Məhkəmə qərarları › İş №1(124)-138/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-138/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-138/2024 03.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş, barəsində həbs növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, məhəllə 29, ev 9/20, mənzil 26 ünvanında qeydiyyatda olmaqla ünvan 3mış barəsində həbs növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, habelə Behzad adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən o, Behzad adlı şəxsin 500 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq adlanan ərazidə yerləşdirildiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 7000 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2la birlikdə əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Saray qəsəbəsi Badamlıq adlanan ərazinin yaxınlığına daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 dekabr 2022-ci il tarixdə saat 21:40-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq BMCMİ-nə gətirilmişlər və orada həmin tarixdə saat 23:57-dən etibarən şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı qara rəngli polietilen torbadan satış məqsədi ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs2la birlikdə əldə edib saxlamaqla daşıdığı külli miqdarda 7000 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həmin vaxtı onun mobil nömrəsi “***-***-**-**” olmuşdur. O özünün istifadəsi üçün 5 qram narkotik götürməyə getmişdir. Başqa bir nəfərin vasitəsilə tanış olduğu Behzad adlı şəxslə ilə danışaraq, ona 5 qram narkotik vasitə üçün 100 manat pul göndərmişdir. Sonradan həmin şəxsin adının Behzad olduğunu öyrənmişdir. Behzadın əlaqə nömrəsinin xarici ölkənin telefon nömrəsi olmuşdur. O, Behzad adlı şəxsdən narkotik vasitəni ilk dəfə almışdır. Narkotik vasitəni götürmək üçün getdikdə, qara selofan olduğunu görmüşlər və həmin selofanı açanda polislər onları tutmuşlar. Həmin vaxt polis əməkdaşları onlara təzyiq göstərmişlər. Polis əməkdaşları onlara işgəncə vermiş, xəsarət almışlar. Çəkilişdə üzünün, başının şiş olmağı görünmüşdür. ***-***-**-** mobil nömrəsini tanımamış və həmin nömrə ilə yazışmaları xatırlamamışdır. Üəzrindəki telefon dostuna məxsus olmuş, telefondakı smslər dostuna aid olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə eyni məhəllədə yaşamışdır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 3-4 ay olar ki, "kakos” adı ilə tanıdığı narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər istifadə etdiyi maddələri Sumqayıt şəhərində tanımadığı şəxslərdən alırmış. Tofiq də onun kimi narkotik vasitə heroindən istifadə edir. Bir neçə dəfə onunla birlikdə narkotik vasitə çəkmişlər. Hadisə ilə bağlı onu bildirmişdir ki, 3-4 gün bundan öncə Tofiq onun yanına gəlmiş və demişdir ki, iranlı Behzad adlı bir nəfər var və onunla danışmaq lazımdır. O nə məsələ olduğunu soruşduqda demişdir ki, Elbəy adlı bir nəfər dostunun telefonunu işlədir və həmin telefona təsadüfən iranlı Behzad adlı şəxs zəng edib və narkotik vasitələr göndərdiyini bildirib. Tofiqin telefonu smartfon olmadığından Behzadla “Whatsapp"-da danışa bilməmiş və buna görə də ondan kömək istəmişdir. Tofiq demişdir ki, Behzad narkotik vasitələri Azərbaycana göndərir və onun göndərdiyi malları yerbəyer etmək lazımdır. Tofiq ona təklif etmişdir ki, onun nömrəsini telefonuna yazsın və onunla əlaqə saxlasınlar. Gələcəkdə Behzadla nəsə iş görsələr əldə olunan pulu bölsünlər. O da Tofiqlə razılaşmışdır. Buna görə də, yadında olmayan iran nömrəsini telefonunun yaddaşına yazmış və adını "Behzad” kimi qeyd etmişdir. Bundan sonra Tofiq Behzadla danışmışdır. Tofiq həmçinin, ona demişdir ki, nəsə iş görülsə o da kömək edəcək. Behzad da razılaşmışdır. Bundan sonra o, özü də bir neçə dəfə Behzadla telefonda danışmışdır. Behzad demişdir ki, mal göndərəcək, həmin malı götürüb özlərində saxlamalıdırlar və onun dediyi vaxtda dediyi yerə aparmalıdırlar. Onlar da razılaşmışlar. Hadisə baş verən günü yəni, 02 dekabr 2022-ci il tarixdə günorta radələrində Behzad onunla əlaqə saxlamış və demişdir ki, Tofiqin yanına getsin və onunla təkrar əlaqə saxlasın. O da Tofiqin yanına getmiş və Behzadla təkrar danışmışlar. Behzad demişdir ki, bu gün axşam Saray qəsəbəsinə marixuana atdıracaq və onu götürüb özlərində saxlamalıdırlar, o deyəndə də aparıb harasa qoymalıdırlar. Behzad bunun müqabilində onlara 500 manat pul verəcəyini vəd etmişdir. Onlar da razılaşmışlar və ondan xəbər gözləməyə başlamışlar. Tofiqlə belə razılaşmışlar ki, 500 manatı yarı-yarıya bölsünlər. Təxminən 20-21 radələrində Behzad onun telefonuna həm konum, həm də şəkil atmış və demişdir ki, gedin malı təcili götürün. Həmin vaxtı Tofiq onun yanında imiş. Onlar təcili taksi çağırıb həmin yerə getmişlər. Taksini yola salmışlar ki, ondan şübhələnməsin. Həmin yer Saray qəsəbəsində, Badamlıq deyilən ərazi imiş və mal həmin ərazidə yarımçıq tikilinin yanında gizlədilmişdir. Onlar həmin malı götürmüşlər və oradan uzaqlaşmaq istəmişlər. Götürdükləri mal qara sellofan torbada imiş və həmin torbanı o, götürmüşdür. Həmin vaxtı artıq saat 21:40 radələri imiş. Onlar oradan uzaqlaşmaq istədiklərində 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda əlində saxladığı qara rəngli sellofan torbanın içərisində “nəşə" adı ilə tanıdığı narkotik vasitə vardır. Eləcə də Təqsirləndirilən şəxs2 da onun dediklərini təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində onun və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində, yəni sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, sağ əlində saxladığı qara rəngli sellofan torbanı, eyni zamanda əynində olan boz rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 17 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi qara rəngli sellofan torbanın içərisində “nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi sellofan torba açıldıqda torbanın içərisindən üzəri yapışqan lentlə bağlanmış 01 ədəd ağ rəngli sintetik kisə aşkar olunmuşdur. Həmin sintetik kisə şahidlərin iştirakı ilə açıldıqda kisənin içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 01 ədəd sintetik kisədə olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edildiyi sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 17 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “Oukitel” markalı mobil telefonu və 3 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdiriiərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Eyni zamanda aşkar edilmiş 3 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Oukitel” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni digər anket məlumatlarını dəqiq bilmədiyi iranlı "Behzad” adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 2-3 gün əvvəl tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını və "Behzad" adlı şəxsin “Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə onun istifadəsində olan mobil nömrəyə zəng edib həm onunla və eyni zamanda Təqsirləndirilən şəxs2la danışıb onlara külli miqdarda narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini, həmin narkotik vasitəni götürüb özlərində saxlamalı olduqlarını, sonradan onun dediyi vaxtda həmin narkotik vasitəni dediyi ünvana qoyub, həmin yerin şəkillərini çəkib ona göndərməli olduqlarını və bunun müqabilində onlara 500 manat pul verəcəyini bildirdiyini, “Behzad” adlı şəxsin təklifi ilə razılaşdıqdan sonra 02 dekabr 2022-ci il tarixdə təxminən saat 20:00- 21:00 radələrində həmin şəxs tərəfindən onun mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərildiyini, bundan sonra həmin gecə təxminən saat 21:15 radələrində Təqsirləndirilən şəxs2la birlikdə “Behzad” adlı şəxsin verdiyi məlumat əsasında Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq adlanan əraziyə gəlib orada yarımçıq tikilinin yanında yerə qoyulmuş içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd qara rəngli sellofan torbanı özünün götürüb həmin yerdən uzaqlaşıb yolda piyada hərəkət etdiyi zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 onun dediklərini təsdiq edib digər anket məlumatlarını dəqiq bilmədiyi iran İslam Respublikasının vətəndaşı “Behzad” adlı şəxslə təxminən 2-3 gün əvvəl tanışı “Elbəy” adlı şəxsin vasitəsi ilə tanış olduğunu, “Elbəy” adlı şəxsin digər anket məlumatlarını bilmədiyini və onun Sumqayıt şəhərində yaşadığını, “Behzad" adlı şəxslə tanış olduqdan sonra “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə onun mobil telefonu ilə danışdıqlarını, “Behzad” adlı şəxsin onlarla danışıb külli miqdarda narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini, həmin narkotik vasitəni götürüb özlərində saxlamalı olduqlarını, sonradan onun dediyi vaxtda həmin narkotik vasitəni dediyi ünvana qoyub, həmin yerin şəkillərini çəkib ona göndərməli olduqlarını və bunun müqabilində onlara 500 manat pul verəcəyini bildirdiyini, "Behzad” adlı şəxsin təklifi ilə razılaşdıqdan sonra 02 dekabr 2022-ci il tarixdə təxminən saat 20:00- 21:00 radələrində həmin şəxs tərəfindən onun mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərildiyini, bundan sonra həmin gecə təxminən saat 21:15 radələrində onunla birlikdə “Behzad” adlı şəxsin verdiyi məlumat əsasında Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq adlanan əraziyə gəlib orada yarımçıq tikilinin yanında yerə qoyulmuş içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd qara rəngli sellofan torbanı onun götürdüyünü və həmin yerdən uzaqlaşıb yolda piyada hərəkət etdikləri zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. O və Təqsirləndirilən şəxs2 hazırda narkotik vasitə heroin qəbul etdiklərini qeyd etmişlər. Bundan sonra onların üzərilərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddələri satış məqsədi ilə əldə etmişlər, iranlı şəxslə görüşməmiş, onun adının “Behzat" olduğunu bilirmiş, başqa digər anket məlumatlarını bilmir. Əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Tofiqin əvvəllər bu işlə məşğul olub-olmadığını bilmir, amma o da istifadə edirmiş. Üzərilərində narkotik vasitə olmasından heç kimin xəbəri yox imiş. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "Bakcell” MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. (cild 1, iş vərəqə 112-116) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları onları Masazırda tutmuşlar. Səidi döyərək öyrətmişlər ki, guya onlar bir yerdə olmuşlar və iranlı ilə biryerdə işləmişlər. O, Behzat adlı şəxsi tanımır, 500 manat müqabilində onun tapşırığı əsasında narkotik vasitələri daşımamışdır. Narkotik vasitə olan marixuanadan istifadə etmiş, lakin yaşadığı mənzildə narkotik vasitə olan marixuana olmamış, narkotik vasitəni Masazırda saxlamışdır. 5 qram narkotik vasitəni götürməyə Səidlə birgə getsə də narkotik vasitəni kimin göndərdiyini maraqlanmamışdır. Saxlanılarkən ona qarşı zor tətbiq olunmuş, xəsarət almışdır. Səidin də üzərində narkotik olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə eyni məhəllədə yaşamışdır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2 il olar ki, “kakos” adı ilə tanıdığı narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər istifadə etdiyi maddələri Sumqayıt şəhərində tanımadığı şəxslərdən alırmış. Səid də onun kimi narkotik vasitə heroindən istifadə edir. Bir neçə dəfə onunla birlikdə narkotik vasitə çəkmişlər. Bundan başqa onun Elbəy adlı tanışı da var imiş. Elbəy narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdir. Əvvəllər bir neçə dəfə ondan narkotik vasitə almışdır. Onun əvvəllər telefonu yox imiş. 23 ay olar ki, Elbəydən narkotik vasitə alan zaman o, demişdir ki, başqa-başqa nömrələrdən ona zəng eləməsin. O da demişdir ki, telefonu yoxdur. Həmin vaxtı Elbəy ona sadə bir telefon vermiş və içərisində də ***-***-**-** nömrəsi var imiş. O da həmin telefonu istifadə etməyə başlamışdır. Təxminən 3-4 gün bundan əvvəl ona iran nömrəsindən zəng gəlmişdir. O, telefona cavab vermiş və danışan şəxs iranlı Behzad olduğunu bildirmişdir. Behzad Elbəylə danışmaq istədiyini qeyd etmişdir. O isə demişdir ki, Elbəyin telefonunu o işlədir. Behzad demişdir ki, əgər narkotik işi görmək istəsə onunla əlaqə saxlasın. Həmin telefonda “Whatsapp” olmadığından o, bu barədə Səidə demişdir. Belə ki, Səidə demişdir ki, iranlı Behzad adlı şəxs var, narkotik vasitələri Azərbaycana göndərir və onun göndərdiyi malları yerbəyer etsələr pul qazana bilərlər. Səid də demişdir ki, problem yoxdur, kömək edə bilər. Bunun üçün iranlı Behzadın nömrəsini Səidə vermiş və o, nömrəni telefonuna yazmışdır. Bundan sonra Səidin telefonu ilə Behzadla əlaqə saxlamış və onunla danışmışdır. Behzada demişdir ki, Səid adlı dostu var və o da ona kömək edəcək. Behzad da razılaşmışdır. Bundan sonra Səidin özü də bir neçə dəfə Behzadla telefonda danışmışdır. Behzad onlara deyirmiş ki, mal göndərəcək, həmin malı götürüb özlərində saxlasınlar və o, dediyi vaxtda dediyi yerə apararsınlar. Onlar da razılaşmışlar. Hadisə baş verən günü yəni, 02 dekabr 2022-cİ il tarixdə günorta radələrində Səid onun yanına gəlmiş və demişdir ki, Behzadla danışmaq lazımdır. Onlar birlikdə olan zaman Behzadla danışmışlar və Behzad demişdir ki, bu gün axşam Saray qəsəbəsinə marixuana atdıracaq və onu götürüb özlərində saxlasınlar, o, deyəndə də aparıb harasa qoysunlar. Behzad bunun müqabilində onlara 500 manat pul verəcəyini vəd etmişdir. Onlar da razılaşmışlar və ondan xəbər gözləməyə başlamışlar. Səidlə belə razılaşmışlar ki, 500 manatı yarıyarıya bölsünlər. Təxminən 20-21 radələrində Behzad Səidin telefonuna həm konum, həm də şəkil atmış və demişdir ki, gedin malı təcili götürün. Həmin vaxtı onlar təcili taksi çağırıb həmin yerə getmişlər. Taksini yola salmışlar ki, onlardan şübhələnməsin. Həmin yer Saray qəsəbəsində, Badamlıq deyilən ərazi imiş və mal həmin ərazidə yarımçıq tikilinin yanında gizlədilmişdir. Onlar həmin malı götürmüşlər və oradan uzaqlaşmaq istəmişlər. Götürdükləri mal qara sellofan torbada imiş və həmin torbanı Səid götürmüşdür. Həmin vaxtı artıq saat 21:40 radələri imiş. Onlar oradan uzaqlaşmaq istədiklərində 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Təqsirləndirilən şəxs1 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda əlində saxladığı qara rəngli sellofan torbanın içərisində “nəşə” adı ilə tanıdığı narkotik vasitə vardır. Eləcə də o da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində onun və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində, yəni sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisində “nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, sağ əlində saxladığı qara rəngli sellofan torbanı, eyni zamanda əynində olan boz rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd "Samsung” markalı mobil telefonu və 17 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofan torbanın içərisində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Onun təqdim etdiyi sellofan torba açıldıqda torbanın içərisindən üzəri yapışqan lentlə bağlanmış 01 ədəd ağ rəngli sintetik kisə aşkar olunmuşdur. Həmin sintetik kisə şahidlərin iştirakı ilə açıldıqda kisənin içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd sintetik kisədə olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edildiyi sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 17 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “Oukitel" markalı mobil telefonu və 3 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Eyni zamanda aşkar edilmiş 3 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş “Oukitel” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni digər anket məlumatlarını dəqiq bilmədiyi İran islam Respublikasının vətəndaşı “Behzad" adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 2-3 gün əvvəl onun vasitəsi ilə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını və “Behzad” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil nömrəyə zəng edib həm Səidlə, eyni zamanda onunla danışıb onlara külli miqdarda narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini, həmin narkotik vasitəni götürüb özlərində saxlayacaqlarını, sonradan onun dediyi vaxtda həmin narkotik vasitəni dediyi ünvana qoyub, həmin yerin şəkillərini çəkib ona göndərməli olduqlarını və bunun müqabilində onlara 500 manat pul verəcəyini bildirdiyini, “Behzad" adlı şəxsin təklifi ilə razılaşdıqdan sonra 02 dekabr 2022-ci il tarixdə təxminən saat 20:00-21:00 radələrində həmin şəxs tərəfindən onun mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərildiyini, bundan sonra həmin gecə təxminən saat 21:15 radələrində onunla birlikdə "Behzad” adlı şəxsin verdiyi məlumat əsasında Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq adlanan əraziyə gəlib orada yarımçıq tikilinin yanında yerə qoyulmuş içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd qara rəngli sellofan torbanı özünün götürüb həmin yerdən uzaqlaşıb yolda piyada hərəkət etdikləri zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Sorğu zamanı o da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edib digər anket məlumatlarını dəqiq bilmədiyi iran islam Respublikasının vətəndaşı “Behzad" adlı şəxslə təxminən 2-3 gün əvvəl tanışı “Elbəy” adlı şəxsin vasitəsi ilə tanış olduğunu, “Elbəy” adlı şəxsin digər anket məlumatlarını bilmədiyini və onun Sumqayıt şəhərində yaşadığını, “Behzad" adlı şəxslə tanış olduqdan sonra “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 mobil telefonu ilə onlarla danışdığını, “Behzad” adlı şəxsin Təqsirləndirilən şəxs1la və eyni zamanda onunla danışıb onlara külli miqdarda narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini, həmin narkotik vasitəni götürüb özlərində saxlayacaqlarını, sonradan onun dediyi vaxtda həmin narkotik vasitəni onun dediyi ünvana qoyub, həmin yerin şəkillərini çəkib ona göndərməli olduqlarını və bunun müqabilində onlara 500 manat pul verəcəyini bildirdiyini, “Behzad" adlı şəxsin təklifi ilə razılaşdıqdan sonra 02 dekabr 2022-ci il tarixdə təxminən saat 20:00- 21:00 radələrində həmin şəxs tərəfindən Təqsirləndirilən şəxs1 mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərildiyini, bundan sonra həmin gecə təxminən saat 21:15 radələrində Təqsirləndirilən şəxs1 onunla birlikdə “Behzad" adlı şəxsin verdiyi məlumat əsasında Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq adlanan əraziyə gəlib orada yarımçıq tikilinin yanında yerə qoyulmuş içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd qara rəngli sellofan torbanı Təqsirləndirilən şəxs1 götürdüyünü və həmin yerdən uzaqlaşıb yolda piyada hərəkət etdikləri zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. O və Təqsirləndirilən şəxs1 hazırda narkotik vasitə heroin qəbul etdiklərini qeyd etmişlər. Bundan sonra onların üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddələri satış məqsədi ilə əldə etmişlər, iranlı şəxslə görüşməmiş, onun adının “Behzad” olduğunu bilirmiş, başqa digər anket məlumatlarını bilmirmiş. Elbəy adlı şəxsin başqa anket məlumatlarını bilmir, iranlı Behzadla iş görməklərindən Elbəyin xəbəri olmamışdır. Əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Səidin əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını bilmir, amma o da onun kimi istifadə edir. Üzərilərində narkotik vasitə olmasından heç kimin xəbəri yox idi. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyzıqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. ( cild 1, iş vərəqə 127-132) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 02 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi İdarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 daxil edilmişdir. 02 dekabr 2022ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq adlanan ərazidə olacaqları müəyyən edilmiş və bunun üçün həmin yerə getmişlər. Saat 21:40-da həmin yerdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar iki nəfər şəxsin piyada hərəkət etdiklərini müəyyən etmişlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və onların da özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Bundan sonra onlara satış məqsədi ilə külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış etmişlər və onları DİN-in BMCMİnə dəvət etmişlər. Onlar da etiraz etmədən onlarla BMCMİ-nə gəlmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakı ilə onlara hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən həmin şəxslərin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində, yəni əlində saxladığı qara rəngli sellofan torbanın içərisində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əlində saxladığı qara rəngli sellofan torbanı, eyni zamanda əynində olan cins şalvarın cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli sellofan torbanın içərisində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd kisədə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan aşkar edildiyi sellofan torbada qablaşdırılıb möhürlənərək üzəri imzalanmışdır. “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib, əynində olan cins şalvarın cibindən 01 ədəd mobil telefonu və pulu çıxardıb təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı digər anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Behzad" adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 2-3 gün əvvəl tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını və “Behzad” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onun istifadəsində olan mobil nömrəyə zəng edib həm onunla və eyni zamanda Təqsirləndirilən şəxs2la danışıb onlara külli miqdarda narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini, həmin narkotik vasitəni götürüb özlərində saxlayacaqlarını, sonradan onun dediyi vaxtda həmin narkotik vasitəni onun dediyi ünvana qoyub, həmin yerin şəkillərini çəkib ona göndərməli olduqlarını və bunun müqabilində onlara 500 manat pul verəcəyini bildirdiyini, “Behzad” adlı şəxsin təklifi ilə razılaşdıqdan sonra 02 dekabr 2022-ci il tarixdə təxminən saat 20:00- 21:00 radələrində həmin şəxs tərəfindən onun mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərildiyini, bundan sonra həmin gecə təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs2la birlikdə “Behzad" adlı şəxsin verdiyi məlumat əsasında Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq adlanan əraziyə gəlib orada divarın yanında yerə qoyulmuş içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd qara rəngli sellofan torbanı özünün götürüb həmin yerdən uzaqlaşıb yolda piyada hərəkət etdikləri zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edib iranlı "Behzad” adlı şəxslə təxminən 2-3 gün əvvəl tanışı “Elbəy" adlı şəxsin vasitəsi ilə tanış olduğunu bildirmişdir. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir müqavimət göstərməmişlər və onlara heç bir xəsarət yetirməmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 və DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid4 digər şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmədə verdikləri ifadələrlə oxşar məzmunlu ifadə verərək onların dediklərini özünə aid olan hissədə təsdiq etmişdir. ( cild 1, iş vərəqə 199-201; cild 2, iş vərəqə 1-3, 7-9) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 dekabr 2022-ci il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1991-ci ildə ünvan 4 ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 6tiki olaraq yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə DİN-in BMCMİ-nə əməliyyat məlumatı daxil olmuşdur. (İ cild, iş vərəqə 05) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 dekabr 2022-ci il tarixdə saat 21:40-da Abşeron rayonu, Saray qəsəbəsi Badamlıq adlanan ərazinin yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmişlər və orada üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və 17 manat pul, Təqsirləndirilən şəxs2 isə əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Oukitel" markalı mobil telefon və 3 manat pul aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə və 02 ədəd mobil telefon götürülmüş, pullar isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 02 dekabr 2022-ci il tarixdə saat 23:57-də başlamış və 03 dekabr 2023- cü il tarixdə saat 00:36-da bitmişdir. (Cild 1, iş vərəqləri 44-47) Şəxsi axtarışın keçirilməsi haqqında protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsində və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsində narkotik vasitələrin satışını ehtiva edən çoxsaylı sms mətnlərinin olduğu müəyyən edilmişdir.(cild 1, iş vərəqi 205-208) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 03 dekabr 2022-ci il tarixli 7/1371 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində: "Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen torbadakı 1 ədəd qara rəngli polietilen torbada ağ rəngli sintetik kisədə təmiz çəkisi -7000,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-7000,0qram, tədqiqata sərf edildi -0,2qram, qalıq- 6999,8qram. ( cild 1, iş vərəqə 65-69) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 790 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəqə 10-11) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1297 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 12-13) Cinayət işinin materiallarından görünür ki, aşkar olunaraq götürülmüş qalıq çəkisi 6999,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 6999,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. ( cild 1, iş vərəqə 48, 165- 167, 204) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs1 barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 186) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs2 barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 187) Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X3 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində narkotik vasitə aşkar edilməməsi, satış məqsədlərinin olmaması və polis əməkdaşları tərəfindən onlara təzyiq olunması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxslərdən aşkar olunan narkotik vasitənin külli miqdarda olması, hər iki təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrədə narkotik vasitə satışını ehtiva edən sms yazışmaların mövcudluğu təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhər, Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmə müddətinin başlanğıcı 02 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 26-27, 102-103, 159-164) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli Bakı şəhər, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmə müddətinin başlanğıcı 02 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 35-36, 117-118, 153-158) İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6999,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 36 (otuz altı) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 02 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 02 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış qalıq çəkisi 6999,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 36 ( otuz altı) manat məbləğində tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar