Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-138/2025 07.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, 11 iyun 1987-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının əvvəllərində Xaçmaz rayonu, Qaracəlli kəndi ərazisində olmaqla Qaracəlli-Əbilyataq kənd yolunun sol tərəfində olan su arxının kənarında 02 ədəd və Qaracəlli kəndi ərazisində yerləşən meşə sahəsində 31 ədəd olmaqla külli miqdar təşkil edən ümumilikdə 33 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanusuz olaraq qəsdən əkib 28 may 2024-cü il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş (yetişdirmiş), bu fakt Xaçmaz Rayon Polis X7 Bölməsinin əməkdaşları tərəfindən 28 may 2024-cü il tarixdə saat 16:45-dən 17:20-dək olan müddət ərzində Xaçmaz rayonu, Qaracəlli kəndi ərazisində olmaqla Qaracəlli-Əbilyataq kənd yolunun sol tərəfində olan su arxının kənarına baxış keçirilərkən orada əkib-yetişdirdiyi 2 (iki) ədəd, Xaçmaz rayonu, Qaracəlli kəndi ərazisində olmaqla Qaracəlli-Əbilyataq kənd yolundan 600 metr qərb istiqamətində yerləşən meşə sahəsinə baxış keçirilərkən isə həmin meşə sahəsində əkib-yetişdiyi 31 (otuz bir) ədəd olmaqla yaş vəziyyətdə ümumi çəkisi 385,0 qram olan 33 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülməklə təsdiq olunmuş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, keçən ilin payız ayında meşədən iki ağac tapmış, biri balaca olmuş, biri təxminən insan boyda olmuşdur. Özü ilə gətirmiş və qurutmuşdur, qışda 4 ay müddətində onu çəkmiş, lakin heç kimə verməmişdir. Sonra həmin ağacın toxumlarından götürüb arxın qırağına səpmiş, əkdiyi ərazinin ölçüsü təxminən heç 1 kvadrat metr olmamışdır. O heç bilməmişdir ki, ağacların sayı çoxdur, onları balaca su qabı ilə sulamışdır, hadisə yerindən tapılan vedrə ona aid olmamışdır. Polis əməkdaşları da onu görəndə elə özü öz əməlini etiraf edərək, toxumları əkdiyi yeri göstərmişdir. Verilən suallara cavab olaraq bidirdi ki, ancaq 4 ay müddətində narkotik vasitə çəkmişdir, 8-9 aydır heç istifadə etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməkdən boyun qaçırdığı, məhkəmədən gizləndiyi üçün barəsində axtarış elan edilmiş və o tutulduqdan sonra 02 aprel 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ifadəsində göstərdi ki, səhər tezdən dayısı oğlu Şükürov Fəqan gəlib ona onların ərazisinin, yəni narkotik vasitə əkdikləri ərazinin dron vasitəsilə çəkildiyini, onu polis əməkdaşlarının tutacaqlarını demiş, ümumiyyətlə, o, həmişə qohumlara köməklik göstərmiş, hətta lazım olduqda polis şöbəsinə onlarla birlikdə getmişdir. O, bir pivə və bir siqaret götürərək həmin narkotik vasitə əkilən əraziyə getmiş, daha sonra polis əməkdaşları gəlmiş və onu tutmuşlar. O isə həmin ərazidə narkotik vasitələri onun əkdiyini demişdir, çünki dayıaı Şükürov Mahir ilə onu “pul verib” qurtaracaqları ilə bağlı aralarında danışıq olmuş, həmçinin dayısı oğlu Şükürov Fəqan toyu olacağı üçün ağlayaraq ondan bunu etməyini, yəni etirafedici ifadə verməyini istəmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Qaracəlli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək dolanışığını təmin edir. Latın qrafikalı Azərbaycan əlifbası ilə yazmağı və oxumağı bacarır. Təxminən iki ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2023-cü ilin iyul ayında Xaçmaz rayonu, Qaracəlli kəndi ərazisində yerləşən meşə sahəsində gəzərkən yabanı halda bitmiş iki ədəd çətənə kolu aşkar etmiş və şəxsi istifadəsi üçün qurudulmuş marixuana hazırlamaq məqsədi ilə həmin çətənə bitkilərinin yarpaqlarını yığmış, həmçinin, həmin çətənələrin toxumlarını da yığıb götürmüşdür. Çətənə bitkilərinin yığdığı hissələrini heç kimin görə bilməyəcəyi və gün düşən yerdə sərib qurutmuş və özü üçün qurudulmuş marixuana hazırlayıb hamısını istifadə etmiş, toxumları da yaşadığı evdə saxlamışdır. 2024-cü ilin aprel ayında havalar isti keçdiyindən fikirləşmişdir ki, evdə saxladığı çətənə bitkisinin toxumlarını gətirib heç kimin görə bilməyəcəyi yerdə əksin. Ona görə də 2024-cü ilin aprel ayının əvvəlində həmin toxumları Qaracəlli-Əbilyataq kənd yolunun sol tərəfində yerləşən, dayısı X2 məxsus bağ sahəsinin giriş hissəsinin qarşısında olan su arxının kənarına səpmiş və cücərmələri üçün mütəmadi olaraq su vermişdir. O, həmin toxumları kolların arasına səpmiş, ona görə də onları kiminsə görməsi mümkün olmamışdır. O, mütəmadi olaraq gedib səpdiyi toxumları sulamışdır. Bir neçə gün sonra səpdiyi toxumlardan 33 ədəd çətənə bitkisi cücərmişdir. Cücərmiş çətənə bitkiləri bir qədər böyüdükdən sonra orada kiminsə görməsindən ehtiyyat etdiyi üçün 2024-cü ilin may ayının əvvəllərində həmin yerdən təxminən 600 metr aralı məsafədə, Qaracəlli kəndi ərazisində yerləşən meşə sahəsində həmin bitkiləri əkmək üçün yer hazırlamışdır. Belə ki o, meşəlik sahədə bir-birindən 5-6 metr aralı təxminən 1x1,5 və 1,5x2 kv metr ölçüdə iki ədəd yer hazırlamış və bitkilərin 31 ədədini su arxının kənarından çıxarıb gətirib meşə sahəsində hazırladığı yerə əkmişdir. Həmin yeri ağac və kollardan təmizləmiş, ətrafı kollarla sıx bağlanmış, oraya kimsə gedib gəlməmiş, həm də gün düşən yer olmuş, ona görə də bitkiləri həmin yerə əkmişdir. Meşə sahəsində bitkiləri əkdiyi yerə getmək üçün əvvəlcə dayısı X2 məxsus bağ sahəsinə keçib oradan da bitkiləri əkdiyi yerə getmiş, yolu bu formada yadda saxlamışdır. Su arxamın kənarında bitkiləri əkdiyi yerdə kolların arasında olmuşdur deyə həmin bitkilərə gün düşməmişdir. O, əkib yetişdirdiyi çətənə bitkilərini mütəmadi olaraq baş çəkib sulamış, meşə sahəsində olanlara isə diblərinə peyin vermiş, hətta diblərinə yumşaq torpaq da aparıb tökmüşdür. Həmin bitkiləri suvarmaq üçün özü ilə bir ədəd 10 litrlik dəmir vedrə və bir ədəd 3-4 litrlik plastmas vedrə aparmışdır. O, su arxından dəmir vedəryə suyu doldurub meşə sahəsinə, bitkiləri əkdiyi yerə aparıb plastmas vedrə ilə isə dəmir vedərədən suyu götürüb ehmallıca bitkilərin diblərinə tökmüşdür. Həmin bitkilərə mütəmadi olaraq qulluq etsə də onlar eyni formada inkişaf etməmişlər, belə ki, bitkilərin bəzisi vaxtından tez boy atıb uzanmış, çox hissəsi isə inkişafdan qalaraq balaca qalmışlar. 28 may 2024-cü il tarixdə günorta saatlarında yenidən həmin bitkilərə qulluq etməyə gedən zaman polis əməkdaşları onu həmin yerdə saxlamışlar. Orada polis əməkdaşları onun qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirməsi barədə məlumat əldə etdiklərini bildirmişlər, o da polis əməkdaşlarının çətənə bitkiləri əkməsindən xəbəri olduğunu düşünüb etdiyi əməli etiraf etmişdir. Ona görə də polis əməkdaşlarının, aqronomun və müstəntiqin iştirakı ilə bitkiləri əkdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Qaracəlli-Əbilyataq kənd yolunun sol tərəfində olan su arxamın kənarına əkib-yetişdirdiyi iki ədəd çətənə kollarını təqdim etmiş, həmin bitkilər polis əməkdaşları tərəfindən aşkar olunaraq kökündən çıxarılıb götürülmüşdür. Həmin bitkilərə baxış keçirilən zaman aqronom bitkilərə qulluq edildiyini, diblərinin sulandığını bildirmişdir. O da etiraf edərək həmin bitkilərə qulluq göstərdiyini bildirmişdir. İki ədəd bitkinin əkildiyi yerə baxış keçirilən zaman o, məsuliyyətinin yüngülləşməsi üçün əvvəlcə bitkilərin yabanı halda bitdiyini desə də əslində həmin bitkilərin toxumunu da oraya o özü səpmişdir. Qeyd olunan iki ədəd bitki kolu aşkarlandıqdan sonra o, 31 ədəd də çətənə bitkisi əkdiyi meşə sahəsini polis əməkdaşlarına göstərmişdir. Belə ki, o, dayısı Məzahirə məxsus bağ sahəsinin içərisindən keçib oradan da meşə sahəsinə keçmiş, Qaracəlli kəndi ərazisinə düşən çətənə bitkilərini əkdiyi meşə sahəsini təqdim etmişdir. Həmin meşə sahəsində hazırladığı iki ədəd yerdən ümumilikdə 31 ədəd çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Meşə sahəsindən aşkar olunanlarla birgə ümumilikdə onun əkib yetişdirdiyi 33 ədəd çətənə bitkilərinə bənzər bitkilər aşkar olunaraq götürülmüş, həmçinin, meşə sahəsində bitkiləri əkdiyi yerdən həmin bitkiləri suvarmaq üçün istifadə etdiyi bir ədəd dəmir vedrə və bir ədəd plastmas vedrə aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Beləliklə kultivasiya edərək əkib-yetişdirdiyi ümumilikdə 33 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən bir ədəd qara rəngli sellofan torbada qablaşdırılaraq götürülmüş, o cümlədən, qeyd etdiyi kimi müstəntiq tərəfindən bitkiləri suvarmaq üçün əraziyə gətirdiyi iki ədəd vedrə də iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür.( i/v 61-63) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-in CAB-nin əməliyyat müvəkkili Şahid1 oğlu ifadəsində göstərdi ki, 28 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qaracəlli kəndi ərazisində yerləşən meşə sahəsində narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə Xaçmaz RPŞ-nin Yalama PB-nə əməliyyat məlumatı daxil olmuş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır., hadisə yerinə baxış keçirilməsi Xaçmaz RPŞnin İB-nin müstəntiqi Taleh Ağayevə həvalə olunmuşdur. X8 tərəfindən baxışda işirak etməsi üçün aqronom- mütəxəssis dəvət olunmuş, bundan sonra onlar birlikdə Xaçmaz rayonu. Qaracəlli kəndi ərazisinə getmişlər. 28 may 2024-cü il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qaracəlli kəndi ərazisində olmaqla, Qaracəlli- Əbilyataq kənd yolunda olmasını müəyyən etmişlər və həmin yerdə ona yaxınlaşıb videoçəkiliş aparılmaqla barəsində Xaçmaz RPŞ-nin Yalama PB-nə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu bildirib sonuncudan həmin məlumat barəsində soruşduqda Təqsirləndirilən şəxs etdiyi əməli etiraf edib həqiqətən də çətənə bitkiləri əkib-yetişdirdiyini bildirmişdir. Baxış başladıqdan sonra Təqsirləndirilən şəxs çətənə bitkilərinin iki ədədini kanalın kənarında, bir qədərini də meşə sahəsində əkib-yetişdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs Qaracəlli-Əbilyataq yolunun kənarında olan su arxının kənarında torpağa basdırılmış vəziyyətdə olan iki ədəd bitkiləri göstərib həmin bitkilərin çətənə bitkiləri olduğunu və onları özünün əkib-yetişdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi bitkilərin dibləri sulanmış vəziyyətdə olmuşdur. Baxışda iştirak edən mütəxəssis Şahid2 həmin bitkilərə baxış keçirib çətənə bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin iki ədəd bitkiləri göstərib həmin iki ədəd bitkiləri də digər yerdə əkdiyi çətənə bitkilərinin yanma aparıb əkməyi planlaşdırdığını bildirmişdir. Qeyd olunan bitkilər kökündən çıxarılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs sol istiqamətə getməli olduqlarını bildirmiş və öndə gedərək həmin bitkiləri əkdiyi yeri onlara təqdim etmişdir. Onlar Qaracəlli-Əbilyataq kənd yolundan 600 metr aralı məsafədə yerləşən meşə sahəsinə gəlmişlər, Təqsirləndirilən şəxs həmin yerdə olan əkib-yetişdirdiyi çətənə bitkilərini onlara təqdim etmişdir. Həmin yer Qaracəlli kəndi ərazisində yerləşməklə meşə sahəsi olmuş, meşə sahəsində torpaq sahəsi bitki və kollardan təmizlənib orada cərgə ilə səliqəli şəkildə çətənə bitkiləri əkilmişdir. Mütəxəssis Şahid2 həmin bitkilərə baxıb onlara aqrotexniki qaydada qulluq göstərildiyini, diblərinə peyin və su verildiyini bildirmişdir. Aşkar olunmuş həmin bitkilərin diblərinə baxdıqda peyin verilməsi aydın şəkildə görünmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs bitkiləri təqdim etdiyi yerdən 5-6 metr aralı məsafədə yerləşən digər təmizlənmiş yerdə də əkilmiş çətənə bitkilərini göstərib həmin bitkiləri də onun əkdiyini və qulluq göstərdiyini bildirmiş, bitkiləti bir-bir sayılaraq kökündən çıxarmışdır. Meşə sahəsində olan birinci yerdən 20 ədəd, ikinci göstərilən yerdən 11 ədəd olmaqla su arxının kənarından aşkar olunmuş bitkilərlə birlikdə ümumilikdə 33 ədəd çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq sonuncu bildirmişdir ki, həmin bitkiləri o əkib-yetişdirmişdir, özü qulluq göstərmişdir, narkotik vasitə istifadəçisi olduğu üçün özünə görə əkmişdir. Bundan sonra aşkar olunmuş 33 ədəd çətənə bitkisi bir ədəd qara rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək götürülmüş, həmçinin, hadisə yerindən aşkar olunmuş, Təqsirləndirilən şəxs çətənə bitkilərini suvarmaq üçün istifadə etdiyi bir ədəd dəmir və bir ədəd plastmas vedrələr maddi sübut kimi götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Xaçmaz Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İdarəsində aqronom vəzifəsində işləyir. 28 may 2024-cü il tarixdə Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Taleh Ağayevin dəvəti ilə Xaçmaz RPŞ-nə gəlmiş, rayon polis şöbəsində o, mütəxəssisin təyin edilməsi haqqında qərarla tanış olmuş, polis əməkdaşları ilə birlikdə Xaçmaz rayonu, Qaracəli kəndinə- Qaracəlli-Əbilyataq kənd yoluna getmişlər və orada bir nəfər şəxsə yaxınlaşıb videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və onun barəsində əməliyyat məlumatı daxil olduğunu bildirib sonuncudan həmin məlumat barəsində soruşduqda Təqsirləndirilən şəxs etdiyi əməli etiraf edib həqiqətən də çətənə bitkiləri əkibyetişdirdiyini bildirmişdir. Verilən suala cavab olaraq Təqsirləndirilən şəxs çətənə bitkilərinin iki ədədini kanalın kənarında, bir qədərini də meşə sahəsində əkib-yetişdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs sol tərəfə dönüb bir qədər irəli addımladıqdan sonra Qaracəlli-Əbilyataq yolunun kənarında olan su arxının kənarında torpağa basdırılmış vəziyyətdə olan iki ədəd bitkiləri göstərib həmin bitkilərin çətənə bitkiləri olduğunu və onları özünün əkib-yetişdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi bitkilərin dibləri sulanmış vəziyyətdə olmuşdur. Baxış zamanı o, həmin bitkilərə baxış keçirib çətənə bitkiləri olduğunu, aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin iki ədəd bitkiləri göstərib həmin iki ədəd bitkiləri də digər yerdə əkdiyi çətənə bitkilərinin yanma aparıb əkməyi planlaşdırdığını bildirmişdir. Qeyd olunan bitkilər torpaqdan kökündən çıxarılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs sol istiqamətə getməli olduqlarını bildirmiş və öndə gedərək həmin bitkiləri əkdiyi yeri onlara təqdim etmişdir.. Onlar Qaracəlli-Əbilyataq kənd yolundan 600 metr aralı məsafədə yerləşən meşə sahəsinə gəlmişlər, Təqsirləndirilən şəxs həmin yerdə olan əkib-yetişdirdiyi çətənə bitkilərini onlara onlara təqdim etmişdir. Həmin yer Qaracəlli kəndi ərazisində yerləşməklə meşə sahəsi olmuş, meşə sahəsində torpaq sahəsi bitki və kollardan təmizlənib orada cərgə ilə səliqəli şəkildə çətənə bitkiləri əkilmişdir. Baxış zamanı o, həmin bitkilərə baxıb onlara aqrotexniki qaydada qulluq göstərildiyini, diblərinə peyin və su verildiyini bildirmişdir. Aşkar olunmuş həmin bitkilərin diblərinə baxdıqda peyin verilməsi aydın şəkildə görünmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs bitkiləri təqdim etdiyi yerdən 5-6 metr aralı məsafədə yerləşən digər təmizlənmiş yerdə də əkilmiş çətənə bitkilərini göstərib həmin bitkiləri də onun əkdiyini və qulluq göstərdiyini bildirmişdir. O, həmin bitkilərə də baxış keçirib onlara aqrotexniki qaydada qulluq göstərildiyini görmüş və bitkilərin diblərinə peyin və su verildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş həmin bitkilər onun tərəfindən bir-bir sayılaraq kökündən çıxarılmışdır. Meşə sahəsində olan birinci yerdən 20 ədəd, ikinci göstərilən yerdən 11 ədəd olmaqla su arxının kənarından aşkar olunmuş bitkilərlə birlikdə ümumilikdə 33 ədəd çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs soruşmuş, verilən suala cavab olaraq sonuncu bildirmişdir ki, həmin bitkiləri o əkib-yetişdirmişdir, özü qulluq göstərmişdir, narkotik vasitə istifadəçisi olduğu üçün özünə görə əkmişdir. Bundan sonra aşkar olunmuş 33 ədəd çətənə bitkisi bir ədəd qara rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək götürülmüş, həmçinin, hadisə yerindən aşkar olunmuş, Təqsirləndirilən şəxs çətənə bitkilərini suvarmaq üçün istifadə etdiyi bir ədəd dəmir və bir ədəd plastmas vedərələr maddi sübut kimi götürülmüşdür. Baxış prosesi əvvəldən axıradək videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 göstərdi ki, o, 2022-ci ilin martın ayının 6-dan etibarən zavodda işləyir, oradan hər kimdən məlumat alınsa, habelə Xaçmaz rayon Polis İdarəsindən məlumat alınsa, onun belə işlərlə, yəni, narkotik vasitələrin əkibbecərilməsi ilə əlaqəsi olmadığını öyrənilə bilər. Ümumiyyətlə, o, 2022-ci ilin martın 6-dan 2023-cü ilin noyabr ayınadək işlədiyi zavodda yaşamış, yaşadığı kənddə olmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs tutulduğu gün həmin yerdə olmamış. X4rın torpaq ərazisinin- təqsirləndirilən şəxsin narkotik vasitə əkdiyi ərazinin yaxınında olduğu üçün polis idarəsinə aparılmışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 göstərdi ki, 2024-cü ilin may aylarında həyətyanı ərazidə ot biçdiyi zaman polis əməkdaşları onu torpaq ərazilərinin yaxınında narkotik vasitə əkildiyi, ondan bununla bağlı izahat almalı olduqları ilə bağlı məlumatlandırmışlar. Daha sonra polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə gedərkən polis maşınında Təqsirləndirilən şəxs də maşında olduğunu görmüş, Təqsirləndirilən şəxs ondan öncə saxlanılmışdır, polis maşınında gedərkən polis əməkdaşları narkotik vasitənin onun ərazisində əkildiyini demişlər. O isə bunun mümkün olmadığını demiş, daha sonra polis şöbəsində ifadəsini almışlar. Verilən suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları ona təqsirləndirilən şəxsi narkotik vasitə əkdiyi ərazidə həmin narkotik bitkiləri sulayarkən tutduqlarını demişdir. Təqsirləndirilən şəxs məhkəmədən gizlənməyinə bəraət qazandırmaq üçün onları ittiham edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 28 may 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” və 30 may 2024-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən əkilib- becərilmiş, Xaçmaz rayonu, Qaracəlli kəndi ərazisində olmaqla Qaracəlli- Əbilyataq kənd yolunun sol tərəfində olan su arxının kənarından 02 ədəd və Qaracəlli kəndi ərazisində yerləşən meşə sahəsindən 31 ədəd olmaqla külli miqdar təşkil edən ümumilikdə 33 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür.( i/v 16-19, i/v 77-78) “Baxış keçirilməsi haqqında” və 30 may 2024-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 29 may 2024-cü il tarixli 3-16-16/2-7/860 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “Xaçmaz rayonu, Qaracəlli kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən əkilmiş 33 ədəd bitki nümunəsi” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı ümumi sayı 33 (otuz üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 385,0 qram olan bitki nümunələri eyni növə aid olub əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir.( i/v 43-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin 05 iyul 2024-cü il tarixli 4618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i/v 109-110) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qaracəlli kəndi ərazisində olmaqla Qaracəlli-Əbilyataq kənd yolunun sol tərəfində olan su arxının kənarında 02 ədəd və Qaracəlli kəndi ərazisində yerləşən meşə sahəsində 31 ədəd olmaqla əkib yetişdidiyi, ümumi çəkisi 385 qram olan 33 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, habelə hadisə yerindən aşkar edilərək götürülmüş bir ədəd dəmir və bir ədəd plastmas vedrə tərəfimdən qəbul edilmiş 04 iyun 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 383,35 qram çəkidə 33 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və hadisə yerindən aşkar edilərək götürülmüş bir ədəd dəmir və bir ədəd plastmas vedrələr saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir.( i/v 79- 81) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə yerindən tapılan vedrənin ona aid olmaması, toxumlarından götürüb arxın qırağına səpdiyi iki ədəd ağacın ona məxsus olmaması, narkotik vasitələri onun yox, dayısı oğlunun əkməsi, dayısı oğlunun toyu olacağına görə onun həbs edilməməsi üçün cinayəti öz üzərinə götürməsi ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Çətənə növlü bitkilər Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Tərkibində narkotik maddələr olan bitkilər”siyahısına aiddir ( siyahı İİİ ). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən tərkibində narkotik maddələr olan bitkilərə daxil olan çətənə növlü bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 3-15 ədəd (6-30 hissə) ədədi, külli miqdar daxil olmaqla aşağı həddi 16-800 ədəd (31-1550 hissə), xüsusilə külli miqdar daxil olmaqla, aşağı hədləri 801 ədəd (1551 hissə) müəyyən edilmişdir. Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. ( i/v 22-23) Xaçmaz Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.( i/v 53-54, 69-73) 28 avqust 2024-cü il tarixli "təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (104-107) Məhkəməyədək icraat zamanı, o cümlədən məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Lakin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsindən 19 mart 2025-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonu ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 mart 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdən 28 avqust 2024-cü il tarixədək tutulduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2- ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 383,35 qram çəkidə 33 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və hadisə yerindən aşkar edilərək götürülmüş bir ədəd dəmir vedrə məhv edilməli, bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 28 may 2024-cü il tarixdən 28 avqust 2024-cü il tarixədək 03 ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 383,35 qram çəkidə 33 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və hadisə yerindən aşkar edilərək götürülmüş bir ədəd dəmir vedrə məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-138/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-138/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver