Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-147/2022 13.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və X2 ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Askər oğlunun, eləcədə də təqsirləndirilən şəxsin özünün iştirakı ilə, xx xxxxxxx 1986-cı ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı olan “Peyman” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib 3.000 manat məbləğində qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb, “Peyman” adlı şəxsin İran İslam Respublikasından satış məqsədi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıq yolu ilə göndərdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilməsinə qabaqcadan vəd verib köməkçilik etməklə və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda 1.047,570 qram çəkidə psixotrop maddə metamfetamini və 270,0 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əvvəlcədən razılaşdıqları kimi 16 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Saray yolunun kənarından götürərək yaşadığı ünvan 2 ünvanına daşıyaraq həmin ünvanda satış məqsədilə plastik qaşıqlardan istifadə edərək hissələrə bölüb elektron tərəzi ilə çəkib bükümlərə ayıraraq, bir ədəd bağlamada təmiz çəkisi 1.025,0 qram, bir ədəd kağız bükümdə 0,470 qram - ümumi təmiz çəkisi 1025,470 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir ədəd bağlamada təmiz çəkisi 270,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, iki ədəd plastik qaşığı və iki ədəd elektron tərəzini bir ədəd sellofan torbada yaşadığı evin mətbəxində saxlamış, xarici görüş əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 1,960 qram, 20,140 qram, - ümumi təmiz çəkisi 22,100 qram olan psixotrop maddə metamfetamini isə iki ədəd bükümdə siqaret qutusunun içərisində əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamaqla özü ilə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış kompleksi 2 saylı evin yaxınlığında daşıyarkən, 31 iyul 2021-ci il tarixdə saat 00:20-də Azərbaycan Respublikası DİN-in Baş Narkotikləıiə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı “Bağçalı evlər” yaşayış kompleksi ərazisində saxlanılıb Abşeron RPİ-yə gətirilərək idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaret qutusunun içərisində saxlayaraq daşıdığı həmiıı külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 1,960 qram, 20,140 qram - ümumi təmiz çəkisi 22,100 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq saat 04:30-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman evin mətbəxində həmin bir ədəd bağlamada təmiz çəkisi 1025,0 qram, bir ədəd kağız bükümdə 0,470 qram - ümumi təmiz çəkisi 1025,470 qram olan psixotrop maddə metamfetamin və bir ədəd bağlamada təmiz çəkisi 270,0 qram kustar üsulla hazırtlanmış narkotik vasitə heroin, üzərində narkotik vasitə heroin izləri olan iki ədəd plastik qaşıq və iki ədəd elektron tərəzi yaşadığı evin mətbəxindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməyərək göstərdi ki, 31 iyul 2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində “Nilay” marketə gedən zaman saxlanılmışdır. Saxlanılmamışdan əvvəl Samir və Nicat adlı şəxslərin nakrotik vasitələrin satışı ilə məşğul olduqları üçün döymüşdür. Buna görə polislər onu tutmuşlar. Belə ki, özü narkotik vasitə istifadəçisi olmamışdır. Həmin vaxt 6 nəfər polis əməkdaşı onun əllərini bağlayıb maşına aparmışlar və həmin narkotik satan şəxsləri döyməsinə görə ona irad bildirmişlər, təzyiq etmişlər və bu təzyiq altında o, özünə məxsus olmayan narkotiklərin onun olmasını etiraf etmişdir. Daha sonra o, qeyd etdi ki, saxlanılrakən üzərində ***-**-** saylı telefon nöməsi olmuşdur. Həmin nörmə ilə “Whatsapp” vasitəsilə İranlı ilə əlaqə saxlamamışdır. Onun telefonunda İran nörməsi olmamış, Peyman adlı şəxsi tanımamışdır. Çəkiliş aparıldıqda isə təzyiq altında narkotik vasitənin onun olmasını demişdir. Bundan başqa, o, qeyd etdi ki, evlidir, iki azyaşlı övladı var, uşaqlarından biri iflicdir və birinci qrup əlildir. Vətən müharibəsi iştirakçısıdır “Vətən uğrunda”, “Laçın və Qubadlının azad olunmasına görə” medalları vardır. Məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanə verdiyi ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 iyul 2021-ci il tarixdə gecə saat təxminən 00:20 radələrində ünvan 3 ünvanının yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını təqdim etmişlər, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Abşeron RPİ-nə dəvət etmişlər. Polis idarəsində onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilərkən ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu halda təqdim etməyi bildirilmişdir. Bundan sonra o əynində olan göy rəngli şalvarının sol yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefonunu, 1 ədəd içərisində 4 manat pul olan pul kisəni, sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd “Nokia” markalı mobil telefonunu, 1 ədəd üzərində 4169-7413-7239-5275 rəqəmləri əks olunmuş plastik kart bank kartını, yaşadığı evin açarını və 1 ədəd siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra, üzərinə şəxsi axtarış keçirilsə də heç nə aşkar edilməmişdir. Təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisində 2 ədəd sellofan bükümdə saxlayıb üzərində gəzdirdiyi ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin sellofan bükümlər elektron tərəzi ilə çəkildikdə birinci bükümün təxmini çəkisinin 2,2 qram, ikinci bükümün çəkisinin isə 21,4 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş sellofan bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra o, həmin maddələrin qalan hissəsinin yaşadığı ebvində olduğunu və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Onun iştirakı ilə yaşadığı ünvana gedilmişdir. Yaşadığı mənzilin giriş dəhlizində olarkən ona mənzildə saxladığı narkotik tərkibli maddələri və vasitələri təqdim etməyi təklif edildikdə o, mənzilin mətbəxinə daxil olaraq mətbəxdə yerdə olan qabda gizlədərək saxladığı içərisində narkotik vasitə və psixotrop maddə, tərəzi olan sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torbaya mənzilin qonaq otağında baxış keçirilən zamanı həmin sellofan torbanın içərisindən 1 sellofanda və 1 kağız bükümdə psixotrop maddə metamfetamin, 1 sellofan torbada narkotik vasitə heroin, heroin olan sellofan torbada 2 ədəd plastmas qaşıqlar və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin maddələr də elektron tərəzi ilə çəkilərək və sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə olan maddələrin adım “Patı”, “Şüşə” kimi bildiyini, psixofrop maddə metamfetamin olduğunu, özünün tutulmazdan 9 ay əvvəldən metamfetamin istifadəçisi olduğunu, saxladığı həmin psixotrop maddəni və narkotik vasitəni X6 Respublikasının vətəndaşı “Peyman” kimi təqdim etdiyi şəxsin vasitəsilə tutulmazdan 15 gün bundan öncə təxminən 5 kq çəkidə, Abşeron rayonu, Saray yolunda, yolun kənarından götürdüyünü, həmin maddələri ona deyilən yerlərə qoymağı müqabilində 3.000 manat pul əldə etməli olduğunu, həmin şəxslə razılaşdığına görə tutulanadək “Peyman” adlı şəxsin dediklərini etdiyinə görə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş plastlc karta 2.000 manat pul göndərildiyini bildrmişdir. O, özü konkret olaraq narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin narkotiki “Peyman” adlı şəxsin dediyi yerdən götürərək ona deyiləcək yerlərə qoymaqla pul əldə etmişdir. Yaşadığı mənzildə saxladığı narkotik vasitə və psixotrop maddədən “Peyman” adlı şəxsin dediyi kimi həmin 2 ədəd plasmas qaşıqlarla götürüb, elektron tərəzidə çəkib, bükümlərə ayıraraq Peymanın dediyi yerlərə aparıb və həmin şəxsin dediyi şəxslərə çatdırmışdır. Saxlanılan zaman və polis idarəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq qeyd etmişdir. O, narkotiki Peyman adlı şəxsin dediyi yerdən götürərək ona deyiləcək yerlərə qoymaqla pul əldə etmək üçün bu əməli törətmişdir. O, psixotrop maddə metamfetamin istifadə edir və bu işlə məşğul olmağından heç kimin xəbəri olmamışdır. X6 Respublikasının vətəndaşı “Peyman” kimi təqdim edən şəxslə 055-887- 03-08 nömrənin votsapı ilə danışmış, həmin nömrəni ona tanımadığı şəxs vermiş, tanımadığı şəxsin əlamətləri yadında qalmamış, təsadüfən Masazır qəsəbəsində rastlaşıb söhbət edən zaman həmin şəxs ona təklif etmişdir ki, “Peyman” adlı iranlı narkotiki dediyi yerə aparmaq üçün yaxşı pul verir və telefon nömrəsini vermişdir. Onun ***-***-**-** və ***-***-**-** mobil nömrələri olmuşdur və həmin nömrələrdən istifadə etmişdir. (Cild 1, iş vərəqləri 71-73, 218-220) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il iyul ayının 30-da Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması, satışı, istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 2021-ci il iyul ayının 31-də gecə saatlarında Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində piyada hərəkət edən zaman saxlanılaraq Abşeron RPİ-nə aparılmışdır. Abşeron rayon Polis İdarəsinin inzibati binasında video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərindən 3 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi, plastik kart və içərisində 2 ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin olan 1 ədəd siqaret qutusu aşkar edilmişdir. Sual verildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə metamfetami İran İslam Respublikasının vətəndaşı "Peyman" adlı şəxsdən aldığını və həmin maddələrin qalan hissəsini yaşadığı ünvanda saxladığını demişdir. Ardınca Təqsirləndirilən şəxs razılığı əsasında onun yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilən 1 ədəd sellofan torbanın içərisindən 1 ədəd kağız büküm, 2 ədəd sellofan torba və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Sellofan torbaların birində və kağız bükümdə psixotrop maddə metamfetamin, digər sellofan bükümdə narkotik vasitə heroin olmuşdur. Bu haqda soruşulduqda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni “Peyman" adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin maddələri ona deyilən yerlərə qoyması müqabilində Peymanın ona pul göndərəcəyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 2021-ci il iyul ayının 31-də Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində piyada hərəkət edən zaman saxlayaraq Abşeron RPİ-nə aparmışlar. Orada üzərinə şəxsi axtarış aparılmış və bu zaman Turalın üzərindən içərisində 2 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olan 1 ədəd siqaret qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetami İran İslam Respublikasının vətəndaşı "Peyman" adlı şəxsdən aldığını, qalan hissəsini yaşadığı evdə saxladığını demişdir. Buna görə onun yaşadığı ünvana öz icazəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Turalın yaşadığı evdən 1 ədəd sellofan torbanın içərisində 1 ədəd kağız büküm, 2 ədəd sellofan torba və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Sellofan torbaların birində psixotrop maddə metamfetamin, digər sellofan bükümdə narkotik vasitə heroin olmuşdur. Kağız bükümdə də psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni “Peyman" adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, ona deyilən yerlərə qoyması müqabilində Peymanın ona pul göndərəcəyini demişdir. Həmçinin Şahid2 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs telefonuna baxıldıqda İran İslam Respublikasının vətəndaşı "Peyman" adlı şəxslə yazışmaları aşkar edilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, şahidlər Şahid2 və Şahid1lə oxşar məzmunlu ifadələr vermişdir. (Cild 1, iş vərəqləri 131- 134) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə haqqında” 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, saxlanıldıqdan sonra polis idarəsinə gətirilən İbrahimovTural Elgiz oğluna üzərində olan qanunla qadağan edilmiş və iş üçün əhəmiyyət kəsb edəcək əşyaların təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 2 ədəd Samsung markalı mobil telefonları və 1 ədəd içərisində 4 manat pul olan pul kisəsini, sağ yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini, 1 ədəd Nokia markalı mobil telefonunu, 1 ədəd üzərində 4169-7413-7239-5275 rəqəmləri əks olunmuş plastik kartı, yaşadığı evin açarını və 1 ədəd siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı sonuncunun üzərində heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxararaq təqdim etdiyi içərisində 4 manat pul olan pul kisəsi, yaşadığı evin açarı özünə qaytarılsa da, 2 ədəd Samsung markalı, 1 dədə Nokia markalı mobil telefonlar, şəxsiyyət vəsiqəsi və plastik bank kartı iş üzrə əhəmiyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman içərisində 2 ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin sellofan bükümlər sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. Birinci bükümün təxmini çəkisinin 2,2 qram, ikinci bükümün çəkisinin isə 21,4 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş sellofan bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə olan maddələrin adım “patı”, “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu, özünün 9 aydır ki, metamfetamin istifadəçisi olduğunu, həmin maddəni X6 Respublikasının vətəndaşı kimi təqdim etdiyi şəxsin vasitəsilə 15 gün öncə, təxminən 5 kloqram çəkidə Abşeron rayonu, Saray yolunda, yolun kənarından götürdüyünü, həmin maddələri ona deyilən yerlərə qoymağı müqabilində 3000 manat pul əldə etməli olduğunu, bu günə qədər üzərindən aşkar edilmiş plastik karta 2000 manat pul göndərdiyini, həmin maddələrin qalan hissəsini yaşadığı ünvanda saxladığını, ünvanına baxış keçirilməsinə heç bir etirazının olmadığını, evində olan narkotik maddənin qalan hissəsini təqdim edə biləcəyini bildirmişdir. (Cild 1, iş vərəqləri 29-31) Budan başqa, məhkəmədə elan olunaraq tədqiq olunan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış kompleksi 2-ci binanın, 1 saylı mənzilinə baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs mənzildə saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmiş, sonra Təqsirləndirilən şəxs mətbəxə daxil olaraq orada yerləşən yerdə qoyulmuş ağ rəngli qabın içərisindən 1 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba götürüldükdən sonra baxış keçirilərkən həmin sellofan torbada 1 ədəd kağız büküm, 2 ədəd sellofan torba və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin sellofan torbalara baxış zamanı sellofan torbaların birində və kağız bükümdə olan maddənin ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər sellofan bükümdə isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər maddə və əlavə olaraq 2 ədəd plastik qaşıq olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. İlk növbədə kağız bükümdə olan kütlə elektron tərəzi ilə çəkilmiş və çəkisini 0,6 qram olması müəyyən edilmişdir. Bundan sonra, içərisində ağ rəngli kristal şəkilli kütlə olan sellofan torba elektron tərəzi ilə çəkilmiş və onun çəkisinin 1 kq 34 qram, içərisində qəhvəyi rəngli kütlə olan sellofan torbanın çəkisinin 278 qram olması müəyyən edilmişdir. Bundan başqa, aşkar edilmiş həmin sellofan bağlamalar, 1 ədəd kağız büküm və 2 ədəd elektron tərəzi içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan maddənin narkotik vasitə heron və psixotrop maddə metamfetamin olduğunu, bunları “Peyman” adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə əldə etdiyini, həmin maddələri ona deyilən yerlərə qoyması müqabilində pul ona pul göndəriləcəyini bildirmişdir. Bundan sonra, baxış zamanı mənzildən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 35-36) “Şəxsi axtarış və götürmə haqqında”, eləcə də “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 31 iyul 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd “DVD" formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Həmin diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evinə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 59-60, 61-62) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3209 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 7” dairəvi möhür əks olan bir ədəd sellofan torbada bir ədəd kağız paketdə olan: 1) Üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,960 qram, 20,140 qram - ümumi təmiz çəkisi 22,100 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; 2) Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş ...” sözləri qeyd edilmiş bir ədəd sellofan torbada bir ədəd bağlamada təmiz çəkisi 270,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 1025,0 qram, bir ədəd kağız bükümdə 0,470 qram - ümumi təmiz çəkisi 1025,470 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; 3) Təqdim edilmiş metamfetaminiər xarici görüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. 4) iki ədəd elektron tərəzidə və iki ədəd plastik qaşıqda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş heroin ilə müqaisəli tədqiqat aparılması mümkün deyildir (Cild 1, iş vərəqləri 43-48) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 avqust 2021-ci il tarixli 2871 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaobidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 172-173) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 2202 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətində olmuşdur. (Cild 1, iş vərəqləri 174-176) Məhkəmədə elan olunraq tədqiq olunmuş Təqsirləndirilən şəxs mobil telefonlarına baxış keçirilməsinə dair 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı aşkar edilərək götürülmüş “Samsung A 50” markalı, qara rəngli, üzərində ***-***-**-** saylı mobil nömrə olan telefona baxış keçirildikdə həmin telefonun yaddaş qurğusunda “Peyman” adı ilə qeyd etdiyi +98***-***-**-** saylı mobil nömrə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmi nömrənin X6 Respublikasının vətəndaşı kimi təqdim etdiyi “Peyman” adlı şəxsə məxsus olduğunu və həmin şəxslə qeyd edilən nömrə ilə əlaqə saxladığını bildirmişdir. (Cild 1, iş vərəqləri 145-146) Cinayət işi materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” 01 avqust 2021-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 269,95 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1047,370 qram olan metamfetamin, həmçinin 02 ədəd elektron tərəzi və 02 ədəd plastik qaşıq maddi sübut kimi tanınaraq, saxlamnası üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 86-87) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 27 oktyabr 2021-ci il il tarixli qərara əsasən iş üzrə 02 ədəd “DVD” formatlı disk, “Samsung A 50” markalı, qara rəngli, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefon və 4169-7413-7239-5275 rəqəmləri əks olunmuş plastik kart maddi sübut kimi tanınmışdır (Cild 1, iş vərəqləri 194-208) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 2, iş vərəqləri 221-229) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 90) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, cinayətin bilavasitə icraçısı deyil, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması və narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə və evinə qoyulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan yaşayış yerindən arayışdan, həmçinin nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 2009 və 2019-cu il təvəllüdlü iki azyaşlı qızı vardır. (Cild 1, iş vərəqləri 148- 155) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilmiş “015935” №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladı 2009-cu il təvəllüdlü Mələkxanım İbrahimova 1-ci qrup əlildir. (Cild 1, iş vərəqi 153) Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli arayışdan, eləcə də müvafiq sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2020-ci il tarixdən 27 dekabr 2020-ci il tarixədək Vətən müharibəsində iştirak etmiş, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. (Cild 1, iş vərəqi 147) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində biri əlil olmaqla iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində əlil övladının olması, eləcə də onun Vətən müharibəsində iştirak edərək dörd medal ilə təltif olunması da onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 01 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 79-82) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəzasının çəkilməsi müddətinin başlanğıcı 31 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 269,95 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1047,370 qram olan metamfetamin və 02 ədəd plastik qaşıq maddi məhv edilməli, 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalı, “Samsung A 50” markalı, qara rəngli, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefon və 4169-7413-7239-5275 nömrəli plastik kart Təqsirləndirilən şəxs yaxın qohumlarına verilməli, 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 06 (altı) il 06 (altı ) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 269,95 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1047,370 qram olan metamfetamin və 02 ədəd plastik qaşıq maddi məhv edilsin, 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın, “Samsung A 50” markalı, üzərində ***-***-**-** saylı nömrə olan mobil telefon və 4169-7413-7239-5275 nömrəli plastik kart Təqsirləndirilən şəxs yaxın qohumlarına verilsin, 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-147/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-147/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver