Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-147/2023 08.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Təzə kotec qəsəbəsi-218 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində xadimə işlədiyi, Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev-1, mənzil-20 ünvanında yerləşən, evin yataq otağında olan dolabdan günün məzənnəsinə uyğun 49.980 (qırx doqquz min doqquz yüz səksən) manata bərabər 29.400 (iyirmi doqquz min dörd yüz) ABŞ dolları pulunu götürüb həmin evdə olan özünə məxsus paltar torbasında gizlətmiş, bundan sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində evin digər otağında masanın üzərində olan 1010 (min on) manat dəyərində üzərində 21 ədəd rəngsiz, şəffaf qaşlı, sarı rəngli, halqasının üzərində “7”, “БЮ” və “750” damğaları olan, 750 əyarlı, 5,93 qram çəkili, 2 ədəd hər biri təxminən 0,135 kt, 14 ədəd hər biri təxminən 0,014 kt, 5 ədəd hər biri təxminən 0,008 kt, ümumilikdə 3/3 brilyant qaşları olan 01 (bir) ədəd qızıl üzüyü; 428 manat dəyərində üzərində 1 ədəd qırmızı rəngli qaş olan, qırmızımtıl-sarı rəngli, halqasının üzərində “1КЮ” və “k*583” damğaları, 583/585 əyarlı, 5,36 qram çəkisi olan, qırmızı rəngli korund qaşı olan 01 (bir) ədəd qızıl üzüyü; 647 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, əsas elementi kürə formalı, sarı rəngli, kilidində “585” damğası, 583/585 əyarı, 8,09 qram çəkisi olan 01 (bir) cüt qızıl sırğanı; 328 manat dəyərində əsas elementi kürə formalı olan, sarı rəngli, kilidində “583” damğası, 583/585 əyarı, 4,11 qram çəkisi olan 01 (bir) cüt qızıl sırğanın; 7 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, 7,75 qram çəkisi olan qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 ədəd üzüyü; 2 manat dəyərində üzərində 1 ədəd rəngsiz, şəffaf qaş olan, qırmızımtıl-sarı rəngli, 1,72 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 ədəd üzüyü; 8 manat dəyərində üzərində 1 ədəd göy rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, 8,24 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan sarı rəngli 1 ədəd üzüyü; 5 manat dəyərində üzərində 1 ədəd yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli, 4,54 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan sarı rəngli 1 ədəd üzüyü; 10 manat dəyərində üzərində 1 ədəd rəngsiz, şəffaf qaş və qara rəngli minalanmış, gül formalı elementləri olan, sarı rəngli, 16,83 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan sarı rəngli 1 ədəd üzüyü; 10 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, “tısbağa” formalı, sarı rəngli, 24,51 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 ədəd üzüyü; 4 manat dəyərində üzəri ürək formalı elementlə tamamlanan, gümüşü rəngli, 3,21 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan1 ədəd üzüyü; 10 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli, 25,11 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 cüt sırğanı; 10 manat dəyərində üzərində qara rəngli və rəngsiz, şəffaf qaşlar olan, bir-birinə çarpaz bərkidilmiş açar formalı, sarı rəngli, 27,05 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 cüt sırğanı; 10 manat dəyərində, üzərində ümumilikdə 2 ədəd göy rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, 15,30 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 cüt sırğanı; 10 manat dəyərində, üzərində dairəvi və dördkünc cilalı rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli, 17,94 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 cüt sırğanı; 8 manat dəyərində üzərində yaşıl rəngli muncuqlar asılmış, halqa formalı olan, qırmızımtıl-sarı rəngli, 12,21 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan1 cüt sırğanı; 4 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, sarı rəngli, kilidinin bərkinən hissəsi sərbəst vəziyyətdə olan, 9,04 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan1 cüt sırğanı; 2 manat dəyərində üzərində ümumilikdə 4 ədəd yaşıl rəngli və 2 ədəd rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli, bir tayının əsas elementləri sərbəst vəziyyətdə olan, 16,55 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan1 cüt sırğanı; 76 manat dəyərində üzərində “please return to tiffany & co” yazıları olan, ürək formalı, sarı rəngli, kilidində “585” damğası, 583/585 əyarı, 1,36 qram çəkisi olan, 1 ədəd qızıl sırğa tayını; 5 manat dəyərində iç-içə keçirilmiş 3 ədəd halqalardan ibarət, gümüşü və qırmızımtılsarı rəngli, 34,88 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan1 ədəd qolbağı;10 manat dəyərində üzərində içərisi ağ və qara rəngli minalı hissələr olan, dairə formalı elementlər birləşdirilmiş, sarı rəngli, 10,02 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd qolbağı; 15 manat dəyərində ürək formalı kulonu olan, sarı rəngli, 10,44 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd boyunbağını; 10 manat dəyərində üzərində müxtəlif formalı elementlər olan, sarı rəngli, 19,21 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd boyunbağını; 2 manat dəyərində sarı rəngli, qırıq vəziyyətdə, 11,62 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd boyunbağını; 8 manat dəyərində üzərində dairəvi və dördkünc cilalı, rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, dəstin elementlərindən sırğa cütünün kilid hissəsi olmayan, 38,03 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink, və.s) olan 1 dəst sırğa cütü-kulonlu boyunbağını; 15 manat dəyərində üstüstə bərkidilmiş yarımkürə formalı elementlərdən ibarət, sarı rəngli, 27,92 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 dəst sırğa cütü-kulonu; 15 manat dəyərində üzərində bir ədəd göy rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli, 48,90 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink, və.s) olan 1 ədəd kulonu; 5 manat dəyərində yarpaq formalı, sarı rəngli, 6,96 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink, və.s) olan 1 ədəd yaxa sancağını; 2 manat dəyərində sarı rəngli, 0,14 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1ədəd sancağı və 26 manat dəyərində üzərində “PLEASE RETURN TO TİFFANY & CO” yazıları olan, ürək formalı, sarı rəngli, 583/585 əyarı, 0,48 qram çəkisi olan 1 ədəd qızıl məmulat hissəsi olmaqla, ümumlikdə 30 çeşiddə 2702 manat dəyərində qızıl-zinət əşyalarını, eyni zamanda üzərində rəngsiz şəffaf qaşlar olan, halqa formalı, sarı rəngli, qırıq vəziyyətdə, 30,06 qram çəkidə qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd qolbağı ;qırmızımtıl-sarı rəngli, 4,10 qram çəkisi olan, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 2 ədəd məmulat hissəsini; üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli, 10,49 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd sırğa tayını, ümumlikdə 3 çeşiddə 100 manat dəyərində zinət əşyalarını götürüb eyni paltar sellofanına qoyaraq vahid niyyətlə xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində ümumilikdə 2802 (iki min səkkiz yüz iki) manat dəyərində 33 çeşiddə zinət əşyalarını və 49.980 (qırx doqquz min doqquz yüz səksən) manata bərabər 29.400 ABŞ dolları pulları birlikdə həmin evdən çıxararaq gizli talayıb zərəçəkmiş şəxsə ümumilikdə 52.782 (əlli iki min yeddi yüz səksən iki) manat, yəni külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, iş elanları axtararkən “tap.az” saytında iş elanı görmüş və Zərərçəkmiş şəxs ilə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs anasına qulluq edilməsi üçün köməkçi axtardığı üçün onunla əlaqə saxladıqdan sonra evinə getmiş, işləməsi üçün gün müəyyən edilmişdir. Həmin gün Ruhiyyənin evinə getdiyi zaman onların “korona” virusuna yoluxduğunu bilmiş, buna görə də evinə geri qayıtmışdır. Bundan bir həftə sonra Ruhiyyə ona zəng edərək “Mən yaxşıyam, amma anama baxmaq lazımdır, gəl” demiş və o da Ruhiyyənin evinə getmişdir. Ruhiyyənin anası yataq xəstəsi olmuş, onun evində bir müddət işləmiş, daha sonra isə bu əməli törətmişdir. Belə ki, Ruhiyyə dərman alması üçün hər dəfə paltar dolabından pul çıxararaq ona vermiş, o da pulların yerini belə öyrənmişdir. Hadisə günü isə o həmin dolabdan pulları çıxardıb paltarlarını yerləşdirdiyi çantanın içərisinə qoymuşdur. Qonaq otağını təmizləyərkən isə orada stolun üzərinə tökülmüş vəziyyətdə olan əşyalar, yəni bijuteriyalar, qızıllar görmüş, onları götürüb paltar çantasının içərisinə qoymuşdur. Həmin gün Ruhiyyənin anası xəstəxanaya aparılarkən o da çantasını götürərək onlarla birlikdə evdən çıxmışdır. Axşam saatlarında isə Ruhiyyə ona zəng edərək “Bizə gəl” demiş və o da getmişdir. Həmin vaxt polis əməkdaşları orada olmuş, o, əməlini etiraf edərək götürdüyü bütün əşyaları, qızılları və pulları Ruhiyyəyə geri qaytarmışdır. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin puldan kiməsə verməmiş, Əri ilə birlikdə həmin pulun üzərindən bir miqdar xərcləmiş, lakin sonradan pulun əksik hissəsini düzəldərək Ruhiyyəyə geri qaytarmışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmamış, ehtiyacı olduğu üçün bu əməli törətmişdir. Ruhiyyə ona çox təhriqamiz sözlər demiş, onu alçaltmış, bəzi günlər onu gecə saat 3-4-ə qədər yanında saxlamış, evə gələn həkimlərin, tibb bacılarının yanında hər dəfə onu alçaldaraq nəyəsə görə danlamışdır. Hər şeyi onun istədiyi kimi etməsinə baxmayaraq Ruhiyyə yenə də onu danlamaq üçün səbəb tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, o, Ruhiyyə ilə ilk başda əmək haqqı olaraq 400 manata, iş saatları isə səhər saat 09:00dan axşam saat 17:00-dək razılaşmışdır. Lakin o, işə başladıqdan sonra Ruhiyyə ona “Gündəlik olaraq sənə 20-30 manat verəcəm” demişdir. O, Ruhiyyənin bütün dediklərini etdiyini, onu işdə çox gec saatlara qədər saxladığını, ailəsinin Ruhiyyə ilə danışıb onu işdən vaxtında buraxmasını istədiklərini, lakin onun ailəsinə “Anam Yeganəni çox istəyir, qoyun qalsın” dediyini, anasının çirkli bezini üzərinə atdığını, yemək apardığı zaman hirslə əlindəki yeməyi götürdüyünü, hərdən qaşığı da üzərinə tulladığını bildirmişdir. Ruhiyyənin yanında işləmək istəmədiyini, neçə dəfə işə getmədiyini, lakin Ruhiyyənin zəng edərək işə gəlməyi üçün yalvardığını bildirmişdir. Ruhiyyənin evində təxminən bir ay işləmiş və işlədiyi bütün günlərə görə pulunu almışdır. O, götürdüyü pulların məbləğini ilk başda bilmədiyini, müstəntiq dedikdən sonra öyrəndiyini bildirmişdir. O, müstəntiqin vasitəsilə götürdüyü bütün pulları, qızılları sahibinə qaytarmış, təxminən 29.000 pul götürmüş, stolun üzərində isə hər şey səpələnmiş vəziyyətdə olduğu üçün nələri götürdüyünü bilməmişdir. Evdən nələr götürdüyünü açıb müəyyənləşdirməyə vaxtı olmamış, əməlinin üstü tez bir zamanda açılmış, o da oğurladığı hər şeyi götürdüyü kimi geri qaytarmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 göstərdi ki, Pərvaz həkimin ona yönləndirdiyi xəstənin vəziyyəti ağır olmuş, “Medical Plaza”ya keçənədək həmin vəziyyətdən çıxarmaq lazım olduğu ona bildirilmişdir. Bununla bağlı olaraq o da Sumqayıt şəhəri, “Səməd” marketin yaxınlığında yerləşən evə getmiş və xəstəni ağır vəziyyətdən çıxarmaq üçün ona ilkin müdaxilələr etmişdir. O. Zərərçəkmiş şəxs nəzarəti altında həkimin verdiyi təlimatları yerinə yetirmiş və mümkün qədər otaqdan çıxmamışdır. Səhəri gün xəstənin vəziyyəti ağırlaşdığı üçün evə çoxlu həkimlər gəlmiş, onun “Medical Plaza”ya yerləşdirilməsi qərara alınmış, lakin xəstənin “Medical Plaza” tərəfindən qəbul edilməsi üçün 10.000 manat depozit qoyulmalı olduğu Zərərçəkmiş şəxs bildirilmişdir. Zərərçəkmiş şəxs isə pul axtarmağa başlamış, kimsə zəng etmişdir. Daha sonra o, xəstəxanadan ödənişin dollar olaraq verilə bilməsini soruşduğunda ödənişin yalnızca manatla edildiyi bildirilmiş, Zərərçəkmiş şəxs pulu götürməsi üçün Yeganəni harasa göndərmiş, sonra Yeganə geri qayıtmışdır. Ardınca isə “Medical Plaza”ya zəng olunaraq xəstə oraya aparılmışdır. O da taksi ilə “28 May”da yerləşən “Medical Plaza”ya getmiş, Zərərçəkmiş şəxs orada olarkən “Mən qorxuram, olar ki bu gecə də mənimlə qalasan” demiş və o da razılaşmışdır. Həmin vaxt Yeganə və digər tibb bacısı da yanlarında olmuş, təxminən saat 18 radələrində Yeganə onlara “Dayımın vəziyyəti ağırdır, mən getməliyəm” demiş, Zərərçəkmiş şəxs onun bir az da qalmasını xahiş etmiş, lakin Yeganə tələsdiyini, dayısının vəziyyətinin ağır olduğunu və ərinin onu götürmək üçün gəldiyini bildirmişdir. Yeganə evin açarını ilk əvvəl Zərərçəkmiş şəxs uzatmış, daha sonra isə Zərərçəkmiş şəxs “Sən, itirərsən” demiş və açarı ona verib getmişdir. O, həkimin göstərişi ilə başqa xəstəyə kömək etmək üçün həmin xəstəxanadan çıxaraq “Funda Hospital”a getmiş, daha sonra Zərərçəkmiş şəxs gəlib onu olduğu yerdən götürərək Sumqayıt şəhərinə, evə gəlmişlər. Zərərçəkmiş şəxs “Mənim vəziyyətim yaxşı deyil, əsirəm, bir çay təşkil elə, içim” demiş, o isə “Çayın yerini göstər, hazırlayım sənin üçün” demiş, həmin vaxt Zərərçəkmiş şəxs bir anlıq yanından ayrılmışdır. Daha sonra isə ona “Pulum yoxdu, oğurlanıb” demiş və onlar birlikdə pulu axtarmağa başlamışlar. Zərərçəkmiş şəxs o biri otağa keçəndə qızıllarının da yerində olmadığını demiş və o, Zərərçəkmiş şəxs polisə zəng etməsini söyləmişdir. Zərərçəkmiş şəxs polisə zəng edərək 40.000 dolar məbləğində pulun oğurlandığını demiş, polislər evə gəldikdən sonra barmaq izi götürmüşlər. O, Zərərçəkmiş şəxs “Yəqin ki məndən şübhələnmirsiz, “28 May”dan buraya beş dəqiqəyə gələcəyimi düşünmürsüz, mən, ümumiyyətlə, o otağa belə keçməmişəm” dediyi zaman Zərərçəkmiş şəxs ona “Mən hamıdan şübhələnirəm” demişdir. Bildiyi qədəri ilə Zərərçəkmiş şəxs işləmir, lakin ticarət obyektləri olmuşdur. Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşdır və eyni ünvanda yaşayırlar. Bir müddətdir ki, işsiz və maddi vəziyyətləri yaxşı olmadığından xx.xx.2022ci il tarixdə “tap.az” saytında iş elanı görmüş, elanda Sumqayıt-11-ci mikrorayon ərazisində xadimə işi olmuş və o, elanda olan nömrəyə zəng edərək, gedib həmin ev sahibi ilə görüşmüş, gün ərzində saat 08-dən saat 18-dək işdə olacağı və 400 manat maaş alacaığ ilə bağlı razılaşmış, lakin sonradan iş saatı artdığından maaşı 600 manat olmuşdur. Sonradan bir gün Təqsirləndirilən şəxs həmin işlədiyi evdə qalmalı olmuş və gecəni orada gecələmişdir. xx.xx.2022-ci il tarixdə Yeganə ona iki ədəd 100 dollarlıq əskinasları çıxardaraq maaş aldığını demiş, həmin pulları manata dəyişmişlər və ev üçün bazarlıq etmişlər. Sonradan, gecə saatlarında həyat yoldaşının müdiri Ruhiyyə ona zəng edərək evlərinə çağırmış və onlar birlikdə onlara getdikdə Zərərçəkmiş şəxs evindən pulları və qızıllarının oğurlandığını öyrənmişlər. xx.xx.2022-ci il tarixdə polis bölməsində həmin oğurluq hadisəsinin həyat yoldaşı tərəfindən törədildiyi müəyyən edilmiş və onlar birlikdə polis əməkdaşları ilə öz evlərinə getmiş, orada həyat yoldaşı pulları və qızılları gizlətdiyi yeri göstərmiş, oraya baxıldığı zaman sellofanın içərisində qızıl əşyaları və 29.200 ABŞ dolları olması müəyyən edilmiş, Yeganə həmin pulları və qızılları polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşları həmin pulları və qızılları sayaraq götürmüşdür. Onun, Yeganənin həmin evdən pul və qızıl-zinət əşyaları oğurlamasından yalnız polis bölməsində olduğu zaman məlumatı olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, anası xəstə olduğuna görə bir müddətdir ki, evlərinə çoxlu həkimlər gəlib-getmiş, özü ev işləri ilə məşğul ola bilmədiyinə görə evə baxılması üçün xadimə saxlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında anasının vəziyyəti yaxşı olmadığından onu xəstəxanaya aparmalı olmuşlar. Belə ki, evdə olan tibb bacıları ilə birlikdə anasını Bakı şəhərində yerləşən “Medical Plaza” xəstəxanasına aparmalı olmuş və xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində anası ilə birlikdə təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya getmişlər. Həmin vaxt açarı Yeganəyə verib getmiş, həmin anda Yeganə və Şəhla evdə olmuşlar. Xəstəxanaya yollanmış, təxmin 3-4 saat sonra onlar da xəstəxanaya gəlmişlər. Orada anasına tibbi yardım olunmuş və axşam saat 19 radələrində Yeganə xəstəsi olduğunu deyib getməli olduğunu bildirmiş və bu zaman o, Yeganəyə açarı Şəhlaya verməyini demiş Yeganə açarı Şəhlaya verib getmişdir. Sonradan axşam saatlarımnda Şəhla ilə birlikdə evə geri qayıtmış evdə birlikdə çay içdikləri zaman və söhbət edərkən Şəhla ona tanışında borca pul verən olub-olmadığını dedikdə və həmin vaxt ona elə birini tanımadığını bildirmişdir. Söhbət zamanı evdə olan pulları yadına düşmüş yataq otağına gedib evdə olan pullarını yoxladıqda həmin pullar olan dolaba baxdığı zaman əvvəlcədən dolaba qoyduğu 29.400 ABŞ dolları pulunun yerində olmadığını aşkar etmiş və evdə hər yeri axtarsa da pullarını tapa bilməmiş və dərhal evin digər otağına keçib baxdıqda orada masanın üzərinə qoyduğu qızıl zinət əşyalarının da yerində olmadığını gördüm və buna görə də DİN-nin 102 xidmətinə zəng edərək, oğurluq barədə məlumat verdim. Əvvəlcə 40.000 ABŞ dollarının oğurlandığını düşünmüş və sonradan yadına düşmüşdür ki, 29.400 ABŞ dolları pul olub, belə ki, həmin pulların təxminən 10.000 ABŞ dollarını anası xəstə olduğundan “X9” klinikasında depozit kimi qoymuş və DİN-nin 102 xidmətinə zəng etdikdə 40.000 ABŞ dolları olduğunu qeyd etmişdir . Baş vermiş oğurluq hadisəsi ilə bağlı dəqiq şübhələndiyi şəxs yoxdur, sadəcə, həmin hadisə baş verən ərəfədə evlərində tibb işçiləri və təmizlikçi Yeganə evdə olmuşdur. Həm pullar həm də qızıllar özünə məxsusdur. Qeyd olunan əşyalardan üzərində rəngsiz şəffaf qaşlar olan halqa formalı, sarı rəngli 1 ədəd qolbağın, qırmızımtıl sarı rəngli 2 ədəd məmulat hissəsinin və üzərində rəngsiz şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 1 ədəd sırğa tayının heç biri qızıl deyil ümumilikdə 100 manat dəyərində olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 01 fevral 2022-ci il raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:59-da Azərbaycan Respublikası DİN-nin “102” xidməti ünvan 3 ünvanında oğurluq hadisəsi baş verməsi ilə bağlı məlumat vermişdir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2571 və 9/3215 nömrəli rəyindən görünür ki, 1010 manat dəyərində, üzərində 21 ədəd rəngsiz, şəffaf qaşları olan, sarı rəngli, halqasının üzərində “7”, “1БЮ” və “750” damğaları, 750 əyarı, 5,93 qram çəkisi, 2 ədəd hər biri təxminən 0,135 kt, 14 ədəd hər biri təxminən 0,014 kt, 5 ədəd hər biri təxminən 0,008 kt, ümumilikdə 3/3 brilyant qaşları olan 01 (bir) ədəd qızıl üzüyün; 428 manat dəyərində, üzərində 1 ədəd qırmızı rəngl qaş olan, qırmızımtıl-sarı rəngli, halqasının üzərində “1КЮ” və “k*583” damğaları, 583/585 əyarı, 5,36 qram çəkisi, qırmızı rəngli korund qaşı olan 01 (bir) ədəd qızıl üzüyün; 647 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, əsas elementi kürə formalı, sarı rəngli, kilidində “585” damğası, 583/585 əyarı, 8,09 qram çəkisi olan 01 (bir) cüt qızıl sırğanın; 328 manat dəyərində, əsas elementi kürə formalı olan, sarı rəngli, kilidində “583” damğası, 583/585 əyarı, 4,11 qram çəkisi olan 01 (bir) cüt qızıl sırğanın; 7 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar, 7,75 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan sarı rəngli 1 ədəd üzüyün; 2 manat dəyərində, üzərində 1 ədəd rəngsiz, şəffaf qaş olan, qırmızımtıl-sarı rəngli, 1,72 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan sarı rəngli 1 ədəd üzüyün; 8 manat dəyərində, üzərində 1 ədəd göy rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, 8,24 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan sarı rəngli 1 ədəd üzüyün; 5 manat dəyərində, üzərində 1 ədəd yaşıl rəngli və rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli, 4,54 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan sarı rəngli 1 ədəd üzüyün; 10 manat dəyərində, üzərində 1 ədəd rəngsiz, şəffaf qaş və qara rəngli minalanmış, gül formalı elementləri, sarı rəngli, 16,83 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan sarı rəngli 1 ədəd üzüyün; 10 manat dəyərində, üzərində 1 ədəd rəngsiz, şəffaf qaşlar olan, “tısbağa” formalı, sarı rəngli, 24,51 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan sarı rəngli 1 ədəd üzüyün; 4 manat dəyərində, üzəri ürək formalı elementlə tamamlanan, gümüşü rəngli, 3,21 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 ədəd üzüyün; 10 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli, 25,11 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 cüt sırğanın; 10 manat dəyərində, üzərində rəngli və rəngsiz, şəffaf qaşlar olan, bir-birinə çarpaz bərkidilmiş açar formalı, sarı rəngli, 27,05 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 cüt sırğanın; 10 manat dəyərində, üzərində ümumilikdə 2 ədəd göy rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, 15,30 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 cüt sırğanın; 10 manat dəyərində, üzərində dairəvi və dördkünc cilallı rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli, 17,94 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 cüt sırğanın; 8 manat dəyərində, üzərindən yaşıl rəngli muncuqlar asılmış, halqa formalı olan, qırmızımtıl-sarı rəngli, 12,21 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 cüt sırğa; 4 manat dəyərində, üzərindən rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, sarı rəngli, kilidinin bəkinən hissəsi sərbəst vəziyyətdə olan, 9,04 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 cüt sırğanın; 2 manat dəyərində, üzərində ümumilikdə 4 ədəd yaşıl rəngli və 2 ədəd rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli, bir tayının əsəs elementləri sərbəst vəziyyətdə olan, 16,55 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink və.s) olan 1 cüt sırğanın; 76 manat dəyərində, üzərində “PLEASE RETURN TO TİFFANY & CO” yazıları olan, ürək formalı, sarı rəngli, kilidində “585” damğası, 583/585 əyarı, 1,36 qram çəkisi, 1 ədəd qızıl sırğa tayının; 0 manat dəyərində, üzərində rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli, 10,49 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd sırğa tayının; 5 manat dəyərində, iç-içə keçirilmiş 3 ədəd halqalardan ibarət, gümüşü və qırmızımtıl-sarı rəngli, 34,88 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd qolbağın; 10 manat dəyərində, üzərinə içərisi ağ və qara rəngli minalı hissələr olan, dairə formalı elementlər birləşdirilmiş, sarı rəngli, 10,02 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd qolbağın; 0 manat dəyərində, üzərində rəngsiz şəffaf qaşlar olan, halqa formalı, sarı rəngli, qırıq vəziyyətdə, 30,06 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd qolbağın; 15 manat dəyərində, ürək formalı kulonu olan, sarı rəngli, 10,44 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd boyunbağının; 10 manat dəyərində, üzərində müxtəlif formalı elementlər olan, sarı rəngli, 19,21 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd boyunbağının; 2 manat dəyərində, sarı rəngli, qırıq vəziyyətdə, 11,62 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd boyunbağının; 8 manat dəyərində, üzərində dairəvi və dördkünc cilalı, rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, dəstin elementlərindən sırğa cütünün kilid hissəsi olmayan, 38,03 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, və.s) olan 1 dəst sırğa cütü-kulonlu boyunbağının; 15 manat dəyərində, üst-üstə bərkidilmiş yarımkürə formalı elementlərdən ibarət, sarı rəngli, 27,92 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 dəst sırğa cütü-kulonun; 15 manat dəyərində, üzərində bir ədəd göy rəngli qaş və rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli, 48,90 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, və.s) olan 1 ədəd kulonun; 5 manat dəyərində, yarpaq formalı, sarı rəngli, 6,96 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, və.s) olan 1 ədəd yaxa sancağın; 0 manat dəyərində, qırmızımtıl-sarı rəngli, 4,10 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 2 ədəd məmulat hissəsinin; 2 manat dəyərində, sarı rəngli, 0,14 qram çəkisi, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir və.s) olan 1 ədəd sancağın və 26 manat dəyərində, üzərində “PLEASE RETURN TO TİFFANY & CO” yazıları olan, ürək formalı, sarı rəngli, 583/585 əyarı, 0,48 qram çəkisi, 1 ədəd məmulat hissəsinin 2022-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2702.00 (iki min yeddi yüz iki) manat müəyyən olunur. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş xx.xx.2022-ci il tarixli könüllü təqdimetmə və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 1) üç ədəd bir-birinə keçirilmiş dairə şəkilli qolbağa gümüşü və qızılı rəngdə halqaları, 2 ) 1 ədəd kağıza bağlanmış manzari yazısı olan 1 cüt sirqanı, 3) dairəvi üzərində qaşlar olan klon boyunbağını, 4) 2 ədəd sırqanı, 5) 1 cüt üzərində açar fiquru olan qara qalı sırqanı, 6) 1 ədəd üzərində göy qaşı olan iri klonu, 7) 1 cüt sırqa və 1 klonu olan qabarcıqşəkilli aksesuarı, 8) 1 ədəd qırmızı qaşlı üzüyü, 9) 1 ədəd qara dairəvi bəzəkli üzüyü, 10) 1 ədəd üzərində “not” forması olan üzüyü, 11) 1 ədəd “tısbağa” formalı üzüyü, 12) 1 ədəd yarpaq formalı üzüyü, 13) 1 ədəd qara rəngli qaşı olan üzüyü, 1 ədəd tək qaşlı nazik üzüyü, 14) 1 ədəd tək qaşlı üzüyü, 15) 1 ədəd tək qaşlı üzüyü, 16) 1 ədəd göy qaşlı üzüyü, 17) 2 ədəd nazik halqa şəkilli iri sırqanı, 18) 1 ədəd üstü qaşlı qolbağı, 19) 1 cüt xırda yaşıl muncuqlu sırqa, 20) 1 cüt gülşəkilli nazik sırqa, 210 1 ədəd tək ürəkşəkilli sırqa, 23) 1 cüt üzərində qaşlar olan gümüşü sırqa, 24) 1 cüt üzərində yaşıl qaşlar olan sırqa, 25) 1 cüt yarpaqşəkilli sırqa altlığı, 26) 1 cüt göy və ağ qaşlı sırqa, 27) 1 ədəd tək üzərində gümüşü rəngli qaşlar olan sırqa, 28) 1 ədəd qızılı kiçik ürək 29) 1 ədəd qızılı yarpaq sancaq, 30) 1 ədəd üzərində dairələr olan qolbaq, 31) 1 ədəd üzərində ürək fiquru olan boyunbağı, 32) 1 ədəd üzərində sancaq olan boyunbağı, 33) 1 ədəd üzərində qara dairələr olan boyunbağını və 292 ədəd yüz dollarlıq əskinasları təqdim edərək həmin pulları, qızıl və digər materillardan olan bəzək əşyalarını Zərərçəkmiş şəxs məxsus evdən oğurladığını bildirmişdir. xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın məbləği 52.782 ( əlli iki min yeddi yüz səksən iki) manat müəyyən olunmuş və Təqsirləndirilən şəxs götürülmüş 29200 (iyirmi doqquz min iki yüz) ABŞ dolları, qızıl-zinət əşyaları və bəzək aksesuarları maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs müvafiq qəbz alınmaqla təhvil verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ərizə ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ərizə ilə İstintaq Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini və baş vermiş oğurluq hadisəsi ilə bağlı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavablarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin MKTİB-dən verilmiş arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 17 saylı məhəllə, 218 saylı evdə yaşayır, yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X3 xx.xx.2012-ci il və X4 xx.xx.2014-cü il təvəllüdlü olmaqla azyaşlıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini də onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamın 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, himayəsində orta məktəbdə təhsil alan iki azyaşlı uşağının olmasını nəzərə almaqla onu cəmiyyətdən təcrid etmədən islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsin barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir və məhkəmə icraatı zamanı da həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutların saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla 02 ( iki) il 06 ( altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablansın. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutların saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-147/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-147/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver