Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-146/2025 22.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X13 Nizami oğlunun sədrliyi, X9 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Güvən Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, X17 küçəsi, dalan 15, ev 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5şamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə, şəxsiyyəti istintaqla araşdırılan “Babək” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişlər, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gələcəkdə “Babək” adlı şəxsin dediyi ünvanlara və ya ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən Moskva Dövlət Universitetinin Bakı filialının yaxınlığında gizlədilən külli miqdarda 19 kq 250 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, xüsusilə külli miqdarda 1770 qram çəkidə narkotik vasitə heroini, təsir maddəsinin ümumi miqdarı külli miqdarda 39,6 qram olan 990 ədəd metadon həbini, quru maddəsinin miqdarı xeyli miqdarda 0,8 qram olan 80 ml həcmində sintetik narkotik vasitə metadon məhlulunu və xüsusilə külli miqdarda 1344,163 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Corolla” markalı avtomobildə daşımaqla Təqsirləndirilən şəxs1 qohumu, cinayətə aidiyyəti olmayan X8 yaşadığı ünvan 7 ünvanında saxlamışlar. Qeyd edilən psixotrop maddə metamfetaminin 14,163 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs1 ayırıb satış məqsədi ilə üzərində saxlamaqla ünvan 7 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 aprel 2024- cü il tarixdə saat 23:30 dəqiqədə həmin ünvanın yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişlər və orada 11 aprel 2024-cü il tarixdə saat 01:20-dən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki boz rəngli şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2la birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 14,163 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 11 aprel 2024-cü il tarixdə saat 02:50-dən Təqsirləndirilən şəxs1 və Əliyulla Talıbovun razılıqları və iştirakları ilə sonuncunun yaşadığı ünvan 7 ünvanına baxış keçirilən zaman evin həyətyanı hissəsində giriş qapısından sol tərəfdə yerləşən zirzəmidə olan 02 ədəd torbanın içərisindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə əldə edib saxladıqları 19 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1065,0 qram, 950,0 qram, 1005,0 qram, 1335,0 qram, 1075,0 qram, 1050,0 qram, 1060,0 qram, 1040,0 qram, 860,0 qram, 1050,0 qram, 1025,0 qram, 1025,0 qram, 1015,0 qram, 1045,0 qram, 1040,0 qram, 965,0 qram, 990,0 qram, 1000,0 qram və 655,0 olmaqla ümumi təmiz çəkisi külli miqdarda 19 kq 250 qram olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 870 qram və 900 qram olmaqla ümumi təmiz çəkisi xüsusilə külli miqdarda 1770 qram olan narkotik vasitə heroin, təsir maddəsinin ümumi miqdarı külli miqdarda 39,6 qram olan 990 ədəd narkotik vasitə metadon həbi, 01 ədəd plastik qabda quru maddəsinin miqdarı xeyli miqdarda 0,08 qram olan 80 ml həcmində sintetik narkotik vasitə metadon məhlulu və 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 340 qram və 990 qram olmaqla ümumi təmiz çəkisi xüsusilə külli miqdarda 1330 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, axşam saat 8 radələrində taksi ilə müştəri aparırmış, həmin gün təxminən 16-17 gediş etmişdir. Üzü Mərdəkan istiqamətində müştərini təyinat nöqtəsinə apararkən Rəşad ona zəng edərək Razinə gəlməyini istəmişdir. Müştərini düşürtdükdən sonra Razinə gələrək Rəşadı götürmüşdür. Rəşad onu Xocasənə aparmağını istəmişdir. Xocasəndən sonra isə Rəşadın bibisi Sevilgilə gəlmişlər. Rəşadla çaylarını yeni içib bitirən zaman, 12-13 nəfər polis əməkdaşı gəlib onları BNMİ-yə aparmışlar. Polis əməkdaşı BNMİ-də onlardan 10 000 manat istəmişdir. O, gündəlik 30 manat qazanırmış, onda 10 000 manat olmamışdır. Özü müharibə iştirakçısı olmuşdur, heç kimin balasını zəhərləməmiş, elə işlərlə münasibəti heç vaxt yaxşı olmamışdır. Rəşadı çəkiliş üçün Masazıra apararkən onu aparmamışlar. Rəşad ona zəng edərkən o, Mərdəkan yolunda olmuş, maşında olan müştərini Polis Akademiyasının yanına aparırmış. Müştərini düşürtdükdən sonra Razinə gedərək Rəşadı Razindən götürmüşdür. Rəşad ondan onu biriki yerə aparmağını istədikdə onunla razılaşmışdır. Rəşad ona zəng etdikdən sonra proqramda sifarişləri bağlayıb onun yanına getmişdir. Rəşad zəng edərkən hara və nə üçün getdiyi barədə ona heç bir məlumat verməmişdir. Razinə gəlib Rəşadı götürdükdən sonra onu Xocasəndə yerləşən Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yanına aparmışdır. Rəşad Xocasəndə maşından düşdükdən 10 dəqiqə sonra yenidən qayıtmış və onu Masazırda yaşayan bibisigilə aparmağını istəmişdir. Rəşad maşına qayıdarkən əlində heç nə olmamışdır. Rəşadın bibisi Sevil xalanı tanımışdır. Sevil xalanın böyük oğlu Əli ilə münasibəti var. Onlar Sevil xalagilə çatdıqda Sevil xala Əlinin evdə olmadığını demişdir. Rəşadla Sevil xalagildə çaylarını içib qapıdan çölə çıxan kimi 12-13 nəfər polis əməkdaşları gəlib onları sürüyə-sürüyə Badamdara aparmışlar. Onları darvazanın ağzında tutan zaman polis əməkdaşları “Ağakərim sənlik birşey yoxdur, narahat olma, sənə köməklik edəcəyik” demişlər. İstintaqı aparan hər iki müstəntiq də ona “qazi qardaş” deyə-deyə onu aldatmışlar. Onlara təzyiq BMCMİ-də göstərilmişdir. Evdə olan çəkilişə onu aparmamışlar, Rəşadı aparmışlar. Həmin narkotik vasitənin evdən çıxmasını görməmişdir. Onlar Sevil xalagildə olanda həyətdə hər hansı narkotik vasitə olmamışdır. Nə onun maşınında, nə üstündə, nə də ki əlində narkotik vasitə olmamışdır. Darvazanın qabağında təxminən 10 nəfər polis əməkdaşı olmuşdur. Onlardan bəziləri onları BNMİ-yə aparmışlar, bəziləri isə Masazırda bibisigilin həyətində qalmışlar. Onun Nərimanov rayon məhkəməsində “Rəşad getmişdir, narkotiki götürdü gəlmişdir” məzmunlu ifadə verməyinin səbəbi polis əməkdaşlarının onu narkotiklə tutmaqla hədələmələri, məhkəmədən sonra yenidən BNMİ-yə aparılmaq qorxusu olmuşdur. O, sanksiyadan sonra Kürdəxanıya gələcəyini, BNMİ-nə qayıtmayacağını bilsəymiş, belə məzmunlu ifadə verməzmiş. Onlara orada elə psixoloji təsir göstərilmişdir ki, elə təsirdənsə döyülmək daha yaxşıdır. İstintaq təcridxanasına aparıldıqdan sonra hüquqi savadı olmadığı üçün heç bir yerə müraciət etməmişdir. Orada olarkən istintaqı aparan 2-ci müstəntiq oraya gəlmişdir. İttiham aktında yazıldığı kimi ifadə verməmişdir. O, istintaqa verdiyi ilk ifadəni deyil, ikinci ifadəni təsdiq edir. Sonu ***-**-** mobil nömrəsini 2-ci Qarabağ müharibəsindən qayıtdığı vaxtdan etibarən istifadə edirmiş. O, heç kimə narkotik vasitə satmamışdır. O, özü narkotik vasitə istifadə etməmişdir. Narkoloji ekspertizanın rəyində onun məcburi müalicəyə ehtiyacı olduğu qeyd olunmuşdur. O hər gün taksi ilə 25 sifariş yerinə yetirirmiş. O, istintaqa verdiyi ifadəsini həmin hissədə təsdiq etmir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək 12 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, heç bir ruhi-əsəb xəstəliyi yoxdur. 2010-2012-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra 2014-cü ildə ailə həyatı qurmuş və həmin evlilikdən iki azyaşlı övladı vardır. İcarəyə götürdüyü “Toyota Corolla” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Hazırda “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır, onunla eyni məktəbdə oxumuşlar və aralarında dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 10 aprel 2024-cü il tarixdə axşam radələrində Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayıb bildirmişdir ki, onunla işi var və ona 200 manat xeyir verəcəkdir. Təqsirləndirilən şəxs1 telefonda ona əlavə məlumat verməmiş, o, isə sonuncu ilə görüşməyə razılıq vermişdir. Təxminən yarım saatdan sonra o, Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüşlər və sonuncu Xocasən qəsəbəsinə getməli olduqlarını qeyd etmişdir. Yolda olan zaman o, nə məsələ olduğunu və Xocasən qəsəbəsinə nə üçün getdiklərini soruşduqda Təqsirləndirilən şəxs1 “Babək” adlı iranlı tanışının ona narkotik vasitə “nəşə” göndərdiyini, gedib həmin narkotik vasitəni götürüb harasa 7 atacağını və bunun müqabilində iranlı tanışının ona 1.000 manat pul göndərəcəyini və həmin puldan ona da 200 manat verəcəyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs1 dedikləri ilə razılaşmışdır. Bundan sonra onlar iranlı şəxsin göndərdiyi konum üzrə hərəkət edərək Xocasən qəsəbəsində yerləşən “Moskva Dövlət Universitetinin” yaxınlığına gəlmişlər. “Babək” adlı şəxsin göndərdiyi konum həmin ərazini göstərirmiş. O, həmin ərazidə yerləşən işıq dirəyinin yaxınlığında avtomobili saxlamış və Təqsirləndirilən şəxs1 işıq dirəyinin altından “Babək” adlı şəxsin göndərdiyi içərisində narkotik vasitə olan 02 ədəd kisəni götürüb avtomobilin yük yerinə qoymuşdur. Yolda gedən zaman Təqsirləndirilən şəxs1 avtomobili saxlatdırmış və kisələrdən birini yolun kənarına ataraq bu barədə “Babək” adlı şəxsə məlumat vermişdir. Bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs1 digər kisəni də yolun kənarına atmışdır. Lakin, az sonra “Babək” adlı şəxs Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb narkotik vasitələri atdığı yerdən götürməsini bildirmişdir. Buna görə də, onlar geri qayıdaraq narkotik vasitələri atdıqları həmin yerlərdən götürmüşlər. “Babək” adlı şəxs 1 saat ərzində narkotik vasitələrin müxtəlif ünvanlara yerləşdirilməsi barədə əlavə məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 təklifi ilə avtomobili Masazır qəsəbəsində sonuncunun qohumu Sevil xanımın evinə sürmüşdür. Təqsirləndirilən şəxs1 narkotik vasitələri yaşadığı Bakıxanov qəsəbəsinə aparmaqdansa Masazır qəsəbəsində yaşayan qohumugilə aparıb orada gözləməklərini məsləhət görmüşdür. Onlar Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 qohumu Sevil xanımın yaşadığı ünvana gəlmişlər və evin qapısını Sevil xanım özü açmışdır. Təqsirləndirilən şəxs1 Sevil xanımla salamlaşmış və Masazır qəsəbəsində işi olduğunu 1 saata kimi gedəcəklərini bildirmişdir. Sevil xanım buna etiraz etməmiş və onları evin həyətə dəvət etmiş, özü isə çay hazırlamaq üçün evə getmişdir. Həmin müddətdə onlar avtomobildə saxladıqları içərisində narkotik vasitə olan kisələri köməkləşib birlikdə evin həyətinə gətirmişlər. Onlar həyətdə kisələrdən birini açmışlar, kisənin içərisindən “nəşə” və “patı” adlandırdıqları narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 içərisində “patı” olan bağlamadan birini açmış və özü üçün bir büküm “patı” götürüb cibinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 iranlı “Babək" adlı şəxsə görüntülü zəng etmiş və yerə boşatdıqları narkotikləri həmin şəxsə göstərmişdir. “Babək" adlı şəxs Təqsirləndirilən şəxs1 ondan xəbər gözləməsini, məlumat verdikdən sonra narkotik vasitələri götürüb harasa atmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 iranlı “Babək” adlı şəxslə telefonda görüntülü danışan zaman o, kənardan həmin şəxsə baxırmış və hətta həmin şəxsin yanında azyaşlı oğlu uşağıda varmış. Onlar həyətdə içərisində narkotik vasitə olan kisəni boşaldan zaman Sevil xanımın bundan məlumatı olmamış, həmin vaxtı Sevil xanım evin içərisində çay hazırlayırmış və çay hazırladıqdan sonra isə pəncərədən onlara vermişdir. Bundan sonra onlar içərisində narkotik vasitə olan bağlamaları kisəyə yığaraq evin giriş qapısından sol tərəfdə yerləşən balaca qapısı olan zirzəmi kimi yerə qoyub “Babək” adlı şəxsdən xəbər gözləməyə başlamışlar. Həmin ərəfədə təxminən saat 23:30 radələrində o, Təqsirləndirilən şəxs1la birlikdə evin həyətindən küçəyə çıxmışlar ki, yaxınlıqda ətrafa baxıb narkotik vasitələri atmaq üçün yer müəyyən etsinlər. Həmin vaxtı evin yaxınlığında olduqları zaman onlar polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, həmin vaxt onu da Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində olan zaman Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitələrdən onun məlumatının olmadığını bildirmişdir. Eyni zamanda o, özü də izahatında aşkar edilmiş narkotik vasitələrdən məlumatı olmadığını və narkotik vasitələrin əldə edilməsində Təqsirləndirilən şəxs1la əlbirliyinin olmadığını qeyd etmişdir. Lakin Təqsirləndirilən şəxs2 reallıqda hadisələrin ifadəsində qeyd etdiyi kimi baş verdiyini, narkotik vasitələrin əldə edilməsində Təqsirləndirilən şəxs1 köməklik göstərdiyini və bunun müqabilində sonuncunun ona 200 manata pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin “Babək” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən tanışı Təqsirləndirilən şəxs1 göndərildiyini, həmin narkotik vasitələri və psixotrop maddəni Təqsirləndirilən şəxs1la birlikdə onun idarə etdiyi avtomobillə gedib Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəs ərazisində gizlədildiyi yerdən götürdüklərini, həmin ünvana gedən zaman Təqsirləndirilən şəxs1 əvvəlcədən ona bu barədə məlumat verdiyini, narkotik vasitələri götürdükdən sonra Təqsirləndirilən şəxs1la birlikdə həmin maddələri sonuncunun qohumu Sevil xanımın yaşadığı evin həyətinə aparıb orada gizlətdiklərini, narkotik vasitələrin və psixotrop maddənin Xocasən qəsəbəsində onların götürdükləri yerə kimlər tərəfindən qoyulduğunu və eləcə də həmin narkotik vasitələri və psixotrop maddənin sonradan qoyacaqları ünvanlardan kimlərin gəlib götürməsi barəsində heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs1 birlikdə narkotik vasitələri gedib götürməkdə köməklik etdiyi üçün sonuncunun ona 200 manat pul verəcəyini, Sevil xanımın və onun ailə üzvlərinin yaşadıqları evin həyətində narkotik vasitələr gizlədilməsindən məlumatlarının olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünündə polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 12 aprel 2024-cü il tarixdə Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman məhkəmə iclasında çıxış edərək ona ittiham olunan əməldə özünü qismən təqsirli bildiyini, narkotik vasitə istifadəçisi olmadığını, hadisə günü Rəşadın ona 200 manat pul müqabilində bir iş görəcəklərini bildirdiyini, lakin işin nə olduğunu qeyd edilən ünvana çatan zaman ona dediyini, Rəşad bağlamaları götürən zaman ona bağlamaların içərisində narkotik vasitə olduğunu bildirdiyini, narkotik vasitələri avtomobilə qoyduqlarını, bir müddət getdikdən sonra içərisində narkotik vasitə olan bağlamaları atdıqlarını, lakin daha sonra İran İslam Respublikasının vətəndaşı onlara atdıqları bağlamanı götürmələrini və başqa bir ünava aparmalarını bildirdiyini, bundan sonra onlar da geri qayıdıb atdıqları bağlamanı götürdüklərini, sonra isə Rəşadın qohumugilə gəldiklərini, orada özləri üçün narkotik vasitə götürdüklərini, daha sonra isə Rəşadın iranlı şəxslə video zənglə danışaraq bağlamaları həmin şəxsə göstərdiyini bildirmişdir. Bundan başqa 09 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan olunan zaman o, həmin tarixdə istintaqa verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, tanışı Təqsirləndirilən şəxs1la birlikdə satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlamadığını, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs1 üzərindən və ünvan 7 ünvanından aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrdən məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, Bakı şəhəri Nəsimi rayonunda dünyaya gəlmişdir. Uşaq yaşlarından anasını və atasını itirmişdir. Psixoloji problemləri olduğu üçün narkotik istifadəçisi olmuşdur. Maştağada müayinəyə aparılan zaman ondan analiz nümunəsi götürülmədən fərdi söhbət əsasında onun narkotik istifadəçisi olmadığı bildirilmişdir. Halbuki o, narkotik istifadəçisi olmuşdur. O, dövlətinə, xalqına sadiq insan olmuşdur. Evin tək övladı olmuşdur. Hərbi xidmətini də çəkmişdir. 3 dəfə cənab prezidentin mühafizəsində xüsusi təyinatlı bölüyün əsgəri olmuşdur. O, heç vaxt bu şeylərdən istifadə edib sosial yardım və ya digər üstünlük əldə etməmişdir. Həyat tərzinə və psixoloji problemlərinə görə pis vərdişlərin qurbanı olmuşdur. Aprel ayının 10-da 28 May adlanan ərazidə olmuşdur. Narkotik vasitə istifadəçisi olan Səbuhi adlı şəxsin mobil telefonu olmadığı üçün onun telefonu ilə narkotik vasitə satan şəxslərlə əlaqə saxlayır və şəxsi istifadəsi üçün narkotik alırmış. Onun əlaqə saxladığı İran vətəndaşı Səbuhinin tanıdığı insan olmuşdur. İran vətəndaşı ona zəng edərək Səbuhi ilə əlaqə saxlaya bilmədiyini demişdir. Ona Səbuhinin yanında olmadığını, bir neçə gündür Səbuhi ilə görüşmədiyini dedikdə o, Səbuhi üçün 30 qram marixuana atdığını, gedib marixunanı götürməyini istəmişdir. O da İran vətəndaşının təklifi ilə razılaşmışdır. İran vətəndaşı ona Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yanına çatdıqda xəbər etməyini tapşırmışdır. O, bundan sonra yaşadığı ünvana Bakıxanov qəsəbəsinə gəlmişdir. Taksi sürücüsü Ağakərimə zəng edərək onu bir neçə yerə aparmağını, pulunun olmadığını və pulu bir neçə günə verəcəyini bildirmişdir. Ağakərim onun təklifini qəbul etmişdir. Ağakərim Razinə gəldikdən sonra ondan onu Xocasənə aparmasını istəmiş və alacağının olduğunu bildirmişdir. Ağakərim onun Xocasənə narkotik üçün getdiyini bilməmişdir. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına çatmamış quraşdırılmış plakatın yanına gəlmişlər. Ağakərimə 10-15 dəqiqəyə gələcəyini demiş və maşından düşərək İran vətəndaşının dediyi yerə getmişdir. İran vətəndaşı ona narkotiki plakatı keçdikdən sonra işıq dirəyinin alt hissəsində daşın altına qoyduğunu demişdir. Onun narkotiki qoyduğu yerə gələndə dirəyin yanında 2 kisə olduğunu görmüşdür. Kisənin ağzını açdıqda kisənin içinin narkotiklə dolu olduğunu görmüşdür. O, İranlı vətəndaşa zəng edərək burada 30 qram deyil, kisələrlə narkotik vasitə olduğunu demişdir. İranlı vətəndaş ona maşınla olub-olmadığını soruşmuş və özünün kuryerinin həmin narkotik vasitələri oraya başqa adam üçün qoyduğunu, kisələrin it-bat olmaması üçün onları maşınla 300-400 metr aralıya qoymağını xahiş etmişdir. O, bu zaman İranlı vətəndaşa etirazını bildirərək ona söyüşlər söymüş və gəlib maşına əyləşmişdir. Bibisi oğlu əsgərlikdən təzə gəldiyi üçün Ağakərimdən onu Masazıra aparmasını istəmişdir. Bibisi oğlunun yaşadığı evin darvazasından 3 dəqiqə olardı ki, içəri girmişdir. Bibisindən evdəkilərin harada olduğunu soruşmuşdur. Bibisinin böyük oğlu Xırdalanda köşkdə işləyir. Bibisi böyük oğlunun işdə olduğunu bildirmişdir. Bibisi çay süzərək evin pəncərəsindən ona vermişdir. Onlar bu zaman həyətdə oturmuşlar. Çaylarını içdikdən sonra o Ağakərimə əsgərlikdən gələn bibisi oğlu ilə görüşmək üçün onu Xırdalana aparmasını, onu düşürtdükdən sonra evə getməsini demişdir. Darvazadan çıxdıqdan sonra 10 nəfər üstünə gələrək “maşını vurmusan hara qaçırsan” demişdir. Həmin şəxslərdən biri “bunlar yetim adamdır, gəlin bunları buraxaq” dedikdə digəri buna etiraz etmişdir. Bundan sonra onları maşına otuzduraraq ona “sən İran vətəndaşı ilə danışmısan, sənə 206 düşür, sən yaxşı insansan sənin onlara köməyliyin lazımdır” demişdir. O necə kömək edəcəyini soruşduqda “sən İran vətəndaşına zəng elə, gedib həmin narkotiki götürəcəyivi de, biz onun kuryerini tutaq” demişdir. Onlarla razılaşmışdır. Bundan sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada məsələnin nə yerdə qaldığını soruşduqda “heç nə səbrli ol görəcəysiz, sənə xəbər edəndə zəng edərsən İran vətəndaşına, həmin narkotik vasitəni hara lazımdısa ora qoya biləcəyini de, sonra gəlsin onun kuryeri, narkotiki götürəndə kuryeri tutaq” demişdir. Təxminən sonra dövlət hesabına təyin olunmuş vəkil İdarəyə gəlmişdir. Bundan sonra onu padvala düşürtmüşlər. Həmin vaxt Kapitan rütbəli bir şəxs gələrək “belə olmayacaq” demişdir. Bundan sonra vəkil otaqdan çıxmış və həmin şəxs ona təxminən 12- 16 qram 1 bükümdə metamfetamin verərək “bunu qoyursan cibinə, telefonu da qoyursan bura, sonra biz çəkiliş edirik” demişdir. O bunun səbəbini soruşduqda həmin şəxs “bunu etməklə biz özümüzü sığortalayırıq, birdən sən iranlı vətəndaşla danışmazsan, onda biz səni tutacayıq” demişdir. Həmin vaxt onun əynində boz rəngli idman paltarı olmuşdur. O çıxılmaz vəziyyətdə qalaraq onlarla razılaşmışdır. Bundan sonra çəkiliş aparılmış və həmin şəxs yenidən gəlib onun yanında oturmuşdur. O, həmin şəxsə “bəs nə olmuşdur, çəkiliş də olmuşdur , indi nə edirsən” dedikdə həmin şəxs “gedirik Masazıra” demişdir. Ondan “onları buraxıb-buraxmadıqlarını” soruşduqda həmin şəxs “gedək görəcəksiz” demişdir. Bundan sonra Masazıra getmişdir. Masazıra gedərkən polis geyimində olan 4 nəfərin həyətə hücum etdiklərini görmüşdür. Onlardan bunun səbəbini soruşduqda “biz sənə açot vermirik” demişlər. Bundan sonra həyətə girmişlər. Həyətə girdikdən sonra həmin 4 nəfər ondan evin altında olan ağ rəngli şkafın qapısını açmağını istəmişdir. Şkafın qapısını açdıqda iranlı vətəndaşın dediyi ünvanda olan kisələrin şkafda olduğunu görmüşdür. Polis əməkdaşları ona “ya bunu öz boynuva götürürsən, ya da burda yaşayanların hamısı cinayət məsuliyyəti daşıyır, narahat olma, ya sən 1 il qandal ilə gəzəcəksən, ya da 6 ay gedib Kürdəxanıda cəza çəkəcəksən, çəkilişdə də bizim sənə dediklərimizi de” demişlər. Bundan sonra çəkiliş olmuş, o çəkilişdə polis əməkdaşlarının dediklərini demiş və onlar maşınla geri qayıtmışlar. Yolda olarkən ona “girəcəksən generalın qəbuluna, onlar deyəcəyik ki, sən yaxşı adamsan, onlara kömək etmisən” demişlər. Sonradan polislərin onu narkotik vasitə ilə tutmaq istədiyini başa düşmüşdür. Həmin narkotik vasitələr ona məxsus olmamışdır. Həmin gecəni onlar orada qalmışlar. Səhər onu MSY-yə aparacaqlarını və 2 gündən sonra gəlib oradan götürəcəklərini demişlər. Bundan əlavə onun pulunun olub-olmadığını soruşmuşlar. O da üstündə 30 manat olduğunu, 30 manatın 5 manatına bulku və su aldığını, hal-hazırda 25 manat pulunun qaldığını demişdir. Bundan sonra polis əməkdaşları gülərək “siz çox safsıze, Elxan var a, o yaxşı oğlandı, həmişə tutulanda 10 000 manat pul verir” demişlər. O da onlara “mənim heç üstündə 10 manat yoxdur, 1 telefonum olub, 1 paçkada siqaretim, onu da siz götürmüsüz” demişdir. Bundan sonra onlara Abşeron rayon polis idarəsinin MSY-sinə aparacaqlarını deyib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerinə təhvil vermişlər. O, BMCMİ-yə getdiklərini bilməmişdir. Polis əməkdaşları 2 gündən sonra gəlib onu götürəcəklərini demişlər. BMCMİ-də ifadə verərkən müstəntiqə başına gələnləri demişdir. Müstəntiq ondan “Xocasənə marixuana üçün getmisən?” soruşduqda o “hə getmişdim” demişdir. Müstəntiq isə “artıq sənin əynindədi” demişdir. O da “onda daha mənə nə sual verirsən” demişdir. Əvvəlcə CM-nin 234.4.3-cü maddəsi ilə tövsif aparılsa da, sanksiya zamanı Nərimanov rayon məhkəməsində başına gələnləri danışdıqdan sonra CM-nin 234.4-1-ci maddəsi ilə tövsüf aparılmışdır. Polislər onu aldadıb cinayət məsuliyyətinə cəlb etmişlər. Əvvəlcə CM-nin 234.4.3-cü maddəsi ilə tövsif aparılsa da, sanksiya zamanı Nərimanov rayon məhkəməsində başına gələnləri danışdıqdan sonra CM-nin 234.4-1-ci maddəsi ilə tövsüf aparılmışdır. Onlara polislər tərəfindən təzyiq göstərildikdən sonra onlara lazım olmadıqlarını, iranlı vətəndaşın Azərbaycandakı kuryerinin lazım olduğu deyilmişdir. O, polis əməkdaşları ilə onlara kömək edəcəyi barədə razılaşmışdır. Onun cibinə 14 qram metamfetamin qoyulmuşdur. Ona təyin olunmuş Rafail Allahverdiyev adlı vəkil onun hüquqlarını müdafiə etməmişdir. Onun cibinə narkotik vasitə qoyarkən “onlar bu çəkilişi ona görə edirik ki, sən bizim dediyimizi edəsən, əgər sən bizim dediyimizi etməsən onda səni cinayət məsuliyyətinə cəlb edəcəyik” deyilmişdir. O, polis əməkdaşlarına köməklik göstərməyə hazır olmuş, onlar mənbəyi tutmamışlar, onu tutmuşlar. Onun üzərində narkotik olmamışdır. Polislər ona “İran vətəndaşına zəng et və ona narkotikin səndə olduğunu, hara qoymalı olduğunu de, işçisi gəlib narkotiki götürəcək, problem olmasın deyə sənin çəkilişini edəcəyik, birdən razılaşmazsan” demişlər. 3 saat sonra onu qonaq gəldiyi ünvana gətirmişlər. O, 7-8 aydır ki, həmin ünvana getmirmiş. Bibisi oğlu əsgərlikdən gəldiyi üçün oraya getmişdir. O, qapıdan çıxan kimi onu saxlayaraq “sən maşın vurub qaçmısan, gedək idarəyə danışarıq” demişlər. 3 saatdan sonra onu həyətə gətirərək şkafı ona açdırmışlar. Şkafı açanda kisələr orada olmuşdur. O, həmin kisələrin “burda nə gəzdiyini” soruşmuşdur. O, narkotik istifadəçisi olduğunu, lakin həmin narkotikin ona heç bir aidiyyəti yoxdur. O, müstəntiqə etirazını bildirmiş və ona “ged mənim evimə bax, bu günki gündə 1 milyon manat dəyəri olan narkotikin məndə nə gəzdiyini, saxlanılarkən üstündə 10 manat belə olmamışdır” demişdir. BNMİ-də ondan buraxılmağı üçün 10 000 manat pul istəmişdir. O, pulunun olmadığını dedikdə ona CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edəcəklərini demişlər. BNMİ-yə çatmağa az qalmış ona CM-nin 234.4-1-ci maddəsi ilə məsuliyyətə cəlb edildiyini bildirmişlər. Babək adlanan şəxs İran vətəndaşı adı ilə rol oynayırmış, çünki onun saxlanıldığı təcridxanada 4 nəfər şəxs Xocasəndə yerləşən həmin işıq dirəyinin altında olan narkotikə görə tutulmuşlar. Həmin şəxslərdən biri 7 kq narkotik ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Onlardan birinin işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə, digərlərinin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəkmiş. Həmin şəxslərin hamısı BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Masazırda yaşayan bibisigilin telefonları əllərindən alınmış və onlara 3 saat evdən çölə çıxmağa icazə verməmişlər. Polis əməkdaşlarının onu İdarəyə aparmasının bibisigil şahid olmuşlar. O, Masazırda yerləşən evin həyətinə girərkən bibisi həyətdə olmuşdur. Bibisi evə gedərək pəncərədən onlara çay vermişdir. Həmin vaxt Ağakərimlə birlikdə olmuşdur. Onun anası, atası rəhmətə getdiyi üçün onu bibisi böyütmüşdür. Bibisi oğlunun harada olmasını bibisindən soruşan zaman bibisi Xırdalanda işdə olduğunu demişdir. O, Ağakərimdən onu Xırdalana aparmasını istəmişdir. Qapıdan çıxan onları saxlayıb əvvəlcə “maşın vurub qaçmısan”, sonra isə “oğurladığın narkotik hanı” demişlər. Onu BNMİ-yə aparmışlardan sonra yenidən bibisigilin evinə gətirmişlər. Həmin vaxt bibisi evdə olmuşdur. Polis əməkdaşları onları çölə çıxmağa qoymurmuş. Həmin ərəfədə polislər narkotiki gətirib həyətə qoymuşlar. Onu BNMİ-yə aparanda polis əməkdaşlarından 5-i həyətdə gözləmişdir. Həmin şəxsləri üzdən tanımışdır, lakin adlarını bilməmişdir. O, polis əməkdaşlarına 5 nəfərin niyə həyətdə qaldığını soruşduqda onlar “biz sənə açot vermirik” demişlər. Polis əməkdaşlarından biri digərinə “bunlar yetim adamdılar, bəlkə bunları buraxaq” dedikdə digəri “bu tədbir mənçün baha başa oturub, buraxmıram” demişdir. O, istintaq zamanı bununla bağlı aclıq elan etmişdir. Onun arvadı dəfələrlə prokurorluğa məlumat versə də, heç bir prokurorluq əməkdaşı onunla maraqlanmamışdır. O, 23 gün ac-susuz qalmış, kimsə gəlib onunla maraqlan deyə əlavə şeylər də udmuşdur. O, Bakıxanov qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Anası və atası vəfat etdiyi üçün uşaq yaşlarından ailə həyatı qurana kimi bibisigildə qalmış, onu bibisi böyütmüşdür. Ailə həyatı qurduqdan sonra Masazırda yaşamamış, sadəcə arada gedib-gəlmişdir. Təxminən 7-8 aydır ki, bibisigilə getmirmiş, həmin gün bibisi oğlu hərbi xidmətdən gəldiyi üçün o bibisigilə getmək qərarına gəlmişdir. Bibisi oğlu aprel ayının 3-4-ü hərbi xidmətdən qayıtmışdır. O, Babək adlı şəxsi instagram sosial şəbəkəsindən tanımışdır. O özü proqramçıdır. Babək özünü ona İran vətəndaşı kimi təqdim etmişdir. Bir neçə dəfə Babək adlı şəxsə sayt düzəltmişdir. Bunun müqabilində Babəkin ona borcu olmuşdur. O, narkotik vasitə marixuana istifadəçisi olduğu üçün Babəkin ona olan borcunun müqabilində 5 qramlıq marixuananı onun dediyi yerdən götürmüşdür. Babəki 1 ildən çox müddətdə tanımışdır. O, sonradan ağır tərkibli narkotik vasitələr istifadə etməyə başlamışdır. Onun pulu olmadığı üçün Səbuhi adlı tanışım onun telefonu ilə narkotik vasitələri tapmış və onlar birlikdə istifadə etmişlər. İran vətəndaşı onun istifadəsində olan nar nömrəyə zəng edərək Səbuhi ilə əlaqə saxlaya bilmədiyini demişdir. Ona Səbuhinin yanında olmadığını, bir neçə gündür Səbuhi ilə görüşmədiyini dedikdə o, Səbuhi üçün 30 qram marixuana atdığını, gedib marixunanı götürməyini və Səbuhiyə narkotikin pulunu ona yollamasını deməyini istəmişdir. O da İran vətəndaşının təklifi ilə razılaşmışdır. O, son 2 ildir ki, ağır tərkibli narkotik vasitələrdən – heroindən və ara-sıra metamfetamindən istifadə edirmiş. İstintaq zamanı da bu məzmunda ifadə vermişdir. O, 30 qram marixuana götürmək üçün getmişdir. Oraya gedəndə Babək ona zəng edərək kisələri götürüb 300 metr aralıya qoymağını dedikdə o, Babəkə “kisələri götürən elə burdan götürsün də, niyə 300 metr uzaqdan götürür ki” deyib onu acılayaraq söymüş və gəldiyi yolu qayıdaraq Ağakərimin maşınına oturub Masazıra getmişdir. Həmin kisələri özü ilə götürməmişdir. Evdən çıxan kisələr elə həmin kisələr olmuşdur, polislər 3 saatdan sonra bizim həyətdən çıxartmışlar. Polis əməkdaşları ona “ya bunu öz boynuva götürürsən, ya da burda yaşayanların hamısı cinayət məsuliyyəti daşıyır” demişlər. Ona BNMİ-də 4-5 dənə şillə vurmuşlar. Bundan əlavə onu böyüdən adamla onu hədələmişlər. Bədənində hər hansı xəsarət yoxdur. Masazıra gəldikdən sonra polis əməkdaşları ona “narahat olma, çəkilişdə də bizim sənə dediklərimizi de” demişlər, onların dediklərinə görə güya o, İran vətəndaşı ilə razılaşaraq 1 milyon dəyərindəki narkotiki 1000 manata qarşılığında götürmüşdür. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək 12 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, heç bir ruhi-əsəb xəstəliyi yoxdur. 2006-2008-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 2009-cu ildə ailə həyatı qurmuş və birgə nikahdan bir övladı dünyaya gəlmişdir. 2014-cü ildə həyat yoldaşından boşanmış və hazırda övladı anası ilə birlikdə yaşayır. 2021-ci ildə ikinci dəfə ailə həyatı qurmuş və ikinci nikahdan övladı yoxdur. Əvvəllər müxtəlif yerlərdə satıcı işləmiş, hazırda rəsmi olaraq heç bir yerdə işləmir və fərdi qaydada proqramist kimi fəaliyyət göstərir. Təxminən 10 ilə yaxın müddətdir “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən də istifadə etmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təxminən il yarım əvvəl “İnstagram” sosial şəbəkəsində “Babək” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayaraq ondan 5-6 dəfə narkotik vasitə qurudulmuş marixuana alıb istifadə etmişdir. Sonrakı dövrdə “Babək” adlı şəxs ona birlikdə narkotik vasitələrin satışı ilə məşğul olmalarını, yəni Azərbaycana göndərdiyi narkotikləri qəbul edib onun dediyi ünvanlara yerləşdirməsini və bunun müqabilində ona pul verməsini təklif etmişdir. O, isə “Babək” adlı şəxsin təklifi ilə razılaşmamışdır. Sonradan təxminən 3-4 ay “Babək” adlı şəxslə əlaqə saxlamamışdır. 09 aprel 2024-cü il tarixdə “Babək” adlı şəxs ona zəng etmiş və o, həmin şəxsin zənginə cavab verməmişdir. 10 aprel 2024-cü il tarixdə günortadan sonra “Babək” adlı şəxs təkrar ona zəng etmiş və Xocasən qəsəbəsi ərazisində malı, yəni narkotik vasitələr olduğunu bildirmiş və onları götürüb yerbəyer etməsini təklif etmişdir. Bunun müqabilində “Babək” adlı şəxs ona 1.000 manat pul və istifadə etmək üçün metamfetamin verəcəyini vəd etmişdir. Son dövrlərdə maddi vəziyyəti yaxşı olmadığı üçün məcburiyyət qarşısında qalıb “Babək” adlı şəxsin təklifi ilə razılaşmışdır. Babək adlı şəxs narkotik vasitələrin çəkisinin təxminən 15 kiloqram olacağı və həmin narkotik vasitələri götürdükdən təxminən 1 saat ərzində fərqli-fərqli ünvanlara yerləşdirməli olduğunu bildirmişdir. Narkotik vasitələrin qoyulacağı ünvanları o, özü müəyyənləşdirməli və bu barədə “Babək” adlı şəxsə məlumat verməli imiş. O, “Babək” adlı şəxsin təklifi ilə razılaşdıqdan sonra öz istifadəsində avtomobil olmadığı üçün taksi fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamış və ona bir məsələ olduğunu və həmin məsələnin həllində ona köməklik etməsi müqabilində 200 manat xeyir verəcəyini bildirmiş və Təqsirləndirilən şəxs2 isə onun təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 istifadəsində olan “Toyota Corolla” markalı avtomobillə gəlib onu götürmüş və onlar birlikdə yola düşmüşlər. Yolda gedən zaman o, Təqsirləndirilən şəxs2 məlumat vermişdir ki, iranlı ona narkotik vasitə “nəşə” göndərmiş və gedib həmin narkotik vasitəni götürüb yerbəyer etməlidirlər və bunun müqabilində ona 200 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə onun təklifi ilə razılaşmışdır. Bundan sonra onlar birlikdə iranlı şəxsin onun mobil telefonuna göndərdiyi konum üzrə hərəkət edərək Xocasən qəsəbəsində yerləşən Moskva Dövlət Universitetinin yaxınlığına gəlmişlər. “Babək” adlı şəxsin göndərdiyi konum həmin ərazini göstərirmiş. Həmin ərazidə olan işıq dirəyinin altında “Babək” adlı şəxsin göndərdiyi 02 ədəd kisədə olan narkotik vasitələri tapmış və həmin kisələri götürüb Ağakəri İsmayılovun idarə etdiyi avtomobilə yükləmişdir. “Babək” adlı şəxs ona 1 saat ərzində həmin malları yerbəyer etməsini tapşırmışdır. Yolda gedən zaman o, avtomobili saxlatdırmış və içərisində narkotik vasitə olan kisələrdən birini yolun kənarına ataraq bu barədə “Babək” adlı şəxsə məlumat vermişdir. Bir qədər gedəndən sonra digər kisəni də yolun kənarına atmış və bu barədə həmin şəxsə məlumat vermiş, lakin az sonra “Babək” adlı şəxs onunla əlaqə saxlayaraq malları atdığı yerdən götürməsini qeyd etmişdir. Buna görə də, onlar geri qayıdaraq narkotik vasitələri atdıqları yerlərdən götürmüşlər, sonra isə bu barədə “Babək” adlı şəxsə məlumat vermişlər və sonuncu isə 1 saat ərzində narkotik vasitələrin müxtəlif ünvanlara yerləşdirilməsi barədə məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, o, valideynlərini uşaq yaşında itirmiş və uşaqlıqda uzun müddət anasının əmisi qızı olan Sevil xanımın yanında qalmışdır. Sevil xanım hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, X25 küçəsi, ev 12A ünvanında yaşayırmış. O da tez-tez bir övladı kimi onlara qonaq gedirmiş. O, düşünmüşdür ki, narkotik vasitələri yaşadığı Bakıxanov qəsəbəsinə aparmaqdansa Masazır qəsəbəsində yaşayan qohumu Sevil xanımın evinə getsinlər və orada qalıb “Babək” adlı şəxsdən xəbər gözləsinlər, sonuncu məlumat verdikdən sonra narkotik vasitələri həmin ərazidə bir yerə qoysunlar. Buna görə də o, Təqsirləndirilən şəxs2 Masazır qəsəbəsinə getmələrini bildirmişdir. Masazır qəsəbəsində Sevil xanımın yaşadığı ünvana çatandan sonra onlar avtomobildən yerə düşüb qapını döymüşlər, Sevil xanım qapını açmış və onlarla salamlaşmışdır. O, Sevil xanıma bildirmişdir ki, Masazır qəsəbəsində işi vardır, 1 saat onlarda qalıb sonra gedəcəklər. Sevil xanım isə buna etirazı etməyərək onları həyətə dəvət etmiş, özü isə çay hazırlamaq üçün evə getmişdir. Həmin müddət ərzində o, Təqsirləndirilən şəxs2la birlikdə avtomobildə saxladıqları içərisində narkotik vasitələr olan kisələri götürüb Sevil xanımın yaşadığı evin həyətinə gətirmişlər. Belə ki, kisələrdən birini o özü, digərini isə Təqsirləndirilən şəxs2 həyətə gətirmişdir. Həyətdə kisələrdən birini açmışlar, kisənin içərisində "nəşə” və "patı” kimi adlandırdıqları narkotik vasitələr olduğunu görmüşlər. O, içərisində “patı” olan bağlamadan birini açmış və oradan bir bağlama özünə götürüb cibinə qoymuşdur. Sonra o, həmin vaxtı iranlı “Babək” adlı şəxsə görüntülü zəng etmiş və yerə boşatdığı narkotikləri ona göstərmişdir. “Babək” adlı şəxs isə ondan xəbər gözləməsini və məlumat verdikdən sonra narkotik vasitələrin müəyyən yerlərə qoyulmasını və bu barədə ona məlumat verilməsini tapşırmışdır. Onlar içərisində narkotik vasitə olan kisələri həyətdə gətirən zaman Sevil xanımın bundan məlumatı olmamış, həmin vaxtı Sevil xanım çay hazırlamaq üçün evdə olmuş və çay hazırladıqdan sonra pəncərədən onlara vermişdir. Bundan sonra onlar bağlamaları kisəyə yığaraq evin həyət hissəsində giriş qapısından sol tərəfdə yerləşən balaca qapısı olan zirzəmiyə qoyub “Babək” adlı şəxsdən xəbər gözləməyə başlamışlar. Həmin ərəfədə təxminən saat 23:30 radələrində onlar küçəyə çıxıb narkotik vasitələri qoymaq üçün uyğun bir yer tapmaq məqsədilə əraziyə baxmağa başlamışlar. Həmin vaxtı evin yaxınlığında olduqları zaman onlar polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs2 da Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki boz rəngli şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefon və üzərindəki nömrəsi silinmiş “Leobanka” məxsus bank kartı aşkar olunmuşdur. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və maddənin 16 qram çəkidə olduğu məlum olmuşdur. Həmin kütlə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon və bank kartı polis əməkdaşları tərəfindən götürülmüşdür. O, verilən suallara cavab olaraq üzərindən aşkar olumuş psixotrop maddənin İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxs tərəfindən ona göndərildiyini, həmin şəxsin göndərdiyi narkotik vasitələri xx.xx.2024-cü il tarixdə gizlədilən yerdən götürüb müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, birlikdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün “Babək” adlı şəxsin ona 1.000 manat pul verəcəyini, "Babək” adlı şəxslə sosial şəbəkədə tanış olduğunu, bundan əvvəl bir neçə dəfə “Babək” adlı şəxsdən özü istifadə etmək üçün narkotik vasitə aldığını, üzərindən aşkar edilmiş psixotrop maddədən əlavə Abşeron rayonun ərazisində yaşayan qohumuna məxsus evin həyətində külli miqdarda narkotik maddələr saxladığını, həmin ünvanda saxladığı narkotik maddələri də təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədi ilə onunla hər hansı əlbirliyinin olmadığını, üzərində və qohumuna məxsus olan ünvanda narkotik maddələr saxlamasından Təqsirləndirilən şəxs2 məlumatının olmadığını qeyd etmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra o, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Abşeron rayonu, Masazır qəsəbəsi, X25 küçəsi, ev 12A ünvanına gəlmişlər. Həmin vaxtı evdə Sevil xanımın oğlu X16 olmuşdur. Orada ona təklif edilmişdir ki, evdə gizlətdiyi narkotik vasitələri təqdim etsin. Bu təklifdən sonra o, həmin evin həyətində giriş qapısından sol tərəfdə yerləşən zirzəmidə gizlətdikləri içərisində narkotik vasitələr olan 02 ədəd polietilen torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbalar açıldıqda içindən 02 ədəd bağlamada narkotik vasitə heroin, 02 ədəd bağlamada psixotrop maddə metamfetamin, 19 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana, 990 ədəd metadon həbi və 1 ədəd maye qabında metadon suyu aşkar olunmuşdur. Sonra həmin maddələr polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və kisələrə yığılaraq qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra həmin ünvana baxış keçirilməsi davam etdirilmiş, lakin hər hansı qanunsuz əşya, predmet və maddələr aşkar edilməmişdir. Bundan sonra yenidən Baş İdarəyə qayıdılmış, evə keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadəsində üzərindən və qohumu Sevil xanımın yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin “Babək” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri və psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəs ərazisində gizlədildiyi yerdən gedib götürdüklərini, narkotik vasitələrin və psixotrop maddənin Xocasən qəsəbəsində onların götürdükləri yerə kimlər tərəfindən qoyulduğunu və eləcə də həmin narkotik vasitələri və psixotrop maddənin sonradan qoyacağı ünvanlardan kimlərin gəlib götürməsi barəsində heç bir məlumatının olmadığını, o, yalnız narkotik vasitələri və psixotrop maddənin qoyacağı ünvanın fotoşəkillərini çəkib və konumunu mobil telefon vasitəsi ilə “Babək” adlı şəxsə göndərəcəyini, sonradan həmin maddələrin kimlər tərəfindən götürüləcəyini bilmədiyini, birlikdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün “Babək” adlı şəxsin ona 1.000 manat pul verəcəyini, birlikdə Xocasən qəsəbəsinə gedib narkotik vasitələri götürməkdə ona köməklik etdiyi üçün tanışı Təqsirləndirilən şəxs2 200 manat pul verəcəyini, şəxsi axtarış zamanı və eləcə də izahatında tanışı Təqsirləndirilən şəxs2 müdafiə edərək sonuncunun aşkar edilmiş narkotik vasitələrdən və psoxotrop maddədən məlumatsız olduğununu bildirdiyini, Sevil xanımın və onun ailə üzvlərinin yaşadıqları evin həyətində narkotik vasitələr gizlədilməsindən məlumatlarının olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünündə polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir. Bundan başqa 05 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan olunan zaman o, həmin tarixdə istintaqa verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, 3-4 ilə yaxın müddətdir narkotik vasitə olan qurudulmuş marixuana qəbul etdiyini, 10 aprel 2024-cü il tarixdə saat 19 radələrində tanışı İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsin ona zəng edərək Xocasən qəsəbəsi ərazisində 30 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana qoyulduğunu və gedib həmin narkotik vasitəni götürməsini təklif etdiyini, “Babək” adlı şəxsin təklifi ilə razılaşaraq həmin günü taksi fəaliyyəti ilə məşğul olan tanış Təqsirləndirilən şəxs2la birlikdə həmin ünvana gəldiyini və orada işıq dirəyinin altında deyiləndən artıq çəkidə 02 ədəd torbada narkotik vasitələr qoyulduğunu görüb 9 həmin narkotik vasitələri götürməyərək oradan uzaqlaşdığını, üzərindən və qohumu Sevil xanımın yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və dərman həblərinin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar olaraq tanımış, onlarla hər hansı ədavət və düşmənçiliyi yoxdur. Rəşad adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə İdarəyə məlumat daxil olmuşdur. Rəşad adlı şəxs tərəflərindən müəyyən edilərək BNMİ-yə gətirilmişdir. İdarədə Rəşadın üzərinə baxış keçirilərkən onun üzərindən 1 büküm narkotik vasitə aşkar olunmuşdur. Daha sonra isə Rəşad qohumunun evində narkotik vasitə saxladığını etiraf etmişdir. Rəşadın qohumunun evinə baxış keçirildi və qohumunun evindən narkotik vasitələr – marixuana, metamfetamn, heroin, metadon həbləri və metadon suyu aşkar edilərək götürülmüşdür. Rəşad həmin vaxt tək deyilmiş, yanında Ağakərim də olmuşdur. Onlar ikisini də BNMİ-yə aparmışlar. Rəşad Ağakərimin narkotik vasitələr ilə heç bir əlaqəsinin olmadığını, Ağakərimin sadəcə yanında olduğunu demişdir. X18 şahid qismində aparmışlar. Təqsirləndirilən şəxslərə heç bir fiziki və psixoloji təzyiq göstərilməmişdir. Evə baxış onun qohumlarının yanında keçirilmiş və narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Narkotik vasitələrin çəkisini xatırlamamışdır. Əməliyyat tədbiri onlar tərəfindən keçirilmişdir. Əməliyyat qrupu 3 nəfər tərkibdən ibarət olmuşdur. Narkotik vasitələrin aşkar olunduğu ünvanı dəqiq xatırlamamışdır. Rəşad və Ağakərim hər ikisi piyada hərəkət etmişlər. Polis əməkdaşları həyətdə qalmamışdır. 3 nəfər polis əməkdaşı tədbirdə iştirak etmişdir. Onlar həm İdarəyə, həm də evə getmişlər. Onlar Ağakərimin maşınını görməmişlər. Narkotik vasitələrin çəkisini xatırlamamışdır. Zirzəmidən 2 kisə narkotik vasitə aşkar olunmuşdur. Marixuana 19 bağlama olmuşdur. Rəşadın üzərinə baxış keçirilərkən ondan narkotik vasitə aşkar olunmuş, lakin Ağakərimdən aşkar olunmamışdır. Onlar Rəşad və Ağakərimi saxlayan zaman, onlar piyada halda küçədə olmuşlar. Onlar baxış keçirtdikləri evdən 150-200 metr aralıda olmuşlar. Telefonlara onlar baxış keçirtməmişlər. Telefonlara istintaq zamanı baxış keçirilmişdir. Onlar qapının ağzında saxlanılmamışdır. Onlar tədbirdə 3 nəfər olmuşlar. Onların əlindən mobil telefonları alınmamışdır. Rəşadın üzərinə saxlanıldığı yerdə deyil, İdarədə baxış keçirtmişlər. Mənzilə baxış keçirilərkən Ağakərimdə onlarla aparılmışdır. Təqsirləndirilən şəxslər saxlanılarkən onlara hər hansı müqavimət göstərməmişlər. Çəkiliş Şahid1 tərəfindən aparılmışdır. Bəlkə də, əməliyyatı Şahid1 təşkil etmişdir. Təqsirləndirilən şəxslər barəsində əvvəllər onlarda hər hansı məlumat olmamışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Rəşad adlı şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. O, əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. xx.xx.2024-cü il tarixdə Rəşad adlı şəxsi Ağakərim adlı şəxslə birlikdə Masazır qəsəbəsində saxlamışlar. Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Rəşad adlı şəxsin üzərinə baxış zamanı üzərindən metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Daha sonra Masazır qəsəbəsində yerləşən mənzilinə baxış zamanı mənzilində narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Əməliyyat qrupuna özü, Şahid2 və İlkin adlı şəxs daxil olmuşdur. Əməliyyata Şahid2 rəhbərlik etmişdir. Şəxslər saxlanılarkən hər hansı bir təzyiq edilməmişdir. Şəxsləri onlar piyada hərəkət edən zaman saxlamışlar. Rəşadın üzərindən narkotik aşkar olunmuşdur. Şahid2 məlumat daxil olmuşdur. Həmin məlumat əsasında da mənzilinə baxış keçirmişlər. Eyni zamanda Rəşad özü qohumunun evində narkotik olduğunu səmimi şəkildə etiraf etmişdir. Şəxsin mənzilində narkotik olması barədə məlumat Şahid2 olmuşdur. Rəşad adlı şəxsin narkotiklərin külli miqdarda dövriyyəsi ilə məşğul olması barədə məlumat olmuşdur. Masazırda qohumlarının evinə getmişdir. Evdə Əliyulla adlı şəxs olmuşdur. Başqa heç kim olmamışdır. Elə onun iştirakı ilə mənzilə baxış keçirmişlər. Bibisinin evində bibisi, onun yoldaşı və bibisinin qardaşı olmuşdur. Polis əməkdaşları 10 nəfər tərkibdə evə daxil olmuşlar. Bibisinin telefonunu əlindən almışlar. Başqa heç kim olmamışdır. Saat 23:30 radələri olmuşdur. Masazır ərazisində yerləşən küçələrin birində saxlamışlar. Şəxsin yaşadığı mənzilə yaxın olub-olmadığını dəqiq bilməmişdir. Şəxslər piyada hərəkət etmişlər. İki nəfər olmuşlar. Təqsirləndirilən şəxs1 üzərindən narkotikə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən qeyri-qanuni bir əşya aşkar olunmamışdır. Yaxınlaşandan sonra özlərini təqdim etmişlər. İnzibati binaya dəvət etmişlər. Daha sonra idarədə çəkiliş olunmuşdur. Ondan sonra evə baxışa getmişlər. Şəxslərə qarşı hər hansı onlar təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs özü könüllü şəkildə etiraf etmişdir. Şəxsi onlar piyada hərəkətdə olarkən saxlamışlar. Narkotik vasitə şəxsin üzərindən aşkar olunmuşdur. Şəxsin dediyi kimi şəxslə hər hansı formada razılaşma olmamışdır. Onlar qanuni formada öz işlərini görmüşlər. Nəsə başqa bir hal olmamışdır. O, videoçəkilişlə aparılmış bütün istintaq hərəkətlərində iştirak etmişdir. İranlını tutmaq üçün təqsirləndirilən şəxslə razılaşmaq kimi bir hal olmamışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Şəxslərə qarşı hər hansı bir təzyiq olmamışdır. Şəxslər onlara müqavimət göstərməmişlər. Yerində çəkilişlərə onlar aprel ayından sonra başlamışlar. İndi isə hər bir şəxsin tutulduğu yer üzrə çəkiliş aparırlar. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 10 aprel 2024-cü il tarixində saat 23:30 radələrində Rəşad və Ağakərim adlı şəxs tərəflərindən Abşeron rayonu Masazır qəsəbəsi ərazisində saxlanılmışdır. Şəxslər piyada hərəkətdə olarkən saxlanılmışdır. Ondan sonra Baş İdarəyə dəvət edilmişdir. Baş İdarədə Rəşadın üzərinə baxış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümün çəkisi ölçüldükdə 16 qram olduğu müəyyən edilmişdir. Həmin bükümün metamfetaminə bənzər kütlə olduğunu güman edərək ekspertizaya göndərmişlər. Ağakərim adlı şəxsin üzərinə baxış keçirilmiş lakin şəxsin üzərindən qeyri qanuni əşya aşkar edilməmişdir. Həmin bükümün haradan əldə etməsi Rəşadın özündən soruşulduqda Xocahəsən qəsəbəsindən əldə etdiyini demişdir. Babək adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Həmin narkotiki isə 1000 manat pulun qarşılığında Babək adlı şəxsin dediyi yerə atacağını demişdir. Rəşaddan Ağakərim adlı şəxsin bu işlə əlaqəsi olub-olmadığını soruşmuşlar. Ağakərim adlı şəxsin bu işlə əlaqəsi olmadığını bildirmişdir. Rəşad adlı şəxsdən başqa bir ərazidə narkotik olub-olmadığı soruşulduqda Masazır qəsəbəsi ərazisində qohumunun evində narkotik olduğunu demişdir. Qohumunun yaşadığı mənzilə getmişdir. Həmin narkotiki çəkilişlə şəxs təqdim etmişdir. Təqdim etdiyi torbalara baxılarkən içərisindən 20 ədəd marixuanaya bənzər kütlə, 990 ədəd metadon həblərin aşkar edilməsi yaddaşında qalmışdır. Bir bağlamada heroinə bənzər kütlə də aşkar edilmişdir. Digər bir bağlamada isə 1 kiloqramdan yuxarı metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin bükümləri haradan əldə etdiyini mənzildə olarkən təkrar soruşanda Babək adlı şəxsdən əldə etdiyini demişdir. Masazırda yerləşən qohumuna məxsus olan evdə Eynulla adlı qohumu olmuşdur. Başqa bir şəxsin olması onun yadına gəlməmişdir. Başqa bir şəxs olmamışdır. Əməliyyat məlumatı Rəşadla bağlı daxil olmuşdur. Ağakərimlə bağlı məlumat daxil olmamışdır. Şəxsi saxlayan zaman orada iştirak etmişdir. Daha sonra çəkilişdə iştirak etmişdir. Şəxsi evinin yaxınlığında saxlamışlar. Yusifbəyli küçəsinin yaxınlığı olmuşdur. Ev 12 a ünvanında çöldə olarkən saxlamışlar. Şəxsi saxlayan zaman heç bir müqavimətlə qarşılaşmamışlar. İdarədə olarkən şəxsin üzərindən narkotik aşkar edilmişdir. Şəxsləri saxlayandan sonra İdarəyə dəvət etmişlər. İdarədə üzərlərinə baxış keçirilmişdir. Rəşadın üzərindən narkotik aşkar edilmişdir. Şəxslərin saxlanıldıqları yerdə üzərlərinə baxış keçirməmişlər. İdarədə olarkən narkotiki təhqiqatçıya təqdim etmişdir. Həmin büküm metamfetaminə bənzər kütlə olmuşdur. 16 qram çəkidə olan narkotiki Rəşad özü təqdim etmişdir. Ağakərimin üzərində narkotik vasitə olmamışdır. Ağakərimin üzərindən nə çıxdığı onun yadına gəlməmişdir. Yəqin ki, şəxsin üzərində telefon və pul olmuşdur. İranlını tutmaq üçün üzərində metamfetamin gəzdirməsi deyilən bir hal olmamışdır. Bu formada təqsirləndirilən şəxslə razılaşmaları olmamışdır. Məhz Təqsirləndirilən şəxs1la bağlı əməliyyat məlumatı daxil olmuşdur. Şəxsi saxlayarkən onlara hər hansı onlar müqavimət göstərməmişlər. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs1 onun əmisi qızının oğludur. Onun balaca oğlu əsgərlikdən gəlmişdir. Rəşad ona “oğlunu görməyə gələcəm” demişdir. Amma ona nə vaxt gələcəyi barədə məlumat verməmişdir. Axşam üstü gəlmişlər və qapını döymüşlər. O da qapını açmışdır. İçəri gəlmişdir. Nurlanı görmək istəmiş və o da burada olmadığını demişdir. Qardaşının yanında olduğunu demişdir. Ona kömək etmək məqsədi ilə getdiyini demişdir. Ondan çay istəmişdir. Onu otaqda qoyaraq yuxarı mərtəbəyə qalxmışdır. Üzərindən heç beş dəqiqə keçməmiş polislər gəlmişdir. Birdən-birə evə girmişlər. Nə olduğunu onlardan soruşmuşdur. Birinci ona avtoqəza olduğunu demişlər. Yoldaşını və xəstə qardaşını yuxudan oyatmışlar. Telefonları da almışlar. Çölə çıxmağa da icazə verməmişlər və nəticədə bir otaqda oturmuşlar. Ona qədər o heç bir şey görməmişdir. Heç ona qapıdan o tərəfə boylanıb baxmağa icazə verməmişlər. Rəşad onlara tez-tez gəlməmişdir. Onu uzun müddət görməmişdir. Təqsirləndirilən şəxs2lə birlikdə onlara gəlmişdir. Rəşad onlara gələndə əlində heç bir şey olmamışdır. O heç bir şey görməmişdir. Ondan çay istəmişdir. Həmin ev şəxsi olaraq onlara məxsusdur. Onun qardaşı xəstə olduğuna görə həmişə qapıları bağlı olmuşdur. O, evdə olmadığı müddət ərzində Rəşad onlara gəlməmişdir. Evin açarı Rəşadda yoxdur. Onun özündən başqa kimdəsə evin açarı olmamışdır. Elə bir tonla evə girmişlər və telefonu əlindən almışlar ki, onlardan nəsə soruşa bilməmişdir. Mülki geyimdə olmuşlar. Həmin şəxslə avtoqəza ilə bağlı gəldiklərini demişlər. Onun oğlu həmin gün işdə olmuş və gecə evə gəlmişdir. O, otaqda əyləşmiş və ona pəncərədən baxmağa imkan verməmişlər. Oğlu gələndən sonra telefonunu özünə qaytarmışlar. Telefonu oğluna qaytarmışlar və telefonu ona oğlu vermişdir. Polislərin sayını dəqiq bilməmişdir. Sayca çox olmuşdur. Polisin biri onlarla otaqda dayanmışdır. Evin içərisinə girmişlər. Təxminən saat 22:00 radələri olmuşdur. Hava qaralmışdır. Rəşadla Ağakərim onlara gələndə axşamüstü olmuşdur. İçəri girəndə onların əlində heç bir şey görməmişdir. Onlara çayı süzüb yuxarı qalxmışdır. Üç saat sonra Rəşadı gətirmişlər. Onları çölə çıxarmışlar. İkinci dəfə gələndə yanlarında təkcə Rəşad olmuşdur. Həmin gün bütün günü evdə olmuşdur. Sonradan oğlu evə gəlmişdir. Həyətin qarşısında qonaq otağıdır. Qonaq otağından girən kimi mətbəx yerləşmişdir. Rəşadla Ağakərimin əlində torba olmamışdır. Oğlunu görmək üçün gəldiyi günə qədər o Rəşadın üzünü görməmişdir. Rəşad şəhərdə yaşayırmış. Axrıncı dəfə səkkiz ay əvvəl onlara gəlmişdir. Polislər gələndə saat gec olmuşdur. Onlara çay süzüb içəri keçdikdən sonra beş dəqiqə içərisində polis gəlmişdir. Kinoya baxmaq üçün televizoru yandırmışdır. Elə həmin an polis əməkdaşları içəri girmişlər. Rəşad və Ağakərim heç onlar üçün süzdüyü çayı belə içməmişlər. Rəşad və Ağakərimdən sonra nəsə soruşmaq imkanı olmamışdır. Sonradan onun oğlu evə gəlmişdir. Onu darvazadan kənara çıxarmışlar və həmin an çıxanda əllərində sellofan görmüşdür. Hardan çıxdığını görməmişdir. Polislərin nəsə çıxardıqlarını görmüşdür. Pilləkəndən sonra mətbəx və qonaq otağıdır. Ona aşkar olunan əşyanın zirzəmidən aşkar olunduğunu demişlər. Polis əməkdaşları qapını döyəndə özü qapını açmışdır. O, həmişə qardaşına görə darvazanı bağlı saxlamışdır. Qardaşı xəstədir. Qardaşının hasardan çölə tullanmaq imkanı yoxdur. Bir dəfə onu izahat vermək üçün çağırmışlar. Orada ona təzyiq olunmamışdır. Necə olubsa elə yazmışlar. İfadəni onun üçün oxumuşlar. Sonradan da imzalamışdır. İfadəsində qeyd etdiyi taksi epizodu olmuşdur. Polislər sonradan Rəşadı harasa aparmışlar. Onun görməmək ehtimalı olmuşdur. O, Rəşad və Ağakərim üçün darvazanı açmışdır. Evə dəvət etmişdir. Çay süzmək üçün evə getmişdir. Həmin müddət ərzində isə onların yanında olmamışdır. O, şəxslərin həyətdə nə etdiklərini görməmişdir. Çay verdikdən sonra da yanlarından ayrılmışdır. Evdən həyətə baxan iki pəncərə vardır. Onları evə dəvət etmiş, lakin onlar gəlməmişlər. O da kinoya baxmağa getdiyini onlara demişdir. Şəxs yanında Ağakərim olduğuna görə evə qalxmamışdır. O, evdə olduğu müddət ərzində onların darvazadan çıxa bilmələrini görməyə imkanı olmamışdır. Şahid X10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, X25 küçəsi, ev 12A ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 onun əmisi qızının oğludur. Rəşadın atası uşaq vaxtı rəhmətə getdiyi üçün o, sonradan uzun müddət onların evində yaşamışdır. Hazırda da onun və ailə üzvlərinin Rəşadla yaxın münasibəti vardır. O, həmişə onlara gəlib onunla maraqlanmışdır. 10 aprel 2024-cü il tarixdə gecə vaxtı saat 22:00-23:00 radələrində yaşadığı ünvan 7 ünvanında olduğu zaman evin giriş qapısının döyüldüyünü eşidib, gedib qapını açmış və qapının qarşısında Təqsirləndirilən şəxs1 və bir nəfər tanımadığı şəxsin olduğunu görmüşdür. Rəşad onunla salamlaşmış və onları evin həyətinə dəvət etmişdir. Rəşad yanında olan oğlanla birlikdə həyətə gəlmiş və sonra Rəşad tanışlıq vermişdir, bundan sonra onun yanında olan oğlanı üzdən tanımışdır. Həmin oğlanın adını bilməsə də, onun əvvəllər yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində taksi kimi fəaliyyət göstərdiyini xatırlamışdır. Rəşad ondan təzə əsgərlikdən gələn oğlu Nurlanı soruşmuş və o da Nurlanın evdə olmadığını bildirmişdir. Rəşad ona Nurlanı görməyə gəldiyini və Nurlan evdə olmadığı üçün çay içib gedəcəklərini bildirmişdir. O da onları evə dəvət etmişdir, lakin Rəşad yanında başqa adam olduğu üçün evə gəlmək istəməmiş və çayı həyətdə içib gedəcəklərini bildirmişdir. O, evə gedib çay hazırlamış və təxminən 15-20 dəqiqədən sonra çayı pəncərədən Rəşada vermiş, özü isə həyətə çıxmamışdır. Rəşad ona “narahat olmayın, biz çayı içib gedəcik” demişdir. Bundan təxminən 10 dəqiqə sonra həyətə baxanda Rəşadı və yanında olan tanışını orada görməmişdir. Sonradan ona məlum olmuşdur ki, Rəşad həmin gecə onlara gələn zaman yaşadığı evin həyətində yerləşən zirzəmidə 02 ədəd kisədə narkotik vasitələr gizlədib saxlamış və sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Polis əməkdaşları yaşadıqları evin həyətinə gəlib videoçəkiliş edərək həmin narkotik vasitələri aşkar etmişlər. Təqsirləndirilən şəxs1 10 aprel 2024-cü il tarixdə gecə vaxtı yaşadıqları evə narkotik vasitələr gətirib gizlətməsindən və saxlamasından onun və eyni zamanda digər ailə üzvlərinin heç kimin məlumatı olmamışdır. Rəşad və yanında olan tanışı həmin gecə onların evə gəlib həyətdə olduqları zaman onun özü və ailə üzvlərindən heç kim həyətdə onlarla birlikdə olmamışdır. Onlar evin həyətində tək qalıb onun çay verməyini gözləmişlər. Həmin vaxtı Rəşadın yanında olan tanışı ilə birlikdə evin həyətində nə işlə məşğul olmasını görməmiş və bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 16 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 16 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 16 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixolrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 10 aprel 2024-cü İİ tarixdə, saat:23:30 dəqiqədə Abşeron rayonu, Masazır kəndi. X25 küçəsi ev:12A ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, yanında olan tanışı Təqsirləndirilən şəxs2 isə Baş İdarəyə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, 10 aprel 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq BNMİ-nə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı ondan bir ədəd bükümdə 14,163 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, X25 küçəsi, ev 12A ünvanına baxış zamanı 19 kq 250 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 kq 770 qram çəkidə heroin, 990 ədəd metadon həbi, 80 ml həcmində metadon məhlulu və 01 kq 330 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması haqqında 11 aprel 2024-cü il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskdən müəyyən olunur ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 aprel 2024-cü il tarixdə saat 23:30 radələrində ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq DİN-in BNMİ-nin inzibati binasına gətirilmişlər və orada 11 aprel 2024-cü il tarixdə saat 01:20-dən etibarən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki boz rəngli şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan büküm, şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefon və 01 ədəd bank kartı aşkar olunmuşdur. Aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan büküm, Təqsirləndirilən şəxs2 məxsus olan “Redmi” markalı mobil telefon və bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə prosesi 11 aprel 2024-cü il tarixdə saat 01:30-da başa çatmışdır. Evə baxış keçirilməsi və götürmə haqqında 11 aprel 2024-cü il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskdən müəyyən olunur ki, 11 aprel 2024-cü il tarixdə saat 02:50-dən etibarən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və onun qohumu Əliyulla Talıbovun razılıqları və iştirakları ilə sonuncunun yaşadığı ünvan 7 ünvanına baxış keçirilmiş və baxış zamanı evin həyətyanı hissəsində giriş qapısından sol tərəfdə yerləşən zirzəmidə olan 02 ədəd torbadan içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 19 ədəd bağlama, içərisində narkotik-vasitə heroinə oxşar maddə olan 02 ədəd bağlama, içərisində psixotrop maddə metamfetamin oxşar maddə olan 02 ədəd bağlama, 990 ədəd narkotik vasitə metadon həbi və 01 ədəd plastik qabda narkotik vasitə metadon məhluluna oxşar məhlul aşkar edilərək polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Evə baxış və götürmə prosesi 11 aprel 2024-cü il tarixdə saat 03:20-də başa çatmışdır. 11 aprel 2024-cü il tarixli 3-16-16/2-7/560 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik torbada ümumi sayı 19 (on doqquz) ədəd skotçlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkikləri 1065,0 qram, 950,0 qram, 1005,0 qram, 1335,0 qram, 1075,0 qram, 1050,0 qram, 1060,0 qram, 1040,0 qram, 860,0 qram, 1050,0 qram, 1025,0 qram, 1025,0 qram, 1015,0 qram, 1045,0 qram, 1040,0 qram, 965,0 qram, 990,0 qram, 1000,0 qram, 655,0 qram, ümumi çəkisi 19 kq 250 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. 11 aprel 2024-cü il tarixli 3-16-16/2-6/1978 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyinə əsasən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd zərfdə və bir ədəd sintetik torbada olan - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 14,163 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sintetik torbanı açdıqda içərisindən iki ədəd bağlamada ayrıayrılıqda təmiz çəkisi 870,0 qram, 900,0 qram ümumi təmiz çəkisi 1770,0 qram açıq qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Digər iki ədəd bağlamada ayrı- ayrılıqda təmiz çəkisi 340,0 qram, 990,0 qram ümumi təmiz çəksi 1330,0 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - təqdim olunmuş ümumi sayı 990 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 39,6 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. - bir ədəd plastik qabda 80 ml həcmində məhlul - kustar üsulla hazırlanmış sintetik narkotik vasitə - metadon məhluludur və həmin məhlulda metadonun quru maddəsinin təmiz çəkisi 0,08 qramdır. - təqdim edilmiş 3 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2024-cü il tarixli 3938 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı Kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 13 may 2024-cü il tarixli 3231 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Kannabioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş, ona məxsus üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd “Redmi Xiaomi” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış zaman mobil telefonun “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Babekk” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +**********85 mobil nömrənin istifadəçisi ilə əvvəllər Təqsirləndirilən şəxs1 arasında yazışmaların aparıldığı, lakin Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində olan məlumatlar 24 saatdan sonra avtomatik silinmə rejiminə qoyulduğundan “Söhbətlər” bölməsində olan yazışmaların silindiyi müəyyən edilmişdir. Bundan başqa mobil telefonun yaddaşına baxış keçirilən zaman mobil telefonun “Qalereya” bölməsində “Babek” adlı şəxslə Təqsirləndirilən şəxs1 arasında olan “Whatsapp” yazışmalarının ekran görüntüsünün fotoşəkilləri aşkar edilmişdir. Həmin şəkillərdən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə yazışmalar və danışıqlar aparılmışdır. Yazışma zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 22:58-də İran İslam Respublikasının vətəndaşı “Babək” adlı şəxsə 02 ədəd rəngli kisə fotoşəkilləri göndərmişdir. İstintaq zamanı ifadəsi alınmış Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri qohumu X5 evinə gətirdikdən sonra orada həmin maddələrin şəkillərini çəkərək “Babək” adlı İran İslam Respublikasının vətəndaşına göndərdiyini bildirmişdir. X14 yaşadığı ünvan 7 ünvanına baxış keçirilən zaman aparılmış videoçəkilişdən görünür ki, içərisindən narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş kisələr ilə Təqsirləndirilən şəxs1 tərəfindən “Babək” adlı şəxsə “Whatsapp” proqramı vasitəsilə göndərilən fotoşəkillərdə olan kisələr eynilik təşkil edir. Bundan başqa telefonun yaddaşında xx.xx.2024-cü il tarixdə çəkilmiş elektron tərəzinin fotoşəkillərinin olduğu müəyyən edilmişdir. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki , diskdə ***-***-**-** və 055- 890-78- 21 saylı mobil telefon nömrələri ilə aparılmış danışıqlara aid 01 ədəd faylın içərisində 07 ədəd qovluq vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilərək müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə müxtəlif nömrələr arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aşağıdakı məzmunda yazışmalar aparılmışdır: xx.xx.2023-cü il tarixdə saat 18:34:27-də +**********44 nömrədən +**********80 nömrəyə - “1 list m40 + 1 dene torpaq 97 manat edir” məzmunda sms göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:05:16-da +**********44 nömrədən +**********68 nömrəyə - “Brat mb yoxdu yığıram ac hardasan temadan uşaqda var gelir bir dənə komeyliy ele 2-3 dənə cet versin” məzmunda sms göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:18:16-da +**********44 nömrədən +**********08 nömrəyə - ‘‘Pul düzəld Həsənlə danışmışam seni qoşacam ona, onla işivi rahat göresen 2-3 dəfə işdeyenden sora deyecem nisyede verecek hem de Həsəndə güldə var m40 da ha” məzmunda sms göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:08:44-də +**********44 nömrədən +**********08 nömrəyə - ‘‘Qaqa bu tema vur tulladir bunu qaytar özünə onun əlində qalacaq” məzmunda sms göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:22:06-da +**********44 nömrədən +**********08 nömrəyə - “Qaqa bunu duzeldirem sen pulu atdir kola var əlasından pulu vurub srazuda gedirem ünvana mene xəbər de” məzmunda sms göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:13:41-də +**********44 nömrədən +**********14 nömrəyə - “Qaqa bir dene tez at 50014715 leo, gözduyur sənin temanida danişdim 1 saat vurarsiz pulu” məzmunda sms göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:01:53-də +**********44 nömrədən +**********60 nömrəyə - “Salam yetka necesen meni yiğ, burdakı qara maldi yetim tiryekli” məzmunda sms göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:00:54-də +**********44 nömrədən +**********55 nömrəyə - “4-5 quru tema götürərəm sene 30, 10 dəq düzəlir isteyirsense bidene tez de” məzmunda sms göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:34:38-də +**********44 nömrədən +**********60 nömrəyə “Evdeyem danışa bilmirem pizdes tema var seherde uşaqda deyir 5 tustu qoyursan taska verir” məzmunda sms göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 03:31:39-da +**********44 nömrədən +**********42 nömrəyə - “Qaqa pul zad dese denen yoxdu dedim ona ki gotrub sene cet verecem” məzmunda sms göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 05:18:10-da +**********64 nömrədən +**********44 nömrəyə - “Qaqas dermanin bir listinini götürsəm necye alinar” məzmunda sms göndərilmişdir. Cinayət işinin istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına cavab məktubunda qeyd edilmişdir ki, daxil olmuş ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilsə də, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la əlbir olması, onların birlikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əlavə məlumatlar əldə edilmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilən narkotik vasitələri və psixotrop maddələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Babək” ləqəbli şəxsin sifarişi ilə əldə etdikləri və pul müqabilində həmin şəxsin deyəcəyi yerlərə qoymaq və ya deyəcəyi şəxslərə vermək məqsədi ilə saxladıqları müəyyən edilmiş, eləcə də onların narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə əlavə əməliyyat məlumatı əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamaları, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, İran İslam Respublikası vətəndaşlarının, o cümlədən “Babək” ləqəbli şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Fəxri Fərman”ın və medalların vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 44 günlük vətən müharibəsində iştirak edərək “Cəbrayıl azad olunmasına görə”, “Zəngilan azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan hərbi biletin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 atası X3 birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Cinayət işinin materiallarında olan hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 babası Təqsirləndirilən şəxs2 X22 iştirakçısı olmuşdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı iki azyaşlı övladları vardır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2010-cu il təvəllüdlü X12 adlı bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Klinik Psixiatriya Xəstəxanası PHŞdan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişlər. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 5(005)-1046/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş "xxxx" MMC-yə məxsus ***-***-**-** və “Bakcell" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrələrinə, Təqsirləndirilən şəxs2 isə istifadəsində olmuş "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsinə 01 avqust 2023-cü il tarixdən 11 aprel 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrələrin pardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən məlumatlar “Bakcell" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 5(012)-433/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru, Şahid1 tərəfindən qəbul edilmiş edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi polis general mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə qərarına əsasən xx.xx.2025-ci il tarixdə “Bakcell" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatları və daxil olan, çıxan zəglər araşdırılmışdır. Üzləşdirmə haqqında protokol və ona dair video görüntülər olan disk araşdırılmış və təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı bildirdikləri ifadələr tətqiq edilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-490/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola və ona dair qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-489/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 16 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə 10 aprel 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş, yanında olan tanışı Təqsirləndirilən şəxs2 isə Baş İdarəyə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, qohumunun mənzilinə baxış zamanı narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, narkotik vasitə heroinə bənzər kütlə, həb, məhlulu və psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş və həmin narkotik maddə və psixotrop maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə və qohumunun mənzilinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı, cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq təqsirləndirilən şəxs qismində cəlb edilməsi zamanı və ondan sonra aparılmış hüquqi prosedurlar zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin özərini təqsirli bilməməli ilə əlaqədar məhkəmə istintaqı zamanı bildirdiklərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxslər ibtidai istintaq orqanı tərəfindən fiziki və psixi təsirə məruz qaldıqlarını bildirmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona bir neçə şillə zərbəsi vurulduğu üçün xəsarətinin olmadığını, ancaq ona qohumları ilə əlaqədar psixi təsir göstərildiyini bildirmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs2 psixi təsirə məruz qaldığını bildirmişdir. Məhkəmə sitintaqı zamanı təqsirləndirilən şəxslər psixi təsirə məruz qalmaqlarına əsas verən heç bir sübut məhkəməyə təqdim etməmişlər. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin psixi təsirə məruz qalmalarına dəlalət edən hər hansı bir sübuta rast gəlinməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona məxsus telefonun anten məlumatlarının əldə edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin vəsatətini təmin edərək ona məxsus telefon nömrəsinin anten məlumatlarını əldə etmişdir. Həmin məlumatlara əsasən ibtidai istintaq orqanının təqsirləndirilən şəxslərin saxlanıldıqları yer və vaxta dair cinayət işinin materiallarında qeyd göstərdikləri məlumatlar öz təsdiqini tapmışdır. Bundan başqa anten məlumatlarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 saxlanıldığı vaxta 30 dəqiqə qalmış telefondan istifadə etdiyi aşkar şəkildə müəyyən olunur. Bundan başqa cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanı aparılması barədə rəyə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 narkotik istifadəçisi deyil və nakomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin buna baxmayaraq ona məxsus telefon nömrəsində narkotik vasitələrin dövriyyəsinə əsas verən smslər aşkar edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs onda aşkar edilmiş narkotik vasitələri əslində götürmədiyini, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun qohumunun evinə yerləşdiridiyini bildirsə də, cinayət işinin materiallarında təqsirləndirilən Təqsirləndirilən şəxs1 məxsus telefonda həmin narkotik vasitələrin şəkillərinin olması və həmin şəkillərin onun tutulduğu vaxtdan 30 dəqiqə əvvələ aid olması müəyyən olunur. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs1 evdən aşkar edilmiş narkotik vasitələrin ona aid olmadığını bildirsə də cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə fizikikimyəvi ekspertizasının 3-16-16/2-6/1978 saylı rəyinə əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxsin üzərindən aşakar edilmiş metanfetamin ilə evdən aşkar edilmiş metanfetamin görünüş əlamətlərinı və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bundan başqa məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 heç nədən xəbəri olmaması barədə bildirdiklərini qeyri səmimi verilmiş ifadələr kimi qiymətləndirir və həmin ifadələri uzun müddətdir tanığı dostunu məsuliyyətdən kənarda qoymaq məqsədi ilə verdiyi qənaətinə gəlir. Məhkəmə bu qənaətə gələrkən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri, üzləşmə istintaq hərəkəti aparılan zaman bildirdiklərini və qətimkan tədbiri ilə əlaqədar məsələyə baxılarkən dediklərini əsas götürür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi ilə əlaqədar bildirdiklərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 psixi təsirə məruz qaldığını bildirsə də bu barədə məhkəmə istintaqı dövründə hər hansı bir sübuta rast gəliməmişdir. Həmçinin müdafiə tərəfindən məhkəməyə bu barədə hər hansı bir sənəd təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 şahid qismində, şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində ifadə verərkən pul qarşılığında narkotik vasitələrin dövriyyəsi məqsədilə Təqsirləndirilən şəxs1 dediyi yerə getdiyini bildirmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məsələyə məhkəmədə baxılarkən, 200 manat pul qarşılığında Təqsirləndirilən şəxs1 dediyi yerə gedib içərisində narkotik vasitə olduğunu bildiyi torbaları götürdüyünü və başqa yerə daşıdığını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxslər üzləşdirilərkən Təqsirləndirilən şəxs2, təqsirləndirilən Təqsirləndirilən şəxs1 üzünə qarşı narkotik vasitəni götürmək məqsədilə onunla dediyi yerə getdiyini etiraf etmişdir. Həmin üzləşdirmə istintaq hərəkətinin video görüntülərinə baxılarkən təqsirləndirilən şəxsin hadisələri detallı şəkildə təsvir etdiyi, hətta təqsirləndirilən Təqsirləndirilən şəxs1 tutulmamışdan öncə İran vətəndaşı ilə danışdığını, həmin şəxsin yanında bir uşağın olmasını belə bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 məxsus telefon nömrəsinin məlumatları araşdırılarkən müəyyən olunur ki, sonuncu tutulmamışdan əvvəl telefonla danışmış və internetdən istifadə etmişdir. Məhkəmə şahid X5 ifadəsində göstərdiyi xüsusatlara qiymət verərək qeyd edir ki, şahid Sevil Talıbova təqsirləndirilən Təqsirləndirilən şəxs1 qohumudur və ona görə onun mənafeyinə uyğun ifadə verməsi anlaşılandır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixli və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixli ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı özlərini onlara elan edilmiş ittiham üzrə təqsirli bilməmələri ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı ibtidai istintaq zamanı qeyd olunan tarixlərdə, məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilmələrinə dair ibtidai araşdırma zamanı vermiş olduqları xx.xx.2024-cü tarixli ifadələri isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittihamda qeyd olunan əməlləri törətmələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olması və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun 44 günlük vətən müharibəsində iştirak etməklə “Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad edilməsinə görə” və “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif olunması, həmçinin onun atası X3 birinci Qarabağ müharibəsi iştirakçısı, babası Təqsirləndirilən şəxs2 isə X22 iştirakçısı olması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini o cümlədən barələrindəki yüngülləşdirici halları nəzərə alaraq onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-490/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli 11 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokola və buna dair qərar əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-489/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli 10 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşayış yerləri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdırlar. Məhkəmə ekspertizalarına sərf olunmuş 137 (yüz otuz yeddi) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 68 (altımış səkkiz) manat, 50 (əlli) qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sübutların saxlanılması kamerasına təhvil verilmiş qalıq çəkisi 19 kq 249,05 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 1769,9 qram qalmış narkotik vasitə heroin, qalıq sayı 960 ədəd olan metadon həbi, qalıq həcmi 70 ml qalmış metadon məhlulu, qalıq çəkisi 1344,013 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Redmi Xiaomi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı və 03 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1.1 maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını сiddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. O, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını сiddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 137 (yüz otuz yeddi) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 68 (altımış səkkiz) manat, 50 (əlli) qəpik alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sübutların saxlanılması kamerasına təhvil verilmiş qalıq çəkisi 19 kq 249,05 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 1769,9 qram qalmış narkotik vasitə heroin, qalıq sayı 960 ədəd olan metadon həbi, qalıq həcmi 70 ml qalmış metadon məhlulu, qalıq çəkisi 1344,013 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Redmi Xiaomi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın və 03 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-146/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-146/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver