Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-143/2023 12.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü İran İslam Respublikasında yaşayan “Rza” adlı şəxs tərəfindən istintaqa məlum olmayan yer və mənbədən göndərilmiş bir bükümdə təmiz çəkisi 7,550 qram, yeddi bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 9,830 qr, 0,930 qr, 1,445 qr, 0,565 qr, 1,810 qr, 63,300 qr, 0,310 qr, ümumi çəkisi 78,190 qram, ümumilikdə isə 85,740 qram xarici görünüş və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş külli miqdarda narkotik vasitə olan heroin, üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 5,202 qr, 0,860 qr, 0,450 qram olmaqla ümumi çəkisi 6,512 qram xarici görünüş və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş psixotrop maddə külli miqdarda metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 150,0 qr, 0,887 qram olmaqla ümumi çəkisi 150,887 qram tərkiblərinə görə eynilik təşkil edən bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində yerdən qanunsuz olaraq əldə edib yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi dalan 4, ev 4 ünvana gələrək həmin narkotik vasitələr və psixotrop maddələri üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki gödəkçənin sol yan cibindən narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etdiyi üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi, bir bükümdə təmiz çəkisi 7,550 qram narkotik vasitə külli miqdarda heroin, bundan sonra həmin tarixdə saat 22 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi dalan 4, ev 4 ünvanda yerləşən evinə baxış və götürmə keçirilən zaman evin qonaq otağındakı ağ rəngli taxta konstruksiyalı dolabın içərisində bir ədəd sellofan torbada narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etdiyi üzərində narkotik vasitə heroinin izləri olan 3 ədəd elektron tərəzi, 1 ədəd bağlamada olan 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,830 qr, 0,930 qr, 1,445 qr, 0,565 qr, 1,810 qr, 63,300 qr, 0,310 qram ümumi təmiz çəksi 78,190 qram narkotik vasitə olan heroin, 1 ədəd bağlamada olan 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,202 qr, 0,860 qr, 0,450 qram ümumi təmiz çəksi 6,512 qram külli miqdarda psixotrop maddə metamfetamin, 1 ədəd bağlamada olan 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 150,0 qr, 0,887 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, hadisə baş verən gün, yəni 28 fevral tarixində o yaşadığı mənzili ümumiyyətcə tərk etməmişdir. Saat 19:15 radələrində mənzilinə 4 nəfər daxil olmuşdur. Mənzilə daxil olan şəxslər BNMİ-nin əməkdaşları olduğunu bildirmişdirlər. Həmin vaxt evdə 6 nəfər usta olmuşdur. 3 nəfəri mətbəxə salıb əllərini qandallamışdırlar. Ona evdə külli miqdarda narkotik vasitə olduğunu bildirmişdirlər. O, evində narkotik vasitə olmadığını demişdir. Evdə axtarış keçirilmiş lakin heç bir şey aşkar edilməmişdir. 6 nəfər usta bu hadisəyə şahid olmuşdur. O, Abşeron polis idarəsinə Elnur və Ulfan adlı polis əməkdaşı tərəfindən aparılmışdır. Bu barədə çoxsaylı şikayətlər vermişdir. O, ittihamdakı ifadəsini verməmişdir. Kamera qabağında müəyyən səbəblərdən elə ifadə vermişdir. Bakı-Quba yolunda olmamışdır. İran vətəndaşı ilə olan vatsap yazışmalarına baxılsa görünəcəkdir ki, smslər onun telefonundan çıxır, ona sms gəlməmişdir. Ali təhsillidir. Dini Qurumlar üzrə Dövlət Komitəsində məsləhətçi işləmişdir. Narkotik vasitələrdən istifadə etməmişdir. Baş verən qanunsuzluqlar barədə Abşeron rayon prokuroru Qabil Qasımova demişdir. İlkin məhkəmə iclaslarında da bu barədə demişdir. Üstündə kartlar olmuşdur. 2 telefon işlətmişdir. Redmi markalı telefon istifadə etmişdir. Nörməsi yadında olmamışdır. Telefonunda narkotik alış-verişi barədə yazışmalar olmuşdur. Ona təzyiq olmamışdır. O, ibtidai istintaqda ifadə verməkdən imtina etmişdir. O, Rzanı tanımışdır. X11 vətəndaşı olmamışdır. Polis əməkdaşlarından ancaq Ulfanı tanımışdır. Digər əməkdaşları tanımamışdır. 1 saat mənzildə axtarış aparılmışdır, sonra polis idarəsinə getmişdirlər, daha sonra yenidən mənzilə gətirilmişdir. BNMİ-si ilə əməkdaşlığı olmuşdur. Fars dili mükəmməl bilmişdir. İran İslam Respublikasına giriş-çıxışı olmuşdur. İrandan Azərbaycana gətirilən narkotik vasitələrin aşkar olunmasında iranlılara vurduğu ziyana görə başına bu hadisə gəlmişdir. Narkotiklərin ifşa olunması məlumatalrını o vermişdir, əməkdaş olmuşdur. Bu barədə Anar Tahirova məlumat vermişdir. Telefonunda yazışmalar olmuşdur. Əməkdaşlıqla bağlı narkotik vasitələri deyilən yerlərə qoymuşdur. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı Xırdalan şəhəri, Quşçuluq massivi, H.Z.Tağıyev küçəsi dalan 4, ev 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini mənə polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu Abşeron RPİyə dəvət edilmiş, dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı onun üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd narkotik vasitənin satışında istifadə etdiyi elektron tərəzi, 1 bükümdə heroin və içərisində 301(üç yüz bir) manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi tələbə bileti, üzvlük vəsiqə, **********795248 nömrəli, **********059224 nömrəli, **********698246 nömrəli, **********981442 nömrəli, **********628768 nömrəli, **********542505 nömrəli, **********307679 nömrəli, **********280070 nömrəli plastik bank kartları olan pul kisəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirildi və əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd "Samsung" markalı, 1 ədəd "Redmi" markalı, həmin gödəkçənin sol yan cibindən 1 ədəd "Samsung" markalı mobil telefonlar aşkar olunaraq götürüldü. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə birlikdə 12 qram olmuş, sonra həmin kütlə və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış,iş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus şəxsiyyət vəsiqə, sürücülük vəsiqə, tələbə bileti, üzvlük vəsiqə, **********795248 nömrəli, **********059224 nömrəli, **********698246 nömrəli, **********981442 nömrəli, **********628768 nömrəli, **********542505 nömrəli, **********307679 nömrəli, **********280070 nömrəli plastik bank kartları, 2 ədəd "Samsung" və 1 ədəd "Redmi" markalı mobil telefonlar bu barədə ona izah verildikdən sonra götürüldü, 1(bir) ədəd pul kisəsi və 301 (üç yüz bir) manat pul isə özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərimdən aşkar olunmuş heroinin və elektron tərəzinin özümə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Rza”adlı şəxsin vasitəsi ilə 3 gün bundan əvvəl Bakı-Quba yolunun yolunun daralan hissəsi deyilən Abşeron ərazisindən deyilən ünvanlara qoymaq məqsədi ilə və satış məqsədi ilə əldə etdiyi, heroinin qramını 25 manatdan satışını həyata keçirdiyini, indiyə kimi “Rza” adlı şəxsdən 2 dəfə, ümumilikdə 1(bir) kiloqrama yaxın narkotik maddələr götürdüyünü, lakin daha əvvəllər isə həmin "Rza" adlı şəxsin qardaşı "Məsud" adlı şəxsdən təxminən 5 dəfə, ümumilikdə isə 2 (iki) kiloqrama yaxın narkotik maddə götürdüyünü, həmçinin yaşadığı Abşeron rayonunda yerləşən evində də narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığımı bildirmişdir. Bundan sonra baxış keçirilməsi haqqında qəarla tanış olmuşdür. Yaşadığı evin qapısını arvadı Şahid3 açmış və onlar içəri evə daxil olmuşlar. O, yaşadığı evdə saxladığı narkotik maddələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, girişdən sol tərəfdə yerləşən qonaq otağında olan ağ rəngli, taxta konstruksiyalı dolabın içərisindən içərisidə 3(üç) ədəd elektron tərəzi və 3(üç) ədəd bağlama olan sellofan torbanı təqdim etmişdir. Həmin bağlamalardan birinin içərisinə baxış zamanı qurudulmuş marixuana, ikinci bağlamanın içərisinə baxış zamanı psixotrop maddə olan metamfetamin, üçüncü bağlamanın içərisindən isə 7(yeddi) bükümdə heroin,2 (iki) bükümdə metamfetamin və 1(bir) bükümdə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkildi və heroinin çəkisi qablaşdırma ilə birlikdə 106 (yüz altı) qram, qurudulmuş marixuananın çəkisi qablaşdırma ilə birlikdə 164 (yüz altmış dörd) qram və metamfetaminin çəkisi qablaşdırma ilə birlikdə 9 (doqquz) qram olmuşdur. Sonra həmin kütlələr və 3(üç) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi,üzəri mən, müdafiəçim və təhqiqatçı tərəfindən imzalanmışdır.Sonra yaşadığı evin digər hissələrinə baxış keçirildi və qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır.O, baxış zamanı verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Rza”adlı şəxsin vasitəsi ilə 3(üç) gün bundan əvvəl Bakı- Quba yolunun Abşeron rayon ərazisindən keçən hissəsindən deyilən ünvanlara qoymaq məqsədi ilə və satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 25 manatdan, metamfetaminin qramını 25 manatdan, qurudulmuş marixuananın qramını 7 manatdan satışını həyata keçirdiyini, bildirmişdir.o, əməlindən peşman olduğunu bildirmişdir. (Cild 1, iş vərələri 55-57,68-70) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 fevral 2022-ci ildə məxfi əməkdaşdan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi H.Z.Tağıyev küçəsi dalan 4, ev 4-də yaşayan 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat alıb, dərhal həmin məlumatı işlədiyi idarənin rəhbərliyinə məruzə edib, müvafiq zəruri sənədləşmə apardıqdan sonra saat təxminən 20 radələrində BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi H.Z.Tağıyev küçəsi dalan 4, 4 saylı evin yaxınlığına gedib gözləməyə başlamışlar,bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında piyada getdiyini görüb ona yaxınlaşıb və xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarnı bildirib, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumatlarının olduğunu söyləyib, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra Təqsirləndirilən şəxs onlarla Abşeron RPİ-nə getməyə dəvət etmişlər. O da heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 1(bir) ədəd elektron tərəzi, 1(bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və içərisində 301(üç yüz bir) manat pul, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, tələbə bileti, üzvlük vəsiqəsi, plastik bank kartları olan pul kisəsini təqdim edərək masanın üzərinə qoydu. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və əynində olan gödəkçənin sağ yan cibindən ***-***-**-**, ***-***-**-** nömrələri olan "Samsung" markalı, içərisində ***-***- **-** nömrəsi olan "Redmi" markalı, həmin gödəkçənin sol yan cibindən içərisində mobil nömrə olmayan "Samsung" markalı mobil telefonlar aşkar olunaraq götürüldü. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus oldundu bundan sonra Təqsirləndirilən şəxs ərizə verərək yaşadığı ünvan 1 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 28 fevral 2022-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Musayev X5 rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Z.Tağıyev küçəsi dalan 4, ev 4 ünvanında girişdən sol tərəfdə yerləşən qonaq otağında olan ağ rəngli, taxta konstruksiyalı dolabın içərisindən içərisidə 3(üç) ədəd elektron tərəzi və 3(üç) ədəd bağlama olan sellofan torbanı təqdim edilmişdir. Həmin bağlamalardan birinin içərisinə baxış zamanı açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, ikinci bağlamanın içərisinə baxış zamanı ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, üçüncü bağlamanın içərisindən isə 7(yeddi) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər,2 (iki) bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1(bir) bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkildi və heroinə bənzər kütlələrin çəkisi qablaşdırma ilə birlikdə 106 (yüz altı) qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 164 (yüz altmış dörd) qram və metamfetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 9 (doqquz) qram oldu. Sonra həmin kütlələr və 3(üç) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Rza”adlı şəxsin vasitəsi ilə 3(üç) gün bundan əvvəl Bakı-Quba yolunun Abşeron rayon ərazisindən keçən hissəsindən deyilən ünvanlara qoymaq məqsədi ilə və satış məqsədi ilə əldə etdiyini, heroinin qramını 25 manatdan, metamfetaminin qramını 25 manatdan, qurudulmuş marixuananın qramını 7 manatdan satışını həyata keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs indiyə kimi “Rza” adlı şəxsdən 2(iki) dəfə, ümumilikdə 1(bir) kiloqrama yaxın narkotik maddələr götürdüyünü, lakin daha əvvəllər isə həmin "Rza" adlı şəxsin qardaşı "Məsud" adlı şəxsdən təxminən 5 dəfə, ümumilikdə isə 2 (iki) kiloqrama yaxın narkotik maddə götürdüyünü. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Vasif tutulan zaman o evdə olmamışdır. Vasifin hansı şəkildə tutulduğunu görməmişdir. Evə gələndən 10 dəqiqə sonra polis əməkdaşları Vasiflə mehriban şəkildə evə daxil olmuşlar, evdə axtarış keçirilmişdir. Onun yanında heç nə aşkar olunmamışdır. Ona qarşı heç bir təzyiq olmamışdır. Müstəntiqin yanında sərbəst ifadə vermişdir. Verdiyi ifadəsini oxumuşdur. Polis əməkdaşları Vasifin evə geri qayıdacaqlarını söyləmişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi məhkəmədə araşdırılmış ifadəsindən görünür ki, 28 fevral 2022-ci il tarixdə saat axşam radələrində yaşadığı ünvanın yaxınlığında, yəni Xırdalan şəhəri, Quşçuluq massivi, H.Z.Tağıyev küçəsi dalan 4, ev 4 ünvanda polis əməkdaşları baxış keçirilməsi haqqında qərarla onları tanış edilmiş, içəri evə daxil olmuşlar.Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadıqları evdə saxladığı narkotik maddələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Vasif girişdən sol tərəfdə yerləşən qonaq otağında olan ağ rəngli, taxta konstruksiyalı dolabın içərisindən içərisidə 3(üç) ədəd elektron tərəzi və 3(üç) ədəd bağlama olan sellofan torbanı təqdim etmişdir. Həmin bağlamalardan birinin içərisinə baxış zamanı qurudulmuş marixuana, ikinci bağlamanın içərisinə baxış zamanı psixotrop maddə olan metamfetamin, üçüncü bağlamanın içərisindən isə 7(yeddi) bükümdə heroin, 2 (iki) bükümdə metamfetamin və 1(bir) bükümdə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkildi və heroinin çəkisi qablaşdırma ilə birlikdə 106 (yüz altı) qram, qurudulmuş marixuananın çəkisi qablaşdırma ilə birlikdə 164 (yüz altmış dörd) qram və metamfetaminin çəkisi qablaşdırma ilə birlikdə 9 (doqquz) qram olmuşdur. Sonra həmin kütlələr və 3(üç) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi,Vasif müdafiəçi və təhqiqatçı və onun tərəfindən imzalanmışdır. Sonra yaşadığım evin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır.Əri Təqsirləndirilən şəxs baxış zamanı verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlələrin özümə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Rza”adlı şəxsin vasitəsi ilə tutulduğu gündən 3(üç) gün əvvəl Bakı-Quba yolunun Abşeron rayon ərazisindən keçən hissəsindən deyilən ünvanlara qoymaq məqsədi ilə və satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxslə birlikdə evdən çıxıb getdilər. O və ailə üzvləri Əri Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı məlumatı olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 fevral 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Din BNMİ-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfova tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə 28 fevral 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 05-06, iş vərəqə 123-125) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 28 fevral 2022-ci il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında 02 mart 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirlən şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd narkotik vasitənin satışında istifadə etdiyi elektron tərəzi, 1 bükümdə heroin və içərisində 301(üç yüz bir) manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi tələbə bileti, üzvlük vəsiqə, **********795248 nömrəli, **********059224 nömrəli, **********698246 nömrəli, **********981442 nömrəli, **********628768 nömrəli, **********542505 nömrəli, **********307679 nömrəli, **********280070 nömrəli plastik bank kartları olan pul kisəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirildi və əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd "Samsung" markalı, 1 ədəd "Redmi" markalı, həmin gödəkçənin sol yan cibindən 1 ədəd "Samsung" markalı mobil telefonlar aşkar olunmuşdur. (cild 1, iş vərəqə 31-33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən evə baxış və götümə aparılması haqqında 28 fevral 2022-ci il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında 02 mart 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən mənzildə mənzilin sahibi Təqsirləndirilən şəxs və arvadı Şahid3 razılığı və iştirakı ilə axtarış keçirilmiş, axtarış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunla qadağan edilmiş, ünvan 1 ünvanında girişdən sol tərəfdə yerləşən qonaq otağında olan ağ rəngli, taxta konstruksiyalı dolabın içərisindən içərisidə 3(üç) ədəd elektron tərəzi və 3(üç) ədəd bağlama olan sellofan torbanı təqdim edilmişdir. Həmin bağlamalardan birinin içərisinə baxış zamanı açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, ikinci bağlamanın içərisinə baxış zamanı ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, üçüncü bağlamanın içərisindən isə 7(yeddi) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər,2 (iki) bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1(bir) bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. (cild 1, iş vərəqə 37-38) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evə baxış və götürmə aparılması” haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən əşyaya baxış keçirilməsi haqqında 14 iyun 2022-ci il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefonların ona məxsus olduğunu, həmin mobil telefonlarda vatsap proqramlarında “Rza” adlı şəxslə aralarında olan sms yazışmaları, səsli mesajlar və zənglərin narkotik vasitə alış-verişi ilə bağlı olduğunu, “Rza” adlı şəxsin vatsapda ona sms, səsli mesajlar yazaraq və zənglər edərək göndərdiyi narkotik vasitələri hansı ünvanlara çatdırmağını və hardan götürməsi barədə məlumat verdiyini bildirmiş, həmin sms, səsli yazışmalar və zənglər telefona baxış zamanı müşahidə olunur. Bundan başqa Təqsirləndirilən şəxs istifadə etdiyi Redmi markalı mobil telefonların “foto” bölmələrinə daxil olduqda elektron tərəzidə narkotik vasitələrin çəkilməsi, üzərində narkotik vasitələrin adları və ucuz narkotik vasitə satmaq barədə yazılar yazılmış kağız vərəq şəkilləri müşahidə olunur. (cild 1, iş vərəqə 172-180) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/1241-7/194 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi 1 ədəd elektron tərəzi və 1 büküm heroinə bənzər kütlə ...” yazı və imzalar olan zərifdə 1 bükümdə təmiz çəksi 7,550qr qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir.Üzərində Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi 7 büküm heroinə bənzər, 3 büküm metamfetaminə bənzər, 2büküm qurdulmuş, marixuanaya bənzər kütlələr və 3 ədəd elektron tərəzi kütlə… yazı və imzalar olan zərifdə 7 ədəd folqa bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 9,830 qr, 0,930 qr, 1,445 qr, 0,565 qr, 1,810 qr, 63,300 qr, 0,310 qr, ümumi çəkisi 78,190 qram, olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış, narkotik vasitə –heroindir. 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 5,202 qr, 0,860 qr, 0,450 qram olmaqla ümumi çəkisi 6,512 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış, psixotrop maddə- metamfetamindir, 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 150,0 qram və 0,887 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuanadır.Təqdim edilmiş 4 ədəd elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğundan onun çəksini müəyyən etmək və eynilik tədqiqatıaparmaq mümkün deyildir. Təqdim edilmiş heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Təqdim edilmiş metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri ”in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqləri 45-52) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 2301 №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 143-144) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Abşeron rayon X3 Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 889 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşamış Musayev X5 rayon X1 şöbəsində ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. (Cild 1, iş vərəqləri 141) Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində və evindən aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan heroinin ümumi çəksi -85,740qram, tədqiqata sərf edilən miqdar -0,32qr(hər bir obyektdən 0,04 qram olmaqla) qalıq -85,420qram, metamfetaminin ümumi çəksi - 6,512qram-tədqiqata sərf edilən miqdar-0,15qram (hər bir obyektdən 0,05 qram olmaqla) qalıq -6,362qram, marixuananın ümumi çəksi -150,887qram-tədqiqata sərf edilən miqdar- 0,1qram (hər bir obyektdən 0,05 qram olmaqla) qalıq -150,787qram narkotik vastələr və psixotrop maddələr mühum sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon PŞ-nin anbarına təhvil verilmiş, 02 ədəd disk və 09 ədəd bank kartı cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 156-173) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 154- 155) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin 4№li MTİİTS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 4№li MTİİTS-ə heç bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 137) İş materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2016-c il təvəllüdlü X6 vardır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs tutulduğu vaxt üzərində və evində narkotik vasitə olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 02 mart 2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır.Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 81-85) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 fevral 2022-ci tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində və evindən aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan 85,420 qram heroin, 6,362 qram metamfetamin, 150,787qram marixuana məhv edilməli, 09 ədəd bank kartı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində və evindən aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan 85,420 qram heroin, 6,362 qram metamfetamin, 150,787 qram marixuana məhv edilsin, 09 ədəd bank kartı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Səd rlik edə
Məhkəmə qərarları › İş №1(124)-143/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-143/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver