Məhkəmə qərarları › İş №1(124)-142/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-142/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-142/2023 23.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1983-cü il təvəllüdlü, Lənkəran rayonunun Zövlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyət ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs istəyi ilə 30 manat borc vermiş, lakin sonuncu razılaşdıqları kimi aldığı həmin borcu 13 mart 2022- ci il tarixdə geri qaytarmadığından həmin gün axşam saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gedərək qapını döymüş, lakin sonuncu evdə olmadığı üçün arvadı Şahid2 qapını açmayaraq sonradan bu barədə əri Zərərçəkmiş şəxs bildirmiş, növbəti gün, yəni 14 mart 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı mənzildə olduğu zaman Zərərçəkmiş şəxs telefon zəngi ilə məhəlləyə düşmüş və Seymurun dostu Şahid1 idarə etdiyi “Opel" markalı avtomobilin arxa sərnişin oturacağında əyləşmiş, avtomobildə ona Zərərçəkmiş şəxs gecə vaxtı 30 manat pula görə qapısına gələrək qapını döyməsinə görə irad bildirməsi ilə aralarında mübahisə başlamış, daha sonra Seymurun istəyi ilə Şahid1 avtomobili Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 13 nömrəli məktəbin yaxınılığına sürmüş və saat 22:30 radələrində orada avtomobildən endikdən sonra Zərərçəkmiş şəxs onu təhqir edərək sifətinə yumruqla zərbə endirməsi ilə qarşılıqlı dava etməyə başlamış, hadisə zamanı hər ikisi ayaqüstə olarkən Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş və əvvəlcədən üzərində olan istintaqa təqdim etdiyi kustar üsulla hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən bıçağı çıxardaraq qısa zaman kəsiyində Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq döş qəfəsinin sol ön-yan səthinin bir ədəd, sol kürək nahiyyəsinin, döş qəfəsinin sol yan səthinin boşluğa keçməyən, sol bazunun aşağı 1\3-nin arxa səthinin deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya, digər xəsarət yəni-döş qəfəsinin sol ön-yan səthinin döş boşluğa işləyən iki ədəd deşilmiş- kəsilmiş yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid xəsarətləri yetirmiş, lakin hadisə zamanı sonradan Şahid1 ona mane olması ilə zərbələr vurmağı dayandırmış, nəticədə öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini, yəni Zərərçəkmiş şəxs öldürməyi başa çatdıra bilməyərək onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Seymura borc pul vermiş, pulunu tələb etdikdə isə onu incidib, aldatmış, axşam isə onu söhbət üçün çağırmışdır. Seymura gücü çatmadığına görə özünü müdafiə etmişdir. Vurduğu bıçaq suvenir kimi bir şey olmuş, meyvə bıçağıdır. Seymurun yüngül xəsarətləri olmuş, xəstəxanadan da tez çıxmışdır. Evin tək oğlu və evə tək gəlir gətirən şəxsdir, xəstə və yaşlı atas-anasına özü baxmışdır. Zərərçəkmiş şəxsin qapısına getmiş, qapını döymüş, heç kimin açmadığını görüb çıxıb getmişdir. Bıçaq həmişə suvenir kimi üstündə olmuş, Həbib adlı şəxs onları aralayıb kömək edərək xəstəxanaya aparmışdır. Hadisə vaxtı özündə olmamış, Seymur onu vurduğu üçün dözməyərək 3 zərbə vurmağı yadında olmuşdur. Niyyəti qorxutmaq olmuş, zərərçəkmiş şəxsdə ekspertizanın rəyində göstərilən kimi yüngül xəsarətlər olmuş, özü könüllü şəkildə geri çəkilmişdir. Narkotikdən əziyyət çəkmiş, hadisə zamanı narkotik vasitələrin təsiri altında və ya içkili olmamış, Seymurun içkili olub-olmadığını dəqiq bilməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 10 ildən artıqdır ki, Sumqayıt şəhəri, Əşya bazarı yaxınlığında avtomobil ustası, yəni malyar kimi fəaliyyət göstərir. 2011-ci ildə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzasını çəkib bitirdikdən sonra yenidən öz fəaliyyətinə davam etmişdir. Zərərçəkmiş şəxs onun qonşusudur və uşaqlıqdan bir-birlərini tanıyırlar. Münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət ve düşmənçilik olmamışdır. 12 mart 2022-ci il tarixdə ilk dəfə Seymur ondan borca 30 manat pul alaraq sabaha qaytaracağını demişdir. Onun üzərində pul olduğu üçün Seymura həmin pulu verib ama qısa zamanda qaytarmasını xahiş etmiş və Seymur isə ona sabah həmin pulu qaytaracağını demişdir. Növbəti gün axşam saat 23 radələrinə kimi Seymuru gözləmiş, lakin xəbər çıxmadığından Seymura zəng etdikdə Seymur zənglərinə cavab verməmişdir. Bundan sonra o, Seymurun evinə getmiş, nə qədər qapısını döysə də, qapını açan olmamışdır. 14 mart 2022-cı il tarixdə saat 22 radələrində yaşadığı evdə olduğu zaman Seymur ona zəng edib aşağı, yəni məhəlləyə düşməyini xahiş etmişdir. O, Seymurun sözü ilə aşağı düşmüş və məhəllədə Seymurun onu “Opel” markalı avtomobildə gözlədiyini görmüşdür. Avtomobilin sükanı arxasında tanımadığı, sonradan adının Həbib olduğunu bildiyi Seymurun tanışı əyləşibmiş. O, arxa oturacaqda, Seymur isə ön sərnişin oturacağında əyləşmişdir. Seymur söhbətə başlayan kimi o, Seymurun içkili olduğunu hiss etmiş və ondan niyə gecə vaxtı qapısına gəldiyini soruşmuşdur. O, isə Seymura cavab olaraq borc alanda pulu səhər qaytaracağı ilə bağlı söz verdiyini, lakin sözünün üstündə durmadığı üçün zəng etdiyini və cavab vermədiyi üçün gecə qapısına gəldiyini demişdir. Bundan sonra Seymur aqressivləşib Həbibdən məhəllədən çıxıb Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 13 nömrəli məktəbin yanına sürməsini istəmiş və həmin istiqamətdə irəliləmişlər. Seymur yolboyu eyni məzmunlu söhbətlər etmişdir. Həmin yerə gəldikdən sonra onların hər ikisi avtomobildən düşmüş, Seymur gecə evinə getməyinə görə onu söyüb təhqir etməyə başlamışdır. O, isə verdiyi sözə əməl etmədiyinə görə gecə evinə gəldiyini demişdir, lakin Seymur yenə də onu təhqir etməyə davam etmiş və bununla kifayətlənməyib sifətinə yumruqla zərbə endirmişdir. Zərbədən qaçdığı üçün zərbə sifətinə dəysə də, tutarlı olmamışdır, lakin Seymur ona yenə yumruq atmağa başladıqda o, Seymurla bacara bilmədiyini görüb avtomobilləri təmir edən zaman istifadə etdiyi, yəni daha dəqiq olaraq avtomobillərə vurduğu üzlükdə əmələ gələn çatları qaşımaq üçün istifadə etdiyi və həmişə üzərində olan bıçaqla Seymurun bədənin sol nahiyəsinə bir neçə dəfə (dəqiq sayını bilmədiyi) zərbə endirmişdir. Onların əl-bəyaxa olduğunu görən Həbib dərhal avtomobildən düşüb onları ayırmağa başlamışdır. Buna baxmayaraq Seymur hərəkətlərinə davam edərək ona zərbələr endirməyə çalışmış və o da özünü müdafiə etmək üçün Seymura yumruqla cavab qaytarmışdır. Sonda Həbib onları ayırmağı bacarmış və o da oranı tərk edərək çıxıb getmişdir. Həmin vaxt Seymura endirdiyi bıçaq zərbələrinin ciddi xəsarətlər olmadığını düşünmüşdür, lakin 15 mart 2022-ci il tarixdə saat 12 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları yaşadığı evə gəlib Seymuru vurmağı ilə bağlı onu sorğu-sual edəndə o, törətdiyi əməli etiraf etmiş və polislərlə birlikdə izahat vermək üçün Sumqayıt ŞPİ-yə gəlmişdir. Bundan əlavə olaraq o bildirmişdir ki, Seymurla aralarında olan mübahisə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 13 nömrəli məktəbin yanında saat təxminən 22:30 radələrində baş vermişdir. Məktəbin yanında mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Ətrafda heç kim olmamış, o, Seymur və Həbib olmuşlar. Seymuru bıçaqla vurmağının, mübahisənin səbəbi Seymurun ona olan borcunu qaytarmayıb onu söyüb təhqir etməsi və sonra da ona yumruqla zərbə endirdiyi üçün, onunla bacara bilmədiyini görüb bıçaqla vurmuşdur. Onun məqsədi Seymuru qorxutmaq olmuş, öldürmək fikri olmamışdır. Seymuru bıçaqla vurduqdan sonra, yenidən Seymuru vurmağa imkanı olmuş, ona heç kim mane olmamış, Həbib isə sonradan gəlib onları ayırmışdır. Seymur avtomobildən düşdükdən sonra təhqir edərək zərbələr endirməyə başladıqda onun Özünü müdafiə edə bilmək üçün gücünün çatmadığını görüb üzərindəki bıçaqla Seymura xəsarət yetirmişdir. Onun Seymuru bıçaqla vurduqdan sonra, yenidən vurmağa imkanı olmuşdur. Ona heç kim mane olmurmuş, Həbib isə sonradan gəlib onları ayırmışdır. Əgər istəsə imiş, Həbib gələnə qədər Seymuru yenə vura bilərmiş. Onun Seymura təkrar xəsarət yetirməməyinin səbəbi yetirdiyi xəsarətlərin təsirindən Seymurun artıq zərbə endirməyi dayandırması olmuşdur. Hər ikisi ayaq üstündə olarkən Həbib Seymurun arxasından yapışaraq ondan uzaqlaşdırdıqdan sonra o, qaçaraq hadisə yerini tərk etmişdir. Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən hər ikisi ayaqüstə durmuş və bunların hamısı 2-3 dəqiqə ərzində baş vermişdir. O, bıçaqla xəsarət yetirərkən Seymur içkili olduğu üçün sakitləşmək əvəzinə onu təhqir etməyə davam etmişdir. Hadisə zamanı Seymur və ya Həbib ona xəsarət yetirməmiş və o da xəsarət almamışdır. Seymuru bıçaqla vurmağına heç kim köməklik etməmişdir və heç kim buna onu təhrik etməmişdir. O, hadisədən qabaq içki qəbul etməmiş, hadisə zamanı narkotik vasitələrin təsiri altında olmamışdır. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar 2011-ci ildə 1 ay müddətində Sumqayıt şəhər Rayonlararası Narkoloji Dispanserində müalicə almış və bu səbəbdən həmin müəssisədə qeydiyyatda olmuşdur. Hadisəni törədərkən Seymurun əynində qara rəngli kurtka olmuş, lakin mübahisədən əvvəl əynindən çıxartmışdır. Digər geyimlərini isə qaranlıq olduğu üçün xatırlamır. (cild 1 iş vərəqə: 94-97; 146-150; 257-261) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar. Münasibətləri əvvəl yaxşı olmuşdur. Hadisədən 02 gün qabaq o, Elməddindən borca 30 manat pul istəmiş və 01 gün sonra pulu qaytaracağını bildirmişdir. O, Elməddinə pulu söz verdiyi tarixdə qaytara bilməmiş, Elməddin onun evinə gələrək qapını bir neçə dəfə döymüş, bu vaxt ailəsi evdə olmuş, Elməddini səsindən tanımışlar, lakin gecə yarısı olduğundan və o, evdə olmadığından qapını açan olmamışdır. Səhəri gün arvadı ona bir gün əvvəl Elməddinin qapıya gəlməsi və onu axtarması barədə məlumat vermişdir. Hadisə günü axşam vaxtı dostu Həbiblə məhəllələrindəki çayxanada oturmuşlar. Həbiblə söhbət əsnasında Təqsirləndirilən şəxs 30 manata görə gecə yarısı onun evinə gəlməsi yadına düşdüyündən o, Elməddinə zəng edərək məhəlləyə düşməsini və çayxanaya tərəf gəlməsini xahiş etmişdir. Bir qədər sonra Elməddin onların yanına gəlmiş və onlar Həbibin avtomobilinə əyləşmişlər. O, maşına əyləşdikdən sonra Elməddinə 30 manat pula görə gecə yarısı onun mənzilinə gəlməsinin doğru olmadığını bildirmişdir. Elməddin isə onun verdiyi sözə əməl etmədiyinə görə gecə evinə gəldiyini demişdir. Mübahisə yarandığını gördüyündən o, Həbibdən avtomobili kənar yerə sürməsini xahiş etmişdir. Həbib avtomobili 13 nömrəli məktəbin yanına sürmüş və onlar avtomobildən düşmüşlər. İlk öncə o, Elməddinin üzünə vurmuşdur. Bundan sonra bir-birilərinə yumruqlar vurmağa başlamışlar. Elməddin üstündə olan bıçaqla ona xəsarətlər yetirmişdir. Bunu görən dostu Həbib aralarına girib Elməddini ondan uzaqlaşdırmışdır. Elməddin ondan qan axdığını görüb qaçaraq uzaqlaşmış, Həbib isə onu xəstəxanaya aparmışdır. O, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Elməddinin dedikləri düzdür. Söz-söhbət heç nədən olmuşdur. O, Seymuru 10 ildən artıqdır ki, tanıyır. 14 mart 2022-ci il tarixdə Seymur onu yaşadığı evin yaxınlığında yerləşən çayxanada çay içməyə dəvət etmişdir. Seymurla dediyi yerdə görüşdükdə o, Seymurun bir az içkili olduğunu görmüşdür. Orada Seymurla bir az söhbət etdikdən sonra çayxanadan çıxmışlar. Seymur içkili olduğundan o, avtomobili ilə Seymuru yaşadığı mənzilə aparmaq qərarına gəlmiş və bu zaman Seymurun mobil telefonuna zəng gəlmişdir. Seymur telefonla danışıb qurtardıqdan sonra ona qonşusu ilə yaşadığı məhəllədə görüşməli olduğunu bildirmişdir. O, Seymurun yaşadığı ünvana çatdıqdan bir qədər sonra həmin görüşməli olduğu və sonradan adının Elməddin olduğunu bildiyi şəxsin Seymurla eyni məhəllədə yaşadığını bilmişdir. Elməddin gəldikdə hava soyuq olduğundan onun avtomobilində oturub söhbət etmələrini Seymur xahiş etmişdir. Söhbət əsnasında Seymur Elməddinə niyə gecə saatlarında gəlib evinin qapısını döydüyünü bildirmişdir. Elməddin pul lazım olduğundan verdiyi borcu geri almaq üçün qapıya gəldiyini demişdir. Daha sonra Seymur məhəllədə söhbət etməməyi, başqa yerdə söhbət etməyi məsləhət bilib oradan uzaqlaşmaqlarını istəmişdir. Onlar məhəllədən çıxıb 13 nömrəli məktəbin yanına gəldikdən sonra Seymur və Elməddin çöldə söhbət etmək üçün avtomobildən düşmüşlər. 1 dəqəqə keçmədi ki, Seymur və Elməddinin əlbəyaxa mübahisə etdiklərini görmüş və dərhal avtomobildən düşüb onları ayırmışdır. O, Seymur və Elməddini bir təhər ayırandan sonra Elməddin 13 nömrəli məktəb istiqamətdə qaçıb getmişdir. Elməddin qaçandan sonra Seymurun üzərindən qan axdığını görmüş və Seymurdan nə olduğunu soruşduqda Seymur Elməddinin bıçaqla zərbələr endirdiyini bildirmişdir. Bundan sonra o, Seymuru avtomobilinə qoyub xəstəxanaya aparmışdır. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Elməddin oun oğludur, maşın rəngsazı işləmişdir. Hadisə baş verən gün Elməddin evdə olmuş, lakin o, tez yatdığı üçün Elməddinin evdən çıxıb-çıxmamasından xəbəri olmamışdır. Səhəri gün 15 mart 2022-ci il tarixdə, səhər radələrində polis əməkdaşları gəlib Elməddini evdən aparan zaman Elməddinin 14 mart 2022-cİİ tarixdə gecə radələrində qonşuları Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bilmişdir. Oğlu ilə qonşuları Seymur arasında əvvəllər hər hansı bir münaqişə olduğunun şahidi olmamışdır. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 oxşar məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2003-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və bu nikahdan 2007-ci il təvəllüdlü Solmaz Həsənova, 2012-ci il təvəllüdlü Elnulla Həsənov dünyaya gəlmişdir. Hazırda ailə üzvləri ilə birlikdə ünvan 2-də qeydiyyatda olmaqla yaşayır və evdar qadındır. 13 mart 2022-ci il tarixində axşam 23 radələrində Seymur evdə olmadığı zaman qonşusu Təqsirləndirilən şəxs yaşadıqları ünvan 2 ünvanın qapısını bir neçə dəqiqə döymüş və o, Seymur evdə olmadığından qapını açmamışdır. O, səhəri gün evə gələrkən Seymura qonşu Elməddinin gecə radələrində qapını döyməsini bildirmişdir. Hadisə baş verən gün, yəni 14 mart 2022-ci il tarixində evə gəlmədiyindən Seymurun həmişə olduğu kimi çayxanada olduğunu bilirmiş. 15 mart 2022-ci il tarixdə səhər radələrində hüquq-mühafizə orqanları tərəfindən ona zəng edilərək Elməddinlə Seymur arasında baş verən mübahisə nəticəsində Elmədddinin Seymura bıçaq zərbələri ilə xəsarət yetirdiyi bildirilmişdir. 14 mart 2022-ci il tarixdə gecə radələrində Seymurun Elməddinlə arasında baş verən mübahisədən əvvəlcədən xəbəri olmamışdır. Bundan əlavə olaraq o bildirmişdir ki, Zərərçəkmiş şəxs və qonşusu Təqsirləndirilən şəxs arasında hadisədən öncə hər hansı ədavətin olmasının şahidi olmamışdır. Hadisə ərəfəsində və ya sonra Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs ilə ədavəti və ya baş vermiş hadisə ilə bağlı ona hər hansı söz deməmişdir. (Cild iş vərəqə: 173-181) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, 3cü mikrorayon ərazisində yerləşən 13 nömrəli məktəbin qarşısıdır. (cild 1 i/v.10-15) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər MTE və PA Şöbəsinin məhkəmə-tibbi ekspertiza tədqiqinə dair xx.xx.2022-ci il tarixli, 811 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin sol ön-yan səthinin döş boşluğana işləyən iki ədəd, döş qəfəsinin sol ön-yan səthinin bir ədəd, sol kürək nahiyyəsinin, döş qəfəsinin sol yan səthinin boşluğa keçməyən, sol bazunun aşağı 1\3-nin arxa səthinin deşilmiş-kəsilmiş yaraları. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin təsirindən, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə-döş qəfəsinin sol Ön-yan səthinin bir ədəd, sol kürək nahiyyəsinin, döş qəfəsinin sol yan səthinin boşluğa keçməyən, sol bazunun aşağı 1\3-nin arxa səthinin deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL, digər xəsarət yəni-döş qəfəsinin sol ön-yan səthinin döş boşluğa işləyən iki ədəd deşilmiş-kəsilmiş yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. (cild 1 iş vərəqə 211-214) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “bıçağın təqdim edilməsi haqqında” 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ- nin İŞ-də olarkən Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı könüllü olaraq istintaqa təqdim etmişdir.( cild 1, iş vərəqə 61-63) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “paltarların götürülməsi haqqında” 16 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş paltarlar (01 cüt ayaqqabı, 02 ədəd sviter, 01 ədəd gödəkçə və 01 ədəd şərf) xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər X7 Xəstəxanasından götürülmüşdür.( cild 1, iş vərəqə 72) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı ilə əlaqədar götürülmüş Zərərçəkmiş şəxs üzərində olan 01 cüt ayaqqabı, 02 ədəd sviter, 01 ədəd gödəkçə və 01 ədəd şərfə baxış keçirərkən müəyyən edilmişdir ki, gödəkçə - qara rəngli qarışıq materialdandır, uzunqollu, boyunluqlu və yaxalıqlıdır və astarı xovlu materialdardır. Gödəkçə öndən zəncirbəndlə və 04 ədəd plastik düymə ilə bağlanılır. Ondə iki ədəd yan cibi və iki ədəd döş cibi vardır. Gödəkçənin iç tərəfinin sol hissəsindəki etiketin üzərinə "EastBaron” yazısı həkk olunmuşdur. Gödəkçənin hər iki yan səthinin aşağı kənarlarında metal zəncirbənd vardır. Gödəkçənin üzərində geyinilmə izləri və daxildən bütün səthi boyu geniş yayılmış, qəhvəyi rəngli ləkələr müşahidə olunur. Gödəkçənin üzərində əhəmiyyət kəsb edən heç bir zədə müşahidə edilmədi. Uzunqollu sviter - tünd boz rəngli qarışıq materialdandır və boğazlıqlıdır, əksinə çevrilmişdir. Sviterin boğazlığı, aşağı sərbəst kənarı və qollarının sərbəst ucları manjet tiplidir. Sviterin boyun hissəsinə daxildən ağ rəngli parça ilə tikilmiş etiketin üzərinə “LTB XL” yazılan həkk olunmuşdur, həmçinin daxili sol yan tikişinə ağ rəngli parça etiketlər vardır. Sviterin Ön səthində, arxa səthində, həmçinin sol qolunda geniş yayılmış qəhvəyi rəngli ləkələr vardır Sviterin ön səthinin sol yarısının aşağı hissəsində 03 ədəd, ön səthinin sol yarısının orta hissəsində isə 01 ədəd, sol qolunun arxa hissəsində 01 ədəd və sol qolun yuxarı hissəsində 04 ədəd zədə vardır. Qolsuz sviter - tünd yaşıl rəngli yunla qarışıq materialdandır və əksinə çevrilmişdir. Jiletin boyunluğu, aşağı sərbəst kənarı və qollarının dairəvi dəlikləri rezintipli manjet şəkillidir. Jiletin boyun nahiyəsindəki etikein üzərinə “İtina” yazısı həkk olunmuşdur. Jiletin ön səthində, arxa səthində geniş yayılmış qəhvəyi rəngli ləkələr vardır. Jiletin ön səthinin sol yarısının aşağı hissəsində 03 ədəd və ön səthinin sol yarısının orta hissəsində isə 01 ədəd zədə müşahidə edilir. Şərf - qara rəngli qarışıq materialdandır, üzərində sarı-qızılı rəngli naxışları vardır və dördbucaqlı formalıdır. Şərfdəki etiketin üzərinə “Golden Made in Korea” yazıları həkk olunmuşdur. Şərfin üzərində heç bir zədə müşahidə edilmədi. Şərfin hər iki səthində qəhvəyi rəngli ləkələr vardır. Ayaqqabı- qara rəngli dəriyəbənzər materialdandır. Bir cüt ayaqqabının üzərində geyinilmə izləri, torpaq izləri və sol tayında qəhvəyi rəngli ləkələr müşahidə edilir. Bir cüt ayaqqabının üzərində heç bir zədə müşahidə edilmədi. ( cild 1, iş vərəqə 106-109) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin maddi sübutların məhkəmə-tibbi kriminalistik və məhkəməkriminalistik ekspertizalarının tədqiqinə dair 159-2022/MTKŞ nömrəli, xx.xx.2022- ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus sviterin və jiletin ön səthinin sol yarısının aşağı hissəsində 03 (üç) ədəd, ön səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd; həmçinin sviterin sol qolunun arxa səthində, dirsəklik hissəsində 01 (bir) ədəd və yuxarı hissəsində 04 (dörd) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs məxsus svterin və jiletin üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən törənməsi istisna olunmur. Zərərçəkmiş şəxs məxsus bir ədəd şarf, bir ədəd gödəkçə və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən heç bir zədə yoxdur. Zərərçəkmiş şəxs məxsus gödəkçənin, svterin, jiletin və şarfın üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişdir, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Bir cüt ayaqqabının sol tayının üzərində olan qan ləkələri qan mənbəyi ilə və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ayaqqabının sağ tayının üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmışdır, məişət təyinatlıdır və soyuq silah hesab olunmur.( cild 1, iş vərəqə 184- 193) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin maddi sübutların məhkəmə tibbi bioloji tədqiqinə dair xx.xx.2022-ci il tarixli, 192/2022-MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(ll) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi:B(lll) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilmiş 01 ədəd qolsuz sviter, 01 ədəd uzunqol sviter, 01 ədəd gödəkçə, 01 ədəd şərf və 01 cüt ayaqqabının sol tayının üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigen! alındı. Belə olan halda bu qan ləkələri A(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 01 cüt ayaqqabının sağ tayının üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti, qanın canlı insanın, yoxsa meyitin qanından əmələ gəlməsi barədə fikir söyləmək mümkün olmadı. (Cild 1, iş vərəqə: 199-204) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsnin Təqsirləndirilən şəxs məhkəmə-psixiatrik və məhkəmə- psixoloji ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 1202 saylı ekspert rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ- XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavraya və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayətləri törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olumur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hövsələsizlik, qıcığa qarşı həssaslıq, kobudluq, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman Təqsirləndirilən şəxs psixi emosional sferasında gərginlik, hirslilik halları yaranmışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqə 207-210) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs (01 ədəd sviter, 01 ədəd jilet, 01 ədəd gödəkçə, 01 ədəd şarf, 01 cüt ayaqqabı) paltarları və 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.( cild 1. İş vərəqə 235-249) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Stastistika İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə xx.xx.2011-ci il tarixli hökm dəyişdirilmiş və cəzası 07 il 06 ay müddətinə endirilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir.( cild 1, iş vərəqə 163-164) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 2286 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə 2011-ci ilin noyabr ayından “opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu, asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır.( cild 1, iş vərəqə 206) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzilkommunal sahəsi tərəfindən verilmiş 237 nömrəli, xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə ünvan 1 ünvanında yaşayır. Yaşadığı müddət ərzində onun barəsində MKS-yə yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 1 iş vərəqə 135-136) Cinayət işinin materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqları vardır.( cild 1, iş vərəqə 138) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunan ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödürmək niyyətinin oladığını, həmçinin onu öldürməyə heç nəyin mane olmadığı barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmamış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə xx.xx.2011-ci il tarixli hökm dəyişdirilmiş və cəzası 07 il 06 ay müddətinə endirilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra yenidən qəsdən xüsusilə ağır cinayət törətməklə cinayətin xüsusilə təhlükəli residivini yaratması cəzasını ağırlaşdıran haldır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 mart 2022-ci il tarixdə barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 103-104). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan, Zərərçəkmiş şəxs (01 ədəd sviter, 01 ədəd jilet, 01 ədəd gödəkçə, 01 ədəd şarf, 01 cüt ayaqqabı) paltarları və 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 il (on il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 mart 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hörkm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Sumqayıt şəhər prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs (01 ədəd sviter, 01 ədəd jilet, 01 ədəd gödəkçə, 01 ədəd şarf, 01 cüt ayaqqabı) paltarları və 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar