Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-148/2024 06.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər –Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Laçın rayonu, Qoşasu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1992-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 89 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 3,279 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə etmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 həmin psixotrop maddə metamfetamini əldə etmək üçün Şahid10 bank kartına 100 manat müqabilində pul göndərmiş, Təqsirləndirilən şəxs1 isə xx.xx.2022ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Sait” otelin qarşısında Şahid10 sözügedən psixotrop maddə metamfetamini əldə edib daşıyaraq Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində 14 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 isə həmin psixotrop maddə metamfetaminin bir hissəsini, yəni 0,496 qramını 01 (bir) ədəd sellofan bükümdə qablaşdıraraq yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində yerləşən 14 nömrəli binanın 50-ci mənzilində qonaq otağı kimi istifadə edilən otaqda yerləşən divanın sağ küncünün alt hissəsində satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 16:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində yerləşən 14 nömrəli binanın qarşısında Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmış, 02 (iki) ədəd sellofan bükümdə qablaşdırılmış ümumi təmiz çəkisi 2,783 qram olan metamfetamin Təqsirləndirilən şəxs1 idarə etdiyi və Təqsirləndirilən şəxs2 sərnişin olduğu “Opel Vito” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobildən, 01 (bir) ədəd sellofan bükümdə qablaşdırmış ümumi təmiz çəkisi 0,496 qram metamfetamin isə Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində yerləşən 14 nömərli binanın 50-ci mənzilində qonaq otağı kimi istifadə edilən otaqda yerləşən divanın sağ küncünün alt hissəsindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və suallara cavab verərkən bildirdi ki, onda külli miqdarda narkotik vasitə olmamışdır. O, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. İstifadə etdiyi metamfetaminləri çox vaxt tanımadığı şəxslərdən internet vasitəsi ilə almışdır. xx.xx.2022-ci il tarixdə saatı yadında qalmayan vaxt Şahid10 zəng edib ondan 01 (bir) qram metamfetamin istəmiş, Hümbət ona 100 manat pul göndərməsini və birlikdə metamfetamin alıb bölmələrini demişdir. Hümbətin atdığı kart hesabına metamfetamin alması üçün 100 manat pul göndərmiş, daha sonra Təqsirləndirilən şəxs1 zəng edib Hümbətin yanına getməsini Hümbətdən 02 ədəd ətir qutusu götürüb ona gətirməsini bildirmişdir. Vüsal Hümbətin yanına getmiş, ətir qutusun götürüb xx.xx.2022-ci il tarixdə gətirib həmin ətir qutusunu ona vermiş, həmin qutunu evə aparmışdır. Evdən düşüb Vüsalın “Opel” markalı avtomaşını ilə uşaqlara dəftər almağa gedən zaman polis əməkdaşları onları saxlanılıb Zəngilan Rayon Polis Şöbəsinə gətirmişlər. Daha sonra ona müdafiəçi təqdim edilmiş, Vüsala məxsus avtomobilə və evinə baxış keçirilmiş, avtomobildən və evindən psixoptrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Evindən aşkar edilmiş metamfetamin ona məxsus olmuş, lakin Vüsala məxsus avtomobildən aşkar edilmiş metamfetamin ona məxsus olmamış, kimin olması barədə heç bir məlumatı yoxdur. Evindən aşkar edilmiş psixotrop maddə metamfetamini Şahid10 şəxsi istifadəsi üçün almış, narkotik vasitlərin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Onun evindən aşkar olunmuş yarım qrama yaxın metamfetamin onun olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Rəşad Gürcümalı ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək törətdiyi cinayət əməlini qismən etiraf edərək göstərmişdir ki, o, ünvan 4 ünvanında yaşayır. Evlidir, 6 yaşlı iki uşağı vardır. Özünə məxsus Samsung markalı qrant mobil telefonu var, həmin telefonu üzərində 077 ***-**-** mobil nömrəsini istifadə edir. Təxminən bir ildir psixotrop maddə olan metamfetamin istifadə edir. İstifadə etdiyi metamfetaminləri çox vaxt tanımadığı şəxslərdən internet vasitəsilə alır. xx.xx.2022ci il tarixdə istifadə etmək üçün metamfetamin almaq istəmiş və bunun üçün də 077 ***-**- ** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 077 ***-**-** mobil nörməsinə zəng edib metamfetamin lazım olduğunu demişdir. Vüsal ona demişdir ki, əvvəllər də metamfetamin aldığı Hümbət adlı şəxsin yanına gedir, istəyirsə Hümbətlə telefonla danışsın, Hümbətdən ona metamfetamin alıb gətirsin. Hümbətə məxsus 070 ***-**-** mobil nörməsinə özünün 077 ***-**-** mobil nömrəsi ilə zəng etmiş, Hümbətlə telefonla danışıb ona 3 (üç) qram metamfetamin satmasını demişdir. Hümbət 3 (üç) qram metamfetamin üçün ondan 100 (bir yüz) manat pul istəmişdir. Hümbətlə razılaşmış, Hümbət ona kart nömrəsi göndərmiş, həmin karta özünə məxsus "Leobank” kartı ilə 100 (bir yüz) manat pul göndərmişdir. Hümbətlə danışdıqdan sonra Vüsalla yenidən telefonla danışmış, Vüsal ona demişdir ki, Hümbətdən 3 (üç) qram metamfetamin götürüb evinə gəlir. xx.xx.2022-ci il tarixdə Vüsal yaşadığı ünvan 4 ünvanına gəlib evdə metamfetamini ona vermişdir. Həmin metamfetamini evində olan tərəzi ilə ölçmüş, daha sonra isə 01 (bir) ədəd sellofon bükümdə bir qədər ayırıb evdə divanın alt hisəsinə qoymuş, qalan metamfetmini isə əlində saxlayaraq Vüsala məxsus “Opel Vita” markalı, ** RP *** nömrəli avtomobilə minmişdir. Vüsalla uşağına kitab üzü almaq üçün getmək istəmişdir. Avtomobilə oturan zaman əlində götürdüyü metamfetamini üzərində qalmasın deyə oturduğu avtomobildə qabaq oturacağın alt hissənə qoymuşdur. Gedən zaman məcburi köçkünlər şəhərciyində 1 nömrəli binanın qarşısında mülki geyimli şəxslər onları saxladıb polis olduqlarını deyib külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslərlə birlikdə Zəngilan Rayon Polis Şöbəsinə getmiş, orda hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin və onu saxlamış polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə və psixotrop maddə varsa təqdim etməyini demişlər. Üzərində qanunla qadağan olan hər hansı əşya olmadığını demişdir. Polis əmkdaşları üzərində axtarış aparmış, lakin heçnə aşkar edilməmişdir. Polis əməkdaşları axtarış aparan zaman bildirmişdir ki, ona məxsus olan metamfetamini getdiyi “Opel Vita” markalı, ** RP *** nəmrəli avtomobilin qabaq oturacağının alt hisəsinə qoymuşdur. Özü könüllü olaraq avtomobilin qabaq oturacağının alt hissəsində olan metamfetamini götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin metamfetamini qablaşdırıb götürmüşlər, həmin qablaşdırmanın üzərinə o da imza etmişdir. Daha sonra isə başqa yerdə psixotrop maddə və yaxud qanunla qadağan edilmiş əşya saxlayıb-saxlamadığı soruşulmuş, özü yaşadığı evdə də psixotop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Ərizə ilə RPŞ-nə müraciət edərək müdafiəçisinin iştirakı ilə evində olan metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları baxış keçirərək həmin metafmatemini də qablaşdırıb götürmüşlər, həmin qablaşdırılan zərfin üzərinə imza etmişdir. Avtomobildə olan 02 (iki) ədəd bükümdən böyük büküm onun olmuş, digər yanında olan kiçik büküm isə Təqsirləndirilən şəxs1 olmuşdur. Vüsal həmin bükümü yolda gedən zaman saxlamağı üçün ona vermişdi. Hümbəti Vüsalın vasitəsi ilə tanımış, bir dəfə Vüsalın yanında görmüşdür. Eşitdiyinə görə Binəqədi rayonunda tırlar parkı deyilən yerdə yaşayır. Hümbətin istifadəsində 070 ***-**-** mobil nömrəsi vardır. Onun haqqında başqa məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 özü də metamfetamindən istifadə edir, Vüsala zəng edib metamfetamin almaq istədiyini demiş, Vüsal özü ona Hümbətin yanına getdiyini, Hümbətlə danışıb pulunu verməsini, Hümbətdən metamfetamin götürüb gəlməsini demişdir. Hümbətdən Vüsal metamfetamini götürüb gətirərək ona vermişdir. Evindən aşkar edilərək götürülmüş tərəzi ona məxsus olmuş, həmin tərəzini alıb evdə saxlamışdır ki, istifadə üçün aldığı metamfetaminlərin çəkisini müəyyən etsin ki, ona metamfetamin satanlar onu aldatmasınlar. Metamfetamin istifadəçisidir, şəxsi isitifadəsi üçün metamfetamini üzərində gəzdirmişdir. Psixotrop maddə metamfetamini özü istifadə edir, satışı ilə məşğul olmur. 1 il ərizdə istifadə etdiyi psixotop maddə metamfetamini müxtəlif yerlərdən tanımadığı şəxslərdən internet vasitəsi ilə almış, bir neçə dəfə Vüsalla birlikdə Hümbətdən də almışdır. Polis əməkdaşları onu saxlayan zaman və sonradan heç bir zor və yaxud psixoloji təsir etməmişlər. İlk əvvəl Vüsalı müdafiə etmək üçün avtomobildən çıxmış hər iki bükümün onun olmasını demiş, lakin əslində kiçik bükümdə olan metamfetamin Vüsalın olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və suallara cavab verərəkən bildirdi ki, xx.xx.2022-ci il tarixdə saatı xatırlamadığı vaxt Rəşad ona zəng edib Hümbətin Sait oteldə olduğunu, Hümbətin yanına gedib Hümbətdə olan kloku gətirib ona verməsini, əvəzində isə taksi xidmətinə görə ona 05 manat pul verəcəyini demişdir. Rəşadla razılaşıb Sait otelə getmiş, otelin qarşısında Hümbətlə görüşmüş, Hümbət ona kiçik ölçülü klok vermiş, həmin klokun içərisində nə olduğunu bilməmişdir. Hümbətdən sonra oteldən tanıdığı Gülüstan da çıxmış, Hümbət ona demişdir ki, Gülüstanı Məhəmmədi kəndinə aparıb düşürsün. Hümbətlə birlikdə taksi kimi idarə etdiyi avtomobili ilə Gülüstanı Məhəmmədi kəndinə aparmışlar, daha sonra isə Hümbəti Abşeron rayonu, Gənclər şəhərciyində düşürüb Masazır qəsəbəsinə məcburi köçkünlər şəhərciyinə gəlib Hümbətin verdiyi kloku Rəşadın yaşadığı binanın qarşısında Rəşada vermiş, Rəşad isə taksi xidmətinə görə ona 05 manat pul vermişdir. Birlikdə Rəşadın evinə qalxıb su içmiş, daha sonra Rəşad ona Yeni Saraya qədər onu da aparmasını demişdir. Rəşadla gedən zaman polis əməkdaşları onları saxlayıb polis şöbəsinə gətirmişlər. Hümbətin Rəşada göndərdiyi klokun içərisində psixotrop maddə metafetamin olmasından məlumatı olmamışdır. Rəşadın psixotrop maddə istifadə etməsindən məlumatı olmuş, lakin Hümbətin psixotrop maddə metamfetamini Rəşada çatdırmaq üçün ona verməsi barədə məlumatı olmamışdır. Əvvəllər psixotrop maddə və narkotik vasitə qəbul etmiş, lakin tutulmamışdan 7-8 ay əvvəldən istifadə etmirdi, psixoloji problemləri olduğu üçün psixoloji dərmanlar qəbul edir. Polis şöbəsində ifadə verən zaman hədə-qorxu gəlindiyi üçün ilkin ifadəsini doğru verməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsində törətdiyi cinayət əməlini qismən etiraf edərək göstərmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsində Famil adlı şəxsə məxsus evdə həyat yoldaşı X9 və xx.xx.2020-ci il təvəllüdlü azyaşlı qızı X5 ilə birlikdə yaşayır. Özünə məxsus avtomobillə taksi işləyir. Şahid10 təxminən 5-6 aydır tanıyır, onunla Binəqədİ rayonunda avtomobil təmiri sexində tanış olmuşdur. Hümbət metamfetamin satıdığı üçün ondan bir neçə dəfə şəxsi istifadəsi üçün 10 (on) manat verərək metamfetamin almışdır. Təqsirləndirilən şəxs2 2022-ci ilin iyun ayından tanıyır, Təqsirləndirilən şəxs2 həmin vaxt Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan onun Rəşad adlı dostundan “Tofaş” markalı avtomaşın almış, həmin vaxtdan Təqsirləndirilən şəxs2 ilə münasibətləri yaranmışdır. Rəşad bir neçə dəfə ona məxsus olan avtomobildə gedən zaman yanında metamfetamin istifadə etmiş, istifadə edən zaman da yaxşı bir şeydir, o da istifadə etməsini ona demişdir. 2022-ci ilin iyun-sentyabr aylarında Rəşadla bir neçə dəfə Rəşadın ona verdiyi metamfetamindən istifadə etmişdir. Rəşad hər dəfəsində ona metamfetamini pulsuz vermiş, o isə əvəzində Rəşadı avtomobili ilə istədiyi yerlərə aparmışdır. 2022-ci ilin sentyabr ayının ortalarında bir dəfə Rəşada zəng edib metamfetamin satıb-satmadığını demiş, Rəşad isə bildirmişdir ki, bir dəfə istifadə etmək üçün olan ölçüdə metafmetamini 10 (on) manata satır. Rəşadla Abşeron rayonu, Masazır qəsəbəsi, Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmüş, Rəşad bir dəfə istifadə etmək üçün olan metamfetamini ona 10 (on) manata satmışdır. Aldığı metamfetamini özü istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində 070 ***-**-** mobil nömrə ilə Hümbət ona məxsus 077 ***-**-** mobil nömrəsinə zəng edib onu Novxanı yolunda yerləşən “Sait” oteldən götürməsini demişdir. Hümbətin dediyi otelə getmiş, Hümbət hotelden tanıdığı Gülüstan adlı qızla çıxmış, onları Abşeron rayonu, Gənclər şəhərciyinə aparmışdır. Hümbətlə Gülüstanı apardıqdan sonra yenidən Novxanıya qayıtmışdır. Novxanıda olan zaman Təqsirləndirilən şəxs2 077 ***-**-** mobil nömrəsi ilə ona məxsus 077 ***-**-** mobil nömrəsinə zəng edib onu evindən götürməsini, Abşeron rayonu, Gənclər şəhərciyinə aparıb gətirməsini demişdir. Rəşada işi olduğunu, gələ bilməyəcəyini demişdir. Rəşad ona Abşeron rayonu, Gənclər şəhərciyində Hümbətin yanına getməsini, Hümbət ona patı, yəni metamfetamin verəcəyini, həmin metamfetamini ona gətirməsini, taksi pulu kimi ona 10 (on) manat pul verməsini demişdir. Rəşadla razılaşıb Hümbətin yanına Abşeron rayonu, Gənclər şəhərciyinə getmiş, Gənclər şəhərciyində Hümbətlə görüşmüş, Hümbət üzəri güllü sellofan paketin içərisində ona 02 (iki) ədəd içərisi boş ətir qutusu və 01 (bir) ədəd üzəri sellofon paketlə bağlanmış kibrit qutusu vermişdir. Hümbət taksi pulu kimi ona 05 (beş) manat da pul vermişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyinə gəlib, Rəşadın yaşadığı binanın qarşısında həmin 02 (iki) ədəd içərisi boş ətir qutusu və 01 (bir) ədəd üzəri sellofan paketlə bağlanmış kibrit qutusunu Rəşada vermişdir. Getmək istəyən zaman Rəşad demişdir ki, getməsin, onun evinə qalxsınlar. Birlikdə Rəşadın evinə qalxmışlar, Rəşad evində olan şkafın içərisində metamfetamin çıxarmış, həmin metamfetamini birlikdə istifadə etmişlər, sonra aşağı düşmüşdür. Ondan sonra Rəşad da aşağı düşmüş və ona Yeni Saray şadlıq evinin qarşısında onu düşürməsini demişdir. Ona məxsus “Opel Vita” markalı, ** RP *** nömrəli avtomobillə gedən zaman polis əməkdaşları onları saxlamışlar. Rəşad polis əməkdaşlarını görən zaman ona saxlamamasını, sürüb getməsini demişdir. Rəşadın dediyini etməmiş və avtomobili saxlamışdır. Rəşad həmin vaxt üzərində olan metamfetamini avtomobilin qabaq sərnişin oturacağının alt hisəsinə atmışdır. Polis əməkdaşları yaxınlaşıb Rəşada üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməkdə şübhəli olduğunu deyib polis şöbsinə dəvət etmişlər. Polis əməkdaşları ona da avtomobili polis şöbəsinə sürməyini demişlər. Avtomobili polis şöbəsinin qarşısına sürüb qapısını bağlayıb polis şöbəsinə getmişdir. Sonradan Rəşad özü avtomobildə olan ona məxsus metamfetamini polis əməkdaşlarına vermişdir. Təqsirləndirilən şəxs2 ona Hümbət ona patı, yəni metamfetamin verəcək, həmin metamfetamini ona aparıb verməsini demişdir. Hümbətdən alıb Rəşada gətirdiyi sellofan bükümdə olan maddənin metamfetamin olduğunu bilmiş, lakin həmin maddəyə açıb baxmamışdır. Təqsirləndirilən şəxs2 metamfetaminin satışı ilə məşğuldur, o da Rəşaddan metamfetamin almışdır. Hümbətdən aldığı metamfetamini də satmaq üçün almışdır. Metamfetamin istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 xidmət apardığı ərazisidə yaşayan sakin kimi tanımışdır. Onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluq əlaqəsi yoxdur. Təxminən 2022-ci ilin senyabr ayında ona əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələr və psixotrop maddələr qəbul edir, satışı ilə də məşğul olur. xx.xx.2022-ci il tarixdə müvafiq sənədləşmə işləri aparılmış, rəhbəri olduğu əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs2 əməlini ifşa etmək üçün onu nəzarətə götürüb əməliyyat tədbiri keçirmişlər. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyinə daxil olmuş, daha sonra Rəşadgilin evinə daxil olmuşdurlar. Bundan sonra onlar şəhərciyin çıxacağında avtomobillə gedən zaman avtomobili saxladıb Təqsirləndirilən şəxs2 üzərində külli miqdarda narkotik vasitə və psixotrop maddə gəzdirməsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Müvafiq sənədləşmə işləri aparıldıqdan sonra RPŞ-nin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs2 üzərində və Təqsirləndirilən şəxs1 avtomobilində axtarış keçirilməyə başlanmış və Rəşadın üzərində axtarış aparmış, Rəşadın üzərindən heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 sərnişin olduğu avtomobildən 02 (iki) ədəd sellofan bükümü götürüb təhqiqatçıya təqdim etmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 başqa hər hansı yerdə ona məxsus döyriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş hər hansı əşya olubolmadığını soruşmuş, Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində yaşadığı evdə ona məxsus 01 büküm metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 evinə baxış zamanı evdəki divanın alt hissəsində metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir təsir, təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə də məşğul olması barədə məlumat olsa da, bu faktı təsdiq edəcək sübut aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1ı tanıyır, Təqsirləndirilən şəxs2ı Vüsal vasitəsilə tanımış, lakin onunla yalnız telefon vasitəsilə əlaqə saxlamışdır. Rəşad Təqsirləndirilən şəxs1 vasitəsilə ondan metamfetamin istəmiş və bunun üçün onun kartına 100 manat pul göndərmişdir. Həmin 100 manatın 50 manatını özündə saxlamış, qalan 50 manata isə 01 qram metamfetamin əldə etmiş, onun 0,5 qramını Təqsirləndirilən şəxs2 göndərmiş, qalan 0,5 qramını isə özü istifadə etmişdir. Şahid10 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən iki ildir psixotrop maddə olan metamfetamin istifadə edir. Təqsirləndirilən şəxs1 təxminən bir ildir tanıyır, Vüsal Binəqədi rayonuna tez-tez gəldiyi üçün münasibətləri yaranmışdır. Vüsalla münasibəti olduğu üçün Vüsal avtomaşını ilə onu müxtəlif yerlərə aparmışdır. Vüsal da metamfetamindən istifadə edirdi, bir neçə dəfə Vüsal onunla birlikdə metamfetamin istifadə etmişdir. Təqsirləndirilən şəxs2 görməmiş, Vüsalın dostu olduğu üçün tanımış, onunla yalnız mobil telefon vasitəsi ilə danışmışdır. xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində Vüsala zəng edib onu “Sait” oteldən götürməsini demişdir. Həmin vaxt oteldə tanışı Şahid4 ilə birlikdə olmuşdur. Vüsal həmin Sait otelə gedib onu və Gülüstanı götürmüşdür. Vüsalın avtomobili ilə birlikdə Gülüstanın yaşadığı Abşeron rayonu, Məhəmmədi kəndində getmişlər. Yolda olan zaman Rəşad Vüsala zəng edib Vüsaldan psixotop maddə metamfetamin istəmiş, Vüsal telefonda Rəşada pulu kartla göndərsin, Rəşada ondan metamfetamin alıb gətirər. Vüsal Rəşadla danışdıqdan sonra ona Rəşadın 100 (bir yüz) manat pulu var, ona metamfetamin tapmasını demişdir. Vüsaldan sonra o da Rəşadla telefonda danışmışdır. Vüsal Rəşadla danışdıqdan sonra ondan Rəşada metamfetamin tapmasını xahiş etmişdir. Vüsal ona demişdir ki, kart nömrəsini Rəşada atsın, Rəşad aldığı metamfetaminin pulunu kartla göndərsin. Özünə məxsus olan “Unibank" kart nömrəsini Rəşada göndərmiş, Gülüstanın qaldığı Məhəmmədli kəndində olan zaman Rəşad onun kartına 100 manat pul göndərmişdir. Məhəmmədi kəndində Gülüstanın evinə getmiş, Vüsal avtomobildə gözləmiş, o isə Gülüstanla birlikdə Gülüstanın evinə getmiş və Gülüstandan Rəşada satmaq üçün 3 (üç) qram metamfetamin almışdır. Gülstan 3 (üç) qramdan bir qədər artıq metamfetamini ona vermişdir. Həmin vaxt öz avtomobilinin təmir ehtiyacı olduğu üçün Gülüstandan xahiş etmişdir ki, aldığı metamfetaminin pulu da onda qalsın. Gülüstanla sevgili olduqları üçün Gülüstan ondan pulu götürməmişdir. Yenidən Vüsalın avtomobilinə oturmuş və Binəqədi rayonuna yaşadığı evə gəlmişdir. Yaşadığı evə çatdıqda həmin metamfetaminin bir az üzərindən götürüb qalan hissəsin sellofan bükümdə Vüsala vermişdir ki, aparıb Rəşada versin. Vüsal Binəqədi rayonu, 3-cü mədən, 112 korpusda yaşadığı evin qarşısında ondan metamfetamini alıb avtomobili sürüb getmişdir. xx.xx.2022-ci il tarixdə Zəngilan RPŞ-dən onunla əlaqə saxlayıb polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona məlum olmuşdur ki, Rəşada metamfetamin satdığı üçün onu çağırıblar. Şahid4 təxminən iki ildir tanıyır, Binəqədi rayonunda Tərlan kafedə onunla tanış olmuş, Gülüstan həmin kafedə işləmişdir. Gülüstanla həmin vaxtdan münasibətləri yaranmış, onunla sevgili olmuşdur. Gülüstan hazırda Abşeron rayonu, Məhəmmədi kəndində 3 uşağı iə birlikdə yaşayır. Gülstan da psixotrop maddə metamfetamin istifadə edir. Gülüstan Rəşada satdığı həmin metamfetamini Röya adlı İranlı qadından almışdır. Rəşadla Vüsalın yanında telefonla danışıb Rəşadla razılaşıb ona metamfetamin satmış, Vüsal özü də ondan xahiş etmişdir ki, Rəşada metamfetamin satsın. Vüsalın tanışı olduğu üçün ona inanıb Rəşada metamfetamin satmağa razı olmuşdur. Vüsal Rəşada apardığı sellofon bükümün içərisində 3 (üç) qramdan bir qədər artıq metamfetamin olmasını bilmişdir. Vüsal satılan metamfetamindən hər hansı gəlir əldə etməmiş, taksi kimi gəlib onu hoteldən götürüb evinə apardığı üçün Vüsala 05 (beş) manat pul vermişdir. Psixotrop maddə metamfetamini Gülüstandan və tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində ona şifahi formada hədə-qorxu gəlindiyindən metamfetaminin miqdarını 03 qram demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı hədə-qorxu altında ifadə verdiyindən həmin ifadəsini təsdiq etmir. Belə ki, onun Təqsirləndirilən şəxs2la ətir alveri olmuş, ömründə bir dəfə Rəşadla birlikdə narkotik vasitə alıb istifadə etmişdirlər. Heç vaxt Rəşaddan narkotik vasitə almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Mehdiabad Novxanı şossesində yerləşən “Sait" oteli icarəyə götürüb işlədir. Oteldə ilk gələn tanımadığı şəxslərdən şəxsiyyət vəsiqəsini götürüb qeydiyyat aparırlar. Şahid10 əvvəllər tanımamış, onunla arasında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında oteldə olan zaman işçilər yaxınlaşıb demişlər ki, bir oğlan və bir nəfər qadın gəlib oteldə qalmaq istəyirlər. Aydınlaşdıran zaman məlum olmuşdur ki, həmin oğlan Hümbət adlı şəxsdir. Hümbət həmin gəldiyi qadınla gecəni oteldə qalıb getmişdir. Sonradan Zəngilan RPŞ-in adını bimədiyi əməkdaşı gəlib Hümbət adlı şəxsin oteldə qalıb- qalmamasın soruşmuş, həmin şəxsə Hümbət haqda bildiyi məlumatları vermişdir. Şahid10 həmin qadınla otelə daxil olduqdan sonra başqa heç kimlə görüşməmiş, gecə otelə daxil olub səhəri gün getmişlər. Oteldə qaldıqları vaxtda otaqdan çıxmamışlar. Onların oteldə hər hansı şübhəli hərəkətlər etdiyini görməmiş, onlar oteldən getdikdən bir neçə gün sonra polis əməkdaşları gəlib onlarla maraqlandığı üçün yadında qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürülmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zəngilan RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 16:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, 1 nömrəli binanın yaxınlığında sərnişin olduğu “Opel Vito” markalı, ** RP *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman saxlanılaraq Zəngilan Rayon Polis Şöbəsinə gətirilmiş və polis şöbəsinin inzibati binasının qarşısında üzərinə və sərnişin olduğu avtomobildə axtarış və götürmə zamanı avtomobilin ön sağ oturacağının alt hissəsindən Təqsirləndirilən şəxs2 02 ədəd bükümdə ümumi təmiz çəkisi 2,783 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin təqdim edərək ona məxsus olduğunu bildirdiyindən həmin psixotrop maddə metamfetamin götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanına baxış keçilərən zaman Təqsirləndirilən şəxs2 evin qonaq otağı kimi istifadə edilən otağında olan divanın sağ künc hissəsində olan 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,496 qram psixotrop maddə metamfetamin və həmin otaqda olan şkafdan bir ədəd elektron tərəzi təqdim etdiyindən həmin psixotrop maddə metamfetamin və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürülmə aparılmasını özündə əks etdirən disklərə məhkəmədə baxılarkən də yuxarıda protokollarda qeyd edilənlər və şahid polis əməkdaşlarının ifadələrindəki xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-cİ il tarixli, 6/5491 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...(imza) Təqsirləndirilən şəxs2..." sözləri olan 1 nömrəli zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,478 qr., 0,305 qr., 2 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,496 qram ümumi təmiz çəkisi 3,279 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikəri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı apanlmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5891 №-li ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7677 №-li ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların, sedativ və yuxu gətirici vasitələrin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2022-ci il tarixli, 3011 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əqliintellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə pataloji meyillilik müşahidə olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli 80 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən cinayəti törədərkən öz hərəkətlərinin fattiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hər hansı bir Psixi xəstəlik müəyyən edilmir, hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hadisəni düzgün qavramaq və düzgün ifadə vermək qabiliyyətindədir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 özünə və ətrafdakılara qarşı təhlükəli deyil. Təqsirləndirilən şəxs1 əqli və intellektual imkanları normaya uyğundur, gerilik əlanmətləri aşkar olunmur. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə pataloji meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qərarda qeyd olunan əməli törədən zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdurlar. Buna görə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl barəsində anlaqlı hesab edilməlidirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən «Mobil telefon operatorundan daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında» protokollardan görünür ki, "xxxx" MMC mobil telefon operatorundan daxil olmuş telefon danışıqları ilə bağlı məlumatları özündə əks etdirən 03 ədəd kompakt diskə kompyuter vasitəsi ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, kompakt diskin yaddaşında Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə, Şahid10 istifadəsində olan ***-***-**-** nömrəsinə daxil olan və çıxan zəng və sms-lər, həmçinin abonentlərə dair məlumatları özündə əks etdirən qovluqlar vardır. Həmin qovluqlarda olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 45 dəfə zəng edilərək danışıqlar aparılmış, bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 19 dəfə Zənglər edilərək danışıqlar aparılmışdır. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 22:13:31-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edilib 36 saniyə danışıq aparıldıqdan dərhal sonra, yəni 22,09.2022-ci il tarixdə saat 22:14:33-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid10 istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng edilərək 89 saniyə danışıq aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən «Bankdan daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" Kommersiya bankı ASC-dən daxil olmuş 01 ədəd kompakt diskə kompyuter vasitəsi ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, kompakt diskin yaddaşında Təqsirləndirilən şəxs2 istifadəsində olan kart hesabından edilmiş əməliyyatlar göstərilmişdir. Həmin qovluqlarda olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 409858******7799 nömrəli kartdan xx.xx.2022-ci il tarixdə saat 13:47:10-da Şahid10 məxsus 409858******3303 nömrəli karta 100 manat pul göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Onun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qasımov X7 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 04 (dörd) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixədək cəzasının 06 (altı) ay 28 (iyirmi səkkiz) gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün təşkil edir. Qasımov X7 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanı çəkərkən hazırki cinayət əməlini törətdiyindən ona hökmlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və xx.xx.2022-ci tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 02 (iki) ay 05 (beş) gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs2 sərnişin olduğu avtomobildə, həmçinin üzərində müdafiəçinin iştirakı ilə, şəxsi axtarış keçirilərək psixotrop maddə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərlərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncuların əməllərinin CM-in məhz 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, onlar, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışlar. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərlərində saxlamaları və daşımalarını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onlardan aşkar edilmiş psixotrop maddəni heç kimə satmaq niyyətinin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxslər məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişlər. Həmçinin əməliyyat tapşırığına əsasən alınmış cavabda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni satış məqsədilə əldə etdikləri qeyd olunsa da, bu məlumatın hansı sübutlara istinadən qeyd olunduğu heç nə ilə öz təsdiqini tapmır. Həmçinin təqsirləndirilən şəxslərin telefonlarına da keçirilmiş baxış zamanı narkotik vasitələrin satışına dair hər hansı bir sms aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif edilərək, onlara həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onların əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir Müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmələrini təsdiq edən heç bir möbətər sübuta istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri, yəni onların qabaqcadan əlbir olan bir qrup şəxs halında, psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlamaları və daşımaları məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxslərin psixotrop maddəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etmələrinə dair şübhələr onların xeyrinə həll edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmələri, saxlamaları və daşımalarına dair əməli törətmələri onların özlərinin təqsirləndirilən şəxs qismində verdikləri ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onların psixotrop maddəni satış məqsədilə əldə etmələri öz təsdiqini tapmadığından lakin, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmələri sübuta yetdiyindən, qeyd olunan hal ağırlaşdırıcı hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Onlar, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi və 61.1.3-ci maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini onun cəzasını ağırlaşdıran hallar kimi qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, 61.1.3-ci maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini nəzərə alaraq onlara Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 isə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs1 isə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduqlarından Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən, Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli isə xx.xx.2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar, yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Məhkəmə ekspertizalarına sərf olunmuş cəmi 81 manat məhkəmə məsrəfinin 40,50 (qırx manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs2, 40,50 (qırx manat əlli qəpik) manatı isə Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Zəngilan RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,179 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, DVD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 06 (altı) günü 10 (on) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Zəngilan RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,179 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 40,50 (qırx manat əlli qəpik) manat və Təqsirləndirilən şəxs1 40,50 (qırx manat əlli qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-148/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-148/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver