Məhkəmə qərarları › İş №1(124)-145/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-145/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-145/2025 27.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlarındakı ünvansız evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Rasim" adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Rasim" adlı şəxs və qeyrilərinin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən külli miqdarda psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən 03 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində naməlum yerdən, vaxtda və şaraitdə İran İslam Respublikası vətəndaşı “Rasim" adlı şəxs və qeyrilərinin göndərdiyi külli miqdarda - 9 kq 861,043 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 23,956 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 47,691 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlarında yerləşən yaşadığı Şahid2 məxsus nömrəsiz fərdi yaşayış evinə daşıyaraq orada saxlamış, 06 mart 2024-cü il tarixdə yaşadığı evdə saxladığı narkotik vasitə qurudulmuş marixuananın 56,043 qram çəkidə olan hissəsini və narkotik vasitə heroinin külli miqdarda 4,885 qram çəkidə olan hissəsini 02 ədəd bükümdə ayıraraq satış üçün hazırlayıb üzərində saxlamaqla Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlarında yaşadığı evin yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə, saat 00:40-da Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlarında yaşadığı ünvansız fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilməklə 06 mart 2024-cü il tarixdə, saat 02:10-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli gödəkçənin sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 56,043 (əlli altı tam sıfır qırx üç) qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 4,885 qram (dörd tam səkkiz yüz səksən beş) qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 mart 2024-cü il tarixdə, saat 03:35-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlarında yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün, həmçinin evin sahibi Şahid2 razılıqları və iştirakları ilə baxış keçirilən zaman fərdi yaşayış evinin yataq otağında İran İslam Respublikası vətəndaşı “Rasim” adlı şəxs və qeyrilərindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 10 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 985,0 (doqquz yüz səksən beş) qr, 995,0 (doqquz yüz doxsan beş) qr, 990,0 (doqquz yüz doxsan) qr. 995,0 (doqquz yüz doxsan beş)qr, 955.0 (doqquz yüz əlli beş)qr, və 1015,0(min on beş) qr, 1005,0 (min beş) qr, 1045.0 (min qırx beş)qr, 1005,0 (min beş) qr və 815,0 (səkkiz yüz on beş) qr olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 9805 (doqquz min səkkiz yüz beş) qram çəkidə həm öz aralarında, həm də üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana ilə eyni tərkibli olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 19.071 (on doqquz tam sıfır yetmiş bir) qram öz xarici əlamətlərinə və komponent tərkiblərinə görə üzərindən aşkar edilərək götürülmüş heroinlə eyni tərkibli narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 47,691 (qırx yeddi tam altı yüz doxsan bir) qram psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və narkotik vasitə qurudulmuş marixuana izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, tutulana qədər narkotik vasitə istifadəçisi olub. 5 ildən çoxdur ki, Hökümə ilə qeyri-rəsmi ər-arvad münasibətindədirlər və o, tutulana qədər Hökümənin evində, yəni Ceyranbatan qəsəbəsi, BTZ bağlarındakı fərdi evdə yaşayıb. Tutulduğu gün, yəni 05 mart 2024-cü il tarixdə, axşam saat 12 radələrində Hökümənin nəvəsini xəstəxanadan evə gətiriblər, Hökümə evin zirzəmisinə kombinin dərəcəsini düzəltməyə düşüb. O da bu zaman narkotik vasitələrin satışı ilə məşğul olan Anar adlı şəxslə telefonda mübahisə edib, çünki öz istifadəsi üçün Anar adlı şəxsdən aldığı narkotik vasitə keyfiyyətsiz çıxıb. Hökümə evə daxil olduqdan sonra bir neçə polis əməkdaşı da onun ardınca evə girib. Polis əməkdaşları Hökümənin qızlarını başqa otağa keçirib qapını bağlayıblar. Bundan sonra polis əməkdaşları onun üzərinə və evin zirzəmisinə narkotik vasitə və psixotrop maddə, həmçinin tərəzi qoyub onu hədələyiblər ki, əgər həmin kütlələrin və tərəzinin özünə aid olduğunu və onları 5 aydır ki, əlaqədə olduğu İran İR vətəndaşından 03 gün əvvəl əldə etdiyini deməsə Höküməni də narkotik satışı ilə bağlı məsuliyyətə cəlb edəcəklər. O da məcbur qalıb polis əməkdaşlarının dedikləri kimi ifadə verib. Tutulana qədər təxminən 1 il narkotik vasitə olan marixuanadan istifadə edib, taksi fəaliyyəti ilə və digər gündəlik işlərlə məşğul olub. Aşkar edilmiş plastik bank kartı qardaşının həyat yoldaşının adına olmuşdur, o özü həmin kartı qısa müddət istifadə edib. Həmin karta müxtəlif məbləğlərdə pul gəlməsi gündəlik məişət məsələləri ilə bağlıdır, narkotik vasitələrlə əlaqəsi yoxdur. Telefonundakı mesajlar qardaşının usta olması və atasının məzar daşının gətirilməsi ilə bağlıdır. Telefonundakı narkotik vasitələrlə bağlı şəkilləri isə polis əməkdaşları özləri çəkiblər. Anarla dalaşdığı üçün polis əməkdaşları onu şərləyiblər, onun evindən və üzərindən aşkar olunmuş kütlələrdən xəbəri yoxdur. Polis əməkdaşları onu Höküməni də məsuliyyətə cəlb edəcəkləri ilə hədələdikləri və fiziki zor tətbiq etdikləri üçün o, ibtidai istintaq zamanı məcbur qalıb etirafedici ifadə verib. Rasim adlı şəxsi, ümumiyyətlə, tanımır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək, ifadəsində Sumqayıt şəhəri. Ceyranbatan qəsəbəsi, BTZ bağlarında yerləşən fərdi yaşayış evində tanışı Şahid2 ilə birlikdə yaşadığını, hərdənbir narkotik vasitə olan heroindən və qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə etdiyini, təxminən 1 il 5 ay əvvəl İran İslam Respublikası vətəndaşı Rasim adlı şəxslə sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, Rasim sonralar onun narkotik istifadəçisi olduğunu bilib ona iş təklif etdiyini, Rasimin ona müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr göndərəcəyini, həmin maddələri bir yerdən götürüb başqa yerə qoymalı olduğunu, buna görə İranlının ona həm pul verəcəyini, həm də özünün həmin narkotiklərdən istifadə edəcəyini bildirmişdir. Həmin ifadəsində o həmçinin bildirmişdir ki, o Rasimin təklifi ilə razılaşmış və danışığa əsasən Rasim ona bu işə görə 1500 manat pul verəcəyini bildirmişdir. Tutulmamışdan 3 gün əvvəl Rasim onun mobil telefonuna Bakı şəhəri. Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində bir yerin məkanını göndərmişdir. O da gedib həmin yerdə gizlədilmiş torbalardakı narkotik vasitələri və psixotrop maddələri götürüb yaşadığı evə gətirmişdir. Onunla bir evdə qeyri-rəsmi yaşayan Şahid2 bunlardan məlumatı olmamışdır. Rasim ona nə vaxt xəbər etsə idi. o həmin maddələri onları götürüb deyilən yerə qoymalı idi. O evdə olan narkotik vasitə olan qurudulmuş marixuanadan və heroindən hər birindən bir bükümdə olmaqla üzərində götürmüşdür ki, lazım olanda istifadə etsin. 06 mart 2024cü il tarixdə, saat 00:40 dəqiqədə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi. BTZ bağlarında yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu BNMİ- nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan edilmiş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə qurudulmuş marixuananı və 01 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 01 ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 051 ***- **-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, 2 (iki) ədəd açar və 01 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 60 qram, heroinin çəkisi 5 qram oldu. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, üzəri tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Samsung” və 01 ədəd “Redmi” markalı mobil telefonlar bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 02 ədəd açar və 01 manat pul isə özünə geri qaytarılmışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Rasim” adlı şəxsin vasitəsi ilə 3 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Kiirdəxam qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə “Rasim” adlı şəxsin ona 200 manat pul verəcəyini, “Rasim” adlı şəxsi təxminən 1 il 5 ay olar ki, tanıdığını, əvvəllər də ondan narkotik vasitə götürdüyünü, həmçinin Sumqayıt şəhərində yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş və yaşadığı evə getmişlər. Həmin evdə ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o evdə yataq otağından 10 ədəd qurudulmuş marixuananı, 02 ədəd bükümdə heroini, 01 ədəd bükümdə metamfetamini, 01 ədəd üzərində 5239 1517 0890 1 197 nömrəsi olan bank kartını və 02 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın ümumilikdə çəkisi 10 kq 675 qram, heroinin ümumilikdə çəkisi 116 qram və metamfetaminin çəkisi 49 qram oldu. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd bank kartı bu barədə ona izah verildikdən sonra götürülmüşdür. O baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Rasim” adlı şəxsin vasitəsi ilə 03 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə “Rasim” adlı şəxsin ona 1500 manat pul verəcəyini, “Rasim” adlı şəxsi təxminən 1 il 5 ay olar ki, tanıdığını, əvvəllər də ondan narkotik vasitə götürdüyünü, evdə narkotik vasitə olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. Hökümə ona verilən suallara cavab olaraq yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, Nailin ona yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə saxlamasını demədiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, üzərində və yaşadığı evdə aşkar edilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddələri istifadə etmək, eləcə İran İslam Respublikası vətəndaşı Rasimin tapşırığı ilə satışını təşkil etmək məqsədi ilə əldə edib saxladığını, İran İslam Respublikası vətəndaşı Rasim ona 1500 manat verməyi söz verdiyini. Polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman özünün yalandan pulun miqdarını az dediyini, lakin bütün narkotiklər ələ keçdikdən sonra tam həqiqəti dediyini, Rasimin ona 1500 manat pul verməyi vəd etdiyini bildirmişdir. Özünün əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi zor göstərilmədiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdə Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında özünü təqsirli bilərək narkotik vasitəni iran vətəndaşından telefon vasitəsi ilə danışaraq əldə etdiyini, kuryer kimi pul müqabilində iran vətəndaşının ona dediyi yerlərə gedərək narkotik vasitəni aparıb çatdıracağını, əvvəllər də bu fəaliyyətlə məşğul olduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 05 mart 2024-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə şəxsiyyəti barədə məlumatlar da daxil olmaqla Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlarında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, alınmış məlumat BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 05 mart 2024-cü il tarixli qərar qəbul edilmiş, BNMİ-nin əməkdaşları baş əməliyyat müvəkkili Elmir Abuşov, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili İndar Məmmədovdan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o özü rəhbərlik etmişdir. 06 mart 2024-cü il tarixdə gecə vaxtı saat 00-u keçmiş Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlarında yerləşən nömrəsiz yaşayış evinin qarşısında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs saxlayıb ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Saxladıqları şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Sumqayıt şəhərində dövriyyəsi ilə məşğul olması barədə şübhəli olması ona bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi ilə konfıdensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi və Sumqayıt şəhərində dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə 06 mart 2024-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni, şalvarının cibindən 01 ədəd Samsung və Redmi markalı mobil telefonları təqdim etmişdir. Daha sonra aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni İran İslam Respublikası vətəndaşı Rasim adlı şəxsin vasitəsilə əvvəlcədən təyin edilmiş yerdən götürərək deyilən ünvanlara qoyacağını, buna görə pul alacağını, bundan başqa Sumqayıt şəhərində vaşadğı evdə də narkotik vasitə olduğunu bildirib evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünü razılığı və iştirakı ilə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlarında yerləşən nömrəsiz fərdi yaşayış evinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı evdə yaşayan Hökümə adlı qadın da iştirak etmiş və o da evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs evdə yataq otağından 10 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələri, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri, 01 ədəd bank kartını, 02 ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra həmin maddələr və elektron tərəzi qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin maddələri İran İslam Respublikası Rasim adlı şəxsdən 3 gün əvvəl əvvəl qoyulmuş yerdən götüdüyünü, pul qarşılığında həmin maddələri müxtəlif ünvanlara qoymaq məqsədilə əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 5 ildir ki, Təqsirləndirilən şəxslə qeyri-rəsmi ər-arvad münasibətləri vardır, onlar bir yerdə onun evində yaşayıblar və ailələrinin də bundan xəbəri olub. 05 mart 2024-cü il tarixdə ailəli olan və rayonda yaşayan qızının uşağı xəstə olduğu üçün onun evinə gəliblər və həmin gün axşam nəvəsini Naillə birlikdə xəstəxanaya aparıblar. Axşam saat 11 radələrində evə gəliblər, o, ev soyuq olduğu üçün kombinin dərəcəsini artırmaq üçün evin zirzəmisinə enib. Zirzəmidən evə qayıtdığı vaxt hasardan evin həyətinə 3 nəfər daxil olub, 2 nəfər isə qapıdan həyətə daxil olub, bu zaman Nail həyətdə maşının yanında durub və həyətə daxil olan şəxslər onu tutublar və onlarla birlikdə evə giriblər. Daha sonra evin zirzəmisinə düşüblər və orada böyük paketlərdə kütlələr olduğunu görüblər, polis əməkdaşları həmin kütlələrin narkotik olduğunu deyiblər və onları tanımadığı polis idarəsinə aparıblar. Daha sonra yenidən evə qayıdıblar və evdə onun yataq otağına içində narkotik vasitə olan paketləri qoyub həmin paketlərin onlara məxsus olduğunu deyiblər. O, Təqsirləndirilən şəxs belə bir iş tutduğuna, hətta narkotik vasitələrdən istifadə etdiyinə belə inanmır. Polisə ifadə verən zaman ona heç bir fiziki və ya psixi təsir və ya təzyiq göstərilməyib. Evinə baxış keçirilməzdən əvvəl ondan razılıq alınmayıb. Müstəntiqə verdiyi ifadəsini özü imzalayıb və təsdiq edib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlarında yerləşən fərdi yaşayış evində 24 yaşlı qızı Könül və qeyri rəsmi yaşadığı Təqsirləndirilən şəxsla birlikdə yaşadığını, Naili 5 ildir ki, tanıdığını bildirmişdir. O ev təmizliyi etməklə maddi ehtiyaclarını ödədiyini bildirmişdir. Kiçik qızı ailə qurub ayrıca yaşayır. Böyük qızı da nişanlıdır. Naillə onlar bir-birlərini təsadüfən tanımışlar. Nail taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qalmağa yeri olmadığına və onunla ailə quracağını bildirdiyinə görə onunla bir evdə yaşamışlar. Hamı Naili onun həyat yoldaşı kimi tanımışdır. O səhər işə gedib axşam evə gəlmişdir. Nailin şəxsi işləri ilə maraqlanmadığı üçün kimlərlə əlaqədə olmasından məlumatı olmamışdır. Nail tutulan gündən bir neçə gün əvvələ kimi gecələr evə gəlib səhər saatlarında çıxmışdır. 06 mart 2024- cü il tarixdə gecə saatlarında o evdə olan zaman onların evinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları ona qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasını bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, onların birlikdə yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə var. O bu barədə məlumatlı olmadığını bildirmişdir. Polis əməkdaşları evə baxış keçirilməsinə icazə istəmişlər. O da razılaşıb ərizə yazıb icazə vermişdir. Onun da iştirakı olmaqla evə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evdə saxladığı narkotik vasitələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Nail evdə yataq otağından 10 ədəd bükümdə qurudulmuş marixuananı, 02 ədəd bükümdə heroini, 01 ədəd bükümdə metamfetamini, 01 ədəd bank kartını və 02 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın ümumilikdə çəkisi 10 kq 675 qram, heroinin ümumilikdə çəkisi 116 qram və metamfetaminin çəkisi 49 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılaraq möhürlənmiş və üzəri onlar tərəfdən imzalanmışdır. 01 ədəd bank kartı da götürülmüşdür. Nail baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan '‘Rasim” adlı şəxsin vasitəsi ilə 03 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə “Rasim” adlı şəxsin ona 1500 manat pul verəcəyini, “Rasim” adlı şəxsi təxminən 1 il 5 ay olar ki, tanıdığını, əvvəllər də ondan narkotik vasitə götürdüyünü, evdə narkotik vasitə olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. Ona verilən suallara cavab olaraq yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatım olmadığını, Nailin ona yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə saxlamağını demədiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və Şahid2 ibtidai istintaq zamanı və şahid polis əməkdaşının məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X5 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə saat 00:40-da Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlarında yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında olduğu zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 02:10-da şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli ödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 56,043 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə 4,885 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd Samsung və 01 ədəd Redmi markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şahid2 yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlarında yerləşən nömrəsiz fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığı bildirmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X5 tərəfindən tərtib edilmiş "evə baxış keçirilməsi və götürmə haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlarında yerləşən nömrəsiz fərdi yaşayış evində narkotik vasitə saxladığını və evə baxış keçirilməsinə etiraz etmədiyini bildirdiyi üçün 06 mart 2024-cü il tarixdə saat 03:35-dən etibarən keçirilmiş baxış zamanı qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağından 10 ədəd bağlamada 9 kq 805 qram çəkidə narkotik vasitə qurudulmuş marixuna, 02 ədəd bükümdə 19,071 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə 47,691 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd bank kartı, 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə aparılması” və “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş disklərdəki videogörüntülər nümayiş etdirilmiş və həmin videogörüntülər ilə şahid polis əməkdaşının məhkəmədə və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatlar və yuxarıda protokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəməkimyəvi ekspertizasının 06 mart 2024-cü il tarixli 3-16-16/2-6/1333 №li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “ Azərbaycan Respublikası DİN Zərflər üçün № 7» dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr; Şübhəli şəxs: “imza” “Təqsirləndirilən şəxs” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə (Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş) təmiz çəkisi - 4,885 qram olan və üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7“ dairəvi möhür əksləri olan 01 (bir) ədəd polietilen bağlamadakı (Təqsirləndirilən şəxs yaşadığı yaşadığı evdən aşkar edilmiş) 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 19,071 qram olan, ümumi təmiz çəkisi - 23,956 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Yuxarıda qeyd edilmiş həmin bu btikümlərdəki heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksləri olan 01 (bir) ədəd polietilen bağlamalardakı (Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş): 01 (bir) ədəd bükümdə təmiz çəkisi-82,845 qram olan açıq qəhvəyi rəngli maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 47,691 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd elektron tərəzi üzərində narkotik vasitə - heroinə və psxitrop maddə- metamfetaminə məxsus izlər vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkilərini və bükümlərdəki heroin və metamfetamin ilə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyidir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəməbioloji ekspertizasının 06 mart 2024-cü il tarixli 3-16-16/2-7/370 №li rəyində göstərilir ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr..." yazı və imzalar olan zərfdə 1 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 56,043 qram birki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan təqdim etdiyi kütlələr və 2 ədəd elektron tərəzi...” yazı və imzalar olan qara-göy rəngli sintetik torbada 6 (altı) ədəd üzrəi şəffad yapışqan lentlə yapışdırılmış qara rəngli polietilen bağlamada hər birinin avrıayrılıqda təmiz çəkisi 985,0 qr, 995.0 qr, 990.0 qr, 995.0 qr. 955.0 qr, və 1015.0 qram olmaqla, ümumi çəkisi 5935.0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulınuş marixuanadır. Tədqiqata təqdim edilmiş “LC WAİKİKİ..” yazılan ağ rəngli sintetik torbada 4 (dörd) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1005,0 qr, 1045,0 qr. 1005.0 qr və 815,0 qr olmaqla, ümumi çəkisi 3870.0 qram vasitə-qurudulmuş marixuanadır. Həmin torbanın içərisində olan 1 ədəd üzərində “QZ-161” yazılan ağ rəngli elektron tərəzi və 01 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdarda olduğu üçün onun müqayisələri tədqiqatını aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 22 aprel 2024-cü il tarixli, 2584 nömrəli rəyində müəyyən edilir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd edilən rəydə həmçinin qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs dediyinə görə, o narkotik vasitə olan heroindən və narkotik vasitə olan marixuanadan hər gün siqaretə doldurub çəkməklə istifadə etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında "xxxx" ASC-dən götürülmüş məlumatlara baxış keçirilməsinə dair protokoldan görünür ki, baxış zamanı araşdırma zamanı sorğu edilən 5239 1517 0890 1197 nömrəli plastik kart X1 adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, plastik kart üzrə elektron hesaba xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddət ərzində terminallardan, digər kart hesablarından və digər sistemlə köçürmə vasitəsi ilə ayrı-ayrı vaxtlarda 2, 65, 1000, 30, 25, 50, 10, 15, 10, 15, 15, 50,120,100, 15, 50, 30,20, 50, 10, 15, 25 manat məbləğində pul mədaxil edilmişdir. Bundan başqa məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış zamanı pul vəsaitlərinin nağdlaşdırılmasının Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilməsi zamanı çəkilmiş fotoşəkillərin olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Şahid2 adına rəsmiləşdirilmiş Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** rəqəmli mobil nömrə ilə aparılan danışıqlara dair CD diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, məlumatlara baxış zamanı 070 *** ** ** saylı mobil nömrədən müxtəlif mobil nömrələrə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Baxış zamanı xx-xx-2023-cü il tarixdə saat 00:10:46-da **********32 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********25 rəqəmli mobil nömrəyə "Bro qadan alaram umudum sensen seherden gozdemeycilikdi pis lomkaciliqdi xeber ele” məzmunlu sms daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş mobil telefon aparatına baxış keçirlməsinə dair protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürlmüş “Samsung” və “Redmi” markalı mobil telefonlara baxış zamanı “Samsung Galaxy A20" markalı mobil telefonun «Whatsapp» ani mesajlaşma sisteminə daxil olub baxış keçirilən zaman +90 555 *** ** ** rəqəmli İran İslam Respublikası mobil operatoruna məxsus mobil nömrə ilə səs mesajlarının və zənglərin olması müəyyən edildi. Bundan başqa digər yazışmalardan mobil telefonun Təqsirləndirilən şəxs istifadəsində olması müəyyən edildi. Mobil telefonun “Qalereya" bölməsinə baxış zamanı müxtəlif çəkidə və ölçüdə üzərində “N” hərfinin qeyd edildiyi narkotik vasitələrin bağlamasına oxşar 11 ədəd fotoşəklin çəkildiyi müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş iş üzrə alınmış əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması müəyyən edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə 9 kq 861,043 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 23,956 qram çəkidə narkotik vasitə heroin, 47,691 qram çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, marixuananın qalıq çəkisi 9kq. 860,493 qramı, heroinin qalıq çəkisi 23.846 qramı, metamfetaminin qalıq çəkisi 47,611 qramı, 02 ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması və mənzilə baxış keçirilməsi protokoluna əlavə edilmiş 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan, həmin məktuba əlavə edilmiş, həmçinin cinayət işi materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi halları öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərək ittihamda qeyd edilən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, eləcə də təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin o, məhkəmə istintaqı zamanı qeyd etdiyi halları orada bildirməmişdir, həmçinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında təqsirləndirilən şəxsin özünü təqsirli bildiyi qeyd olunmuşdur. Eləcə də Baş Prokurorluqdan daxil olmuş qərarın surətindən də göründüyü kimi polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq hallarına yol verilmədiyi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə verdiyi ifadəsini özünü müdafiə etmək mövqeyindən irəli gələn ifadə kimi qəbul edir, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir, əksinə onun ibtidai istintaq zamanı təsir və təzyiqə məruz qalması müəyyən olunmadığından həmin dövrdə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi (narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hissəsi istisna olmaqla) ifadəsini qoyur. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən və yaşadığı mənzildən fərqli növlərdə narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi, heroinin və metamfetaminin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmin maddələrin ayrı-ayrı bağlamalarda olması, onun evindən tərəzilərin də aşkar olunması, bundan başqa plastik bank kartına, mobil nömrəsindəki SMS məlumatlarına baxış keçirilməsinə dair protkollardan, həmçinin fotoşəkillərdən, ibtidai istintaq zamanı verdiyi ifadəsində İİR vətəndaşı ilə əlaqə saxlayaraq həmin narkotik vasitəni və psixotrop maddə kütlələrini əldə etməsi və ödəniş qarşılığında həmin kütlələri başqa yerlərə qoyacağını bildirməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədilə əldə etdiyini və saxlayaraq daşıdığını ehtiva edir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadəsi, ekspert rəyləri, protokollar, fotoşəkillər, SMS mətnlər, şəxsi axtarış və götürmə aparılmasına və mənzilə baxış və götürmə aparılmasına dair protokollara əlavə edilmiş videogörüntülər və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 mart 2024-cü il tarixdə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 mart 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 9860,493 qram narkotik vasitə - qurudulmuş marixuana, 23,846 qram narkotik vasitə heroin, 47,611 qram psixotrop maddə metamfetamin və 02 (iki) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 04 ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 159 (yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 9860,493 qram narkotik vasitə - qurudulmuş marixuana, 23,846 qram narkotik vasitə heroin, 47,611 qram psixotrop maddə metamfetamin və 02 (iki) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 04 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 159 (yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar