Məhkəmə qərarları › İş №1(124)-14/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-14/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-14/2023 01.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X6, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirin şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Rusiya Federasiyası, Novokuybışev şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Yat-6, 2-ci paralel küçəsi, 9-cu məhəllədə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə saat 22:00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Sumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən Dəri sexinin ətrafındakı Hərbi şəhərcikdə yerləşən fərdi yaşayış evinin yanında qonşusu Zərərçəkmiş şəxs3 atası Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs atası Şahid1 arasında bir müddət əvvəl baş vermiş mübahisəyə görə atmacalı danışması və Təqsirləndirilən şəxs nalayiq söyüşlərlə söyməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs3 bıçaqla bir neçə dəfə vuraraq sol saidin, sol bazunun, sağ budun, bel nahiyyəsinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yarası kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, daha sonra Zərərçəkmiş şəxs3 atası Zərərçəkmiş şəxs2 üstünə gəldiyini görüb onu bıçaqla bir dəfə vuraraq sağ sağn nahiyyəsinin deşilmiş-kəsilmiş yarası kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, Zərərçəkmiş şəxs3la mübahisə zəminində digər qonşusu Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 olduğunu zənn edib bıçaqla 2 dəfə vuraraq Zərərçəkmiş şəxs1 sol tərəfli hemotoraksla müşayiət olunmuş döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, dalağın kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunmuş döş qəfəsinin sol yansının qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, toyda Mehman onun atası ilə mübahisə etmiş, sonra söyüş söymüşdür. Qarışıqlıq düşdükdən sonra, Mehman bayıra çıxanda bıçaqla onu vurmuşdur. Qarışıqlıq olduğuna görə Mehmanla Validi səhv salmışdır. Sonra da Mehmanın atası Məmmədi bıçaqla vurmuşdur. O, verilən suallara cavab olaraq bildirmişdir ki, 2 rumka spirtli içki qəbul etmiş, bıçağı stoldan götürmüşdür. Məmmədə 1 bıçaq zərbəsi, Mehmana 2 bıçaq zərbəsi vurmuşdur. Validə neçə bıçaq zərbəsi vurduğunu bilməmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Məclisdə atası və qonşular da olmuşdur. Məmməd və atası arasında əvvəllər də münaqişə olmuşdur. Atası ilə Mehman toyda mübahisə etmiş, Mehman onun atasına söyüş söymüşdür. Atası onu bayıra çıxartmış, Mehman arxasıyca gəlmişdir. Mehman onun üzünə 2 yumruq vurmuş, sonra o, Mehmana bıçaqla 1 zərbə vurmuşdur. Sonra Məmməd onun üstünə gəlmiş, o, Məmmədə də 1 bıçaq zərbəsi vurmuşdur. O, Validi görməmişdir. Onun Validlə heç bir ədavəti olmamış, Validi ehtiyyatsızlıqdan vurmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, Sumqayıt şəhəri, Tuq zavod ərazisi fərdi evdə valideynləri ilə birlikdə yaşayır. Artıq uzun müddətdir ki, Sumqayıt şəhəri, Tuq zavod ərazisində fərdi evdə yaşayırlar. Zərərçəkmiş şəxs2 Məhəmməd oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 onunla qonuşuluqda yaşayırlar. Onlarla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Yalnız keçən ilin iyun ayında atası Nəsimi ilə Məmməd arasında mübahisə olmuş, lakin sonradan onlar barışmışlar. Bundan sonra onlar arasında ədavət və mübahisə olmamışdır. 19 iyun 2021-ci il tarixdə qonşuluqda yaşayan Elməddin yaşadığı, Sumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən fərdi evinin həyətində Elvin üçün toy məclisi təşkil etmişdir. Həmin toy məclisinə ancaq kişilər çağırılmışdır. Atası Nəsimi də toya dəvətli olmuş və bu səbəbdən toyda iştirak etmək üçün toy məclisinə getmişdir. O, da axşam saat 21 radələrində toya gəlmişdir. O, toyda atası ilə birlikdə və digər qonşularla əyləşmişdir. Masada əyləşib yemək yeyən zaman bir qədər spirtli içki də qəbul etmişdir. Bir qədər keçəndən sonra masada əyləşən Mehman atası ilə atmacalı danışmağa başlamış, qeyd etmişdir ki, Mehman da spitli içki qəbul etmişdir. Belə ki, o, gah kişilikdən danışır, gah oğlanlıqdan danışırdı. O, söhbətə müdaxilə edib Mehmana demişdir ki, başqasının məclisində söz-söhbət salmasın. Atası ona söhbətə qarışmamasını demiş, həmin vaxt Mehman ona, sən uşaqsan söhbətə müdaxilə etmə demişdir. O, Mehmana uşaq olsa da, onunla söhbət etmək iqtidarında olduğunu demişdir. Həmin vaxt masa üzərində olan bıçağı əlinə götürmüş, bundan sonra atası onu sakitləşdirib çölə çıxartmışdır. Mehmangil də onların arxasınca çölə çıxmışlar. Həmin vaxt Mehman üstünə gəlməyə başlamış və ünvanına söyüş söyməyə başlamışdır. Mehman söyüş söydüksən sonra o, əsəblərini cilovlaya bilməmiş və əlindəki bıçaqla Mehmanın bədənin müxtəlif nahiyələrinə 2-3 dəfə bıçaq zərbəsi endirmişdir. Zərbələr Mehmanın bel, qol və ayaq nahiyələrinə dəymişdir. Bıçaq zərbələrinin təsirindən Mehman yerə yıxılmışdır. Daha sonra Mehmanın atası Məmməd üstünə gəlməyə başlamış və ona da bir bıçaq zərbəsi vurmuşdur. Həmin bıçaq zərbəsi Məmmədin arxa sağ yan tərəfinə dəymişdir. Həmin vaxt atası və orada olan bir neçə hazırda xatırlamadığı qonşu bir təhər onu sakitləşdirib yaşadığı evə gətirmişlər. Bıçaq zərbələrin təsirindən dəstəyindən ayrılmış və yerə düşmüşdür. Sonradan polislər ona demişdir ki, mübahisə zamanı orada Zərərçəkmiş şəxs1 adlı qonşusu da olmuş və mübahisə zamanı ona da xəsarət yetirmişədir. Validə xəsarət yetirməsi yadına gəlmir. Ola bilsin ki, toyda içdiyi spirtli içkinin təsirindən Validi vurması yadına gəlmir. Mübahisə 19 iyun 2021-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən Dəri sexinin ətrafında baş vermişdir. Həmin vaxt orada o, atası. Mehman, Məmməd və qonşular olmuşdur. Mehmanı onu söydüyünə görə vurmuş, onu bıçaqla vuranda öldürmək niyyəti olmamışdır. Eləcə də, Məmmədi də öldürmək niyyəti olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Nəsimi və oğlu Əli qonşuluqda yaşamışdır. Onlarla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs3 ilə də münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Bildiyinə görə keçən ilin iyun ayında Mehmanın atası Məmmədlə Əlinin atası Nəsimi arasında mübahisə olmuş, lakin sonradan onlar barışmışdırlar. Bundan sonra onların arasında ədavət və mübahisə olmamışdır. 19 iyun 2021-ci il tarixdə qonşuluqda yaşayan Elməddin yaşadığı, Sumqayıt şəhəri, ST.Sumqayıt ərazisində yerləşən 955 saylı Hərbi Hissənin 2 saylı Hərbi şəhərciyində fərdi evinin həyətində oğlu Elvin üçün toy məclisi təşkil etmişdır. O isə həmin məclisə dəvət olunmamışdır. Axşam saat 22 radələrində Elməddingilin yaşadığı həyətdə güclü səs-küy eşidib onun evinə tərəf getmış və orada mübahisə olduğunu görmüşdür. Qaranlıq olduğu üçün kimlərin mübahisə etdiyini əvvəlcə görə bilməmışdir. Bir qədər sonra Mehmanın ona tərəf arxa- arxaya gəldiyini görmüş, Mehmandan nə baş verdiyini soruşanda Mehman ona cavab verməmişdir. Kənardan isə kimsə “qoymayın, qoymayın” deyirmiş. Elə həmin vaxt Əlinin ona tərəf gəldiyini və əlində bıçaq olduğunu görmüşdür. O, Mehmanla yanbayan dayanmışdır. Əli Mehmana tərəf getmişdir. Lakin necə oldmuşdursa Əli ona bıçaqla zərbə vurmuşdur. O, Əlidən niyə onu vurduğunu soruşanda Əli ona cavab verməmiş və Mehmanın üzərinə getmişdir. Mehman isə qaçmağa başlamışdır. Ardınca bıçaq vurulan nahiyədən qan gəldiyini görmüş, bir qədər sonra isə özündən getmiş və ayılanda artıq xəstəxanada olduğunu və əməliyyat olunduğumu bilmişdir. Hadisə barədə başqa məlumatı olamamışdır. Əli onu vurmaq istəməmiş, Əlinin toyda Mehmanla mübahisəsi düşmüş, Əli onu vurmaq istəyib, lakin necə oldusa Əli onu da bıçaqla vurmuşdur. Onunla Əlinin münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Mübahisə 19 iyun 2021-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, ST.Sumqayıt ərazisində yerləşən 955 sayh Hərbi Hissənin 2 saylı Hərbi şəhərciyində baş vermişdir. Həmin vaxt orada kimlərin olmasına fikir verməmişdir. Hesab etmişdir ki, Əli məni bilmədən vurmuş, əgər Əli onu yenidən vurmaq istəsə idi, buna imkanı var idi, ona heç kim mane olmamışdı. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirib, təqsdirləndirilən şəxsə mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs3 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, artıq uzun müddətdir ki, Sumqayıt şəhəri, STSumqayıt Hərbi Hissə 955/2-də yaşayırlar. Şahid1 və oğlu X13 onunla qonuşuluqda yaşay-rlar. Onlarla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Yalnız keçən ilin iyun ayında atası Məmmədlə Nəs.mı İrasmda mübahisə olmuş, lakin sonradan onlar barışm.şlar. Bundan sonra ^lararas.nda Xət və mübahisə olmamışd.r. 19 iyun 202 1-ci il tarixdə qonşuluqda yaşayanlElməddm * «^1( Sumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən fərd, evınm həyətmdə Elvin uçun lo) məclisi təşkil etmişdir. Həmin toy məclisinə ancaq kişilər çağırılmışdır. O, və atası Məmməd də toya dəvətli olmuş və bu səbəbdən toyda iştirak etmək üçün toy məclisinə getmişlər. loyda atası ilə birlikdə və digər qonşularla əyləşmişdir. Atası toyda bir qədər iştirak edib çıxıb getmişdir. Sonradan o, başqa masada əyləşdir. Həmin masaya da sonradan Nəsimi və Oli də gəlmişdir. Söhbət əsnasında Nəsimi kişilikdən danışmağa başlamışdır. Nəsimi və oğlu Əli də spirtli içki də qəbul etmişlər. Nəsiminin ona söz atdığını görüb ona toyda bu söhbətləri eləməməsini məsləhət görmüşdür. Lakin Nəsimi ona qulaq asmamış, hətta Əli də söhbətə müdaxilə edəndə o, Nəsimiyə oğluna sakit olmasını deməsini bildirmişdir. Lakin Əli Nəsimiyə də qulaq asmamışdır. Nəsimi bir neçə dələ ona sakit olmasını desə də, Əli ona qulaq asmamışdır. Daha sonra Əlini qonşular küçəyə çıxartmışlar. Belə ki, Əli məclisdə nalayiq söyüşlər söymüşdür. Lakin Əli küçəyə çıxandan sonra da söyüş söyməkdə davam etmişdir. Onun ünvanına da söyüş söydüyündən o. küçəyə çıxmış və küçəyə çıxanda görmüşdür ki, qonşular bir qədər aralıda Əlini tutub saxlayıblar. Əli onu görən kimi üstünə gəlmiş və yaxasından tutub ona yumruq zərbəsi vurmuşdur. Bundan sonra o, da Əlinin yaxasından tutmuş və qonşular onlan aralamışlar. Əli bir qədər geri çəkilib yenidən üstünə gəldi və ona çatıb əl atanda görmüşdür ki, əlində bıçaq var. Əli bıçaqla ona zərbələr endirməyə başlamışdır. Bıçaq zərbələrindən ikisi qoluna, biri isə belinə, təxminən böyrək nahiyəsinə dəymişdir. Bundan sonra o, Əlinin dayanmadığını və ona növbəti bıçaq zərbələri endirmək istədiyini görüb, zərbələrdən yayınmaq üçün qaçmağa məcbur olmuşdur. Lakin Əli də arxasınca qaçmağa başlamış və qan itirdiyindən halsız vəziyyətə düşdüyü üçün özünü yerə atmışdır. Lakin Əli yerə yıxıldığını görsə də, ondan əl çəkməmiş və yenidən ona bıçaq zərbələri endirmək istəmiş, o,yerdə uzanmış vəziyyətdə Əliyə özünü müdafiə üçün ayaqlan ilə zərbələr endirmişdir ki, Əli onu bıçaqla vura bilməsin. Lakin buna baxmayaraq Əli sağ ayaq nahiyəsindən də ona bıçaqla zərbə vurmağa imkan tapmışdır. Əlinin vurduğu bıçaq zərbəsi ayaq nahiyəsinə dəyəndən sonra ayağında ilişib qalmış və Əli bıçağı ayağından çıxarda bilməmişdir. Lakin qonşulardan kimsə (xatırlamır) tez özünü yetirib Əlini tutub kənarlaşdırmış və kənarlaşdıran zaman həmin vaxt Əli bıçağı ayağından çıxartmışı, yenidən üstünə gəlməyə çalışsa da, Əlini kənarlaşdıran şəxs onu möhkəm tutub saxlamışdır. Hətta orada olan Nəsimi Əlini kənarlaşdıran adama irad bildirib demişdir ki, ‘"niyə Əlini aralayırsan, qoy vursun". Bundan sonra qonşulardan kimsə (xatırlamır) onu evə aparmışdır. Daha sonra Sumqayıt TTYX-nın əməkdaşları yaşadığı evə gəlib onu Sumqayıt TTYX-na gətirmişlər və orada ona ilkin yardım edilmişdir. Bildiyinə görə həmin mübahisə zamanı Əli atası Məmmədi və Validi də bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs2 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, artıq uzun müddətdir ki, Sumqayıt şəhəri, ST. Sumqayıt Hərbi Hissə 955/2-də yaşayır. Şahid1 və oğlu Təqsirləndirilən şəxs onunla qonuşuluqda yaşayırlar. Onlarla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Yalnız keçən ilin iyun ayında Nəsimi ilə aralarında mübahisə olmuş, lakin sonradan onlar barışmışlar. Bundan sonra aralarında ədavət və mübahisə olmamışdır. 19 iyun 2021-ci il tarixdə qonşuluqda yaşayan Elməddin yaşadığı, Sumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən fərdi evinin həyətində Elvin üçün toy məclisi təşkil etmişdir. Həmin toy məclisinə ancaq kişilər çağırılmışdır. O, və oğlu Mehman da toya dəvətli olmuşdur və bu səbəbdən toyda iştirak etmək üçün toy məclisinə getmişlər. O, toyda oğlu Mehmanla birlikdə və digər qonşularla əyləşmişdir. Toyda bir qədər iştirak edib çıxıb evinə getmişdir. Tez getməsinə səbəb Nəsimin yan stolda oturub içki içib çox danışması və öz hərəkətlərini idarə edə bilməməsi olmuşdur. Təxminən 30-40 dəqiqə sonra küçədə səs- küy eşidib küçəyə çıxmış və toy məclisinə tərəf gedəndə görmüşdür ki, bir nəfər yanından ötüb keçmişdir. Qanınlıq olduğu üçün həmin şəxsin oğlu Mehman olduğunu görə bilməmişdir. Onun arxasınca isə Əli qaça-qaça getmişdir. Əli üstünə gəlib onunla toqquşan zaman əlindəki bıçaqla sağ arxa nahiyəsinə xəsarət yetirmişdir. O, əlini həmin nahiyəyə qoyanda qan gəldiyini görmüşdür. Lakin ağrı hiss etməmişdir. Daha sonra Nəsiminin Əli, Əli dediyini eşitmişdir. O, Nəsimiyə yaxınlaşıb nə baş verdiyini soruşmuş, Nəsimi oğlu Əlinin arxasınca getdiyini demişdir. Qonşulardan kimsə demişdir ki, arxasından qan gəlir, xəstəxanaya getməlidir. Lakin o, evə tərəf getməyə başlamış və evinin yaxınlığında bir neçə şəxsin toplaşdığını, Nəsiminin isə qonşu Vüqara Əlini buraxmasını və qoy Mehmanı vurmasını dediyini eşitmişdir. Bundan sonra evə keçmiş və evə keçəndə Mehmanın qan içində olduğunu görmüşdür. Məlum olmuşdur ki, Əli ilə Mehman arasında mübahisə düşmüş və mübahisə zaman Əli Mehmana bıçaqla xəsarətlər yetirmişdir. Sonra qonşulardan kimsə Sumqayıt şəhər TTYX-na zəng edib məlumat vermişdir. Bir qədər sonra Sumqayıt şəhər TTYX-nın əməkdaşları gəlib onları xəstəxanaya gətirmiş və orada onlara ilkin tibbi yardım edilmişdir. Orada bilmişdir ki, Əli mübahisə zamanı digər qonşu Validə də xəsarət yetirmişdir və Valid artıq cərrahiyyə əməliyyatına götürülmüşdür. Validi niyə vurduğunu isə bilməmişdir. Mübahisənin səbəbi Nəsiminin Əliyə spirtli içki içirtməsi, nəticədə Əlinin özünü idarə edə bilməməsi və atası Nəsiminin toy məclisində məclisə uyğun olmayan söhbət etməsinə görə Mehmanın ona irad bildirməsi, bunu eşidən Əlinin isə bundan qıcıqlanması olmuşdur. Onunla Nəsimi arasında təxminən bir il bundan qabaq olan mübahisə də hazırkı mübahisəyə səbəb ola biləcəyini güman elmişdir. Bildiyiməgörə bıçağı Əliyə Nəsimi vermişdir. Mübahisə 19 iyun 2021- ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən Dəri sexinin ətrafında Hərbi şəhərcikdə baş vermişdir. Həmin vaxt orada o, Əli, Nəsimi, qonşulardan Kərim, Samir, Vüqar və bir neçə tanımadığı qonşu olmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 19 iyun 2021-ci il tarixdə Nəsimigilə qonaq getmişdir. Axşam eşitmişdir ki, qonşuluqda yaşayan Elməddin yaşadığı, Sumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən fərdi evinin həyətində oğlu Elvin üçün toy məclisi təşkil edəcdir. Nəsimi və Əli də toya getmişdirlər. Axşam saatlarında Nəsiminin yaşadığı evin həyətində olduğu zaman toyun baş verdiyi həyətdən səs-küy gəldiyini eşidib çölə çıxmış, çölə çıxanda görmüşdür ki, Elməddinin həyətində mübahisə var. Əvvəlcə qonşuluqda yaşayan Mehmanın ucadan Əlinin ünvanına ana söyüşü söyə-söyə yanında bir nəfər tanımadığı şəxsin müşayiəti ilə çölə çıxdığını görmüşdür. Onun arxasınca nəvəsi Əlinin iti yerişlə həyətdən çölə çıxıb Mehman tərəfə getdiyini görmüşdür. Başa düşmüdür ki, onlar arasında mübahisə düşmüş və Mehman məhz nəvəsi Əlininin ünvanına ana söyüşü söymüşdür. Daha sonra işıqlar bir neçə dəqiqəlik sönmüşdür. İşıqlar yanandan sonra Mehmanın anasının səsini eşidib onun yanına gedəndə əlində bıçaq görmüşdür. Mehman isə yerə oturmuş vəziyyətdə idi. Mehmanın anası Mehriban isə Əlini vuracağını demişdir. Nə baş verdiyini soruşanda X11 bıçaqla vurduğunu demişdir. Mən Mehribanı sakitləşdirmək istəyərkən Mehmanın atası Məmmədi görmüşdür. O, Məmmədi də sakitləşdirməyə başlamışdır. Əli və Nəsiminin isə harada olduqlarını bilməmişdir. Bir qədər sonra Sumqayıt TTYX-nın tibbi personalı gəlib avtomobillə Mehman və Məmmədi xəstəxanaya aparmışdırlar. O, da bundan sonra evə getmişdir. O evə gələndə isə eşitmişdir ki, Əli və Nəsimi artıq Sumqayıt ŞPİ-nin 5-ci PBnə aparmışdırlar. Sonradan eşitmişdir ki, Elməddinin təşkil etdiyi məclisdə Mehman söyüş söydüyündən Əli ilə aralarında mübahisə düşmüş, ona görə Əli onu vurmuş, daha sonra Məmməd Əlinin üstünə getdiyindən ona da bıçaqla zərbə vurmuş, həmçinin həmin gün Valid Mehman kimi ağ köynək geyindiyindən Əli səhvən Validi bıçaqla vurmuşdur. Hadisə barədə başqa məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 Məhəmməd oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 qonuşuluqda yaşayırlar. Onlarla münasibətlərim yaxşı olub, aramızda ədavət və düşmənçilik olmamışdır. Yalnız keçən ilin iyun ayında Məmmədlə aralarında mübahisə olmuş, lakin sonradan barışmışdırlar. Bundan sonra aralarında ədavət və mübahisə olmamışdır. Bir-birilərini görəndə normal qaydada salamlaşmışdırlar. X4 münasibətləri soyuq olaraq qalmışdır. Bir neçə dəfə ona salam versə də, salamını almamışdır. 19 iyun 2021-ci il tarixdə qonşuluqda yaşayan Elməddin yaşadığı, Sumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən fərdi evinin həyətində oğlu Elvin üçün toy məclisi təşkil etmişdir. Həmin toy məclisinə ancaq kişilər çağırılmışdır. O, toy məclisinə getmişdir. Axşam saat 21 radələrində oğlu Əli də toya gəlmişdir. Əli toyda onunla birlikdə və digər qonşularla əyləşmişdi. Masada əyləşib yemək yeyən zaman bir qədər spirtli içki də qəbul etmişdirlər. Bir qədər keçəndən sonra masada əyləşən Mehman onunla atmacalı danışmağa başlamışdır. Mehman da spirtli içki qəbul etmişdir. Mehman, gah kişilikdən danışır, gah oğlanlıqdan danışırdı. Bir-iki dəfə o, sağlıq deyəndə Mehman dediyi sağlıqlara görə spirtli içki qəbul etməmişdir. Bunu görsə də, Mehmana heç nə deməmişdir. Mehmanın atmacalı danışdığını görən Əli söhbətə müdaxilə edib Mehmana dedi ki, başqasının məclisində söz-söhbət salmasın. O, Əliyə söhbətə qarışmamasını demişdir. Həmin vaxt Mehman Əliyə dedi ki, sən uşaqsan söhbətə müdaxilə etmə. Bundan sonra o, Əlini sakitləşdirmişdir. Sonra Mehman çölə çıxmışdır. Həmin vaxt Əlinin də yanında olmadığını görmüşdür. Bir az sonra isə çöldən səs eşidib çölə çıxanda Əlinin qışqırdığını göıüb ona yaxınlaşmış və onu tutub saxlamışdır ki, heç kimlə dava-dalaş etməsin. O, Əlini tutanda əlinin qan içində olduğunu görüb nə baş verdiyini soruşmuşdur. Əli kimisə vurduğunu demişdir. Məmmədlə üzbəüz gələndə ona demişdir ki, o öz oğlunu saxlayır, sən də öz oğlunu arala. Yaşadıqları evə tərəf gələndən sonra Əli dedi ki, mübahisə zamanı Mehmanı bıçaqla vurub, daha sonra üzərinə Mehmanın atası Məmməd gəlib, onu da bıçaqla vurmuşdur. Həmin vaxt Əli Validi bıçaqla vurduğunu demişdir. Sonradan polislər gəlib onları bölməyə aparıb orada sorğu-sual edən zaman o, bilmişdir ki, Əli mübahisə zamanı Validi də vurmuşdur. X18 vurmasının yadına gəlmədiyini demişdir. Lakin sonradan qonşulardan kimsə dedi ki, (kimin dediyi yadına gəlmir) həmin gün Mehman da, Valid də ağ köynək geyinmişdir, X15 aralamaq istəyən zaman Əli onları səhv salıb hər ikisini vurmuşdur. Əli ilə Validin münasibətləri yaxşı olmuş, aralarında indiyədək mübahisə və ədavət olmamışdır. Mübahisə 19 iyun 2021- ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən Dəri sexinin ətrafında baş vermişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, o, gələndə oğlu Mehmanla Məmmədi vurmuşdur.Əlinin Validi vurmağını heç kim görməmişdir. Ev sahibi işıqları söndürmüşdür. Sonradan eşitdiyinə görə Valid və Mehman ağ paltar geyinmişdir.Əli bilmədən Validi vurmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Tuq zavod ərazisində fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Şahid1 onunla qonşuluqda yaşayırlar. Aralarında qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. 19 iyun 2021- ci il tarixdə qonşuluqda yaşayan Elməddin oğlu Elvin üçün yaşadığı evin həyətində yığıncaq təşkil etmiş, o, Mehman, Məmməd və Nəsimi də toya dəvətli olmuşdur. Məclis öz axarı ilə davam etmiş, o, özü də qonaqlara xidmət etmişdir. Mehman və Nəsimi də bir masa arxasında əyləşmişdir. Onların münasibəti soyuq olmuş, belə ki, təxminən bir il bundan qabaq Mehmanın atası Məmmədlə Nəsimi arasında dava olmuş, sonradan onlar barışsa da, Mehmanla Nəsiminin münasibəti soyuq olaraq qalmışdır. X1 Nəsimini məclisə çağırmamasını, əks təqdirdə davam düşəcəyini demişdi. Mehmanın atası Məmməd toydan tez çıxmışdır. Daha sonra Nəsiminin oğlu Əli də məşqdən çıxıb məclisə gəlmiş və bir qədər çörək yeyib spirtli içki də qəbul etmişdir. Məclis boyu Mehmanın Nəsimi ilə atmacah danışdığını, ona söz atdığını, Mehmanın hər kəsə spirtli içki süzsə də, Nəsimiyə spirtli içki süzmədiyini görmüş, Nəsimiyə buna fikir verməməsini demiş, Mehmana isə məclisdə söz-söhbət salmamasını bildirmişdir. Məclisin yekunlaşmasına az qalmış çörək yediyi zaman Mehman da onun əyləşdiyi masaya gəlmiş, daha sonra Nəsimi də həmin masaya gəlmiş, Mehman orada da Nəsimiyə söz atmış, bunu eşidən Əli Mehmana atası ilə normal danışmasını, ondan yaşca böyük olmasını demiş. Mehman Əliyə uşaq olduğu üçün söhbətə qoşulmamasını demişdir. Söhbətin böyüməməsi üçün onları aralayıb çölə çıxartmış, çölə çıxdıqdan sonra Mehman söyüş söydüyündən Əli ilə aralarında mübahisə yaranmış, o, Nəsimini tutmuşdur ki, mübahisəyə qoşulmasın, onsuz onları ayıracaqlar. Nəsimi özü də onları ayırmaq fikrində olmuşdur. Qonşulardan kimsə isə Əlini tutmuş, həmin vaxt işıq sönmüşdür. Yığıncaq isə artıq başa çatmışdır. Bir neçə dəqiqə sonra işıq yananda isə Mehmanın yerdə olduğunu görmüşdür. O, Mehmanı qaldırıb yaşadığı evə aparmış, onun Əli tərəfindən bıçaqlandığını bilmiş, daha sonra Mehmanın atası Məmmədin də Əli tərəfindən bıçaqlandığını öyrənmişdir. Mehman və Məmməd xəstəxanay aparılmış, o, da taksi ilə xəstəxanay getmiş, xəstəxanada onlara ilkin yardım edilmiş, həmçinin digər qonşu Validin də Əli tərəfindən bıçaqla vurulduğunu öyrənmişdir. Bildiyimə görə X16 səhv salıb vurmuşdur. (cild 1, iş vərəqə 133-135). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 23 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Tuq zavod massivində yerləşən dəri sexinin ətrafında yerləşən fərdi evdir. (cild 1, iş vərəqə 78-79). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 951 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol saidin, sol bazunun, sağ budun, bel nahiyyəsinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarətlər dcşici-kəsici əşyanın (alətin) təsirindən yaranmışdırlar, tibbi \arc ıına müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxta və şəraitdə, yəni 19.06.^021 -ci il tarixdə bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (cild 1, iş vərəqə 138-141). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının xx.xx.2021 -ci il tarixli 924 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ sağn nahiyyəsinin deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxta və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (cild 1, iş vərəqə 142-144). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının xx.xx.2021 -ci il tarixli 1086 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol tərəfli hemotoraksla müşayiət olunmuş döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş- deşilmiş yarası, dalağın kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunmuş döş qəfəsinin sol yarısının qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (alətin) ola bilsin ki, bıçağın təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxta və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (cild 1, iş vərəqə 145-148). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2021-ci il tarixli, 373- 2021/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 Niyyətulla oğluna məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində iki ədəd, arxa səthinin sol yarısının orta hissəsində bir ədəd (cəmi 03 (üç) ədəd) deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 Niyyətulla oğluna məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmiş zədə aşkar olundu. Bu zədə iti ucu olan hər hansı bir əşyanın təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 Niyyətulla oğluna məxsus köynəyin sol qolunun kənari dairəvi tikişi üzərində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik bir ədəd sökülmə zədəsi aşkar olundu. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs3 məxsus şalvarın sol ayaqlığının ön səthinin orta-dizlik hissəsində bir ədəd, arxa səthinin orta- dizlik hissəsində iki ədəd və sağ ayaqlığın arxa səthinin yuxarı hissəsində bir ədəd (cəmi 04 (dörd) ədəd) deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr ülgücü, ucu və küpü yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs3 məxsus şax arın sağ ayaqlığının ön səthinin ortadizlik hissəsində küt yaranma mexanizminə ınahk olan və şalvarın müvafiq nahiyəsinin hərhansı bir küt əşyaya ilişib cırılması nəticəsində əmələ gəlməyə xarakterik bir ədəd cırılma zədəsi aşkar olundu. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 Niyyətulla oğluna məxsus köynəyin və Zərərçəkmiş şəxs3 məxsus şalvarın üzərində aşkar olunmuş deşilmiş- kəsilmiş zədələrin eyni bir alətlə (əşya ilə) törənməsinin mümkünlüyü istisna olunmur. Ekspertizaya tədqiqatına təqdim olunmuş bıçaq kəskin deformasiyaya uğradığı, yəni bıçağın tiyəsi dəstəkdən tamamilə ayrıldığı üçün ekspertizaya təqdim olunmuş geyim əşyaları üzərində olan zədələrin təqdim olunmuş bıçağın təsirindən əmələ gəlibgəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 Niyyətulla oğluna məxsus bir ədəd şalvar, bir ədəd tuman və bir cüt ayaqqabı və Zərərçəkmiş şəxs3 məxsus bir ədəd köynək və bir cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın tiyəsi və dəstəyi küt təsirdən sınmışdır. Bıçağın üzərində sonradan heç bir düzəliş edilməmişdir. (cild 1, iş vərəqə149-160). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmətibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2021-ci il tarixli, 5839/MTBŞ-2021 saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs3 qan qrupu: A(İİ) (məlumat portalından çıxarışa əsasən) Zərərçəkmiş şəxs1 Niyyətulla oğlunun qan qrupu: В (İİİ) məlumat portalından çıxarışa əsasən) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs3 köynək və şalvar üzərində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “A” antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs3 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 Niyyətulla oğluna köynək və bir tay ayaqqabı üzərində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “B" antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə B(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 Niyyətulla oğluna məxsus ola bilər. Təqdim olunmuş bıçağın tiyəsi və Zərərçəkmiş şəxs1 Niyyətulla oğluna məxsus şalvar üzərində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız A və В antigenləri alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə AB (İY) qruplu bir şəxsə məxsus ola bilər. Lakin ləkələrin bir neçə şəxsin qanı hesabına əmələ gəlməsini nəzərə alsaq, bu halda ləkələrdə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Niyyətulla oğlunun qarışmış qanlarının olması inkar olunmur. Bıçağın dəstəyi üzərində qan aşkar olunmadı. (cild 1, iş vərəqə 161-168). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Kompleks Ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2497 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək ıq ıdannda olmuşdur. Təqsirləndirilən şəxs oglu həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri ahına düşmür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə elmək iqtidarındadır. Təqsirləndirilən şəxs oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs emosionallıq, tez özündən çıxmaq, hövsələsizlik, inadkarlıq, hirslilik, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halndan asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman psixi-emosional sferasında qıcığa qarşı həssaslıq, hirslilik, emosional oyanıqlıq,impulsivlik kimi hallar yaranmışdır. Həmin halların yaranması Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması, eyni zamanda ona müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya (Mehman adlı şəxsin ona və atasına qarşı atmacalı sözlər işlətməsi, nalayiq ifadələr söyləməsi və.s ) əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. (cild 1, iş vərəqə 220-223). Cinayət işinin materiallarından görünür ki, baş vermiş mübahisə zamanı X2 məxsus 01 ədəd idman şalvarı, 1 cüt idman ayaqqabısı, 1 ədəd köynək və Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd cins şalvar, 01 ədəd köynək və 01 ədəd dəstəyi qırılmış bıçaq maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbanna təhvil verilmişdir. (cild 1, iş vərəqə 229-241). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən xx.xx.2021-ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild 1, iş vərəqə 82). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərüffatı İstehsalat Birliyinin 1 Saylı MKS-dən alınmış 08 dekabr 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Yat-6, 2-ci paralel küçəsi, 9-cu məhəllədə qeydyyatda olub həmin qəsəbədə yaşayır. O, subaydır və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 218-219). Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Niyyətulla oğlunu ehtiyasızlıqdan vurması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun CM-nin 126.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanmış cinayət təqibinə xitam verilməlidir. (başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 41.3-cü maddəsinin tələbinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Niyyətulla oğlu məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsdən şikayət və ya tələblərinin olmadığını və onunla barışdıqlarını bildirərək, bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdirlər. Məhkəmədə dövlət ittihamçısı cinayət qanunvericiliyinin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittihamdan tam imtina etmiş və onun həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət təqibinin davam etdirilməsini təklif etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə həmin Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Cinayət qanunvericiliyinin yuxarıda təsvir olunan maddi və prosessual normalarının tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə onun barəsində aparılan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-də saxlanılan maddi sübut kimi tanınmış X2 məxsus 01 ədəd idman şalvarı, 1 cüt idman ayaqqabısı, 1 ədəd köynək və Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd cins şalvar, 01 ədəd köynək və 01 ədəd dəstəyi qırılmış bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 il (beş) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 20 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİdə saxlanılan 01 ədəd idman şalvarı, idman ayaqqabısı, 2 ədəd köynək və 01 ədəd cins şalvar və 01 ədəd dəstəyi qırılmış bıçaq məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar