Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-140/2024 22.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Səbail Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bəhruz X2 ilə aralarında olan rəsmi nikahı Səbail Rayon Məhkəməsinin 25 dekabr 2019cu il tarixli qərarı ilə pozulsa da, hər ikisi ünvan 2 ünvanında birlikdə yaşamağa davam etmiş, 18 sentyabr 2022-ci il tarixdə aralarında məişət zəminində yaranmış mübahisədə yüngül dərəcəli bədən xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs həmin evdən çıxaraq müvəqqəti olaraq onun bibisi qızı X3 yaşadığı ünvan 3 ünvanda yaşamağa başlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının əvvəllərində tanımadığı şəxsin onun mobil telefonuna zəng edərək özünü keçmiş arvadı Zərərçəkmiş şəxs sevgilisi kimi təqdim edib sonuncunu döyməsinə iradını bildirdiyinə görə 13 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaranmış qəzəb və qısqanclıq fonunda keçmiş arvadı Zərərçəkmiş şəxs öldürmək qərarına gəlib bu məqsədlə tiyəsinin uzunluğu 220 mm olan və soyuq silah hesab edilməyən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını özü ilə götürüb sonuncunun yaşadığı ünvan 3 ünvana gələrək öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmaqla evin ikinci mərtəbəsindəki yataq otağına qalxandan sonra onu görüb zorakı əməllərdən yayınmaq üçün qaçmağa çalışan Zərərçəkmiş şəxs saçından tutub sonuncunun başqa şəxsə ərə gedəcəyini israrla bildirməsinə qəzəblənib “səni öldürəcəm” deyib niyyətini qətiləşdirərək əlindəki bıçaqla İlahənin həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş qəfəsinə 2 dəfə bıçaqla zərbələr vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid “döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz etməyən bir ədəd və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin arxa səthinin qarın boşluğuna nüfuz edən və peritonu zədələyən bir ədəd deşilmiş-kəsilmiş yaraları”, habelə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “sağ çiyin qurşağı, sol əlin ön səthinin, sol əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaraları” xəsarətlərini yetirsə də, Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərib növbəti zərbələri vurmasına imkan verməməsi, ətrafda olan şəxslərin onun zorakı hərəkətlərinin qarşısını alması, eləcə də Zərərçəkmiş şəxs vaxtında ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas olunduğundan bilavasitə zərərçəkmişin həyatdan məhrum edilməsinə yönələn hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ildən müəyyən səbəblərdən İlahə ilə ayrılmışdır. Bu hadisəni qısqanclıq zəminində törətməmişdir. Hadisə törətdiyi vaxt sərxoş olmuş, hadisədən təxminən 10-15 gün əvvəl İlahəni döymüş, İlahə də ondan şikayət etdiyi üçün barəsində CM-nin 128-ci maddəsi ilə iş Səbail rayon məhkəməsinə göndərilmişdir. Təxminən hadisədən bir həftə əvvəl ona zəng edən tanımadığı şəxs «sən kimsən İlahəni döyürsən» deyəndə ondan kim olduğunu soruşmuş, o da İlahənin sevgilisi olduğunu, evlənmək istədiklərini demişdir. Həmin adam dələduz olmuş, 3 dəfə məhkumluğu olmuşdur. 12 oktyabr 2022-ci il tarixdə axşam saat 22 radələrində içki qəbul edəndən sonra gecə saat 01-02 radələrində bibisi qızı Aygünün yaşadığı evə getmiş, birinci mərtəbədə Aygünlə birlikdə oturub söhbət etmiş , İlahənini orada olduğunu bilməmişdir. Ora gəlməyində məqsədi Aygünlə dərdləşib hər şeyi ona bildirmək olmuşdur. Aygün ona İlahənin yuxarıda olduğunu demişdir. O, Aygünə İlahəyə bu söz-söhbəti qurtarmağı, evi də uşağın adına keçirməyi deməsini bildirmişdir. Həmin gün əsəbi olmuş, sərxoş vəziyyətdə mətbəxə girmiş, mətbəxdən bıçağı götürdükdən sonra yuxarı çıxmış, məqsədi İlahəni qorxutmaq olmuşdur. O, yuxarı qalxanda Aygün “İlahə, Bəhruz” demiş, İlahə digər otağa keçmiş, həmin otağa girərək İlahənin saçından tutmuşdur. Ona sözünü demiş və onu çarpayının üstünə yıxaraq üstündə durmuşdur. Bıçağın necə ona dəydiyini bilməmiş, İlahəni öldürmək fikri olsa, boğaz nahiyəsindən, ürək nahiyəsindən vura biləcəyini qeyd etmişdir. Bıçağı çıxardıqda qan ləkəsinin olmadığını görmüş, Arzu onu otaqdan çıxarmağa çalışmış, içəri girib İlahənin vəziyyətinə baxmış, ayaq üstə olduğunu gördükdən sonra çıxıb getmişdir. Polis əməkdaşlarına yaxınlaşıb etdiyi əməl barədə danışmış, onlar da onu Polis İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ilkin ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nİn 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilərək göstərmişdir ki, hadisədən təxminən 10-15 gün əvvəl arvadı İlahənin hansısa kişi ilə münasibətdə olduğunu bilib bir neçə gün əvvəl evdə onu döymüş, İlahə də ondan şikayət etdiyi üçün barəsində CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat formasında material Səbail rayon məhkəməsinə göndərilmişdir. Təxminən hadisədən bir həftə əvvəl ***-***-**-** saylı nömrədən ona zəng edən tanımadığı şəxs «sən kimsən İlahəni döyürsən» deyəndə ondan kim olduğunu soruşmuş, o da İlahənin sevgilisi olduğunu, nikaha ərizə verdiklərini, evlənmək istədiklərini demiş, buna görə də o, İlahəni axşam evə gələndən sonra evdən qovub evlənmək fikri varsa bir daha bu evə qayıtmamasını bildirmişdir. 12 oktyabr 2022-ci il tarixdə axşam saat 22 radələrində 4-5 ədəd “GO” adlı spirtli İçki qəbul edəndən sonra keçmiş arvadı İlahənin kiminlə ailə qurduğu və ümumiyyətlə nə baş verdiyi barədə məlumat almaq üçün bibisi qızı Aygünün yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə getmiş və 13 oktyabr 2022-ci il tarixdə saat 01-02 radələrində bibisi qızı Aygünün Xırdalan şəhərindəki evinə gəlmiş, həmin vaxt Aygünü qapının ağzında paltar asdığını görüb evin içinə keçmiş və birinci mərtəbədə Aygünlə birlikdə oturub ona İlahə ilə söhbəti olduğunu demişdir. Aygündən İlahənin hansı otaqda yatdığını öyrənib birlikdə ikinci mərtəbəyə qalxmış, ilahənin olduğu otağın qapısına yaxınlaşan zaman gödəkcəsinin sol cibində gizlətdiyi bıçağı çıxartmaq üçün əlini cibinə salanda Aygün “ilahə qaç” deyə qışqırmış, otağın qapısını açanda İlahə artıq oyaq vəziyyətdə onun qabağından qaçıb digər otağa keçmiş, həmin otağın da qapısını açanda bibisi nəvəsi Xədicəni də görmüşdür. İlahənin uca səslə qışqırmasına baxmayaraq ona yaxınlaşıb sol əli ilə saçından tutub sağ əli ilə onun böyür nahiyəsinə bir dəfə bıçaqla vurmuşdur. Həmin vaxt Arzu otağa daxil olmuş və bibisi qızı ilə onu otaqdan çıxartmış, o, da bıçağı yerə atıb çıxıb getmiş və polis əməkdaşlarına yaxınlaşıb etdiyi əməl barədə danışmış, onlar da onu polis İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 13 mart 2023-cü il tarixli ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, arvadı İlahə ilə 2019-cu ildə boşansa da bir evdə, lakin ayrı-ayrı yaşamış, təxminən hadisədən 10 gün əvvəl keçmiş arvadı İlahə ilə aralarında mülk davası baş vermiş və buna görə onu döymüş, İlahə də ondan şikayət etdiyi üçün barəsində CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat formasında material Səbail rayon məhkəməsinə göndərilmişdir. Bu hadisədən bir necə gün sonra ***-***-**-** saylı nömrədən ona zəng edən tanımadığı şəxs «sən kimsən İlahəni döyürsən» deyəndə ondan kim olduğunu soruşmuş, o da İlahənin sevgilisi olduğunu, nikaha ərizə verdiklərini, evlənmək istədiklərini demiş, o, da İlahəni axşam evə gələndən sonra evdən qovub əgər evlənmək fikri varsa bir daha bu evə qayıtmamasını bildirmişdir. 12 oktyabr 2022-ci il tarixdə axşam saat 22 radələrində 4-5 ədəd "GO” adlı spirtli içki qəbul edəndən sonra keçmiş arvadı İlahənin kiminlə ailə qurduğu və ümumiyyətlə nə baş verdiyi barədə məlumat almaq üçün bibisi qızı Aygünün yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə getmiş və 13 oktyabr 2022-ci il tarixdə saat 01-02 radələrində bibisi qızı Aygünün Xırdalan şəhərindəki evinə gəlmiş, həmin vaxt Aygünü qapının ağzında paltar asdığını görüb evin içinə keçmiş və birinci mərtəbədə Aygünlə birlikdə oturub ona İlahə ilə söhbəti olduğunu, İlahənin indiki münasibətdə olduğu Natiq adlı şəxsin 3 dəfə dələduzluğa görə məhkum olunduğunu demişdir. Aygün ona İlahənin onların evində olduğunu və evin ikinci mərtəbəsində yatdığını söyləyəndən sonra evin birinci mərtəbəsində yerləşən mətbəx otağına keçib siyirmələrin birindən bıçaq götürüb əynində olan gödəkcənin içərisində gizlətmiş, bıçağı götürməyini Aygün həyətdə olduğu üçün onu görməmiş, bıçağı götürməkdə məqsədi İlahəni qorxutmaq olmuş, onu öldürmək məqsədi olmamışdır. Bundan sonra evin ikinci mərtəbəsinə qalxıb İlahənin evin digər otağına qaçaraq keçdiyini görüb həmin otağa yaxınlaşmış və qapını açaraq içəri daxil olmuş, otağa daxil olduqdan sonra o, sol əli ilə İlahənin saçlarından tutub ona “bu nə oyundu çıxarırsan, o gədə kimdi, dələduzun biridir” deyəndə o, buna cavab olaraq “mən ona ərə gedirəm” demişdir. Bundan sonra əsəbiləşərək gödəkcənin içərisində gizlətdiyi bıçağı sağ əlinə götürüb bir dəfə İlahəyə bıçaqla zərbə endirmiş, bundan sonra hadisənin baş verdiyi otağa bibisi qızı Aygün və onun əri Arzu daxil olmuş, həmin vaxt keçmiş arvadı İlahə “girdi, girdi” deyə qışqırmışdır. Bundan sonra Arzu onu evdən bayıra aparmış, Aygün isə yuxarıda İlahənin yanında qalmış, təxminən 5 dəqiqə piyada yol gedəndən sonra yolun kənarında bir polis avtopatrulunu görüb onlara yaxınlaşaraq “adam bıçaqlamışam, məni idarəyə aparın” deyə bildirmiş, onlar da onu birbaşa Abşeron rayon polis idarəsinə aparmışlar. Hadisənin baş verdiyi evdə bibisi qızı Aygün, onun əri Arzu olmuş, içkili olduğu üçün bibisi nəvəsi Xədicənin orada olub- olmadığını xatırlamamış, İlahəni bıçaqlayanda yanlarında heç kim olmamış, səslərinə bibisi qızı Aygün və əri Arzu gəlmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, İlahəyə xəsarət yetirməkdə məqsədi onu cəzalandırmaq, qorxutmaq olmuş, Natiq adlı şəxsdən uzaq olmasını istəmiş, onu öldürmək niyyəti olmamışdır. İlahəyə bir bıçaq zərbəsi vurduğunu xatırlasa da, ekspert rəyi ilə tanış olduqdan sonra ona iki bıçaq zərbəsi vurduğunu öyrənmiş, əvvəlki ifadəsində Aygünün problemi olmaması üçün cinayəti törətdiyi bıçağı öz yaşadığı evdən götürdüyünü demişdir. (cild 1, səh. 35-36, 44-46, 123-126, cild 2, səh. 74-77) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2000-ci ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan 02 uşaqları olmuşdur. Bəhruz beş ildən artıq olar ki, polis orqanlarında işləmiş, evliliyin 10 ilindən sonra mütəmadi olaraq spirtli içki qəbul etməyə başlamış, yaşadığı evə müxtəlif adamlar gələrək Bəhruzun onlara borcu olduğunu bildirmiş, buna dair evdə söz-söhbət olmuşdur. Bununla bağlı Bəhruzla aralarında söz-söhbət olmuş, o, da hər dəfə öz iradını bildirəndə Bəhruz onu təhqir edib döymüşdür. 2019-cu ildə rəsmi qaydada Bəhruzdan boşanmışlar. 2017-ci ildə Bəhruzun 40.000 manat borcu ortaya çıxmış, oğlu Bəylər həmin vaxt Polis Akademiyasına imtahan verməyə hazırlaşdığına və atasının borca görə məhkumluğu olacağı halda qəbul olunmayacağına görə Bəhruzun əmisi oğlu Ceyhun Əliyevdən həmin məbləğdə borc pul alıb Bəhruza vermiş və bundan sonra Bəhruz yaşadıqları evi ona rəsmi qaydada hədiyyə etmişdir. Hadisədən bir həftə əvvəl keçmiş əri Təqsirləndirilən şəxs borclarına görə tutulmaması üçün oğlu Bəylərə aldığı “Niva" markalı avtomobili sataraq pulu ona vermiş, bununla bağlı Bəhruzla söz-söhbətləri olmuş, həmin mübahisədə Bəhruz onu döydüyü üçün Daxili İşlər Nazirliyinin 102 məlumat xidmətinə məlumat vermiş, hətta həmin gecə üstünə bıçaqla hücum çəkəndə qonşuları imkan verməmiş, bununla bağlı Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi baxılır. Həmin dava-dalaşdan sonra Bəhruzun bibisi qızı Şahid1 yaşadığı evə yaşamaq üçün getmişdir. 2022-ci ilin oktyabr ayının 12-si təxminən saat 23 radələrində işdən evə geri qayıtmış, bir az söhbət etdikdən sonra ikinci mərtəbədəki yataq otağına keçmiş, Aygün isə birinci mərtəbədə qalmış, 13 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində yerində yatdığı vaxt anidən "İlahə qaç, Bəhruz gəlir” deyə eşidib yatdığı otaqdan çıxıb digər yataq otağına keçib içəri keçə bilməməsi üçün qapını arxadan saxlamış, amma Bəhruz ondan güclü olduğu üçün o, qapının pəncərəsini bıçağın arxası ilə sındıraraq içəri daxil olmuş, daxil olan kimi əli ilə saçını tutaraq onu yataq otağındakı taxtın üzərinə yıxmışdır. Bəhruz onu "səni öldürəcəm" deyə yüksək səslə qışqıraraq təkrar etmiş, həmin vaxt sağ əli ilə onun kürəyinin sol tərəfindən bıçaqla zərbə endirmiş, bıçaq onun bədəninə daxil olan zaman o, sol əli ilə bıçağın tiyəsindən yapışıb daha da içəri daxil olmaması üçün müqavimət göstərmiş, həmin vaxt o, sol əlindən xəsarət almışdır. Bundan sonra o özü həmin bıçağı bədənindən çıxartsa da, Bəhruzun əli bıçaqda olduğuna görə yenidən onun bədəninin sol döş qəfəsindən yenidən bıçaqla zərbə endirmiş, ona bacardığı qədər müqavimət göstərməyə çalışsa da Bəhruz onu əl və yumruq zərbələri ilə döymüş, hətta əlində digər bıçaqla yetirilmiş xəsarət izləri yaranmışdır. Bundan sonra otağa Aygün və əri Şahid2 gəlib Bəhruzu onun yanından aralamağa çalışmış, təxminən 5 dəqiqədən sonra onlar Bəhruzu yanından aralayaraq otaqdan çıxarmışlar. Aygün əri Arzuya “tez X20a məlumat ver, Bəhruz İlahəni bıçaqlayıb” deyə bildirmiş, X20a zəng olunsa da onların gec gələcəyini zənn edib onlar onu 1 saylı X16 aparmışlar. Bəhruz bıçaqla ona iki dəfə zərbə endirərək xəsarət yetirmiş, bundan əlavə əlindən, qolundan, həmçinin əl-ayaq zərbələrinin təsirindən çoxlu sayda xəsarət almış, həmin vaxt Bəhruz içkili olmuş, əlindəki bıçaq mətbəx bıçağı olmuşdur. O, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən ticarət obyekti icarəyə verilmiş, həmin obyektə onun şərikliyi olmuşdur, İlahə ilə həmin obyekti icarəyə verən zaman tanış olmuş, onun subay olduğunu öyrəndikdən sonra aralarında sevgi münasibətləri yaranmış, aralarında yaranan münasibəti rəsmiləşdirmək qərarına gəlmiş, onun keçmiş əri Təqsirləndirilən şəxslə isə əvvəllər heç bir tanışlığı və mübahisəsi olmamışdır. Onunla tanış olmamışdan öncə İlahənin keçmiş əri Təqsirləndirilən şəxslə aralarında yaranmış mübahisə zamanı Bəhruz onu döyərək xəsarət yetirmiş və bununla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxslə ilk dəfə oktyabr ayının 7-si İlahənin üzündə xəsarət izlərini görüb ondan bu xəsarətləri kimin ona yetirdiyini soruşanda, İlahə ona insanlar içində danışa bilmədiyini demiş, daha sonra onunla avtomobilinə əyləşib danışan zaman İlahənin telefonuna zəng gəlmiş, o da çox əsəbiləşib keçmiş əri Təqsirləndirilən şəxs olduğunu söyləmiş, telefon zənginə cavab verdikdən sonra Bəhruz İlahəni küçə söyüşləri ilə təhqir etməyə başladığı üçün dərhal telefonu İlahənin əlindən alıb ona özünü təqdim edib İlahə ilə nişanlı olduqlarını və onunla görüşmək istədiyini söyləmişdir. Daha sonra onunla Səbail rayon məhkəməsinin yanında görüşüb ona aralarında olan münasibətin ciddi olduğunu və evlənəcəklərini demiş, bundan sonra onunla sağollaşıb ayrılmışlar. Hadisə baş verməmişdən təxminən 3-4 gün əvvəl İlahə Bəhruz tərəfindən döyüldüyünə görə yaşadığı evdən çıxaraq qohumu Şahid1gilə müvəqqəti yaşamaq üçün köçmüş, 2022-ci ilin oktyabr ayının 12-si axşam saat 23 radələrində İlahəni Aygünün yaşadığı ünvan 4 ünvanına gətirib düşürtmüş, səhəri gün onun mobil nömrəsinə İlahənin həmin evdə bıçaqlandığına dair mesaj gəlmiş, bundan sonra İlahənin böyük oğlu Bəylərlə əlaqə saxlayıb onların 1 saylı X4qlarını öyrənib dərhal oraya getmiş, orada olan zaman Bəylər ona atası Bəhruzun qohumlarının evinə gedərək orada anası İlahəni bıçaqla vurduğunu və vəziyyətinin ağır olduğunu demişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X13 onun dayısı oğludur. İlahə Bəhruzla tez-tez mübahisə etmiş, yenə mübahisə edərək bir neçə gün idi ki, oğlu Nihatla birlikdə onlara gəlmiş, 12 oktyabr 2022-ci İl tarixdə yaşadığı evdə əri Şahid2, qızı X6, nəvəsi X11 və İlahə onlarda olmuş, həmin gün hər zamankı kimi evdə olmuş, İlahə təxminin gecə 23 radələrində evə gəlmiş və onlar birlikdə söhbət etdikdən sonra İlahə yuxarı yatmağa getmişdir. İlahə evə gələn zaman artıq evdə hər kəs yatmış, yalnız o, evdə oyaq olmuş, İlahə yuxarı yatmağa qalxdıqdan sonra o, aşağı mərtəbədə ev işləri ilə məşğul olmuşdur. Gecə saat 02-03 radələrində daysı oğlu Bəhruz gəlmiş, Bəhruzla aşağı evdə oturub bir neçə dəqiqə söhbət etmiş, həmin vaxt o, içkili olmuş və ondan su istəmiş, ona su vermək üçün mətbəxə keçəndə Bəhruz da arxasınca gələrək yuxarı yataq otağına qalxmaq istəmişdir. Bəhruza hər kəsin yatdığını desə də, o, İlahəyə sözü olduğunu deyərək yuxarı qalxmış, o, da Bəhruzun arxası ilə yuxarı qalxıb İlahəyə qışqıraraq “İlahə qaç, Bəhruz gəlir” demişdir. Bəhruz İlahənin yataq otağına keçmək istəmiş, İlahə də oyanaraq yataq otağının qapısının arxa cəftəsini əli ilə sıxaraq tutmuş, bunu görüb öz yataq otağına gedərək əri Arzunu yuxudan oyadıb “dur Bəhruz gəlib, içkilidir” demiş, çünki onun İlahə ilə aralarında yenə mübahisə olacağını bilmişdir. Bəhruz İlahənin yatdığı otağın qapısını açaraq içəri daxil olanda nəvəsi Banu ağladığı üçün o, digər otağa keçmiş, otaqdan qayıdanda əri X10 otağından çıxardığını və “ gecdir evdə uşaq var, sonra söhbət edərsiniz” dediyini görmüşdür. Bəhruz əri Arzu ilə birlikdə pilləkənlərlə aşağı düşmüş, o, da yarıya qədər pilləkəndən düşmüş. Bəhruzun bayıra çıxdığını görüb getməsinə əmin olub yenidən İlahənin yanına qayıtmış, otağa daxil olanda Bəhruzun İlahəni bıçaqla vurduğunu görmüşdür. Təcili ərinə və qızı Xədicəyə səslənərək Bəhruzun İlahəni vurduğunu, X20a zəng etmələrini demişdir. Bəhruzun İlahəni vurduğu bıçağı görməmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayının 12-si təxminən 19 radələrində yaşadığı evə gəlmiş, həmin vaxt evdə arvadı Aygün, qızı Xədicə və nəvəsi Banu olmuş, axşam saat 22-23 radələrində evin ikinci mərtəbəsində olan yataq otağına yatmağa getmişdir. Təxminən saat 01 radələrində otaqda yatan vaxt səs-küy eşidib oyanıb Aygünün yataq otağına gedəndə o, ona “dur, Bəhruz gəlib, içkilidir” demiş, otaqdan çıxıb ikinci mərətəbədə olan digər otağa baxanda həmin otağın qapısının açıq olduğunu, qızı Xədicənin qışqırdığını, nəvəsi Banunun ağladığını görmüş, həmin otağa yaxınlaşanda qızı Xədicə uşağı götürüb otaqdan qaçmış, o, isə Aygünlə Bəhruzun yatağın üstündə olan arvadı İlahənin saçından tutub əli ilə bədəninə vurmağına imkan verməməyə çalışmış, o, Bəhruzun arxadan belindən tutub dartmağa başlamış, onu itələyə-itələyə evin birinci mərətəbəsinə qədər aparıb “gecdir evdə uşaq var, sonra söhbət edərsiniz” deyə söyləmiş, küçəyə çıxaranda Bəhruzun içkili vəziyyətdə olduğunu başa düşmüş, evin qabağında onu danlayıb qovmuşdur. Bəhruz çıxıb gedəndən sonra evin ikinci mərətəbəsinə qalxanda İlahə ona və yoldaşına Bəhruzun onu bıçaqla vurduğunu demiş, onun böyrünün qanadığını, bıçağı da otağın girişində yerdə görmüş, polislər gələnə qədər orda qalmış və İlahənin qolundan tutub tək onu qızı Xədicənin avtomobili ilə X16 aparmışlar. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 12 oktyabr 2022-ci il tarixdə valideynlərinin evində qalmış, hadisədən bir necə gün əvvəl isə həmin evə İlahə də gəlmiş və orada qalmış, ailəsində problemi olub-olmaması barədə onunla heç bir söhbət aparmamışdır. 13 oktyabr 2022- ci il tarixdə saat 01 radələrində anidən qapının yüksək səslə döyüldüyünü eşidib yuxudan durmuş, həmin səsə azyaşlı qızı Banu da oyanmış, yuxudan oyanıb yataq otağında İlahənin olduğunu görmüş və o, yataq otağının qapısını iki əli saxlamışdır. İlahə ona “kömək elə, qapını saxlayaq" demiş, həmin vaxt yuxulu olduğuna görə nə baş verdiyini anlamamış, azyaşlı qızı Banu da ağlamış, o, da onu qucaqlayıb sakitləşdirməyə çalışmışdır. Həmin vaxt yataq otağının qapısı yüksək səslə döyülmüş, anidən qapı açılmış və o, valideynlərinin yataq otağına qaçmış, həmin vaxt çox həyəcanlı olduğuna və qorxduğuna görə hadisənin daha sonra necə baş verdiyini görməmişdir. Daha sonra anası Aygün onun olduğu otağa gələrək təcili olaraq X20 Stansiyasına zəng etməyini, Bəhruzun keçmiş arvadı İlahəni bıçaqladığını ona demiş, otaqdan çıxıb İlahənin anası tərəfindən bədəninin mələfə ilə bağlandığını, İlahənin yeriməkdə və danışmaqda çətinlik çəkdiyini görmüşdür. X20 Stansiyasına zəng etsə də, onların gec gələcəyinə və ünvanı tam dəqiq bilmədiklərinə görə öz avtomobili ilə işə salaraq atası Arzu ilə onu Bakı şəhərində yerləşən 1 saylı X16 aparmışdır. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 13 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evidir, həmin evin ikinci mərtəbəsinə pilləkənlə qalxandan sonra iki otaq vardır, hər iki otağın arasında olan dəhlizdə uşaq oyuncaqları yığılmışdır. Yataq otağının qarşısında yerdə bir ədəd qəhvəyi rəngli mətbəx bıçağı aşkar edilərək götürülmüş, ev sahibinin dediyinə görə dayısı oğlu Təqsirləndirilən şəxs həmin bıçaqla arvadını vurmuş və yerə atıb çıxıb getmişdir. Yataq otağında olan döşəmədə qan ləkələri müşahidə olunur. (cild 1 i/v.6-11) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2022-ci il tarixli 2462 saylı rəyindən görünür ki, X7 bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yarı səthinin plevra boşluğuna nüfuz etməyən 1 ədəd, döş qəfəsinin arxa səthinin qarın boşluğuna nüfuz edən və peritonu 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ çiyin qurşağı, sol bazu, sağ said nahiyələrinin, sol əlin ön səthinin sol əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaraları iti deşici-kəsici alətin (alətlərin) təsirindən, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol bazu nahiyəsinin yuxarı 1/3nin qançırları, sol bazu nahiyəsinin orta 1/3-nin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə, yəni 13 oktyabr 2022-ci il tarixdə əmələ gələ bilmələri mümkündür. - Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz etməyən 1 ədəd, döş qəfəsinin arxa səthinin qarın boşluğuna nüfuz edən və peritonu zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ çiyin qurşağı, sol bazu, sağ said nahiyələrinin, sol əlin ön səthinin sol əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaraları qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsi təsirindən, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol bazu nahiyəsinin yuxarı 1/3-nin qançırları, sol bazu nahiyəsinin orta 1/3-nin sıyrığı müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (əl ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. Dərəcələrinə görə, döş qəfəsinin arxa səthinin qarın boşluğuna nüfuz edən və peritonu 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sol yarı səthinin plevra boşluğuna nüfuz etməyən 1 ədəd deşilmişkəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ çiyin qurşağı, sol bazu, sağ said nahiyələrinin, sol əlin ön səthinin, sol əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaraları, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol bazu nahiyəsinin yuxarı 1/3-nin qançırları, sol bazu nahiyəsinin orta 1/3-nin sıyrığı həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqlarından dərəcələri təyin edilmir. Sol bazu nahiyəsinin yuxarı 1/3-nin, sol said nahiyəsinin yuxarı 1/3- nin qançırları müayinədən 1-2 həftəyə uyğun gəlir, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. (cild 1, iş vərəqə 97-99) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əlavə məhkəmətibbi ekspertizasının 23 fevral 2023-cü il tarixli 06/Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz etməyən 1 ədəd, döş qəfəsinin arxa səthinin qarın boşluğuna nüfuz edən və peritonu zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, yaraların xarakteri və təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətləri nəzərə alınaraq demək olar ki, qeyd olunan deşilmiş-kəsilmiş yaralar təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. ( cild 1, iş vərəqə 225-227) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəməkriminalistik ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 3/1514 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici-deşici xassəyə malik olan təsərrüfat təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir.( cild 1, iş vərəqə 108-110) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 30 dekabr 2022-ci il tarixli 3509 saylı rəyindən görünür ki; - Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməmiş, hazırda da hər hansı psixi xəstəlik müəyyən edilmir. - Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir və əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. - Təqsirləndirilən şəxs əqli-intellektual İmkanları normaya uyğundur, inadkarlıq, kinlilik, eqosentrizm, öz maraqlarını üstün tutmaq, çılğınlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Onun əqli inkişafında gerilik əlamətləri aşkar edilməmişdir. - Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. - Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində fizioloji affekt halında olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. ( cild 1, iş vərəqə 206-209) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 03:40- da müayinədən keçirilmiş və onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. ( cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş nikahın pozulması haqqında 13 yanvar 2023-cü il tarixli AZ-İ 435783 saylı şəhadətnamənin surətindən görünür ki, Səbail rayon məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs ilə Qarayeva (Əliyeva) İlahə Əli qızı arasında bağlanmış nikah pozulmuşdur. ( cild 1, iş vərəqə 146) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş nikah haqqında 19 noyabr 2022-ci il tarixli AZ-İİ 549443 saylı şəhadətnamənin surətindən görünür ki, Şahid4 ilə X15 arasında nikah bağlanmış və sonuncuya "Qarayeva” soyadı verilmişdir. ( cild 1, iş vərəqə 155) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.( cild 1. İş vərəqə 46-57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə (25 oktyabr 2022- ci il tarixə) əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( cild 1, iş vərəqə 79) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində polis əməkdaşları çağırış nömrəsi 9681 olan avtopatrul ilə Xırdalan şəhərində xidmətdə olarkən onlara yaxınlaşaraq öz keçmiş həyat yoldaşını bıçaqlaması barədə hadisə törətdiyini bildirmişdir. (cild 1, iş vərəqə 2) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Səbail rayon məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, Əliyev X5 İlahə Əli qızına qəsdən yüngül xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. ( cild 1, iş vərəqə 164-168) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, onu yalnız qorxutmaq istəməsi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmamış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının qeyd edilən maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4- nömrəli qərarına əsasən, Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 04 (dörd) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 oktyabr 2022-ci il tarixdə barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 29, 51-54). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 04 (dörd) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan bir ədəd bıçaq məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-140/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-140/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver