Məhkəmə qərarları › İş №1(124)-143/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-143/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-143/2022 30.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6, Zərərçəkmiş şəxsin hüquqi varisi- X3 xx.xx.1982-ci il tarixdə Cəbrayıl rayonu, Qaraağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2021-ci il tarixdə təxminən saat 03 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Aviakassa” deyilən ərazinin qarşısındakı meydanda əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs ilə qarşılaşan vaxt xx.xx.2021-ci il tarixdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona yetirmiş olduğu boyun nahiyəsinin kəsilmiş yarası ilə müşahidə olunan sağlamlığa yüngül zərərvuran xəsarətin intiqamını almaq üçün sonuncuya yaxınlaşaraq mübahisə etmiş və sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurduqdan sonra zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış, ardınca yaxasından tutaraq iki dəfə baş nahiyəsini yerə çırpmış, sonda isə təpiklə bir neçə dəfə sifət nahiyəsinə vuraraq sonuncuya, döş qəfəsinin arxa sağ tərəfinin, bel nahiyyəsinin sol hissəsinin, alının sağ hissəsinin 3(üç) ədəd, burun belinin 2(iki) ədəd, sağ burun qanadının, sağ gözaltı nahiyənin 2 (iki) ədəd, təpə nahiyəsinin sağ hissəsinin 2(iki) ədəd yaraları ilə müşahidə olunan sağlamlığa zərər vurmayan və başın küt travması, baş beyinə qansızma ilə müşahidə olunan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş və nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs başın küt travması nəticəsində baş beyinə qansızma xəsarətindən xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Təcili və X5 xəstəxanasında ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Vəlixan əlindəki şüşə ilə onun boğazını kəsmişdir. O, isə onu itələyərək yıxmışdır. O, özünü itirmiş, post patrul əməkdaşları onu görüb xəstəxanaya aparmışdırlar. Boğazına tikiş qoymuş, saat 3-dən 6-ya kimi orda saxlamış, sonra onu evə buraxmışdırlar. Bu hadisədən 1 həftə sonra skamyada oturan zaman Vəlixan da gəlib onun yanında oturmuşdur. Vəlixan içkili olmuşdur. Vəlixan ona söyü söymüş, o, da ona sillə vuraraq ordan uzaqlaşmışdır. Vəlixana təpik vurmamışdır. Mağazandan çıxan bir şəxs Vəlixanın qoluna girərək onu ordan aparmışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməyərək, ifadəsini verən zaman özündə olmadığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi məhkəmədə tədqiq edilmiş ifadələrində göstərmişdir ki, təxminən 1-2 aydır ki, spirtli içki alduçəsidir. Bununla bağlı 9 dəfə Sumqayıt şəhər narkoloji dispanserində müalicə də almış, təxminən 2-3 il bundan əvvəl Sumqayıt şəhər narkoloji dispanserində müalicə alarkən orada müalicə alan digər şəxs Zöhrabla tanış olmuş, dispanserdə müalicə alıb çıxdıqdan sonra Zöhrabla tez-tez görüşüb “Heydər” parkında və dəniz kənarında spirtli içki qəbul etmiş, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2021-ci il tarixdə, təxminən saat 03 radələrində o, Zöhrabı tapmaq üçün Zöhrabın tez-tez olduğu Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Bələdiyyə parkı” deyilən yerə gəlmiş, parka gəldikdə ətrafa bir qədər baxdıqdan sonra Zöhrabı tapmamış, parkda biri qadın, biri kişi olmaqla 2 nəfər şəxsin spirtli içki içdiyini görüb, sonradan adının Vəlixan olduğunu bildiyi şəxsə yaxınlaşaraq Zöhrabın harada olmasını soruşmuş, Vəlixan ondan Zöhrabın kim olduğunu soruşduqda, Zöhrabın onun qardaşı olduğunu bildirmiş, Vəlixan ona gözləməyini, qayıdaraq Zöhrabın yerini göstərəcəyini deyib bir qədər aralıya getmiş, ondan aralaşdıqdan sonra Vəlixan cibindən kiçik ölçülü spirtli içki butulkasını çıxararaq içmiş və butulkanı yerə ataraq sındırmış, bundan sonra ona yaxınlaşaraq sol əlini onun çiyninə qoymuş və hansısa istiqaməti göstərib Zöhrabın orada olduğu bildirmiş, anidən sağ əlində tutduğu şüşə qırıntısı ilə onun boğazını kəsmiş, o, Vəlixanı özündən itələyərək bir dəfə şillə vurmuş, Vəlixan müvazinətini itirərək parkdakı skameykada oturmuş, o, xəstəxanaya getmək üçün parkın yanındakı yolu keçən zaman Post Patrul Xidmətinin əməkdaşları onu qanlar içində görüb avtomobili saxlamış, polislər onun boğazının kəsilmiş olduğunu görüb Təcili Tibbi Yardıma zəng vurmuş, bu zaman o, huşunu itirmiş və ayıldıqda artıq Sumqayıt şəhər Travmatologiya xəstəxanasında olduğunu, həkimlərin boğazını tikdiyini görmüş, təxminən 3-4 saat xəstəxanada qaldıqdan sonra öz evinə gəlmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 03 radələrində tanımadığı taksi ilə Bakı şəhərindən Sumqayıt şəhərinə gəlmiş, taksi onu Sumqayıt şəhərində “Aviakassa” deyilən yerdə düşürtmüş, o, “Aviakassanın” yanındakı “Bələdiyyə” parkı istiqamətində yolu keçmək istəyən zaman, Vəlixanın da həmin yolu park tərəfdən keçərək ona doğru gəldiyini görmüş, o, Vəlixanı gördükdə xx.xx.2021-ci il tarixdəki hadisə yadına düşdüyündən, boğazını nə üçün kəsdiyini öyrənmək üçün Vəlixana yaxınlaşmış, Vəlixandan onu tanıyıb-tanımadığını soruşmuş, Vəlixan sərxoş vəziyyətdə olduğundan ona, “çıx get, keçən dəfə bir nəfərin boğazını kəsdim, elə eləmə ki, sənin də boğazıvı kəsim” demiş və yaxınlıqdakı aptekə gedərək spirt alıb içmiş, Vəlixan aptekə getdikdə o, “Aviakassanın” qarşısındakı meydanda yerləşən oturacaqda əyləşib, Vəlixanın aptekdən çıxmağını gözləmiş, Vəlixan aptekdən çıxdıqdan sonra onun yanına gələrək oturacaqda əyləşmiş, o, Vəlixandan yenidən onu tanıyıb-tanımadığını soruşmuş, Vəlixan ona tanımadığını dedikdə, o, Vəlixana keçən dəfə boğazını kəsdiyi adam olduğunu deyərək bir dəfə şillə vurmuş, Vəlixan onun yanından duraraq digər oturacağın yanındakı işıq dirəyinə söykənib dayanmış, o, Vəlixanın yanına gedərək Vəlixana bir dəfə də şillə zərbəsi endirmiş, bu zaman Vəlixan müvazinətini itirərək, huşsuz vəziyyətdə arxası üstə yerə yıxılmış, o, yerdə uzandığını görüb Vəlixana bir neçə dəfə də şillə zərbəsi vurmuş, həmçinin yaxasından tutaraq 2 dəfə arxası üstə yerə çırpmış, bundan sonra ayağa qalxaraq bir dəfə də təpiklə sifət nahiyəsinə vurub oradan “Heydər” parkına getmiş, Heydər parkından isə tanımadığı taksi ilə Bakı şəhərinə getmiş, xx.xx.2021-ci il tarixdə qardaşı Rasimə zəng vuraraq hal-əhval tutmuş, Rasim polislərin onu axtardığını və təcili olaraq Sumqayıt şəhərinə gəlməyini bildirmiş, xx.xx.2021-ci il tarixdə təxminən saat 10 radələrində Sumqayıt şəhərinə, evinə gəlmiş, qonşular anası və bacısının polis bölməsində olduğunu bildirmiş, o, ilk əvvəl məsələnin xx.xx.2021-ci il tarixdə aldığı xəsarətlərlə bağlı olduğunu fikirləşdiyindən 3-cü polis bölməsinə getməyə başlamış, yolda olarkən tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq onu 4-cü polis bölməsinə gətirmiş, 4-cü polis bölməsinə gəldikdə Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər nəticəsində öldüyünü öyrənmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxsla mübahisə edən zaman onu öldürmək niyyəti olmamış, yalnız xx.xx.2021-ci il tarixdə boğazını kəsdiyi üçün Vəlixandan qisas almaq üçün onu döymüş, Zərərçəkmiş şəxs ölməsini 4-cü polis bölməsinə gətirildiyi zaman bilmiş, xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs vuran zaman əlində hər hansı bir əşya olmamış, Vəlixana bir dəfə şillə vurduqdan sonra huşunu itirərək yerə yıxılmış, o, Vəlixanın yaxasından tutaraq 2 dəfə yerə çırpmış, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Zərərçəkmiş şəxsla söhbət edən zaman onun sifət nahiyəsində hər hansı bir xəsarət görməmiş, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Zərərçəkmiş şəxsla münaqişələri olan zaman orada sonradan adının Qərənfil olduğunu bildiyi tüfeyli həyat tərzi keçirən qadın olmuş, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxsla münaqişələri təxminən 15 dəqiqə çəkmiş və həmin vaxt parkda heç kəs olmamış, xx.xx.2021-ci il tarixdə isə münaqişələri təxminən 15-20 dəqiqə davam etmiş və ətrafa xeyli sayda adam toplaşmış, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində müxtəlif kafelərdə 200 qram spirtli içki qəbul etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət törətməsini bildirib, mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma qardaşıdır. Vəlixan tüfeyli həyat tərzi keçirmişdir. Bacısı ona zəng edərək, qardaşlarının öldüyünü və morqda olduğunu bildirmişdir. Həkim Vəlixanın beyninə qan sızmasından öldüyünü bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər-hansı tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 4 ildir ki, tüfeyli həyat tərzi yaşayır. Zərərçəkmiş şəxs təxminən 1 ildir ki, tanımışdır. xx.xx.2021-ci il tarixdə təxminən 02-03 radələrində Vəlixanla “Bələdiyyə” parkında spirtli içki qəbul edib ağacın altında uzanmış, bu zaman Çingiz Vəlixana yaxınlaşaraq əsəbi şəkildə öz qardaşının harada olduğunu soruşmuş, Vəlixan Çingizə “ mən nə bilim qardaşın hardadır” deyə cavab verdikdə Çingiz əsəbiləşərək Vəlixanı yumruqla vurmuş, Vəlixan əlində olan spirt butulkasını sındıraraq Çingizin boğaz nahiyəsinə xəsarət yetirmiş, Çingiz xəsarət almağına baxmayaraq yenidən Vəlixanı döyməyə davam etmiş, Vəlixan zərbələrin təsirindən huşunu itirib yerə yıxıldıqdan sonra, Çingizin onu da döyəcəyindən qorxub parkdan qaçmağa başlamış, Çingiz onu qovalasa da o, Çingizdən qaçıb öz evinə gəlmişdir. xx.xx.2021-ci il tarixdə təxminən axşam saatlarında yenidən Vəlixanla “Bələdiyyə” parkında görüşərək 2 nəfərə təxminən 200 qram spirtli içki qəbul etmiş, təxminən saat 03 radələrində spirtli içkiləri qurtardığından Vəlixanla birlikdə parkın yanındakı yolu keçib “Aviakassa” deyilən yerin qarşısına gəlmiş və oradakı oturacaqda oturmuş, Vəlixan yaxınlıqdakı aptekdən spirt almaq istədiyini bildirmiş, o, da spirtli içki içmək istədiyindən Vəlixana almasını demiş, bu zaman Təqsirləndirilən şəxs gözlənilmədən onlara yaxınlaşmış, Vəlixanla mübahisə etməyə başlamış, Çingiz özü də içkili vəziyyətdə olmuş, Çingiz Vəlixandan onu tanıyıb tanımadığını soruşmuş, onlar təxminən 5 dəqiqə mübahisə etdikdən sonra Vəlixan Çingizə “bu yaxınlarda birinin boğazını kəsdim, elə eləmə ki, sənin də boğazını kəsim” demiş və durub yaxınlıqdakı aptekə gedərək spirt almış, aptekdən çıxdıqdan sonra yenidən gəlib onların yanında əyləşmiş, o, Vəlixandan spirti alıb içməyə başlamış, yanlarında əyləşmiş Təqsirləndirilən şəxs də ondan içmək üçün spirti istəmiş, o, da spirti Çingizə də vermiş, Çingiz bir –iki qurtum içdikdən sonra Vəlixana “ keçən dəfə boğazını kəsdiyin oğlan mənəm, indi də boğazımı kəsə bilərsənmi?” deyib Vəlixanın sifətinə bir neçə yumruq zərbəsi endirmiş, bu zaman yaxınlıqdan keçən bir nəfər onları ayırmış, Vəlixan skamyadan duraraq yaxınlaqdakı işıq dirəyinə söykənmiş, Çingiz onları ayıran şəxsdən aralanıb yenidən Vəlixanın yanına gəlmiş və yaxınlaşan kimi Vəlixanın sifət nahiyəsinə yumruqla vurmuş, Vəlixan müvazinətini itirərək yerə yıxılmış, ardınca Çingiz yaxasından tutaraq Vəlixanın başını yerə çırpmış, bununla da hirsi soyumayan Çingiz Vəlixana bir neçə təpik zərbəsi də endirmiş, o, Çingizin Vəlixandan sonra onu da döyəcəyindən qorxduğu üçün oradan qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 qızı ifadəsində göstərmişdir ki, o, təxminən 2019-ci il tarixdən hal-hazıradək Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasında çağırışçı həkim vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə saat 21-dən başlayaraq, növbəti gün saat 09-dək gecə növbəsində olmuşdur. xx.xx.2021-ci il tarixdə xatırlamadığı ərazidən çağırışdan gələrkən dispetçer onlara xəbər verərək, “Aviakassa” adlanan ərazidən çağırış gəldiyini və ora yaxınlaşmağı bildirmiş, o, həmin əraziyə gəldikdə sonradan adının Vəlixan olduğunu bildiyi şəxsin huşsuz vəziyyətdə yerdə uzandığını görmüş, o, həmin şəxsə yaxınlaşdıqda, kəskin alkoqol qoxusu gəlmiş, nəbzini ölçdükdə nəbzinin atdığını görmüş, onların avtomobil reanimobil olduğundan, Vəlixana orada rahat tibbi yardım göstərə bilməyəcəyini bildiyindən, əraziyə daha böyük Təcili Tibbi Yardım avtomobili çağırmış, təxminən 5 dəqiqə sonra daha böyük avtomobil gəlmiş və onlar Vəlixanı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxana aparmışdırlar. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, təxminən 1 ay “Bələdiyyə parkının” yaxınlığında yerləşən köşkdə satıcı işləməklə xx.xx.2021-ci il tarixdə orada işdən çıxmış, Zərərçəkmiş şəxs köşkdə işlədiyi vaxtdan tanımış, belə ki, Zərərçəkmiş şəxs tüfeyli həyat tərzi keçirməklə, “Bələdiyyə parkında” yatır, demək olar ki, hər gün spirtli içki içirdi. xx.xx.2021-ci il tarixdə təxminən saat 02-03 radələrində köşkdə işləyən zaman üzbəüzdə yerləşən “Bələdiyyə parkında” səs-küy eşitmiş, o, səs-küy gələn tərəfə getdikdə, Qərənfil adlı tüfeyli həyat tərzi keçirən qadının parkdan qaçdığını görmüş, bir qədər irəli getdikdə, Vəlixan və sonradan adının Çingiz olduğunu bildiyi şəxslərin dalaşdığını, Çingizin boğaz nahiyyəsindən qan gəldiyini, buna baxmayaraq Vəlixanı döydüyünü görmüş, Vəlixan huşunu itirib yerə yıxıldıqdan sonra Çingiz Vəlixandan aralaşmış, o, isə köşk boş qalmasın deyə geri qayıtmış, köşkə çatdıqda Çingiz üzəri qanlı vəziyyətdə köşkə yaxınlaşmış, bu vaxt yoldan keçən Post Patrul Xidmətinin əməkdaşları Çingizi qanlar içərisində görüb dayanmış və Çingizə yaxınlaşaraq Təcili Tibbi Yardım çağırmış, Təcili Tibbi Yardım gələrək Çingizi avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Şahid1 ifadəsinə davam edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 03 radələrində yenə də köşkdə olan zaman səs-küy eşidib çölə çıxmış, köşkün sağ tərəfində yerləşən meydanda Çingizlə Vəlixanın dalaşdığını görmüş, Çingiz Vəlixana bir neçə dəfə yumruq zərbəsi endirdikdən sonra Vəlixan huşunu itirərək yerə yıxılmış, ardınca Çingiz Vəlixanın yaxasından yapışaraq başını bir neçə dəfə yerə çırpmış, bu zaman Vəlixan Çingizə müqavimət göstərsə də, Çingizə gücü çatmamış, Çingiz ayağa duraraq bir dəfə də təpiklə Vəlixanın baş nahiyəsinə vurmuş, Çingiz Vəlixanı döydükdən sonra ətrafa “Qərənfili tapın, onu öldürəcəm” deyə qışqırmağa başlamış, bir neçə dəqiqədən sonra isə gəzərək hadisə yerindən çıxıb getmişdir. . (cild 1, iş vərəqə 16- 19) Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, təxminən 2017-ci il tarixdən hal-hazıradək Sumqayıt şəhəri, Sülh küçəsində “Aviakassa” deyilən ərazidə yerləşən “Əli 94” mağazasında saat 23-dən 07:30-adək gecə mühafizəçisi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə təxminən saat 03 radələrində mağazanın Sülh küçəsinə baxan hissəsində ağacın altında oturub digər mühafizəçi Akif Şahməmmədov ilə söhbətləşmiş, bu zaman mağazanın “Aviakassa” deyilən əraziyə baxan hissəsindən səsküy gəldiyini eşitmiş, o, nə baş verdiyini öyrənmək üçün yerindən qalxmaq istəsə də, Akif ona ora getməməyi, səs-küy salanların öz işləri olduğunu demiş, həmin yerdə tez-tez cavan oğlanların yüksək səslə danışdığının şahidi olduğundan yenə də eyni məsələ olduğunu fikirləşib yerində oturmuş, təxminən 5 dəqiqə sonra səs-küy gələn tərəfdən bir nəfər xarici görkəmindən tüfeyli həyat tərzi keçirənə oxşar qadın onların yanından Sülh küçəsi ilə “sputnik” deyilən ərazi istiqamətində qaçmağa başlamış, təxminən 10-15 dəqiqə sonra həmin yerə Təcili Tibbi Yardım həkimləri gələrək bir nəfəri xərəkdə avtomobilə qoyun oradan uzaqlaşmışdır. (cild 1, iş vərəqə 56-58) Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, təxminən 2008-ci il tarixdən hal-hazıradək Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim-neyrocərrah vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 21-dən başlayaraq, növbəti gün saat 09-dək növbədə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 04:40-da Təcili Tibbi Yardım briqadası tərəfindən xəstəxanaya naməlum şəxs gətirilmiş, o, növbədə olduğu üçün həmin xəstəni qəbul etmiş, xəstənin baş nahiyəsində qanaxma olduğu üçün dərhal sarğı otağına apararaq orada xəstəyə tibbi yardım göstərib baş nahiyəsini sarımış, daha sonra həmin xəstə Acil palatasına yerləşdirilib, dərman yardımlarına başlanmış, təxminən saat 08 radələrində xəstə özünə gələrək Zərərçəkmiş şəxs olduğunu bildirmiş, saat 11 radələrində növbəni təhvil verərkən, bir daha Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmaq üçün Acilə düşmüş, acilə gələrkən Zərərçəkmiş şəxs orada səs-küy saldığını, tibb işçilərini təhqir etdiyi və çıxıb getmək istədiyini görmüş, o, Vəlixanın səhhətinin normal olduğunu, ayaq üstə dayana bildiyini görüb Acildən çıxaraq evimə getmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 11 radələrində yenidən növbədə olarkən baş həkimin müavini Mirnazir Muxtarov ona zəng vuraraq Zərərçəkmiş şəxs yenidən Acilə gətirildiyini və Vəlixana tibbi yardım göstərməyini bildirmiş, o, Acilin palatasına gəldikdə Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə uzandığını görmüş, Vəlixana yaxınlaşıb onunla bir qədər söhbət etdikdən sonra huşunun yerində olduğunu, hər hansı bir neyro-cərrahi və nevroloji patologiyanın kliniki olaraq aşkar edilmədiyini görüb, yenidən öz növbəsinə qayıdaraq, digər xəstələrlə maraqlanmış, o, növbədə olduğu müddətdə Vəlixan Acilin palatasında qalmış, xx.xx.2021-ci il tarixdə isə işə gəldikdə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə öldüyünü öyrənmişdir. Daha sonra Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 04:40-da Zərərçəkmiş şəxs xəstəxanaya gətirilərkən Vəlixanın başında, təpə nahiyyəsində, burun və göz altı nahiyyəsində xəsarətlər olmuş, həmin xəsarətlərdən təpə nahiyəsindəki xəsarət nisbətən ciddi olmuş, təxminən bir aydır ki, xəstəxanada kompyutertomoqrafiyası işləmədiyindən Zərərçəkmiş şəxs kompyuter-tomoqrafiyasından keçirilməsi mümkün olmamış, xx.xx.2021-ci il tarixdə saat 04:40-da Zərərçəkmiş şəxs huşu özündə olmadığından, həmçinin yaxınları xəstəxanada olmadığından saat 09-da baş həkimin rəhbərliyi ilə keçirilən “5 dəqiqəlik” iclasda Zərərçəkmiş şəxs KT müayinəsinə ehtiyac olduğunu, xəstəxananın KT aparatının işləmədiyini bildirmiş, amma xəstəxana rəhbərliyi tərəfindən heç bir reaksiya verilməmiş, buna görə də Zərərçəkmiş şəxs KT aparatından keçirilməsini təmin etmək mümkün olmamış, xx.xx.2021-ci il tarixdə saat 04:40-da glükoza, pirasetan, mannit adlı dərmanlardan istifadə edərək Zərərçəkmiş şəxs tibbi yardım göstərmiş, həmçinin başındakı xəsarətləri də təmizləyərək sarğı qoymuşdur. (cild 1, iş vərəqə 98-101) Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, o, məhkəmədə ifadəsi elan edilib araşdırılmış Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(cild 1, iş vərəqə 102-104) Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, təxminən 2020-ci il tarixdən hal-hazıradək Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim-neyrocərrah vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 21-dən başlayaraq, növbəti gün saat 09-dək növbədə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 22:10-da növbədə olduğu vaxt sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi bir nəfər şəxs kəskin alkoqol sərxoşluğu ilə xəstəxanaya gəlmiş, növbədə olduğu üçün həmin xəstəni o, qəbul etmiş, xəstənin gözaltı və alın nahiyəsində gözlə görünən xəsarətlər olmuş, xəstədə neyro cərrahi patologiya aşkar olunmadığından, həmin xəstə Acil palatasına yerləşdirilib, terapevt tərəfindən dərman yardımlarına başlanmış, sonradan Zərərçəkmiş şəxs həmin gün saat 04 radələrində də təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilməsi, xəsarətləri olduğu üçün digər həkim neyro cərrah Şahid3 tərəfindən müayinə olunması ona məlum olmuş, xəstəxanada KT aparatı 1 aydır ki, işləmədiyindən Zərərçəkmiş şəxs daha dəqiq diaqnoz qoymaq mümkün olmamışdır. xx.xx.2021-ci il tarixdə saatını dəqiq xatırlamadığı vaxt o, yenidən növbədə olarkən Zərərçəkmiş şəxs kəskin komatoz vəziyyətdə xəsatəxanaya gətirilmiş, reanimasiya şöbəsinə yardım göstərilsə də, təxminən 20 dəqiqə sonra ölmüş, həmin vaxt neyro cərrah çağırışı olmadığından o, bu barədə məlumatı daha sonra iclasda almışdır. Daha sonra Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:10-da Zərərçəkmiş şəxs xəstəxanaya gətirilərkən başında, alın nahiyyəsində, burun və göz altı nahiyyəsində xəsarətlər olmuş, bu xəsarətlərə bir gün öncə digər neyro-cərrah Şahid3 tərəfindən yardım edilmiş, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs kəskin komatoz vəziyyətdə xəstəxanaya gətirilməsi, terapevt və reanimotoloq tərəfindən yardım edilməsi və təxminən 20 dəqiqə sonra orada vəfat etməsi ilə bağlı məlumatı o, daha sonra xəstəxana iclasında öyrənmiş, çünki Zərərçəkmiş şəxs həmin gün xəstəxanaya gətirilərkən neyro-cərrah çağırılmamış və o, xəstənin gəlməsi və sonrakı hadisələr haqqında həmin an məlumatsız olmuşdur. (cild 1, iş vərəqə 131-134) Şahid7 və Şahid6 qızının məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, onlar, məhkəmədə ifadəsi elan edilib araşdırılmış Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. (cild 1, iş vərəqə 110- 112, 135-137) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Bələdiyyə parkı” adlanan ərazi və həmin küçədə yerləşən “Aviakassa” adlanan yerin qarşısındakı meydandır. “Bələdiyyə parkının” girişindən 25 metr solda ağaclıq olan yerdə oturacağı taxta materialdan olan skamyalar vardır. Skamyanın yerləşdiyi yer tamet daşları ilə döşənmişdir. Skamyanın sağ və arxa hissəsi isə otluq ərazidir. Skamyanın arxa tərəfində otluq hissədə şüşə qırıntıları səpələnmişdir. Hadisə yerini təqdim edən Şahid2 skamyanın sağ tərəfində olan ağaclıq və kolluq ərazini, həmçinin yerdəki şüşə qırıntılarını göstərərək bildirmişdir ki, Zərərçəkmiş şəxsla tez-tez Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Bələdiyyə” parkında spirtli içki qəbul etmiş, xx.xx.2021-ci il tarixdə təxminən 02-03 radələrində Vəlixanla “Bələdiyyə” parkında spirtli içki qəbul edib ağacın altında uzanmış, bu zaman sonradan adının Çingiz olduğunu bildiyi bir nəfər şəxs Vəlixana yaxınlaşaraq əsəbi şəkildə öz qardaşının harada olduğunu soruşmuş, Vəlixan Çingizə “mən nə bilim qardaşın hardadır” deyə cavab verdikdə Çingiz əsəbiləşərək Vəlixanı yumruqla vurmuş, Vəlixan əlində olan spirt butulkasını sındıraraq Çingizin boğaz nahiyəsinə xəsarət yetirmiş, Çingiz xəsarət almağına baxmayaraq yenidən Vəlixanı döyməyə davam etmiş, Vəlixan zərbələrin təsirindən huşunu itirib yerə yıxıldıqdan sonra, Çingizin onu da döyəcəyindən qorxub parkdan qaçmağa başlamış, Çingiz onu qovalasa da o, Çingizdən qaçıb öz evinə gəlmişdir. Adınca baxış davam etdirilərək, “Bələdiyyə” parkının yanında yerləşən “Aviakassa” deyilən ərazinin qarşısındakı meydana gəlindi. Baxış zamanı müəyyən olundu ki, Meydanın parka baxan hissəsində bir ədəd köşk vardır. Meydanın ortasında isə 6 ədəd işıq dirəyi, 2 ədəd dairəvi skamya və 1 ədəd qırmızı rəngli telefon köşkü vardır. Hadisə yerini təqdim edən Şahid2 qırmızı rəngli telefon köşkünün yanındakı dairəvi skamyanı göstərərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən axşam saatlarında yenidən Vəlixanla “Bələdiyyə” parkında görüşərək 2 nəfərə təxminən 200 qram spirtli içki qəbul etmiş, təxminən saat 03 radələrində spirtli içkiləri qurtardığından Vəlixanla birlikdə parkın yanındakı yolu keçib “Aviakassa” deyilən yerin qarşısına gəlmiş və oradakı oturacaqda oturmuş, Vəlixan yaxınlıqdakı aptekdən spirt almaq istədiyini bildirmiş, o, da spirtli içki içmək istədiyindən Vəlixana almasını demiş, bu zaman Təqsirləndirilən şəxs gözlənilmədən onlara yaxınlaşmış, Vəlixanla mübahisə etməyə başlamış, Çingiz özü də içkili vəziyyətdə olmuş, Çingiz Vəlixandan onu tanıyıb tanımadığını soruşmuş, onlar təxminən 5 dəqiqə mübahisə etdikdən sonra Vəlixan Çingizə “bu yaxınlarda birinin boğazını kəsdim, elə eləmə ki, sənin də boğazını kəsim” demiş və durub yaxınlıqdakı aptekə gedərək spirt almış, aptekdən çıxdıqdan sonra yenidən gəlib onların yanında əyləşmiş, o, Vəlixandan spirti alıb içməyə başlamış, yanlarında əyləşmiş Təqsirləndirilən şəxs də ondan içmək üçün spirti istəmiş, o, da spirti Çingizə də vermiş, Çingiz bir –iki qurtum içdikdən sonra Vəlixana “keçən dəfə boğazını kəsdiyin oğlan mənəm, indi də boğazımı kəsə bilərsənmi?” deyib Vəlixanın sifətinə bir neçə yumruq zərbəsi endirmiş, bu zaman yaxınlıqdan keçən bir nəfər onları ayırmış, Vəlixan skamyadan duraraq yaxınlaqdakı işıq dirəyinə söykənmiş, Çingiz onları ayıran şəxsən aralanıb yenidən Vəlixanın yanına gəlmiş və yaxınlaşan kimi Vəlixanın sifət nahiyəsinə yumruqla vurmuş, Vəlixan müvazinətini itirərək yerə yıxılmış, ardınca Çingiz yaxasından tutaraq Vəlixanın başını yerə çırpmış, bununla da hirsi soyumayan Çingiz Vəlixana bir neçə təpik zərbəsi də endirmiş, o, Çingizin Vəlixandan sonra onu da döyəcəyindən qorxduğu üçün oradan qaçmışdır. (cild 1, vərəqə 20-24) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması” haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində göstərməklə ətraflı təsvir etməsi təklif olundu. Saat 12:55-də videoçəkiliş dayandırılmaqla istintaq hərəkətinin iştirakçıları ilə birlikdə nəqliyyat vasitəsilə hadisə yerinə gedildi. Saat 13:52-də istintaq hərəkətininin iştirakçıları ilə birlikdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisə yerinə - Sumqayıt şəhəri, Sülh keçəsində yerləşən “Bələdiyyə parkına” gəlindi. Şübhəli şəxs Təqsirləndirilən şəxs iş üzrə ifadəsində göstərdiklərini hadisə yerində göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2021-ci il tarixdə, təxminən saat 03 radələrində Zöhrab adlı dostunu tapmaq üçün Zöhrabın tez-tez olduğu Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “ Bələdiyyə parkı” deyilən yerə gəlmiş, parka gəldikdə ətrafa bir qədər baxdıqdan sonra Zöhrabı tapmamış, parkda biri qadın, biri kişi olmaqla 2 nəfər şəxsin spirtli içki içdiyini görmüş, sonradan adının Vəlixan olduğunu bildiyi şəxsə yaxınlaşaraq Vəlixandan Zöhrabın harada olmasını soruşmuş, Vəlixan ondan Zöhrabın kim olduğunu soruşduqda, Zöhrabın qardaşı olduğunu bildirmiş, Vəlixan ona gözləməyini, qayıdaraq Zöhrabın yerini göstərəcəyini deyib bir qədər aralıya getmiş, Vəlixan ondan aralaşdıqdan sonra cibindən kiçik ölçülü spirtli içki butulkasını çıxararaq içmiş və butulkanı yerə ataraq sındırmış, bundan sonra Vəlixan ona yaxınlaşaraq sol əlini çiyninə qoyub hansısa istiqaməti göstərmiş, Zöhrabın orada olduğu bildirərək, sağ əlində tutduğu şüşə qırıntısı ilə onun boğazını kəsmiş, o, Vəlixanı özündən itələyərək bir dəfə şillə vurmuş, Vəlixan müvazinətini itirərək parkdakı skameykanın üzərinə yıxılmış, o, xəstəxanaya getmək üçün parkın yanındakı yolu keçən zaman Post Patrul Xidmətinin əməkdaşları onu qanlar içində görüb avtomobili saxlamış, polislər onun boğazının kəsilmiş olduğunu görüb Təcili Tibbi Yardıma zəng vurmuş, bu zaman o, huşunu itirmiş və ayıldıqda artıq Sumqayıt şəhər Travmatologiya xəstəxanasında olduğunu, həkimlərin ona tibbi yardım göstərdiyini görmüşdür. Ardınca Təqsirləndirilən şəxs “Bələdiyyə parkının” yanında yerləşən “Aviakassa” deyilən ərazini göstərərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 02-03 radələrində Sumqayıt şəhərində “Aviakassa” deyilən yerdə oturacaq oturmuş, bu zaman, Vəlixanın da həmin yerə gəldiyini görmüş, o, Vəlixanı gördükdə xx.xx.2021-ci il tarixdəki hadisə yadına düşmüş və boğazını nə üçün kəsdiyini öyrənmək üçün Vəlixana yaxınlaşmış, Vəlixandan onu tanıyıb-tanımadığını soruşmuş, Vəlixan sərxoş vəziyyətdə olduğundan ona, “ çıx get, keçən dəfə bir nəfərin boğazını kəsdim, elə eləmə ki, sənin də boğazıvı kəsim” deyib yaxınlıqdakı aptekə gedərək spirt alıb içmiş, Vəlixan aptekə getdikdə o, “Aviakassanın” qarşısındakı meydanda yerləşən oturacaqda əyləşib, Vəlixanın aptekdən çıxmağını gözləmiş, Vəlixan aptekdən çıxdıqdan sonra onun yanına gələrək oturacaqda əyləşmiş, o, Vəlixandan yenidən onu tanıyıb-tanımadığını soruşmuş, Vəlixan ona tanımadığını dedikdə, o, Vəlixana keçən dəfə boğazını kəsdiyi adam olduğunu demiş və bir dəfə şillə vurmuş, Vəlixan onun yanından duraraq digər oturacağın yanındakı işıq dirəyinə söykənib dayanmış, o, Vəlixanın yanına gedərək Vəlixana bir dəfə də şillə zərbəsi endirmiş, bu zaman Vəlixan müvazinətini itirərək, huşsuz vəziyyətdə arxası üstə yerə yıxılmış, o, Vəlixanın yerdə uzandığını görüb bir neçə dəfə də şillə zərbəsi vurmuş, həmçinin Vəlixanın yaxasından tutaraq 2 dəfə arxası üstə yerə çırpmış, bundan sonra ayağa qalxaraq bir dəfə də təpiklə baş nahiyəsinə vurub oradan “Heydər” parkına getmişdir. (cild 1, vərəqə 59-62) Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 966 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində burun nahiyəsinin sıyrığı, boyun nahiyyəsinin kəsilmiş yarası xəsarətləri vardır. Qeyd olunan xəsarətlərdən – burun nahiyyəsinin sıyrığı bərk küt əşyanın təsirindən yaranmışdır. Müayinədən 5-7 gün əvvəllə, boyun nahiyəsinin kəsilmiş yarası isə iti kənarlı əşyanın təsirindən yaranmışdır. Onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər. Həmin xəsarətlərdən burun nahiyyəsinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir, boyun nahiyyəsinin kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (cild 1, vərəqə 147-149) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 87 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması. Baş beyinə qansızma. Döş qəfəsinin arxa sağ hissəsinin, bel nahiyyəsinin sol hissəsinin, alının sağ hissəsinin 3 (üç) ədəd, burun belində 2 (iki) ədəd, sağ burun qanadının, sağ gözaltı nahiyyənin 2 (iki) ədəd, təpə nahiyyəsinin sağ hissəsinin 2 (iki) ədəd yaraları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmiş şəxsin meyitinin müayinəsindən 2-3 gün əvvəl olmaqla əmələ gələ bilərdi və dərəcəsinə görə- döş qəfəsinin arxa sağ hissəsinin, bel nahiyyəsinin sol hissəsinin, alının sağ hissəsinin 3 (üç) ədəd, burun belində 2 (iki) ədəd, sağ burun qanadının, sağ gözaltı nahiyyənin 2 (iki) ədəd, təpə nahiyyəsinin sağ hissəsinin 2 (iki) ədəd yaraları adətən canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə, digər xəsarətlər yəni- başın küt travması, baş-beyinə qansızma isə adətən canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın kimyəvi müayinəsi nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi ekspertizası zamanı qoyulmuş diaqnozda, onun adına açılmış xəstəlik tarixində qoyulmuş diaqnozda uyğunsuzluq vardır. ( xəstəxanada qoyulan diaqnoz “ Kəskin ürək-damar çatışmazlığı? Tromboemboliya. Məhkəmə tibbi diaqnoz. Baş beyinə qansızma). Belə ki, məhkəmə tibbi diaqnozla əlaqədar onun xəstəlik tarixində ona uyğun müalicə üsulu haqqında heç bir qeydiyyat yoxdur. (cild 1, vərəqə 150-157) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “MTE və PA Birliyi” Publik hüquqi şəxsin Komisyon ekspertizalar şöbəsinin xx.xx.2021-ci il tarixli, 3438 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Sumqayıt Şəhər Təcili və X5 Xəstəxanasında Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, o, xx.xx.2021-ci il tarixdə saat 10:40-da xəstəxananın reanimasiya şöbəsinə daxil olmuşdur. Xəstənin huşu aydın olmadığı üçün heç bir anamnez toplamaq mümkün olmamışdır. Zərərçəkmiş şəxs “Naməlum mənşəli komatoz vəziyyət” diaqnozu təyin edilmiş və vəziyyətinin ağırlığına uyğun intensiv reanimasyon tədbirlər aparılmışdır. Göstərilmiş reanimasyon tədbirlərə baxmayaraq həmin tarixdə 11:05-də xəstədə bioloji ölüm qeydə alınmışdır. Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Sumqayıt Şəhər Təcili və X5 Xəstəxanasında Zərərçəkmiş şəxs aparılmış müayinə və müalicələr onun vəziyyətinin ağırlığına uyğun olmuşdur. “MTE və PA Birliyi” Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 87 saylı rəyin nəticə hissəsi təsviri hissəsinə uyğun və əsaslı tərtib edilmişdir. Sumqayıt Şəhər Təcili və X5 Xəstəxanasında Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlər Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. (cild 2, vərəqə 195-200) Cinayət işinə əlavə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 3698 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin, intellektinin normaya uyğun olması müəyyən olunmur. O, is üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Nitqi ardıcıl, mühakimələri məntiqlidir. Fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meyilli şəxs olduğu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtiradında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs kobudluq, inadkarlıq, özünü müdafiə etməyə meyillilik, qıcığa qarşı həssaslıq, emosionallıq, hirslilik kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, gərginlik kimi hallar yaranmış, həmin halların yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 1, vərəqə 201-205) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş,Sumqayıt şəhər polis idarəsinin xx.xx.2021-ci il tarixli, 123-38280-1221 saylı tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir məhkumluğu müəyyən edilməmişdir. (cild 1, vərəqə 178-180) Məhkəmə, Təqsirləndirilən şəxs həmin cinayəti X1 onu söydüyü üçün və ona yalnız bir sillə vurması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 38, 82-83) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar