Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-139/2024 19.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, zərərşəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və İmamquliyeva llkanə Sucəddin qızının, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, eləcə də təqsirləndirilən şəxslərin (mülki cavabdehlərin) iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 3-də qeydiyyatda olmaqla, Quba şəhərində fərdi evdə kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxx 1992-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri M.İbrahimov küçəsi dalan 2 mənzil 18-də qeydiyyatda olan və faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə özgənin külli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin külli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib aralarında razılaşdıqları cinayətkar plana uyğun olaraq, Təqsirləndirilən şəxs2 cinayətdən xəbərsiz tanışı Şahid3 vasitəsi ilə özünü geniş əlaqələrə malik qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan və hissə-hissə aldığı qızıl-zinət əyşalarının qısa zaman ərzində satışını təşkil edən və dəyərinin ödənilməsini təmin edən şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 özlərinə qarşı inam yaradaraq onda olan qızıl-zinət əşyalarının əlbir olduğu tanışı Təqsirləndirilən şəxs1 vasitəsi ilə götürülməklə maneəsiz və Zərərçəkmiş şəxs1 istəyinə uyğun qiymətə satışını həyata keçirəcəyini yalandan vəd etmişlər. Bu məqsədlə, Təqsirləndirilən şəxs2 tapşırığı əsasında Təqsirləndirilən şəxs1 15 iyul 2020-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 bir ədəd 585 əyarlı, 6,5 qram çəkidə 585 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 4,2 qram çəkidə 378 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 3,4 qram çəkidə 306 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı 3,37 qram çəkidə 303,3 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 10,3 qram çəkidə 927 manat dəyərində qızıl qolbağı, bir ədəd 583 əyarlı, 5,5 qram çəkidə 495 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 6,1 qram çəkidə 549 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 5 qram çəkidə 450 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı 4,2 qram çəkidə 378 manat dəyərində qızıl qolbağı, bir ədəd 585 əyarlı, 10,5 qram çəkidə 904,5 manat dəyərində qızıl qolbağı, bir ədəd 583 əyarlı, 3,81 qram qızıl çəkidə 342,9 manat dəyərində üzük, bir ədəd 583 əyarlı, 3,2 qram çəkidə 288 manat dəyərində qızıl üzük, bir ədəd 585 əyarlı, 4,6 qram çəkidə 414 manat dəyərinə qızıl üzük, 585 əyarlı, 7,4 qram çəkidə 666 manat dəyərində bir cüt qızıl sırğa, bir ədəd 585 əyarlı, 4 qram çəkidə 360 manat dəyərində üzük, 585 əyarlı, 7,7 qram çəkidə 693 manat dəyərində bir cüt sırğa və üzük, 585 əyarlı, 15,5 qram çəkidə 1.395 manat dəyərində bir cüt sırğa və üzüyü, ümumilikdə isə 104,83 qram çəkidə, 9.434,7 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə Təqsirləndirilən şəxs2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər. Daha sonra, Təqsirləndirilən şəxs2 tapşırığı əsasında Təqsirləndirilən şəxs1 19 iyul 2020-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 bir ədəd 585 əyarlı, 10 qram çəkidə 870 manat dəyərində qızıl boyunbağı, bir ədəd 583 əyarlı, 10,55 qram çəkidə 917,85 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 14,6 qram çəkidə 1.270.2 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı, 4,05 qram çəkidə 352,35 manat dəyərində qızıl kulon, bir ədəd 585 əyarlı, 12,85 qram çəkidə 1.117,95 manat dəyərində qızıl qolbağı, bir ədəd 585 əyarlı, 13,2 qram çəkidə 1.148,4 manat dəyərində qızıl qolbağı, bir ədəd 585 əyarlı, 13.65 qram çəkidə 1187,55 manat dəyərində qızıl qolbağı, bir dəst 585 əyarlı, 15,8 qram çəkidə 1.374,6 manat dəyərində bir cüt sırğa və üzük, bir dəst 585 əyarlı, 10,4 qram çəkidə 904,8 manat dəyərində bir cüt sırğa və üzük, bir dəst 585 əyarlı, 16,6 qram çəkidə 1.444,2 manat dəyərində bir cüt sırğa və üzük, bir dəst 585 əyarlı 12,1 qram çəkidə 1.052,7 manat dəyərində bir cüt sırğa və üzük, 585 əyarlı, 5 qram çəkidə 435 manat dəyərində bir cüt qızıl sırğa, bir ədəd 583 əyarlı, 13,8 qram çəkidə 1.200,6 manat dəyərində qızıl boyunbağı, bir ədəd 583 əyarlı, 7,7 qram çəkidə 669,9 manat dəyərində qızıl kulon, bir dəst 585 əyarlı, 10,8 qram çəkidə 939,6 manat dəyərində bir cüt sırğa və üzük, 585 əyarlı, 1,54 qram çəkidə 133,98 manat dəyərində bir ədəd qızıl boyunbağı, bir dəst 585 əyarlı, 12,64 qram çəkidə 1099,68 manat dəyərində bir ədəd qolbağı, boyunbağı, üzük və bir cüt sırğa, bir dəst 585 əyarlı, 15,05 qram çəkidə 1.309.35 manat dəyərində bir ədəd qolbağı, bir ədəd boyunbağı, bir ədəd üzük və bir cüt sırğa, 585 əyarlı, 1.35 qram çəkidə 117,45 manat dəyərində bir ədəd qızıl boyunbağı, ümumilikdə 201,68 qram çəkidə, 17.546,16 manat dəyərində qızıl-zinət əşyalarını və qarşılıqlı razılığa əsasən ümumi məbləğə əlavə edilmiş 1.500 manat da əlavə olunmaqla 19.046,16 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə Təqsirləndirilən şəxs2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 Cəmaləddin oğlu 20 iyul 2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı, 8,1 qram çəkidə 729 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 5,8 qram çəkidə 522 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 10,400 qram çəkidə 936 manat dəyərində bir dəst-bir cüt sırğa və bir ədəd üzüyü, 585 əyarlı 4,100 qram çəkidə 369 manat dəyərində bir cüt qızıl sırğanı, 585 əyarlı 7,7 qram çəkidə 693 manat dəyərində bir ədəd qızıl boyunbağını, 585 əyarılı 3,9 qram çəkidə 351 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 8,2 qram çəkidə 738 manat dəyərində bir dəst-bir ədəd üzüyü və bir cüt sırğanı, 585 əyarlı 4,1 qram çəkidə 369 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 4,9 qram çəkidə 441 manat dəyərində bir ədəd qızıl kulonu, 585 əyarlı 4.4 qram çəkidə 396 manat dəyərində bir cüt qızıl sırğanı, 585 əyarlı 5,7 qram çəkidə 513 manat dəyərində bir cüt qızıl sırğanı, 585 əyarlı 3,5 qram çəkidə 315 manat dəyərində bir cüt qızıl sırğanı götürməklə Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 isə ümumilikdə 70,8 qram çəkidə 6.372 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə Təqsirləndirilən şəxs2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs2 tapşırığı əsasında Təqsirləndirilən şəxs1 31 iyul 2020-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı, 14,8 qram çəkidə 1.332 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 585 əyarlı, 4.8 qram çəkidə 432 manat dəyərində bir cüt qızıl sırğa, 585 əyarlı 14,48 qram çəkidə 1.303.2 manat dəyərində bir qızıl dəst-bir ədəd sırğa və bir ədəd üzük, 585 əyarlı 6 qram çəkidə 540 manat dəyərində bir cüt qızıl sırğa, 585 əyarlı 3,2 qram çəkidə 288 manat dəyərində bir cüt qızıl sırğa, 585 əyarlı 2,9 qram çəkidə 261 manat dəyərində bir cüt qızıl sırğa, 585 əyarlı 6,05 qram çəkidə 544,5 manat dəyərində bir cüt qızıl sırğa, 585 əyarlı 11,7 qram çəkidə 1.053 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 9,7 qram çəkidə 873 manat dəyərində bir ədəd qızıl boyunbağı, 585 əyarlı 2.95 qram çəkidə 265,5 manat dəyərində bir ədəd qızıl üzük, 585 əyarlı 3,7 qram çəkiclə 333 manat dəyərində bir ədəd qızıl üzük, 585 əyarlı 3 qram çəkidə 270 manat dəyərində bir ədəd qızıl üzük, 585 əyarlı 6,15 qram çəkidə 553,5 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 5,7 qram çəkidə 513 manat dəyərində bir cüt qızıl sırğa, 585 əyalı 6,45 qram çəkidə 580,5 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 585 əyarlı 5,3 qram çəkidə 477 manat dəyərində bir ədəd qızıl qolbağı, 585 əyarlı 5,4 qram çəkidə 486 manat dəyərində bir ədəd qızıl üzük, 585 əyarlı 2,4 qram çəkidə 216 manat dəyərində bir ədəd qızıl üzük, 585 əyarlı 9,3 qram çəkidə 837 manat dəyərində bir ədəd qızıl boyunbağı, 585 əyarlı 6.25 qram çəkidə 562,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 585 əyarlı 3,8 qram çəkidə 342 manat dəyərində bir ədəd qızıl üzük, 585 əyarlı 11,3 qram çəkidə 1.017 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 585 əyarlı 3,8 qram çəkidə 342 manat dəyərində bir ədəd qızıl kulon, 585 əyarlı 2,45 qram çəkidə 220,5 manat dəyərində bir ədəd qızıl kulon, 585 əyarlı 13,5 qram çəkidə 1215 manat dəyərində bir qızıl dəst-bir ədəd kulon, bir ədəd qolbağı, bir ədəd üzük, bir cüt sırğa, 585 əyarlı 1,9 qram çəkidə 171 manat dəyərində bir ədəd qızıl boyunbağı, cəmi çəkisi 166,98 qram çəkidə 15.028,2 manat dəyərində və bundan əlavə 750 əyarlı 8,7 qram çəkidə 1.131 manat dəyərində bir cüt qızıl sırğa, 28,700 qram çəkidə 3.731 manat dəyərində bir qızıl dəst-bir ədəd üzük, bir cüt sırğa, bir ədəd qolbağı, bir ədəd boyunbağı, 750 əyarlı 27,55 qram çəkidə 3.581,5 manat dəyərinə bir qızıl brilyant dəst-bir ədəd qolbağı, bir ədəd boyunbağı, bir ədəd üzük, bir cüt sırğa, cəmi 64,95 qram çəkidə 8.443,5 manat dəyərində, 585 əyarlı 23,56 qram çəkidə 2.120,4 və 21,5 qram çəkidə 1.935 manat dəyərində olmaqla ümumilikdə 276,99 qram çəkidə 23.471,47 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə Təqsirləndirilən şəxs2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər, həmin qızıl-zinət əşyalarından yuxarıda qeyd olunan hissəsi Zərərçəkmiş şəxs1 Məxsus olmaqla, 585 əyarlı 23,32 qram çəkidə 2.098 manat dəyərində qızıl-zinət əşyaları sonuncuya digər Zərərçəkmiş şəxs2 tərəfindən satmaq üçün verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 Cəmaləddin oğlu 02 avqust 2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı, 3,35 qram çəkidə 301,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,68 qram çəkidə 241,2 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,74 qram çəkidə 246,6 manat dəyərində bir ədəd qızıl üzük, 2,81 qram çəkidə 252,9 manat dəyərində bir ədəd qızıl üzük, 3,04 qram çəkidə 273,6 manat dəyərində bir cüt qızıl sırğa, 2,74 qram çəkidə 246,6 manat dəyərində bir cüt qızıl sırğa, 3,7 qram çəkidə 333 manat dəyərində bir cüt qızıl sırğa, 1,84 qram çəkidə 165,6 manat dəyərində bir ədəd qızıl üzük, 2,43 qram çəkidə 218,7 manat dəyərində bir ədəd qızıl üzük, 2,7 qram çəkidə 243 manat dəyərində bir ədəd qızıl üzük, 1,94 qram çəkidə 174,6 manat dəyərində bir ədəd qızıl üzük, 1,41 qram çəkidə 126,9 manat dəyərində bir cüt qızıl sırğa, 1,38 qram çəkidə 124,2 manat dəyərində bir cüt qızıl sırğa, 6,05 qram çəkidə 544,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,95 qram çəkidə 265,5 manat dəyərində bir ədəd qızıl qolbağı, 4,56 qram çəkidə 410,4 manat dəyərində bir cüt qızıl sırğa, 4,75 qram çəkidə 427,5 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 3,8 qram çəkidə 342 manat dəyərində bir ədəd qızıl qolbağı, 16,51 qram çəkidə 1.485,9 manat dəyərində qızıl dəsti - bir ədəd boyunbağı, bir ədəd kulon, bir ədəd qolbağı, bir ədəd üzük, bir cüt sırğa götürməklə Siyəzən şəhərində Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 isə 71,38 qram çəkidə, 6.424,2 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə Təqsirləndirilən şəxs2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 Cəmaləddin oğlu 03 avqust 2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, “Kristal Abşeron" yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı “Pandora" firmasına aid 8,8 qram çəkidə 815,76 manat dəyərində bir ədəd qızıl qolbağı, 9,4 qram çəkidə 871,38 manat dəyərində bir ədəd qızıl boyunbağı, 6,2 qram çəkidə 574,74 manat dəyərində bir ədəd qızıl kulon, 3,21 qram çəkidə 297,567 manat dəyərində bir ədəd qızıl üzük, 4,2 qram çəkidə 389,34 manat dəyərində bir cüt qızıl sırğa, 4,4 qram çəkidə 407,88 manat dəyərində bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl kulon, 2,55 qram çəkidə 236,385 manat dəyərində bir ədəd qızıl üzük, 4 qram çəkidə 370,8 manat dəyərində bir ədəd qızıl üzük, 4,3 qram çəkidə 398,61 manat dəyərində bir ədəd qızıl üzük, 3,45 qram çəkidə 319,815 manat dəyərində bir ədəd qızıl üzük, 2,45 qram çəkidə 227,115 manat dəyərində bir ədəd üzük, 12,55 qram çəkidə 1.163,385 manat dəyərində 1 qızıl dəst, 9 qram çəkidə 834,3 manat dəyərində sırğa və üzükdən ibarət qızıl dəsti götürməklə Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 isə ümumilikdə 74,91 qram çəkidə, 6.945,2 manat dəyərində, qızıl-zinət əşyalarını almaqla Təqsirləndirilən şəxs2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər, həmin qızıl-zinət əşyalarından 53,36 qram çəkidə, 4.946,4 manat dəyərində qızıl-zinət əşyaları Zərərçəkmiş şəxs1 Məxsus olmaqla, 21,55 qram çəkidə 1.997,7 manat dəyərində qızıl-zinət əşyaları sonuncuya digər Zərərçəkmiş şəxs3 tərəfindən satmaq üçün verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 Cəmaləddin oğlu 07 avqust 2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı, 2,800 qram çəkidə 266 manat dəyərində ədəd qızıl boyunbağı, 7,4 qram çəkidə 703 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,400 qram çəkidə 228 manat dəyərində bir ədəd qızıl kulon, 4,3 qram çəkidə 408,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 8,75 qram çəkidə 831,25 manat dəyərində bir ədəd qızıl qolbağı, 3,7 qram çəkidə 351,5 manat dəyərində bir cüt qızıl sırğa, 4,25 qram çəkidə 403,75 manat dəyərində bir cüt qızıl sırğa, 10,7 qram çəkidə 1.016,5 manat dəyərində qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 11,7 qram çəkidə 1.111,5 manat dəyərində qızıl dəst-bir cüt sırğa, bir ədəd üzük, 3,8 qram çəkidə 361 manat dəyərində bir ədəd qızıl sırğa, 2,25 qram çəkidə 213,75 manat dəyərində bir cüt qızıl sırğa, 5,55 qram çəkidə 527,25 manat dəyərnidə bir cüt qızıl sırğa, 3,1 qram çəkidə 294,5 manat dəyərində bir ədəd qızıl üzük, 2,3 qram çəkidə 218,5 manat dəyərində bir ədəd qızıl (tiffani) üzük, 1,25 qram çəkidə 118,75 manat dəyərnidə bir ədəd qızıl kulonu götürməklə Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 isə ümumilikdə 74,25 qram çəkidə, 7.053,75 manat dəyərində qızıl-zinət əşyalarını almaqla Təqsirləndirilən şəxs2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 Cəmaləddin oğlu 12 avqust 2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı, 12,4 qram çəkidə 1.147 manat dəyərində qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 9 qram çəkidə 832,5 manat dəyərində qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 8,45 qram çəkidə 781,6 manat dəyərində qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 12,4 qram çəkidə 1.147 manat dəyərində qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 8,11 qram çəkidə 750,175 manat dəyərində qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 5 qram çəkidə 462,5 manat dəyərində bir ədəd qızıl kulon, 5,9 qram çəkidə 545,75 manat dəyərində bir ədəd qızıl boyunbağı, 5,6 qram çəkidə 518 manat dəyərində bir ədəd qızıl boyunbağı, 6,65 qram çəkidə 615,125 manat dəyərində bir ədəd qızıl boyunbağı, 7 qram çəkidə 647,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 5,55 qram çəkidə 513,375 manat dəyərində bir ədəd qızıl boyunbağı, 3,1 qram çəkidə 286,75 manat dəyərində bir cüt qızıl sırğa, 1,9 qram çəkidə 175,75 manat dəyərində bir cüt qızıl sırğa, 3,9 qarm çəkidə 360,75 manat dəyərində bir cüt qızıl sırğa, 1,7 qram çəkidə 157,25 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,75 qram çəkidə 254,375 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,8 qram çəkidə 259 manat dəyərində bir ədəd qızıl boyunbağı, 3 qram çəkidə 277,5 manat dəyərində bir ədəd qızıl üzük, 2,3 qram çəkidə 212,75 manat dəyərində bir ədəd qızıl üzük, 2,95 qram çəkidə 272,875 manat dəyərində bir ədəd qızıl üzük, 2,75 qram çəkidə 254,375 manat dəyərində bir ədəd qızıl üzük, 2 qram çəkidə 185 manat dəyərində bir ədəd qızıl üzük, 3,6 qram çəkidə 333 manat dəyərində bir ədəd qızıl boyunbağı bir ədəd qızıl kulonla birlikdə, 3,2 qram çəkidə 296 manat dəyərində bir ədəd qızıl qolbağı götürməklə Siyəzən şəhərində Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 isə ümumilikdə 122,01 qram çəkidə 11.285,925 manat dəyərində qızıl-zinət əşyalarını almaqla Təqsirləndirilən şəxs2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 Cəmaləddin oğlu 14 avqust 2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı 15,1 qram çəkidə 1.389,2 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 15,7 qram çəkidə 1.444,4 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 12,9 qram çəkidə 1.186,8 manat dəyərində bir qızıl dəst-bir cüt sırğa və bir ədəd üzük, 10,7 qram çəkidə 984,4 manat dəyərində bir ədəd boyunbağı, 5,65 qram çəkidə 519,8 manat dəyərinə bir cüt sırğa, 3,4 qram çəkidə 312,8 manat dəyərində bir ədəd qızıl üzük, 5,75 qram çəkidə 529 manat dəyərində bir ədəd qızıl qolbağı, 2,75 qram çəkidə 253 manat dəyərində bir ədəd qızıl qolbağı, 13,8 qram çəkidə 1.269,6 manat dəyərində bir ədəd qızıl boyunbağı, 3 qram çəkidə 276 manat dəyərində bir ədəd qızıl kulon götürməklə Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 isə ümumilikdə 111,41 qram çəkidə 10.249,72 manat dəyərində qızıl-zinət əşyalarını almaqla Təqsirləndirilən şəxs2 ilə birgə dələduzluq yolu ilə ələ keçirmişlər, həmin qızıl-zinət əşyalarından 88,75 qram çəkidə 8.165 manat dəyərində qızıl-zinət əşyaları Zərərçəkmiş şəxs1 Məxsus olmaqla, 22,66 qram 2.084,72 manat dəyərində qızıl-zinət əşyaları sonuncuya digər Zərərçəkmiş şəxs2 tərəfindən satmaq üçün verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 Cəmaləddin oğlu 16 avqust 2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 585 əyarlı, 18,62 qram çəkidə 1.713,04 manat dəyərində bir ədəd qızıl boyunbağı, 4,85 qram çəkidə 446,2 manat dəyərində bir ədəd qızıl boyunbağı, 7,9 qram çəkidə 726,8 manat dəyərində bir ədəd qızıl boyunbağı, 7,92 qram çəkidə 728,64 manat dəyərində bir ədəd qızıl qolbağı, 4,45 qram çəkidə 409,4 manat dəyərində bir ədəd qızıl kulon, 4,5 qram çəkidə 414 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,6 qram çəkidə 239,2 manat dəyərində bir ədəd qızıl boyunbağı, 4,12 qram çəkidə 379,04 manat dəyərində bir cüt qızıl sırğa, 3,6 qram çəkidə 331,2 manat dəyərində bir ədəd qızıl kulon, 1,42 qram çəkidə 130,64 manat dəyərində bir ədəd qızıl kulon, 2,2 qram çəkidə 202,4 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,1 qram çəkidə 193,2 manat dəyərində bir ədəd qızıl qolbağı, 3,23 qram çəkidə 297,16 manat dəyərində bir cüt qızıl sırğa, 2,9 qram çəkidə 266,8 manat dəyərində bir ədəd qızıl üzük, 2,1 qram çəkidə 193,2 manat dəyərində bir ədəd qızıl üzük, 3,5 qram çəkidə 322 manat dəyərində bir ədəd qızıl boyunbağı, 4,32 qram çəkidə 397,44 manat dəyərində bir ədəd qızıl qolbağı, 1,3 qram çəkidə 119,6 manat dəyərində bir cüt qızıl sırğa, 2,6 qram çəkidə 239,2 manat dəyərində bir cüt qızıl sırğa, 4,4 qram çəkidə 404,8 manat dəyərində bir cüt qızıl sırğa, 3,4 qram çəkidə 312,8 manat dəyərində bir ədəd qızıl üzük, 2 qram çəkidə 184 manat dəyərində bir ədəd qızıl qolbağı, 2,4 qram çəkidə 220,8 manat dəyərində bir ədəd qızıl üzük, 2,52 qram çəkidə 231,84 manat dəyərində bir cüt qızıl sırğa, 4,4 qram çəkidə 404,8 manat dəyərində bir ədəd qızıl üzük, 3,25 qram çəkidə 299 manat dəyərində bir ədəd qızıl üzük, 2,6 qram çəkidə 239,2 manat dəyərində bir ədəd qızıl üzük, 3 qram çəkidə 276 manat dəyərində bir ədəd qızıl üzük, 3,5 qram çəkidə 322 manat dəyərində bir ədəd qızıl üzük, 2,25 qram çəkidə 207 manat dəyərində bir ədəd qızıl üzüyü götürməklə Şabran şəhərində Təqsirləndirilən şəxs2 özünə vermiş, o isə ümumilikdə 117,95 qram çəkidə 10.851,4 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməklə Təqsirləndirilən şəxs1 ilə birgə talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 tapşırığı əsasında cinayətdən xəbərsiz Şahid2 Cəmaləddin oğlu 19 avqust 2020-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 götürdüyü 585 əyarlı, 17,8 qram çəkidə 1.646,5 manat dəyərində bir ədəd qızıl boyunbağı (zəncir), 7,1 qram çəkidə 656,75 manat dəyərində bir ədəd qızıl boyunbağı, 6,79 qram çəkidə 628,075 manat dəyərində bir ədəd qızıl qolbağı, 3,2 qram çəkidə 296 manat dəyərində bir ədəd qızıl üzük, 3,4 qram çəkidə 314,5 manat dəyərində bir ədəd qızıl kulon, 2,6 qram çəkidə 240.5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 3,8 qram çəkidə 351,5 manat dəyərində bir ədəd qızıl üzük, 4,7 qram çəkidə 434,75 manat dəyərində bir ədəd qızıl boyunbağı, 4,3 qram çəkidə 397,75 manat dəyərində bir ədəd qızıl qolbağı, 3,8 qram çəkidə 351,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,8 qram çəkidə 259 manat dəyərində bir cüt qızıl sırğa, 3,9 qram çəkidə 360.75 manat dəyərində bir cüt qızıl sırğa, 9,8 qram çəkidə 906,5 manat dəyərində bir qızıl dəst-bir ədəd üzük, bir cüt sırğa, 8,2 qram çəkidə 758,5 manat dəyərində bir ədəd qızıl qolbağı, 2 qram çəkidə 185 manat dəyərinə bir ədəd qızıl üzük, 3,1 qram çəkidə 286,75 manat dəyərində bir ədəd qızıl üzük, 4,2 qram çəkdə 388,5 manat dəyərində bir cüt qızıl sırğa, 3,3 qram çəkidə 305,25 manat dəyərində bir cüt qızıl sırğa, 4,8 qram çəkidə 444 manat dəyərində bir ədəd qızıl qolbağı, 3,1 qram çəkidə 286,75 manat dəyərində bir ədəd qızıl üzük, 1,8 qram çəkidə 166,5 manat dəyərində bir ədəd qızıl üzük, 2,6 qram çəkidə 240,5 manat dəyərində bir ədəd qızıl boyunbağı, 2,2 qram çəkidə 203,5 manat dəyərnidə bir ədəd qızıl boyunbağı, 11,2 qram çəkidə 1.036 manat dəyərində bir ədəd qızıl boyunbağını götürməklə Siyəzən şəhərində Təqsirləndirilən şəxs2 özünə vermiş, o isə ümumilikdə 120,49 qram çəkidə, 11.145,325 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməklə Təqsirləndirilən şəxs1 ilə birgə talamışdır. Bununla da, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda, yəni 1.103,73 qram çəkidə 92.655,86 manat dəyərində, Zərərçəkmiş şəxs3 məxsus 21,55 qram çəkidə, 1.997 manat dəyərində, Zərərçəkmiş şəxs2 məxsus 45,98 qram çəkidə, 4.182,72 manat dəyərində, ümumilikdə isə 1.171,26 qram çəkidə 98.835,58 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə alaraq onları Siyəzən və Bakı şəhərlərində müxtəlif şəxslərə razılaşdıqları qiymətdən də aşağı qiymətə satıb əldə etdikləri vəsaiti öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə, guya həmin əşyaları satıqları şəxslərin pulu verməmələri adı ilə zərərçəkmiş şəxsləri aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirib Zərərçəkmiş şəxs1, İmamquliyeva llkanə Sucəddin qızı və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid1 ilə 2020ci il tarixdə tanış olmuşdur. O, əvvəllər də alqı-satqı fəaliyyəti ilə məşğul olmuşdur. 2020-ci il tarixdə ona boyunbağı lazım olmuşdur. Bir nəfər şəxs ona istədiyi boyunbağıdan Şahid3 olacağını bildirmişdir. Daha sonra Şahid3 mobil telefon nömrəsini əldə etmiş və onunla telefon vasitəsilə əlaqə saxlamışdır. Şahid3 ona qızıl-zinət əşyalarının fotoşəkillərini göndərmişdir. Həmin fotoşəkillər içərisindən istədiyi boyunbağını seçmiş və Şahid3 bu barədə bildirmişdir. Şahid1 Şahid3 vasitəsilə onun seçdiyi boyunbağını ona göndərmiş, o da həmin boyunbağının pulunu ödəmişdir. Şahid1 ilk dəfə 04 iyul 2020-ci il tarixdə qızılzinət əşyasını götürmüşdür. İkinci dəfə 09 iyul 2020-ci il tarixdə Şahid1 qolbaq və boyunbağı göndərmişdir. Həmin ərəfələrdə Şahid1 Şahid3 onu maraqlanaraq onun barəsində soruşmuşdur. Şahid3 onun barəsində ona danışmışdır. Şahid3 onun alqı-satqı fəaliyyəti ilə məşğul olduğunu, həyat yoldaşının da Dağıstan Respublikasından mallar göndərdiyini və s. demişdir. Bundan sonra Şahid1 özü onunla əlaqə saxlamaq istəmiş, Şahid3 onun mobil telefon nömrəsini istəmişdir. Şahid1 ilə bu cür tanış olmuşlar. Şahid1 ilə bundan sonra danışıqları başlamışdır. Bundan sonra onların alqı-satqı fəaliyyətinə Şahid3 vasitəçilik etməmiş, onlar bilavasitə bir-biri ilə danışıqlar həyata keçirmişlər. Şahid3 həyat yoldaşının ona icazə vermədiyini, özünün də bu cür vasitəçilik etməyə qorxduğunu bildirmişdir. 19 iyul 2020-ci il tarixdə Şahid1 ona başqa bir şəxsə 2000 manat məbləğində borcu olduğunu bildirmiş, ondan 2000 manat məbləğində pul verməyini xahiş etmiş, əvəzində isə ona 2000 manat dəyərində qızıl-zinət əşyaları göndərməyi təklif etmişdir. O, bu təkliflə razılaşmış və ona 2000 manat məbləğində pul göndərmiş, o isə ona 6400 manat dəyərində qızıl-zinət əşyaları göndərmişdir. Şahid1 onun qızıl-zinət əşyalarını nisyə verdiyini bildirmişdir. Şahid1 da ona həmin 6400 manat dəyərində olan qızıl-zinət əşyalarının əvəzini hissə-hissə verə biləcəyini, bunda heç bir problem olmadığını bildirmişdi. Şahid1 ilə neçə dəfə alqı-satqı həyata keçirdiklərini dəqiqliklə xatırlamır. Təqsirləndirilən şəxs1 telefon satışı ilə məşğul olurdu. Onun həyat yoldaşı satmaq üçün telefon gətirdikdə, o, bu telefonları Təqsirləndirilən şəxs1 vermişdir. O, Şahid4, Şahid2 və Şahid5 görməmiş, onlarla əlaqədə olmamışdır. Şahid1 sonuncu dəfə 16 avqust 2020-ci il tarixdə qızıl-zinət əşyaları götürmüşdür. Aralarında olan danışığa əsasən, götürdüyü qızılzinət əşyalarının pulunu hissə-hissə ödəməli idi. Bir gün Şahid1 zəng edərək, ondan qızılzinət əşyalarının pulunu istədiklərini, pis vəziyyətdə olduğunu və s. bildirmişdir. O, Şahid1 14900 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. Aralarında olan razılaşmaya əsasən, həmin 14900 manat dəyərində olan qızıl-zinət əşyalarının pulunu 14 sentyabr 2020-ci il tarixdək ödəməli idi. O isə 29 iyul 2020-ci il tarixdə həmin qızıl-zinət əşyalarının dəyərini tam olaraq ödəmiş və Şahid1 ona yenidən qızıl-zinət əşyaları göndərmişdir. Şahid1 təcili pul lazım olduğunu bildirdikdən sonra təxminən 6000-7000 manat məbləğində pul toplayaraq ona göndərmişdir. Lakin qalanını birdən-birə toplaya bilmədiyini demişdir. Şahid1 ona Siyəzən şəhərinə gələcəklərini demişdir. O da ondan Siyəzənə gəlməməklərini xahiş etmişdir. Şahid1gil Şahid3 yaşadığı evə gəlmişlər. O, Şahid1 göndərməli olduğum pulları övladı vasitəsilə Şahid3 göndərirdi. Şahid3 da həmin pulu ödəmə terminalı vasitəsilə Şahid1 məxsus bank kartına köçürürdü. Onun da Şabran şəhərində yaşayan şəxslərə nisyə verdiyi qızıl-zinət əşyaları var idi. Həmin qızıl-zinət əşyalarının pullarını aldıqdan sonra Şabran şəhərindən ödəmə terminalı vasitəsilə Şahid1 məxsus bank kartına köçürmüşdür. Şahid1 ona Sevda adlı şəxsə məxsus bank kartının nömrəsini də vermişdir. Şahid1 Sevda adlı şəxsi onun iş yoldaşı kimi ona təqdim etmişdir. Sevda adlı şəxs onu hədələyərək pul istəmişdir. O, onun da kartına pul köçürməsi həyata keçirmişdir. Şahid1 yenidən onun yaşadığı evə gələcəklərini bildirmişdir. Bundan əvvəl onun hədələnməyi, həyat yoldaşının da evdə olmamağı və s. bu kimi amillər onu qorxudurdu. 29 avqust 2020-ci il tarixdə 3 övladı ilə birlikdə xalasıgilə getmişdir. Onlar onun yaşadığı evə gəldikdə, orada onlara 71000 manat məbləğində borcu olduğunu bildirmişlər. Hətta qayınanası Şahid1gilə 71000 manat məbləğində pulun ödəniləcəyini, narahat olmamaqlarını bildirmişdir. Növbəti gün o, öz evinə qayıtmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 polis orqanına şikayət edir, onun da izahatı alınır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona borcun 75000 manat olduğunu bildirmişdir. Şahid1 ona qızıl-zinət əşyaları verdikdən sonra həmin qızıl-zinət əşyalarının dəyəri o dövrdəki kurs qiymətinə uyğun olaraq artırdısa, ondan bu malların dəyərini artmış məbləğdə tələb edirdilər. Təbii ki, o da qızıl-zinət əşyalarını artıq satdığını bildirərək, onunla razılaşmırdı. Alqı-satqı fəaliyyəti həyata keçirilən dövrdə Şahid1gilə ümumilikdə, 41000 manat məbləğində pul ödənişi həyata keçirmişdir. Alqı-satqı fəaliyyəti dayandırıldıqdan, yəni aralarında mübahisə yarandıqdan sonra 10000 manat məbləğində həyat yoldaşı pul vermişdir, bu pulun 20 manatını Zərərçəkmiş şəxs1 geri qaytarmışdır, lakin bu məbləği nə üçün geri qaytardığını bilmir. Abşeron rayonu, Xırdalan şəhərində həyat yoldaşı 10000 manat məbləğində pul vermişdir. Məhkəməyədək icraat zamanı hissə-hissə olmaqla, 2500 manat məbləğində pul vermişdir. Onun barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclası keçirildiyi ərəfədə Asif Piriyev vasitəsilə 1000 manat məbləğində pul vermişdir. Şahid5 və Şahid4 11000 manat məbləğində pul vermişlər. Təqsirləndirilən şəxs1 Nəriman Atakişiyev vasitəsilə 1000 manat məbləğində pul vermişdir. Şahid3 onun əvəzindən 1500 manat məbləğində pul vermişdir, hansı ki, həmin pulu o, sonradan Şahid3 qaytarmışdır. Daha sona Nəriman Atakişiyev vasitəsilə o, 1000 manat vermişdir. Təqsirləndirilən şəxs1 Nəriman Atakişiyev vasitəsilə 2000 manat məbləğində pul vermişdir. O və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında hər birinə 1300 manat olmaqla, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vermişlər. Daha sonra məhkəmə iclas zalında Təqsirləndirilən şəxs1 1000 manat məbləğində pul vermişdir. O da məhkəmə iclas zalında 1000 manat məbləğində pul vermişdir. Hazırda da 1000 manat məbləğində ödəniş etmək istəyir. O, hazırda Quba şəhərində yaşayır. Qeyd etdiyi proseslər baş verən dövrdə Siyəzən şəhərində yaşayırdı. Şahid3 02 iyul 2020-ci il tarixdə tanımışdır. Ondan iki dəfə olmaqla, 670 manat və 940 manat dəyərində qızıl-zinət əşyaları götürmüş və bu əşyaların dəyərini nağd şəkildə ödəmişdir. Şahid3 qızıl-zinət əşyalarını oğlu gedib göndərmişdir. Şahid3 iki dəfə aldığı qızıl-zinət əşyalarını Şahid1 götürdüyünü bildirmişdir. Alqı-satqı fəaliyyəti həyata keçirilməsi təşəbbüsü Şahid1 tərəfindən irəli sürülmüşdür. Şahid1 ilə alqısatqı fəaliyyətinə 19 iyul 2020-ci il tarixdə başlamışlar. İlk dəfə nə qədər qızıl-zinət əşyaları verdiyini xatırlamır. Xatırladığı qədərilə Şahid1 ilk dəfə qızıl-zinət əşyalarını Şahid2 götürərək Təqsirləndirilən şəxs1 vermişdir, Təqsirləndirilən şəxs1 həmin qızıl-zinət əşyalarını ona vermişdir. Şahid1 qızıl-zinət əşyalarını əksər hallarda Şahid2 götürürdü. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yadında qaldığı qədərilə 2 dəfə qızıl-zinət əşyaları götürmüşdür.O, Şahid2 tanımırdı. O, Şahid3 qohumu idi. Təqsirləndirilən şəxs1 götürdüyü qızıl-zinət əşyalarını ona gətirib verirdi. Onun tapşırığı ilə telefon, qızıl-zinət əşyaları aparırdı. O, sadəcə Təqsirləndirilən şəxs1 hansı malın hansı qiymətə satıla biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 isə həmin əşyaları kimə satdığını bilmir. O, ümumiyyətlə, Zərərçəkmiş şəxs1 və Şahid1 “lom” qızıllar almışdır. Qızıl-zinət əşyalarını 54 manat, 55 manat və 63 manat olmaqla müxtəlif qiymətlərə almışdır. Təqsirləndirilən şəxs1 onu Şahid4 ilə telefon vasitəsilə danışdırmamışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyaları götürərək Şahid4 satmamışdır. Təqsirləndirilən şəxs1 ona məxsus qızıl-zinət əşyalarını 2 dəfə Şahid5 satmışdır. Təqsirləndirilən şəxs1 Şahid5 Şahid4 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs1 1 qramı 53 manat və 55 manat olmaqla aldığı qızıl-zinət əşyalarını 1 qramı 67 manat və 59 ya da ki 57 manat olan qiymətə satmışdır. O, yalnız Zərərçəkmiş şəxs1 deyil, həmçinin Şabran şəhərində yaşayan Sevda adlı qadından, Gülbacı adlı qadından qızıl-zinət əşyaları götürmüşdür. Şahid1 nə qədər məbləğdə qızıl-zinət əşyaları götürdüyünü dəqiq bilmir, lakin təqribən 67000 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. İttihamda qeyd olunan 98835,58 manat məbləğ ilə razı deyil. O, bu məbləğin 71000 manatını qəbul edir. O, təxminən 78000- 79000 manat məbləğində ödəniş etmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 3 dəfə onun tapşırığı əsasında qızıl-zinət əşyaları götürmüşdür. Bu qızıl-zinət əşyalarının hansı miqdarda və məbləğdə olduğunu dəqiq xatırlamır. Zərərçəkmiş şəxs1 baha qiymətə alaraq, başqa şəxsə ucuz qiymətə qızıl-zinət əşyaları satmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə 2018-ci il tarixdə tanış olmuşdur. Həmin vaxt o, işlənmiş mobil telefonların alqısatqısı ilə məşğul olurdu. Təqsirləndirilən şəxs2 qaynının arvadı ilə onun əmisi oğlu Şahid7 tanış idilər. Onların vasitəsilə o, Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Onu Təqsirləndirilən şəxs2 telefonların alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim etmişlər. Zərərçəkmiş şəxs1 3 dəfə Sumqayıt şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi ərazisindən götürmüşdür. O, Zərərçəkmiş şəxs1 əvvəlcədən tanımırdı. Təqsirləndirilən şəxs2 ona Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarını götürməyini bildirmişdir. Zərərçəkmiş şəxs1 götürdüyü qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 taksi vasitəsilə göndərmişdir. Qızıl-zinət əşyalarını götürüb Təqsirləndirilən şəxs2 göndərməyinin müqabilində Təqsirləndirilən şəxs2 ona təxminən 30-50 manat miqdarında pul verirdi. Zərərçəkmiş şəxs1 götürdüyü qızıl-zinət əşyaları 100 və 202 qram miqdarlarında idi. Üçüncü dəfə götürdüyü qızıl-zinət əşyalarının miqdarı isə təxminən 100 qramdan artıq miqdarda olmuşdur. Şahid4 isə qızıl-zinət əşyalarının satışı ilə məşğul olan şəxs kimi tanıyırdı. Təqsirləndirilən şəxs2 Şahid4 tanımamışdır. Təqsirləndirilən şəxs2 o, Şahid4 nəzərdə tutaraq, qızıl-zinət əşyalarının satışı ilə məşğul olan tanışı olduğunu bildirərək, onun razılığı ilə Şahid4 qızıl-zinət əşyaları vermişdir. Şahid4 ona verdiyi qızıl-zinət əşyalarının pullarını ona vermişdir. Həmin pulların bir qismini Şahid1 məxsus bank kartına, digər qismini isə Təqsirləndirilən şəxs2 göndərmişdir. Onun Təqsirləndirilən şəxs2 tapşırığı əsasında qızıl-zinət əşyalarını satmağında heç bir marağı olmamışdır. Təqsirləndirilən şəxs2 2021-ci il tarixdən tanıdığı, onunla mütəmadi telefon alqı-satqısı həyata keçirdiyi və bir-birilərinə etibar etdikləri üçün ona qızıl-zinət əşyalarının satılmasında kömək etmişdir. Ona sadəcə yol xərci, siqaret pulu və s. kimi pullar çatırdı. Onun qızıl-zinət əşyalarının növündən, dəyərindən və s. anlayışı olmamışdır. Şahid4 qızıl-zinət əşyalarını göstərən zaman bəzi qızılların “lom” qızıl olduğunu bildirmişdir. Bu səbəbdən verdiklərinin içərisində “lom” qızıllar olduğunu bilirdi. Şahid4 “lom” qızılların bir qramını 65 manatdan hesablanmaqla vermişdir. Təqsirləndirilən şəxs2 həmin qızılları Zərərçəkmiş şəxs1 hansı qiymətə götürdüyünü bilməmişdir. Ümumiyyətlə, qızıl-zinət əşyalarının həmin vaxt üçün olan bazar dəyərini bilmirdi. Şahid4 təklif etdiyi qiyməti Təqsirləndirilən şəxs2 bildirmişdir. Onun razılığı ilə təklif olunan qiymətə qızıl-zinət əşyalarını satmışdır. Şahid4 verdiyi pulların bir hissəsini Şahid1 məxsus bank kartına, digər hissəsini isə Təqsirləndirilən şəxs2 göndərmişdir. Şahid4 birdəfəlik 10000 manat məbləğində pul almamışdır. Şahid1 məxsus bank kartına ümumilikdə, 5000 manatdan çox pul köçürmüşdür. Şahid4 qızıl-zinət əşyalarını verdikdə, onun təklif etdiyi məbləği Təqsirləndirilən şəxs2 bildirir, Təqsirləndirilən şəxs2 da razı olub-olmamağı, qızıl-zinət əşyalarını satıb-satmamağı barədə bildirirdi. Şahid4 və Şahid5 verdiyi qızıl-zinət əşyalarının içərisində “lom” qızıllar da olmuşdur, üzərlərində “birka”lar olan qızıl-zinət əşyaları da var idi. Üzərlərində “birka” olan qızıl-zinət əşyalarını “lom” qızıl qiymətinə satmamışdır. Təqsirləndirilən şəxs2 da bu cür etməyi barədə ona bildirməmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 2018-ci ildən tanıyır, münasibətləri normaldır, ədavət və düşmənçilikləri yoxdur. Belə ki, əmisinin oğlu Əlizadə X4 qaynı arvadı Ziyadə adlı qadınla xeyli müddət bir-birlərini tanımışlar, onu da Fərhad Ziyadənin vasitəsi ilə Qızlgüllə tanış etmişdir. O, da Qızılgüllə telefonla danışmağa başlamış, danışıq zamanı Qızılgül bilirmişdir ki, Murad telefon alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin iyul ayının ortalarında telefon danışığı zamanı Qızılgül ona bildirmişdir ki, çoxdan tanıdığı Bəhruz adlı şəxslə yenidən qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaq qərarına gəlmişdir. Lakin pandemiya ilə əlaqədar o yaşadığı Siyəzən rayonundan çıxa bilmir. O, da həmin vaxt Lökbatan qəsəbəsində adını xatırlamadığı şirkətdə fəhlə işləmişdir, Bakı şəhəri Q.Qarayev metrostansiyasının yaxınlığında kirayədə yaşamışdır. Bunları da Qızılgül də ətraflı şəkildə bilmişdir. Qızılgül ona bildirəndə ki, qızıl-zinət əşyalarını Bəhruz adlı şəxsdən götürüb, satmaq lazımdır, yəni qızılı alacaq adam tapmaq lazımdır. O, da əvvəldən rayon adamı kimi tanıdığı Məhəmməd adlı şəxsin işlədiyi mağazanın yerini bildiyindən, onun işlədiyi mağazaya getmiş, oradan telefon nömrəsini əldə edib, onunla əlaqə saxlamışdır. Həmin ərazidə onunla görüşmüş, Məhəmmədə bildirmişdir ki, qızı-zinət əşyaları vardır, həmin əşyaları satmaq istəyir. Məhəmməd də ondan həmin əşyaların kimə məxsus olmasını soruşduqda o, da bildirmişdir ki, narahat olma əşyalar öz tanışınındır. Bundan sonra o, Qızılgüllə danışmış, o, da ona Bəhruz adlı şəxsin telefon nömrəsini vermiş, bildirmişdir ki, həmin şəxs Sumqayıt şəhəri “Kristal Abşeron” yaşayış kompleksində yaşayır, qızılları ondan götürmək lazımdır. Söhbət zamanı Məhəmməd ona bildirmişdir ki, boş vaxtlarında taksi kimi fəaliyyət göstərir, ona görə də o, Məhəmmədə demişdir ki, elə onun özü ilə Sumqayıt şəhərinə gedib qızılları götürsünlər, taksi pulunu da ona versin. O, da razılaşmış, birlikdə günün ikinci yarısında Sumqayıt şəhərinə getmişlər, orada Bəhruz adlı şəxslə görüşmüşlər, Qızılgülün tapşırığı ilə o, Bəhruza özünü təqdim edərək bildirmişdir ki, guya Qızılgülün bacısı Növrəstənin qaynı oğludur. O, əslində Qızılgülün niyə belə dediyinin səbəbini bilməmişdir. O, Məhəmmədlə birlikdə qeyd etdiyi yerə gedib Bəhruz adlı şəxslə gürüşmüş və ona bir büküm selofanda olan qızıl-zinət əşyalarını verib, başqa söz demədən sağollaşmışdır. Sonra Məhəmmədlə birlikdə onun işlədiyi mağazaya gəlmiş, orada selofanı açmışlar və selofanda olan qızıl-zinət əşyalarını Məhəmməd çəkmiş, təxminən 100 qram çəki təşkil etmişdir. Məhəmməd bildirmişdir ki, qızılın qramını 52 manatdan alacaqdır, o, da həmin vaxt Qızılgüllə danışıb, ona bu barədə bildirmiş, Qızılgül də həmin qiymətə razılaşdığını bildirmişdir, o, da bunu Məhəmmədə bildirmişdir. Məhəmmədin ona verdiyi 5243 manat pulu götürmüş, özünə çatası, əziyyət haqqı olan 50 manat pulu özünə götürmüş, pulun bir hissəsini Qızılgülün ona göndərdiyi və Şahid1 adına olan, "xxxx"-a aid karta ödəmiş, digər hissəsini isə “Şamaxinka” adlanan ərazidə olan Siyəzən rayonuna gedən taksi ilə Qızılgülə çatdırılması üçün göndərmişdir. Bir neçə gün sonra o, yenə də Qızılgülün sözünə əsasən Məhəmmədlə Sumqayıt şəhərinə getmiş, orada yenə də Bəhruz adlı şəxslə görüşmüş, ondan bir bükümdə olan qızılları götürmüş, yenə də Məhəmmədin işlədiyi mağazaya getmişlər, orada selofanı açdıqda müxtəlif növdə olan qızıl-zinət əşyaları çıxmış, çəkərkən 202 qram təşkil etmişdir. Məhəmməd yenə də qızılın qramını 52 manatdan alacağını demiş, buna görə Qızılgüllə danışıb razılaşmış və Məhəmməd ona təxminən 10.000 manat pul vermişdir. O, da 200 manat pulu özünə götürmüş, yerdə qalan pulun bir hissəsini yenə də Çiçək adlı şəxsin kartına, bir hissəsini də Qızılgülün tapşırığı ilə ona göndərmişdir. Təxminən iyul ayının sonunda o, yenə də Qızılgüllə danışmış, tanımadığı taksi ilə Sumqayıt şəhərinə getmiş, orada o, Bəhruz adlı şəxslə görüşmüş, yenə də ondan bir büküm almış, Məhəmmədin iş yerinə gəlmişdir. Orada bükümü açdıqda təxminən 37 qram 750 əyarlı qızıl ağ rəngdə, qalanı isə təxminən 170 qram isə sarı rəngli qızıllar aşkar olmuşdur. Yenə də Məhəmmədin təklifi və Qızılgülün razılığı ilə o, ağ qızılı 65 manatdan, digərini isə 52 mantdan satmışdır. Yadında qalmayan məbləğdə pulu Məhəmməddən almış, təxminən 40 manat pulu özünə götürmüş, qalan məbləğin də bir hissəini Çiçək adlı şəxsin kartına, bir hisəsini də Qızılgülə göndərmişdir. Bundan sonra iki dəfə müxtəlif tarixlərdə Azər adlı taksi sürücüsündən müxtəlif çəkilərdə qızıl-zinət əşyalarını götürüb Məhəmmədə satmış, yadında qalmayan məblğdə pulları ondan alıb özü üçün 30-40 manat götürmüş, qalan hissəsini də Qızılgülə və Çiçək adlı şəxsin kartına “Milli ön” terminalından göndərmişdir. Bundan sonra xatırlamadığı tarixdə Qızılgül ona demişdir ki, Bəhruz adlı şəxs qızlları Siyəzənə göndərmiş, lakin o, yenə də Bakı şəhərinə gələ bilmir. Buna görə Qızılgülün sözünə əsasən “Şamaxinka” adlanan əraziyə gəlmiş, tanımadığı, taksi sürücüsü ilə danışmış, o, da 40 manat pulun müqabilində onu Siyəzənə apara biləcəyini demişdir. Murad onunla razılaşmış, Siyəzən şəhərinə getmiş, orada məktəb binasının yanında düşmüş, Qızılgülün göndərdiyi təxminən 9-10 yaşındakı oğlan uşağı selofan bükümdə qızılları ona gətirib vermişdir. Murad da yenidən tanımadığı taksi ilə Bakı şəhərinə qayıtmış, Məhəmmədin yanına getmiş, o, isə bildirmişdir ki, pulu qurtarmışdır, ona görə də onunla birlikdə Pərvin adlı şəxsin mağazasına getmişlər. Pərvinlə tanış olduqdan sonra həmin bükümdə olan qızlları da daha sonra iki dəfə də Azər adlı şəxsdən götürdüyü qızlları da Pərvinə satmışdır. Üç dəfəyə təxminən 200 qrama yaxın qızılı o, Pərvinə satmış, ondan 11800 manat pul alıb, hər dəfəsində özünə 40-50 manat götürmüş, qalan hissəsini də Qızılgülə çatdırılması üçün taksi sürücüsü ilə göndərmişdir. Ümumiyyətlə Qızılgül ona təklif etdi ki, “qızıl alan adam tap, Bəhruz adlı şəxsdən qızılları götür, sat özün də əldə olunan puldan götür,” Buna görə ona demişdir ki, “mən bunu təşkil eləyərəm, lakin mənə çox pul lazım deyil, az miqdarda pul məni qane eləyir taksiyə, yeməyimə, siqaretimə sərf etmək üçün pul kifayətdir.” Qızılgül də bununla razılaşmışdır. O, Qızılgülün göstərişi ilə Zərərçəkmiş şəxs1 bildimişdir ki, qızlları ondan götürüb Siyəzən rayonuna göndərəcəkdir, lakin Bakı şəhərində Məhəmməd adlı şəxsə satmışdır. Bundan başqa qızılların üzərində olan birkalardan bilmişdir ki, Bəhruz onların qramını 90, 92 manatdan hesablamışdır. Bunu da Qızılgülə bildirdirmişdir ki, niyə belə ucuz satırıq o, da bildirmişdir ki, sən narahat olma, mən yekunda hər şeyi həll edəcəyəm.(Cild 1 iş vərəqləri 217-220, cild 3 iş vərəqləri 51-54, cild 4 iş vərəqləri 72-75) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi tədqiq edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində yerləşən univermaqda qızıl-zinət əşyaları satırdı. Həyat yoldaşının Şahid3 adlı tanışı var idi. Ölkə ərazisində yaranmış pandemiya vəziyyəti zamanı Şahid3 həyat yoldaşına zəng edərək, “Kardinal” modelli sep lazım olduğunu bildirmişdir. Həmin sepi bir tanışı üçün istədiyini qeyd etmişdir. Sepi Azər adlı şəxs gəlib aparmışdır. Onun istədiyi sepi verdikdən sonra həmin markalı qolbaq da lazım olduğunu bildirmişdir. Qolbağı da vermişdir. Sonra Gülçiçək zəng edərək tanışı Təqsirləndirilən şəxs2 Siyəzən şəhərində ət, geyim və s. satışı ilə məşğul olduğunu, qızıl da sata biləcəyini qeyd etmişdir. 2020-ci ilin iyul ayında 9000 manat dəyərində qızıl-zinət əşyalarını vermişdir. 1-ci dəfə 100 qram, 2-ci dəfə 170 qram, 3-cü dəfə 200 qram miqdarında qızıl-zinət əşyalarını Murad adlı şəxs gəlib aparmışdır. O, Məhəmməd adlı şəxslə gəlmişdir, hansı ki, həmin şəxs zərgər idi. Daha sonra bildirmişlər ki, qızılları Azər gəlib aparacaqdır. Azər qızıl-zinət əşyalarını aparmaq üçün gəldikdə ondan qızıllar barədə soruşduqda, qızılları Siyəzənə apardığını demişdir. Sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 həqiqəti ona deməməsi barədə Azəri məlumatlandırmışdır. Əslində isə qızıllar Siyəzənə deyil, Bakı şəhərində yerləşən Şamaxı yolu ərazisinə göndərilirdi. Murad da həmin qızıl-zinət əşyalarını dəyərindən 2 dəfə aşağı qiymətə Məhəmməd adlı şəxsə satırdı. Təqsirləndirilən şəxs2 onun həyat yoldaşına qızılların pulunu ödəyəcəyini bildirsə də, bugünədək ödəməmişdir. İlk dəfə götürdükləri qızıl-zinət əşyalarının dəyəri ödənilmişdir. 1-ci dəfə 1200 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Onun dəyərini hissə-hissə olaraq, 2 dəfəyə ödəmişlər. Qızıl-zinət əşyalarını verdikdə Təqsirləndirilən şəxs2 verdiyini bilmirdim. Yəni, Təqsirləndirilən şəxs2 tanımırdı. Təqsirləndirilən şəxs2 ilə telefon vasitəsilə belə əlaqə saxlamamışdır. Onun dini inanclı olduğu barədə məlumatlı idi. Hesab etmişdir ki, dini inancına görə, telefonda da olsa, danışıb qızıl-zinət əşyalarının satılmasının şərtləşdirilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 baldızının oğlu kimi tanıdığı Təqsirləndirilən şəxs1 3 dəfə qızıl-zinət əşyalarını aparmışdır. Təqsirləndirilən şəxs2 Azər vasitəsilə 1200 qram ölçüdə qızıl-zinət əşyaları göndərmişdir. 9000 manat dəyərində qızıl-zinət əşyaları göndərdikdə, təxminən 3000 manat ödəniş həyata keçirirdilər. Ödənişin qalanı qalırdı. Pulu tam şəkildə qaytarmırdılar. İlk dəfə razılıq əldə edilməsinə səbəb Gülçiçək olmuşdur. Gülçiçək özünün bu ortaqlığa zamin olduğunu və hər hansı problem olacağı təqdirdə lazım olarsa, evi satıb riski ödəyəcəyini bildirmişdi. Ümumilikdə 124000 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Bu məbləğdən ardıcıl olaraq, 30000 manat, 10000 manat, 13500 manat və 3000 manat olmaqla, cəmi 56500 manat məbləğində pul qaytarılmışdır. Qızıl-zinət əşyaları geri qaytarılmamışdır. Qeyd etdiyi məbləğdə qızıl-zinət əşyalarının dəyərində pul qaytarılmışdır. 124000 manat dəyərində qızıl-zinət əşyalarının əksəriyyəti onun olmuşdur. İlkanə və Dilarəni Sumqayıt şəhərində yerləşən univermaqdan tanımışdır. İlkanənin və Dilarənin qızıl-zinət əşyalarını Azər aparmışdır. Azər qızıl-zinət əşyalarını Siyəzən şəhərində Gülçiçəyə verdiyini deyirdi. Gülçiçək qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 apardığını bildirirdi. Özünün də bu işdə zamin kimi riskə ortaq olduğunu deyirdi. Gülçiçəyin özünə 2 dəfə qızıl-zinət əşyaları vermişdir. Verdiyi bu əşyalar 15000 manat dəyərində idi. Gülçiçəyə verdiyi 15000 manat dəyərindəki qızıl-zinət əşyaları 124000 manat dəyərində verilmiş qızıl-zinət əşyalarına daxildir. Onun həyat yoldaşı ilə Təqsirləndirilən şəxs2 Şahid3 tanış etmişdir. Təqsirləndirilən şəxs1 qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 aparırdı. Gülçiçək özünün bu ortaqlığa zamin olduğunu və hər hansı problem olacağı təqdirdə lazım olarsa, evini satıb riski ödəyəcəyini bildirmişdi. Qızıl-zinət əşyalarının dəyərini qaytarırdılar. Lakin, olduqca az məbləğdə qaytarırdılar.Gülçiçək daha çox ödəniş etmişdir. O da Siyəzəndən ödənişi yeznəsi vasitəsilə həyata keçirmişdir. 1 dəfə də Bakıdan Təqsirləndirilən şəxs1 vasitəsilə ödəniş etmişdi. Təqsirləndirilən şəxs1 Məhəmməd adlı şəxslə 3 dəfə gəlib qızıl aparmışlar. Məhəmməd adlı şəxs özü zərgər idi. Qızıl-zinət əşyaları dəyərindən aşağı məbləğdə digər şəxslərə satılırdı. Qızıl-zinət əşyalarının dəyərindən aşağı məbləğdə satıldığını həmin şəxslərə verdiyi əşyaları Sumqayıt şəhərində başqa bir şəxsdə gördükdə başa düşmüşdür. İlk dəfə 3 nəfər barəsində Azərbaycan Resublikasının Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayət etmişdir. Hazırki iş üzrə təqsirləndirilən şəxslərdən əlavə Gülçiçək barəsində də şikayət etmişdir. Azərbaycan Resublikasının Daxili İşlər Nazirliyində istintaq həyata keçirildiyi vaxt Azər ilə üzləşdirmələri də olmuşdur. Üzləşdirmə zamanı Azər Gülçiçəyin qızılların Siyəzənə göndərilmədiyini ona bildirməməsini dediyini qeyd etmişdir. Gülçiçəyin belə deməməsinin səbəbi Təqsirləndirilən şəxs2 ona 1000 manat məbləğində pul verməsi olmuşdur. Ola bilər ki, həmin 1000 manat məbləğində pulu Şahid3 onu onlarla tanış etməsinə görə vermişdir. Təqsirləndirilən şəxs2 Şahid3 digər bir şəxsə olan faiz borcunu ödəmişdir. Şahid3 bu halı ifadəsində təsdiq etmişdir. Danışıqları həyat yoldaşı həyata keçirirdi. Təqsirləndirilən şəxs2 bilavasitə, yəni əlbəəl qızıl-zinət əşyaları verməmişdir. Təqsirləndirilən şəxs1 19 iyul 2020-ci il tarixdə 585 əyarlı, ümumilikdə 202,7 qram çəkidə qızıl-zinət əşyaları vermişdir. Həmin qızıl-zinət əşyaları Təqsirləndirilən şəxs1 verməyini Təqsirləndirilən şəxs2 demişdir. 585 əyarlı, ümumilikdə 202,7 qram çəkidə qızıl-zinət əşyalarını verəndə Təqsirləndirilən şəxs2 tanımırdı, onunla sadəcə telefon vasitəsilə danışmışdır. Təqsirləndirilən şəxs2 2020-ci ilin iyun ayının axırında həyat yoldaşı Şahid1 ilə Şahid3 tanış etmişdir. Təqsirləndirilən şəxs1 ilk dəfə 15 iyul 2020-ci il tarixdə ümumilikdə 100,82 qram çəkidə qızıl-zinət əşyaları vermişdir. 15 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 qızıl-zinət əşyası verdikdən 4 gün sonra, yəni 19 iyul 2020-ci il tarixdə ona yenidən qızıl-zinət əşyası verməyinin səbəbi həmin qızıl-zinət əşyalarına görə 3000-3500 manat aralığında ödəniş edilməyi olmuşdur. Ödənişi ya Şahid3 ya da Təqsirləndirilən şəxs1 kart vasitəsilə həyata keçirmişdir. Üçüncü dəfə 31 iyul 2020-ci il tarixdə ümumilikdə 170 qram çəkidə qızıl-zinət əşyaları vermişdir. Həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs1, Şahid4la birlikdə gəlib götürmüşlər. Bundan əvvəl Təqsirləndirilən şəxs1 verdiyi qızıl-zinət əşyalarını da Təqsirləndirilən şəxs1 Şahid4la birlikdə gəlib götürmüşdür. İlk dəfə verdiyi 100,82 qram çəkidə qızıl-zinət əşyaları üçün 9000 manat, ikinci dəfə verdiyi 202,7 qram qızıl-zinət əşyaları üçün 19000 manat, üçüncü dəfə verdiyi 170 qram çəkidə qızıl-zinət üçün əşyaları üçün 16800 manat məbləğində ödəniş edilməli idi. Təqsirləndirilən şəxs1 ikinci dəfə qızıl-zinət əşyalarını verdikdə ilk dəfə verdiklərinin dəyərindən təxminən 3000 manat məbləğində, üçüncü dəfə qızıl-zinət əşyaları verdikdə isə ikinci dəfə verdiklərinin dəyərindən 5000 manat məbləğində ödəniş edilmişdir. Üçüncü dəfə 16800 manat məbləğində qızıl-zinət əşyalarını verdikdə təxminən 8000 manat məbləğində ödəniş həyata keçirilmişdir və 20000 manat məbləğində borc qalmışdı. Dördüncü dəfə qızıl-zinət əşyaları verdikdə, onları Şahid2 götürmüşdür. Təqsirləndirilən şəxs2 ona telefon vasitəsilə qızıl-zinət əşyalarını Azərə verməyini bildirmişdir. 03 avqust 2023-cü il tarixdə Şahid2 ümumilikdə 17000 manat dəyərində qızılzinət əşyaları vermişdir.Dördüncü dəfə 17000 manat dəyərində qızıl-zinət əşyalarını verdikdə, əvvəlki verdiklərindən 36800 manat məbləğində qalan borcdan nə qədər ödəniş etdiyini xatırlamır, təxminən 2000-3000 manat məbləğində ödəniş edilmişdir. Beşinci dəfə 07 avqust 2020-ci il tarixdə 585 əyarlı, 74,8 qram çəkidə ümumi dəyəri 7100 manat məbləğində olan qızıl-zinət əşyalarını Şahid2 vermişdir. Beşinci dəfə qızıl-zinət əşyalarını Şahid2 verdikdə, Şahid2 vasitəsilə 1400 manat məbləğində ödəniş edilmişdir. Altıncı dəfə qızıl-zinət əşyalarını verməzdən əvvəl ümumilikdə 55700 manat məbləğində borc yaranmşdır. Altıncı dəfə 12 avqust 2020-ci il tarixdə 585 əyarlı, ümumilikdə təxminən 111 qram çəkidə, ümumi dəyəri 11100 manat məbləğində qızıl-zinət əşyaları vermişdir. Altıncı dəfə qızıl-zinət əşyalarını verdikdə, təxminən 3000 manat məbləğində ödəniş edilmişdir. Yeddinci dəfə qızıl-zinət əşyalarını verənədək, ümumilikdə 63800 manat məbləğində borc yaranmışdır.Yeddinci dəfə 14 avqust 2020-ci il tarixdə 585 əyarlı, 110,66 qram çəkidə, 11000 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Həmin tarixdə qeyd etdiyi dəyərdə qızıl-zinət əşyalarını verdikdə, əvvəl mövcud olan 63800 manat məbləğində borcdan hər hansı məbləğdə ödəniş edilib-edilmədiyini xatırlamır. Şahid3 göstərişi ilə də qızıl-zinət əşyaları vermiş, lakin həmin qızıl-zinət əşyaları Qızıl Novruzovaya çatmışdır. Səkkizinci dəfə 585 əyarlı, 78 qram çəkidə 7500 manat dəyərində qızıl-zinət əşyaları və 1500 manat dəyərində qarnitur vermişdir. Bu qızıl-zinət əşyalarını verməyini Şahid3 bildirmişdir. Bundan sonra iki dəfə də qızıl-zinət əşyaları vermişdir. Həmin qızıl-zinət əşyalarını verməyini Təqsirləndirilən şəxs2 bildirmişdir. Həmin qızıl-zinət əşyalarını Şahid2 vasitəsilə göndərmişdir. Verdiyi qızıl-zinət əşyalarından 15 iyul 2020-ci il, 19 iyul 2020-ci il, 31 iyul 2020-ci il tarixlərdə olmaqla 3 dəfə Təqsirləndirilən şəxs1 vermiş, qalanlarını isə Şahid2 vermişdir. Təqsirləndirilən şəxs1 verdiyi qızıl-zinət əşyalarının dəyərini razılaşmaya görə 2020-ci ilin avqust ayının sonunadək verməli idi. Ona qaytarılan 52000 manat məbləğində pulun 13000 manatını Şahid4gil qaytarmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Şahid1 ilə Sumqayıt şəhərində yerlşən “Cavid” Ticarət Mərkəzində birlikdə işləmişlər. Zərərçəkmiş şəxs1 ilə yanbayan obyektlərdə qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşlar. Pandemiya vaxtı Şahid1 təcili tibbi yardımda işləyən bir şəxsin qızıl-zinət əşyaları istədiyini bildirmiş və onun da ona mal vermək istəyib-istəmədiyini soruşmuşdur. O da razılaşmışdır. Müəyyən miqdarda qızıl-zinət əşyaları vermişlər. 2020-ci ilin avqust ayının sonunadək həmin malların dəyəri ödənilməli idi. Daha sonra mallarını qaytarmalarını istəmişdir. Mallarını qaytarmışlar, 52 qram miqdarında ona məxsus qızıl-zinət əşyaları isə Zərərçəkmiş şəxs1 və Şahid1 qalmışdır. Daha sonra Şahid1 malları təcili tibbi yardımda işləyən şəxsə deyil, Siyəzəndə yaşayan bir şəxsə verdiyini bildirmişdir. Daha sonra Şahid3 yaşadığı ünvana getmişlər, o da qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 15 il müddət idi ki, tanıyırdı. Siyəzən şəhərinə Şahid3 yaşadığı ünvana getdikdə Təqsirləndirilən şəxs2 orada görməmişdir. Təqsirləndirilən şəxs2 ilə həmin vaxt yox, başqa vaxt görüşmüşlər. Onunla görüşən zaman qarnitur verdiyini bildirmişdir. Qarniturun əlamətlərini dedikdə, Təqsirləndirilən şəxs2 da həmin qarniturun onda olduğunu bildirmişdi. O, Şahid3 müştəri kimi tanımışdır. Şahid1 sonradan nə üçün ona yalan deyərək, təcili tibbi yardımda işləyən şəxsin qızıl-zinət əşyaları istəməsini bildirdiyini soruşmuşdur. Şahid1 səbəb olaraq qızıl-zinət əşyalarının Siyəzən şəhərində yaşayan şəxsə veriləcəyini bilsə, o malları verməyəciyini demişdir. Həqiqətən də, malların Şahid3 veriləcəyini bilsəydi, o malları verməyəcəkdi. Təqsirləndirilən şəxs2 ona zərər vurmamışdır. Təqsirləndirilən şəxslərlə barışmış, şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1lə birlikdə işləmişlər. İşlədikləri müddətdə birbirilərindən qızıl-zinət əşyaları götürmüşlər. Şahid1 bir gün qızıl-zinət əşyası istəyən şəxs olduğunu bildirmişdir.1-2 dəfə qızıl-zinət əşyası vermiş, pulları vaxtında qaytarmışdır. Şahid1 qızıl-zinət əşyalarını təcili tibbi yardımda işləyən şəxsə verdiyini bildirmişdi. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs2 verdiyini öyrənmişdir. O, Şahid3 və Təqsirləndirilən şəxs1 tanımır. Ona məhkəməyədək icraat zamanı 1000 manat məbləğində pul verilmişdir. Müstəntiq pulun qalanının da daha sonra veriləcəyini bildirmişdir. Hazırda onun ziyanı tam ödənilmiş, şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 tanımamış, Şahid3 tanımışdır. Şahid3 ilə həmişə alış-veriş etmişlər, belə prablem yaşanmamışdır. Pandemiya vəziyyətindən əvvəl Zərərçəkmiş şəxs2 2 ədəd üzüyünü, onun da qarniturunu toy mərasimi üçün Şahid3 vermişdir. Daha sonra pandemiya vəziyyəti yaranmış, univermaq bağlanmışdır. Toy mərasimi də baş tutmamışdır. Zərərçəkmiş şəxs2 2 ədəd üzüyünü qaytarmış, lakin ona məxsus qarnituru Təqsirləndirilən şəxs2 vermişdir. O, bundan sonradan xəbər tutmuşdur. Şahid3 ona zəng edərək sep lazım olduğunu demişdir. Şahid3 müflis olduğunu və s. demişdir. Şahid2 Şahid3 dediyi sepi gəlib götürmüşdür. Həmin sepi Şahid3 çatdırması üçün vermişlər. Sepi verdikdən sonra, qolbaq istəmişlər. Onu da göndərmişdir. Qolbaq və sepin pulunu ödəmişdir. Daha sonra Şahid3 başqa bir şəxsin eyni sep və qolbaqdan istədiyini bildirmişdir. Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində Zərərçəkmiş şəxs1 həmin qolbaq və sepi vermişdir. Bir gün Şahid3 nömrəni Təqsirləndirilən şəxs2 verəcəyini demiş, o da ona nömrəsini verməməsini bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək, özünü təqdim edib, ondan qızıl-zinət əşyaları sifariş edən şəxs olduğunu bildirmişdir. Daha sonra o, Şahid3 zəng edərək, Təqsirləndirilən şəxs2 zəng etdiyini, mal istədiyini, lakin onu tanımadığını, yalnızca səni tanıdığını bildirmişdir. Şahid3 ona narahat olmamağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 ilə danışıqlara başlamışdır.Əvvəlcə 3000 manat dəyərində mal vermiş, pulu qaytarmışlar. Daha sonra 7000 manat dəyərində mal vermiş, pulunu qaytarmışlar, lakin həmin puldan 2000 manat qalmışdır. Bir dəfə Təqsirləndirilən şəxs2 ilə videogörüntülü danışmışdır. Bir müddət sonra borc məbləği artmışdır. Şahid3 zəng edib borc məbləğinin artdığını bildirmişdir. Zərərçəkmiş şəxs2 qarnitur götürüb vermişdir. Lakin, həmin qarnituru Siyəzən şəhərində yaşayan şəxsə verdiyini deməmişdir. Təqsirləndirilən şəxs2 bir gün ona zəng edərək, Gülbacı adlı şəxsin 7000 manat dəyərində qızıl-zinət əşyaları istədiyini bildirmişdir. 7000 manat dəyərində malı da vermişdir. Alqı-satqı həyata keçirilən zaman təxminən 40000 manat məbləğində pul ödənilmişdir. Ümumilikdə, 125000 manat məbləğində zərər dəymişdir. Bu məbləğin 3800 manatı Zərərçəkmiş şəxs2, 1800 manatı Zərərçəkmiş şəxs3 məxsusdur. Ümumilikdə, 52000 manat məbləğində pul qaytarılmışdır. Ona lotereya oynadıqlarını, bu lotereyadan xeyli məbləğdə pul götürəcəklərini bildirmişdilər. Bir gün həmin məbləği götürmək üçün onu Siyəzən şəhərinə çağırmışlar. Siyəzən şəhərinin girişinə çatdığı vaxt Şahid3 ona zəng edərək, Təqsirləndirilən şəxs2 qaçdığını bildirmişdir. Siyəzən şəhərinə 26000 manat məbləğində pul veriləcəyi vəd edildiyi üçün getmişdir. Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs2 qapını da açıq qoyub getmişdi. Qonşular da Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısına toplanmışdılar. Onlar da Təqsirləndirilən şəxs2 barəsində xoşagəlməz ifadələr səsləndirirdilər. Daha sonra öyrənmişlər ki, Təqsirləndirilən şəxs2 Murad adlı bir şəxslə qaçmışdır. Daha sonra o, məsələni Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 danışmışdır. Onlarla birlikdə Siyəzən şəhərinə Şahid3 yaşadığı evə getmişlər. Şahid3 videogörüntü vasitəsilə Təqsirləndirilən şəxs2 zəng etmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 onlarla sərt üslubda danışırdı. Zərərçəkmiş şəxs2 xahiş edərək, Təqsirləndirilən şəxs2 həyat yoldaşını Şahid6 yaşadığı ünvana çağırmışdır. Təqsirləndirilən şəxs2 həyat yoldaşı ilə Şahid6 yaşadığı evə gəlmişlər. Təqsirləndirilən şəxs2 həyat yoldaşı Zərərçəkmiş şəxs1 üzərinə bıçaq çıxartmışdır. Hətta həmin vaxt Şahid6 barmağı da yaralanmışdı. Şahid3 onun qaynının həyat yoldaşı vasitəsilə tanımışdır. İlk 7000 manatlıq mal verdikdən sonra Güçiçək Abdullayevanın qızılları Təqsirləndirilən şəxs2 verdiyini bilmişdir. Təqsirləndirilən şəxs2 hər mal verdikdə, Şahid3 razılıq alırdı. Daha sonra Təqsirləndirilən şəxs2 ona Gülbacı adlı şəxslə Siyəzəndə mağaza açdığını demişdir. Təqsirləndirilən şəxs1 həyat yoldaşı Zərərçəkmiş şəxs1 tanıyıb, o tanımamışdır. Onun nömrəsini ona Şahid3 atmışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 qohumu kimi təqdim etmişdir. Verilən qızılzinət əşyalarının qeydlərini Zərərçəkmiş şəxs1 aparmışdır.Təcili tibbi yardımda tədbirdə olarkən bir gün əvvəl qızıl-zinət əşyaları aldığı şəxs ona zəng edərək, ondan aldığı malların “lom” qiymətinə satıldığını bildirmişdir. Dəqiqləşdirmək üçün gedib baxmışdır. Həmin qızıl-zinət əşyalarının bir gün əvvəl onun aldığı mallar olduğunu görmüşdür. Şahid2 malları onlardan götürüb Bakı şəhərində, “Şamaxinka” adlanan ərazidə Təqsirləndirilən şəxs1 və Şahid4 verirdi. Onlar da malları “lom” qiymətinə satırdılar. Dərhal Şahid3 zəng edib bu məsələ barədə bildirmişdir. Əvvəlcə özünü bilməməzliyə vurmuş, sonra malları Murad adlı şəxsə verdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 də onlarla əlbir olduğu məlum olmuşdur. Müəyyən olunmuşdur ki, malların bir qismi Siyəzən şəhərinə göndərilirdi.Şahid3 Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişdir. Oraya getdikdə, Çiçək Abdullayeva ilə telefon vasitəsilə danışdırmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evə çatdıqda Şahid3 ona bu barədə tapşırdığı üçün telefonu söndürmədən cibinə qoymuşdur. O da aralarında olan danışıqları eşidirdi. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 polis bölməsində sorğu sual etdiklərini, onun qızıllarını da ortaya qoyduğunu və s. deyirdi. Bildirdiyinə görə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 da qızıllarını “lom” qiymətinə satmışdır. Hətta Təqsirləndirilən şəxs2 Şahid3 onun narahat olmamasını, özünün bütün məsələləri həll edəcəyini bildirirdi. Bundan əlavə də, onların ünvanına xoşagəlməz ifadələr səsləndirirdi.Cinayət işi məhkəməyə verildikdən sonra 13000 manat məbləğində pul qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğlunun toy ərəfələrində Sumqayıt şəhərində olan univermaqda qızıl-zinət əşyalarına baxırdı. Şahid1 ona qızıl-zinət əşyasını götürməyini, pulunu daha sonra vərməyində heç bir problem olmadığını bildirmişdir. Götürdüyü qızıl-zinət əşyalarının pulunu 1 həftə sonra qaytarmışdır. Daha sonra qonşulardan hər hansı biri qızıl-zinət əşyaları istədikdə, onlara Çiçək Abdullayevanın adını və ünvanını deyərək, ona yönəldirdi. Şahid1 ilə tanışlıqları belə başlamışdır. Bir dəfə Şahid1 telefonunda özlərinin satdıqları qızıl-zinət əşyalarını reklam edərək, onların fotoşəkillərini paylaşmışdı. Şahid1 ondan da bu qızıl-zinət əşyalarının fotoşəkillərini paylaşmağını xahiş etmişdir. O da həmin qızıl-zinət əşyalarının fotoşəkillərini paylaşmışdır. Daha sonra Siyəzən qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Təqsirləndirilən şəxs2 ondan həmin paylaşdığı qızıl-zinət əşyalarının bir neçə növünü istəmişdir. Şahid1 bu barədə bildirmişdir. Şahid1 da Təqsirləndirilən şəxs2 istədiyi qızılzinət əşyalarını göndərmişdir. Təqsirləndirilən şəxs2 həmin qızıl-zinət əşyalarının dəyərini ödəmişdir.Daha sonra Təqsirləndirilən şəxs2 ilə Şahid1 öz aralarında qızıl-zinət əşyalarının alqı-satqısı fəaliyyəti başlamışdır. Şahid1 Qızıl Novruzova ilə alqı-satqı fəaliyyətinə başlamazdan əvvəl ondan Təqsirləndirilən şəxs2 barədə soruşmuş, o da Təqsirləndirilən şəxs2 haqqında pis nəsə eşitmədiyini və s. ona bildirmişdir. Təqsirləndirilən şəxs2 Şahid1 çatmalı olan pulu ona göndərirdi, o da Şahid1 verirdi. Ümumilikdə, Şahid1 təxminən 41000 manat məbləğində pul köçürmüşdür. Bu pulları birdəfəlik olaraq deyil, hissə-hissə köçürmüşdür. Sonradan Şahid1 7000 manat məbləğində pul köçürüldüyünü öyrənmişdir. Daha sonra məhkəməyədək icraat zamanı müstəntiq Nəriman Atakişiyevin yanında da Şahid1 13000 manat məbləğində pul verildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs2 ilə Şahid1 arasında olan alqı-satqıdan ona heç bir faiz məbləği verilməmişdir. Şahid1 xahişi ilə paylaşdığı onun qızıl-zinət əşyalarının fotoşəkillərini Təqsirləndirilən şəxs2 öz qonşusu vasitəsilə görmüşdü. Birinci və ikinci dəfə qızıl-zinət əşyalarının Şahid1 tərəfindən Təqsirləndirilən şəxs2 verilməsi prosesi arasında olan müddət təxminən 1 həftə, hətta bir qədər də çox olardı. Daha sonra Şahid1 ilə Təqsirləndirilən şəxs2 bir-biriləri ilə tanış etmiş, əlaqə nömrələri vermişdir. Həmin vaxt pandemiya vəziyyəti olduğu üçün onlar sadəcə telefon danışığı vasitəsilə əlaqə yaradır, görüşə bilməmişlər. Təqsirləndirilən şəxs2 Şahid1 göndərməli olduğu pulu onun vasitəsi ilə göndərirdi. Təqsirləndirilən şəxs2 və Şahid1 telefon vasitəsilə bir-biriləri ilə əlaqə yaratdıqdan sonra, artıq onun cavabdehliyi olmadan müstəqil olaraq alqı-satqı həyata keçirmişlər. Təqsirləndirilən şəxs2 Çiçək Aslanavoya göndərməli olduğu pulu onun vasitəsilə göndərməsinin səbəbi, ödəniş terminalının onun yaşadığı ünvana daha yaxın olması, onun uşağının yaşının az olması, yaşının az olması səbəbindən ödənişi həyata keçirə bilməməsi və s. idi. Lakin, Təqsirləndirilən şəxs2 uşağının da Şahid1 pul göndərdiyi olmuşdur. Onun dəqiq bildiyi Təqsirləndirilən şəxs2 tərəfindən Şahid1 41000 manat məbləğində pul köçürülməsidir. Sonradan öyrəndiyi məbləğlər olmuşdur, lakin qeyd etdiyi məbləğ əvvəlcədən bildiyi məbləğdir. Təqsirləndirilən şəxs2 və Şahid1 arasında yaranmış borc məbləği barədə maraqlanmışdır. Məbləğ təxminən 90000 manatdan çox idi. Şahid1 qızıl-zinət əşyalarını Şahid2 vasitəsilə Təqsirləndirilən şəxs2 göndərirdi. Şahid2 onun qohumu olduğu üçün qızıl-zinət əşyalarını götürməyini o ona deyirdi. Şahid1gil də Şahid2 göndərməyini bildirirdilər, ona etibar edirdilər. Təqsirləndirilən şəxs2 ilə Şahid1 arasında qızıl-zinət əşyalarının alqı-satqısı təxminən 2-3 ay davam etmişdir. Onun özü tərəfindən Şahid1 41000 manat məbləğində pul hissə-hissə olaraq verilmişdir. Həmin pulları Təqsirləndirilən şəxs2 öz övladı vasitəsilə ona göndərirdi, o da Şahid1 köçürürdü. Həmin pulları Siyəzən şəhərində, Gənclik qəsəbəsi deyilən ərazidə yerləşən ərzaq mağazasında olan ödəmə terminalı vasitəsilə Şahid1 köçürürdü. Həmin ərzaq mağasazı adsız idi, Osman adlı şəxs tərəfindən işlədilirdi. Həmin pullar Şahid1 məxsus karta köçürülürdü. O, Şahid1 ancaq Siyəzən rayonu ərazisindən pul köçürmüşdür. Təqsirləndirilən şəxs2 və Şahid1 arasında alqı-satqı həyata keçirilməsində onun heç bir marağı olmamışdır. Təqsirləndirilən şəxs2 adından Şahid1 göndərdiyi 41000 manat məbləğində puldan ona hər hansı məbləğdə pul verilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, o, müxtəlif ünvanlarda zərgər kimi fəaliyyət göstərmişdir. O, həm də qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olur. Sonuncu iş yeri, Əhmədli qəsəbəsi Sarayevo küçəsi 8C ünvanında yerləşən mağaza olmuş, həmin mağazada fəaliyyətini son bir ay müddətində dayandırmışdır. 2020-ci ilin iyul ayının 18-də həmyerlisi Təqsirləndirilən şəxs1 onun mobil nömrəsinə zəng vurmuş, iş yerinə gələrək qızıl-zinət əşyaları satmaq istədiyini bildirmişdir. O, bildirmişdir ki, pandemiya ilə bağlı onlayn fəaliyyət göstərirəm və paralel olaraq taksi kimi fəaliyyət göstərirəm. Murad onun iş yerinin qarşısına gəlmiş, onunla görüşmüş, bildirmişdir ki, şəriki Sumqayıt şəhərində yaşayır, onlar birlikdə qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olurlar, pandemiya ilə əlaqədar qızıllarını satmaq istəyirlər. O, da Muraddan qızıl alacağımı bildirmiş, daha sonra Murad ondan xahiş etmişdir ki, özünə məxsus olan Chevrolet markalı ** VH *** nömrəli avtomobililə onu Sumqayıta aparsın. O, da öz bildirmişdir ki, onsuz da boş vaxtlarımda taksi kimi fəaliyyət göstərirəm. Razılığa əsasən o, 20 manat pulun müqabilində Muradı Sumqayıta aparıb geri qaytarmalı olmuşdur. Saat təxminən 17 radələrində Sumqayıt şəhəri Kristal Abşeron yaşayış masivinə getmişlər, o, avtomobili yolun kənarında saxlamış, Murad daha sonra Sumqayıt şəhərində adının Bəhruz olduğunu bildirdiyi şəxslə görüşmüşdür. Daha sonra Murad əlində selofana bükülmüş əşyanı gətirib, avtomobilə əyləşmişdir. Onlar Məhəmmədin iş yerinə gəlmişlər, lakin Muradın şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün bir neçə dəqiqəlik getmiş və geri qayıtmışdır. O, Muradın şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Daha sonra Murad əlində olan torbanı açmış, təxminən 30-40 ədəd qarışıq şəkildə 585 əyarlı bəzilərinin üzərində birkaları olan sep, qolbağı, üzük, sair qızıl dəstlərini çıxarmışdır. O, həmin əşyalardan, bəzilərini seçib ona bildirmişdir ki, onları qırıntı (lom) kimi qalanlarını isə əşya (izdeliya) şəklində ala bilər. Daha sonra bildirmişdir ki, lom şəklində alacağı qızılların qramını 48 manatdan, əşya kimi alacağım qızılları isə 52-53 manatdan ala bilər. Bundan sonra Murad mağazadan çıxmış, telefonla danışıb, geri qayıtmış, bildirmişdir ki, razıdır. O, da hesablayaraq Murada 10.068 manat pul vermişdir. 20 iyul 2020-ci il tarixdə günün ikinci yarısında Murad yenə ona zəng vuraraq qızıl-zinət əşyaları satmaq istədiyini bildirmişdir. Məhəmməd telefonda demişdir ki, qramı 50 manatdan artıq pul verə bilməyəcək, amma hər ehtimala qarşı qızıllara baxmaq lazımdır. Murad həmin gün onun mağazasına bir neçə cür, 585 əyarlı qızıl zinət əşyalarını təqdim etmiş, o, də Murada izah etmişir ki, onun təqdim etdiyi 71 qram qızıla ortalama qramına 50 manat pul verə bilər, Murad da onunla razılaşmışdır. Bundan sonra o, Murada 3550 manat pul ödəmişdir. 02 avqust 2020-ci il tarixdə Murad yenə də ona zəng vurub iş yerinə gəlmiş, 585 əyarlı, 72 qram çəkidə olan müxtəlif növ əşyaları gətirmiş və Məhəmməd ona bildirmişdir ki, artıq alış-satış normallaşır, ona görə də təxminən 59 manatdan hesablayıb əşyaları ala bilər. O, da razı olduğunu bildirmiş, Məhəmməd ona 4250 manat pul vermişdir. 03 avqust 2020-ci il tarixdə axşam saatlarında Murad yenə də onunla danışıb, mağazaya gəlmiş, 585 əyarı, 27.27 qram çəkidə olan qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Məhəmməd də həmin əşyaları qramı 58.6 manata alacağını Murada bildirmişdir. O, yenə də Məhəmmədlə razılaşmış və bu dəfə Məhəmməd ona 1600 manat pul vermişdir. 14 avqust 2020-ci il tarixdə günün ikinci yarısında Murad yenə də onunla telefonla əlaqə saxlamış, yenə də mağazaya gəlmişdir, 585 əyarlı qızılları ona təqdim edərək satmaq istədiyini bildirmişdir. Məhəmməd də onun gətirdiyi qızlları iki hissədə, yəni qırıntı və əşya şəklində seçmişdir. Bildirmişdir ki, qırıntı 54 mantdan, əşya şəklində isə 60 manatdan ala bilər. Həmin vaxt o, etiraz etmişdir ki, qırıntı kimi seçilən qızıllar da əşya kimi alınmalıdır. Məhəmməd də bildirmişdir ki, əgər mənə inanmırsansa həmin qızılları əlinlə əz və mənə ver, onsuz da mən onları əridəcəyəm. Bundan sonra o razılaşmış və qeyd olunan əşyaları əzərək Məhəmmədə vermişdir. Məhəmməd də ümumilikdə ona 6116 manat pul vermişdir. Bir neçə gün sonra Murad ona zəng vurub yenə qızıl-zinət əşyaları satmaq istədiyini bildirmiş, Məhəmməd də artıq ala bilməyəcəyini deyib, onu Pərvin adlı zərgərə yönləndirmişdir. Bundan sonra Murad onunla əlaqə saxlamamaışdır, xeyli müddət keçdikdən sonra Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət olunarkən ona məlum olmuşdur ki, Murad həmin qızılları sahibindən nisyə və baha qiymətə satacağı adla götürüb, ucuz qiymətə satmışdır. Məhəmməd həmin qızllara görə ümumikdə Murada 27000 pul ödəmiş, özü isə qazanc olaraq 3000 manat pul əldə etmişdir. (Cild 2 iş vərəqləri 36-39, iş vərəqləri 217-220, cild 3 iş vərəqləri 216-219) Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şahid1 ona borcu olmuşdur. Şahid3 2 dəfə görmüşdür. Təqsirləndirilən şəxs2 1 dəfə onun yaşadığı evdə görmüşdür. Təqsirləndirilən şəxs2 onun həyat yoldaşı ilə onun yaşadığı evə gəlmişlər. Onların onun yaşadığı evə gəlmələrinin səbəbi qızl-zinət əşyalarının pulunun verilməsi ilə bağlı danışıqlar aparılması idi. Danışıqlar zamanı mübahisə yaranmış, Təqsirləndirilən şəxs2 həyat yoldaşı Zərərçəkmiş şəxs1 üzərinə bıçaq çıxartmışdır. Həmin bıçağı onun əlindən o almışdır. Bıçağı onun əlindən alarkən, hətta barmağında xəsarət də yaranmışdır. Zərərçəkmiş şəxs1 ondan 500 qrama yaxın çəkidə qızıl-zinət əşyaları götürmüşlər. Təqsirləndirilən şəxs2 ilə onun yaşadığı evdə görüşmüşlər. Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyaları götürdükdə, həmin əşyaları Şahid3 nisyə verdiyi ona məlum idi. Siyəzən şəhərində Şahid3 yaşadığı evə getmişdir. Şahid3 qızıl-zinət əşyalarının Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ilə videogörüntü vasitəsilə danışmışlar. Təqsirləndirilən şəxs2 da Şahid3 dediklərini təsdiq etmişdir. Qızıl-zinət əşyalarının nisyə verdiyini, həmin pulları alıb-qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 onun yaşadığı evə onun həyat yoldaşı Tərlan ilə birlikdə gəlmişdi. Həmin vaxt verilən qızıl-zinət əşyaları və onun pulları barədə söhbət gedirdi. Hətta söhbət zamanı mübahisə də yaranmış, onun əlində xəsarət yaranmışdı. Söhbət zamanı Təqsirləndirilən şəxs2 ümumilikdə, təxminən 1,5 kq-a yaxın çəkidə qızıl-zinət əşyaları verildiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 da bunu qəbul etmişdi. Şahid3 verilən qızıl-zinət əşyalarının içərisində onun da 500 qrama yaxın çəkidə qızıl-zinət əşyaları var idi. Həmin qızıl-zinət əşyalarının dəyərini Şahid1 sonradan ona ödəmişdir. Şahid1 və Zərərçəkmiş şəxs1 tərəfindən ona ümumilikdə, 40000-45000 manat məbləğində pul ödənilmişdir. Zərərçəkmiş şəxs1 və Şahid1 xahişi ilə bu məsələyə qoşulmağı barədə ifadə verməmişdir. Onun 500 qrama yaxın çəkidə qızıl-zinət əşyaları Şahid3 verilən qızıl-zinət əşyalarının içərisində idi. Şahid1 500 qrama yaxın çəkidə qızılzinət əşyalarını təxminən 1-2 ay müddətində hissə-hissə götürmüşdür. 1-2 ay müddətində qızıl-zinət əşyalarını pul verilmədiyi halda hissə-hissə verməyinin səbəbi Şahid1 ilə aralarında olan qarşılıqlı münasibət və etibar idi. Onun qızıl-zinət əşyalarının Təqsirləndirilən şəxs2 olduğunu Şahid3 bildirmişdir. Onun qızıl-zinət əşyaları Təqsirləndirilən şəxs2 olmuşdur. Şahid6 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və onun həyat yoldaşı Çiçəyi təxminən on beş il olar ki, tanıyır. Onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. Tanışlıqları Sumqayıt ticarət mərkəzində qızıl alış-satışı ilə məşğul olduqları vaxtdan başlamışdır. Yəni onlar iş yoldaşı kimi həmin ticarət mərkəzində işləmişlər. Çox vaxt müştərilərin istəyinə uyğun olaraq bir-birilərindən qızıl-zinət əşyaları götürüb sataraq, sonra pulları hesablayıb bir-birilərinə ödəmişlər. 2020-ci ilin mart ayında karantin rejimi ilə əlaqədar olaraq onlar ticarət mərkəzinə işə gedə bilməmişlər. Tək-tək əvvəldən tanıdıqları müştərilərə onlayn xidmət göstərmişlər. 2020-ci ilin avqust ayının sonlarında Bəhruzla Çiçək ona bildirmişdir ki, müştəri onlardan külli miqdarda dəyəri olan qızıl-zinət əşyalarını nisyə götürüb, lakin pulunu ödəməyiblər. Onların xahişi ilə Zəminə də həmin məsələyə qoşulmuşdur ki, guya onun da həmin əşyaların içində qızılları vardır, yəni ödənilməli puldan ona da çatmalıdır. Belə etmişlər ki, sonradan adlarını bildiyi Gülçiçək və Qızılgül adlı qadınlara təsir edə bilsinlər. Hətta bir dəfə o, Bəhruz, Çiçək, Dilarə Gülçiçək adlı xanımın yaşadığı ünvana, yəni Siyəzən şəhərinə getmişlər, onunla orada görüşmüşlər, həmin vaxt Gülçiçək görüntülü şəkildə onları Qızılgüllə danışdırmış, o, da onlara söz vermişdir ki, qısa müddətə pul ödənəcək. Lakin onlar pulu ödəməmişlər, bir dəfə də Qızılgül adlı qadın onun yaşadığı ünvana həyat yoldaşı Tərlan kimi təqdim etdiyi şəxslə gəlmiş, oraya Bəhruzla Çiçək də gəlmişlər. Söhbət zamanı Bəhruzla Tərlanın arasında mübahisə yaranmış, bu vaxt Tərlan mətbəxə keçib bıçaq götürmüşdür ki, Bəhruzu vursun. Zəminə onun əlindən bıçağı alarkən bıçaq onun sol əlini yaralamış, lakin o, bu barədə nə polisə nə də tibbi yardıma məlumat verməmişdir. Ara sakitləşmiş, onlar yenə də söz vermişlər ki, pul ödənəcək, amma bu günədək onlar pulu ödəməmişlər. (Cild 3, iş vərəqləri 114-116) Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, qızıl alqısatqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 qızıl-zinət əşyaları gətirmişdi. Qızıl-zinət əşyalarını hansı tarixdə gətirdiyini xatırlamır. Həmin qızıl-zinət əşyalarını dəyəri təxminən 10000-11000 manat dəyərində idi. Təqsirləndirilən şəxs1 verdiyi qızıllar 585 əyar idi. Təqsirləndirilən şəxs1 həmin qızılları kimdən əldə etdiyini bilmir. Təqsirləndirilən şəxs1 onunla Şahid4 tanış etmiş, onu Murada Şahid4 yönəltmişdir. Şahid4 qızıl-zinət əşyalarını götürdüyünü bilməmişdir. Təqsirləndirilən şəxs1 gətirdiyi qızıllardan “lom” və “izdeliya” qızıllar mövcud idi. Bu qızılları həmin vaxt mövcud alış dəyərinə almışdır. “Lom” qızılları 58 manat, “izdeliya” qızılları 63 manat qiymətlər ilə almışdır. “Lom” qızılları 58,50 manat qiymətinə satmışdır. 6000 manat məbləğində zərər onun valideynləri tərəfindən ödənilmişdir. Şahid5 11800 manat məbləğində pul almışdır. 11800 manat məbləğində aldığı pulun yarısını Təqsirləndirilən şəxs2, yarısını da Şahid1 vermişdir. Təqsirləndirilən şəxs1 tərəfindən aldığım qızılların üzərində “birka” olmamışdır. Təqsirləndirilən şəxs1 qızılları xatırladığı qədərilə 2020-ci ilin avqust ayında almışdır. Ondan təxminən 11800 manat dəyərində qızıllar almışdır. Təqsirləndirilən şəxs1 aldığı qızılların köhnə və ya təzə olduğu bilinmirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə tanışlığı 2016-cı il tarixdə yaranmışdır. Təqsirləndirilən şəxs2 telefon satışı ilə məşğul olan şəxsə zəng etmək əvəzinə səhvən ona zəng etmişdir. O da əmisi oğlunun telefon satışı ilə məşğul olduğunu bildirmiş və Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsini Təqsirləndirilən şəxs2 vermişdir. Qızıl-zinət əşyalarının alqı-satqısı, yaranmış borclar ilə onun heç bir əlaqəsi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid3 onun anasının dayısı qızıdır. Bakı-Siyəzən arası taksi fəaliyyəti ilə məşğul olur. Şahid3 ona Sumqayıt şəhərində “Dörd qardaş” restoranının qarşısında Bəhruz adlı şəxsdən qızılzinət əşyalarını götürüb Qızılgül adlı şəxsə verməyini bildirmişdir. O da dediyi kimi etmişdir. O, qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 verdikdə, onun özünə deyil, onun göndərdiyi uşağa vermişdir. Telefon vasitəsilə ona məktəbin yanında onu uşağın gözlədiyini, qızıl-zinət əşyalarının ona verməyini demişlər. O da dedikləri kimi etmişdir. Daha sonra zəng edib qızıl-zinət əşyalarının çatıb-çatmadığını soruşmuş, qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs2 götürdüyünü dəqiqləşdirmişdir.Təqsirləndirilən şəxs2 ilə telefon vasitəsilə də danışmamışdır. Şahid3 Təqsirləndirilən şəxs2 ona deyəcəklərini telefon vasitəsilə ona bildirirdi. Bir müddət sonra yenə Şahid3 Zərərçəkmiş şəxs1 qızılzinət əşyalarını götürüb ona verməyini bildirmişdir. O, yenə Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarını götürmüş və bu dəfə Şahid3 özünə vermişdir. Üçüncü dəfə qızıl-zinət əşyalarını Dəvəçi şəhərinə aparmışdır. Orada tanımadığı bir kişi apardığı qızıl-zinət əşyalarını götürmüşdür. Şahid3 ona o şəxsin nömrəsini vermişdir. O da qeyd olunan nömrə ilə əlaqə saxlayıb görüşərək qızıl-zinət əşyalarını ona vermişdir. Dördüncü dəfə qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 2 dəfə qızıl-zinət əşyaları vermişdir. Təqsirləndirilən şəxs1 verdiyi qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs1 Sumqayıt şəhərində “Dörd qardaş” restoranının qarşısından götürüb vermişdir. Təqsirləndirilən şəxs1 sonuncu dəfə qızıl-zinət əşyalarını Bakı şəhəri, Şamaxinka adlanan ərazidə vermişdir. Təqsirləndirilən şəxs1 qızıl zinət əşyalarını birinci dəfə verdikdən təqribən 1 həftə sonra bir daha ona qızıl-zinət əşyaları vermişdir. Qızıl-zinət əşyalarını verdiyi proses dövründə Təqsirləndirilən şəxs2 ilə onun telefon danışığı olmamışdır. Təqsirləndirilən şəxs1 ilə xatırladığı qədərilə 2 dəfə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs1 2 dəfə qızıl-zinət əşyaları vermişdir. Zərərçəkmiş şəxs1 çatdırılması üçün ona pul verilməmişdir. O da heç vaxt pul barədə soruşmamış, çünki ona maraqlı olmamışdır. Zərərçəkmiş şəxs1 ondan qızıl-zinət əşyalarının Siyəzən şəhərinə çatdırılıbçatdırılmadığı barədə soruşmuşdur. O da 2 dəfə Təqsirləndirilən şəxs1 qızıl-zinət əşyalarını Bakı şəhəri, Şamaxinka adlanan ərazidə verdiyi üçün şübhələnmişdir. Daha sonra bu barədə Şahid3 demişdir. Şahid3 ona Zərərçəkmiş şəxs1 40000 manat ya da 41000 manat məbləğində pul köçürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 ilk dəfə polis idarəsində görmüşdür. Şahid3 Təqsirləndirilən şəxs2 qızıl satıcısı olduğunu bildirmişdi. Şahid3 40000 manat məbləğində pul verdiyini bildirmişdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 28 oktyabr 2021-ci il tarixli və 01 noyabr 2021-ci il tarixli “Üzləşmədə dindirmə” protokollarından görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs1, Şahid5 və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, X2 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1, Şahid4 və Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs1 və Şahid4 aralarında üzləşmə keçirilmiş, məhkəməyədək icraat zamanı verikləri ifadələri bir-birilərinin üzünə bir daha deməklə təsdiq etmişlər. (Cild 2, iş vərəqləri 76-79, Cild 2, iş vərəqləri 80-82, Cild 2, iş vərəqləri 97- 98, Cild 2, iş vərəqləri 99-100, Cild 2, iş vərəqləri 126-127, Cild 2, iş vərəqləri 168-169, Cild 2, iş vərəqləri 170-171, Cild 2, iş vərəqləri 172-173) Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarını satması ilə bağlı qeydiyyat dəftərindən kserosurətlər və fotoşəlillər cinayət işinin materiallarına əlavə edilmşdir. (Cild 3, iş vərəqləri 118-164) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekpertizasının 20 may 2022-ci il tarixli, 9/2609 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, qızıl-zinət əşyalarının 2020-ci ilin iyul-avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 87937,6 manat müəyyən edilir. O cümlədən: 1) Zərərçəkmiş şəxs1 məxsus xx.xx.2020-ci il tarixdə ələ keçirilmiş qızıl-zinət əşyaları – 6813,95 manat; 2) Zərərçəkmiş şəxs1 məxsus xx.xx.2020ci il tarixdə ələ keçirilmiş qızıl-zinət əşyaları – 13109,20 manat; 3) Zərərçəkmiş şəxs1 məxsus xx.xx.2020-ci il tarixdə ələ keçirilmiş qızıl-zinət əşyaları – 4602,00 manat; 4) Zərərçəkmiş şəxs1 məxsus xx.xx.2020-ci il tarixdə ələ keçirilmiş qızıl-zinət əşyaları – 18477,40 manat; 5) Zərərçəkmiş şəxs1 məxsus xx.xx.2020-ci il tarixdə ələ keçirilmiş qızılzinət əşyaları – 4605,25 manat; 6) Zərərçəkmiş şəxs1 məxsus xx.xx.2020-ci il tarixdə ələ keçirilmiş qızıl-zinət əşyaları – 4843,15 manat; 7) Zərərçəkmiş şəxs1 məxsus xx.xx.2020ci il tarixdə ələ keçirilmiş qızıl-zinət əşyaları – 4826,25 manat; 8) Zərərçəkmiş şəxs1 məxsus xx.xx.2020-ci il tarixdə ələ keçirilmiş qızıl-zinət əşyaları – 7930,65 manat; 9) Zərərçəkmiş şəxs1 məxsus xx.xx.2020-ci il tarixdə ələ keçirilmiş qızıl-zinət əşyaları – 7237,65 manat; 10) Zərərçəkmiş şəxs1 məxsus xx.xx.2020-ci il tarixdə ələ keçirilmiş qızılzinət əşyaları – 7666,75 manat ; 11) Zərərçəkmiş şəxs1 məxsus xx.xx.2020-ci il tarixdə ələ keçirilmiş qızıl-zinət əşyaları – 7825,35 manat. (Cild 3, iş vərəqləri 111-117) Məhkəmədə təqsirləndirilən şəxslər bildirdilər ki, qızıl-zinət əşyalarının satılmasından əldə edilmiş pulun bir qismi, yəni 25-30 min manat civarında olan hissəsi Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş pullardan Təqsirləndirilən şəxs1 və Şahid3 vasitəsi ilə Siyəzən rayonu, Şabran rayonu və Bakı şəhəri, Nəsimi rayonu, Tblisi prospektində olan ödəmə terminallarından müxtəlif məbləğlərdə olmaqla müxtəlif tarixlərdə Şahid1 "xxxx"-da olan hesabına göndərilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" ASC-dən və “Paşa Pay” şirkətinə sorğular verilməklə bank və maliyyə əməliyyatlarına dair məlumatlar götürülmüşdür. Məhkəmə iclasında tərəflərin iştirakı ilə həmin bank və maliyyə əməliyyatlarına dair məlumatları özündə əks etdirən sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, Şahid1 adına olan “Kapital Bank ASC”-yə məxsus bank hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Siyəzən rayonu, Şabran rayonu və Bakı şəhəri, Nəsimi rayonu, “Tblisi prospekti 3007, Bravo Hipermarketi” ünvanlarında olan ödəmə terminalları vasitəsi ilə ümumilikdə 22.037 (iyirmi iki min otuz yeddi) AZN məbləğində pul göndərilmişdir. Bundan başqa, təqsirləndirilən şəxslər tərəfindən məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında ayrı-ayrı tarixlərdə, müxtəlif məbləğlərdə pullar zərərçəkmiş şəxslərə ödənilmişdir. Tərəflərin iştirakı ilə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 qızına 1.997 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 4.182,72 manat məbləğində vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam həcmdə ödənilmişdir. Zərərçəkmiş şəxs1 ittihama görə vurulmuş 92.655,86 manat məbləğində maddi ziyandan isə 63.337 manat hissəsi ödənilmiş, 29.318,86 manat hissəsi isə ödənilməmişdir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs1 qəbul etdiyi hissədə tərəflərin özlərinin iştirakı ilə, sonra isə hakimlər tərəfindən müşavirə otağında sadə riyazi hesablama yolu ilə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə ödənilmiş məbləğlər, o cümlədən 22.037 manat məbləğində ödəmə terminalı vasitəsi ilə ödənilmiş maddi vəsaitlər hesablanarkən ümumilikdə Zərərçəkmiş şəxs1 ödənilmiş məbləğin təqdim olunmuş qəbzlər və tərəflərin ifadələrinə əsasən 63.337 manat olması müəyyən olmuşdur (məhkəmədə ödənilmiş məbləğlər (1000 + 1000 + 2000 + 1000 + 1000 + 1000 + 1000 + 1000 + 500 + 1000 + 1000 manat = cəmi 11.500), ibtidai istintaq zamanı ödənilmiş məbləğlər: Tərlan Novruzovun verdiyi pullar (10.000 + 3.300 manat = cəmi 13.300 manat), Şahid4 qaytardığı (11.000 manat), müstəntiqin iştirakı ilə ödənilmiş hissə-hissə məbləğlər (2.500 və 3.000 manat = cəmi 5.500 manat), ödəmə terminalı vasitəsi ödənilən pul (22.037 manat). Məhkəmə, Təqsirləndirilən şəxs2 dələduzluq etmədiyi, onun biznes fəaliyyəti ilə məşğul olduğu, qızıl-zinət əşyalarını kommersiya məqsədi ilə aldığını, lakin “Covid-19” pandemiyasına görə gəlir əldə edə bilmədiyini, Murad Əzlizadənin isə dələduzluq cinayətinin törədilməsində Təqsirləndirilən şəxs2 ilə əlbir olmadığı, onun yalnız qızıl-zinət əşyalarını götürüb Təqsirləndirilən şəxs2 çatdırmasında fəaliyyətinin olması ilə bağlı bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduğu cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə zərərçəkmiş şəxslərin əmlakının talanmasında Təqsirləndirilən şəxs2 ilə əlbir olması kifayət qədər sübuta yetirilmiş, həmçinin təqsirləndirilən şəxslər məhkəməyə qızıl-zinət əşyalarının satışı ilə məşğul olmalarına və gəlir əldə etmələrinə dair inandırıcı bir dəlil təqdim edə bilməmişlər, əksinə müəyyən olunmuşdur ki, onlar qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs1 aldıqları qiymətdən aşağı qiymətə Şahid4 və digər qızıl-zinət əşyalarının alışı ilə məşğul olan şəxslərə satmışlar. Bu isə onların əməllərinin dələduzluq olmasının bilavasitə sübutudur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi düzgündür, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə cinayət qanunvericiliyinin həmin maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olan məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. (Cild 2, iş vərəqləri 83-85) Cinayət işində olan sənədlərdən və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 3 uşaq olmaqla onlardan biri azyaşlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyan qismən ödənilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş maddi ziyanın qismən ödənilməsi təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 06 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 sentyabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. 25 fevral 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 01 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Daha sonra Səbail rayon məhkəməsinin 08 aprel 2022-ci il tarixli və 12 may 2022-ci il tarixli qərarları ilə barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbirinin müddəti uzadılmış, 12 iyul 2022-ci il tarixdə barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 01 sentyabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 02 sentyabr tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra həmin məhkəmənin 25 dekabr 2021-ci il tarixli və 07 fevral 2022-ci il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Səbail rayon məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Daha sonra həmin məhkəmənin 12 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbirinin müddəti uzadılmışdır. 12 iyul 2022-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqləri 188-230, Cild 1, iş vərəq 231-251, cild 2, iş vərəq 09-27, Cild 2 iş vərəq 113-114, Cild 2 iş vərəq 142-143, Cild 2 iş vərəq 162-167, 174-181, Cild 3 iş vərəq 07-15, 103-110, Cild 4 iş vərəq 01-06) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında olduğu 10 ay 11 gün müddət, eləcə də Təqsirləndirilən şəxs2 tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 04 ay 19 gün müddət onlara təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxslərin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 50 manat məbləğində, Təqsirləndirilən şəxs1 50 manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 179.2-ci maddəyə əsasən isə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 187-ci maddəyə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. İş üzrə mülki iddiaçı - Zərərçəkmiş şəxs1 qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi zərərə görə maddi ziyan olaraq 34.935,58 manat və mənəvi zərərə görə isə 15.000 manat məbləğində pulun təqsirləndirilən şəxslərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin vurulması ilə bağlı mülki iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyi halda iddianın bu hissəsi təmin edilməməlidir. Maddi ziyanla bağlı hissədə isə mülki iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə istintintaqı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ittihama görə vurulmuş 92.655,86 manat məbləğində maddi ziyandan 63.337 manat hissəsi ödənilmiş, 29.318,86 manat hissəsi isə ödənilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada vurulmuş maddi zərərlə bağlı 29.318,86 manat məbləğində pul tutulmaqla Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər tərəfindən hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında » xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 sentyabr 2021-ci il tarixdən 12 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 11 (on bir) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 04 (dörd) il 01 (bir) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06 sentyabr 2021-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və 25 fevral 2022-ci il tarixdən 12 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 04 (dörd) ay 19 (on doqquz) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 50 manat məbləğində, Təqsirləndirilən şəxs1 50 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə verilmiş mülki idda qismən təmin edilsin və təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 29.318,86 manat (iyirmi doqquz min üç yüz on səkkiz manat səksən altı qəpik) məbləğində pul tutulsun və zərərçəkmiş Zərərçəkmiş şəxs1 (mülki iddiaçı) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-139/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-139/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver