Məhkəmə qərarları › İş №1(124)-145/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-145/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-145/2022 20.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X5 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 454-də yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa adı İran İslam Respublikası vətəndaşı “Adil” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girib, “WhatsApp” sosial şəbəkəsindəki aralarındakı danışıqdan sonra yaranmış razılaşmaya əsasən alacağı narkotik vasitənin dəyərinin bir hissəsi olan 110 (bir yüz on) manat pulu ilkin olaraq nağd ödəyəcəyini, qalan hissəsini isə sonradan ödəyəcəyini vəd verdiyindən istintaqa adı İran İslam Respublikası vətəndaşı “Adil” kimi məlum olan şəxs bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda ümumilikdə 200,0 (iki yüz) qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini “kuryer” vasitəsilə göndərməklə Sumqayıt şəhəri Corat qəsəbəsinin giriş hissəsində yerləşən dairənin yaxınlığına qoydurmuş, Təqsirləndirilən şəxs isə həmin ərazidən narkotik vasitəni götürüb, satış məqsədi ilə daşıyaraq üzərində saxlaması səbəbindən 27 iyul 2021-ci il tarixdə saat 16:30-da ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd şəffav rəngli sellofan bükümdə, təmiz çəkisi 200,0 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 5-6 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Hadisə günü üzərində ittiham aktında qeyd edilən miqdarda narkotik vasitə olmamışdır. Təxminən üzərində 2 qram heroin və 1 qramdan az metamfetamin olmuşdur. Heroini öz şəxsi istifadəsi üçün əldə etmişdir, satış niyyəti olmamışdır. Onu polis əməkdaşları 27.07.2021-ci il tarixdə səhər saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddət əvvəl narkotik tərkibli maddələr, əsasəndə “kakos” adlandırılan narkotik vasitə olan heroin qəbul etməyə başlamış, sonuncu dəfə 27.07.2021-ci il tarixdə saat 16:30 radələrində ünvan 3 ünvanının yaxınlığında olarkən ona üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər, polis ənməkdaşlarının təklifindən sonra öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, polis idarəsinə getdikdən sonra isə xidməti otaqlardan birində narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığı bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmiş, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkilişdə aparılmış, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün oraya Sumqayıt Regional Vəkil Bürosundan vəkil İftixar Əhmədovda dəvət edilmiş, polis əməkdaşlarının və hüquq, eləcədə qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynində olan göy rəngli cins şalvarın arxa sağ cibində saxladığı, bir ədəd sellofan bükümdəki narkotik vasitə heroini çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi maddənin nə olduğunu, hardan əldə edib üzərində saxladığını soruşduqda isə həmin narkotik vasitəni “WhatsApp” sosial şəbəkəsində tanış olduğu, özünü görmədiyi və tanımadığı, anket məlumatlarını bilmədiyi, ancaq adının “Adil” olduğunu və İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən, bir qismini şəxsi istifadəsi üçün, qalan hissəsini isə satmaq məqsədilə aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində protokolu imzalamışdır. Narkotik vasitənin satışı ilə məşğul olsada, ancaq bunu qazanc əldə etmək məqsədilə etməmiş, qəbul etdiyi narkotik vasitənin pulunu əldə etmək üçün bunu etmiş, yəni narkotik vasitəni ucuz qiymətə alıb, bir qismini sataraq, əldə etdiyi pulla aldığı narkotik vasitənin dəyərini ödəmiş, yerdə qalan narkotik vasitəni isə özü istifadə etmiş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini “WhatsApp” sosial şəbəkəsində tanış olduğu, özünü görmədiyi və tanımadığı, anket məlumatlarını bilmədiyi, ancaq adının “Adil” olduğunu və İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən 110 manat pul ödəməklə almış, həmin şəxslə aldığı narkotik vasitənin pulunun bir qismini yəni 110 manatı əvvəlcədən verməsi, qalan hissəsini isə sonradan ödəməsi ilə bağlı aralarında razılaşmışlar, narkotik vasitə aldığı İran İslam Respublikası vətəndaşından əvvələrdə dəyərini sonradan ödəmək şərti ilə narkotik vasitə almış, həmin narkotik vasitələrində pulunu sonradan tam şəkildə ödəmiş, beləcə aralarında etibarlı münasibətlər yaranmış, sonuncu dəfədə həmin İran İslam Respublikası vətəndaşı olan “Adil” adlı şəxsə aralarındakı sosial şəbəkədə danışıq zamanı narkotik vasitə almaq istədiyini bildirdikdə o narkotik vasitəni Sumqayıt şəhəri Corat qəsəbəsinin giriş hissəsində yerləşən üzərində “Corat” yazısı olan və “abidə” adlandırılan dairənin yaxınlığında hansısa bir yerə öz “kuryeri” vasitəsilə qoyduracağını bildirmiş, sonradan isə narkotik vasitənin yerini ona demiş, onun dediyi yerdən narkotik vasitəni götürüb, pulunuda onun dediyi yerə qoymuş, sonradan aldığı narkotik vasitənin qalan pulunuda onun dediyi formada göndərməklə ona çatdıracağını öhdəsinə götürmüş, ancaq buna imkan tapmamış və polis əməkdaşları tərəfindən həmin gün saxlanmış, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nın CAŞ-nın kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 iyul 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə Kamran adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 16:30da polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq Təqsirləndirilən şəxs saxladıq və Sumqayıt ŞPİ-nə dəvət etdik. Orada çəkiliş zamanı Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın arxa sol cibinə salaraq həmin cibindən bir ədəd mobil telefonu, sağ əlini əynində olan şalvarın arxa sağ cibinə salaraq ordan bir ədəd şaffav rəngli sellofan bükümdə maddəni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, saxlanılmamışdan əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından narkotik vasitəni 110 manata aldığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nın CAŞ-nın kiçik inspektoru vəzifəsində işləyir. 27 iyul 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə Kamran adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 16:30-da polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlayaraq və Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Orada çəkiliş zamanı Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın arxa sol cibinə salaraq həmin cibindən bir ədəd mobil telefonu, sağ əlini əynində olan şalvarın arxa sağ cibinə salaraq ordan bir ədəd şəffaf rəngli sellofan bükümdə maddəni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, saxlanılmamışdan əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından narkotik vasitəni 110 manata aldığını demişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2009cu ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvvəkkili vəzifəsində isə 2014-cü ildən xidmət aparmağa başlamış, sonuncu dəfə 27 iyul 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə Kamran adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də Kamran adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olubolmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kamran adlı şəxsin xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 16:30da Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis baş serjantı Şahid2 və polis baş serjantı Şahid3 ilə yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhfil vermişlər, daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkl Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs sol əlini əynində olan göy rəngli cins şalvarın arxa sol cibinə salaraq həmin cibindən bir ədəd mobil telefonu, sağ əlini əynində olan şalvarın arxa sağ cibinə salaraq ordan bir ədəd şaffav rəngli sellofan bükümdə maddəni çıxararaq təqdim etmiş, Təqsirləndirilən şəxs həmçinin təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan və “kakos” adlandırılan heroin olduğunu, saxlanılmamışdan əvvəl sosial şəbəkədə tanış olduğu, adını və digər anket məlumatlarını bilmədiyi, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən bir qismini şəxsi istifadəsi üçün, bir qismini isə satmaq məqsədilə əldə etdiyini və üzərində gəzdirdiyini, narkotik vasitəni əldə etmək üçün ilkin olaraq 110 manat pul ödədyini, aldığı narkotik vasitənin dəyərinin qalan hissəsini isə sonradan ödəməyə söz verdiyini, narkotik vasitəni satmağa söz vermiş şəxsin pulu ödədikdən sonra narkotik vasitəni “kuryeri” vasitəsilə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində hansısa əraziyə qoydurduğunu və bu barədə ona məlumat verdiyini, bundan sonra narkotik vasitəni qoyulmuş yerdən götürdüyünü, sonradan isə saxlanılaraq polis idarəsinə gətirildiyini bildirmiş, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş sellofan bükümün içərisinə baxış keçirildikdə həmin bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinə bənzər maddənin ümumi çəkisi müəyyən edildikdən sonra, qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. (cild 1, vərəqə 107-109) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 454-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt Pİ-nin CAŞ-na daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işi materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun 03 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat axtarış tədbirlərinin aparılması barədə qərarın və həmin qərarla bağlı aparılan prosessual hərəkətlərin insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə saat 16:30-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və polis bölməsində üzərinə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının arxa sol cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 22-23) Şəxsi axtarış keçirilməsi barədə 27.07.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 28.07.2021-ci il tarixli 6/3136 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi mökür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, adlar, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 200,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 200,0 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 199,95 qram. ( cild 1, iş vərəqə 36-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 08.10.2021-ci il tarixli 3835 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 157-158) Cinayət işinin materiallarından görünür ki, Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi mökür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, adlar, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə heroinin təmiz çəkisi 200,0 qram, tədqiqata 0,05 qram sərf edildikdən sonra 199,95 qram qalıq çəkisi qalmışdır. Qalıq qalmış 199,95 narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama anbarına verilmişdir. ( cild 1, iş vərəqə78) Cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, üzərində “nar” yazısı olan, qırmızı rəngli, yaddaşında 04 (dörd) ədəd birincisi “SMS_Tarixçəsi__**********2219__775775720”,ikincisi“SMS_Tarixçəsi_**********2224_775 775720”,üçüncüsü “Zənglərin_Detallaşması__**********5851__775775720_4” vədördüncüsü“Zənglərin_Məxsusluq_Tarixçələri__**********5915___775775720_NAR_4” adlı faylar olan 01 (bir) ədəd diskə baxış keçirilmiş və həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 146-147; 153-154; 182-195) Cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, üzərində "xxxx" yazısı olan, ağ rəngli, yaddaşında 04 (dörd) ədəd birincisi “SMS_ Tarixçəsi_**********5605__552286401”, ikincisi “SMS_Tarixçəsi__**********5608__ 552286401”, üçüncüsü “Zənglərin_Detallaşması__**********5636___552286401” və dördüncüsü “Zənglərin_Məxsusluq_Tarixçələri__**********5635___552286401_BKC” adlı fayllar olan 01 (bir) ədəd diskə baxış keçirilmiş və həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 148-149; 155-156; 182-195) Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin 03.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 02.01.2020-ci il tarixdə cəza müddəti başa çatdığından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət əməli törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaratdığı müəyyən edilmişdir. (cild 1, iş vərəqə 144-145) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Bşçısının Corat qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 avqust 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Corat qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinə heç biryazılı şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 101) Cinayət işinə əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı vardır, arvadı X2 17 dekabr 2019-cu il tarixdə ölmüşdür.(cild 1, iş vərəqə 102-105) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda və şəxsi istifadə miqdarından dəfələrlə çox olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, arvadının ölməsini yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir . Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, istintaq zamanı 29 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, həmin tarixdə Sumqayıt şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 27 noyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, sonradan Sumqayıt şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin 15.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır ( cild 1, iş vərəqə 50-52; 72-73; 121-123) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 iyul 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından həbs edilməlidir. Həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opidodlərin birgə qəbulu və pxisotrop maddə olan metamfetaminindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan – ekspert tədqiqatdan sonrakı qalıq 199,95 qram narkotik vasitə olan heroin həmin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməli, 03 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 27 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan –199,95 qram narkotik vasitə olan heroin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin. 03 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Hafiz Əliyev Hakim: Fikrət Əliyev Hakim: Fəhmin Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar