Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-144/2022 01.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxx 1992-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsndə satışa nəzarət auditoru vəzifəsində işləyərkən, vəzifəli şəxs kimi rəsmi sənədlərdə tamah niyyəti ilə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır Belə ki, o, müxtəlif ad, çeşid və miqdarda enerji içkilərinin, şirin suların, qovrulmuş günəbaxan tumlarının istehsalını və satışını həyata keçirən Zərərçəkmiş şəxs satışa nəzarət auditoru vəzifəsində işləyərkən Cəmiyyətlə aralarında bağlanmış 10.02.2020-ci il tarixli əmək və həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə, habelə vəzifə təlimatına əsasən ona həvalə edilmiş Cəmiyyətin əmlakına, maddi və natural vəsaitinə cavabdeh olmaq, heç bir səbəb üzündən Cəmiyyətə maddi ziyan vurmamaq, maddi zərərin vurulmasının qarşısını almaq, ziyankarlığa qarşı mübariz olmaq, ona həvalə edilmiş Cəmiyyətin əmlakına, maddi və natural vəsaitin qorunub saxlanmasına təhlükə yarada bilən amillər haqqında şirkət rəhbərliyinə vaxtında məlumat vermək, tapşırılmış maddi qiymətlilərin təftişində iştirak etmək, illik audit planını tərtib etmək, audit yoxlamalarını təşkil etmək, həyata keçirmək, nəticələri haqqında hesabat və rəylər hazırlayıb rəhbərliyə təqdim etmək, audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq, mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında iştirak etmək, şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılmasını həyata keçirmək və öhdəsində olan maddi sərvətlərlə bağlı məsul şəxs kimi müqavilədə və təlimatda qeyd olunan digər öhdəlikləri yerinə yetirməyi üzərinə götürdüyü halda, həmin müqaviləyə əsasən maddi-məsul şəxs kimi, Cəmiyyətin direktoru Elman Bayramov tərəfindən verilmiş 24.02.2020-ci il tarixli 31 nömrəli əmr üzrə 3607,64 manat, 12.03.2020-ci il tarixli 47 nömrəli əmr üzrə 1928,24 manat, 16.04.2020-ci il tarixli 56 nömrəli əmr üzrə 1928,24 manat, 15.05.2020-ci il tarixli 60 nömrəli əmr üzrə 1569,68 manat, 19.06.2020-ci il tarixli 69 nömrəli əmr üzrə 1407,84 manat, 21.07.2020-ci il tarixli 78 nömrəli əmr üzrə 1316,16 manat, 10.08.2020-ci il tarixli 86 nömrəli əmr üzrə 1111,20 manat, 08.09.2020-ci il tarixli 91 nömrəli əmr üzrə 1111, 20 manat, 02.11.2020-ci il tarixli 98 nömrəli əmr üzrə 1161,36 manat, 01.12.2020-ci il tarixli 110 nömrəli əmr üzrə 1161,36 manat olmaqla ümumilikdə 16302,92 manat dəyərində "xxxx" adlı qovrulmuş günəbaxan tumlarını hədiyyə kompaniyası çərçivəsində Cəmiyyətin Abşeron rayonu, Bakı-Sumqayıt şossesi 20-ci km ünvanında yerləşən hazır məhsul anbarından təhvil alınıb Cəmiyyətlə ticarət münasibətlərində olan müştərilərə verilməsini təmin etməli olduğu halda, ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmiş, bu məqsədlə öz qulluq mövqeyindən istifadə edərək fəaliyyət sahəsinə aid edilmiş vəzifəli şəxs kimi rəsmi sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə yəni hədiyyə üçün ayrılan malların həcmini suni artırıb 24.02.2020-ci il tarixdən 22.12.2020-ci il tarixədək olan müddət ərzində rəsmi sənəd olan marketinq sənədləri əsasında, yəni, 24.02.2020-ci il tarixli **********000427 nömrəli marketinq sənədi ilə 1346,16 manat, 24.02.2020-ci il tarixli **********000428 nömrəli marketinq sənədi ilə 1112,40 manat, 25.02.2020-ci il tarixli **********000431 nömrəli marketinq sənədi ilə 1424,16 manat, 25.02.2020-ci il tarixli **********000432 nömrəli marketinq sənədi ilə 2035,68 manat, 26.02.2020-ci il tarixli **********000433 nömrəli marketinq sənədi ilə 940,92 manat, 27.02.2020-ci il tarixli **********000438 nömrəli marketinq sənədi ilə 2346,20 manat, 28.02.2020-ci il tarixli **********000439 nömrəli marketinq sənədi ilə 1083,60 manat, 12.03.2020-ci il tarixli **********000453 nömrəli marketinq sənədi ilə 2578,40 manat, 16.04.2020-ci il tarixli **********000465 nömrəli marketinq sənədi ilə 2640,32 manat, 15.05.2020-ci il tarixli **********000484 nömrəli marketinq sənədi ilə 2498,48 manat, 19.06.2020-ci il tarixli **********000523 nömrəli marketinq sənədi ilə 2414,04 manat, 21.07.2020-ci il tarixli **********000547 nömrəli marketinq sənədi ilə 2591,76 manat, 22.07.2020-ci il tarixli **********000548 nömrəli marketinq sənədi ilə 1306,56 manat, 23.07.2020-ci il tarixli **********000552 nömrəli marketinq sənədi ilə 1248,36 manat, 24.07.2020-ci il tarixli **********000553 nömrəli marketinq sənədi ilə 1306,56 manat, 27.07.2020-ci il tarixli **********000558 nömrəli marketinq sənədi ilə 1316,16 manat, 28.07.2020-ci il tarixli **********000563 nömrəli marketinq sənədi ilə 1246,20 manat, 10.08.2020-ci il tarixli **********000576 nömrəli marketinq sənədi ilə 1316,16 manat, 11.08.2020-ci il tarixli **********000579 nömrəli marketinq sənədi ilə 1391,40 manat, 12.08.2020-ci il tarixli **********000580 nömrəli marketinq sənədi ilə 1246,20 manat, 13.08.2020-ci il tarixli **********000581 nömrəli marketinq sənədi ilə 1316,16 manat, 14.08.2020-ci il tarixli **********000584 nömrəli marketinq sənədi ilə 1335,36 manat, 17.08.2020-ci il tarixli **********000586 nömrəli marketinq sənədi ilə 1300,68 manat, 18.08.2020-ci il tarixli **********000589 nömrəli marketinq sənədi ilə 1331,64 manat, 24.08.2020-ci il tarixli **********000598 nömrəli marketinq sənədi ilə 2473,80 manat, 27.08.2020-ci il tarixli **********000602 nömrəli marketinq sənədi ilə 450,48 manat, 08.09.2020-ci il tarixli **********000610 nömrəli marketinq sənədi ilə 1300,68 manat, 09.09.2020-ci il tarixli **********000611 nömrəli marketinq sənədi ilə 1356,72 manat, 10.09.2020-ci il tarixli **********000614 nömrəli marketinq sənədi ilə 1381,80 manat, 11.09.2020-ci il tarixli **********000617 nömrəli marketinq sənədi ilə 1356,72 manat, 14.09.2020-ci il tarixli **********000621 nömrəli marketinq sənədi ilə 1300,68 manat, 15.09.2020-ci il tarixli **********000622 nömrəli marketinq sənədi ilə 1300,68 manat, 16.09.2020-ci il tarixli **********000623 nömrəli marketinq sənədi ilə 1271,28 manat, 17.09.2020-ci il tarixli **********000627 nömrəli marketinq sənədi ilə 1325,76 manat, 18.09.2020-ci il tarixli **********000628 nömrəli marketinq sənədi ilə 1401 manat, 22.09.2020-ci il tarixli **********000631 nömrəli marketinq sənədi ilə 2473,80 manat, 02.11.2020-ci il tarixli **********000669 nömrəli marketinq sənədi ilə 2587,44 manat, 16.11.2020-ci il tarixli **********000680 nömrəli marketinq sənədi ilə 1306,56 manat, 17.11.2020-ci il tarixli **********000681 nömrəli marketinq sənədi ilə 1306,56 manat, 19.11.2020-ci il tarixli **********000682 nömrəli marketinq sənədi ilə 1306,56 manat, 20.11.2020-ci il tarixli **********000683 nömrəli marketinq sənədi ilə 2562,36 manat, 23.11.2020-ci il tarixli **********000686 nömrəli marketinq sənədi ilə 1306,56 manat, 24.11.2020-ci il tarixli **********000688 nömrəli marketinq sənədi ilə 1306,56 manat, 25.11.2020-ci il tarixli **********000691 nömrəli marketinq sənədi ilə 1401 manat, 26.11.2020-ci il tarixli **********000692 nömrəli marketinq sənədi ilə 1401 manat, 27.11.2020-ci il tarixli **********000693 nömrəli marketinq sənədi ilə 1401 manat, 30.11.2020-ci il tarixli **********000694 nömrəli marketinq sənədi ilə 1401 manat, 01.12.2020-ci il tarixli **********000696 nömrəli marketinq sənədi ilə 1416,48 manat, 09.12.2020-ci il tarixli **********000700 nömrəli marketinq sənədi ilə 2562,36 manat, 17.12.2020-ci il tarixli **********000704 nömrəli marketinq sənədi ilə 1387,68 manat, 18.12.2020-ci il tarixli **********000705 nömrəli marketinq sənədi ilə 1416,48 manat, 22.12.2020-ci il tarixli **********000709 nömrəli marketinq sənədi ilə 1401 manat olmaqla Cəmiyyətin Abşeron rayonu, Bakı-Sumqayıt şossesi 20-ci km ünvanında yerləşən hazır məhsul anbarından ümumilikdə 81.537,56 manat dəyərində müxtəlif miqdarda "xxxx" adlı qovrulmuş günəbaxan tumunun çıxarılmasına nail olmuş, həmin malların 16.302,92 manat dəyərində olan hissəsini hədiyyə kompaniyası çərçivəsində cəmiyyətlə ticarət münasibətində olan müştərilərə çatdırılmasını təmin etsə də, 65.234,64 manat dəyərində olan hissəsini Cəmiyyətdə ekspeditor və sürücü vəzifələrində işləmiş ayrı-ayrı şəxslərə guya həmin malların MMC-nin anbarında artıq qalan mal olmasını, endirimlə satılmasını, digər ekspeditorun malı olmasını və digər səbəblər deməklə onları aldadaraq, müxtəlif vaxtlarda həmin şəxslər vasitəsilə Zabrat qəsəbəsində yeləşən “Ayxan” market adlı topdan satış mağazasına və istintaqa məlum olmayan digər ayrı-ayrı ticarət obyektlərinə dəyərindən aşağı qiymətə satmaqla əldə etdiyi nağd pul vəsaitini Cəmiyyətin xəzinəsinə təhvil verməyib ələ keçirərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, vəzifəli şəxs kimi rəsmi sənədlərdə tamah niyyəti ilə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə saxtakarlıq edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş 65.234,64 manat dəyərində külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş, lakin verilən suallara cavab olaraq göstərmişdir ki, törətdiyi əməldə peşmandır, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan onun tərəfindən tamamilə ödənilmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini tam təsdiq edir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən o, 10 fevral 2020-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-də satışa nəzarət auditoru vəzifəsində işləmişdir. İşə girərkən onunla MMC arasında əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Satışa nəzarət auditoru kimi vəzifələri MMC-də işləyən satış təmsilçilərinə nəzarət, onların fəaliyyətlərinin yoxlanılmasından, hədiyyə kompaniyası altında MMC-nin anbarından hədiyyəlik malların çıxarılaraq müştərilərə çatdırılmasının təmin edilməsindən, satış təmsilçilərinin ərazidə olan qalıqlarını yoxlamaqdan ibarət olmuşdur. Zərərçəkmiş şəxs MMC "xxxx" günəbaxan tumlarının, “Qızılquyu” limonatlarının, “Çeşmə” sularının və "xxxx" adlı enerji içkilərinin istehsalını və satışını həyata keçirir. Onun MMC-nin direktoru Elman Bayramovun qardaşı oğlu Kənanla yaxın münasibəti olduğundan işdə xüsusi hörmətə malik olmuşdur. MMC-nin daxili qaydalarına əsasən marketinq sənədləri müştərilər üçün nəzərdə tutulmuş hədiyyələrlə bağlı tərtib olunmuş və həmin sənəd əsasında hədiyyələr anbardan buraxılmışdır. O, 24.02.2020-ci il tarixdən 22.12.2020-ci il tarixədək olan dövr ərzində marketinq sənədləri əsasında MMC-nin anbarından 81.537,56 manat məbləğində hədiyyəlik mal çıxarmışdır. Həmin malların 16.302,92 manat dəyərində olan hissəsi müxtəlif müştərilərə kompaniya çərçivəsində hədiyyə qismində verilsə də, yerdə qalan 65.234,64 manat dəyərində malı mənimsəmişdır. İşlədiyi müddətdə MMC-nin direktorunun əmri ilə hər ay müştərilərə hansı məbləğdə hədiyyəlik mal verilməsi müəyyən olunmuş və hədiyyəlik mal MMC-nin anbarından ay ərzində yalnız bir dəfə buraxılmışdır. Bölgə müdirləri isə həmin məbləğ daxilində hansı müştəriyə, hansı maldan nə qədər hədiyyə kimi veriləcəyini müəyyən edib, bu barədə siyahı tərtib etmişlər. Bundan sonra, həmin siyahı ona təqdim olunmuş, o, isə siyanını sənəd formasında yazdıqdan sonra, siyahı imzalanaraq təsdiq edilməsi üçün MMC-nin direktoruna təqdim olunmuşdur. Direktor tərəfindən imzalandıqdan sonra sənəd yenidən ona verilmişdir. Bundan sonra o, operatora marketinq sənədlərini yazdırmışdır. Marketinq sənədlərini hazırlamaq məhz onun səlahiyyətində olmuşdur. Bundan başqa, ona hədiyyə qismində hansı müştəriyə hansı maldan hansı miqdarda veriləcəyi ilə bağlı siyahı olmuş və marketinq sənədlərini həmin siyahı əsasında hazırlamışdır. Marketinq sənədində yalnız, anbardan hədiyyə qismində çıxarılacaq malların adı və miqdarı qeyd olunmuş, malın hansı müştəriyə veriləcəyi isə qeyd olunmurmuş. Marketinq sənədinin tərtib olunması onun səlahiyyətində olduğundan o, hər dəfəsində həmin sənəddə hədiyyəlik qismində müştərilərə verilməli olan malın sayını suni olaraq artırmış, bəzi hallarda isə həmin sənəddə ümumiyyətlə real hədiyyə malları əks olunmamışdır. Bununlada o, marketinq sənədlərinin məzmununu təhrif etməklə marketinq sənədlərindəki malın miqdarını artırmışdır. Bundan sonra o, marketinq sənədindəki "xxxx" qrafasını imzalayıb, sənədi mallar anbardan buraxılması üçün anbardara verib, malların hansı sürücülərin avtomaşınlarına yüklənməli olduğunu bildirmişdir. Belə ki, o, müştərilərə həqiqətən hədiyyə kimi veriləcək mallar həmin müştərilərin olduğu ərazidə fəaliyyət göstərən sürücülərin avtomaşınlarına, anbardan artıq çıxartdığı malları isə Rüfət adlı sürücünün maşına yüklətmişdir. Hansı malın hansı avtomaşına yüklənməsi ilə bağlı göstərişi anbardara o vermişdir. Bundan sonra Rüfət həmin malları onun dediyi topdan satış mağazalarına aparmışdır. Daha sonra, MMC-də satış təmsilçisi işləyən Sahib malın pulunu həmin mağazadan alaraq, ona vermişdir. O, həmin malları topdan satış mağazalarına dəyərindən ucuz qiymətə satmışdır. Mallar əsasən Zabrat qəsəbəsindəki Xəqaninin işlətdiyi topdan satış mağazasına satılmışdır. Həmçinin başqa ticarət müəssisələrinə də, satılmışdır. Beləcə bu proses 24.02.2020-ci il tarixdən 22.12.2020-ci il tarixədək olan dövr ərzində davam etmişdir. 23.12.2020-cı il tarixdə ərazidə olduğum vaxt, MMC-nin direktoru Elman Bayramov anbardan hədiyyə qismində artıq mal buraxıldığını görüb, bu haldan şübhələnmiş, anbardardan soruşduqda sonuncu dekabr ayı ərzində anbardan hədiyyə qismində bir neçə dəfə mal çıxarıldığını demişdir. Halbuki, anbardan hədiyyə qismində mal ay ərzində yalnız bir dəfə çıxarıla bilərmiş. Onun MMC-də hörməti olduğundan, sözü keçdiyindən anbardar anbardan ay ərzində bir neçə dəfə mal çıxarılmasından şübhələnməmişdir. Ərazidən qayıtdıqdan sonra direktorun yanında olmuş və törətdiyi əməli etiraf etmişdir. 24.02.2020-ci il tarixdən 22.12.2020-ci il tarixədək olan dövr ərzində MMC-nin anbarından 16302,92 manat dəyərində hədiyyəlik mal çıxartmalı olsa da, 81537,56 manat dəyərində mal çıxartmışdır. Anbardan çıxartdığı artıq mallar əsasən Rüfət adlı sürücünün avtomaşına ilə daşınmışdır. Bəzi hallarda isə topdan satış mağazası malı götürmədikdə, o, MMC-də satış təmsilçisi işləyən Sahib, Musa, Ramil, Zaur adlı şəxslərdən həmin malları satmalarını xahiş etmişdir. Əsasən ekspeditor Sahib onun anbardan çıxartdığı malları satmışdır. O, adlarını qeyd etdiyi ekspeditorlara başa düşməsinlər, şübhələnməsinlər deyə həmin malların MMC-nin anbarında artıq qalmış mal olduğunu, endirimə düşmüş mal olduğunu, başqa ekspeditorun malı olduğunu lakin sonuncunun həmin malı sata bilmədiyini demişdir. O, hər dəfəsində həmin malları ekspeditora dəyərindən aşağı qiymətə satmalarını təklif etmiş və onlar isə malı satdıqdan sonra istədiyi məbləği ona vermişlər. Xəqani adlı şəxsin işlətdiyi topdan satış mağazasını Sahib tanımışdır. Həmin topdan satış mağazasına mallarıda Sahib vermişdir. Belə ki, Sahib əvvəldən bilmişdir ki, o, MMC-nin anbarından hədiyyə qismində artıq mal çıxaracaq. Sahibin sata bilmədiyi malları isə adlarını qeyd etdiyi digər satış təmsilçiləri vasitəsilə satmışdır. Həmin satış təmsilçilərinin isə onun anbardan mal çıxartmağından xəbərləri olmamışdır. O, həmin satış təmsilçilərinə əsasən satış təmsilçilərindən hansınınsa satışının aşağı olduğunu, bu səbəbdən anbardan götürdüyü malı ucuz qiymətə satdığını, qalan məbləği isə öz cibindən qoyacağını deyib, həmin malı MMC-nin müəyyən etdiyi qiymətdən bir qədər aşağı qiymətə adlarını qeyd etdiyim satış təmsilçiləri vasitəsilə satdırmışdır. Onun anbardan hədiyyə adı altında artıq mal çıxartmasından heç kimin xəbəri olmamışdır. Həmin malları əksər vaxt satış təmsilçisi Sahib vasitəsilə satmış, sürücü Rüfət isə həmin malları anbardan götürüb, Sahibə və ya Sahibin dediyi müştəriyə təhvil vermişdir. Sahib isə həmin malları əsasən Xəqaninin topdan satış mağazasına satmış, əldə olunmuş pulu isə ona vermişdir. Beləki Rüfət malları Sahibin dediyi müştəriyə aparmış, Sahib isə həmin mala görə onun müəyyən etdiyi məbləği müştəridən alıb onun özünə vermişdir. Sahiblə Rüfətin onun anbardan rəhbərlikdən xəbərsiz hədiyyə adı altında artıq mal çıxartmasından məlumatları olmamışdır. Bəzi vaxtlar isə Sahib həmin malları sata bilmədiyi üçün, o, malları satmaları üçün digər satış təmsilçiləri Zaura, Musaya, Adilə, Aydına və Raminə vermişdir. Həmin satış təmsilçiləri isə malları satdıqdan sonra əldə olunmuş pulu ona vermişlər. O, mənimsədiyi 65.234,64 manat satış pulunun əvvəlcə 10.000 manatını, daha sonra isə 50.000 manatını MMC-nin xəzinəsinə mədaxil etmişdır. 2021-ci ilin iyun ayında MMC-nin kassasına daha 3.700 manat ödəmiş və MMC-də olan depozit məbləğini və dekabr ayının əmək haqqısını MMC-dən götürməmiş, bununla da, MMC-yə olan borcu sıfırlanmışdır. Hazırda onun MMC-yə borcu yoxdur, mənimsədiyi 65.234,64 manat dəyərində malın pulunu tam olaraq MMC-yə ödəmişdir. O, hədiyyə kompaniyası adı altında MMC-nın anbarından yalnız "xxxx" adlı qovrulmuş günəbaxan tumu çıxartmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2018-ci ilin mart ayından Zərərçəkmiş şəxs MMC-də hüquqşünas vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC-nin daxili qaydalarına əsasən marketinq sənədləri müştərilər üçün nəzərdə tutulmuş hədiyyələr üçün tərtib olunur və həmin sənəd əsasında hədiyyələr anbardan buraxılır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satışa nəzarət auditoru vəzifəsində işlədiyi müddətdə onun əsas vəzifələri MMC-də işləyən satış təmsilçilərinə nəzarət, onların fəaliyyətlərinin yoxlanılmasından, hədiyyə kompaniyası altında MMC-nin anbarından hədiyyəlik malların çıxarılaraq müştərilərə çatdırılmasının təmin edilməsindən, satış təmsilçilərinin ərazidə olan qalıqlarını yoxlanılmasından və s. olmuşdur. İşə qəbul olunarkən Təqsirləndirilən şəxsla əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Təqsirləndirilən şəxs 24.02.2020-ci il tarixdən 22.12.2020-ci il tarixədək olan dövr ərzində marketinq sənədləri əsasında MMC-nin anbarından 81.537,56 manat dəyərində hədiyyəlik mal adı altında "xxxx" adlı günəbaxan tumu çıxartmışdır. Müştərilərə ayrılmış hədiyyəlik malların anbardan çıxarılması, müştərilərə çatdırılması satışa nəzarət auditoru kimi məhz Təqsirləndirilən şəxs öhdəliyində olmuşdur. Halbuki, MMC-nin direktor tərəfindən verilmiş müvafiq əmrlərə əsasən qeyd olunan müddət ərzində anbardan hədiyyə kompaniyası altında 16.302,92 manat dəyərində "xxxx" adlı günəbaxan tumu çıxarılmalı imiş. Marketinq sənədlərinin hazırlanması Təqsirləndirilən şəxs səlahiyyətində olduğundan o, qeyd olunan müddət ərzində marketinq sənədlərinin məzmununu təhrif edərək hər dəfəsində hədiyyəlik malların sayını xeyli artırmaqla, anbardan 65234,64 manat dəyərində artıq "xxxx" adlı günəbaxan tumu çıxartmışdır. Təqsirləndirilən şəxs anbardan hədiyyəlik mal kimi 16302,92 manat dəyərində "xxxx" adlı günəbaxan tumu çıxarılmalı olsa da, 81537,56 manat dəyərində mal çıxartmış, həmin mallar MMC-də ekspeditor işləyən müxtəlif şəxslər vasitəsi ilə dəyərindən aşağı qiymətə sataraq, əldə olunmuş pulu mənimsəmiş və bununlada MMC-yə 65.234,64 manat məbləğində ziyan vurmuşdur. Qeyd olunan hallar sonradan aşkar olunmuşdur. Həmin dövr ərzində Təqsirləndirilən şəxs marketinq sənədlərini bir başa özü anbara gətirib anbardara təqdim etmiş, anbardar isə həmin sənəddə göstərilən malları Faiqin dediyi, mal paylayan sürücülərə şirkət tərəfindən təhkim olunmuş avtomaşınlara yüklətmişdir. Bu zaman marketinq sənədində “təhvil verdi” qrafası anbardar, "xxxx" qrafası isə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır.Sonradan Təqsirləndirilən şəxs MMC-yə vurduğu həmin ziyana görə əvvəlcə 10.000 manat, daha sonra 50.000 manat, bundan sonra isə 3.700 manat ödəniş etmiş, Faiqin MMC-də olan depozit məbləği və 2020-ci ilin dekabr ayında işlədiyi günlərin əmək haqqı da, onun razılığı ilə vurduğu ziyanın ödənilməsinə hesablanmışdır. Bununla da, Təqsirləndirilən şəxs tərəfindən MMC-yə vurduğu 65234,64 manat ziyan tam həcmdə ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2016-ci ilin mart ayından Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satışa nəzarət auditoru vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs 24.02.2020-ci il tarixdən 22.12.2020-ci il tarixədək olan dövr ərzində marketinq sənədləri əsasında MMC-nin anbarından 8.1537 manat məbləğində hədiyyəlik mal çıxarmış. Həmin malların 16.302 manat dəyərində hissəsini müxtəlif müştərilərə kompaniya çərçivəsində versə də, geri qalan 65.234 manat dəyərində malı isə mənimsəmişdir. Həmin dövr ərzində Təqsirləndirilən şəxs marketinq sənədlərini bir başa özü anbara gətirib ona təqdim etmiş, o, isə həmin sənəddə göstərilən malları Faiqin dediyi, mal paylayan sürücülərə şirkət tərəfindən təhkim olunmuş avtomaşınlara yüklətmişdir. Həmin malları avtomaşınlara anbarda işləyən fəhlələr yükləmişlər. Bu zaman marketinq sənədində “təhvil verdi” qrafası onun, "xxxx" qrafası isə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs marketinq sənədlərinə müdaxilə edərək, həmin sənədlərdə rəhbərlik tərəfindən müəyyən edilmiş saydan artıq sayda mal göstərib, həmin malların anbardan çıxarılmasına nail olmuş və əksər hissəsini hədiyyə qismində müştərilərə verməyib, mənimsəmişdir. Bununla da, Faiqin hesabında 65.234 manat çatışmazlıq yaranmışdır. Sonradan Təqsirləndirilən şəxs əvvəlcə MMC-yə vurulmuş ziyanı bütövlüklə məbləği tam olaraq ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləyir. 2020-ci ilin ya fevral-mart aylarında Faiq onun istifadəsində olan mobil nömrəyə zəng edib MMC-nin anbarında hədiyyəlik mallar olduğunu, endirimə düşdüyünü deyib, ondan həmin malları satıb-sata bilməyəcəyini soruşmuşdur. O, isə Faiqə həmin malları yığmağa yeri olmadığını bildirdikdə, sonuncu ona malları Zabrat qəsəbəsindəki “Ayxan” market adlı topdan satış mağazasına sata biləcəyini demişdir. Həmin gün nahardan sonra o, “Ayxan” marketə gedib market saibi ilə danışmış və sonunu onunla razılaşmış və bu barədə Faiqə bildirmişdir. Faiq həmin malları ona MMC-nin müəyyən etdiyi qiymətdən təxminən 10-15 faiz ucuz təklif etmişdir. Səhəri gün Faiqin dediyi həmin mallar MMC-də sürücü işləyən Rüfət dayı tərəfindən “Ayxan” marketə gətirilmişdir. Həmin gün səhər saatlarında o, “Ayxan” marketə gedib, həmin malın pulunu götürərək, Faiqə vermişdir. Həmin vaxtdan sonra təxminən 8-9 dəfə bu proses davam etmiş və Faiqin Rüfət vasitəsi ilə göndərdiyi malları “Ayxan” marketə verib pulunu alaraq Faiqin özünə vermişdir. O, həmin malları “Ayxan” marketə, malları Faiqin ona təklif etdiyi qiymətdən cuzi baha qiymətə satmışdır və bu isə onun qazancı olurdu. Faiqlə o, heç vaxt həmin malların satışından əldə olunmuş pulları bölməmişdir. Malları o, “Ayxan” marketdən başqa hər hansı bir marketə və ya hər hansı bir şəxsə satmamışdır. 2020-ci ilin dekabr ayında isə bilmişdir ki, Faiqin ona göndərdiyi həmin mallar sonuncunun mənimsədiyi mallardır olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs marketinq sənədlərinə yalan məlumatlar daxil edərək hədiyyə adı altında MMC-nin anbarından külli miqdarda mal çıxarmış və həmin malları bir hissəsini onun vasitəsilə satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2013-cü ildən etibarən Zərərçəkmiş şəxs MMC-də sürücü vəzifəsində işləyir. 2020-ci il ərzində 5-6 dəfə Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edərək anbardan veriləcək malları Zabrat qəsəbəsində yerləşən topdan satış məntəqəsinə aparmasını tapşırmışdır. O da, Faiqin dediyi kimi anbardan malları götürüb, Zabratdakı topdan satış mağazasına aparmışdır. Əvəzində Faiq ona bir neçə dəfə 2-3 qutu "xxxx" günəbaxan tumu vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 2006-ci ildən etibarən Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləyir. 2020-ci ilin sentyabr ayında Faiq onun istifadəsində olan mobil nömrəyə zəng edib, digər ekspeditor Qadirin əlində mal qaldığını, sata bilmədiyini, sonuncuya kömək etmək lazım olduğunu deyib, ondan həmin malları dəyərinin 10 faiz ucuzuna satmasını xahiş etmişdir. O, isə Faiqlə razılaşmışdır. Sentyabr ayında Qadirin sürücüsü Rüfət təxminən 500-600 manatlıq malı onun sürücüsü Həsənə vermişdir. Rüfət Qadirin sürücüsü olduğunan o və Həsən həmin malın həqiqətən Qadirin malı olduğuna inanmışlar. Həmin mallar yalnız "xxxx" günəbaxan tumları olmuşdur. Həsən isə həmin malı onun göstərişi əsasında dəyərinin 5 faiz ucuzuna Elvin adlı şəxsə satmışdır. Elvindən aldığı ödənişin isə 5 faizini özünə götürüb, qalanını həmin gün axşam Faiqə vermişdir. Oktyabr ayında isə Faiq ondan xəbərsiz Həsənə təxminən 600-700 manatlıq mal vermişdir. Faiq malı Həsənə verdikdən sonra bu barədə ona həmin malında Qadirin malı olduğunu, lakin sonuncunun sata bimədiyini demişdir. Sonradan o, bilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif yollarla MMCnin anbarından dəfələrlə mal çıxartmış və həmin malları onu və digər bir neçə ekspeditoru aldadıb, onlar vasitəsilə satdıraraq əldə olunmuş pulu mənimsəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləyir. 2020-cı ilin oktyabr ayında Faiq ona zəng edib anbarda hədiyyəlik mal olduğunu həmin malları dəyərinin 10 faiz ucuzuna satıb-sata bilməyəcəyini soruşmuşdur. O, bir neçə müştəri ilə danışdıqdan sonra Faiqə həmin malları sata biləcəyini demişdir. 2020-ci ilin oktyabr və noyabr aylarında cəmi iki dəfə olmaqla. Faiqin dediyi həmin hədiyyəlik malları, yəni "xxxx" günəbaxan tumlarını anbardan sürücü Təbrizin maşınına yüklədib, 3 mkr. dairəsi deyilən ərazidə Müşfiq adlı şəxsin topdan satış mağazasına və “Yuva market” adlı mağazaya, dəyərinin 5 faiz ucuzuna satmışdır. Əldə olunmuş pulun isə 5 faizini özünə xeyir kimi götürüb, qalanını isə Faiqə vermişdir. Çünki Faiq ondan həmin malları dəyərinin 10 faiz ucuzuna satmasını, yəni malın dəyərinin 90 faizini istəmişdir. O, həmin müştərilərə təxminən 3000 manatlıq mal vermişdir. Sonradan bilmişdir ki, Faiq bu yolla hədiyyə adı altında MMC-nin anbarından xeyli miqdarda mal çıxararaq onu və digər bir neçə ekspeditoru aldadıb, onlar vasitəsilə həmin malları satdıraraq əldə olunmuş pulu mənimsəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləyir. Onun sifarişi əsasında MMC-nin anbarından çıxan malları hazırda müştərilərə MMC-də sürücü işləyən Ramin çatdırır. Əvvəllər isə sürücüsü Rafiq olmuşdur. Rafiq hazırda MMC-də işləmir. Həmin malların ödənişlərini isə müştərilərdən ya sürücü, yada ki özü alır. Beləki nağd ödənişləri müştərilər sürücüyə verir, nisyələri isə onun özü yığır. Sürücü müştərilərdən aldığı ödənişi sonradan ona verir, o, isə MMC-nin kassasına mədaxil edir. Təqsirləndirilən şəxs tanıyır, sonuncu Zərərçəkmiş şəxs MMC-də auditor vəzifəsində işləyir. Ayını dəqiq xatırlamasa da, 2020-ci ilin sonlarında Faiq ondan borc pul istədiyi üçün o sonuncuya 700 manat pul vermişdir. Ay sonunda Faiqdən verdiyi borcu geri istədikdə spnuncu ona pulu olmadığını, borcun əvəzinə mal verə biləcəyini demişdir. O, isə təcili pula ehtiyacı olduğundan Faiqlə razılaşmışdır. Həmin vaxt Faiq ona təxminən 1000-1100 manatlıq mal vermiş və o, həmin malı MMC-nin müəyyən etdiyi qiymətə satıb, əldə olunmuş pulun təxminən 300-400 manatını Faiqə vermiş, 700 manatını isə Faiqin ona olan borcuna hesab edib özünə götürmüşdür. Çünki Faiq malı verərkən ona “apar sat, sənə olan borcumu buradan götürərsən” demişdir. O, sonradan bilmişdir ki, Faiq ona verdiyi həmin malı MMC-nin anbarından rəhbərliyin xəbəri olmadan çıxartmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2017-ci ildən etibarən Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləyir. 2020-ci ildə Təqsirləndirilən şəxs topdan satış həyata keçirən şəxslərdən birinin Zərərçəkmiş şəxs MMC-dən xeyli mal aldığını, lakin həmin malı sata bilmədiyini, təcili pul lazım olduğu üçün həmin şəxsin əlində olan malı əvvəlki qiymətinə satdığını bildirmişdir. Həmin ərəfələrdə MMC-nin istehsal etdiyi malların satış qiymətində artı olmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxsla razılaşmış və Faiq təxminən 80 qutu "xxxx" tumunu MMC-də sürücü işləyən Rüfət vasitəsilə ona göndərmişdir. O, həmin malları müştərilərə yeni qiymətə, yəni bahalaşmış qiymətə satıb, əvvəlki qiymətlə Faiqin pulunu vermişdir. Həmin malların bir qutusunu müştərilərə 18,70 manata satmış, Faiqə isə bir qutusuna görə 15,48 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Faiqin ona verdiyi həmin mallar sonuncunun MMC-nin anbarından rəhbərliyin xəbəri olmadan çıxartdığı mallar olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 19 fevral 2021-ci il tarixli müstəqil auditor rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin satışa nəzarət auditoru, maddi məsul şəxs Təqsirləndirilən şəxs hədiyyə kampaniyası adı altında 24.02.2020-ci il tarixdən 22.12.2020-ci il tarixədək olan müddət ərzində Cəmiyyətin anbarından qanunsuz olaraq 65.234,64 (altmış beş min iki yüz otuz dörd manat 64 qəpik) manat dəyərində malları çıxarıb müxtəlif satış nöqtələrinə sataraq əldə etdiyi nağd pul vəsaitlərini məsimsəməklə Cəmiyyətə 65.234,64 manat məbləğində ziyan vurmuşdur. (Cild 1, iş vərəqləri 11-26) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-mühasibatlıq ekspertizasının 16 iyun 2021-ci il tarixli 9/3533 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də satışa nəzarət auditoru vəzifəsində işlədiyi dövrdə hesabında 65.234,64 manat satış pulu çatışmazlığı qalması müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 199-202) Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyət 28 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Baş Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN verilmişdir. MMC-nin hüquqi ünvanı ünvan 435) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-dən daxil olmuş 01 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs "xxxx" günəbaxan tumlarının, “Qızıl Quyu”, "xxxx", “Çeşmə” adları altında spirtsiz içki və suların istehsalını və satışını həyata keçirir. Cəmiyyətin anbarı Bakı-sumqayıt şossesi 20-ci km ünvanında yerləşir. (Cild 2, iş vərəqləri 29) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin direktoru X5 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 10.02.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Zərərçəkmiş şəxs MMC-də satışa nəzarət auditoru vəzifəsinə işə qəbul edilmiş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. (Cild 1, iş vərəqləri 36-37) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin direktoru X5 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 10.02.2020-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, X5 ona həvalə edilmiş Cəmiyyətin əmlakına, maddi və natural vəsaitinə cavabdeh olmaq, heç bir səbəb üzündən Cəmiyyətə maddi ziyan vurmamaq, maddi zərərin vurulmasının qarşısını almaq, ziyankarlığa qarşı mübariz olmaq, ona həvalə edilmiş Cəmiyyətin əmlakına, maddi və natural vəsaitin qorunub saxlanmasına təhlükə yarada bilən amillər haqqında şirkət rəhbərliyinə vaxtında məlumat vermək və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrini öhdəsinə götürmüşdür. (Cild 1, iş vərəqi 38) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-də auditor vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs satışa nəzarət auditoru kimi vəzifələri illik audit planını tərtib etmək, audit yoxlamalarını təşkil etmək, həyata keçirmək, nəticələri haqqında hesabat və rəylər hazırlayıb rəhbərliyə təqdim etmək, audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq, mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında iştirak etmək, şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılmasını həyata keçirmək və təlimatda göstərilən digər vəzifələrdən ibarətdir. Təqsirləndirilən şəxs həmin təlimatla tanış olmuş və təlimat tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqləri 39-40) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin direktoru Elman Bayramov tərəfindən verilmiş 03.01.2020-ci il tarixli 07 nömrəli əmrdə göstərilmişdir ki, Zərərçəkmiş şəxs MMC üzrə 03.01.2020-ci il tarixindən 30.12.2020-ci il tarixinədək müştərilərə hədiyyələrin verilməsi kompaniyası elan edilsin. MMC-nin satış müdiri hər ay üzrə ayrılacaq hədiyyə məbləğini müştərilər arasında onların potensiallarını nəzərə alınmaqla proporsional qaydada bölgüsünün aparılmasını təmin etsin. MMC-nin auditoru hər ay üzrə müştərilərə veriləcək hədiyyələrin onlara çatdırılmasını təmin etsin. (Cild 1, iş vərəqi 44) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin direktoru Elman Bayramov tərəfindən verilmiş 24.02.2020-ci il tarixli 31 nömrəli, 12.03.2020-ci il tarixli 47 nömrəli, 16.04.2020-ci il tarixli 56 nömrəli, 15.05.2020-ci il tarixli 60 nömrəli, 19.06.2020-ci il tarixli 69 nömrəli, 21.07.2020-ci il tarixli 78 nömrəli, 10.08.2020-ci il tarixli 86 nömrəli, 08.09.2020-ci il tarixli 91 nömrəli, 02.11.2020-ci il tarixli 98 nömrəli və 01.12.2020-ci il tarixli 110 nömrəli əmrlərdən görünür ki, 03.01.2020-ci il tarixli 07 nömrəli əmrin icrası ilə əlaqədar Cəmiyyətin müştərilərə veriləcək hədiyyə kampaniyası çərçivəsində 2020-ci ilin fevral ayı ərzində ayrılacaq hədiyyələrin ümumi məbləği 3607,64 manat, mart ayı ərzində 1928,24 manat, aprel ayı ərzində 1928,24 manat, may ayı ərzində 1569,68 manat, iyun ayı ərzində 1407,84 manat, iyul ayı ərzində 1316,16 manat, avqust ayı ərzində 1111,20 manat, sentyabr ayı ərzində 1111,20 manat, noyabr ayı ərzində 1161,36 manat və dekabr ayı ərzində 1161,36 manat məbləğində müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 46-54) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs MMC-nin direktoru Elman Bayramov tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli məktubdan və 24.12.2020-ci il tarixli, 25.03.2021-ci il tarixli və 25.06.2021ci il tarixli kassa-mədaxil orderləri və qəbzdən görünür ki, MMC-nin satışa nəzarət auditoru Təqsirləndirilən şəxs Cəmiyyətə vurduğu 65.234,64 manat məbləğində maddi ziyan tam olaraq ödənilmişdir. (Cild 1, iş vərəqləri 171-173, Cild 2, iş vərəqi 2-3) Bundan başqa, məhkəmə prosesində iştirak edən Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə müstəqil auditor yoxlamasının aparılması ilə bağlı Cəmiyyətin 1.500 manat məbləğində xərc çəkməsini göstərmiş və həmin pulu da müvafiq qaydada mülki iddia qaldırmadan təqsirləndirilən şəxsdən tələb etmişdir. Təqsirləndirilən şəxs tərəfindən barışıq niyyəti nümayiş etdirilərək tələb olunan 1.500 manat pul Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə ödənilmiş və müvafiq qəbz məhkməyə təqdim olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. (Cild 1, iş vərəqi 222) Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək və özünün həmin cinayətlərin törədilməsində təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ağır, Cinayət Məcəlləsinin 313-cü maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 29-cu bəndində göstərilir ki, mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, Təqsirləndirilən şəxs gənc olması, özünü təqsirli bilərək səmimi peşmançılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Zahiq oğluna cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs Zahiq oğlu barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxsin üzərinə qoyulmalı məhkəmə xərcləri müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, «Məhkəmə hökmü haqqında» 24.12.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 03 (üç) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin və əlavə cəzanın icrasının əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-144/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-144/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver