonitin yaranması üçün müəyyən müddət tələb olunduğundan onun xx.xx.2022ci il tarixdə ölməsi mümkündür. Xəsarətlər yetirilərkən zərərçəkmişlə həmlə edənin qarşılıqlı duruş vəziyyəti müxtəlif ola bilərdi. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs Qusar rayon prokurorluğuna müraciət etdiyi xx.xx.2023-cü il tarixdə ərizəsindən görünür ki, 04 sentyabr 2022-ci il tarixdə, saat təxminən 23:00 radələrində Qusar şəhəri, C.Cabbarlı küçəsi, ev 12 ünvanında yerləşən evlərinin həyət sahəsində arvadı Zərərçəkmiş şəxs döyüb ona xəsarətlər yetirmişdir. Arvadı Zərərçəkmiş şəxs döyüb ona xəsarətlər yetirməsinin səbəbi onun kredit borclarına dair zəruri ödəniş kodları, şəxsiyyət vəsiqəsi məlumatlarını ona səhv yazıb verdiyi halda bunu boynuna almaması, onun sifətinə baxa-baxa yalan danışması olmuşdur. Onun bu hərəkətindən hirslənib əsəblərini cilovlaya bilməmiş, sərxoş vəziyyətdə özündən çıxıb onu yumruq, təpik və ağac parçası olan çubuq zərbələri ilə vurub döyərək xəsarətlər yetirmişdir. Bundan sonra Ellada 05 sentyabr 2022- ci il tarixdən 06 sentyabr 2022-ci il tarixə keçən gecə yaşadıqları evdə ölmüşdür. Törətdiyi cinayət əməlini bir daha etiraf edib boynuna almış, peşman olmuşdur. Bu cinayətinə görə ona az müddətdə azadlıqdan məhrum etmə cəzası verilməsini, köməklik göstərilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 19645 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, CD-də Təqsirləndirilən şəxs istifadəsində olmuş “050 722-38-66” saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrə vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. Həmin diskdə olan fayllara daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan “050 722- 38-66” saylı mobil telefon nömrəsi ilə X5 istifadəsində olan “077 385-42-80” saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə, saat 04:29:44-də, bundan başqa, X6 istifadəsində olan “070 699-09-71” saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə, saat 19:50:41, 19:52:10, 19:53:19, 21:16:07, 21:17:12-də, eləcə də xx.xx.2022-ci il tarixdə, saat 04:33:54, 06:41:49-da müxtəlif müddətlərdə danışıqlar aparılması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 49/202 saylı məktuba əlavə edilmiş, mərhum Zərərçəkmiş şəxs qızma məxsus **********293475 nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin hesabdan xx.xx.2022-ci il tarixdə 284 manat məbləğində pul vəsaiti çıxarılmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 49/202 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, DVD-də “Qusar Rayon Prokurorluğu” adlı qovluğun daxilində, “Zərərçəkmiş şəxs qizi” adı ilə qeyd edilmiş qovluğa daxil olduqda müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs məxsus **********293475 nömrəli hesabdan xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə pul vəsaitləri götürülərək nağdlaşdırılmış, xx.xx.2022-ci il tarixdə həmin əməliyyat Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Qusar RPŞ-nin xx.xx.2022-ci il tarixli, 149-19958-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında son vaxtlarda mütəmadi olaraq mübahisələrinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsindən əvvəl öz iş yerində, yəni Qusar şəhəri ərazisində rəngsaz işlədiyi obyektdə olması müəyyən edilmişdir. Onun spirtli içki aludəçisi olması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli, PHŞ/6.54-2-2022-170 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs “Qusar RMX” PHŞ-nin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. xx.xx.2022-ci il tarixdə, saat 08:45 radələrində “Qusar RMX” PHŞ-in X15 Yardım X3 adına çağırış qeyd olunmuş, TTTYŞ-nin həkim briqadası çağırış ünvanına çatanda xəstə keçinmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayon X1 xx.xx.2023-cü il tarixli, 121 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Quba rayon PNRM-nə müraciət etməmişlər. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Qusar rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2022-ci il tarixli, 96 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul olunmaqla xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs Qusar şəhəri, S.Səfərov küçəsində işləyib xx.xx.2022-ci il tarixdə işdə olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzinin xx.xx.2022-ci il tarixli, **********3 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs Qusar Kommunal Müəssisələri Kombinatında təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Qusar RİHB-nin Qusar şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, NA/128 nömrəli məktubuna əlavə edilmiş arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X18 və xx.xx.2022-ci il təvəllüdlü X7 ibarətdir. Nümayəndəliyə onun və ailəsi barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Zərərçəkmiş şəxs ailə tərkibi xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X18 və xx.xx.2022-ci il təvəllüdlü X7 ibarət olmuşdur. Nümayəndəliyə onun və ailəsi barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan xx.xx.2022-cİ il tarixli, 05081 protokollaşdırma nömrəli alkotester nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolun miqdarı 0,151 % təşkil etmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, GTKR4554138A148 saylı kredit müqaviləsinə əlavə ödəniş qrafikinin surətindən görünür ki, X2 adından 2.200 manat məbləğində kredit alınmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, QSNPU-05327 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlinin surətindən görünür ki, Zərərçəkmiş şəxs adından 500 manat məbləğində kredit alınmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1, 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə Qusar rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə Qusar rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə Qusar rayon məhkəməsinin xx.xx.2018-cİ il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası şərti hesab edilərək ona 01 il sınaq müddəti müəyyən edilmiş, xx.xx.2019-cu il tarixdə sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən məhkumluğu olmamışdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 03 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə əsasən əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 126.3) sanksiyasında nəzərdə tutulmuş həddə (CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla) azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 və 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcüd olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədəndən sonra istintaq orqanına təslim olub, könüllü olaraq təqsirini boynuna almışdır. Onun əməli CM-nin 60.1-ci maddəsinin təsiri altına düşdüyündən Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın həddi CM-nin 126.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 azyaşlı uşaqları-xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2021ci il təvəllüdlü X18 və xx.xx.2022-ci il təvəllüdlü X8 nəzarət və qulluq edilməsinin təşgil olunması barədə yaşadıqları ərazi üzrə qəyyumluq və himayəçilik orqanına göstəriş verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan hadisə yerindən götürülmüş 2 ədəd kağız parçası cinayət işinin istintaq materiallarında saxlanılmalı, Qusar rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş ağac parçası olan çubuq, mərhum Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş, ona məxsus mavi rəngli qadın donu, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, hadisə zamanı əynində olmuş qara rəngli şalvarı və yaxasında “ FİERO” yazılı etiketi olan, mavi rəngli qısaqol kişi köynəyi məhv edilməldir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci 281 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə xərci 281 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Təqsirləndirilən şəxs 3 azyaşlı uşaqları-xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2021ci il təvəllüdlü X18 və xx.xx.2022-ci il təvəllüdlü X8 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Qusar rayon qəyyumluq və himayəçilik orqanına tapşırılsın. İş üzrə maddi sübut olan- Qusar rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş ağac parçası olan çubuq, mərhum Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş, ona məxsus mavi rəngli qadın donu, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, hadisə zamanı əynində olmuş qara rəngli şalvarı və yaxasında “ FİERO” yazılı etiketi olan, mavi rəngli qısaqol kişi köynəyi məhv edilsin, hadisə yerindən götürülmüş 2 ədəd kağız parçası cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar