Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-14/2025 12.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X8 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – “Müdafiəçi3 və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsinə köməklik göstərəcəyi barədə İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxsə əvvəlcədən vəd etməklə razılaşmış, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən, 17 oktyabr 2022-ci il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə bir ədəd güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerində gizlədilmiş şəffaf sellofan paketdə külli miqdarda, 1600 qram heroin narkotik vasitəsinin Azərbaycan Respublikasına gətirilib ona təhvil verilməsi və daha sonra dövriyyəsini həyata keçirmək üçün cinayətkar qrupun istintaqa məlum olmayan üzvünün vasitəsilə həmin narkotik vasitənin cinayətdən xəbərsiz Azərbaycan Respublikası vətəndaşı Şahid10 İsabala oğluna təqdim edilməsinə və sonuncunun idarə etdiyi “Daewoo” markalı, “**-JS-***” dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda saxlanılmasına, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınmasına və həmin gün saat 17 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən “Biləsuvar” gömrük postunda nəqliyyat vasitəsinin salonunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik göstərməklə nail olmuş, gömrük nəzarəti zamanı qeyd edilən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən şəxsiyyəti istintaqa məlum olmayan “Kamran" adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncuların qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin müəyyən pul müqabilində tapşıracağı yerə çatdırmaqla satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 2022-ci ilin oktyabr ayında Bakı şəhəri, Xəzər rayonu ərazisinə qoyduğu, ayrı-ayrılıqda təmiz çəkiləri 26,975 qram və 995,0 qram olmaqla ümumi təmiz çəkisi - 1021,975 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi öz üzərində və ona məxsus olan “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 09 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən “Yem Dükanı” mağazasının yaxınlığında saxlanılıb, ona məxsus olan “Opel Astra” markalı, **- EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə gətirildikdən sonra, idarənin inzibati binasında onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin 01 ədəd bükümdə olan 26,975 çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və idarənin həyətinə yerləşdirilmiş “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin bir ədəd bükümdə 995,0 qram çəkidə narkotik vasitə heroin avtomobilin qabaq sağ oturacağın alt hissəsində aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlarda təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, o, 9 noyabr 2022-ci il tarixində evdən çıxdıqdan sonra sinif yoldaşı Pərvizlə birlikdə hamama getmək üçün yola düşüb. Saat 18:30-da Pərvizin xahişi ilə maşını Saray qəsəbəsində yerləşən “Yem dükanı”nın qarışısında saxlayıb və onlar hər ikisi maşından düşüblər. Bu zaman sonradan polis əməkdaşı olduqlarını bildiyi 7-8 nəfər şəxs onu və Pərvizi saxlayıb. Onu öz maşınına otuzdurublar, Pərvizi isə öz maşınlarına mindiriblər. Daha sonra onları Saray postunun yaxınlığında heç kim olmayan bir yerə aparıblar. Orada sonradan adını bildiyi Elşad adlı polis əməkdaşı onun yanında əyləşib, Əli adlı əməliyyatçı isə arxadan onun qollarını qandallayıb. Polis əməkdaşı Elşad İİR vətəndaşına zəng eləyib və ondan “sənin nə qədər malın var bunda?” deyə soruşub, o da cavabında “10 kq” deyib. O buna etiraz etdikdə onu Sumqayıt şəhərinin girişindəki “MERO” adlanan çöllük və kimsəsiz yerə apararaq avtombilin içində onu döyərək işgəncələr veriblər, Elşad və Əli qapını açıb onu sürücü oturacağının arxasındakı oturduğu yerdən düşürdüb, onun ləyaqətini alçaldan hərəkətlər ediblər. Bir neçə dəqiqə sonra polis əməkdaşları onun heç nəyi etiraf etmədiyini gördüklərindən Elşad İİR vətəndaşına bir daha zəng edləyib və bu dəfə İİR vətəndaşı deyib ki, guya Anarda 5 kq narkotik vasitə var. Bundan sonra yenə də maşının içində ona işgəncələr etməyə davam ediblər. Çəkilişdə də xəsarətləri görünür, lakin ekspertizada xəsarətinin olmadığı göstərilib. Sonra polis əməkdaşları yenə İİR vətəndaşına zəng edləyiblər, o da “Anarda 1 kq narkotik var” deyib. Elşad hər zəng etdikdə iranlı narkotik vasitənin çəkisini azaldıb. O, bütün işgəncələrə dözərək polis əməkdaşlarının dedikləri ilə razılaşmadıqda, onun yoldaşını da olduğu yerə gətirəcəkləri və evinə narkotik qoyacaqları ilə hədələyiblər. O, hesab edib ki, polis əməkdaşları sadəcə onu qorxutmaq istəyiblər, buna görə də yenə də polis əməkdaşlarının dedikləri ilə razı olmayıb. Lakin polis əməkdaşları onu da özləri ilə aparıb evinin qarşısında əlinə qandal vurub, arvadı çölə çıxdıqda onun əlindəki telefonu alıblar, videoçəkilişlə evinə girmək istəyəndə o, artıq qorxduğu üçün polis əməkdaşlarının dediyi hər şeylə razı olduğunu deyib. Polis əməkdaşları onun cinayət işini 10 kq narkotik vasitənin satışı ilə rəsmiləşdirəcəklərini deyiblər, o da razılaşıb. O, evinə baxış keçirilərkən uşaqların qonşuya keçməsini istəyib, lakin polis əməkdaşları imkan verməyiblər, evə girib yoldaşının telefonunu alıblar. Evə baxış zamanı polis əməkdaşları heç bir narkotik vasitə tapmayıblar və ondan pul istəyiblər. O da pulunun olduğunu, kredit götürdüyünü bildirib. Polis əməkdaşları həmin pulu götürüblər, həmin pulu kreditə götürdüyünü sübut edən sənədlər də var. Daha sonra polis əməkdaşları telefonla kimləsə danışıblar. Bundan sonra evin yanına “Hyundai” markalı maşın gəlib, maşından bir şəxs düşüb onun evinə gəlib. O, həmin şəxsin vəzifəcə onu tutan polis əməkdaşlarından üstün olduğunu başa düşüb. Həmin şəxs onun qarşısındakı oturacaqda oturub və onda 1 kq narkotik vasitə olduğunu deyib, o isə polis əməkdaşlarına söz verdiyi üçün məcbur qalıb iranlı bir adam vasitəsilə satdığını deyib, həmin şəxs də bunun inandırıcı olduğunu deyib. Həmin şəxs digər əməkdaşları çağırıb onun işini sənədləşdirmələrini deyib, polis əməkdaşları onun işini hansı miqdarda rəsmiləşdirmələrini soruşduqda həmin şəxs ona yazığı gəldiyi üçün 1 kq-la sənədləşdirmələrini deyib. Daha sonra onu Xırdalana Polis İdarəsinə gətiriblər, Elşad ona ayrı bir otaqda 01 büküm gətirib və cibinə qoymasını deyib. Amma bundan əvvəl yolda olanda Elşad ona deyib ki, sabah saat 7-yə kimi 10 min manat pul gətirsə, onun işini sənədləşdirməyəcəklər. Daha sonra 26 qramlıq narkotik vasitə olan bükümü cibinə, 995 qram narkotik vasitə olan bükümü isə avtomobilimə qoyublar. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən bildirdi ki, gömrüklə bağlı epizodda onu şahid qismində dindiriblər, Gömrük Komitəsinin müstəntiqi gəlib ondan Pərvizi soruşub. Həmin müstəntiq deyib ki, guya Pərviz deyib ki, “narkotiki alıb vermişəm Anara” . Daha sonra guya Pərvizlə onu üzləşdiriblər, amma o, üzləşmədə iştirak etməyib, çünki üzləşdirmə üçün özləri ilə vəkil gətiriblər, amma o, öz vəkili olduğunu deyib. Yəni həmin epizodda da özünü təqsirli bilmir. 9 noyabrda, saat 18:30-da saxlanılıb və həmin gün gecə saat 3-4 radələrində onun işini sənədləşdiriblər, lakin çəkilişdə saat 20:00 olduğunu deyiblər. İstifadəsində ***-**-** saylı telefon nömrəsi olub. Heç bir İİR vətəndaşı tanımayıb, heç vaxt narkotik vasitə isifadəçisi olmayıb. Kondisioner ustası kimi işləyib, qışda da döşəmə yığıb. 4-cü bölmədə işləyən polis əməkdaşları onu 2022-ci ildə guya narkotik satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlayıblar. Lakin oradakı əməkdaşlar onunla çox yaxşı rəftar ediblər, orada Mikayıl adlı əməkdaş ona deyib ki, “sənin kiminlə problemin varsa, onu həll et, yoxsa bura qayıdacaqsan və pis olacaq”. O, ikinci dəfə ailə həyatı qurub, həyat yoldaşının birinci əri - Raminin onunla ədavəti var. Hətta bir dəfə onu şərləyiblər ki, guya o, Ramini döyüb. Raminin harda işlədiyini bilmir, amma vəzifəli tanışları olduğunu bilir. Bir dəfə Raminlə məhkəmə işləri də olub, Ramindən başqa heç kimlə ədavəti yoxdur. Evindən 2800 manat pulu götürmək istəyiblər, rəisləri evdə 500 manat saxlamaqlarını deyib, amma sonra məlum olub ki, evdə heç uşaqlar üçün çörək pulu da saxlamayıblar. Evindən pulu Şahid2 götürüb. Onu 3 və ya 4 dəfə istintaq təcridxanasında üzləşdirmə keçirmək üçün çağırıblar, amma o, öz vəkili olmadan razılıq verməyib, yəni üzləşmədə iştirak etməyib, bunu istintaq təcridxanasının əməkdaşları da təsdiq edə bilər. Onun gömrükdən narkotik keçirməklə bağlı heç bir məlumatı yoxdur, Şahid16 ona heç bir nömrə verməyib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 09 noyabr 2022-ci il tarixdə, saat 18:30-da Abşeron şəhəri, Saray qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən “Yem Dükanı” mağazasının yaxınlığında ona məxsus olan “Opel Astra” markalı, 50- EF-837 dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Abşeron RPİ-nin inzibati binasına dəvət etmişlər. Ona məxsus olan “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili isə idarənin həyətinə yerləşdirilmişdir. Abşeron RPİ-nin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa, onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1000 manat pul və 01 ədəd avtomobil açarı, əynində olan boz rəngli gödəkcənin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd içərisində ***-***-**-** nömrəsi olan “Kgtel” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi 28 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə və 1000 manat pul içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Samsung” və 01 ədəd “Kgtel” markalı mobil telefonlar bu barədə ona izah verildikdən sonra götürülmüş, 01 ədəd avtomobil açarı özünə geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Kamran” adlı şəxsin vasitəsi ilə təxminən 15 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə götürmüşdür. Bu fəaliyyətinə görə pul əldə etmək niyyətində olmuşdur. Belə ki, o, “Kamran” adlı şəxsi təxminən 02 ay olar ki, tanıyırmış. Kamranla internetdə sosial şəbəkə vasitəsi ilə tanış olmuş və aralarında səmimiyyət yaranmışdır. Onlar tanış olandan təxminən ay yarım sonra Kamran adlı şəxslə sosial şəbəkə vasitəsi ilə danışan zaman Kamran ona demişdir ki, ona narkotik vasitə olan heroin göndərəcək, o da həmin heroinləri dediyi yerlərə qoyub şəklini ona göndərəcəkmiş və bu qaydada onun vasitəsilə narkotik satacaqmış. Buna görə də Kamran ona 400 manat pul göndərmişdir. O, Kamran ilə danışıb sövdələşəndən təxminən yarım saat sonra Kamran onunla bir daha əlaqə saxlamış və bildirmişdir ki, həmin narkotik vasitə olan heroini Bakı şəhəri, Xəzər rayonu ərazisində bir yerə qoyub gedim ordan götürsün. Kamran, heroinin qoyduğu yerin şəklini çəkib ona göndərmiş, o da Kamranın dediyi qaydada gedib Kamranın gizlətdiyi yeri tapıb heroinin oradan götürmüşdür. Həmin heroinlərin yanında da 400 manat pul olmuşdur. Heroinləri götürməyindən 15 gün keçməsinə baxmayaraq o, hələ də həmin heroinləri satmağa başlamamışdır. Bunu həyatında ilk dəfə etdiyi üçün tərəddüd edirmiş. Bundan başqa üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş 1000 manat pul ona məxsusdur Həmin 1000 manat pulun Kamranın ona göndərdiyi 400 manat pula aidiyyəti yoxdur. Şəxsi axtarış zamanı və izahat verən zaman həyəcanlı olduğu üçün səhvən həmin 1000 pulun Kamranın ona göndərdiyi pul olduğunu bildirmişdir. Əslində Kamran adlı şəxs ona 1000 manat yox, 400 manat pul göndərmişdir. Həmin pulları da o, 15 gün ərzində öz ehtiyacları üçün xərcləmişdir. Üzərindən aşkar olunmuş 1000 manat pul yay fəsli ərzində kondisioner ustası işləyərək yığıb qazandığı puldur, narkotik vasitələrin dövriyyəsinə aid olmayan pullardır. O, özünü “Kamran” kimi təqdim edən şəxsin dediyi yerdən narkotik tərkibli maddələri götürərək ona deyilən yerlərə qoymaqla məşğul olacaqmış. Buna görə də Kamran ona 400 manat pul göndərmişdir. Lakin hələ satışa başlamamışdır. O, bəzən narkotik maddələrdən istifadə edir. Onun bu işlə məşğul olmağı ilə bağlı heç kimin xəbəri olmamışdır. Şəxsi axtarış keçirilmədən öncə onun üzərinə və avtomobilində heç bir polis əməkdaşı qeyri-rəsmi olaraq baxış və ya şəxsi axtarış keçirməmişdir. Nə onun üzərində, nə də avtomobilində hər hansı yüksək maddi dəyəri olan əşya olmamışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin digər formada təsir olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra təqsirləndirilən şəxs ona verilən sullara cavab olaraq bildirdi ki, həmin ifadəni təzyiq altında verib, müstəntiq həmin ifadəni ona oxumayıb. Məhkəmədə şahid qismində dindirilmiş DGK-nın əməkdaşı Şahid4 Xanbala oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, cənub ərazisindən gələn avtobusların birində güldanın içərisində narkotik vasitə olması ilə bağlı əməliyyat məlumatı daxil olub və həmin narkotik vasitə də aşkarlanıb. Həmin əməliyyat tədbirinin davamı olaraq yükü götürəcək şəxsi müəyyən etmək üçün Bakıya getməli olublar, çünki məlumata əsasən yükü Bakıda, avtovağzalın içində “Naxçıvan” kafesindən götürəcəklər. Yaradılmış əməliyyat qrupunun üzvlərindən biri də o, olub. Daha sonra onlar həmin kafedə ofisiant işləyən əməkdaşa həmin yük avtobusunun sürücüsü gələndə onlara məlumat verməsini təklif ediblər. Həmin sürücü gələndə ona yaxınlaşıb saxlayıblar. Sürücü onlara taksi fəaliyyəti ilə məşğul olduğunu, heç nədən xəbəri olmadığını, “Uber” taksi şirkətindən sifariş əsasında həmin yerə gəldiyini deyib. Daha sonra onlar əməliyyat tədbiri kimi sürücü ilə hərəkət edən zaman sürücüyə zəng gəlib ki, həmin güldanı kafeyə qaytarsın, guya artıq həmin şəxs gəlib götürə bilməyəcək. Onlar həmin sürücünü idarəyə aparıb ifadəsini alıblar və əməliyyat tədbiri uğursuz olduğundan davam etməyib. Şahid4 Xanbala oğlu ona verilən suallara cavab olaraq bildirdi ki, güldan gələndə artıq cənub ərazi postunda saxlanılmışdı. Güldanı götürməyə gələn taksi sürücüsü olub. Onlar belə qənaətə gəliblər ki, narkotikin çatacağı şəxs kənardan onları gördüyü üçün hər şeyi başa düşüb. Sifariş gələn nömrəni tapıblar, amma şəxsi müəyyən edə bilməyiblər. O, Bakıda keçirilən əməliyyat tədbirində iştirak edib, Bakıya gələnə qədər olan tədbirdə iştirak etməyib. Şəxsə gələn zəngin kim olduğunu müəyyən etmək üçün zəng gələn nömrəni “Getcontact” mobil tətbiqinə yazıblar və həmin tətbiqdə şəxsin adı “Anar” olaraq çıxıb. Ona görə ibtidai istintaq zamanı verdiyi ifadəsində şəxsin adının Anar olduğunu deyib, yəqin ki, istintaq müəyyən edib ki, həmin şəxs həqiqətən də Anardır. Hadisənin üzərindən iki il keçdiyinə üçün bəzi məqamlar yadından çıxmış ola bilər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 və Şahid5 məhkəmədə dindirilmiş digər Şahid4 Xanbala ilə eyni məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, Bakı-Naxçıvan ərazisi üzrə avtobus sürücüsü işləyir. Bakıya gələrkən İran ərazisindən keçir. Orada olan zaman “Hüseyn” adlı şəxs ona məxsus olan güldanı Bakıya aparmaq lazım olduğunu deyib. Hüseyn İranda onlara kömək edən şəxsdir. Hüseyn həmin güldanı avtobusa qoyub. O, güldanın içinə baxıb və boş olduğunu görüb. Postda olanda gömrük əməkdaşları maşını xidməti itdən istifadə edərək yoxlayıblar, güldandan şübhələniblər, aparata salıblar və içində narkotik olduğu aşkar olunub. O, güldanla və əməliyyatçılarla birlikdə Bakıya gedib. Yolda olanda ona tanımadığı şəxs zəng edib deyib ki, “səndə güldan var, onu mən götürüb sahibinə çatdıracam”. O avtovağzala çatandan sonra həmin nömrəyə bir neçə dəfə zəng eləyib, amma zənglərinə cavab verən olmayıb. Bundan sonra o, Hüseynə zəng edib və Hüseyn güldanı “Naxçıvan” kafesinə qoymasını, oradan gəlib götürəcəklərini deyib. Onlar da həmin kafedə oturub yemək yeyiblər, bir müddət sonra ofisiant yaxınlaşıb güldanı götürmək üçün kiminsə gəldiyini deyib. Polis əməkdaşları həmin şəxsi tutublar və həmin şəxs taksi sürücüsü olduğunu və sifarişə əsasən gəldiyini deyib. Şahid10 ona verilən suallara cavab olaraq bildirdi ki, o, İrandan Azərbaycana bircə dəfə güldan gətirib, ona Hüseyn deyib ki, “bir adam sənə zəng eləyib güldanı götürməyə gələcək”. Telefonu “Samsung” markasıdır, səsin yazılıb-yazılmamısını bilmir, çünki telefonu smartfon deyil. Hüseyn ona güldandan əlavə paltar çantası da verib, lakin o, qorxduğu üçün apara bilməyəcəyini deyəndə Hüseyn güldanın özünə məxsus olduğunu, heç bir qorxulu şeyin olmadığını deyib. Hüseyn İranda gömrük işçisidir, onu tanıdığı üçün güldanı götürməyə razı olub. İrana qayıdanda Hüseyndən “bu necə bir bəla idi məni saldın?” deyə soruşanda, o da cavabında narkotikdən xəbəri olmadığını bildirib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, işlədiyi “Maxim” və “Omega” şirkətlərinin mobil tətbiqindən sifariş alır. 18 oktyabr 2022-ci il tarixində hərəkət marşrutu Bakı avtovağzalı- “Naxçıvan” kafedən, Ceyranbatan qəsəbəsi, Araz marketin yaxınlığına olan sifariş alıb. Sifarişdə qeyd olunan nömrəyə zəng eləyib və zəng etdiyi şəxs deyib ki, “Naxçıvan kafesindən güldan götürüb adresdə qeyd olunan yerə getməlidir”. O, güldanı götürəndə gömrük əməkdaşları gəliblər, ondan sonrakı proseslər də onların iştirakı ilə olub. Şahid13 ona verilən suallara cavab olaraq bildirdi ki, sifarişi edən nömrəni gömrük əməkdaşlarına təqdim edib. Biləcəri dairəsində olanda həmin nömrədən bir də zəng gəlib, onda əməkdaşlar da yanında olub. Nömrənin sahibi deyib ki, “güldanı götürə bilməyəcəm, götürdüyün kafeyə aparıb geri qaytar”. O, sifarişin ödənişini istəyəndə həmin şəxs kart atmağını istəyib, o da anasının adına olan kartın nömrəsini atıb, lakin heç bir ödəniş olunmayıb. Məhkəmədə şahid qismində dindirilmiş DGK-nin əməkdaşı Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2022-ci ilin oktyabr ayının 17-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar postunda Naxçıvandan Bakıya gələn Şahid10 idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib və şübhələndikləri üçün avtobusdakı güldan aparatdan keçiriləndə içərisindən külli miqdarda heroinə bənzər maddə aşkar olunaraq götürülüb. Bundan sonra sürücüdən güldanı kimdən aldığını soruşduqda o, İran İslam Respublikasının vətəndaşı Hüseyndən aldığını, içərisinin boş olduğunu düşünürək Bakıya çatdırmağa razı olduğunu bildirib. Bu məlumatlar rəhbərliyə məruzə olunduqdan sonra avtobus Bakıya qədər onun da iştirakı ilə gömrük əməkdaşlarının nəzarətində olub. Bakıya çatmamış yolda olanda və çatdıqdan sonra bir şəxs sürücü ilə əlaqə saxlayıb güldanı “Naxçıvan” kafesinə qoymasını, gəlib ordan götürüləcəyini bildirib. Bir neçə saat sonra bir nəfər taksi sürücüsü həmin kafedən güldanı götürməyə gəlib, gömrük əməkdaşları həmin sürücünü təlimatlandırıblar ki, sürücü həmin sifarişi verən nömrə ilə əlaqə saxlayıb sifarişi qəbul etdiyini, hara çatdırmalı olduğunu soruşsun. Həmin sifarişi verən şəxs də Ceyranbatan qəsəbəsi, Araz marketin yanına aparmasını deyib. Avtomobil hərəkətə düşdükdən beş dəqiqə sonra həmin şəxs taksi sürücüsünə zəng edib və guya sifarişi götürə bilməyəcəyini, həmin güldanı kafeyə geri qaytarmasını deyib. Buna görə də həmin əməliyyat tədbiri nəticəsində sifarişi verən şəxsi müəyyən emək mümkün olmamışdır. Şahid9 ona verilən suallara cavab olaraq bildirdi ki, Hüseyn adlı şəxs İİR vətəndaşıdır və İrandan gələn avtobuslara dispetçer kimi fəaliyyət göstərir. Neçə dəfə həmin şəxs sürücülərə belə bağlama verib, onlar da sürücüləri təlimatlandırıblar ki, Hüseyn yaxşı adam deyil, onun verdiyi bağlamaları götürməsinlər. Təəssüf ki, sürücülər buna əməl etməyiblər. Çünki onun verdiyi bağlamaları götürməyən avtobus sürücülərini o incidir, təkrar yoxlamağa cəlb edir və.s. Zəng eləyən şəxsin səsini yazmayıblar, çünki o şəxs həmin avtobusun içində olan sərnişinlərdən biri də ola bilərdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, Şahid10 idarə etdiyi avtobusla Naxçıvandan Bakıya qayıdan zaman İrandan keçəndə orda İİR vətəndaşı Hüseyn adlı şəxs xahiş elədi ki, “güldan var, içi boşdur, Bakıya aparın, gəlib sizdən götürəcəklər”. Onlar da razılaşıblar. Biləsuvar postunda olanda gömrük əməliyyatçıları güldanı kimin verdiyini, hara apardıqlarını soruşublar, onlar da hər şeyi olduğu kimi danışıblar. Sonra güldanı aparatla yoxlayıblar və içindən narkotik aşkar olunub. Gömrük əməkdaşlarının nəzarəti altında Bakıya gediblər, yolda olanda da bir neçə dəfə zəng gəlib, zəngdə güldanı gah Ələtdə, gah da avtovağzalda götürəcəklərini deyiblər. Gömrük əməkdaşları nə deyiblərsə, onlar da olduğu kimi əməl ediblər. Şahid11 ona verilən suallara cavab olaraq bildirdi ki, ilk dəfə idi ki, İİR-dan Azərbaycana güldan gətirirmişlər. Hüseyn adlı şəxs paltar da vermək istəyib, amma onlar razı olmayıblar. Yol boyu güldanı götürəcək şəxs ancaq Azərə zəng edib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, onun istifadəsində əvvəllər ***-***-**-** saylı mobil nömrə olub, həmin nömrəni pandemiyadan öncə öz adına alıb. Daha sonra yoldaşı da, o da “Nar” nömrədən istifadə etməyə başladıqları üçün həmin nömrəni itirib və artıq illərdir ki, həmin nömrədən xəbəri yoxdur. Şahid15 ona verilən suallara cavab olaraq bildirdi ki, həmin nömrənin kiməsə satılıbsatılmadığı barədə məlumatı yoxdur. O, sadəcə həmin nömrəni adından çıxardıb, heç kimə təhvil verməyib. O, Təqsirləndirilən şəxs tanımır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, Anarla birlikdə böyüyüb. Anarı narkotik vasitələrlə əlaqəsi olan bir şəxs kimi tanımayıb. O, dəqiq xatırlamadığı tarixdə Sumqayıt şəhərində, “Bazar”ın yaxınlığında olan zaman Anar ilə rastlaşıb, Anar ona telefonun xarab olduğunu deyib, özünün şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün ondan öz adına nömrə alıb verməsini xahiş edib. Anar öz nömrəsinin yandığını, bir neçə günə öz nömrəsi bərpa olunduqdan sonra onun adına aldıqları nömrəni ona geri qaytaracağını deyib. O da öz adına “Azərcell” nömrəsi alıb və Anara verib, lakin indi həmin nömrəni dəqiq xatırlamır. Bir müddət sonra ona Dövlət Gömrük Komitəsindən zəng gəlib və onu idarəyə çağırıblar. Orada ondan həmin Anar üçün aldığı mobil nömrə vasitəsilə narkotik dövriyyəsi ilə bağlı danışıqlar aparılması barədə soruşduqda o da həmin nömrəni Anar üçün aldığını, Anara verdiyini və Anarın da harada olduğundan xəbərsiz olduğunu bildirib. Hətta bu məsələyə görə iki gün polis idarəsində də saxlanılıb. Sonra müstəntiq də araşdırma apardıqdan sonra müəyyən olunub ki, onun belə bir əməldə heç bir günahı yoxdur. Şahid16 ona verilən suallara cavab olaraq bildirdi ki, sədrlik edən həmin mobil nömrəni səsləndirdikdən sonra, xatırladı, həqiqətən Anara alıb verdiyi nömrə ***-***-**-** saylı mobil nömrədir. Anar ondan həmin nömrəni sadəcə 1-2 günlük istədiyini deyib. Gömrük xidmətinin əməkdaşları ilə birlikdə həmin nömrənin alındığı dükana da gediblər. O, tez-tez nömrə dəyişməyib, çünki usta olub və hamıda bir nömrəsi olmasını istəyib. Onun istifadəsində bir neçə nömrə olub. Anarı uşaqlıqdan tanıyır, uzun müddət qonşu olublar, lakin ikinci dəfə ailə qurduqdan sonra, təqribi 4-5 il əvvəl Anar onların məhləsindən köçüb. İstintaq təcridxanasında Anarla üzləşməsi olub, burda dediklərini orada da Anarın üzünə deyib. Üzləşdirmə təxminən 15-20 dəqiqə çəkib, onlar üzləşmədə danışdıqca müstəntiq də yazıb, sonda o da imza çəkib, protokoldakı həmin imza ona məxsusdur. Müstəntiq ona bir neçə səs dinlətdirəndən sonra o, Anarı tanıdığı üçün hansı səsin Anarın səsinə oxşadığını bildirib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs saxlanıldığı tarixdə DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili olub. 09 noyabr 2022-cü il tarixdə DİN-in BNMİ-nə Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Həmin əməliyyat məlumatı əsasında Şahid2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılıb. Həmin tarixdə axşam saat 6 radələrində Təqsirləndirilən şəxs Saray qəsəbəsində “Yem dükanı”nın qarşısında avtomobilinin yanında saxlayıblar. Daha sonra şəxsi Abşeron RPİ-nə gətiriblər. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə müdafiəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılıb və bu zaman narkotik vasitələr aşkar edilib. Həmin narkotik vasitələr qablaşdıraraq aidiyyəti üzrə təhvil verilib. Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, əməliyyat qrupuna Şahid2 və o, daxil olub. Saxlanılarkən və baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmayıb, həmçinin Təqsirləndirilən şəxs onlara müqavimət göstərməyib və qaçmağa çalışmayıb. Əməliyyat tədbiri keçirərkən üzərində xüsusi rabitə vasitəsi olub. Avtomobil şəxsin özünə məxsus olub, ”Rahbari Kamran” adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs üzərinə heç kim narkotik vasitə qoymayıb. Polis idarəsinə gedən zaman Təqsirləndirilən şəxs avtomobilini Şahid2 idarə edib. Şəxsi axtarış və baxış zamanı çəkilişi o özü aparıb. Avtomobilə baxış zamanı hava qaranlıq olduğu üçün işıqlandırma vasitələrindən istifadə ediblər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 09 noyabr 2022-cü il tarixdə DİN-in BNMİ-nə Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Həmin əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılıb və əməliyyat qrupuna o, rəhbərlik edib. Həmin tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Saray qəsəbəsində saxlayıblar. Daha sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nə gətiriblər və orada Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə müdafiəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və baxış aparılıb. Bu zaman şəxsin üzərindən 1 büküm, maşınından isə 1 polietilen torbada narkotik vasitə aşkar edilərək götürülüb. Şahid2 ona verilən suallara cavab olaraq bildirdi ki, əməliyyat məlumatı ona daxil olub. Əməliyyat qrupuna o və Şahid1 daxil olub. Saxlanılarkən və baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmayıb, həmçinin Təqsirləndirilən şəxs də onlara müqavimət göstərməyib və qaçmağa çalışmayıb. Əməliyyat tədbiri zamanı ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edib. Əməliyyat qrupu yaradılarkən əməliyyat tədbirinin keçirilməsi barədə qərar, raport və digər müvafiq sənədlər tərtib olunub. Əməliyyat məlumatı daxil olan gün axşam saatlarında Təqsirləndirilən şəxs saxlayıblar. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs Saray qəsəbəsində narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə olub. Təqsirləndirilən şəxs “Yem dükanı”nın qarşısında saxlayıblar. Saxlanılarkən şəxsin yanında heç kim olmayıb. “Rahbari Kamran” adlı şəxsi tanımır və aralarında heç bir danışıq olmayıb. Şəxsi axtarış və baxış zamanı çəkilişi Şahid1 aparıb. Təqsirləndirilən şəxs üzərinə heç kim narkotik qoymayıb. Polis idarəsinə gedən zaman Təqsirləndirilən şəxs avtomobilini o idarə edib. Əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunduğu gün əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs tutublar. Təqsirləndirilən şəxs saxladıqdan təqribən 1 saat sonra onun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilib. Daha sonra şəxsi Abşeron RPİ-nə gətiriblər və təhqiqatçıya təhvil veriblər. “Rahbari Kamran” adlı şəxsi tanımır və həmin şəxslə danışmayıb. Təqsirləndirilən şəxs evində axtarış keçirilməyib və Təqsirləndirilən şəxs evindən pul götürməyiblər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxsla sinif yoldaşı olub, daha sonra da çox yaxın olmasalar da, normal münasibətləri olub. Stansiya Sumqayıt ərazisində Təqsirləndirilən şəxs torpaq sahəsi var. Anar həmin torpaqda tikinti tikmək istədiyi üçün onu həmin torpaq sahəsinə aparıb və ora tikinti materialları gətirəndə hansı yolla gətirəcəyini və.s göstərib. Daha sonra elə Anarın maşını ilə onun evinə gediblər, Anar evindən paltar götürüb ki, hamama gedəcək. Ona da hamama getməyi təklif etsə də, o yorğun olduğu üçün istəməyib. Bundan sonra o, evinə yaxın yerdə Anarın maşınından düşüb və bir daha Anarı görməyib. Şahid3 ona verilən suallara cavab olaraq bildirdi ki, Anarın polis əməkdaşları tərəfindən saxlanılmasını görməyib. Polis əməkdaşları onu Anarla birlikdə və ya tək olanda saxlamayıb. İbtidai istintaq zamanı Anarla arasında ədavət və düşmənçilik yaranmasın deyə onunla üzləşmək istəməyib. Bu işlə bağlı ona heç kim hədə-qorxu gəlməyib, o, hər şeyi olduğu kimi danışır. Anarın tutulmasını sinif yoldaşlarından eşidib, lakin konkret kimdən eşitdiyini xatırlamır. Müdafiə tərəfinin vəsatəti təmin edilərək məhkəmədə əlavə şahid qismində dindirilmiş şahid X1 ifadəsində və ona verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 09 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həyətindən səs-küy gəldiyi üçün həyətin qapısını döyüb. Qapını cavan, hündürboylu şəxs açıb və o, həyətdə nə baş verdiyini görmək üçün içəri girmək istəsə də, həmin şəxs ona mane olub. Həmçinin Təqsirləndirilən şəxs həyat yoldaşı ondan telefon istəyib, həyətdən çölə çıxmaq istəyib, lakin həmin şəxs qadına da mane olub. Bu zaman o, həmin şəxsin üstünə gedib, lakin həmin şəxs ona polis olduğunu, üstünə gəlməməsini deyib. O da qorxduğu üçün evinə qayıdıb. Bir müddət sonra 4-5 nəfər şəxs gəldikləri avtomobilə minib gediblər. Həmin vaxt o, Təqsirləndirilən şəxsı görməyib, həmin şəxslərin heç biri xidməti geyimdə olmayıb, yəni onların polis olub-olmadığını bilməyib. Sonradan Təqsirləndirilən şəxs həyat yoldaşı həmin şəxslərin polis olduqlarını, Təqsirləndirilən şəxs tutub apardıqlarını deyib. Təqsirləndirilən şəxs həyat yoldaşının ondan telefonunu niyə istədiyini, kimə zəng edəcəyini bilməyib. Həmin şəxslər yarım saat Təqsirləndirilən şəxs həyətində olublar, 2 nəfər evdə, 2 nəfər isə həyətdə olub. Həmin gün, ümumiyyətlə, Təqsirləndirilən şəxs görməyib. Məhkəmədə iştirak etməmiş şahidlər Şahid6, Şahid8 və Şahid12 ibtidai istintaq zmanaı verdikləri ifadələri elan olunaraq tədqiq edilmiş və şahidlər Şahid6 və Şahid8 məhkəmədə dindirilmiş Şahid9 ilə, Şahid12 isə məhkəmədə dindirilmiş şahidlər Şahid10 və Şahid11 ilə eyni məzmunlu ifadələr verərək məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini təsdiq etdikləri müəyyən edilmişdir. Məhkəmədə iştirak etməyən Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində göstərmişdir ki, 2018-2020-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Həmin vaxta kimi Sabirabad rayonunun Bulduq kəndində yaşamışdır. Həqiqi hərbi xidməti başa vurduqdan sonra isə Bakı şəhərinə gəlmiş və burada yaşamağa başlamışdır. Təqribən 7-8 ay bundan öncə Bakı Beynəlxalq Avtovağzalında yerləşən “Naxçıvan” adlı kafedə ofisiant kimi işləməyə başlamışdır. Ofisiantı olduğu kafenin sahibi Həsən Qənbərov adlı şəxsdir. İşlədiyi kafedə iş rejimi sutkalıq olmaqla iki hissədən ibarətdir; səhər saat 9-dan axşam saat 9-dək və axşam saat 9-dan səhər saat 9-dək. O, axşam növbəsində işləyir. Sonuncu dəfə 17 oktyabr 2022-ci il tarixdə növbəni təhvil almaq üçün kafeyə getmişdir. O, kafedə növbədə olduğu zaman, yəni 18 oktyabr 2022-ci il tarixdə, gecə yarısı saat təqribən 03:30 radələrində bir nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özünün gömrük işçisi olduğunu və həmin kafedə güldan olduğunu, həmin güldanı almaq üçün kiminsə gələ biləcəyini demiş və özünün nömrəsini ona vermişdir ki, güldanı almaq üçün kimsə gəldiyində bu barədə zəng edib məlumat versin. O, gömrük işçisindən əlaqə nömrəsini götürmüş və zəng edəcəyini demişdir. Təqribən 1-2 saat sonra əvvəllər tanımadığı, sonradan adını öyrəndiyi Şahid13 adlı şəxs kafeyə gələrək orada güldan olduğunu və həmin güldanı götürmək istədiyini bildirmişdir. O, axşam növbəsi olduğunu bəhanə gətirərək yan otağa keçmiş və oradan öncədən ona nömrəsini vermiş gömrük işçisinə zəng edərək güldanı götürmək üçün bir nəfərin gəldiyini demişdir. Bir qədər keçdikdən sonra isə gömrük işçiləri həmin yerə gələrək güldanı götürmək istəyən Şahid13 saxlamışlar və həmin şəxsi güldanla birlikdə aparmışlar. Daha sonra onu izahat vermək üçün gömrük idarəsinə çağırmışlar. O da bu barədə izahat yazmışdır. Şahid13 kafeyə gəldiyində ona demişdir ki, kafedə götürülməli olan güldan olmalıdır. Dediyinə görə Anar kiminsə göstərişi ilə kafeyə gəlmişdir. Lakin Şahid13 güldanı hara aparacağı və kimə təhvil verəcəyi barədə heç nə deməmişdir. Məhkəmədə iştirak etməyən Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində göstərmişdir ki, o, təxminən 15 ildir ki, Sumqayıt şəhərində telefonu təmiri ilə məşğul olmuşdur. O vaxta qədər “Azərsun Holding” və “İnter” şirkətlərində elektron avadanlıqlar üzrə mütəxəssis işləmişdir. Hazırda ona məxsus olan ***-***-**-** mobil nömrəsini istifadə etmişdir. İstifadəsində olan mobil telefon “Honor 10i” markalı olmaqla, **********14143 ve **********30156 İMEİ kodlu mobil cihazdır. Qeyd etdiyi kimi kompüter və mobil telefon təmiri və proqramlaşdırılması ilə məşğul olduğuna görə indiyə qədər dəqiq sayı yadında qalmamış öz adına çoxsaylı mobil nömrələri olmuşdur. Həmin nömrələri almaqda məqsədi adətən təmir üçün gələn telefonları yoxlayan zaman hər dəfə istifadəsində olan faktiki nömrəni öz telefonundan çıxarıb yoxlamaq istədiyi telefona daxil etməmək istəyi olmuşdur. Amma əlbəttə ki, elə bir hal ola bilər ki, öz şəxsi nömrəsini də təmir etdiyi hansısa mobil telefona taxıb yoxlaya bilir. Çünki adətən müştərilər telefonu verəndə sim kartlarını çıxarıb özləri ilə götürmüşlər. Onun adına olmuş ***-***-**-** mobil nömrəsini da eyni məqsədlə bir müddət istifadə edib sonra atmışdır. O, həm Şahid16, həm də Təqsirləndirilən şəxs tanıyır. Pərvizlə lap çoxdan tanış olmuşdur. Onun bildiyinə görə Pərviz uzun müddətdir ki, narkotik vasitələr qəbul etdiyi üçün xəstə kimi qeydiyyatda dayanaraq müalicə olunmuşdur. Amma Pərviz indiyə qədər heç vaxt onun yanına mobil telefon təmiri ilə bağlı gəlməmişdir. Pərvizin mobil nömrəsinin onun telefonuna, yaxud onun mobil nömrəsinin Pərvizin telefonuna daxil edilməsi mümkünsüzdür, bele hal heç vaxt olmamışdır. Onun Təqsirləndirilən şəxs ilə tanışlığı isə Tural (***-***-**-**) adlı tanışının vasitəsilə olmuşdur. Tural ilə Anar bildiyinə görə uşaq vaxtdan dostdurlar. Təxminən 1 il öncə o, məhlədə olduğu zaman Tural Anarı onun yanına gətirib demişdir ki, dostudur, telefonunu münasib qiymətə düzəltmək lazımdır. O da Turalın xətrinə, həm də ki, Anar problemli tip insan olduğundan heç vaxt Anardan 1 dəfə də olsa təmirə görə pul almamışdır. Anar təxminən 170 sm boyunda, təxminən 90 kq çəkidə, dolu bədənli, qarayanız, qara saçlı, təxminən 37-38 yaşlarında olan oğlandır. Dediyi kimi Pərviz heç vaxt mobil telefon təmiri ilə bağlı ona müraciət etməmişdir. Anar isə təxminən 4-5 dəfə onun yanına telefon gətirərək düzəltdirmişdir. Yəqin ki, o da həmin vaxt öz adına olmuş 050-854-49- 62 nömrəsini Anarın telefonuna taxaraq şəbəkəsinin işləyib-işləmədiyini yoxlamışdır. 010-214- 43-23 mobil nömrəsinin sahibi olan Rafiq Məmmədovu da tanıyır. Rafiq də “Azkomp servis mərkəzi”nin müdiridir. Rafiqin adına olmuş nömrəni istifadə etmiş Ceyhun və Elçini də tanımışdır. Elçin onun tələbəsi olmuşdur. Elçinə kompüter təmirini o öyrətmişdir. Bundan başqa Rafiqin qohumu Ceyhun da hərdənbir onun işlədiyi mağazaya gedib gəlmişdir. Dəfələrlə olub ki, Ceyhun da öz telefonunu təmir etdirmək üçün ona vermişdir. Yəqin ki, həmin səbəbdən ***-***-**-** mobil nömrəsini öz telefonuna taxib sim kartda problem olub-olmadığını yoxlamışdır. O təqdim edilən səs yazısına diqqətlə qulaq asmış və operator xanımla danışan kişi cinsli şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Çünki o, Anarla kifayət qədər çox ünsiyyətdə olmuş, Anarın səsini dəqiq tanımışdır. Pərvizin səsini də dəqiq tanıyır. O özü proqramçı olduğuna görə diqqət cəhətdən özünü inkişaf etdirmişdir. Xırda nüansları belə yadında saxlaya bilir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, həmçinin ifadələri elan olunaraq tədqiq edilmiş şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1985-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1985-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, xx.xx.2022-ci il tarixdə, saat 18:30 dəqiqədə Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən “Yem dükanı” mağazasının yaxınlığında idarə etdiyi "Opel Astra" markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Abşeron RPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Şahid10 idarə etdiyi “Daewoo” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna və yüklərə "Badİ" ləqəbli xidməti itin tətbiqi ilə baxış keçirildi. Baxış zamanı xidməti it avtobusun salonundan yerə boşaldılmış, içərisində bir ədəd güldan olan karton qutuya reaksiya verdi. Xidməti itin reaksiyasına əsasən karton qutunun içərisində olan bir ədəd güldan qutusundan çıxarılaraq gömrük baxışı keçirildi. Sonra gömrük nəzarəti məqsədi ilə həmin bir ədəd güldan “Heiman X-Ray” markalı rentgen yük yoxlama qurğusundan keçirildi və güldanın alt hissəsində şübhəli predmetlərin olması qurğunun müşahidə monitorunda əks olundu. Daha sonra 2 nəfər hal şahidi dəvət edilib bir ədəd təxmini ölçüləri - hündürlüyü 60 sm ve alt hissəsinin diametri isə 30 sm olan qəhvəyi rəngli bir ədəd güldan əsaslı yoxlanıldı. Azərbaycan Respubliaksı vətəndaşı Şahid10 təqdim etdiyi bir ədəd təxmini ölçüləri - hündürlüyü 60 sm və alt hissəsinin diametri 30 sm olan qəhvəyi rəngli bir ədəd güldanın yoxlanması zamanı güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf sellofanda qablaşdırılmış bir adad bağlama aşkar edildi. Həmin bağlama açılaraq baxış keçirildikdə bağlamanın içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə sayılan heroinə oxşar maddənin olduğu məlum oldu. Həmin maddə elektron tərəzidə çəkilmiş və aşkar edilmiş maddənin qablaşdırılması ilə birgə çəkisinin 1750 qram olduğu müəyyən edildi. Fakt aşkar edilən zaman Azərbaycan Respublikası vətəndaşı Şahid10 şifahi olaraq həmin maddənin aşkar edildiyi güldanın içərisində olmasından xəbərsiz olduğunu, güldanı ona İran İR-nın Biləsuvar gömrüyündə “Hüseyn” adlı şəxsin verdiyini və Bakı şəhərində bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirdi. Sonda bir ədəd güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən aşkar edilmiş 1750 qram açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə maddi sübut kimi bu protokol əsasında götürülüb və bir ədəd 005894 nömrəli xüsusi qablaşdırma vasitəsi olan selofan paketdə qablaşdırılıb. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “əşyaya baxış keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı karton qutunun içərisində olan qəhvəyi rəngli 01 ədəd güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən içərisində aşkar edilmiş predmetin yerləşdirildiyi 005894 nömrəli xüsusi sellofan qablaşdırma açılaraq içərisində olan qablaşdırılması ilə birlikdə çəkisi 1750 qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə sayılan heroinin tamlığının pozulmadığı müəyyən edildi. Sellofanın ağzı açılaraq həmin naməlum kütlə çıxarıldı, yenidən 010056 nömrəli xüsusi sellofan qablaşdırmanın daxilinə yerləşdirilərək qablaşdırılıb götürülmüşdür. Bundan başqa malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə naməlum kütlənin içərisində gizlədildiyi qəhvəyi rəngli 1 ədəd güldan ölçüldükdə naməlum kütlənin gizlədilməsi üçün nəzərdə tutulan hissəni dərinliyinin 22 sm, diametrinin isə 23 sm olduğu müəyyən edilmiş, güldan da bu protokol əsasında götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “avtomobilə baxış və götürmə aparılması haqqında " xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sağ oturacağının alt hissəsindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış, avotomobilə baxış və götürmə aparılması haqqında protokollardakı xüsusatların həqiqiliyi həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2022-ci il tarixli, 6/6040 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 010056 nömrəli bir ədəd polletllen paketdə təmiz çəkisi 1600 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş narkotik vasitə heroinin təmiz çəkisi - 1600 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 1599,9 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 6/6472 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: - üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə “ sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 26,975 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; - üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə " sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki üzəri qara rəngli yapışqan lentlə sarılmış 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 995 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş narkotik vasitə heroinin təmiz çəkisi - 1021,975 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 1021,875 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsinə dair" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısının, həmin nömrələrə zəng edən abunəçilərin tam anket məlumatlarının, həmçinin göstərilən tarixlər üçün qeyd olunan nömrələrdən daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatlar əks olunmuşdur. ***-***-**-** mobil nömrəsi xx xxxxx 1986-cı il təvəllüdlü, Sumqayıt şəhər sakini Şahid16 adına qeydə alınmışdır. Həmin mobil nömrədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək danışıqlar qeydə alınmışdır. Belə ki, ***- ***-**-** mobil nömrəsi İran operatoruna məxsus **********5082 mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 01:08-də 24 saniyə, xx.xx.2022-ci il tarixdə saat 00:22-də 18 saniyə danışılmış və həmin vaxt ***-***-**-** mobil nömrəsinin istifadəçisi Sumqayıt şəhərində olmuşdur. xx.xx.1977-ci il təvəllüdlü Salyan rayon sakini X2 adına qeydə alınmış ***-***-**-** nömrəsindən ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 17:47-də zəng edilərək 61 saniyə danışılmış, həmin zaman ***-***-**-** mobil nömrəsinin istifadəçisi Biləsuvar rayonu ərazisində, 050-574-26- 93 mobil nömrəsinin istifadəçisi isə Sumqayıt şəhəri ərazisində olmuşdur. ***-***-**-** mobil nömrəsi ilə avtobus sürücüsü Şahid10 istifadəsindəki 050-322- 30-89 mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə 4 dəfə zəng edilərək danışılmış, həmin vaxt ***-***-**-** mobil nömrəsinin istifadəçisi Bakı şəhəri, Biləcəri qəsəbəsi Avtovağzal ərazisində olmuşdur. ***-***-**-** mobil nömrəsi ilə taksi sürücüsü Şahid13 istifadəsindəki ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 03:35-de 76 saniyə, saat 03:43-də 43 saniyə, 03:50-də 11 saniyə, 03:54-də 83 saniyə danışılmış, həmin vaxt ***-***-**-** mobil nömrəsinin istifadəçisi Bakı şəhəri, Biləcəri qəsəbəsi Avtovağzal ərazisində olmuşdur: ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 03:31-də 133 saniyə danışıq olmuş, həmin vaxt ***-***-**-** mobil nömrəsinin İstifadəçisi Biləcəri qəsəbəsi ərazisində, digər nömrənin istifadəçisi isə Sumqayıt şəhərində olmuşdur. SMS-lərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Göstərilən məlumatlar printerdə çap edilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PAB” X12 məhkəmə-tibbi ekspertizasının 11 noyabr 2022-ci il tarixli, 2666 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs saxlanılarkən ona təzyiq göstərildiyini qeyd etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin bu dəlillərini yoxlamaq üçün onun şəxsi işini tələb etmiş və məhkəmə istintaqında tədqiq etmişdir, lakin şəxsi işdə fiziki təsirə, xəsarətə dair iş üçün əhəmiyyət kəsb edən hər hansı fakt aşkar edilməmişdir (xx.xx.2024cü il tarixli məhkəmə iclas protokolu). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X12 12 dekabr 2022-ci il tarixli, 7539 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş müstəntiq tərəfindən tərtib edilmiş 10 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, ***-***-**-** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 17:47-də 61 saniyə danışmış ***-***-**-** mobil nömrəsini istifadə etmiş şəxsin kim olmasını müəyyən etmək məqsədilə müstəntiq istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə saat 16:01-də həmin nömrəyə zəng edərək əlaqə saxlayıb özünü təqdim edib və ***-***-**-** mobil nömrəsinin sahibini tanıyıbtanımadığını və qeyd edilən tarixdə nə səbəbə danışdığını soruşub. Telefona cavab verən şəxs özünü təqdim edərək İran İslam Respublikası vətəndaşı, xx.xx.1986-cı il təvəllüdlü, X7 olduğunu, İranın Biləsuvar şəhərində yaşadığını, istifadə etdiyi ***-***-**-** mobil nömrəsinin baldızı, Salyan rayon sakini X2 adına olsa da, 8 ildir ki, özünün istifadə etdiyini, 050-574- 26-93 nömrəsini işlədən şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs olduğunu, Anarla təxminin 7-8 il əvvəl Bakı şəhərində tanış olduğunu, xx.xx.2022-ci il tarixdə Anarla əlaqə saxlamaqda məqsədi Anarın tapşırığı əsasında İrandan göndərdiyi güldanı yola saldığını, bundan sonra həmin güldanın içərisindən narkotik vasitə aşkar edildiyini, Şahid16 tanımadığını bildirib. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid16 üzləşdirilmiş üzləşmə zamanı Şahid16 ibtidai istintaq və məhkəmə istintaqı zamanı dediklərini Təqsirləndirilən şəxs üzünə də demiş, lakin Təqsirləndirilən şəxs onun dediklərinə heç bir münasibət bildirməyərək üzləşdirməni davam etdirmək istəməmiş və protokolu imzalamaqdan imtina etmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə qərarı ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, cavablandırılmamış zənglərin siyahısı, daxil olan və çıxan SMS mətnləri və həmin nömrələrin anten dairələri "xxxx" MMC-dən, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, cavablandırılmamış zənglərin siyahısı, daxil olan və çıxan SMS mətnləri və həmin nömrələrin anten dairələri "xxxx" MMC-dən götürülmüşdür. Həmin məlumatlara baxış keçirilən zaman Şahid1 üzərində olması güman edilən ***-***-**-** saylı mobil telefon nömrəsinə dair anten dairəsinin qeyd edilən tarixlərdə Sumqayıt şəhəri ərazisində olmaması, Şahid2 üzərində olması güman edilən ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsinin xx.xx.2022-ci il tarixdə saat 11:00-dan etibarən, həmçinin cinayət işi materiallarında qeyd edilən saatlarda Sumqayıt şəhəri ərazisində olduğu müəyyən edilmişdir. (xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolu) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, içərisində “Maxim-Taxi” şirkətindən təqdim edilmiş 18 oktyabr 2022-ci il tarixdə saat 03:31-də ***-***-**-** saylı mobil nömrədən zəng edilərək kuryer sifarişi verilməsi zamanı qeydə alınmış səs yazısı olan CD diskə baxış keçirilmişdir. Baxış keçirilməsi zamanı CD disk HP markalı kompüterə daxil edildikdə içərisində 1 ədəd media faylda 1 dəqiqə 42 saniyəlik səs yazısının olması məlum olur. Səs yazısı dinlənildikdə aşağıdakı məzmunda danışığın olması müəyyən edilir: “Operator: Operator, buyurun, salam. Sifarişçi: Salam, xanım. Sizdə kuryer xidməti var, mövcuddur? Operator. Bəli var, ünvanı təqdim eliyin. Sifarişçi: Bakı avtovağzalı, Naxçıvan kafesindən. Operator: Naxçıvan kafe. Hara gediləcək oradan? Sifarişçi: Ordan, Ceyranbatan Araz marketdən asfalt yola dönüb 2 kilometr irəli. Orda qarşılıyıb götürəcəklər. Operator: Hara gediləcək dediz? Sifarişçi: Ceyranbatanda Araz market. Operator: Aha, Araz marketdən nə qədər məsafə? Sifarişçi: 2 kilometr içəri, asfalt yoldan qırağa çıxmayın asfalt yolla. Operator: Aloo Sifarişçi: Necə? Üzr istəyirəm xanım. Operator: 2 kilometr əlavə sonda hesablanacaq. 2 kilometr əlavəni qeyd etmək olmur. Yalnız 1 kilometr əlavə qeyd eləmək olur. Sifarişçi: 1 kilometr əlavə qeyd eliyin, xanım. Operator:Yaxşı, gözləyin. Bir də nə çatdırılacaq? Sifarişçi: Necə, xanım, üzr istəyirəm. Operator: Nə çatdırılacaq? Kuryer xidməti olaraq nə göndərirsiz? Sifarişçi: Üzr istəyirəm, eşidə bilmirəm səsinizi. OperatorNə çatdırılacaq? Nə göndərirsiz? Sifarişçi: Karobkadır, güldan. Operator: Aha, aydındır. Sürücü maşından düşəcək, yoxsa qarşısına gələcəklər? Sifarişçi: Qarşısına gələcəklər. Operator: Məbləğ təşkil edəcək 7 manat 30 qəpik. Sifarişçi: Həə, göndərin gəlsin, zəhmət olmasa. Operator: Sifariş yaxın müddətdə qəbul olunur, zəngə görə təşəkkürlər. Sağ olun. Sifarişçi: Təşəkkür eliyirəm, sağ olun.” Müdafiə tərəfinin vəsatətinə əsasən, “Maxim” taksi şirkətindən təqdim edilmiş 01 ədəd CD-R diskdəki taksi şirkətinin qadın operatoru ilə danışan kişi cinsinə məxsus olan səsin Təqsirləndirilən şəxs məxsus olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tərəfindən məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş və məhkəmə iclasları zamanı “Sony” markalı diktofonla audioyazı aparılarkən Təqsirləndirilən şəxs qeydə alınmış keyfiyyətli səs nümunələrinin köçürüldüyü 01 ədəd “Bingo” markalı DVD-R disk də müqayisəli tədqiqat üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 4/2054 nömrəli ekspert rəyindən görünür ki, “Maxim” taksi şirkətindən təqdim edilmiş 01 ədəd CD-R diskdəki taksi şirkətinin qadın operatoru ilə danışan kişi cinsinə məxsus olan səs Təqsirləndirilən şəxs məxsusdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi “Opel Astra” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. X14 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin (onların prekursorlarının) qaçaqmalçılığı cinayətini törətməkdə CM-in 206.2, 206.3 və 206.4-cü maddələri ilə təqsirləndirilən şəxslər barədə cinayət işlərinə məhkəmədə baxılarkən nəzərə almaq lazımdır ki, istər irəli sürülmüş ittiham, istərsə də şəxsin həmin ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmə hökmü ehtimallara əsaslana bilməz və CPM-in 7.0.20, 223.3 və 353.2.1-ci maddələri tələb etdiyi kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsini, yəni, o cümlədən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, cinayət iştirakçılıqla törədildikdə iştirakçıların rollarının nədən ibarət olması və.s. zəruri məlumatlar göstərilməklə sübuta yetirilmiş hesab edilən ittihamın mahiyyətini əks etdirməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 10 nömrəli Qərarın 10-cu bəndində qeyd edilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Həmin Qərarın 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanılsın. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 10 nömrəli qərarının və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməllərinin CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəlləri ilə tövsif olunmasına dair gəldiyi nəticə düzgün olsa da, ona CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülən ittiham düzgün olmamış, onun əməli yanlış olaraq cinayət qanunvericiliyinin məhz qeyd olunan maddəsi ilə (CM-in 206.3.2-ci maddəsi ilə) tövsif olunmuşdur. Belə ki, iş üzrə müəyyən edilmiş hallardan görünür ki, Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan qrup tərəfindən törədilən qaçaqmalçılığa yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmiş və faktiki olaraq da işin sübut olunmuş hallarına görə narkotik vasitələrin qaçaqmalçılığını bir nəfər icra etmişdir. Çünki istinad edilən cinayət əməlinin, yəni narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirilməsi əməlini bilavasitə icra edən şəxslərin bir nəfər olması məsələsi mübahisəli deyildir, lakin həmin şəxslərin sayının bir nəfərdən çox olması isə ehtimaldır və məhkəmə hökmü də ehtimallara əsaslana bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. İştirakçılığın qeyd edilən formasında qabaqcadan əlbir olan qrupun hər hansı formada iştirakçılığını deyil, cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığı nəzərdə tutulur. Əgər cinayətin obyektiv cəhəti bir nəfər şəxs tərəfindən törədilirsə, digər iştiraçıları isə başqa funksiyaları yerinə yetirirsə, bu halda əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət əməli kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, cinayətin bilavasitə icraçısı deyil, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı bildirdikləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində müdafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadəsində törətdiyi cinayət əməllərinin ikinci epizodunu etiraf etmiş, onun barəsində həbs qətimkan tədbiri seçilərkən də təqsirsizliyi ilə bağlı heç nə bildirməmiş, yenidən ifadə verərərkən ilkin ifadə verən zaman ona qarşı heç bir işgəncə və təzyiqin edilmədiyini bildirmişdir. Lakin təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlinin ikinci epizodu ilə bağlı da sonradan tamamilə fərqli ifadələr vermişdir ki, bu da məhkəmədə onun səmimiliyinə qarşı şübhə yaratmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Vurğulamaq zəruridir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmiş, həmin ifadəsini öz imzası ilə təsdiq etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün məhkəmədə fərqli ifadə vermişdir. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işinin ilk epizodu üzrə ilkin istintaq hərəkətləri DGK tərəfindən aparılmış, hətta istinad edilən cinayət əməlinin avtobus sürücüsü, mobil telefon nömrəsinin sahibi tərəfindən törədilməsi barədə istintaq orqanının fərziyyələri olmuş, lakin tam, hərtərəfli və obyektiv araşdırma nəticəsində əldə edilmiş mötəbər sübutlardan sonra istinad edilən cinayət əməlinin, həmçinin istinad olunan cinayət əməlinin ikinci epizodunun Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşkar olunmuşdur. Yəni məhz Təqsirləndirilən şəxs şərlənməsi üçün guya bütün proseslərin düzülübqoşulması, bütün araşdırmanın bu məqsədlə aparılması heç inandırıcı deyil və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi dəlillərin heç biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Təqsirlədirilən şəxsin sonradan verdiyi ifadələrində qeyd etdiyi xüsusatlar özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolu, şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə aparılması haqqında protokollara əlavə edilmiş videoçəkilişlər, ekspertiza rəyləri və digər mötəbər sübutlarla təkzib olunur. Qeyd olunanlara və cinayət işi üzrə sübutların müqayisəli təhlilinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ilkin ifadəsini cinayət əməlinin ikinci epizodu üzrə işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına cinayət əməlinin ikinci epizodu üzrə məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini qoyur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayət əməllərinin ikinci epizoduna münasibətdə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadəsi, cinayət əməllərinin hər iki epizoduna münasibətdə isə şahid ifadələri, ekspert rəyləri, protokollar, protokollara əlavə edilmiş videogörüntülər və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Bundan əlavə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 geniş müdafiə nitqi ilə çıxış etmiş və məhkəmə istintaqı zamanı müzakirə edilərək müvafiq hüquqi qiymət verilmiş məsələləri yenidən məhkəmənin diqqətinə çatdırmış, həmçinin onun müdafiə çıxışı cinayət işi materiallarına əlavə edilmişdir. (xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolu) Məhkəmə kollegiyası müdafiəçinin çıxışında qeyd etdiyi dəlillərlə bağlı qeyd edir ki, həmin dəlillər öz təsdiqini tapmamışdır və qeyd edilən dəlillər təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas deyildir. Bundan başqa müdafiə tərəfinin vəsatəti təmin edilərək məhkəmə sorğusu ilə Abşeron RPİ-dən əldə edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmasına, həmin tarixdə saat 21:00-da avtomobilinə baxış və götürmə aparılmasına baxmayaraq xx.xx.2022-ci il tarixdə, saat 03:55-də MSY-nə təhvil verilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən istintaq hərəkəti həyata keçirildikdən sonra protokolun tərtib edilməsi, həmçinin Təqsirləndirilən şəxs şübhəli şəxs kimi izahatının alınması da nəzərə alınsa, Təqsirləndirilən şəxs qeyd edilən vaxtda MSYnə təhvil verilməsi başa düşüləndir, eyni zamanda qeyd edilən fakt müdafiə tərəfinin hər hansı arqumentini sübut edən dəlil kimi qiymətləndirilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin saxlanılmasınada iştirak edən polis əməkdaşı Şahid1 üzərində olması güman edilən ***-***-**-** saylı mobil telefon nömrəsinə dair anten dairəsinin qeyd edilən tarixlərdə Sumqayıt şəhəri ərazisində olmamasıilə bağlı qeyd edilir ki, polis əməkdaşı məhkəmədə verdiyi ifadəsində əməliyyat tədbirinə gedən zaman üzərində xüsusi rabitə vasitəsi olduğunu və mobil telefonunun üzərində olmadığını bildirdiyindən, qeyd edilən mobil nömrənin anten dairəsindəki məlumatlar da iş üçün hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə şahid X3 məhkəmədə verdiyi ifadəsi ilə bağlı qeyd edir ki, həmin şahid ifadəsində iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat verməmiş, onun ifadəsində müdafiə tərəfinin göstərdiyi dəlilləri təsdiq edən heç bir xüsusat müəyyən edilməmişdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Qeyd edilən əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır (CM-nin 32.5,206.2-ci maddəsi) və ağır (CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri) cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilərək cinayət işi materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü bir azyaşlı və xx.xx.2010-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmamış uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və CM-nin 59-cu maddəsinə əsasən bir yetkinlik yaşına çatmamış uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neşə dəfə məhkum olunmuş və həmin məhkumluqları ödənilmiş, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnitsiya qərarı ilə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 7-ci bəndində əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi qərara alınmışdır. Odur ki, Təqsirləndirilən şəxs sonuncu cinayət əməlinə görə məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hər hansı hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin (CM-nin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat dövründə, həmçinin məhkəmə icraatı zamanı barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1599,9 qram və 1021,875 qram narkotik vasitə heroin, 01 ədəd güldan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Samsung” markalı və 01 ədəd “Kgtel” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı və 07 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 222 (iki yüz iyirmi iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1599,9 qram və 1021,875 qram narkotik vasitə heroin, 01 ədəd güldan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan 01 ədəd “Samsung” markalı və 01 ədəd “Kgtel” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 07 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 222 (iki yüz iyirmi iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-14/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-14/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver