Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-141/2024 09.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3 , Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X4, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1996-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi qaydada çilingər işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdə 14 yaşlı, xx xxxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə nişanlandıqdan sonra qısqanclıq zəminində sonuncuya təklikdə heç yerə getməmək və orta təhsilini dayandırmaq barədə qadağalar qoymaqla onun təhsil aldığı orta məktəbin 8-ci sinfindən xaric edilməsinə və evdə qalmasına nail olmuş, daha sonra onun bu hərəkətlərindən bezən Zərərçəkmiş şəxs internet vasitəsi ilə bır sıra sosial şəbəkələrdə kişi cinsli başqa şəxslərlə ünsiyyət saxlamağa başlayaraq aralarındakı nişanı pozmaq qərarına gəlmiş, bununla bağlı onun iştirakı ilə hər iki tərəfin ailə üzvləri arasında aparılan danışıqlar zamanı razılıq əldə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla nişanını pozmasını şəxsiyyətinin alçaldılması kimi qəbul edərək, əvvəlcə Zərərçəkmiş şəxs ilə təklikdə danışmaqla gələcək münasibətlərini aydınlaşdırmaq, Həsrətlə söhbət zamanı sonuncu nişanı qaytarmağa təkid etdiyi təqdirdə onu öldürmək qərarına gəlib, bu məqsədlə 20 oktyabr 2022-ci il tarixdə saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi qardaşı X7 məxsus “Tofaş” markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olan tiyəsi 15 sm, dəstəyi 11 sm olmaqla ümumi uzunluğu 26 sm olan, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb əvvəlcə avtomobilin salonuna, daha sonra şalvarının bel hissəsinə qoyub ünvan 2 ünvanına gedərək orada Zərərçəkmiş şəxs anası Şahid1 Həsrətlə barışmaq üçün təklikdə söhbət etmək adı ilə icazə alaraq evin yataq otağına qalxmış və küncdə qoyulmuş ikimərtəbəli çarpayının baş tərəfində stulda əyləşmiş Zərərçəkmiş şəxs yanında, çarpayının birinci mərtəbəsində əyləşib ondan niyə başqa şəxslərlə danışdığını, həmin şəxslərin ondan artıq olub-olmadığını soruşmasına sonuncunun gülərək “xoşun gəlmir, qaytar nişanını, nə gətirmisən götür və çıx get, səndən artıqdır ki, onunla danışıram, problem səndədir, sən yaxşı kişi olsaydın, sənin nişanlınla danışmazdılar” deməsinə əsəbiləşib, halında yaranmış qəzəb və aqressiya fonunda Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətini qətiləşdirərək, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla sonuncunun onun əlindən qaçıb gedərək ona qarşı planlaşdırdığı niyyətini həyata keçirməsinə mane ola biləcəyini düşünüb, qarşısını kəsməklə yaşının az olması, zəif bədən quruluşuna malik olub fiziki cəhətdən ondan kəskin fərqlənən, buna görə onun zorakı hərəkətlərinə qarşı hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan, bununla da onun üçün aşkar surətdə köməksiz vəziyyətə olan Zərərçəkmiş şəxs qısqanclıq zəminində qisas alıb öldürmək niyyəti ilə özü ilə götürdüyü bıçağı çıxarıb həyat fəaliyyəti üçün əhəmiyyətli orqanlarının yerləşdiyi döş qəfəsi və bel nahiyələrinə, habelə ayağına ardıcıl zərbələr vurmaqla ona törətdiyi çoxlu qanitirmədən ölümünə səbəb olan həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərərvurmaya aid daxilə nüfuz edən “döş qəfəsinin sol yarısının ön səthinin məmə xətti üzrə İİİ-İV qabırğaarası sahədə yerləşən bir ədəd, döş qəfəsinin sol yan səthində arxa qoltuqaltı xətt üzrə X-Xİ qabırğaarası sahədə yerləşən bir ədəd deşilmiş-kəsilmiş yaraları”, habelə sağlamlığa yüngül zərərvurmaya aid “bel nahiyəsinin sol yarısının bir ədəd və sol bud nahiyəsinin yuxarı 1/3-nin ön-bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yaraları” xəsarətləri yetirməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərdi ki, adət-ənənəyə uyğun olaraq böyüklər Zərərçəkmiş şəxs istəməyə getmişdirlər. Daha sonra isə Zərərçəkmiş şəxs ailəsi onlardan nişan etməyi istəmiş, onlar da bu istəyini yerinə yetirərək nişan aparmışdırlar. Nişan olduqdan sonra bu söhbətlər ortaya çıxmağa başlamış, Həsrət ilə təxmini 1 il yarım nişanlı qalmışdır. Həsrətin nənəsi Ayisə telefonda yazışma tutduğunu demişdir. Həsrətin balaca bacısı Zəhra həmin mesajları nənəsinə oxumuşdur. Çünki Ayisə oxuya bilmir. Zəhra da həmin mesajları oxuyandan sonra Ayisə artıq hər şeyi bilmişdir. Bundan sonra onları evə çağırmış, həmin vaxt Həsrətin çox narahat olduğunu görmüşdür. Hətta Həsrətin nənəsi Ayisə Əzimova və anası Əfsanə Zərərçəkmiş şəxs demişdirlər ki, “get, özünü as öldür. Hətta böyüklər də Həsrətə deyirdilər ki, “Sən bizi biabır etdin, biz indi camaatın içərisinə necə çıxacağıq?” Bu sözləri eşitdikdən sonra gecədən səhərə qədər yatmamış, çox narahat olmuşdur. Səhər tezdən də özü tək durub Həsrətgilə getmişdir. Həsrətə demişdir ki, “Bəlkə, dünən böyüklərin yanında nədənsə qorxurdun, çəkinirdin, bəlkə, kimsə səni telefonda təhdid edib, qorxudub, ona görə heç bir şey demədin? Məsələnin mahiyyətini öyrənmək istəmişdir. Bundan sonra Həsrət ona “sənlik deyil, özüm bilərəm” və ona qarşı təhqiramiz sözlər işlətməyə başlamışdır. O da həmin vaxtı əsəbləşərək pəncərənin kənarında bıçağı götürərək ona xəsarət yetirməyə başlamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, bıçağı götürməkdə məqsədi Həsrəti qorxutmaq olmuşdur. Həsrətə 4 bıçaq xəsarəti yetirməyi də yadına düşmür. Bir anlıq özündə olmamışdır. Bıçağı Həsrətgilin yaşadığı evin pəncərəsinin kənarından götürmüşdür. Aralarında qohumluq münasibəti olduğuna görə ibtidai istintaq zamanı bıçağı özü ilə gətirdiyini demişdir. Hadisədən sonra bıçağı təslim etmişdir. Əməliyyatçılar ona yarı yolda zəng edib demişdirlər ki, “heç bir yerə getmə”. Evədkilərlə görüşüb təslim olmağa getmişdir. Həsrətə bıçaqla xəsarət yetirəndə otaqda heç kim olmamışdır. Həsrət ona qarşı müqavimət göstərərək qarnına yumruqlar atmışdır. Çıxanda Həsrətin anası ilə bacısını görmüşdür. Əzimova Ayisə hadisə yerində olmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinin sullarına cavab olaraq göstərmişdir ki, bıçağı özü ilə evdən gətirməmişdir. Təqsirləndirilən şəxs müdafiə tərəfinin sullarına cavab olaraq göstərmişdir ki, ailələr arasında qohumluq münasibəti olduğu üçün o hər şeyi öz üzərinə götürmüş və ibtidai istintaq zamanı verdiyi ifadəsində bıçağı özü ilə gətirdiyini demişdir. İbtidai istintaq zamanı verdiyi ifadə də heç özündə olmamışdır. Bölmədə olduğu zamanı müstəntiqə demişdir ki, vəkil gəlsin. Vəkil gəldikdən sonra, müstəntiq onun dediyi sözləri tam dediyi kimi yazmamış, müstəntiqin özü necə istəyibsə, eləcə də yazmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin sullarına cavab olaraq göstərmişdir ki, Həsrətin neçə yaşda olduğunu bilməmişdir. Adət-ənənəyə uyğun olaraq ailə həyatı qurduğu şəxsin yaşı və s. soruşulmamışdır. Zərərçəkmiş şəxs ilə danışmış, amma yaşını soruşmamışdır. Böyüklər nə deyirsə, o da olmalıdır. Həsrətin ad günündə ailəvi onların evinə getmişdirlər. Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında atası Şahid2, anası Şahid3, qardaşları Səməd Həsənov və Məhəmməd Həsənovla birlikdə yaşayır. Xırdalan şəhər 5 saylı tam orta məktəbin 1-9-cu siniflərini bitirmiş və sonra təhsilini davam etdirməmiş, təxminən 8 il bundan əvvəl həqiqi hərbi xidmətə çağırılma ərəfəsində valideynlərinin istəyi ilə Bakı şəhəri, Maştağa qəsəbəsində X1 müalicədə olmuş və buna görə hərbi xidmətə çağırılmamış, lakin həmin xəstəxanada nə üçün müalicə aldığı yadında qalmamış, təxminən iki il əvvəl də böyrəklərində daş yığılmış, lakin müalicədən sonra sağalmışdır. 14-15 yaşından başlayaraq fərqli ustaların yanında çilingər işini öyrənmiş, təxminən 7-8 il olar ki, özü müstəqil şəkildə fərdi qaydada işləməyə başlamış, son 8 aydır ki, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Nazlı Petrol” YDM-nin yanında icarəyə sex götürüb orada tək işləyir. 21 iyun 2021-ci il tarixdə anasının bibisi nəvəsi, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə adət-ənənə ilə nişanlanmış, onun istəyi və ailəsinin razılığı ilə Həsrət Hökməli kənd orta məktəbinin 6-cı sinifdə oxuyan zaman təhsilini dayandırıb məktəbdən çıxıb evdə oturmuşdur. Həsrətlə bir-birlərini sevmiş, münasibətləri nişandan təxminən iki ay əvvəl yaranmış, rəsmi nikaha daxil olmaq üçün onun yetkinlik yaşına çatmasını gözləmişdir. Həsrət anası Şahid1 və balaca bacısı Zəhra Rəcəbova, ana tərəfdən nənəsi Ayisə ilə birlikdə ünvan 2 ünvanında yaşamış, onun atası Rasim Rəcəbov 5-6 il əvvəl xəstəlikdən vəfat etmişdir. Hadisədən təxminən 3-4 gün əvvəl Zərərçəkmiş şəxs nənəsi Ayisə onun valideynlərinə zəng edib onları söhbət etmək üçün yaşadıqları evə dəvət etmiş, bundan sonra onun ata-anası onların evinə getmiş, orada söhbət zamanı Ayisə onlara Həsrətin digər kişi ilə danışmasını tutduğunu demiş, valideynləri evə qayıdandan sonra atası onunla bu mövzuda söhbətə başlayıb Ayişənin Həsrəti digər oğlanla danışan yerdə tutduğunu, həmin vaxt telefonunu əlindən alıb kiminlə danışdığını bilmək üçün kiçik bacısı Zəhraya verdiyini, həmin vaxt Həsrətin sosial şəbəkələrdə digər kişilərlə yazışmasını aşkar etdiklərini demişdir. Həsrətin istifadə etdiyi “Samsung Galaxy A12” markalı smartfon tipli mobil telefonu və onun içində atasının adına olan ***-***-**-** saylı mobil nömrəni nişandan sonra atasının adına kredit götürüb ona istifadə etməsi üçün vermiş, həmin nömrənin sonunu da nişan tarixlərinə, yəni 21 iyuna uyğun almış, ona telefon almaqda məqsədi onunla ayrıca əlaqə saxlamaq olmuş, çünki nişanlanan vaxt onun ailəsi bir telefondan istifadə etmişdir. Nişanlı olduqları ərəfədə münasibətləri yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamış, onlar mehriban olmuş, aradabir onu öz evinə aparıb evdə ailəvi yemək yemiş, nişanlı olduqları ərəfədə ona adət-ənənə çərçivəsində münasibət bəsləmiş, aralarında heç vaxt yaxın, yəni intim münasibətlər olmamış, özü dindar və namaz qılan olmuşdur. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, hadisədən təxminən bir ay əvvəl nişanlısı Həsrətə verdiyi mobil nömrəsini “GetContact” telefon tətbiqi vasitəsi ilə maraq üçün yoxlayanda onun adının müxtəlif xoşagəlməz adlarla qeyd edildiyini görmüş, bundan sonra bazarlıq edib onların evinə gedib Həsrətlə və onun anası ilə söhbət zamanı aşkar etdiklərini deyəndə həmin vaxt Həsrət ona əməlindən peşman olduğunu, səhv etdiyini, telefonda “Telegram” tətbiqində hansısa qrupa abunə olduğunu, onun nömrəsini kimlərinsə oradan götürdüyünü bildirmişdir. Ona öz adına təzə aldığı ***-***-**-** mobil nömrəsini verib köhnə ***-***-**-** saylı mobil nömrəni almış, bu söhbəti də evində heç kimə bildirməmiş, sonra da münasibətləri adi qaydada davam etmiş və heç bir problem olmamışdır. Hadisədən 3-4 gün əvvəl Ayisə xanımın onun valideynlərinə Həsrət barədə dediklərindən sonra qeyd etdiyi kimi əvvəl ata-anası onların evinə getmiş, daha sonra 19 oktyabr 2022ci il tarixdə təxminən saat 13-14 radələrində o, atası, anası, kiçik qardaşı Məhəmməd Həsrətlə və onun ailəsi ilə məsələni bir daha aydınlaşdırmaq üçün onların evlərinə getmişlər. Getməzdən əvvəl atasına onların iştirakları ilə onunla söhbət edəndən sonra nişanı qaytarıb-qaytarmamaq qərarına gələcəyini demiş, onların evinə gələn zaman orada Həsrət, anası Əfsanə, bacısı Zəhra olmuş, bir vaxt sonra Həsrətin nənəsi Ayisə xanım da gəlmiş və onlar söhbət etməyə başlamışlar. Həmin vaxt Həsrətdən kiminlə və harada yazışdığını soruşanda o da qohumların təkidindən sonra “TikTok”, “Telegram”, “Facebook” və “İnstagram” sosial şəbəkələrdə oğlanlarla yazışdığını etiraf etmiş, ondan niyə belə etdiyini soruşsalar da, Həsrət heç bir cavab verməyib gülmüş və onlara “əl çəkin məndən, heç nə istəmirəm”, ona isə “səni istəmirəm” demişdir. Həsrətin hələ uşaq olduğunu, etdiyi əməlin səhv olduğunu qəbul edib üzr istəyəcəyini hesab etsələr də, söhbətlərdən sonra onun əməlindən peşman olmadığını və etdiklərini dərk etdiyini başa düşmüşlər. Bu danışıqlar zamanı Həsrətin dayısı Elçinə zəng edib onu da iştirak etməyə çağırmış, o, da axşam işdən sonra saat 18-də gələcəyini demişdir. Bundan sonra onlar nişanı qaytarmaq qərarına gəlmiş, həmin vaxt Ayisə ona çox kədərlənib nəvəsi Həsrətə “bu nə oyundur, açdın bizim başımıza”, anası Əfsanə isə “gördün, dayın da bizi sildi həyatından” demişdir. Həmin gün evin həyətində səhərə kimi tək oturub fikir edib səhərə qədər 3 qutu siqaret çəkmiş və gedib bir daha Həsrətlə təklikdə söhbət etmək, əgər barışmaq alınmasa onu öldürmək qərarına gəlmişdir. Bundan sonra 20 oktyabr 2022-ci il tarixdə səhər saat 09 radələrində qardaşının avtomobili ilə əvvəl “Xırdalan Petrol” YDMna gedib maşına benzin vurmuş, həmin vaxt avtomobilin yük yerində olan işdə yemək yeyəndə istifadə etdiyi mətbəx bıçağını götürüb avtomobilin salonunda dirsəkaltı saxlama yerinə qoyub Həsrətin yaşadığı ünvan 2 ünvanına getmiş, ora çatmamış Hökməli qəsəbəsində “Al-Market”-dən sadə su alıb bir qədər də avtomobildə oturub yenidən fikirləşmiş, hətta həmin vaxt yanından Post Patrul avtomobili keçəndə onu öldürərsə özünü bədbəxt edəcəyini düşünmüş, lakin buna baxmayaraq yoluna davam etmişdir. Həsrətin evinə çatmamış bıçağı dirsəkaltı saxlama yerindən götürüb şalvarının sağ bel hissəsinə qoyub üstünü koftası ilə bağlamış, təxminən saat 09:30-da onların evinə çatmış, evin həyət qapısını döyəndə qapını Əfsanə açmış, ondan Həsrətlə söhbət etməyə icazə istəmişdir. Həmin vaxt Həsrətin bacısı Zəhra evin birinci mərtəbəsində olmuş, Əfsanə də onunla birlikdə evə qalxmış və Həsrətə sakit söhbət edib səs salmamasını, Murad nə soruşsa cavab verməsini, nə dediyinə qulaq asmasını deyib özü həyətə düşmüşdür. Həsrət həmin vaxt öz yataq otağında olmuş, onunla orada ikisi qalmış və Həsrət yataq otağındakı ikimərtəbəli çarpayının başında qoyulmuş stulda, o isə çarpayının birinci mərtəbəsində onun yanında oturmuşdur. Həsrətə suallar verib “dünən etdiyin nə idi, bəlkə yanında qohumlar var idi, deyə bilmədin, indi təklikdə mənə de, bilim nə baş verir” deyə soruşmuş, o da “eşitmədin, dünən nənəm dedi ki, məni cadu ediblər” deyəndə ondan bir daha “səni cadu ediblər ki, get başqa kişilərlə danış?” deyə soruşanda o da cavab olaraq gülmüşdür. Həmin danışıq vaxtı Həsrət nişanlı olduqları ərəfədə 9-10 nəfərlə sosial şəbəkələrdə yazışdığını, onların birinə də nişanlı olduğunu, həmin oğlanın da gəlib onu qaçıracağını dediyini etiraf etmiş, ondan real kiminləsə görüşüb-görüşmədiyini soruşanda o, bu suala cavab verməmiş, danışıqları təxminən 20 dəqiqə çəkmişdir. Son məqamda ayağa qalxıb ona “bu nədir belə? Səni məndə narahat edən nə idi? Kimsə məndən artıq kişidir? Yaxud məndə kişi görmürsən? Sən bu 16 yaşında necə 10 kişi ilə yazışırsan? Sənin 20 yaşın olanda nə edəcəksən? Sizin nəsildə belə adam olub? Sənin fikrin məni biabır etməkdir, lakin mən sənin yanında olmayacağam” demiş, bunları deyən zaman Həsrət başını aşağı salıb sakit qulaq asmış, sonra isə başını qaldırıb gülərək ona “xoşun gəlmir, qaytar nişanını, nə gətirmisən götür və çıx get” deyə cavab vermişdir. Ona “danışdığın məndən artıq kişidir? Bunun üstü açılmasaydı, nə vaxta qədər bu oyunu çıxaracaqdın?” deyəndə o, yenə gülərək “səndən artıqdır ki, onunla danışıram, problem səndədir, sən yaxşı kişi olsaydın, sənin nişanlınla danışmazdılar” deyə cavab vermişdir. Bundan sonra Həsrəti öldürmək qərarına gəlib bu məqsədlə sağ bel hissədə şalvarında gizlətdiyi özü ilə götürdüyü bıçağı çıxarmış, Həsrət isə bıçağı görüb möhkəm qışqırmış, bu zaman sağ əlində tutduğu həmin bıçaqla Həsrətin bədəninin müxtəlif nahiyələrinə 3-4 dəfə zərbə endirmiş, həmin vaxt o, ona müqavimət göstərmişdir. Bundan sonra üzünü çevirib Həsrətin otağından çıxmış, zalda onun anası Əfsanə ilə üz-üzə gələndə isə Əfsanə ona “Ay Murad, ay oğul, niyə belə elədin” deyəndə ona qabağından çəkilməsini demişdir. Həmin vaxt qanlı bıçaq əlində olmuş, həyətdən çıxıb öz avtomobilinə oturub bıçağı avtomobilin salonuna ataraq hadisə yerindən uzaqlaşıb öz evinə getmiş, evə çatanda artıq evdəkilər hadisə barədə məlumat almış, evdə olan anasına və iki qardaşına heç bir şey danışmamış, onlar onsuzda Həsrəti bıçaqladığını bilmişlər. Bundan sonra sağollaşmaq üçün atasının gəlməsini gözləmiş, sonra evə polis əməkdaşları gəlmiş, onlara şəxsiyyət vəsiqəsini, mobil telefonunu və hadisəni törətdiyi qanlı bıçağı avtomobildən götürüb onlara təhvil vermişdir. Əməlindən peşman olmuş, həmin vaxt Həsrətin nişanı qaytarmasına, digər kişilərlə yazışmasına, suallarına gülərək cavab verməsinə və üzünə dediklərinə əsəbiləşib özündən çıxıb ona görə gətirdiyi bıçaqla onu öldürmək üçün zərbələr vuraraq bu əməli etmiş, bu niyyəti barədə heç kimə məlumat verməmişdir. Həsrətlə aralarında əvvəllər xırda mübahisələri olsa da, onları söhbətlə həll etmiş, ümumiyyətlə hadisədən əvvəl onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Hadisə günü Həsrətin yaşadığı evə getməkdə məqsədi onunla bir daha münasibətləri müzakirə etmək, onun digər kişilərlə gizlicə yazmasının səbəblərinə aydınlıq gətirmək olmuş, həmin vaxt bıçağı özü ilə götürməkdə ilkin məqsədi onu qorxutmaq, yəni digər kişilərlə, kimlərlə və nə məqsədlə yazışmasını hədələmə yolu ilə öyrənmək olmuş, ilkin olaraq onu öldürmək niyyəti olmasa da, həmin gün onunla söhbət edən zaman ona etdiyi əməldən peşman olmamasını nümayiş etdirib onunla kobud danışıb suallarına gülməsi onu özündən çıxarmış, gözü qaralmış və ani olaraq belindəki bıçağı çıxarıb ona zərbə vurmuşdur. Lakin istintaqın son mərhələsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş, bunu hadisə törədən zaman Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, onu qorxuzmaq üçün bıçaqla vurması, ölümünü arzulamaması ilə izah etmiş və əvvəl verdiyi ifadəsinə düzəlişlər edərək göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs Hökməli kənd orta məktəbinin 8-ci sinifdə oxuyan zaman təhsilini dayandırıb məktəbdən çıxıb evdə oturmasında heç bir rolu olmamış, onun 8-ci sinifdən təhsilini dayandırmasının səbəblərini bilməmişdir. Bundan başqa əvvəlki ifadəsində barışıq alınmasa Həsrəti öldürmək qərarına gəldiyini və yanacaq doldurma məntəqəsində avtomobilin yük yerində olan işdə yemək yeyəndə istifadə etdiyi mətbəx bıçağını götürüb avtomobilin salonunda dirsəkaltı saxlama yerinə qoyduğunu yanından Post Patrul Xidməti avtomobili keçərkən onu öldürəcəyi halda özünü bədbəxt edəcəyini düşünməsinə baxmayaraq yoluna davam etdiyini göstərsə də, bunları düzgün bildirməmiş, əslində onu öldürmək niyyəti olmamış, bu hadisəni planlaşdırmamış, üstündə hadisəni törətdiyi bıçaq olmamış, bıçağı hadisə yerində, yəni Həsrətin evində otağın pəncərəsinin qarşısında qoyulmuş xatırlamadığı qabdan götürmüşdür. Bundan başqa Həsrətlə söhbət zamanı o, ona oğlanla nəinki danışdığını, hətta həmin oğlanla birlikdə evdən qaçdığını da demiş, danışığın son məqamında ayağa qalxıb ona “bu nədir belə? Səni məndə narahat edən nə idi? Kimsə məndən artıq kişidir? Yaxud məndə kişi görmürsən? Sən bu 16 yaşında necə 10 kişi ilə yazışırsan? Sənin 20 yaşın olanda nə edəcəksən? Sizin nəsildə belə adam olub? Sənin fikrin məni biabır etməkdir, lakin mən sənin yanında olmayacağam” demiş, bunları deyən zaman Həsrət başını aşağı salıb sakit qulaq asmış. sonra isə başını qaldırıb gülərək “xoşun gəlmir, qaytar nişanını, nə gətirmisən götür və çıx get” deyə cavab vermişdir. Ondan “danışdığın məndən artıq kişidir? Bunun üstü açılmasaydı, nə vaxta qədər bu oyunu çıxaracaqdın?” deyə soruşanda o, yenə gülərək “səndən artıqdır ki, onunla danışıram, problem səndədir, sən yaxşı kişi olsaydın, sənin nişanlınla danışmazdılar” deyə bildirmişdir. Bundan sonra ona sonra gəlib söhbət edəcəyini desə də, Həsrət ona nalayiq formada “nə söhbət edəcəyik? get atanla və ananla veşlərinizi götürün və “nalayiq ifadə” burdan” deyəndə onun bu sözlərinə əsəbiləşib orada pəncərənin yanında gördüyü bıçağı götürüb geri qayıdıb ona “özünü yığışdır, yoxsa səni vuraram” deyəndə Həsrət də ona nalayiq formada vurmağa cəsarətinin çatmayacağını dediyi üçün əlindəki bıçaqla birinci onun ayaq nahiyəsinə bir dəfə yüngül vurmuş, bu zərbədən onun qışqırıq səsinə onun anası Əfsanə gələndə əlindəki bıçağı gizlətmiş, Həsrət anası Əfsanəyə “çıx bayıra, söhbət edirik” deyəndə anası da onlara “sakit danışın” deyib yenidən həyətə düşmüşdür. Sonra Həsrət ona “nə oldu? “nalayiq ifadə” çatmadı vurmağa?” deyib onu təhqir etməyə başladığına görə əsəbiləşib onun bədəninin müxtəlif nahiyələrinə əlindəki bıçaqla vurmağa başlamış və otağı tərk edib həyətə düşmüşdür. Əməlindən peşman olmuş, həmin vaxt Həsrətin nişanı qaytarmasına, digər kişilərlə yazışmasına, suallarına gülərək cavab verməsinə və onun üzünə dediklərinə əsəbiləşib özündən çıxıb onu bıçaqla vurmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ailəsi ilk dəfə onlara gələndə nəvəsi Həsrətin Muradla ailə həyatı qurmaq istəmədiyini demişdir. Murada başqa biri ilə ailə həyatı qurmağı məsləhət etmişdir. Təqsirləndirilən şəxs anası Şahid3 ona dedi ki, “Bibi, bu gün bu əşyaları aparmıram, İlham bu gün işdədi, ayın 21-i gəlib apararam”. Hadisə günü uşaqlara sosial yardım düzəltmək üçün getmişdir. Dəyirman yoluna çatanda ona zəng gəlmişdir ki, Murad Həsrəti vurub. Oradan taksi tutaraq evə gəlmiş, evə çatanda Həsrətin al-qanın içində olduğunu görmüşdür. Həsrəti və bacısı Zəhranı balacalığından o saxlamışdır. Ataları xərçəng xəstəliyindən dünyasını dəyişmiş, anaları da epilepsiya xəstəsi olmuşdur. Hadisə günü Murad onlara gəlmiş, qapını da Həsrətin anası açmışdır. Murad Həsrətin anasına “Xala, icazə olar, Həsrətlə söhbət edim?” demiş, qızı da Muradın Həsrəti vuracağını bilməmişdir. Həsrətin anası Əfsanə qızının yanında olmaq istəmiş, Murad buna icazə verməmişdir. Murad Həsrətin anasına “narahat olmayın, siz gedin” demiş, anası hərdən qulağı ilə nəzarət edib səs-küy olmadığını görmüşdür. Murad hadisəni törədərkən Həsrətin ağzını yummuş, qızı Əfsanənin dediyinə görə qapıdan çölə çıxarkən Muradın əlində gümüşü bıçaq olmuşdur. Qızı daha sonra Həsrətin yerindəcə də keçindiyini görmüşdür. Zərər çəkmiş şəxsin hüquqi varisi X8 dövlət ittihamçısının sullarına cavab olara göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxslə barışmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X8 müdafiə tərəfinin suallarına cavab olara göstərmişdir ki, evə gələndə Həsrət al-qan içində olmuş, hadisə vaxtı Muradı görməmişdir. O gələndə Murad artıq maşına minib getmişdir. Maşına minib Həsrəti xəstəxanaya aparmış, lakin o, yolda keçinmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X8 məhkəmə tərkibinin suallarına cavab olara göstərmişdir ki, hadisə günü Şahid1 evdə olmuş, Əfsanənin panik-atak xəstəliyindən əziyyət çəkməsi ilə bağlı mötəbər sənədi müstəntiqə vermişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X8 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onunla birlikdə yaşayan qızı X2 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların xx xxxxxx 2006-cı il təvəllüdlü Həsrət və 2010-cu il təvəllüdlü Zəhra adlı qızları olmuş, Rasim 2017-ci ildə xərçəng xəstəliyindən vəfat etdiyindən onlar tək qalmaması üçün onun evinə köçüb onunla birlikdə yaşamağa başlamışlar. Onun təklifi ilə 21 iyun 2021-ci il tarixdə nəvəsi Həsrəti mərhum qardaşı Hümmətin qızı Səbinənin oğlu, yəni qardaşı nəvəsi Təqsirləndirilən şəxs ilə nişanlamaq qərarına gəlib bu təklifi Səbinəyə və onun əri İlhama bildirmiş, onlar da oğulları Muradla danışandan sonra razılıq vermişlər. Nəvəsi Həsrət natamam orta təhsilli olmuş, həmin vaxt 14 yaşı olmuş, Hökməli kənd orta məktəbinin 7ci sinifində oxumuş, Muradla nişanından sonra o, onun orta təhsilini dayandırmağı və məktəbə getməməyini istədiyi üçün onunla razılaşmış, bundan sonra Həsrət məktəbə getməmiş, onun sənədləri məktəbdən götürülməmiş və məktəbə də bununla bağlı heç bir ərizə verilməmiş, lakin Həsrətin nişanlanması barədə onun sinif yoldaşları bilmiş, onlar Həsrətin yetkinlik yaşına çatmasından sonra onların nikaha daxil olub ailə qurmalarını planlaşdırmışlar. Murad ünvan 1 ünvanında atası İlham, anası Səbinə, qardaşları Səməd və Məhəmmədlə birlikdə yaşamış, bildiyi qədər Murad çilingər işləmiş və maşın təmiri ilə məşğul olmuşdur. Onun qardaşı qızı Səbinə ilə münasibətləri yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamış, buna baxmayaraq Səbinə onlara nadir halda bayramlarda gəlmiş, onun oğlu Muradı da toylarda və məclislərdə görmüş, Murad Həsrətlə nişanlanandan sonra münasibətləri daha yaxın olmuş, gəlib-getmələri tezləşmişdir. Həsrət özü də nişan ərəfəsində razılığını bildirmiş, Muradı bəyənmiş, daha sonra onların münasibətləri yaxın olmuş, özləri danışıb əlaqə saxlamış, Həsrət Murad tərəfindən alınmış mobil telefondan və içində olan sim-kartdan istifadə etmişdir. Buna baxmayaraq Murad onu çox sıxıb rəfiqələri ilə danışmağa, görüşməyə, harasa tək, hətta həkimə, toylara getməyə icazə verməmiş, hətta son vaxtlar hadisədən əvvəl Həsrət Murad tərəfindən sıxılmasından narahatçılığını bildirib gileylənmiş, hadisədən bir ay əvvəl də onunla ailə qurmaq istəmədiyini, nişanı qaytarmaq istədiyini demiş, özü Həsrəti daim danlayıb bütün gününü telefonda keçirdiyini, gözlərinə yazığının gəlməsini, ev işlərini görməsini demiş, həmin vaxtdan da onların arasında soyuqluq yaranmağa başlamışdır. Hadisədən təxminən bir ay əvvəl Murad onlara gəlib Həsrətdən ona verdiyi telefonu istəmiş, Həsrət də həmin telefonu gətirib onun qabağına atmış, bu vaxt Murad Həsrətin telefonunda olan nömrəni çıxarıb digər nömrə salıb ona qaytarmışdır. Həmin vaxt Muraddan nə məsələ olduğunu soruşanda o, Həsrətə sinif yoldaşları və rəfiqələri ilə danışmağı qadağan etməsinə baxmayaraq onun sözünə baxmadığı üçün nömrəni dəyişdiyini demiş, bu hadisədən sonra Həsrət onunla ailə qurmaq fikrindən dönmüş, Muradın onu çox sıxdığını deyib nişanı qaytarmağı tələb etmişdir. Hadisədən bir neçə gün əvvəl Həsrətin gününü telefonda keçirməsinə etiraz etmiş, çünki Həsrət sözə baxmamış, ev işlərini görməmiş, ancaq telefonla oynamış, həmin gün o və qızı Əfsanə Həsrətin telefonunu əlindən almışlar. Sonra o, Muradın anasına zəng edib Həsrətin iş görmədiyi üçün əlindən telefonunu aldığını deyib Muradın Həsrətlə onun istifadəsində olan sadə telefonla əlaqə saxlamasını demişdir. Bu danışıqdan sonra səhəri gün, yəni hadisədən iki gün əvvəl Muradın anası Səbinə və atası İlham Həsrətdən telefonu almalarının səbəblərini öyrənmək onlara gəlmiş, təxminən bir saat çəkən görüş vaxtı o, qızı Əfsanə və nəvələri evdə olmuş, danışıq vaxtı o, bir daha onlara Həsrətin ev işlərini görmədiyini, böyüklərə kömək etmədiyini yemək bişirməyi və evə baxmağı öyrənmədiyinə, vaxtını hədiyyə verilən telefonda keçirdiyinə görə telefonu ondan aldıqlarını demiş, görüş vaxtı Həsrət israrla Muradla evlənmək istəmədiyini, ailə qurmaqdan imtina etdiyini, nişanı geri qaytarmaq qərarına gəldiyini demiş, o və qızı Əfsanə də Həsrətə dəstək olmuş, onlara Həsrəti məcbur edə bilməyəcəklərini, Muradın özünə başqa qız tapmasını demişlər. Bundan səhəri gün, yəni hadisədən bir gün əvvəl günorta saatlarında Səbinə, İlham, Murad və qardaşı Məhəmməd yenidən onlara gəlmiş, onlar Həsrətin fikrini dəqiqləşdirmək və nişanı qaytarmasının səbəblərini bilmək istəmiş, həmin vaxt Həsrət istəmədiyini, Muradın onu çox sıxdığını, başqa istədiyi adam olduğunu demişdir. Onlar artıq nişan zamanı Muradın gətirdiklərini geri götürməsi qərarına gəlmiş, lakin Muradın valideynləri bəlkə barışacaqlarını deyib hələ götürməmiş, hətta X6 nişanlı ola-ola digər adamı sevməsini irad tutmuşdur. Həmin danışıqlar vaxtı oğlu Elçinə zəng edib onun da iştirak etməsini istəsə də, o, işdə olduğunu, bu söhbətlərə onu qatmamalarını demişdir. Sonra İlham oktyabrın 20-si işdə olacağına görə 21-i gəlib cehizləri götürəcəklərini demiş və getmişlər. Oktyabrın 20-si səhər saat 09-da işləri ilə əlaqədar Xırdalan şəhərinə getmiş, yolda olan zaman ona nəvəsi Zəhra zəng edib Murad evə gəlib Həsrəti bıçaqladığını demiş, bu xəbərdən sonra evə gələndə orada nəvəsi Zəhra, qızı Əfsanə, qonşu Natəvan və Səidə olmuş, evdə Həsrətin yataq otağında yerdə xalçanın üzərində uzandığını, ətrafının qan olduğunu, can verdiyini, gözlərinin bərəldiyini, dodaqlarının ağardığını və qolları ilə xaotik hərəkətlər etdiyini görmüşdür. Həmin vaxt Natəvan və Səidə artıq Həsrətin hadisə zamanı əynində olmuş paltarlarını dəyişib ona başqa paltar geyindirmiş, üstündə olan geyim əşyalarını isə yanına qoymuşlar. Bundan sonra X19 xidməti gəlib Həsrəti Respublika Klinik Xəstəxanasına aparmış, onlar xəstəxanaya çatanda Həsrət avtomobildə ölmüş, onun əlləri boşalıb yanına düşmüş, gözləri isə açıq qalmış, həmin vaxt həkimlər onun ölmədiyini desələr də, o, onun öldüyünü hiss etmişdir. Hadisə barədə soruşanda Əfsanə ona Muradın evə gəlib bir kəlmə söz deyib gedəcəyini deyib Həsrətin yanına qalxdığını, Əfsanənin isə evin çölündə dayandığını, onların söhbət səslərinin gəlmədiyini və bir neçə dəqiqədən sonra Həsrətin “ay mama, Murad məni bıçaqla vurdu” deməsini eşitdiyini, qızını qanlı görüb qorxduğunu, həmin vaxt Muradın əlində nə isə parıltılı əşya ilə Həsrətin otağından çıxmasını gördüyünü, Əfsanəyə “çəkil qırağa” deyib çıxıb getdiyini danışmışdır. Qızı Əfsanə əri Rasim öləndən sonra özünə çox qapanmış, onda qorxu hissi yaranmış, sakit olmuş, bununla bağlı onu müalicə etdirmiş, bu hadisə özü də Əfsanəyə pis təsir etmiş, hadisə günü evə gələndə o qorxusundan həyətdə durub ağlamış, danışa və qızının yanına gedə bilməmişdir. Bu hadisədən sonra onu və nəvəsi Zəhranı öz evinə aparmış, çünki Əfsanə qorxudan evinə girə bilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Ayisə Əzimova ifadəsini davam etdirərək göstərmişdir ki, Murad Həsrəti çox qısqanmış, nişanlı dövründə onu harasa tək getməyə, kiminləsə əlaqə saxlamağa, rəfiqələri ilə danışmağa, məktəbə getməyə, toylara və məclislərə getməyə qoymamış, hətta nişanı qaytarılan gün də Murad ona “haçansa sənə elçi gəlsələr, mən qoymayacam ki, onu kimsə alsın” demiş, onun bu sözlərinə “get başqasını al, gərək ki, Həsrət olsun, ayrı qızlar var, Allah səni xoşbəxt eləsin” deyə cavab vermiş, ona görə də Murad Həsrəti qısqandığı və nişanı qaytarıldığı üçün onu qəsdən öldürmüşdür. Muradın ifadəsində hadisədən təxminən 3-4 gün əvvəl onun valideynlərinə zəng edib onları söhbət etmək üçün yaşadıqları evə dəvət etməsi, orada onlara Həsrətin digər kişi ilə danışmasını tutmasını göstərməsi həqiqətə uyğun olmamış, o, Muradın valideynlərinə hadisədən bir neçə gün əvvəl sadəcə zəng edib Həsrətə hədiyyə edilən telefonda çox vaxt keçirdiyi və ev işləri ilə məşğul olmadığı üçün telefonunu əlindən aldığını deyib Muradın Həsrətlə onun telefonu vasitəsi ilə əlaqə saxlamağı təklif etmiş, onları bu məsələyə görə evə dəvət etməmişdir. Həmçinin o, şəxsən heç vaxt Həsrətin kiminləsə yazışmasını və danışmasını tutmamış, bu barədə məlumatı olmamış, hadisədən bir gün əvvəl Murad, qardaşı və valideynləri gələn vaxt Həsrət onlara onun digər sevdiyi adam olduğunu demiş, bu barədə həmin vaxt eşitmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Ayisə Əzimova əlavə olaraq ifadəsində göstərmişdir ki, Həsrət Muradın onun təzyiqlərinə, çərçivəyə salmasına, məktəbə getməyə və evdən bayıra çıxmasına qadağa qoymasına etiraz etmiş, o həqiqətən sərbəstlik istəsə də, onlar bunu vaxtında başa düşməmişlər. Murad Həsrəti qısqandığı, onunla ailə qurmaq istəmədiyi və nişanını qaytardığı üçün qəsdən öldürmüş, Murad Həsrətdən qat-qat güclü, dolu bədən quruluşlu, yaşca böyük, Həsrət isə balaca boylu, arıq və cansız bir uşaq olmuş, Murad Həsrətin müqavimət göstərə bilməyəcəyindən istifadə edib onu yataq otağında olan çarpayı ilə divar arasına söhbət adı altında küncə çıxılmaz vəziyyətə salıb onu qəsdən öldürmək niyyətilə orada çoxsaylı bıçaq xəsarətləri yetirərək hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin atası Şahid2 yaxın qohumun əleyhinə ifadə verməmək hüququnda istifadə edərək şahid qismində ifadə verməkdən imtina etmiş, məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, böyük oğlu Təqsirləndirilən şəxs orta təhsilini Xırdalan şəhər 5 saylı tam orta məktəbində 9-cu sinifə kimi almış, daha sonra təhsilini davam etdirməmiş, təxminən 8 il bundan əvvəl həqiqi hərbi xidmətə çağırılma ərəfəsində onların istəyi ilə Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən X1 müalicədə olmuş və buna görə də hərbi xidmətə çağırılmamışdır. Murad 14-15 yaşından başlayaraq fərqli ustaların yanında çilingər işini öyrənmiş və təxminən 7-8 il olar ki, hadisədən əvvəl özü müstəqil şəkildə fərdi qaydada işləmiş, son 8 ay Xırdalan şəhəri, H.Əliyev prospekti, “Nazlı Petrol” YDM-nin yanında icarəyə sex götürüb orada tək işləmişdir. 2021-ci ilin əvvəllərində oğlu Muradı qohumu, yəni arvadı Səbinənin bibisi nəvəsi Zərərçəkmiş şəxs ilə nişanlandırmaq qərarına gəlib Səbinə ilə razılaşdıqdan sonra 2021-ci ilin mart ayında onlar Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvana gedib onun ailəsindən müsbət cavab almışlar. Həmin vaxt Həsrətin 14 yaşı olmuş, atası X11 da hadisədən 5-6 il əvvəl xərçəng xəstəliyindən vəfat etmiş, buna görə də o, anası Şahid1, nənəsi X8 və kiçik bacısı Zəhra Rəcəbova ilə birlikdə qeyd olunan ünvanda yaşamış və Hökməli kənd orta məktəbinin 6-cı sinifdə təhsil almışdır. Muradın və Həsrətin 21 iyun 2021-ci il tarixdə adət-ənənə ilə nişanı olmuş və 18 yaşına çatanda onları rəsmi evləndirmək istəmişlər. Murad və Həsrətin münasibətləri əvvəlcə yaxşı olmuş, onlar mehriban danışmış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, nişandan sonra Muradın istəyi ilə Həsrət orta təhsilini yarımçıq qoyub məktəbə getməmiş və evdə oturmuşdur. Nişandan sonra Murad Həsrətlə əlaqə saxlaya bilməsi üçün özü ona “Samsung Galaxy A12” markalı smartfon tipli mobil telefon alıb hədiyyə etmiş və həmin telefonun içində olan ***-***-**-** saylı mobil nömrəni isə o alıb vermiş, həmin nömrəni də seçərkən son rəqəmlərini onların nişan tarixinə uyğun almışdır. Hadisədən təxminən biriki ay əvvəl Həsrətin nənəsi Ayisə xanım onun telefonunu əlindən aldığı üçün onlar narahat olmuş, lakin söhbət zamanı Ayisə xanım telefonu Həsrətin əlindən onun ev işlərini görmədiyi və bütün gününü telefonda keçirdiyi üçün aldıqlarını demiş, sonra onlar xahiş edəndən sonra telefonu özünə qaytarılmış, sonradan Murad ***-***-**-** saylı mobil nömrəni Həsrətdən alıb ona ***-***-**-** mobil nömrəsini vermişdir. Hadisədən təxminən 3-4 gün əvvəl Murad yenidən Həsrətlə telefon əlaqəsi yarada bilmədiyi üçün onlar narahat olmuş və arvadı Səbinə Ayisə xanımla əlaqə saxlayanda o telefonu Həsrətin əlindən aldığını deyib onların evinə gəlib məsələni aydınlaşdırmağı xahiş etmiş, onlar da həmin gün ora gedib söhbət edərkən Ayisə xanım Həsrətin telefonla yazışan zaman telefonunu əlindən aldığını, baxanda Həsrətin Muradla yox, digər oğlanla yazışdığını gördüyünü, buna görə də həmin telefonu onun əlindən aldığını, Həsrətin əclaf çıxdığını, Muradın başqası ilə xoşbəxt olmasını demişdir. Bu söhbətdən sonra onlar evə gedib Muradla birlikdə məsləhətləşmiş, bir gün sonra, yəni oktyabrın 19-u yenidən o, Murad, digər oğlu Məhəmməd və arvadı Səbinə ilə Həsrətin evinə getmiş, orada yenidən müzakirələr aparılmış, Həsrətin uşaq olduğunu, ola bilsin səhv etdiyini, səhvini boynuna alıb üzr istəyib arada barışıq olmasını istədiklərini desələr də, sonda Həsrət Muradla nişandan imtina edib onu istəmədiyini demiş, danışıqlar zamanı Həsrətin dayısı Elçinə zəng edib onu da iştirak etməyə çağırsa da, o, axşam işdən sonra saat 18-də gələcəyini demiş, bundan sonra nişanı qaytarmaq və nişanla bağlı gətirdikləri cehizləri geri götürmək qərarın gəlib evə getmişlər. Muradla söhbət edib “bu məsələ daha bitdi, mən sənə başqa qız tapıb alacam, sabah işdəyəm, birisi gün ananla gedib qızılları və cehizləri alacayayıq” demiş, hətta sonunda Muraddan “hər şey yaxşıdır?” deyə soruşanda o, “bəli, ata, hər şey yaxşıdır, necə deyirsən, elə də olsun” deyə cavab vermişdir. Oktyabrın 20-si səhər saat 05:30-da evdən çıxıb işə getmiş, həmin gün saat 09-10 radələrində ona ortancıl oğlu Səməd zəng edib adam vurduğunu deyib tez taksiyə oturub evə gəlməyini istəmiş, evə gələndə isə onu Səmədlə Murad qarşılayanda Səməd onun heç kimi vurmadığını, lakin Muradın keçmiş nişanlısı Həsrəti evində bıçaqlayıb evə gəldiyini demiş, həmin vaxtı Murad da Həsrəti bıçaqladığını təsdiq etmişdir. Dərhal xəstəxanaya gedəndə orada Həsrətin artıq öldüyü məlum olmuş, orada onlara polis əməkdaşları yaxınlaşanda onlara hadisəni törədən Muradın atası olduğunu demiş və onlarla birlikdə evə qayıtmış, Murad evdə özünü polis əməkdaşlarına təqdim edib avtomobilindən öz şəxsiyyət vəsiqəsini, telefonunu və hadisəni törətdiyi bıçağı çıxarıb onlara vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsind ə göstərdi ki, birinci dəfə Ayisəgilə onun oğlunun qızı üçün elçiyliyə getmişdir. Onlara həmin qızı onların oxudacağını demişdirlər. Bir müddətdən sonra Ayisə Əzimova öz bacısıgilin evindən ona zəng edib demişdir ki, “oğlumun qızını sizə vermirlər, onu oxutduracaqlar, amma əgər istəsən, Həsrəti sizə verərəm”. Həsrətin yaşının az olduğunu demişdir. Ayisə ona demişdir ki, “Hal-hazırda Həsrətin 14 yaşı var, amma 18 yaşı tamam olsun, götürüb apararsan”. 2021-c ilin iyunun 21-də onlar Həsrət üçün nişan aparmışdırlar. Həsrətlə oğlu təxmini olaraq bir il yarım nişanlı qalmışdırlar. Daha sonra oğlu ilə Həsrətin münasibəti pisləşmiş, Həsrətin statusunda bir oğlan şəkli paylaşdığını görmüşdür. Ölüm hadisəsi okytabrın 20-də baş vermişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə vaxtı evdə oturmuşdur. Qardaşı arvadı Ayisə Əzimova ondan Əfsanə üçün sosial yardım düzəltdirmək üçün getməyi xahiş etmiş, onlar dəyirman yoluna çatanda Ayisəyə zəng edib Muradın Həsrəti bıçaqla vurduğunu demişlər. Bunu eşitdikdən sonra tez taksi ilə evə qayıtmış, Həsrətin can verdiyini görmüşdürlər. Hadisə vaxtı Muradı görməmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2004-cü ildə X11 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2006-cı il təvəllüdlü qızı Həsrət və 2010-cu il təvəllüdlü qızı Zəhra anadan olmuş, əri Rasim isə 2017-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Onun ölümündən sonra nevroz xəstəliyinə tutulmuş, hazırda da panik ataklarda ifadə olunan həmin xəstəlikdən müalicə alır, bununla da əlaqədar anası Ayisə onunla birlikdə yaşayır. 2021-ci ilin yanvar-fevral aylarında anası Ayisə qızı Həsrəti onun dayısı qızı Şahid3 Hümbət qızının oğlu Təqsirləndirilən şəxs ilə nişanlamaq qərarına gəlmiş, o, da etiraz etməmiş, anası bu təklifi Səbinəyə və onun əri Şahid2 bildirmiş, onlar da Muradla danışandan sonra razılıq vermiş, Həsrətlə Muradın nişan mərasimi 21 iyun 2021-ci il tarixdə Hökməli qəsəbəsi ərazisində yaşayan qardaşı Şahid4 həyətində olmuşdur. Razılıq verildikdən nişan baş tutana qədər Murad özü Həsrətlə münasibət və ünsiyyət saxlamamış, onların münasibətləri nişandan sonra yaranmağa başlamış, həmin ərəfədə Murad özü gəlib-getməsə də, onun anası onların evlərinə tez-tez gəlib-getmişdir. Nişan olan zaman Həsrətin 14 yaşı olmuş, o, Hökməli kənd orta məktəbin 7-ci sinifində oxumuş, nişandan sonra Murad onun orta təhsilini dayandırmağı və məktəbə getməməyini istəməmiş, onlar da razılaşdıqdan sonra Həsrət məktəbə getməmiş, onlar onun sənədlərini məktəbdən götürməmiş, həmin vaxt da məktəbə bununla bağlı heç bir ərizə də verilməmiş, lakin Həsrətin nişanlanması barədə onun sinif yoldaşları bilmişdir. Həsrət təhsilini davam etdirmək qadağasını pis qarşılamış, oxumaq istəmiş, lakin Murad ona məktəbə getməyə qəti icazə verməyib “oxuyub nə edəcəksən? onsuzda işləməyə icazə verməyəcəm” demiş və Həsrət də məcbur qalıb razılaşmışdır. Onlar Həsrətin yetkinlik yaşına çatmasını gözləmiş və bundan sonra onların nikaha daxil olub ailə qurmalarını planlaşdırmışlar. Təqsirləndirilən şəxs ünvan 1 ünvanında atası Şahid2, anası Şahid3 Hümbət qızı, qardaşları X12 və X5 ilə birlikdə yaşamış, bildiyi qədər Murad çilingər işləmiş, maşın təmiri ilə məşğul olmuşdur. Öz dayısı qızı Səbinə ilə münasibətləri yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamış, buna baxmayaraq Səbinə onlara nadir halda bayramlarda gəlmiş, onun oğlu Muradı da toylarda və məclislərdə görmüş, yəni Muradın Həsrətlə münasibəti nişandan sonra yaranmağa başlamışdır. Murad Həsrətlə nişanlanandan sonra münasibətləri daha yaxın olmuş, onlar tez-tez gəlib-getməyə başlamış, Həsrət özü də nişan ərəfəsində razılığını bildirib Muradı bəyənmiş, daha sonra onların münasibətləri yaxın olmuş, özləri danışıb əlaqə saxlamış, Murad onlara gəlib Həsrəti gəzməyə aparmış, lakin buna baxmayaraq Murad onu çox sıxmış, rəfiqələri ilə danışmağa, görüşməyə, harasa tək getməyə, hətta həkimə, toylara getməyə icazə verməmişdir. Hətta son vaxtlar hadisədən əvvəl Həsrət Murad tərəfindən sıxılmasından narahatçılığını bildirib gileylənmiş, hadisədən bir ay əvvəl də onunla ailə qurmaq istəmədiyini, nişanı qaytarmağı istədiyini demiş, həmin vaxtdan da onların arasında soyuqluq yaranmağa başlamışdır. Həsrət Murad tərəfindən alınmış mobil telefondan və içində olan sim-kartdan istifadə etmiş, hadisədən təxminən bir ay əvvəl Murad evə gəlib Həsrətdən ona verdiyi telefonu istəmiş, Həsrət də həmin telefonu gətirib onun qabağına atmış, Murad telefonda olan nömrəni çıxarıb digər nömrə salıb ona qaytarmış, Muraddan nə olduğunu soruşanda o, Həsrətə sinif yoldaşları və rəfiqələri ilə danışmağı qadağan etməsinə baxmayaraq onun sözünə baxmadığına görə nömrəni dəyişdiyini demişdir. Bu hadisədən sonra Həsrət onunla ailə qurmaq fikrindən dönmüş, Murad onu çox sıxdığını deyib onun nişanını qaytarmağı tələb etmişdir. Hadisədən bir neçə gün əvvəl Həsrətin gününü telefonda keçirməsinə etiraz etmiş, çünki Həsrət sözə baxmamış, ev işlərini görməyib ancaq telefonla oynamış, həmin gün o və anası müvəqqəti tədbir kimi Həsrətin telefonunu əlindən almışlar. Sonra anası Muradın anasına zəng edib Həsrətin iş görmədiyi üçün telefonunu əlindən telefonu aldığını deyib Muradın Həsrətlə əlaqə saxlaması üçün onun öz telefonundan istifadə etməsini məsləhət görmüşdür. Bu danışıqdan sonra səhəri gün, yəni hadisədən iki gün əvvəl Muradın anası Səbinə və atası İlham Həsrətdən telefonu almalarının səbəblərini öyrənmək üçün onlara gəlmiş, təxminən bir saat sürən görüş vaxtı o, anası və qızları evdə olmuş, danışıqlar vaxtı o və anası onlara bir daha Həsrətin ev işlərini görmədiyi, onlara kömək etmədiyi, yemək bişirməyi və evə baxmağı öyrənmədiyi, vaxtını hədiyyə verilən telefonda keçirdiyi üçün telefonu ondan aldıqlarını demişdir. Həmin görüş vaxtı Həsrət israrla Muradla evlənmək istəmədiyini, ailə qurmaqdan imtina etdiyini, nişanı geri qaytarmaq qərarına gəldiyinmi demiş, o və anası Ayisə də Həsrətə dəstək olub onu məcbur edə bilmədiklərini, Muradın özünə başqa qız tapmasını demişlər. Bundan səhəri gün, yəni hadisədən bir gün əvvəl günorta saatlarında Səbinə, İlham, Murad və qardaşı Məhəmməd yenidən onlara gəlib Həsrətin fikrini dəqiqləşdirmək və nişanı qaytarmasının səbəblərini öyrənmək istəmiş, həmin vaxt da Həsrət istəmədiyini, Muradın onu çox sıxdığını, başqa istədiyi adam olduğunu demiş, bundan sonra onlar nişan zamanı Muradın gətirdiklərini qaytarmaq qərarına gəlmiş, lakin Muradın valideynləri bəlkə barışacaqlarını deyib hələ götürməmiş, hətta İlham Həsrətə onun oğlu Muradla nişanlı ola-ola digər adamı sevdiyini irad tutmuş, sonra İlham oktyabrın 20-si işdə olacağını, ona görə də 21-i gəlib cehizləri götürəcəklərini demişdir. Oktyabrın 20-si səhər saat 09 radələrində qızı Zəhra ilə həyətdə oturduqları və Həsrətin evin içində iş gördüyü vaxt Murad gəlib evdə kimin olduğunu soruşmuş, ona kənar heç kimin olmadığını demişdir. Murad ondan dünənki söhbətdən sonra Həsrətin nə fikrə gəldiyini soruşanda ona “axşamki kimi, heç nə dəyişməyib” deyə cavab vermiş, sonra Murad ona baxıb “xala, narahat olma, qalxım onunla barışmaq üçün söhbət edim” deyəndə o, etiraz etməmişdir. Bundan sonra həyətdə olan pilləkənlə evin ikinci mərtəbəsinə qalxıb Həsrətə Muradın onunla söhbət etməyə gəldiyini demiş, həmin vaxt Həsrət əvvəlcə Muradla danışmaqdan imtina etsə də, ona “gör nə deyir” deməsindən sonra razılaşmış, bundan sonra Murad evin ikinci mərtəbəsinə qalxıb Həsrətin yataq otağına girib söhbət etməyə başlamış, o isə Zəhranın yanına düşmüşdür. Onlar söhbət edən zaman bir-iki dəfə evin ikinci mərtəbəsinə qalxıb qapıdan baxanda Həsrətin yataq çarpayısının yanında olan stulda oturduğunu, Muradın isə ayaqüstü durub sakit söhbət etdiklərini görmüş, onların nədən danışdıqları eşidilməmiş, otaqdan heç bir qışqırıq, yüksək tonla danışıq və ağlama səsləri gəlməmişdir. Onlar təxminən 20-25 dəqiqə söhbət etdikdən sonra o, həyətdə olan zaman bir anlıq qızı Həsrətin “ay mama” deyə möhkəm qışqırıq səsini eşidib dərhal evin içinə qaçmış və onun otağına doğru getmiş, həmin vaxt Murad otağın qapısına söykənmiş, sağ əlində nə isə düz bir predmet olmuş, lakin nə olduğunu başa düşməmişdir. Otağa girmək istəyəndə Murad ona “çəkil” deyib çıxıb getmiş, özü otağa daxil olanda Həsrət ayaq üstə ona qarşı bir addım atıb “ay mama, məni vurdu” demiş, Həsrətin yıxıldığını, ya da onu özünün yerə uzatdığını dəqiq xatırlamamış, Həsrət bundan sonra bir söz deməyib huşunu itirmişdir. Həmin vaxt Muradın qızını bıçaqladığını başa düşmüş, çünki Həsrətin sinə nahiyəsində və əlində qan görmüş, dərhal qaçıb həyətə və küçəyə çıxıb kömək səsləməyə başlamış, evin məscidin yanında olmasına baxmayaraq əvvəl heç kim səsinə gəlməmiş, lakin sonra səsinə qonşu Səidə və həm qonşu, həm də qohum olan Natəvan gəlmişlər. Onlar baş verənləri bilib ona kömək etməyə çalışmış, Natəvan Həsrətin yanına qalxıb onun qanlı paltarlarını dəyişmiş, Səidə isə X19 çağırmağa kömək etmiş, bir müddət sonra anası, daha sonra da dayısı Əlibaba öz avtomobili ilə gəlmişdir. Həsrəti halsız vəziyyətdə anası və Natəvan həyətə düşürüb orada onu dayısı Əlibabanın avtomobilinə qoyub TTY Xidməti avtomobilinin qarşısına aparmış, həmin vaxt şokda olduğu və qorxduğu üçün həyətdə qalmışdır. Əri Rasim öləndən sonra özünə çox qapanmış, qorxu hissi yaranmış, bu hadisə özü də ona çox pis təsir etmişdir. Murad Həsrəti çox qısqanmış, nişanlı dövrdə onu harasa tək getməyə, kiminləsə əlaqə saxlamağa, rəfiqələri ilə danışmağa, məktəbə, toylara və məclislərə getməyə qoymamış, hətta nişanı qaytarılan gün də Murad ona “haçansa sənə elçi gəlsələr, mən qoymayacam ki, onu kimsə alsın” demiş, anası da onun bu sözlərinə cavab olaraq “get başqasını al, gərək ki, Həsrət olsun, ayrı qızlar var, Allah səni xoşbəxt eləsin” deyə cavab vermişdir. Murad Həsrəti qısqandığı, onunla ailə qurmaq istəmədiyi və nişanı qaytarıldığı üçün qəsdən öldürmüş, Murad Həsrətdən qat-qat güclü, dolu bədən quruluşlu, yaşca böyük, fiziki də güclü, Həsrət isə balaca boylu, arıq və cansız bir uşaq olmuş, Murad Həsrətin müqavimət göstərə bilməyəcəyindən istifadə edib onu yataq otağında olan çarpayı ilə divar arasına söhbət adı altında küncə çıxılmaz vəziyyətə salıb onu qəsdən öldürmək niyyəti ilə orada çoxsaylı bıçaq xəsarətləri yetirərək hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt Muradın sağ əlində düz bir predmet olmuş, həmin predmeti tam təsvir edə bilməsə də, xatırladığı qədər əlindəki olan əşya gümüşü rəngli və düz olmuş, həmin əşyanın bıçaq olduğunu güman etmiş, Murad həmin bıçaqla qızı Həsrəti qətlə yetirmiş, evdən çıxıb gedən zaman da həmin əşyanı özü ilə aparmışdır. Hadisə zamanı Murad ona qarşı hər hansı zor tətbiq etməmiş, sadəcə “çəkil” deyib çıxıb getmişdir. Ona təqdim edilən bıçağa diqqətlə baxsa da, həmin bıçaq ona tanış gəlməmiş, evində heç vaxt belə bir üç rəngli dəstəyi olan bıçaq olmamış, evindəki bıçaqların dəstəkləri qara plastmas və qəhvəyi rəngli taxtadan olmuş və onlar evin birinci mərtəbəsində pilləkənin altındakı mətbəxdə olan dolabda saxlanılmış, həmin bıçağı Murad özü ilə gətirmiş və gətirməkdə də məqsədi Həsrəti fikrindən döndərə bilməyəcəyi halda öldürmək olmuşdur. Bundan başqa anası Ayisə Muradın valideynlərinə hadisədən bir neçə gün əvvəl sadəcə zəng edib Həsrətin ona hədiyyə edilən telefonda çox vaxt keçirdiyi, ev işləri ilə məşğul olmadığı üçün telefonunu əlindən aldığını deyib Həsrətlə anasının telefonu vasitəsi ilə əlaqə saxlamağı təklif etmiş, anası onları bu məsələyə görə evə dəvət etməmişdir. Həmçinin o, şəxsən heç vaxt Həsrətin kiminləsə yazışmasını, danışmasını tutmamış və bu barədə məlumatı olmamış, hadisədən bir gün əvvəl Murad, qardaşı və valideynləri gələn vaxt Həsrət onlara digər sevdiyi adam olduğunu demişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bacısı Şahid1 2004-cü ildə X11 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki övladları, 2006-cı il təvəllüdlü Həsrət və 2010-cu il təvəllüdlü Zəhra adlı qızları olmuş, Rasim Rəcəbov 2017-ci ildə xərçəng xəstəliyindən vəfat etmiş və onun ölümündən sonra bacısı nevroz xəstəliyinə tutulmuş, hazırda da panik ataklarda ifadə olunan həmin xəstəlikdən müalicə alır. 2021-ci ilin yanvar-fevral aylarında anası Ayisə bacısı qızı Həsrəti dayısı qızı Şahid3 Hümbət qızının oğlu Muradla nişanlamaq qərarına gəlmiş, bu barədə ona bacısı Əfsanə məlumat verib evə çağırmışdır. Bacısının həyətində şərait olmadığı üçün onların nişanı 21 iyun 2021-ci il tarixdə onun həyətində baş vermiş, razılıq verildikdən nişan baş tutana qədər olan müddət ərzində Murad özü Həsrətlə münasibət və ünsiyyət saxlamamış, onların münasibətləri nişandan sonra yaranmağa başlamış, həmin ərəfədə Murad özü gəlibgetməsə də, onun anası tez-tez gəlib-getmişdir. Nişan baş verən zaman Həsrətin 14 yaşı olmuş, o, Hökməli kənd orta məktəbinin 7-ci sinifində oxumuş, amma nişandan sonra Murad onun orta təhsilini dayandırmağı və məktəbə getməməyini istəmiş, anası ilə bacısı razılaşdıqları üçün Həsrət məktəbə getməmiş, o, anası və bacısının işlərinə qarışmamı, onlar Həsrətin yetkinlik yaşına çatmasını gözləyib sonra onların nikaha daxil olub ailə qurmalarını planlaşdırmışlar. Təqsirləndirilən şəxs ünvan 1 ünvanında atası İlham, anası Səbinə, qardaşları Səməd və Məhəmmədlə birlikdə yaşamış, Murad çilingər işləmiş, maşın təmiri ilə məşğul olmuşdur. Hadisədən sonra ona məlum olmuşdur ki, son vaxtlar, yəni bir qədər hadisədən əvvəl Həsrət evdə anasına və bacısına Murad tərəfindən sıxılmasından narahatçılığını bildirib gileylənmiş, hadisədən bir ay əvvəl də onunla ailə qurmaq istəmədiyini, nişanı qaytarmağı istədiyini demiş, onların arasında olan soyuqluq həmin vaxtdan yaranmağa başlamışdır. Hadisədən iki gün əvvəl Muradın anası Səbinə və atası İlham bacım Əfsanənin evinə gəlmiş, danışıqlar vaxtı Həsrət israrla Muradla evlənmək istəmədiyini, onunla ailə qurmaqdan imtina etdiyini demiş və nişanı geri qaytarmaq qərarına gəlmiş, həmin vaxt Həsrəti anası və nənəsi dəstəkləmişlər. Bunun səhərisi gün, yəni hadisədən bir gün əvvəl günorta saatlarında Səbinə, İlham, Murad və qardaşı Məhəmməd yenidən bacısıgilə gəlib Həsrətin fikrini və nişanı qaytarmasının səbəblərini dəqiqləşdirmək istəmiş, həmin vaxt da Həsrət istəmədiyini, Muradın onu çox sıxdığını, başqa istədiyi adam olduğunu demiş, anası və bacısı da nişan zamanı Muradın gətirdiklərini qaytarmaq istəsələr də, Muradın valideynləri bəlkə barışacaqlarını deyib hələ götürməmişlər. Həmin danışıqlar vaxtı anası onun da iştirak etməsini istəsə də, işdə olduğum üçün gedə bilməmiş, hətta onu həmin məsələlərə qatmamalarını demişdir. Hadisə baş verən gün, yəni 20 oktyabr 2022-ci il tarixdə səhər saat 09 radələrində işdə olan zaman qohumlar ona Muradın Həsrətlə danışmaq və barışmaq üçün yaşadığı evə gəldiyini və həmin vaxt onu yataq otağında bıçaqla vurduğunu demiş, həmin vaxt Həsrətin öldüyünü bilməmiş, onların evinə gedən zaman isə ona Həsrətin aldığı xəsarətlərdən öldüyü deyilmişdir. Yeznəsi Rasim öləndən sonra bacısı Əfsanə özünə çox qapanmış, onda qorxu hissi yaranmış və bununla bağlı hazırda da müalicələr alır. Muradın Həsrəti öldürməsi də ona çox pis təsir etmiş, onda olan nevroloji xəstəliyi daha da kəskin etmişdir. Murad Həsrəti qısqandığı, onunla ailə qurmaq istəmədiyi və nişanını qaytardığı üçün qəsdən öldürmüş, Murad Həsrətdən qat-qat güclü, dolu bədən quruluşlu, yaşca böyük, fiziki də güclü, Həsrət isə balaca boylu, arıq və cansız bir uşaq olmuş, Murad Həsrətin müqavimət göstərə bilməyəcəyindən istifadə edib onu yataq otağında olan çarpayı ilə divar arasına söhbət adı altında küncə çıxılmaz vəziyyətə salıb onu qəsdən öldürmək niyyəti ilə orada çoxsaylı bıçaq xəsarətləri yetirərək hadisə yerindən uzaqlaşmışdır. Muradın ifadəsində anası Ayisənin onun valideynlərinə zəng edib onları söhbət etmək üçün yaşadıqları evə dəvət etməsi, onun valideynlərinə Həsrəti digər kişi ilə danışmasını tutmasını deməsi yalan olmuş, anası ona Muradın valideynlərinə Həsrətin ona hədiyyə edilən telefonda çox vaxt keçirdiyi və ev işləri ilə məşğul olmadığı üçün telefonun əlindən aldıqlarını, Muradın Həsrətlə anasının telefonu vasitəsi ilə əlaqə saxlamağı təklif etdiklərini dediyini bildirmiş, o, şəxsən heç vaxt Həsrətin kiminləsə yazışması, danışması barədə eşitməmiş, həsrət hadisədən bir gün əvvəl Murad, qardaşı və valideynləri gələn vaxt onlara digər sevdiyi adam olduğunu demişdir. Şahid6 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə təxminən saat 09:30 radələrində nəvəsini Hökməli qəsəbə məktəbindən götürüb evə qayıdanda qəsəbə məscidinin sağ tərəfində yaşayan dayısı gəlini Şahid1 darvazadan küçəyə çıxıb “uşağım öldü, kömək edin” deyə qışqırdığını görüb ona yaxınlaşıb nə baş verdiyini soruşmuş, o, da ona “qızımı nişanlısı bıçaqla vurub” deyə cavab vermiş, həmin vaxt Əfsanə özündə olmamışdır. Evə girib tez ikinci mərtəbəyə qalxıb qonaq otağından uşaqların yataq otağına keçəndə Əfsanənin qızı Həsrətin otaqda yerdə çapaladığını, xırıltısının gəldiyini, ətrafının qanlı olduğunu, rənginin ağardığını, gözlərinin isə qapalı olduğunu görmüş, hətta ayılması üçün onun üzünə sillə ilə də vurmuşdur. Həsrətin xəstəxanaya aparılacağını düşünüb qanlı paltarlarda getməməsi üçün onu soyundurub dolabdan yeni paltarları geyindirmiş, soyundurarkən onun ayağında və belində bıçaq yaralarını görmüşdür. Sonra evə Həsrətin nənəsi Ayisə gəlmiş, o isə öz nəvəsi narahat olduğu üçün onu evə aparmışdır. Şahid7 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2005-ci ildən hal-hazıradək Abşeron Rayonu Hökməli qəsəbəsində yerləşən Hökməli qəsəbə tam orta məktəbin direktoru vəzifəsində çalışır. qəsəbə sakini, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs 2014cü ilin sentyabr ayının 15-i məktəbin “1b” sinfinə qəbul olub təhsil almağa başlamış, həmin vaxtdan heç bir problemi və çətinliyi olmamış, onu məktəbə çox vaxt nənəsi Ayisə xanım gətirib-aparmış, özü də valideyn iclasında iştirak etmişdir. Hökməli qəsəbəsinin sakinlərinin özünə xas xüsusiyyətləri olmuş, belə ki, onların adətləri ilə gənc gəlin heç yerə getməmiş, küçədə az görünməyə çalışmış, adətən evin və ya ailənin yaşlı bir nümayəndəsi gəncləri təmsil etmiş, ailə məsələlərini həll etmiş, buna görə də Zərərçəkmiş şəxs yaşlı nənəsi məktəbə gəlmiş, onun ana-atasını görməmişlər. Bildiyi qədər Zərərçəkmiş şəxs atası Rasim 4-5 il bundan əvvəl xəstəlikdən vəfat etmiş, bacısı 2010-cu il təvəllüdlü X9 da məktəbin 7-ci sinifində təhsil alır və onunla bağlı heç bir problem yoxdur. Zərərçəkmiş şəxs məktəbdə oxuduğu dövrdə onunla bağlı heç bir problem yaranmamış, vaxtında dərsə gəlmiş, göstəriciləri də yaxşı olmuş, tərbiyəli və ağıllı şagird olmuş, 2019-2021-ci tədris illəri ərzində “COVİD-19” pandemiyası ilə əlaqədar orta məktəblərdə təhsil onlayn şəkildə aparılanda Zərərçəkmiş şəxs da onlayn təhsil almış, orta məktəblərdə təhsil 01 oktyabr 2021-ci il tarixdə başlanandan sonra Zərərçəkmiş şəxs 8-ci sinifində olan vaxt 15-20 gün davamlı olaraq məktəbə gəlsə də, sonradan dərsləri buraxmağa başlamış, 2022-ci ilin mart ayına qədər dərslərə üç gün gəlib bir həftə gəlməmiş, yəni çox dərs buraxmışdır. Bununla bağlı onun sinif rəhbəri İradə Cəbrayılovaya şagirdin hansı səbəbdən məktəbə gəlməməsini aydınlaşdırmasını tapşırmış, onun nənəsi Ayisə xanım üç dəfə müxtəlif vaxtlarda məktəbə dəvət olunaraq şagirdin məktəbdə təhsilini davam etdirməsini təmin etməsi xahiş edilmiş, hər dəfə də Ayisə xanım artıq Həsrətin məktəbə gəlməyəcəyini bildirmiş, buna səbəb kimi nişanlanmasını və nişanlısının orta məktəbə getməsini qadağan etməsini göstərmişdir. 2022-ci ilin mart ayından Zərərçəkmiş şəxs tamamilə dərslərə gəlməmiş, məsələni qaldırsalar da, onların iradlarına baxmayaraq şagird məktəbə gəlməmiş, onun tapşırığı ilə Zərərçəkmiş şəxs yaşadığı evə gedən tərbiyə işlər üzrə müavini Vüsalə Cavadovaya da qərəzli şəkildə nişanlısı icazə vermədiyi üçün artıq dərsə gəlməyəcəyi bildirilmış, onları bir daha bu məsələ ilə bağlı narahat etməmələri xahiş edilmiş və bununla bağlı Zərərçəkmiş şəxs anası Əfsanə “mən xahiş edirəm ki, qızım nişanlı olduğu üçün və nişanlısı məktəbə getməyi qadağan etdiyi üçün onu məktəbdən azad edilməsinə köməklik göstərəsiniz” məzmunlu ərizə yazmış, bu ərizə əsasında da həmin şagird məktəbdən xaric edilmişdir. Həmin qəsəbənin sakinlərinin özünə xas adət-ənənələri, xarakteri, hardasa tərsliyi, mövcud dövrdə qəbul edilmiş normalardan geri qalan köhnə adətlər olmuş, bu səbəbdən o və yaxud məktəbin digər kişi işçiləri onların qapısına özü gedə bilməyib onların evlərinə qadın müəllimələri göndərib məsələni profilaktik söhbətlərlə həll etməyə çalışmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, Respublika Kliniki Mərkəzindən Abşeron RPİ-nin Qobu PB-nə Zərərçəkmiş şəxs bıçaqlanaraq ödürülməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqına” protokolundan görünür ki, hadisə ünvan 3 ünvanında baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş mərhum Zərərçəkmiş şəxs, habelə Təqsirləndirilən şəxs götürülmüş geyim və digər əşyalara baxış keçirilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, bıçaq - ümumi uzunluğu 26 sm olan bıçağın dəstəyi 11 sm, tiyəsi 15 sm-dir, dəstəyi ağ, göy və qırmızı rəngli kauçuk tipli materialdandır, üzərində zədə yoxdur. Tiyənin sol tərəfində yayılmış formada, sağ tərəfdə isə uc hissəsinə yaxın hissədə qanabənzər ləkələr müşahidə edilir. Mərhum Zərərçəkmiş şəxs məxsus bir cüt sarı rəngli boğazsız corab - corabın üzərində zədə izi yoxdur, corabın bir tayının üzəri tamamilə, digəri isə qismən qanabənzər ləkələrə bulaşmışdır; mərhum Zərərçəkmiş şəxs məxsus narıncılı rəngli qısaqol mayka - qabağında zərli çərçivədə bir qız və üzərində “NEW YORK CİTY” yazısı vardır, çiyinlikləri açıqdır. Maykanın ön və arxa tərəfində zədə izləri yoxdur, yalnız öndə aşağı sol ətəkdə kiçik (3,5x2 sm) sahədə, arxa sol kürəyindən üzü aşağıya doğru isə müxtəlif kiçik və böyük sahələrdə qanabənzər ləkələr vardır; mərhum Zərərçəkmiş şəxs məxsus qolsuz ağ rəngli mayka - ön tərəfdə sol sinə nahiyəsi tərəfdə arxaya kürək nahiyəsinə qədər gedən hissədə axıntılı formada böyük sahədə qanabənzər ləkələr vardır. Ön tərəfdə sinə nahiyəsində maykanın yuxarı tikişində 1 ədəd 1,1x0,3 sm ölçülü 1 ədəd zədə vardır. Arxada sol kürək nahiyəsi tamamilə qanabənzər ləkələrə bulaşıb, sol qoltuqaltı hissədən 5,5 sm aşağı və 3 sm sol tərəfə doğru olan hissədə 2x0,4 sm ölçülü uzununa 1 ədəd zədə, həmin zədədən aşağıda uzununa 1,4x0,4 sm ölçülü 1 ədəd zədə vardır, həm zədələr ətrafı, həm də ətəyə doğru olan sahədə geniş yayılmış qanabənzər ləkələr müşahidə edilir. əl-üz hamam dəsmalı - ağ rəngli, kənarları açıq mavi rəngdə olan kənarlıqla, üzəri gül şəkli ilə bəzədilmiş dəsmalda böyük sahələrdə qanabənzər ləkələr vardır, zədə izləri isə müşahidə edilmir; mələfə - üzəri qırmızı rəngli qızılgül və qara rəngli xətlərlə bəzədilmişdir, ölçüsü 202x016 sm-dir, ortada 10x2,5 sm sahədə eninə, 2,5x3 sm sahədə 4 sm uzununa, 4x2 sm sahədə ortada axıntılı formada qanabənzər ləkələr vardır, üzərində zədə yoxdur; kapuşonlu cemper (sviter) - çəhrayı rəngli cemperin üzərində sol sinə üstündə dörd istiqamətdə oxlar olan şəkil və “off vvhite” emblemi, qarın hissəsində isə cibliyi vardır və sinə hissəsi zəncirbəndlə bağlanır. Cemperin sol çiyin nahiyəsindən sinə və qarın nahiyələrinə, həmçinin sol qoltuqaltı nahiyədən ətəyə doğru olan sahələr qanabənzər ləkələrə bulaşıb, emblemin sağ tərəfində 1,5x0,3 sm sahədə uzununa 1 ədəd zədə, cibliyin sol tərəfində 1,5x0,3 sm ölçülü daha 1 ədəd zədə vardır. Arxada sol qolun üzərində, sol çiyində böyük sahələrdə, qoltuqaltı nahiyədən belə doğru olan sahə ətəyə qədər qanabənzər ləkələrə bulaşıb, bu sahənin içində sol qoltuqaltından 12 sm aşağı və 5 sm belə doğru sahədə 2x0,3 sm uzununa 1 ədəd zədə, sol qolunda 1,1x0,3 sm, 1,2x0,3 sm və 0,4x0,2 sm ölçülü 3 ədəd zədə vardır, həmin zədələrin ətrafı təmizdir, qanabənzər ləkələr müşahidə edilmir; alt gecə şalvarı - açıq bənövşəyi rəngli şalvarın üzərində gözlə görünən hər hansı zədə müşahidə edilmədi. Şalvarın bel, ayaq nahiyələrində böyük sahələrdə qanabənzər ləkələr vardır; Kapuşonlu idman dəst geyimi - qırmızı rəngli idman dəstinin şalvarının kənarları ağ, üst geyimin sinəyə qədər olan hissəsi qara rəngdədir. Şalvarın iki cibi vardır, boşdur, sol ayaqlıq tamamilə qanabənzər ləkələrə bulaşıb, nəm vəziyyətdədir, sağ ayaqlıq quru olsa da, üzərində böyük sahədə qanabənzər ləkələr müşahidə edilir. Sol ayaqlığın bud hissəsində ciblikdən 8 sm aşağıda eninə doğru 2x0,4 sm ölçüdə 1 ədəd, ciblikdən 6 sm aşağıda isə uzununa doğru 1,5x0,4 sm ölçüdə 1 ədəd zədə, arxada rezin bellikdə ortada 2x0,4 sm ölçülü 1 ədəd zədə vardır. Üst geyimin kapuşonu ipsizdir, sağ tərəfdə ip üçün nəzərdə tutulan dəmir halqa qalsa da, bu halqa sol tərəfdə yoxdur və deşik izi vardır. Yan hissədə iki cibi, sol cibdən 12 sm yuxarıda lx0;3 sm ölçüdə 1 ədəd zədə var, bu zədənin aşağısı nəmli və qanabənzər ləkələrə bulaşmış vəziyyətdədir, sol qolun qabaq tərəfində zədələr olmasa da, arxasında sol çiyindən 30 sm aşağıda eninə 2x0,3 sm sağa doğru 0,4x0,3 sm ölçülü 1 ədəd zədə, əvvəlki zədədən 7,5 sm aşağıda 1,5x0,3 sm ölçülü 1 ədəd zədə, sol qolun özündə manjetin üstündə lxl sm sahədə süzülməyə xarakterik 1 ədəd zədə, sol çiyindən 24,5 sm aşağıya doğru 1,7x0,3 sm ölçülü uzununa 1 ədəd zədə, həmin zədədən 17 sm aşağıda ətəyin manjetinin üzərində 3 ədəd paralel olmaqla ikisi 2x0,5 sm, biri 1,8x0,5 sm ölçülü uzununa zədələr vardır. Qoltuqaltı hissədə, ön sol tərəfdə ətəyə doğru qanlıdır. idman şalvarı - qara rəngdə olmaqla nəmlidir, sol ayaqlıq üzərində “X21 Doit” yazısı emblemi var. Üzərində zədə olmasa da, sol ayaqlıqda qanabənzər ləkələr müşahidə edilir; narıncı rəngli qısaqol mayka - üzərində “Desert Explorer” yazısı və velosipedlə gül şəkli vardır, arxa bel ətək hissəsində qanabənzər ləkələr müşahidə edilmir. Üzərində zədə yoxdur; büstqalter - idman tipli ağ rəngli büstqalterin sol sinə qabının üzərində 1,4x0,3 sm ölçülü eninə 1 ədəd zədə vardır, həmin zədənin çıxışı iç tərəfdə də 2x1 sm sahədə qeydə almır, ətrafında isə böyük sahədə qanabənzər ləkələr müşahidə edilir; tuman - üçkünc formalı ağ-çəhrayı rəngli halqa şəkilləri ilə bəzədilmişdir, arxası tamamilə, qabağı isə qismən qanabənzər ləkələrə bulaşmışdır. Arxada bel hissədə 2x1 sm ölçülü uzununa 1 ədəd zədə vardır. Tumanın sol tərəfində 2,5 sm uzununa tikişi sökülmüş, digər yerlərdə isə tamlığı pozulmamışdır. Saç rezini - qara rəngdə olan saç rezininin üzərində tüklər vardır, zədə və qanabənzər ləkələr müşahidə edilmədi; uzunqol nazik sviter - ağ-qara, tünd qırmızı rəngli üfüqi zolaqlıdır, boyunluğunda iki düymə ilə, boynundan isə bir düymə ilə bağlanır, üzərində zədə və qanabənzər ləkələr yoxdur; kişi şalvarı - tünd qara rəngli nazik uzununa zolaqlı klassik şalvarda belin içində “Aj Astrology” emblemi vardır, qabaqda və arxada iki cibi var, cibləri boşdur. Şalvarın üzərində zədələr və qanabənzər ləkələr müşahidə edilmir; ayaqqabı - bir cüt qara rəngli makasin tiplidir, üzərində dəmir halqa və dördbucaqlı bəzək var, etiketi yoxdur, 42 ölçülüdür, üzərində zədə və qanabənzər ləkələr müşahidə edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy” markalı “A50” modelli mobil telefona baxış keçirilməsi haqqında 27 oktyabr 2022-ci il tarixli protokolun dan görünür ki, mobil telefonun “Qalereya”, “mesajlar” və digər bölmələrində olan məlumatlar şəxsi xarakter daşıyır və iş üzrə hər hansı əhəmiyyət kəsb etmir. Bu bölmədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə nişanından foto görüntülər mövcuddur. Bundan başqa mərhum Zərərçəkmiş şəxs istifadə etdiyi “+**********21” nömrəsi “H” hərfi ilə, “**********” nömrəsi “H1” hərfi ilə qeydə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23 oktyabr 2022-ci il tarixli 159 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilmiş, onlardan 2 (iki) ədədi daxilə nüfuz etmişdir. Qeyd edilən xəsarətlər aşağıdakılardır: Döş qəfəsinin sol yarısının ön səthinin məmə xətti üzrə İİİ-İV qabırğaarası sahədə yerləşən deşilmiş-kəsilmiş yarası (2,1 x 0,8 sm ölçüdə). Yara sol İİİ- İV qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağciyərin yuxarı payını dəlib-keçir. Yara kanalının istiqaməti öndən-arxaya, bir qədər yuxarıdan-aşağı və soldansağa doğrudur. Yara kanalının ümumi uzunluğu təxminən 6-7 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalıdır. Döş qəfəsinin sol yan səthində arxa qoltuqaltı xətt üzrə X-Xİ qabırğaarası sahədə yerləşən deşilmiş-kəsiliş yarası (2,5 x 1,2 sm ölçüdə). Yara X-Xİ qabırğaarası sahədən döş boşluğuna nüfuz edərək diafraqmanı dəlib keçib sol böyrəyi zədələyir. Yaranın istiqaməti öndən-arxaya, yuxarıdan-aşağı və bir qədər soldan-sağa doğrudur. Yara kanalının ümumi uzunluğu təxminən 6-7 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalıdır. Bel nahiyəsinin sol yarısının deşilmiş-kəsilmiş yarası (1,5 x 1,0 sm ölçüdə). Yaranın iç ucu küt, bayır ucu itidir. Yara kanalının dərinliyi 4 sm-dir, istiqaməti sağdan-sola, arxadan-önə və aşağıdan-yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sol bud nahiyəsinin yuxarı 1/3-nin ön-bayır səthinin deşilmiş-kəsilmiş yarası (1,5 x 1,0 sm ölçüdə). Yaranın yuxarı ucu küt, aşağı ucu itidir. Yara kanalının dərinliyi 4 sm-dir, istiqaməti soldan-sağa və bir qədər, öndən-arxaya, aşağıdan-yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən 20 oktyabr 2022-ci il tarixdə əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmiş, həmin xəsarətlərdən 2 (iki) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, 2 (iki) ədəd (bel və bud nahiyəsinin) deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edərək sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yaranın törətdiyi çoxlu qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün çoxlu qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (20 oktyabr 2022-ci il, saat 13:30-dan) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın təsirindən əmələ gəlmişdirlər, yaraların xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətləri nəzərə alaraq demək olar ki, qeyd olunan deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 29 noyabr 2022-ci il tarixli 714/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H(İİ)-dir. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, bir ədəd mələfə, bir ədəd əlüz dəsmalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd kişi şalvarı, Zərərçəkmiş şəxs məxsus gecə alt şalvarı, sviter, qısaqol mayka, bir ədəd mələfə, bir cüt corab, ağ rəngli ipli mayka, idman gödəkcəsi, idman şalvarı, qadın trusiki, bir ədəd lifçik, qısaqol mayka, bir ədəd yun idman şalvarı üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Abeta/H(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd sviter üzərində qan, ona məxsus bir cüt kişi ayaqqabısı və saç rezini üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 14 noyabr 2022-ci il tarixli 567/MTKŞ- 2022 saylı rəyindən görünür ki; Mərhum Zərərçəkmiş şəxs məxsus qolsuz ipli maykanın, üzərinə “Eksklüzive” sözü yazılmış çəhrayı rəngli kapüşonlu koftanın, idman koftasının (idman geyim dəstinə aid) hər birinin ön səthinin sol yarısında və arxa səthinin sol yarısında, hər iki koftanın sol qolunun arxa səthində, idman şalvarının (idman geyim dəstinə aid) sol ayağının ön səthində, arxa səthinin sol yarısında və tumanın arxa səthinin sol yarısında çoxsaylı dəlib-keçən zədələr var. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs qızma məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər bir alətin və ya bir neçə alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs qızma məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələr müxtəlif qarşılıqlı duruş vəziyyətlərində yetirilə bilər, bu zədələrin qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsinin mümkünlüyü inkar edilmir. Mərhum Zərərçəkmiş şəxs qızma məxsus gecə şalvarının, çəhrayı rəngli qısaqol maykanın, bir cüt boğazsız corabın, boz rəngli idman şalvarının, üzərinə “Desert eksplorer” sözləri yazılmış qısaqol maykanın, büstqalterin, saç rezininin, dəsmal və mələfənin üzərində zədə aşkar edilmədi.Təqdim edilmiş təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviterin, şalvarın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi.Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli 204 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda primitiv şəxsin cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs primitivlik, səthilik, qıcığa qarşı həssaslıq, kobudluq, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilir. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə narkoloji ekspertizasının 16 yanvar 2023-ci il tarixli 198 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən bir ədəd bıçaq, hadisə yerindən götürülmüş bir ədəd mələfə, bir ədəd əl-üz dəsmalı, mərhum Zərərçəkmiş şəxs məxsus gecə alt şalvarı, sviter, qısaqol mayka, bir ədəd mələfə, bir cüt corab, ağ rəngli ipli mayka, idman gödəkcəsi, idman şalvarı, qadın trusiki, bir ədəd lifçik, qısaqol mayka, bir ədəd yun idman şalvarı və saç rezini, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd kişi şalvarı, bir ədəd sviter, bir cüt kişi ayaqqabısı maddi sübut qismində tanınsın və saxlanılması üçün Abşeron Rayon Prokurorluğun maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 04 Saylı MTİİTS-dan verilmiş arayış və xasiyyətnamədən görünür ki, Həsənov X10 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 7-ci küçə, ev 113 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, onun barəsində 04 saylı MTİİTS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2006-ci il təvəllüdlü olmaqla, hadisə zamanı yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin yaşını bilməməsi, hadisə yerinə özü ilə bıçaq gətirməməsi, zərər çəkmiş şəxsi qorxutmaq məqsədi ilə bıçaqdan istifadə etməsi, hadisəni törətdiyi vaxt özündə olmaması barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs , Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ilkin ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 13-cü bəndini də nəzərə alır. Həmin qərarın 13-cü bəndinin izahına görə CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Prokurorluğun maddi sübutların saxlanc otağına təhvil verilmiş bir ədəd bıçaq, hadisə yerindən götürülmüş bir ədəd mələfə, bir ədəd əl-üz dəsmalı məhv edilməli, mərhum Zərərçəkmiş şəxs məxsus gecə alt şalvarı, sviter, qısaqol mayka, bir ədəd mələfə, bir cüt corab, ağ rəngli ipli mayka, idman gödəkcəsi, idman şalvarı, qadın trusiki, bir ədəd lifçik, qısaqol mayka, bir ədəd yun idman şalvarı və saç rezini zərər çəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd kişi şalvarı, bir ədəd sviter, bir cüt kişi ayaqqabısı onun özünə qaytarılmalı qəbul etmədikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirli bilinib, 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan Abşeron Rayon Prokurorluğun maddi sübutların saxlanc otağına təhvil verilmiş bir ədəd bıçaq, hadisə yerindən götürülmüş bir ədəd mələfə, bir ədəd əl-üz dəsmalı məhv edilsin, mərhum Zərərçəkmiş şəxs məxsus gecə şalvarı, sviter, qısaqol mayka, bir ədəd mələfə, bir cüt corab, ağ rəngli ipli mayka, idman gödəkcəsi, idman şalvarı, qadın trusiki, bir ədəd lifçik, qısaqol mayka, bir ədəd yun idman şalvarı və saç rezini zərər çəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. Həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd kişi şalvarı, bir ədəd sviter, bir cüt kişi ayaqqabısı onun özünə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-141/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-141/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver