Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-143/2024 29.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xırdalan şəhəri, Heydər Əliyev prospekti, A.Şəmşir küçəsində qeydiyyatsız yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “A + CO” ASC-nin satış təmsilçisi Şahid1, Şahid3, Şahid4 və Şahid2 ilə razılaşaraq onlardan “A + CO” ASC-yə məxsus “Piter”, “Romanov”, “Yakr” və “Kaqor” markalı spirtli içkilərini alıb, satandan sonra pullarını verəcəyini yalandan vəd verib aldadaraq, əslində isə həmin əmlakı ələ keçirmək məqəsdilə 2022-ci ilin fevral-mart ayları ərzində Bakı şəhəri Xəzər rayonunun və Suraxanı rayonu Bakıxanov qəsəbəsinin ərazisində satış təmsilçisi Şahid1 30.870 manat dəyərində, Şahid3 25.600 manat dəyərində, Şahid4 5140 manat dəyərində və Şahid2 sonuncu dəfə 2022-ci ilin mart ayının ortalarında göndərdiyi 5455 manat dəyərində spirtli içkiləri Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “Araz” marketin yaxınlığında “A + CO” ASCdə sürücü işləyən Şahid5 alıb, həmin spirtli içkilərini aldığı qiymətdən daha aşağı qiymətə satıb, zərərəçəkmiş “A + CO” ASC-yə ümumilikdə 67.065 manat məbləğində olan külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs şirkəti ilə təzəcə işləməyə başlamışdır. İşlədiyi dönəmdə şirkətdə malları götürüb satmış, başqa ticarətlə məşğul olmuşdur. Hadisəni istəmədən törətmişdir. Azadlıqda olsaydı, o pul çoxdan bağlanmışdır. Birinci dəfə idi ki, belə hadisə başına gəlir. Bir neçə yerdə pulu batmışdır. Beləcə pullar üst-üstə yığılıb indiki vəziyyət yaranmışdır. Hələ də bəzi obyektlərdə alacağı pullar vardır. O pullar da batıb gedib. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, satış təmsilçilərini bir il olardı ki tanımışdır. Pulları yanvar ayında götürmüş, fevral ayında qaytarmışdır. Fevral ayında götürdüyü pulları martda qaytara bilməmişdir. Spirtli içkilərin satışından əldə etdiyi pulun bir qismi hissələrdə qaldı, bir qismini başqa şirkətə vermişdir. O şirkət də batdı, pullar qaldı. Ziyanı ödəmək fikri var. Ziyanı ödəməyi ailəsinin şirkətlə bağlayacağı müqavilədən asılıdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, borcunu bağlamaq üçün malı baha alıb ucuz satmışdır. Borcu qaytarandan sonra yenidən mal götürəcəkdir deyə, malı ucuz satmışdır. Bir az da alacağı pul vəsaitləri olmuşdur. Onun üçün də şirkətin malını ucuz qiymətə satmışdır. O da alınmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, əvvəllər yumurta, sonlalar isə sellofan torbaların alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 2020-ci ildə “A + CO” ASCdə işləyən Hikmət adlı satış təmsilçisindən spirtli içkiləri alıb mağaza və restoranlara satıb pulunu ona verib, satdığı mallara görə şirkətdən faiz alırmışdır. 2022-ci ilin yanvar ayında da yenə “A + CO” ASC-dən spirtli içkilər götürüb satmaq istəmiş və buna görə Hikmətlə danışmış, Hikmətdən həmin şirkətdə satış təmsilçisi işləyən Samir adlı şəxslə danışmış və onunla görüşərək onlardan spirtli içkilər götürüb mağazalara və restoranlara verib şirkətdən satdığı malların faizini almaqla işləmək istədiyini bildirmişdir. Samir də buna etiraz etməmiş və 2022-ci ilin yanvar ayından başlayaraq o, Samirin vasitəsi ilə tanıdığı digər satış təmsilçiləri Fazil, Firuz və Talehdən spirtli içkiləri alıb, Bakı şəhərində, əsasən Xəzər rayonu və Sabunçu rayonun ərazisində müxtəlif yeməkxanalara və mağazalara verirmişdir. O, həmin şirkətin satış təmsilçiləri ilə razılaşmışdır ki, onlardan aldığı malların pulunu bir ayın ərzində verirmiş və satdığı mallara görə də onlardan faiz pulumu alırmış. O, yanvar ayında onlardan malları götürüb fevral ayının sonunadək pulu ödəmişdir. 2022ci ilin fevral ayında götürüdüyü malların pulunu isə mart ayında verməyini razılaşmışlar. Onun başqa şəxslərdə və bir şirkətə borcu olduğuna görə məcbur olub fevral ayında götürdüyü malları aldığı qiymətdən aşağı qiymətə satıb nağd şəkildə pulları alıb, “Gəncə” şərab şirkətinə olan 22500 manat borcumu ödəmişdir.O, “A + CO” ASC-nin satış təmsilçiləri Samirə 30000 manat, Firuza 23000 manat, Fazilə 5140 manat, Talehə 5455 manat borclu qalmışdır. 2022-ci ilin mart ayında onların pulunu verməlimiş, lakin verə bilmədiyi üçün daha onlarla görüşməmişdir. O, onlardan götürdüyü malları aldığı qiymətdən də aşağı qiymətə satacağını həmin satış təmsilçilərinə deməmişdir. Qeyd etmişdir ki, “A + CO” ASC-nin satış təmsilçiləri Samir, Firuz, Taleh və Fazil ona verdikləri malları başqa mağazaların adına qaimə yazmaqla ona verirmişlər. Malların bəzilərini o, özü götürürmüş, vaxtı onunla gündəlik işləyən hazırda adlarını xatırlamadığı sürücülər götürürmüş, bəzi vaxtı da özü gedib malları satış təmsilçilərin malları göndərdikləri sürücülərdən təhvil alırmış, amma hansı tarixdə haradan nə qədər spirtli içkiləri götürdüyünü dəqiq bilmir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, fevral ayında Zərərçəkmiş şəxs şirkətində satış üzrə bölmə müdiri təyin olunmuşdur. Əvvəllər də həmin şirkətdə auditdə işləmişdir. Fevral ayının sonu, mart ayının əvvəlində satış təmsilçisi Şahid1 əvvəllər birlikdə işlədiyi Zaur barəsində ona demişdir ki, topdançı müştəri vardır. Əhmədlidə “şərab evi” götürüb işlədəcəkdir. Zaurla görüşmüş, obyekti və s. onlara göstərmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, malı alır və ayın sonu pulunu bağlayır. Satış təmsilçisinin də ona mart ayında məsləhət görməsi ilə də işləməyə başlamışdır. Mart ayının sonlarında ödəniş olunmamış, ödəniş az-az olmuşdur. Aprel ayında isə Zaurun malı alıb pulu verməyən adam olduğu məlum olmuşdur. Zaura mal birdəfəlik deyil hissə-hissə verilmişdir. 5.000-lik mal bir 10.000-lik mal bir verilmişdir. Zaurdan da pul hissə-hissə alınmışdır. Kiçik məbləğlərdə pul alınmış, çünki tam bütöv pulu ayın sonu verəcəyini bildirmişdir. Aprel ayında pul gəlməmişdir. Zaurun başqalarından da mal aldığını və pulunu qaytarmadığını bildikdən sonra onun fırıldaqçı olduğunu müəyyən etmişdirlər. Bundan sonra məsələ böyüdü və məsələyə şirkət daxil oldu. Şirkət Zauru polisə verdi. Zaura verilmiş spirtli içkinin dəyərini hazırda tam xatırlamamışdır. İş materiallarında qeyd olunmuş məbləği şirkətin hüquqşünası və polis müəyyən etmişdir. Zaura “borc limiti” qoymamışdırlar. Zaura birdən-birə 60.000-dən yuxarı məbləğdə mal verməkdə heç bir marağı olmamışdır. Müştərilərin arasında 65.000-lik mal satan olmamışdır. Zaura qeyd olunan məbləğdə mal verdiyinə görə ona heç bir vəd verilməmişdir. Zərərçəkmiş şəxs şirkətindən çıxmışdır. Təzə təyin olmağından istifadə edərək o qədər mal alınmışdır. Zaur əvvəlki aylarda da şirkətlə işlədiyini bildirmişdir deyə ona o qədər mal verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, iki ay idi ki Zərərçəkmiş şəxs şirkətinə işə düzəlmişdir. Hazırda Zərərçəkmiş şəxs şirkətində işləmir. O, sözügedən şirkətdə ekspeditor- satış təmsilçisi işləmişdir. Zauru həmin müddətdə tanımışdır. Zaur ondan “Xırdalan şərab”-da işlədiyini sotuşmuş, o da təsdiqləmişdir. Təqsirləndirilən şəxs əvvəllər araq satdığını bilmişdir. Təqsirləndirilən şəxs ona mal verməsini təklif etmiş, o da heç bir problem olmadığını bilmişdir. Digər işçilərdən də soruşmuş, onlar da Zaura mal verdiklərini, sonuncunun malı sataraq pulu qaytardığını söyləmişdirlər. Hələ Zaur birinci dəfə ondan dəyəri 20.000-dən çox olan mal istəmiş, region müdiri buna icazə verməmişdir. O da Təqsirləndirilən şəxs tanıdığını, eyni məhəllədə qaldıqlarını demişdir. Birinci dəfə o yuxarı məbləğdə mal verməmişdir. Zaur onu inandırdıqdan sonra ona 6.000-lik mal vermişdir. 700 manatdan bir qədər çox hissəsini qaytarmış, yerdə 5.150 ya da 5.200 pul qalmışdır. Ondan sonra Təqsirləndirilən şəxs zəng etmiş, zəng çatmamışdır. Zauru tapa bilməmiş, bir müddət sonra hər şeyin üstü açılmışdır. Tək ondan deyil, başqa ekspeditorların hər birindən də 20.00-lik məhsul götürdüyü məlum olmuşdur. Zaur spirtli içkilərin pulunu ayın sonuna kimi qaytarmalı idi. Təqsirləndirilən şəxs pulu hissə-hissə onun kartına köçürəcək və ya əlbəəl verəcəkdi. Ona verilmiş pulu isə şirkətin kassasına nağd şəkildə ödəmişdir. Pulu aparıb şirkətin kassasına vermişdir. Zaur götürdüyü mallardan 600-700 manat civarında ödəniş etmişdir. Zauru şirkətdə qeydiyyata salmamış, hansısa dükanın adına yazmışdırlar. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, malın sürücü vasitəsilə Təqsirləndirilən şəxs çatdırıldığına əmin olmuşdur. Malın marketin qarşısına boşaldıldığını görmüşdür. Köhnə ekspeditorlar da ona demişdir ki, malı marketin adına yaza bilər. Zaur həmişə malı gəlib marketdən götürmüş, mal boşalanda o, marketin yanında olmuş, nəzarət etmişdir. Çünki malın sayına, düzgün şəkildə boşaldılmasına və s. nəzarət etmək vəzifəsi olmuşdur. Mal boşaldılandan sonra ona demişdirlər ki, sən gedə bilərsən. Daha sonra Samirdən Zaurun malı götürübgötürmədiyini soruşmuş, o da Təqsirləndirilən şəxs malı götürdüyünü təsdiqləmişdir. Malı Zaurun yerinə Samir götürməmişdir. Malı Təqsirləndirilən şəxs götürdüyünə əmindir. Mal anbardan adı vurulan marketə sürücü vasitəsilə çatdırılır. Malı hər dəfə ayrı bir sürücü aparır. Zaur üçün malı hansı sürücünün apardığını bilməmişdir. Təqsirləndirilən şəxs üçün mal göndərilən zaman o, heç bir ay deyildi ki, işə düzəlmişdir. Malları çatdıran zaman sürücü ilə yanaşı, çatdırılmaya köməklik göstərən köməkçisi olur. Köməkçi əslən rus milliyətindən olan “Dima” adlı şəxs idi. Sürücünü isə tanımamışdır. Malları dükanlara sürücü və köməkçisi vasitəsilə göndərmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, A+CO” ASC-də 2021-ci ilin fevralın 12-dən satış nümayəndəsi işləmişdir. İşlədiyi ASC Xırdalan şəhəri H.Əliyev 121 ünvanında yerləşir. İşlədiyi ASC Xırdalan şəhəri H.Əliyev 121 ünvanında yerləşir. Həmin ünvanda ASC-nin anbarı vardır və həmin anbarda müxtəlif növ işçilər, həmçinin spirtli içkilərin topdan satışı həyata keçirilir. Onun işi də ondan ibarətdir ki, müştərilərdən gedib sifarişi götürür və sifariş olunan mallar hazırlanıb ekspeditorlar tərəfindən qaimə əsasında müştərilərə çatdırılır. O, Bakı şəhəri Nizami rayonu Neftçilər və Xalqıar Dostluğu ərazisində olan müştərilərə malların göndərilməsini təmin etmişdir. 2022-ci ilin mart ayının əvvəllərində onunla birlikdə işləyən satış təmsilçisi Şahid1 ona demişdir ki, Təqsirləndirilən şəxs adlı bir müştəri var və ona mal verir onunla işləyir. ASC-nin bölgə müdiri Şahid7 da ona demişdir ki, o, da Təqsirləndirilən şəxs ilə danışıb və heç bir problem olamayacaqdır. O da həmin vaxtdan başlayaraq 5455 manat dəyərində spirtli içkiləri 2022-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs vermiş, lakin Təqsirləndirilən şəxs həmin malın pulunu ona verməmişdir. O, həmin malları qaimə ilə "xxxx" marketə vermək adı ilə qaimə əsasında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə ASC-də alıcı kimi qeydiyyata alınmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs şirkətində işləmişdir. Zaur onlardan mal almaq istəmişdir. İlk olaraq Təqsirləndirilən şəxs kiçik məbləğdə mal alaraq onlarla ticarət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs növbəti dəfə mal almaq istəyəndə bölgə müdirinə müştəri barədə məlumat vermiş, bölgə müdiri özü şəxsən də gedib görüşmüşdür. Həmin vaxt Zaur Əhmədlidə topdan və pərakəndə satış edən “şərab evi” açdığını demişdir. Zaur onları aparıb dükanı göstərmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs malı necə alacağını, satacağını, pulunu verəcəyini başa salmışdır. İcazə alındıqdan sonra Zaura mal verilmişdir. Orada bəlli məbləğləri də Təqsirləndirilən şəxs ödəmişdir. Ay sonu hazırda təqsirləndirilən şəxs qalan bütün pulu ödəməli olmuşdur. Elə oldu ki, gah Zaurla əlaqə saxlaya bilməmiş, ya da köməkçi vasitələrlə Zaurla əlaqə saxlayan zaman problemlərinin olduğunu qeyd etmişdirlər. Ay sonu deyilən vaxtda sözügedən şəxsi tapa bilməmişdirlər. Zaura nə qədər mal verildiyini yazmışdır, hazırda nə qədər mal verdiyini dəqiq olaraq xatırlamır. Ümumi dəymiş ziyanda 30.000-dən çox məbləğ onun verdiyi mallara aiddir. Zauru ilk dəfə Hikmət tanımışdır. İlk dəfə Hikmət Zaurla işləmişdir. Özü də Təqsirləndirilən şəxs Hikmət vasitəsilə tanımışdır. Zaura etibar o cür olub ki, Hikmət Zaurla onu tanış edən ay sonuncu mal alıb, pulunu da qaytarmışdır. İkinci dəfə mal istəyəndə məbləğ çox olmuşdur. Hətta birinci ayın məbləğindən ona 340 manat borclu qalmışdır. Demişdir ki, 200 dolları aparata ödəyə bilmir. Səhəri günü bölgə müdiri ilə Zaurla görüşə getmişdir. Orada ondan həmin pul vəsaitini götürmüşdürlər. Daha sonra bütün danışıqlar bölgə müdirinin yanında olmuşdur. Zaur onlara hətta ödəniş tarixlərinə kimi nəyi necə edəcəyini bildrisə də, ay sonu alınmadı. 30.000-lik mal Zaura bir ay ərzində hissə-hissə bəlli tarixlərdə verilmişdir. Bir ay ərzində vermiş olduğu malların pulunu ay sonu almalı idi. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, A+CO” ASC-də 2021-ci ilin fevralın əvvəllərindən satış nümayəndəsi işləmişdir. İşlədiyi ASC Xırdalan şəhəri H.Əliyev 121 ünvanında yerləşir. İşlədiyi ASC Xırdalan şəhəri H.Əliyev 121 ünvanında yerləşir. Həmin ünvanda ASC-nin anbarı vardır və həmin anbarda müxtəlif növ içkilər, həmçinin spirtli içkilərin topdan satışı həyata keçirilir. Onun işi də ondan ibarətdir ki, müştərilərdən gedib sifarişi götürür və sifariş olunan mallar hazırlanıb ekspeditorlar tərəfindən qaimə əsasında müştərilərə çatdırılır. O, Bakı şəhəri NZS qəsəbəsinin ərazisində olan müştərilərə malların göndərilməsini təmin etmişdir. Təqsirləndirilən şəxs bir iki aydır ki, həmin ərazidə mal satdığı üçün tanımışdır. Təqsirləndirilən şəxs Ford markalı avtomobillə mağazalara ərzaq malları satmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs ondan spirtli içkilər almaq istəmiş, lakin o verməmişdir. ASC-nin bölgə müdiri Şahid7 Təqsirləndirilən şəxs ilə danışmış və ASC-nin menecerinə bu barədə məlumat verəndən sonra ona Zaur mal verməyinə razılıq vermişdir. 2022-ci ilin mart ayında o Zaura təxminən 28.000 manat dəyərində spirtli içkiləri satmış, o, ona, 2400 manat pul ödəmiş, 25.600 manat pulu isə verməmişdir. Ərazidə olan digər mağazaların adına olan malları Təqsirləndirilən şəxs vermişdir. Şahid5 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. “A + CO” ASC-də 2008-ci ildən sürücü işləyir və ASC-yə məxsus yük avtomobillərini idarə edib yükləri daşıyır. Şahid1, Şahid3, Şahid4 və Şahid2 da ASC-də satış təmsilçiləri işləyirlər. Onlar obyektlərdən sifarişləri alırlar və qaimələr əsasında sürücülərin vasitəsi ilə malları həmin obyektlərə göndərirlər. 2022-ci ilin fevral və mart aylarında o, satış təmsilçiləri Şahid1, Şahid3, Şahid4 və Şahid2 qaimələr əsasında obyektlərə göndərdikləri spirtli içkiləri Bakı şəhəri Xəzər və Sabunçu rayonun ərazisinə aparıb onların göstərdikləri yerlərə təhvil vermişdir. Onu da xatırlayır ki, 2022-ci ilin mart ayının ortalarında satış təmsilçisi Şahid2 satışa göndərdiyi spirtli içkilərini onun dediyi Təqsirləndirilən şəxs adlı şəxsə Xırdalan dairəsində yerləşən “Araz” marketin yaxınlığında vermişdir. Bir müddət sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs satış təmsilçiləri Şahid1, Şahid3, Şahid4 və Şahid2 göndərdikləri külli miqdarda spirtli içkiləri alandan sonra pullarını verməmişdir. Ona görə də ASC-nin nümayəndəsi bununla bağlı şikayət etmişdir. Şahid Xakrebov Zaur Georgiyeviç məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və "xxxx" ASC-də sürücü-ekspeditor işləyir. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin sonunda ona zəng edərək, ondan satmaq üçün spirtli içkilər istədiyini bildirmişdir. O, Zaurdan telefon nömrəsini haradan əldə etdiyini soruşsa da, Zaur ona telefon nömrəsini haradan əldə etməsini deməmişdir. Təqsirləndirilən şəxs işlədiyi şirkətdən təxminən bir ay müddətində spirtli içkilər alıb sataraq pulunu vermişdir. Sonda Zaur ondan aldığı 22500 manat spirtli içkilərin pulunu gecikdirmiş, sonra isə həmin pulu ona iki dəfəyə 22.500 manat pulu ödəmiş və yenə ondan spirtli içkilər istəmiş, lakin ondan sonra o, daha Zaura spirtli içkilər verməmişdir. Ondan sonra o, daha Təqsirləndirilən şəxs ilə işləməmiş və ona spirtli içkilər verməmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs “A + CO” ASC-nin satış təmsilçilərindən spirtli içkilər alıb onları aldatmasından heç bir məlumatı olmamış, ancaq Zaur ondan aldığı spirtli içkilərin pulunu 22.500 manatı ödəmişdir. Şahid8 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və Bakı şəhəri Bakıxanov qəsəbəsində Dəmir Yol stansiyasının yaxınlığında ərzaq mağazasını icarə olaraq təxminən beş il işlətmiş, 2020-ci ilin təxminən fevral ayında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs bir “Ford” markalı, nömrəsini bilmədiyi avtomobillə gələrək, firmada işlədiyini və satmağa spirtli içkilər olduğunu bildirmişdir.O, da Zaur ilə danışmış və həmin vaxtdan başlayaraq Zaurdan spirtli içkiləri almış və pulunu da araqları satandan sonra vermişdir. 2022-ci ilin mart ayının sonunadək Zaurdan müxtəlif məbləğdə araqları alıb satandan sonra pulunu vermişdir. Zaura heç bir borcu qalmamış, Zaurdan aldığı spirtli içkilərin pulunu tam olaraq vaxtında vermişdir. Qeyd etmişdir ki, onun Təqsirləndirilən şəxs “A + CO” ASC-dən hansı qaydada və nə qədər spirtli içkiləri alması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən zərərçəkmiş “A + CO” ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən təqdim edilmiş və Təqsirləndirilən şəxs verilmiş spirtli içkilərə dair 76 vərəqədə olan satış fakturalarıdır. Həmin satış fakturalarında satılmış malın adı, miqdarı, satış qiyməti, satış tarixi və digər rekvizitlər öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 15 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, baxış keçirilən yer Xırdalan şəhəri, Heydər Əliyev prospektində Xırdalan dairəsinin yaxınlığında yerləşən “Araz” market mağazasının yaxınlığında olan yerdir. Həmin mağazanın yaxınlığında olan yerdə “A + CO” ASC-də sürücü işləyən Şahid5 göstərərk bildirdi ki, 2022-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs “A + CO” ASC-nin satış təmsilçisi Şahid2 satış fakturaları əsasında göndərdiyi spirtli içkiləri həmin yerdə təhvil vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 29 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman Zərərçəkmiş şəxs ASC-nin satış təmsilçilərindən aldığı spirtli içkiləri satdığı bir neçə obyektləri göstərmişdir. Cinayət işinin materiallarında olan 15 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınmış zərərçəkmiş hüquqi şəxs “A + CO” ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən təqdim edilmiş və Təqsirləndirilən şəxs verilmiş spirtli içkilərə dair 76 vərəqədə olan satış fakturaları cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş 5 saylı MTİİTS-dan verilmiş arayış və xasiyyətnamədən görünür ki, Quliyev X3 şəhəri, Heydər Əliyev prospekti, A.Şəmşir küçəsində qeydiyyatsız yaşamış, yaşadığı müddət ərzində barəsində 5 saylı MTİİTS-nə heç bir yazılı şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X2 xx.xx.2021-ci il təvəllüdlü olmaqla azyaşlıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi düzgündür, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə cinayət qanunvericiliyinin həmin maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və zərərçəkmiş “A + CO” ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən təqdim edilmiş və Təqsirləndirilən şəxs verilmiş spirtli içkilərə dair 76 vərəqədə olan satış fakturalarının cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Hazırki iş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin direktoru Nümayəndə2 tərəfindən ümümilikdə 67.356.20 (altmış yeddi min üç yüz əlli altı manat, iyirmi qəpik) AZN məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ASC-ə ödənilməsi barədə mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin direktoru (mülki iddiaçı) qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyan qismində 67065 (altmış yeddi min altmış beş) manat və həmçinin ödənilmiş 291.20 (iki yüz doxsan bir manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu, ümümilikdə 67356.20 (altmış yeddi min üç yüz əlli altı manat, iyirmi qəpik) AZN pul vəsaitinin tutularaq zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, iddia təmin edilməli, maddi ziyan qismində 67.065 (altmış yeddi min altmış beş) manat və həmçinin ödənilmiş 291.20 (iki yüz doxsan bir manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu, ümümilikdə 67356.20 (altmış yeddi min üç yüz əlli altı manat, iyirmi qəpik) AZN pul vəsaiti təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş hüquqi şəxs “A + CO” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-188, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 28 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 76 vərəqədə satış fakturasının cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin direktoru Nümayəndə2 (müki iddiaçı) tərəfindən verilmiş mülki iddia təmin edilsin, 67356.20 (altmış yeddi min üç yüz əlli altı manat, iyirmi qəpik) AZN pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ASC-ə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-143/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-143/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver