Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-136/2025 21.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərəçəkmiş şəxsin hüquqi varisi- X4 (müki iddiaçı) və onun nümayəndəsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs (mülki cavabdeh) iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi bina 18 m.6 da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 5-ci məhəllə ünvansız fərdi evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 8 iyun 2024-cü il, saat 22 radələrində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Bulaq” kafesində digər müştəri xx xxxxxx 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona bir neçə dəfə baxmasını və onu itələməsini bəhanə edib sonuncu ilə mübahisə etməyə başlamış, lakin tanışlarının müdaxiləsi ilə aralandıqdan və kafedən çölə çıxarıldıqdan sonra 9 iyun 2024-cü il saat 01 radələrində yenidən kafeyə qayıdaraq Zərərçəkmiş şəxs yarımçıq qalmış söhbətlərini davam etdirmək üçün yanına çağırmış, Zərərçəkmiş şəxs əyləşdiyi masadan onun yanına gəldikdə ona bir neçə dəfə baxmasına görə, yəni heç bir ciddi səbəb olmadan ictimai qaydalara etinasızlıq göstərməklə şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə öldürmək üçün Zərərçəkmiş şəxs cibində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla zərbələr vurmaqla sonuncuya baş vermiş kəskin qan itirmə nəticəsində ölümünə səbəb olmuş boyun nahiyəsinin xarici yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz edib, lakin heç bir daxili orqanı zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 09 iyun saat 16-17 radələrində yeyib-içmək məqsədilə “Bulaq” kafesinə getmiş, həmin zaman kafedə dostları Sənan, Həsən və Həbib onunla birlikdə olmuş, saat 18-19 radələrində o, həmin kafedən pivə içmək məqsədilə “Xəzər” kafesinə getmişdir. Daha sonra saat 22-23 radələrində “Bulaq” kafesinə yenidən getmiş və dostlarının hələ də orada olduğunu görmüş və orada əyləşmiş, onlarla birlikdə pivə içməyə davam etmişdir. Daha sonra, təxminən 40 dəqiqə sonra həmin kafeyə Sərxan, zərər çəkmiş şəxs Nicat və başqa tanımadığı şəxs gəlmiş və onlar da həmin kafedə masaların birində əyləşmişlər. Sərxan onların əyləşdiyi masaya “salam” vermiş və daha sonra tərs-tərs onlara baxmağa, masaların yanından keçməyə başlamış, daha sonra Sərxan pivə süzülən yerdə durmuş və onların əyləşdiyi masaya baxmağa başlamışdır. O, həmin zaman Sərxanın yanına getmiş və onların sadəcə birlikdə əyləşib istirahət etdiklərini deyib, öz masalarına qayıtmışdır. Bunun ardınca təxminən 15-20 dəqiqə sonra o, ayaqyolunun yanındakı bulaqda əlini yuyarkən zərər çəkmiş şəxs Nicat gəlib onun yanında dayanmış, o isə ona “nə olub, salamatçılıqdı?” demiş, həmin zaman zərər çəkmiş şəxs Nicat onu sinəsindən yumruq ilə vurmuşdur. Bu zaman Sərxan onlara yaxınlaşıb, Nicatın onun dostu olduğunu, bayaq ona dediklərinin Nicatın xoşuna gəlmədiyini və buna görə də Nicatın onu vurduğunu demişdir. O isə ona dediklərini aşağı səs tonu ilə dediyini, sadəcə onların eşidə biləcəyini demişdir. Yəni Sərxan ona dediklərini Nicata demişdir. Həmin zaman Nicat ona hücum etmiş və onlar dava edən zaman onun dostları və digərləri də yaxınlaşıb onları ayırmağa başlamışlar. Fərid onu sakitləşdirib demişdir ki, gəlib maşına əyləşsin, evə getsinlər, ikisi də içkilidir, sabah bu məsələni həll edərlər. O maşına oturmuş və maşında getdiyi zaman Sənan ona zəng vurmuş, o, ona Nicat ilə niyə dava etdiyini danışmış, o, Fərid ilə maşında onların evə gedərkən Sərxan “BMW” markalı maşını ilə onlara yaxınlaşıb, saxlamaqlarını istəmiş və ona “ kişi deyilsən? Gedək, söhbətimizi həll edək” demişdir. Sərxan həmin vaxt tək olmuş, Fərid isə təkidlə içkili olduqları üçün evə getməli olduqlarını demişdir. O, Nicat ilə yenidən üzləşmək istəməmişdir, onun da içkili olduğu üçün məsələni dənizin qırağında Sərxanla həll etmək istəmişdir. O, “kişi deyilsən?” ifadəsindən təsirləndiyi üçün Sərxanın maşınına əyləşmiş, ondan dəniz qırağına sürməyini istəmişdir. Ancaq Sərxan onu “Bulaq” kafesinin, yəni dava etdikləri kafenin qabağına gətirmişdir. Bu zaman Nicat maşının qapısını açaraq maşına oturmaq istəyəndə o maşından düşmüş, həmin vaxt Nicat ona hücum etməyə başlamış, orada olan şəxslər yaxınlaşıb onları ayırmağa çalışmış, lakin o, Sərxanın onları sakitləşdirməyə çalışdığını görməmişdir. Dava etdikləri zaman orada olan tanışları onun qoluna girərək onu oradan aparmağa çalışmış, Nicatı isə Bəhruz saxlamışdır. Nicat onu saxlayanların əlindən çıxaraq, arxaları ilə qaçmağa başlamış, onu vurmaq istəmişdir. Sərxan isə həmin vaxt onların yanında olmuş, o, Sərxana niyə Nicatın onu döyməyini təmin etməyə çalışdığını, ikisinin də içkili olduğu üçün məsələni sabah həll etməli olduqlarını demişdir. Daha sonra Nicatı maşına otuzdurmuş, oradan uzaqlaşdırmışlar. O isə nənəsigilə getmək istədiyini demiş, hansı ki nənəsinin evi “Bulaq” kafesinin qabağındakı beşmərtəbəli binada yerləşir. O, həmin binaya yaxınlaşıb blokda dayanmağa başlamış, tanışlarının getməyini gözləmişdir. Daha sonra isə Sərxana iradlarını bildirmək üçün “Bulaq” kafesinə geri qayıtmış, Nicatın orada olduğunu görmüş, Nicata yaxınlaşıb söhbət etmək məqsədi ilə yanına çağırmışdır. Onun Nicatı öldürmək məqsədi olmamışdır, əgər olsa imiş, ən başdan dava etdikləri zaman bunu edərmiş, Nicatı yanına ehtiyatla, sakit çağırmağına baxmayaq o, stul götürərək üstünə hücum etmiş, Sərxan isə “guya” onu tutmaq istəmiş, ancaq tutmamışdır, onun üstünə hücum etmişlər, o, yerə yıxılmış, Sərxan da ona təpik atmışdır, həmin vaxt o, üzərində olan bıçağı çıxarmış və yelləməyə başlamışdır. O, törətdiyi əməldən peşmandır, belə olmağını istəməmişdir. Nicat üzərinə hücum edəndə onu bıçaqlamış və onun boğazından qan açıldığını görmüşdür, həmin həyəcanla bıçağı şalvarının sağ tərəfində kəmərə taxmış, Sərxana isə bunun səbəbkarının onun olduğunu demişdir. Oradan uzaqlaşmış və dəniz qırağına getmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Sərxanla həll etmək istədiyi məsələ ondan ibarət olmuşdur ki, Sərxanın polis əməkdaşı, əməliyyatçı olduğunu bilmişdir, Sərxan və eyni zamanda Bəhruzun da “torba tikdiklərini” eşitmiş, onların masaya da həmin məqsədlə baxdığını düşünmüşdür, Sərxanı uşaqlıqdan tanımış, o, hadisə baş verənə kimi zərər çəkmiş şəxs Nicatı tanımamış, Nicat ilə aralarında birinci dəfə mübahisə bu formada olmuşdur ki, o, bulaqda əlini yuyarkən yanında dayanmış və o, ona “ nə baxırsan?” demiş, o da onu vurmuşdur, üzərində bıçaq gəzdirməyinin səbəbi odur ki, o, taksi işləmiş, əsasən gecələr ehtiyat məqsədilə bıçaq gəzdirmiş, balaca cib bıçağı olmuşdur. Həmin bıçağı dükandan əldə etmişdir. Nicata neçə bıçaq zərəbəsi yetirdiyini tam dəqiq bilməmişdir, boğazının kəsilməyini görmüşdür, qorxduğu üçün tez oradan uzaqlaşmış, Nicata kömək göstərməmişdir. Daha sonra hadisəni törətdiyi bıçağı və telefonunu dənizə atmış və könüllü təslim olmuşdur. Törətdiyi əməldən peşman olmuş, o, istəmədən bu əməli törətmişdir, yalan danışmır, polisə könüllü təslim olmuş, polisdə və ya prokurorluqda ona qarşı hər hansı məcbur etmə olmamışdır. Bıçağı tam dəqiq xatırlamamış, ovçular mağazasından almışdır. Hadisəni törətdiyi bıçaq həmin gün üstündə olmuşdur, gedib nənəsigildən və.s götürməmişdir. Nənəsigilə gedirəm deyib, blokda gözləməyinin məqsədi o olmuşdur ki, Sərxanla söhbət etmək istəmişdir. Sərxan istəmişdir ki, Nicat onu döysün. Onun Nicatla problemi olmamışdır, həmçinin kafeyə qayıdıb Nicatı yanına çağıranda da ona bunu demək istəmişdir, o, kafeyə qayıdıb Sərxanla görüşmək istəmiş, Nicatın orada olduğunu düşünməmişdir. Nicatın maşınını görmədiyi üçün onun kafedə olmadığını düşünmüşdür. Nicatın maşınının hansı maşın olduğunu orada bilmişdir. Yenidən kafeyə qayıdıb Nicatı çağıranda onu çölə çağırmamış, ona demişdir ki, “bir dəqiqə olar sənə?” Bıçağı niyə dənizə atdığını bilməmiş, şokda olmuşdur.O, polis bölməsinə təslim olmağa gedəndə səhərə yaxın olmuş, hava işıqlanmış, təslim olmağa gedənə qədər dəniz qırağında olmuş, oraya gedəndə tək olmuş, dəniz qırağından gələrkən nənəsini və dostlarını görmüşdür. Onun barəsində Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə cinayət işi olmamışdır. O, birinci dəfə “Bulaq” kafesinə tək gəlmiş, artıq kafedə olan dostları ilə birlikdə masada əyləşmişdir. O, “Xəzər” kafesinə gedib, təzədən “Bulaq” kafesinə qayıdanda dostları hələ də orada olmuş, dostları dedikdə Sənanı, Həbibi, Həsəni nəzərdə tutmuşdur. Hadisə zamanı dostları orada olmamış, Fərid onu maşını ilə evə apararkən dostları ona zəng vurmuşlar.O, dava zamanı tək olmuş, Fərid onu maşını ilə evə apararkən Sərxan arxaları ilə gəlmiş, Fərid onu təxminən 1 kilometrdən çox bir məsafədə kafedən uzaqlaşdırmışdır. Fərid də maşını ilə davanın baş verdiyi yerə qayıtmış, Fərid də daxil olmaqla orada olan şəxslər davanı ayırmağa çalışmışdır. Sərxanın maşınında qabaqda sağ tərəfdə oturmuş, Nicat Sərxanı düşürüb sürücü tərəfdə oturmaq istəmiş, Nicat Sərxanın maşınına sürücü tərəfdə oturmaq istəyən zaman bunu Sərxana demişdir ki, “düş mən oturum.” Aardınca Sərxan maşından düşmüş, Nicat onun yerinə oturmaq istəyən zaman isə o da maşından düşmüşdür. O,“torba tikmək” məsələsini Sərxan və Bəhruz haqqında demişdir, o, Sərxanla kafedə söhbət edərkən Bəhruz orada olmamış, Bəhruzu sonradan zəng vurub çağırmışlar. Bəhruzu təxminən 2020-ci ildən tanımış, o da, Sərxan da qəsəbə sakinidir. Sərxanın harada işlədiyini bilmiş, ancaq Bəhruzun bilməmişdir. Sərxanı bir-iki dəfə polis formasında görmüş, Bəhruzu görməmişdir. Sərxan onu cinayət hadisəsi törədildiyi vaxtda vurmuşdur. Sərxan və Nicat ona təpik və yumruq ilə vurmuş, bıçaq cinayət hadisəsinin törədildiyi gün əvvəldən üstündə olmuşdur. Bıçaq belində olmuş, kiminsə görüb-görmədiyini bilməmişdir. Nənəsigilə evə gedib bıçaq götürməmişdir. Artıq gec olduğu üçün ikinci dəfədə evə deyil, nənəsigilə getmək qərarına gəlmişdir. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, atası Anar anası Vüsalə qardaşı Altay ilə birlikdə yaşamış, bacısı Jalə ailə qurub başqa ünvanda yaşamış, Zərərçəkmiş şəxs tanımamaqla heç bir ədavəti düşmənçiliyi olmamış, son zamanlar taksi fəaliyyəti ilə məşğul olsa da lizinqə götürdüyü “Nexia Ravon” markalı avtomobili qaytardıqdan sonra son iki həftə heç yerdə işləməmiş, 08 iyun 2024-cü il tarixdə günorta saat 15 radələrində yuxudan ayılıb nahar etdikdən sonra Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən “Bulaq” adlı kafeyə pivə içmək üçün getmiş, kafedə boş masalardan birinə əyləşib bir bakal pivə içdikdən sonra təxminən saat 19 radələrində Nasosnu deyilən ərazidə yerləşən “Xəzər” adlı kafeyə gedib orada tək pivə içməyə davam etmiş, təxminən 40 dəqiqə sonra yenidən Bulaq kafesinə qayıtmış, həmin vaxt orada tanışları Sənan, Həsən və Həbib adlı şəxslərin əyləşdiyini görüb o, da həmin şəxslərə qoşulub pivə sifarişi verərək içməyə davam etmiş, axşam saat təxminən 23 radələrində içki içməyə davam etdikdə yan masada əyləşən adını sonradan bildiyi Nicat adlı şəxsin ona tərs-tərs baxdığını görmüş, əvvəlcə fikir verməsə də sonradan yenidən baxışlarını üzərində hiss etmiş, belə ki, o, tualetə gedib çıxdıqda Nicat ilə üz-üzə gəlmiş, Nicat onun qarşısından çəkilməyərək ona baxdığı üçün o, Nicata “qaqaş salamatçılıqdı?” deyə sual vermiş, Nicat iki əli ilə onun sinəsindən yumruq zərbəsi endirmiş, zərbədən sonra Nicatla əlbəyaxa olmuş, bunu görən yaxın masada əyləşənlər və onun tanışları onları ayırmış, Nicatın masasında əyləşən qəsəbədən tanıdığı Sərxan və Bəhruz adlı şəxslər onları sakitləşdirməyə çalışaraq ona evə getməyini bildirmiş, həmçinin tanışları Həsən, Sənan və Həbib onu Sumqayıt şəhəri Səttar Bəhlulzadə küçəsində yaxınlıqda yaşayan nənəsi Elmiragilin evinə gətirmiş, o, blokda dayanıb tanışlarına evə qalxacağını deyərək, dostlarının getməsini gözləmiş, dostları getdikdən sonra o, Nicata ona etdiyi hərəkətə görə onunla söhbətə son qoymaq üçün yenidən həmin kafeyə qayıdıb Nicatın əyləşdiyi masaya yaxınlaşmış, “Bulaq” kafesində Nicat, Sərxan və Bəhruzla bir masada əyləşib pivə içmiş, tanışları Sənan, Həsən və Həbib isə artıq kafedə olmamış, o, Sərxanı kənarda söhbət etməyə çağırdıqda Nicat masadan qalxaraq üzərinə gəlib ona əl qol atmağa başlamış, Nicat ona yumruq zərbəsi endirdikdə hər zaman üzərində gəzdirdiyi dəstəyi taxta materialdan olan qəhvəyi rəngli açılıb qatlanan cib bıçağını kəmərindən çıxarıb özünü müdafiə etmək üçün bıçağı yelləməyə başlamış, bu zaman Nicatın qan içində olduğunu gördükdə bıçağı şalvarın sağ tərəfindən kəmərə keçirib tez oradan uzaqlaşıb dəniz kənarına qaçmış, “Sumqayıt Kampresor” zavodu deyilən əraziyə yaxın yerdə həmin bıçağı və istifadəsində olan Samsung A12 markalı ***-***-**-** nömrəli telefonu dənizə atmış, dəniz kənarında bir neçə saat qaldıqdan sonra evə getməyi qərara almış, evə getdikdə yolda tanımadığı birindən telefon alıb H.Zeynalabdin qəsəbəsində yaşayan yeznəsi Elsəvərə zəng edib törətdiyi hadisə barədə məlumat vermiş, Elsəvər hadisədən xəbərdar olduğunu bildirib polislərin evə gələrək valideynlərinin də Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparıldıqlarını bildirmiş, bundan sonra 2-ci Polis bölməsinə gedərək özü könüllü təslim olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs bıçaq vurmamış, sonuncu onun üzərinə gəldiyindən özünü müdafiə etmək üçün bıçağı yelləyən zaman Nicat zərbələrə tuş gəlmiş, Zərərçəkmiş şəxs hadisə vaxtı əlində bıçaq və ya hər hansı bir başqa alət olduğunu görməmiş, hadisəni törətdiyi bıçağı xatırlamadığı tarixdə Sumqayıt şəhərində adını xatırlamadığı ovçular mağazazından almış, özünü müdafiə məqsədilə üzərində gəzdirmiş, həmin bıçağı Xəzər dənizinə atdığından istintaqa təqdim edə bilməmiş, Psixoloji dispanserdə heç vaxt qeydiyyatda olmamış, hadisə vaxtı Nicatın dostları Sərxan, Bəhruz, “Bulaq’' kafesini işlədənlər Fərid və İlyas qardaşları həmçinin adlarını bilmədiyini kafedə olan digərləri şahid olmuş, hadisə vaxtı üzərində qara yaşıl rəngli xətləri olan “Lacoste” yazılı köynək, açıq mavi rəngli üzərində naxışlı cibləri olan cins şalvar, qara rəngli makasin model ayaqqabı olmuş, yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuananı təxminən 7-8 il bundan əvvəl tanımadığı şəxsdən hazırda xatırlamadığı yerdə almış, bıçaqlardan ikisini xatırlamadığı vaxtda və yerdən almış, digərini isə tapmış, 1 ədəd kasteti ( beş barmağı) təxminən 4-5 il bundan əvvəl özü qurğuşun tökməklə hazırlamış, çətənə kollarına bənzər bitkilərin toxumlarını isə xatırlamadığı zamanda və yerdən dekorativ bitkidən götürmüş, ona görə də həmin bitkilərin çətənə kolu yox, dekorativ bitki olduğunu hesab etmiş, tutulduqdan sonra ailə üzvlərinin həmin narkotik vasitələri tapacaqları halda hüquq-mühafizə orqanları ilə problem yaşaya biləcəklərini, həmin narkotik vasitənin hardan əldə edildiyini izah edə bilməyəcəklərini fikirləşdiyindən o, narkotik bitkiləri özünün əkdiyini bildirmiş, lakin həqiqətdə o, narkotik bitki əkməmiş, təxminən bir neçə il bundan əvvəl tanımadığı şəxsdən almış, buna görə də şübhəli şəxs qismində dindirilərkən könüllü şəkildə narkotik vasitə istifadə etdiyini bildirərək, saxladığı yeri göstərə biləcəyini bildirmiş, onunla birlikdə yaşayan ailə üzvlərinin onun narkotik vasitə saxlamağından xəbəri olmamış, belə ki, o, həmin narkotik vasitəni evin istifadə olunmayan hissəsində, yəni zirzəmisində saxlamış, əkdiyi bitkilərin isə narkotik bitki olduğunu nə o, nə də ki, ailə üzvləri bilməmişdir.( i.v.54-58) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma oğlu olmaqla münasibətləri hər zaman yaxşı olmuş, Zərərçəkmiş şəxs 3-4 ildir ki, Sumqayıt şəhərində yerləşən “777” avtomobil salonunda satıcı işləmiş, o, ailəli olmaqla onlarla birlikdə yaşamış, xasiyyətcə sakit təbiətli insan olmuş, heç kəslə dava-dalaşı və ya düşmənçiliyi olmamış, Sumayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsinə heç vaxt getməmiş, yalnız 1-2 dəfə qəsəbəyə çatmamış dəniz qırağındakı balıq restoranına getmiş, o, sürücü işlədiyindən evdən çox Salyan rayonunda yaşamış, sonuncu dəfə 06 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs görmüş, belə ki, həmin tarixdə o, Ağstafa rayonundan Sumqayıt şəhərinə gəlmiş və Salyan rayonuna getməli olduğundan Nicat onu avtomobili ilə Lökbatan dairəsinə aparıb oradan yola salmış, 09 iyun 2024-cü il tarixdə təxminən 04 radələrində qonşuları Xəyal ona zəng vuraraq Nicatın xəstələndiyini və xəstəxanaya yerləşdirildiyini bildirmiş, o, dərhal bacanağı Fazilə zəng vuraraq xəstəxanaya getməsini, Nicat ilə maraqlanmasını xahiş etmiş, özü isə saat 05 radələrində yola çıxmış, yolda olarkən artıq Fazil ona zəng vuraraq Nicatın rəhmətə getdiyini söyləmiş, təxminən saat 07 radələrində Sumqayıt şəhərinə, evə çatmış, evdə olarkən Nicatın Nüsrət adında bir nəfər şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyünü öyrənmişdir. Nicat Bayramlı və Təqsirləndirilən şəxs bir-birilərini əvvəllər tanımadığından aralarında hər hansı bir mübahisə və ya münaqişə olmamış, Nicatı öldürən şəxs Təqsirləndirilən şəxs 08 iyun 2024- cü il tarixdə Hacı Zeynalabdin qəsəbəsində “Bulaq” kafesində tanışı Sərxan adlı şəxslə oturmuş, bu zaman Nüsrət Sərxanla ortaq tanışı Bəhruz haqqında pis fikirlər səsləndirmiş, Sərxan da Bəhruza zəng vuraraq Nüsrətdən eşitdiklərini ona demiş, bundan sonra Bəhruz Nüsrətlə olan məsələsini aydınlaşdırmaq üçün Hacı Zeynalabdin qəsəbəsində “Bulaq” kafesinə gəlmiş, gələrkən yolda oğlu Zərərçəkmiş şəxs və bir nəfər kondisioner ustası işləyən adını bilmədiyi şəxsi də özü ilə birlikdə gətirmiş, onlar kafedə görüşən zaman Nüsrət Bəhruza bir daha pis fikirlərini üzünə qarşı demiş, həmin sözlər oğlu Nicata pis təsir etdiyindən Bəhruzu müdafiə edərək Nüsrətə cavab qaytarmış, buna görə də aralarında mübahisə yaranmış, aranı sakitləşdirmək üçün Bəhruz və yaxud Sərxan Nüsrəti kafedən çölə çıxararaq Nicatın avtomobili ilə qəsəbə ərazisində gəzdirmiş, qəsəbədə gəzən vaxt Nüsrət bir neçə dostuna zəng vuraraq, söhbəti düşdüyünü bildirsə də, heç kəs onun yanına gəlməmiş, onlar qəsəbə ərazisində bir qədər gəzdikdən sonra yenidən həmin kafeyə qayıtmış, kafeyə qayıdan kimi Nüsrət Nicata “səni 1 dəqiqə olar?” deyə səslənmiş, Nicat isə ona “lap 2 dəqiqə də olar” deyərək, əyləşdiyi masadan qalxıb Nüsrətə yaxınlaşmış, Nicat Nüsrətə yaxınlaşan kimi Nüsrət kəmərində saxladığı bıçaqla Nicatın boğaz və ürək nahiyəsinə zərbə vuraraq öldürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir tanımaqla, münasibətləri yaxşı olmuş, Təqsirləndirilən şəxs də qəsəbə sakini kimi tanımış, 8 iyun 2024-cü il tarixdə təxminən gecə saatlarında işlərini gördükdən sonra evə qayıdarkən dostu Sərxan ona zəng vuraraq Nüsrətlə arasında hər hansı bir problem olub-olmamasını soruşmuş, o isə ümumiyyətlə Nüsrəti tanımadığını söyləmiş, Sərxan ona Nüsrətin zahiri görkəmini sözlə təsvir etsə də o, xatırlaya bilməmiş və Sərxandan harada olmasını soruşmuş, Sərxan ona evlərinin yanında yerləşən “Bulaq” kafesində Nicatla əyləşdiyini söyləmiş, o, evə gəlib avtomobili məhəllədə saxladıqdan sonra piyada “Bulaq” kafesinə gəlmiş, kafeyə daxil olduqda Sərxanın, Lətif və Nicatla birlikdə girişdən sağdakı ikinci arakəsməli stolda əyləşdiyini görmüş, ardınca obyektin sahibi Fərid onların stoluna yaxınlaşaraq onunla salamlaşmış, Sərxan Fəridlə söhbətləşərək, obyektin ara məhəllə tərəfdən olan girişinin qarşısında çöl tərəfdən dayanmış, bu vaxt Nicat ayaqyoluna getmək istədiyini bildirərək masadan qalxmış, ardınca Nicat tualetin qarşısında sifətini gördükdən sonra tanıdığı Nüsrətlə üz-üzə gəlib mübahisə etməyə başlamış, Nicat Nüsrətin sinəsindən itələməyə başladıqda o, Fərid, Lətif və Sərxan dərhal müdaxilə edərək tərəfləri aralaşdırmış, onlar Nicatı kafedən çölə çıxartmış, Fərid isə Nüsrəti öz masasına aparıb əyləşdirmiş, bir neçə dəqiqə sonra Fəridin Nüsrəti çölə çıxartdığını və avtomobilinə əyləşdirərək apardığını görmüş, Sərxan Nüsrətin içkili olduğundan Fəridlə dalaşa biləcəyindən ehtiyat edib öz avtomobili ilə onların arxasınca getmiş, 5-10 dəqiqə sonra onlar geri qayıtmış, Nüsrət avtomobildən düşən kimi onu itələyən şəxsi yəni, Nicatı soruşmağa başlamış, həmçinin Nüsrət kiməsə də zəng vuraraq “Bulaq kafesində” qızıl saatlı, “nakolka”-h bir oğlanın onu vurduğunu bildirmiş, Sərxan Nüsrəti sakitləşdirmək üçün öz avtomobilinə əyləşdirmiş və o da Nüsrətlə söhbət etmək üçün Sərxanın avtomobilə əyləşmiş, Nicatın da qaçaraq avtomobilə əyləşmək istədiyini gördüyündən o, avtomobili sürərək oradan uzaqlaşmış, yolda olarkən Nüsrət ona Nicatın nə üçün onu itələdiyini soruşmuş, o, Nüsrəti sakitləşdirərək hər ikisinin sərxoş olduğunu və mübahisəyə ehtiyac olmadığım demiş, ardınca Nüsrətdən onunla nə problemi olmasını soruşmuş, Nüsrət ona guya onun narkotik istifadə etməsilə bağlı polisə məlumat verdiyini, onun polislərlə birlikdə işlədiyini demiş, o, isə Nüsrətə belə bir şey olmadığını, özünün bir neçə ay bundan əvvəl polislər tərəfindən idarəyə aparıldığını bildirmiş, bundan sonra Nüsrət onunla əl verib görüşmüş, o, Nüsrətə evinə aparmağı təklif etsə də, Nüsrət nənəsigildə qalacağını və bu barədə dostlarına məlumat vermək istədiyini demiş, buna görə də o, Nüsrəti yenidən kafenin yaxınlığında gətirib düşürtmüş və özü də Sərxangilin yanma gəlib masasında əyləşmiş, təxminən 5 dəqiqə sonra bir neçə nəfər onların masasına yaxınlaşaraq aralarından kiminsə Nüsrəti vurub-vurmadığını soruşmuş, onlar həmin şəxslərlə söhbət etmək üçün kafedən çölə çıxmış və həmin şəxslərlə mülayim söhbət edib, Nüsrəti heç kəsin vurmadığını, ciddi bir problem olmadığını söyləmiş, bu zaman Nicat dörd yol tərəfdə Nüsrəti gördüyündən ona doğru qaçmağa başlamış, o, Lətif və Sərxan Nicata çatıb Nicatı Nüsrətdən uzalaşdırmış, onlar Nicata yaxınlaşıb getməyi tələb etmiş, Nicat isə israrla pivə içdikdən sonra gedəcəyini dediyindən onlar yenidən kafeyə gələrək öz yerlərinə əyləşmiş, təxminən 20-25 dəqiqə sonra Nüsrət tək kafeyə gəlmiş və onların masasına yaxınlaşaraq Nicatı qırağa çağırmış, o, ayağa qalxaraq Nüsrəti uzaqlaşdırmaq istəsə də Nicat gözlənilmədən stoldan qalxıb acıqlı şəkildə Nüsrətə doğru qaçmış, buna görə də Sərxan Nicatı qucaqlayaraq qarşısını almış, o da masadan qalxıb Nüsrəti saxlamağa çalışmış, lakin bu zaman Nüsrət belindən bıçaq çıxartmış, o, bıçaqdan ehtiyat etsə də, yenə də Nüsrəti tutub sakitləşdirməyə çalışmış, onlar tərəfləri nə qədər tutmağa çalışsa da tərəflər bir-birilərinə doğru gəlməyə başlamış, o və Sərxan müəyyən məqamda kürək-kürəyə qalmış, onun üzü Nüsrətə doğru olmaqla kürəyi Nicata tərəf olmuş, o, bir qolu ilə Nüsrətin bıçaq tutduğu sol əlini, bir əl iylə isə sinəsindən tutaraq qarşısını almağa çalışmış, bu zaman Nüsrət gözlənilmədən onun əlindən çıxaraq Nicata doğru bıçaq zərbəsi vurmuş, həmin zərbə Nicatın boğaz nahiyəsini kəsmiş, Nicat xəsarət almağına baxmayaraq yenidən Nüsrətə doğru 2-3 addım irəliləmiş, bundan sonra tərəflər aralaşmış və Nüsrət kafedən qaçıb getmiş, Nicat isə iki addım atıb yerə yıxılmış, Sərxan dərhal Nicatın köynəyini çıxardıb boğazına tutmuş və X7 zəng vurmuş, bir neçə dəqiqə sonra X8 gələrək Nicatı xəstəxanaya aparmış, xəstəxanaya çatdıqda artıq Nicat ölmüşdür. Daha sonra Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər bir-birilərini tanımamış, ilk dəfə kafedə görmüş, Nüsrət və Nicat dalaşan vaxt qarışıqlıq olduğundan o, yalnız Nicatın boğaz nahiyəsindən xəsarət aldığını görmüş, həmin zərbədən sonra onlar özlərini itirdikdən sonra Nüsrət daha bir dəfə də Nicatın ürək nahiyəsindən zərbə vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 5 ildir tanımaqla, aralarında dostluq münasibəti olmuş, Təqsirləndirilən şəxs də qəsəbə sakini kimi tanımış, 8 iyun 2024-cü il tarixdə təxminən günorta saatlarında o, Zərərçəkmiş şəxs işlədiyi “777” avto salonunda Nicatla görüşüb birlikdə nahar etmiş, axşam saatlarına kimi də Nicatla birlikdə avto salonda oturmuş, təxminən saat 19:30 radələrində Nicat avtomobilini ustaya qoymalı olduğunu bildirdiyindən, onlar hər ikisi öz avtomobilləri ilə birlikdə 18- ci mikrorayon ərazisində yerləşən “Daş Bazarı”-nm yanma gəlmiş, Nicat avtomobilini Ruhid adlı ustanın yanma qoyduqdan sonra onun avtomobilinə əyləşmiş və onlar yenidən avto salona qayıtmış, o, Nicatı düşürtdükdən sonra işləri olduğundan oradan çıxıb getmiş, təxminən saat 20 radələrində Nicat ona zəng vuraraq yenidən Ruhid adlı ustanın yanma getməyi xahiş etmiş, o, avto salona gələrək Nicatı götürüb usta yanma aparmış, Nicatı orada düşürtdükdən sonra Rövşən adlı tanışı ilə “Saçaq” restoranında əyləşmiş, təxminən saat 24 radələrində hesabı ödəyib Hacı Zeynalabdin qəsəbəsinə, evinə yollanmış, təxminən saat 00:30 radələrində o, məhəlləyə çatdıqda yaxınlıqda yerləşən “Bulaq” kafesinin qarşısında Zərərçəkmiş şəxs avtomobilinin dayandığını görmüş, o, Nicatın kafedə əyləşdiyini güman edib kafeyə girmiş, kafeyə daxil olduqda Nicatın girişdən sağdakı ikinci arakəsməli stolda Ruhid adlı ustanın tələbəsi Lətif ilə birlikdə əyləşdiyini görmüş, o, obyektə daxil olduqdan sonra piştaxta tərəfə gedərək obyektin sahibi Fərid ilə görüşmüş, bu zaman Təqsirləndirilən şəxs də orada Kamran, Həsən, Sənan və Rövşən adlı şəxslərlə birlikdə piştaxta tərəfdə kreslolu stolda əyləşdiyini görmüş, ardınca o, Nicatgilin stoluna yaxınlaşaraq onlarla əyləşmiş, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs sərxoş şəkildə ətrafdakılara sataşdığını və Bəhruz adlı şəxs barəsində nalayiq ifadələr səsləndirdiyini eşitmiş, o, Nüsrətin adını çəkdiyi Bəhruz adlı şəxsin onun dostu olan Bəhruz ola biləcəyini ehtimal edib dostu Bəhruza zəng vurmuş, o, Bəhruzdan harada olmasını soruşduqda Bəhruz ona evə tərəf getdiyini söyləmiş, o, Bəhruzdan Nüsrət adlı şəxslə hər hansı bir probleminin olub-olmamasını soruşmuş, Bəhruz ona Nüsrəti tanımadığım və heç bir probleminin olmadığını bildirmiş, Bəhruz ondan harada olmağını soruşmuş, o da Bəhruza “Bulaq” kafesində əyləşdiyiklərini bildirmiş, təxminən 15 dəqiqə sonra Bəhruz onların yanma gəlmiş, ardınca obyektin sahibi də onların stoluna yaxınlaşaraq Bəhruzla salamlaşmış, o, Fəridlə söhbətləşərək, obyektin ara məhəllə tərəfdən olan girişinin qarşısında çöl tərəfdən dayanmış, bu vaxt o, Nüsrətin “nəyə baxırsan” deyə əsəbi şəkildə səsini eşitmiş, Fəridlə birlikdə obyektə daxil olduqda Nüsrət və Nicatın tualetin qarşısında mübahisə etdiklərini görmüş, Nicat Nüsrətin sinəsindən itələməyə başladıqda o, Fərid, Lətif və Bəhruz dərhal müdaxilə edərək tərəfləri aralaşdırmış, onlar Nicatı gətirib masalarında əyləşdirmiş, Fərid isə Nüsrəti öz masasına aparıb əyləşdirmiş, bir neçə dəqiqə sonra Fəridin Nüsrəti çölə çıxartdığını və avtomobilinə əyləşdirərək apardığını görmüş, Nüsrət içkili olduğundan Fəridlə dalaşa biləcəyindən ehtiyat edib öz avtomobili ilə Fəridgilin arxasınca getmiş, bir qədər getdikdən sonra Fərid onun arxadan gəldiyini görüb avtomobili saxlamış və ona gəlməyə ehtiyac olmadığını Nüsrətlə söhbət edib evinə aparacağını demiş, o, özü də Nüsrəti evinə aparmağı təklif etmiş, lakin razılaşmamış, o, avtomobili ilə geriyə dönüb kafeyə doğru gəlmiş, Fərid də onun arxasınca Nüsrətlə birlikdə kafeyə gəlmiş, Nüsrət avtomobildən düşən kimi Nicatı soruşmağa başlamış, həmçinin kiməsə də zəng vuraraq “Bulaq kafesində” qızıl saatlı, “nakolka”-lı bir oğlan tərəfindən vurulduğunu bildirmiş, o, Nüsrəti sakitləşdirmək üçün öz avtomobilinə əyləşdirmiş və Bəhruz da onların yanma gələrək onun avtomobilinə əyləşmiş, Nicat da qaçaraq avtomobilinə əyləşmək istəsə də, Bəhruz imkan verməyərək avtomobili sürüb uzaqlaşmış, Bəhruzgil getdikdən dərhal sonra Nüsrətin dostları Sənangil ona yaxınlaşaraq Nüsrəti kimin vurduğunu soruşmuş, onlar isə Nüsrəti heç kəsin vurmadığını söyləmiş, yanında olan Nicat isə Nüsrəti sadəcə olaraq itələdiyini, ciddi bir məsələ olmadığını demiş, bir neçə dəqiqə sonra Bəhruzla Nüsrət onların yanma gəlmiş, onların yanma çatan kimi Nüsrətin dostları Nüsrəti götürüb oradan uzaqlaşmış, o, Nicata getməyi təklif etsə də Nicat bir bakal da pivə içməyi təklif etmiş, buna görə o, işlək vəziyyətdə olan avtomobilini söndürmək üçün Nicatın yanından bir qədər aralaşmış, avtomobili söndürən zaman, Nicatın onlardan uzaqda dayanmış Nüsrət və dostlarının üzərinə doğru qaçdığını görmüş, Bəhruz və Lətifin də Nicatın arxasınca getdiyini gördüyündən, o da avtomobildən düşərək onlara tərəf qaçmış, Nüsrətin dostlarının dörd yol adlanan hissədə Nicatı Nüsrətdən ayırdıqlarını görmüş və Nicata yaxınlaşıb getməyi tələb etmiş, Nicat isə israrla pivə içdikdən sonra gedəcəyini dediyindən onlar yenidən kafeyə gələrək öz yerlərində əyləşmiş, təxminən 20-25 dəqiqə sonra Nüsrət tək kafeyə gəlmiş və onların masasına yaxınlaşaraq Nicatı qırağa çağırmış, o, ayağa qalxaraq Nüsrəti uzaqlaşdırmaq istəsə də Nicat gözlənilmədən stoldan qalxıb acıqlı şəkildə Nüsrətə doğru qaçmış, buna görə də o, Nicatı qucaqlayaraq qarşısını almış, Bəhruz da masadan qalxıb Nüsrəti saxlamağa çalışmış, lakin bu zaman Nüsrət belindən bıçaq çıxartmış, Bəhruz bıçaqdan ehtiyat etsə də, yenə də Nüsrəti tutub sakitləşdirməyə çalışmış, onlar tərəfləri nə qədər tutmağa çalışsa da onlar bir-birilərinə doğru gəlməyə başlamış, o və Bəhruz müəyyən məqamda kürək-kürəyə qalmış, onun üzü Nicata doğru olmaqla kürəyi Nüsrətə tərəf olmuş, bu zaman Nüsrət gözlənilmədən onun sol çiyininin üstündən Nicata doğru bıçaq zərbəsi vurmuş, həmin zərbə Nicatın boğaz nahiyəsini kəsmiş, bundan sonra tərəflər aralaşmış və Nüsrət kafedən qaçıb getmiş, Nicat isə iki addım atıb yerə yıxılmış, o, dərhal Nicatın köynəyini çıxardıb boğazına tutmuş və X7 zəng vurmuş, bir neçə dəqiqə sonra X8 gələrək Nicatı xəstəxanaya aparmış, xəstəxanaya çatdıqda artıq Nicat ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımaqla, münasibəti yaxşı olmuş, belə ki, o, “Daş Bazarı” adlanan ərazidə avtomobil ustası köməkçisi işlədiyindən Nicat tez-tez avtomobili düzəltmək üçün onun yanına gəlmiş, Təqsirləndirilən şəxs də qəsəbə sakini kimi tanımaqla, hər hansı bir münasibəti olmamış, Zərərçəkmiş şəxs avtomobilinin pəri xarab olduğundan bir neçə gün öncə ona avtomobilini düzəltməyi söyləmiş, 09 iyun tarixində o, rayona getməyi planlaşdırdığından, 08 iyun 2024-cü il tarixdə təxminən saat 19:30 radələrində Nicata zəng vuraraq avtomobili gətirməsini söyləmiş, Nicat dostu Sərxan ilə gəlib avtomobilini ona təhvil vermiş və Sərxanın avtomobilinə əyləşib getmiş, təxminən yarım saat sonra Nicat tək yanma gələrək, avtomobilini hazır eləməyini gözləmiş, təxminən saat 21 radələrində o, Nicatın avtomobilini düzəldib təhvil vermiş, Nicat ona pivə içməyi təklif etmiş, lakin səhəri gün o, rayona getməli olduğundan Nicata evə getmək istədiyini bildirmiş, Nicat onu aparıb evinə düşürtməyi təklif etmiş, o, Nicatla razılaşdıqdan sonra onlar Hacı Zeynalabdin qəsəbəsinə yollanmış, qəsəbədə yerləşən “Bulaq” kafesinin yaxınlığında o, Nicata qalan yolu piyada gedəcəyini demiş, lakin Nicat ona pivə içmək istədiyini israr etdiyindən o, Nicatla razılaşmış və onlar “Bulaq” kafesinə gəlmiş, o, orada düşüb özünə siqaret almaq üçün yaxınlıqdakı mağazaya getmiş, geri qaytıdıqda Nicatın artıq kafedə oturduğunu görmüş, o, da stola yaxınlaşıb Nicatla əyləşmiş, onlar 1-2 bakal pivə içdikdən sonra Nicatın dostu Sərxan kafeyə gəlmiş, Sərxan ilk öncə kafenin piştaxta olan tərəfinə yaxınlaşıb kafe sahibi Fəridlə görüşmüş və ardınca onların yanma gəlib əyləşmiş, Sərxan onlara evinə getdiyini, Nicatın avtomobilini burada gördüyü üçün yanlarına gəldiyini söyləmiş, bir neçə dəqiqə sonra Sərxan Bəhruz adlı dostuna zəng vuraraq Nüsrəti tanıyıbtanımadığını, Nüsrətlə hər hansı bir probleminin olub-olmamasını soruşmuş, Bəhruz isə Sərxana Nüsrəti tanımadığını söyləmiş, təxminən 15 dəqiqə sonra Bəhruz onların yanma gəlmiş, ardınca obyektin sahibi də onların stoluna yaxınlaşaraq Bəhruzla salamlaşmış və Nüsrətdən gileylənərək, bayaqdan içki içdiyini, səs-küy saldığını söyləmiş, bu zaman onların masasının yanından keçən Nüsrəti Sərxan yanlarına çağıraraq Bəhruzla nə problemi olmasını soruşmuş, Nüsrət isə çöldə söhbət etmək istədiyini bildirdiyindən Bəhruz, Sərxan, Nüsrət və obyektin sahibi Fərid kafedən çölə çıxmış, çölə çıxdıqda Nüsrət Fəridlə birlikdə Fəridin avtomobilinə, Bəhruz isə Sərxanla Sərxanın avtomobilinə əyləşib oradan uzaqlaşmış, Nicat da masadan qalxıb onların ardınca getmək istədikdə o, Nicata onlarlıq öhbət olmadığını bildirərək, getməsinə imkan verməmiş, təxminən 5-7 dəqiqə sonra Nüsrətgil geri qayıtmış, onlar da kafenin çölündə Nüsrətgilin yanma gəlmiş, bu zaman Nüsrətin dostları gəlib Nüsrəti oradan uzaqlaşdırmış və dörd yol adlanan tərəfə aparmış, o, da Nicata kafenin içərisinə keçməyi söyləmiş, lakin Nicat ona getməyini, özünün də arxasınca gələcəyini demiş, o, üzünü kafe istiqamətinə çevirdikdə Nicat gözlənilmədən Nüsrətgil tərəfə qaçmağa başlamış, o, da Nicatın arxası ilə qaçıb Nicatı dörd yol tərəfdə tutmuş və Nüsrətə yaxınlaşmasına imkan verməmiş, ardınca Sərxan və Bəhruz da yanlarına gəlmiş və onlar Nicatı yenidən kafeyə aparmış, Nüsrət də dostları ilə kafeyə qayıtmış, bir qədər sonra Nüsrət onların masasının yanından keçərək tualetə getmiş, Nüsrətdən sonra Nicat da tualetə getmiş və Nüsrətlə tualetin yanında qarşılaşmış, Nüsrət Nicata nəsə söylədikdən sonra Nicat Nüsrətin sinəsindən itələmiş, onlar dərhal müdaxilə edərək Nicat və Nüsrəti ayırmış, onlar masalarında əyləşmiş, Nüsrət isə oradan çıxıb getmiş, onlar əyləşib Nicatı sakitləşdirməyə çalışaraq, çıxıb getməsini xahiş etsə də, Nicat, getsə belə, bu söhbətə görə yenidən gəlib Nüsrətlə görüşəcəyini bildirmiş, bundan sonra o, masadakılar ilə sağollaşıb evinə gəlmiş, səhər yuxudan durub rayona gedərkən təxminən saat 11 radələrində Sərxan ona zəng vuraraq Nüsrətin Nicatı bıçaqladığını və Nicatın öldüyünü söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaq yaşlarından tanımaqla, münasibətləri hər zaman yaxşı olmuş, 08 iyun 2024-cü il tarixdə təxminən axşam saatlarında “Bulaq” kafesinin yaxınlığından keçərkən Nüsrətin həmin kafedə tanımadığı şəxslərlə əyləşdiyini görmüş, kafeyə girib Nüsrətlə görüşdükdə Nüsrətin sərxoş olduğunu görmüş, Nüsrət ona əyləşməyi təklif etmiş, o, özü namaz qılan olduğu üçün içki məclislərini xoşlamamış, lakin Nüsrətin çox sərxoş olduğunu gördüyündən Nüsrətə nəzarət etmək üçün onlarla əyləşmək qərarına gəlmiş, o, Nüsrətin yanında təxminən yarım saat oturduqdan sonra onların yanında darıxdığı üçün yaxınlıqda yerləşən “111” adlı kafeyə getmiş, həmin kafedə olarkən təxminən 10-15 dəqiqə sonra Bulaq kafesindən səs-küy gəldiyini eşitmiş, o, səs-küyə gəldikdə Nüsrətin kafedə əyləşmiş sonradan adının Nicat olduğunu bildiyi bir müştəri ilə mübahisə etdiyini görmüş, Nüsrətin yanında əyləşmiş dostları Nüsrəti aralıyıb bir qədər qırağa aparmış, o, isə Nicatı aralayaraq mübahisəyə ehtiyac olmadığını, hər ikisinin də sərxoş olduğunu söyləmiş, o, Nicatı sakitləşdirdikdən sonra Nüsrətin yanına gəlmiş, Nüsrətlə söhbət edən zaman, Nicatın yaxınlıqdakı işıqforun yanından qaçaraq onların üzərinə gəldiyini görmüş, o, Nicatın Nüsrətin yanma gəlməməsi üçün özü də Nicata doğru qaçmış, Nicatı qucaqlayıb bir daha mübahisə etməməsini xahiş etmiş, bu zaman Nicatın dostları da gəlib Nicatı sakitləşdirərək uzaqlaşdırmış, o, da Nüsrətin yanına qayıdaraq Nüsrəti sakitləşdirmiş və qoluna girərək Nüsrəti yaxınlıqda yaşayan nənəsigilin evinə doğru aparmış, binanın tinindən Nüsrəti yola salmış və Nüsrət bloka girdikdən sonra o, öz evinə doğru piyada getmiş, təxminən 25 dəqiqə sonra o, evinin yolu üzərində hazırda xatırlamadığı bir nəfərlə rastlaşmış, həmin şəxs ona Nüsrətin adam bıçaqladığını söyləmiş, 5-10 dəqiqə sonra isə qəsəbədə xeyli sayda polislərin Nüsrəti axtardığını eşitmiş, hətta polislərdən biri ona da yaxınlaşıb Nüsrəti görüb-görməməyini soruşmuş, o, isə həmin polisə Nüsrəti nənəsigilin evinə ötürdüyünü söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən may ayından Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Bulaq” kafesini kirayə götürərək, işlətməyə başlamış, obyekti götürdükdən sonra təmir işləri aparıb 4 iyun tarixində kafeni müştərilərin istifadəsinə təqdim etmiş, Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımaqla münasibətləri hər zaman normal olmuş, mərhum Zərərçəkmiş şəxs isə tanımamışdır. 08 iyun 2024-cü il tarixdə təxminən günorta saatlarında Təqsirləndirilən şəxs bir neçə tanışı ilə kafedə əyləşib pivə içməyə başlamış, Nüsrət bir neçə bakal pivə içdikdən sonra sərxoş olduğundan tanışları ilə ucadan danışmış və bu da digər müştəriləri narahat etdiyindən o, Nüsrətə yaxınlaşaraq kafeni tərk etməsini tələb etmiş, Nüsrət də onun sözünə əməl edib kafeni tərk edərək getmiş, təxminən axşam saat 21 radələrində sonradan adının Nicat olduğunu bildiyi şəxs, Sərxan, Bəhruz adlı qəsəbə sakinləri və daha bir nəfər tanımadığı şəxs kafeyə gələrək girişdən sağdakı ikinci ara kəsməli stolda əyləşmiş, həmin şəxslər də pivə içməyə başlamış, bir qədər sonra Təqsirləndirilən şəxs yenidən kafeyə gələrək mətbəxin yanındakı kreslolu stolda əyləşmiş, o, digər müştərilərə xidmət göstərən zaman Nüsrət ilə Nicatın tualet tərəfdə mübahisə etdiklərini görmüş, lakin hər iki şəxsin dostları Nicatı və Nüsrəti kafedən çölə çıxartmış, bir neçə dəqiqə sonra Nicat dostları ilə yenidən kafeyə qayıtmış, lakin Nüsrət kafeyə gəlməmiş, o, da mətbəxə keçib oradakı işlərlə məşğul olmuş, bir qədər sonra kafenin içində səs-küy eşitmiş və mətbəxdən çölə çıxmış, bu zaman Təqsirləndirilən şəxs qaçaraq kafenin qapısından çölə çıxdığını, Nicatın isə boğazından qan axdığını görmüş, oradakı şəxslər ona Nüsrətin bıçaqla Nicatı vurduğunu demiş, o, ətrafdakı şəxslərə X8 çağırmalarını söylədikdə, Sərxan ona artıq zəng vurduğunu demiş və Nicatın dostları Nicatı kafenin çölünə çıxartmış, bir neçə dəqiqə sonra X8 kafeyə gələrək Nicatı xəstəxanaya aparmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “cinayət işinin başlanması haqqında” 09 iyun 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Sumqayıt ŞPİ-dən şəhər prokurorluğuna Zərərçəkmiş şəxs aldığı bıçaq xəsarətlərindən Sumqayıt şəhər X8 Xəsəxanasıda ölməsi barədə məlumat daxil olmuşdur. (İş vər.: 1) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nin xx.xx.2024-cü il tarixli “könüllü gələrək təslim olma barədə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs öldürülməsində şübhələnilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gələrək könüllü təslim olmuşdur.( i.v. 104) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Bulaq” kafesidir. Kafenin bir qapısı S.Vurğun küçəsinə, bir qapısı isə ara küçəyə açılmaqla 2 girişdən ibarətdir. Kafenin ətrafı ağ rəgli boya ilə rənglənmiş mişar daşları ilə əhatələnmişdir. Kafenin divarına “BULAQ kafe” yazısı yazılmış plakat yapışdırılmışdır. Kafenin döşəməsi torpaq zəmin olmaqla bəzi hissələrində bəzək daşları döşənmişdir. Kafenin ara küçəyə açılan qapısından içəri daxil olduqda solda divara bitişmiş vəziyyətdə bulaq vardır. Bulağın yanında isə tualet otağı yerləşir. Həmin yerin yanında isə ağ rəngə boyanmış saxlanc yeri kimi istifadə olunan otaq vardır. Girişdən solda divara bitişik vəziyyətdə dağınıq halda taxta stol və divanlar qoyulmuşdur. Sağ divara bitişik vəziyyətdə taxta ara kəsmələrlə 3 ədəd stol ayrılmışdır. Girişlə üzbəüz torpaq zəmin üzərində stulları ilə birlikdə 3 ədəd stol vardır. Girişlə düz hərəkət etdikdə sonuncu arakəsmənin bərabərində torpaq zəmin bitir və yerə bəzək daşları döşənmiş meydança başlayır. Bəzək daşları döşənmiş meydançada 5 ədəd stol vardır. Meydança başladığı hissədə solda saxlanc yeri kimi istifadə olunan tikiliyə doğru cığır uzanır. Həmin cığırın üzərində damcı şəklində qanabənzər ləkələr müşahidə edilir. Həmin ləkələr 1 rəqəmi ilə nömrələndi. Həmin qanabənzər damcılar kafenin S.Vurğun küçəsinə açılan qapısına doğru davam edir. Küçəyə baxan qapı açıldıqda səkidə asfalt zəmin üzərində qana bənzər gölməçə müşahidə edilir. Həmin gölməçə 2 rəqəmi ilə nömrələndi. Həmin gölməçədən üzü Sumqayıt şəhərinə doğru 5 metr hərəkət etdikdə daha bir qana bənzər gölməçə müahidə edilir. Həmin gölməçədə 3 rəqəmi ilə nömrələndi. Kafenin meydança olan hissəsinə qayıtdıqda burada ərzaq mallarının və içkilərin satışı üçün nəzərdə tutulmuş piştaxda müşahidə edilir. Piştaxtanın arxasında inzibati otaq kimi istifadə edilən tikili vardır. Meydançada 2 ədəd təhlükəsizlik kamerası quraşdırılsa da, həmin kameraların işlək vəziyyətdə olmadığını müəyyən edildi. Həmçinin hadisə yerində, kafenin ara küçəyə açılan qapısı tərəfdə üzü yaşayış binalarına tərəf saxlanmış, Zərərçəkmiş şəxs məxsus olan qara rəngli, “BMW” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Avtomobilin qapıları bağlı vəziyyətdədir.(i.v. 10-16) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təşrih stolu üzərində arxası üstə kişi meyiti uzadılmışdır. Meyitin əynində göy rəngli cins şalvar, şalvarın belində qara rəngli kəmər, qara-boz rəngli kişi tumanı, qara rəngli corablar vardır. Meyitin üzərind bükülmüş vəziyyətdə qara rəngli qanla hopmuş vəziyyətdə köynək (futbolka) vardır. Meyitin boynunda qızılı rəngli metaldan olan boyunbağı vardır. Köynəyin sol yan tikişdən 10,0sm sağda, aşağı sərbst kənardan 31,0sm yuxarıda 2,2x0,3sm ölçüdə, kənarları hamar zədə vardır. Köynəyin arxa səthind sol yan tikişdən 21,5sm sağda, aşağı sərbəst kənardan 27,3sm yuxarıda 7,0x0,3sm ölçülərdə kənarları hamar zədələr vardır. Meyit düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 174sm-dir. Meyit əllə toxunduqda ilıqdır. Meyit qacıması əl barmaqlarında və çeynəmə əzələlərində yaxşı inkişaf etmişdir, yoxlanılan digər əzələ qruplarında isə inkişaf etməmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthini əhatə etməklə zəif intensivlikli qırmızımtıl-göyümtül rəngdə olub, barmaqla təzyiq etdikdə itir və 20-25 saniyə sonra əvvəlki rəngini bərpa edir. Baş tükləri qara rəngdə olub, uzunluğu 2-4 sm-ə qədərdir. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5sm-dir, güzehli qişa qəhvəyi rəngdədir. Burun sümük və qığırdaqları, eləcə də üzskelet sümüklərini əllədikdə tamdır, təbiidir. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəst keçirici olub, ifrazat yoxdur. Boynu bədənə müvafiqdir, adi hərəkətlidir. Döş qəfəsi silindrikdir, əllədikdə sümükləri tamdır, simmetrikdir, qamı döş qəfəsi səviyyəsindən bir qədər aşağıda yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Boyunun ön səthinin sağ yarısında köndələn istiqamətdə yerləşmiş, 4,0x0,6sm ölçüdə, kənarları hamar, mənfəzi açıq yara vardır. Döş qəfəsinin ön səthinin sol yarısında ön qoltuq xətti üzrə Vİ-Vİİ qabırğaarası sahədə yerləşmiş 2,0xl,5sm ölçüdə kənarları hamar yara vardır. Sağ bazunun orta 1/3-nin ön-iç səthində 6,0x3,5sm ölçüdə, qırmızımtıl-göy rəngli, qeyri-müəyyən formalı qançır vardır. Sol diz oynağı nahiyyənin ön əsthində 2,0x2,0sm ölçüdə, ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızı rəngli, üzəri nəmli sıyrıq vardır. Meyitin üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilmədi.( i.v. 5-9) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması” protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərməklə ətraflı təsvir etməsi təklif olundu. Şübhəli şəxs ifadəsində göstərdiklərini əyani olaraq hadisə yerində göstərə biləcəyini bildirdikdən sonra, saat 15:00-da videoçəkiliş dayandırılmaqla istintaq hərəkətinin iştirakçıları ilə birlikdə nəqliyyat vasitəsilə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “ Bulaq” kafesinə gedildi. Saat 15:16-da istintaq hərəkətinin iştirakçıları ilə birlikdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yerə - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “ Bulaq” kafesinin qarşısına gəlindi. Şübhəli şəxs Təqsirləndirilən şəxs iş üzrə ifadəsində göstərdiklərini hadisə yerində göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs kafeni göstərərək bildirdi ki, 08 iyun 2024-cü il tarixdə günorta saat 16 radələrində yuxudan ayılıb nahar etdikdən sonra Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Səməd Vurğun küçəsində yerləşən “Bulaq” adlı kafeyə pivə içmək üçün gəlmiş, kafedə boş masalardan birinə tək əyləşib üç bakal pivə içdikdən sonra saat təxminən 19-20 radələrində “Nasosnu” deyilən ərazidə yerləşən “Xəzər” adlı kafeyə gedib orada balıqla pivə içməyə davam etmiş, təxminən 40 dəqiqə sonra yenidən Bulaq kafesinə qayıtmış, həmin vaxt orada Sənan, Həsən və Həbib adlı tanışlarının əyləşdiyini görüb o, da onlara qoşulub pivə sifarişi verərək içməyə davam etmiş, axşam saat təxminən 23 radələrində içki içməyə davam etdikdə yan masada əyləşən adını sonradan bildiyi Nicat adlı şəxsin ona tərs-tərs baxdığını görmüş, əvvəlcə fikir verməsə də sonradan yenidən baxışlarını üzərində hiss etmiş, belə ki, o, tualetə gedib çıxdıqda Nicat ilə üz-üzə gəlmiş, Nicat onun qarşısından çəkilməyərək ona baxdığı üçün o, Nicata “qaqaş salamatçılıqdı?” deyə sual vermiş, Nicat iki əli ilə ona sinəsindən yumruq zərbəsi endirmiş, zərbədən sonra Nicatla əlbəyaxa olmuş, bunu görən yaxın masada əyləşənlər və onun tanışları onları ayırmış, Nicatın masasında əyləşən, qəsəbədən tanıdığı Sərxan və Bəhruz adlı şəxslər onları sakitləşdirməyə çalışaraq ona evə getməyini bildirmiş, həmçinin tanışları Həsən, Sənan və Həbib onu Sumqayıt şəhəri Səttar Bəhlulzadə küçəsində yaxınlıqda yaşayan nənəsi Elmiragilin evinə gətirmiş, o, blokda dayanıb tanışlarına evə qalxacağını deyərək, onların getməsini gözləmiş, tanışları getdikdən sonra o, Nicatlaa etdiyi hərəkətə görə söhbətə son qoymaq üçün yenidən həmin kafeyə qayıdıb Nicatın əyləşdiyi masaya yaxınlaşmış, “Bulaq” kafesində Nicat, Sərxan və Bəhruzla bir masada əyləşib pivə içmiş, tanışları Sənan, Həsən və Həbib isə artıq kafedə olmamış, o, Nicatı kənarda söhbət etməyə çağırdıqda Nicat masadan qalxaraq üzərinə gəlib ona əl qol atmağa başlamış, sağ gözündən yumruqla vurmuş, Nicat yenidən ona yumruq zərbəsi endirmək istədikdə hər zaman üzərində gəzdirdiyi dəstəyi taxta materialdan olan qəhvəyi rəngli açılıb bağlanan cib bıçağını kəmərindən çıxarıb Nicatın üz və bədən nahiyyəsinə iki üç zərbə endirmiş, zərbə endirərkən ehtiyatsızlıqdan öz sol qoluna da xəsarət yetirmiş, zərbələr Nicatı tutduqdan sonra Nicatın qan içində olduğunu gördükdə bıçağı şalvarın sağ tərəfində kəmərə keçirib tez oradan uzaqlaşıb dəniz kənarına qaçmışdır. Ardınca Təqsirləndirilən şəxs bıçağı atdığı yeri göstərməsi məqsədilə Xəzər dənizinin Hacı Zeynalabdin qəsəbəsi hissəsindəki sahilinə getmək üçün video görüntü 15:25-də dayandırıldı. Saat 15:33-də hərəkət iştirakçıları ilə dəniz qırağına gəlindi. Təqsirləndirilən şəxs ərazini otlar və kolluqlara görə tanıdığını bildirərək, dənizin ləpədöyən hissəsində balıq qulaqları olan hissəni göstərərək bıçağı və telefonunu həmin yerdən düz istiqamətdə dənizə doğru atdığını bildirdi. “Sual: Siz hər hansı bir narkotik və ya psixotrop maddə qəbul edirsinizmi? Cavab: Bəli, öz yaşadığım evin həyətində əkdiyim narkotik vasitələrdən istifadə edirəm. ” Təqsirləndirilən şəxs narkotik vasitələri əkdiyi yeri göstərmək təflik olundu və o, həmin yeri göstərə biləcəyini söylədi. Ardınca Təqsirləndirilən şəxs narkotik vasitələri əkdiyi yeri göstərməsi məqsədilə yaşadığı evə getmək üçün video görüntü 15:37-də dayandırıldı. Saat 15:50-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gəlindi. Təqsirləndirilən şəxs həmin evdə yaşadığını bildirərək, narkotik vasitələri bu evdə əkdiyini söylədi. Daha sonra Təqsirləndirilən şəxs ilə birdə evin zirzəmisinə düşərək sağdan ikinci təmirsiz otağa gəlindi. Təqsirləndirilən şəxs həmin otaqda yerləşən pəncərədən çölü göstərərək həyətin həmin hissəsində narkotik vasitələri əkdiyini və oraya girişin yalnız pəncərədən olduğunu söylədi. Həmin hissəyə baxıldıqda orada 10 ədəd dairə formasında əkin yeri hazırlandığı, torpağın nəm olduğu və 4 ədəd çətənə koluna bənzər bitki əkildiyi müəyyən edildi. Şübhəli şəxs həmin bitkilər 2-3 ay bundan əvvəl əkdiyini bildirdi. Daha sonra istintaq hərəkətində iştirak edən Sumqayıt şəhər Yaşıllaşdırma idarəsinin baş aqronomu Xəyyam Həmidov bitkilərə baxaraq çətənə kolu olduğunu və aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Həmin bitkilər qablaşdırılmaq üçün torpaqdan çıxarıldı. Ardınca Təqsirləndirilən şəxs evdə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet saxlayıb-saxlamaması soruşuldu. Təqsirləndirilən şəxs həmin otaqda mavi rəngli sellofan torbanı təqdim edərək, torbanın içərisində qurudulmuş marixuana, bıçaqlar və beş barmaq adlı alət saxladığını bildirdi. Həmin torbanın içərisinə baxıldıqda 3 ədəd qatlanan tipli bıçaq, 1 ədəd “beş barmaq” adlı alət, 1 ədəd elektron tərəzi və 1 ədəd qırmızı rəngli dairəvi formalı kapron qutu aşkar edildi. Qırmızı kapron qutu açıldıqda içərisində spesifik iyə malik, narkotikə bənzər bitkilər aşkar edildi. Şübhəli şəxs həmin bitkinin qurudulmuş çətənə olduğunu dedi. Bıçaqları və beş barmağı hardan əldə etməsi soruşulduqda şübhəli şəxs bıçaqlardan 2-sini aldığını, 1ini isə tapdığını, beş barmağı isə qurğuşundan istifadə etməklə özünün düzəldiyini söylədi. Şübhəli şəxsdən elektron tərəzini nə üçün istifadə etməsi, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, elektron tərəzidən narkotik vasitənin çəkisi ölçmək üçün istifadə etdiyini bildirdi. Qurudulmuş çətənəyə bənzər bitkinin çəkisi ölçüldükdə 13.88 qram olduğu müəyyən edildi. Ardınca bıçaqlar, beş barmaq, qurudulmuş çətənəyə bənzər bitkilər, 4 ədəd yaş halda çətənəyə bənzər bitkilər və elektron tərəzi tərəfimdən qablaşdırılaraq götürüldü.( i.v. 43-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sumqayıt ŞPİ-dən daxil olmuş Təhlükəsiz Şəhər kameralarının görüntülərinin əks olunduğu 5 ədəd CD-diskə baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur. 1-ci ağ rəngli CD-disk «HP» markalı kompüterdə açıldı və baxış zamanı müəyyən edildi ki, diskdə l.mp4 adlı 1 ədəd video fayl vardır. İ.mp4 adlı fayla daxil olduqda 1 saatlıq video görüntü açıldı və həmin görüntüdə “Bulaq” kafesinin yerləşdiyi Səməd Vurğu küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsində yerləşən Təhlükəsiz Şəhər video kamerasının xx.xx.2024-cü il saat 22:00dan 23:02-ədək olan video görüntüsü müəyyən edildi. Həmin video görüntüdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən olunmadığından CD-disk kompüterdən çıxarıldı. 2-ci ağ rəngli CD-disk «HP» markalı kompüterdə açıldı və baxış zamanı müəyyən edildi ki, diskdə 2.mp4 adlı 1 ədəd video fayl vardır. 2.mp4 adlı fayla daxil olduqda yuxarıda qeyd olunan kameranın 23:02-dən 00:02ədək 1 saatlıq video görüntü açıldı və həmin video görüntüdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən olunmadığından CD-disk kompüterdən çıxarıldı. 3-cü ağ rəngli CD-disk «HP» markalı kompüterdə açıldı və baxış zamanı müəyyən edildi ki, diskdə 3.mp4 adlı 1 ədəd video fayl vardır. 3.mp4 adlı fayla daxil olduqda yuxarıda qeyd olunan kameranın 00:02-dən 01:02ədək 1 saatlıq video görüntü açıldı və həmin video görüntüdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən olunmadığından CD-disk kompüterdən çıxarıldı. 4-cü ağ rəngli CD-disk «HP» markalı kompüterdə açıldı və baxış zamanı müəyyən edildi ki, diskdə 4,mp4 adlı 1 ədəd video fayl vardır. 4.mp4 adlı fayla daxil olduqda yuxarıda qeyd olunan kameranın 01:02-dən 02:02ədək 1 saatlıq video görüntü açıldı və həmin video görüntüdən görünür ki, saat 01:35-də Təqsirləndirilən şəxs iki nəfər tanışı ilə “Bulaq” kafesi tərəfdən gələrək yol kəsişməsini keçərək qarşı tərəfə gedir. Onların arxasınca isə Şahid4 və Şahid2 onlara doğru addımlayırlar. Bu zaman Zərərçəkmiş şəxs “Bulaq” kafesi tərəfdən qaçaraq Sənan və Fəridin yanından keçib Nüsrətgilə doğru gedir. Nüsrətə çatmağına az qalmış Şahid4 və Nüsrətin yanındakı şəxslərdən biri Nicatın qarşısını kəsərək Nüsrətə yaxınlaşmağına imkan vermirlər. Bu zaman Zərərçəkmiş şəxs arxasınca qaçan Şahid3, Şahid5 və Şahid1 də Zərərçəkmiş şəxs çataraq onu Nüsrətdən uzaqlaşdıraraq kafeyə doğru qaytarırlar. Təqsirləndirilən şəxs isə dostları əks istiqamətə apararaq binaların arasında görüntüdən itirlər. Bundan başqa iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən olunmadığından CD-disk kompüterdən çıxarıldı. 5-ci ağ rəngli CD-disk «HP» markalı kompüterdə açıldı və baxış zamanı müəyyən edildi ki, diskdə 5.mp4 adlı 1 ədəd video fayl vardır. 5.mp4 adlı fayla daxil olduqda yuxarıda qeyd olunan kameranın 02:02-dən 03:02ədək 1 saatlıq video görüntü açıldı və həmin video görüntüdən görünür ki, saat 02:06-da Təqsirləndirilən şəxs tanışları ilə birlikdə Səməd Vurğun küçəsi və Qara Qarayev küçəsinin kəsişməsinə doğru gəlir. Kəsişmədə bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs “Bulaq” kafesinə tərəf yox, Qara Qarayev küçəsi ilə yaşayış evləri istiqamətində aparırlar. Saat 02:17-də Təqsirləndirilən şəxs Qara Qarayev küçəsi istiqamətindən yol kəsişməsinə tərəf gəlir. İşıqforda dayanmış avtomobilin sürücüsü ilə söhbət etdikdən sonra “Bulaq” kafesinə doğru dönür. Saat 02:20-də Təqsirləndirilən şəxs “Bulaq” kafesi tərəfdən qaçaraq Qara Qarayev küçəsi istiqamətində hərəkət edərək görüntüdən itir. Saat 02:29-da X8 avtomobili Qara Qarayev küçəsindən gələrək “Bulaq” kafe istiqamətində dönür. Bundan başqa iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən olunmadığından CD-disk kompüterdən çıxarıldı.( i.v. 153-159) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “MTE və PA Birliyi” Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 1056 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ göz qapaqları və gözaltı nahiyyədə sağ almacıq nahiyyəsini əhatə edən və alın nahiyəsinin, sol ayağın bayır topuq nahiyyəsinin qançırları, sol dirsək nahiyyəsinin sıyrığı, sol saidin kəsilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən-sağ göz qapaqları və gözaltı nahiyədə sağ almacıq nahiyəsini əhatə edən, alın nahiyəsinin, sol ayağın bayır topuq nahiyəsinin qançırları, sol dirsək nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən, sol saidin kəsilmiş yarası iti kənarlı əşyanın, ola bilsin ki, bıçağın təsirindən yaranmışdır, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir.( i.v. 1 82-1 85) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “MTE və PA Birliyi” Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 68 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində boyun nahiyəsinin xarici yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunmuş bir ədəd deşilmişkəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz edib, lakin heç bir daxili orqanı zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin qançırı və sol diz oynağı nahiyəsinin sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, həmin xəsarətlərdən-boyun nahiyəsinin xarici yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunmuş bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz edib, lakin heç bir daxili orqanı zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, deşici-kəsici əşyanın ola bilsin ki, bıçağın təsirindən, digər xəsarətlər yəni-sol bazu nahiyəsinin qançırı və sol diz oynağı nahiyəsinin sıyrığı isə küt əşyanın təsirindən yaranmışdırlar, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Xəsarətlərdən sol bazu nahiyəsinin qançırı və sol diz oynağı nahiyəsinin sıyrığı həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, boyun nahiyəsinin xarici yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunmuş bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz edib, lakin heç bir daxili orqanı zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yarası həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb xarici yuxu arteriyasının kəsilməsi nəticəsində baş vermiş kəskin xarici qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda 1,5% etil spirti aşkar edilmişdir, bu da müvafiq cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğuna aiddir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenatiazin, pirazolan, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.( i.v. 186-196) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1128;3/1143 saylı məhkəməballistik və məhkəmə-trasoloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd predmet-kustar üsulla kastet (beş barmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır. Tədqiqata təqdim edilmiş 3 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs Əlövsət oğluna məxsus..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin səthində rəyin tədqiqi təsvir edilən bir ədəd zədə vardır, təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs Əlövsət oğluna məxsus..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin səthində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Qısaqol köynəyin səthində olan bir ədəd zədənin ümumi əlamətlərə əsasən təqdim edilmiş üç ədəd bıçaq tiyəsinin təsirindən yaranması mümkündür. Lakin qeyd olunan bir ədəd zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş üç ədəd bıçaqdan hansının təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qısaqol köynəyin səthində olan bir ədəd zədəyə əsasən, zədə yetirən alətin ölçüsünü, çəkisini müəyyən etmək mümkün deyildir. Zədə yetirildiyi anda hücum edənlə zərərçəkmişin qarşılıqlı yerləşmə vəziyyətini istintaq eksperimenti keçirmək yolu ilə müəyyən etmək mümkündür. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın, kəmərin, üzərində “Təqsirləndirilən şəxs məxsus..” yazı qeydləri olan köynəyin, şalvarın, bir cüt ayaqqabının səthində trasoloji zədə yoxdur.( i.v. 202-206) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3575 saylı materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır.Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş açıq göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən heyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur.( i.v. 207-212) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, xx/xx-9831 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.( i.v. 213-215) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3967 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21- ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik, kobudluq və s. kimi xarakter əlamətlərinin olması müəyyən edilir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (: i.v. 216-220) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “MTE və PA Birliyi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 594/2024-MTBŞ saylı məhkəmə-tibbi bioloji ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Oalfa,beta/İ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu- B(İİİ). Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvar, kəmər, qısaqol mayka üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd flakon daxilindəki plastik çubuqların uclarındakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı, bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus cins şalvar, qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda В və H antigeııləri alındı. Belə ki, bu qan ləkələri B- alfa/H/İİİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər/onun qanunda müşayiətçi H antigeni olduğu təqdirdə/. Ləkələrdə O/İ/ qruplu mərhum Zərərçəkmiş şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı üzərində qan aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün deyil.(i.v. 221-227) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsilə cinayət işinin istintaqı aparılmış, xx.xx.2023-cü il tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir.(i.v. 174-176) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Sumqayıt şəhər polis idarəsinin xx.xx.2024-cü il tarixli, 5-8-2/2-7325/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əvvəllər bir-birilərini tanımamışlar və aralarında hər hansı bir mübahisə, ziddiyət və ya ədavət olmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ictimaiyyət arasında münaqişə törətməyə meyilli olmuş, lakin narkotik maddələrin istifadəsi və ya satışı ilə məşğul olması barədə hər-hansı bir məlumat daxil olmamışdır.(i.v. 181) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli kəmər, 01 ədəd qara rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli sinə hissəsi zəncirbəndli köynək, 01 ədəd göy rəngli cins şalvar, 01 cüt qara rəngli ayaqqabı, hadisə yerinə baxış zamanı götürülmüş 03 ədəd qana bənzər ləkə nümunələri, şübhəli şəxsin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zaman götürülmüş 1 ədəd kastet (beşbarmaq), 11,62 qram narkotik vasitə marixuana, elektron tərəzi, şübhəli şəxsin ifadəsinin yerində yoxlanması zamanı videoçəkilişin əks olunduğu CD- disk, Təhlükəsiz şəhər kameralarından götürülmüş görüntülərin əks olunduğu CD-disk maddi sübut qismində tanınmış, CD-disklər cinayət işinin materiallarında, digərləri isə Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək üçün yox, Şahid5 irad bildirmək üçün yenidən “Bulaq” kafesinə qayıtmasını, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə öldürməməsi, ümumiyyətlə onu öldürmək niyyətinin olmaması, üzərində yalnız ehtiyat üçün bıçaq gəzdirməsi barədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olduğu kafeyə gələrək özünün şəxsiyyətini zərər çəkmiş şəxsin və ətrafdakı şəxslərin fövqündə qoyaraq istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirib, insanlar arasında bərqərar olmuş birgəyaşayış və əxlaq normalarını kobud surətdə pozaraq sonuncunun üzərinə hücum edib, istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi bıçaqla vurması təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 60.2-ci maddəsində isə qeyd edilir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə istinad etmir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( i.v 31, 48-49, 65-68) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar- Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli kəmər, 01 ədəd qara rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli sinə hissəsi zəncirbəndli köynək, 01 ədəd göy rəngli cins şalvar, 01 cüt qara rəngli ayaqqabı, hadisə yerinə baxış zamanı götürülmüş 03 ədəd qana bənzər ləkə nümunələri, şübhəli şəxsin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zaman götürülmüş 1 ədəd kastet (beşbarmaq), 11,62 qram narkotik vasitə marixuana, elektron tərəzi məhv edilməli, 07 ədəd CD-disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 289 (iki yüz səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X4 (müki iddiaçı) tərəfindən ümümilikdə, 50240 (əlli min iki yüz qırx) manat məbləğində mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs maddi və mənəvi zərər qismində 50000 (əlli min) manat məbləğində, ödənilmiş dövlət rüsumu üçün 240 ( iki yüz qırx) manat məbləğində, ümümilikdə 50240 (əlli min iki yüz qırx) manat tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, iddia tam təmin edilməli, maddi və mənəvi zərər qismində 50000 (əlli min) manat məbləğində, ödənilmiş dövlət rüsumu üçün 240 ( iki yüz qırx) manat məbləğində, ümümilikdə 50240 (əlli min iki yüz qırx) manat Təqsirləndirilən şəxs (mülki cavabdeh) tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi X3 (müki iddiaçı) ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar- Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd şalvar, 01 ədəd kəmər, 01 ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd köynək, 01 ədəd şalvar, 01 cüt ayaqqabı, 03 ədəd qana bənzər ləkə nümunələri, şübhəli şəxsin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zaman götürülmüş 1 ədəd kastet (beşbarmaq), 11,62 qram narkotik vasitə marixuana, elektron tərəzi məhv edilsin, 07 ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 (müki iddiaçı) tərəfindən verilmiş mülki iddia tam təmin edilsin, 50240 (əlli min iki yüz qırx) manat Təqsirləndirilən şəxs (mülki cavabdeh) tutularaq X3 ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 289 (iki yüz səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-136/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-136/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver