Məhkəmə qərarları › İş №1(124)-147/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-147/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-147/2024 12.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Rzayeva Aynur Tapdıq qızının sədrliyi ilə Hakimlər: Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, azərbaycanlı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 10-cu sıra, ev 61-də qeydiyyatda olub, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Şahid2 ilə mobil telefonla danışıb razılaşmış, sonuncunun ona məxsus "xxxx" ASC-də açılmış 409858******3303 nömrəli kart hesabına köçürdüyü 100 manat pul müqabilində qanunsuz olaraq külli miqdarda, yəni 3,279 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Salt hotelin qarşısında Şahid2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs Şahid1 təqdim etməklə satmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, Şahid2 ona zəng etmiş və onun kartına 100 manat pul göndərmişdir. Həmin puldan 50 manat ona qalmış, qalan 50 manata da ona metamfetamin alıb göndərmişdir. Metamfetamini yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 1 ildir ki, yalnız metamfetamindən istifadə etmiş, metamfetamini tanımadığı şəxslərdən əldə etmişdir. Gün ərzində 0,1 qram metamfetamin istifadə etmişdir. Avtovağzalda avtomobil ustası işləmiş, iş üzrə Şahid2 ilə usta olduğu üçün telefon vasitəsilə təsadüfən tanış olmuşdur. Onun adına "xxxx"da kart hesabı açılmış, həmin kart pul yığmaq üçün nəzərdə tutulmuşdur. 1 qram narkotik vasitəni həm Rəşada göndərəcək, həm də özü narkotik vasitə istifadə edəcəkdir. 1 qram narkotik vasitə üçün Rəşad ona 100 manat göndərmiş, həmin pulun 50 manatını da Rəşad ona beh kimi vermişdir. Sözügedən metamfetameni o Binəqədidən tanımadığı şəxsdən almış, pulu tanımadığı şəxsə əlbəəl vermişdir. Yaxın bir tanışı vasitəsilə 0,5 qram olan metamfetamini Rəşada göndərmişdir. Onu polis bölməsinə aparmış, bölmədə ona “narkotik vasitənin hamısını Rəşada göndərmisən?” deyə soruşulmuş, o da hamısını yox, yarısını göndərdiyini demişdir. Polis bölməsində ona narkotik vasitənin ittihamda qeyd olunan çəki ilə razılaşması barədə hədə-qorxu gəlinmiş, lakin fiziki zor tətbiq olunmamışdır. Təqsirləndilən şəxs müdafiəçinin suallarına cavab olaraq özünü AR CM-nin 234.4.3-cü maddəsi ilə deyil, narkotik vasitənin istifadəçisi olduğu üçün AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, narkotik vasitələrini satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, təxminən iki ildir ki, psixotrop maddə olan metamfetamin istifadə edir. Şahid1 təxminən 1 ildir tanıyır, Vüsal Binəqədi rayonuna tez-tez gəldiyi üçün münasibətləri yaranmışdır. Vüsalla münasibəti olduğu üçün Vüsal avtomaşını ilə onu müxtəlif yerlərə aparmışdır. Vüsal da metamfetamindən istifadə edir, bir neçə dəfə Vüsal onunla da birlikdə metamfetamin istifadə etmişdir. Şahid2 canlı görməmiş, Vüsalın dostu olduğu üçün tanımış, onunla yalnız mobil telefon vasitəsi ilə danışmışdır. xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində Vüsala zəng edərək onu “Salt” oteldən götürməsini demişdir. Həmin vaxt o, oteldə tanışı Şahid7 ilə birlikdə olmuşdur. Vüsal həmin Salt otelə gedib onu və Gülüstanı götürmüşdür. Vüsalın avtomobili ilə birlikdə Gülüstanın yaşadığı Abşeron rayonu, Məhəmmədi kəndində getmişlər. Yolda olan zaman Rəşad Vüsala zəng edib Vüsaldan psixotop maddə metamfetamin istəmiş, Vüsal telefonda Rəşada demişdir ki, pulu kartla göndərsin, Rəşada ondan metamfetamin alıb gətirər. Vüsal Rəşadla danışdıqdan sonra ona demişdir ki, Rəşadın 100 manat pulu var, Rəşada metamfetamin tapsın. Vüsaldan sonra o da Rəşadla telefonda danışmışdır. Vüsal Rəşadla danışdıqdan sonra ondan xahiş etmişdir ki, Rəşada metamfetamin tapsın. Vüsal ona demişdir ki, kart nömrəsini Rəşada atsın, Rəşad aldığı metamfetaminin pulunu kartla göndərsin. Özünə məxsus olan "xxxx" kart nömrəsini Rəşada göndərmiş, Gülüstanın qaldığı Məhəmmədi kəndində olan zaman Rəşad onun kartına 100 manat pul göndərmişdir. Məhəmmədi kəndində Gülüstanın evinə getmiş, Vüsal avtomobildə gözləmiş, o isə Gülüstanla birlikdə Gülüstanın evinə getmiş və Gülüstandan Rəşada satmaq üçün 3 qram metamfetamin almışdır. Gülüstan 3 qramdan bir qədər artıq metamfetamini ona vermişdir. Həmin vaxt öz avtomobilinin təmirə ehtiyacı olduğu üçün Gülüstandan xahiş etmişdir ki, aldığı metamfetaminin pulu da onda qalsın. Gülüstanla sevgili olduqları üçün Gülüstan ondan pulu götürməmişdir. Yenidən Vüsalın avtomobilinə oturmuş və Binəqədi rayonuna yaşadığı evə getmişdir. Yaşadığı evə çatdıqda həmin metamfetaminin bir az üzərindən götürüb qalan hissəsin sellofon bükümdə Vüsala vermişdir ki, aparıb Rəşada versin. Vüsal Binəqədi rayonu, 3-cü mədən, 112 korpusda yaşadığı evin qarşısında ondan metamfetamini alıb avtomobili sürüb getmişdir. xx.xx.2022-ci il tarixdə Zəngilan RPŞ-dən onunla əlaqə saxlayıb polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona məlum olmuşdur ki, Rəşada metamfetamin satdığı üçün onu çağırmışlar. Şahid7 təxminən 2 ildir ki, tanıyır, Binəqədi rayonunda Tərlan kafedə tanış olmuş, Gülüstan həmin kafedə işləmişdir. Gülüstanla həmin vaxtdan münasibətləri yaranmış, onunla sevgili olmuşdur. Gülüstan hazırda Abşeron rayonu, Məhəmmədi kəndində 3 uşağı iə birlikdə yaşayır. Gülüstan da psixotrop maddə metamfetamin istifadə edir. Gülüstan Rəşada satdığı həmin metamfetamini Röya adlı İranlı qadından almışdır. Rəşadla Vüsalın yanında telefonla danışıb Rəşadla razılaşıb ona metamfetamin satmış, Vüsal özü də ondan xahiş etmişdir ki, Rəşada metamfetamin satsın. Vüsalın tanışı olduğu üçün Rəşada inanıb metamfetamin satmağa razı olmuşdur. Vüsal Rəşada apardığı sellofon bükümün içərisində 3 qramdan bir qədər artıq metamfetamin olmasını bilmişdir. Vüsal satılan metamfetamindən hər hansı gəlir əldə etməmiş, taksi kimi gəlib onu hoteldən götürüb evinə apardığı üçün Vüsala 5 manat pul vermişdir. Psixotrop maddə metamfetamini Gülüstandan və tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. Psixotrop maddə metamfetamin istifadə etməsindən ailə üzvlərinin məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, tədbir onun olmuşdur. Tədbir Rəşadla bağlı olmuş, Rəşad saxlandıqdan sonra narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını demişdir. Psixotrop maddə Rəşadın evindən, maşınından və üzərindən də aşkar olunmuşdur. Hətta evindən tərəzi də aşkar olunmuşdur. Aşkar olunan narkotik maddənin təxmini çəkisi 4 qram idi. Təqsirləndirilən şəxs Abşeron rayonu, Məhəmmədli qəsəbəsi ərazisində sevgilisinin evindən çıxanda saxlamış, Hümbətin sevgilisinin üzərindən heç bir narkotik vasitə aşkar etməmişdirlər. Şahid2 Təqsirləndirilən şəxs kartına pul göndərmiş, bu məsələ sonradan istintaqda məlum olmuşdur. Təqsirləndirilən şəxs Şahid2 nə qədər narkotik vasitə verdiyi yadında deyil. Şahid2 narkotik vasitəni Hümbətdən əldə etdiyini, həmin narkotik vasitənin qiymətinin 100 manat olduğunu demişdir. Şahid2 evindən aşkar olunan narkotik vasitənin çəkisi təxminən 3 qram olmuşdur. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zəngilan RPŞ-in, CAQ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində yaşayan Şahid2 tanıyır, xidməti ərazisində yaşayır, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Şahid2 Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində narkotik vasitələr və psixotrop maddələri qəbul edir və üzərində külli miqdarda narkotik vasitələr və psixotrop maddələr gəzdirir. xx.xx.2022-ci il tarixdə raportla RPŞ-in rəhbərliyinə məruzə edərək Şahid2 əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmiş, RPŞ-in rəhbərliyi tərəfindən əməliyyat-axtarış təbirlərinin keçirilməsinə icazə verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və həmin qərar təsdiq edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri o, üzvləri isə RPŞ-in konvoy hissəsinin polis nəfəri, polis serjantı Şahid4 və İTB-in polis nəfəri, polis baş serjantı Şahid5 təyin edilmişdir. Əməliyyat tədbirlərinə başlamazdan əvvəl rəhbərlik tərəfindən təlimatlandırılmışlar və bundan sonra həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Şahid2 əməlini ifşa etmək üçün onu nəzarətə götürüb əməliyyat tədbiri keçirmişlər. Şahid2 xx.xx.2022-ci il tarixdə saat 16:40-da Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 1 nömrəli binanın qarşısında Şahid1 idarə etdiyi “Opel Vito” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobillə gedən zaman avtomobili saxladıb Şahid2 üzərində külli miqdarda narkotik vasitə və psixotrop maddə gəzdirməsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Şahid1da “Opel Vito” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilini polis şöbəsinin qarşısına sürəməsini demişlər. Şahid2 onlarla birlikdə polis şöbəsinə gəlmiş, həmçinin Şahid1 da avtomobili polis şöbəsinin qarşısına sürüb qapısını bağlayaraq şöbəyə gəlmişdir. RPŞ-in rəhbərliyinə məruzə edərək Şahid2 üzərində narkotik vasitələrin və psixotrop maddələrin olub-olmadığını müəyyən edilməsi üçün yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verməyini xahiş etmişdir. RPŞ-in rəhbərliyi tərəfindən həmin raportun icrası TQ-un təhqiqatçısı Emil Səfərliyə həvalə edilmiş, Emil Səfərli tərəfindən müvafiq sənədləşdirmə aparılmış və Şahid2 şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmişdir. Bundan sonra Şahid2 üzərində və sərnişin olduğu avtomobildə axtarış keçiriləcəyi və onun da həmin axtarışda iştirak edəcəyi bildirilmişdir. RPŞ-in İnzibati binasının qarşısında Şahid2 üzərində və “Opel Vito” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilməyə başlanmış və həmin axtarışda ondan başqa RPŞ-in konvoy hissəsinin polis nəfəri, polis serjantı Şahid4, İTB-in polis nəfəri, polis baş serjantı Şahid5 və Şahid2 vəkili iştirak etmişdir. Axtarış aparılmağa başlamazdan əvvəl təhqiqatçı Emil Səfərli tərəfindən iştirak edəcək şəxslər təqdim edilmiş, hüquq və vəzifələri onlara izah edilmiş və Şahid2 hüquq və vəzifələri elan edilərək ona hüquq və vəzifələri barədə yazılı bildiriş verilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Şahid2 üzərində və sərnişin olduğu avtomobildə ona məxsus dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş hər hansı predmet, əşya olub-olmadığı soruşulmuş, Şahid2 bildirmişdir ki, üzərində heç nə yoxdur, lakin, sərnişin olduğu “Opel Vito” markalı, ** RP *** nömrəli avtomobilin qabaq sərnişin oturacağının alt hissəsində ona məxsus, şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin var, həmin metamfetamini təqdim edə bilər. Bundan sonra təhqiqatçı bildirdirmişdir ki, Şahid2 üzərində şəxsi axtarış aparılsın. Rəşadın üzərində axtarış aparmış, Rəşadın üzərindən heç nə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı Şahid2 bildirdimişdir ki, avtomobildə olan psixotrop maddə metamfetamini təqdim edə bilərmi. Şahid2 sərnişin olduğu “Opel Vito” markalı ** RP *** nömrəli avtomobilə yaxınlaşıb avtomobilin qabaq sərnişin oturacağının alt hissəsindən iki ədəd sellofon bükümü götürüb qabaq sərnişin oturacağının üzərinə qoymuşdur. Təhqiqatçı həmin iki ədəd bükümü götürüb avtomaşının kapot hissəsinin üzərinə qoyub Şahid2 həmin bükümlərdə nə olduğunu soruşmuş, Şahid2 bildirmişdir ki, həmin bükümdə olan maddə psixotrop maddə olan metamfetamindir, həmin metamfetamini şəxsi istifadəsi üçün alıb. Daha sonra təhqiqatçı Şahid2 başqa hər hansı yerdə ona məxsus döyriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş hər hansı əşya olub-olmadığın soruşmuş, Şahid2 bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində yaşadığı evdə ona məxsus bir büküm metamfetamin və bir ədəd həmin metamfetamini çəkmək üçün istifadə etdiyi tərəzi var. Eyni zamanda Şahid2 bildirmişdir ki, həmin metamfetamin və tərəzini də könüllü təqdim edə bilər. Daha sonra müdafiəçi X11 Gülcumalıya avtomaşından çıxarıb təqdim etdiyi bükümdə olan metamfetaminin ona məxsus olub-olmadığını soruşmuş, Şahid2 müdafiəçi Toğrul Vəliyevə demişdir ki, avtomobilin oturacağından çıxarıb təqdim etdiyi metamfetamin ona məxsusdur, həmin metamfetamini şəxsi istifadəsi üçün alıb. Daha sonra həmin psixotrop maddə metamfetminə bənzər iki ədəd sellofon bükümdə olan maddələr təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış və qablaşdırmanın üzəri DİN-in 105 saylı möhürü ilə möhürləmiş, həmin zərfin üzərində iştirakçılar tərəfindən imzalar çəkilmiş, o da həmin zərfin üzərində imza çəkmişdir. Daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilib iştirakçılara ucadan oxunmuş, potokola heç bir etiraz, vəsatət və əlavə daxil edilməmiş, protokol o və digər iştiakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid2 evində olan psixotrop maddə metamfetamini və tərəzini könüllü təqdim etmək istədiyini bildirdiyi üçün Şahid2 evinə baxış keçiriləcəyi bildirilmiş, baxış keçirilməsi üçün Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, bina 14 qarşısına getmişlər. Binanın qarşısında təhiqiqatçı Şahid2 yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuş, Şahid2 heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Şahid2 binaya qalxaraq 50 nömrəli mənzili təqdim edib bildirmişdir ki, həmin mənzil ona məxsusdur. Təhqiqatçı baxışda iştirak edəcək şəxsləri təqdim etmiş, həmin baxışda ondan başqa RPŞ-in konvoy hissəsinin polis nəfəri, polis serjantı Şahid4, İTB-in polis nəfəri, polis baş serjantı Şahid5 və Şahid2 vəkili iştirak etmişdir. Təhqiqatçı Şahid2 evdə olan psixotrop maddə metamfetamini və tərəzini təqdim etməsini demiş, Şahid2 evə daxil olaraq evin qonaq otağında olan şkafdan bir ədəd tərəzi və evdə olan divanın sol alt hissəsindən bir ədəd sellofon bükümdə olan maddəni təqdim edərək bildirmişdir ki, həmin bükümdə psixotrop maddə olan metamfetamin var. Baxış zamanı Şahid2 bildirmişdir ki, təqdim etdiyi tərəzini şəxsi istifadəsi üçün aldığı metamfetaminləri çəkmək üçün istifadə edir. Baxış zamanı təhqiqatçı Şahid2 polis şöbəsinə gətirilən zaman və daha sonra ona hər hansı təsir edilib-edilmədiyi, ona fiziki zor tətbiq edilib-edilmədiyi soruşulmuş, Şahid2 bildirmişdir ki, ona hər hansı təsir, fiziki zor tətbiq edilməmişdir. Daha sonra tərəzi və bir ədəd büküm qablaşdırılıb götürülmüş və qablaşdırmanın üzəri DİN-in 105 saylı möhürü ilə möhürləmiş, həmin zərfin üzərində iştirakçılar tərəfindən imzalar çəkilmiş, o da həmin zərfin üzərində imza çəkmişdir. Daha sora təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, potokola heç bir etiraz, vəsatət və əlavə daxil edilməmiş, protokol o və digər iştiakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə ilə əlaqədar olaraq heç bir təqsiri olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs qısa müddət əvvəl tanımış, hadisə günü 1 qram narkotik vasitə olan metamfetamin götürmüşdür. İş üzrə Şahid1 narkotik vasitə verməmiş, 1 qram olan metamfetamini o özü Hümbətdən gedib götürməmişdir. Ona 1 qram olan metamfetamini iş üzrə Şahid1 gətirmişdir. Onun “Unibanka” məxsus bank kartı olmuş, həmin kartdan Təqsirləndirilən şəxs 100 manat pul göndərmiş, Hümbət özü maşın ustası olmuş və onu sadəcə olaraq usta olaraq tanımışdır. Həmin 100 manat məbləği Hümbətə həm onun maşınını düzəltməyi üçün, həm də ona metamfetamin alması üçün göndərmişdir. Onun avtomobili “Opel Vita” markalı avtomobil olmuş, həmin avtomobil öz adına olmamışdır. İstintaq zamanı verdiyi ifadəni tam xatırlamır. Əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə almamış, onu narkotik vasitə satan biri kimi deyil avtomobil ustası kimi tanımışdır. Təqsirləndirilən şəxs 100 manat məbləğin hamısını narkotik vasitə üçün göndərməmiş, onda cəmi, 0,1 qram metamfetamin olmuşdur. İttihamda qeyd olunan psixatrop maddənin çəkisinin 3,279 qram olduğunu qəbul etmir. İbtidai istintaq dövründə verdiyi ifdadəsini təsdiq etmir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, bina 14, mənzil 50-də yaşayır. Evlidir 6 yaşlı iki uşağı var. Özünə məxsus Samsung markalı qrant mobil telefonu var, həmin telefonu üzərində 077 ***-**-** mobil nömrəsini istifadə etmişdir. Təxminən bir ildir ki, psixotrop maddə olan metamfetamin istifadə edir. İstifadə etdiyi metamfetaminləri çox vaxt tanımadığı şəxslərdən internet vasitəsilə alır. xx.xx.2022-ci il tarixdə istifadə etmək üçün metamfetamin almaq istəmiş və bunun üçün də 077 ***-**-** mobil nömrəsi ilə Şahid1 077 ***-**-** mobil nörməsinə zəng edib metamfetamin lazım olduğunu demişdir. Vüsal ona demişdir ki, əvvəllər də metamfetamin aldığı Hümbət adlı şəxsin yanına gedir, istəyirsə Hümbətlə telefonla danışsın, Hümbətdən ona metamfetamin alıb gətirsin. Hümbətə məxsus 070 ***-**-** mobil nörməsinə özünün 077 ***-**-** mobil nömrəsi ilə zəng etmiş, Hümbətlə telefonla danışıb ona 3 qram metamfetamin satmasını demişdir. Hümbət 3 qram metamfetamin üçün ondan 100 manat pul istəmişdir. Hümbətlə razılaşmış, Hümbət ona kart nömrəsi göndərmiş, həmin karta özünə məxsus “Leo” bank kartı ilə 100 manat pul göndərmişdir. Hümbətlə danışdıqdan sonra Vüsalla yenidən telefonla danışmış, Vüsal ona demişdir ki, Hümbətdən 3 qram metamfetamin götürüb evinə gəlir. xx.xx.2022-ci il tarixdə Vüsal yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, bina 14, mənzil 50-yə gəlib evdə metamfetamini ona vermişdir. Həmin metamfetamini evində olan tərəzi ilə ölçmüş, daha sonra isə bir ədəd sellofon bükümdə bir qədər ayırıb evdə divanın alt hisəsinə qoymuş, qalan metamfetmini isə əlində saxlayaraq Vüsala məxsus Opel Vita markalı ** RP *** nömrəli avtomobilə minmişdir. Vüsalla uşağına kitab üzü almaq üçün getmək istəmişdir. Avtomobilə oturan zaman əlində götürdüyü metamfetamini üzərində qalmasın deyə oturduğu avtomobildə qabaq oturacağın alt hissənə qoymuşdur. Gedən zaman məcburi köçkünlər şəhərciyində 1 nömrəli binanın qarşısında mülki geyimli şəxslər onları saxladıb polis olduqlarını deyib külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslərlə birlikdə Zəngilan Rayon Polis Şöbəsinə getmiş, orda hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin və onu saxlamış polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə və psixotrop maddə varsa təqdim etməyini demişlər. Üzərində qanunla qadağan olan hər hansı əşya olmadığını demişdir. Polis əməkdaşları üzərində axtarış aparmış, lakin heçə nə aşkar edilməmişdir. Polis əməkdaşları axtarış aparan zaman bildirmişdir ki, ona məxsus olan metamfetamini getdiyi Opel Vita markalı ** RP *** nəmrəli avtomobilin qabaq oturacağının alt hisəsinə qoymuşdur. Özü könüllü olaraq avtomobilin qabaq oturacağının alt hissəsində olan metamfetamini götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin metamfetamini qablaşdırıb götürmüşlər, həmin qablaşdırmanın üzərinə o da imza etmişdir. Daha sonra isə başqa yerdə psixotrop maddə və yaxud qanunla qadağan edilmiş əşya saxlayıb-saxlamamağı soruşulmuş, özü bildirmişdir ki, yaşadığı evdə də psixotop maddə olan metamfetamini var. Ərizə ilə RPŞ-nə müraciət edərək müdafiəçisinin iştirakı ilə evində olan metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları baxış keçirərək həmin metafmatemini də qablaşdırıb götürmüşlər, həmin qablaşdırılan zərfin üzərinə imza etmişdir. Avtomobildə olan iki ədəd bükümdən böyük büküm onun olmuş, digər yanında olan kiçik büküm isə Şahid1 olmuşdur. Vüsal həmin bükümü yolda gedən zaman saxlamağı üçün ona vermişdi. Hümbəti Vüsalın vasitəsi ilə tanımış, bir dəfə Vüsalın yanında görmüşdür. Eşitdiyinə görə Binəqədi rayonunda tırlar parkı deyilən yerdə yaşayır. Hümbətin istifadəsində 070 ***-**-** mobil nömrəsi var. Onun haqqında başqa məlumatı yoxdur. Şahid1 özü də metamfetamindən istifadə edir, Vüsala zəng edib metamfetamin almaq istədiyini demiş, Vüsal özü ona demişdir ki, Hümbətin yanına gedir, Hümbətlə danışıb pulunu versin, Hümbətdən metamfetamin götürüb gəlsin. Hümbətdən Vüsal metamfetamini götürüb gətirərək ona vermişdir. Evindən aşkar edilərək götürülmüş tərəzi ona məxsus olmuş, həmin tərəzini alıb evdə saxlamışdır ki, istifadə üçün aldığı metamfetaminləri çəkisinin məyyən etsin ki, ona metamfetamin satanlar onu aldatmasın. Metamfetamin istifadəçisidir, şəxsi isitifadəsi üçün metamfetamini üzərində gəzdirmişdir. Psixotrop maddə metamfetamini özü istifadə edir, satışı ilə məşğul olmur. 1 il ərzində istifadə etdiyi psixotop maddə metamfetamini müxtəlif yerlərdən tanımadığı şəxslərdən internet vasitəsi ilə almış, bir neçə dəfə Vüsalla birlikdə Hümbətdən də almışdır. Polis əməkdaşları onu saxlayan zaman və sonradan heç bir zor və yaxud psixoloji təsir etməmişlər. İlk əvvəl Vüsalı müdafiə etmək üçün avtomobildən çıxmış hər iki bükümün onun olmasını demiş, lakin əslində kiçik bükümdə olan mütamfetamin Vüsalın olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, iş üzrə Təqsirləndirilən şəxs avtomobil ustası kimi tanımışdır. Onun bu işlə bağlı heç bir məlumatı və aidiyyatı olmamış, nəşə çəkmişdir. Şahid2 ona 5 manat pul verib “Abdulhəllimov Hümbət sənə bir qutu verəcək, onu götür gəl” demiş, amma onun içərisində narkotik olduğunu bilməmişdir. O, bu işlə bağlı tutulmuş, amma heç bir təqsiri olmadığını bildirmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə almamış, onu avtomobil ustası kimi tanımış və Hümbətə maşınla bağlı iş gördürmüşdür. Hümbət ona həmin qutuları verəndə onun içərisində narkotik olub-olmaması barədə məlumat verməmişdir. Həmin qablar ətir qabları olmuş və onları açıb yoxlamamışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdqi etmir. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində Famil adlı şəxsə məxsus evdə həyat yoldaşı X8 və xx.xx.2020-ci il təvəllüdlü azyaşlı qızı X7 ilə birlikdə yaşayır. Özünə məxsus avtomobillə taksi işləyir. Təqsirləndirilən şəxs təxminən 5-6 aydır ki, tanıyır, onunla Binəqədi rayonunda avtomobil təmiri sexində tanış olmuşdur. Hümbət metamfetamin satıdığı üçün ondan bir neçə dəfə şəxsi istifadəsi üçün 10 manat verərək metamfetamin almışdır. Şahid2 2022-ci ilin iyun ayından tanıyır, Rəşad həmin vaxt Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan Rəşad adlı dostundan “Tofaş” markalı avtomaşın almış, həmin vaxtdan Şahid2 ilə münasibətləri yaranmışdır. Rəşad bir neçə dəfə ona məxsus olan avtomobildə gedən zaman yanında metamfetamin istifadə etmiş, istifadə edən zaman da ona demişdir ki, yaxşı bir şeydir, o da istifadə etsin. 2022-ci ilin iyunsentyabr aylarında Rəşadla bir neçə dəfə Rəşadın ona verdiyi metamfetamindən istifadə etmişdir. Rəşad hər dəfəsində ona metamfetamini pulsuz vermiş, o isə əvəzində Rəşadı avtomobili ilə Rəşadın istədiyi yerlərə aparmışdır. 2022-ci ilin sentyabr ayının ortalarında bir dəfə Rəşada zəng edib metamfetamin satıb-satmadığını demiş, Rəşad isə bildirmişdir ki, bir dəfə istifadə etmək üçün olan ölçüdə metafmetamini 10 manata satır. Rəşadla Abşeron rayonu, Masazır qəsəbəsi, Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmüş, Rəşad bir dəfə istifadə etmek üçün olan metamfetamini ona 10 manata satmışdır. Aldığı metamfetamini özü istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində 070 ***-**-** mobil nömrə ilə Hümbət ona məxsus 077 ***-**-** mobil nömrəsinə zəng edib demişdir ki, onu Novxanı yolunda yerləşən “Salt” oteldən götürsün. Hümbətin dediyi otelə getmiş, Hümbət otelden tanıdığı Gülüstan adlı qızla çıxmış, onları Abşeron rayonu, Gənclər şəhərciyinə aparmışdır. Hümbətlə Gülüstanı apardıqdan sonra yenidən Novxanıya qayıtmışdır. Novxanıda olan zaman Şahid2 077 ***-**-** mobil nömrəsi ilə ona məxsus 077 ***-**-** mobil nömrəsinə zəng edib demişdir ki, onu evindən götürsün, Abşeron rayonu, Gənclər şəhərciyinə aparıb gətirsin. Rəşada işi olduğunu gələ bilməyəcəyini demişdir. Rəşad ona demişdir ki, Abşeron rayonu, Gənclər şəhərciyində Hümbətin yanına getsin, Hümbət ona patı, yəni metamfetamin verəcək, həmin metamfetamini ona gətirsin, taksi pulu kimi ona 10 mant pul versin. Rəşadla razılaşıb Hümbətin yanına Abşeron rayonu, Gənclər şəhərciyinə getmiş, Gənclər şəhərciyində Hümbətlə görüşmüş, Hümbət üzəri güllü sellafon paketin içərisində ona iki ədəd içərisi boş ətir qutusu və bir ədəd üzəri sellofon paketlə bağlanmış kibrit qutusu vermişdir. Hümbət taksi pulu kimi ona 5 manat da pul vermişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyinə gəlib, Rəşadın yaşadığı binanın qarşısında həmin iki ədəd içərisi boş ətir qutusu və bir ədəd üzəri sellofon paketlə bağlanmış kibrit qutusunu Rəşada vermişdir. Getmək istəyən zaman Rəşad demişdir ki, getməsin, onun evinə qalxsınlar. Birlikdə Rəşadın evinə qalxmışlar, Rəşad evində olan şkafın içərisində metamfetamin çıxarmış, həmin metamfetamini birlikdə istifadə etmişlər, sonra aşağı düşmüşdür. Ondan sonra Rəşad da aşağı düşmüş və ona demişdir ki, Yeni Saray şadlıq evinin qarşısında onu düşürsün. Ona məxsus Opel Vita markalı, ** RP *** nömrəli avtomobillə gedən zaman polis əməkdaşları onları saxlamışlar. Rəşad polis əməkdaşların görən zaman ona demişdir ki, saxlama sür get. Rəşadın dediyini etməmiş və avtomobili saxlamışdır. Rəşad həmin vaxt üzərində olan metamfetamini avtomobilin qabaq sərnişin oturacağının alt hisəsinə atmışdır. Polis əməkdaşları yaxınlaşıb Rəşada üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməkdə şübhəli olduğunu deyib polis şöbsinə dəvət etmişlər. Polis əməkdaşları ona da avtomobili polis şöbəsinə sürməyini demişlər. Avtomobili polis şöbəsinin qarşısına sürüb qapısını bağlayıb polis şöbəsinə getmişdir. Sonradan Rəşad özü avtomobildə olan ona məxsus metamfetamini polis əməkdaşlarına vermişdir. Şahid2 ona demişdir ki, Hümbət ona patı, yəni metamfetamin verəcək, həmin metamfetamini ona aparıb versin. Sellofan bükümdə olan maddənin metamfetamin olduğunu bilmiş, lakin həmin maddəyə açıb baxmamışdır. Şahid2 metamfetaminin satışı ilə məşğuldur, o da Rəşaddan metamfetamin almışdır. Rəşad Hümbətdən aldığı metamfetamini də satmaq üçün almışdır. Metamfetamin istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs onun rəhbərlik etdiyi hotelin qonağı olub. Həmin hotel Mehdiabad ərazisində yerləşən “Salt” adlı hoteldir. Təxmini olaraq yadındadır ki, 2022-ci ildə bu hadisə olmuşdur. Bir dəfə polis işçiləri ondan Təqsirləndirilən şəxs soruşmuş və o da siyahıya baxanda onun adının olduğunu və otelin qonağı olduğunu bilmişdir. İş üzrə Təqsirləndirilən şəxsla şəxsi tanışlığı olmamış, onu narkotik vasitənin istifadəçisi və satışı ilə məşğul olan kimi tanımamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, polis serjantıdır, əməliyyatda köməkçi qüvvə kimi iştirak etmişdir. İş üzrə üzə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin növü və çəkisi yadında deyil. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Şahid5 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zəngilan RPŞ-in, İTB-in sahənin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olan zaman CAQ-un əməliyyat müvəkkili, polis kapitanı Şahid3 onu və Konvoy hissəsinin polis nəfəri Şahid4 xidməti otağına dəvət edərək Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində yaşayan Şahid2 narkotik vasitələr və psixotrop maddələr qəbul etməsi və üzərində külli miqdarda satış məqsədilə gəzdirməsi barədə məlumat daxil olduğunu, bunun üçün də onun əməlini ifşa etməkdən ötrü əməliyyat tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradıldığını, həmin qrupun üzvləri özü və Elmindən ibarət olduğunu bildirmişdir. Əməliyyat tədbirlərinə başlamazdan əvvəl rəhbərlik tərəfindən təlimatlandırılmışlar və bundan sonra həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Şahid2 əməlini ifşa etmək üçün onu nəzarətə götürüb əməliyyat tədbiri keçirmişlər. Şahid2 xx.xx.2022-ci il tarixdə saat 16:40-da Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 1 nömrəli binanın qarşısında Şahid1 idarə etdiyi “Opel Vito” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobillə gedən zaman avtomobili saxladıb Şahid2 üzərində külli miqdarda narkotik vasitə və psixotrop maddə gəzdirməsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Şahid1da “Opel Vito” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilini polis şöbəsinin qarşısına sürəməsini demişlər. Şahid2 onlarla birlikdə polis şöbəsinə gəlmiş, həmçinin Şahid1 da avtomobili polis şöbəsinin qarşısına sürüb qapısını bağlayaraq şöbəyə gəlmişdir. RPŞ-in rəhbərliyinə məruzə edərək Şahid2 üzərində narkotik vasitələrin və psixotrop maddələrin olubolmadığını müəyyən edilməsi üçün yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verməyini xahiş etmişdir. RPŞ-in rəhbərliyi tərəfindən həmin raportun icrası TQ-un təhqiqatçısı Emil Səfərliyə həvalə edilmiş, Emil Səfərli tərəfindən müvafiq sənədləşdirmə aparılmış və Şahid2 şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmişdir. Bundan sonra Şahid2 üzərində və sərnişin olduğu avtomobildə axtarış keçiriləcəyi və onun da həmin axtarışda iştirak edəcəyi bildirilmişdir. RPŞ-in İnzibati binasının qarşısında Şahid2 üzərində və “Opel Vito” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilməyə başlanmış və həmin axtarışda ondan başqa RPŞ-in konvoy hissəsinin polis nəfəri, polis serjantı Şahid4, İTB-in polis nəfəri, polis baş serjantı Şahid5 və Şahid2 vəkili iştirak etmişdir. Axtarış aparılmağa başlamazdan əvvəl təhqiqatçı Emil Səfərli tərəfindən iştirak edəcək şəxslər təqdim edilmiş, hüquq və vəzifələri onlara izah edilmiş və Şahid2 hüquq və vəzifələri elan edilərək ona hüquq və vəzifələri barədə yazılı bildiriş verilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Şahid2 üzərində və sərnişin olduğu avtomobildə ona məxsus dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş hər hansı predmet, əşya olub-olmadığı soruşulmuş, Şahid2 bildirmişdir ki, üzərində heç nə yoxdur, lakin, sərnişin olduğu “Opel Vito” markalı, ** RP *** nömrəli avtomobilin qabaq sərnişin oturacağının alt hissəsində ona məxsus, şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin var, həmin metamfetamini təqdim edə bilər. Bundan sonra təhqiqatçı bildirdirmişdir ki, Şahid2 üzərində şəxsi axtarış aparılsın. Rəşadın üzərində axtarış aparmış, Rəşadın üzərindən heç nə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı Şahid2 bildirdimişdir ki, avtomobildə olan psixotrop maddə metamfetamini təqdim edə bilərmi. Şahid2 sərnişin olduğu “Opel Vito” markalı ** RP *** nömrəli avtomobilə yaxınlaşıb avtomobilin qabaq sərnişin oturacağının alt hissəsindən iki ədəd sellofon bükümü götürüb qabaq sərnişin oturacağının üzərinə qoymuşdur. Təhqiqatçı həmin iki ədəd bükümü götürüb avtomaşının kapot hissəsinin üzərinə qoyub Şahid2 həmin bükümlərdə nə olduğunu soruşmuş, Şahid2 bildirmişdir ki, həmin bükümdə olan maddə psixotrop maddə olan metamfetamindir, həmin metamfetamini şəxsi istifadəsi üçün alıb. Daha sonra təhqiqatçı Şahid2 başqa hər hansı yerdə ona məxsus döyriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş hər hansı əşya olub-olmadığın soruşmuş, Şahid2 bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində yaşadığı evdə ona məxsus bir büküm metamfetamin və bir ədəd həmin metamfetamini çəkmək üçün istifadə etdiyi tərəzi var. Eyni zamanda Şahid2 bildirmişdir ki, həmin metamfetamin və tərəzini də könüllü təqdim edə bilər. Daha sonra müdafiəçi X11 Gülcumalıya avtomaşından çıxarıb təqdim etdiyi bükümdə olan metamfetaminin ona məxsus olub-olmadığını soruşmuş, Şahid2 müdafiəçi Toğrul Vəliyevə demişdir ki, avtomobilin oturacağından çıxarıb təqdim etdiyi metamfetamin ona məxsusdur, həmin metamfetamini şəxsi istifadəsi üçün alıb. Daha sonra həmin psixotrop maddə metamfetminə bənzər iki ədəd sellofon bükümdə olan maddələr təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış və qablaşdırmanın üzəri DİN-in 105 saylı möhürü ilə möhürləmiş, həmin zərfin üzərində iştirakçılar tərəfindən imzalar çəkilmiş, o da həmin zərfin üzərində imza çəkmişdir. Daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilib iştirakçılara ucadan oxunmuş, potokola heç bir etiraz, vəsatət və əlavə daxil edilməmiş, protokol o və digər iştiakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid2 evində olan psixotrop maddə metamfetamini və tərəzini könüllü təqdim etmək istədiyini bildirdiyi üçün Şahid2 evinə baxış keçiriləcəyi bildirilmiş, baxış keçirilməsi üçün Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, bina 14 qarşısına getmişlər. Binanın qarşısında təhiqiqatçı Şahid2 yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuş, Şahid2 heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Şahid2 binaya qalxaraq 50 nömrəli mənzili təqdim edib bildirmişdir ki, həmin mənzil ona məxsusdur. Təhqiqatçı Şahid2 evdə olan psixotrop maddə metamfetamini və tərəzini təqdim etməsini demiş, Şahid2 evə daxil olaraq evin qonaq otağında olan şkafdan bir ədəd tərəzi və evdə olan divanın sol alt hissəsindən bir ədəd sellofon bükümdə olan maddəni təqdim edərək bildirmişdir ki, həmin bükümdə psixotrop maddə olan metamfetamin var. Baxış zamanı Şahid2 bildirmişdir ki, təqdim etdiyi tərəzini şəxsi istifadəsi üçün aldığı metamfetaminləri çəkmək üçün istifadə edir. Baxış zamanı təhqiqatçı Şahid2 polis şöbəsinə gətirilən zaman və daha sonra ona hər hansı təsir edilib-edilmədiyi, ona fiziki zor tətbiq edilib-edilmədiyi soruşulmuş, Şahid2 bildirmişdir ki, ona hər hansı təsir, fiziki zor tətbiq edilməmişdir. Daha sonra tərəzi və bir ədəd büküm qablaşdırılıb götürülmüş və qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs polis şöbəsində görmüşdür. İş üzrə Şahid2ı narkotik vasitəyə görə tutmuşdurlar. Daha sonra məlum oldu ki, Şahid2 həmin narkotik vasitələri iş üzrə Təqsirləndirilən şəxs satın almışdır. İş üzrə Şahid2 üzərindən aşkar olunan narkotik vasitənin çəkisinə baxmamışdır. O, həmin işdə polis əməkdaşı kimi iştirak etmişdir. Onlara həmin sözügedən şəxsləri polis şöbəsinə əməliyyatçılar gətirmişdirlər. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid5 ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid7 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məhəmmədi kəndində yaşayır. Təxminən 1 ildir ki, psixotrop maddə olan metamfetamin istifadə edir. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır, Hümbətlə bir il əvvəl Binqədi rayonu ərazisində “Tərlan” kafedə işləyən zaman tanış olmuş, həmin vaxtdan münasibətləri yaranmışdır. Şahid1 təxminən 2022-ci ilin iyul ayından tanıyır, Vüsalı Hümbətlə münasibəti olduğu üçün tanımışdır. Vüsal özü də metamfetamin istifadə edir. Şahid2 təxminən 2022-ci ilin avqust ayından tanıyır, Rəşad dəfələrlə ondan satmaq üçün metamfetamin alıb, Rəşadı Vüsalın dostu kimi tanımış, Vüsal xahiş etdiyi üçün Rəşada metamfetamin satmışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində istirahət etmək üçün Hümbətlə birlikdə Abşeron rayonu ərazisində olan Salt otelə getmiş, oteldə olan zaman Hümbət ona demişdir ki, Röya adlı İranlı qadınla danışıb, ondan metamfetamin alacaq. Təxminən yarım saat sonra Hümbət demişdir ki, Röya metamfatmini qoyub gedib götürüb gəlsinlər. Hümbət Bolt vasitəsi ilə taksi sifariş etmiş, Xırdalan şəhərinə getmişlər, X6 qoyduğu yerdən metamfetamin götürmüş və Hümbətin yaşadığı evə getmişlər, taksidə Hümbəti gözləmiş, Hümbət evinə girib qayıtmış və ona demişdir ki, aldığı metamfetamini evinə qoydu. Yenidən Salt otelə getmişlər, gecəni Hümbətlə həmin oteldə qalmışdır. Səhər gün Hümbət Vüsalı otelə çağırmış, Vüsal onları oteldən götürmüş və onu yaşadığı evə aparmışlar. Ondan sonra Vüsalla Hümbət getmişlər. Bir neçə gün sonra eşitmişdir ki, Hümbət Rəşada metamfetamin satıb, həmin metamfatmin Rəşadda olan zaman polis əməkdaşları Rəşadı tutmuşlar. Röya adlı qadını təxminən 4-5 aydır ki, tanıyır, narkotik vasitələr və psixotrop maddələr satır. Özü də ondan bir neçə dəfə psixotrop maddə olan metamfetamin almışdır. Röya adlı qadının harda yaşaması və kim olması barədə dəqiq məlumatı yoxdur, lakin özünün deməsinə görə İran İslam Respublikasında yaşayır. Bir neçə dəfə vhatsap vasitəsi ilə Röya ilə danışmış, Röya onunla +**********95 mobil nömrəsi ilə danışmışdır. Röya narkotik vasitələri və psixotrop maddələri telefonla danışıb razılaşdıqda sonra ilk əvvəl kart vasitəsi ilə pulunu alır, pulu aldıqdan sonra özü istədiyi ünvana qoyub həmin ünvanın şəklini göndərir. Hümbət də Röydan eyni üsulla psixotrop maddə metamfetamin almışdır. xx.xx.2022-ci il tarixdə Röya Xırdalan şəhərinə metamfetamini qoymuş, lakin Xırdalan şəhərini yaxşı tanımadığı üçün həmin ünvan yadında deyil. Hümbət Rəşada xx.xx.2022-ci il tarixdə satdığı metamfetamini ondan alıb satmamış, həmin gün Hümbətin Rəşada metamfetamin satdığından xəbəri olmamışdır. Rəşad tutulduqdan sonra bilmişdir ki, xx.xx.2022-ci il tarixdə Hümbət Rəşada 3 qram metamfetamin satmışdır. Hümbət həmin metamfetamini öz evindən götürüb Rəşada satmış, həmin satışdan onun xəbəri olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 23 sentyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərardan görünür ki, Şahid2 23 sentyabr 2022-ci il tarixdə axşam saatlarında “Zəngilan” şəhərciyi ərazisinə gələcəyi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Zəngilan RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə satdığı psixotrop maddə metamfetaminin 2,783 qramı Şahid1 idarə etdiyi və Şahid2 sərnişin olduğu “Opel Vito” markalı ** RP *** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Şahid2 yaşadığı ünvan 1 ünvana baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə satdığı psixotrop maddə metamfetaminin 0, 496 qramı Şahid2 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, bina 14, mənzil 50-də qonaq otağı kimi istifadə edilən otaqda olan divanın sağ künc hissəsində olan 01 ədəd sellofan bükümdə aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş «Mobil telefon operatorundan daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC mobil telefon operatorundan daxil olmuş telefon danışıqları ilə bağlı məlumatları özündə əks etdirən 01 ədəd kompakt diskə kompyuter vasitəsi ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, kompakt diskin yaddaşında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə daxil olan və çıxan zəng və sms-lər, həmçinin abonentlərə dair məlumatları özündə əks etdirən qovluqlar vardır. Həmin qovluqlarda olan məlumatlardan görünür ki, Şahid2 istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 45 dəfə zəng edilərək danışıqlar aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş «Bankdan daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" Kommersiya bankı ASC-dən daxil olmuş 01 ədəd kompakt diskə kompyuter vasitəsi ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, kompakt diskin yaddaşında təqsirləndirilən şəxs Şahid2 istifadəsində olan kart hesabından edilmiş əməliyyatlar göstərilmişdir. Həmin qovluqlarda olan məlumatlardan görünür ki, Şahid2 məxsus 409858******7799 nömrəli kartdan xx.xx.2022-ci il tarixdə saat 13:47:10-da Təqsirləndirilən şəxs məxsus 409858******3303 nömrəli karta 100 manat pul göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 6/5491 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...(imza) Şahid2...” sözləri olan 1 nömrəli zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,478 qr., 0,305 qr., 2 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,496 qram ümumi təmiz çəkisi 3,279 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikəri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Respublika Narkoloji Mərkəzi X14 Ambulator X1 təqdim edilmiş xx.xx.2022-ci il tarixli 7680 №-li ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə X3 X10 təqdim edilmiş xx.xx.2023-ci il tarixli 215 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayəti hadisəsini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarınadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Özünə və ətrafdakılara qarşı təhlükəli deyil. Təqsirləndirilən şəxs əqli intellektual ikanları normaya uyğundur. O , iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli tərədərkən hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2023-cü il tarxili qərarla Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə satdığı və Zəngilan RPŞ-in ənməkdaşları tərəfindən aşkar edilərək götürülmüş ekspertiza təhqiqatından sonrakı qalıq 3,179 qram psixotrop maddə metamfetamin öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və həmin psixotrop maddə cinayət işi üzrə maddi sübüt kimi tanınaraq saxlanmasından ötrü Zəngilan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi, 03 ədəd diskin maddi sübüt kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu, Binəqədi qəsəbəsi İİİ mədən kor. 112-də qeydiyyatsız yaşamış və yaşadığı müddət ərzində barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 02 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Zəngilan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Zəngilan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, ekspertiza təhqiqatından sonrakı qalıq 3,179 qram psixotrop maddə metamfetamin məhv edilməli, 03 ədəd diskin maddi sübüt kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 20 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Zəngilan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, ekspertiza təhqiqatından sonrakı qalıq 3,179 qram psixotrop maddə metamfetamin məhv edilsin, 03 ədəd diskin maddi sübüt kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar