Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-138/2023 18.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, Quba şəhəri H.Rüstəmov küçəsi ev 4-də qeydiyyatda olan və ünvan 1də yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 3,009 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,663 qramdan artıq psixotrop maddə metafetamin əldə edib yaşadığı, ünvan 1 ünvanında saxlamış, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində isə həmin narkotik vasitə və psixotrop maddələri daşıyaraq ünvan 2 ünvanında yaşayan tanışı Şahid7 evinə aparıb evin qonaq otağında oturacaq stulunun üzərində özünə məxsus elektron tərəzi ilə çəkib hissələrə bölməklə bir ədəd bükümdə 0,169 qram heroin və 0,156 qram metamfetamini Şahid7 vermiş, psixotrop maddə metamtefaminin bir qədərindən Şahid7, həmçinin orada olan Şahid8 ilə birlikdə istifadə etmiş, həmin gün saat 15 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin ünvanda saxlanılaraq evə baxış keçirilərkən qonaq otağında oturacaq stulunun üstünə qoyduğu taxtanın üzərindən külli miqdarda, yəni 2 ədəd bükümdə ümumi təmiz çəkisi 2,840 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə 2,46 qram və 1 ədəd falqada 0,047 qram olmaqla, ümumi təmiz çəkisi 2,507 qram psixotrop maddə metamfetamin, habelə səthində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd elektron tərəzi, üzərində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd bıçaqşəkilli predmet, divanın üstündəki çantasından daxilində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd qara rəngli boruşəkili predmet, daxilində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd boru şəklinə salınmış 10 manatlıq əskinas, daxilində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd baş hissəsində 1 ədəd boru şəklinə salınmış 1 manatlıq əskinas olan şüşə predmetin və 1 ədəd baş hissəsində 1 ədəd boru şəklinə salınmış 1 manat əskinas olan sınmış boruşəkilli predmet, həmçinin Şahid7 verdiyi bir ədəd bükümdə 0,169 qram heroin və 0,156 qram metamfetamin sonuncunun yataq otağındakı şkafdan və yataq dəstinin altından aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, səhər Orxana zəng edərək onu diş həkiminə aparmasını xahiş etmiş, Orxan gəldikdən sonra birinci Orxangilə getməyi, sonra isə həkimə getməyi planlamış və birlikdə Orxangilə getmişlər. Orada olanda Orxanla Şahin çölə çıxmış, sonra polis əməkdaşları ilə qayıdıb gəlmişlər. Orxanın evində tutulmuşdur, tutulan zaman evdə o, Orxan və Şahin olmuşdur. Orxanı çoxdan tanıyır, Şahini də Orxana görə tanımışdır. Metamfetamin və heroin istifadə etmişdir. Narkotik vasitəni instagram vasitəsi ilə 90 azn-ə almışdır. Şahinlə, Orxan ona pul verməmişdir, həmin narkotik vasitəni atışıb almışlar. Onun telefonunda narkotik vasitə satışı ilə bağlı yazışmalar olmamışdır. Dəyanət adlı şəxsə narkotik vasitə verməmişdir. Satış hissəsində ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən təxminən 2 ildir ki, istifadə edir. O, instagram sosial şəbəkəsində təxminən 6-7 ay əvvəl tanış olduğu İran vətəndaşına istifadə etdiyi vatsap sosial şəbəkəsi vasitəsilə danışırmış. İran vətəndaşı özü ona narkotik vasitələri olduğunu və istədiyi zaman ona narkotik vasitə sata biləcəyini demişdir. O da xx.xx.2022-ci il tarixdə vatsap sosial şəbəkəsi vasitəsilə İran vətəndaşına mesaj yazaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq istədiyini bildirmişdir. O, İran vətəndaşının üzünü görməmiş və yalnız aralarında mesajlaşma olmuşdur. İran vətəndaşı adını ona ‘‘Baba" demişdir və narkotik vasitə və psixotrop maddə istədikdə hansı növ narkotik vasitə və psixotrop maddə istədiyini soruşmuş, o da 3 qram heroin və 3 qram metamfetamin almaq istədiyini demiş və qiymətini soruşmuşdur. “Baba" adlı iran vətəndaşı da ona hər bir qramını 15 manata olmaqla ümumilikdə 3 qram metamfetaminə və 3 qram heroinə görə 90 manat pul verməli olduğunu demişdir. O da razılaşmb və həmin narkotik vasitələri haradan ala biləcəyini soruşduqda, ona əvvəlcə göndərəcəyi kart hesabına 90 manat pulu köçürməyini və Bakı şəhəri ərazisində narkotik vasitəni götürməsi üçün bir yerə qoyulacağı, həmin yerin ünvanının da mesajla ona göndəriləcəyini demişdir. O "Baba" adlı şəxsin göndərdiyi kart hesabına 90 manat pulu Quba şəhərində terminal aparatlarından birinin vasitəsilə köçürmüş, çap olunan qəbzin şəklini Whatsapp vasitəsilə göndərdikdən sonra cırıb atmış və həmin gün taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində olan zaman ona Whatsapp vasitəsilə narkotik vasitənin qoyulduğu yer barədə məlumat göndərilmişdir. O da təxminən saat 20 radələrində ona göndərilən ünvana taksi ilə, yəni X5 yaxınlığına getmiş və oradan məhəllarası yol ilə gedərək şəkildə göstərilən yeri tapmış, hasarın aşağı hissəsində siqaret qutsunun içərisində olan narkotik vasitələri açıb baxdəqdan sonra götürüb cibinə qoymuşdur. Yenidən taksi ilə "Şamaxinka” adlanan əraziyə qayıtmış, yolda taksidə olan zaman telefonundan mesajları və nömrələri silmişdir. Bakı şəhərindən taksi ilə Quba şəhərinə yaşadığı evə gəlmiş, üzərində olan narkotik vasitələri yaşadığı evin həyətində gizlətmişdir ki, ailəsinin bu barədə məlumatı olmasın. Növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə səhər vaxtlarında Orxanla zəngləşmiş və onu diş həkiminə aparmasını xahiş etmişdir. Təxminən saat 12 radələrində Orxan zəng edərək Şahinlə birlikdə olduqlarını və Şahinin avtomobildə olmasının onun üçün problem olmasını soruşduqda, heç bir problem olmadığını demişdir. Orxan öz avtomobili ilə yaşadığı evin yaxınlığına gəlmiş, o da həyətdə gizlətdiyi yerdən narkotik vasitələri götürüb Orxanla Şahinin yanına gəlmişdir. Avtomobilə əyləşdiyi zaman üzərində narkotik vasitə heroin və metamfetamin olduğunu demiş və həmin narkotik vasitələri Orxanın evinə aparıb orada istifadə etdikdən sonra diş həkiminə getməyi təklif etmiş, onlar da razılaşmışlar və birlikdə Orxanın evinə gəlmişlər. O, evdən çıxıb gələn zaman yaşadığı evdən narkotik vasitələri ölçmək üçün götürdüyü elektron tərəzini və istifadə etmək üçün şüşə qabları, kəsmək üçün bıçağı da götürmüşdür. Orxanın yaşadığı evə gəlmişlər və evdə onlardan başqa heç bir adam olmamışdır. O da özü ilə gətirdiyi narkotik vasitələri çıxarmış və Orxandan ona nakotik vasitələri özü üçün hissələrə bölmək məqsədilə taxta verməsini istəmişdir. O, gətirdiyi şüşə borucuqları, 2 ədəd 1 manatlıq əskinasları və 1 ədəd 10 manatlıq əskinası, elektron tərəzini, bir ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini çıxarıb taxtanın üzərinə qoymuşdur. Heroini açıb taxtanın üzərinə tökmüş və onu ayrı-ayrı bükümlərdə istifadə etməyi üçün balaca ölçülərdə ayırmaq qərarına gəlmiş və ümumi kütləni bir neçə hissəyə ayırmışdır. Həmçinin gətirdiyi metamfetamindən istifadə etmək üçün ilkin olaraq falqanın üzərinə, sonra isə şüşənin içərisinə tökmüş və yandırıb tüstüsünü istifadə etməyə başlamışdır. Gətirdiyi heroin və metamfetamindən hərəsindən bir ədəd büküm olmaqla Orxan özünün istifadə etməsi üçün götürüb və yataq otağına aparıb saxlamışdır. Həmçinin gətirdiyi metamfetamindən Şahin və Orxan da istifadə etmişlər. Psixotrop maddədən istifadə etdikdən sonra bir qədər uzanmış və Şahin Orxanla birlikdə darvazadan küçəyə çıxmışlar. Bir qədər sonra onların polis əməkdaşları ilə birlikdə gəldiklərini görmüş və digər otağa keçib özünü yatmış kimi göstərmişdir. Polis əməkdaşları evə daxil olduqdan sonra narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirib şəxsi axtarış aparılacağını deyərək vəkil İbrahim müəllim ona təqdim edilmiş, üzərində şəxsi axtarış aparıldıqdan sonra taxtanın üzərində olan narkotik vasitələrin və əşyaların kimə məxsus olduğunu soruşduqda, o, metamfetamini və heroini alıb gətirdiyini, həmçinin şüşə borucuqların, elektron tərəzinin, bıçağın ona məxsus olduğunu etiraf etmişdir. Aşkar olunan əşyalar qablaşdırılmış və vəkililə birlikdə zərfləri imzalamışlar. Həmçinin Şahinin istifadə etdiyi içərisində metamfetamin olan falqa da götürülmüş və Orxan da yataq otağında saxladığı narkotik vasitələri çıxarıb təqdim etmişdir. Aşkar olunan bütün əşyalar zərflərə qoyularaq qablaşdırılmış və İmzalanmışdır. Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, ***-***-**-** nömrəsi ona məxsusdur və həmin nömrədən özü istifadə etmişdir. Şahid9 tanıyır və aralarında normal münasibət olmuşdur. Dəyanət ona mesaj yazaraq “Kola”, yəni heroin istəsə də ona narkotik vasitə satmamışdır. Dəyanətin ondan heroin istəməsinə də səbəb, onun narkotik vasitələrdən istifadə etməyini bilməsi olmuşdur. Əvvəllər Şahid9la birlikdə narkotik vasitələrdən istifadə etməmişdir. (cild 1, iş vərəqə 252-254, 268-269) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin rəisi polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, daxil olan əməliyyat məlumatı əsasında xx.xx.2022ci İİ tarixdə Şahid7 və Şahid8 Quba şəhəri C.Cabbarlı küçəsində Şahid7 yaşadığı evin yaxınlığında saxlanılmışdır. Onlardan narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmələri və saxlamaları barədə soruşduqda hər ikisi metamtefatimdən istifadə etdiklərini bildirərək Orxanın yaşadığı evdə olan tanışları Təqsirləndirilən şəxs həmin ünvana narkotik vasitə və psixotrop maddə gətirdiyini və hazırda həmin evdə olduğunu bildirmişlər. Orxanın razılığı ilə yaşadığı evə daxil olunmuş və həmin evdə Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Daxil olduqları otaqda stulun üzərində olan taxtanın üstündə ayrı-ayrı hissələrə bölünmüş toz formasında olan predmetlər aşkarlanmışdır. Həmin predmetlərdən əlavə digər əşyalar da aşkarlanmış və Mirmehdi həmin əşyaların özünə məxsus olduğunu və özünün gətirdiyini bildirmişdir. Şahin stulun üzərində olan içərisində qalıqlar olan falqa kəsiyini göstərək həmin falqada Mirmehdinin gətirdiyi metamfetamindən istifadə etdiyini bildirmişdir. Şahid7 evdə başqa qanunsuz əşya olması soruşulduqda o,həmin evdə Mirmehdinin gətirdiyi heroindən və metamfetamindən götürdüyünü və yataq otağında saxladığını bildirərək, həmin əşayaları təqdim etmişdir. Daha sonra döşəyin altından da şprislər aşkarlanmış, Şahid7 iynənin içərisində olan məhlulu özünün hazırladığını və bir qədərindən istifadə etdiyini, qalan hissəsini isə iynədə məhlul formasında saxladığını demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşları Nihat Həsənli, Şahid1, Şahid4 digər polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşları Şahid5 və Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, sonuncular məhkəmədə ifadələri alınmış polis əməkdaşları Şahid3, Şahid1, Şahid4 və Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişlər. (Cild 1, iş vərəqə 180-183) Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki,o, Təqsirləndirilən şəxs ilə uşaqlıqdan dostdurlar. Özü də narkotik vasitələrdən istifadə edir və narkotik vasitələrdən istifadə etməyilə əlaqədar olaraq məhkum olunmuşdur. 17 fevral 2022-ci İİ tarixdə Şahin onun evinə televizorda kanallarını yığmağa gəlmişdir. Mirmehdi ona zəng edərək gəlib onu diş həkiminə aparmasını istəmiş, o da Şahinlə birlikdə Mirmehdinin yaşadığı evin yanına gəlib Mirmehdi ilə birlikdə əvvəlcə onun evinə gəlmişlər. Mirmehdi gələndə özü ilə narkotik vasitə heroin və metamfetamin gətirmişdir. Birlikdə narkotik vasitə istifadə etmişlər. Daha sonra polislər gəlmiş, onunla Şahini qapıda saxlamışlar, həmin vaxt Mirmehdi evdə olmuşdur. Evdə aşkar olunan narkotik vasitələrdən onun yataq otağından aşkar olunan iki büküm 3 ədəd şpris ona məxsusdur, bir ədəd dərman şüşəsi də özünüdür, onda limon duzu, su və heroin qatıb damara vurmaq üçün məhlul hazırlamışdır. Təqsirləndirilən şəxs heç vaxt ona pul qarşılığında narkotik vasitə verməmişdir.O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid8 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o məhkəmədə ifadəsi alınmış Şahid7 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. ( cild 1, iş vərəqə 108-110) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid9 ifadəsində göstərmişdir ki, ***-***- **-** saylı mobil nömrə özünə məxsusdur və təxminən 2007-ci ildən etibarən istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməyindən məlumatı olmuş, Mirmehdi ilə birlikdə narkotik vasitələrdən istifadə etməmişdir. O, narkotik vasitələrdən “kokos və ya kola" adı ilə tanınan heroindən, “şüşə və ya patı” adı ilə tanınan metamfetamindən, həmçinin marixuanadan istifadə etmişdir. Təxminən 1 il olar ki, adlarını sadaladığı narkotik vasitələrdən və psixotrop maddədən istifadə edir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə yazdığı sms mətni ilə bağlı bildirmişdir ki, o, “kola” adı ilə tanınan heroindən istifadə etmək istəyirmiş və bu məqsədlə tanışıMirmehdinin narkotik vasitələrdən istifadə etdiyini bildiyindən Mirmehdiyə istifadəsində olan ***-***-**-** nömrəsindən mesaj yazaraq “Brat 2 burun kolan varsa pas atardın qardaşa" demişdir. Həmin vaxt O, “kola" yəni, heroin istifadə etmək istəyirmiş. Daha sonra Mirmehdinin yaşadığı evin yanına gəlmiş və Mirmehdi ilə görüşüb “kola” yəni, heroin istəmişdir. Mirmehdi də ona narkotik vasitə olan heroini olmadığını bildirmiş, o da Mirmehdi ilə sağollaşıb çıxıb getmişdir. (Cild 1, iş vərəqə 265-267) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq 17 fevral 2022ci il tarixli “binalara, o cümlədən yaşayış yerlərinə, torpaq sahələrinə baxış keçirmə haqqında” qərardan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid7 və onun yaxın şübhəli dostluq münasibətlərində olan ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid8 və ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs birincinin yaşadığı ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli yaşayış evinə toplaşaraq orada birlikdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarışın və baxışın keçirilməsi barədə” 17 fevral 2022-ci il tarixli protokollardan görünür ki, Şahid7 yaşadığı ünvan 2 ünvanında Şahid7, Şahid8 və Təqsirləndirilən şəxs saxlanılaraq evə baxış keçirilərkən həmin ünvanda qonaq otağında oturacaq stulunun üstünə qoyduğu taxtanın üzərindən külli miqdarda, yəni 2 ədəd bükümdə ümumi təmiz çəkisi 2,840 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə 2,46 qram və 1 ədəd falqada 0,047 qram olmaqla, ümumi təmiz çəkisi 2,507 qram psixotrop maddə metamfetamin, habelə səthində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd elektron tərəzi, üzərində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd bıçaqşəkilli predmet, divanın üstündəki çantasından daxilində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd qara rəngli boruşəkili predmet, daxilində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd boru şəklinə salınmış 10 manatlıq əskinaz, daxilində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd baş hissəsində 1 ədəd boru şəklinə salınmış 1 manatlıq əskinas olan şüşə predmetin və 1 ədəd baş hissəsində 1 ədəd boru şəklinə salınmış 1 manat əskinas olan sınmış boruşəkilli predmet, həmçinin Şahid7 verdiyi bir ədəd bükümdə 0,169 qram heroin və 0,156 qram metamfetamin sonuncunun yataq otağındakı şkafdan və yataq dəstinin altından aşkar edilərək götürülmüşdür. (cild 1, vərəqə 32-78) “Şəxsi axtarış və baxış keçirilməsi barədə” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-i tərəfindən təqdim edilmiş diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən “Brat 2 burun kolan varsa pas atardın qardaşa dünənkin tapa bilmirəm” və “ 10 dəqiqəyə gəlirəm məhləyə sizin” məzmunda narkotik vasitələrin satışını ehtiva edən sms yazışması daxil olmuşdur. ( cild 1, iş vərəqə 238-259) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1002 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün N67" dairəvi möhür əksi olan üzərində "Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminə oxşar kütlələr..." yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,174 qram ağ rəngli kristalşəkilli maddə və 1 ədəd bükümdə təmiz çəkisi 2,286 gram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində "Vət. Şahid7 üç ədəd şpris....” yazı və imzalar olan zərfdə 1 ədəd içərisində qəhvəyi rəngli izlər olan içi boş 5 ml həcmli şprisin, 1 ədəd içərisində qəhvəyi rəngli izlər olan içi boş 1 ml həcmli şprisin içərisində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Həmin zərfdə olan 1 ədəd üzərində heç bir göstəricisi olmayan şprisdə 0,6 ml həcmli qəhvəyi rəngli məhlul heroin məhlulu olub, heroinin təmiz çəkisi 0,009 qramdır. Üzərində "Vət. Şahid7 aşkar edilmiş narkotik vasitə heroinə və metamfetaminə oxşar kütlələr....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,160 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,156 qram ağ rangli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində "Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroine oxşar kütlələr....” yazı və İmzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 2,465 qr və 0,375 qram olmaqla, ümumi çəkisi 2,840 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "Vət. Şahid8 aşkar edilmiş falqa kağızda narkotik vasitə metamfetaminə oxşar kütlə qalıqları...." yazı və imzalar olan zərfdə 1 ədəd falqada təmiz çəkisi 0,047 qram qəhvəyimtil-sarı rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Üzərində "Vət. Şahid7 aşkar edilmiş limon duzuna oxşar kütlə və dərman şüşəsi ” yazı və imzalar olan zərfi açdıqda içərisində 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 4,170 qram ağ kristalşəkilli maddə narkotik vasitə və psixotrop maddələrə aid olmayan limon turşusudur. Həmin zərfdə olan 1 ədəd şüşə qabın içərisində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Üzərində "Vət Təqsirləndirilən şəxs aşkar edilmiş ...iki ədəd şüşə qab....bir ədəd tərəzi ...." yazı və imzalar olan zərfdə 1 ədəd kiçik ölçülü gümüşü-qara rəngli elektron tərəzinin səthində, 1 ədəd kiçik ölçülü bıçaqşəkilli predmetin üzərində, 1 ədəd qara rəngli boruşəkilli predmetin daxilində, 1 ədəd boruşəklinə salınmış 10 manat əskinazın daxilində, 1 ədəd baş hissəsində 1 ədəd boruşəklinə salınmış 1 manat əskinaz olan şüşə predmetin və 1 ədəd baş hissəsində 1 ədəd boruşəklinə salınmış 1 manat əskinaz olan sınmış boruşəkilli predmetin daxilində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqdim edilmiş 2 ədəd zərfdə olan heroinlər öz aralarında kimyəvi tərkib komponentlərinə göre eynidir. Heroinlərin ümumi çəkisi 3,009 gramdır. Təqdim edilmiş 3 ədəd zərfdə olan metamfetaminlər kimyəvi tərkib komponentlərinə göre eynidir. Metamfetamİnlərin ümumi çəkisi 2,663 qramdır. Heroin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1). Metamfetamin 2005-cl 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azerbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siayhı 1) daxildir. Qeyd: heroinin təmiz çəkiləri - 0, 160 qram, 2, 465 qram və 0,375 qram (6.8 və 9 №- li), tədqiqata sərf edilən ümumi miqdar - 0,15 qram (hər bir obyektdən 0,05 qram olmaqla), qalıq -0,110 qram, 2,415 qram, 0,325 qram. Metamfetaminin təmiz çəkiləri - 0,174 qram, 2.286 qram. 0.156 qram, 0,047 qram (1, 2, 7, 10 №li obyektlər), tədqiqata sərf edilən miqdar-0,08 qram (hər bir obyektdən 0,02 qram olmaqla), qalıq - 0,154 qram, 2,266 qram, 0.136 qram, 0,027 qram. Limon turşusunun təmiz çəkisi 4,170 qram, tədqiqata səf edilən miqdar - 0,05 qram, qalıq -4,120 qram. Heroin məhlulu 0,6 ml, tədqiqata sərf edilən miqdar 0,3 ml, qalıq-0,3 ml. (cild 1, iş vərəqə 92-99) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2022-ci il tarixli 2249 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə 222- 223) Cinayət işinin materiallarından görünür ki, 04 ədəd bağlamada 2,415 qram, 0,325 qram heroin, 0,154 qram, 2,266 qram, 0,027 qram metamfetamin, 1 ədəd kiçik ölçülü gümüşüqara rəngli elektron tərəzi, 1 ədəd kiçik ölçülü bıçaqşəkilli predmet, 1 ədəd qara rəngli boruşəkilli predmet, 1 ədəd boru şəklinə salınmış 10 manat əskinaz, 1 ədəd baş hissəsində 1 ədəd boru şəklinə salınmış 1 manat əskinaz olan şüşə predmet, 1 ədəd baş hissəsində 1 ədəd boruşəklinə salınmış 1 manat əskinaz olan sınmış boruşəkilli predmet maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş və 05 (beş) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 241-242; 272-281) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 1, iş vərəqə 89-90) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(cild 1, iş vərəqə 195) Məhkəmə, Təqsirləndirilən şəxs ona məxsus olan Şahid7 evindən aşkar olunan narkotik vasitəni əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsə məxsus narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması, bükümlərə ayrılması, elektron tərəzinin aşkar edilməsi, narkotik vasitə satışını ehtiva edən yazışmanın mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə Quba rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 53,90, 112-113, 147-148) Cinayət işinin materiallarında görünür ki, 17 fevral 2022-ci il tarixdən 19 fevral 2022ci il tarixədək Təqsirləndirilən şəxs günün əksər hissəsində faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. Bu hal Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 04 ədəd bağlamada 2,415 qram, 0,325 qram heroin, 0,154 qram, 2,266 qram, 0,027 qram metamfetamin, 1 ədəd elektron tərəzi, 1 ədəd bıçaqşəkilli predmet, 1 ədəd boruşəkilli predmet, 1 ədəd şüşə predmet, 1 ədəd sınmış boruşəkilli predmet məhv edilməli, 1 ədəd boru şəklinə salınmış 10 manat əskinaz, 1 ədəd boru şəklinə salınmış 1 manat əskinaz və həmçinin, 1 ədəd boruşəklinə salınmış 1 manat əskinaz təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 04 ədəd bağlamada 2,415 qram, 0,325 qram heroin, 0,154 qram, 2,266 qram, 0,027 qram metamfetamin, 1 ədəd elektron tərəzi, 1 ədəd bıçaqşəkilli predmet, 1 ədəd boruşəkilli predmet, 1 ədəd şüşə predmet, 1 ədəd sınmış boruşəkilli predmet məhv edilsin, 1 ədəd boru şəklinə salınmış 10 manat əskinaz, 1 ədəd boru şəklinə salınmış 1 manat əskinaz və həmçinin, 1 ədəd boruşəklinə salınmış 1 manat əskinaz təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-138/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-138/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver