Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-144/2023 06.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Ağdam rayonu Üçoğlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana, metadon və külli miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan Əlirza adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana, metadon və külli miqdarda psixotrop maddə metamfetamini 400 manat müqabilində Əlirza adlı şəxsin tapşırığı ilə ayrı-ayrı yerlərə qoymaqla Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddənin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 01 yanvar 2022-ci il tarixdə bir qrup şəxs halında Əlirza adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, Abşeron rayonu, Masazır qəsəbəsi, Atataürk küçəsində yerləşən işıq dirəyinin arxasına qoyulan bir ədəd yaşıl rəngli idman çantasında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxil edilən ümumi təmiz çəkisi 3189,49 qram, ayrı-ayrılıqda bir ədəd şəffaf sellofana bükülmüş 24,490 qram çəkidə, bir ədəd şəffaf sellofana bükülmüş 1100,0 qram çəkidə, bir ədəd şəffaf sellofana bükülmüş 1055,0 qram çəkidə, bir ədəd şəffaf sellofana bükülmüş 1010,0 qram çəkidə narkotik vasitə olan heroini, ağ rəngli sellofan torbaya bükülmüş 225,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, ümumi miqdarı 5,16 qram, 129 ədəd sintetik narkotik vasitə metadon həblərini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı 2) daxil edilən ümumi təmiz çəkisi bir 352,1 qram, ayrı-ayrılıqda bir ədəd şəffaf sellofana bükülmüş 12,100 qram çəkidə, bir ədəd şəffaf sellofana bükülmüş 340,0 qram çəkidə psixotrop maddə metamfetamini, bir ədəd “AOSAİ” yazıları olan qara rəngli elektron tərəzini götürüb qanunsuz əldə edərərk əvvəlcədən razılaşdıqları kimi, həmin narkotik vasitələri və psixotrop maddəni müxtəlif yerlərə qoymaqla öz növbəsində birgə satışını təmin etmək üçün həmin narkotik vasitələrdən 24,490 qram çəkidə heroini, 12,100 qram çəkidə psixotrop maddə metamfetamini əynində olan tünd göy rəngli gödəkçənin sol yan cinbində, ümumi təmiz çəkisi 3165,0 qram, ayrı-ayrılıqda bir ədəd, şəffaf sellofana bükülmüş 1100,0 qram çəkidə, bir ədəd, şəffaf sellofana bükülmüş 1055,0 qram çəkidə, bir ədəd, şəffaf sellofana bükülmüş 1010,0 qram çəkidə, narkotik vasitə heroini, bir ədəd ağ rəngli sellofan torbaya bükülmüş 225,0 qram çəkidə narkotik vasitə marixuananı, ümumi miqdarı 5.16 qram, 129 ədəd sintetik narkotik vasitə metadon həblərini, bir ədəd şəffaf sellofana bükülmüş 340,0 qram çəkidə psixotrop maddə metamfetamini və üzərində narkotik vasitə heroin izləri olan “AOSAİ” markalı qara rəngli elektron tərəzini yaşadığı-ünvan 1 ünvanına daşıyaraq qonaq otağında yerləşən yataq dəstinin yaxınlığında olan yorğanın altında, yaşıl rəngli idman çantasının içərisində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18:30-da DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk küçəsi, 21 saylı evin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmış, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçənin sol yan cinbindən həmin külli miqdarda 24,490 qram çəkidə narkotik vasitə heroin və 12,100 qram çəkidə psixotrop maddə metamfetamin, yaşadığıünvan 1 ünvanına baxış keçirilən zaman, evin qonaq otağında yerləşən yataq dəstinin yaxınlığında olan yorğanın altında, yaşıl rəngli idman çantasının içərisindən həmin külli miqdarda ümumi təmiz çəkisi 3165,0 qram, ayrı-ayrılıqda bir ədəd 1100,0 qram çəkidə, bir ədəd 1055,0 qram çəkidə, bir ədəd 1010,0 qram çəkidə narkotik vasitə heroin, bir ədəd 225,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, ümumi miqdarı 5.16 qram, 129 ədəd sintetik narkotik vasitə metadon həbləri, bir ədəd 340,0 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan “AOSAİ” markalı qara rəngli elektron tərəzi polis əməkdaşları tərəfindən aşakar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuş, ilk əvvəllər arıqlamaq məqsədilə, daha sonra isə yaranmış ağrıları ilə bağlı olaraq metamfetamindən istifadə etmişdir. İran İslam Respublikasının vətəndaşı olan Əlirzanın ona çantanı götürüb başqa yerə qoymaq qarşılığında 400 manat veriləcəyini, beş uşağına tək baxdığı, heç bir köməyinin olmadığı üçün həmin çantanı götürməklə bağlı razılaşdığını, göy çantanı olduğu yerdən götürərkən isə polis əməkdaşları tərəfindən saxlanıldığını, lakin saxlanılan zaman üzərində sadəcə öz istifadəsi üçün götürdüyü narkotik vasitənin olduğunu qeyd etmişdir. Həmin çantada nə qədər narkotik vasitə olduğundan xəbəri olmamış, Əlirza ona sadəcə olaraq narkotik vasitəni evin yaxınlığından götürməyini və götürdüyü halda isə 400 manat verəcəyini söyləmiş, çantadakı narkotik vasitənin miqdarı ilə bağlı ona dəqiq bir söz deməmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o Əlirzanı 1-2 ay idi ki tanımış, tanışı olan qadın ona Əlirzanın nömrəsini vermiş, X8 Respublikasının vətəndaşı olduğunu bildirmişdir. 24 qram metamfetamini təxminən 30-40 manata aldığını, çantanı əlinə almaq istəyərkən tutulduğunu, onun içərisində nə olduğundan xəbərinin olmadığını, çantanı açmadan polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin çantanı başqa yerə qoymağının müqavilində ona 400 manat verilməli olduğunu, çantanın təxmini çəkisini bilmədiyini demişdir. Daha sonra polis idarəsinə aparılmış, ardınca isə evinə gətirilmişdir. Həmin çanta polis əməkdaşları tərəfindən evinə qoyulmuş və video-çəkiliş aparılmaqla guya evindən çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitəni tanışı olan qadın vasitəsilə əldə etmiş, yalnız metamfetamindən yandırıb çəkmək yolu ilə istifadə etmişdir. İlk dəfə hadisə baş verən gün narkotik vasitənin yerini dəyişdirməyə cəhd etmiş, şəxsi istifadəsi üçün atılan narkotiki götürmüş, ardınca dirəyin yanındakı çantanı götürərkən, yəni əli çantada olarkən saxlanılmışdır. Həmin çantada 3 kq narkotikin olmasından xəbəri olmamış, üzərində ancaq metamfetamin olmuş, heroindən istifadə etməmişdir. İstintaq zamanı ona təzyiq göstərildiyini demiş, lakin həmin təzyiqin nədən ibarət olmasına aydınlıq gətirə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında kirayə yaşayır. 02 yanvar 2022-ci il tarixdə axşam saat təxminən 18:30 radələrində yaşadığı ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməsi xahiş edilmişdir. Bundan sonra o, əynində olan qalın qış gödəkcəmin sol yan cibindən 1 bükümdə narkotrik vasitə heroini, 1 bükümdə psixotrop maddə metamfetamini, evimin açarını, sağ yan cibindən 2 ədəd mobil telefonunu və şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Onun üzəri yoxlanılsa da heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üzərində olan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qalan hissəsini yaşadığı evdə saxladığını söyləmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı Abşeron rayonunda yerləşən ünvanına baxış keçirilmişdir. Baxış zamanı qonaq otağındakı yataq dəstinin yanındakı yorğanın altından 1 ədəd yaşıl rəngli idman çantası təqdim etmişdir. Həmin idman çantasının içərisindən, 3 bağlamada heroin, 1 bağlamada marixuana, 1 bağlamada metamfetamin, 129 ədəd Metadon M-40 həbləri və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin maddələr və elektron tərəzi də qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən və yaşadığı evdən aşkar edilmiş maddələri 2 ay bundan öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı, “Əlirza” adlı şəxsin vasitəsilə, 1 gün öncə Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk küçəsində yerlən yolun kənarında olan işıq dirəyinin altından götürdüyünü bir neçə dəfə onun dediyi yerlərə narkotik tərkibli maddələr qoyduğunu, özünün narkotik vasitə istifadəçisi olmadığımı, Üzərindən aşkar edilmiş kütlələridə evdə aşkar edilmiş sellofan bağlamalardan götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin satışı ilə məşğul olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə edildikdən sonra 02 yanvar 2022-ci il tarixində əməliyyat tədbiri hazırlanmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk prospekti 21 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, idarədə olarkən təhqiqatçının və vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində olan gödəkcənin cibindən iki büküm və ev açarı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin və metamfetamin olduğunu, həmçinin evində də narkotik vasitə olmasını söyləmişdir. Təqsirləndirilən şəxs, təhqiqatçı və vəkilin iştirakı ilə evə baxış keçirilmiş, bu zaman o idman çantasını təqdim edərək çantanın içərisində də narkotik vasitə olduğunu demişdir. Çantanın içərisinə baxış keçirərkən ayrı-ayrılıqda üç böyük büküm aşkar edilmiş, onların içərisindən heroin, metadon (təxminən 129 list) və metamfetamin aşkarlanaraq protokollaşdırılmışdır. Təqsirləndirilən şəxs İran İslam Respublikasında yaşayan Əlirza adlı şəxslə internet vasitəsilə əlaqə saxladığını, həmin şəxsin narkotik vasitələri Azərbaycan Respublikası ərazisində müxtəlif yerlərə qoymasını müqabilində ona müəyyən miqdar pul verməyi vəd etmiş, maddi vəziyyətinin yaxşı olmaması səbəbilə bu işlə məşğul olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni əlbəəl satmadığını, narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan şəxsin söylədiyi yerlərə qoyduğunu bildirmişdir. Əlirza adlı şəxs barəsində məlumat olmamış, məlumat Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Şahid Paşayev X1 zamanı verdiyi ifadəni təsdiq etmiş, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 külli miqdarda narkotik vasitənin saxlanılması barədə daxil olan əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirdiklərini, Təqsirləndirilən şəxs Masazır qəsəbəsində yaşadığı evin yaxınlığında saxlayıb idarəyə apardıqlarını, idarədə olarkən xidməti otaqların birində vəkilin iştirakı ilə video-çəkiliş müşayiətində Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyini, üzərindən heroin və metamfetamin aşkar edildiyini bildirmişdir. Onun evinə keçirilən baxış zamanı isə çantanın içərisindən heroin, metamfetamin və metadon həbləri aşkarlanmış, aşkar edilən heroinin çəkisi təxminən üç kiloqram, metamfetaminin çəkisi təxminən 340-350 qram və metadon həbləri isə 125-130 sayda olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri Əlirza adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmiş, qeyd edilən İran İslam Respublikasının vətəndaşı ilə bağlı məlumat olmamış, həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilməmişdir. Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk prospekti 21 ünvanının yaxınlığında saxlamış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdarədə olarkən təhqiqatçının və vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, onun üzərində olan gödəkcənin cibindən içərisində heroin və metamfetamin olan iki büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs evinə keçirilən baxış zamanı o, idman çantasını təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmiş, çantanın içərisindən ayrı-ayrı üç bükümdə olan heroin, metadon və metamfetamin aşkar edilmişdir. Şahid2 əməliyyat məlumatının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olduğunu, təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşı olan Əlirza adlı şəxslə sosial şəbəkədə tanış olduğunu bildirdiyini, onun vasitəsilə narkotik vasitələri qeyd edilən yerlərə qoyduğunu, bunun əvəzində isə müəyyən məbləğdə pul aldığını söylədiyini, Əlirza adlı şəxsin şəxsiyyətini müəyyən etmədiklərini, özünün aşkar edilən telefonlara baxış keçirmədiyini bildirmiş, istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Şahid4 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təranə ilə hər hansı düşmənçiliyi, ədavəti olmamışdır. 02 yanvar 2022-ci il tarixdə saat 20:15-də Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda iştirak etmişdir. Həmin şəxsi axtarışda Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili-polis polkovnik-leytenantı Şahid1, baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Təqsirləndirilən şəxs vəkili-X3 da iştirak etmişlər. Video çəkiliş vasitəsilə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməsi xahiş edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qalın qış gödəkcəsinin sol yan cibindən 1 bükümdə narkotrik vasitə heroinə bənzər kütlələri, 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri, həmin gödəkçənin sağ yan cibindən evinə aid açarı, 2 ədəd mobil telefonunu və şəxsiyyət vəsiqəsini çıxardaraq təqdim edib masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarışı o, davam etdirmiş və Təranənin üzərində qanunla qadağan edilmiş hər hansı bir bir əşya və ya predmet aşkar etməmişdir. Şifahi sorğu zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələrin qalan hissəsini yaşadığı ünvan 3 ünvanında saxladığını demişdir. Daha sonra aşkar edilərək götürülmüş kütlələr qablaşdırılmış, hər hansı bir etiraz daxil olmamış və çəkiliş saat 20:26da dayandırılmışdır. Şahid5 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Naxçıvan MR-nın Şahbuz rayonu, Kükü kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun qaynanasıdır. Təranə onlarla bir yerdə ünvan 1 ünvanında kirayə yaşayır. Bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə arvadı ilə birlikdə Sumqayıt şəhərində yaşayan bacısının evinə qonaq getmişdir. xx.xx.2022-ci il tarixdə bacısının evindən qonaq gələn zaman yaşadığı evin qapısının ağzında qaynanasını polis əməkdaşları ilə görüb nə baş verdiyini soruşduqda polis əməkdaşları ona bildirmişlər ki, qaynanası Təranə yaşadığı evdə narkoik vasitə saxladığı üçün polis əməkdaşları tərəfindən tutulmuşdur. Ona görə də yaşadıqları evə baxış keçirmək istəmişlər. Sonra polis məkdaşları qaynanam Təqsirləndirilən şəxs və orada olan Təranənin vəkilinin iştirakı ilə yaşadıqları evə baxış keçirməyə başlamışlar. Baxış zamanı qaynanası Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri evdə harada gizlətməsi və təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik vastələri və psixotrop maddələri yaşadığı evin qonaq otağında olan yataq dəstinin yaxınlığındakı yorğanın altında bir ədəd yaşıl rəngli idman çantasını çıxarıb təqdim etmişdir. Həmin bir ədəd yaşıl rəngli idman çantasının içərisinə baxdıqda çantanın içərisində 3 ədəd səffaf rəngli sellofan bağlamada narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd səffaf rəngli sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər maddə, 1 ədəd səffaf rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi, 129 ədəd üzərində “Metadon M-40” yazılmış həblər və bir ədəd elektron tərəzinin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs Arzuman qızı onun üzərindən və şayadığı evindən aşkar edilmiş maddələrin heroin, qurudulmuş marixuana, metamfetamin və metadon həblərinin olduğunu, İran İslam Respublikasının vətəndaşı olan Əlirza adlı şəxsin vasitəsi ilə 01 yanvar 2022-ci il tarixdə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü və narkotik vasitələrin və psixotrop maddələrin bir qismini üzərində qalan qismini yaşadığı ünvan 2 ünvanında gizlətdiyini bildirmişdir. Bildirmişdir ki, onun və ailəsinin qaynanası Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satmasından və yaşadıqları evinin həyətində saxlamasından xəbəri olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisidə dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan həmin məlumatın yoxlanması, Təranə Abbasovun qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan 02 yanvar 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Arzuman qızı əynində olan tünd göy rəngli gödəkçənin sol cibindən bir ədəd açar, iki ədəd şəffaf rəngli sellofan büküm, sağ cibindən bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd “Samsung” markalı və bir ədəd “Redmi” markalı mobil telefon çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs Arzuman qızının təqdim etdiyi şəffaf rəngli bükümlərə baxış keçirilən zaman həmin şəffaf rəngli bükümlərin birinin içərisindən heroin, digər bükümün içərisindən metamfetamin aşkar edilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Arzuman qızı ərizə yazaraq yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilməsinə icazə vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Arzuman qızı yaşadığı evinin qonaq otağında olan yataq dəstinin yaxınlığındakı yorğanın altından bir ədəd yaşıl rəngli idman çantasını çıxarıb təqdim edir. Həmin idman çantasının içərisinə baxdıqda 3 ədəd şəffaf rəngli sellofan bağlamada narkotik vasitə heroin, 1 ədəd şəffaf rəngli sellofan bağlamada psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana kütləsi, 129 ədəd üzərində “Metadon M-40” yazılmış həblər və bir ədəd elektron tərəzinin olduğu müşahidə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 yanvar 2022-ci il tarixli 6/8-7/3 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs Arzuman qızının yaşadığı ...” yazı və imzalar olan çantada 3 ədəd bağlamanın hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1100,0qr, 1055,0qr və 1010,0 qram olmaqla ümumi təmiz çəkisi 3165,0 qram qəhvəyi rəngli toz şəkilli maddə öz aralarında xarici görünüşlərinə və kimyəvi tərkib kompanentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bağlamada təmiz çəkisi 340,0 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd bağlamada təmiz çəkisi 225,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 13 ədəd üzərində “Metadone 40” yazıları olan konvalyutda 129 ədəd dairəvi formalı həblər sintetik narkotik vasitə-metadondur. 129 ədəd həb tərkibində metadonun təsiredici maddənin ümumi miqdarı 5,16 qramdır. (Həblərin üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır). 1 ədəd üzərində “AOSAİ” yazıları olan qara rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün olmadı. Üzərində “Təqsirləndirilən şəxs Arzuman qızının üzərində ...” yazı və imzalar olan zərfdə bir ədəd bağlamada təmiz çəkisi 24,490 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd sellofan bağlamada təmiz çəkisi 12,100 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs Arzuman qızının üzərindən və yaşadığı ünvandan aşkar edilmiş heroinlər öz aralarında xarici görünüşlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidir, metamfetaminlər öz aralarında xarici görünüşlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına (Siyahı 1), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına(Siyahı 1) daxildir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 21 fevral 2022-ci il tarixli 858 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs Arzuman qızında opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1239 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Arzuman qızında həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Arzuman qızı ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Arzuman qızının məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Arzuman qızı istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Arzuman qızının əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işindən yeni icraatın ayrılması barədə” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Arzuman qızının üzərində şəxsi axtarış keçirilən və yaşadığı evinə baxış keçirilərkən götürülmüş və ekspertizadan sonra 3189,29 qram narkotik vasitə heroin, 352,0 qram psixotrop maddə metamfetamin, 224,95 qram qurudulmuş marixuana və 124 ədəd metadon həbləri iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana, metadon və külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək daşımış və saxlamışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsi ilə verilmiş ittihamdan imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun barəsində cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməklə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon RİHBnın Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə ünvan 8 ünvanında yaşayır, yaşadığı müddət ərzində barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladları X4 xx.xx.2010-cu il və X5 xx.xx.2012-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3189,29 qram narkotik vasitə heroin, 352,0 qram psixotrop maddə metamfetamin, 224,95 qram qurudulmuş marixuana və 124 ədəd metadon həblər məhv edilməli, iş materiallarında olan iki ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 88,70 (səksən səkkiz, yetmiş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 02 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88,70 (səksən səkkiz, yetmiş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3189,29 qram narkotik vasitə heroin, 352,0 qram psixotrop maddə metamfetamin, 224,95 qram qurudulmuş marixuana və 124 ədəd metadon həbləri məhv edilsin. İki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-144/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-144/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver