Məhkəmə qərarları › İş №1(124)-145/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-145/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-145/2023 08.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər Regional Vəkil Bürosunun vəkili X2, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 01 azyaşlı övladı var), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda eyni tərkibli 05 ədəd bükümdə ümumi təmiz çəkisi 8,510 qram psixotrop maddə olan metamfetamini, külli miqdarda eyni tərkibli 03 ədəd bükümdə ümumi təmiz çəkisi 6,795 qram narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17:20-də Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 1 saylı yaşayış binasının qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən sağ əlində saxlamış olduğu qara çantasının içərisində olan karton qutudan 02 ədəd açıq sarı və 03 ədəd şəffaf rəngli sellofan olmaqla külli miqdarda eyni tərkibli 05 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 1,931 qram, 2,866 qram, 2,443 qram, 0,886 qram, 0,384 qram ümumi təmiz çəkisi 8,510 qram psixotrop maddə metamfetamin, 02 ədəd şəffaf rəngli və 01 ədəd açıq sarı rəngli sellofan olmaqla külli miqdarda eyni tərkibli 03 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 0,949 qram, 1,148 qram, 4,698 qram ümumi təmiz çəkisi 6,795 qram narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinə məxsus izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, onu polis əməkdaşları məhəllədə saxlayıb, Sumqayıt ŞPİ-nə aparmışdırlar. Saxlanılarkən üzərində 0,5 qram psixotrop maddə olan metamfetamin və bir dəfə istifadə etmək üçün nəzərdə tutulmuş miqdarda marixuana olmuşdur. O, metamfetamini udmuşdur. 15 qram narkotik vasitə onun boynuna qoyulmuşdur. Metamfetamin və marixuana istifadəçisidir. Əvvəllər heroin istifadə etmişdir. Narkotik vasitələri “Yaşıl dərə” adlanan ərazidən almışdır. ***-***-**-** mobil nömrəsini istifadə etmişdir. Narkotik vasitələrin alqı-satqısı ilə bağlı ona mesajlar gəlmiş, amma o, bu mesajlara cavab verməmişdir. Pul müqabilində heç kimə narkotik vasitə təşkil etməmişdir. İbtidai istintaq zamanı ifadəsini təzyiq altında vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:20 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən 1 saylı yaşayış binasının qarşısınıda olduğu zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu polis idarəsinə dəvət etmişlər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş və vəkil təqdim olunmuşdur. O bildirişlə tanış olaraq, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif etmişlər. O da əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu 1 ədəd Samsung markalı mobil telefonu, sağ əlində saxlamış olduğu qara rəngli əl çantasını təqdim etmişdir. Həmin əl çantası açılmış, çantanın içərisində 2 ədəd karton qutuların olduğu görülmüş, birinci karton qutu açılan zaman qutunun içərisində gümüşü rəngli işlək vəziyyətdə olan elektron tərəzinin, ikinci karton qutu açılan zaman həmin qutunun içərisində ümumilikdə 3 ədəd açıq sarı, 5 ədəd şəffaf rəngli sellofan bükümlərdən həmin sellofan bükümlər açılan zaman isə 2 ədəd şəffaf rəngli, 1 ədəd açıq sarı rəngli sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin, digər 2 ədəd açıq sarı, 3 ədəd şəffaf rəngli sellofan bükümlərdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, ağ rəngli kristal şəkilli maddənin isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri təxminən 3 gün bundan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə telefon vasitəsilə əlaqə saxlamış olduğu «Baba» ləqəbli İran vətəndaşının hesabına 220 manat pul ödəməklə, Abşeron rayonu Masazır qəsəbəsinə gedərək oradan götürdüyünü, həmin narkotik vasitələri həm şəxsi istifadəsi, həmdə ki tanışlarına pul qarşılığında satmaq üçün əldə etdiyini, üzərindən aşkar olunmuş elektron tərəzi vasitəsilə narkotik vasitələrin çəkisini müəyyən edib bükümlərə ayırdığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ayrı-ayrılıqda tərəzidə çəkilərək, Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılıb Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərimdən aşkar edilmiş ***-***-**-** nömrə ilə işləyən Samsung markalı mobil telefon da xüsusi qaydada qablaşdırılmışdır. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Bədən nahiyyəsində hər hansı xəsarət və xəsarət izləri yoxdur. Polis əməkdaşları tərəfindən o saxlanılarkən, Pİ-yə gətirilərkən, habelə Pİ-də olan zaman ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. Narkotik vasitəni aldığı şəxs İran İslam Respublikasının vətəndaşı olan «Baba» ləqəbli olsa da, onun digər anket məlumatlarını bilməmiş, mobil telefon nömrəsini xatırlamamışdır. Həmin narkotik vasitəni almaqda ona kömək edən olmamış, bunu tək etmişdir. (cild 1, iş vərəqə 66-68) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 17:20-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən 1 saylı yaşayış binasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Orada xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ramilin əl çantasından elektron tərəzi, 3 bükümdə qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan heroin bənzər, 5 bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, ağ rəngli kristal şəkilli maddənin isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri tutulmamışdan təxminən 3 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə telefon vasitəsilə əlaqə saxlamış olduğu Baba ləqəbli İran vətəndaşının hesabına 220 manat pul ödəməklə, Abşeron rayonu Masazır qəsəbəsinə gedərək oradan götürdüyünü, həmin narkotik vasitələri həm şəxsi istifadəsi, həmdə ki tanışlarına pul qarşılığında satmaq üçün əldə etdiyini, üzərindən aşkar olunmuş elektron tərəzi vasitəsilə narkotik vasitələrin çəkisini müəyyən edib bükümlərə ayırdığını bildrmişdir. Şahid1 ifadəsində həmçinin göstərdi ki, əməliyyat məlumatı narkotik vasitələrin satışı barədə olmuşdur. Təqsirləndirilən şəxsin üzərindən tərəzi aşkar olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair ” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi, üzərində gəzdirməsi, saxlaması və satması barədə Sumqayıt ŞPİ-nin NMB-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hakimi Rövşən Xəlilovun qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 xx.xx.2022-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 6-7, 47-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış və şəxsi axtarış keçirilməsi haqqında protokollardan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ramil adh şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17:20-də Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən 1 saylı yaşayış binasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİnin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanıldı. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edirlər. Bundan sonra baş təhqiqatçı Zaur Cəfərov tərəfindən ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. Ramil də əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu 1 ədəd Samsung markah mobil telefonu, sağ əlində saxlamış olduğu qara rəngli əl çantasını təqdim edir. Həmin əl çantası açılır, çantanın içərisində 2 ədəd karton qutuların olduğu görülür, birinci karton qutu açılan zaman qutunun içərisində gümüşü rəngli işlək vəziyyətdə olan elektron tərəzinin, ikinci karton qutu açılan zaman həmin qutunun içərisində ümumilikdə 3 ədəd açıq sarı, 5 ədəd şəffaf rəngli sellofan bükümlərdən həmin sellofan bükümlər açılan zaman isə 2 ədəd şəffaf rəngli, 1 ədəd açıq sarı rəngli sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan heroin, digər 2 ədəd açıq sarı, 3 ədəd şəffaf rəngli sellofan bükümlərdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin müəyyən olunur. Sorğu zamanı Ramil üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, ağ rəngli kristal şəkilli maddənin isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri tutulmamışdan təxminən 3 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə telefon vasitəsilə əlaqə saxlamış olduğu «Baba» ləqəbli İran vətəndaşının hesabına 220 manat pul ödəməklə, Abşeron rayonu Masazır qəsəbəsinə gedərək oradan götürdüyünü, həmin narkotik vasitələri həm şəxsi istifadəsi, həmdə ki tanışlarına pul qarşılığında satmaq üçün əldə etdiyini, üzərimdən aşkar olunmuş elektron tərəzi vasitəsilə narkotik vasitələrin çəkisini müəyyən edib bükümlərə ayırdığını bildirir. Həmin vaxt onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ayrı-ayrılıqda tərəzidə çəkilərək, Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılıb Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Ramilin üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş ***-***-**-** nömrə ilə İşləyən Samsung markalı mobil telefon da xüsusi qaydada qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. (cild 1, iş vərəqə 22-23) Diskə baxış və şəxsi axtarış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1694 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 5 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,931 qram, 2,866 qram, 2.443 qram, 0,886 qram, 0,384 qram ümumi təmiz çəkisi 8,510 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,949 qram, 1,148 qram, 4,698 qram ümumi təmiz çəkisi 6,795 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. (cild 1, iş vərəqə 101-102) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1549 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorlann qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 112-113) Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL- 5553/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada «SMS_Tarixçəsi» adlı papkalar var. Sözügedən papkaya daxil olduqda müəyyən edilir ki, xx-xx-2022-ci il tarixdə, saat 15:48-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrədən ***-***-**-** saylı mobil telefon nömrəsinə «1 İt de kola duzelt», 24- 03-2022-ci il tarixdə, saat 15:52-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrədən ***-***-**-** saylı mobil telefon nömrəsinə «kola yoxdu», xx-xx-2022-cİ il tarixdə saat 14:11-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrədən ***-***-**-** saylı mobil telefon nömrəsinə «un batmaz.Cibimdədi», xxxx-2022-ci il tarixdə saat 07:51-də ***-***-**-** saylı mobil telefon nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Yari kola lazimdir», xx-xx-2022-ci il tarixdə saat 21:16-ə ***-***-**-** sayh mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 077- ***-**-** saylı mobil telefon nömrəsinə «ramin necesen qaqa sene quzu keserem bugun xala oğlunun adgunudu 20 manat pul var mende onlara gedmeliyem qaqawincin neyse elemey olar quzu keserem», xx-xx-2022-ci il tarixdə saat 04:25-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** sayh mobil telefon nömrəsinə «Qaqam netersen?indi durmuwam pis veziyetdeyem. 13manatim var.gelim mene komey ele», xx-xx-2022-ci il tarixdə saat 07:14-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Qardawim senin bawva donerem mene bidene babat kola vere bilersen hamba komey eliyim.senin adinnan lap verim.gunorta sene 6 7manat verecem.qadan alaram yox dime», 28-02- 2022-ci il tarixdə saat 01:04-də ***-***-**-** sayh mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «emi axwamin xeyir sencani qaqa mene komey elede nolarki 40manatim var», xx-xx-2022-ci il tarixdə saat 20:25-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 077- ***-**-** sayh mobil telefon nömrəsinə «Qardawim gor alinsa 2kamaz torpağ 5diyde sement.obwi 65manatim var.qardawim o gunku torpağdan alinsa inwallah ela olare» məzmunda sms mübadilələrin aparılması müəyyən edilmişdir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən sms-lər, telefon danışıqları aşkar edilməmişdir. (cild 1, iş vərəqə 134-135) Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 6,735 qram narkotik vasitə olan heroin, 8,410 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd gümüşü rəngli elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL- 5553/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il qərarı ilə 04 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3- cü maddəsinə əsasən o məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 11 saylı MKS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 saylı MKS-nə şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması, elektron tərəzinin mövcudluğu, narkotik vasitələrin satışı məqsədli yazışmalarının olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağı, xx.xx.2010-cu il təvəllüdlü Ramal Məmmədlinin olmasını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallardır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 6,735 qram narkotik vasitə olan heroin, 8,410 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL- 5553/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş verilmiş tədqiqatdan sonra qalıq qalmış 6,735 qram narkotik vasitə olan heroin, 8,410 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL- 5553/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar