Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-14/2024 13.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi- X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxslərin nümayəndələri-Zərərçəkmiş şəxs9 nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs8 nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə3, Müdafiəçilər–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.1994-cü ildə Gürcüstan Respublikası, Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Masazır kəndi X19, massiv-2, ev 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR. Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 184A-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 31ci məhəllə, döngə 1-də fərdi evdə yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, ona verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək, 2020-ci ilin yanvar ayında Bakı şəhəri Binaəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq avtovağzalında görüşüb 8000 manat məbləğində pulunu etibardan sui- istifadə etməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olmasını yalandan bildirib, sonuncunun inam və etibarını qazanaraq, hər hansı səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır kəndi ərazisindəki “Məzunlar evi” yaşayış kompleksindəki binalardan 1 otaqlı mənzil almasına köməklik göstərəcəyini vəd verib aldadaraq bu məqsədlə 05 aprel 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Köhnə bazar” adlanan ərazidə görüşüb Zərərçəkmiş şəxs2 6500 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri ahb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, ona verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək, bu məqsədlə 2021-ci ilin aprel ayında Bakı şəhəri Dəməgül qəsəbəsi ərazisində yerləşən kafedə tanışı Zərərçəkmiş şəxs6 vasitəsi ilə 18000 manat məbləğində pulunu etibardan sui-istifadə etməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs3 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, ona verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək, bu məqsədlə 2021-ci ilin aprel ayının ortalarında Abşeron rayonu Masazır kəndi ərazisində 2300 manat məbləğində, 2021-ci ilin aprel ayının axırlarında Abşeron rayonu, Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda 2500 manat məbləğində, 2021-ci ilin iyun ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal-Abşeron” yaşayış kompleksinin həyətində 5000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə, etibardan sui-istifadə etməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 9800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs10 topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, onlara verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək, bu məqsədlə 04 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Bazar store” mağazasının yaxınlığında tanışı Zərərçəkmiş şəxs6 vasitəsi ilə 30000 manat məbləğində pulunu etibardan sui-istifadə etməklə aldadıb Təqsirləndirilən şəxs2la birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs10 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, tanışı Zərərçəkmiş şəxs11 topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri ahb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, onlara verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək, bu məqsədlə 10 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində Yəhya Məsumzadə ilə görüşüb, Təqsirləndirilən şəxs2la birlikdə 3550 manat məbləğində pulunu etibardan sui-istifadə etməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs11 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs7 topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri ahb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, onlara verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək, bu məqsədlə 15 may 2021-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Həkəri” kafesində 10000 manat məbləğində, 23 may 2021-ci il tarixdə 12 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Gülnar” şadlıq sarayının qarşısında 10000 manat məbləğində, 28 may 2021-ci il tarixdə saat 15 radələrində həmin şadlıq sarayının qarşısında 10000 manat məbləğində, 15 iyun 2021-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən Abşeron rayon polis idarəsinin yaxınlığında 10000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə, etibardan sui-istifadə etməklə aldadıb Təqsirləndirilən şəxs2la birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs7 ümumilikdə 40000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs6 Abşeron rayonu Xırdalan şəhərindəki mənzilini 87.400 manata satdığını və bundan əlavə də pulunun olduğunu öyrəndikdən sonra sonuncunu topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb- satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, onlara verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək, bu məqsədlə 24 aprel 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs9 Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində işlədiyi topdansatış mağazasının qarşısında 60.000 manat məbləğində, 15 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evin qarşısında 47000 manat məbləğində, 15 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda yerləşən “Fəvvarələr” kafesində 40000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə, etibardan sui-istifadə etməklə aldadıb Təqsirləndirilən şəxs2la birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 147000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakım etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, tanışı Zərərçəkmiş şəxs9 Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən mağazasından bir müddət nisyə olaraq müxtəlif məbləğlərdə siqaret alıb pulunu vaxtında qaytarmaqla sonuncunun inam və etibarını qazanmış, sonra həmin etibardan öz xeyrləri üçün sui-istifadə edərək, 17 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs9 aldığı 88989,60 manat dəyərində müxtəlif markalı siqaretləri 20 iyun 2021-ci il tarixdək satıb pulunu ödəyəcəyini vəd etsə də sonra vədinə əməl etməyib həmin siqaretləri tandığı Şahid1 91400 manata satıb pulunu öz şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs9 88989,60 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, tanışı Zərərçəkmiş şəxs8 özünə məxsus qaldırıcı kran avtomobilini 100.000 manata satdığını öyrəndikdən sonra sonuncunu topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, onlara verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək, bu məqsədlə 01 iyun 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs8 Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yaşadığı evin qarşısında 61000 manat məbləğində, 11 iyun 2021-ci il tarixdə 25000 manat məbləğində, 18 iyun 2021-ci il tarixdə 15000 manat məbləğində, 19 iyun 2021-ci il tarixdə 1000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə, etibardan sui-istifadə etməklə aldadıb Təqsirləndirilən şəxs2la birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs8 ümumilikdə 102000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs4 şərikli “Rente Car” avtomobil icarəsi yeri açaraq birgə işlətməklə yaxşı qazanc əldə edəcəyinə inandıraraq, bu məqsədlə 23 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi “Qurtuluş-93” yaşayış kompleksində sonuncunun yaşadığı yerin yaxınlığında görüşüb, Təqsirləndirilən şəxs2la birlikdə 41000 manat məbləğində pulunu etibardan sui-istifadə etməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs4 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2ı 2-3 ildir tanımışdır. Aralarında yoldaşlıq münasibətləri olmuşdur. Köşk işlətmişdir, daha sonra şəxsi maşınını satmışdır. Bundan sonra İmandan rent car üçün maşın götürmüşdür, siqaret işində İman ona kömək etmişdir. Nə şəriki, nə də işçisi olmuşdur. Öz adına VÖEN olmuşdur. İmanın başqa işi olmamışdır. Özü köşk işlətmişdir və oranı icarəyə götürmüşdür, icarə haqqı aylıq 1000 manat olmuş, dövriyyəsi təxminən 16 000 manat olmuşdur, aylıq qazanc 700-800 manat olmuşdur, siqaretləri firmalar vermişdir, təxminən 1 il rent car işi ilə məşğul olmuşdur, Zərərçəkmiş şəxs2 6500 manat pul almışdır. Vüqarın onda sənədləri olmuşdur. Sənədlər ev ilə bağlı olmuşdur, ona Masazırda ev verilmişdir. Başqa bir adam ona kömək etməli olmuşdur. Amma pulu ona verməmişdir. Vüqara pulu o, şikayət etdikdən sonra qaytarmışdır. Qaytarmamağının səbəbi işin 1 il davam edəcəyi olmuşdur. O, tutulduğuna görə şikayət etmişdir.Zərərçəkmiş Zərərçəkmiş şəxs1 tanışı olmuşdur. Əzəməti tanımış, onunla siqaret alış-verişi olmuşdur. Borcu olmamışdır. İlqarı, Emini və Süleymanı tanımamış, alış-verişi olmamışdır. Yəhyanın da borcunu qaytarmış, siqaret qaytarmasa da pulunu vermişdir. Mövsümü tanımamışdır. Xəyyamı tanımışdır, ancaq alış-verişi olmamışdır. Əfqandan 89000 manat dəyərində siqaret götürmüşdür. 27000 manat ödəmiş, geri qalanını ödəyə bilməmişdir, siqaretin yarısını satmışdır, Sahili tanımamışdır, Xəyyamı 4-5 aydır tanımışdır. Dəqiq bilməsə də kolbasa paylamaq işi ilə məşğul olduğunu eşitmişdir. Xəyyam vasitəsilə heç kimdən pul almamışdır. Süleymanı 1 dəfə görmüşdür, hansı işlə məşğul olduğunu bilməmiş və ondan siqaret almamışdır. Əzəmət ona 700-800 manat vermişdir, o da ona siqaret vermişdir, ondan 9800 manat pul almamışdır. Axırıncı dəfə 800 manat vermişdir və siqaret verə bilmədiyi üçün pulu qaytarmışdır. Ondan şikayət etmişdir. Onlar bir-birini tanıdıqları üçün ondan şikayət etmişlər. İlqarı tanımışdır. Nə işlə məşğul olduğunu bilmir, o burada yalnız Əfqanla siqaret alış-verişi etmişdir, Əzəmət Xəyyamın kolbasa sexində işləmişdir. Yəhya onunla işləmişdir, 3000 manat almışdır və siqaret vermişdir. Onlar öz aralarında sözləşib ondan şikayət etmişlər, ən böyük məbləği 89000 manat dəyərində olmaqla Əfqandan almışdır. Həmin puldan 1 dəfə 10 000 manat qaytarmışdır. 55 000 manat borcu qalmışdır. Əfqana 55000 manatı qaytarmamağının səbəbi malları 12-13 mağazaya nisyə verməyi olmuşdur. Əfqan ondan pul istəyəndə o da həmin malları nisyə verdiklərindən istəmişdir, mağazaların adları barədə istintaq orqanlarını məlumatlandırmamışdır.Əhmədov Mövsüm ilə əlaqəsi olmamışdır. Emindən 102 000 manat məbləğində borc almamışdır, Sahillə münasibəti yaxşı olsa da alış-verişi olmamışdır. Rentacarla bağlı aralarında iş münasibəti olmamışdır. Emini Zərərçəkmiş şəxs6 vasitəsilə tanımış, aralarında siqaret alış-verişi olmamışdır. Xəyyam vasitəsilə Emindən borc istəməmiş və Xəyyam ilə də yaxın münasibəti olmamışdır. Heç kimə qarşı dələduzluq etməmişdir. İşlərində problem olduğu üçün aldığı siqaretin pulunu qaytara bilməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır kəndi X19, massiv-2, ev 2-də yaşamışdır. Bildirmişdir ki, əvvəllər “Remte Car” işlətməklə yanaşı fərdi qaydada ticarətlə məşğul olmuşdur. Abşeron rayonu, Mazasır kəndi ərazisində 2 ədəd balaca ticarət köşkünü icarə əsasında işlətmişdir. Vergi ödəyicisidir. Bir müddət sonra “Remte Car” işində qazanc əldə edə bilmədiyinə və borclandığına görə həmin işdən əl çəkib, siqaretləri topdan satış qiymətinə alıb, bir az baha qiymətə tanıdığı mağaza sahblərinə satıb qazanc əldə etməklə məşğul olmağa başlamışdır. Elə həmin ərəfədə, yəni 2021-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs9lə topdansatış qiymətinə siqaret satan adam kimi tanış olub, Əfqandan müxtəlif markalardan olan siqaretləri topdansatış qiymətinə nisyə, yəni pulunu satıb, hissə-hissə ödəmək şərti ilə alıb mağazalara paylayıb pulunu bir neçə günə ödəmişdir. Əfqanla alverə başladıqdan təxminən 1 ay sonra dostu Təqsirləndirilən şəxs2 onun siqaret alverində yaxşı qazanc əldə etdiyini görüb İmanı da bu alverdə özünə şərik etməyini xahiş etmişdir. O da bunun üçün pul lazım olduğunu bildirmişdir. Bundan sonra İman onun əvvəllər tanımadığı qohumu Zərərçəkmiş şəxs6 onun yanına gətirib Xəyyamın pulu olduğunu bildirib onunla şərik işləmək istədiklərini söyləmişdir. O da Xəyyamı tanımadığı üçün İmana bu şəriklikdə yalnız onu tanıdığını bildirib, Xəyyamla onun özünün şərik olmasını təklif etmişdir. İmanla Xəyyam da razılaşmışlar. Bundan sonra onun xx.xx.2021-ci il tarixdə nahar fasiləsinə yaxın vaxtda İmanla birlikdə Əfqanın yanına nisyə siqaret almağa getmişlər. İman onunla birlikdə Əfqanın mağazasına girmişdir. O, Əfqandan onlara nə qədər verə bilirsə nisyə, yəni satıb pulunu vermək şərti ilə siqaret verməsini xahiş etmişdir. Əfqan da razılaşıb onlara 88989,60 manat dəyərində “Vant”, “Arqo” və az miqdarda “Rotmans” markalı siqaretləri vermişdir. Onlar həmin siqaretləri alıb küçədən kirayələdikləri “Ford” markalı yük maşınına yığıb, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksinin yaxınlığında əvvəldən tanıdıqları Nurlan adlı ticarətlə məşğul olan tanışlarına bir az ba qiymətə, yəni 91.400 manata satıb həmin məbləğdə pulu alıb siqaretləri Nurlanın həmin yerdə olan həyətinə boşaltmışlar. Sonra elə həmin günü Əfqanın yanına gedib, ona aldıqları siqaretə görə borclu olduqları puldan 10.000 manatını ödəmişdir. Qalan pullar İmanda qalmışdır. Ertəsi günü o, İmanla görüşüb İmandan yenə 10.000 manat pul götürüb işlədiyi mağazasının qarşısında Əfqana vermişdir. Bundan bir gün sonra o, yenə İmanla görüşüb Nirlandan aldıqları siqaret pulundan 7000 manat alıb mağazasının yaxınlığında Əfqana vermişdir. Qalan pullar da İmanda qalmışdır. İmanla aralarındakı şifahi razılaşmaya əsasən Əfqandan nisyə aldıqları 88989,60 manat dəyərində siqaretin 27.000 manatını o, qalanını isə İman ödəməli olmuşdur. X14 aldıqları pulun qalanını öz şəxsi borclarına ödədiyinə görə Əfqanın pulunu verə bilməmişdir. Əfqan da siqaretləri ona görə nisyə verməsini əsas gətirib, qalan borcu da ondan tələb etməyə başlamışdır. O da İmandan Əfqanın pulunu tez tapıb verməsini xahiş etmişdir. Həmin ərəfədə onlar Abşeron rayonu, Masazır kəndindəki kafedə siqaret alveri edən tanışları Zərərçəkmiş şəxs4la birlikdə olduqları vaxtı Əfqan onlara zəng edib pulu nə vaxt verəcəklərini soruşmuşdur. Həmin vaxtı X10 danışıb Əfqandan aldıqları siqaretlərin onda olduğunu və siqaretləri hələ sata bilmədiyi üçün pulunu bir neçə günə hissə-hissə ödəyəcəyini söyləməsini xahiş etmişdir. Sahil də razılaşdıqdan sonra onlar Sahilin mobil nömrəsini Əfqana verib ondan aldıqları siqaretlərin pulu ilə bağlı Sahillə əlaqə saxlamasını xahiş etmişlər. Əfqan da razılaşıb Sahillə telefon əlaqəsi saxlamağa başlamışdır. Sahil də əvvəlcədən razılaşdıqları kimi İmana pul tapmaq üçün vaxt əldə etmək məqsədi ilə Əfqanla danışıb, aldıqları siqaretlərin onda olduğunu və bir neçə günə pulunu hissə-hissə verəcəyini bildirmişdir. Həmin müddətdə də İman Əfqana verməyə pul tapa bilmədiyinə görə pul qazanmaq niyyəti ilə Türkiyənin Zonquldaq şəhərinə getmişlər. Həmin müddətdə də Əfqan artıq onun pulunun Sahildə olmadığını öyrənib onlara zəng edərək, pulunu qaytarmaqlarını tələb etmişdir. Onlar da pulları olmadığına görə Türkiyəyə getdiklərini söylədikdən sonra Əfqan onları geri qayıdıb yenə ondan nisyə siqaret götürüb işləməyi və İmanın ona olan borcunu həmin alverdən əldə etdikləri qazancala ödəməklərini təklif etmişdir. Onlar da Əfqanın bu təklifi ilə razılaşıb geri qayıtmışlar. Bundan sonra isə Əfqanın onlardan şikayət etdiyini bilmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2 ildir tanımışdır, avtomobil icarəsi ilə məşğul olmuşlar və heç bir şəriklikləri olmamışdır. Rentacar 2020-ci ildə bağlanmışdır. Təqsirləndirilən şəxs1 Əfqanla çoxdan siqaret alveri etmişdir. Kamranla heç bir biznes əlaqələri olmamışdır. Kamran birinci dəfə 91 minlik siqaret götürmüşdür, pulunu xırdaxırda verəcəyini demişdir. Onlar birinci dəfə 91 min manat dəyərində siqareti birdəfəlik almışlar. Kamranla birlikdə götürüb onun maşınına qoymuş, yarısını aparıb Əfqana vermişlər. Kamran ona zəng edərək bildirmişdir ki, tələsdiyinə görə onu aparıb Əfqana versin. 55 min borc qalmışdır. Əliyə onun borcu olmamışdır. Əfqan pulunu istəyəndə Kamran ödəməyə çalışmışdır. Ona 50 manat, 100 manat vermişdir. Zərərçəkmiş şəxs8 də tanımışdır. Ondan pul almamışdır, Kamranın almasından da məlumatı olmamışdır. Zərərçəkmiş şəxs6ı tanımışdır, ondan pul almamışdır, lakin İmandan niyə şikayət edib bilməmişdir. İman ona kömək etmişdir, o da 3-5 manat pul vermişdir. Rentacarda işçi olmuşdur. O onların heç biri ilə müqavilə bağlamamış, pul almamışdır. Zərərçəkmiş şəxs8 tanımışdır, amma pul almamışdır. Zərərçəkmiş şəxs8 kimləsə borc münasibəti olması barədə məlumatı olmamışdır. Ticarətlə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 31-ci məhəllə, döngə 1-də yerləşən fərdi evdə yaşamışdır. Bildirmişdir ki, bir övlad atasıdır. Əvvəllər “Remte Car” işlətməklə pul qazanmışdır. Təqsirləndirilən şəxs1 da həmin vaxtdan “Rernte Car” işlədən adam kimi tanımışdır. Bu səbəbdən də münasibətləri yaxınlaşaraq dosluq münasibətinə keçmişdir. Son vaxtlar “Remte Car” işində qazanc əldə edə bilmədiyinə görə həmin işi buraxıb dostu Kamrana siqaret alveri etməkdə köməklik etməyə başlamışdır. Bəzən siqaret almağa pulu çatmayanda Kamran ondan da ***-**** manat borc pul alıb sonra qaytarmış və Kamrana köməklik etməsinin müqabilində ona əlavə 100 manat pul vermişdir. Kamran siqaretləri Zərərçəkmiş şəxs9 adlı tanışının Abşeron rayonu, Xırdalan şəhərindəki anbarından pulunu satdıqdan sonra hissə-hissə vermək şərti ilə topdansatış qiymətinə alıb, bir az baha qiymətə tanıdığı mağaza sahiblərinə satıb qazanc əldə etmişdir. Axırıncı dəfə 2021-ci ilin iyun ayının ortalarında tarixini dəqiq xatırlamdığı gündə Kamranla birlikdə yenə Əfqanın Xırdalan şəhərindəki siqaret anbarına getmişlər. Kamran ondan həmişəki qaydada pulunu satıb ödəmək şərti ilə 88989,60 manat dəyərində “Vant”, “Arqo” və az miqdarda “Rotmans” markalı siqaretləri alıb küçədən kirayələdikləri “Ford” markalı yük maşınına yığmış, Xırdalan şəhəri, AAAF- Park yaşayış kompleksinin yaxınlığında Kamranın əvvəldən tanıdığı Nurlan adlı tanışına bir az baha qiymətə, yəni 91400 manata satıb həmin məbləğdə pulu alıb siqaretləri Nurlanın həmin yerdə olan həyətinə boşaltmışlar. Kamran pulu alıb onun maşınının salonundakı saxlanc yerinə qoymuşdur. O, həmin puldan Kamranın ona borclu olduğu 1000 manatı götürmüşdür. X15 yanına gedib, ona aldığı siqaretə görə borclu olduğu puldan 10.000 manatını ödəyəcəyini və 55.000 manat da biz “Remte Car” işlətdikləri vaxtı borclu qaldıqları Əli adlı şəxsə verəcəyini deyib, ondan ayrılıb getmişdir. Bundan bir neçə gün sonra o, Kamrandan Əfqanın pulunu verib-vermədiyini soruşmuşdur. Kamran da həmin puldan 27.000 manat Əfqana verdiyini, 55.000 manatını isə Əliyə verdiyini bildiriib, qalan 9.400 manatı Əfqana çatdırması üçün ona vermişdir. O da həmin məbləğdə pulu alıb Xırdalan şəhəri, Qalubiyyə küçəsində “Misir” parkının qarşısında Əfqanla görüşüb Əfqana vermişdir. Bundan sonra Kamranın onun yanında hər ikisinin tanışı olan Sahillə telefon danışığından başa düşmüşdür ki, Əfqan Kamrana verdiyi siqaretlərin pulunu tələb etdiyinə və Kamranın da Əfqanın siqaretlərinin pulunu Əliyə verdiyi üçün Əfqana pul ödəyə bilmədiyinə görə o, vaxt qazanmaq üçün Sahildən xahiş etmişdir ki, Əfqanla telefon əlaqəsi saxlayıb, Kamranın siqaretləri ona verdiyini, lakin sata bilmədiyinə görə pulunu bir neçə günə verəcəyini söyləsin. Sahil də Kamranın xahişi ilə Əfqanla danışıb bir neçə günə siqaretlərin pulunu onun verəcəyini söyləmişdir. Bildirmişdir ki, o, Əfqanla heç bir alver etməmiş, o, yalnız Kamrana köməklik etmişdir. Kamran da bunun müqabilində ona 100 manat pul vermişdir. (cild 03 iş/v 105-106) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, təxminən 3 il olar ki, Masazır qəsəbəsində kirayədə yaşayır. Təqsirləndirilən şəxs1 2019-cu ilin dekabr ayından yaşadığı yerin yaxınlığında köşk işlədən adam kimi tanımışdır. Həmin vaxtı Kamran dostu İmanla “Rent car” da işlətmişdir. Kamranı tanıdıqdan sonra Kamranla münasibəti yarandığına görə onlar dostluq etməyə başlamışlar. Həmin ərəfələrdə o, özünə ev almaq üçün pul yığdığını Kamrana demişdir. Təxminən bir ay sonra Kamran köşkdə alverinin getmədiyini, satmaq üçün siqaret almağa pulu olmadığını söyləmişdir. O da yığdığı ev pulundan 8000 manatı ona lazım olanda qaytarmaq şərti ilə ona borc kimi verə biləcəyini söyləmişdir. Kamran da nə vaxt istəsə onun pulunu tam qaytaracağına söz vermişdir. O, da aralarındakı münasibətlərini nəzərə alıb Kamrana inanmış və 2020-ci ilin yanvar ayında Şəmkir rayonunda yaşayan bacısına zəng edib onun bacısında olan ev pulundan 8000 manatını göndərməsini xahiş etmişdir. Bacısı da ertəsi günü qohumlarının biri ilə ona həmin məbləğdə pulu göndərmişdir. O da Kamranla birlikdə Kamranın maşını ilə Bakı Beynəlxalq avtovağzalına gedib həmin 8000 manatı bacısının göndərdiyi adamdan götürüb elə orada maşının içərisində Kamrana vermişdir. Kamran da pulu alıb nə vaxt ona lazım olarsa tam şəkildə qaytaracağına söz vermişdir. O da Kamranın sözünə inamışdır. Bundan sonra 2021-ci ilin mart ayında o, 10000 manat ilkin ödəniş edib Masazır qəsəbəsində inşa edilən binalardan kreditlə bir otaqlı mənzil aldığı vaxtı Kamrandan verdiyi 8000 manatı qaytarmasını xahiş etmişdir. Kamran da həmin vaxtı pulların malda olduğunu deyib, ona hər ay 1000 manat olmaqla həmin pulu qaytara biləcəyini söyləmişdir. O, da mənzili kretditlə aldığı üçün və hər ay 1000 manat ödədiyinə görə onun təklifi ilə razılaşmışdır. Bundan sonra Kamran aprel və may aylarında 1000 manat olmaqla iki ay kreditini ödəmişdir. Növbəti ödəniş vaxtı iyun ayının 27-də olduğuna görə o, təxminən bir həftə əvvəl Kamrana zəng edib xəbərdarlıq etmişdir. Kamran da ona iyun ayının 26-da gəlib, 1000 manat pulu aparmasını söyləmişdir. O da razılaşmış və 26 iyun 2021-ci il arixdə səhər tezdən Kamrana zəng etmiş, lakin Kamrana zəng çatmamışdır. Bundan sonra o, Kamranı axtarmağa başlamışdır. Həmin vaxtı ikisi də tanışı olan Sahil Kamranla dostu İmanın ondan başqa da bir neçə nəfərin pulunu aldadıb ələ keçirərək Türkiyəyə qaçdıqlarını söyləmişdir. Bundan sonra o da həmin adamlarla birlikdə Kamranla İmandan şikayət etmişdir. Bildirmişdir ki, o, Kamrana 8000 manat pul vermişdir. Kamran da həmin puldan 2000 manatını qaytarıb, qalan 6000 manatını isə ələ keçirmişdir. Kamranla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev küçəsi ev T17-də yaşayır. Əvvəllər Bakı şəhəri Dərnəgül qəsəbəsində icarəyə götürdüyü ərzaq mağazasını işlədib pul qazanmışdır. Həmin ərəfədə tanıdığı həmyerlisi Zərərçəkmiş şəxs6 da onun mağazasına işlədiyi “Qədim Dad” şirkətinin kolbasa məhsulları gətirmişdir. Bu səbəbdən onlar tez-tez görüşdüklərinə görə yaxın münasibətləri yaranmışdır. 2021-ci ilin təxminən aprel ayında tarixini dəqiq xatırlamadığı gündə Xəyyam ona zəng edib, topdansatış siqaret alveri ilə məşğul olmaq üçün ona 1 aya qaytarmaq şərti ilə 20000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxtı onun əlində 10000 manat pulu olduğunu söyləmişdir. Xəyyam yenə ona 20000 manat pul lazım olduğunu söyləmiş və həmin günü axşamüstü Xəyyam sonradan adının Kamaran olduğunu bildiyi tanışı ilə Dəməgülə onun yanıma gəlmişdir. Onlar oradakı kafedə oturmuşlar. Həmin vaxtı o, özündə olan 10000 manatı çıxarıb Xəyyama vermək istəmişdir. Xəyyam da həmin pulu yanlarında olan tanışı Kamrana verməsini söyləmişdir. O da pulu Kamrana vermişdir. Kamran da pulu sayıb 10000 manat olduğunu söylədikdən sonra Xəyyam ondan əlavə 10000 manat da tapıb verməsini xahiş etmişdir. O da dostuna zəng edib, ona 10000 manat borc pul verməsini xahiş etmişdir. Dostu da 8000 manat pulu olduğunu deyib, həmin pulu ona verə biləcəyini söyləmişdir. Bundan sonra Kmaran onun verdiyi 10000 manatı götürüb cibinə qoymuş və sonra gəldiyi maşına minib onunla Bakı şəhəri Q.Qarayev metrostansıyası istiqamətində gedib dostundan 8000 manat pulu götürüb geriyə qayıtmışdır. Həmin müddətdə Xəyyam kafedə qalıb onları gözləmişdir. Onlar geri qayıtdıqdan sonra o, dostundan aldığı pulu da Xəyyama vermək istəyəndə Xəyyam həmin pulu da Kamrana verməsini söyləmişdir. O da pulu Kamrana vermişdir. Kamran pulu sayıb 8000 manat olduğunu dedikdən sonra Özündə olan kitabçasında 18000 manat pulu alması barədə qeydiyyat aparıb həmin 8000 manatı da götürüb cibinə qoymuşdur. Sonra Xəyyamla birlikdə gəldikləri maşına minib getmişlər. Bundan təxminən 15 gün sonra borc pul aldığı dostu ona zəng edib pulunu istədiyinə görə o da Xəyyama zəng edib pulu nə vaxt qaytara biləcəklərini soruşmaq istəmişdir. Həmin vaxtı Xəyyamın telefonuna Kamran cavab verib, az müddətdə pulu qaytaracağına söz vermişdir. O da Xəyyama inanıb, dostuna zəng edib 2-3 günə onun pulunu qaytaracağını söyləmişdir. Bundan sonra Kamran pulu verməsə də o, Xəyyamdan utandığına görə bir ay müddət tamam olmayana kimi zəng edib pulunu istəməmişdir. Lakin bir ay sonra da Kamranın pulu qaytarmadığını görüb Xəyyama zəng edib pulu nə vaxt verəcəklərini soruşmuşdur. Xəyyam da Kamranın dostu İmanla birlikdə onlardan başqa bir neçə nəfərin də pullarını aldadıb ələ keçirərək Türkiyəyə qaçdıqlarını bildirmişdir. Bundan sonra onlar da həmin adamlarla birlikdə polisə kollektiv şikayət ərizəsi yazmışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, bina 34, mənzil 37-də yaşayır və həmin yaşayış kompleksindəki ərzaq mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs1 təxminən 2 il olar ki, “Rente Car” avtomobil icarə vermə yerində işləyən şəxs kimi tanımışdır. O, əvvəlki avtomobilini satdığı ərəfələrdə maşınsız olduğuna görə bir neçə günlüyə avtomobil icarəyə götürmək üçün Kamrana müraciət edib avtomobil götürmüşdür. 2021-ci ilin yanvar ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı gündə o, Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində ərzaq və gündəlik təlabat malları mağazasını işlətdiyi vaxtı Kamran onun işlədiyi mağazaya gəlib, ona pulu varsa topdansatış qiymətinə siqaret alıb-satmağı təklif etmiş və həmin siqaretləri özü ona gətirəcəyini bildirib, alacağı siqaretlərin pulunu qabaqcadan verəcəyini söyləmişdir. O da siqareti ucuz alıb bir az baha qiymətə sata biləcəyini düşünüb Kamranın bu təklifi ilə razılaşıb Kamrana 2000 manat pul vermişdir. 2 gün sonra Kamran ona verdiyi pulun dəyərində ona müxtəlif markalardan olan siqaret gətirmişdir. O, həmin siqaretləri hiss-hissə satıb qazanc əldə etdiyini görüb, yenə Kamranla görüşüb ona siqaret verməsi üçün 3500 manat pul verib həmin pulun dəyərində siqaret alıb satmışdır. Bu minvalla o, Kamranla 4-5 dəfə həmin şərtlə siqaret alıb satdıqdan sonra Kamran şəriki olduğu Təqsirləndirilən şəxs2la onun yanına gəlmiş və bir neçə dəfə də ona əvvəlki şərtlərlə siqaret gətirmişdir. Axırıncı dəfə Kamrangil 2021-ci ilin iyun ayının 15-16 tarixində ona 10700 manat dəyərində siqaret gətirmişlər. O, həmin siqaretin 4700 manatını əvvəldən Kamrangilə vermişdir. Razılaşmalarına əsasən qaln 6000 manatını da 2-3 gün ərzində siqaretləri satıb ödəməli olmuşdur. Bundan bir neçə gün sonra Kamrangil onun yanına gəlib ona verdikləri siqaretləri aldıqları adamın qalan pulu istədiyini bildirmişlər və ondan həmin adamla danışıb siqaretlərin onda olduğunu və 2-3 günə satıb pulunu verəcəyini söyləməsini xahiş etmişlər. Sonra onu mobil telefonla Əfqan adlı bir şəxslə danışmışlar. O da Kamrangilin verdikləri siqaretlərin onda olduğunu və 2-3 günə satıb pulunu verəcəyini söyləmişdir. Bundan 3 gün sonra Kamranla İman yanına gəlib ondan qalan 6000 manat pulu almışlar və onun Masazırdakı mənzilini satmaq istədiyini bilib, Xırdalan şəhərində “Rente Car” avtomobil icarəsi yeri açacaqlarını deyib, onlarla şərik olmasını təklif etmişlər və buna görə mənzilini satıb pulunun hamısını onlara verməsini təklif demişlər. O da razılaşmışdır. Bundan 2- 3 gün sonra o, həmin mənzilini 53000 manata satmışdır. İmanla Kamran bunu bilən kimi pulu onlara verməsini söyləmişlər. O da 12000 manat borcu olduğunu və həmin puldan götürüb borcunu bağlamaq istədiyini bildirmişdir. Həmin vaxtı Kamrangil pulun hamısını onlara verməsini, 2- 3 gündən sonra borcunu qaytarmaq üçün ona 12000 manat verəcəklərini söyləmişlər. O Kamranla razılaşmayıb mənzilin pulundan 12000 manat götürüb borcunu qaytarmış, qalan 41000 manatı isə 23 iyun 2021-ci ildə Masazır kəndi “Qurtuluş-93” yaşayış kompleksində yaşadığı yerin yaxınlığında Kamranla İmana onların açacaqları “Rente Car”a şərik olmaq üçün vermişdir. Həmin vaxtı Kamrangil ağ rəngli “KİA” markalı maşınla onun yanına gəlmişlər. Kamrangil 2-3 günə onunla əlaqə saxlayıb “Rente Car”ın ofisi üçün lazım olan avadanlıqları alıb quraşdıracaqlar. 26 iyun 2021-ci ildə o, İmangilə zəng edib işin nə yerdə olduğunu soruşmaq istəmiş, onlara zəng çatmadığını görüb axtarmağa başlamışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, İmanla Kamran ondan başqa bir neçə nəfəri də aldadıb küllü miqdarda pullarını alıb ələ keçirib Türkiyə Respublikasının İstanbul şəhərinə qaçmışlar. Bunu biləndən sonra o, həmin adamlarla görüşüb birlikdə polisə şikayət etmişlər. Bildirmişdir ki, Kamranla İman onu Xırdalan şəhərində açacaqları “Rente Car” avtomobil icarəsi yerinə şərik edəcəklərini vəd verib 41000 manat pulumu dələduzluq edərək ələ keçirmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Xırdalan şəhərində yerləşən kolbasa məhsulları istehsal edən “Qədim Dad” şirkətində satış təmsilçisi işləyir. Təxminən 4-5 il əvvəl o, bibisi oğlu Təqsirləndirilən şəxs2la görüşdüyü vaxtı İman ona maşınını satıb 2 ədəd ucuz maşın alıb onunla birlikdə “Rente Car” işlədən Kamran adlı dostu ilə işləməyi təklif etmişdir. O da razılaşmış və maşınını satıb 2 ədəd “Niva” markalı maşın alıb İmanla Kamranın işlədiyi “Rente Car”a qoymuşdur. Həmin vaxtdan da Kamranla da münasibəti yaranmışdır. Bundan az müddət sonra “Rente Car” işinin qazanc gətirmədiyini hiss edib maşınlarını da götürüb Kamrangildən ayrılmış və hazırda işlədiyi şirkətdə satış təmsilçisi işləməyə başlamışdır. Bundan sonra da Kamranla və qohumu İmanla görüşüb yaxın münasibətlərini davam etdirmişdir. Həmin ərəfədə o, kreditlə maşın almaq istədiyi üçün tanışından 1500 manat pul almışdır. Həmin vaxtı öz debit kartında da 1000 manat pulu olmuşdur. Həmin ərəfədə Kamran da Masazır kəndində siqaret köşkü işlətmişdir. O, maşın almaq üçün Kamrandan da 1500 manat borc pul istəmişdir. Kamran da pul vermək əvəzinə ondan əlində olan pulunu siqaret alveri etmək üçün verməsini və üstündə əlavə qazanc götürməsini təklif etmişdir. O da 2300 manat puluna nə qədər qazanc verəcəyini soruşmuşdur. Kamran da ona dəqiq bir söz deməyib verdiyi pulun üstünə əlavə pul gələcəyini və istədiyi vaxtı ona verəcəyi pulunu əlavə qazancla birlikdə götürə biləcəyini söyləmişdir. O da bu yolla pulunu artırıb sonra maşın almağı düşünüb Kamranın təklifi ilə razılaşmışdır. Bundan sonra o, əlində olan 1500 manat nağd pulu 2021-ci ilin aprel ayının ortalarında tarixini dəqiq xatırlamadığı gündə yaşadığı Abşeron rayonu, Masazır kəndində Kamrana vermiş və sonra Kamranla birlikdə yaxınlıqdakı bankomata gedib kartında olan puldan da 800 manat çıxarıb Kamrana vermişdir. Kamran da pulları alıb 2 gündə bir siqaret alıb-satdığı vaxt ona verdiyi 2300 manatın müqabilində onun pulunun üstünə az da olsa pul gələcəyini söyləmişdir. O da Kamranın bu sözünə inanıb ondan ayrılmış, bundan bir neçə gün sonra dostu Cəbi ilə Xırdalan şəhərində görüşdüyü vaxt sonuncu ondan nə üçün maşın ala bilmədiyini soruşmuş, o da pulu az olduğunu və həmin pulunun üstünə əlavə qazanc pul gəlməsi üçün Təqsirləndirilən şəxs1 siqaret alveri etməkdən ötrü verdiyini və həmin pulu əlavə qazancla birlikdə götürüb sonra maşın almaq istədiyini söyləmiş və çox qazanc əldə etmək üçün Kamrana əlavə pul verməkdən ötrü Cəbidən 2 aya qaytarmaq şərti ilə borc pul istəmiş, sonuncu da 2500 manat verə biləcəyini söyləmiş, o da razılaşıb, ertəsi günü, yəni 2021-ci ilin aprel ayının axırlarında Cəbidən həmin məbləğdə borc pul alıb Kamrana zəng etmiş və Xırdalan şəhərindəki Heydər parkında görüşüb həmin 2500 manatı da siqaret alveri etmək üçün Kamrana vermişdir. Sonra Kamranla tez-tez görüşmüş, həmin vaxtı sonuncu ona narahat olamamasını, pulunun üstünə əlavə pul yığıldığını və istədiyi vaxtı pullarını ondan geri ala biləcəyini demişdir. O da Kamranın dediklərinə inanmışdır. Buna görə də yeznəsi İsmayıla bu barədə deyəndə İsmayıl da 5000 manat pulu olduğunu deyib, ondan həmin pulu da Kamrana verib qazanc əldə etməsini xahiş etmişdir. O da Kamrana zəng edib bu barədə Kamrana demişdir. Kamran razılaşıb 5000 manatın müqabilində 700-800 manat əlavə qazanc verə biləcəyini demişdir. Mən də bu barədə yeznəsinə söyləmiş yeznəsi də razılaşdıqdan sonra o, İsmayılın da 5000 manat pulunu alıb siqaret alveri etmək üçün 2021-ci ilin İyun ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı gündə Xırdalan şəhərində “Kristal-Abşeron” yaşayış kompleksinin həyətində Kamran kiminləsə görüşüb qayıtdıqdan sonra idarə etdiyi maşının salonunda Kamrana vermişdir. Təxminən 15 gün sonra yeznəsi İsamyıl dostunda 15000 manat pul olduğunu və həmin şərtlər əsasında Kamrana vermək istədiyini söyləmişdir. Həmin vaxtı dostum Toğrulun da bu söhbətdən məlumatı olmuşdur. O, Kamranın dürüst adam olmasını yoxlamaq üçün 15000 manatı verməzdən əvvəl Kamranda olan 9800 manat pulunu vacib bir iş üçün 1-2 gün müddətində qaytarmaq şərti ilə ona verməsini söyləməsini təklif etmişdir. Toğrulun bu sözü onun ağlına batdığına görə o, Kamrana zəng edib dostunun banka olan borcunu bağlayıb yenidən artıq məbləğdə pul götürməsi üçün onda olan 9800 manat pulunu 3-4 günə qaytarmaq şərti ilə ona verməsini xahiş etmişdir. Kamran da heç bir problem olmadığını, amma bütün pullarının malda olduğunu bildirmiş və 2 gün ərzində malları satıb onun pulunu verəcəyini bildirmişdir. O da 2 gün gözləyib yenidən Kamrana zəng etmiş, lakin Kamran onun telefonlarına cavab verməmişdir. Bundan sonra o, qohumu İmana zəng edib, İmandan dostu Kamranın onun telefonlarını açmamasının səbəbini soruşmuşdur. İman da Kamranın mal haqq- hesabına getdiyini söyləmiş və qayıdanda ona zəng etməsini deyəcəyini bildirmişdir. O, gözləsə də Kamran ona zəng etməmişdir. O, Kamranı və İmanı tapmaq üçün onları tanıyan qohumu Zərərçəkmiş şəxs6 zəng edib bu barədə ona söyləmişdir. Həmin vaxtı Xəyyam da onları axtardığını söyləmişdir. Bundan az sonra onlara məlum olmuşdur ki, Kamran İmanla birlikdə ondan və Xəyyamdan başqa bir neçə nəfərin də pulunu aldadıb ələ keçirərək Türkiyəyə qaçıb getmişlər. Bildirmişdir ki, Kamran onu siqaret alveri etməkdə yaxşı qazanc olduğuna inadırıb iki dəfəyə cəmi 9800 manat pulunu aldadaraq ələ keçirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun fərdi yaşayış evində yaşayır. Ailəlidir, 2 övlad atasıdır. Əvvələr özünə məxsus qoşqulu “Kamaz” markalı avtomobili ilə yük daşıyıb pul qazanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzun müddət olar ki, tanımışdır. İman onun atasının xalası nəvəsidir. İmanla münasibəti həmişə yaxşı olmuşdur. Kamranı da təxminən 7 il olar ki, İmanla birlikdə “Rente car” işlətdiyi vaxtdan tanımışdır. Kamranla da münasibəti həmişə yaxşı olmuşdur. 2021-ci ilin mart ayının sonlarında, tarixini dəqiq xatırlamadığı gündə Xırdalan şəhərindəki “Həkəri” kafesində çay içdikləri vaxtı İman Kamranla birlikdə siqaret alveri etdiklərini bildirib, ondan 2-3 günə qaytarmaq şərti ilə ona 4000 manat borc pul verməsini xahiş edib, sonunda onu restoranda qonaq edəcəyini söyləmişdir. O da razılaşıb elə həmin günü İmanla Kamrana 4000 manat pul vermişdir. 2 gün sonra İman ona borc verdiyi həmin pulu ona qaytarıb restoranda qonaq etdikdən sonra alverində əldə etdiyi qazancdan da ona əlavə olaraq 50 manat pul vermişdir. O, həmin 50 manatı götürmək istəməsə də İman təkidlə həmin pulu onun cibinə qoymuşdur. Bundan bir neçə gün sonra o, təxminən 5 il əvvəl Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli binadan aldığı 122 kv.metr ölçüdə olan 3 otaqlı mənzilimi 2021-ci ilin aprel ayının əvvəllərində 87.400 manata satıb həmin məbləğdə pulu hal-hazırda Xırdalan şəhərində yaşadığı evin tikilməsinə xərcləmək qərarına gəlmişdir. Həmin ərəfədə, yəni 2021-ci ilin aprel ayının 17-18 tarixlərində İman onun mənzilini satdığını eşidib, Kamranla birlikdə yanıma gəlib, xarici markadan olan siqret alveri ilə bağlı əllərindəki 155.000 manat pullarının dövriyyədə olduğunu deyib, ona də əlində olan pulunu onlarla birlikdə siqaret alveri etməyə qoyub qazanc götürməsini təklif etmişlər. Onlar da xarici markalı siqaretlərin satışının qadağan olduğunu bildiyi üçün buna etiraz etmişdir. İmanla Kamran onu razılığa gətirmək üçün ondan alacağları pulla yalnız yerli markalardan olan siqaretlər alıb satacağlarını söyləmişlər. O da razılaşmışdır. Kamranla İman ilkin olaraq onlara 60.000 manat pul verməsini və həmin pulun müqabilində aldıqları siqaretlərdən alınan qazancdan hər 3-4 gündə bir dəfə mənə 1700-1800 manat məbləğində pul verəcəklərini bildirmişlər. O da Kamrangilin əvvəldən bu işlə məşğul olub qazanc əldə etdiklərini bildiyinə görə və bir neçə gün əvvəl İmanın onddan siqaret alveri üçün aldığı 4000 manatı 2 gün ərzində geri qaytardığını görüb İmangilin təklifi ilə razılaşmış və bir həftədən sonra, yəni 24 aprel 2021ci il tarixdə sssat 11 radələrində İmanla və Kamranla görüşüb onlarla birlikdə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsinə, sonradan adının Əfqan olduğunu bildiyi şəxsin topdansatış mağazasının qarşısına getmiş və orada 60.000 manat pulu razılaşdıqları şərtlər əsasında siqaret almaq üçün İmana vermişdir. Həmin vaxtı Kamran da onların yanında olmuşdur. O, pulu verdikdən sonra onlar Əfqanın mağasına getmişlər. O da öz maşınına minib evə getmişdir. Həmin günü saat 17 radələrində İmanla Kamran onunla görüşüb, siqaret alverindən əldə etdikləri qazancdan ona 1700 manat pul vermişlər. Bundan sonra İmanla Kamran razılaşdıqları kimi 1 ay, 10 gün ərzində ona bir neçə dəfəyə cəmi 23.000 manat pul vermişlər. 2021-ci ilin iyun ayının 4-5 tarixlərindən sonra İmangil siqaret alınmasında ləngimələr olduğunu deyib, təxminən 1 həftə ərzində ona pul verməmişlər. O da İmangilə verdiyi 60.000 manatı ona qaytarmalarını və mal olanda yenə ondan götürmələrini söyləmişdir. Həmin vaxtı İmanla Kamran onun həmin məbləğdə pulunu siqaret almaq üçün qabaqcadan Əfqana verdiklərini deyib bir az gözləməsini və hər şeyin əvvəlki kimi olacağını söyləmişlər. O da razılaşmışdır. Bundan bir neçə gün sonra, yəni 2021-ci ilin iyun ayının 15-16 tarixində Kamran ona zəng edib, bir müddət əvvəl satdığı mənzili alan şəxsin mənzili geri qaytardığını bildirib, həmin şəxsə qaytarmaq üçün 35.000 manat pula ehtiyacı olduğunu söyləmiş və əlində olan pullarının da alver etmək üçün mal almağa verdiyini deyib, ondan həmin məbləğdə pul istəyib, alverə başlayan kimi qaytaracağını bildirmişdir. O da razılaşmışdır. Bundan bir neçə dəqiqə sonra Kamran onun yaşadığı evə gəlib, ona borc pul verən adamdan pul ala bilmədiyini deyib, ondan 35.000 manatdan əlavə 13.000 manat da pul istəmişdir. O da razılaşmış və Kamana yaşadığı evin qarşısında 47.000 manat pul vermişdir. Bundan 1 gün sonra İman ona zəng edib, qazanclı qızıl alveri etmək üçün 4-5 gün müddətinə qaytarmaq şərti ilə ona 40.000 manat pul verməsini və əldə olunacaq 5000 manat qazancdan ona 1500 manat pul verəcəyini söyləmişdir. O da İmanın təklifi ilə razılaşıb bir gün sonra uşaqlıq dostu Zərərçəkmiş şəxs8lə birlikdə Xırdalan şəhərindəki Heydər Parkında yerləşən “Fəvvarələr” kafesində İmanla görüşüb, İman həmin məbləğdə pul vermişdir. Onlar kafedə olduqları vaxtı İmanın atası Zahid tez-tez onun telefonuna zəng etmişdir. İman telefonu açmadığına görə Zahid bir neçə dəqiqədən sonra yanlarına gəlib İmanı kafedən çölə çağırmışdır. Bir neçə dəqiqədən sonra İman geri qayıdıb ona verdiyi 40.000 manat pulu əyləşdikləri masanın üstündən götürüb yenə çölə çıxıb həmin pulu atası Zahidə verib geri qayıtmışdır. O, pulu niyə atasına verdiyini soruşmuşdur. İman da atasından da 25.000 manat borc pul aldığını bildirmişdir. Bir neçə dəqiqə söhbət edib çay içdikdən sonra İman Abşeron rayonu Məmmədli kəndinə verdikləri siqaretlərin pulunu almaq üçün gedəcəklərini deyib onlardan ayrılıb getmiş və həmin günü axşamüstü yanına gəlib ona 7000 manat pul verib, 218.000 manatlıq siqaret olduğunu bildirib, həmin siqaretləri almağa əlavə pul lazım olduğunu söyləmişdir. O da artıq pulu olmadığını, evini tikmək üçün pul tapa bilmədiyini və 147.000 manat pulunun onlarda olduğunu bildirmişdir. İman da bu alverdə yaxşı qazanc olduğunu deyib əlavə pul tapmaq lazım olduğunu söyləmişdir. O da dostu Zərərçəkmiş şəxs8 öz qaldırıcı kran avtomobilini satdığına görə pulu olduğunu bildiyi üçün İmana Emindən pul alıb verə biləcəyini söyləmişdir. Emin də razılaşmışdır. Bundan sonra O, Eminə zəng edib X8 siqaret alveri etmək üçün pul lazım olduğunu deyib, Emindən 8 gün müddətinə qaytarmaq şərti ilə pul istəmişdir. Emin də əlində 61.000 manat pul olduğunu deyib həmin pulu verə biləcəyini söyləmişdir. O da pulu qaytaranda Eminə əlavə olaraq qazancdan 2800 manat pul veriləcəyini bildirmişdir. Emin əlavə pul istədiyini bildirmişdir. Bundan sonra o, İmangilə Emindən həmin məbləğdə pulu götürmələrini söyləmişdir. İmangil də gedib Emindən 61.000 manat pul almışlar. Ertəsi günü o, Eminlə görüşdüyü vaxtı X17 61.000 manatdan əlavə 41.000 manat da verdiyini söyləmişdir. Ertəsi günü o, İmangildən pul gözləsə də İmangil ona pul verməmişlər və əldə olan pulla aldıqları siqaretləri Məmmədli kəndində onlardan mal alan şəxsə verdiklərini, həmin adamın da siqaretləri sata bilmədiyini söylədiyini bildirdirib, bir neçə gün gözləməsini demişlər. O, İmangilin bu hərəkətlərindən onu aldatdıqlarını düşünüb pullarını aldıqdan sonra İmangilə bir daha pul verməmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində hazırda xatırlamadığı tanışlarından kimsə ona zəng edib İmanla Kamranın onun kimi pul aldıları bir neçə nəfəri də aldadaraq pullarını verməyib Türkiyə Respublikasına qaçdıqlarını söyləmişdir. Onlar da aldandıqlarını hiss edib kollektiv ərizə ilə polisə müraciət etmişlər. Bildirmişdir ki, İmanla Kamran onu aldadaraq 147.000 manat pulunu hissə-hissə alıb, onu inandırmaq üçün hissə-hisə olmaqla 29.350 manat pul qaytarıb, 127.650 manatını isə ələ keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, İmanla Kamran eyni üsulla onun tanıdığı Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs10 da aldadaraq pullarını ələ keçirmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, 6 il olar ki, Bakı şəhərindəki “Qədim Dad” ət məhsulları şirkətində satıcı işləmişdir. Təqsirləndirilən şəxs2 ilə uzaq qohumluq əlaqələri vardır. Təqsirləndirilən şəxs1 da İmanın vasitəsi ilə onun dostu kimi tanımışdır. Bir neçə dəfə onları qohumu Zərərçəkmiş şəxs6la birlikdə yeyib-içərkən görmüş və 1-2 dəfə Xəyyamla o da yeyibiçmişdir. Birlikdə olduğu vaxtı aralarında olan söhbətlər zamanı Kamranla İman topdansatış siqaret alveri ilə məşğul olub yaxşı qazanc əldə etdiklərini və bu iş üçün Xəyyamdan da pul aldıqlarını söyləmişlər. Bundan sonra növbəti dəfə onlar 2021-ci ilin may ayının 1-2-də Xırdalan şəhərindəki “Həkəri” kafesində çay işdiyi vaxtı İman ondan siqaret alveri üçün pul verməsini xahiş etmiş və əldə olunan qazancı onunla yarı böləcəklərini bildirmişdir. O da İmanla olan yaxın münasibətini və qohumu Xəyyamın da İmangillə eyni qaydada işlədiyini bildiyinə görə İmanla Kamranın sözünə inanıb, Kamrangilə pul vermək qərarına gəlmiş və bu barədə İmangilə bildirmişdir. Bundan sonra o, Xırdalan şəhərindəki 2 otaqlı mənzilini 45000 manata satıb, 2021-ci ilin may ayının 15də saat 10 radələrində həmin puldan 10000 manatını, satdığı evin yaxınlığında İmanın sözü ilə onun qardaşı Bahadura vermişdir. Aralarındakı şifahi razılaşmalarına əsasən İmanla Kamran ondan aldıqları pula görə təxminən 10 gün ərzində ona verdiyi pulun müqabilində əldə olunan qazancın yaxşısını verəcəklərini vəd etmişlər. Bundan 3 gün sonra X9 şəhərindəki “Həkəri” kafesində onunla görüşüb, onlara verdiyi 10000 manat pulun müqabilində əldə olunmuş qazancdan ona 1000 manat pul vermişlər və 10 gün müddətinə ona qazancdan əlavə pul verəcəklərini deyib getmişlər. Təxminən bir neçə gün sonra İman ona zəng edib əlavə 10000 manat da pul lazım olduğunu deyib, verməsini xahiş etmişdir. O da 2021-ci ilin may ayın 23-də saat 12 radələrində Xırdalan şəhərindəki “Gülnar” şadlıq sarayının qarşısında İmanla Kamrana əlavə olaraq 10000 manat pul vermişdir. Həmin vaxtı Kamrangil bir neçə günə ona qazancdan pul verəcəklərini söyləyib getmişlər. Bundan bir neçə gün sonra İman ona zəng edib əlavə olaraq 10000 pul istəmişdir. O da 28 may 2021-ci il tarixdə saat 15 radələrində İmanla və Kamranla “Gülnar” şadlıq sarayının qarşısında görüşüb 10000 manat pul vermişdir. Onlar 3-4 günə ona qazancdan əlavə pul verəcəklərini deyib getmişlər. Bundan iki gün sonra, yəni 30 may 2021-ci il tarixdə İmanla Kamran yenə “Həkəri” kafesində onunla görüşüb əlavə olaraq 1000 manat pul vermişlər. 15 iyun 2021-ci il tarixdə İman ona zəng edib, siqaret almağa pullarının çatmadığını bildirib, ondan əlavə olaraq 10000 manat pul istəmişdir. O da həmin günü səhər saat 10 radələrində Xırdalan şəhəri H.Əliyev prospektində, Abşeron RPİ-nin yaxınlığında İmanla və Kamranla görüşüb onlara əlavə olarq 10000 manat pul vermişdir. Kamrangil də bir həftə ərzində verdiyi 40000 manatı qaytaracaqlarını və bu pulun müqabilində əldə olunmuş qazancdan da ona əlavə pul verəcəklərini deyib getmişlər. Bundan təxminən 5 gün sonra o, İmanla və Kamranla “Həkəri” kafesində görüşüb onlara verdiyi 40000 manatı qaytarmalarını söyləmişdir. İmanla Kamran da onlara verdiyi pulları topdansatış qiymətinə xarici markalı siqaret almağa verdiklərin deyib, 2-3 günə onun pullarını qaytaracaqlarını söyləmişlər. O, da razılaşıb gösləməyə başlamışdır. Bundan bir neçə gün sonra İmanla Kamranın onun telefon zənglərimə cavab vermədiklərini görüb, Kamranla İmanı axtarmağa başlamışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, İmangil ondan başqa bir neçə nəfəri də eyni variantla aldadaraq külli miqdarda pullarını ələ keçirib Türkiyə Respublikasına qaçmışlar. İmanla Kamran ondan aldıqları 40000 manat pulun 2000 manatını qaytarsalar da 38000 manatını verməyib, onu aldadaraq həmin məbləğdə pulunu ələ keçirmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə 12-ci binada yaşayır. 2 övlad atasıdır. Əvvəllər özünə məxsus qaldırıcı kran avtomobili ilə yük qaldırıb ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs2 onlar məcburi köçkün kimi Xırdalan şəhərində yaşadıqları vaxtdan uzun müddət olar ki, tanımışdır. Təqsirləndirilən şəxs1 isə bu ilin may ayınından İmanın vasitəsi ilə onun dostu kimi tanımışdır. Bir neçə dəfə uşaqlıq dostu Zərərçəkmiş şəxs6la birlikdə İmanla və Kamranla yeyib-içmişlər və Kamrangilnən yaxın münasibəti olmuşdur. Birlikdə olduqları vaxtı aralarında olan söhbətlər zamanı Kamranla İman topdansatış siqaret alveri ilə məşğul olub yaxşı qazanc əldə etdiklərini və bu iş üçün Xəyyamdan da pul aldıqlarını söyləmişlər. Bundan sonra növbəti dəfə onlar 2021-ci ilin may ayının 28-29 tarixlərində Xırdalan şəhəri, Heydər Əliyev adına parkındakı “Favorit” kafesində çay içdikləri vaxtı Xəyyam ondan qaldırıcı kran avtomobilini neçiyə satdığını və həmin pula nə almaq istədiyini soruşmuşdur. O da qaldırıcı kran avtomobilini 100.000 manata satdığını və əvəzində yeni avtokran alacağını söyləmişdir. Həmin vaxtı yanlarında olan Təqsirləndirilən şəxs2 onlara siqaret almaq üçün əlavə pul lazım olduğunu söyləyib, ondan qaldırıcı kranının pulunu onlara verib, bir ay ərzində üstündə əlavə olaraq 10.000 manat pul almasını söyləmişdir. O da İmanı çoxdan tanıdığına, Xəyyamın da İmangilnən siqaret almaq üçün pul verdiyini bildiyinə görə razılaşmış və İmana əlavə pul istəmədiyini deyib, bir ay müddətində qaytarmaq şərti ilə pul verə biləcəyimi söyləmişdir. İman da 1-2 günə ondan həmin pulu gəlib götürəcəyini bildirmişdir. Bundan iki gün sonra, yəni 01 iyun 2021-ci il tarixdə səhər saat 11 radələrində İman idarə etdiyi, qara rəngli “Qalenvagen” markalı avtomobili ilə Kamranla birlikdə mənim yaşadığı ünvana gəlib, onlara siqaret almaq üçün 61.000 manat pul lazım olduğunu deyib, onlara həmin məbləğdə pul verməsini ondan xahiş etmişlər. O da 25 iyun 2021-ci il tarixdə yeni avtokran alacağını bildirib həmin tarixədək onun pulunu qaytarmalarını deyib, İmangilə həmin məbləğdə pul vermişdir. Həmin vaxtı İmangil axşam onu restoranda qonaq edəcəklərini deyib getmişlər və həmin günü axşam Xəyyamla ona Xırdalan şəhərindəki “Həkəri” kafesində qonaqlıq vermişlər. Bundan təxminən 10 gün sonra, yəni 11 iyun 2021-ci il tarixdə İmanla Kamran ona zəng edib, yaşadığı ünvanda görüşmüşlər və ona Türkiyədən satmaq üçün külli miqdarda dərman pereparatları gəldiyini bildirib, həmin dərmanları alıb satmaq üçün onlara əlavə olaraq 25.000 manat pul lazım olduğunu söyləyib, həmin məbləğdə pulu əvvəl aldıqları 61.000 manatla birlikdə 25 iyun 2021-ci il tarixinədək qaytaracaqlarına söz vermişlər. O da İmangilə olan münasibətinə inanıb, onu aldatmayacaqlarını düşünüb, yaşadığı evdən 25.000 manat pulu gətirib, Kamrana vermişdir. Kamran da pulu ondan alıb saydıqdan sonra İmanın idarə etdiyi avtomobilin salonundakı saxlanc yerinə qoyub sürüb getmişlər. Bundan sonra Kamranla İman günaşırı Xəyyamla ona kafelərdə yeyib içmək verərək münasibətlərini daha da yaxınlaşdırmışlar. Təxminən bir həftə sonra, yəni 18 iyun 2021-ci il tarixdə İmanla Kamran səhər saatlarında onunla Xırdalan şəhərində görüşüb alver etmək üçün 15.000 manat pul lazım olduğunu bildirmişlər və ondan həmin məbləğdə pul verməsini xahiş etmişlər. O da bundan əvvəl onlara pul verdiyim üçün etiraz edə bilməyib onlarla birlikdə yaşadığı ünvana gedib, evdən 15.000 manat pul götürüb Kamrana vermişdir. Həmin vaxtı İman ona pulu verəcəkləri adamın yanına getməyi təklif etmişdir. O da razılaşmış və İmangilin maşınına minminmişdir. İman maşınını Masazır kəndinə “Qurtuluş-93” yaşayış kompleksindəki “Şirinçay” kafesinin qarşısına sürmüşdür. Kamaran maşından düşüb həmin kafeyə getmiş və bir neçə dəqiqədən sonra geri qayıdıb İmana Vüqar adlı şəxsin kafedə onu çağırdığını söyləmişdir. Bundan sonra İman maşından düşüb kafeyə getmiş və bir neçə dəqiqədən sonra geri qayıdıb həmin pulu bir neçə gün sonra alacaqları siqaret üçün beh olaraq Vüqara verdiyini söyləmişdir. Bundan sonra onlar Xırdalana qayıdıb, “Həkəri” kafesində çay işib evlərinə getmişlər. Ertəsi günü, yəni 19 iyun 2021-ci il yarixdə Kamran ona zəng edib Bakı şəhərində köşkdə işləyən qardaşının aylıq uçotunda əskiyi çıxdığını bildirib, ondan bir günə qaytarmaq şərti ilə 1000 manat pul istəmişdir. O da evdə pulu olmadığını deyib, bank kartında 2000 manat pul olduğunu bildirib, həmin kartını Kamrana verib oradakı pulu çıxarıb 1000 manatını götürməsini söyləmişdir. Kamran da həmin pulu çıxarıb 1000 manatını ona qaytarmışdır, 1000 manatını da ertəsi günü qaytaracağını deyib, özünə götürüb getmişdir. O da ertəsi günü Beyləqan rayonuna toya gedəcəyini deyib, həmin 1000 manatını da onlara verdiyi əvvəlki pullarla birlikdə 25 iyun 2021-ci il tarixdə qaytarmalarını söyləmişdir. Bir neçə gündən sonra o, Beyləqandan evlərinə qayıtmış və Kamrangilə zəng etmişdir. X11 telefonlarına zəng çatmadığını görüb axtarmağa başlamışdır. Həmin vaxtı bilmişdir ki, Kamranla İman ondan başqa da bir neçə şəxsi aldadıb külli miqdarda pullarını ələ keçirib Türkiyə Respublikasına qaçmışlar. Bildirmişdir ki, İmanla Kamran üstündə əlavə olaraq 10.000 manat pul verəcəklərini vəd verib, 01 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixdək 4 dəfəyə olmaqla ondan 25 günə qaytarmaq şərt ilə cəmi 102.000 manat pul alaraq həmin məbləğdə pulunu ələ keçirmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ev-25, mənzil 69-da yaşayır. İki ilə yaxındır ki, sahibkar fiziki şəxs olaraq Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə keçəsində yerləşən mağazada Azərbaycan Respublikasında istehsal olunan müxtəlif markalı tütün məhsullarının satışı ilə məşğul olur. 2020-ci ilin sentyabr ayında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 mağazaya gələrək onunla tanış olub Aşeron rayonu, Masazır qəsəbəsi ərazisində iki ədəd köşkünün olduğunu və həmin köşklərdə tütün məhsullarının satışı ilə məşğul olduğunu bildirib, ona satmaq üçün müəyyən miqdarda Azərbaycan Respublikasında istehsal olunan siqaret məhsulları lazım olduğunu demiş və nəğd olaraq ondan 500 manat civarında müxtəlif markalı siqaretləri almaq niyyətində olduğunu söyləmişdir. O da Təqsirləndirilən şəxs1 səmimi danışığına və alacağı məhsulun pulunu nağd ödədiyinə görə Kamrana istədiyi miqdarda siqaret satmışdır. Bundan sonra Kamran mütəmadi olaraq sonradan tanıdığı dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə ondan yenidən 500 manatlıq, 600 manatlıq, 800 manatlıq və daha çox məbləğlərdə siqaret məhsullarını topdan alaraq vaxtında ödənişlərini etməkdə davam etmişdir. Daha onralar iş müqabilində yaranmış münasibətlərdən istifadə edərək Kamranla İman ona məxsus mağazadan daha böyük məbləğlərdə siqaret məhsullarını almaq niyyətində olduqlarını bildirmişlər. Kamranla İman 2020-ci ilin sonlarından tarixini dəqiq xatırlamadığı müddətdə məndən müxtəlif günlərdə topdan olaraq 10000 manat, 20000 manat, 40000 manat, 50000 manat, 60000 manat dəyərində siqaret məhsullarını alıb, həmin məhuslların pulunun yarısını həmin gün, qalanını da bir gün sonra ödəmişlər. Aralarında olan münasibətlərin istiləşməsi, davamlı olaraq ondan siqaret məhsullarını alıb-satması və ona olan ödənişlərini vaxtlı-vaxtında etmələri onda Kamranla İmana qarşı etibar, inam yaratmışdır. Sonuncu dəfə 17 iyun 2021ci il tarixdə nardan əvvəl Kamranla İman yenidən işlədiyi mağazaya gələrək ondan 88989,60 manat məbləğində müxtəlif markalı siqaret almaq istədiklərini bildirmşlər. Qeyd etdiyi kimi, əvvəllər də Kamrangil yüksək məbləğdə mallar alıb, pulunu vaxtlı-vaxtında ödədikləri üçün Kamranla İmana etibarı yarandığından istədikləri məbləğdə siqaret almalarına etiraz etməyib, onlara həmin məbləğdə müxtəlif markalardan olan siqaretlər vermişdir. Həmin vaxtı Kamranla İman 88989,60 manat yarısını günün sonunda, qalanını isə bir gün sonra, yəni 18 iyun 2021-ci il tarixdə ödəyəcəklərini bildirmişlər. O da Kamranla İmana etibar etdiyi üçün razılaşmışdır. X18 vəd etdikləri vaxtda, yəni 18 iyun 2021-ci il tarixdə onun mağazasından götürdükləri siqaretlərin pulunu vermədiklərini görüb Kamrana zəng etmişdir. Kamran da heç bir problemin, çətinliyin olmadığını, sadəcə vaxt azlığından, işinin çox olduğundan onunla görüşə bilmədiyini bildirmiş və iyun ayının 19-da, səhər saatlarında mağazasına gəlib 88989,60 manat pulu mənə verəcəyini söyləmişdir. Lakin Kamran vəd etdiyi vaxtda mağazaya gəlməmişdir. O, dəfələrlə Kamrana zəng edərək ödənişi nə zaman edəcəyini soruşduqda Kamran günün sonuna qədər pulu ona gətirəcəyinə dair vədlər vermişdir. Bundan sonra o, narahat olub Kamranla Xırdalan şəhərində görüşmüş və Kamrandan əgər pulu ona verə bilmirsə, siqaret məhusllarının harada olduğunu deməsini tələb etmişdir. Kamran da siqaretlərin Sahil adlı şəxsdə olduğunu bildirib, onunla telefon əlaqəsi yarada biləcəyini söyləmişdir. O da Sahilə zəng etməsini istəmişdir. Kamran Sahilə mobil telefonu vasitəsilə zəng edərək, Sahildən onunla danışmasını xahiş etmişdir. Sahil də ona zəng edib Kamrangilə verdiyi siqaretlərin onda olduğunu və Kamrangilin ona verəcəkləri 88989,60 manatı ona ödəyəcəyini vəd bildirmişdir. O, Sahildən pulu ona nə zaman verəcəyini soruşduqda Sahil pulu ertəsi günü, yəni 20 iyun 2020-ci il tarixdə ödəyəcəyini söyləmişdir. O, Kamrana etibar etdiyi üçün Sahilin ona verdiyi sözə inanmış və Kamrandan ayrılmışdır. Ertəsi günü o, Kamrana zəng etmiş, Kamran da Sahillə əlaqə yaratmasını xahiş etmişdir. O, Sahilə zəng etmiş, Sahil də pulun onda olduğunu və gün ərzində ödənişi edəcəyini bildirmişdir. Həmin günin sonunda o, dəfələrlə zəng etsə də, Sahil hər zəngində ona müxtəlif vədlər edərək, onu aldatmaqda davam edib pulu verməmişdir. 25 iyun 2021-ci il tarixədək hər gün mobil telefonla danışdıqda o, yenə də ödəniləcək pulun onda olduğunu, sadəcə işlərinin çox olması və vaxtının olmaması səbəbindən onun görüşə bilmədiyini bəhanə etmişdir. Sonuncu dəfə o, Sahillə telefon əlaqəsi yaratdıqda, Sahil onunla 25 iyun 2021-ci il tarixdə mütləq olaraq saat 14:00-15:00 radələrində görüşəcəklərini və Kamranla onun arasında olan razılaşmadan irəli gələn 88989,60 manat pulu ona verəcəyinə söz vermişdir. O, 25 iyun 2021-ci il tarixdə 15:00 radələrində Sahilə zəng vurmuşdur. Sahil ona vəd etdiyi pulun onda olmadığını demişdir. O da dərhal Təqsirləndirilən şəxs1 zəng etmiş, lakin ona zəng çatmamışdır. Bundan sonra Sahilə zəng etdikdə Sahil onunla üzbəüz görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Sahil onda nə pulun, nə də siqaret məhsullarının olmadığını söyləmiş və əslində bu günədək onunla Kamrana vaxt qazandırmaq üçün danışdığını bildirmişdir. O, həmin gün dəfələrlə Təqsirləndirilən şəxs1la hər zaman danışdığı ***-***-**- **, ***-***-**-** mobil nömrələrinə dəfələrlə zəng etsə də ona zəng çatmadığını görmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs2 da ***-***-**-** nömrəsinə zəng etmiş, lakin İmanın da mobil telefonu bağlı olmuşdur. Sonradan digər şəxslərdən şifahi olaraq əldə etdiyi məlumatlara görə bilmişdir ki, Kamranla İman eyni üsullarla müxtəlif şəxsləri də onun kimi aldatmışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, təxminən 10 il olar ki avtomobil alveri ilə məşğul olur. Zərərçəkmiş şəxs6la 10 il olar ki, dosluq edir. 2021-ci ilin iyun ayının 4-də səhər evdə olduğu vaxtı Xəyyam ona zəng edib, 2 müddətinə qaytarmaq şərti ilə ona 35000 manat borc pul istəmişdir. O da həmin məbləğdə pulunun olmadığını deyib, 30000 manat pul verə biləcəyini bildirmişdir. Xəyyam da həmin məbləğdə pulu ona verməsini xahiş etmişdir. O da razılaşıb təxminən 1 saat sonra Xəyyama zəng edib, Xəyyamla Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindəki “Bazar store” mağazasının yaxınlığında görüşmüşdür. Həmin vaxtı sonradan adlarının Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 olduğunu bildiyi 2 nəfər və qohumu Emin Aliyev də Xəyyamın yanında olmuşlar. Xəyyam öz maşınında Emin isə Kamrangilin qara rəngli “Qalenvagen” markalı maşınında onlarla birlikdə oturmuşdur. O, Xəyyamgilə salam verdikdən sonra Xəyyam əli ilə Kamrangili göstərib əlindəki 30000 manat pulu onlara verməsini demişdir. O da həmin vaxtı Kamranla İmanı tanımadığı üçün əlindəki pulu Kamrangilin yanında maşında əyləşən qohumu Eminə vermişdir. Emin də pulu sayıb İmana vermişdir. Bundan sonra o, Xəyyamın maşınına minib Xəyyamla birlikdə “Misir” parkının yanındakı çayxanaya getmişdir. Təxminən 10 dəqiqə sonra Kamran, İman və Emin də onların yanma gəlmişlər. İman ona 400 manat pul uzadıb almasını xahiş etmişdir. O, bunun nə pulu olduğunu soruşmuşdur. İman da elə-belə xərcləməyə verdiyini bildirmişdir. O da cibində 500 manat pulu olduğunu deyib, həmin pulu İmana göstərib, verdiyi 400 manatı götürmək istəməmişdir. Lakin İman təkidlə həmin pulu götürməsini tələb etmiş və 2 gün ərzində onlara verdiyi 30000 manatı qaytaracağlarını söyləmişdir. O da razılaşmışdır. Bundan 3 gün sonra o, İmanla Kamran və Xəyyam birlikdə olduqları zaman o, İmangildən pulunu geri qaytarmalarını tələb etmiş və İmangilə verdiyi həmin pulun 10000 manatını dostundan borc aldığını deyib, ən azı həmin pulu geri qaytarmalarını söyləmişdir. Həmin vaxtı Xırdalan şəhəri “Həkəri” kafesində İman ona 10000 manat pul qaytarmış və qalan 20000 manatı da 25 iyun 2021-ci il tarixdə verəcəklərini söyləmişdir. O da razılaşıb gözləmişdir. 25 iyun 2021-ci il tarixdə pulunu geri almaq üçün nahar vaxtı Xəyyama zəng etmişdir. Xəyyam da Kamranla İmanın bir neçə şəxsin pulunu ələ keçirib Türkiyə Respublikasına qaçdıqlarını bildirmişdir. O, bunu eşidən kimi Sumqayıtdan Xırdalana gəlmiş, həmin vaxtı ona məlum olmuşdur ki, İmanla Kamran bir neçə nəfərin siqaret alverində yaxşı qazanc olmasına inandıraraq küllü miqdarda pullarını ələ keçirib Türkiyə Respublikasına qaçmışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində yaşayır. Hazırda işsizdir. Əvvəllər yaşadığı yerə yaxınlıqdakı icarəyə götürdüyü obyektdə şərab və siqaret alıb-satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 da topdansatış siqaret alveri ilə məşğul olan adam kimi elə həmin 2020-ci ilin payız aylarından tanımışdır. Həmin vaxtdan Kamran pulunu əvvəldən almaq şərti ilə ona satmaq üçün müxtəlif markalardan olan siqaretlər gətirimişdir. 2020-ci ilin payız aylarından 2021-ci ilin iyun ayınadək o, Kamrandan pulunu əvvəlcədən ödəmək şərti ilə müxtəlif məbləğlərdə siqaretlər almışdır. Kamranla alver etməyə başladıqdan təxminən 3 ay sonra o, Kamranın vasitəsi ilə dostu Təqsirləndirilən şəxs2 tanımışdır. Kamran əvvələr onun yanına tək gəlmişdir. 3 ay sonra Kamran həmin dostu İmanla onun yanına gəlib siqaret gətirməyə başlamışdır. Həmin vaxı İman ona Kamranla şərik olduğunu bildirmişdir. O, onun bu alverə qoşulduqdan sonra Kamranın ondan aldıqları pululun müqabilində siqaretləri gec gətirdiyini görüb, Kamanla alverini dayandırıb pul vermək istəməmişdir. 10 iyun 2021-ci il tarixdə hazırda xatırlamadığı mobil telefonu ilə ona zəng edib, bundan sonra siqaret alveri ilə alınan pullara onun cavabdeh olduğunu söyləyib, heç bir problem olmayacağını bildirmiş və siqaret almaq üçün onlara pul verməsini xahiş etmişdir. O da razılaşıb 3550 manat pulu olduğunu bildirmişdir. İman da gəlib həmin məbləğdə pulu götürəcəklərini söyləmişdir. Elə həmin günü 1 saat sonra İman Kamranla birlikdə onun yaşadığı yerə gəlmişlər, Kamran maşından düşüb ona yaxınlaşmışdır. O, siqaret almaq üçün Kamrana 3550 manat pul vermişdir. Kamrangil 2 günə ona verdiyi pulun müqabilində siqaret gətirəcəklərini deyib getmişlər. Lakin sonra onun telefon zənglərinə cavab verməmişlər. Təxminən 10 gün sonra o, birtəhər İmanla telefon əlaqəsi yaradıb İmandan ya pulunu, ya da siqareti vermələrini tələb etmişdir. İman da pulu Kamranın əlinə verməsini əsas gətirib, bununla bağlı tələbini də Kamrandan etməsini söyləmişdir. O da pulu almaq üçün Kamranın ona zəng etdiyini və hər şeyə cavabeh olduğunu deməsini xatırlatmışdır. İman onunla razılaşmayıb pulu Kamrandan almasını demişdir. 23 iyun 2021-ci ildə axşam İman ona zəng edib siqaret almaq üçün pul verməsini xahiş etmişdir. O da əvvəl verdiyi pulun müqabilində verəcəkləri siqareti vermədikləri xatırlatmış və pulunun olmadığını söyləyib, onlara verdiyi 3550 manatın 250 manatını qaytarmalarını, qalan pula da siqaret vermələrini demişdir. Həmin vaxtı İman ona verəcəkləri siqaretləri və əlavə topdansatış qiymətinə xeyli siqaret almaq üçün əlavə pul lazım olduğunu bildirmiş və pul olarsa onun da siqaretlərini ertəsi günü axşama kimi gətirə biləcəklərini söyləmişdir. O da Kamrangilə verdiyi pulun müqabilində siqaretləri almaq istədiyinə görə razılaşmış və Kamrangilə əlavə pul tapa biləcəyini söyləmişdir. Bundan sonra əvvələr siqaret alveri ilə məşğul olmaq üçün pul vermək istəyən tanışı Pərvinə bu barədə demiş, Pərvin də 15000 manat verə biləcəyini söyləmişdir. Həmin gecə İmangil onlardan geri istədiyi 250 manatı onun bank kartına göndərmişlər. 24 iyun 2021-ci il tarixdə axşamüstü İman qara rəngli “Qalenvagen” markalı maşınla, Kamran isə ağ rəgli “Kia-Optima” markalı maşınla yaşadığı yerə yaxınlıqdakı parka gəlmişlər. O da Pərvinə zəng edib, yanlarına çağırmışdır. Pərvin də 15000 manat pulu gətirib onun yanında Kamrana vermişdir. İman da ertəsi günü nahar vaxtı siqaretləri gətirəcəklərini söyləyib Kamranın sürüb gəldiyi “Kia-Optima” markalı avtomobilin açarını Kamrandan alıb ona vermiş və onlara inamağı üçün həmin maşını siqaretləri gətirənə kimi girov qoyduğunu bildirmişdir. O da də açarı alıb həmin maşını yaşadığı binanın qarşısına qoymuşdur. Ertəsi günü o, nahar fasiləsinə kimi İmanla Kamranın gəlmədiyini görüb onları axtarmağa başlamışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, Kamrangil ondan başqa bir neçə nəfəri də topdansatış qiy mətinə siqaret verəcəklərini vəd verərək, küllü miqdarda pullarını ələ keçirib Türkiyə Respublikasına qaçmışlar. Bundan 2 gün sonra o, İmangilin ona girov kimi qoyduqları avtomobilin binanın qarşısında saxladığı yerdə olmadığını görüb, həmin maşını axtarmağa başlamışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, Kamrangilin girov qoyduqları avtomobil “Rentecar”a məxsus olduğuna görə sahibi avtomobilin yerini özündə olan cihaz vasitəsi ilə müəyyən edib, ehtiyat açardan istifadə etməklə həmin avtomobili onun xəbəri olmadan sürüb aparmışdır. Bunu da müəyyən etdikdən sonra o, bilmişdir ki, İmanla Kamranın həqiqətən dələduzluq edərək özlərinə məxsus olmayan maşını girov qoyaraq ondan və onun vasitəçiliyi ilə tanışı Pərvindən ümumilikdə 18300 manat pul alıb ələ keçiridikdən dərhal sonra Türkiyəyə qaçmışlar. Bildirmişdir ki, Kamrangilin ona girov kimi qoyduqları “Kia-Optima” markalı avtomobilin açarı onda qalmışdır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs2 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev-18, mənzil 23-də yaşayır. Bir övlad atasıdır, fəhləçilik etməklə ailəmi dolandırmışdır. Valideynləri Rusiyada olduğuna görə o, Naxçıvan MR. Ordubad şəhərindəki internat məktəbində oxumaqla həmin məktəbin yataqxanasında yaşamışdır. Məktəbi bitirdikdən sonra hərbi xidmətdə olub, sonra işləmək üçün Bakı şəhərinə gəlmişdir. İnternat məktəbində onunla birlikdə oxuyan dostları ilə əlaqə saxladığı vaxtı dostları ona internat məzunları üçün inşa edilmiş çoxmərtəbəli binalardan mənzil ala biləcəyini izah edib, bu işdə ona Təqsirləndirilən şəxs1 köməklik göstərə biləcəyini söyləyib, əlaqə saxlamaq üçün Kamranın mobil nömrəsini vermişlər. O da 2021-ci ilin mart ayının 28-də Kamranla əlaqə saxlayıb, Xırdalan şəhəri ərazisində adını bilmədiyi restoranın qarşısında Kamranla görüşüb ona mənzil almaqda köməklik etməsini xahiş etmişdir. Kamran da həmin binalardan ona 1 otaqlı mənzil almağa köməklik edə biləcəyini bildirib, ondan bu işin həll olunması üçün 7500 manat pul istəmişdir. O da pulu olmadığını deyib, kredit götürüb 6500 manat pul verə biləcəyini söyləmişdir. Kamran da razılaşmışdır. Bundan sonra o, ailə üzvüləri ilə bu barədə məsləhətləşib “Kapital” bankın Ordubad filialından anası X3 adına 6000 manat pul götürmüşdür. Həmin bankda köhnə ödənməmiş kredit borcları olduğuna görə bankdan ona 5750 manat nəqd pul vermişlər. O da Bakı şəhərində yaşayan bacanağı X2 850 manat borc pul ahb həmin pulun üstünə qoyub, 05 aprel 2021-ci ildə Kamranla telefon əlaqəsi saxladıqdan sonra bacanağı Səbuhi ilə birlikdə Xırdalan şəhəri “köhnə bazar” deyilən yerdə onunla görüşüb, 6500 manat pulu Kamrana verdmişlər. Kamran da pulu aldıqdan sonra 2 ay müddətinə, yəni 2021-ci ilin iyun ayının 30-dək ona həmin binadan 1 otaqlı mənzil ahb verəcəyini söyləmişdir. Həmin vaxtı bacanağı Səbuhi Kamrandan ona pul verməyi bağlı bizə yazılı qəbz verməsini xahiş etmişdir. Kamran da ağ rəngli “Hyundai Sonata” markalı maşınının salonundan öz şəxsiyyət vəsiqəsinin surətini götürüb orada onun bacanağı Səbuhidən 6500 manat borc pul almağı barədə qəbz yazıb həmin qəbzi onlara verib getmişdir. Bundan təxminən bir həftə sonra Xırdalan şəhərində onunla görüşüb şəxsiyyət vəsiqəsinin surətini və topladığı onların arayışlarını almışdır. Bundan sonra o, 2 ay ərzində Kamranla bir neçə dəfə telefonla danışıb mənzil alması ilə bağlı söhbətlər etsə də Kamranın vəd verdiyi vaxt tamam olanadək Kamran ona mənzil almayıb əlavə 15 gün vaxt istəmişdir. O da razılaşıb gözləməyə başlamışdır. Həmin müddət də başa çatdıqdan sonra Kamran ona zəng edib bir neçə günə təzə mənzilinə köçəcəyini deyib, kirayə qaldığı yerdən əşyalarını yığmasını söyləmişdir. O da əşyalarını yığıb gözləsə də Kamran onun sonrakı zənglərinə cavab verməmişdir. O, Kamranı axtarmağa başlayanda eşitmişdir ki, Kamran bir neçə şəxsi aldadıb həmin şəxslərdən külli miqdarda pul aldığına görə həmin şəxslər Kamrandan şikayət etdikləri üçün Kamran da qaçıb gizlənmişdir. (cild 01 iş/v_154) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prosp. 167, AAAF-Park yaşayış kompleksi-B, bina 6, mənzil 29-da yaşayır. Fərdi qaydada alverlə məşğul olur. Təqsirləndirilən şəxs1 və onun tanışı Təqsirləndirilən şəxs2 2021-ci ilin təxminən may ayından siqaret alveri edən şəxs kimi tanımışdır. Əvvəllər Kamrandan bir neçə dəfə siqaret alveri etmişdir. Kamranla və tanışı İmanla normal münasibəti olmuş, biri- birlərinə borcu olmamışdır. Zərərçəkmiş şəxs9 isə Kamrahgildən əvvəl siqaret alveri ilə məşğul olan şəxs kimi tanımışdır. Əfqandan da əvvəllər satmaq üçün bir neçə dəfə müxtəlif məbləğlərdə nəqd olaraq siqaret almışdır. 17 iyun 2021-ci il tarixdə Kamran ona zəng edib, 89000 manat dəyərində, müxtəlif markalardan olan satmaq istədiyi siqaretlərinin olduğunu bildirib, həmin siqaretləri almağını təklif etmişdir. O da razılaşmışdır. Bir neçə dəqiqədən sonra Kamran razılaşdığı kimi onunla atasının Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivindəki evinin qarşısında görüşmüş və “Ford” markalı avtomobillə gətirdiyi siqaretləri İmanla birlikdə atasıgilin həyətindəki çardağın altına boşaltmışdır. O da həmin siqaretləri Kamrangildən alıb, Kamrana 91.400 manat pul vermişdir. Kamran da həmin məbləğdə pulu alıb İmanın idarə etdiyi avtomobilə minib getmişdir. Bundan sonra o, nə Kamranla, nə də Kamranın tanışı İmanla heç bir alver etməmişdir. Kamrangilin ona satdıqları siqaretləri Əfqandan nisyə aldıqlarını və sonra da ondan aldıları pulu Əfqana verməyib şəxsi ehtiyaclarına xərclədiklərini bilməmişdir. Bu barədə polisə izahat vermək üçün çağırıldığı vaxtı bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yaşayır. 2015-ci ildən Bakı şəhərində qəzet köşkündə satıcı işləyir. Satdığı malları Bakı şəhəri Ticarət Departamentindən almışdır. Həmin köşkdə qəzet və jurnallardan başqa su və siqaret də satır. Təqsirləndirilən şəxs1 2017-ci ildən başqa köşkdə satıcı işləyən adam kimi tanımışdır. Kamranla münasibəti həmişə yaxşı olmuşdur. 2021-ci ilin “Novruz Bayramı”ndan sonra aprel ayının əwələrində Kamran onun tanıdığı köşkdə işdən çıxdıqdan sonra yanına gəlib, topdansatış siqaret alveri ilə məşğul olduğunu bildirib, ona ucuz qiymətə müxtəlif markalardan siqaret verə biləcəyini söyləmişdir. O da Kamranı tanıdığı üçün, həmçinin Departamentdən satmaq üçün aldığı siqaretlər az olduğuna görə Kamranla razılaşmış və bundan sonra Kamrandan satıb pulunu vermək şərti ilə 500 manat dəyərində müxtəlif markalardan olan yerli istehsal siqaretlər almışdır. Bir neçə günə həmin siqaretləri satıb pulunu Kamrana vermiş və ona yenə satmaq üçün siqaret gətirməsini xahiş etmişdir. Kamran da razılaşıb növbəti dəfə ona eyni şərtlə 700 manat dəyərində siqaret gətirmişdir. O, bir həftə ərzində həmin siqaretləri satıb pulunu Kamrana vermişdir. Bu münvalla o, təxminən 10 dəfə Kamrandan siqaret alıb, pulunu satdıqdan sonra vermişdir. Bəzi hallarda Kamran siqaretləri onun yaşadığı evə gətirmişdir. Axrıncı dəfə yəni, 2021-ci ilin iyun ayının əvvəllərində Kamran yaşadığı Abşeron rayonu, Məmmədli kəndinə gəlib ona siqaret gətirəcəyini deyib, həmin siqaretləri topdansatış yerindən almaq üçün 5000 manat pul çatmadığını söyləyib, ondan həmin məbləğdə pul istəmişdir. O da Kamranı çoxdan tanıdığı üçün və əvvəllər aralarında siqaret alverində heç bir problemləri olmadığına görə Kamrana inanıb, etibar edib 5000 manat pul vermişdir. Kamran da ertəsi günü ona 5000 manat dəyərində siqaret gətirəcəyini deyib getmişdir. Lakin gətirməmişdir. Bundan sonra o, dəfələrlə Kamrana zəng etsə də danışa bilməyib, axtarmağa başlamışdır. Həmin vaxtı bilmişdir ki, Kamranla dostu İman ondan başqa bir neçə adama da siqaret satacağım vəd verərək küllü miqdarda pullarını aldadıb ələ keçirərək Türkiyə Respublikasına qaçımışlar. O, Kamranın dayısı Zauru və qardaşı Orxanı uzun illər tanıdığına və onlarla yaxın münasibəti olduğuna görə Kamranın onu aldadıb 5000 manat pulunu ələ keçirməsi ilə bağlı heç yerə şikayət etməmişdir. Hal-hazırda da ondan buna görə şikayətçi olmamışdr.(cild 1, iş/v 200-202) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərəçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır.(cild 02 iş/v_204) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır.(cild 02 iş/v_205-206) Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2016-ci il təvəllüdlü X6 vardır. ( cild 2, iş vərəqə 71) Cinayət işinin əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Whatsapp” internet şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs8 ilə görüntülü danışıqları olan bir ədəd DVD-R formatlı disk və Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd Təqsirləndirilən şəxs1 səs yazıları olan “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Zərərçəkmiş şəxs11 təqdim etdiyi bir ədəd “KİA-Optima” markalı avtomobilə aid açar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 dəymiş 6500 manat ziyan və Zərərçəkmiş şəxs1 dəymiş 8000 manat ziyanın 2000 manatı Təqsirləndirilən şəxs1 tərəfindən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 dəymiş 147000 manat maddi ziyanın 29350 manatı, Zərərçəkmiş şəxs11 dəymiş 3550 manat ziyanın 250 manatı, Zərərçəkmiş şəxs7 dəymiş 40000 manat ziyanın 2000 manatı, Zərərçəkmiş şəxs10 dəymiş 30000 manat ziyanın 10000 manatı təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə qarşı dələduzluq etməmələri barədə məhkəmədə söylədiklərini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun CM-nin 178.3.2 maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyandan onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 dəymiş 6500 manat ziyanı tam ödəməsini və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10 dəymiş ziyanı qismən ödəməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət 59-cu maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını və cinayət nəticəsində vurulmuş ziyandan onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10 qismən ödəməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci və mülki iddia yoxdur.. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs11 təqdim etdiyi bir ədəd “KİA-Optima” markalı avtomobilə aid açar qanuni sahibinə qaytarılsın, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-14/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-14/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver