Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-137/2023 01.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Xaçmaz rayonu, Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtdan yaşadığı Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən evin hətəyanı sahəsində tərkibində narkotik maddələr olan əkilib-becərilməsi qadağan olunmuş, külli miqdar təşkil edən, 89 (səksən doqquz) ədəd 9650 qram (9 kq 650 qram) yaş vəziyyətdə, 26 (iyirmi altı) ədəd 570,0 qram çəkidə quru vəziyyətdə cəmi 115 (yüz on beş) ədəd çətənə (kannabis) bitkisini qanunsuz olaraq 26 iyun 2021-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə əkib, becərərək, yetişdirmiş və hissələrini toplamaqla kultivasiya etmiş, bu fakt 26 iyun 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 11:05-dən 12:40-dək olan vaxt ərzində onun yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsinə keçirilən baxış zamanı 89 (səksən doqquz) ədəd 9650 qram (9 kq 650 qram) yaş vəziyyətdə, 26 (iyirmi altı) ədəd 570,0 qram çəkidə quru vəziyyətdə cəmi 115 (yüz on beş) ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülmüş, bununla da o. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir (əkmiş, yetişdirmiş və onların hissələrini toplamışdır). Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə olan marixuana istifadə etmişdir. Həyətləri 3-4 sot olmuş və həyətdəki evdə qardaşı Həsrət, anası və atası yaşamışdır. Tutulmamışdan bir il qabaq, yəni 2020-ci ildə 03 ədəd narkotik vasitə əkmiş, sonra Bakıya getmişdir. 2021-ci ildən pandemiya vaxtından Bakıda yaşamışdır. 3-4 ay keçdikdən sonra yenidən rayona gəlmişdir. Rayonda olarkən barəsində cinayət işi olmuş, üzərinə elektron nəzarət vasitəsi daşımaq vəzifəsi qoyulmuş, amma tətbiq edilməmişdir. Rayonda polislərlə bağlı problemi olduğuna görə qala bilməmiş, yenidən Bakıya gəlmişdir. Hardasa 6 ay keçəndən sonra 2021-ci ilin mart-aprel aylarında rayondan Probasiya İdarəsindən zəng edilərək elektron nəzarət vasitəsinin tətbiq olunması üçün gəlməsi bildirilmişdir. Elektron nəzarət vasitəsi daşımaqdan imtina etmiş, “ verin məhkəməyə gedim yatım” demişdir. Məhkəmədə Probasiya İdarəsinin əməkdaşları ilə arasında qarşıdurma olmuşdur. Çıxıb yenidən Bakıya getmişdir. Barəsində axtarış verilmişdir. Sonra yas mərasimi ilə əlaqədar rayona gəlmiş və tutulmuşdur. Daha sonra yaşadığı həyətə gətirilmiş və çəkiliş olunmuşdur. Səxavətlə İlqar ona kömək etməmiş, əsəbi olduğuna görə onların adını çəkmişdir. Ondan heç kim narkotik vasitə istəməmişdir. Narkotik vasitə əkildikdən bir il sonra aşkarlanmışdır. Aşkar olunan narkotik vasitənin sayını dəqiq bilməmiş, öz əkdiyi narkotik vasitə 03 ədəd olmuş və baxış zamanı onlar qalmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, buna görə də onda əksər hallada narkotik tərkibli çətənə bitkisinin toxumları olmuş, o, həmin toxumları bir neçə dəfə də yaşadığı evin həyətində əkmişvə sonra da qurudub çəkmiş, təxminən 2021-ci ilin aprel ayının əvvəllərində özündə olan toxumlardan bir neçə ədədini öz yaşadığı evin arxa tərəfində olan həyətyanı bağ sahəsində torpağa basdırmış və yetişdirmək üçün su vermiş, daha sonra mütəmadi olaraq həmin həyətyanı sahələrinə keçib orada əkdiyi bitkilərin yetişdiyini görmüş, qeyd yaşadığım evdə atası Hacı, anası Sayad və qardaşı Həsrətlə birlikdə yaşamış, atası Hacı taksi fəaliyyəti ilə məşğul olduğu üçün əksər hallarda yaşadığı evdə olmamış, səhər işə getmiş və axşam evə gəlmiş, anası Sayad isə Xaçmaz şəhər mərkəzi bazarında məişət xırdavatları salmaqla gəlir əldə etmiş, əksər hallarda yaşadığı evdə olmamış, qardaşı Həsrət də qəssab işldiyi üçün əksər hallarda yaşadığı evdə olmamış, o, ailə üzvlərinin evdə olmadığından istifadə edib yaşadığı evin arxasındakı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-yetişdirmiş, ailə üzvləri ondan evin arxasında nə işlə məşğul olduğunu soruşduqda orada ev tikdiyini bildirmiş, lakin o, ailə üzvlərindən narkotik tərkibli bitkiləri əkdiyini və həmin bitkilərə qulluq etdiyini bildirməmiş, gizlətmiş, o, əkdiyi çətənə bitkisinə qulluq edib 7-8 ədəd bitki yetişdirmiş, həmin bitkilərin kollarından qurudulmuş marixuana olan “nəşə” əldə edib siqaretə doldurmaqla çəkmiş, beləliklə o, təxminən bir aydan çox həmin əkdiyi bitkilərə qulluq edib su vermiş, o. həmin əkdiyi bitkilərə qulluq edən zaman həmin btikilərlə yanaşı bağın başqa tərəflərində də çətənə bitkilərinin yabanı halda yetişdiyini görmüş, bir neçə dəfə də o, həmin kolları kökündən çıxarıb atmış, onun əkib qulluq etdiyi çətənə bitkisi kolları ilə yanaşı həyətyanı bağ sahəsində çətənə bitkisinin kolları yabanı halda da bitmiş. 26 iyun 2021-ci il tarixdə səhər saat 11:00-da onun yaşadığı evə polis əməkdaşları gəlib, qapını döyüb onu bayıra çağırmış, o. bayıra çıxdıqda isə onu polis əməkdaşları tutmuş və onun barəsində Xaçmaz rayon məhkəməsinin qərarı ilə axtarış elan edildiyini və həbs qətimkan tədbiri seçildiyini bildirmiş, 19 may 2020-ci il tarixdə o, Xaçmaz şəhər bazarında bir qadım sillə ilə vurduğuna görə barəsində Xaçmaz rayon məhkəməsinin hökmü il 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və o, cəzasını çəkməkdən boyun qaçırdığı üçün Xaçmaz rayon məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilmiş, polis əməkdaşları onu tutduqdan sonra ona yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli bitkiləri külli miqdarda kultivasiya etməyi barədə əməliyyat məlumatı daxil olduğunu bildirmiş, həmin məlumat əsasında da onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi zərurəti yaranmış, həmin vaxt o, aqressiv hərəkətlər etməyə və söyüşlər söyməyə başlamış, çünki evinin həyətində onun əkdiyi 7-8 ədəd narkotik tərkibli bitkiləri kollarından başqa da çox sayda çətənə bitkisinin kollarının yabanı formada bitdiyini bilmiş, polis əməkdaşları onun və aqronom- mütəxəssis kimi dəvət edilən şəxsin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirdikdə orada əkdiyi və yabanı bitən bitkiləri aşkar edilmiş, həmin vaxt o. nalayiq söyüşlər söyməklə baxış keçirilməsinə mane olmağa çalışmış, bundan sonra polis əməkdaşlarına o. qırıb həyətə atdığı çətənə bitkisinin kollarını da göstərmiş, baxış keçirilən zaman o, öznü müdafiə etmək üçün həmin bitkiləri yabanı formada yetişdirdiyini bildirmiş, daha sonra polis əməkdaşları tərəfindən evinin həyətyanı sahəsindən aşkar edilən narkotik tərkibli bitkilər bir-bir kökündən çıxarılaraq onun gözünün qarşısında sayılmış və 89 ədəd narkotik tərkibli bitki kolu olması müəyyən edilmiş və aşkar edilən 89 ədəd bitki kolları iki ədəd sintetik torbada qablaşdırılmış, qırıb aldığını bildirdiyi bitki kolları da polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 73-75) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 26 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə barəsində axtarış olan Təqsirləndirilən şəxs yaşadığı ünvanda tutulmuş və ona yaşadığı evin həyətyanı sahəsinə aqronom-mütəxəssisin iştirarkı ilə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs həmin vaxt həyətində narkotik tərkibli çətənə bitkilərinin olduğunu, lakin yabanı halda yetişdiyini bildirmiş, bundan sonra polis əməkdaşlarının, aqronom-mütəxəssisin, Təqsirləndirilən şəxs özünün iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilimişdir. Baxış zamanı Əziz yaşadığı evin arxasındakı həyətyanı səhəyə keçdikdən sonra orada olan narkotik tərkibli çətənə bitkisinə oxşar kolları göstərib həmin kolların narkotik tərkibli çətənə bitkisi kolları olduğunu və yabanı formada həyətyanı sahədə bitdiyini, qulluq edilmədiyini bildirmişdir. Baxışda iştirak edən aqronommütəxəssis aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu təsdiq edərək onlara aqrotexniki qaydada qulluq göstərildiyini, su verilərək nəm halına gətirildiyini bildirmiş, həmin vaxt aşkar edilən narkotik tərkibli çətənə bitkisi kollarına oxşar bitki kolları aqronommütəxəssis və müstəntiq tərəfindən bir-bir kökündən çıxarılmağa başlanmış, həmin vaxt Təqsirləndirilən şəxs söyüşlər söyməklə, polis əməkdaşlarının qanuni tələbinə qəsdən əməl etməyərək aqressiv hərəkətlər nümayiş etdirərək həmin bitkilərin yaşadığı evin həyətyanı sahəsində yabanı formada bitdiyini, bəzi kolları qırıb atdığını təkrarən bildimişdir. Lakin, bitki kollarının dibləri nəm halda olmuşdur. Bundan sonra aşkar edilmiş yaş vəziyyətdə olan bitki kolları kökündən çıxarılaraq sayılmış və qablaşdırılaraq götürülmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin polis əməkdaşları Şahid3, X4, Şahid6 Şahkərim oğlu, Şahid7 eyni məzmunlu ifadə verərək digər polis əməkdaşı Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid Xaçmaz RPŞ-nin polis əməkdaşı Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış digər polis əməkdaşları Şahid2, Şahid3, X4, Şahid6 Şahkərim oğlu, Şahid7 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 1, iş vərəqə, 107-109) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi tərəfindən aqronom-mütəxəssis kimi hadisə yerinə baxış istintaq hərəkətində iştirak etməsi üçün Xaçmaz RPŞ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərini əkib-yetişdirməklə kultivasiya etməsi barədə Xaçmaz RPŞ-nə əməliyyat məlumatı daxil olduğunu və həmin məlumat əsasında onun iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt həyətində narkotik tərkibli çətənə bitkilərinin olduğunu, lakin yabanı halda yetişdiyini, ona qulluq edilmədiyini bildirmişdir. Özü baxışda iştirak edən zaman aşkar edilmiş bitkilərə və həmin bitkilərin əkildiyi torpağa baxıb həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq göstərildiyini, yəni dibləri yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini müəyyən etmişdir. Aşkar edilən narkotik tərkibli çətənə bitkisi kolları kökündən çıxarılaraq sayılmış və qablaşdırılaraq götürülmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Əziz onun oğludur, yaşadıqları həyət 4 sotdur. Həmin həyətdəki evdə özü və əri yaşayır. Kiçik oğlu Həsrət narkotik vasitə istifadə etmir.Əzizin isə narkotik vasitə istifadə etdiyini bilməmişdir. Əziz həyətdə ev tikmək istəmiş, amma tikməmişdir. Onun həyətyanı sahədə işlədiyini görməmişdir. Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, yaşadığı ev onlara qayınatası Xeyrulla İbadovdan qalmışdır və sənədlə də vəfat edən qayınatasına məxsus olmuş, həmin yaşadığı ev ümumilikdə 0,4 ha torpaq sahəsinin üzərində yerləşmiş, evin arxa tərfındə isə təxminən 0,2 ha həyətyanı bağ sahəsi olmuş, orada onun vəfat edən qayınatası sağ olarkən müxtəlif meyvə ağacları əkib, qulluq etmiş, həmin vaxtlarda o, ailə üzvlərilə birlikdə tez-tez həmin bağ sahəsində ağacların meyvələrini yığmış, orada xurma, əncir, tut, gavalı, fındıq ağacları olmuş, sonradan qayınatası vəfat etdikdən sonra həmin həyətyanı sahə baxımsız qalmışdır. Əri Şahid8 ilə 1979-cu ildə evlənmiş və həmin evə gəlin köçmüşdür. Əri ilə nikahından 4 oğlan və 1 qız olmaqla 5 övladı olmuş, böyük oğlu Eynulla Dağıstan Respublikasının Mahaçqala şəhərinə 2020-ci ilin əvvəllərində işləmək üçün getmiş, 3-4 il əvvəl isə digər oğlu Gülağa evləndikdən sonra Xaçmaz rayonu, İlxıçı kəndində yaşamağa başlamış, qızı Gülarə isə 1999-cu il tarixdə evlənib hal-hazırda Qaraqurtlu kəndində yaşamış, qeyd etdiyi övladları onun yaşadığı evdən getdikdən sonra evdə o, əri və iki oğlu Əziz və Həsrət yaşamağa başlamış, oğlu Əziz dəfələrlə törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məğul olduğuna görə də əvvəllər məhkum olunmuşdur. Əziz ümumiyyətlə heç bir işlə məşğul olmamış, buna görə də o, dəfələrlə Əzizə iradını bildirib bir işlə məşğul olub camaat kimi pul qazanmağını demiş, lakin Əziz onun haqlı iradına baxmayaraq, sözünə qulaq asmamışdır. Özü Xaçmaz şəhər mərkəzi bazarında satıcı işləmişdir. Əri Xaçmaz şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş, əksər vaxtlarda özü və əri evdə olmamışdır. Oğlu Həsrət də qəssas işlədiyi üçün səhər evdən çıxmış axşam evə gəlmişdir. Bundan başqa Əziz 2020-ci ilin may ayının 19-da Xaçmaz şəhər bazarında bir qızı döyərək xuliqanlıq etdiyinə görə Xaçmaz rayon Məhkəməsi tərəfindən 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təxminən 5 il bundan əvvəl yaşadıqları evin arxasındakı bağ sahəsində ev tikmək istəmişlər. Çünki, qayınatasından qalan ev artıq köhnəlmişdir. Hətta 1997-ci ildə onların yaşadığı evin bir hissəsi evdə olan neft peçindən qaynaqlanan yanğında yanmışdır. Həmin vaxtlarda yaşadıqları evin həyətyanı sahəsində olan meyvə ağaclarını çıxarmış və orada evin bünövrəsini tikmək üçün mişar daşları almışlar. Buna görə də təxminən 5-6 il bundan qabaq evin həyətində divar hörüb bağla gediş-gəlişi kəsmişlər. Həmin vaxtdan sonra da bağ tamamilə baxımsız qalmışdır. 26 iyun 2021-ci il tarixdə səhər saatlarında o öz yaşadığı evdən çıxıb Xaçmaz şəhər bazarına getmişdir. Təxminən saat 11 radələrində qonşusu ona zəng edib bildirmişdi ki, həyətlərində polis əməkdaşları vardır. O dərhal bazardan yaşadığı evə getmiş və yaşadıqları evin qarşısında polis əməkdaşlarını görmüşdür. O, yaşadığı evin həyətyanı sahəsindən narkotik tərkibli çətənə kolları aşkar edildiyini və oğlu Əzizin polisin qanuni tələbinə tabe olmadığı üçün polis şöbəsinə aparıldığını öyrənmişdir. Təxminən bu ilin may, iyun aylarında dəqiq xatırlamadığı günlərin birində Əziz evdə olan zaman poçtalyon onların evinə məktub gətirmiş və o da həmin məktuba baxanda görmüşdür ki, həmin məktub Xaçmaz rayon Polis Şöbəsindən gəlmişdir. Lakin sonra Əziz həmin məktubu götürmüş və ona heç bir söz deməmişdir. Bundan bir neçə gün sonra Əziz onun telefonuna zəng edərək bildirmişdir ki, onun barəsində olan azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir və buna görə də Şüvəlan qəsəbəsində yerləşən istintaq təcrdixanasına aparılacaqdır. Bundan sonra isə Əziz cəzaçəkmə müəssisəsi ona zəng edib hal-əhvalını soruşmuşdur. Oğlu Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq külli miqdarda kultivasiya etməsindən məlumatı olmamış, polislər gələn günü evin həyətyanı sahəsində narkotik olduğunu bilmiş, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilən narkotik tərkibli külli miqdarda çətənə bitkisinin kollarını kimin əkib yetişdirdiyini görməmişdir. Ümimiyyətlə, oğlu Əzizin narkotik vasitə istifadə etdiyini bilməmişdir. ( cild 1, iş vərəqə150-153) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 eyni məzmunlu ifadə verərək Şahid9 göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid8 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış Şahid9 məhkəmə istintaqında elan edilmiş ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir.(cild 1, iş vərəqə, 144-148) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, +99477 *** ** ** mobil telefon nömrəsi öz adınadır və həmin nömrəni təxminən bir il bundan əvvəl almış və özünə məxsus olan mobil telefonda işlətmişdir. Təqsirləndirilən şəxs o, uşaqlıqdan tanımış, beləki, o, Əzizlə birlikdə böyümüş, Təqsirləndirilən şəxs onun yaşadığı Xaçmaz şəhəri, Ə.Hacıyev küçəsinə paralel yerləşən M.Ə.Sabir küçəsində yaşamış, Əzizlə onun ailəvi gediş- gəlişi olmuş, 2018- 2019-cu illərdə o. Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Qaradağ rayonunun, Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkmiş, həmin vaxt o, narkotik vasitləri şəxsi istehlak miqdarında artıq miqdarda əldə edib, saxladığına görə 1 il 5 ay 24 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Əziz isə 12 saylı cəzçəkmə müəssisəsinə üzərində narkotik vasitə ilə girməsinə görə Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o, həmin cəzaçəkmə müəssisəsinə cəza çəkmək üçün gedən zaman Əziz orada cəza çəkmiş, onlar Əziz birlikdə orada cəza çəkən zaman da birlikdə olmuşlar. 2019-cu ilin yanvar ayının 26-da o, cəza müddətimin bitməsi ilə əlaqədar oradan azadlığa burxılmış. Əziz isə həmin yerdə cəza çəkməyə davam etmiş, ondan 5-6 ay sonra isə Əziz azadahğa buraxılmış, daha sonralar o, Əzizin istifadəsində olan 994 70 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və onlar Əzizlə görüşüb söhbət etmiş. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkməsindən məlumatı olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini bilmiş, 27 yanvar 2021 ci il tarixdə saat 2l:04:52-də istifadəsində olan **********21 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********63 sayl mobil telefon nömrəsinə “Qaqaw salam necesen salamatciliqdi qusardan qonaqlarim gelir xacmazdasan imkan varsa bir 30 man duz qow eliyim bir karp alindirmaq olar qaqaw knt yoxdu sms var bir cvb de bilimde qaqaw” məzmunlu ismarıc yazaraq Əzizdən "Kazbek Belamor" adlandırdığı, satışı qadağan edilmiş, tütün məhsulunu almaq üçün həmin ismarıcı yazmış, həmin tütün məhsulunun bir blokunu qeyri-qanuni 30 manata satılmış, o, həmin vaxt Əzizə ismarıc yazan zaman onun üçün qeyd etiyi tütün məhsulunu təşkil edib-edə bilməyəcəyini soruşmuş, lakin Əzizin həmin tütün məhsulunu kimdən əldə etməsini bilməmiş, həmin ismarıcımdan sonra isə Əziz ona cavab verməmiş, sonradan isə Əziz ona həmin tütün məhsulunu gömrük işləmədiyindən keçirmək olmadığını demiş, Təqsirləndirilən şəxs hər hansı bir narkotik vasitəni pul müqabilində almadığını göstərmişdir. ( cild 1, iş vərəqə 198-201) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvəllər narkotik vasitələrin istifadəçisi olsa da, hal-hazırda istifadə etməmiş, 2008-ci ildə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Ədliyyə Nazirliyinin Penitcnsiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, 17 mart 2009-cu ildə elan edilmiş aministiya ilə əlaqədar azadlığa buraxılmış, Təqsirləndirilən şəxs o, 2008-ci ildə cəza çəkdiyi 10 saylı ümumi rejimli cəza çəkmə müəsissəsində tanımış, xatırladığı qədəri ilə Əziz həmin vaxt Xaçmaz şəhərində adını dəqiq xatırlamadığı şəxsə bıçaqla xəsarət yetirdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o, cəzaçəkmə müəssisəsinə gedən zaman Təqsirləndirilən şəxs artıq bir ildən çox müddət, həmin cəzaçəkmə müəssisəsində cəza çəkmiş, o, azadlığa buraxıldıqdan sonra Əziz hələ də həmin cəzaçəkmə müəsissəsində cəza çəkmiş, Əziz azadlığa buraxıldıqda sonra o, Əzizlə mütəmadi olaraq əlaqə saxlayıb söhbət etmiş, bir-biriləri ilə yaxın münasibəti olmuş, dəfələrlə o, Əzizin Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən evinə qonaq gəlmiş, Əziz də onun Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evinə qonaq gəlmiş, 2015-ci ildən o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, R.İmamverdiyev küçəsində yaşamağa başlamış, həmin vaxtlarda da Əzizlə mütəmadi olaraq görüşüb söhbət etmiş, Əziz azadlığa buraxıldıqdan sonra **********74 saylı telefon nömrəsini işlətmiş, o, ***-***-**-** saylı mobil telefon nömrəsini 2002-ci ildən istifadə etmiş, Təqsirləndirilən şəxs istifadəsində olan **********74 saylı mobil telefon nömrəsinə istifadəsində olan **********65 saylı mobil telefon nörməsindən xx-xx-2021-ci il tarixdə, saat 21:33:O3-də Təqsirləndirilən şəxs istifadəsində olan **********74 saylı mobil telefon nörməsiən "Tez-tez yigma zaryatka azdi telefon söniır.özüm zeng vuruciyem... Sebirli ol 15- 20 degeye yigiram sene.’' məzmunlu ismarıc yazması Təqsirləndirilən şəxs istifadəsində olan **********74 saylı mobil telefon nömrəsindən onun istifadənizdə olan **********65 saylı mobil telefon nörməsinə 07-04- 2021-ci il tarixdə, saat 00:17:43-də "Vay Abas alinmirsa de bilim ishimi.’’ məzmunlu ismarıc yazması barədə xx-xx-2021 -cİ il tarixdə Əziz onun telefonuna zəng edib onunla görüşmək istədiyini bildirdiyini, o da Əzizlə görüşüb hansısa kafedə əyləşib yemək yeyib söhbət etmək barədə razılaşmış, həmin tarixdə Əziz ona növbəti dəfə zəng edən zaman onun şəxsi işləri ilə bağlı başı qarışıq olduğundan Əzizin zənginə cavab verməyib qeyd edilən məzmunda Əzizə hazır ismarıc yazıb Əzizlə əlaqə saxlayacağını bildirmiş, lakin sonra o, şəxsi işləri ilə bağlı Əzizlə görüşə bilməmiş, buna görə də Əziz ona qeyd edilən məzmunda ismarıc yazaraq görüşlərinin alınıb-almmayacağım soruşduğunu bildirmiş, həmin telefon danışıqalarına dair məlumatlarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ********* saylı mobil telefon nömrəsinə xx.xx.2021 -ci il tarixdə, saat 18:54:24-də zəng edilərək 49 saniyə. xx.xx.2021 -ci il tarixdə, saat 22:20:40-da zəng edilərək 56 saniyə. xx.xx.2021-ci il tarixdə, saat İ 5:32:06-da zəng edilərək 340 saniyə. xx.xx.2021-ci il tarixdə, saat 18:25:40-da zəng edilərək 79 saniyə. xx.xx.2021-ci il tarixdə, saat 19:30:06-da zəng edilərək 13 saniyə. xx.xx.2021-ci il tarixdə, saat 15:47:42-də zəng edilərək 123 saniyə. xx.xx.2021-ci il tarixdə, saat 20:19:44-də zəng edilərək 172 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 21:14:07-də zəng edilərək 44 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 21:51:32- də zəng edilərək 18 saniyə, xx.xx.2021-ci il tarixdə, 16:12:04-də zəng edilərək 70 saniyə, xx.xx.2021 ci il tarixdə, saat 19:57:50-də zəng edilərək 7 saniyə, xx.xx.2021-ci il tarixdə, saat İ7:45:16da zəng edilərək 91 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 18:06:24-də zəng edilərək 26 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 18:04:43-də zəng edilərək 77 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 20:25:22-də zəng edilərək 43 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 20:24:43-də zəng edilərək 86 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 21:51:23-də zəng edilərək 22 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 22:05:24-də zəng edilərək 20 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 03:56:12-də zəng edilərək 52 saniyə, xx.xx.2021-ci il tarixdə, 20:05:11-də zəng edilərək 86 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 22:08:l3-də zəng edilərək 108 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 15:41:20-də zəng edilərək 61 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 19:09:19-da zəng edilərək 80 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 19:53:33-də zəng edilərək 104 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 15:58:31 -də zəng edilərək 21 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 01:41 ?45-də zəng edilərək 336 saniyə, xx.xx.2021-ci il tarixdə, 17:44:56-də zəng edilərək 48 saniyə. xx.xx.2021-ci il tarixdi, saat 23:51:40-da zəng edilərək 64 saniyə , xx.xx.2021-ci il tarixdə, saat 15:54:18-də zəng edilərək 94 saniyə telefon danışıqları aparılması barədə Təqsirləndirilən şəxsla münasibətinin həmişə dost kimi yaxşı olduğunu, tez-tez Əzizin yaşadığı evə qonaq getdiyini Əzizin də onun yaşadığı evə qonaq gəldiyini, bununla yanaşı onlar tez-tez Əzizlə telefonda danışıb gündəlik işlərindən, şəxsi işlərindən söhbət etmiş, görüşüb söhbət etmək üçün və istirahət etmək üçün vaxt, yer təyin etmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin olub-olmaması barədə ona bir söz deməmişdir. ( cild 1, i. Vərəqə 244-249) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailə üzvlərilə birlikdə yaşamış, özü əvəllər narkotik vasitələrin istifadəçisi olsa da hal-hazırda istifadə etməmiş, əvəllər narkotik vasitələrdən istifadə etsəm də üzərində gəzdirməməyinə görə heç vaxt cinayət məsuliyyətinə cəlb edilməmiş, Təqsirləndirilən şəxs uşaq yaşlarından tanımış. Əzizin yaşadığı M.Ə.Sabir küçəsi onun yaşadığı İ.Qayıbov küçəsindən 2-3 küçə aralıda olsa da Əzizi Xaçmaz sakini kimi tanımış. Təqsirləndirilən şəxs **********74 saylı mobil telefon nömrəsini istifadə etmiş. Əzizin atası Şahid8 təxminən bir neçə il əvvəl Xaçmaz şəhər mərkəzi bazarında tütün məhsulları satmaqla pul qazanmış. Əzizin qardaşı Gülağa qəssab işləmiş. Əziz narkotik vasitələri üzərində saxladığına görə cinayət məsuliyyətinə cəlb edilib azadlıqdan məhurm etmə cəzasına məhkum edilmiş, Əzizin onunla həmişə münasibəti yaxşı olmuş, tez-tez görüşməsə də Xaçmaz şəhər ərazsində hərdən zəngləşib, görüşüb çay içmiş, ********* saylı mobil telefon nömrəsini 4 ildir istifadə etmiş, Təqsirləndirilən şəxs **********4 saylı nömrəsindən onun istifadəsində olan ********* saylı telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə, saat 21:25:12- də zəng edərək 69 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 15:05:16-da zəng edərək 48 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 21:49:42-də zəng edərək 40 saniyə danışıq aparması barədə Təqsirləndirilən şəxs həmin vaxtlarda ona zəng edib və onunla telefonla danışıb Xamaz şəhər ərazisində kafelərdə və çay evlərində görüşüb çay içmək barədə danışdığını, görüşüb söhbət edib, çay içdiyini, bildirmiş, Təqsirləndirilən şəxsla söhbət edib çay içən vaxtlarda ancaq öz şəxsi işlərindən, gün ərzində gördükləri işlərdən danışmış. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin olmasından xəbərinin olmadığını bildirmişdir. ( cild 1, iş vərəqə 250-254) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayon X7-təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləməklə polis leytenantı rütbəsində olmuş, Xaçmaz şəhərinin 2 saylı inzibati ərazisi ona təhkim olunmuşdur. Həmin inzibati ərazidə o, xidmət aparmış, Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi də ona təhkim edilmiş, həmin ərazidə çinayətkarlığa qarşı mübarizə sahəsində əvəllər məhkum olunmuşlarla və azadlığa buraxılmış şəxslərlə profilaktika işini təşkil etmiş, o. Təqsirləndirilən şəxs tanımış. Təqsirləndirilən şəxs ünvan 2 ünvanında ailə üzvləri, yəni, atası Şahid8, anası Şahid9 və qardaşı Şahid10la birlikdə yaşamış, Təqsirləndirilən şəxs bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Təqsirləndirilən şəxs əsasən xuliqanlıq cinayətini bir neçə dəfə törətdiyinə görə məhkum olunmuş, bununla yanaşı satış məqsədi ilə qanununsuz olaraq narkotik vasitəni üzərində saxlayıb, daşımaqla gəzdirdiyinə görə də azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Təqsirləndirilən şəxs özü də narkotik vasitə istifadəçisi olmuş, onun əsasən güclü təsir edici narkotik vasitələrdən istifadə etməsə da qurudulmuş marixuanadan istifadə etdiyini bilmiş. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə 26 iyun 2021-ci il tarixdə baxış keçirilən zaman həyətyanı sahəsindən 115 ədəd əkib, becərilməsi qanununla qadağan olunmuş narkotik tərkibli çətənə bitkisi kolları qanunsuz olaraq kultivasiya edilməsi, baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin çətənə bitkisi kollarını əvvəlcə qırıb atdığım bildirsə də baxış yekunlaşdırılan zaman həmin çətənə bitkisi kollarının polis əməkdaşları tərəfindən əkdirildiyini bildirməsi barədə 26 iyun 2021-ci il tarixdə də o, həmin ərazinin polis sahə rəisi vəzifəsində işlədiyini, həmin gün baxışda iştirak etməsə də Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən qanunsuz olaraq kultivasiya edilmiş vəziyyətdə 115 ədəd çətənə bitkisinin kollarının aşkar edildiyini bildiyini, o, şəxsən Təqsirləndirilən şəxs xidməti ərazimdə yaşayan şəxs kimi tanıdığını, Təqsirləndirilən şəxs yaxın ətrafında olan şəxslərin narkotik vasitələrin istifadəçiləri olduğunu və həmin şəxslərin də narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunduğunu, Təqsirləndirilən şəxs anası Şahid9 Xaçmaz şəhər mərkəzi bazarında satıcı işlədiyini və gün ərzində Xaçmaz şəhər mərkəzi bazarında olduğunu, Təqsirləndirilən şəxs qardaşı Şahid10 qəssab işlədiyini və gün ərzində Xaçmaz rayonunun ayrı-ayrı kəndlərində olduğunu, Təqsirləndirilən şəxs atası Şahid8 isə Özünə məxsus "Vaz 2106” markalı avtomobillə Xaçmaz şəhərində taksi fəliyyəti ilə məşğul olduğunu, gün ərzində də yaşadıqları evdə olmadığını. Təqsirləndirilən şəxs yaşadığı evdə gün ərzində Əzizin özü olduğunu, həmin narkotik tərkibli bitkilərə də Təqsirləndirilən şəxs özünün qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyini. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində özünün yetişdirdiyi narkotik vasitələri ona polis əməkdaşlarının əkdirməsini deməklə yalan deməsini bildirmişdir. ( cild 1, iş vərəqə 214-216) Şahid polis əməkdaşı Şahid15 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmə istintaqında ifadəsi elan edilib araşdırılmış Şahid14 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 1, iş vərəqə, 217-219) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyun 2021-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyun 2021-ci il tarixli «yaşayış evinin həyətinə baxış keçirilməsi haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, həmin həyətyanı sahədə Təqsirləndirilən şəxs qırıb atdığını bildirdiyi, quruyub saralmış vəziyyətdə olan kolların 26 ədəd olması aşkar edilmiş, baxış davam etdirilmiş və aşkar edilən narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları kökündən çıxarılmış, bir-bir sayılmış və həyətyanı sahədə aşkar edilən 89 ədəd yaş vəziyyətdə olan narkotik tərkibli çətənə bitkisinə oxşar kollar iki ədəd sintetik torbada və quru vəziyyətdə olan narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir ədəd sintetik torbada qabaşladırılaraq götürülmüşdür. ( cild 1, iş vərəqə 25-27) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Xaçmaz RPŞ-nin İB-ni müstəntiqi, polis mayoru Elxan Allahverdiyev tərəfindən Xaçmaz RPŞ-nin CAB-nin rəisi, polis polkovnik-leytenantı Şahid1. Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3, Xaçmaz RPŞ CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5, Xaçmaz RPŞ PPXB-nin polis nəfəri, polis baş serjantı X2, Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid6, Xaçmaz RPŞ PPXB-nin polis nəfəri, polis serjantı Şahid7 Xaçmaz RPŞ PPXB-nün polis nəfəri, polis kiçik serjantı, X3, Xaçmaz rayon Mİİ-də aqranom işləyən Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən evin həyətinə baxış keçirilməsindən ötrü qeyd olunan ünvana baxış keçirilmiş, orada video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilər varsa onları təqdim etməsi təklif olunmuş. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin yabanı halda bitdiyini bildirmiş və polis əməkdaşlarını yaşadığı evin arxasındakı həyətyanı sahəyə dəvət etmiş, polis əməkdaşları ilə yaşadığı evin həyətyanı sahəsinə gedib orada müşahidə olunan çətənə bitkisinə oxşar bitki kollarını göstərib, həmin btikilərin narkotik tərkibli çətənə bitkisinin kolları olduğunu və həyətdə yabanı formada bitdiyini, özünün həmin kolları kəsib yerə atdığını bildirmiş, baxışda iştirak edən aqronom-mütəxəssis Şahid4 həmin bitkilərə aqro-texniki qaydada qulluq edildiyini, diblərinə su verildiyini, həmin bitkilərin narkotik tərkibli çətənə bitkisinin kolları olmasım bildmiş, videogörüntüdə görünür ki, bəzi bitkilərin dibi yaş vəziyyətdə olmuş, videogörüntüdə Təqsirləndirilən şəxs baxış keçirən şəxsləri nalayiq söyüşlərlə söyməsi müşahidə olunmuş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilən bitkilərin, “nəşə’’, yəni, narkotik vasitə qurudulmuş marixuananın əldə edildiyi çətənə bitkisi kolları olduğunu bildirmiş, həmin narkotik tərkibli bitkiləri hardan əldə etdiyi soruşulduqda o, həmin bitkilərin yabanı halda həyətində bitdiyini, bəzi kollan isə qırıb atdığını bildirmiş, həyətyanı sahədə Təqsirləndirilən şəxs qırıb atdığını bildirdiyi, quruyub saralmış vəziyyətdə olan kolların 26 ədəd olması aşkar edilmiş, baxış davam etdirilmiş və aşkar edilən narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları kökündən çıxarılmış, bir-bir sayılmış və həyətyanı sahədə aşkar edilən 89 ədəd yaş vəziyyətdə olan narkotik tərkibli çətənə bitkisinə oxşar kollar iki ədəd sintetik torbada və quru vəziyyətdə olan narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir ədəd sintetik torbada, qabaşladırılaraq götürülmüş, baxış yekunlaşdırılan zaman bir daha Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilən narkotik tərkibli çətənə bitkisinin kollarına oxşar kolları əkib-əkməməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitkiləri ona baxışda iştirak edən Səxavət və İlqar adlı polis əməkdaşlarının əkdirdiyini, ona “əkərsən, bizə də pul verərəsən, dalında durmuşuq’" dediklərini bildirmişdir. ( cild 1, iş vərəqə87-88) Yaşayış evinin həyətinə baxış keçirilməsi haqqında, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasına dair 27 iyun 2021-ci il tarixli, 7/607 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş iki ədəd sintetik torbada ümumi sayı 89(səksən doqquz) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 9650 qram (9kq650qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik torbada 26(iyirmi altı) ədəd, quru vəziyyətdə, ümimi çəkisi 570,0 qram olan bitki nümunələri əklib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. (cild 1, iş vərəqə 49-52) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid4 tərəfindən tərtib edilmiş 26 iyun 2021-ci il tarixli rəydən görünür ki, Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən evin həyətinə baxış keçirilərkən aşkar edilərək götürülmüş cəmi 89 (səksən doqquz) ədəd bitkilər çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir. Onlann dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. ( cild 1, iş vərəqə 28) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmənarkoloji 24 fevral 2022-ci il tarixli, 943 nömrəli rəyində göstərilmişdir ki, opioidlərin və kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. (cild 1, iş vərəqə 265-266) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə psixiatrik ekspertiza mərkəzi’" publik hüquqi şəxs tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli 459 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab edilir. Təqsirləndirilən şəxs əmli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, hirslilik, inadkarlıq, qıcığa qarşı həssaslıq, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs uydurmağa meyillik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, o, etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarındadır. ( cild 1, iş vərəqə 268- 271) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs kultivasiya etdiyi 89 ədəd, yaş vəziyyətdə ümumi xalis çəkisi 9650qram (9kq 650qram) və 26 ədəd quru vəziyyətdə 570,0 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkiləri və onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin köçürüldüyü, hadisə yerinə baxış keçirilməsi protokoluna əlavə edilmiş 01 (bir) ədəd disk 01 iyul 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, həmin bitki kollarının ekspert tədqiqatında sonra qalıq qalmış 10217,7 qramı Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. “Azerfon Telecom" MMCdaxil olmuş bir ədəd «CD» formatlı disk 02 noyabr 2021-ci il tarixli qərarla və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd «CD» formatlı disk 25 fevral 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır.(cild 1, iş vərəqə 92-93, 197, 243) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmün suərtindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CPM-nin 234.2, 317.1.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 15 oktyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasnı CM-in 18.1-ci maddəsində qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Buna görə də Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır.(cild 1, iş vərəqə 62-63, 141-143) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən alınmış xasiyyətnaməyə və arayışa görə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə163-164) Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs 26 iyun 2021-ci il tarixdə tutulmuşdur. 28 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Xaçmaz rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 1(067)-108/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 02 ay 19 gün müddətinə azadlıqdan məhrum elmə cəzası ilə əvəz edilməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. 16 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 29 sentyabr 2021-ci il tarixdə təqisirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 21 fevral 2022-ci il tarixdə İbadov X9 rayonu ərazisində tutularaq Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. 23 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. 24.oktyabr 2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında yenidən axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək, həmçinin 21 fevral 2022-ci il tarixdən 23 fevral 2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 115 (yüz on beş) ədəd 10217,7 qram çəkidə narkotik tərkibli çətənə bitkisinin kolları məhv edilməli, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək, həmçinin 21 fevral 2022-ci il tarixdən 23 fevral 2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 05 il 11 ay 26 gün (beş il on bir ay iyirmi altı gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 115 (yüz on beş) ədəd 10217,7 qram çəkidə narkotik tərkibli çətənə bitkisinin kolları məhv edilsin, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-137/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-137/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver