Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-148/2023 23.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1997-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Abşeron rayon məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Göyçay rayonu, Göyçay şəhəri, Məhəmməd ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan “Şahin” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə təmiz çəkisi 8.330,026 qram külli miqdarda psixotrop maddə metamfetaminin, 31.134,568 qram külli miqdarda narkotik vasitə heroinin və 2.495 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın satışını həyata keçirmək barədə razılığa gəlmiş, bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan həmin “Şahin” adlı şəxs və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirdikdən sonra o, təmiz çəkisi 8.330,026 qram psixotrop maddə metamfetamin, 31.134,568 qram narkotik vasitə heroin və 2.495 qram narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı yolunun yaxınlığında gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə edib, qeyd edilən çəkilərdə narkotik vasitə heroinin 114,568 qramını bir ədəd bükümdə və psixotrop maddə metamfetaminin 61,026 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində, narkotik vasitə heroinin qalan 31.020 qramını otuz ədəd bükümlərdə, psixotrop maddə metamfetaminin qalan 8.269 qramını altı ədəd bükümlərdə və qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı bir ədəd sellofan torbada qablaşdıraraq yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Emin Nəsibov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyaraq qonaq otağında yerləşən masanın alt hissəsində gizlədərək saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 25 aprel 2022-ci il tarixdə, saat 23:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Emin Nəsibov küçəsində yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində 26 aprel 2022-ci il tarixdə saat 00:50-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 114,568 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 61,026 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 01:50-dən etibarən yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Emin Nəsibov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman qonaq otağında yerləşən masanın alt hissəsində gizlədərək saxladığı bir ədəd hərbi kamuflyaj rəngində olan çantanın, üç ədəd qara rəngli və bir ədəd qırmızı rəngli sellofan torbaların içərisində otuz ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1.048 qr., 978 qr., 1.008 qr., 1.028 qr., 1.083 qr., 1.063 qr., 1.058 qr., 998 qr., 1.053 qr., 1.058 qr., 1.053 qr., 1.048 qr., 1.053 qr., 1.053 qr., 1.023 qr., 1.033 qr., 1.043 qr., 1.003 qr., 1.068 qr., 1.018 qr., 1.008 qr., 1.048 qr., 1.063 qr., 1.008 qr., 1.058 qr., 1.003 qr., 1.068 qr., 1.008 qr., 978 qr., 1.008 qr., ümumi təmiz çəkisi 31.020 qram olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə kimyəvi tərkibləri eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, altı ədəd bükümlərdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 1.503 qr., 1.393 qr., 354 qr., 1.918 qr., 1.563 qr., 1.538 qr., ümumi təmiz çəkisi 8.269 qram olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə kimyəvi tərkibləri eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə 2.495 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə narkotik vasitə qurudulmuş marixuana, səthində narkotik vasitə heroinə məxsus izlər olan iki ədəd elektron tərəzi və içərisində narkotik vasitələrin alqı-satqısına dair qeydlər aparılmış dəftər aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, aşkar olunan narkotik vasitələri və psixotrop maddələri Pərviz adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsin vasitəsilə əldə etmişdir. Pərviz adlı İran İslam Respublikasının vətəndaşı olan şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Həmin şəxs ona narkotik vasitələrin və psixotrop maddələrin ünvanını bildirmişdir. Həmin ünvandan götürüb Pərviz adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsin qeyd etdiyi başqa bir ünvana qoymuşdur. Bunun müqabilində Pərviz adlı İran İslam Respublikasının vətəndaşı olan şəxs ona təxminən 600-700 manat məbləğində pul vermişdir. Sonuncu dəfə Abşeron rayonu, Novxanı kəndində yerləşən duz gölünün üzərindən ümumilikdə 42 kiloqram çəkidə, marixuana, metamfetamin və heroin götürmüşdür. Həmin narkotik vasitələri və psixotrop maddələri kirayə əsasında yaşadığı evə gətirmişdir. Həmin evdə Şahid4 da yaşayırdı. Aşkar olunan narkotik vasitələrin və psixotrop maddələrin hansı üsullarla ölkə ərazisinə gətirilməsi barədə məlumatlı olmamışdır. Narkotik vasitələri və psixotrop maddələri onun götürdüyü yerə kimin qoyması və onun qoyduğu yerdən kimin götürməsi barədə məlumatlı deyil. Polis əməkdaşları tərəfindən gecə saat 00:00 radələrində tutulmuşdur. Məhkəməyədək icraat zamanı verdiyi ifadəni təzyiq altında imzalatmışlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək bildirmişdir ki, təxminən 3-4 ay olar ki, “İnstagram” sosial şəbəkəsində təsadüfən bir nəfər “Şahin” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxslə bir müddət söhbət etdikdən sonra məlum olmuşdur ki, həmin şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur və ona təklif etmişdir ki bu işdə kömək edib pul qazansın. Qeyd etmiş ki, həmin ərəfədə o, əlvan metal yığaraq qəbul məntəqələrinə təhvil verib pul qazanaraq dolanırmış və pulun bir qismini Göyçay rayonunda yaşayan ailə üvlərinə göndərirmiş. Odur ki, imkanı yaxşı olmadığı üçün “Şahin”-in təklifini qəbul etmişdir. Danışıqları elə olmuşdur ki, “Şahin”-in İrandan göndərdiyi narkotik malları gizlədilmiş yerlərdən götürüb pul müqabilində çatdırılası olan ünvanlara yerləşdirəcək. O, ilk əvvəl tutulmaqdan qorxsa da “Şahin” ehtiyatlı olduğu təqdirdə heç bir problemin olmayacağını bildirib onu ürəkləndirmişdir. Beləliklə, “Şahin”-in təklifini qəbul etmişdir. Sonuncu dəfə isə, tutulmamışdan bir gün əvvəl, o, “Şahin”-lə danışaraq sonuncunun İrandan göndərdiyi narkotik maddələri Novxanı kəndinə gedən yolda gizlədilmiş yerdən götürüb kirayə yaşadığı Masazır qəsəbəsində yerləşən evə aparıb gizlətmişdir. Belə ki, həmin vaxt orada ondan başqa Xuraman adlı qadın da yaşayırmış. Həmin qadınla onun ortaq tanışı olduğundan tanış olmuşlar və qısa zaman imiş ki, bir evdə kirayə yaşayırmışlar. Aralarında adi qonşu münasibəti var imiş. Xuraman kafedə işləyirmiş və onun işlərindən məlumatsız imiş. Evə adətən gecə saatlarında gəlirmiş. “Şahin”-lə danışmışdır ki, göndərdiyi malları o, hər kilosunu 300 manat müqabilində olmaqla dediyi ünvanlara aparıb çatdıracaq. Beləliklə də, tutulduğu gün, yəni 25 aprel 2022-ci il tarixdə “Şahin” onunla əlaqəyə girərək bildirmişdir ki, İrandan göndərdiyi narkotik maddələrdən təxminən 115 qram heroin və təxminən 60 qram metamfetamin götürüb üzərində saxlasın ki, deyilən vaxt bildirdiyi ünvana aparıb yerləşdirsin. O, yaşadığı evdən çıxaraq bir qədər aralaşmışdır ki, ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada o, müdafiəçi ilə təmin edilmişdir. Baş İdarədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın videoçəkiliş əsasında aparılması barədə ona məlumat verilmiş və o, heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və o, əynində olan gödəkçənin sağ yan cibində saxladığı iki ədəd ayrı bükümlərdə olan heroin və metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərə baxılmış, birinin içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik maddə, digərinin içərisində isə ağ kristal formalı maddənin olması aşkar edilmişdir. Bundan başqa o, əynindəki gödəkçənin və şalvarının ciblərində olan ona məxsus olan “Samsung” və “Redmi” markalı mobil telefonları, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, iki ədəd plastik bank kartlarını, bir ədəd açar və nağd pulu təqdim etmişdir. Təqdim etdiyi bükümlər tərəziyə qoyularaq çəkilmiş və sonra həmin maddələr içi boş olan, ağ rəngli zərfə qoyularaq möhürlənmiş və o, həmin zərfin üzərini imzalamışdır. Ona iş üzrə əhəmiyyət kəsb etdiyi izah olunaraq mobil telefonu, plastik bank kartları və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Açarla nağd pul isə özünə qaytarılmışdır. Bundan sonra üzərinə keçirilən axtarış zamanı qanunsuz hər hansı maddə aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, həmin bükümləri “Şahin” adlı İran İslam Respublikasının vətəndaşının ona dediyi yerdən götürüb evdə saxlayaraq sonradan lazım olan yerə qoymaqla pul əldə etdiyini, yaşadığı ünvanda da qeyd edilən maddələrdən olduğunu bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Bundan sonra o, ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və onlar həmin ünvana yollanmışlar. Orada birlikdə kirayə yaşadığı Xuraman adlı qadının və üzərinə keçirilən şəxsi axtarış zamanı iştirak edən tərkibdə olan əməkdaşların iştirakı ilə videoçəkilişlə mənzilə baxış keçirilmiş və ona təklif etmişlər ki, həmin maddələrin olduğu yeri göstərsin. O, mənzilin qonaq otağında künc hissədə yerləşən masanın alt hissəsində üzərini adyalla örtüb gizlətdiyi bir ədəd hərbi kamuflyaj rəngində olan idman çantasının, üç ədəd qara rəngi və bir ədəd qırmızı rəngli sellofan torbaların içərisində ümumilikdə otuz ədəd bükülülərdə narkotik vasitə heroin, altı ədəd bükülüdə psixotrop maddə metamfetamin, bir ədəd bükülüdə qurudulmuş marixuana, iki ədəd elektron tərəzi və bir ədəd içərisində müvafiq qeydiyyat apardığı dəftəri çıxarıb təqdim etmişdir. Həmin bükülülər bir-bir açılaraq içərisinə baxış keçirilmiş, ayrıca olaraq elektron tərəzi ilə çəkilərək götürülüb qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə o, bu barədə izahat vermişdir. (Cild 1, iş vərəqləri 207-209, 42-43, 71-74, 88-90) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərdi ki, 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Emin Nəsibov küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılmışdır. Xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib özlərini ona təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi və Abşeron rayonunun ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu barədə məlumat verərək və Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Abbas Əmirovun üzərindən 2 bükümdə narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Həmin narkotik vasitələr və psixotrop maddələr barədə soruşduqda, onları Şahin adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən əvvəlcədən təyin edilmiş yerlərə qoyulması üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə olduğunu qeyd etmişdir. Ona yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir və Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkiliş tətbiq edilməklə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə Şahid4 adlı bir qadın da vardır. Həmin evdə Təqsirləndirilən şəxs qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs çanta və sellofan torbaları təqdim etmişdir. Həmin çanta və torbalar açıldıqda içərisindən heroin növündə narkotik vasitə, metamfetamin növündə psixotrop maddə, qurudulmuş marixuana, bir ədəd içərisində əlyazma şəklində narkotik maddələrin çəkisi və miqdarı barədə qeydlər aparılmış dəftər və iki ədəd elektron tərəzi aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Emin Nəsibov küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılmışdır. Xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib özlərini ona təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi və Abşeron rayonunun ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu barədə məlumat verərək və Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Abbas Əmirovun üzərindən 2 bükümdə narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Həmin narkotik vasitələr və psixotrop maddələr barədə soruşduqda, onları Şahin adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən əvvəlcədən təyin edilmiş yerlərə qoyulması üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə olduğunu qeyd etmişdir. Ona yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir və Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkiliş tətbiq edilməklə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə Şahid4 adlı bir qadın da vardır. Həmin evdə Təqsirləndirilən şəxs qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs çanta və sellofan torbaları təqdim etmişdir. Həmin çanta və torbalar açıldıqda içərisindən heroin növündə narkotik vasitə, metamfetamin növündə psixotrop maddə, qurudulmuş marixuana, bir ədəd içərisində əlyazma şəklində narkotik maddələrin çəkisi və miqdarı barədə qeydlər aparılmış dəftər və iki ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs məxusu mobil telefonda narkotik vasitələrin satışının həyata keçirilməsinə dair danışıqlar mövcud olmuşdur. Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. Aşkar olunan narkotik vasitələri və psixotrop maddələri könüllü şəkildə təqdim etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində digər şahidlər Şahid2 və Şahid1la oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(Cild 1, iş vərəqləri 162-165) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 qızı ifadəsində bildirmişdir ki, cinayət işi üzrə saxlanılmış Təqsirləndirilən şəxs təxminən 5-6 ay olar ki, tanıyır. Təqsirləndirilən şəxsla ortaq tanışları vardır. O, özü Qobu qəsəbəsində yerləşən kafedə işləyir. Təxminən 10 gün olar ki, Pənahın kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi Emin Nəsibov küçəsində yerləşən tikilidə müvəqqəti olaraq yaşayır. Belə ki, özünə məxsus olan ev təmir üçün yaşamağa yararsız olduğundan məcbur müvəqqəti olaraq bir yerdə qalmalı imiş. Ona görə də bir nəfər Əli adlı tanışına ona müvəqqəti qalmağa yer tapmasını xahiş etmişdir. Əli də ona sonradan bildirmişdir ki, tanışı Pənah adlı şəxs var ki, müvəqqəti olaraq evində ayrı otaqda qala bilər. O, da imkanı zəif olduğundan məcbur olaraq razılaşmışdır. Pənahla aralarında heç bir münasibət olmamışdır. Pənahı da taksi fəaliyyəti ilə məşğul olan, günün əksər hissəsini evdən kənarda keçirən, əsasən də gecələr işləyən bir şəxs olduğunu bilirmiş. 25 apreldən 26 aprelə keçən gecə saatlarında o, həmin sözügedən evdə olan zaman qapı döyülmüş və o, qapını açanda məlum olmuşdur ki, Pənahı polis əməkdaşları saxlamışlar və həmin evə baxış keçirmək üçün ora gəldiklərini bildirmişlər. Ondan özünü təqdim etməsini istəmişlər, o da özünü təqdim etdikdən sonra həmin evdə müvəqqəti yaşadığını həmin əməkdaşlara şifahi olaraq bildirmişdir. Ona məlum olmuşdur ki, Pənahı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlamışlar və evdə də həmin maddələrdən saxlamasına şübhələr olduqlarını bildirmişlər. Ondan bu barədə məlumatı olduğunu soruşsalar da o, bu işdən uzaq olduğunu, Pənahın əməllərindən xəbərsiz olduğunu bildirmişdir. Hətta evə keçiriləcək baxışa etiraz etməməsi barədə ərizə də yazmışdır. Bundan sonra həmin evə gəlmiş polis əməkdaşları, Pənahın və orada iştirak edən vəkilin iştirakı ilə evə videoçəkilişlə baxış keçirilməyə başlanılmışdır. Çəkiliş vaxtı orada iştirak edən şəxslər bir-bir özlərini təqdim etmişlər, daha sonra Pənaha təklif etmişlər ki, həmin maddələrin olduğu yeri göstərsin və Təqsirləndirilən şəxs həmin vaxt evin qonaq otağında künc hissədə yerləşən masaya yaxınlaşaraq masanın alt hissəsində üzərində adyal olan sellofan torbalar və hərbi rəngində olan idman çantasını dartıb oradan çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra çəkiliş zamanı araşdırmanı aparan polis əməkdaşı həmin torbalar və idman çantasını bir-bir boşaldaraq içərisində olan maddələrə baxış keçirilmişdir. Beləliklə, həmin torbalar və idman çantasında olan bükümlər otağın mərkəz hissəsində döşəmədə yığılmış və ümumilikdə orada qəhvəyi rəngli maddələr olan bükümlərin sayı 30 ədəd, içərisində ağ rəngli kristal formalı maddələr olan bükümlərin sayı 6 ədəd, 1 ədəd torbada qurudulmuş ota bənzər maddələr, 2 ədəd elektron tərəzi və bir ədəd dəftər aşkarlanmışdır. Qeyd olunan bükülülər bir-bir açılaraq içərisinə baxış keçirilmiş, ayrıca olaraq elektron tərəzi ilə çəkilərək götürülüb qablaşdırılmış, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmış və özü də həmin protokola imza atmışdır. Yaşadığı evdən külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülməsi xüsusatı ilə əlaqədar verilmiş suala cavab olaraq polis əməkdaşları tərəfindən evə baxış keçirilən zaman Pənah tərəfindən həmin maddələr təqdim olunarkən elə bir şeyin orada olmasından xəbərinin olmadığını, həmin evdə müvəqqəti olaraq yaşadığını, elə bir şeyin orada olmasından xəbəri olacağı təqdirdə həmin evdə qalmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs tanımadığını, öz evinin təmiri başa çatanadək müvəqqəti olaraq orada qala biləcəyi barədə ortaq tanışlarının ona orada qalmağı təklif etdiyini, Pənahın nə işlə məşğul olmasından tam məlumatsız olduğunu, polis əməkdaşlarının Pənahı saxlayanadək tam olaraq bu işlərdən məlumatsız olduğunu, özünün narkotik vasitələrdən istifadə etmədiyini, “Şahin” adlı İran İslam Respublikasının vətəndaşı barədə ilk dəfədir eşitdiyini qeyd etmişdir. (Cild 1, iş vərəqləri 115-118) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında”26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 32-33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “evə baxış keçirilməsi və götürmə aparılması”haqqında 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazıq qəsəbəsi, Emin Nəsibov küçəsində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı qonaq otağında yerləşən masanın alt hissəsindən bir ədəd hərbi kamuflyaj rəngində olan çantanın, üç ədəd qara rəngi və bir ədəd qırmızı rəngli sellofan torbaların içərisində otuz ədəd bükümlərdə, narkotik vasitə heroinə bənzər, altı ədəd bükümlərdə psixotrop maddə metamfetaminə bənzər, bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, səthində narkotik vasitə heroinə bənzər maddəyə məxsus izlər olan iki ədəd elektron tərəzi və bir ədəd qeydiyyat dəftəri aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 39-40) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” və “evə baxış keçirilməsi və götürmə aparılması”haqqında 26 aprel 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mənzilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 34, 41) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “mobil telefon aparatlarına və qeydiyyat dəftərinə baxış keçirilməsi haqqında” 20 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Redmi”, 01 ədəd “Samsung” mobil telefon cihazları və 01 ədəd qeydiyyat dəftərinə baxış keçirilmiş, bir ədəd qara rəngli “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun üzəridə GSM nömrənin olmaması, çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus olan +**********02 saylı GSM nömrədə adı “Ayten”, +**********37 saylı GSM nömrədə adı “qardasm”, +**********02 saylı GSM nömrədə adı “qulu xan qaqa” kimi qeyd olunmuş kontaktlar, habelə adları qeyd olunmayan +**********26 və +**********37 saylı telefon nömrələri, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqinin olmasına baxmayaraq qeyri-aktiv vəziyyətdə olması müəyyən edilmişdir. Daha sonra, mobil telefonun daxili yaddaşında olan fayllara keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun üzəridə ***-***-**-** saylı GSM nömrənin olması, çoxsaylı kontaktların, o cümlədən də İran İslam Respublikasına məxsus olan +**********02 saylı GSM nömrədə adı “Ayten”, +**********26 saylı GSM nömrədə adı “Ayten Teze” kimi qeyd olunmuş kontaktlar, habelə adları qeyd olunmayan +**********26 və +**********26 saylı telefon nömrələri, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqinin olması məlum olmuşdur. Həmin mobil telefon tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs yuxarıda adı “Ayten” kimi qeyd olunmuş İran İslam Respublikasına məxsus nömrədən qeydiyyatdan keçmiş istifadəçi ilə aralarında çoxsaylı zənglərin olması müəyyən edilmişdir. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçiriliş baxış zamanı Təqsirləndirilən şəxs bir neçə istifadəçi ilə yazışmalarının olmasına baxmayaraq iş üzrə şübüt əhəmiyyətinə malik hal müəyyən edilməmişdir. Daha sonra, mobil telefonun daxili yaddaşında olan fayllara keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəbəsi, Emin Nəsibov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində keçirilmiş baxış zamanı təqdim etdiyi və özü tərəfindən içərisində narkotik vasitələrin alqı-satqısına dair müvafiq qeydlər aparıldığını bildirdiyi bir ədəd dəftərə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, dəftərin vərəqlərində diyircəkli göy rəngli qələmlə əlyazma vasitəilə müvafiq tarixlərdə qeydlər aparılmışdır. Belə ki, ilk vərəqdən başlayaraq əlyazma ilə üst tərəfdə tarix qeyd edilməklə alt hissəsindən bir cərgə ilə “10 mart 2022 - 200 kola, 15 kola, 5 patı, 25 kola, 30 ot, 43 ot, 10k, 5p” və “11 mart 2022 – 10 k 5 p, 70 kola, 15 kola, 30 kola, 800 kola + 200 patı, 700 kola, 1 kilo kola 200 patı, 1 kilo kola 200 patı, 300 kola 100 patı, 400 kola 100 patı, 80k 20 p, 10k 4p”, “12 mart 2022 – 20 k 5p, 25 k 10p, 15 k 5 p, 10 k, 1 k, 20 k 10 p, 7 k 3 p, 15 k, 5 k 10 p, 250 k 50 p, 10 k 30 p, 24 p, 40 k 5 p, 20 k 15 k 10 p, 200 k”, “13 mart – 10 kola, 50 kola, 30 kola, 20 kola, 50k, 10k, 100 k”, “14 mart 2022 – 15 kola, 20 kola, 10 kola, 50 kola, 20 kola, 30 k”, “15 mart 2022 – 1 kilo kola, 100 kola, 12 kola, 15 kola, 40 kola, 100 k, 10k”, “16 mart 2022 – 50 kola, 20 kola, 10 kola, 100 kola”, “17 mart 2022 – 500 kola, 50 kola, 10 kola, 7 kola, 100 kola”, 18 mart 2022 – 8 kola, 20 kola, 10 kola, 50 kola, 5 kola, 10 kola, 10 kola”, “19 mart 2022 – 20 k, 25 k, 10 k, 40 k, 50 k, 10 k”, “2 aprel – 3,500 k, 1,500 p, 50 list M40, 700 k, 300 p, 10 list M40, 1 k, 400 p, 10 list M40, 3 k, 1 k. p, 20 list M40, 500 k, 250 p, 700 k, 300 p, 15 list M40, 600 k, 400 p, 10 list M40, 700 k, 300 p, 1 k, 500 p, 300 k, 200 p, 150 k, 100 p, 10 list M40, 1500 k, 500 p, 500 k, 500 p, 2 list M40, 30 kilo kola, 1 kilo p, 30 list pego, 100 ot, 200 k, 100 p, 10 list dərman, 200+” sözlər və rəqəmlərinin yazılması müəyyən olunmuşdur. (Cild 1, iş vərəqləri 143-146, 178- 196) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş“telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 27 may 2022-ci il tarixli protokoldan görünür ki, «Bakcell» ММC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli BKC/LGL- 8397/22 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 27 aprel 2021-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı göndərilən SMS yazışmalarının içərisində Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrənin abunəçisinə xx-xx-2022-ci il tarixdə “**********143120... qaqa sen tez gel de o usaq gedse gotre bilmeyesen”, xx.xx.2022-ci il tarixdə “**********143120 13manat vur qaqa vurada mene de sen cani... **********143120 20manat vur qaqa vurada mene de sen cani bitme tarixi 1224”, xx.xx.2022-ci il tarixdə “Qaqa 3 vermisem... Torpaq 10 das 5” mətnli mesajlar yazması məlum olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs qəbul etdiyi SMS yazışmaların içərisində ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Qaqa 5i patı olsun 3 ü kola yaxşı qaqa.ta hec yeri yıgmıram.pulda nagd... Qaqam texminen ne vaxtda gelersan qaqa...Qaqa salam.bes dedinki hec hardan götüme gelirsan guya.noldu mene bir sözde bilim... Aye penahsan nesan bilmirem özünü az qehbeliye qoy cındlr özünü itirme... Atravaya göre özünü elede dartırsızki böyük bir sikimin başısız xiyar”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “X9 X11 Qaqa… X10 X8 X6”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə tarixdə “Qaqa bagisda senide bezdidim qaqa imkan var gelim 4 dene goturum 2 sinin pulun verim 2 sinde vallahi qayidan kimi karta vuracam qaqa semi bilirde mende yalan yoxdu dediyim vaxtda qaytaracam 4 dene isdiyenim var arxayin ol qayidan kimi senin yanidan karta vuracam... Qaqa cox sag bu gun elimden tutdugun ucun veziyet pis idi sag ol ku vacib vaxdi elimden tutdun allah razi olsun qaqam... Qaqa yalan ogurluq qeh 40 gun ceker men sene qaqam dedim semimi qelpden men hec insallah taniyarsan duzgun isdiyeceik goresen... Qaqa sabahin xeyir bagisda qadan alim mohkem yatmisam bu deqe hell eliyecm dunen yuxusuz idim isdiye bilmedim indi eridecem arxayin qadan alim bagisda da mene gore isinde sarvat oldu...Qaqa saat 4 5 de goruserik sesin pis geldi tel de qaqa mende ona kimi isdiyim gelende torpaq geti 10 dene... Qaqa sene zehmet onu hemiseki kimi ag kagiz skoc vururdun ee qadan alim indi de ele ele 10 15 deqiye ordadi... Qaqa axsam gelecem basima donum axsama mene de saxla tnrpaq gelecem pulda getirecem qaqa birde m40 goturecem...100m pul gonderecem 50 biraz torpagim qalib onu da verim gonderecem... Qaqa qadan alim gelende das olsa gntude cox ev tiken var…Qaqa senin isin varsa masini gnturum men gelim tnr isdiyen var burda gece is basdiyir. qaqa isdiyirsen tez gelim qayidim…Qaqa axsamin xeyir qaqa bu gun bazarda olmadim bayrama gore atam gilde olmusam dunendn gelmisdim ona gore indi biraz isdedim 70m isdedim indi gorusek verim gece de isdiyecem qalaninda karta vuracam qaqa qurban olum das hell elede cox adam var yanimda adam var ona gore yazdim…Qaqa basina donum das gelen kimi mene de de cunku qirilmisdar gece yatanda da das deyir):-D…Qaqa qurban olum bacardigin qeder menim isimi tez hell qadan alim allahha and olsun kalan adam gozduyur qaqa bu cooox zeifdi alan qaytarir…Torpaq 10 das 5…Qaqa qadan alim birazdan gorusende mene das da geti basima donum 10 torpaq 5 das…Qapa qurban olum birdenede olsa das ver burda tay meni miniler…Qaqa axsam qadan alim mene 15 dene torpaq 5 dene das balamin cani 2 saat vaxt hamisin yox eliyim burda hec kimde yoxdu millet qirilir amd ola naxadi satacam qardasimsan coxda geciye salma”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Qaqa salam qaqa mennem natiq qaqa iki gundu men bosam deyirem birden bilmeden nese sefe yol vermisem sen nese pis isledimse de 80m borcum qalib onuda 2 3... gune verecem sadece bilmek isdiyirdim meni niye bos qoydun... Qaqa qadan alim catan kimi xeber ele m40 3 list isdiyen var gozduyur qaqa qurban olum catan kimi xeber ele onü verim... Qaqa qurban olum nolar gel hec olmasa em40 lari verekde qeseng qiymete demise goturur isdemirem elden cixsin 3 list isdiyib onlari verim o sene olan bor cumuda bagliyim gor neynirsen basina donum men tay utaniram seni yigmaga...”, ***-***- **-** saylı GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “San gelmiyesansa men başqa yerden işimi görüm elim boşda qalmasın”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Qaqa bu ne temadi cekirsen hecne prexodu yoxdu lomkuya salir adami” mətnli qısa yazışmaların Təqsirləndirilən şəxs göndərmələri məlum olmuşdur. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 147- 150, 178-196) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 26 aprel 2022-ci il tarixli 6/2391 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 114,568 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmzi çəkisi 61,026 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -üzərilərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan bağlamadan birində 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1503 qr, 1393 qr, 1918 qr, 1563 qr, 1538 qr, 354 qr; ümumi təmiz çəkiləri 8269 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir; digər bağlamadakı 30 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1048 qr, 978 qr, 1008 qr, 1028 qr, 1083 qr, 1063 qr, 1058 qr, 998 qr, 1053 qr, 1058 qr, 1053 qr, 1048 qr, 1053 qr, 1053 qr, 1023 qr, 1033 qr, 1043 qr, 1003 qr, 1068 qr, 1018 qr, 1008 qr, 1048 qr, 1063 qr, 1008 qr, 1058 qr, 1003 qr, 1068 qr, 1008 qr, 978 qr, 1008 qr; ümumi təmiz çəkiləri 31020 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 02 ədəd elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzilərin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, heroin kütlələri də həmçinin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (Cild 1, iş vərəqləri 48-53) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 26 aprel 2022-ci il tarixli 7/400 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi – 2495 qram (2kq495qram) olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir ədəd bağlamada olduğuna görə müqayisəli tədqiqat aparmaq mükün deyil. İki ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. (Cild 1, iş vərəqləri 55-59) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3 xx.xx.2022-ci il tarixli 3163 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 1 ildir ki, psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə hər gün 1-2 dəfə istifadə edir. Müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 176-177) Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 25 aprel 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 1, iş vərəq 167) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, tədqiqatdan sonra qalıq qalan 31.134,318 qram narkotik vasitə heroin, 8.329,806 qram psixotrop maddə metamfetamin, 2.494,8 qram qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi, 01 ədəd “Redmi”, 01 ədəd “Samsung” mobil telefon cihazları və 01 ədəd qeydiyyat dəftəri maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 03 ədəd disk isə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 178-196) İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 32,5 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməyə köməklik etmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəni təzyiq altında imzalatmaları ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olan 15 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cəzanın 03 ay 04 gün hissəsini çəkmiş, cəzanın çəkilməmiş hissəsi isə 03 ay 22 gün təşkil edir. (Cild 1, iş vərəqləri 131, 169-175) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 07 dekabr 2021ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 109-111) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olan 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİN-in BMCMİ-də saxlanılan 31.134,318 qram narkotik vasitə heroin, 8.329,806 qram psixotrop maddə metamfetamin, 2.494,8 qram marixuana, 01 ədəd qeydiyyat dəftəri məhv edilməli, 01 ədəd “REDMİ”, 01 ədəd “Samsung” markalı mobil telefonlar sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 188 (yüz səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Abşeron rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və 03 (üç) ay 22 (iyirmi iki) gün gün hissədə çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 1 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 188 (yüz səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan 31.134,318 qram çəkidə narkotik vasitə heroin, 8.329,806 qram çəkidə psixotrop maddə metamfetamin, 2.494,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd qeydiyyat dəftəri məhv edilsin, 01 ədəd “Redmi”, 01 ədəd “Samsung” markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın, 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-148/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-148/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver