Məhkəmə qərarları › İş №1(124)-146/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-146/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-146/2022 19.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 25, mənzil 24 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 104,511 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, ümumilikdə 0,472 qram çəkidə psixotrop maddə olan metamfetamini, satış məqsədi iləəldə edib daşıyaraq narkotik vasitə olan heroinin bir qismini üzərində, qalan hissəsini yaşadığı mənzildə saxlamış, 02 avqust 2021-ci il tarixdə, saat 23:35-də Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 25 ünvanının yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli idman şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,511 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,472 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq 03 avqust 2021-ci il tarixdə, saat 01:41-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 25, mənzil 24 ünvanına baxış keçirilərkən, mənzilin yataq otağında içəridəki masanın üzərində bir ədəd xurma qutusunun içərisində 5 (beş) ədəd şəffaf sellofana bükülmüş hər birinin ayrıayrılıqda təmiz çəkiləri 20,0 qram, 15,0 qram, 8,0 qram, 25,0 qram, 35,0 qram, ümumi təmiz çəkisi 103,0 qram külli miqdarda qəhvəyi rəngli, toz şəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi həcmi 9 ml olan narkotik vasitə məhlulu, 04 ədəd şpris, 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 5-10 ildir ki, gündən 2-3 dəfə narkotik vasitə olan heroindən istifadə etmişdir.saxlanıldığı gün saat 11 radələrində polis əməkdaşları yaşadığı evə daxil olmuşlar. Həmin gün üzərində 1 qram narkotik vasitə olan heroin olmuşdur. Polis əməkdaşları onu 1-ci Polis Bölməsinə aparmışlar, 2 nəfər polis əməkdaşı onun evində qalmışdır. Polis Bölməsində ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açmışlar. Daha sonra yenidən gecə 01 radələrində onu yaşadığı evə aparmışlar. Orada onun otağından ittihamda qeyd olunan narkotik vasitələr aşkar edilmişdir. Həmin narkotik vasitələr ona aid olmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İttihamda qeyd edilən narkotik vasitə və tərəzi ona məxsus deyildir. Yaşadığı evin qapısını axşam polislər gələndə qardaşı açmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, xeyli müddətdir narkotik tərkibli maddələr istifadə edir. Əvvəllər qanunsuz olaraq narkotik vasitə əldə etdiyinə, üzərində saxladığına və istifadə etdiyinə görə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə, saat 23:35-də Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 25 ünvanının yaxınlığında olduğu zaman ona polis əməkdaşları yaxınlaşmış və özlərini təqdim edib ona ozünü təqdim etməyi xahiş etdikdə, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığı izah edilmiş, daha sonra saxlanıldığı yerdə müvafiq şərait olmadığından sənədləşməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə dəvət olunmuş və buna etirazının olmadığını bildirmişdir. Bundan sonra o, xidməti avtomobilə əyləşdirilmiş, polis əməkdaşlarının müşayəti ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Bölmədə xidməti otaqların birində çəkiliş başlamış və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili-X3 və polis əməkdaşlarının iştirakları ilə üzərində qanunsuz saxladığı əşyaları təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 2 (iki) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan “kakos” və “şüşə” ni çıxardaraq təqdim etdmişdir. Daha sonra ona ünvan 2 ünvanında narkotik maddə saxlamağı barədə məlumat daxil olduğu və bununla bağlı nə deyə biləcəyi soruşulmuşdur. O, yaşadığı ünvanda narkotik vasitə saxladığını etiraf etmiş və ona verilmiş suala cavab olaraq yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra ondan qeyd edilən narkotik vasitəyə bənzər kütlələrin nə olduğu, haradan, kim və ya kimlərdən əldə etdiyi və həmin kütlələrin müqabilində nə qədər ödəniş etdiyi, hansı məqsədlə üzərində gəzdirdiyi soruşulduqda o, şəffaf sellofana bükülmüş kütlənin narotik vasitə olan “kakos”, digər şəffaf sellofana bükülmüş kütlənin isə narkotik vasitə olan “şüşə” olduğunu, həmin kütlələri, Bakı şəhəri, 20 Yanvar metro stansiyası yaxınlığında tanımadığı şəxsdən 500 (beş yüz) manata aldığını, ağacın dibindən götürdüyünü və şəxsi istifadəsi üçün bir qismini üzərimdə gəzdirdiyini bildirmişdir. Daha sonra polis əməkdaşı onun üzərində şəxsi axtarışı davam etdirmiş və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir.Həmin kütlələr “Aosai” markalı elektron tərəzi vasitəsilə çəkilmiş və 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “kakos” un 1.66 (bir, altmış altı) qram, 1(bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “şüşə” nin isə 0.54 (0, əlli dörd) qram olması müəyyən edilmişdir. Bundan sonra vəkil-X1 iştirakı ilə üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “kakos” və 1(bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “şüşə” qablaşdırılmışdır. Daha sonra ondan bir daha yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 25, mənzil 24 ünvanına baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və o, təkrar olaraq etirazının olmadığını bildirmişdir. Daha sonra onabu barədə müvafiq ərizə yazmaq təklif olunmuş, yaza bilmədiyini, lakin latın qrafikası ilə oxumağı bacardığımı bildirmişdir. Bundan sonra kompüter vasitəsilə müvafiq ərizə yazılmış, o, etirazının olmadığını bildirmiş və vəkil- X1 iştirakı ilə ərizəni imzalamış və çəkiliş dayandırılmışdır. Qeyd edilən mənzilə daxil olmuşlar.Ondan narkotik vasitəni harada saxladığı soruşulduqda o, evin yataq otağına keçmiş, həmin otağın ona aid olduğunu bildirmiş, içəridəki masanın üzərində xurma qutusunun içərisində olan 5 (beş) ədəd, şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “kakos”ları, bir ədəd gümüşü rəngli, markasız, elektron tərəzini və kardon qutunun içərisində olan 9 (doqquz) ədəd şprisi və bir ədəd limon duzu paketində olan limon duzunu götürərək təqdim etdmişdir. Ondan qeyd edilən narkotik vasitəyə bənzər kütlələrin nə olduğu, haradan, kim və ya kimlərdən əldə etdiyi və həmin kütlələrin müqabilində nə qədər ödəniş etdiyi soruşulduqda o, şəffaf sellofana bükülmüş kütlələrin narkotik vasitə olan “kakos” olduğunu, həmin kütlələri, Bakı şəhəri, 20 Yanvar metro stansiyası yaxınlığında tanımadığı şəxsdən 500 (beş yüz) manata aldığını təkrar olaraq bildirmişdir. O, həmin narkotik vasitəni PB-də üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan “kakos” la birlikdə eyni vaxtda, eyni tanımadığı şəxsdən aldığını, masanın üzərində olan gümüşü rəngli, markasız elektron tərəzini nə məqsədlə saxladığı soruşulduqda narkotik vasitə qəbul edərkən çəkiyə nəzarət etmək məqsədilə tərəzidən istifadə etdiyini və şprislərin ona aid olduğunu, özü tərəfindən istifadə edildiyini və limon duzu paketində olan ağ rəngli kütlənin limon duzu olduğunu bildirmişdir. Bundan sonra həmin kütlələr “Aosai” markalı elektron tərəzi vasitəsilə çəkimiş və narkotik vasitələr onun və vəkil-X1 iştirakı ilə qablaşdırılmışdır. (cild 1, iş vərəqə 73-77) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 25, mənzil 24 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında o, bölmənin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis mayoru Şahid3 ibarət əməliyyat qrupu xx.xx.2021-ci il tarixdə, saat 23:35-də Təqsirləndirilən şəxs ünvan 3 ünvanı ərazisində yaşadığı binanın blokunun yaxınlığında saxlamışdır.Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs 1-ci PB-nə dəvət etdmiş və bölmədə təhqiqatçı tərəfindən videoçəkilişlər onun üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs qara rəngli idman şalvarın cibindən 2 (iki) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin və metamfetaminə oxşar kütlələri çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı narkotik vasitə saxladığını etiraf etmiş və ona verilmiş suala cavab olaraq yaşadığı qeyd edilən ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Teymur Aydınov narkotik vasitələri Bakışəhəri, 20 Yanvar metro stansiyası yaxınlığında tanımadığı şəxsdən 500 (beş yüz) manata aldığını, ağacın dibindən götürdüyünü və şəxsi istifadəsi üçün bir qismini üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Teymur Aydınovun iştirakı ilə yaşadığı evə gedilmiş, orada Teymur Aydınov masanın üzərindən 5 (beş) ədəd, şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “heroin”ə bənzər kütlələri, bir ədəd gümüşü rəngli, markasız, elektron tərəzini və şprislər, limon duzu paketində olan ağ rəngli kütləni götürərək təqdim etmişdir. Şəffaf sellofana bükülmüş kütlələrin narkotik vasitə olan “kakos” olduğunu, həmin kütlələri, Bakı şəhəri, 20 Yanvar metro stansiyası yaxınlığında tanımadığı şəxsdən 500 (beş yüz) manata aldığını təkrar olaraq bildirmişdir.Bundan sonra həmin kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və narkotik vasitə olan “heroin” külli miqdar olması müəyyən edilmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməliyyat müvəkkiləri, polis mayoru Şahid3, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, satışı və eləcə də yaşadığı mənzildə saxlaması barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə Sumqayıt şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 xx.xx.2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 4, 104-105) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəxsi axtarış keçirilməsi haqqında və Diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs özü sol əli ilə əynində olan qara rəngli idman şalvarın sol ya cibindən 2(iki) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin və metamfetaminə oxşar kütlələri çıxardaraq təqdim etmişdir.Təqsirləndirilən şəxs ünvan 2 ünvanında narkotik maddə saxlaması barədə məlumat daxil olduğu və bununla bağlı nə deyə biləcəyi soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı qeyd edilən ünvanda narkotik vasitə saxladığını etiraf etmiş və ona verilmiş suala cavab olaraq yaşadığı qeyd edilən ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir.Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəyə bənzər kütlələrin nə olduğu, haradan, kim və ya kimlərdən əldə etdiyi və həmin kütlələrin müqabilində nə qədər ödəniş etdiyi, hansı məqsədlə üzərində gəzdirdiyi soruşulduqda o, şəffaf sellofana bükülmüş kütlənin narotik vasitə olan “kakos”, digər şəffaf sellofana bükülmüş kütlənin isə narkotik vasitə olan “şüşə” olduğunu, həmin kütlələri, Bakışəhəri, 20 Yanvar metro stansiyası yaxınlığında tanımadığı şəxsdən 500 (beş yüz) manata aldığını, ağacın dibindən götürdüyünü vəşəxsi istifadəsi üçün bir qismini üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlələr “Aosai” markalı elektron tərəzi vasitəsilə çəkimiş və 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “heroin” ə bənzər kütlənin 1.66 (bir, altmış altı) qram, 1(bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “metamfetamin” ə bənzər kütlənin isə 0.54 (0, əlli dörd) qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs vəkili-X1 iştirakı ilə üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “heroin” ə bənzər 1.66 (bir, altmış altı) qram və 1(bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “metamfetamin” ə bənzər 0.54 (0, əlli dörd) qram olan kütlələr qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs bir daha yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 25, mənzil 24 ünvanına baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və sonuncu təkrar olaraq etirazının olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 21-22, 79-80) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Baxış keçirilməsi haqqında və Diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni harada saxladığı soruşulduqda o, qeyd edilən evin yataq otağına keçmiş, həmin otağın ona aid olduğunu bildirmiş, içəridəki masanın üzərində xurma qutusunun içərisinə qoyulmuş 5 (beş) ədəd, şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “heroin”ə bənzər kütlələri, bir ədəd gümüşü rəngli, markasız, elektron tərəzini və kardon qutunun içərisində olan 9 (doqquz) ədəd şprisi və bir ədəd limon duzu paketində olan ağ rəngli kütləni götürərək təqdim etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəyə bənzər kütlələrin nə olduğu, haradan, kim və ya kimlərdən əldə etdiyi və həmin kütlələrin müqabilində nə qədər ödəniş etdiyi soruşulduqda o, şəffaf sellofana bükülmüş kütlələrin narkotik vasitə olan “kakos” olduğunu, həmin kütlələri, Bakı şəhəri, 20 Yanvar metro stansiyası yaxınlığında tanımadığı şəxsdən 500 (beş yüz) manata aldığını təkrar olaraq bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni PB-də üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan “Heroin” ə bənzər kütlə ilə birlikdə eyni vaxtda, eyni tanımadığı şəxsdən aldığını, masanın üzərində olan gümüşü rəngli, markasız elektron tərəzini nə məqsədlə saxladığı soruşulduqda o, narkotik vasitə qəbul edərkən çəkiyə nəzarət etmək məqsədilə tərəzidən istifadə etdiyini və şprislərin ona aid olduğunu, özü tərəfindən istifadə edildiyini və limon duzu paketində olan ağ rəngli kütlənin limon duzu olduğunu bildirmişdir.Bundan sonra həmin kütlələr “Aosai” markalı elektron tərəzi vasitəsilə çəkilmiş və narkotik vasitə olan “heroin” ə bənzər 1-ci bükümün21.46 (iyirmi bir, qırx altı) qram, narkotik vasitə olan “heroin” ə bənzər 2-ci bükümün 27.04 (iyirmi yeddi, sıfır dörd) qram, narkotik vasitə olan “heroin” ə bənzər 3-cü bükümün 10.38 (on, otuz səkkiz) qram, narkotik vasitə olan “heroin” ə bənzər 4-cü bükümün 16.13 (on altı, on üç) qram, narkotik vasitə olan “heroin” ə bənzər 5-ci bükümün 39.63 (otuz doqquz, altmış üç) qram olması müəyyən edilmişdir. Mənzilə baxış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdiri. Daha sonra narkotik vasitə olan “heroin” ə bənzər kütlələr Təqsirləndirilən şəxs və vəkili-X1 iştirakı ilə qablaşdırılmışdır. (cild 1, iş vərəqə 25-26, 79-80) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 3293 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və halhazırki psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs in tədqiqi və təhlili əsasında həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 184-186) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3279 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketi açdıqda içərisindən 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 20,0 qram, 15,0 qram, 25,0 qram, 35,0 qram, 8,0 qram ümumi təmiz çəkisi 103,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 0,472 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd bükümdə təmiz çəkisi 1,511 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş ümumi həcmi 9ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi 0,27 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-cil 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. 1 ədəd sarı rəngli kağız paketdə təmiz çəkisi 3,408 qram olan ağ rəngli maddə limon turşusudur. Limon turşusu “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Rspubliksaı ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları” na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na deyildir. Təqdim edilmiş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə və 4 ədəd şprislərdə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkildə olduğu üçün çəkisi müəyyən edilmədi. (cild 1, iş vərəqə: 38-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3870 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 187-188) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair "xxxx" MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, narkotik vasitələrin satış məqsədli yazışmaların olması müəyyən edilmişdir. Qeyd edilən disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 141- 142) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 05 avqust 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, qalıq çəkisi 104,211 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 0,422 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 8 ml olan narkotik vasitə heroin məhlulu, 01 ədəd elektron tərəzi, 04 ədəd şpris maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2000-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1,128-ci maddələri ilə 08 il müddətinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1- ci maddəsi ilə 07 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X4 məhkumluğu ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər Qaradağ rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 317-1.1, 62-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri 10% cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 məhkumluğu ödənilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (cild1, iş vərəqə: 117-119) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 11 saylı MKS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 saylı MKS-nə şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində və evindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması, elektron tərəzinin mövcudluğu, narkotik vasitələrin satışı məqsədli yazışmalarının olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş qalıq çəkisi 104,211 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 0,422 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 8 ml olan narkotik vasitə heroin məhlulu, 01 ədəd elektron tərəzi, 04 ədəd şpris məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 7 il 6 ay (yeddi il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş qalıq çəkisi 104,211 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 0,422 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 8 ml olan narkotik vasitə heroin məhlulu, 01 ədəd elektron tərəzi, 04 ədəd şpris məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar