Məhkəmə qərarları › İş №1(124)-142/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-142/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-142/2024 01.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi- Qanuni nümayəndə, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1991-ci ildə Cəlilabad rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsində fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxsnasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində 14 yaşına çatmaması aşkar surətdə bəlli olan, xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qəsdən zor tətbiq etməklə və sonuncunun köməksiz vəziyyətindən istifadə edərək, yəni azyaşlı olduğundan ona müqavimət göstərmək iqtidarında olmamasını anlayaraq cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə öz cinsiyyət orqanını sonuncunun sağ əli ilə tutmasına məcbur etməklə Zərərçəkmiş şəxs sağ saidin qançırı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, sonuncu isə əlini çəkən zaman onun cinsiyyət üzvünün bir ədəd sıyrığı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət almasına səbəb olmaqla aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, evlidir, bir qızı var. Polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmış, bu işi onun boynuna döyüb qoymuşlar. O, fəhlə işləmiş, uşağın atası Bəhruzu çoxdan tanımışdır, neçə illər onun xalası uşaqları ilə işləmişdir. Öz uşağı xəstə olmuş, onların evinə aparmış, Bəhruzun anası dua yazmışdır. Həmin gün mağazada siqaret alanda uşağı görmüşdür. İttihamda deyilən yerdə uşağı görməmişdir. Özü “Kimyaçılar” tərəfdə qalır. O ərazidə fəhlə işləmiş, uşaq əlində qələm, karandaş olan paketlə mağazadan çıxmış, həmin mağazadan özü də çıxaraq Elxanla yola çıxmış, 9 nömrəli avtobusa minərək Sumqayıta gəlmişdir. Polislər 20 sentyabr tarixində onu saxlamışdır. Ona sanksiya üçün məhkəməyə aparanda polisə əl-qol atdığı üçün gətirildiyi deyilməsi bildirilmişdir. O, uşağa qarşı elə hərəkət etməmişdir. Polislər onu döyüb cinsiyyət orqanını partlatmışlar. O. məktəbdə təhsil almamış, ona görə də oxuyub yaza bilmir, şikayət edə bilməmişdir. X4 otağında onu döyə-döyə, işgəncə verə-verə bu maddəni boynuna qoymuşdur. Ona boş kağıza qol çəkdirmişlər. Uşağın atası da oraya gələrək ona əl-qol atmışdır. Ekspertizaya aparılmışdır. O, ittihamda qeyd olunan əməli törətmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, təxminən 11 ildir Bakı və Sumqayıt şəhəri ərazisində müxtəlif tikinti obyektlərində fəhlə işləməklə dolanışığını təmin etmişdir. Sonradan adını bildiyi Qanuni nümayəndə və onun azyaşlı qızı Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Təxminən 2022-ci ilin iyul ayından etibarən Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində yerləşən evlərin birində fəhlə kimi işləmişdir. Hər gün təxminən səhər saat 08 radələrində işə getmiş, axşamüstü isə işdən çıxıb kirayə yaşadığı evə gəlmişdir. 20 sentyabr 2022-ci il tarixdə, təxminən saat 08 radələrində həmişə olduğu kimi Ceyranbatan bağlar massivində yerləşən evdə işləməyə getmiş, lakin iş yerinə çatanda birlikdə işlədiyi Elxanla işlədiyi evin yaxınlığında rastlaşmış və sonuncu ona ailəsində problem olduğunu, bu gün işləməyəcəyini demişdir. O, da ona görə daha işə getməyib geri qayıtmışdır. Bir qədər həmin ətrafda gəzişdikdən sonra həmin ərazidə yerləşən “4 Qardaş” restoranının yaxınlığındakı “Oba” marketdən özünə siqaret aldıqdan sonra kirayə yaşadığı evə qayıtmaq qərarına gəlmişdir. Təxminən saat 11 radələrində sidiyi gəldiyi üçün ara küçələrin birinə keçib təbii ehtiyacını ödəməyə başlamışdır. Şalvarının qabağını açıb cinsiyyət orqanını çölə çıxararaq ehtiyacını ödəyən zaman yanından təxminən 6-7 yaşlarında Bətülün keçdiyini görmüşdür. Həmin vaxt ehtirası oyandığından Bətülün əlindən tutub sonuncunun əlini öz cinsiyyət orqanına toxundurmaq qərarına gəlmişdir. Ona görə də Bətülə “ay qız əlini mənə ver” deyib sonuncunun əlindən tutmuşdur. Həmin vaxt təbii ehtiyacını ödəmiş, lakin cinsiyyət orqanını şalvarına salmamışdır. Bətülün əlindən zorla tutaraq sonuncunu əli ilə cinsiyyət orqanından tutmasına məcbur etmişdir. Bətül isə əlini kənara çəkməyə çalışmışdır. Buna baxmayaraq o, zorla Bətülün əli ilə cinsiyyət orqanını tutmasına məcbur etmişdir. Bətül cinsiyyət orqanını tutduqdan sonra qışqıraraq əlini kənara çəkməyə çalışmışdır. O, isə Bətülün əlini sıxaraq əlini çəkməsinə imkan verməyəndə sonuncunun dırnaqları onun cinsiyyət orqanını cızmışdır. Bətül qışqırdığından o, qorxub daha sonuncunu buraxmış və oradan qaçaraq uzaqlaşmışdır. Sonra isə Bakı-Sumqayıt yoluna çıxıb oradan tanımadığı avtobusla yaşadığı evinə gəlmişdir. Həmin vaxt ətrafa diqqət yetirib ətrafda heç kimin olmadığını görmüş və Bətülə heç kimin kömək edə bilməyəcəyinə əmin olduqdan sonra sonuncunun əlini zorla tutaraq cinsiyyət orqanını tutmasını məcbur etmişdir. Həmin hərəkəti etdikdən sonra Bətülün qışqırdığını görüb oradan qaçıb getmişdir. Qaçan zaman isə şalvarının qabağını bağlamış və arxasından həmin yerə bir nəfər qadının gəldiyini görmüşdür. Həmin vaxt bir anlıq ehtirasa gəldiyindən belə bir əməl tutmuşdur. Konkret olaraq hər hansı bir məqsədi olmamışdır. Sadəcə Bətülün əli ilə bir neçə saniyəlik də olsa cinsiyyət orqanını tutmasını və ehtirasını müvəqqəti olaraq soyutmaq istəmişdir. Əvvəllər heç kimə qarşı seksual xarakterli hərəkətlər etməmiş və ya digər cinayət əməli törətməmişdir. Bətülü əli ilə cinsiyyət orqanını tutmağa məcbur edəndən sonra sonuncu əlini çəkməyə çalışmış və həmin vaxt dırnağı ilə cinsiyyət orqanını cızaraq xəsarət yetirmişdir. Bətülə qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra, yəni sonuncunu öz cinsiyyət orqanını tutmağa məcbur etdikdən sonra Bətül qışqırmış və o qorxaraq oradan qaçmaq qərarına gəlmişdir. Cinsiyyət orqanını şalvarına salamağa imkan tapmadığından qaça-qaça cinsiyyət orqanını şalvarına salmış və şalvarının qabağını bağlamağa başlamış, həmin vaxt da üzünü görə bilmədiyi bir nəfər qadının həmin yerə yaxınlaşdığını görmüşdür. İndi ona məlum olmuşdur ki, həmin qadın Bətülün nənəsi Şahid1 olmuşdur. (iş vərəqi 187-189) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs mütəxəssis və qanuni nümayəndəsinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, marketdən konfet aldıqdan sonra evlərinə qayıdan zaman yolda Məhəmməd ona yaxınlaşaraq əlindən tutub özünə tərəf dartmışdır. Həmin vaxt Məhəmmədin şalvarının qabağı açıq olmuş və onun cinsiyyət orqanını görmüşdür. Sonra isə Məhəmməd onun əlini zorla dartaraq əli ilə onun cinsiyyət orqanını tutmağa məcbur etmişdir. Məhəmməd onun əlindən möhkəm tutduğundan o əlini çəkə bilməmiş və məcbur qalıb onun dediyini etmişdir. Məhəmməd onun əlini möhkəm tutmuş və o əlini kənara çəkmək istəyəndə əlinin üstünü əzmişdir. Sonra isə qorxub qışqıraraq ağlamağa başlamışdır. Həmin vaxt nənəsi onun qışqırıq səsinə yanına gələndə Məhəmməd qaçıb getmişdir. Nənəsi isə onu evlərinə gətirmiş və evə gələndən sonra o Məhəmmədin ona qarşı etdiyi hərəkətlər barədə valideynlərinə və nənəsinə danışmışdır. O, btidai istintaq zamanı polis əməkdaşları tərəfindən dinirilərkən düzgün ifadə vermişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində atası Bəhruz, anası Səbinə, bacıları Leyla, Fatimə, Xədicə, babası Şirməmməd və nənəsi Seydəbanu ilə birlikdə yaşayır. Qubadlı rayonu, İ.Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinin 2-ci sinifində oxuyur. 20 sentyabr 2022-ci il tarixdə, təxminən saat 10:45 radələrində yaşadığı evdə olduğu zaman nənəsi Seydəbanu ona pul vermişdir ki, evlərinin yaxınlığında yerləşən marketdən ev üçün konfet alsın. O, da nənəsindən pulu alıb evlərindən təxminən 300 metr aralıda yerləşən marketdən konfet almağa getmişdir. Marketdən konfet aldıqdan sonra evlərinə qayıdan zaman yolda Məhəmməd ona yaxınlaşaraq “ay qız əlini mənə ver” deyib sağ əlindən tutub özünə tərəf dartmışdır. Həmin vaxt Məhəmmədin şalvarının qabağı açıq olmuş və o sonuncunun qabağında “siçan” (cinsiyyət orqanı) olduğunu görmüşdür. Sonra isə Məhəmməd onun əlini zorla dartaraq əli ilə “siçanı” (cinsiyyət orqanını) tutmağa məcbur etmişdir. Məhəmməd onun əlindən möhkəm tutduğundan o əlini çəkə bilməmiş və məcbur qalıb Məhəmmədin şalvarının qabağından çölə çıxmış “siçanı” (cinsiyyət orqanını) əli ilə tutmuşdur. Məhəmməd onun əlini möhkəm tutmuş və o əlini kənara çəkmək istəyəndə əlinin üstünü əzmişdir. Sonra isə qorxub qışqıraraq ağlamağa başlamışdır. Həmin vaxt nənəsi Seydəbanu onun qışqırıq səsinə yanına gələndə Məhəmməd qaçıb getmişdir. Nənəsi isə onu evlərinə gətirmiş və evə gələndən sonra o Məhəmmədin ona qarşı etdiyi hərəkətlər barədə valideynlərinə və nənəsinə danışmışdır. Məhəmmədi əvvəllər görməmiş və tanımamışdır. Məhəmməd orta boylu, üzü tüklü, qara qıvrım saçlı, saçı biraz çox olan, təxminən 25-35 yaşlarında oğlan olmuş, həmin vaxt sonuncunun əynində qırmızı rəngli köynək və qara rəngli şalvar olmuşdur. Məhəmmədin yanından keçəndə sonuncu onun əlindən tutaraq zorla özünə tərəf çəkmiş və sağ əli ilə şalvarının qabağından çölə çıxmış “siçanı” (cinsiyyət orqanını) tutmağa məcbur etmişdir. O, əlini çəkmək istəyəndə isə Məhəmməd onun əlini daha da bərk sıxaraq əzmişdir. (cild 1, iş vərəqə 51-52) Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma qızıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onlar Sumqayıt şəhəri Ceyranbatan bağları ərazisində yaşayır. 20 sentyabr 2022-ci il Bakı şəhərində işdə olan zaman arvadı Səbinə təxminən saat 13 radələrində ona zəng edərək qızının başına hadisə gəlməsini demiş və tez evə gəlməsini istəmişdir. O, Səbinədən nə baş verdiyini soruşduqda Səbinə ona qızı Bətülün marketdən gələn zaman küçədə kiminsə onun əlindən tutub sıxdığını, buna görə də uşağın ağlaya-ağlaya evə gəldiyini demiş və yeznələri Çingizin polislərin yanında olduğunu demişdir. O, da Çingizə zəng edib danışmışdır. Sonra işdən çıxıb polis bölməsinə gəlmişdir. Yolda olarkən telefonla anası ilə danışmış, anası Bətülün marketdən eve gələrkən yolda Çingizlə birlikdə işləyən Məhəmməd adlı şəxsin onun qarşısını kəsərək əlindən tutduğunu, sonra isə Bətülün əlini həmin oğlan öz cinsiyyət orqanına vuraraq uşağa qarşı seksual xarakterli hərəkətlər etdiyini ona demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun nəvəsidir. Təqsirləndirilən şəxs tanıyır, o, kürəkəni Şahid2lə birlikdə Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində işləmişdir. 20 sentyabr 2022-ci il tarixdə, təxminən saat 11 radələrində yaşadığı evdə olduğu zaman Bətülü evin həyət qapısından çıxdıqdan sonra sola dönərək həmin istiqamətdə gedərkən təxminən 200 metr aralıda yerləşən marketdən çörək almağa göndərmişdir. Özü isə həyət qapısının qarşısında Bətülü gözləməyə başlamışdır. Təxminən 5-6 dəqiqə Bətülün gəlməsini gözləmiş və birdən Bətülün qışqırıq səsini eşitmiş və tez səs gələn tərəfə yaxınlaşmağa başlamışdır. Həmin yerə çatanda Məhəmmədin oradan qaçaraq getdiyini, daha sonra isə Bətülün ağlayaraq ona yaxınlaşdığını görmüşdür. Nə baş verdiyini anlamamış və Bətüldən nə baş verdiyini soruşmuşdur. Bətül ona Məhəmməd onun əlindən tutaraq zorla cinsiyyət orqanını tutmağa məcbur etdiyini demişdir. O, baxanda Bətülün əlinin üstündə xəsarət olmasını da görmüşdür. Bətül uşaq olduğundan cinsiyyət orqanının nə olduğunu bilmir, sonuncu ona izah edəndə o, başa düşmüşdür ki, Məhəmməd zorla Bətülün əlindən tutaraq onu məcbur etmişdir ki, öz cinsiyyət orqanını tutsun, həmin vaxt da Bətül əlindən xəsarət almışdır. Bundan sonra o, Bətülü yaşadıqları evə gətimiş və baş verənlər barədə gəlini Səbinəyə danışmışdır. Bundan sonra o Məhəmmədi tapmaq üçün Çingizin işlədiyi yerə getmişdir. Orada Çingizlə görüşüb baş vermiş hadisə barədə danışmış və buna görə Məhəmmədi axtardığını demişdir. Çingiz isə Məhəmmədin bir neçə saat əvvəl çıxıb getdiyini bildirmişdir. O, şəxsi istifadəsində olan mobil telefon vasitəsi ilə polisə zəng vuraraq məlumat vermişdir. Məhəmmədin Bətülə qarşı seksual xarakterli hərəkətlər etməsini birbaşa görməsə də, Bətülün qışqırıq səsinə həmin yerə çatanda Məhəmməd şalvarının qabağını bağlaya-bağlaya həmin yerdən qaçaraq uzaqlaşmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynı qızıdır. Təqsirləndirilən şəxs təxminən 2022-cilin iyun-iyul aylarından etibarən fəhlə kimi tanımışdır. 20 sentyabr 2022-ci il tarixdə, təxminən saat 08 radələrində işlədiyi evdə olduğu zaman Məhəmməd işə gəlmişdir. Həmin ərəfədə isə Elxan işinin olduğunu deyib evinə getmək üçün çıxmışdır. Elxan getdikdən təxminən 1-2 dəqiqə sonra Məhəmməd işə gəlmiş, o, sonuncuya qalıb onunla işləməsini deməsinə baxmayaraq Məhəmməd qalmayacağını və gedəcəyini bildirib çıxıb getmişdir. Həmin gün təxminən saat 12 radələrində işdə olduğu zaman qaynanası Seydəbanu, yəni Bəhruzun anası onun işlədiyi yerə həyəcanlı şəkildə gəlmiş və Məhəmmədi axtardığını demişdir. Seydəbanu 1-2 dəfə onun işlədiyi yerin yaxınlığına gəlib getdiyindən onunla birlikdə işləyən şəxslərin bəzilərini tanımışdır. O, Seydəbanudan nə səbəbə Məhəmmədi axtardığını soruşmuş, sonuncu isə ona baş verənləri danışmışdır. O, isə Seydəbanuya Məhəmmədin səhər saatlarında işə gəlib daha sonra getdiyini, bundan sonra daha onu görmədiyini bildirmişdir. Seydəbanu polisə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra isə həmin yerə polis əməkdaşları gəlmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhəkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1472 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ saidin qançırı xəsarəti aşkar olunmuşdur. qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən sıxılmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (cild 1, iş vərəqi 28-30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhəkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1473 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində cinsiyyət üzvünün bir ədəd sıyrığı xəsarəti aşkar olunmuşdur. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və zərərçəkənin qeyd etdiyi şəraitdə kənar şəxs tərəfindən əllədırnaqla yetirilə bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (cild 1, iş vərəqi 31-33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3132 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs Əvvəllər rəsmi qaydada psixiatrik müəssisələrə müraciət etməmiş həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosionaliradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hararkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, məsuliyyətsizlik, səthilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. Lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiya öz xeyrinə yönəldib yalan danışa bilər. (cild 1, iş vərəqə 147- 150) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 497 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Kifayət qədər lüğət ehtiyyatına malik olmaqla, öz fikirlərini rahatlıqla çatdıra bilir. Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin Zərərçəkmiş şəxs qarşı törədilən əməl dövründə onda hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri olmamışdır. Belə nəticəyə gəlmək mümkündür ki, Zərərçəkmiş şəxs azyaşlı olduğundan qərarın təsviri hissəsində qeyd edilmiş hadisə zamanı ona qarşı törədilən qanunazidd hərəkətlərin xarakterini və mahiyyətini öz yaş xüsusiyyətlərinə uyğun tərzdə qavramaq və anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. ( cild 1, iş vərəqə 200-203) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs saat 13:30 dəqiqədə Sumqayıt ŞPİ-nin həyətində təklif edilmişdir ki, ifadələrinin yerində yoxlanılması məqsədi ilə hadisəsinin baş verdiyi yerə gedən yolu göstərsin. Təqsirləndirilən şəxs göstərdiyi marşrut üzrə Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi istiqamətində hərəkət edərək hadisənin baş verdiyi əraziyə gedilmiş və orada Məhəmməd Əsgərova təklif edilmişdir ki, cinayət işi üzrə istintaq zamanı ifadə verdiyi şəraiti göstərib danışsın. Təqsirləndirilən şəxs bir daha istintaqa vermiş olduğu ifadələrini təsdiq edərək hadisəni törətdiyi yeri göstərməklə bildirmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə, təxminən saat 08 radələrində həmişə olduğu kimi Ceyranbatan bağlar massivində yerləşən evdə işləməyə getmiş, lakin iş yerinə çatanda birlikdə işlədiyi Elxanla işlədiyi evin yaxınlığında rastlaşmış və sonuncu ona ailəsində problem olduğunu, bu gün işləməyəcəyini demişdir. O, da ona görə daha işə getməyib geri qayıtmışdır. Bir qədər həmin ətrafda gəzişdikdən sonra həmin ərazidə yerləşən “4 Qardaş” restoranının yaxınlığındakı “Oba” marketdən özünə siqaret aldıqdan sonra kirayə yaşadığı evə qayıtmaq qərarına gəlmişdir. Təxminən saat 11 radələrində sidiyi gəldiyi üçün ara küçələrin birinə keçib təbii ehtiyacını ödəməyə başlamışdır. Şalvarının qabağını açıb cinsiyyət orqanını çölə çıxararaq ehtiyacını ödəyən zaman yanından təxminən 6-7 yaşlarında Bətülün keçdiyini görmüşdür. Həmin vaxt ehtirası oyandığından Bətülün əlindən tutub sonuncunun əlini öz cinsiyyət orqanımn toxundurmaq qərarına gəlmişdir. Ona görə də o, Bətülə “ay qız əlini mənə ver” deyib sonuncunun əlindən tutmuşdur. Həmin vaxt təbii ehtiyacını ödəmiş, lakin cinsiyyət orqanını şalvarına salmamışdır. O, Bətülün əlindən zorla tutaraq sonuncunun əli ilə cinsiyyət orqanından tutmasına məcbur etmişdir. Bətül isə əlini kənara çəkməyə çalışmışdır. Buna baxmayaraq o, zorla Bətülün əli ilə cinsiyyət orqanını tutmasına məcbur etmişdir. Bətül cinsiyyət onun orqanını tutduqdan sonra qışqıraraq əlini kənara çəkməyə çalışmış, o isə sonuncunun əlini sıxaraq əlini çəkməsinə imkan verməyəndə Bətülün dırnaqları onun cinsiyyət orqanını cızmışdır. Bətül qışqırdığından o, qorxub daha sonuncunu buraxmış və oradan qaçaraq uzaqlaşmışdır. Sonra isə Bakı-Sumqayıt yoluna çıxıb oradan tanımadığı avtobusla yaşadığı evinə getmişdir. ( cild 1, iş vərəqə 190-194) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan və Bakı hərbi məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı hərbi məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.1, 332.2.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vərəqə 111- 121) Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər İHB-nın MKTİB-nin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 196) Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X2 adlı bir azyaşı uşağı vardır. ( cild 1, iş vərəqə 199) Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təzyiq olunması nəticəsində ittihamda qeyd olunan əməli qəbul etməsi, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, 10 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar