Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-147/2025 06.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X11 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X15, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X22 və onun nümayəndəsi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Abşeron rayonu Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, "xxxx" ASC-də təmirçi çilingər-qaynaqçı vəzifəsində işləmiş, Xızı rayonu Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qardaşı Saleh Qurbanov 13 sentyabr 2022-ci il tarixdə şəhid olduqdan sonra mərhumun arvadı Zərərçəkmiş şəxs şəxsi həyatı ilə bağlı hüquqlarını müstəqil şəkildə həyata keçirməsinə sonuncunun istədiyi kimi deyil, öz eqoizmini açıqaşkar nümayiş etdirərək özünün arzu etdiyi tərzdə həll etmək istəyərək, şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub öz mənafeyini onun mənafeyindən üstün tutaraq sonuncunun qanuni hüquq və azadlıqlarına, cəmiyyətdə qəbul olunmuş davranış, əxlaq normalarına aşkar hörmətsizlik ifadə etməklə əvvəlcə Zərərçəkmiş şəxs sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyaraq onun mobil telefonunu sındırmış, onun öz doğma valideynləri ilə birlikdə yaşamaq istəməsini qəbul etməyərək, Zərərçəkmiş şəxs məhz özünün istədiyi yerdə yaşamağa məcbur etmiş, sonuncudan rədd cavabını alıb onun bu istəyinə etirazı ilə rastlaşdıqa isə onu öz istəklərinə razı edə bilməyəcəyini görüb Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş və bu cinayətkar niyyətini həyata keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdən evdən gedərək ünvan 1 ünvanında valideynləri ilə birlikdə yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Xızı rayonu, Cabir Novruz küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində atası Şahid2 məxsus mənzilə gəlməsini eşidib, həmin gün saat 17 radələrində həmin mənzilə gəlib Zərərçəkmiş şəxs ilə otaqda tək qalmaq məqsədi ilə evdə olan anası Şahid3 otaqdan çıxararaq təkbətək söhbət zamanı yenidən Zərərçəkmiş şəxs şəxsi həyatına qanunsuz müdaxilə edib, sonuncunun hüquqlarına saymazyana və hörmətsizliklə yanaşaraq, Zərərçəkmiş şəxs öz ata evində deyil, onlarla yaşamasını tələb etmiş, sonuncu artıq orada yaşamayacağını, ata evində yaşayacağını qəti şəkildə bildirdikdə o, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə özü üçün əlverişli şərait yaratmaq üçün axırıncı dəfə sağollaşmaq adı ilə ayaqüstə qalxmasını bildirmiş, Zərərçəkmiş şəxs oturduğu divandan ayağa qalxdıqda, sol əli ilə onun boğazının qarşı hissəsindən tutub sıxaraq boğmağa başlamış, daha sonra qolunun dirsək hissəsini sonuncunun boğazına keçirib sıxmağa davam edib üz hissəsini divanda olan balışa dayayaraq boyun nahiyəsinin sağ yan və ön səthlərinin qançırları, boyun nahiyəsinin ön və yan səthlərinin sıyrıqları, döş qəfəsinin ön səthinin sıyrıqları, dilaltı sümüyün sağ böyük buynuzunun cismi ilə birləşən oynaq səviyyəsində patoloji hərəkətliliyi, oynaq yarığının aralanması, boyunun yumşaq toxumalarına qansızma, dilaltı sümük, udlaq, qida borusu və traxeya ətrafı yumşaq toxumalara qansızmadan ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya ilə ölümünə səbəb olmaqla sonuncunu qəsdən öldürmüş, yəni xuliqanlıq niyyətilə qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü əvvəl CM-in 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onların gəlinidir. O, Ləmanın “Tik-tok” sosial şəbəkə proqramından istifadə etməsinə etiraz etmiş, etdiyi hərəkətlərin ayıb olduğunu söyləmiş və onun telefonunu qırmışdır. Daha sonra Ləman ondan küsmüş və öz evlərinə getmişdir. 1 ay sonra Ləman evə qayıtmış və o, yenə də Ləmana öz iradlarını bildirmiş, qardaşının ili çıxmadan evdən getməsinin düzgün olmadığını, onun üçün ev tikdirdiklərini, onlara belə şeylərin yaraşmadığını söyləmişdir. O, çox izah etmiş, amma Ləmanı başa salmaq mümkün olmamış və problem yaranmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, Ləmana evdən getməməsini, qardaşının təzə öldüyünü, onun evdən getməsinin ayıb olduğunu bildirmiş, amma Ləman onu oraya bağlayan heç bir şeyin olmadığını söyləmişdir. Ləman onunla çox ağır danışmış, söyüş söymüş və “cəhənnəm olsun Taleh də, tikdiyiniz ev də” demişdir. Ləmanın “Tik-tok” sosial şəbəkə proqramından istifadə etməsindən ata və anasının məlumatlı olub-olmamasını bilmir. Ləman “Tik-tok” sosial şəbəkəsində qardaşı Salehin şəkil və videolarını paylaşırmış. O, heç vaxt “Ləman atasının evinə getsə onu öldürəcəm” deməmişdir. Onun Ləmanı öldürmək niyəti olmamışdır. Ləmana ev tikməsi qardaşı Slehin ona vəsiyyəti olmuşdur. O, Ləmanı boğub öldürdükdən sonra polis əməkdaşlarına zəng etmişdir. Salehi təhqir etdiyi üçün Ləmanı öldürmüşdür. Ləmanın qardaşını təhqir etməsi ilə bağlı onda heç bir sübut yoxdur, çünki həmin vaxt ikisi tək olmuşlar. O, hadisə günü hava isti olduğu üçün səhər-səhər kafeyə gedib 1 bakal pivə içmişdir. Onun sipirtli içki içməkdə heç bir məqsədi olmamışdır. Hadisədən bir ay əvvəl də Ləmanla onun arasında sözlü mübahisə yaranmışdır. Ləman həmin “Tik-tok” sosial şəbəkəsində qardaşının adına xələl gətirəcək heç nə etməmişdir. Salehin sağlığında Ləman “Tik-tok” sosial şəbəkəsindən istifadə edə bilməzmiş. Ləmanın istifadə etdiyi “Tiktok” səhifəsinin adı “sənsiz həyat” imiş. O, əvvəlki mübahisələri zamanı Ləmana heç bir xəsarət yetirməmiş, sadəcə telefonunu əlindən almış və qırmışdır. Hadisə günü Ləmanı onlara getirmişlər. O, atasıgilə gedən zaman qapını anası açmışdır. Anasından başqa evdə Ləman olmuşdur. O, Ləmanla ayrılıqda söhbət etmişdir. Ləmana yalvar-yaxar etmək üçün onunla təklikdə danışmaq istəmişdir. Qardaşını çox təhqir etdiyi və nalayiq sözlər dediyi üçün Ləmanı boğmaq qərarına gəlmişdir. Qardaşı şəhid olmadan əvvəl ona vəsiyyət etmişdir ki, onun başına bir iş gəlsə ailəsinə göz-qulaq olsun. Onun gözü Ləmangilin üzərində olsun deyə onlara ev tikmişdir. Ləman öz uşağı ilə Salehin valideynleri ilə yaşayırmış. O, ilk dəfə Ləmanın “Tik-tok” istifadə etdiyini gördükdən sonra telefonunu sındırmışdır. Mübahisədən bir ay sonra Ləmangil pirə getdiyi üçün qayınatasıgilə gəlmişdir. O, atasıgilə gəlib Ləmanla salamlaşdıqdan sonra yenə də Ləmana yalvar-yaxar etmişdir ki, evdən getməsin. Ləman Saleh olmadığı üçün onu oraya bağlayan heç nə olmadığını bildirmişdir. Daha sonra o, sağollaşmaq məqsədi ilə Ləmanın ayağa qalxmasını istəmiş və sonra boğmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X22 ifadəsində göstərmişdir ki, o, axşam saat 5-6 radələrində evdə uşağı ilə oturan zaman Şahid2 onlara gəlmiş və Ləmana onun üçün gəldiyini bildirmişdir. Ləman onu nə etdiyini soruşmuş, Muhubbət isə onu pirə aparacağını söyləmişdir. Onlar ailəlikcə planlı şəkildə Ləmanı öldürmək məqsədi ilə hər gün bir yerə aparırmışlar. Ləmanın baldızı ona zəng edib “anamın örpəyi alnında olacaq” deyirmiş. Bu barədə səs yazıları da var. O, Muhubbətdən Ləmanı pirə aparma səbəblərini soruşmuş, Muhubbət isə Ləmanı narahat olduğu üçün pirə aparacağını bildirmişdir. O, Ləmanın müalicə olunduğunu bildirmiş, amma getməsinə icazə vermişdir. Onlar Ləmanı may ayının 12-i aparmış və öldürmüş, qəsdən şəhidin ölən gününə salmışlar. Hadisə günü 15:45-də o, Muhubbətə zəng etmiş və harada olduğunu soruşmuş, Muhubbət isə Sumqayıtın dairəsində olduğunu bildirmişdir. O, Muhubbətə tapşırmışdır ki, Ləmanı bir başa evə gətirsin. Saat 6-a 5-10 dəqiqə qalmış qaynı Elşaddan ona mesaj gəlmişdir. Qaynı ondan harada olduğunu soruşmuş və yanına çağırmışdır. O, qaynına getməyəcəyini bildirmiş və Ləmanla, Muhubbəti evə gətirməsini istəmişdir. Qaynı hadisə baş verdiyini söyləmiş və o, tələsik getmişdir. Muhubbətgilin evinə çatanda əhalinin və polislərin toplaşdığını görmüşdür. O, Ləmanın harada olduğunu soruşmuş, polislər içəridə uzandığını bildirmişlər. O, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir və məhkəmədən ona ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı həqiqəti danışmış və həmin ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Ləman onlara gəldikdən sonra, Ləmanın nələr çəkdiyini bilmişlər. O, vaxta kimi Ləman Salehi sevdiyi üçün sirrlərini onlara deyə bilməmişdir. 1 ayın içində Ləmanın baldızı 50 dəfə ona, Ləmana zəng etmiş və kartları onda qoymayacağını söyləmişdir. Ləman öz şəhid yoldaşının kartlarını özü ilə götürmüşdür. Qayınatası iki gündən bir onlara gəlib-getmiş və o, Ləmandan xahiş etmişdir ki, durub evlərinə getsin. Ləman o evə gedə bilməyəcəyini, Talehin ona yaxşı gözlə baxmadığını bildirmişdir. Saleh onun bibisi oğludur. Ləman bu məsələni qayınanası və qayınatasının da bildiyini söyləmişdir. Ləman bayramda Talehin onu tək otağa saldığını və onun arvadı olacağını söylədiyini bildirmişdir. Nəvəsi xəstə olduğu üçün onu Bakıya xəstəxanaya aparmış və həmin gün Ləmanın qayınatası onlara gəlmişdir. Qayınatası Ləmanı məcbur etmiş və pir adı ilə aparmışdır. Daha sonra qayınatası Talehi də götürmüş və evə aparmışdır. Hadisə vaxtı baldızı, qayınatası və qayınanası evə olmuşdur. O, hadisə yerində olmamış, amma səs yazılarına əsasən hadisənin necə baş verdiyini bilmişdir. Ləman ona sonuncu dəfə “mama, kişi getdi Muhubbəti gətirməyə, gələcəyəm” məzmunda mesaj yazmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Ləmanın əmisi qızıdır. Qaynı Ləmanın üzərinə hücum çəkdiyi üçün o, atasının evinə köçmüşdür. Həmin hadisəni Ləman özü ona danışmışdır. Ləmana qayınatası telefon almış və Ləman 1 ay imiş ki, telefon işlədirmiş. Həmin vaxt Ləman Tik-tok səhifəsi açmış və bundan baldızının və qayınanasının xəbəri olmuşdur. Ləman ancaq Salehin şəkil və videolarını paylaşmış, yorumlarda heç kim artıq-əskik yazmamışdır. Ancaq Ləmana yaxın şəxslər yorum yazırmış. Ləman bir gün səhər-səhər ona görüntülü zəng etmiş və həmin vaxtı gözləri şiş olmuşdur. O, Ləmandan nə baş verdiyini soruşmuş, Ləman Salehin bibisi Xumarənin səhər-səhər onlara gəldiyini və ondan Tik-tok işlədib-işlətmədini soruşduğunu bildirmişdir. Ləman bibisinə Tik-tok işlətdiyini bildirmiş və lazım gəlsə qayınatasıgil icazə verməsə işlətməyəcəyini söyləmişdir. Bibisi Ləmana əgər qayınatasıgilə bu barədə nəsə desə onun üzərinə şər atacağını söyləmişdir. Daha sonra o, Ləmandan pul istəmiş, amma Ləman icazəsiz pul verə bilməyəcəyini söyləmişdir. Hadisədən 1-2 gün keçdikdən sonra gecə vaxtı Taleh Ləmangilə gəlmiş və Ləmanın qayınatası və qayınanasının boğazından tutmuş, onları öldürəcəyini söyləmişdir. Ləman Tik-tok işlətməsin deyə Taleh həm Ləmanın, həm də anasının telefonunu sındırmışdır. Həmin vaxt qayınanasının ürəyii getmiş, qayınatası evdən qaçmış və Ləman tək qalmışdır. Həmin vaxt Salehin bibisi oğlu Əhəd gəlmiş və Salehə Ləmanın şəhid yoldaşı olduğunu, onun üzərinə hücum çəkməsinin düzgün olmadığını söyləmişdir. Saləh hətta Ləmana “Salehə necə yoldaş olmusansa, mənədə elə olmalısan” demişdir. Həmin söz Ləmanın həyatını qaraltmışdır. Həmin ərəfədə Salehin mövludu olmuş və Ləman ayın 14-ü Mövlud keçirdikdən sonra atasının gəlib onu aparmasını istəmişdir. Həmin vaxt Ləman sadəcə onunla və atası ilə danışmışdır. O, Mövluda gedən zaman Ləmanı qucaqlamış və ağlamışlar. Həmin vaxt o, Talehin Ləmana baxışlarını görmüş, amma heç kimə bildirməmişdir. Onun gözü Talehin üzərində olmuşdur. Daha sonra onlar evə gəlmiş əmisi ilə oturmuş və səbəbin nə olduğunu soruşmaq istəmişlər. Həmin vaxt Talehin anası ilə bacısı otağa girib-çıxmış və onların Ləmanla bir kəlmə danışmasına imkan verməmişlər. Daha sonra Ləman onlara getmələrini söyləmiş və atasından sabah gəlib onu aparmasını istəmişdir. Səhər açılan kimi əmisi gedib Ləmanı evə gətirmişdir. Ləman ona Talehin istəklərini həyata keçirə biləməyəcəyini, onunla eyni həyətdə qala bilməyəcəyini söyləmişdir. Ləman dəfələrlə qayınanasına və qayınatasına Talehdən qorxduğunu bildirmiş, amma onlar Talehin 6 aydan sonra öləcəyini və rahat yaşayacaqlarını söyləmişdir. Daha sonra Ləmanı pir adı ilə evdən çıxarmışlar. Ləman hər dəfəsində getmək istəmədiyini bildirmiş, amma qayınatası zorla aparmışdır. Baldızı Ləmana səs atmış və ölsə də Talehlə bir qapıda qalacağını bildirmişdir. Qayınanası isə Ləmana 3 gün ərzində evə getməsə söhbətin qan ilə bitəcətini söyləmişdir. 3 gün sonra Ləman getmiş və onu öldürmüşlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin yaxın qohumu-anası olan Şahid3 yaxın qohumu-oğlu əleyhinə ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 13 may 2023-cü il tarixdə, saat təxminən 17:00-da Ləmanla oturub söhbət etmək üçün Taleh onlara gəldikdə, qapını o, açmışdır, gəlin Zərərçəkmiş şəxs öz otağında olmuşdur. Taleh Ləmanı çağırmış, onlar əl ilə salamlaşmışlar, Taleh Ləmandan kefini əhvalını soruşmuşdur. Daha sonra Taleh, Zərərçəkmiş şəxs ilə övladı Saleh Qurbanovun şəkilləri olan qonaq otağına keçib Ləmanla söhbət etmək istədiyini bildirmişdir. Taleh ona çay qoymasını xahiş edib, Ləmanla söhbət etmək istədiyini bildirmişdir və Taleh otağın qapısını örtmüşdür. Bundan sonra o, çay hazırlamaq üçün mətbəxə keçmişdir. Çaydanı qaynmağa qazın üzərinə qoymuşdur. Çay qaynayana qədər havasını dəyişmək üçün balkona çıxmışdır. Həmin gün ayın 13-ü olduğundan, elə övladı Salehdə sentyabr ayının 13-cü günündə şəhid olduğundan o, balkonda dayanıb qolunu məhəccərə söykəyib övladını xatırlayıb ağlamışdır, həyətdə də uşaqlar səsküylə oynamışlar, uşaqlara baxıb Salehin şəhid olmasına görə nəvəsi Muhubbəti gözünün qabağına gətirmişdir. Təxminən 15-20 dəqiqə balkonda olmuşdur. Talehin mətbəxdən ona səsləndiyini eşidib içəri keçdikdə Taleh ondan bir stəkan su istəmişdir o, suyu süzən vaxtı “bəs çay hazırlayır axı” demişdir, Taleh su stəkanını götürüb biraz içdi və ona “əlindən xəta çıxdı, gəlini öldürdüm” demişdir, bunu eşidəndə o, ağlayaraq yerə çökmüşdür. Bir neçə dəqiqə halsız olduğu üçün yerdən qalxa bilməmişdir. Talehin otaqdan onu çıxarmaqda məqsədi o idi ki, Ləmanla təkbətək danışsın (cild 03, iş vər. 95-101). Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onların Ləmanın ailəsi və özü ilə heç bir problemləri olmamışdır. Hadisə günü o, gəlinini pirə aparmışdır. Ləmanın atası onun özünə qapandığını bildirmiş və o, atasına Ləmanı həkimə aparmasını söyləmişdir. Həmin vaxt o, ev tikirmiş. Onun pirlərə inancı olduğu üçün Ləmanı dəfələrlə pirlərə aparırmış. Hadisə günü də onlar pirdən gəlmişdir. Yolda olan zaman Ləmanın atası zəng etmiş və qızını evə aparmasını istəmiş, o da evə aparacağını söyləmişdir. O, Ləmanı atasıgildən götürən zaman nənəsi uşağı Bakıya həkimə aparmışdır. Salehin dostları arada nəvəsi ilə Müşfiqabad qəsəbəsində görüşürmüşlər. Həmin gün də görüşə getməli imiş. O, uşağı Bakıdan götürmələrini söyləmiş və uşağı Bakıdan götürüb hərbi hissəyə aparmışlar. Onlar pirdən qayıdıb həyətə çatan zaman digər nəvələrinin balkonda oynadığı görmüş və Muhubbətin harada olduğunu soruşmuş, Muhubbətin gəlmədiyini söyləmişlər. O, binanın blokuna daxil olan zaman Əhədə zəng etmiş və nəvəsinin harada olduğunu soruşmuş, Əhəd gətirəcəyini söyləmişdir. Daha sonra o, digər nəvələrini aparıb evlərinə qoymuş və qayıtmışdır. Həmin gün ustalar gəlməmiş və o, Talehdən ustaların harada olduğunu soruşmuşdur. Daha sonra o, nəvəsini götürmək üçün hərbi hissəyə getmiş və bunu Talehə bildirmişdir. Taleh evdə kimin olub-olmadığını soruşmuş, o da anası ilə Ləmanın evdə olduğunu bildirmişdir. Daha sonra o, birbaşa Müşfiqabad qəsəbəsinə getmiş, uşağı oradan götürmüşdür. O, yola çıxan zaman Taleh ona zəng etmiş və əlindən bir xəta çıxdığını, Ləmanı öldürdüyünü bildirmişdir. X26 söydüyü üçün öldürdüyünü bildirmişdir. X27 tapşırmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, telefon zəngi olana kimi o, Ləmanın öldüyünü bilməmişdir. O, Talehə həkimə zəng etməsini, Taleh isə ona polisə zəng etməsini söyləmişdir. O, polisə zəng etmiş və polis ona həkimə də zəng etməsini söyləmişdir. O, təzədən Talehə zəng etmiş və Taleh “102” xidmətinə zəng etdiyini, polis əməkdaşlarının gəlib onu aparacaqlarını söyləmişdir. Daha sonra o, evə gəlmiş və polislərin toplandığını görmüşdür. Taleh sonradan bildirmişdir ki, Ləman Salehi və tikdikləri evi söydüyü üçün onu öldürmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Həmin ifadəni heç bir təsir altında olmadan vermişdir. Onun ailə üzvləri tərəfindən hadisə törədildikdən sonra təcili yardıma müraciət olunubolunmadığından xəbərsizdir. O, özü polisə zəng etmiş, həmçinin Taleh də ona “102” xidmətinə zəng etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin yaxın qohumu-bacısı olan Şahid4 yaxın qohumu-qardaşı əleyhinə ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, gəlinləri Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuş, Salehin sağlığında Ləmana neçə münasibət göstərmişdirsə, Salehin ölümündən sonra da həmin münasibəti göstərmişlər. Atası Muhubbət və qardaşı Taleh həmişə Ləmanın qayığıları ilə məşğul olub, onun ərinin olmamasından əziyyət çəkməsinə imkan verməmişlər. Salehin ölümündən sonra Ləman oğlu ilə birlikdə atası Muhubbətgillə qalmışdır. Ləman üçün qardaşı Talehin yaşadığı evin həyərtində ayrıca ev tikilirdi ki, gəlinləri göz qabağında olsun, yaşayışlarından əziyyət çəkməsin, sosial vəziyyətləri yaxşı olsun. Sonuncu dəfə atası may ayının 12-i X10 gətirmiş, səhəri gün yəni 13 may tarixində səhər saatlarında Bakıda Nardaranda pirə getmişlər, qayıdanda Sumqayıtda narahat etmişlər. Həmin gün də münasibətləri yaxşı olmuşdur. Saat 16 radələrində Ləmanı Giləzidə evə apardıqdan sonra o, öz evinə qayıtmış, saat 18 radələrində bibisi qızı Ləman ona zəng vurub Talehin Ləmanı öldürdüyünü bildirmişdir. Dərhal bu barədə əri Pərvizə xəbər vermiş, əri ilə birlikdə hadisə baş verən yerə, yəni atasıgilin yaşadığı evə getmiş, ora çatanda Talehin artıq polislər tərəfindən aparıldığını eşitmişdir. O, bildirmişdir ki, Talehin Ləmana qarşı onu bir qadın kimi narahat edən hər hansı davranışını müşahidə etməmiş, Ləman özü də ona bu barədə heç bir söz deməmişdir. Şəhid qardaşına verilən pulların qaytarılmasını Zərərçəkmiş şəxs tələb etməsi barədə zərərçəkmiş şəxsin ailə üzvlərinin göstərdikləri ilə bağlı deyilənlərin yalan olduğunu, Ləmandan pul tələb etmədiyini bildirmişdir (cild 01, iş vər. 170-173, cild 03, iş vər. 75-77). Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində dayısının nəvəsi Ləmanla xalası oğlu Salehin 2016-cı ildə ailə qurmaqla onların 2019-cu ildə Muhubbət adlı bir övladları dünyaya gəldiyini, Saleh Qurbanovun 2022-ci il sentyabrın 12-də cəbhədə baş verən təxribat zamanı döyüşlərdə şəhid olduğunu, Salehin şəhid olduqdan sonra Ləmanın onun ailəsi ilə birlikdə Giləzi qəsəbəsində yerləşən evlərində birlikdə yaşamağa davam etdiklərini, əvvəllər Ləmanla onun qayınatası Muhubbət və qaynanası Esmira arasında hər hansı problemlərin olub-olmamasını dəqiq bilməməsini, Ləmanla söhbət zamanı Salehin valideynlərinin onunla yaxşı rəftar etmədiyini bildirdiyini, bildiyi qədər aprelin 12-də Salehin qardaşı Talehin onların yaşadığı evə gedərək Ləmanın istifadəsində olan mobil telefonu “Tiktok” şəbəkəsindən istifadə etdiyinə görə əlindən alıb divara çırpdığını, həmçinin Ləmanla danışarkən həmin vaxt Talehin onun üzərinə bıçaq da çəkməsini dediyini, qohumu Əhədin onları ayırdığını, bundan sonra onun Siyəzəndə yerləşən öz ata evinə getdiyini, qaynanası Esmiranın Ləmana zəng vurub Salehin şəhid olması ilə əlaqədar ödəniş kartını özü ilə götürüb aparıb, onu geri qaytarmalı olduğunu deməsini, sonuncu dəfə 12 may tarixində axşam saatlarında Muhubbətin Ləmanı ata evindən öz evlərinə pirə aparmaq məqsədilə götürdüyünü, 13 may tarixində saat 17-15 radələrində anası Bənövşənin zəng vuraraq Talehin Ləmanı öldürdüyünü dediyini, bunu eşitdikdə Ləmanın Siyəzəndəki ata evinə getdiyini, sonrakı vaxtda da bir də Giləziyə Muhubbətgilin evinə getmədiyini,ifadəsinə fleş kart əlavə etdiyini, orada Ləmanla arasında olan danışıqların səsyazısı qeyd edilməsini, həmin səsyazılarında Esmiranın Ləmanı öldürəcəklərini bildirməsi, Talehin ata və anasına Ləmanın evdən gedəcəyi halda onları da öldürməklə hədələməsi, Ləmanın onlar tərəfindən təhqir olunması və digər halları əks olunasını bildirmişdir (cild 01, iş vər. 145-149). Məhkəmə istintaqı zamanı Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində oxşar məzmunlu ifadə verərək Şahid4 göstərdiklərini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, 13 may 2023-cü il tarixdə, saat 16 radələrində pirdən qayıdıb Giləzi qəsəbəsinə çatmışlar, dayısı Muhubbət Ləmanı evə apardıqdan sonra onu da Talehgilə gətirmiş, özü isə getmişdir. Həmin vaxt evdə İlkanə Qurbanova olmuş, taleh evdə olmamış,Talehi görməmişdir. Talehin harada olmasından, onu Ləmanı öldürəcəyindən məlumatı olmamışdır. O, X8 gılib evdən götürməsi barədə səs göndərmədiyini bildirmişdir (cild 03, iş vər. 79-81). Cinayət işinin materiallarında olan “Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Xızı rayonu Giləzi qəsəbəsi Cabir Novruz küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki evə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yeri həmin binanın birinci mərtəbəsində Şahid2 məxsus mənzilin qonaq otağıdır. Hadisə yerinə və meyitə dair müvafiq fotoşəkillər çəkilərək protokola əlaqə edilmişdir (cild 01, iş vər. 03- 11). Cinayət işinin materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə xx.xx.2023-cü il tarixli, 28 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ayıqdır və deməsinə görə 2-3 bakal pivə içmişdir (cild 01, iş vər. 52). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində MK-2 272 nömrədə qeydiyyata alınmış, Xızı rayonu Giləzi qəsəbəsində xidmət aparan PPXT-nin əməkdaşı polis serjantı Əzimov Eyvaz telefonla Xızı RPŞ-nin NH-nə zəng edərək Xızı rayonu Giləzi qəsəbə sakini Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq, şəhid olmuş qardaşı X5 həyat yoldaşı Qurbanova (Məlikova) Ləman Asim qızını ailə münaqişəsi zəminində yaranmış mübahisə nəticəsində əsəblərini cilovlaya bilməyərək Zərərçəkmiş şəxs yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən 5 mərtəbəli binada yerləşən mənzildə əlləri ilə boğaraq öldürdüyünü bildirmişdir (cild 01, iş vər. 73). Cinayət işinin materiallarında olan Xızı şəhər Mərkəzi Xəstəxanası PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6- 83/2-200-2023 nömrəli arayışdan görünür ki, 1984cü il təvəllüdlü Təqsirləndirilən şəxs xəstəxananın dəri-zöhrəvi, narkoloji, onkoloji, nevroloji, ruhi-əsəb və vərəm kabinetlərində dispanser qeydiyyatında yoxdur (cild 01, iş vər. 102-103). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Xızı Rayon İcra Hakimiyyətinin Başçısı Aparatından verilmiş xx.xx.2023-cü il tarixli 5-50/2-353/2023 nömrəli məktubdan görünür ki, Xızı rayonu Giləzi qəsəbə sakini Zərərçəkmiş şəxs qətlə yetirilməsi ilə bağlı azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü X6 faktiki olaraq valideyn himayəsindən məhrum olması ilə əlaqədar onun saxlanması, mənzil-məişət şəraitinə baxış keçirilməsi məqsədilə Xızı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası tərəfindən 17 may 2023-cü il tarixində ailəyə səfər edilmiş və müvafiq akt tərtib olunmuşdur (aktın surəti əlavə olunur). Müəyyən edilmişdir ki, törədilmiş cinayətin xarakterindən asılı olaraq ailədaxili psixoloji gərginlik hiss olunur, ümumilikdə, uşağın saxlanılma şəraiti normaldır. Bununla yanaşı, mərhum Zərərçəkmiş şəxs vaildeynləri uşağın saxlanılması ilə bağlı Xızı Rayon İcra Hakimiyyətinə şifahi müraciət etmiş, uşağın qəyyumluğa verilməsi ilə bağlı müvafiq sənədlərin təqdim olunması və digər prosedur qaydalar onlara izah olunmuşdur. Hal-hazırkı vaxta qədər tələb olunan sənədlər Xızı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasına təqdim edilmədiyindən, azyaşlının qanuni nümayəndələri təyin edilməmiş, uşaq faktiki olaraq ata nənə və babasının himayəsindədir (cild 01, iş vər. 134-135). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2979 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər.Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş qararəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının və koftasının tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində Şahid3 geyim paltarlarının tərkib liflərindən yoxdur. Şahid3 geyim paltarlarının üzərində Zərərçəkmiş şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur (cild 01, iş vər. 181- 187). Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 06 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi ekspertizasına, hadisə haqqında qərarda göstərilən məlumatları nəzərə alaraq və qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: boyun nahiyəsinin sağ yan və ön səthlərinin qançırları, boyun nahiyəsinin ön və yan səthlərinin sıyrıqları, döş qəfəsinin ön səthinin sıyrıqları, dilaltı sümüyün sağ böyük buynuzunun cismi ilə birləşən oynaq səviyyəsində patoloji hərəkətliliyi, oynaq yanğının aralanması, boyunun yumşaq toxumalarına qansızma, dilaltı sümük, udlaq, qida borusu və traxeya ətrafı yumşaq toxumalara qansızma aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər. Mərhumun ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli mexaniki asfiksiya ilə nəticələnərək ölümə səbəb olduğundan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölüm səbəbi - boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2023-cü il, saat 23:30-dan) təxminən 5-8 saat əvvəl baş vermişdir. Meyitdən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotizain, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 01, iş vər. 188-193). Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 10 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (cild 01, iş vər. 194-195). Cinayət işinin materiallarında olan məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3/842 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Şahid3 geyim əşyalarının üzərində hər hansı bir trasoloji zədə aşkar edilmədi (cild 01, iş vər. 196- 200). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1539 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. T.M. Qurbanovda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hüquqi səlahiyyətlərini icra etmək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz maraqlarını üstün tutmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam həcmdə dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, emosionallıq yaranmışdır, keçirdiyi emosional halın yaranması xarakterik xüsusiyyətləri (kinlilik, inadkarlıq, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz maraqlarını üstün tutmaq) ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 01, iş vər. 201- 206). Xızı rayon prokuroru, baş ədliyyə müşaviri Rahim Səfəralıyev tərəfindən 22 avqust 2023-cü il tarixdə iş üzrə ittiham aktı təsdiq olunmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülərək iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 01, iş vər. 268-283). Məhkəmə baxışında həm zərərçəkmiş şəxsin hüquqi varisi X22 özü, həm də onun nümayəndəsi Nümayəndə məhkəməyə yazılı vəsatətlə müraciət edərək cinayət işinin məhkəmədə baxılmasına xitam verilməsini və cinayət işinin Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər (cild 02, 85-87). Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin vəsatəti təmin edilmiş və Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilmiş və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır (cild 02, iş vər. 102-112). Cinayət işinin materiallarında olan “X13”nin surətindən görünür ki, X7 hərbi əməliyyatlar nəticəsində törənmiş zədələnmələr səbəbindən xx.xx.2022-ci il tarixdə ölmüşdür (cild 03, iş vər. 74). Cinayət işinin materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsi yerində yoxlanılmış və şahid ibtidai istintaq zamanı ifadəsində bildirdiyi xüsusatları ifadəsi yerində yoxlanılan zaman bir daha əyani şəkildə göstərmişdir (cild 03, iş vər. 95-101). Cinayət işinin materiallarında olan “Sübutları qiymətləndirilmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.2-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununda əlavə və dəyişiklik edilməklə ona CM-in 120. 2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla, CM-in 120.2.5-ci maddəsinə əsasən tamah məqsədilə və CM-in 120.2.9-cu maddəsinə əsasən təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə cinayətinin əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs Şahid2, Şahid3 və Şahid4 iştirakı ilə bir qrup şəxs tərəfindən öldürülməsi xüsusatı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilsin. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs və anası Şahid3 məxsus telefonları sındırması faktında cinayət tərkibi müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra xx.xx.2023-cü il tarixdə, saat 17:26 dəqiqədə Xızı rayon Polis Şöbəsinin PPTX-nin polis nəfəri X12 istifadəsində olan telefona zəng vurub cinayət törətməsi barədə könüllü məlumat verərək gəlib onu aparmasını bildirməsi "şəxsin könüllü gəlib təqsirini boynuna alması" kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmışdır (cild 03, iş vər. 117-135). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı iş üzrə müdafiə və ittiham tərəfin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə cinayət işinin materiallarında yer alan sübutları qarşılıqlı şəkildə araşdıran məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhz Təqsirləndirilən şəxs tərəfindən edilən aktiv hərəkətlər (boğma hərəkətləri) nəticəsində ölməsi (cinayət işində olan məhkəmə tibbi ekspertizasının rəyi ilə ictimai təhlükəli əməllə baş verən ölüm arasında olan səbəbli əlaqə müəyyən edilmişdir) işin mübahisəsiz halıdır. Müdafiə tərəfindən mübahisələndirilən məqam ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı gəlinən nəticə olmuşdur. Belə ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin əməlində hər hansı bir xuliqanlıq niyətinin olmaması fikri ilə çıxış edərək mərhum zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin şəhid qardaşı haqqında xoşagəlməz sözlər işlətməsi səbəbindən belə bir hadisənin baş verdiyini qeyd etməklə sonuncunun əməlinin CM-in 120.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq, o cümlədən yuxarıda istinad olunan Plenum qərarında göstərilənləri nəzərə alaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs CM-in 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Qəsdən adam öldürmə xuliqanlıq niyyəti ilə törədildikdə, şəxsin əməli CM-in 120.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmçinin, həmin qərarda göstərilmişdir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti insan ləyaqətinə hörmətsizliklə, ictimai maraqlara, davranış qaydalarına və qanunlara qarşı laqeydliklə bağlı olan eqoizmdən əmələ gəlir. Xuliqanlıq motivi həm də özünü onda göstərir ki, bu zaman subyektə cinayətkar əməlin özü zövq verir və o, bu əməli törətməklə özünü göstərmək istəyir. Xuliqanlıq motivi ilə adam öldürmə cinayətində bəzən qisasın elementinə də rast gəlinir. Lakin burda qisas hər şeyi həll edən motiv kimi deyil, məhz ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq şəkildə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ən xırda bir məsələni şişirdərək xüsusilə ağır formada qisas almaqla xuliqanlıq niyyətinin yaranmasına səbəb olan bəhanə kimi çıxış edir. Yəni bu zaman şəxs qisas motivindən məhz bəhanə kimi istifadə etmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda Təqsirləndirilən şəxs qisas motivindən məhz bəhanə kimi istifadə etmiş, heç bir əsaslı səbəb olmadan, öz eqoizmini açıq-aşkar nümayiş etdirərək şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub öz mənafeyini onun mənafeyindən üstün tutaraq sonuncunun qanuni hüquq və azadlıqlarına, cəmiyyətdə qəbul olunmuş davranış, əxlaq normalarına aşkar hörmətsizlik ifadə etməklə sonuncunu qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspertiza rəyləri, ifadənin yoxlanılması protokolu, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 120.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış, xasiyyətnamə və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Xızı rayonu, Giləzi qəsəbəsində pasport qeydiyyatındadır və orada yaşayır. O, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2009-cu il təvəllüdlü biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var (cild 01, iş vər. 128-131). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini araşdıraraq belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq onun cinayət törətdikdən sonra könüllü olaraq polis əməkdaşlarına xəbər verməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olub-olmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdikdən sonrakı hərəkətləri araşdırıldıqda müəyyən edilmişdir ki, o, könüllü şəkildə heç bir təsir altında olmadan özünü polis əməkdaşına təslim etmiş və hadisə barədə onlara ətraflı məlumat vermiş, baş vermiş hadisə ilə bağlı istintaqın gedişinə fəal köməklik etmişdir. Odur ki, məhkəmə kollegiyası ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal köməklik etməsini CM-nin 59.1.10cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, qardaşının şəhid olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 123). Odur ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halın olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd edilən CM-in 59.1.10-cu maddəsində göstərilən yüngülləşdirici hal olsa da, habelə onun əməlində cəzanı ağırlaşdıran hallar olmasa da, ona CM-in 120.2.2-ci maddəsinə münasibətdə CMin 60-cı maddəsinin tətbiqi üçün əsas mövcud deyildir. Belə ki, CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi CM-in 120.2.2-ci maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, CM-in 60.2-ci maddəsinin tələblərinə əsasən ona CM-in 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməyəcəkdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 23). Cinayət işinin materiallarında olan Xızı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 4(068)-4/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 13 may 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 102-104). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 13 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Xızı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli idman tipli kofta, bir ədəd ağımtıl-sarımtıl rəngli qolsuz kofda, bir ədəd çəhrayı rəngli kofta, bir ədəd bənövşəyi rəngli büstqalter, bir ədəd qara rəngli idman tipli şalvar, bir ədəd sarımtıl rəngli sintetik materiallı sıxıcı tuman, bir ədəd qara rəngli qadın alt tumanı, bir cüt boz-qara rəngli corab, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli uzunqol gödəkçə, bir ədəd boz rəngli cins şalvar, bir ədəd qara rəngli uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid3 hadisə vaxtı əynində olan bir ədəd qara rəngli uzunqol jaket, bir ədəd qısaqol üzərində ağ damaları olan qara rəngli don, bir ədəd bəzəkləri olan qara rəngli kəlağayı hökm qanuni qüvvəyə mindikdən sahibinə qaytarılmalı, içində səs yazıları olan 01 ədəd fleş kartın cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 178 AZN (yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Xızı rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli idman tipli kofta, bir ədəd ağımtılsarımtıl rəngli qolsuz kofda, bir ədəd çəhrayı rəngli kofta, bir ədəd bənövşəyi rəngli büstqalter, bir ədəd qara rəngli idman tipli şalvar, bir ədəd sarımtıl rəngli sintetik materiallı sıxıcı tuman, bir ədəd qara rəngli qadın alt tumanı, bir cüt boz-qara rəngli corab, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli uzunqol gödəkçə, bir ədəd boz rəngli cins şalvar, bir ədəd qara rəngli uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid3 hadisə vaxtı əynində olan bir ədəd qara rəngli uzunqol jaket, bir ədəd qısaqol üzərində ağ damaları olan qara rəngli don, bir ədəd bəzəkləri olan qara rəngli kəlağayı hökm qanuni qüvvəyə mindikdən sahibinə qaytarılsın, içində səs yazıları olan 01 ədəd fleş kartın cinayət işinin matriallarında saxlanması nəzərə alınsın. İş üzrə 178 AZN (yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-147/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-147/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver