Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-141/2022 10.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1991-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda faktiki yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, insan həyatı üçün təhlükəli olan, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşımış və saxlamış, eləcə də satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirilməsi cinayətinin törədilməsinə köməkçilik etmişdir. Belə ki o, xx.xx.2021-ci il tarixdə axşam saat 23 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşadığı evin yaxınlığında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs onu taxta parçası ilə baş nahiyəsindən vurub dərəcəsinə görə sağlamlığına yüngül xəsarət yetirdiyinə görə, üzərində gəzdirdiyi bıçaqla 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qəsdən sağ döş qəfəsi nahiyəsinə 1 dəfə, sol qoluna 2 dəfə, ümumilikdə 3 dəfə vuraraq, ona döş qəfəsinin ön səthinin sağ yarısının 1 ədəd döş boşluğuna nüfuz edən sağ tərəfli 6-cı qabırğanı kəsən, sağ ağ ciyəri yaralayan, 1 ədəd sol dirsək oynağı nahiyəsini dəlib keçən və 1 ədəd sol əlin 2-ci barmağının bükücü vətərini kəsən deşilmiş-kəsilmiş yaralarından ibarət insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil edilmiş təmiz çəkisi – 1,201 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini qanunsuz əldə edib Bakı şəhəri, Nizami rayonuna daşıyıb üzərində saxlamış, 03 iyun 2021-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 119 ünvanında yerləşən «Ağ çiçəyim» gül mağazasının qarşısında saxlanılaraq 24-cü PŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən həmin 1 ədəd bükümdə təmiz çəkisi – 1,201 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə İran İslam Respublikası vətəndaşına göndərdiyi 650 manat müqabilində 22 iyul 2021-ci il tarixdə naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirilməsinə köməklik edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yol kənarında qoyulmuş 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,301 qram və 5,740 qram olan ümumi təmiz çəkisi 13,041 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin siyahısı”na daxil edilmiş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,025 qram və 16,462 qram olan ümumi təmiz çəkisi 17,487 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini götürüb qanunsuz əldə edib özü ilə daşıyaraq yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, P.Musayev küçəsi 17 nömrəli evin yataq otağındakı çarpayıda döşəyin altında saxlamış, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, P.Musayev küçəsi 17 nömrəli evə baxış keçirilən zaman yataq otağındakı çarpayıda döşəyin altında saxladığı iki ədəd bükümdə 7,301 qram və 5,740 qarm - ümumi təmiz çəkisi 13,041 qram olan narkotik vasitə olan heroin və iki ədəd bükümdə 1,025 qram və 16,462 qram olan - ümumi təmiz çəkisi 17,487 qram olan çəkidə psixotrop maddə olan metamfetamin və qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2021-ci ilin iyunun 1-də axşam saat 23 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşadığı evin yaxınlığında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs onu taxta parçası ilə baş nahiyəsindən vurduğuna görə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs 3 dəfə bıçaqla vuraraq, ona xəsarət yetirmişdir. İlhamla əvvəllər münasibətləri yaxşı olmuş, mübahisənin yaranmasına səbəb uca səslə danışıq olmuşdur. Hadisə mübahisə olan gün baş verməmişdir. İlham mübahisədən 2 gün sonra Aminin atasına Aminin ondan gəlib üzr istəməsini demiş, o isə üzr istəməyəcəyini bildirmişdir. 1 gün sonra telefonla əlaqə saxlayıb görüşmüşlər və sonra hadisə baş vermişdir. Bundan başqa, 03 iyun 2021-ci il tarixdə polis əməkdaşları onu Bakı şəhəri, Neftçilər metrostansiyası ətrafında saxlayıb 24-cü PŞ-nə aparmış, orada üzərinə şəxsi axtarış keçirilmiş və üzərində Bakı şəhəri Günəşli qəsəbəsindən aldığı 1 ədəd bükümdə 1 qram narkotik vasitə-heroin olmuşdur. Həmçinin Binəqədi rayonundan şəxsi istifadəsi üçün əlbəəl aldığı 17 qram psixotrop maddə - metamfetamin olmuşdur. Metamfetamin və heroin istifadəçisi olmuşdur. İranlı ilə əlaqəsi və münasibəti olmamış, İran vətəndaşının bank hesabına pul köçürməmişdir. 17 qram metamfetamini Binəqədidən pul verib əlbəəl almışdır. Müstəntiq ondan İranlı ilə əlaqə saxlayıb-saxlamadığını soruşmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır. 2021-ci il mayın 28-də qonşusu Rahilin yas mərasimində Aminə yaxınlaşaraq demişdir ki, «ağrıyıram, mənə heroin lazımdır». Amin isə onda narkotik vasitə olmadığını bildirmişdir. Yas yerindən təxminən 70-80 metr kənarda Aminlə aralarında sözlü mübahisə olmuş, Amin onu nalayiq sözlərlə təhqir etmişdir. Lakin, həmin vaxt aralarında dava-dalaş olmamışdır. 2021-ci il iyunun 1-də Aminə zəng edib onun evinin yaxınlığına getmişdir. Həmin günü saat 23 radələrində Aminin iti addımlarla onun üstünə gəlməsini görmüş, onu vuracağını təxmin edib yerdən özünü müdafiə etmək məqsədi ilə taxta parçasını götürüb onun başına və çiyin nahiyəsinə vurmuşdur. Sonra Amin əlindəki bıçaqla onu vurmuş, onun yerə oturduğunu görəndən sonra Amin oradan uzaqlaşmışdır. Qardaşı oğlu Zahidə zəng edib baş verənləri ona demiş və onun köməkliyi ilə Bakı şəhəri 3 saylı Sabunçu rayon xəstəxanasına getmişdir. Aminin onu bıçaqla vurmasının səbəbi 28 may tarixində Aminin ona qarşı etdiyi nalayiq hərəkətlərə görə ondan üzr istəməsi ilə bağlı tələbi olmuşdur. Hazırda heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin iyul ayının 22-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, istifadəsi, gəzdirməsi və satışı barədə, həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması barədə məlumat daxil olmuş, məlumat əsasında Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Musayev küçəsi, 17 nömrəli evə getmişlər. Təqsirləndirilən şəxs saxlanılmış və video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmiş, sonra Şahid5 yaşadığı evdə qanunsuz olaraq narotik vasitə və psixotrop maddə saxlanılmasında şübhəli bilindiyi üçün evə baxış keçiriləcəyi bildirilərkən Təqsirləndirilən şəxs evdə yatdığı otaqda narkotik vasitə saxladığını etiraf etmişdir. Evə baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında çarpayının altından şəffaf rəngli sellofana bükülmüş iki büküm psixotrop maddə metamfetamin və şəffaf rəngli sellofana bükülmüş iki büküm narkotik vasitə heroin, bir ədəd qara rəngli tərəzi, müxtəlif markalı mobil telefonlar aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın 5-ci PB-in polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, 2021-ci il iyunun 3-də Şahid3 ilə birlikdə xidmətdə olarkən saat 07 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Ağ çiçəyim» gül mağazasının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb onu saxlayaraq Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Şöbənin inzibati otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd ağ rəngli sellofana bükülmüş, içərisində «kakos» adlandırılan narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitəni 3 gün əvvəl Günəşli qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın 5-ci PB-in polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 2021-ci il iyunun 3-də Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Ağ çiçəyim» gül mağazasının yaxınlığında özünü şübhəli apardığını görüb Təqsirləndirilən şəxs saxlayaraq Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Şöbənin inzibati otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən içərisində «kakos» adlandırılan narkotik vasitə olan bir ədəd ağ rəngli sellofan aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Günəşli qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, tikintidə fəhlə işləyir, səhər gedib axşam gəlir. Evə gələndə görmüşdür ki, evin həyətinin çöl tərəfində polislər Amini özləri ilə aparırlar. Aminin üzərində narkotik vasitənin olub olmamasından və indiyə qədər onun narkotik vasitə qəbul etməsindən xəbərsiz olmuşdur. Amin qonşusu İlham ilə mübahisə edərkən orada olmamışdır, 2021-ci ilin mayın 29-da İlham evinə gəlib demişdir ki, «oğlun məni nalayiq sözlərlə təhqir edib ona de ki, gəlib məndən üzr istəsin». O da Aminə demişdir ki, «İlhamdan get üzr istə niyə onunla mübahisə etmisən». Amin də gedib ondan üzr istəmişdir. Mübahisə zamanı onların yanında olmamış və Aminin İlhamı bıçaqla vuraraq ona xəsarət yetirdiyini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, evə gələndə polislərin Amini özləri ilə apardıqlarını görmüşdür. Aminin üzərində narkotik vasitənin olmasından, indiyə qədər onun narkotik vasitə qəbul etməsindən, qonşu İlhamı bıçaqlamasından xəbəri olmamışdır. Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində isə göstərmişdir ki, təndirdə işləyir, səhər gedib axşam evə gəlir. O, evinə gələndə görmüşdür ki, həyətin çöl tərəfdən qarşısında polislər oğlu Amini özləri ilə aparırlar. O, Aminin üzərində narkotik vasitənin olub olmamasından xəbərsiz olmuşdur. Eyni zamanda indiyə qədər onun narkotik vasitə qəbul etdiyini bilməmişdir. Onun oğlu Aminin narkotik vasitə qəbul etməsindən satışından xəbəri olmamış, oğlu Aminin evində narkotik vasitə saxlamasından və həmin narkotik vasitələri haradan alması barədə məlumatı yoxdur. Oğlu Aminin qonşusu İlham ilə aralarında mübahisə olması və ona bıçaqla xəsarət yetirməsi barədə heç bir məlumatı yoxdur. (Cild 1, iş vərəqləri 187-189) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan edilərək tədqiq olunan Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, 22 iyul 2021-ci il tarixdə Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi polis kapitanı Süleyman Əsədovun qərarı ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə axtarışda olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Musayev küçəsi ev 17-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, istifadəsi, gəzdirməsi və satışı barədə, həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı Abşeron rayon Pİ-nin Mehdiabad RPB-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 əməliyyataxtarış tədbirinin keçirilməsi barədə 27 iyul 2021-ci il tarixdə qərarı əsasında Abşeron RPİnin təhqiqat şöbəsinin təhqiqatçısı və həmin günü növbədə olan Xırdalan şəhər Vəkil Bürosunun vəkili ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda əynində ağ rəngli yay köynəyi və boz rəngli şalvar olan Təqsirləndirilən şəxs özlərini təqdim edib təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir şübhəli əşya olmadığını bildirərək üzərinə şəxsi axtarış aparılmasına razılıq vermişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən şübhəli əşya aşkar edilməmişdir. Bundan sonra Şahid5 yaşadığı evdə qanunsuz olaraq narotik vasitə və psixotrop maddə saxlanılmasında şübhəli bilindiyi üçün evə baxış keçirilmiş bildirilmişdir. Təqsirləndirilən şəxs evdə yatdığı otaqda narkotik vasitə saxlamasını etiraf etmişdir. Həmin evin həyəti mişar daşı ilə əhatəyə alınmışdır. Həyətdə birmərtəbəli kürsülü ev vardır. Evin giriş qapısı birlaylı dəmir materialdan idi. Giriş qapısından solda zal var idi. Giriş qapısı ilə üzəbüz Təqsirləndirilən şəxs yataq otağı yerləşdirmişdir. Yataq otağının qapısı birlaylı taxta materialdandır. Qapının sağ tərəfində masa, qapı ilə üzəbü çarpayı var idi. Təqsirləndirilən şəxs çarpayının döşəyini qaldıraraq altından şəffaf rəngli sellofanda bükülmüş iki büküm psixotrop maddə metamfetaminə oxşar kütlə və şəffaf rəngli sellofanda bükülmüş iki büküm narkotik vasitə heroinə oxşar kütləni təqdim edərək öz tstifadəsi üçün 650 manat müqabilində İran vətəndaşından onlayn sosial şəbəkə vasitəsilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bir ədəd qara rəngli tərəzini, müxtəlif markalı mobil telefonları təqdim etmişdir. Həmin narkotik vasitə və psixotrop maddəyə oxşar kütlələr götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra baxış və götürmə barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. (Cild 2, iş vərəqləri 73- 75) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə haqqında” 03 iyun 2021-ci il tarixli protokoldan görünür ki, 03 iyun 2021-ci il tarixdə Nizami RPİ-in 24-cü Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində saxlanması qadağan olunan əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf selofana bükülü, içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan bükümü təqdim edərək həmin maddənin “kakos” adlandırılan narkotik vasitə olduğunu bildirmişdir. “Şəxsi axtarış və götürmə haqqında” 03 iyun 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD" formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. “Baxış və götürmə aparılması haqqında” 27 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman yataq otağındakı çarpayıda döşəyin altında saxladığı iki ədəd bükümdə narkotik vasitə heroin və psoxotrop maddə metamfetamin, eləcə də qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Diskə baxış keçirilməsi” haqqında 28 iyul 2021-ci il tarixli protokoldan, eləcə də evə baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, evə baxış keçirilən zaman protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 50) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3144 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “...(imza) Təqsirləndirilən şəxs…” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,301 qram və 5,740 qram olan, ümumi təmiz çəkisi 13,041 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,025 qram və 16,462 qram olan ümumi təmiz çəkisi 17,487 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı1) daxildir. (Cild 1, iş vərəqləri 32-39) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2247 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “...Təqsirləndirilən şəxs üzərindən…” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,201 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı1) daxildir. (Cild 1, iş vərəqləri 243-247) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 1878 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 38-39) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1264 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər döş qəfəsinin ön səthinin sağ yarısının bir ədəd döş boşluğuna nüfuz edən, sağ tərəfli Vİ qabırğanı kəsən, sağ ağciyəri yaralayan bir ədəd, sol dirsək oynağı nahiyəsini dəlib keçən və sol əlin 2-ci barmağının bükücü vətərini kəsən bir ədəd deşilmiş-kəsilmiş yaraları iti deşici kəsici alətin və ya alətlərin təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 87-88) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2403 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. X2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. X3 məcburi müalicəyə ehtiyacı yoxdur. X2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar ollunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X5 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. X3 hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. X2 hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. X5 cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan vəziyyətində olmamışdır. (Cild 2, iş vərəqləri 88-91) Cinayət işi materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” 06 iyun 2021ci il tarixli qərara əsasən 1,201 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqata təqdim edildikdən sonra qalıq çəkisi 1,151 qram narkotik vasitə heroin saxlanılması üçün Nizami RPİ-nin Maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 25-26) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 11 noyabr 2021-ci il il tarixli qərara əsasən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,941 qram narkotik vasitə heroin və 17,387 qram psixotrop maddə metamfetamin, bir ədəd qara rəngli tərəzi maddi sübut kimi tanınmaqla saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” formatlı disk isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (Cild 2, iş vərəqləri 120-121) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Abbasov X6 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrum edilməklə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (Cild 2, iş vərəqləri 49-56) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 126.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, cinayətin bilavasitə icraçısı deyil, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə törədilmiş cinayətlər ağır; 32.5, 206.2 və 234.1- ci maddələri ilə törədilmiş cinayətlər isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə onun həbsdə qalma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, 03 iyun 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixdək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmişdir. (Cild 1, iş vərəqləri 161-165, 230; Cild 2, iş vərəqləri 59-61) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzadan çıxılma və cəzasının çəkilməsi müddətinin başlanğıcı 27 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Nizami RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,151 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 12,941 qram narkotik vasitə heroin və 17,387 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd qara rəngli tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalı, iş materiallarında olan 02 (iki) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 163 (yüz altmış üç) manat 64 (altmış dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyun 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan: Nizami RPİ-də saxlanılan 1,151 qram narkotik vasitə heroin məhv edilsin. Bundan başqa, Abşeron RPİ-də saxlanılan 12,941 qram narkotik vasitə heroin və 17,387 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd qara rəngli tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 163 (yüz altmış üç) manat 64 (altmış dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-141/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-141/2022
10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver