Məhkəmə qərarları › İş №1(124)-146/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-146/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-146/2024 15.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1996-cı il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şabran şəhəri ünvan 2ndə “həbs'’ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, xx xxxxxx 1990-cı il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 "polisin nəzarəti altına verinə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib, saxlamışdır. Belə ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 16,131 qram külli miqdar təşkil edən narkotik vasitə hesab edilən heroini və ümumi təmiz çəkisi 0,217 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetimini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib ayrı-ayrılıqda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,379 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,347 qram olmaqla cəmi iki bükümdə təmiz çəkisi 0,726 qram miqdarında narkotik vasitə olan heroini və ayrı-ayrılıqda 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,060 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0, 076 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,081 qram olmaqla, cəmi üç bükümdə təmiz çəkisi 0,217 qram olan psixotrop maddə hesab edilən metamfetamini “ELFBAR” markalı elektron siqaretin içərisinə yerləşdirməklə qanunsuz olaraq üzərində saxlamış, ayrı-ayrılıqda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,638 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,765 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,564 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,404 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,775 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,458 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,422 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,454 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,432 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,493 qram olmaqla, cəmi on bükümdə ümumi təmiz çəkisi 15,405 qram təşkil edən narkotik vasitə hesab edilən heroini yaşadığı Şabran şəhəri Babək Əbilov küçəsi ev 24 ünvanına yerləşən evin yataq otağındakı özünəməxsus paltar dolabının alt siyirməsində qanunsuz olaraq saxlamış, 18 dekabr 2022-ci il tarixdə saat 20 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tanışı Təqsirləndirilən şəxs2 Şabran şəhəri A.Mirzə küçəsi ev 16 küçəsində yerləşən evində saxlanılarkən üzərində olan “ELFBAR” markalı elektron siqaret qutusunun içərisində olan narkotik vasitənin olduğu bükümləri döşəmənin altına atmış, sözügedən evin döşəməsinin altında gizlətdiyi həmin “ELFBAR” markalı elektron siqaret qutusu götürülüb baxış keçirilən zaman içərisində iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,726 qram narkotik vasitə hesab edilən heroin və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,217 qram psixotrop maddə hesab edilən metamfetamin, habelə 18 dekabr 2022-ci il tarixdə saat 21 radələrində onun yaşadığı Şabran şəhəri Babək Əbilov küçəsi ev 24 ünvanında yerləşən evə baxış keçirilən zaman evin ona məxsus olan yataq otağında yerləşən paltar dolabının alt siyirməsindən sözügedən 10 ədəd bükümdə qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 15,405 qram külli miqdarda narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək qanunamüvafıq qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib, saxlamışdır. Belə ki, o, özünün istifadə etməsi məqsədilə qəsdən qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi küstar üsulla hazırlanmış ayrı-ayrılıqda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,123 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,063 qram olmaqla cəmi iki bükümdə təmiz çəkisi 0,186 qram miqdarında narkotik vasitə olan heroini özünəməxsus qızılı rəngli dəmir materialdan hazırlanmış siqaret qutusunun içərisinə yerləşdirməklə yaşadığı Şabran şəhəri A.Mirzə küçəsi ev 16 küçəsində yerləşən evdə qanunsuz olaraq saxlamış, 18 dekabr 2022-ci il tarixdə saat 20 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar yaşadığı Şabran şəhəri A.Mirzə küçəsi ev 16 küçəsində yerləşən evə keçirilmiş baxış zamanı sonuncunun satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı evin yataq otağındakı döşəminin üzərinə qoyduğu qızılı rəngli dəmir materialdan hazırlanmış siqaret qutusunun İçərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,123 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,063 qram olmaqla cəmi iki bükümdə təmiz çəkisi 0,186 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək qanunamüvafıq qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun üzərində narkotik vasitə olsa da, nə qədər olduğunu xatırlamamışdır. İranlıdan aldığı narkotik vasitələrin çəkisini öyrənmək üçün evində tərəzisi də olmuşdur. İttihamda qeyd olunan çəkidəki narkotik vasitə ona məxsus olmuş, narkotik vasitəni özü istifadə etmiş və onları bükümlərə ayırmamışdır. Onun üzərində sadəcə bir büküm narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şabran şəhəri ünvan 5dır və heç bir yerdə işləmir. Artıq 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında sosial şəbəkədə adını bilmədiyi və təsadüfən tanış olduğu İran İslam Respublikası vətəndaşı ilə Abşeron rayonu, Qobu qəsəbəsində görüşmüşdür. Onunla görüşməkdə məqsədi ondan narkotik vasitə almaq olmuşdur. Həmin tarixdə onunla Abşeron rayonu Qobu qəsəbəsində görüşərək ondan 17 qram narkotik vasitə hesab edilən heroini 300 manat pul qarşılığında alaraq yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra aldığı 17 qram narkotik vasitə hesab edilən heroini elektron tərəzidə çəkərək bükümlərə bölmüş, 10 büküm narkotik vasitə hesab edilən heroini plastik qabın içərisinə qoymaqla yatdığı otaqdakı paltar dolabının alt siyirməsində saxlamışdır. 2 büküm narkotik vasitə hesab edilən heroini isə üzərində olan elektron qəlyan aparatının içərisinə yerləşdirmiş və həmin elektron aparatı üzərində gəzdirmişdir. Sözügedən narkotik vasitələri üzərində və yatdığı otaqdakı paltar dolabının alt siyirməsində saxlamağda məqsədi onlardan şəxsi istifadə, həmdə ki, satış məqsədi olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında rayonda olan zaman Şabran rayon sakini kimi tanıdığı Cəlaləddin onunla telefon əlaqəsi saxlayaraq onu evinə çay içməyə dəvət etmişdir. O, Təqsirləndirilən şəxs2 Şabran şəhəri A.Mirzə küçəsi ev 16 ünvanında yerləşən evinə yollanmışdır. Beləcə hər ikisi oturub çay içib söhbət etməyə başlamışlar. O, Cəlaləddinin evinə getdikdən təxminən 15 dəqiqə sonra yenə də Şabran rayon sakini kimi tanıdığı Kamal adlı şəxs də Cəlaləddinin yaşadığı evə gəlmişdir. Kamal gəldikdən təxminən 10 dəqiqə sonra isə Şabran RPŞ-nin əməkdaşları Cəlaləddinin evinə daxil olaraq onun və Cəlaləddinin qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında şübhəli olduğlarını bildirmişlər. Polis əməkdaşları evə daxil olan kimi o, özünəməxsus, içərisində narkotik vasitələr və psixotrop maddələr olan elektron siqareti yataq otağındakı döşəmənin altındakı açıq yerə atmışdır. Polis əməkdaşları onun əlindəki elektron siqareti döşəmənin altına atmasını görmüşdür. Müdafiəçinin də iştirakı ilə onun yerə atdığı elektron siqaretə baxış keçirilən zaman oradan 3 bükümdə psixotrop maddə hesab edilən metamfetamin və 2 bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülüb müvafiq qaydada qablaşdırılmışdır. Müstəntiq və vəkilin iştirakı ilə ondan yaşadığı ünvanda narkotik vasitə və ya psixotrop maddə saxlaması soruşulduqda o, polis əməkdaşlarına yaşadığı Şabran şəhəri Babək Əbilov küçəsi ev 24 ünvanında yerləşən evində narkotik vasitə hesab edilən heroin saxlamasını bildirmişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilmiş və o, otaqdakı paltar dolabının alt siyirməsində olan 1 ədəd plastik qutunun içərisindən əvvəlcədən ayrı-ayrı bükümlərə ayıraraq saxladığı 10 ədəd bükümdə içərisində narkotik vasitə hesab edilən heroini polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Bundan əlavə narkotik vasitənin olduğu siyirmənin içərisində də, 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. O, özünəməxsus Elfbar markalı elektron siqaretin içərisindəki 3 ədəd psixotrop maddə hesab edilən metamfetamini narkotik vasitə hesab edilən heroini İran İslam Respublikası vətəndaşından almasını lakin konkret olaraq həmin şəxsin şəxsiyyəti barəsində hər hansı bir yaddaqalan məlumatı xatırlamadığını bildirmişdir. (cild 1, iş vərəqi 92-94) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitəni bir il qədər istifadə etmişdir. Özündə olan iki büküm heroini siqaret qutusundan avtovağzal ərazisindən tapmışdır. Elməddin əmisi oğlunun nömrəsini istəmək üçün onun evinə gəldikdə polislər Elməddini izləyərək onları tutmuşlar. Polis əməkdaşları Elməddinin üzərində heroin aşkarlamışlar. Qalan narkotik vasitəni polis əməkdaşlarına Elməddin özü təhvil vermiş və polis əməkdaşlarına müqavimət göstərməmişdir. Polis əməkdaşları onu dindirdikdən sonra Elməddini dindirmişlər. Onların üzərinə baxış keçirmiş və ona müdafiəçi təyin edilmişdir. Narkotik vasitənin neçə büküm olmasını xatırlamamışdır. Hazırda narkotik vasitə istifadə etmədiyini və müalicə aldığını bildirmişdir. Həkim yoxlanışında olarkən müstəntiq də onunla olmuş və həkim artıq onun sağaldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona təzyiq olmadığını və əməlindən peşman olduğunu bildirərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir və iki övladı var. Təxminən 8 ilə yaxındır ki, dülgər işləyir. 18 dekabr 2022-ci il tarixdə axşam saatlarında Şabran rayon sakini Şahid2lə əlaqə saxlayaraq onu evinə dəvət etmişdir. Kamal kamaz təmiri ilə məşğuldur və ona kamaz təkəri lazım olduğundan Kamal ilə bu barədə söhbət etmək üçün onu yaşadığı evə çağırmışdır. Kamal ilə axşam saatlarında evdə oturan zaman Şabran rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 da onun yaşadığı evə gəlmiş və onlar evdə oturub çay içməyə başlamışlar. Elməddin ona əmisi oğlu Şahin ilə işləyən tanımadığı bir nəfər şəxsin mobil nömrəsini öyrənmək məqsədilə onun yanına gəlməsini bildirmişdir. O da, Elməddinə bu məsələ ilə bağlı ona heç bir köməklik edə bilməyəcəyini bildirmişdir. Bu zaman Şabran RPŞ-nin əməkdaşları onun yaşadığı ünvana gələrək ona narkotik vasitələrin saxlanmasında şübhəli olmasını bildirmişlər. Polis əməkdaşları evə daxil olan zaman Elməddin üzərində olan 01 ədəd elektron qəlyan aparatını döşəmənin altına atmışdır. Bundan sonra o, yataq otağındakı döşəmənin üzərində özünəməxsus, içərisində 2 ədəd bükümdə narkotik vasitə heroin və 2 dəd bükümdə psixotrop maddə metamfetamin olan qızılı rəngli siqaret qutusunu polis əməkdaşlarına təqdim edərək həmin narkotik vasitə və psixotrop maddələrin onun özünə məxsus olmasını və şəxsi istifadə məqsədilə yaşadığı evdə saxlamasını bildirmişdir. (cild 1, iş vərəqi 117-118) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şabran RPİ-nin CAB-nin əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərdi ki, Şabran şəhərində yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrdən istifafə etmə, saxlama və onların satışı ilə məşğul olmaları ilə bağlı RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuşdur. Bu səbəbdən də təxirasalınmaz ƏAT-i keçirilərək Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 evində Təqsirləndirilən şəxs1 və Şahid2 da olmuşdur. Onlar evə daxil olan zaman Təqsirləndirilən şəxs1 əlindəki elektron siqareti yataq otağındakı döşəmənin altındakı açıq yerə atmış və bu onların diqqətindən yayınmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 qeyd edilən yerə ataraq gizlətmək istədiyi elektron siqaretin içərisinə baxış keçirilən zaman oradan 3 ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamin və 2 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddələrin onun özünə məxsus olmasını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 özü könüllü olaraq siqaret qutusunun içərisindən 2 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin və 2 ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamini təqdim edib həmin narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmasını və şəxsi istifadəsi məqsədilə yaşadığı evdə saxlamasını bildirmişdir. Daha sonra onlara aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən başqa əlavə olaraq narkotik vasitə və ya psixotrop maddələri qanunsuz olaraq saxlayıb-saxlamamaları soruşulduqda Təqsirləndirilən şəxs1 onlara könüllü olaraq yaşadığı Şabran şəhərində yerləşən evində narkotik vasitə hesab edilən heroin olmasını bildirmişdir. Təcili olaraq Təqsirləndirilən şəxs1 yaşadığı evə onun özü ilə birgə gedərək yaşadığı evə baxış keçirilmiş və bu zaman həqiqətən də Təqsirləndirilən şəxs1 yaşadığı evdə 01 (bir) ədəd qutunun içərisindən əvvəlcədən ayrı-ayrı bükümlərə ayıraraq saxladığı içərisində narkotik vasitə hesab edilən heroin olan 10 ədəd bükümü və 01 (bir) ədəd tərəzini onlara təqdim edib həmin narkotik vasitə hesab edilən heroini satış məqsədilə qanunsuz olaraq yaşadığı evdə saxlamasını etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şabran RPİ-nin İTB-nin sahə polis nəfəri Şahid4 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşı Şahid3 və Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, onlar məhkəmədə ifadələri alınmış polis əməkdaşları Şahid1 və Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onnların göstərdiyi xüsusatları təsdiq etmişlər. (cild 1, iş vərəqi 125-129;140-142) Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, şirkətdə sürücü vəzifəsində işləyir. Təxminən 2 həftə bundan əvvəl Şabran rayon sakini Təqsirləndirilən şəxs2 1 ədəd kamaz təkərini 70 manata satmışdır. Oda kamaz təkərini övladı üçün məşq etsin deyə almışdır. Ancaq Cəlaləddin təkərin pulunu verməmiş və o da Cəlaləddindən pulu almaq məqsədilə onun evinə getmişdir. Evə daxil olduqdan bir neçə dəqiqə sonra polis əməkdaşları Cəlaləddinin evinə onun narkotik vasitələrin saxlanılmasında şübhəli olmasını bildirmişlər. Bu zaman evdə Cəlaləddin ilə yanaşı Şabran rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 olmuşdur. Polis əməkdaşları Cəlaləddinin və Elməddinin narkotik vasitələri saxlamasında şübhəli olduqlarını bildirdikdən sonra həmin evə baxış keçirdilər. Baxış zamanı evdən həm Cəlaləddinə məxsus, həmdə ki, Elməddinə məxsus narkotik vasitə və psioxotrop maddələr aşkar edildi. Cəlaləddin və Elməddin həmin narkotik vasitələrin və psixotrop maddələrin müvafiq olaraq onlara məxsus olmasını səmimi olaraq etiraf etmişlər. Ancaq onun üzərindən isə heç bir narkotik vasitə, psixotrop maddə və ya hər hansısa bir qanunsuz əşya aşkar edilməmişdir. ( cild 1, iş vərəqi 135-137) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 18 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, həmin evdə qonaq olan Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd elektron qəlyan aparatına baxış keçirən zaman oradan 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,726 qram narkotik vasitə heroinİn və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,217 qram psixotrop maddə metamfetaminin eləcə də, Təqsirləndirilən şəxs2 məxsus qızılı rəngli dəmir materialdan hazırlanmış siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,123 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,063 qram olmaqla cəmi iki bükümdə təmiz çəkisi 0,186 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 7 ünvanındakı evində baxış başa çatmışdır. Təqsirləndirilən şəxs2 evinə baxış zamanı aparılmış video çəkiliş bir ədəd CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. (İ cild, iş vərəqə 27, 55-56) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 18 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Şabran şəhəri, ünvan 8 ünvanına yerləşən evə baxış keçirilmiş, baxış zamanı evin yataq otağındakı paltar dolabının alt siyirməsindən Təqsirləndirilən şəxs1 məxsus 10 ədəd bükümdə ümumi təmiz çəkisi 15,405 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı Şabran şəhəri, ünvan 8 ünvanındakı evində baxış başa çatmışdır. Təqsirləndirilən şəxs1 evinə baxış zamanı aparılmış video çəkiliş bir ədəd CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. (İ cild, iş vərəqə 62) Baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə fizikikimyəvi ekspertizasının 6/7091 nömrəli rəyindən görünür ki, üzərində Təqsirləndirilən şəxs2 məxsus siqaret qutusu,01 ədəd dərman və 04 ədəd büküm sözləri olan bir ədəd zərfdəki 1( bir) dəd qızılı rəngli dəmir qabda 1 ( bir) ədəd kağız bükümdə təmiz çəkisi 0.123 qram olan tünd qəhvəyi rəngli maddə və 1( bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,063 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.023 qram, 0,032 qram, ümumi təmiz çəkisi 0,055 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Elməddin məxsus 01 ədəd elektron siqaret içərisində 05 büküm sözləri olan və imzaları qeyd edilmiş bir ədəd zərfdəki üzərində “Elfbar” yazısı olan 1 ( bir) plastik qabda 2 (iki) ədəd şəffaf rəngli sellofan bükümdə ayrayrılıqda təmiz çəkiləri 0.379 qram,0.347 qram,ümumi təmiz çəkisi 0,726 qram olan qəhvəyi rəngli maddə-kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 3 ( üç) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram,0.076 qram,0.081 qram, ümumi təmiz çəkisi 0,217 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Üzərində “Elməddinin evindən aşkar edilmiş elektron tərəzi və 10 ədəd büküm” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 10 (on) ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,638 qram,0,765 qram, 0,564 qram, 0,404 qram, 0,775 qram, 0,458 qram, 0,422 qram, 0.454 qram, 0,432 qram, 10,493 qram, ümumi təmiz çəkisi 15,405 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqdim olunmuş 5 (beş) ədəd kağız bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynidir. Təqdim olunmuş 12 (on iki) ədəd şəffaf rəngli sellofan bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynidir. Təqdim olunmuş 1 (bir) ədəd kağız bükümdə olan tünd qəhvəyi rəngli, 1 ( bir) ədəd kağız bükümdə olan açıq qəhvəyi rəngli heroin bir biri ilə və 12 ( on iki) ədəd şəffaf rəngli sellofan bükümdə olan heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Təqdim olunmuş üzərində “Leponeks Klozapin 100 mq” yazısı olan 1 (bir) ədəd konvalyut kəsiyində üzərində “Z/A” yazısı olan 1 ( bir) ədəd dərman həbin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentlərinə aid deyildir. Təqdim edilmiş 1 ( bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə və narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. “Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına daxildir. (cild 1, iş vərəqə: 71-76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 902 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, İş vərəqə: 192-193) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 1231 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 “opioidlərin” və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, İş vərəqə: 180-181) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 0,123 qram, 0,063 qram heroin, Təqsirləndirilən şəxs1 məxsus ümumi təmiz çəkisi 0,726 qram olan qəhvəyi rəngli maddə-kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 3 ( üç) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,217 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, Elməddinin Əmiraslanovun evindən aşkar edilmiş 10 ədəd (on) ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 15,405 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən 15 mart 2023-cü il tarixdə maddi sübut hesab edilməklə saxlanılması üçün Şabran RPŞ-nin maddi-sübutlar otağına təhvil verilmişdir. (cild 1, iş vərəqi 187-191) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən xx.xx.2023 tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 153) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən xx.xx.2023 tarixdə alınmış tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Azərbaycan Respublikası CM-nin 29,177.2.1,29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək Xızı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 2 il azadlıqdan məhrum etmə cəzası 2 il şərti sınaq müddəti təyin edilmişdir. ( cild 1, iş vərəqə 154-155) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 anası və xalası ilə birlikdə ünvan 9 ünvanında yaşadığı müddətdə müsbət xarakterizə olunmuş və barəsində Şabran RİHBnin Şabran şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqi 169-170) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həyat yoldaşı, iki oğlu və bir qızı ilə birlikdə ünvan 11 ünvanında yaşadığı müddətdə müsbət xarakterizə olunmamışdır..(cild 1, iş vərəqi 220-221) İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 adlı 03 azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə əldə etməkdə satış məqsədinin olmaması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa Təqsirləndirilən şəxs1 əldə edərək saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, onları bükümlərə ayırması, evindən elektron tərəzinin aşkar olunması təqsirləndirilən şəxsin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün dəlil gətirməmişdir. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 isə qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Musayev Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs2 himayəsində 03 azyaşlı uşağlarının olması Azərbaycan Respublikası CPM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il il tarixli Şabran rayon Məhkəməsinin qərarı ilə barəsində 04 (dörd) aylıq həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır.. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il il tarixli Şabran RPŞ-nin qərarı ilə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 18 dekabr 2022-ci il tarixdən 20 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 15 may 2024-cü il tarixdən başlanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Şabran RPŞ-nin maddi-sübutlar otağına təhvil verilmiş 15,617 qram narkotik vasitə heroin və 0,222 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 65 (altımış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32,50 manat ( otuz iki manat əlli qəpik) məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 18 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 18 dekabr 2022-ci il tarixdən 20 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 05 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Şabran RPŞ-nin maddi sübutlar saxlanc otağına təhvil verilmiş 15,617 qram narkotik vasitə heroin, 0,222 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32,50 manat ( otuz iki manat əlli qəpik) məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar